Məhkəmə qərarları › İş №1(101)-555/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-555/2021

10.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-555/2021 10.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, müdafiəçi: Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx xxxxxx 1961-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan Lökbatan qəsəbəsi, Nizami küçəsi 21, mənzil 2-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu, 5-ci Yasamal küçəsində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə edib üzərində saxlamaqla daşımışdır, həmçinin satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə-heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, tanışı Şahid4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə qazanc əldə etmək niyyəti ilə narkotik vasitə və psixotrop maddələrin alınıb-satılmasına dair razılığa gələrək 2020-ci ilin mart ayının əvvəlində əvvəlcədən aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməyən tarixdə və mənbədən əldə etdiyi, bir ədəd sellofan torbada ümumi təmiz çəkisi 576,115 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd sellofan bükümdə cəmi çəkisi 7,587 qram külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin» siyahısına daxil edilmiş kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini hissələrə bölüşdürməklə satışını həyata keçirmək məqsədilə Şahid4 yaşadığı mənzildə saxlamış, 14 mart 2020-ci il tarixdə saat 19:00 radələrində Bakı şəhəri Qaradağ RPİ-nin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz axtarış və götürmə istintaq hərəkətləri nəticəsində Şahid4 müvəqqəti yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı massiv, 9 A saylı fərdi yaşayış evinin yataq otağında masanın üzərində “Rafaello” yazısı olan şokolad qutunun içində saxladığı iki bükümdən ibarət ayrı-ayrılıqda çəkiləri 0,983 və 0,420 qram, ümumi təmiz çəkisi 1,403 qram, psixotrop maddə metamfetamin, evin qonaq otağının pəncərəsinin qarşısında göy rəngli “Sobranie” markalı siqaret qutusunun içərisində saxladığı 01 ədəd bükümdə 0,057 qram və həmin pəncərənin qarşısında saxladığı 0,042 qram, ümumi təmiz çəkisi 0,099 qram heroin, həmin otaqda girişdən sağ tərəfdə yerləşən dolabın üst hissəsində dəsmala bükülümüş vəziyyət olan dəmir qabın içərisində saxladığı 01 ədəd sellofan bükülüdə təmiz çəkisi 26,115 qram narkotik vasitə heroin və 08 ədəd bükümlərdə ayrı-ayrılıqda çəkiləri 0,867, 0,960, 0,882, 0,916, 0,882, 0,388, 0,405 və 0,884 qram, ümumi çəkiləri 6,184 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, daha sonra davam edən təxirəsalınmaz axtarış və götürmə istintaq hərəkətləri nəticəsində həmin gün saat 19:50 radələrində icarə əsasında istifadəsində olan qara rəngli “Hyundai Elantra” markalı ** ZE *** dövlət qeydiyyat nişanlı avtomobildə sürücünün qapısının əl tutacaq hissəsində olan boşluqda 01 ədəd siqaretin gümüşü rəngli kağıza bükülmüş 0,020 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və sürücünün oturacağının alt hissəsində isə “Avromed” yazısı olan sellofan torban içində bir ədəd digər sellofan torbada 550 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqadarından artıq miqdarda narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla daşımış və axtoarışda olduğu üçün 17 sentyabr 2020-ci il tarixdə barəsində tutma protokolu tərtib edilərək Qaradağ RPİ-nin MSY-nə yerləşdirilmiş, MSY-nin əməkdaşları tərəfindən saxlanılan Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı əynindəki boz rəngli cins şalvarın bel hissəsinin içərisindən iki ədəd gümüşü siqaret kağızına bükülmüş ayrıayrılıqda təmiz çəkiləri 0,301 qram və 0,542 qram ümumi təmiz çəkisi 0.843 qram maddə kütlələri kustar üsülla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid4 tanımır, ona narkotik vasitələr və psixotrop maddələr verməmiş, Pərvizin adını eşitmiş, lakin özünü görməmişdir. Belə ki, Pərviz onun kürəkəni ilə dostdur. O, 30 il olar ki, narkotik vasitələrinin ayrı-ayrı növlərindən istifadə etmişdir. O, yalnız narkotik vasitələrin istifadəçisidir. Ondan 17.09.2020-ci il tarixdə tutulduqda 2 bükümdə yarım qrama yaxın heroin aşkar etmişlər. Həmin heroin ona məxsusdur, şəxsi istifadəsi üçün tutulmamışdan 10-15gün əvvəl adını demək istəmədiyi şəxsdən və yerdən əldə etmişdir. Narkotiki ondan Bakı şəhəri, Qaradağ RPİ-nin MSY-də şəxsi axtarış zamanı əynindəki cins şalvarın bel hissəsindən aşkar etmişlər. Axtarışa dair protokolu könüllü olaraq imza etmiş və bu gün də təsdiq edir. Şahid4 bu məhkəmədə keçirilmiş məhkəmə iclasında şahid qismində ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin CAŞ-nin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, sonuncu idarənin istintaq bölməsində Şahid4 barəsində aparılan iş üzrə axtarışda olmuş, axtarış nəticəsində o və həmkarı Şahid3 17.09.2020-ci il tarixdə Təqsirləndirilən şəxs tutaraq Qaradağ RPİ-nin MSY-nə təhvil vermişlər. Saxlanılan zaman Təqsirləndirilən şəxs heç bir müqavimət göstərməmişdir. O və Şahid3 Təqsirləndirilən şəxs üzərinə baxış keçirməmişlər, onu birbaşa MSY-nə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin MSY-nin polis nəfəri Şahid6 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanyır. Belə ki, axtarışda olmuş Təqsirləndirilən şəxs 17 sentyabr 2020-ci il tarixdə tutularaq MSY-nə gətirilmiş, orada Təqsirləndirilən şəxs üzərinə baxış keçirildikdə sonuncunun əynindəki boz rəngli şalvarın bel hissəsinin içərisindən gümüşü siqaret kağızına bükülmüş heroinə bənzər maddələr aşkar edərək sənədləşdirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin CAŞ-nin əməkdaşı Şahid5 ifadəsində göstərmişdir ki, o, Şahid4 tutulmasında və yaşayış yerinə baxış keçirilməsində iştirak etmişdir. Baxış zamanı Şahid4 bildirmişdir ki, ondan aşkar olunmuş narkotik vasitə və psixotrop maddələri Təqsirləndirilən şəxs əldə etmişdir. Təqsirləndirilən şəxs özünü isə tanımır, onu əvvəllər görməmişdir. İbtidai istintaq zamanı və Şahid4 barəsində keçirilmiş məhkəmə iclasında verdiyi ifadələrini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Şahid4 barəsində keçirdikləri əməliyyat axtarış tədbiri ilə əlaqədar tanımışdır. Belə ki, o, 14 mart 2020-ci il tarixdə saat 19:00 radələrində Şahid4 yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı massiv, 9 A saylı fərdi yaşayış evində keçirilmiş axtarışda iştirak etmiş, xeyli vaxt keçdiyi üçün xatırladığı odur ki, evdə psixotrop maddə olan metamfetamin və heroin aşkar edilmişdir. Həmin maddələrin aşkar olunduğu yer və həcmini artıq xatırlamır. Lakin imzaladığı baxış protokolunda göstərilən halları təsdiq edir, həmçinin ibtidai araşdırma orqanına verdiyi ifadəsini də təsdiq edir. Bildirmək istəyir ki, Şahid4 ondan aşkar olunan psixotrop maddə və heroinin əldə etmə mənbəsi barədə suala cavab olaraq bildirmişdir ki, həmin maddələri dostu Təqsirləndirilən şəxs əldə etmişdir. Təqsirləndirilən şəxs tutulmasında, onun evində və yaxud da üzərində baxış keçirilməsində iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin MSY-nin polis nəfəri Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs sonuncu 17 sentyabr 2020-ci il tarixdə tutularaq MSY-nə təqdim edildiyi vaxtdan tanıyır. MSY-də Təqsirləndirilən şəxs üzərinə baxış keçirildikdə sonuncunun əynindəki boz rəngli şalvarın bel hissəsinin içərisindən gümüşü siqaret kağızına bükülmüş heroinə bənzər maddələr aşkar edilmiş, Təqsirləndirilən şəxs özü də təsdiqləmişdir ki, aşkar olunan maddə heroindir, onu özü istifadə edir. Bundan sonra baxışın nəticələrərinə dair protokol tərtib edilmiş və Təqsirləndirilən şəxs heç bir təzyiq olmadan könüllü olaraq həmin protokolu imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə Bakı Ağır Cinayətlər məhkəməsində barəsində cinayət işinə baxılır. Təqsirləndirilən şəxs tanımamışdır, lakin onun yeznəsi Elgün və oğlu Ümidi tanıyır. Elgünlə qonşudur, Ümidi isə Elgüngilə gəlib gedəndə tanımışdır. Elgünlə Ümid bilirlər ki, onun Təqsirləndirilən şəxsla heç bir əlaqəsi yoxdur. Həmçinin o, narkotik vasitə istifadəçisi olsa da belə bundan nə Elgünün, nə də Ümidin məlumatı olmamışdır. Onun evində axtarış olmuşdur. Onun üzərindən 0,5 qram narkotik vasitəsi heroin aşkar olunmuş, həmin heroin ona məxsusdur, o, heroini Təqsirləndirilən şəxs deyil, başqa şəxsdən şəxsi istifadəsi üçün əldə etmişdir. 14 mart 2020-ci il tarixdə, saat 17:50-də Əjdərin oğlu Ümüd Hüseynovla yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı massiv, 9 A saylı evin qarşısında söhbət edən zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb, xidməti vəsiqələrini çıxarıb, Bakı şəhəri, Qaradağ rayon polis idarəsinin əməkdaşları olduqlarını bildirib, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün barəsində axtarış elan edildiyini, bunun üçün də, birlikdə Bakı şəhər, Qaradağ rayon polis idarəsinə getməyini bildirmişlər. Evinin axtarışına dair protokolda göstərilən maddələr onun evində olmamış, həmin maddələrin ona Təqsirləndirilən şəxs tərəfindən verilməsini deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Şahid4 Lökbatan qəsəbə sakini kimi tanıyır, O, ünvan 1 ünvanında yaşayır, evinin həyətində digər iki otaq və mətbəxdən ibarət olan evi var, hansı ki, o evi 2020-ci ilin yaz aytarında Şahid4 kirayə vermiş, təxminən 3 gündən sonra Şahid4 Təqsirləndirilən şəxs dayısı kimi təqdim edərək onunla birlikdə kirayə tutduğu evdə yaşayacağını bildirmişdir. Pərviz ona izah etmişdir ki, dayısı ilə birlikdə yük maşınları ilə yük daşıma ilə məşğuldurlar. Bu şəxslər qısa müddət onun evində kirayə yaşamış, 14 mart 2020-ci il tarixdə evindən Şahid4 saxladığı narkotik vasitə və psixotrop maddələrin aşkar olunmasını ona polis əməkdaşlarından bildirmişlər, bu şəxslərin qanunsuz fəaliyyətlə məşğul olmasından məlumatı olmamışdır. Bakı Ağır Cinayətlər Məhkəməsində Şahid4 barəsindəAzərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə baxılan cinayət işinin məhkəmə iclasının protokolundan müəyyən olunur ki, Şahid4 oğlu məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, 14 mart 2020-ci il tarixdə saat təxminən 23:00 radələrində polis əməkdaşları onun evinə heç bir qərar göstərmədən və onun icazəsi olmadan daxil olublar, evində axtarış apararaq ona məxsus olan, öz istifadəsi üçün əldə etdiyi və “Rafaello” şokolad qabının içərisində saxladığı metamfetamin aşkar etdilər. Evində başqa narkotik vasitə aşkar olunmayıb, həmçinin avtomobilində də narkotik vasitə aaşkar olnmayıb. Pols əməkdaşlarıevində ona təzyiq göstərdilər, bundan sonra onu polis bölməsinə apardılar, orada təxminən 8 saat saxladıqdan sonra, onu yenidən evinə apararaq evində guya narkotik vasitələr aşkar olunmasını çəkdilər. Evindən “Rafaello” şokolad qabının içərisindən aşkar olunmuş narkotik vasitəni öz istifadəsi üçün əldə etmiş, satmaq fikri olmamışdır. Şahid4 oğlunun barəsində olan cinayət işinin məhkəmə iclasının protokolundan müəyyən olunur ki, həmin iclasda şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Şahid4 onun tanışıdır, ona narkotik vasitə satmamış, o da ona narkotik vasitə satmayıb, nə onun brəsində olan cinayət işinin, nə də Şahid4 təqsirləndirilməsinə dair cinayət işinin ibtidai istintaqı zamanı müstəntiq onu Şahid4lə üzləşdirməmiş, onun Şahid4lə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı həç bir əlbirliyi olmayıb, o Pərvizə narkotik vasitə satmamış, Şahid4 ona narkotik vasitə satmayıbdır. Şahid4 barəsində olan cinayət işinin məhkəmə iclas protokolundan müəyyən olunur ki, həmin iclasda şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs atasıdır, Şahid4 oğlu isə atasının dostudur. Şahid4lə aralarında dostluq münasibətləri olub. 14 mart 2020-ci il tarixdə Pərvizin evində olarkən oraya polis əməkdaşları daxil oldular, onu və Pərvizi yerə yıxdılar və onları orada döyməyə başladılar. Bundan sonra onları polis idarəsinə apardılar. Polis İdarəsindən onu bir gün saxadıqdan sonra buraxdılar. Pərvizin narkotik vasitələrin istifadəsi, satışı ilə məşğul olması, həmçinin evində və istifadəsində olan avtomobilində narkotik vasitə olmasından və həmçinin atası Təqsirləndirilən şəxs da narkotik vasitələrin satışı ilə məşğul olması haqqında hər hansı bir məlumatı olmayıb. Beləliklə Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə məhkəmə baxışında Şahid4 tanımamasını bildirməsi elə özünün Şahid4 barəsində baxılan digər cinayət işi üzrə məhkəmə baxışında şahid qismində verdiyi ifadəsində Şahid4 tanışı olması barədə ifadəsi, Şahid4 barəsində olan cinayət işi üzrə Təqsirləndirilən şəxs oğlu Ümid Hüseynovun verdiyi ifadəsində atası Əjdərin Şahid4lə dost olmasını göstərməsi, şahid qismində baxılan iş üzrə ifadə vermiş Şahid2 Təqsirləndirilən şəxs kirayə verdiyi evdə Şahid4 yaşadığını və yaşadığı evdə narkotik vasitələrin aşkarlanmasını göstərməsi onu sübut etmişdir ki, Təqsirləndirilən şəxs və Şahid4 bir birini tanımış, hətta Şahid4 yaşadığı evi onun üçün məhz Təqsirləndirilən şəxs kirayə götürməsi, həmin ünvanda külli miqdarda narkotik vasitə və psixotrop maddələrin aşkar edilməsi bu iki şəxsin birgə qanunsuz fəaliyyət göstərməsini təsdiq edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə göstərilən əməli üzrə təqsirli olması özünün və şahidlərin ifadələri, məhkəmədə tədqiq edilən cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, cinayət işində olan və məhkəmədə tədqiq olunmuş 28 yanvar 2020-ci il tarixli “cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” qərardan müəyyən odlunur ki, həmin tarixdə saat 15:50 radələrində Qaradağ RPİ-nin keçirdiyi əməliyyat tədbiri zamanı ünvan 2 ünvanın qarşısında X2, polis bölməsində onun üzərindən 9,565 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmiş, daha sonra R.Məlikovun yaşadığı ünvanda axtarış zamanı bir ədəd sellofanda təmiz çəkisi 455 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Barəsində aparılimış ibtidai araşdırma zamanı Rövşən Məlikov narkotik vasitə olan qurudulmuş marixuananı Pərviz adlı şəxsdən əldə etdiyini göstərmiş (c.1, i/v 86-88) Pərviz adlı şəxsin Şahid4 olmasımüəyyən olunmuş (c.1, i/v 113), barəsində 03 fevral 2020-ci il tarixdə “şübhəli şəxsin tutulması və barəsində axtarış elan olunması haqqında qərar çıxarılmış (c.1, i/v 114-115), Şahid4 oğlu 14 mart 2020-ci il tarixdə saat 17:50 radələrində kirayə yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı massiv, 9 A ünvanın qarşısında saxlanılmış və istintaqa təqdim olunmuşdur (c.1, i/v 126), Şahid4 üzərində qanunsuz hər hansı bir əşya aşkar olunmamış, lakin yaşadığı ünvanda və avtomaşında narkotik vasitə və psixotrop maddələr aşkar olunmuşdur. İbtidai araşdırma zamanı, 16 və 17 mart 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində Şahid4 göstərmişdir ki, axtarış zamanı yaşadığı ünvanda aşkar olunmuş 10 ədəd bükümdə metamfetamini, bir kiloqram çəkidə heroini və daha 10 qram metamfetamini satmaq üçün ona Təqsirləndirilən şəxs 2020-ci ilin mart ayının əvvəllərində evinə gətirib vermiş “Sobiranie” markalı siqaret qutusunun içərisində olan 01 ədəd siqaretin gümüşü rəngli kağızına və bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülülər və avtomobilidən aşkar olunmuş heroini 2020-ci ilin mart ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Sovetski” adlanan ərazidə tanımadığı şəxsdən əldə etmişdir. İfadələrində Şahid4 yaşadığı ünvanı onun üçün Təqsirləndirilən şəxs evin sahibi X1 göstərmişdir. Şahid4 ifadələri və cinayət işinin digər materialları əsas götürələrək Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanının 06 iyul 2020-ci il tarixli qərarı ilə şübhəli şəxs kimi axtarışı elan olunmuşdur. Cinayət işində olan və məhkəmədə tədqiq edilən “axtarışda olan şəxsin tutulması barədə” 16 sentyabr 2020-ci il taixli protokoldan müəyyən olunur ki, həmin tarixdə saat 19:30-da Təqsirləndirilən şəxs Xızırayonunda tutulmuşdur. Cinayət işində olan və məhkəmədə tədqiq edilən 17 sentyabr 2020-ci il tarixli “tutma haqqında” protokoldan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işində olan və məhkəmədə tədqiq edilən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində verdiyi ifadələrindən müəyyən olunur ki, o əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə 2013-2015-ci illərdə cəza çəkmiş, heroindən istifadə edir və arada bir satışı ilə də məşğul olur. Şahid4 oğlunu 5-6 il olar ki tanıyır, onunla söhbət əsnasında narkotik vasitələrin aludəçisi olmasını bilmiş, ona heroin təşkil edəcəyinə söz vermiş, hətta birgə satışını etmələrini razılaşmışlar. Pərvizlə heroinlə yanaşı “Şüşə” kimi deyilən metamfetamininin də satışına dair razılıq əldə etmişdir. Heroinin bir qramını Pirvizə 20 manata satırdı, Pərvizdə aparıb baha qiymətə müəyyən müştərilərə satıb xeyir götürürdü. Belə hallar çox olubdur, o Sumqayıtlı Vidadidən külli miqdarda heroini və “şüşə”ni alır və Pərvizə verir, sonuncu isə tərəzi vasitəsilə qramlara bölüb xırda bükümlər edib satırdı. Pərvizə verdiyi narkotik vasitələri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı massiv, 9 A saylı evə aparıb orada tərəzi ilə ölçüb qramlara bölüb Pərviz vasitəsi ilə satıb qazanc əldə etmişlər. Pərvizin tutulmasını bilib, lakin özünün axtarışda olmasını bilməyib, 17 sentyabr 2020-ci il tarixdə Xızı rayonu Şorabad kəndində olarkən polis əməkdaşları onu tutub Bakı şəhərinə gətirmişlər. Bu zaman fürsət tapıb üzərində olan heroini ata bilməmişdir. O Pərvizlə yanaşı başqa şəxslərə də heroin satmış, lakin heç birinin adı yadında qalmamışdır. Cinayət işində olan və məhkəmədə tədqiq edilən 17.09.2020-ci il tarixli aktdan müəyyən olunur ki, həmin tarixdə saat 15:20-də Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi polis mayoru Rauf Məmmədov tərəfindən şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs üzərinə Qaradağ RPİ-nin X9 axtarış otağında baxış keçirilən zaman əyinində olan boz rəngli cins şalvarın bel hissəsinin içərisindən iki ədəd siqaretin gümüş rəngli kağızına bükülmüş bükülü aşkar edilmiş, həmin bükülülərə baxış keçirildikdə içərilərində açıq qəhvəyi rəngli spesfik iyə malik olan boz şəkilində narkotik vasitəyə bənzər maddə aşkar edilmiş, zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və imzalarla təsdiq olunmuşdur. Həmin akt MSY-nin əməkdaşları Şahid6, Şahid7, Ş.Şamilov və Təqsirləndirilən şəxs imzaları ilə təsdiq olunmuşdur. Cinayət işində olan və məhkəmədə tədqiq edilən Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 18.09.2020-ci il tarixli qərarındpn müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğundan müəyyən olunur ki, o Abşeron rayon məhkəməsinin 31.07.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 04.02.2015-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Cinayət işind olan və məhkəmədə tədqiq edilən məhkəmə Ekspertiza Mərkəzinin 15 mart 2020-ci il tarixli, 6\194 saylı rəyinin surətindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs (imza vardır) Şahid4...” və s. qeydlər olan 6 ədəd zərfdəki: - “ 1 “ saylı zərfdə olan 1 ədəd bükümdəki təmiz çəkisi 0,020 qram qəhvəyi rəngli tozşəkilli maddə və “ 2 “ saylı zərfdə olan 2 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,057 qr. və 0,042 qr., ümumi təmiz çəkisi 0,099 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə - heroindir. Həmin heroinlər ümumilikdə təmiz çəkisi 0,119 qramdır. - “ 3 “ saylı zərfdə olan 2 ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,983 qr., və 0,420 qram, ümumi təmiz çəkisi 1,403 qram ağ rəngli kristallik maddələr və “ 4 “ saylı zərfdə olan 8 ədəd bükümlərdə, hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,867qr., 0,960 qr., 0,882 qr., 0,916 qr., 0,882 qr., 0,388 qr., 0,405 qr., 0,884 qram, ümumi təmiz çəkisi 6,184 qram ağ rəngli kristallik maddələr, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr siyahısına daxil olan eyni tərkibli psixotrop maddə metamfetamindir. - “ 5 “ saylı zərfdə olan 1 ədəd bükümdə təmiz çəkisi 26,115 qram qəhvəyi rəngli maddə kütləsi və “ 6 “ saylı zərfdə olan 1 ədəd bükümdə təmiz çəkisi 550 qram olan qəhvəyi rəngli maddə kütləsi ümumi təmiz çəkisi 576,115 qram təşkil edən, kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə - heroindir. “ 1 “ və “ 2 “ saylı zərflərdəki ümumi təmiz çəkisi 0,119 qram olan heroinlər, “ 5 “ və “ 6 “ saylı zərflərdəki ümumi təmiz çəkisi 576,115 qram heroinlərdən tərkib komponentlərinə görə fərqlidirlər. Cinayət işind olan və məhkəmədə tədqiq edilən məhkəmə fiziki-kimyəvi ekspertizasının 18 sentyabr 2020-ci il tarixli, 6/1910 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs oğlundan aşkar edilmiş 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.301 qram və 0.542 qram, ümumi təmiz çəkiləri 0.843 qram maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Cinayət işind olan və məhkəmədə tədqiq edilən ambulator məcburi-narkoloji tibbi yoxlamanın 16.11.2020-ci il tarixli, 3218 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış «sübutların qiymətləndirilməsi haqqında» 25.11.2020-ci il tarixli qərardan müəyyən olunur ki, ekspert tədqiqatından sonra qalmış ümumilikdə 576,134 qram narkotik vasitə heroin və ümumilikdə 7,487 qram psixotrop maddə metamfetaminin, həmçinin narkotik vasitələrin qəbul edilməsində istifadə edilən 06 ədəd kiçik ölçülü və 01 ədəd iri ölçülü (rlonda) falaqa bükülülərinin, üzərində “Set İnjetct” markalanması olan 02 ədəd şpristin, “F50467731” seriya nömrəli və üzəri şəffaf sellofanla bağlanmış bir manat bükülüsünün, 01 ədəd üzərində “Adler” markalanması olan və 01 ədəd də üzərində hər hansı bir markalanma olmayan tərəzilərin Qaradağ RPİ-nin Maddi sübutların saxlanılması otağına təhvil verilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs oğlundan aşkar edilmiş tədqiqata sərf edildikdən qalıq qalmış 0.783 qram narkotik vasitə heroin Qaradağ RPİ-nin Maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Beləliklə, məhkəmə istintaqı baxışı zamanı Təqsirləndirilən şəxs Şahid4 tanımaması, onunla heç bir cinayət əlaqəsi olmaması barədə ifadəsi onun özünün Bakı Ağır Cinayətlər Məhkəməsində Şahid4 barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə baxılan iş üzrə şahid qismində verdiyi ifadəsində Şahid4 onun tanışı olması barədə verdiyi ifadəsi, oğlu Ümid Hüseynovun həmin mhkəmə iclasında atası Təqsirləndirilən şəxs Şahid4lə dost olması barədə ifadəsi, ibtidai araşdırma zamanı müdafiəçinin iştirakı ilə 2 dəfə şübhəli şəxs qismində və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində Şahid4lə əlbir olmaqla sonuncunun yaşadığı ünvana narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini gətirməsini, Şahid4 həmin maddələri satış üçün tərəzidə çəkməklə xırda bükümlərə yerəşdirməsini, Şahid4 savayı başqa şəxslərə də heroin satdığını göstərməsi, 14.03.2020-ci il tarixdə üzərindən 2 büküm heroin aşkar olunması barədə ifadələri ilə, baxış protokolları, ekspertiza rəyləri və işin digər materialları ilə ittiam olunduğu əməllərdə təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» qərarına əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı nəzərə alınmalıdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilir. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Belə olan halda Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 16 sentyabr 2020-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı şəhəri Qaradağ RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş - Təqsirləndirilən şəxs oğlundan aşkar edilmiş tədqiqata sərf edildikdən qalıq qalmış 0.783 qram narkotik vasitə heroin məhv edilməlidir. Cinayət işində olan 25 noyabr 2020-ci il tarixli «sübutların qiymətləndirilməsi, maddi sübut hesab edilməsi və cinayət işindən başqa bir cinayət işinin ayrılması haqqında» qərardan müəyyən olunur ki, Şahid4 barəsində ********* saylı cinayətişi ayrılmışdır. Belə olan halda Şahid4 məxsus və cinayət işi üzrə maddi subut hesab edilən ekspert tədqiqatından sonra qalmış ümumilikdə 576,134 qram narkotik vasitə heroin və ümumilikdə 7,487 qram psixotrop maddə metamfetaminin, həmçinin narkotik vasitələrin qəbul edilməsində istifadə edilən 06 ədəd kiçik ölçülü və 01 ədəd iri ölçülü (rlonda) falaqa bükülülərinin, üzərində “Set İnjetct” markalanması olan 02 ədəd şpristin, “F50467731” seriya nömrəli və üzəri şəffaf sellofanla bağlanmış bir manat bükülüsünün, 01 ədəd üzərində “Adler” markalanması olan və 01 ədəd də üzərində hər hansı bir markalanma olmayan tərəzilər Şahid4 barəsində ayrılmış cinayət işinə aid edilməlidir. İş üzrə ekspertiza xərcləri olan 218,36 (iki yüz on səkkiz manat otuz altı qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X11 (c.3, i/v 191), məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhər 4 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X11 üçün Bakı şəhəri 10 saylı Vəkil Bürosunun nəfinə 270 (iki yüz yetmiş) manat, müdafəçi Müdafiəçi üçün isə 390 AZN (üç yüz doxsan manat) pul Bakı şəhər 4 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 (iki ) il müddətə, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 16 sentyabr 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Qaradağ RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş - Təqsirləndirilən şəxs oğlundan aşkar edilmiş tədqiqata sərf edildikdən qalıq qalmış 0.783 qram narkotik vasitə heroin məhv edilsin. Şahid4 barəsində olan cinayət işi üzrə maddi subut hesab edilən ekspert tədqiqatından sonra qalmış ümumilikdə 576,134 qram narkotik vasitə heroin və ümumilikdə 7,487 qram psixotrop maddə metamfetaminin, həmçinin narkotik vasitələrin qəbul edilməsində istifadə edilən 06 ədəd kiçik ölçülü və 01 ədəd iri ölçülü (rlonda) falaqa bükülülərinin, üzərində “Set İnjetct” markalanması olan 02 ədəd şpristin, “F50467731” seriya nömrəli və üzəri şəffaf sellofanla bağlanmış bir manat bükülüsünün, 01 ədəd üzərində “Adler” markalanması olan və 01 ədəd də üzərində hər hansı bir markalanma olmayan tərəzilər Şahid4 barəsində ayrılmış cinayət işinə aid edilsin. Maddi sübutlarla bağlı olan məsələ hissəsi cinayət işinin nəticəsinə uyğun olaraq Cinayət-Prossesual Qanunvericiliyinə əsasən həll edilsin. İş üzrə ekspertiza xərci 218,36 (iki yüz on səkkiz manat otuz altı qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. İbtidai istintaq zamanı göstərdiyi hüquqi yardımla bağlı müdafiəçi X11 üçün 270 (iki yüz yetmiş) manat pul Bakı şəhəri 10 saylı Vəkil Bürosunun, məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı isə Müdafiəçi üçün 390 AZN (üç yüz doxsan manat) pul Bakı şəhər 4 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar