Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-555/2023 12.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 14:50 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X17 və X18, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 oğunun, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, zərərçəkmiş şəxsin hüquqi varisi X21, zərərçəkmiş şəxsin hüquqi varisi X21 nümayəndəsi - Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili X14, müdafiəçi - Bakı şəhəri “MBM” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1993-cü ildə Bakı şəhərində doğulmuş, orta təhsili, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.2.1-ci, 133.2.3-cü, 133.2.4-cü, 133.2.6-cı və 145.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs qismində təqsirkardan asılı vəziyyətdə olmaqla aşkar surətdə köməksiz vəziyyətdə olan iki və daha çox şəxsə qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126-cı maddəsində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar yetirib işgəncə ilə müşayiət olunan əzab vermiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində təqsirkardan asılı vəziyyətdə olmaqla aşkar surətdə köməksiz vəziyyətdə olan iki və daha çox şəxsə qarşı silah qismində istifadə olunan əşya tətbiq etməklə zərərçəkmiş şəxslərin həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edib adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, qeyd olunan əməllər nəticəsində Zərərçəkmiş şəxs1 ölümünə, habelə sonuncunun ölümü ilə səbəbli əlaqəsi olmayan az ağır, yüngül dərəcəli və dərəcəsi təyin edilməyən, Zərərçəkmiş şəxs4 yüngül dərəcəli, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 yüngül dərəcəli və dərəcəsi təyin edilməyən xəsarətlər almaları ilə ağır nəticələrə səbəb olmuşdur. Belə ki, o, Narkoloji xidmət və nəzarət haqqında Azərbaycan Respublikası Qanununun 14.1 və 14.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkoloji xəstəliklərin müalicəsi, cəzaçəkmə müəssisələri və istintaq təcridxanalan istisna olmaqla, yalnız narkoloji tibb müəssisələrində həyata keçirildiyi, hüquqi şəxs yaratmadan narkoloji xəstəliklərin müalicəsinə yol verilmədiyi, dövlət narkoloji tibb müəssisələri istisna olmaqla narkoloji yardım sahəsində fəaliyyət göstərən hər hansı hüquqi şəxsin bu fəaliyyəti yalnız Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş xüsusi razılıq əsasında həyata keçirə bildiyi, bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli 276 nömrəli qərarı ilə təsdiq edilmiş "Narkomanlığa düçar olmuş şəxslərin müalicəsi, reabilitasiyası və resosializasiyası üzrə Proqram”ın 4.4-cü bəndinin tələblərinə zidd olaraq narkoloji xəstələrin müalicə üsulları narkoloji xəstənin səhhətinin vəziyyəti və onu əhatə edən mühit nəzərə alınmaqla, narkoloji müəssisədə (stasionar və ya ambulator şəraitdə) və ya xəstənin evində (ambulator şəraitdə) həkim-narkoloq tərəfindən aparılmalı, ev şəraitində müalicə olunan narkoloji xəstələr haqqında tətbiq edilən bütün müalicə tədbirləri narkoloji xəstələrin müşahidəsi üçün nəzərdə tutulan ambulator kartalara daxil edilməli olduğu halda qanunvericiliyin həmin tələbləri pozulmaqla 07 may 2021-ci il tarixdən 05 sentyabr 2021-ci il tarixədək ünvan 3 ünvanda yerləşən Şahid12 məxsus 3 mərtəbə və zirzəmidən ibarət, yaşamaq üçün yataq dəstləri, mətbəx, məşğələ otaqları, məişət ləvazimatları və ərzaqla təchiz olunmuş fərdi yaşayış evində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan narkotik və alkoqolizm asılılığından əziyyət çəkən şəxslərə müəyyən ödəniş müqabilində narkoloji və psixoloji yardım göstərməyə yönəlmiş “New Life” adı altında qanunsuz olaraq fəaliyyət göstərən mərkəzdə ödənişsiz (bəzən isə xırda məbləğlərdə maddi dəstək olunmaqla) əsaslarla məsləhətçi qismində işləyən şəxs kimi mərkəzə faktiki rəhbərliyi həyata keçirən şəxslər, yəni mərkəzdə narkotik və alkoqolizm asılılığından əziyyət çəkən şəxslərə müxtəlif proqramlar tədris edən X8, mərkəzin maliyyə məsələlərinə nəzarət edən X26 və mərkəzin ərzaq məmulatları və məişət ləvazimatları ilə təchiz olunmasına nəzarət edən X22, mərkəzdə müalicə müddəti bitdiyindən könüllü, lakin ödənişsiz (bəzən isə xırda məbləğlərdə maddi dəstək olmaqla) əsaslarla məsləhətçi qismində işləməklə mərkəzə və müalicə olunanlara nəzarət edən Şahid1 və təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş və barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş X15, habelə mərkəzdə müalicə müddəti bitməsə də son mərhələ olduğu üçün mərkəzdə daha rahat hərəkət etmək üstünlüyü əldə etmiş, rəhbərlərin göstərişlərini müalicə olunanlara çatdırıb arada vasitəçi olmaqla stajor qismində digər müalicə olunanlara nəzarət edən Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib 26 iyun 2021-ci il tarixdə mərkəzə könüllü müraciət etsə də, artıq mərkəzdə qalmaq istəməyən, müalicəsini yarımçıq saxlayıb evinə geri qayıtmaq istəyən Zərərçəkmiş şəxs3 28 iyun 2021-ci il tarixdə, 20 may 2021-ci il tarixdə mərkəzə könüllü müraciət etsə də, artıq mərkəzdə qalmaq istəməyən, müalicəsini yarımçıq saxlayıb evinə geri qayıtmaq istəyən Zərərçəkmiş şəxs2 10 avqust 2021-ci il tarixdə mərkəzdən qaçarkən, Zərərçəkmiş şəxs3 xx.xx.2021 -ci il tarixdən, Zərərçəkmiş şəxs2 isə xx.xx.2021-ci il tarixdən etibarən qrup üzvləri ilə birlikdə geri qaytararaq adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum edib sərbəst hərəkət etmək, özlərinə yaşayış yeri seçmək imkanlarını məhdudlaşdırıb mərkəzdə məcburi qaydada arzu etmədikləri yerdə, Binəqədi rayonu, Novxanı bağ massivi, 946a saylı ünvanda həyətyanı sahəsi mişar daşla hasara alınmış, növbədə olan şəxslər tərəfindən mühafizə olunan qapalı evdə və həmin evin həyətyanı sahəsində vahid niyyətlə 04 sentyabr 2021-ci il tarixədək qanunsuz saxlamış, mərkəzə rəhbərlik edən şəxslər tərəfindən razılaşdırılmaqla təsdiq edilmiş qrafikə uyğun olaraq həmin gün növbəni növbədə müalicə olunanlara nəzarət edən şəxs kimi qrupun üzvləri X22, Şahid2 və təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş və barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş X15 ilə birlikdə X8, X39 və Şahid1 təhvil aldıqdan qısa müddət sonra, yəni 04 sentyabr 2021-ci il tarixdə saat 14 radələrində qrupun digər üzvləri X22, Şahid2 və təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş və barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş X15 ilə birlikdə növbədə olarkən könüllü müraciət etməklə mərkəzdə narkotik asılılığından müalicə olunmaları məqsədilə saxlanılan Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 | Oruc oğlu və mərkəzdə azadlığı məhdudlaşdırılmaqla xx.xx.2021-ci il tarixdən məcburi saxlanılan Zərərçəkmiş şəxs3 və xx.xx.2021 -ci il tarixdən məcburi saxlanılan Zərərçəkmiş şəxs2 04 sentyabr 2021-ci il tarixdə mərkəzdən qaçmaq məqsədilə hazırladıqları plan barədə məlumat əldə edib bu barədə həmin gün saat 14:23-də X22 istifadəsində olan “***-***-**- **” saylı mobil telefon nömrəsi vasitəsi ilə X2 istifadəsində olan “***-***-**-**” saylı mobil telefon nömrəsinə zəng edib xəbər vermiş, X25 Həsənov və Elvüsal Hüseynovla birlikdə dərhal mərkəzə qayıdacaqlarını ona, Famil Rzayev, Şahid2 və təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş və barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş İsrafil Hüseynova bildirməklə onlar qayıdanadək Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 mərkəzdən qaçmalarının qarşısının alınması, habelə bu üsulla mərkəzdə saxlanılan digər şəxslərdə də qorxu hissinin formalaşması məqsədilə müxtəlif zorakı üsullarla cəzalandırılması, zirzəmiyə salınıb əl- qollarının bağlanılması, fiziki zor tətbiq edilməsi ilə bağlı tapşırıqlar vermiş, o, ümumi cinayətkar niyyətə və məqsədə uyğun olaraq cinayətkar qrupun üzvləri Famil Rzayev, Şahid2 və təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş və barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş İsrafil Hüseynovla birlikdə Orucəli Əliheydərovdan aldıqları tapşırığa uyğun olaraq mərkəzdə daxili intizam qaydalarını pozduqları üçün Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 olduqları mənzilin 2-ci mərtəbədə yerləşən otağından zirzəmidə yerləşən ərzaq və məişət ləvazimatlarının saxlanıldığı, eyni zamanda avtomobil qarajı kimi istifadə olunan otağa aparıb qrupun digər üzvlərinin niyyəti ilə əhatə olunmaqla əvvəlcə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 əl-qollarını dəmir qandal və skoç-yapışdırıcı lentlərlə arxadan, həmçinin də ayaqlarını skoç-yapışdırıcı lentlərlə əllərinə bağlayıb təqsirkarlardan aşkar şəkildə asılı vəziyyətdə olmaqla köməksiz vəziyyətə salındıqdan sonra, orada heç kimin onlara kömək etmək imkanının olmamasını dərk edərək bu vəziyyətdən şüurlu şəkildə istifadə etməklə öz əməllərinin ictimai təhlükəliliyini artıran üsullardan, yəni silah qismində istifadə olunan boru, eləcə də əl-ayaq zərbələri ilə döşəmə üzərində fərqli formalarda uzanıqlı vəziyyətdə olan Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4, habelə həmin vaxt sonuncularla mərkəzdən qaçmaq istəyən şəxslərdən biri kimi qəbul edilib zirzəmiyə çağırılmış Zərərçəkmiş şəxs3 da eyni üsulla döyüb çoxsaylı zərbələr endirən zaman, qrupun digər üzvləri X9, Şahid1 və X26 birlikdə mərkəzin yerləşdiyi ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə gəlib zirzəmiyə endikdən sonra Orucəli Əiiheydərov, Şahid1 və Elvüsal Hüseynovla birlikdə orada əlayaqları bağlı, döşəmə üzərində uzanıqlı vəziyyətdə qalan ikidən çox şəxsi, o cümlədən Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 təxminən 04 sentyabr 2021-ci il tarixdə saat 14:30-dan həmin gün saat 16:00-a qədər olan müddət ərzində qabaqcadan əlbir olan bir qrup şəxs qismində təqsirkardan asılı vəziyyətdə olmaqla aşkar surətdə köməksiz vəziyyətdə olan və Azərbaycan Respublikası CM-in 126-cı maddəsində göstərilən nəticələrə səbəb olmayan mütəmadi və fasilələrlə döyməklə, habelə intensiv şəkildə tək-tək təkrarlanmaqla sair zorakı hərəkətlərlə, yəni silah qismində istifadə olunan plastik boru, həmçinin əl-ayaq zərbələri ilə döyüb güclü fiziki ağrı yetirməklə, soyuq otaqda saatlarla ac-susuz saxlamaqla, habelə təbii ehtiyaclarını görmələrinə şərait yaratmamaqla və bunların fonunda ümumilikdə işgəncə ilə müşayiət olunan psixi iztirablar yetirməklə əzab verib Zərərçəkmiş şəxs1 sağ və sol ənsə-təpə nahiyələrinin dərialtı qansızmaları, sağ budun, sol budun, döş qəfəsinin sağ və so! yarısının arxa səthinin, qarının ön səthinin qançırlı hematomaları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli, eləcə də üst və alt dodağın selikli qişalarına qansızmalar, boyunun ön səthinin, sağ və sol qulaq seyvanlarının, sağ və alt göz qapağı və gözaltı nahiyələrin, sağ və sol bazu nahiyələrinin, sol saidin, sağ qasıq və sağ baldır nahiyələrinin qançırları, sol əlin arxa səthinin, sol milbilək oynağının və boyun nahiyəsinin sıyrıqları ilə müşayiət olunan, ümumilikdə və ayrıayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqları üçün dərəcələri təyin olunmayan, Zərərçəkmiş şəxs3 sağ bazu oynağında qançır və sıyrıqlar ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli, eləcə də sol əlin arxa səthində çoxsaylı qançır və sıyrıqlar ilə müşayiət olunan, sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqları üçün dərəcələri təyin olunmayan, Zərərçəkmiş şəxs2 təpə nahiyəsinin hematoması ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli, eləcə də sağ bilək nahiyəsinin və döş qəfəsi nahiyəsinin qançırları, sağ baldır nahiyəsinin qançırlı sıyrıqları, alın və sol sağrı nahiyələrinin qançırları ilə müşayiət olunan, ümumilikdə və ayrıayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqları üçün dərəcələri təyin olunmayan, Zərərçəkmiş şəxs4 başın alın-təpə nahiyəsində əzilmiş yara izi, yəni çapıq ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli xəsarətlər yetirdikdən sonra, əl-ayaqları bağlı olduğundan özlərinə hər hansı yardım edə bilməyən Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 həmin zirzəmidə müxtəlif nahiyələri göyərməklə şişkin vəziyyətdə soyuq otaqda ac- susuz olaraq fasiləsiz 6 saat müddətində, yəni təxminən saat 14:30-dan saat 22 radələrinədək qapı bağlı vəziyyətdə ikidən artıq olan zərərçəkmiş şəxslərin həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməkdə müşahidə olunan, yəni ümumilikdə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 yüngül dərəcəli və dərəcəsi təyin edilməyən, Zərərçəkmiş şəxs4 yüngül dərəcəli müxtəlif bədən xəsarətləri yetirib adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, Zərərçəkmiş şəxs3 yataq otağına qayıtmasına izacə versələr də, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 zirzəmidə saxlanılmasını davam etdirib, qaçış planının hazırlanmasında daha fəal iştirak edən, habelə yüngül və dərəcəsi təyin edilməyən çoxsaylı xəsarətlər almış, huşu özündə olmayan, özünə gəldikdə isə yalvararaq yemək-su istəyən Zərərçəkmiş şəxs1 mərkəzdə saxlanılan və gizli olaraq plan qurub qaçmağa çalışan digər şəxslərə örnək olması üçün evin zirzəmisindən birinci mərtəbəsinə qalxan pilləkənin taxta dirəyindən özünü pis hiss etdiyi üçün su verilməsi və qandalı açaraq sərbəst buraxması ilə bağlı yalvarışlarına məhəl qoymadan 05 sentyabr 2021-ci il tarixdə təxminən saat 11 radələrinə qədər təqribən 18 saat ərzində hər iki qollarının bilək nahiyəsindən dəmir qandalla asılı vəziyyətdə saxlamış, bu zaman qrup üzvlərinin vahid niyyətləri ilə əhatə olunmaqla qəsdən azadlığı məhdudlaşdırılaraq biləyindən uzun müddət ərzində asıldığı üçün sol əlin İİİ barmağının daraq sümüyü başının qəlpə şəkilli qopması ilə zərərçəkmiş Zərərçəkmiş şəxs1 həyatı və sağlamlığı üçün təhlükəli olan zor, yəni sağlamlığına az ağır dərəcəli bədən xəsarəti yetirilmiş, bundan sonra Orucəli Əliheydərov, Şahid1 və Elvüsal Hüseynovla birlikdə “New Life” adlı mərkəzdən gedən zaman Zərərçəkmiş şəxs1 bir gün müddətində açılmadan asılı vəziyyətdə saxlanılması göstərişini verdikdən sonra o, qrupun digər üzvləri Famil Rzayev, Şahid2 və təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş və barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş İsrafil Hüseynov ilə birlikdə nəzarət altında saxlanılmalarına baxmayaraq istintaqla müəyyən edilməyən mənbədən və şəraitdə əldə edilməklə tiryək qrupuna aid olan morfin adlı alkoloidin sintetik analoqu olan heroin və metadon ilə kəskin zəhərlənmiş Zərərçəkmiş şəxs1 həm kəskin zəhərlənmə, həm güclü fiziki ağrı və psixi iztirablar yetirilərək işgəncə ilə müşayiət olunan əzab verilməsinə, eləcə də özünü pis hiss etdiyindən “limana çatdım, gedirəm limana kəfənim ordadı, ağ mələfə görüb sevindim, imana gəlin” kimi yalvarışlarına məhəl qoymamaqla əməllərini davam etdirib qabaqcadan əlbir olan bir qrup şəxs qismində təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan ikidən çox şəxsə qarşı Azərbaycan Respublikası CM-in 126-cı maddəsində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar yetirib işgəncə ilə müşayiət olunan əzab vermiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində təqsirkardan asılı vəziyyətdə olmaqla aşkar surətdə köməksiz vəziyyətdə olan ikidən çox şəxsə qarşı silah qismində istifadə olunan əşya tətbiq etməklə zərərçəkmiş şəxslərin həyatı və sağlamlığı üçün təhlükəli olan az ağır, yüngül və dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə müşayiət olunan zor tətbiq edib adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, nəticədə öz əməllərinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduqları və görə biləcəkləri halda, yəni o, qrupun digər üzvləri Şahid2, Famil Rzayev və təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş və barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş İsrafil Hüseynov ilə birlikdə həmin mənzərəni kənardan izləməklə cinayətkarcasına etinasızlıq göstərib 5 sentyabr 2021 -ci il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs1 ehtiyatsızlıqdan tiryək qrupuna aid olan morfin adlı alkoloidin sintetik analoqu olan heroin və metadon ilə kəskin zəhərlənməsi nəticəsində ölümünə, habelə özü, eləcə də Orucəli Əliheydərov, Şahid1, Elvüsal Hüseynov, Famil Rzayev, Şahid2 və təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş və barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş İsrafil Hüseynovla birlikdə Zərərçəkmiş şəxs1 ölümü ilə səbəbli əlaqəsi olmayan sonuncunun sağlamlığına az ağır dərəcəli, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli və sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqları üçün dərəcələri təyin olunmayan, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli və sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqları üçün dərəcələri təyin olunmayan və Zərərçəkmiş şəxs4 sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər yetirməklə ümumilikdə ağır nəticələrə səbəb olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, o, 2015-ci ildən narkotik vasitə qəbul etməyə başlamış, ilk əvvəllər marixuana qəbul etməklə başlasa da, sonradan “kakos”, “patı” adlanan narkotik vasitələri çəkməklə qəbul etmişdir. Bu vərdişi ilə bağlı müalicələr alsa da nəticəsi olmamışdır. 2018-ci il Respublika Narkoloji Mərkəzdə müalicə almağına baxmayaraq bu onun narkotik asıllığından qurtulmağına kömək etməmişdir. 2020-ci ildə Narkoloji mərkəzdə müalicədə olarkən oranın həkim narkoloqu Vüqar adlı şəxs onu Kənan Hacıyev adlı şəxslə tanış etmiş, sonuncu narkoloji mərkəzə gələrək onunla söhbətlər aparmış və “New Life” adlı Reabilitasiya Mərkəzinin olduğunu deyərək həmin mərkəzdə müalicə almaqla sağala biləcəyini bildirmişdir. O, bu barədə atası Camalladinə bildirdikdə atası Kənan Hacıyevlə özü söhbət edərək orada müalicə alması ilə bağlı razılığa gəlmişdir. Atası onun həmin mərkəzdə müalicə alması üçün aylıq 1500 manat məbləğində pul ödəməyə razı olmuş, ilkin məbləği də Kənan Hacıyevə vermişdir. O, 23 iyun 2020-ci ildə “New Life” adlı X5 qəsəbəsində yerləşən binasına getmiş və müalicə almağa başlamışdır. Mərkəzin rəhbəri kimi Ənvər və Ayaz adlı şəxsləri tanımışdır. Orada həmçinin Orucəli, Elvüsal, Yaşar və Elgiz adlı şəxslər də işləmişlər. O, bir ay on beş gün Sulutəpə qəsəbəsində müalicə aldıqdan sonra Ənvər, Ayaz, Oruc, Elgiz, Elvüsal və Yaşar arasında ona məlum olmayan səbəblərdən mübahisə yaranmış və mübahisədən sonra o da daxil olmaqla müalicə alan şəxsləri ilk öncə Qusar rayonuna köçürmüşlər. Bir gün Qusarda qaldıqdan sonra müalicə alan şəxsləri Nabran qəsəbəsinə köçürmüşlər. Artıq reabilitasiya mərkəzi Nabran qəsəbəsinə köçdükdə oraya rəhbərliyi Orucəli həyata keçirməyə başlamış, maddi cəhətdən dəstəyi isə əslən Xaçmaz rayonundan olan Yaşar və Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşı Etibar adlı şəxslər həyata keçirmişlər. Eyni zamanda Yaşar adlı şəxsin oğlu Vüsal da onlarla birlikdə müalicə almışdır. Orucəli ilə yanaşı reabilitasiya mərkəzindəki işlərə Elvüsal da rəhbərlik edərək idarə etmişdir. O, 2020-ci ilin dekabr ayında müalicəsini başa vurmaqla “volontyor” kimi, yəni könüllü orada işləməyə başlamışdır. Mərkəzdə işləyərkən Orucəlidən və digər şəxslərdən hər hansı məbləğdə pul almamışdır. Mərkəzdə “volontyor” kimi qalıb işləməyinə səbəb ailəsinin təkidi və cəmiyyətə yavaş-yavaş adaptasiya dövrü keçməyi olmuşdur. 2021-ci ilin aprel ayının sonlarında polis təqibinə görə Nabran qəsəbəsində olan evdən çıxmışlar və iki gün Novxanı qəsəbəsində yerləşən “AF Hotel”də qalmışlar. Daha sonra isə Quba rayonunda 9-10 gün qaldıqdan sonra Novxanı qəsəbəsində Şahid12 məxsus evə köçmüşlər və mərkəz orada fəaliyyət göstərməyə başlamışdır. Narkomaniyadan əziyyət çəkən şəxslər müalicələrini orada davam etməyə başlamışlar. Reabilitasiya mərkəzindəki işlərə Orucəli ilə yanaşı Elvüsal da rəhbərlik etmişdir. X13 təxminən 30-32 nəfər müalicə almışdır. Reabilitasiya mərkəzinə xəstələri əsasən valideynləri gətirmiş, xəstələrin həftədə bir dəfə ailə üzvləri ilə telefonla danışmaq imkanı olmuşdur. O, Mərkəzin Novxanı qəsəbəsində yerləşən binasında da işləməyə davam etmiş, müalicə alan şəxslərə nəzarət etmək üçün növbəli şəkildə mərkəzdə qalmış, xəstələrin sağalaraq cəmiyyətə qarışması üçün əlindən gələni etmişdir. O, orada olan xəstələrə öz keçdiyi yolları danışıraraq onlara tövsiyələr vermiş, onlarla ancaq söhbət etmiş, xəstələrə nəsə kömək etmək, hər hansı şəxsin bayıra çıxmasına icazə vermək, müdiriyyətin işinə qarışmaq ixtiyarı olmamışdır. Hətta onun özünün də bayıra çıxmaq ixtiyarı olmamış, onlar ancaq müdriyyətin icazəsi ilə bayıra çıxmışlar. Evin açarı heç vaxt onda olmamış, növbə rəisində olmuşdur. Mərkəzdə işlədiyi müddətdə ona 300 manat və 500 manat olmaqla cəmi iki dəfə pul ödənilmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin pul mərkəzin rəhbəri tərəfindən deyil, onun mərkəzdə qalıb işləməsi və daha yaxşı sağalması məqsədilə atası tərəfindən verilmişdir. Hadisə baş verən gün, yəni, 04 sentyabr 2021-ci il tarixdə saat 12 radələrində o, Famil, İsrafil və Sərxan reabilitasiya mərkəzinə gedib növbəni Qənbər, Orucəli və Elvüsaldan təhvil almışlar. Növbəni təhvil aldıqdan sonra mərkəzdən qaçmağı planlayan xəstələrin olması, həmin xəstələrin gecə kino saatında yəni, saat 22:00-da qaçmağı planlaşdırdıqları barədə məlumat verilmişdir. Onun belə bir səlahiyyəti olmadığına görə məlumata dair heç bir addım atmamışdır. Növbə rəisi Famil olduğuna görə hər şeyi o, idarə etmişdir. Həmin şəxslər aşağı mərtəbəyə aparılaraq onlarla danışıqlar aparılmış, amma şəxsən onun özü həmin danışıqlarda iştirak etməmişdir. O, həmin gün Hüseyn, Fuad, Murad, Cahangir və Kamran adlı şəxslərin döyülməsini görməmiş və həmin döyülmədə iştirak etməmişdir. Həmin vaxt o, mərkəzin yerləşdiyi evin ikinci mərtəbəsində olmuş, aşağı mərtəbədən və ya zirzəmidən qışqırıq səsləri eşitməmişdir. Müalicə alan şəxslərdən Arzu və Sərxan da həmin vaxt onun yanında olmuşlar. O, növbədə olduğu vaxt qaçma halı olmadığına görə bu barədə heç kimlə söhbət etməmişdir. Həmin vaxt qaçmaq istəyən şəxslər ondan əvvəlki növbəyə bu barədə məlumat vermişlər. Adətən qaçmaq istəyən şəxslərlə söhbət aparılmış, əgər tabe olmazlarsa yazı yazmaqla cəzalandırılmışlar. Cəza növünü rəhbərlik təyin etmiş, o da rəhbərliyin göstərişini icra etdirmişdir. O, növbədə olduğu müddətdə xəstələrə ancaq könüllü yazı yazdırmış, hətta yazının yazılmasında çətinlik çəkən xəstələrə kömək etmişdir. Belə ki, həmin yolları özü də keçdiyi üçün məsləhətçi kimi heç bir xəstənin ondan narazı qalmasını istəməmiş, heç bir xəstəni incitməmiş və zərər yetirməmişdir. Reabilitasiya mərkəzində cəza tədbiri ancaq yazı olmuş, özünü yaxşı aparmayan şəxslər yazı yazmaqla cəzalandırılmışdır. Həmin gün 3-4 nəfərə cəza verilmişdir. Düyünün qarabaşaqla qarışdırılaraq ayırd edilməsinin cəza tədbiri kimi tətbiq edilməsini şəxsən görməsə də orada müalicə alan şəxslərdən bu barədə eşitmişdir. Onun özü də əvvəllər həmin mərkəzdə xəstə olmuş və uzun müddət orada qalmışdır. Müalicə olunduqdan sonra ictimaiyyətə qarışmaq ona çətin gəldiyindən həmin mərkəzdə qalıb işləməyə qərar vermişdir. Orada müalicə aldığı müddətdə ancaq yazı ilə cəzalandırılmış, onu heç kim vurmamış və işgəncə verməmişdir. Reabilitasiya mərkəzində müalicə aldığı və könüllü olaraq işlədiyi müddətdə hər hansi xəstənin işgəncəyə məruz qalmasını görməmişdir. Qaçmaq istəyən şəxslərdən biri olan mərhum Zərərçəkmiş şəxs1 necə ölməsi və hadisənin necə baş verməsi barədə onun heç bir məlumatı yoxdur. O, həmin gün ümumiyyətlə Hüseynlə danışmamış, onun döyülməsi anını görməmiş, habelə onu əli bağlı vəziyyətdə görməmiş, onun əlinin bağlanması üçün heç kimə göstəriş verməmiş, ümumiyyətlə belə bir ixtiyarı olmamışdır. O, Hüseynin və ya başqasının köməksiz vəziyyətdə olduğunu bilməmişdir. Reabilitasiya mərkəzində olduğu müddətdə ora narkotik vasitə gətirilməsi və ya kiminsə istifadə etməsi halını görməmiş, ümumiyyətlə belə halın baş verməsi mümkün olmamışdır. Ancaq yeni gələn xəstələrə yuxu dərmanları verilmişdir. 10 dekabr 2022-ci il tarixdə şahid qismində ifadə verərkən özündə olmamış, həmin ifadəni narkotik vasitənin təsiri altında vermiş və ifadəsini oxumadan imzalamışdır. Belə ki, mərkəzdən çıxdığı gün aqressiv olduğundan narkotik vasitə istifadə etmişdir. Amma, mərkəzdə olduğu müddətdə heç vaxt narkotik vasitə qəbul etməmişdir. Belə ki, mərkəzdə qayda-qanun çox ciddi olduğundan ora narkotik vasitə keçirmək qeyri-mümkün olmuşdur. Ona güləş fəndləri öyrədilməmiş, o, heç kimi asmamışam və ya stola bağlamamış, kiməsə fiziki və ya psixi təsir göstərməmişdir. Mərkəzin yerləşdiyi mənzilin kirayə götürülməsində iştirak etməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı da özünü təqsirli bilməmiş, təsqirləndirilən şəxs qismində dindirilərkən oxşar məzmunlu ifadələr vermiş, o cümlədən reabilitasiya mərkəzində qarabaşaqla düyünün qarışdırılaraq ayırd edilməsini cəza tədbiri kimi tədbiq edilməsini göstərmiş, həmin cəza tədbirini şəxsən görməsə də, bunu digər müalicə alan şəxslərdən eşitdiyini, 10 dekabr 2021-ci il tarixdə ibtidai istintaq orqanı tərəfindən şahid qismində dindirilərkən təsir altında verdiyi ifadəsini təsdiq etmədiyini bildirmişdir (cild 9, iş vərəqə 219-225; cild 10, iş vərəqə 54-57). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X28 göstərdi ki, o, 02 iyul 2021-ci il tarixdə övladı Hüseyni onun internet vasitəsi ilə əvvəlcədən tapdığı Nizami rayon Şirin Mirzəyev 108 ünvanında yerləşən “X30- Məsləhət Kabineti”də həkim işləyən Asif Kəngərli adlı şəxsin yanına aparmış və verdiyi analizlərdən sonra həmin həkim ona Hüseynin ağır tərkibli narkotik vasitə qəbul etmədiyini bildirmişdir. Həmin vaxt həkim Asif Kəngərli ona Hüseynin mütləq şəkildə reabilitasiya mərkəzlərində müalicəyə ehtiyacının olduğunu bildirmiş, lakin Hüseyn qəti şəkildə bununla razı olmamış, özünün ev şəraitində müalicə ola biləcəyini bildirmişdir. Eyni zamanda, həkim ona reabilitasiya mərkəzlərinin siyahısını təqdim etmişdir. O, isə siyahıda olan mərkəzlərin adlarını tanımadığı üçün Asif Kəngərlidən reabilitasiya mərkəzlərindən hansıların yaxşı olduğunu soruşmuş, sonuncu da “New Life” Reabilitasiya Mərkəzinin digərlərindən daha yaxşı olduğunu bildirmişdir. Siyahıda olan digər reabilitasiya mərkəzlərinin adlarını hazırda xatırlamır. Siyahıda “New Life” Reabilitasiya Mərkəzinin qarşısında onun rəhbəri olan Oruc adlı şəxsin adı və ***-***-**-** mobil telefon nömrəsi yazılmışdır. Bundan sonra o, evə gedərək özünə məxsus Qazaxıstan Respublikasına aid **********169 saylı mobil nömrədən qeydiyyat keçmiş “WhatsApp” proqramı vasitəsi ilə Oruc adlı şəxsin istifadəsində olan “***- ***-**-**” mobil nömrəsinə zəng etmiş və mesaj yazaraq onunla əlaqə saxlamışdır. O, təxminən 03-04 iyul 2021-ci il tarixdə Oruc, Vüsal və adını xatırlamadığı bir nəfərlə Yasamal rayon ərazisində yerləşən “Davinci" Hospitalın yanında görüşmüşdür. Klinikanın yanında görüşmək onda elə təəssürat yaratmışdır ki, həmin şəxslər tibbi üsullarla müalicə aparırlar. O, həmin şəxslərlə görüşən zaman Oruc və Vüsal adlı şəxs ona Hüseynin “12 addım proqramı”ilə müalicə olunacağını, psixoloji metodlardan istifadə edəcəklərini, qaldığı yerdə idmanla məşğul olacağını və psixiologiya ilə bağlı müxtəlif dərslər keçiriləcəyini bildirmişlər. Eləcə də, onlar Hüseynin 6 ay çölə çıxmamaq şərti ilə evdə qalacağını, aylıq ödəniş haqqının 1500 manat olacağını, əlavə olaraq isə 50-60 manat məbləğdə aylıq siqaret, diş məcunu, bir sözlə şəxsi ehtiyacları üçün pul lazım olacağını bildirmişlər. Onlara Hüseynin reabilitasiya mərkəzində müalicə almaq istəmədiyini dedikdə, ona Hüseyni aldaraq mərkəzə gətirə biləcəklərini bildirmişlər. Özü haqqında onları məlumatlandırdıqdan sonra Oruc ona Hüseynin guya İnterpol vasitəsi ilə axtarıldığını bəhanə edərək onu həmin mərkəzə apara biləcəklərini bildirmişdir. Hüseyni mərkəzə aparmaq müqabilində isə Oruc əlavə olaraq 600 manat məbləğində pulun verilməli olduğunu demişdir. Bundan sonra, o, həmin şəxslərlə onlarla razılaşmış və 10 iyul 2021-ci il tarixdə Hüseynin mərkəzə aparılması ilə bağlı razılığa gəlmişdir. 10 iyul 2021-ci il tarixi ona görə razılaşdırılmışdır ki, 09 iyul 2021-ci il tarixdə Hüseynin ad gününü keçirilməli olmuşdur. Onlara ad gününü keçirdikdən sonra Hüseyni mərkəzə apara biləcəklərini bildirmişdir. Həmin vaxt onun bu metodla razılaşmağına səbəb oğlu Hüseynin narkotik bəlasında azad olunmasını istəməyi olmuşdur. Bir ata kimi nə qədər acı olsa da, o, narkotik bəlasından qurtulması üçün buna razılıq vermişdir. 10 iyul 2021-ci il tarixdə saat 18 radələrində Oruc Hüseynin istifadəsində olmuş “***-***-**-**” saylı mobil nömrəyə zəng edərək danışdığı metodla onu mərkəzə aparmışdır. Daha sonra isə həmin gün axşam radələrində Bakıxanov qəsəbəsi, Fətəliyev 35 ünvanında “Nərmin” marketin qarşısında o, “New Life” Reabilitasiya Mərkəzinin işçisi olan Famil adlı şəxslə görüşmüş və ona müalicə pulu olaraq 1500 manat, şəxsi ehtiyacları ilə bağlı 100 manat, Hüseynin gətirilməsi ilə bağlı 600 manat olmaqla ümumilikdə 2200 manat pul vermişdir. Famil də həmçinin ona Hüseynin şəxsi əşyalarını təqdim etmişdir. Eyni zamanda, Famil ona pal-paltar lazım olduğunu bildirmiş, o da həmin günün səhərisi Hüseyn üçün paltar götürərək Novxanı qəsəbəsinə gedib mərkəzin olduğu yeri çətinliklə də olsa tapmış və paltarları Oruc və Vüsala vermişdir. Həmin mərkəz gizli yerdə olduğundan oranı tapmaqda çox çətinlik çəkmişdir. Təxminən 13-14 iyul 2021-ci il tarixində o, Qazaxıstan Respublikasına qayıtmışdır. Bundan sonra mütəmadi olaraq Oruc və Vüsal adlı şəxslərlə əlaqə saxlayaraq Hüseynin vəziyyəti ilə maraqlanmış və onlar yalandan Hüseynin səhhətinin yaxşı olduğunu, onun sağalmağa doğru irəlilədiyini bildirmişlər. Vüsal adlı şəxs 01 avqust 2021ci il tarixdə “WhatsApp” proqramı vasitəsi ilə onunla əlaqə saxlayaraq Hüseynin şəxsi ehtiyacları üçün əlavə olaraq 100 manat pul lazım olduğunu bildirmiş, o da 02 avqust 2021-ci il tarixdə Qazaxıstan Respublikasına məxsus “ATF” Bankından "Zolotaya Korona" pul köçürmə sistemi vasitəsilə X19 adına 100 ABŞ dolları məbləğində pul köçürmüşdür. Daha sonra isə 11 avqust 2021-ci il tarixdə Hüseynin müalicəsi üçün aylıq ödəniş olaraq, eləcə də şəxsi ehtiyacları üçün “ATF” Bankından "Zolotaya Korona" pul köçürmələri sistemi vasitəsilə X19 adına 1000 ABŞ dolları məbləğində pul göndərmişdir. Zərərçəkmiş şəxs1la 10 iyul 2021-ci il tarixdən, yəni müalicə aldığı vaxtdan cəmi iki dəfə “***-***-**-**” saylı mobil nömrə ilə “Whatsapp” proqramı vasitəsi ilə telefon əlaqəsi saxlanılmışdır. Telefonda danışan zaman Hüseyn hər şeyin qaydasında olduğunu desə də, lakin səs tonundan Hüseynin ona nəsə demək istəməsini hiss etmişdir. Sonradan ona məlum olmuşdur ki, mərkəzin rəhbər şəxsləri müalicə alan şəxslər telefonla danışan zaman onların törətdikləri qanunsuz hərəkətlərlə bağlı hər hansı söz deməsinlər deyə yanlarında dayanmışlar. Bu səbəbdən mərkəzin işçiləri çalışdıqları qədər müalicə alan şəxslərin yaxın qohumları ilə danışıqlarını məhdudlaşdırmışlar. Hüseyn müalicə aldığı müddət ərzində arvadı Leyla ilə telefon əlaqəsi saxlamış, lakin onların arasında olan danışıqlardan məlumatı olmamışdır. 05 sentyabr 2021-ci il tarixdə saat 11:46-da adını sonradan bildiyi Elvüsal Hüseynov istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan **********169 saylı mobil nömrəyə zəng edərək Hüseynin 4-5 nəfərlə mərkəzdən qaçmaq istədiyini, bu səbəbdən onların qaçmağına icazə verməyərək qaçan şəxsləri, eləcə də Hüseyni bağladıqlarını, Hüseynin səhhətinin pisləşdiyini, Sumqayıt şəhərində yerləşən hansısa klinikaya apardıqlarını bildirmişdir. O, bu xəbərdən çox narahat olmuş, bir neçə dəfə Vüsal və Oruca zəng etmiş, amma onlar gah telefon zənginə cavab verməmiş, gah da zəngə cavab verərək danışa bilmədikləri ilə bağlı müxtəlif bəhanələr gətirmişlər. Oruc həmin gün saat 13:21-də «WhatsApp» proqramı vasitəsi ilə ona səs ataraq “Rafiq müəllim, mən burdayam, deyirlər vəziyyəti ağırdır, reanimasiyadadır, çalışın siz də gəlin Bakıya, vəziyyəti ağırdır, mən də burda nə lazımdı edəcəm” sözlərini demişdir. Daha sonra isə həmin gün Binəqədi rayon prokurorluğunun əməkdaşlarından kimsə ona zəng edərək Hüseynin ölməsi barədə məlumat vermişdir. O, 7 sentyabr 2021-ci il tarixdə Bakı şəhərinə gəlmiş və oğlunun meyitinə baxan zaman həqiqətən ona qarşı fiziki təsir olduğunu müşahidə etmişdir. Təqsirləndirilən şəxsə layiq olduğu ağır cəza verilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərdi ki, o, 2017-ci ildən narkotik vasitə qəbul etməyə başlamış, ilk əvvəllər marixuana qəbul etməyə başlasa da, daha sonra isə “kakos”, “patı” adlanan narkotik vasitələri çəkməklə qəbul etmişdir. 20 may 2021-ci il tarixdə “New Life” X6 rayonu Novxanı qəsəbəsində yerləşən Şahid12 məxsus evində müalicə almağa başlamışdır. Həmin Mərkəzdə ilk vaxtlardan təxminən 27-34 nəfər xəstə müalicə almışdır. X13 narkotik vasitə istifadəçiləri “12 addım” adlanan proqram vasitəsi ilə müalicə olunmuşlar. Mərkəzdə proqram rəhbəri və bütün işlərə rəhbərliyi Orucəli həyata keçirmişdir. Orucəli ilə yanaşı reabilitasiya mərkəzindəki işlərə Famil və Elvüsal da rəhbərlik edərək idarə etmişdir. Bura gəldikdə reabilitasiya mərkəzində müalicə prinsipi və qrafiki ona aydın olmuşdur. 04 sentyabr 2021-ci il tarixdə saat 15:30 radələrində bütün müalicə alan şəxslərə “yat komandası” verilmişdir. Həmin vaxt səhv etmirsə Sərxan ona Familin onu çağırdığını söyləmiş, o da nə baş verdiyini anlamaq üçün zirzəmiyə enmiş və Famil, İsrafil və Sərxanın orada olduğunu görmüşdür. Famil onu qaçmaq istəməkdə günahlandırmış, o isə artıq müalicəsinin başa çatmasına az qaldığını, belə bir fikrinin olmadığını bildirmişdir. Buna baxmayaraq, günahı və səhvi olmadığı halda Famil onu tənbeh etmiş, yumruq və təpiklə bir-iki dəfə vurmuşdur. Qeyd edir ki, o, əvvəllər Mərkəzdən qaçmağa cəhd göstərdiyi üçün hadisədən bir neçə gün əvvəl Kamran məhz onun yanına gələrək mərkəzdən necə qaça biləcəyini soruşmuş, o isə özünün qaçmaq istəmədiyini, onun da qaçmağa cəhd göstərməsinin mənasız olduğunu demişdir. Famil onu həm də Kamranla olan bu söhbətini ona deməməkdə günahlandırmışdır. O, 1-2 saat ərzində həmin zirzəmidə qalmış, həmin müddətdə onu tənbeh etmişlər, ona qışqırmışlar, həm də Famil və Qənbər onu vurmuşlar. Onu əlləri ilə və təpiklə vurmuşlar, başqa küt alət görməmişdir. Qəmbər ona bir-iki dəfə sillə və təpik vurmuşdur. Mərhum Hüseyini orda müalicə alarkən tanımış, onunla münasibəti yaxşı olmuşdur. Qısa müddət sonra Hüseyn, daha sonra Murad və Kamran aşağı zirzəmiyə gəlmişlər. Həmin vaxt onu yuxarı qaldırdıqları üçün onların döyülməsini görməmişdir. Hüseyni xəstəxanaya apardıqdan sonra o da daxil olmaqla bütün müalicə alanları mərkəzin ikinci evinə aparmışlar. 06 sentyabr 2021-ci il tarixdə saat 04 radələrində isə onu məni mərkəzdən evə buraxmışlar. “New Life” X7 qəsəbəsində yerləşən binasında müalicə aldığı müddətdə mərkəzin rəhbəri Orucəli, digər aparıcı şəxslər isə Famil və Elvüsal olmuşdur. Müalicə olunan zaman o və digər şəxslər narkotik vasitə qəbul etməmişlər, mərkəzin yerləşdiyi evə heç kim narkotik vasitə gətirməmişdir. O, müalicə aldığı zaman evin bütün pəncərələri dəmir barmaqlıqlarla örtülü olmuş və evin qapıları açarla bağlı şəkildə olmaqla açarlar yalnız personalda saxlanılmışdır. Mərkəzdə müalicə aldığı müddət ərzində çölə çıxmağa icazə verilməmişdir. Müalicəyə başladığı gündən 21 gün keçdikdən sonra 3-cü mərtəbənin nəfəsliyindən mələfə ilə aşağıya doğru sallanıb qaçmağa nail olmuş, lakin atasının təşəbbüsü və özünün razılığı ilə mərkəzə yenidən qayıtmışdır. O, Mərkəzdən qaçarkən artıq sağaldığını, ailəsinin başında sağlam dura biləcəyini düşünmüş, amma nə ailəsinin, nə uşağının yada düşmədiyini görərək yenidən müəssisəyə qayıtmağa qərar vermişdir. Konkret olaraq evi tərk etməyə mərkəzə rəhbərlik edən Orucəli, Famil və Elvüsal icazə verməmişlər. Mərkəzdə yeni müalicə alan şəxslərə “lomka”dan çıxmaq üçün yuxu dərmanları, eləcə də “tramadol” adlanan dərman preparatı verilmişdir. O da gəldiyim gün tramadol qəbul etmişdir. Həmin dərmanı ona Orucəli vermişdir. Zərərçəkmiş şəxs1 təxminən 2021-ci ilin iyul ayının ortalarında mərkəzin birinci evinə gəlmiş, sonuncu mülayim, dava-dalaş etməyən insan olmuş, heç kimlə mübahisəsi olmamışdır. Hüseyn müalicə aldığı vaxtdan övladı və ailəsi üçün darıxdığı üçün mərkəzdən qaçmaq istəmiş, amma o, Hüseynə təsəlli verərək qaçmağın mənsasız olduğunu bildirmişdir. Mərkəzdə müalicə olunduğu müddətdə Təqsirləndirilən şəxs onu vurmamış, hadisə günü Fərhadı zirzəmidə görməmişdir. Ümumiyyətlə orada Təqsirləndirilən şəxs hər hansı səlahiyyəti olmamış, sonuncu ancaq tapşırıqların yerinə yetirilməsinə nəzarət etmişdir. O, Zərərçəkmiş şəxs1 döyülməsinin, vurulmasının, asılmasının, hansı qaydada rəhmətə getməsinin şahidi olmamışdır. Belə ki, onu zirzəmidən qaldırandan sonra Hüseyni ora düşürtmüşlər. Ümumiyyətlə həmin mərkəzin qaydalarına əsasən xəstənin tənbeh edilməsini digər xəstələr görməmişlər. Onu, Hüseyni, daha sonra Murad və Kamranı zirzəmiyə ayrı-ayrılıqda çağırmışlar. Onun tənbeh olunduğunu digər şəxslər görməmiş, o da həmin şəxslərin tənbeh olunduğunu görməmişdir. Həmin gün Təqsirləndirilən şəxs rolu yalnız Familin onu zirzəmiyə çağırmasını deməsi olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir, məhkəmədə verdiyi ifadə doğrudur. İbtidai istintaq zamanı ifadə verərkən mərkəzdə işləyən personallara qarşı çox aqressiv olmuş, onu haqsız yerə günahlandıraraq vurduqları üçün onlara acıqlı olmuş, həm də həmin ifadəni də narkotik vasitənin təsiri altında vermişdir. Belə ki, Mərkəzdə beş ay müalicə alsa da tam sağala bilməmiş, oradan çıxdığı gün yenidən narkotik vasitə qəbul etmişdir. Onun ayaqlarını skotç yapışdırıcısı ilə, eləcə də zajem adlanan plastik qandalla bağlamamışlar və onu bu qaydada döyməmişlər. O, Hüseynin döyülmə və qışqırma anını, habelə onun asıldığını görməmiş, onun hansı şəraitdə vəfat etməsinin şahidi olmamışdır. O, hazırda “Şəfəq” reablitasiya mərkəzində işləyir, yeni yaratdığı həmin mərkəzə rəhbərlik edir. Psixoloji müalicənin metodu ancaq yazmaqdır. O, 6 ay müddətində həmin mərkəzdə müalicə almış, orada cəza növü ancaq siqaret çəkməmək və yazı yazmaq olmuşdur. Təqsirləndirilən şəxs cəza tətbiq etmək səlahiyyəti olmamış, o ancaq xəstələrdən dərs götürə bilərdi. Belə ki, onlar yazdıqları yazıları Fərhada təhvil vermişlər. Onlar, hətta Fərhad Famildən asılı olmuşlar. O, evə getmək üçün Fərhada müraciət etməmişdir, çünki Fərhadın icazə vermək səlahiyyəti olmamışdır. Müəssisədə olduğu müddətdə Fərhad onu vurmamış, onun azadlığını bu və ya digər qaydada məhdudlaşdırmamışdır. O, mərkəzdə olduğu müddətdə Fərhadın kimisə vurmasının şahidi olmamışdır. Təqsirləndirilən şəxs qarşı hər hansı şikayəti və tələbim yoxdur. Mərkəzdə işləyən şəxslərin tibbi təhsilinin olub-olmadığını bilməmişdir. Asmaq cəzası olmamış, stolu belinde yox, əlində saxlamaq cəzası olmuşdur. Onu heç vaxt asmaqla cəzalandırmamışlar, başa şəxslərə belə cəza verilməsini görməmişdir. O, həmin gün Fərhadı zirzəmidə görməmişdir. Belə ki, Fərhad həmin vaxt ikinci mərtəbədə olan xəstələrə nəzarət etmişdir. Fərhad onlara bildirdiyinə görə o da həmin mərkəzin xəstəsi olub, sağalandan sonra yenidən narkotikə qurşanmaqdan ehtiyat etdiyi üçün həmin Mərkəzdə qalaraq xəstələrə nəzarət etmişdir. Onu Hüseynin qaçmaq planını bilib demədiyi üçün vurmuşlar və qaçmaq istəməkdə günahlandırmışlar. “Famil səni aşağı çağırır” kəliməsindən başqa Fərhadın onun döyülməsində heç bir rolu olmamışdır. Fərhada qarşı heç bir tələb və şikayəti yoxdur. Məhkəmədə Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuşdur (cild 10, iş vərəqə 86-89). Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 göstərdi ki, 2019-cu ildə anası Əliyeva İradə xərçəng xəstəliyindən rəhmətə gedəndən sonra psixoloji cəhətdən çox sarsılmış və buna görə də depressiyadan çıxmaq üçün narkotik vasitələr qəbul etməyə başlamışdır. O, əsasən “kakos” adlanan narkotik vasitəni həm çəkməklə, həm də inyeksiya yolu ilə qəbul etmişdir. Nadir hallarda “patı” adlanan narkotik vasitələrindən istifadə etmişdir. Təxminən 2021-ci ilin aprel-may aylarında evdə çox əsəbi və depressiyada olduğuna görə atası Muxtar və qardaşı Ceyhun onun “kakos” istifadə etdiyini anlamışlar. Onun müalicə almalı olduğunu bildirmişlər və onu həmin vaxtlar Maştağa qəsəbəsində yerləşən narkoloji dispanserə aparmışlar. Lakin, həmin vaxt yüksək hərarəti olduğundan Narkoloji dispanserin həkimləri onu pandemiya qaydalarına görə qəbul etməkdən imtina etmişlər. Növbəti günlərdə müalicə olunmağı ilə əlaqədər internet vasitəsilə araşdırmalara başlamış və “İnstagram” sosial şəbəkəsində narkomaniyadan müalicəni edən “New Life” (Yeni Həyat) reabilitasiya mərkəzinin səhifəsi qarşısına çıxmışdır. Həmin səhifədəki şəkillərə və videolara baxanda ilkin olaraq müalicə alan xəstələr üçün çox gözəl şəraitin yaradıldığı görünmüşdür. O, telefonla həmin mərkəzin əlaqə nömrələrinə zəng etmiş və Orucəli adlı şəxslə danışaraq mərkəz haqqında ilkin məlumat almışdır. Orucəli ona onların nəzarəti altında evdə qalacağını, müalicə alaraq sağalması üçün hər cür şərait olacağını və bundan ötrü aylıq 1500 manat pul ödəniləcəyini bildirmişdir. O, özü qapalı şəraitdə qalmaq istəmiş, elə yer axtarmışdır ki, oradan çıxmaq imkanı olmasın. Buna görə də o, 26 iyun 2021-ci il tarixdə qardaşı Ceyhunla birlikdə Novxanı qəsəbəsində “Kanal” adlanan yerdə “Muradmarket” mağazasının yaxınlığında yerləşən villa tipli həyət evinə getmişdir. Orada onları Orucəli qarşılamış və birlikdə çay içmişlər. Orucəli özünün də həmin mərkəzdə sağaldığını, mərkəzdə ona yemək veriləcəyini və içəridən yalnız valideynlərinin razılığı ilə çıxa biləcəyini bildirmişdir. Daha sonra Orucəli ona içəri keçərək evin şəraiti ilə tanış olmağı təklif etmiş, lakin o, içəri keçib evlə tanış olduqdan sonra Orucəli və ilk gündən sonuncunun yanında gördüyü Vüsal ona həmin evdən çıxmağa imkan verməmişlər. Orucəli ona Mərkəzdə telefonla əlaqə saxlamağın mümkün olmadığını bildirmədiyi üçün o, ilk günlərdən oradan getmək istəsə də ona valideyni və ya qardaşı ilə telefon əlaqəsi saxlamağa imkan verilməmişdir. Qardaşı həmin gündən etibarən Orucəli ilə razılaşaraq üç ay ərzində hər ayın 26-da ona 1500 manat olmaqla ümumilikdə 4500 manat pul vermişdir. X13 yaşamağa başladığı ilk vaxtlarda orada təxminən 30 nəfər xəstə olmuş, narkotik vasitə istifadəçiləri “12 addım” adlanan proqram vasitəsi ilə müalicə olunmuşlar. Mərkəzdə proqram rəhbəri Orucəli olmuş və bütün işlərə rəhbərliyi də sonuncu həyata keçirmişdir. Orucəli ilə yanaşı Famil və Elvüsal da reabilitasiya mərkəzindəki işlərə, o cümlədən maliyə işlərinə rəhbərlik edərək idarə etmişlər. Həmin ev üç mərtəbəli olmaqla həyəti, hovuzu və zirzəmisi olmuşdur. Reabilitasiya mərkəzinə gəldikdən sonra oranın müalicə prinsipi və qrafiki ona aydın olmuşdur. Onun evi tərk etmək hüququ olmamış, nəzarətçilər də evi tərk etməməsinə nəzarət etmişlər. Gün ərzində 10 dəfə siqaret çəkməyə icazə verilmiş, yemək və çay saatı olmuş, amma əlavə yemək yalnız müraciət olunanda verilmiş, həftədə bir dəfə ailə üzvləri telefon vasitəsi ilə danışmaq imkanı olmuşdur. Mərkəzdə hər şey icazə ilə olmuşdur. Belə ki, icazə olmadan siqaret çəkmək, yemək yemək, yatmaq və ya bir mərtəbədən digərinə düşmək qadağan olmuşdur. Bütün hərəkətlər verilmiş qrafikə uyğun olaraq və ya icazə almaqla yerinə yetirilmişdir. Onlar qrup halında hərəkət etmişlər, sərbəst olmamışlar. Bu qaydalar pozulduqda isə xəstələr müxtəlif növ cəzalara məruz qalmışlar. Məsələn, qaydalar pozulduqda onlara məcburi əlyazmalar verilmiş, yəni hansısa müxtəlif yazını bir neçə dəfə yazmaq tələb olunmuşdur. Əsas cəza tədbirləri yazı yazmaq və gecə yatmamaq olmuşdur. Reabilitasiya mərkəzinə gəldiyi ilk gündən etibarən Orucəli, Vüsal və Qənbər ona həmin mərkəzi tərk etməyə ixtiyarının olmadığını bildirmişlər. Onlara etiraz etsə ona aqressiv formada özünü sakit aparmasını və bir müddət həmin mərkəzdə qalacağını bildirmişlər. Hətta, ilk bir ay ərzində ona valideyni və ya qardaşı ilə telefonla danışmağa belə icazə verilməmişdir. O, həmin mərkəzə gəldikdən iki gün sonra, yəni iyun ayının 28də evdən nazik məftil taparaq qolunu cızmışdır ki, valideyninə xəbər versinlər və onu buraxsınlar. Amma onun qolundan qan gəldiyini görən xatırlamadığı konsultant yarasını bağlamış və bu barədə Orucəligilə məlumat vermişdir. O, həmin mərkəzdə iki ay yarım qalmış, ağrıları olduğundan narkotik vasitə istifadə etmək istədiyinə görə oradan çıxmaq istəmişdir. Baş vermiş hadisə ilə bağlı bildirir ki, 04 sentyabr 2021-ci il tarixdə nahar fasiləsindən sonra saat 14:30-da “yat” komandası verildiyindən hər kəs yatmalı olmuşdur. Lakin, yat komandasından sonra o, ikinci mərtəbədə yerində uzandığı vaxt, anidən Qənbər həmin mərtəbəyə qalxıb onun adını qışqıraraq yanına çağırmışdır. O, yerindən qalxıb paltarlarını geyindiyi vaxt dəhlizdə onun sifətinə sillə vurmuş və itələyərək aşağı mərtəbəyə düşməsini tələb etmişdir. O, zirzəmiyə düşəndə dəhlizdə Fuadı, Hüseyni və Kamranı görmüş, onların əlləri və ayaqları bağlı vəziyyədə olmuşdur. Onu zirzəmidə çox saxlamamışlar, tənbeh etdikdən və vurduqdan sonra yuxarı qaldırmışlar. Onu ancaq sillə və təpiklə vurmuşlar, hər hansı küt alət görməmişdir. O, Kamranın qollarının bağlandığını görsə də onun döyülməsini görməmişdir. Həmin vaxt onun özünün də qolunu bağlamışlar. Günorta saat 12-13 radələrində Hüseynin xəstəxanaya aparıldığını bilmişlər. Həmin vaxt konsultantlar onlara “qaldığımız evi tərk etməliyik” deyə bildirmişlər. Günorta təxminən saat 14 radələrində həmin evi tərk etmişlər və o, Fərhadın avtomobili ilə “Yeni Həyat” X7da yerləşən digər yaşayış evinə getmişdir. Gecə saat 3 radələrində isə konsutlant Elgiz “problemlər yarandığına görə buranı da tərk etməliyik” deyə bildirmişdir. Buna görə o, gecə saat 03:30-da Novxanıda yerləşən həmin evi də tərk edərək öz yaşadığı evə getmişdir. “New Life” X4 qəsəbəsində yerləşən binasında müalicə aldığı müddətdə o və digər şəxslər narkotik vasitə qəbul etməmişlər, mərkəzin yerləşdiyi evə heç kim narkotik vasitə gətirməmişdir. Ümumiyyətlə Mərkəzdə qaldığı müddətdə yuxu dərmanından başqa ona hər hansı həb və ya narkotik vasitə verilməmişdir. Əgər mərkəzdə narkotik vasitə tapmaq imkanı olsaydı o, bunu edərdi. Mərkəzdə müalicə aldığı müddət ərzində çölə çıxmağa icazə verilməmiş, konkret olaraq mərkəzi tərk etməyə Orucəli, Famil, Elvüsal, Qənbər və digərləri icazə verməmişlər. O, həmin mərkəzdə işgəncə aləti kimi istifadə olunan borular və ya digər ləvazimatlar görməmişdir. Mərhum Hüseyni və onu ayrı-ayrılıqda zirzəmiyə düşürtmüşlər. O, Hüseyni sonuncu dəfə əli-qolu bağlı halda yerdə uzanmış vəziyyətdə görmüş, amma onun əlini kimin bağladığını görməmiş, onun ölüm səbəbini bilməmişdir. Hüseyn mərkəzə gələndə istədiyi vaxt oradan çıxa biləcəyini düşünmüş, orda darıxdığını, mərkəzdən çıxıb gedəcəyini bildirmişdir. Mərkəzdə olduğu müddət ərzində yalnız Təqsirləndirilən şəxs növbəsində özlərini rahat hiss etmişlər, sonuncu tərəfindən onlara qarşı heç bir şiddət və zorakılıq olmamışdır. Onlar Fərhadı 9 gündən bir görmüşlər. Mərkəzdə cəmi bir-iki nəfərlə yaxşı münasibəti olmuşdur ki, həmin şəxslərdən biri də Fərhaddır. Təqsirləndirilən şəxs verilən tapşırıqları onlara icra etdirmiş, hətta onlar nəyisə icra edə bilmədikdə onları başa salaraq kömək etmiş, ona da yazısını yazmaqda köməklik edərək düzgün yazmağa istiqamət vermişdir. Fərhad ancaq proqrama düzgün riayət etməkdə onlara kömək etmiş, onun mərkəzdən kimisə buraxmaq səlahiyyəti olmamışdır. Orada qaldığı müddətdə Təqsirləndirilən şəxs kiməsə qarşı qeyri-qanuni hərəkət etməsini, kiməsə kobud davranmasın görməmişdir, belə bir hal olsaydı onun məlumatı olardı. Fərhad həmişə onlara özünün də “12 addım” proqramına olduğu kimi əməl edərək sağalması barədə danışmışdır. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuşdur (cild 2, iş vərəqə 40-49). Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 göstərdi ki, o, 2020-ci ildən narkotik vasitə qəbul etməyə başlamışdır. İlk əvvəllər marixuana qəbul etsə də sonralar “kakos” adlanan narkotik vasitəni çəkməklə qəbul etmişdir. 27 avqust 2021-ci il tarixdə “New Life” Reabilitasiya Mərkəzində, yəni Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən, Şahid12 məxsus evdə müalicə almağa başlamışdır. Həmin Mərkəzdə yaşamağa başladığı ilk vaxtlar orada təxminən 27-34 nəfər xəstə müalicə almışdır. Orada narkotik vasitə istifadəçilərini “12 addım” adlanan proqram vasitəsi ilə müalicə etmişlər. Mərkəzdə proqram rəhbəri Orucəli omuş və bütün işlərə rəhbərliyi də sonuncu həyata keçirmişdir. Orucəli ilə yanaşı reabilitasiya mərkəzindəki işlərə Famil və Elvüsal da rəhbərlik edərək idarə etmişlər. Reabilitasiya mərkəzinə gəldikdən sonra oranın müalicə prinsipi və qrafiki ona məlum olmuşdur. O, reabilitasiya Mərkəzinə gələrkən ağır vəziyyətdə olmuşdur. Təxminən 5 gün idi ki həmin mərkəzə gəlmişdir. Tural və İsrafil onun yatdığı otağa daxil olaraq onu aşağı, yəni zirzəmiyə endirmiş və orada əl-ayağını bağlayaraq döymüşlər. Hazırda səhhəti yaxşı deyil, hadisəni də tam təfərrüatı ilə xatırlamır. Amma tam dəqiq olaraq bildirir ki, Fərhad ona heç nə etməmişdir, onu Tural, İsrafil, Qəmbər, Sərdar və Famil vurmuşlar. Onun qolunu İsrafil bağlamış, ayağını isə Tural və İsrafil birlikdə bağlamışlar. İbtidai istintaq zamanı verdiyi ifadəni oxumadan imzalamışdır. Müstəntqin onun adından belə bir ifadə uydurub yazacağını düşünməmişduir. Həmin ifadənin bəzi hissələrini təsdiq etmir. Belə ki, Təqsirləndirilən şəxs onu aşağı çağırmamış, ona qarşı heç bir qeyri-qanuni hərəkət etməmişdir. O, ümumiyyətlə həmin vaxt zirzəmidə Fərhadı görməmişdir. Yalnız su istədiyini və Fərhadın ona su verdiyini xatırlayır. O, reabilitasiya mərkəzinə qardaşının təklifi ilə könüllü getsə də orda qalmaq çətin olduğu üçün qaçmaq istəmişdir. Mərhum Hüseyn də ordan qaçmaq istəmiş, qaçmaq planı barədə mənə bildirmişdir. Hüseynin ölümünə səbəb döyülməsinin olduğunu düşünür. Hüseynin döyülmə anını bilavasitə görməsə də sonuncunun Qəmbər, İsrafil və Tural tərəfindən döyüldüyünü güman edir. Hüseynə narkotik vasitə verilməsinin şahidi olmamışdır. Ümumiyyətlə, Mərkəzdə narkotik vasitədən istifadə etmək mümküm olmamış, o, belə bir halın baş verdiyini görməmişdir. Orada olduğu müddətdə Fərhadın kimisə döydüyünün, kiməsə kobud davrandığının şahidi olmamışdır. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuşdur (cild 8, iş vərəqə 124-130). Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, o, 2011-ci ildə Tovuz rayonunda döyüşdə iştirak etdiyi zaman güllə yarası almış, hospitalda mülicə aldığı müddətdə ona güclü ağrı kəsicilər vurulmuşdur. 2016-cı ildən etibarən bədənində olan ağrıların aradan qaldırılması üçün narkotik vasitədən istifadə etmək məcburiyyətində qalmışdır. Bununla əlaqədar təxminən 3-4 dəfə Maştağa qəsəbəsində yerləşən Respublika Narkoloji Mərkəzində müalicədə olmuş, lakin hər dəfə müalicədən sonra yenə də narkotik vasitə istifadə etməkdə davam etmişdir. 2020-ci ilinin avqust ayında “Lider TV”də adını xatırlamadığı hansısa verilişdə “New Life” reabilitasiya mərkəzinin reklamını görmüşdür. Həmin verilişdə Orucəli Əliheydərov çıxış etmiş və narkomaniyadan müalicəyə zəmanət vermişdir. O da ailə üzvlərinin təkidi ilə müalicə olunmaq qərarına gəlmişdir. Müalicə üçün aylıq olaraq 1500 manat pul tələb olunmuş, həmin pulu “Kapital” bankdan kredit götürərək müalicə olunmağa başlamışdır. “New Life” reabilitasiya mərkəzinin fəaliyyət göstərdiyi inzibati bina Abşeron rayonu, Atyalı qəsəbəsində yerləşən fərdi yaşayış evi olmuşdur. Həmin ev üç mərtəbə və zirzəmidən ibarət olmuşdur. “New Life" reabilitasiya mərkəzində “12 addım proqramı” vasitəsi ilə narkomaniya xəstəliyindən əziyyət çəkən şəxsləri müalicə etmişlər və həmin müalicəni keçən şəxslərin özləri də əvvəllər narkomaniya xəstəliyindən əziyyət çəkib sağalan şəxslər olmuşdur. Mərkəzin özünə məxsus qaydaları olmuşdur. İlk dəfə Abşeron rayonu, Atyalı qəsəbəsində yerləşən fərdi yaşayış evində müalicə olunmağa başlamışdır. Müalicəni bitirəndən sonra 2021-ci ilin aprel ayında Nabran şəhərindən Novxanı qəsəbəsində yerləşən fərdi yaşayış evə köçmüşlər. Şahid12 məxsus olan həmin fərdi yaşayış evini Orucəli və Elvüsal kirayə götürmüşlər. O, Novxanı qəsəbəsinə köçən vaxt artıq volontyor olmuşdur. Novxanı yaşayış massivində xəstələrinin sayı çox olduğu üçün iki ev kirayəyə götürülmüşdür. “New Life” reabilitasiya mərkəzində 1-ci addımı tamamlamayan şəxsin getməsinə icazə verilməmiş, müalicə prosesi çətin olduğu üçün qaçışlara qarşı sərt reaksiya verilmişdir. O, 02 sentyabr 2021-ci il tarixdə Novxanı qəsəbəsində olan birinci evdə növbədə olmuş, 04 sentyabr 2021 -ci il tarixdə saat 11:30-da növbəni Famil və Fərhada təhvil vermişdir. O, birinci evə gələndə Hüseyni əlləri bağlı vəziyyətdə görmüş, amma onun əlini kimin bağladığını bilməmişdir. Həmin vaxt Hüseyn sağ olmuşdur. Səhəri günü Vüsalın deməsinə əsasən Hüseynin vəfat etdiyini bilmişdir. Reabilitasiya Mərkəzinə narkotik vasitəni keçirilməsi qeyri-mümkün olmuşdur. Hüseynin hansı şəkildə narkotik vasitə qəbul etmədiyini bilmir. Onun növəsində heç kim qaçmağa cəhd etməmiş, ölüm hadisəsi olmamışdır. Ona görə də hadisə ilə bağlı heç nə deyə bilmir. Onun özünün avtomobili yoxdur, Mərkəzə Orucəlinin avtomobili ilə qayıtmışdır. O, Təqsirləndirilən şəxs 2021-ci ilin avqust ayından tanımış, sonuncu mərkəzdə verilən tapşırıqların yerinə yetirilməsinə nəzarət etməklə məşğul olmuşdur. Mərkəzdə müalicə olunan şəxslər əsasən Famildən asılı olmuşlar. Fərhadın xəstələri yazı yazmaqla cəzalandırmaq ixtiyarı olmamışdır. Cəzanı Famil vermiş, Fərhad isə həmin yazının yazılmasına nəzarə etmişdir. Mərkəzdə olduğu müddətdə Fərhadın kimisə döydüyünü, kiməsə acıqlı olduğunu görməmişdir. Fərhad ona mərkəzin qayda-qanununu öyrətmiş, ona ancaq yaxşılıq etmiş, bu xəstəlikdən sağalması üçün əlindən gələni etmişdir. O, iki ay müddət olardı ki, müalicəsini bitirib orada könüllü qalmışdır. Təqsirləndirilən şəxs orada hər hansı şəxsin azadlığını məhdudlaşdırmamışdır, onun xəstələri buraxmaq kimi bir səlahiyyəti olmamışdır. Mərkəzə müaliəyə gələn hər kəs könüllü gəlmiş, heç kim buna məcbur edilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir. O belə bir ifadə verməmiş, müstənti onun ifadəsini başqa şəxsin ifadəsinə uyğunlaşdırıb yazmışdır. O, Fərhadın zirzəmidə olduğunu, onun Hüseyni vurduğunu, ümumiyyətlə Hüseynin vurulması anını, onun asılmasını, yalvarmasını görməmişdir. O, yalnız Hüseyni əli-qolu bağlı vəziyyətdə görmüş, amma hansı şəraitdə, kim tərəfindən bağlanmasını görməmişdir. Orada olduğu müddətdə qaçmaq istəyən şəxsin olduğunu bilməmiş, mərkəzdə şlank və boru görməmişdir. Hadisəni eşidəndən sonra digər əməkdaşlar kimi o da həyəcanlanıb narkotik vasitə istifadə etmişdir. İbtidai istintaq zamanı ifadəsini imzalayarkən özündə olmamış, narkotik vasitənin təsiri altında olmuşdur. O, həmin ifadəni ciddiyə almadan, məsuliyyətini dərk etmədən imzalamışdır. Hazırda buna görə çox təəssüf edir. Ona görə də məhkəmədə verdiyi ifadəsinin nəzərə alınmasını xahiş edir. Şahid2 eyni cinayət hadisəsinə görə başqa cinayət işi üzrə təqsirləndirilən şəxs olduğunu, təqsirləndirildiyi cinayət işi üzrə məhkəmə iclasında ifadə vermədiyini, ifadə verməkdən imtina etdiyini, hazırda da ifadə vermək istəmədiyini bildirmişdir. Bu səbəbdən Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadə məhkəmədə elan olunaraq tədqiqi olunmuşdur (cild 5, iş vərəqə 128-130). İbtidai istintaq zamanı verdiyi ifadəsi elan edilib tədqiq olunarkən həmin ifadə ilə bağlı sualları cavablandıran Şahid2 göstərdi ki, ifadədə qeyd olunmuş bəzi nüanslardan onun ümumiyyətlə xəbəri yoxdur. O, ifadə verəndə narkotik vasitənin təsiri altında olmuşdur. Müstəntiq ona ifadəsini imza etdirəndə anlaqsız vəziyyətdə olmuş, narkotik vasitənin təsiri altında verilən bütün sənədlərə imza etmişdir. Ümumiyyətlə həmin gün imza etməsini xatırlamır. Müalicə aldığı mərkəzdə narkotik vasitə qəbul edilməsi halı olmamış, narkotiki vasitəni hadisədən dərhal sonra qəbul etmiş və tutulan günə qədər mütəmadi olaraq qəbul etməkdə davam etmişdir. Gün ərzində yarım qram olmaqla, heroin istifadə etmişdir. 17 avqustda onun müalicəsi bitmiş, 05 sentyabrda hadisə baş vermişdir. Hüseynə narkotik vasitə yeridən şəxsin cəzasını almasını o da istəyir, amma narkotiki o, yeritməmişdir və bunu kimin etdiyini bilmir. Həmin mərkəzə narkotik vasitənin gətirilməsini, keçirilməsini görməmiş, bundan xəbəri olmamış, Hüseynin narkotik vasitə qəbul etdiyini hadisədən sonra bilmişdir. Təqsirləndirilən şəxs kimisə döyməsini, şlankla vurmasını görməmiş, hadisənin baş verməsində onun heç bir rolu olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, o, hadisə zamanı Novxanıda yerləşən “New Life” reabilitasiya mərkəzində müalicədə olmuşdur. 04 sentyabr 2021-ci il tarixdə “yat komandası”ndan sonra gecə növbətçisi “noviçok’lara nəzarət etmiş, 05 sentyabr 2021-ci il tarixdə səhər saat 09:00-a qədər bu vəzifəni icra etmiş, daha sonra isə “qalx” komandası verərək yatmağa getmiş və saat 14:00-a qədər yatmışdır. Həmin zaman evdə təqribən 27-29 rezident və 3 nəfər personal olmuşdur. Personallardan Qənbər, Orucəli və Vüsal, həmçinin “volontyor" Taleh olmuşdur. O, oyandıqdan sonra rezident yoldaşı Həbib ona Hüseyngilin qaçmaq istədiyini və hazırda aşağıda olduğunu bildirmişdir. O, ikinci mərtəbədən zirzəmiyə düşərkən Hüseynin, Muradın, Fuadın və Kamranın yerdə üzü aşağı ağzı üstə uzandığını, həmçinin Cahangirin orada olduğunu görmüşdür. Personallardan isə Qənbər, Famil, Sərxan, İsrafil, Fərhad, Orucəli və Vüsal orada olmuşlar. O, həmin vaxt Qənbərin ağ rəngli su şlanqı ilə Hüseynin kürəyindən vurduğunu görmüşdür. Daha sonra Qənbər Hüseynin əllərini açaraq ayaq üstə qaldırıb yenidən pilləkənə bağlamışdır. Murad, Fuad və Kamran isə axşama kimi qolları bağlı vəziyyətdə yerdə qalmışlar. Cahangir isə məsələyə aidiyyəti olmadığı müəyyən edildiyi üçün sərbəst buraxılmışdır. Daha sonra isə Orucəli, Qənbər və Vüsal çıxıb getmişlər. Həmin vaxt saat təqribən 15 radələri olmuşdur. Üsyançılar yerdə qalmış, digərləri isə öz həyatına davam etmişdir. Bundan sonra təqribən saat 20 radələrində o, siqaret çəkmək üçün aşağı düşərkən Hüseyn ondan bir stəkan su istəmişdir. Sonra bir stəkan su götürüb Hüseynə içizdirmiş və yenidən yuxarı qayıtmışdır. Buna görə heç kimdən icazə almamış, buna görə ona heç kim irad da bildirməmişdir. Saat təxminən 22 radələrində personal Muradı, Fuadı və Kamranı açaraq buraxmışdır. Qayıtdıqdan sonra Kamran, Fuad və Murad yazı cəzasına başlamışlar, Hüseyn isə bağlı vəziyyətdə qalmışdır. Həmin vaxt Hüseyn üzrxahlıq edərək açılmağını xahiş etmiş, lakin yenə də onun əllərini açan olmamışdır. Səhər, yəni 05 sentyabr 2021-ci il tarixdə saat 08:30 radələrində oyanaraq aşağı düşmüş və Hüseynin bütün gecə bağlı vəziyyətdə qaldığını görmüşdür. Həmin vaxt Hüseynin vəziyyəti ağır olmuş, lakin o, yenə də onu açmağını xahiş etmişdir. Bir müddət sonra isə o, X36 huşunu itirdiyini bildirməsini eşitmişdir. Hüseyni aşağı salındıqdan sonra ona su verilmiş, ürəyi masaj olunmuş, amma yenə də özünə gəlməmişdir. Buna görə personallardan kimsə sürücü işləyən Rəşid əmini yığaraq hadisə yerinə çağırmışdır. Rəşid əmi gəldikdən sonra o, Tural və X41 əminin “Hyundai Sonata” markalı avtomobilinə mindirərək Sumqayıt şəhər Travmatologiya Xəstəxanasına aparmışlar. Avtomobildə nəbzinin vurmasına baxmayaraq, xəstəxanaya çatdıqda Hüseyn artıq keçinmişdir. Bu səbəbdən də Hüseynin meyitini götürüb Binəqədi rayonunda yerləşən meyitxanaya aparmışlar. Reabilitasiya Mərkəzində olduğu müddətdə onun Fərhaddan hər hansı asılılığı olmamış, sonuncunu 3-4 gündən bir görmüşdür. O, həmin Mərkəzdə 6 ay müddətində müalicə olunmuş və orada olan insanların sayəsində bu gün ayaqdadır. Mərkəzdə olduğu müddətdə Təqsirləndirilən şəxs ancaq yaxşı insani hərəkətlər görmüş, sonuncu yazıları yazmaqda həmişə onlara kömək etmiş, onların sağalması və narkotik vasitədən istifadə etməməsi üçün əlindən gələni etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 göstərdi ki, o, hadisə zamanı “New Life” reabilitasiya mərkəzinin yerləşdiyi ünvan 3 ünvanda yerləşən evdə müalicə almışdır. O, həmin mərkəzdə 4 ay 15 gün qalmışdır. Onunla birlikdə orada təxminən 25 nəfər müalicə olunmuşdur. 04 sentyabr 2021-ci il tarixdə saat 12 radələrində Fərhad, Famil, İsrafil və Sərxan reabilitasiya mərkəzində növbəni Qənbər, Orucəli, Elvüsaldan təhvil almışlar. Təqsirləndirilən şəxs həmin Mərkəzdə işləsə də Mərkəzə əsasən Famil, Oruc və Vüsal rəhbərlik etməklə idarə etmişdir. Hadisə baş verən günü kiminsə döyüldüyünü görməmişdir. Təqsirləndirilən şəxs onlara mühazirə keçmişdir. Onlar mərkəzdə malicə olunmaq üçün qalmışlar, döyülmək üçün yox. Orada mehriban münasibətdə olmuşlar, heç kim bir-birindən asılı olmamış, bütün xəstələrə hörmətlə yanaşılmışdır. Mərkəzdə qaldığı müddətdə kiminsə döyülməsini görməmişdir. O, dörd nəfər şəxsin mərkəzdən qaçmaq istəməsi barədə eşitməmiş və bu barədə heç kimə heç nə deməmişdir. Mərkəzdə qaldığı müddətdə ona ailə üzvləri ilə əlaqə saxlamağa imkan yaradılmışdır. Mərkəzdə cəza tədbiri ancaq yazı yazmaq olmuş, ona başqa hər hansı cəza tədbiri tətbiq edilməmişdir. Hüseynlə qardaş kimi yaxın münasibəti olmuşdur. O, Hüseynin rəhmətə getmədiyini sonradan bilmişdir. Hüseynin ölüm səbəbi ilə maraqlananda ona “ya döyülüb, ya da narkotik vasitə qəbul edib” deyə bildirmişlər. Mərkəzdən çıxan kimi yenidən narkotik vasitədən istifadə etməyə başlamış, ibtidai istintaq zamaı ifadə verərkən də narkotikin təsiri altında olmuşdur. Ona görə də btidai istintaq zamanı verdiyi ifdəsini təsdiq etmir, hazırki ifadəsi düzdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 göstərdi ki, o, hadisə zamanı “New Life” reabilitasiya mərkəzində müalicədə olmuşdur. 04 sentyabr 2021-ci il tarixdə təxminən saat 14:30 radələrində müalicə alan şəxslərin yatmaq vaxtı olmuş və bu səbəbdən hamı yataq otaqlarına göndərilmişdir. Təxminən yarım saat sonra mərkəzin işçilərindən Sərxan, İsrafil müalicə alan şəxslərdən mərhum Hüseyni, Kamranı, Muradı, Cahangiri və Fuadı sıra ilə evin qarajına çağırmışlar. Lakin, onların hansı sıra ilə çağırıldıqlarını xatırlamır. Bir müddət keçdikdən sonra aşağı çağırılan şəxslərin səs-küyləri eşidilməyə başlanılmış, həmin vaxt onlar mərkəzin qarajında döyülmüşlər. Lakin, yataq otağında olduğu üçün onların döyülməklərinin şahidi olmamışdır. Həmin ərəfədə Qənbərgilin ora gəlməsini öyrənsə də onun üzünü görməmişdir. Həmin gün mərkəzdə növbədə Famil, Fərhad, Sərxan və İsrafil olmuşdur. Adlarını qeyd etdiyi şəxslər bir müddət aşağıda döyülmüşlər. Həmin şəxslərin döyüldüklərini onların ah-naləsindən anlamışdır. Bir müddət keçdikdən sonra onlar aşağı düşəndə Hüseynin pilləkəndən dəmir qandalla əllərindən bağlı şəkildə olduğunu, eləcə də Kamranın, Muradın və Fuadın əllərinin arxadan qandalla bağlı şəkildə qarajda olduqlarını görmüşdür. Həmin şəxslərin üz-gözlərindən döyüldükləri hiss olunmuşdur. Hüseyn isə digərlərinə nisbətən daha çox döyülənə oxşamışdır. Həmin gün təxminən saat 22 radələrində Kamranın, Muradın və Fuadın qolları açılmış, lakin Hüseyn bütün gecəni pilləkənin taxta tirindən qandalla asılı vəziyyətdə qalmışdır. 05 sentyabr 2021-ci il tarixdə saat 10 radələrində Hüseynin naməlum şəkildə qolunda olan qandal açılmışdır. Həmin vaxt onlar səhər yeməyində olmuşlar. Hüseynin Fərhada “gedirəm limana kəfənim ordadı” sözlərini dediyini eşitmişdir. Qısa müddət sonra Hüseynin vəziyyəti pisləşdiyinə görə səs-küy yaranmışdır. Növbədə olan şəxslər Hüseynin qolunu açaraq yardım göstəməyə çalışsalar da onun huşunu özünə gətirə bilməmişlər. Hətta adını bilmədiyi xanım həkim də mərkəzə gəlmişdir. Daha sonra Hüseyn avtomobilə əyləşdirilərək xəstəxanaya aparılmışdır. Bir müddət sonra Hüseynin ölüm xəbərini eşitmişdir. Hüseynin ölməsi məlum olduqdan sonra müalicə alan şəxslər mərkəzin ikinci evinə köçürülmüş, sonra isə sıra ilə evlərinə buraxılmışlar. 06 sentyabr 2021-ci il tarixdə saat 04 radələrində onu da öz evinə buraxmışlar. O, Zərərçəkmiş şəxs1 döyülməsində iştirak etməmiş, həmçinin bunun şahidi belə olmamışdır. Zərərçəkmiş şəxs1 uzun müddətli döyülərək işgəncələrə məruz qalması nəticəsində vəziyyəti pisləşmişdir. Hüseyn mərkəzdən qaçmaq istəməsi səbəbindən fiziki zorakılığa məruz qalmışdır. O, həmin mərkəzə müalicə almaq üçün Hüseyn ilə bir yerdə gəlmişdir. Qaydalara əsasən eyni vaxtda gələn xəstələr bir-biri ilə danışıb söhbət edə bilməzdilər. Mərkəzdə onun bildiyi cəza tədbiri siqaret çəkmək məhdudiyyəti qoyulmaq və gecə yarıya qədər yazı yazmaq olmuşdur. Mərkəzdə müalicə aldığı iki ay müddətində Təqsirləndirilən şəxs təxminən 15 dəfə görmüşdür. Təqsirləndirilən şəxs ancaq müəllim kimi görmüş, sonuncu onlara dərs keçmiş, bildiklərini onlara da öyrətmiş, bütün xəstələrlə münasibəti yaxşı olmuşdur. Nə onun, nə də digər şəxslərin Fərhaddan hər hansı asılılığı olmamış, sonuncunun kimisə döyməsini, söyməsini, kiminləsə pis rəftar etməsini görməmişdir. Təqsirləndirilən şəxs heç kimin azadlığını məhdudlaşdırmamış, sonuncunun hər hansı xəstəyə evə getmək üçün icazə vermək səlahiyyəti olmamışdır. Onun bu gün ayaqda olmağının, müalicə almağının əsas səbəbkarı Təqsirləndirilən şəxs olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 göstərdi ki, 05 sentyabr 2021-ci il tarixdə saat 10 radələrində Elvüsal Hüseynov özünə məxsus mobil nömrə ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək müalicə alan şəxslərdən kiminsə ürəyinin getdiyini, tez həkim gətirməyini bildirmişdir. O, dərhal əvvəldən tanıdığı “AF” Hotel in həkimi Natəvan xanımın istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng edərək məsələ ilə bağlı məlumat vermişdir. Daha sonra isə özünə məxsus “Hyundai Sonata" markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “AF” Hotelin həkimi Natəvan xanımı götürüb Reabilitasiya Mərkəzinin birinci evinə getmişdir. Oraya çatdıqda Hüseyn adlı şəxsin evin birinci mərtəbəsində pilləkənin yanında döşəmə üzərində uzanıqlı vəziyyətdə huşsuz halda olduğunu görmüşdür. Onun ətrafında Famil, Vlad, Cavidan və tanımadığı digər şəxslər olmuşlar. Amma Elvüsal, Orucəli və Qənbəri orada görməmişdir. Natəvan həkim dərhal Hüseynə yaxınlaşaraq onu müayinə etmiş və onun nəbzinin vurduğunu, lakin səhhətinin pis olduğunu deyərək təcili xəstəxanaya çatdırılmalı olduğunu bildirmişdir. Dərhal Vlad, Cavidan və Tural ilə birlikdə Hüseyni özünə məxsus avtomobilə əyləşdirmiş və onu Sumqayıt Travmatologiya Xəstəxanasına aparmışdır. Hüseyni xəstəxanaya çatdırmasına baxmayaraq növbətçi həkim sonuncunu müayinə edərək onun artıq öldüyünü bildirmişdir. O, Zərərçəkmiş şəxs1 əvvəllər tanımamış, 05 sentyabr 2021-ci il tarixdə ilk dəfə Hüseyni görərkən onun üz nahiyəsində göyərtilər olmuşdur. Hüseynin hansı səbəbdən döyülməsi və ya işgəncələrə məruz qalaraq azadlıqdan qanunsuz məhrum edilməsi barədə məlumatı olmamışdır. O, Hüseyinin bədənində hər hansı xəsarət izi görməmişdir. Onun Vüsal və Orucəli ilə yaxşı münasibəti olmuş, arabir usta kimi həmin Mərkəzə gedərək köməklik etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid12 göstərdi ki, o, 2007-ci ildə Məlahət adlı şəxsdən notarial alqı-satqı yolu ilə Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivindən 0.06 ha torpaq sahəsi almış, 2011-ci ildə həmin sahədə zirzəmili, 2 mərtəbəli, mansardlı fərdi yaşayış evi tikdirmiş və 16 noyabr 2011-ci il tarixdə qeyd olunan torpaq sahəsinə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış, habelə həmin sahədə tikdiyi 946a saylı fərdi yaşayış evinə texniki pasport əldə etmişdir. Torpaq sahəsinin ətrafı mişar daşından hazırlanmış hasarla tikilmiş, giriş hissədə dəmir darvaza qoyulmuş, həyətdə su hovuzu quraşdırılmışdır. Ev ümumilikdə 5 otaqdan ibarətdir, bütün pəncərələrə özü dəmir tor çəkdirmişdir. Video müşahidə kameraları bütün həyətə, hovuza və darvazdan küçənin hər iki tərəfini çəkmiş, lakin evin içərisində video müşahidə kameraları olmamışdır. 06 may 2021-ci il tarixdə adını sonradan bildiyi X22 hazırda xatırlamadığı nömrədən onun mobil nömrəsinə zəng edərək Novxanıdakı evinin kirayə verilməsi ilə bağlı zəng etdiyini bildirmişdir. Ona telefonda aylıq kirayə haqqının 4000 manat olmaqla evi kirayəyə verdiyini dedikdə, o, 1 illik kirayə qalacağını deyib kirayə haqqının qiymətini aşağı salmağını xahiş etmişdir. O da cavabında görüşüb qiymət barədə razılaşmalarını bildirmişdir. Bundan sonra, 07 may 2021-ci il tarixdə Novxanıdakı bağ evində Famil Rzayev ilə görüşmüşdür. Həmin vaxt Familin yanında bir nəfər də olmuş, lakin onun kim olduğunu bilməmişdir. Famil ilə yekun olaraq kirayə haqqının aylıq 3083 manatdan hesablamaqla illik cəmi 37000 manata razılaşmışlar. Bu barədə həmin gün Abşeron rayonu 2 saylı notariat ofisində Famil Rzayev ilə onun arasında kirayə müqaviləsi bağlanılmışdır. Famil ona əvvəlcədən demişdir ki, həmin evdə özü və ailə üzvləri, habelə qardaşları və onların ailə üzvləri yaşayacaqlr. O, Familin dediklərinə inandıqdan sonra müqaviləni imzalamışdır. Famil Rzayev onunla danışdığı illik haqdan beh kimi ona 10000 manat pul vermişdir. Eyni zamanda 2021-ci ilin 3 ayına, yəni iyun, iyul və avqust aylarına görə aylıq 3000 manat olmaqla cəmi 9000 manat pul vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid13 göstərdi ki, o, 2008-ci ildən narkotik vasitə istifadə etməyə başlamışdır. İlk əvvəllər marixuana qəbul etməyə başlasa da, daha sonra isə “kakos”, “patı (şüşə)” adlanan narkotik vasitələri çəkməklə qəbul etmişdir. 19 sentyabr 2020-ci il tarixdə Nabranda yerləşən “New Life” reabilitasiya mərkəzinə getmiş və reabilitasiya mərkəzinə daxil olan zaman onu Oruc qarşılamışdır. Müəyyən danışıqlardan sonra o, könüllü olaraq mərkəzdə müalicə olunmaq qərarına gəlmişdir. 2021-ci ilin aprel ayının sonlarında polis təqibinə görə müalicə alan şəxslərlə birlikdə Nabranda olan evdən çıxmış və Novxanı qəbəsində yerləşən “AF Hotel”də iki gün qalmışdır. Daha sonra isə müalicə alan şəxslər Quba rayonunda 7-8 gün qaldıqdan sonra Novxanı qəsəbəsində yerləşən evə köçmüşlər və mərkəz orada fəaliyyət göstərməyə başlamışdır. Narkomaniyadan əziyyət çəkən şəxslər müalicələrini orada davam etdirmişlər. 28 may 2021-ci il tarixdə o, müalicəsini başa vurmuş və bundan sonra, mərkəzin Novxanı qəsəbəsində yerləşən ikinci evində “volontyor” kimi işləməyə başlamışdır. İlk öncə o, bununla bağlı əmək haqqı almamış, 3 gün növbəli şəkildə mərkəzin birinci və ikinci evlərində qalıb rezidentlərə nəzarət etmişdir. 05 sentyabr 2021-ci il tarixdə səhər radələrində birinci evdə müalicə alan şəxsləri digər evə köçürmüşlər. Birinci evdə müalicə alan Hüseyn adlı şəxs döyülərək öldürülmüşdür. Daha sonra isə müalicə alan şəxsləri hissə-hissə öz evlərinə buraxmışlar. Onu 06 sentyabr 2021-ci il tarixdə saat 04 radələrində evinə buraxmışlar. Hadisə baş verən vaxt o, Novxanı qəsəbəsindəki evdə növbədə olmuşdur. O, Hüseyn adlı xəstənin döyülərək öldürüldüyünü eşitmiş, başqa heç nə eşitməmişdir. Müalicədə olan şəxslərin narkotik vasitə qəbul etməsi halı heç vaxt olmamışdır. Xəstə həddini aşdıqda, özünə xəsarət yetirdikdə, qayda-qanuna riayət etmədikdə ona cəza verilmişdir. Cəza əsasən oturub qalxmaq, siqaret çəkməmək, yazı yazmaq ilə tətbiq olunurdu. O da eynilə Təqsirləndirilən şəxs kimi işləmişdir. Təqsirləndirilən şəxs də rəhbərliyə tabe olmuş, xəstələrə nəzarət etmiş, onun xəstə barəsində özbaşına qərar vermək səlahiyyəti olmamışdır. Təqsirləndirilən şəxs qaydanı pozduğu halda onu mərkəzdən kənarlaşdırardılar. Onun müalicə almağında Təqsirləndirilən şəxs böyük rolu olmuşdur, buna görə sonuncuya ancaq minnətdarlıq bildirir. Həmin mərkəzdə müalicədə olduğu dövrdə Təqsirləndirilən şəxslə dost və qardaş kimi yaxın münasibəti olmuş, sonuncu ancaq onun müalicə olunmasına çalışmışdır. O, həmin mərkəzə özü könüllü getmiş, heç kim onu orada məcbur saxlamamışdır. Orada müalicə aldığı müddətdə Təqsirləndirilən şəxs həm ona, həm də digər xəstələrə ancaq yaxşılıq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid14 göstərdi ki, o, 2016-cı ildən etibarən narkotik vasitələrdən istifadə etməyə başlamış, ev şəraitindən müalicə olunsa da, heç bir nəticəsi olmamışdır. Təxminən 03 dekabr 2020-ci il tarixdən etibarən “New Life” reabilitasiya mərkəzinin Nabran qəsəbəsində olan binasında narkomaniya xəstəliyindən müalicə olunmağa başlamışdır. Təxminən 2021-ci ilin may ayında Nabran şəhərindən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağlar massivində yerləşən, hadisənin baş verdiyi fərdi yaşayış evinə köçmüşlər. Təxminən 2021-ci ilin iyun ayının sonlarına qədər həmin evdə qalmışdır. 04 sentyabr 2021-ci il tarixdən 05 sentyabr 2021-ci il tarixə saat 04:00-dək qədər növbədə olmuşdur. Saat 04:00 istirahətə getmiş, saat 11:30-da stajor Xalid onu yuxudan oyadaraq yeni “novicok” gəldiyini bildirmişdir. Həmin gün Kamran, Murad və Fuad adlı şəxslər evə gətirilmişdir. Bir neçə saat sonra Novxanı qəsəbəsində olan bütün müalicə alan şəxslər onlar qalan evə gətirilmişdir. O, özü şəxsən ölüm hadisəsi baş verən evdə olmadığına görə bu barədə dəqiq heç nə deyə bilmir. Hüseyn barədə ondan prokurorluqda soruşulmuş, o da Hüseynin vəfat etdiyini orada bilmişdir. Müalicə aldığı müəssisədə həkim olmamış, günün qrafiki olmuş və hər kəs ona uyğun hərəkət etmişlər. Onların istədikləri vaxt telefonla danışmaq imkanları olmamış, yalnız həftədə bir dəfə telefonla danışa bilmişlər. Mərkəzdə qaldığı 3 ay müddətində Fərhadı cəmi 9 dəfə görmüş, sonuncu doqquz gündən bir gəlmişdir. Bildiyinə görə Fərhad konsultant olmuşdur. Fərhadın kiməsə icazə vermək səlahiyyəti olmamış, sonuncu ancaq xəstələrə nəzarət etmişdir. Həmin mərkəzə gələn şəxslərin hər biri qaydaları bilərək, proqramın şərtlərini qəbul edərək könüllü müalicə olmaq üçün ora gəlmişdir. Yəni, hər bir şəxs öz istəyi ilə müalicəyə cəlb olunmuşdur. O, Mərkəzdə hansısa şəxsə qarşı zor tətbiq edildiyini, nə Fərhadın, nə də digər şəxslərin kiməsə işgəncə verdiyini görməmişdir. İbtidai istintaq zamanı ifadələrini oxumadan və məsuliyyətini dərk etmədən imzalamışdr. O, hadisə vaxtı həmin mərkəzdə olmadığı halda hadisənin detalları barədə ifadə verə bilməzdi. Ona görə də məhkəmədə verdiyi ifadəsini təsdiq edir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid3 göstərmişdir ki, o, təxminən 10 ildir ki, narkotik vasitə istifadəçisi olmuşdur. Əvvəllər marixuana çəksə də, sonradan daha ağır narkotiklərə keçərək “patı”, “kokain” və “kokos” kimi adlanan narkotiklərdən istifadə etmişdir. Təxminən 2 il öncə uşaqlıq vaxtlarından tanıdığı Orucəli adlı tanışı narkomaniya xəstələri üçün reabilitasiya mərkəzi açmış və 1 il müddətində mütəmadi olaraq ona zəng edərək bu mərkəzdə onu müalicə etmək istədiyini, narkomaniyadan sağaldacağını bildirmişdir. Bu səbəbdən də o, 07 yanvar 2021-ci il tarixdə Orucəlinin təklifini qəbul etmişdir. Daha sonra Orucəli ilə yaşadığı məhəllədə görüşmüşdür. Orucəli “New Life” reabilitasiya mərkəzində işləyən, sonradan adının Elgiz olduğunu öyrəndiyi şəxsin maşını ilə gələrək onu götürmüşdür. Birlikdə “New Life” reabilitasiya mərkəzinə çatdıqda orada həmin gün növbədə olan Elgiz adlı şəxs tərəfindən qarşılanmışdır. Mərkəz əvvəllər Xaçmaz rayonu, Nabran qəsəbəsində fəaliyyət göstərdiyindən ilk getdiyi ünvan Nabran qəsəbəsi olsa da, sonradan təxminən aprel ayının axırlarında pandemioloji vəziyyət bəhanə edilərək “Novxanı” ərazisində yerləşən “AF Hotel” adlanan otelə köçürülmüşdür. Burada 1 gün qaldıqdan sonra Quba rayonu ərazisinə köçürülərək təxminən 5-6 gün müddətində burada qalmışlar. Yekunda, yəni təxminən may ayında bütün heyət və xəstələr yenidən “Novxanı” ərazisinə gətirilərək Gülüstan adlı şəxsə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağlar massivində yerləşən üçmərtəbəli fərdi yaşayış evində yerləşdirilmişdir. Reabilitasiya mərkəzində təqribən 10-12 nəfər işçi çalışmışdır. Belə ki, Orucəli rəhbər, Vüsal mühasib olmuş, bundan başqa da mərkəzdə Qənbər, Sərxan, İsrafil, Famil, Urfan, Elgiz, Elçin, Kamran, Cəlal, Fərhad və Kənan işləmişlər. Həmin şəxslərdən ibarət 3-4 nəfərlik qrup 3 gün müddətinə mərkəzə gəlib növbədə qalmışlar. Bu müddətdə onlar nəzarət edib dərslər keçmişlər. Mərkəzdə hər şey icazə ilə baş vermişdir. Belə ki, icazə olmadan gedib siqaret çəkmək, çörək yemək, yatmaq və ya bir mərtəbədən digərinə düşmək qadağan olmuşdur. Bu qaydalar pozulduqda isə müxtəlif növ cəzalara məruz qalınmışdır. Məsələn, əgər kiminsə kiminləsə münasibəti korlansa, həmin şəxslərin qolları bir-birinə skoçla bağlanmışdır. Bundan başqa, nə isə özbaşnalıq etdikdə yazılar olmuş, yəni hansısa müxtəlif yazını 500 dəfə yazmaq lazım olmuşdur. 04 sentyabr 2021-ci il tarixdə nahar fasiləsindən sonra ona “volontyor’lardan bir nəfər aşağı düşməyini və “konsultanski” adlanan yerə girərək kameraları müşahidə etməyi tapşırmışdır. “Yat komandası” verildiyindən hər kəs yatmalı olmuş, lakin yat komandasından sonra o, yatmalı olduğu otağa gedərkən rezidentlərdən Kamranın Arzu tərəfindən oyadılaraq aşağı mərtəbəyə düşürüldüyünü görmüşdür. Bundan sonra o, da aşağı mərtəbədə “konsultanskiy” adlanan yerə düşərək video müşahidə kameralarından ətrafı müşahidə etməyə başlamışdır. Bu zaman zirzəmidə “kurilka” adlandırdığı, içində ərzaq məhsullarının, təmizlik əşyalarının saxlandığı və siqaret çəkmək üçün istifadə olunan otaqda Famil, Sərxan, İsrafil və Fərhad adlı şəxslərin olduğunu görmüşdür. Kamran da adıçəkilən şəxslərlə eyni otağa salınmış, bir qədər söhbət etdikdən sonra adıçəkilən şəxslərdən Famil Kamranı vurmağa başlamışdır. Famil və digərləri Kamranı mütəmadi vəziyyətdə ayrı-ayrılıqda olmaqla şillə, yumruq və təpik zərbələri ilə vurmuşlar. Daha sonra Fərhad işlətdiyi fəntlə Kamranı yerə yıxmışdır. Oradakı şəxslərdən kimsə rezidentlərə qandalı gətirməsini demişdir. Qandal ilə Kamranın əlləri arxadan bağlanmış və içəridəkilər tərəfindən yenidən döyülmüşdür. Daha sonra Arzuya siyahıdakı digər şəxslərdən birini çağırmasını bildirmişlər. O, “konsultanskiy” adlanan otağa daxil olduqda orada bir siyahı və üzərində 4 nəfərin adının, yəni Kamran, Fuad, Hüseyn və Cahangirin adlarının qeyd olunduğunu görmüşdür. Əvvəllər mərkəzdən qaçmağa müvəffəq olmuş Fuad adlı rezident də çağırılaraq eyni qaydada döyülmüşdür. Daha sonra Cahangir çağırılmış, lakin o, hadisə barəsində xəbəri olmadığını bildirmiş və bununla əlaqədar olaraq yüngül formada əlləri bağlanmadan döyülmüşdür. Bu zaman o, nə baş verdiyinə baxmaq məqsədilə aşağıya düşmüşdür. O, zirzəmiyə endikdə Cahangir heç nə bilmədiyini və heç nə etmədiyini bildirmiş, Famil isə Cahangiri buraxaraq “bunu buraxın getsin” demişdir. Bundan sonra o, yenidən yuxan qalxaraq “konsultanskiy” adlanan otağa daxil olmuş, bu zaman kameradan Hüseynin zirzəmidə olduğunu görmüşdür. Famil Hüseynlə söhbət etdiyi zaman qəfildən Hüseynin üz nahiyəsindən şillə zərbəsi endirmişdir. Hüseyni də döyərək əllərini qandalladıqdan sonra Kamran və Fuadın yanına uzatmışlar. Əlavə olaraq orada uzanmış və əlləri qandallanmış vəziyyətdə olan Hüseyn, Fuad və Kamranın əlləri və ayaqları arxadan yapışqan lent vasitəsilə bağlanılmışdır. Famil Hüseyni döyərkən plastmas borudan istifadə etmiş, Hüseyn döyüldüyü vaxt təxminən saat 15:00 radələrində Familgil onu çağıraraq adam gəldiyini bildirib qapını açmağını istəmişdir. Lakin o, kimin nə üçün gəldiyindən xəbərsiz olmuş, darvazanı açdıqda Orucəli, Qənbər və Vüsalın gəldiyini görmüşdür. Onlar gəldikdən sonra o, pilləkənlərin aşağı hissəsində dayanaraq səslərə qulaq asmışdır. Bu zaman Qənbərgilin Familgil ilə salamlaşaraq nə baş verdiyini soruşduqlarını eşitmiş, bundan sonra yenidən “konsultanskiy”ə daxil olaraq nə baş verdiyini izləməyə davam etmişdir. Bu vaxt Qənbərin kəmərini çıxardaraq Hüseyni, Kamranı və Fuadı sifət nahiyələrindən vurmağa başladığını görmüşdür. Qənbərgil gəldikdən sonra Cahangir bir daha Qənbərin təkidləri ilə aşağı çağırılmış, bu zaman Famil Qənbərə “onunla danışdıq onluq bir şey yoxdur desə də” Qənbər Familə onun da günahkar olduğunu və nəsə planlaşdırdığını bildirərək onu da döyməyə başlamışdır. Daha sonra suyu çəkmək üçün istifadə olunan rezin boru gətirilərək otaqdakıları bu dəfə onunla döyməyə davam etmişdir. Ümumi döyülmə prosesi 1 saatdan çox olmuşdur. Qənbərgil gəldikdə yarım saatdan çox müddətə onların kəmər ilə, rezin boru ilə, təpik və yumruq zərbələri ilə döyülməsi davam etmişdir. Onlar gah ayrı-ayrılıqda, gah da hər kəs birlikdə olmaqla yerdəki 3 nəfəri yəni Kamranı, Fuadı əsas da Hüseyni döymüşlər. Orucəli bu proseslər zamanı yerdə uzanmış olanlarla söhbət edərək onları şillə və rezin boru ilə vurmuşdur. Daha sonra Murad da aşağı düşürülmüş, lakin Muradın adı siyahıda olmamışdır. Muradın zirzəmiyə çağırılmasının səbəbi hadisədən təxminən 1 həftə öncə rezidentlərdən bir nəfərin 1 ay sonra müalicəsinin başa çatacağı və reabilitasiya mərkəzindən çıxa biləcəyi təqdirdə atası ilə görüşərək Muradın mərkəzdə qalmaq istəmədiyini, evlənmək və normal həyata qayıtmaq istədiyini bildirməyini xahiş etməsi olmuşdur. Bunu telefonla demək mümkün olmamışdır. Belə ki, bu deyildiyi anda şəxsin telefonu söndürülmüş və cəzaya məhkum edilərək bir çox hallarda döyülmüşdür. Murad zirzəmiyə enən kimi kimsə onu arxadan tutaraq saxlamış, Famil və Qənbər isə ardıcıl zərbələrlə onu yerə yıxaraq plastmas boru ilə onun başına ardıcıl zərbələr endirmişlər. Hadisədən sonra Muradın başında zərbələrin izləri və şişkinliklər əmələ gəlmişdir. Murad da digərləri kimi əl və ayaqları arxadan yapışqan lentlə bağlansa da Cahangirin əl və ayaqlan qandalsız və açıq olmuşdur. Bir müddət Murad döyüldükdən sonra Qənbər Hüseyni baş nahiyəsindən aramsız olaraq vurmağa başlamışdır. Nəticədə ardıcıl və aramsız zərbələrdən Qənbərin əlindəki plastmas borunun ucu qırılmışdır. Proses yekunlaşdıqdan sonra Qənbərgil onu və Arzunu çağıraraq uzanmış vəziyyətdə olan Murad, Kamran, Hüseyn və Fuadı yarıhuşsuz halda olduqlarından daşıyaraq səliqəli şəkildə uzatmağı tələb etmişdir. Cahangir ikinci dəfə də qısa bir müddət döyüldükdən sonra yenidən sərbəst buraxılaraq otağına getmişdir. Bununla da proses yekunlaşmış, Hüseyn isə kimliyi ona məchul olan şəxslər tərəfindən pilləkənə bağlanmışdır. Belə ki, baxdığı bucaqdan həmin yeri görmək mümkün olmadığından Hüseynin kimlər tərəfindən necə bağlandığını görməmişdir. Hüseyn kifayət qədər ağır olduğundan onu yalnız bir neçə nəfərin pilləkəndə asılı şəkildə bağlaya biləcəyini düşünmüşdür. Tural və Cavidan da səslən eşidərək bu prosesləri izləmək üçün arabir zirzəmiyə enməklə nə olduğu ilə maraqlanıb müşahidə etmişlər. Daha sonra o, 3-cü mərtəbəyə qalxaraq mərkəzdəki digər şəxslərlə görüşüb onlara hadisə barədə danışmışdır. Bundan sonra yuxarıda bir qədər vaxt keçirərək axşamın gəlməsini gözləyib saat 21:00-da yatmışdır. Çünki səhər saat 04:00-də oyanmalı olmuş, əvvəlcə o, növbəyə çıxmamalı olsa da, Famil ondan sabah saat 04:00-da yenidən növbəyə çıxmağını tələb etmişdir. Bununla da o, 05 sentyabr 2021-ci il tarixdə səhər saat 04:00- da birinci mərtəbədə Tural və ikinci mərtəbədə isə o, olmaqla növbəyə başlamışlar. Arabir aşağı düşüb çıxarkən Murad və Fuadın artıq sərbəst olduğunu, həmçinin törətdikləri özbaşınalıqla əlaqədar yazı yazdıqlarını görmüşdür. Bundan başqa Hüseyn hələ də asılı qaldığı yerdə olmaqla kömək diləmiş, su istəmiş və onu Famil ilə görüşdürməyini xahiş etmişdir. Səhərə yaxın, təxminin saat 10:00 radələrində mərkəz üzvləri səhər yeməyi yeyərkən o, onlardan tez bitirdiyi üçün “Konsultanskiy”ə qalxaraq monitoru müşahidə etdikdə Hüseynin artıq asılı olduğu yerdən çıxıb pilləkəndə oturduğunu görmüşdür. Fərhada yaxınlaşaraq bu barədə bildirdikdə yanında Famil də olmuşdur. Fərhad onunla gələrək Hüseyndən buradan necə çıxdığını soruşduqda onun vəziyyətinin pis olduğu bilinmiş, o artıq özündə olmamış və ağzına gələni danışaraq “imana gəl” desə də Fərhad onu yanlış başa düşərək nalayaqi ifadə işlətmiş və onu bağlamağını tələb etmişdir. O, isə cavabında Fərhada onu bağlaya bilməyəcəyini Hüseynin ağır çəkili olduğunu demişdir. Fərhad isə onun əllərini yenidən barmaqların arasından salaraq bağlamağını tələb etmişdir. O, da bağladıqdan sonra yenidən kamera otağına qalxıb kameradan ətrafı müşahidə edərək Familə, Hüseynin vəziyyətinin pis olduğunu təkidlə bildirsə də o, heç bir reaksiya verməmişdir. Təxminən 20 dəqiqə sonra mütəmadi olaraq baxdığı müşahidə kamerasında Hüseynin bağlandığı yerdən arxaya doğru hərəkətsiz sallandığını görmüşdür. Onun başı arxaya doğru sallanmış, cəld qaçaraq Hüseynin yanına gəldikdə onu huşsuz görüb “bunu açmaq lazımdı, özündə deyil” sözlərini bildirmişdir. Fərhad, Famil, İsrafil və kimliyini xatırlamadığı bir neçə nəfər qaçaraq Hüseynin yanına gəlib onun əllərini açmış, üzünə su tökərək ayıltmağa çalışmışdır. Hüseyni qaldırıb zirzəmiyə düşürərək yerə qoymuşlar, o, isə nəbzini yoxlamışdır. Daha sonra nəbzindən reaksiya ala bilmədiyi üçün göz bəbəklərinə işıq tutaraq reaksiyasını yoxladıqda onun heç bir reaksiya vermədiyini müşahidə etmişdir. Bir qədər ürək masajı və ilkin tibbi yardım tədbirləri gördükdən sonra Hüseynin vəziyyəti pisləşdiyi üçün onu zirzəmidə olan matras üzərinə qoymuş, Famil tərəfindən hadisə yerinə çağırılmış, sürücü işləyən Rəşid əminin “Hyundai Sonata” markalı avtomobilinə mindirərək Sumqayıt şəhər Travmatologiya Xəstəxanasına aparmışlar. Həmin zaman avtomaşında ot Tural və Cavidan olmuşdur. Avtomobildə nəbzinin vurmağına baxmayaraq, xəstəxanaya çatdıqda Hüseyn artıq keçinmişdir. Bu səbəbdən də Hüseynin meyitini götürüb oradan Binəqədi rayon meyitxanasına gətirmişlər. Hüseyn reabilitasiya mərkəzinin əməkdaşları tərəfindən döyülərək işgəncəyə məruz qaldığı, eləcə də qandallı vəziyyətdə səhərə qədər pilləkəndən asılı vəziyyətdə qaldığı üçün həmin hadisə nəticəsində aldığı xəsarətlər və məruz qaldığı işgəncələr nəticəsində ölmüşdür. Hüseyn Murad, Kamran, Fuad və Cahangir adlı rezidentlər ilə birlikdə mərkəzdən qaçış planını qurmuş, lakin rezidentlərin biri bu barədə personala məlumat verdiyi üçün onların həmin planının qarşısı alınmışdır. Zərərçəkmiş şəxs1 lüm səbəbi konkret ona məlum olmamış, lakin onun uzun müddətli döyülərək işgəncələrə məruz qalması, eləcə də ac- susuz gecə boyu saxlanılması nəticəsində vəziyyəti pisləşmişdir. Hüseyn gecə boyu səhhətinin pis olmasını dilə gətirərək əzab içərisində onu azadlığa buraxmalarını, su içmək istədiyini söyləsə də, onu buraxmamışlar. Orucəli Qənbər və Elvüsal ilə mərkəzə gələrək Fuada, Kamrana, Murada, Cahangirə və Hüseynə qarşı fiziki zorakılıq göstərdikdən sonra onların bir gün bağlı şəkildə saxlanılmasına göstəriş verərək çıxıb getmişdir. Müalicə aldığı müddət ərzində həmin mərkəzə heç zaman narkotik vasitə gətirilməmiş, yalnız müalicə alan şəxslər ilk əvvəllər mərkəzə gələn zaman bəzi hallarda onların üzərində narkotik aşkar edilən zaman həmin narkotik dərhal məhv edilmişdir (cild 1, iş vərəqə 95-101; cild 8, iş vərəqə 213-219). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə Şahid3 arasında 16 noyabr 2022-ci il tarixdə keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Şahid3 ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq edərək 04 sentyabr 2021-ci il tarixdə günorta radələrində Binəqədi rayonu, Novxanı bağ massivi, 946a saylı ünvanda yerləşən fərdi yaşayış evinin zirzəmisində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 xüsusi fəndlə yerə yıxaraq ona fiziki zorakılıq göstərdiyini, eləcə də 05 sentyabr 2021-ci il tarixdə səhər radələrində Təqsirləndirilən şəxs tərəfindən əl-qolu açılmış Zərərçəkmiş şəxs1 yenidən taxta tirə bağlanmağına göstəriş verildiyini, Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir. Təqsirləndirilən şəxs isə üzləşdirmə zamanı Şahid3 qeyd etdiyi xüsusatları bütünlüklə təsdiq etməyərək Zərərçəkmiş şəxs4 və digər şəxslərə qarşı fiziki zorakılıq göstərmədiyini, Zərərçəkmiş şəxs1 qolunun bağlanılması ilə bağlı göstəriş vermədiyini ümumiyyətlə hadisə zamanı evin zirzəmisində deyil, evin ikinci mərtəbəsində olduğunu bildirmişdir (cild 10, iş vərəqə 58-63). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş, hadisə zamanı “New Life” reabilitasiya mərkəzinin yerləşdiyi ünvan 3 ünvanda yerləşən evdə müalicə almış Şahid6 göstərmişdir ki, o, 04 sentyabr 2021-ci ildə o, aşağıda kiminsə döyüldüyünü eşitmiş, çünki yüksək səslə insan çığırtıları gəlmişdir. Həmin zaman növbədə Famil, Fərhad, adını bilmədiyi başqa bir şəxs də olmuşdur. Daha sonra orada işləyən Famil ona, “Hüseyn özünü pilləkəndən yerə atıb və xəsarət alıb" demişdir. 04 sentyabr 2021-ci ildə onların Novxanıda yerləşən başqa bir müalicə evinə getmişdir. Orada onu Kamran, Elgiz, Rufan qarşılamış və “burada da qala bilərsiniz, biz sizi Hüseyinin özünü pilləkəndən atmasına görə oradan çıxardıq" sözlərini demişdir. O, orada təxminən 7 saat qaldıqdan sonra çıxıb Yevlaxa gəlmişdir. Reabilitasiya mərkəzində müalicə olunan şəxslərin, nizam-intizamı pozduqları halda plastik boru ilə döyülməsi, qolları yapışqan lentlə və əl-qol bağlama vasitələri ilə bağlanmasının şahidi olmamış, ona qarşı hər hansı zor tətbiq olunmamışdır. O, müalicə aldığı zaman evin hər pəncərəsi dəmir barmaqlıqlarla örtülü olmuş və evin qapıları açarla bağlı şəkildə olmaqla açarlar yalnız personalda saxlanılmışdır. Mərhum Zərərçəkmiş şəxs1 2021-ci ilin iyun ayında onunla eyni binada müalicə almağa başlamışdır. Mərkəzin fəaliyyət göstərdiyi evin hər tərəfi video müşahidə kameraları ilə təchiz olunmuş və bununla mərkəzdə müalicə alan şəxslərə nəzarət edilmişdir. Nəzarəti növbədə qalan şəxslər və personal həyata keçirmişdir. Yeni müalicə alan şəxslərə “lomka”dan çıxmaq üçün yuxu dərmanları, eləcə də “tramadol” adlanan dərman preparatı verilmişdir. O, da gəldiyi gün tramadol qəbul etmiş, həmin dərmanı ona Orucəli vermişdir. Hüseyn tez-tez nizam-intizamı pozduğuna görə orada olan işçilər tərəfindən bəzən döyülmüşdür. Mərkəzdə qaydaları oranın rəhbəri Orucəli və digər əsas şəxslər olan Famil və Elvüsal müəyyən etmişdir. Mərkəzə həkim narkoloq dəvət olunmamışdır (cild 7, iş vərəqə 239-244). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş, hadisə zamanı “New Life” reabilitasiya mərkəzinin yerləşdiyi ünvan 3 ünvanda yerləşən evdə müalicə almış Şahid7 göstərmişdir ki, 04 sentyabr 2021-ci il tarixdə nahar fasiləsindən sonra yatmağa getmişdir. Yatmaq üçün nəzərdə tutulmuş vaxt ərzində yatmamaq və ya yerindən qalxmaq qaydalara zidd olduğu üçün qadağan edilmişdir. Həmin zaman yerində uzandığı ərəfədə növbədə olan Famil digər yataq otağında qalan Muradı, Fuadı, Kamranı və Hüseyni aşağı çağırmışdır. Bundan sonra aşağı mərtəbədə mübahisə səslərinin gəldiyini və Familin, həmçinin həmin gün növbədə olan Fərhad, İsrafil və Sərxanın Muradı, Hüseyni Fuadı və Kamranı döymələrinin səslərini eşitmişdir. Həmin ərəfədə Cahangir adlı səxs də Famil tərəfindən aşağı çağırılmış və Cahangirin də döyülməsinin səsi gəlmişdir. Həmçinin, həmin ərəfədə Famil Orucəli, Vüsal və Qənbəri də çağırmış, orada olmuş olan Cavidandan Hüseynin döyülməsində xüsusi canfəşanlıq edən şəxsin Qənbər olmasını bilmişdir. Təxminən 40 dəqiqə və ya ondan da bir qədər artıq müddət ərzində onlar Hüseyni döydükdən sonra, saat 16:30 radələrində Famil gələrək xəstələri aşağı siqaret çəkməyə aparmışdır. Həmin zaman əlləri qandallanmaqla asılmış Hüseyni, həmçinin əlləri skoç yapışqanla bağlanmış Fuadı, Muradı və Kamranı görərək onların cəzalandırıldıqlarını bilmişdir. Həmin gün axşam saat 22 radələrində Fuad, Murad və Kamranın əlləri açılmış və onlar axşam yeməyi yemişdir. Lakin, Hüseyn səhərə qədər ac və susuz, qolları qandalla bağlanmaqla pilləkənlərdə asılı qalmışdır. Hüseyn səhərə qədər ağrıdan sızıldamış, səhər saatlarında ona bir stəkan su verilmişdir. 05 sentyabr 2021 -ci il tarixdə xəstələr səhər yeməyində olduğu zaman hansısa səbəbdən Hüseynin qolu açılmış və Hüseyn yerə oturduqdan bir qədər sonra Famil və Fərhad onun qollarının açıldığını görərək bunu kimin etdiyini soruşmuş, Hüseynin vəziyyətinin pis olmasına önəm vermədən yenidən onun qollarını yuxarıdan bağlamışlar. Bundan da təxminən bir saat sonra aşağıdan səs-küy gəldiyini, daha sonra isə Orucəlinin tez aparaq bunu” dediyini eşitmişdir. Bir qədər sonra Sərxan gələrək “hazırlaşın evdən çıxırıq" demişdir. Bundan sonra Sərxanla İsrafilin dərhal evdə olan kamera yaddaşlarını söküb çıxartdıqlarını görmüşdür. O, İsrafilin istifadəsində olan köhnə “Hyundai” markalı avtomobilə əyləşmiş və ikinci evə getmişdir. Xəstələrə işgəncə vermək üçün istifadə etdikləri ləvazimatlar “personalın otağında olduğu üçün oradan hər hansı bir əşya götürüb çıxarıb-çıxarmadıqlarının şahidi olmamışdır. Xəstələr birlikdə digər evə gəldikdən bir neçə saat sonra, təxminən saat 15 radələrində Urfan “hamını evə buraxırlar” demiş və bundan sonra bir-bir orada müalicə alan şəxslərin valideynlərinə zəng edilərək məlumat verilmişdir (cild 1, iş vərəqə 184-189). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş, hadisə zamanı “New Life” reabilitasiya mərkəzinin yerləşdiyi ünvan 3 ünvanda yerləşən evdə müalicə almış Şahid8 göstərmişdir ki, 04 sentyabr 2021- ci il tarixdə nahar fasiləsindən sonra xəstələrə “yat komandası” verilmiş və hər kəs yatmalı olmuşdur. O, “yat komandası”ndan sonra yataq otağına gedərək yatmışdır. Saat təxminən 17 radələrində yuxudan oyandıqdan sonra Kamran, Murad və Fuadın yatdıqları otaqlarda çarpayıya skoçtla bağlı vəziyyətdə, Hüseynin isə pilləkənlərdə eyni ilə skoçtla bağlı vəziyyətdə olmasını görmüşdür. Hər dördündə, bədənin müxtəlif yerlərində, yəni qollarında, ayaqlarında və kürəyində xəsarət izlərini görmüşdür. Hər dörd şəxsin bu vəziyyətdə olmaları sual doğurduğu üçün, həmin vaxt növbədə olan Qənbər izah etmişdir ki, qaçmaq istədikləri üçün həmin şəxslər onun, İsrafil, Fərhad, Famil və Sərxan tərəfindən bu vəziyyətə salınmışlar. Həmçinin qeyd olunan vaxt o, Cahangirin ayaqlarında xəsarət görmüşdür. Səhərə yaxın, təxminin saat 10:00 radələrində Hüseynin vəziyyəti pisləşdiyi üçün o zirzəmidə olan matras üzərinə uzadılmış, Famil tərəfindən hadisə yerinə çağırılmış, sürücü işləyən Rəşid əminin “Hyundai Sonata" markalı avtomobilinə mindiriləcək Sumqayıt şəhər Travmatologiya Xəstəxanasına aparılmış, lakin yolda ölmüşdür. Onun çıxmağa icazəsi olmadığı üçün, o və digər rezidentlər evdə qalmışdır. Hüseyn reabilitasiya mərkəzinin əməkdaşları tərəfindən döyülərək işgəncəyə məruz qaldığı, eləcə də qolları bağlı vəziyyətdə səhərə qədər pilləkəndən asılı vəziyyətdə qaldığı üçün həmin hadisə nəticəsində aldığı xəsarətlər və məruz qaldığı işgəncələr nəticəsində ölmüşdür. Hüseyn, Murad, Kamran, Fuad və Cahangir adlı rezidentlər ilə birlikdə mərkəzdən qaçış planını qurmuş, lakin rezidentlərin biri bu barədə personala məlumat verdiyi üçün onların həmin planının qarşısı alınmışdır (cild 1, iş vərəqə 190-194). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş, Şahid11 göstərmişdir ki, 05 sentyabr 2021-ci il tarixdə saat 10 radələrində tanışı Rəşid öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən onun istifadəsində olan “***-***-**-**” saylı mobil nömrəsinə zəng edərək təcili bir nəfər xəstə olduğunu, ona baxmaq lazım olduğunu bildirmişdir. Rəşid ona mərkəzdə bir xəstənin olduğunu, ürək nahiyəsinin ağrıdığını, ona ilkin tibbi yardım göstərməyin vacibliyini ona demişdir. O, da dərhal həkim olduğu üçün ilkin tibbi yardım üçün olan dərman preparatlarını özü ilə götürmüş və Rəşid özünə məxsus avtomobil ilə onu AF otelin qarşısından götürüb 3 mərtəbəli evə aparmışdır. Evə daxil olan zaman çoxlu sayda kişilərin orada olduğunu görüb narahatçılıq hissi keçirmişdir. Evin həyətinə daxil olmuş və evin qarajında, ərzaq saxlanılan yerdə matrasın üzərində bir nəfər kişi cinsli şəxsin uzanıqlı, hüşsuz olduğunu görmüşdür. Sonradan Sevinc və Rəşiddən həmin şəxsin Zərərçəkmiş şəxs1 olduğunu öyrənmişdir. Hüseynin sol göz nahiyəsində və sol qulaq nahiyəsində, qarnın alt nahiyəsində xəsarətlər, yəni hemotomalar müşahidə olunmuşdur. O, Hüseyni görən kimi dərhal onun nəbzinin yoxlamış və onun nəbzinin vurduğunu hiss etmişdir. Onun burun nahiyəsinə naşatir spirti iylətmiş, lakin, naşatir spirti iylətsə də, ona ürək masajı etsə də özünə gəlməmişdir. Rəşid Hüseynin ayağından tutaraq onun isti olduğunu demişdir. O, da dərhal Hüseynin Sumqayıt Tramatologiya Xəstəxanasına aparmaqlarını qeyd etmişdir. Həmin vaxt tanımadığı insanların köməkliyi ilə Hüseyn Rəşidin avtomobilinə əyləşdirilmiş və xəstəxanaya aparılmışdır. Hətta, Hüseyn qaldırılan zaman onun bel nahiyəsində də xəsarətləri görmüşdür (cild 5, iş vərəqə 113-116). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 05 sentyabr 2021ci il tarixli hadisənin baş verdiyi “New Life" Reabilistasiya Mərkəzinin fəaliyyət göstərdiyi ünvan 3 bağ evinə baxış keçirilərkən fərdi yaşayış evi üç mərtəbədən ibarət olmaqla dəmir materialdan qapısı və dəmir barmaqlıqlarla əhatələnmiş pəncərələri olmuşdur. Evin həyətində 3x5 metr ölçüsündə su ilə doldurulmuş hovuz olmuşdur. Ev yataq otaqları, zirzəmi, mətbəx, sanitar qovşaq, məşğələ və hamam otaqlarından ibarət olmaqla içərisində yaşamaq üçün yataq dəstləri, məişət ləvazimatları və ərzaqlar, eləcə də narkomaniya mövzusunda müxtəlif dərsliklər, divar yazıları, əlyazmalar, dərman preparatları, işgəncə metodu kimi istifadə edilən predmetlər aşkar olunmuşdur (cild 1, iş vərəqə 31-58). “New Life” Reabilistasiya Mərkəzinin fəaliyyət göstərdiyi ikinci evə, yəni Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivi 559 saylı bağ evinə baxış keçirilməsi haqqında 06 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, fərdi yaşayış evi üç mərtəbədən ibarət olmaqla dəmir materialdan qapısı olmuşdur. Evin həyətində su ilə doldurulmuş hovuz olmuşdur. Ev yataq otaqları, zirzəmi, mətbəx, sanitar qovşaq, məşğələ və hamam otaqlarından ibarət olmaqla içərisində yaşamaq üçün yataq dəstləri, məişət ləvazimatları və ərzaqlar, eləcə də narkomaniya mövzusunda müxtəlif dərsliklər, divar yazıları, əlyazmalar, dərman preparatlan, işgəncə metodu kimi istifadə edilən predmetlər aşkar olunmuşdur (cild 1, iş vərəqə 104-122). 210046065 saylı cinayət işi üzrə X10 təqdim etdiyi təqsirləndirilən şəxs Şahid1 məxsus, istifadəsində olmuş bir ədəd, qara rəngli, “9999” saylı ekran kodu olan “Samsung Galaxy A20s” markalı mobil telefona baxış keçirilməsi haqqında 07 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, mobil telefonun “Qalereya” adlanan bölməsində müalicə alan çoxsaylı şəxslərə qarşı cəza tədbirlərinin tədbiq edilməsi ilə bağlı videogörüntlər müəyyən edilmişdir. Həmin videogörüntülərdən fotoşəkillər çəkilərək cinayət işinin icraat materiallarına əlavə edilmişdir. Həmin videogörüntülərdən naməlum şəxs tərəfindən “Axşam axşam bu Yusif yenə Orucun tərs damarına düşüb” sözləri səsləndirilməklə mərkəzdə müalicə alan şəxslərdən birinin bel nahiyəsində stul saxlamaqla oturub-duraraq cəzaya məruz qalması, mərkəzdə müalicə almış Teymur Vəzirovun bel nahiyəsində masa saxlamaqla cəzaya məruz qalması, X3 əlində sarı rəngli plastik boru ilə mərkəzdə müalicə alan şəxslərə qarşı fiziki zorakılığın göstərilməsi, eləcə də həmin şəxslərin Orucəli Əliheydərovdan mərkəzin rəhbəri kimi çəkinmələri, sonuncunun müalicə alan şəxslər üzərində psixoloji üstünlük qurması, müalicə almış şəxslərin əllərində stul tutaraq cəzaya məruz qalmaları və sair müşahidə edilir (cild 6, iş vərəqə 179-185). 05-06 sentyabr 2021-ci il tarixlərdə “New Life” Reabilistasiya Mərkəzinin fəaliyyət göstərdiyi ünvan 3 və ünvan 7 ünvanlarda yerləşən bağ evlərinə baxış zamanı maddi sübut əhəmiyyətinə malik olması düşünülərək götürülmüş əşyalara baxış keçirilməsi haqqında 16 aprel 2022-ci il tarixli protokoldan görünür ki, bağ evlərindən müalicə alan şəxsləri biri-birinə bağlamaqla işgəncə metodu kimi istifadə edilən, uzunluğu 9 metr olan, xaki rəngli, parça materialdan toxuma kəmər və uzunluğu 6 metr olan, qırmızı rəngli ip (kəndir), işgəncə metodu kimi əl və ayaqlarını bağlamaq üçün istifadə edilən, çoxlu sayda ağ rəngli X44 bağlan, yəni sığac (qandal qismində istifadəsi nəzərdə tutulan sığac), 72 sm uzunluğunda, açıq qəhvəyi rəngli taxta, sınmış vəziyyətdə olan qara rəngli dəmir dəyənək, müalicə alan şəxslərin mərkəzdən qaçmaqlarının qarşısını almaqdan ötrü növbədə qalan şəxslərin daima biri-biriləri ilə əlaqə saxlamalarını təmin edən, “Blofeng" markalı 3 ədəd səyyar radio vasitəsi (ratsiya), 2 ədəd şarj aləti və sair aşkar edilmişdir (cild 8, iş vərəqə 181-187). Məhkəmə-tibbi ekspertizasının 21 sentyabr 2021-ci il tarixli 167 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 meyitində sol əlin İİİ barmağının daraq sümüyü başının qəlpə şəkilli qopması, sağ və sol ənsə-təpə nahiyələrinin dərialtı qansızmaları, sağ budun, sol budun, döş qəfəsinin sağ və sol yarısının arxa səthinin, qarının ön səthinin qançır hematomaları, üst və alt dodağın selikli qişalarına qansızmalar, boyunun ön səthinin, sağ və sol qulaq seyvanlarının, sağ və alt göz qapağı və gözaltı nahiyələrin, sağ və sol bazu nahiyələrinin, sol saidin, sağ qasıq və sağ baldır nahiyələrinin qançırları, sol əlin arxa səthinin, sol mil-bilək oynağının və boyun nahiyəsinin sıyrıqları aşkar edilmişdir. Qeyd olunan xəsarətlər həyati olub, ölümündən 1-2 gün əvvəl, bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, dərəcələrinə görə İİİ daraq sümüyü başının sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmanın əlamətlərinə malikdir, sağ və sol ənsə-təpə nahiyələrinin dərialtı qansızmaları, sağ budun, sol budun, döş qəfəsinin sağ və sol yarısının arxa səthinin, qarının ön səthinin qançır hematomaları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə malikdirlər, qançırlar və sıyrıqlar isə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqları üçün dərəcələri təyin olunmur. Qeyd olunan xəsarətlərin ölümlə səbəbli əlaqəsi yoxdur. Zərərçəkmiş şəxs1 meyitində aşkar olunmuş xəsarətlərin xarakterlərini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər insan bədəninin hissələri (yumruq, təpik və s) və uzunsov formalı bərk küt əşya ilə endirilmiş zərbələrin təsirindən əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs1 ölümünə səbəb tiryək qrupuna aid olan morfin adlı alkoloidin sintetik analoqu olan heroin və metadon ilə kəskin zəhərlənmə olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən demək olar ki, Zərərçəkmiş şəxs1 ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan 4-6 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs1 xəsarət yetirilərkən xəsarət yetirən şəxs (şəxslər) onunla müxtəlif vəziyyətlərdə (üzbəüz, arxadan, yan tərəfdən və s) ola bilərdi. Zərərçəkmiş şəxs1 meyitində aşkar olunmuş xəsarətlərin işgəncə vermə xarakterli olub-olmamasının təyini məhkəmə-tibbi ekspertinin səlahiyyətlərinə aid deyildir. Zərərçəkmiş şəxs1 meyitində olan xəsarətlərin xarakterinə və lokalizasiyasma görə demək olar ki, həmin xəsarətlər onun öz boyu hündürlüyündən yıxılaraq yerin bərk səthinə dəyməsi nəticəsində əmələ gəlməsi inandırıcı deyildir. Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qan və sidikdə məhkəmə-kimya tədqiqatı nəticəsində tiryək qrupuna aid morfin adlı alkoloidin sintetik analoqu olan heroin və metadon aşkar edilmişdir (cild 3, iş vərəqə 205-215). Zərərçəkmiş şəxs1 barəsində təyin edilmiş əlavə məhkəmə-tibbi ekspertizasının 30 oktyabr 2021-ci il tarixli 34/167 saylı rəyindən görünür ki, miqdarı tədqiqatın texniki səbəblərdən aparılması mümkün olmadığından mərhum Zərərçəkmiş şəxs1 təxminən nə vaxt və hansı dozada narkotik vasitə (heroin və metadon) istifadə etməsini müəyyən etmək mümkün olmamışdır. Konkret şəxs üçün narkotik vasitənin hansı dozada ölümə səbəb ola bilməsini müəyyən etmək mümkün deyildir. Belə ki, hər bir istifadəçi üçün letal doza individualdır. Hər bir narkotik vasitə insan orqanizmi üçün təhlükəlidir. Heroin və müalicə məqsədi üçün seçilmiş dozadan artıq qəbul edilmiş metadon insan orqanizmi üçün yüksək təhlükə kəsb edən preparatlardır. Narkomaniyaya düçar olan xəstələrdə qeyd olunan heroin və metadon onlar tərəfindən venadaxili, əzələdaxili və perolal yolla qəbul olunur. Mərhum Zərərçəkmiş şəxs1 meyitinin bədən səthində inyeksion yolla narkotik vasitənin yeridilməsinə xarakterik olan inyeksiya izi və ya izlər (nöqtə şəkilli yaracıqlar) aşkar olunmadı. Əksər hallarda heroinin 1 dozasının perolal qəbulu zamanı eyforiya müddəti 5 saat ərzində, metadonun 1 dozasının peroral qəbulu zamanı aktiv təsiri 24-36 saat əzrində davam edir. Lakin qeyd etmək lazımdır ki, istifadə növü dəyişdirildikdə, yəni venadaxili qəbulu zamanı bu maddələrin aktiv təsiri güclənir, daha intensiv olur, lakin orqanizmdə parçalanma müddəti azalır. Qəbul edilmiş heroin və metadonun insan orqanizmdə qalma müddəti individualdır. Mərhum Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda və sidikdə aşkar olunmuş heroin və metadonun nə zaman qəbul etdiyini təyin etmək mümkün deyildir. Mərhum Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda və sidikdə heroin və metadonun aşkar olunması ona dəlalət edir ki, o həmin maddələri sağlığında qəbul etmişdir (cild 5, iş vərəqə 137-145). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X34 ifadəsində göstərmişdir ki, o, 1986-cı ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin eksperti vəzifəsində işləyir. 2017-ci ildən isə Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Binəqədi rayon şöbəsinin eksperti kimi fəaliyyət göstərir. Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qan və sidik nümunələrində məhkəmə-kimyəvi müayinə zamanı heroin və metodon adlı narkotik maddələrin aşkar olunması, eyni zamanda meyitin daxili müayinəsi zamanı və meyitdən götürülmüş məhkəmə-histoloji analizlərin nəticələrində onun ölümünə səbəb ola biləcək xəstəlik və travma əlamətləri aşkar olunmamasını nəzərə alaraq demək olar ki, Zərərçəkmiş şəxs1 ölümünə səbəb heroin və metodon adlı narkotik maddələrlə kəskin zəhərlənmə olmuşdur. Narkotik zəhərlənmə mərhum Zərərçəkmiş şəxs1 ölümünə səbəb olduğu üçün rəydə kəskin sözü yazılmışdır. Mərhum Zərərçəkmiş şəxs1 heroin və metodon adlı narkotik maddələri qəbul etdikdən sonra, vaxtında tibbi müdaxilə edilsəydi, onun həyatını xilası etmək mümkün ola bilərdi (cild 6, iş vərəqə 201-204). Məhkəmə-tibbi ekspertizasının 13 sentyabr 2021-ci il tarixli, 316 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 sol əlin arxa səthinin və sağ bazunun çoxsaylı qançır və sıyrıqları aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2021 -ci il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə bazu oynağında ağrı hesabına funksiya pozuğunluğu ilə müşayiət olunan qançır və sıyrıqlar sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər, digər xəsarətlər isə ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir (cild 4, iş vərəqə 152-155). Məhkəmə-tibbi ekspertizasının 11 sentyabr 2021-ci il tarixli, 596 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibb müayinəsi zamanı aşkar edilmiş xəsarətlər təpə nahiyəsinin hematoma bətk küt əşya təsirindən törənməklə, yetirilmə müddəti müayinədən 5-6 gün əvvəl, qançırların xarakterinə görə, sağ bilək nahiyəsinin qançırları ilgəyəbənzər əşyanın və döş qəfəsi nahiyəsinin qançırları, sağ baldır nahiyəsinin qançırlı sıyrıqları isə bərk küt əşya (əşyalar) təsirindən törənməklə, yetirilmə müddəti müayindən 4-5 gün əvvələ, alın və sol sağrı nahiyələrinin qançırları bərk küt əşya (əşyalar) təsirindən törənməklə, yetirilmə müddəti müayindən 6- 8 gün əvvələ, sol bazu, sol baldır və bel nahiyələrinin qançırları bərk küt əşya (əşyalar) təsirindən törənməklə, yetirilmə müddəti müayindən 10-12 gün əvvələ uyğun gəlir. Qeyd olunan xəsarətlərdən təpə nahiyəsinin hematoması dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aiddir, digər xəsarətlər isə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir (cild 5, iş vərəqə 146-150). Məhkəmə-tibbi ekspertizasının 20 aprel 2022-ci il tarixli, 216 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 başın alın-təpə nahiyəsində əzilmiş yara izi olan çapıq aşkar edildi. Qeyd olunan xəsarət uzunsov formalı bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, törəmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixi və şəraiti inkar etmir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir (cild 8, iş vərəqə 248-251). Kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 24 oktyabr 2022-ci il tarixli 2824 sayh rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda opioidlərin qəbulu nəticəsində davranış pozuntuları müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham elan olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur.X11 əqli-intellektual imkanları (yaddaş, diqqət, təfəkkür, qavrama və s.) normaya uyğundur. Fərdi-psixi xüsusiyyətlərində qıcığa qarşı həssaslıq, konfliktə və mübahisəyə meyillilik, davranışı üzərində iradə nəzarətin çatışmazlığı, məsuliyyətsizlik, hövsələsizlik, başqalarının hiss və yaşantılarına qarşı biganəlik və s. aşkar olunur. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməllərini törədərkən psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik (psixiemosional gərginlik, kəskin stress, affekt və s.) yaranmamışdır. Təqsirləndirilən şəxs cinayət əməllərini törədərkən qəflətən baş vermiş güclü ruhi-həyəcan vəziyyətində, fizioloji affket halında olmamışdır. Hadisə baş verən vaxt emosional halında asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur (cild 9, iş vərəqə 186-190). Məhkəmə-narkoloji ekspertizasının 11 noyabr 2022-ci il tarixli 6729 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opiodlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 10, iş vərəqə 77-79). 07 may 2021-ci il tarixli mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsindən (kirayə müqaviləsindən) görünür ki, “New Life” reabilitasiya mərkəzinin fəaliyyət göstərdiyi ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi bir il müddətinə, yəni 07 may 2021-ci il tarixdən 07 may 2022-ci il tarixinədək aylıq 3083 (üç min səksən üç) manat müqabilində X1 verilmişdir. Qeyd olunan müqavilə “New Life” reabilitasiya mərkəzinin 07 may 2021-ci il tarixdə ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evində fəaliyyətə başlamasını bir daha təsdiq edir (cild 2, iş vərəqə 59-63). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 28 aprel 2022-ci il tarixli, 3700 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020 - xx.xx.2020, xx.xx.2020 - xx.xx.2020, xx.xx.2020 -xx.xx.2020-ci il tarixlərdə adı çəkilən müalicə müəssisəsində stasionar müalicə almışdır. Təqsirləndirilən şəxs 26 aprel 2022-ci il tarixdə “Respublika psixiatriya Xəstəxanası” publik hüquqi şəxsə opioidlərin qəbulu nəticəsində davranış pozuntuları diaqnozu ilə stasionar müalicəyə qəbul olunmuşdur (cild 8, iş vərəqə 261). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məlumatından və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 iyul 2019-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun cəzası 1 (bir) il 6 (altı) ay sınaq müddəti ilə şərti hesab olunmuşdur. 19 fevral 2021-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır (cild 8, iş vərəqə 245-246; cild 10, iş vərəqə 34-49). Azərbaycan Respublikasının Cinayət Məcəlləinin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Hazırki cinayət işindən ayrılmış cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 avqust 2023-cü il tarixli 1(101)-149/2023 saylı hökmü ilə X8 və X26 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 192.1, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3cü maddələri ilə təqsirli bilinərək hər biri qəti olaraq 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, X22 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.1, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Şahid1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri ilə təqsili bilinərək qəti olaraq 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Şahid2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşlar. Cinayət işi üzrə maddi sübut olub Baş Prokurorluğun İstintaq idarəsinin maddi sübutlar otağında saxlanılan “New Life” Reabilitasiya Mərkəzinin fəaliyyət göstərdiyi ünvan 3 ünvanda yerləşən, Şahid12 məxsus bağ evinə baxış zamanı aşkar olunmuş çoxlu sayda NEW LİFE Reabilistasiya Mərkəzinə məxsus vizitkartlar, üzərində Elşad 1 ay, Elşad 2 ay, Elşad 6 ay sözləri yazılmış 3 ədəd açıqca, bir ədəd N23122 saylı bir ədəd satış çeki, müştəri X19 adı qeyd olunmuş bir ədəd qəbz, 06 vərəqdən ibarət 02 iyun 2021-ci il tarixli təhvil-təslim aktı, məlumat vərəqəsi, nisyə alqı-satqı müqaviləsi, nisyə satış müqaviləsi, təhvil-təsilm aktı zəmanət talonu, Azərbaycan və rus dilində olan, narkomaniya ilə mübarizə haqqında mətnləri özündə əks etdirən 3 ədəd A4 vərəqi, üzərində müxtəlif məbləğləri, müxtəlif tarixləri əks etdirən əlyazma olan bir ədəd A4 vərəqi, üzərində müxtəlif meyvə və tərəvəz məhsullarının adlarını əks etdirən əlyaz olan bir ədəd A4 vərəqi, üzərində müxtəlif rəqəmləri əks etdirən əlyaz olan bir ədəd A4 vərəqi, üzərində müxtəlif adları əks etdirən əlyazma olan bir ədəd A4 vərəqi, üzərində müxtəlif meyvə, tərəvəz məhsullarını və məişət ləvazimatlarının adlarını əks etdirən əlyaz olan bir ədəd A4 vərəqi, cədvəl formasında müxtəlif şəxslərin adlarını, və adların qarşısında tarixləri, rəqəmləri əks etdirən kompüter vasitəsi ilə yazılmış iki ədəd A4 vərəqi, üzərində müxtəlif şəxslərin adlarını əks etdirən əlyaz olan bir ədəd A4 vərəqi, Azərbaycan dilində olan, narkomaniya ilə mübarizə haqqında mətnləri özündə əks etdirən 1 ədəd A4 vərəqi, narkomaniya ilə mübarizə mövzusunda keçirilən tədrislə bağlı olan 4 ədəd kiçik, 1 ədəd böyük dəftərlər, məzmunu rus dilində, üzərində “tolka seqodnya” yazısı olan, məzmunu rus dilində, üzərində “narkotics anonymous” yazısı olan, məzmunu rus dilində, üzərində “İ.S.Turqenev/sobranie soçineniy” yazısı olan, məzmunu rus dilində, üzərində “Rustam İbraqimbekov/solneçnoe spletenie” yazısı olan, məzmunu azərbaycan dilində, üzərində “İslam və digər dinlərə ümumi baxış” yazısı olan 5 ədəd kitab, məzmunu rus dilində, üzərində “Kukovodstvo k rabote po Şaqam v Anonimnıx Narkomanox” yazısı olan jurnal, çoxlu sayda ağ rəngli Neylon Kabel bağları yazısı olan sığaclar (qandal kimi istifadəsi nəzərdə tutulan), müxtəlif məhsulların alınmasına və ödənilmiş pullara dair yazıları özündə əks etdirən bir ədəd dəftər, kompüter ( bir ədəd “Sony” markalı sistem bloku, klaviatura, siçan, ekran), bundan başqa “NEW LİFE” Reabilistasiya Mərkəzinin fəaliyyət göstərdiyi ünvan 7 ünvanda yerləşən, X29 məxsus bağ evinə baxış zamanı aşkar olunmuş 01 ədəd domofon, 01 ədəd “Xiaomi” markalı mobil telefon, 01 ədəd “iPhone” markalı mobil telefon, üzərində “0eH3ennH (phenzepin)” sözləri yazılmış bir ədəd listin içərisində olan bir ədəd dərman həbi, 15 AZN pul əksinazı, üzərində Əliheydərov Oruc və New life reabilitasiya mərkəzi yazılı çoxlu sayda vizitkartlar, üzərində rezident, personal və stajorların adlı siyahısı olan bir ədəd əlyazma, üzərində New Life reabilitasiya mərkəzi sözü yazılı çoxlu sayda vizitkartlar, üzərində Elşad sözü yazılmış, içərisində müxtəlif yazılar olan, göy rəngli açıqca, iki ədəd şəffaf rəngli, istifadə olunmamış skotç yapışıdırıcılan, sınmış vəziyyətdə olan qara rəngli dəmir dəyənək, 72 sm uzunluğunda, açıq qəhvəyi rəngli taxta, uzunluğu 9 metr olan, xaki rəngli, parça materialdan toxuma kəmər, uzunluğu altı metr olan, qırmızı rəngli ip (kəndir), istifadə olunmuş şəffaf rəngli skotç yapışıdırıcılan, məzmunu Azərbaycan dilində olan, MedCenter tərəfindən verilmiş X12 “Psixoloq” kursunu bitirməsi ilə bağlı təltif olunmasına dair 31 yanvar 2021-ci il tarixli sertifikat, məzmunu rus dilində olan, Famil Rzayevin psixoloq kursunu bitirməsi ilə bağlı, 000490 saylı Sertifikat, məzmunu rus dilində olan, X3 psixoloq kursunu bitirməsi ilə bağlı iki ədəd sertifikatlar, üzərində “Document Frame” yazısı olan A4, “Blofeng” markalı 3 ədəd səyyar radio vasitəsi (ratsiya) və 2 ədəd şarj aləti, bundan əlavə mərhum Zərərçəkmiş şəxs1 meyitinə baxış zamanı əynində olmuş ağ zolaqlı, tünd göy rəngli, yaxası düyməli, qısa qol yay köynək, qara rəngli idman şalvarı, ağ rəngli trusi, paltarlar üzərində aşkar olunmuş 3 ədəd əlyazma, eləcə də təqsirləndirilən şəxs Şahid1 anası X20 tərəfindən könüllü şəkildə təqdim olunmuş “Samsung Galaxy A20s” markalı mobil telefonun Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin 28 aprel 2022-ci il tarixli qərarı ayrılmış cinayət materiallarına əlavə edilməsi nəzərə alınmalıdır (cild 9, iş vərəqə 1-151). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.2.1-ci, 133.2.3-cü, 133.2.4-cü və 133.2.6-cı maddələri ilə nəzərdə tutulmuş əməllər az ağır cinayətlər, Cinayət Məcəlləsinin 145.3-cü maddəsində nəzərdə tutulmuş əməl isə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.2.1-ci, 133.2.3-cü, 133.2.4-cü, 133.2.6-cı və 145.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən bir azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun olmamasını, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 oğunun, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 ona qarşı heç bir şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.3-cü maddəsinə əsasən Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulumş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Ona görə də bu xüsusatı nəzərə almaqla məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 28 oktyabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 9, iş vərəqə 251-261). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 28 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, iş üzrə 53 (əlli üç) manat 65 (altmış beş) qəpik məbləğində ekspertiza xərcinin Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 avqust 2023-cü il tarixli 1(101)-149/223 saylı hökmü ilə həll olunması nəzərə alınmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.2.1-ci, 133.2.3-cü, 133.2.4-cü, 133.2.6-cı və 145.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.2.1-ci, 133.2.3-cü, 133.2.4-cü, 133.2.6-ci maddələri ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 145.3-cü maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 28 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə ekspertiza xərcinin Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 avqust 2023-cü il tarixli 1(101)-149/2023 saylı hökmü ilə həll olunması nəzərə alınsın. Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin maddi sübutlar otağında saxlanılan, iş üzrə maddi sübutlar siyahısında göstərilən əşyaların və predmetlərin Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin 28 aprel 2022-ci il tarixli qərarı ilə ayrılmış cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-555/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-555/2023
12.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver