Məhkəmə qərarları › İş №1(101)-555/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-555/2022

04.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-555/2022 04.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokurorları Dövlət ittihamçısı2 və X12, müdafiəçilər – Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi3, Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxx 1987-ci ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 24 A, mənzil 167-də qeydiyyatda olan və həbs olunanadək faktiki olaraq ünvan 2, mənzil 110-da kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri maddələri ilə, xx xxxxxxx 1989-cu ildə Türkmənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan, həbs olunanadək faktiki olaraq ünvan 2, mənzil 110-da kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə, həmçinin narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsiredici maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirilməsinə və satılmasına qabaqcadan vəd verməklə köməklik etmiş, eləcə də qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsiredici maddələri əldə etmiş, daşımış və saxlamışdır. İttiham aktından, həmçinin görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə, həmçinin narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsiredici maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirilməsinə və satılmasına qabaqcadan vəd verməklə köməklik etmiş, eləcə də qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsiredici maddələri əldə etmiş, daşımış və saxlamışdır. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs1 ilə bağlı gəldiyi nəticəyə görə, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə, həmçinin narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsiredici maddə əldə etmə, saxlama, daşıma və satma, habelə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitə, külli miqdarda psixotrop maddə və külli miqdarda güclü təsiredici maddələrin İran İslam Respublikasından Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və Azərbaycan Respublikasının ərazisində satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə qeyrirəsmi münasibətdə olduğu Təqsirləndirilən şəxs2, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “Bəhruz” adlı şəxs və qeyrilərinə əvvəlcədən vəd verməklə onlarla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “Bəhruz” adlı şəxs və ya qeyriləri naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla külli miqdarda 86,827 qram çəkidə narkotik vasitə heroin, külli miqdarda 52,076 qram çəkidə narkotik vasitə tiryək, külli miqdarda 53,621 qram çəkidə psixotrop maddə metamfetamin, tərkibində narkotik vasitə metadonun təsiredici maddəsinin miqdarı ümumilikdə 1,28 qram təşkil edən üzərində “F/M40” yazısı olan 32 ədəd dərman tablet, tərkibində güclü təsiredici maddə preqabalinin miqdarı külli miqdarda ümumilikdə 6 qram təşkil edən üzərində “Gabaprel... Pregabalin 300" yazısı olan 20 ədəd dərman kapsullarını İran İslam Respublikasından Azərbaycan Respublikasının ərazisinə qanunsuz keçirərək Bakı şəhəri, Yasamal rayonu ərazisinə daşımaqla orada gizlətmiş, “Bəhruz” adlı şəxsin verdiyi məlumat əsasında Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq həmin narkotik vasitə, psixotrop maddə və güclü təsiredici maddələri əldə etdikdən sonra satıb əldə olunacaq pulu aralarında bölmək məqsədi ilə narkotik vasitə heroinin 1,618 qram hissəsini ayırıb 4 ədəd bükümdə, psixotrop maddə metamfetaminin 3,377 qram hissəsini ayırıb 4 ədəd bükümdə, narkotik vasitə tiryəkin 0,234 qram hissəsini ayırıb 1 ədəd bükümdə, tərkibində narkotik vasitə metadonun təsiredici maddəsinin miqdarı ümumilikdə 0,08 qram təşkil edən üzərində “F/M40” yazısı olan 2 ədəd dərman tabletini ayırıb üzərində saxlamaqla daşımış, həmin narkotik vasitə heroinin külli miqdarda 85,209 qram hissəsini 1 ədəd plastik qabda və 1 ədəd bükümdə, narkotik vasitə tiryəkin külli miqdarda 51,842 qram hissəsini 1 ədəd bükümdə, psixotrop rıaddə metamfetaminin külli miqdarda 50,244 qram hissəsini 1 ədəd plastik qabda və 1 ədəd bükümdə ayırmaqla, tərkibində narkotik vasitə metadonun təsiredici maddəsinin miqdarı ümumilikdə, 2 qram təşkil edən üzərində “F/M40” yazısı həkk olunmuş 30 ədəd dərman tabletini, tərkibində güclü təsiredici maddə preqabalinin miqdarı külli miqdarda ümumilikdə 6 qram təşkil edən üzərində “Gabaprel..Pregabalin 300” yazısı olan 20 ədəd dərman kapsullarını Təqsirləndirilən şəxs2 vermiş, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 15 iyun 2021-ci il tarixdə, saat 00:30-da ünvan 2 ünvanın qarşısında saxlanılaraq Baş İdarəyə gətirilmişlər. Baş İdarədə onların üzərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynindəki şalvarın kəmər hissəsinə keçirilmiş qara rəngli dəri materialdan hazırlanmış açar qabının içərisindən 4 ədəd bükümdə, ayrı-ayrılıqda çəkiləri 0,355 qram, 0,410 qram, 0,451 qram, 0,402 qram olmaqla, ümumilikdə 1,618 qram narkotik vasitə heroin, 4 ədəd bükümdə, ayrı-ayrılıqda çəkiləri 0,274 qram, 0,849 qram, 1,309 qram, 0,945 qram olmaqla, ümumilikdə külli miqdarda 3.377 qram çəkidə psixotrop maddə metamfetamin, 1 ədəd bükümdə 0,234 qram çəkidə narkotik vasitə tiryək və tərkibində narkotik vasitə metadonun təsiredici maddəsinin miqdarında ümumilikdə 0,08 qram təşkil edən üzərində ‘F/M40” yazısı olan 2 ədəd dərman tableti, Təqsirləndirilən şəxs2 sağ əlində sağladığı əl çantasının içərisindəki üzərində “Dior” sözü yazılmış ağ rəngli karton qutunun içərisindən 1 ədəd plastik qabda 11,883 qram və 1 ədəd bükümdə 38,361 qram olmaqla, ümumilikdə külli miqdarda 50,244 qram çəkidə psixotrop maddə metamfetamin, 1 ədəd bükümdə külli miqdarda 51,842 qram narkotik vasitə tiryək, 1 ədəd plastik qabda 1,498 qram və 1 ədəd bükümdə 83,711 qram olmaqla, ümumilikdə külli miqdarda 85,209 qram çəkidə narkotik vasitə heroin, tərkibində narkotik vasitə metadonun təsiredici maddəsinin miqdarı ümumilikdə 1,2 qram təşkil edən üzərində "F/M40” yazısı olan 30 ədəd dərman tableti, tərkibində güclü təsiredici maddə preqabalinin miqdarı külli miqdarda ümumilikdə 6 qram təşkil edən üzərində “Gabaprel...Pregabalin 300” yazısı olan 20 ədəd dərman kapsulları, səthində psixotrop maddə metamfetaminin izləri olan 1 ədəd "Constant” markalı elektron tərəzi və daxilində psixotrop maddə metamfetaminin izləri olan 2 ədəd qəlyan formalı predmet aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs2 ilə bağlı gəldiyi nəticəyə görə, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə, həmçinin narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsiredici maddə əldə etmə, saxlama, daşıma və satma, habelə, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitə, külli miqdarda psixotrop maddə və külli miqdarda güclü təsiredici maddələrin İran İslam Respublikasından Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və Azərbaycan Respublikasının ərazisində satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə qeyrirəsmi münasibətdə olduğu Təqsirləndirilən şəxs1, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı "Bəhruz" adlı şəxs və qeyrilərinə əvvəlcədən vəd verməklə onlarla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “Bəhruz” adlı şəxs və ya qeyriləri naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla külli miqdarda 86,827 qram çəkidə narkotik vasitə heroin, külli miqdarda 52,076 qram çəkidə narkotik vasitə tiryək, külli miqdarda 53,621 qram çəkidə psixotrop maddə metamfetamin, tərkibində narkotik vasitə metadonun təsiredici maddəsinin miqdarı ümumilikdə 1,28 qram təşkil edən üzərində "F/M40” yazısı olan 32 ədəd dərman tableti, tərkibində güclü təsiredici maddə preqabalinin miqdarı külli miqdarda ümumilikdə 6 qram təşkil edən üzərində "Gabaprel..Pregabalin 300“ yazısı olan 20 ədəd dərman kapsullarını İran İslam Respublikasından Azərbaycan Respublikasının ərazisinə qanunsuz keçirərək Bakı şəhəri, Yasamal rayonu ərazisinə daşımaqla orada gizlətmiş, “Bəhruz” adlı şəxsin verdiyi məlumat əsasında Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq həmin narkotik vasitə, psixotrop maddə və güclü təsiredici maddələri əldə etdikdən sonra satıb əldə olunacaq pulu aralarında bölmək məqsədi ilə narkotik vasitə heroinin 1,618 qram hissəsini ayırıb 4 ədəd bükümdə, psixotrop maddə metamfetaminin 3,377 qram hissəsini ayırıb 4 ədəd bükümdə, narkotik vasitə tiryəkin 0,234 qram hissəsini ayırıb 1 ədəd bükümdə, tərkibində narkotik vasitə metadonun təsiredici maddəsinin miqdarı ümumilikdə 0,08 qram təşkil edən üzərində “F/M40” yazısı olan 2 ədəd dərman tabletini ayırıb üzərində saxlamaqla daşımış, həmin narkotik vasitə heroinin külli miqdarda 85,209 qram hissəsini 1 ədəd plastik qabda və 1 ədəd bükümdə, narkotik vasitə tiryəkin külli miqdarda 51,842 qram hissəsini 1 ədəd bükümdə, psixotrop maddə metamfetaminin külli miqdarda 50,244 qram hissəsini 1 ədəd plastik qabda və 1 ədəd bükümdə ayırmaqla, tərkibində narkotik vasitə metadonun təsiredici maddəsinin miqdarı ümumilikdə 1,2 qram təşkil edən üzərində “F/M40” yazısı həkk olunmuş 30 ədəd dərman tabletini, tərkibində güclü təsiredici maddə preqabalinin miqdarı külli miqdarda ümumilikdə 6 qram təşkil edən üzərində “Gabaprel..Pregabalin 300” yazısı olan 20 ədəd dərman kapsullarını Təqsirləndirilən şəxs2 vermiş, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 15 iyun 2021-ci il tarixdə, saat 00:30-da ünvan 2 ünvanın qarşısında saxlanılaraq Baş İdarəyə gətirilmiş, Baş İdarədə üzərlərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynindəki şalvarın kəmər hissəsinə keçirilmiş qara rəngli dəri materialdan hazırlanmış açar qabının içərisindən 4 ədəd bükümdə, ayrı-ayrılıqda çəkiləri 0,355 qram, 0,410 qram, 0,451 qram, 0,402 qram olmaqla, ümumilikdə 1,618 qram narkotik vasitə heroin, 4 ədəd bükümdə, ayrı-ayrılıqda çəkiləri 0,274 qram, 0,849 qram, 1,309 qram, 0,945 qram olmaqla, ümumilikdə külli miqdarda 3,377 qram çəkidə psixotrop maddə metamfetamin, 1 ədəd bükümdə 0,234 qram çəkidə narkotik vasitə tiryək və tərkibində narkotik vasitə metadonun təsiredici maddəsinin miqdarı ümumilikdə 0.08 qram təşkil edən üzərində “F/M40” yazısı olan 2 ədəd dərman tableti, Təqsirləndirilən şəxs2 sağ əlində sağladığı əl çantasının içərisindəki üzərində “Dior” sözü yazılmış ağ rəngli karton qutunun içərisindən 1 ədəd plastik qabda 11,883 qram və 1 ədəd bükümdə 38,361 qram olmaqla ümumilikdə külli miqdarda 50,244 qram çəkidə psixotrop maddə metamfetamin, 1 ədəd bükümdə külli miqdarda 51,842 qram narkotik vasitə tiryək, 1 ədəd plastik qabda 1,498 qram və 1 ədəd bükümdə 83,711 qram olmaqla, ümumilikdə külli miqdarda 85,209 qram çəkidə narkotik vasitə heroin, tərkibində narkotik vasitə metadonun təsiredici maddəsinin miqdarı ümumilikdə 1,2 qram təşkil edən üzərində “F/M40” yazısı olan 30 ədəd dərman tableti, tərkibində güclü təsiredici maddə preqabalinin miqdarı külli miqdarda ümumilikdə 6 qram təşkil edən üzərində “Gabaprel..Pregabalin 300” yazısı olan 20 ədəd dərman kapsulları, səthində psixotrop maddə metamfetaminin izləri olan 1 ədəd “Constant” markalı elektron tərəzi və daxilində psixotrop maddə metamfetaminin izləri olan 2 ədəd qəlyan formalı predmet aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan olunmuş ittiham üzrə qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, tutulmamışdan təxminən 2 aya yaxın müddət ərzində Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, ev 2, mənzil 110-da Təqsirləndirilən şəxs2 ilə birlikdə yaşamışdır. O, Təqsirləndirilən şəxs2 ilə tutulmamışdan 4-5 ay əvvəl təsadüfən tanış olmuşdur. Bundan sonra onların arasında münasibət yaranmış və onlar birlikdə yaşamağa başlamışlar. Həmin ərəfədə o, təxminən 4-5 ay idi ki, psixotrop maddə metamfetamindən istifadə etməyə başlamışdır. O, istifadəsi üçün metamfetamini adətən Yasamal rayonu ərazisində taksi fəaliyyəti göstərən Bəhruz adlı şəxsdən almışdır. Bəzən də elə olmuşdur ki, onun tanışları Bəhruzdan psixotrop maddə metamfetamini alıb istifadə etmək üçün ona vermişlər. Belə ki, maddi imkanı yaxşı olmadığından onun hər dəfə metamfetamin almağa pulu olmamışdır. Tanışları da Bəhruzdan metamfetamin alaraq istifadə etmək üçün ona vermişlər. Sonuncu dəfə o, özü Bəhruzdan metamfetamin almağa getmişdir. Söhbət zamanı o, Bəhruza demişdir ki, “sənin yanından çıxıb Əhmədli qəsəbəsinə gedəcəm”. Bəhruz da həmin vaxt ona demişdir ki, “sən Əhmədli qəsəbəsinə gedirsənsə, sənə içərisində narkotik maddələr olan paketi verəcəm, sən də bunu Əhmədli qəsəbəsində mən dediyim adama verərsən. Buna görə sənə pulsuz “şüşə” verəcəm”. O da Bəhruzun təklifi ilə razılaşmış və içərisində narkotik vasitələr olan paketi Bəhruzdan götürüb Əhmədli qəsəbəsinə getmişdir. 15 iyun 2021-ci il tarixdə gecə saatlarında o, tanışı Şahid6 mobil telefonuna zəng edərək 30 manat məbləğində ona olan borcunu qaytarmasını Elnurdan istəmişdir. Elnur da onunla razılaşaraq gecə borcunu qaytaracağını ona bildirmişdir. Gecə saat 00:30 radələrində o, kirayədə yaşadığı mənzildən Təqsirləndirilən şəxs2 ilə birlikdə çıxmışdır. Əzizə mənzilin qapısını bağlamaq istəsə də, bağlaya bilməmişdir. Həmin vaxt Bəhruzun verdiyi paket onun əlində olmuşdur. Əzizə qapını bağlaya bilmədikdə, o, əlində olan paketi Əzizənin çantasının üzərinə qoymuş və özü qapını bağlamaq istəmişdir. Həmin vaxt 10-15 nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşaraq onları tutmuşlar və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Orada onun üzərindən 1 qram çəkidə metamfetamin və Bəhruzun ona verdiyi paket aşkarlanmışdır. Bundan başqa, onun üzərində 60 manat, Təqsirləndirilən şəxs2 üzərində 800-900 manat pul olmuşdur. O, orada əlindəki paketin içərisində olan narkotik vasitələri və digər maddələri Bəhruzdan aldığını bildirmişdir. Həmin vaxt Əzizənin üzərində narkotik vasitə və psixotrop maddə olmamışdır. Ümumiyyətlə, Əzizənin Bəhruzun ona verdiyi paketdən xəbəri olmamışdır. Baş İdarədə polislər ona bildirmişlər ki, “sən əgər narkotik vasitələri aldığın şəxsi yerini bizə desən, səni buraxacayıq”. Lakin o, Bəhruzun olduğu yeri polislərə deməmişdir. Sonra polislər onu ayrı otağa salıb döymüşlər. Onların üzərinə baxış gecə saat 04:00-05:00 radələrində keçirilmişdir. O, polislər tərəfindən edilən təzyiqdən sonra üzərindən aşkarlanmış maddənin və paketdə olan əşyaların ona aid olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərindən isə heç bir narkotik vasitə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 onun narkotik vasitədən istifadə etdiyini bilməmişdir. O, heç vaxt narkotik vasitə satmamış, eləcə də heç kimə narkotik vasitə verməmişdir. İbtidai istintaq zamanı o, ifadəsini oxumadan imzalamışdır. Ona görə də o, ibtidai istintaq zamanı təzyiq altında verdiyi heç bir ifadəni təsdiq etmir. Təqsirləndirilən şəxs1 ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilərək həmin maddə üzrə ona yüngül cəza təyin edilməsini, Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 240.3.2-ci maddələri ilə ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, tutulmamışdan təxminən 2-3 ay əvvəl Təqsirləndirilən şəxs1 ilə tanış olmuş və sonra Süleymanla birlikdə Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, ev 2, mənzil 110-da kirayədə yaşamağa başlamışdır. O, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmir. O, nəyinki narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamış, ümumiyyətlə heç vaxt həmin vasitə və maddələrdən istifadə etməmişdir. Eyni zamanda o, Süleymanın narkotik vasitə istifadəçisi olduğunu və satışı ilə məşğul olmasını bilməmişdir. O, bu hadisələrin şahidi olmamışdır. Onlar saxlanıldıqları gün o, Süleyman ilə birlikdə kirayədə yaşadığı evdən çıxaraq yeni kirayəyə götürmək istədikləri evə baxmağa getmişlər. Həmçinin həmin vaxt Süleymanın tanışı Şahid6 Süleymana olan 30 manat borcunu qaytarmaq üçün onların yaşadıqları evin həyətinə gəlmişdir. O, Süleymanla birlikdə evdən çıxsa da, Süleyman ondan əvvəl bloka çıxaraq Elnurla görüşməyə getmişdir. O da həmin vaxt evin qapısını bağlamaq istəmişdir. Lakin qapı pis bağlandığından o, qapını açarla bağlaya bilməmişdir. O, qapını bağlaya bilmədiyinə görə çantasını qapının yanına yerə qoymuşdur. Süleyman onun qapını bağlaya bilmədiyini görüb onun yanına gələrək əlindəki karton torbanı onun çantasının üstünə qoymuş və sonra qapını bağlamağa çalışmışdır. Bu vaxt 4-5 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq onları tutmuşlar və məcburi şəkildə öz avtomobillərinə otuzduraraq onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Orada onu Süleymandan ayrı saxlamışlar. 4-5 saatdan sonra onu Süleymanın yanına aparmışlar. Həmin vaxt Süleyman çox pis döyülmüş vəziyyətdə olmuş, həmçinin üzü qan içində olmuşdur. Polislər orada ona da təzyiq göstərmişlər və çox pis rəftar etmişlər. Sonra polislər onun çantasını ona göstərərək çantanın içərisində narkotik vasitə olduğunu bildirmişlər. O, bununla razılaşmamış və çantada olan narkotik vasitənin ona aid olmadığını bildirmişdir. Sonra polislər ona qarşı zorakılıq etmişlər. Bu vaxt Süleyman polislərə demişdir ki, “qız ilə işiniz olmasın, mən dedim axı, mənimdir.” O, bütün baş verən hadisələrdən qorxmuşdur. Sonra çəkiliş aparılmışdır. Çəkilişdə də o, heç nə deməmişdir. Çəkilişdə vəkil iştirak etməmişdir. Çantada olan narkotik vasitələrin ona aidiyyəti olmamışdır. Təqsirləndirilən şəxs2 ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və ona qarşı irəli sürülmüş ittiham üzrə barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinə aidiyyətlarının olmaması, həmçinin aşkarlanmış narkotik vasitə və psixotrop maddələrin onlara məxsus olmaması, habelə narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamaları ilə bağlı hissədə verdikləri ifadələri məhkəmə cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyrisəmimi və işin faktiki halları ilə təkzib edilən ifadələr kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxslərin ayrı-ayrılıqda məhkəmə istintaqında verdikləri ifadələri mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında fərqli məzmunda (inkaredici) ifadə verərək cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətlərini mümkün qədər yüngülləşdirmək məqsədi güdmüşlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törədib-törətməmələri ilə bağlı hissədə verdikləri ifadələrə gəldikdə isə məhkəmə həmin ifadələrə cinayət işinin materiallarına əlavə edilmiş sübutların məcmusu üzrə hüquqi qiymət verilməsini məqbul sayır və bu hissədə ittihama bir qədər sonra aydınlıq gətirilməsini ağlabatan hesab edir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 14 iyun 2021-ci il tarixdə Baş İdarəyə ünvan 2, mənzil 110-da yaşayan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında o, raportla rəhbərliyə məruzə etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmçinin əməliyyat tədbiri ilə bağlı əməliyyat qrupu yaradılmış və bu barədə Baş İdarənin rəhbərliyi tərəfindən əmr verilmişdir. Sonra o, əməliyyat qrupunun digər üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 kirayədə yaşadıqları ünvan 3 ünvanının qarşısına getmişlər. Onlar orada bir qədər müşahidə apardıqdan sonra, yəni 15 iyun 2021-ci il tarixdə, təxminən saat 00:30 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oxşar iki şəxsin binanın giriş blokundan bir nəfər şəxslə birlikdə çıxmalarını görmüşlər. Onlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 görən kimi dərhal həmin şəxslərə binanın qarşısında yaxınlaşaraq sonuncuları saxlayıb xidməti vəsiqələrini göstərmişlər və polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra onlar saxladıqları şəxslərə özlərini təqdim etmələrini təklif etmişlər. Həmin şəxslər özlərini təqdim edərək Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid6 olduqlarını bildirmişlər. Onlar saxladıqları şəxslərin şəxsiyyətini müəyyənləşdirdikdən sonra daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirmişlər və sonuncuları əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış etmişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid6 Baş İdarəyə dəvət etmişlər. Həmin şəxslər də buna etiraz etməyərək onlarla birlikdə Baş İdarəyə getmişlər. Baş İdarədə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid6 dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Bundan sonra onların saxladıqları şəxslər təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşlar. Sonra inzibati otaqların birində təhqiqatçı tərəfindən əməliyyat qrupunun və müdafiəçilərin iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid6 üzərlərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid6 üzərlərində qadağan edilmiş əşyalar varsa təqdim etmələri təklif olunmuşdur. Bu təklifdən sonra əvvəlcə Təqsirləndirilən şəxs1 üzərində "kakos” kimi tanıdığı narkotik vasitə və “şüşə” kimi tanıdığı psixotrop maddə olduğunu bildirərək əynində olan göy rəngli cins şalvarın kəmər hissəsinin sağ qabaq tərəfinə keçirdiyi qara rəngli dəri materialdan hazırlanmış açar qabını, şalvarın digər ciblərindən 2 (iki) ədəd mobil telefonu, 2 (iki) ədəd plastik kartı və 60 manat pulu çıxararaq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 1 (bir) ədəd qara rəngli açar qabının içində "kakos” kimi tanıdığı narkotik vasitə heroinin və “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetaminin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi qara rəngli açar qabı açıldıqda, həmin qabın içindən 8 (səkkiz) ədəd sellofan büküm, 1 (bir) ədəd kağız büküm və 3 (üç) ədəd dərman həbi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 həmin bükümlərin dördünün içində "kakos" kimi tanıdığı narkotik vasitə heroin, digər 4 (dörd) ədəd sellofan bükümün içində “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin və 1 (bir) ədəd kağız bükümün içində isə narkotik vasitə tiryək olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 8 (səkkiz) ədəd sellofan büküm və 1 (bir) ədəd kağız büküm açıldıqda 4 (dörd) ədəd sellofan bükümün içərisində qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə oxşar maddələr, 4 (dörd) ədəd sellofan bükümün içərisindən kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddələr, 1 (bir) ədəd kağız bükümün içərisində isə tünd qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə tiryəkə oxşar maddələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş dərman həblərinə baxış keçirilən zaman 2 (iki) ədəd həbin üzərində "Methadone 40" sözlərin yazıldığı, 1 (bir) ədəd digər həbin sarı rəngdə olması və üzərində olan yazıların oxunmadığı müəyyən edilmişdir. Sorğu-sual zamanı şübhəli şəxs kimi saxlanılmış Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə heroinə və tiryəkə, psixotrop maddə metamfetaminə oxşar maddələri həm satmaq, həm də şəxsi istifadə üçün alıb üzərində saxladığını, eləcə də üzərindən aşkar edilmiş 60 manat pulu narkotik vasitə və psixotrop maddələrin satışından əldə etdiyini bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs1 üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş narkotik vasitələrə və psixotrop maddələrə oxşar predmetlər, dərman həbləri qablaşdırılaraq götürülmüşdür. Eyni zamanda şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 2 (iki) ədəd mobil telefon, 60 manat pul, 2 (iki) ədəd plastik kart və 1 (bir) ədəd qara rəngli dəridən hazırlanmış açar qabı da iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs2 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü şəkildə təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 sağ əlində saxladığı dəridən hazırlanmış qara rəngli qadın əl çantasının içində narkotik vasitə və psixotrop maddələr olduğunu bildirərək həmin əl çantasını açmış və çantanın içində olan üzərində “Dior" sözü yazılmış ağ rəngli karton qutunu, pul qabını, 2 (iki) ədəd mobil telefonu masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs2 ağ rəngli karton qutunun içində olan 2 (iki) ədəd plastik qabı, 3 (üç) ədəd üzəri yapışqan lentlə bağlanmış sellofan bağlamanı, 5 (beş) ədəd konvalyutda olan dərman həblərini, 1 (bir) ədəd elektron tərəzini, 2 (iki) ədəd şüşə qabı, 1 (bir) ədəd alışqanı, 1 (bir) ədəd dəftəri və 1 (bir) ədəd pul kisəsini polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi plastik qabların və sellofan bükümlərin içində narkotik vasitə və psixotrop maddələr olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi sellofan bağlamalar və plastik qablar açıldıqda, oradan 1 (bir) ədəd sellofan bağlamanın və 1 (bir) ədəd plastik qabın içərisində qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə oxşar maddələr, 1 (bir) ədəd sellofan bağlamanın və 1 (bir) ədəd plastik qabın içərisindən kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddələr, 1 (bir) ədəd sellofan bağlamanın içərisində isə tünd qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə tiryəkə oxşar maddələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş dərman həblərinə baxış keçirilən zaman hər birində 10 (on) ədəd həb olan 3 (üç) ədəd konvalyutun üzərində “Methadone 40" sözləri və hər birinin içində 10 (on) ədəd həb olan 2 (iki) ədəd konvalyutun üzərində isə “Gabaprel 300" sözlərinin yazıldığı müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi pul kisəsinə baxış zamanı içindən 998 manat və digər pul qabının içindən 350 ABŞ dolları pul aşkar olunmuşdur. Şifahi sorğu-sual zamanı şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs2 əl çantasının içindən götürüb təqdim etdiyi üzərində "Dior" sözü yazılmış ağ rəngli karton qutunun içində olan narkotik vasitələrə, psixotrop maddələrə oxşar maddə və dərman həblərinin, 998 manat pulun, 1 (bir) ədəd elektron tərəzinin, 5 (beş) ədəd konvolyutda olan həblərin, 1 (bir) ədəd dəftərin, şüşə qabların və alışqanın ər-arvad kimi yaşadığı Təqsirləndirilən şəxs1 məxsus olduğunu və saxlamaq üçün ona verdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 dediklərini təsdiq edərək Təqsirləndirilən şəxs2 saxlamaq üçün verdiyi narkotik vasitə heroinə və tiryəkə, psixotrop maddə metamfetaminə oxşar maddələri həm satmaq, həm də şəxsi istifadə üçün əldə etdiyini, aşkar edilmiş 998 manat pulu isə narkotik vasitələrin və psixotrop maddələrin satışından əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş 50 ABŞ dolları pulun öz pulu olduğunu və həmin pulu qanunsuz yolla əldə etmədiyini bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs2 üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş predmetlər qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 2 (iki) ədəd mobil telefon, 998 manat və 350 ABŞ dolları pul iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüş, digər əşyalar isə özünə qaytarılmışdır. Bundan sonra şübhəli şəxs Şahid6 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü şəkildə təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid6 üzərində narkotik vasitə və psixotrop maddə olmadığını bildirmiş və əynində olan göy rəngli cins şalvarının cibində olan 30 manat pulu və 1 (bir) ədəd mobil telefonu çıxararaq, masanın üzərinə qoymuşdur. Şəxsi axtarış davam etdirilərkən Şahid6 üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Sorğu-sual zamanı Şahid6 tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə və psixotrop maddələr olmasından məlumatının olmadığını, özünün narkotik vasitə və psixotrop maddələrdən istifadə etmədiyini, eləcə də narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmadığını bildirmişdir. Bundan başqa, Şahid6 təxminən 6-7 gün əvvəl tanışı Təqsirləndirilən şəxs1 30 manat borc pul aldığını, 15 iyun 2021-ci il tarixdə gecə vaxtı Təqsirləndirilən şəxs1la zəngləşib borcunu qaytarmaq üçün görüşə gəldiyini və Süleyman ilə birlikdə olduqları vaxt polis əməkdaşları tərəfindən saxlanıldıqlarını bildirmişdir. Təqsirləndirilən şəxs1 Şahid6 dediklərini təsdiq etmişdir. Şəxsi axtarış zamanı aşkar edilmiş 30 manat pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən Şahid6 özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Şahid6 üzərindən aşkar edilmiş 1 (bir) ədəd mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürüldmüşdür. Sonra təhqiqatçı tərəfindən şəxsi axtarış zamanı qablaşdırılaraq götürülmüş əşyalar barədə protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2, Şahid4, Şahid3 və Şahid5 oxşar məzmunlu ifadə verməklə digər Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 6-7) görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 18) görünür ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 19) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 34) görünür ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 35) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 49) görünür ki, Şahid6 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 57) görünür ki, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 58) görünür ki, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 59) görünür ki, Şahid6 üzərində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 60-65) görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən 4 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroinə oxşar maddələr, 4 ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar maddələr, 1 ədəd kağız bükümdə narkotik vasitə tiryəkə oxşar maddə və 3 ədəd dərman həbi qablaşdırılmaqla, 1 ədəd ''Samsung" markalı mobil telefon, 1 ədəd “İphone” markalı mobil telefon, 60 manat pul, 2 ədəd plastik kart və 1 ədəd qara rəngli dəridən hazırlanmış açarqabı iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi götürülmüşdür. Təqsirləndirilən şəxs2 üzərindən 1 ədəd sellofan bağlamada və 1 ədəd silindrik formalı plastik qabda olan narkotik vasitə heroinə oxşar maddələr, 1 ədəd sellofan bağlamada və 1 ədəd silindrik formalı plastik qabda olan psixotrop maddə metamfetaminə oxşar maddələr, 1 ədəd sellofan bağlamada narkotik vasitə tiryəkə oxşar maddə, 5 ədəd konvalyutda olan dərman həbləri, 1 ədəd elektron tərəzi, 2 ədəd silindrik formalı şüşə qab və alışqan tipli dəmir predmet qablaşdırılmaqla, 1 ədəd “Samsung” markalı mobil telefon, 1 ədəd “Micro Max” markalı mobil telefon, 1 ədəd dəftərçə, 998 manat və 350 ABŞ dolları pul vəsaiti iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi götürülmüş, Şahid6 isə əynində olan göy rəngli cins şalvarının sağ yan cibində olan 30 manat pulu və şalvarının sağ arxa cibində olan “Samsung” markalı mobil telefonu polis əməkdaşlarına təqdim etmişdir. Şahid6 üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/2430 saylı ekspertiza rəyindən (cild 1, iş vərəqə 94-97) görünür ki, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən...” və sair yazılar olan kağız paketdəki (№1) 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,355 qram (№1H1); 0,410 qram (№1H2); 0,451 (№1H3); 0,402 qram (№1H4); ümumi təmiz çəkiləri 1,618 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 4 ədəd bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. 4 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,274 qram (№1M1); 0,849 qram (№1M2); 1,309 qram (№1M3); 0.945 qram (№1M4): ümumi təmiz çəkiləri 3,377 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 4 ədəd bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. 1 ədəd bükümdə təmiz çəkisi 0,234 qram (№1T1) tünd qəhvəyi rəngli, qətrana bənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. 1 ədəd üzərində “Methadone 40” yazısı olan blister kəsiyində olan 2 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş qəhvəyimtil-boz rəngli dərman tabletlərinin tərkibində 0,08 qram təsiredici maddə-metadon müəyyən edildi. 1 ədəd blister kəsiyində 1 ədəd sarı rəngli dərman tabletinin tərkibində təsiredici maddə - amitriptillin müəyyən edildi; üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərindən...” və s yazılar olan kağız paketdəki 1 ədəd plastik qabda təmiz çəkisi 11,883 qram (№2M1) və 1 ədəd bükümdə 38,361 qram (N2M2); ümumi təmiz çəkiləri 50,244 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir və bu metamfetamin kütlələri kimyəvi tərkiblərinə ğörə öz aralarında eynilik təşkil edirlər. 1 ədəd bükümdə təmiz çəkisi 51,842 qram (№2T1) tünd qəhvəyi rəngli, qətrana bənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik yasitə tiryəkdir. 1 ədəd plastik qabda təmiz çəkisi 1.498 qram (№2Hl) və 1 ədəd bükümdə 83,711 qram (№2H2); ümumi təmiz çəkiləri 85,209 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir və bu heroin kütlələri kimyəvi tərkiblərinə görə fərqlidirlər. 3 ədəd üzərlərində “Methadone 40” yazısı olan blisterdə ümumilikdə 30 ədəd üzərlərində “F/M40" yazısı həkk olunmuş qəhvəyimtil-boz rəngli dərman tabletlərinin tərkibində 1,2 qram təsiredici maddə- njıetadon müəyyən edildi. 2 ədəd üzərlərində “Gabaprel...Pregabalin 300” yazısı olan blisterdə ümumilikdə 20 ədəd üzərlərində “Samısaz” yazısı həkk olunmuş sarı/tünd qırmızı rəngli dərman kapsullarının tərkibində 6 qram təsiredici maddə-preqabalin müəyyən edildi. 01 ədəd “Constant” markalı elektron tərəzinin səthində və 2 ədəd qəlyan formalı predmetlərin daxilində metamfetamininizləri müəyyən edildi. Həmin predmetlərdə metamfetamin iz miqdarda olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatların aparılması mümkün olmadı. 1 ədəd alışqana bənzər metal predmetdə şübhəli maddə izləri müəyyən edilmədi. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunan (№1H1), (№1H2), (№1H3), (№1H4) işarəli heroin kütlələri ilə Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunan (N2H1) işarəli heroin kütləsi kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunan (№2H2) işarəli heroin kütləsi onlardan fərqlidir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunan (№1M1); (№1M2); (№1M3); (№1M4) işarəli metamfetamin kütlələri ilə Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunan (№2M1) VƏ (№2M2) işarəli metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Həmçinin hər iki şəxsdən aşkar olunan metadon tabletləri və tiryək kütlələri də eynitərkiblidir. Heroin və Tiryək 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ), metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ), metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in siyahısına (Siyahı 1) daxildir. Preqabalin (Gabaprel) preparatı 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin siyahısı” na (1 nömrəli əlavə) daxildir. Amitriptiliin dərman vasitəsi nəzarətdə olan maddələrin siyahılara daxil deyildir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 133-135) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 149-151) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-590/2021 saylı qərarından (cild 1, iş vərəqə 181-184) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-591/2021 saylı qərarından (cild 1, iş vərəqə 185-189) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 210) görünür ki, Təqsirləndirilən şəxs2 çantasından aşkar olunmuş və Təqsirləndirilən şəxs1 məxsus 1 (bir) ədəd dəftərə (dəftərçə) baxış keçirilmiş və baxış zamanı həmin dəftərin (dəftərçənin) içərisində “Kola 70”, “Qara 50”, “lili 10”, “patı 100,170”, “kola 40,600”, Kola 50”, “borc 2480”, “kola 100”, “Bəhruz 140”, “Dayı 150”, “Əziz 40”, “İlqar 40”, “Nicat 3k, 4p” kimi qeydlərin aparılması müəyyən edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan (cild 1, iş vərəqə 211-213) görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş, ümumi təmiz çəkisi 86,827 qram olan narkotik vasitə heroin, 52,076 qram olan narkotik vasitə tiryək, 53,621 qram olan psixotrop maddə metamfetamin, tərkibində narkotik vasitə metadonun təsiredici maddəsinin miqdarı ümumilikdə 1,28 qram təşkil edən 32 ədəd dərman tableti, tərkibində güclü təsiredici maddə preqabalinin miqdarı külli miqdarda olan, ümumilikdə 6 qram təşkil edən 20 ədəd dərman kapsulları, 1 ədəd üzərində psixotrop maddə metamfetaminin izləri olan “Constant” markalı elektron tərəzi və 2 ədəd qəlyan formalı predmetin maddi sübut kimi tanınması, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 86,687 qram təşkil edən narkotik vasitə heroinin, 51,926 qram təşkil edən narkotik vasitə tiryəkin, 53,461 qram təşkil edən psixotrop maddə metamfetaminin, 30 ədəd metadon həbinin, 19 ədəd preqabalin kapsulalarının, 1 ədəd elektron tərəzinin, 2 ədəd qəlyan formalı predmetin və 1 ədəd dəftərçənin saxlanması üçün Azərbaycan Respublikası DİNin BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan (cild 2, iş vərəqə 14) görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə “Omrum”, “Morin", “Yig meni”, 4 Ureyim”, “Baw usde ute yin”, “Sen MENİM herweyimsen”, “Can ureyim hazirawiram GEDİM sen neunirsen”, “Baw usde”, “Nifret eliyirem sene”, “Mene sende zerbe vurdun”. "O oteli BİR deyqaya dagidaram ama …..”, “Kefınde ol men yoxam artig nicatda sagolsun”, "Corey omrum fso”, ”8 yari 5 dene bir”, “Yaxwi”, “Nicat geldi getdi". "Omrum”. "Hardasan". "Men fso", “Qiz gedir”. “Burdayig”, “Pul yoxdu ha orda”, “Hazirdi". "Fso". "340 verdi” məzmununda mesajlar var. Təqsirləndirilən şəxs2 istifadəsində ***-***-**-** saylı mobil nömrəyə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən "He can sen onda yigma nigara bilmesin”, “Can nenisen ureyim qurban bilmesinde sora men iwdedende demesin bele ele”, “Nenisen herweyim salondasan hele hava qaralmamiw ged evede", “Hecne balam iw gorurem çatanda xeber ele birde ele eleki olar nomreni bilmesuner gelende gizdi verersen mene ged cox gec qalma”, “4 Can yaxwi ged”, “Bawin gedib bala senin”, “Qalxiram dagidaram seni onda bilersen”, “Senin gelib salonda eyaglarvi qirmasam menen q....si yoxdu”, “Orda ol catiram”, “Ata niye yatmirsan qurban sene nolub bikefsen”, “Ömrüm noyay gelde bura darixiram noyay”, “5 manat götür cıx qapiya”, “Ömrüm bidene nicat mawini usdaya göstersin gelirem yaxwi”, “Gelim qarayevede gedersen balam”, “Nese lazimdi tükanan ata ne isdiyir üreyin alim”, “İki dene ampula düzelt gelirem”, “He yaxşi qizda getdi yoxsa evde”, “Gelirem ortaligi yigiwdir tek deylem”, “Puluda götür”, “ok gözde” məzmununda mesajlar müəyyən edilmişdir.” Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli qəbzdən (cild 2, iş vərəqə 15) görünür ki, X1 Əzizə İsrafil qızına məxsus 2 (iki) ədəd mobil telefonu və 350 ABŞ dolları məbləğində pulu istintaq orqanından şəxsən təhvil almışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli qəbzdən (cild 2, iş vərəqə 16) görünür ki, X2 Süleyman İsa oğluna məxsus 2 (iki) ədəd mobil telefonu, 2 (iki) ədəd plastik kartı və 1 (bir) ədəd açarqabını istintaq orqanından şəxsən təhvil almışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 2, iş vərəqə 18-19) görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 2, iş vərəqə 20-21) görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan (cild 2, iş vərəqə 23-24) görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən müxtəlif mobil nömrələrə “Qaqa cöldeyem kuruqda nese lazimdisa tez gel axwama olmuyacag", "Zakladka var”, "Bildimee Qaqa temanı gerey bunan götüremki veremde bununda yanina vekili gelib söbeteri var nece deyim", “Yaxwi sen mene 3 dene yari p verersende ata noyay", "tez bidene biteri cix cole anuwa iki dene kofe verde yari getidiler burda Eli bow yola salmiyim puluda gotur", "falqada al”, "Bir saata karta diyecem pul vurarsan atiram goturersen”, "Nese lazimdi goturum”, "Gelem rusdemle kola”, "Saba bidene yarı pati padewka eliyerem”, "Cemi senol 3 dene yari var”, "Qaqa qram var", "ATA noyay pati saxla gelirem gotrem 3-4 dene yari saxlada noyay”, "Nicat qardawimsan kimse bilmesinha senen görüwmüwem”, "Ay… qaqamsan tez tecili taksiynen gel gede terezi vacib lazimdi”, "ATA 115 vere к ilirler 10 mati catmir birde diyesen 5 de pat isdiyir deyir 40 Dan alinar”, “Ok isdeseler 40 Dan verebilisen”, “Hecne denen menim pulum var pati ver lq vso”, “Ele ordadi yaxinlawir yari pati”, “Qaqa tema azdi indi sen denen saxliyim”, "Varindi nese cekmeye yoxdusa verim”, “201 iy pati lazimdi” məzmunda mesajların göndərilməsi aşkar olunur. Bundan başqa, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə müxtəlif mobil operatorlara məxsus nömrələrdən “qaqa menem anuw 3 qr kola 25 den alinir? Men xaqlardayam uje”, “Brat falga duzub gowarsan gadan alaram xaiw ediram onnan man eda bilmiram”, “Не bele ele mey olar qaqa gelim 10 luqu qoyum orda bir yere sen patini qoyasan oraliqa”, ‘P qoqu”, “Brat kofeler 1 qram birde iki dene 0.5 olsun", "1 dene kola", "Maliw 05 lazımdı nece eliyek”, “Qaqa kola bır tike beşimdi ama anavin cani patpresi narmalni elede xecaletinnen cixacam qiznan gorwecem”, “Obwi 3 qr birde 2 dene 0.5 ayri kofe.l denede pati", "Sulu menem fızuli nigar cixammir varyoxna hehlet yaxwi deylem bayaqki к cixartmadi gelim 18 manatim var mene qarwiq verda gece oleremda andola allaha alindirda”, “Sulu menem anue vatsapa gir onu 2 qr ele”, "Senin gelmeyin alinmadi gelim mene p verde 05 alinir?”, “2 dene p... 1,5 kola”, “200 temasin daniwaq. dabro varsa gelim goruwek”, “lkola yari pat lazimdi”, “Yetim 05 pencere lazimdi”, “Gozluyuremda qaqam uzaqi bir saat ancaq cekerda 05 kola 05pati dunanki hesaba vurum pulu?”, “lkola naxatdi alnar”, “Kola bir qram erde nolar lazlm olsa xalda ataram sene kazino oyna xdlm gelrem 5deqye”, “Bele kola pati vere bilirsen dvijeniya ucu? Gelim mehleye catim 20-30 vuracam”, "Qardawimsan koladan imkan olsa verersem, 1 qr kola, 2 qr patı Veresen?” məzmununda mesajlar müəyyən edilmişdir.” Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 X14 X10 3537 saylı rəyindən (cild 2, iş vərəqə 91-92) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və psixotrop maddə metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyatda alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 X14 X10 3548 saylı rəyindən (cild 2, iş vərəqə 93-94) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1029/2021 saylı qərarından (cild 2, iş vərəqə 62-64) görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri 3 (üç) ay müddətə, yəni xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1034/2021 saylı qərarından (cild 2, iş vərəqə 65-67) görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri 3 (üç) ay müddətə, yəni xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X18 2808 saylı rəyindən (cild 2, iş vərəqə 110-112) görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs2 hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 2, iş vərəqə 113-138) görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrindən həmin Məcəllənin 32.5,206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrinə tövsif edilməsi, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri üzrə yeni məzmunda ittiham elan edilməsi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş, ümumilikdə 86,827 qram çəkidə narkotik vasitə heroinin, 52,076 qram çəkidə narkotik vasitə tiryəkin, 53,621 qram çəkidə psixotrop maddə metamfetaminin, tərkibində narkotik vasitə metadonun təsiredici maddəsinin miqdarı ümumilikdə 1,28 qram təşkil edən 32 ədəd dərman tabletinin, tərkibində güclü təsiredici maddə preqabalinin miqdarı külli miqdarda ümumilikdə 6 qram təşkil edən 20 ədəd dərman kapsulalarının, 1 ədəd üzərlərində psixotrop maddə metamfetamin izləri olan “Constant” markalı elektron tərəzinin və 2 ədəd qəlyan formalı predmetin maddi sübut kimi tanınması, ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 86,687 qram təşkil edən narkotik vasitə heroinin, 51,926 qram təşkil edən narkotik vasitə tiryəkin, 53,461 qram təşkil edən psixotrop maddə metamfetaminin, 30 ədəd metadon həbinin, 19 ədəd preqabalin kapsullarının, 1 ədəd elektron tərəzinin, 2 ədəd qəlyan formalı predmetin və 1 ədəd dəftərçənin saxlanması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 60 manat və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş 998 manat məbləğində pul vəsaitinin maddi sübut kimi tanınması və saxlanılması üçün Azərbaycan Respublikası DİN-in Maliyyə-Plan İdarəsinin depozit hesabına təhvil verilməsi, şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 1 (bir) ədəd diskin, "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd diskin, "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd diskin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 141-143) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri üzrə yeni məzmunda ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 158-160) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri üzrə yeni məzmunda ittiham elan edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X8 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmişlər, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüşlər, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin seçdikləri müdafiəçiləri vasitəsi ilə suallar, o cümlədən müxtəlif vəsatətlər vermişlər, eyni zamanda onlara qarşı irəli sürülmüş ittihamı ayrı-ayrılıqda mübahisələndirmişlər. Təqsirləndirilən şəxslər tərəfindən onların hər birinə qarşı irəli sürülmüş ittihamın mübahisələndirilməsinə baxmayaraq, məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr yoxdur və həmin sübutlar əsasında cinayət hadisəsinin həqiqətən baş verməsi, yəni Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün zəruri tərkib əlamətlərinin olması və həmin cinayət əməllərinin təqsirləndirilən şəxslər tərəfindən qəsdən törədilməsi tam təsdiq olunur. Belə ki, Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5, 13 və 19-cu bəndlərinə əsasən – təmiz halda 2 qramdan artıq çəkidə narkotik vasitə heroin, təmiz halda 1,6 qramdan artıq çəkidə narkotik vasitə metadon, təmiz halda 50 qramdan artıq çəkidə narkotik vasitə tiryək, 2-ci Siyasının 67-ci bəndinə əsasən – təmiz halda 2 qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndində göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 qeyriləri (başqa şəxslər) tərəfindən qanunsuz şəkildə Azərbaycan Respublikasının ərazisinə keçirilmiş külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələri, habelə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsiredici maddələri Təqsirləndirilən şəxs2 ilə birlikdə, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə etmiş, daşımış və saxlamışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 “Bəhruz” adlı şəxslə razılıq əldə etmələri, sonuncu ilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz olaraq alqı-satqısı, daşınması və satışı barədə danışıqlar aparmaları, eləcə də törədiləcək cinayət əməlləri ilə bağlı cinayət əlaqəsinə girmələri, başqa sözlə, külli miqdarda narkotik vasitələr və külli miqdarda psixotrop maddələr, habelə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsiredici maddələr artıq Azərbaycan Respublikasının ərazisinə qanunsuz şəkildə keçirildikdən sonra həmin vasitə/maddələri ölkə ərazisində realizə edilməsi istiqamətində fəal hərəkətlər etmələri, o cümlədən Azərbaycan Respublikasının ərazisində narkotik vasitə və külli miqdarda psixotrop maddələri, habelə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsiredici maddələri satmaları, qeyd edilən predmetlərin qanunsuz alqısatqısının hesabatını aparmaları (aşkarlanmış dəftərçə ilə təsdiq olunur) tam şəkildə öz təsdiqini tapmışdır. Lakin məhkəmə istintaqında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri, həmçinin narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsiredici maddələri İran İslam Respublikasından Azərbaycan Respublikasının ərazisinə keçirmələrini (Cinayət Məcəlləsinin 206-cı maddəsinin obyektiv tərəfinə aid olan hər hansı bir hərəkəti törətmələri), eləcə də qeyd edilən predmetləri İran İslam Respublikasından Azərbaycan Respublikasının ərazisinə keçirən şəxsə/şəxslərə bu və ya digər şəkildə köməklik etmələrini təsdiq edə biləcək heç bir hal müəyyən edilməmişdir. Cinayət işinin materiallarında bununla bağlı heç bir sübut mövcud deyil. İbtidai istintaq orqanı bu hissədə səthi və natamam araşdırma aparmış, mütləq qaydada mötəbər sübutlar əsasında müəyyən edilməli olan halları, yəni təqsirləndirilən şəxslərdən aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddələrin (dövriyyəsi qadağan edilmiş predmetlər nəzərdə tutulur), həmçinin narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsiredici maddələrin nə vaxt, haradan, hansı ölkənin ərazisindən ölkə ərazisinə keçirilməsi, hansı üsulla və qaydada Azərbaycan Respublikasının ərazisinə keçirilməsi istiqamətində heç bir səmərəli araşdırma aparmamış, göstərilən xüsuslarla bağlı heç bir sübut əldə edib cinayət işinin materiallarına əlavə etməmişdir. Məhkəmə bu hissədə ibtidai istintaq orqanının fəaliyyətinə tənqidi yanaşır və göstərilən hissədə aparılmış ibtidai istintaqı natamam araşdırma kimi qəbul edir. Lakin məhkəmə istintaqında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 “Bəhruz” adlı şəxslə narkotik vasitələrin və psixotrop maddələrin, eləcə də narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsiredici maddələrin qanunsuz dövriyyəsi ilə bağlı razılıq əldə etmələri, sonuncu ilə narkotik vasitə və psixotrop maddələrin, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsiredici maddələrin alqı-satqısı, daşınması, saxlanılması və sair qanunsuz hərəkətlər barədə danışıqlar aparmaları, eləcə də törədiləcək cinayət əməlləri ilə əlaqədar cinayət əlaqəsinə girmələri, başqa sözlə, külli miqdarda narkotik vasitələr və külli miqdarda psixotrop maddələr, habelə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsiredici maddələr qeyriləri tərəfindən artıq Azərbaycan Respublikasının ərazisinə keçirildikdən sonra həmin vasitə/maddələri ölkə ərazisində realizə edilməsi istiqamətində razılığa gəlmələri, əldə edilmiş razılığa əsasən onların birbaşa olaraq Bəhruz adlı şəxsdən tapşırıq və sifarişlər aldıqdan sonra icra etmələri tam şəkildə öz təsdiqini tapmışdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Bəhruz adlı şəxslə, o cümlədən istintaqa məlum olmayan digər şəxslərlə cinayət əlaqəsinə girərək İran İslam Respublikasının ərazisindən Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilmiş külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddələrin, habelə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsiredici maddələrin realizə edilməsi istiqamətində fəal hərəkətlər edərək həmin narkotik vasitə və psixotrop maddələrin qanunsuz alqı-satıqısında və digər üsullar əsasında realizə edilməsində birgə iştirak etmişlər. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Belə ki, məhkəmə istintaqında araşdırılmış baxış protokolları əsasında müəyyən edilmişdir ki, hər iki təqsirləndirilən şəxs öz aralarında başqa şəxslərə narkotik vasitə və psixotrop maddələrin alqı-satqısı barədə dəfələrlə danışıqlar aparmışlar, bu danışıqların əksəriyyəti “jarqon” terminlərdə (patı, kola, torpaq, şüşə, qara və sair sözlərdə) ifadə olunmuş, həmçinin başqa şəxslər tərəfindən təqsirləndirilən şəxslərin istifadəsində olan mobil nömrələrə narkotik vasitə və psixotrop maddələrin qanunsuz alqı-satqısına yönəlmiş mesajlar göndərilmiş, bundan başqa, təqsirləndirilən şəxslər narkotik vasitə və psixotrop maddələrin alqı-satqısı ilə bağlı onlara müraciət etmiş şəxslərə həmin vasitə və maddələrin çəkisi, növü, çatdırılma üsulu və qaydası barədə cavab mesajları yazmışlar, o cümlədən onlar Təqsirləndirilən şəxs2 aşkar edilmiş, lakin Təqsirləndirilən şəxs1 məxsus dəftərdə narkotik vasitə və psixotrop maddələr, həmçinin narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsiredici maddələrlə bağlı həyata keçirdikləri qanunsuz alqı-satqının “hessabatını” aparmışlar. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər həqiqətən də Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişlər. Ölkə ərazisinə qanunsuz şəkildə keçirilmiş narkotik vasitələrin və psixotrop maddələrin, habelə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsiredici maddələrin sonradan ölkə ərazisində realizə edilməsi isə mütləq qaydada həmin narkotik vasitələrin və psixotrop maddələrin, habelə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsiredici maddələrin satış məqsədi ilə qanunsuz şəkildə əldə edilməsində, saxlanmasında, daşınmasında və satılmasında ifadə olunur. Başqa sözlə, qanunsuz şəkildə ölkə ərazisinə keçirilmiş narkotik vasitələri əldə etmədən, saxlamadan, daşımadan və satmadan həmin vasitələrin realizə edilməsi mümkün deyil. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin "cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər ... cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qanun hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsini tələb edir. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "04” mart 2011-ci il tarixli qərarının 9-cu bəndində tövsiyə edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Ali Məhkəmə Plenumunun qərarında təqsirkarın narkotik vasitələri satmaq niyyətində olmasını müəyyən etmək üçün təkcə narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi deyil, bununla yanaşı, digər, yəni istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması və s. halların da nəzərə alınması tövsiyə edilir. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11 -ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq, Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Qanunun mənasına görə, narkotik vasitələrin satışı dedikdə, yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədilə yayılması başa düşülür. Bu isə o, deməkdir ki, şəxsin narkotik vasitələri satış üçün əldə edib saxlaması haqda nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədinin hər hansı birini izləyərək narkotik vasitələri əldə edib saxlaması sübut edilməlidir. "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 8-ci bəndinə əsasən isə şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. İbtidai istintaq orqanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərini Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə tövsif edərkən və təqsirləndirilən şəxslərə qeyd edilən maddədə nəzərdə tutulmuş cinayətlə bağlı ittiham elan edərkən belə nəticəyə gəlmişdir ki, onlar Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitə, külli miqdarda psixotrop maddə və külli miqdarda güclü təsiredici maddələrin İran İslam Respublikasından Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və Azərbaycan Respublikasının ərazisində satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “Bəhruz” adlı şəxs və qeyrilərinə əvvəlcədən vəd verməklə onlarla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “Bəhruz” adlı şəxs və ya qeyriləri naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirdikləri qanunsuz predmetlərlə bağlı cinayət əməllərini törətmişlər. Maraqlısı odur ki, ibtidai istintaq orqanı şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “Bəhruz” adlı şəxsin və qeyrilərinin külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri, habelə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsiredici maddələri qanunsuz şəkildə, yəni qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasının ərazisindən Azərbaycan Respublikasının ərazisinə keçirilməsi qənaətinə gəlsə də, buna dair heç bir sübut olmadan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əsassız şəkildə Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə ittiham irəli sürmüşdür. İbtidai istintaq orqanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 32.5,206.2-ci maddəsi ilə ittiham irəli sürsə də, qeyd edilən maddədə nəzərdə tutulmuş cinayət əməlini törətmələrini, həmin əməlin törədilməsində iştiraklarını, belə iştirakın nədən ibarət olması və nədə ifadə olunmasını, həmin cinayətin törədilməsində iştiraklarına yönəlmiş hər hansı qəsdlərini təsdiq edə biləcək heç bir sübut əldə edib cinayət işinin materiallarına əlavə etməmişdir. Eyni zamanda məhkəmə istintaqında da təqsirləndirilən şəxslərin Cinayət Məcəlləsinin 32.5,206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmələrini, həmin əməlin törədilməsində iştiraklarını və həmin cinayətin törədilməsində iştiraklarına yönəlmiş hər hansı qəsdlərini təsdiq edə biləcək heç bir hal müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi həmin maddədə nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-ci maddəsinin obyektiv cəhəti malların ölkəmizin gömrük sərhəddindən keçirilməsinin müəyyən edilmiş qaydalarının və şərtlərinin pozulmasında, bununla da dövlətin hüquqi və fiziki şəxslərin qanunla qorunan hüquq və mənafelərinə ziyan vurulmasından ibarətdir. Cinayət hüququ nəzəriyyəsinə görə - cinayətin törədilməsi (icra edilməsi) dedikdə onun obyektiv tərəfini təşkil edən hərəkətlərin yerinə yetirilməsi başa düşülür. Hazırki iş üzrə müəyyən olunmuş qaçaqmalçılıq cinayətinin obyektiv tərəfini narkotik vasitə və psixotrop maddələri, eləcə də güclü təsir edən digər vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən (dövlət sərhədindən) gömrük nəzarətindən kənar keçirilməsi təşkil edir. Bu isə o deməkdir ki, şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2-ci maddəsi ilə təqsirləndirilməsi üçün onun məhz bu cinayətin törədilməsində qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə, yəni qaçaqmalını Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsinə köməklik etməsi tələb olunur. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə dair iş üzrə toplanmış sübutların məcmusuna düzgün istinad etməklə obyektiv, əsaslı hüquqi nəticəyə gəlsə də, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2-ci maddəsi ilə ittiham irəli sürməkdə kobud səhvə yol vermişdir. Belə ki, iş üzrə toplanmış sübutların, bütövlükdə cinayət işinin materiallarının təhlili göstərir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmələrini təsdiq edə biləcək hər hansı mötəbər sübut əldə edilmədən əsassız şəkildə onlara Cinayət Məcəlləsinin 32.5,206.2-ci maddəsi ilə ağır ittiham irəli sürülmüşdür. Eyni zamanda məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayətkar qrupun digər üzvü və ya üzvləri ilə artıq Azərbaycan Respublikasının ərazisinə keçirilmiş narkotik vasitə, psixotrop maddə və bu qəbildən olan sair qanunsuz predmetlər barədə telefonla danışmaları, eləcə də sair üsulla əlaqə saxlayaraq tapşırıq və sifarişlər almaları, başqa sözlə, telefonla əlaqə saxlayıb razılıq əldə etmələri satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri, eləcə də narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsiredici maddələri əldə edərək daşıyıb saxlama cinayətinə münasibətdə bu tövsifedici əlamətin yaranması üçün yetərlidir. Bu hissədə məhkəmə qeyd edir ki, cinayətin baş verməsi gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədi ilə əlbir olmadan) cinayətdə iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (içraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəxs halında törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Yəni, qeyriləri tərəfindən qaçaqmalçılıq cinayəti törədildikdən sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri, eləcə də narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsiredici maddələri əldə etmə, daşıma, saxlama hərəkətlərində iştirak etmişlər və ona görə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhz törətdikləri və sübuta yetirilmiş həmin əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdırlar. Bundan başqa, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilmiş külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddələrin, eləcə də narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsiredici maddələrin mənbəyinin müəyyən edilməsi istiqamətində də mötəbər sübutlar toplanmamış, aşkar edilmiş külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddələrin, eləcə də narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsiredici maddələrin məhz qaçaqmalçılıq yolu ilə hansı tarixdə, haradan, hansı ölkədən, hansı şəraitdə və qaydada Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirilməsi halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittihamın qaçaqmalçılıq cinayəti ilə bağlı hissəsi yalnız fərziyyələrə və mülahizələrə əsaslanmışdır. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli 10 nömrəli Qərarının 19-cu bəndinin sonuncu abzasında göstərilmişdir ki, mal və ya digər əşyalar qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirildikdən sonra bu barədə məlumat alaraq onları qəbul etmiş şəxsin bu cinayətin törədilməsində iştirakı müəyyən edilmədikdə, onun qaçaqmalçılıq cinayətini törətməsinə görə məsuliyyəti istisna edilir. Hazırki cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qaçaqmalçılıq cinayətinin törədilməsində və həmin cinayətin törədilməsinə köməklik edilməsində hər hansı şəkildə iştirakına dəlalət edən heç bir sübut müəyyən olunmamışdır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisinə - Azərbaycan Respublikasının quru ərazisi, daxili sulardan, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi (o cümlədən, orada yerləşən adalar, süni adalar, qurğular və tikililər) və onların üzərindəki hava məkan daxildir. Həmin Məcəllənin 1.0.22-ci maddəsindən görünür ki, gömrük sərhədindən keçirmə malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş üsullarla, o cümlədən beynəlxalq poçt göndərişləri, boru kəmərləri və elektrikötürücü xətlər vasitəsi ilə gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması üzrə hərəkətlərdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-ci maddəsində qaçaqmalçılığın törədilmə üsulları kimi malların və digər əşyaların gömrük sərhəddindən kənar və ya gömrük eyniləşdirməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi göstərilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsində cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsi). Yuxarıda təsvir olunmuş işin hallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilmiş külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddələrin, eləcə də narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsiredici maddələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi və həmin cinayətin törədilməsinə köməklik etmələri hər hansı sübutla öz təsdiqini tapmır. Belə olan halda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddələrin, eləcə də narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsiredici maddələrin qaçalmalçılığı cinayətinin icraçılarına hər hansı şəkildə kömək etmələri və bələliklə həmin cinayətdə iştirak etmələri haqqında nəticəyə gəlmək mümkün deyil. Başqa sözlə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda göstərilən qanunsuz hərəkətləri onlara istinad edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə tam şəkildə əhatə olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən - məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Yuxarıda qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham qanunsuz və əsassız olduğundan onlara qarşı irəli sürülmüş ittihamdan xaric edilməlidir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-nin 143- 146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün tərkib əlamətləri mövcuddur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən qəsdən törədilmiş cinayət əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə tövsif edir. Cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli əməlləri nəticəsində baş vermiş və bu cinayətlərin törədilməsində onlar bilavasitə təqsirlidirlər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları əməllərin (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrinə nisbətdə) cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinməklə həmin cinayətlərə görə cinayətlərin məcmusu qaydasında ədalətli şəkildə cəzalandırılmalıdırlar. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, cinayətlərin hər birinin xarakterini, ictimai təhlükəlilik dərəcələrini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cavan olmalarını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmələrini onların hər birinə nisbətdə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətini, onların cəzasını yüngülləşdirən halları, onların əməllərində cəzanı ağırlaşdıran halların olmadığını, aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddələrin çəkisini, eləcə də narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsiredici maddələrin çəkisini, həmin vasitə və maddələrin müxtəlif növlərə aid olmasını, həmin cinayətlərin törədilmə üsulunu və mexanizmini, aşkarlanmış narkotik vasitə və psixotrop maddələrin insan orqanizminə mənfi təsirini, çoxlu sayda insanların sağlamlığına ziyanını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2ci maddələrinin sanksiyalarına uyğun şəkildə məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir, həmin cəzalar cinayətlərin məcmusu qaydasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanmalı və onlara azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzalar tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmçinin, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində göstərilən cinayət əməlləri həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin olunacaq qəti azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Təqsirləndirilən şəxslərin həbsdə saxlanıldıqları müddət qəti cəza müddətinə daxil edilməklə onlara təyin ediləcək qəti cəzanın əvvəli onların tutulduğu vaxtdan, yəni xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 X14 X10 3537 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs1 opioidlərin və psixotrop maddə metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Həmçinin, cinayət işində olan xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 X14 X10 3548 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə qeyd edilən rəyləri nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza çəkəcəyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Lakin Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyinin əlamətəri aşkar olunmadığından və narkomaniya xəstəliyindən əzab cəkmədiyindən ona çəza çəkəcəyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmamalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 86,687 qram təşkil edən narkotik vasitə heroin, 51,926 qram təşkil edən narkotik vasitə tiryək, 53,461 qram psixotrop maddə metamfetamin, 30 ədəd metadon həbi, 19 ədəd preqabalin kapsulları, 1 ədəd elektron tərəzi, 2 ədəd qəlyan formalı predmet və 1 ədəd dəftərçə məhv edilməli, 3 (üç) ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, maddi sübut kimi Azərbaycan Respublikası DİN-in Maliyyə-Plan İdarəsinin depozit hesabında saxlanılan 60 (altmış) manat və 998 (doqquz yüz doxsan səkkiz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.2-ci maddəsinə əsasən hökm qanuni qüvvəsini aldıqdan sonra xüsusi müsadirə edilərək məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.2-ci maddəsinə əsasən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2ci maddəsi ilə irəli sürülmüş ittiham ümumi ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi üzrə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 15 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2ci maddəsi ilə irəli sürülmüş ittiham ümumi ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi üzrə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 15 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 86,687 qram təşkil edən narkotik vasitə heroin, 51,926 qram təşkil edən narkotik vasitə tiryək, 53,461 qram psixotrop maddə metamfetamin, 30 ədəd metadon həbi, 19 ədəd preqabalin kapsulları, 1 ədəd elektron tərəzi, 2 ədəd qəlyan formalı predmet və 1 ədəd dəftərçə məhv edilsin, 3 (üç) ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası DİNin Maliyyə-Plan İdarəsinin depozit hesabında saxlanılan 60 (altmış) manat və 998 (doqquz yüz doxsan səkkiz) manat məbləğində pul vəsaiti hökm qanuni qüvvəsini aldıqdan sonra xüsusi müsadirə edilərək məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar