Məhkəmə qərarları › İş №1(101)-555/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-555/2024

01.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-555/2024 01.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X5, X1 və X8, tərcüməçi X6 və X2, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları X3, X10 və Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1977-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, məhkumluğu olmayan, işsiz, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 6 nömrəli məhkəmə iclasında saat 14:00-da açıq məhkəmədə baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktına görə, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, 2023-cü ilin mart ayında Bakı şəhərinin Suraxanı rayonu ərazisində istintaqa məlum olmayan mənbədən və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 60,808 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, külli miqdarda təmiz çəkisi 60,776 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, külli miqdarda təmiz çəkisi 56,141 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edərək, daşıyıb yaşadığı ünvan 2 ünvanına gətirmiş, orada elektron tərəzilərdən istifadə etməklə müxtəlif çəkilərdən ibarət hissələrə bölüb satış üçün hazırlayaraq, bir qismini yaşadığı mənzildə, bir qismini isə üstündə saxlayaraq, 10 mart 2023-cü il tarixdə saat 14:20-də Azərbycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirlərinin gedişində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V Yaşayış massivi, ev 5 ünvanının yaxınlığında saxlanılaraq Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edilərək, orada videoçəkilişlə üzərində aparılmış şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 1 ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 6,802 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 1 ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 11,012 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq, 10 mart 2023-cü il tarixdə saat 18:20 dəqiqədə Təqsirləndirilən şəxs özünün razılığı və iştirakı ilə yaşadığı ünvan 2 ünvanına videoçəkilişlə baxış keçirilərək, baxış zamanı Təqsirləndirilən şəxs qonaq otağı kimi təqdim etdiyi otaqda stulun üzərindən 1 ədəd ağ rəngli kağız qutunun içərisində 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 51,790 qram, 4,548 qram, 1,110 qram, 1,139 qram, 1,110 qram, 1,111 qram, ümumi təmiz çəkisi 60,808 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, tərkibinə görə eyni olan narkotik vasitə- qurudulmuş marixuana, 1 ədəd ağ rəngli kağız qutuda 3 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 27,501 qram, 21,396 qram, 0,442 qram, külli miqdarda ümumi təmiz çəkisi 49,339 qram olan kustar üsulla hazırlanmış, kimyəvi komponent tərkiblərinə görə öz aralarında və şəxsi axtarış zamanı aşkar edilmiş psixotrop maddələrlə eyni olan psixotrop maddə metamfetamin, həmin karton qutuda 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 24,951 qram və 24,813 qram, külli miqdarda ümumi təmiz çəkisi 49,764 qram olan kustar üsulla hazırlanmış, kimyəvi komponent tərkiblərinə görə öz aralarında və şəxsi axtarış zamanı aşkar edilmiş eyni növ narkotik vasitələrlə eyni olan narkotik vasitə heroin, eləcə də psixotrop maddə və narkotik vasitələrin satışı üçün hazırlanmasında istifadə etdiyi, üzərində heroin izləri aşkar olunmuş 2 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 10 mart 2023-cü il tarixdə 5-6 nəfər polis əməkdaşı yatdığı vaxt yaşadığı evə daxil olub onu Bakı şəhəri, Badamdar qəsəbəsində yerləşən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmış, polis əməkdaşlarının bir qismi isə yaşadığı evdə qalmışdır. O, polis əməkdaşları tərəfindən küçədə saxlanılmamış, həmin vaxt üzərində hər hansı psixotrop maddə və narkotik vasitə olmamışdır. Evindən aşkar olunan 2 qram narkotik vasitə olan “kakos”, yəni heroin, 2 qram psixotrop maddə olan metamfetamin və 62 qram narkotik vasitə olan “nəşə”, yəni marixuana ona məxsus olmuşdur. Məhkəmə iclasında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs evində aşkarlanmış heroin, metamfetamin və marixuananı gündəlik şəxsi istifadəsi üçün saxladığını, hər gün 1 qram narkotik vasitə olan heroin, 0,5 qram psixotrop maddə olan metamfetamin və 1 qram narkotik vasitə olan marixuana istifadə etdiyini, polis əməkdaşları tərəfindən saxlanılan dövrdə işləmədiyini, əvvəllər isə Dərnəgül bazarında həm satıcı, həm də fəhlə kimi işləyib gündəlik 30-40 manat qazandığını, 20 ildən bəri narkotik vasitə qəbul etsə də, 1 ildir ki, mütəmadi istifadə etdiyini, narkotik vasitə olan heroin və metamfetamini 1 qramını 20-25 manata, marixuananı isə qramını 10 manata aldığını, 2 gün əvvəl əldə etdiyi metamfetamin və heroinə 100 manatdan artıq pul verdiyini, marixuananı isə çoxdan aldığını, narkotik vasitəni istifadə etdikdə daha rahat işləyə bildiyini, ona elan edilmiş ittihamda qeyd olunan digər narkotik vasitələrin ona məxsus olmadığını, narkotik vasitəni polis əməkdaşlarının cibinə qoyduqlarını, Anar adlı polis əməkdaşının narkotik vasitənin ona məxsus olmasını təsdiq etməsini tələb etdiyini, anasının evdə olan narkotik maddələrdən xəbərinin olmadığını, müstəntiqi cinayət işinin yekunlaşdığı vaxt gördüyünü, barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmədə anası ilə bağlı hədələndiyini demədiyini, həmin vaxt onda tərəzinin olmadığını, polis əməkdaşları tərəfindən tutularkən üzərində ***-***-**-** saylı mobil nömrənin olduğunu, həmin mobil telefonu mütəmadi işlətdiyini, yazışmaların mövcudluğunu, polis əməkdaşlarının saxladığı zaman üzərindən “Redmi” markalı mobil telefonun aşkarlanıb götürüldüyünü, narkotik vasitənin satışı ilə məşğul olmadığını, heç kimlə satışla bağlı danışmadığını, anası ilə hədələdiklərinə görə həmin narkotik vasitə və psixotrop maddələrin ona məxsus olduğunu dediyini bildirdi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, 10 mart 2023-cü il tarixdə saat 14:20 radələrində yaşadığı ünvan 4 ünvanının yaxınlığında piyada hərəkət edərkən 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib onun külli miqdarda narkotik vasitələrin satışında şübhəli olduğunu bildirmişlər. Barəsində olan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etdikdə, etiraz etmədən polis əməkdaşları ilə birgə polis idarəsinə getmiş, idarədə hüquq və vəzifələri izah edildikdən sonra müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən yaşadığı mənzilin açarını, 113 manat pulunu, “Redmi” markalı mobil telefonunu, sol yan cibindən isə 1 ədəd qara rəngli sellofan bükümdə metamfetamini və 1 ədəd şəffaf sellofan bükümdə heroini təqdim edərək masanın üzərinə qoymuşdur. Təqdim etdiyi psixotrop maddə metamfetamin və heroin elektron tərəzi ilə çəkilmişdir. O, bundan başqa evində də narkotik tərkibli maddələr olduğunu, həmin maddələri təqdim edə biləcəyini və ünvan 2 ünvanındakı evinə baxış keçirilməsinə etirazının olmadığını bildirdiyindən, mənzilə baxış zamanı mənzilin qonaq otağına girişdən sağ tərəfdə yerləşən çarpayının yanındakı stulun üzərindən 2 ədəd elektron tərəzini, 1 ədəd sellofan bükümdə qurudulmuş marixuananı, 1 ədəd qutunun içərisində saxladığı 2 ədəd sellofan bükümdə heroini, 2 sellofan, 1 ədəd kağız bükümdə metamfetamini və 5 ədəd sellofan bükümdə qurudulmuş marixuananı təqdim etmiş, həmin maddələr elektron tərəzi ilə çəkilmiş, həmin maddələr və elektron tərəzilər zərfə qoyularaq qablaşdırılmaqla götürülmüşdür. Şifahi sorğu zamanı o, üzərindən aşkar edilmiş maddənin psixotrop maddə metamfetamin, narkotik vasitə heroin, mənzilindən aşkar edilmiş maddənin isə qurudulmuş marixuana, heroin və metamfetamin olduğunu, həmin maddələri həm istifadə etmək, həm də satmaq məqsədilə üzərində və evində saxladığını, özünün 5 ilə yaxındır ki, narkotik vasitə və psixotrop maddə istifadəçisi oduğunu, başqa heç bir yerdə narkotik vasitə və psixotrop maddə saxlamadığını, bu əməlindən heç kimin məlumatının olmadığını, həmin maddələri İran İslam Respublikası vətəndaşı Həsən adlı şəxsin vasitəsilə 3 gün öncə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisindən götürdüyünü bildirmiş, həmin maddələrin bir hissəsini satmaqla öz xərclərini ödəmişdir. Saxlanılan zaman, eləcə də polis idarəsində ona qarşı heç bir zor tətbiq edilməmiş, öz xərclərini çıxartmaq üçün narkotik maddələrin satışı ilə məşğul olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün müvafiq icazə alınmış, 10 mart 2023-cü il tarixdə saat 14 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivində yerləşən evinin yaxınlığında piyada hərəkətdə olan zaman Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etdikdən sonra narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhələnildiyini bildirib Baş Nakotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Baş İdarədə təhqiqatçı tərəfindən müdafiəçi və tərcüməçisinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərinə keçirilmiş şəxsi axtarış və baxış zamanı Təqsirləndirilən şəxs “Redmi” markalı mobil telefonu, evinin açarını, 113 manat məbləğində pulunu və 02 ədəd sellofan bükümü könüllü şəkildə təqdim edərək aşkar olunmuş sellofan bükümdəki narkotik maddələrin heroin və metamfetamin olduğunu bildirib, həmin narkotik maddələri Həsən adlı İran İslam Respublikası vətəndaşının dediyi yerdən, yəni Suraxanı rayonu ərazisindən götürdüyünü bildirmiş, daha sonra Təqsirləndirilən şəxs razılığı əsasında yaşadığı ünvan 5 ünvanında yerləşən evinə təhqiqatçı tərəfindən müdafiəçi və tərcüməçisinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə baxış keçirilən zaman evdə olan stolun üstündən bir neçə bükümdə narkotik vasitə marixuana, heroin, psixotrop maddə metamfetamin və 02 ədəd elektron tərəzi aşkar olunmuş, aşkarlanan narkotik tərkibli maddələr qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid1 Təqsirləndirilən şəxs saxlanıldığı zaman tək olduğunu, polis əməkdaşlarına qarşı hər hansı müqavimət göstərmədiyini, daxil olmuş əməliyyat məlumatında narkotikə olan şəxsi tələbatını ödəmək məqsədilə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışını həyata keçirdiyini, Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixi zorun tətbiq olunmadığını, Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi, ev 5 ünvanının yaxınlığında küçədə olarkən saxladıqlarını, əməliyyat qrupuna rəhbərlik etməklə, digər üzvün Baş İdarənin əməkdaşı Şahid2 olduğunu, Təqsirləndirilən şəxs evinə baxış keçirildikdən sonra anasının evə gəldiyini, videoçəkiliş zamanı təqdim etməsi üçün Təqsirləndirilən şəxs heç bir əlavə narkotik maddənin təqdim olunmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında o və Baş İdarənin digər əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu yaradıldıqdan sonra keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi yaxınlığında yaxınlaşıb özlərini təqdim edərək barəsində olan qərarla tanış edib Denis Patuxu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Baş İdarədə təhqiqatçı tərəfindən müdafiəçi və tərcüməçisinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə keçirilən şəxsi axtarış və baxış istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərində olan metamfetamin və heroini könüllü şəkildə təqdim etmiş, daha sonra Təqsirləndirilən şəxs evində də narkotik vasitə olduğunu dediyindən, öz razılığı ilə ünvan 6 ünvanında videoçəkilişdən istifadə edilməklə baxış keçirilən zaman bir neçə bükümdə təxminən 50 qram heroin, 50 qram metamfetamin və 61 qram marixuana aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs həmin narkotik maddələri tutulmazdan 2 gün əvvəl İran İslam Respublikasının vətəndaşı Həsən adlı şəxsin Hövsan qəsəbəsində qoyduğu yerdən satış məqsədilə götürdüyünü söyləmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid2 Təqsirləndirilən şəxs saxlanıldığı zaman polis əməkdaşlarının heç bir müqavimət göstərmədiyini, aşkarlanan narkotik tərkibli maddələri könüllü şəkildə təqdim edib özünə məxsus olduğunu bildirdiyini, saxlanıldığı zaman Təqsirləndirilən şəxs üzərində həmçinin evinin açarı, 113 manat məbləğində pul və nömrəsiz mobil telefonun olduğunu, evində həmçinin 2 ədəd elektron tərəzinin aşkarlandığını, Təqsirləndirilən şəxs 10 mart 2024-cü il tarixdə saat 14 radələrində saxlanıldığını, Təqsirləndirilən şəxs qarşı o və ya digər polis əməkdaşı tərəfindən fiziki və ya psixi zorakılıq edilmədiyini, videoçəkilişdə nümayiş etdirməsi üçün əlavə kütlənin təqdim olunmadığını bildirdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Suraxanı rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. (Cild 1, iş vərəqə 5) xx.xx.2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan və Baş Narkotiklərlə Mübarizə İdarəsinin həmin tarixli əmrindən görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü həmin Baş İdarənin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 6-7;10) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:20 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi, ev 5 ünvanının yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmişdir. (Cild 1, iş vərəqə 14) xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə, saat 14:20-dən hesablanmışdır. (Cild 1, iş vərəqə 17; 31) “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan, xx.xx.2023-cü il tarixli “DVD-R formatlı disklərdə olan məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, müvafiq qərara əsasən, Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında xidməti iş otağında videoçəkilişdən istifadə etməklə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən yaşadığı ünvanın açarını, 1 ədəd içərisində nömrə olmadığını bildirdiyi “Redmi” markalı mobil telefonunu, 113 manat pulu, sol yan cibindən isə 2 ədəd sellofan bükümü təqdim edərək masanın üzərinə qoymuş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonucunun üzərindən qanunla qadağan edilmiş, iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmiş, daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 113 manat pulu, yaşadığı evinin açarı özünə qaytarılsa da, ona izah edilməklə sonuncuya məxsus 1 ədəd mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüş, bükümlərə baxış keçirilən zaman bükümlərdən birinin içərisində ağ rəngli, kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə, digər sellofan bükümdə isə qəhvəyi rəngli kəskin iyli narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmiş, həmin kütlələr təxmini çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilmiş, həmin bükümlər 2 ədəd içərisi boş olan ağ zərfə qoyularaq qablaşdırılıb “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Zərflər üçün №7” nömrəli möhürü ilə möhürlənmiş, Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq təqdim etdiyi bükümlərdən birində olan kütlənin psixotrop maddə metamfetamin, digər bükümdəki maddənin heroin olduğunu, həmin maddəni 2-3 gün öncə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində “Həsən” adlı İran İslam Respublikasının vətəndaşı vasitəsi ilə əldə etdiyini, həmin şəxsi 4 aya yaxın tanıdığını, onun nömrəsinin mobil telefonda da qeyd edildiyini, həmin maddələri həm öz istifadəsi, həm də gündəlik xərclərini çıxarmaq üçün satış məqsədi ilə saxladığını, yaşadığı ünvan 6 ünvanında da narkotik maddələr saxladığını, həmin mənzilə baxış keçirilməsinə etiraz etmədiyini, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. (Cild 1, iş vərəqə 39; 40-43; 125-127) “Baxış keçirilməsi və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan, xx.xx.2023-cü il tarixli “DVD-R formatlı disklərdə olan məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, ünvan 6 ünvanında aparılmış baxış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs yaşadığı evin qonaq otağında girişdən sağ tərəfdə yerləşən çarpayının yanındakı stulun üzərindən 1 ədəd ağ rəngli kağız qutunu, 1 ədəd sellofan bükümü və 2 ədəd elektron tərəzini təqdim edib başqa heç bir yerdə narkotik maddə saxlamadığını bildirmiş, təqdim edilmiş kağız qutuya baxış keçirilən zaman içərisində 5 ədəd sellofan bükümdə qurudulmuş marixuanaya bəzər kütlə, 2 ədəd sellofan bükümdə heroinə bənzər kütlə, 2 ədəd sellofan, 1 ədəd kağız bükümdə isə psixotrop maddə metamfetaminə bənzər kütlə olması, ayrıca təqdim edilmiş 1 ədəd sellofan bükümə baxış keçirilən zaman içərisindən tünd-yaşıl rəngli kəskin iyli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Aşkar edilmiş kütlələr təxmini çəkilərinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilmişdir. Aşkarlanan maddələr və 2 ədəd elektron tərəzi 1 ədəd zərfə qoyulub üzəri möhürlənərək qablaşdırılaraq götürülmüş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi yaşadığı ünvandan aşkar edilmiş maddənin narkotik maddə qurudulmuş marixuana, heroin və psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni İran İslam Respublikasının vətəndaşı “Həsən” adlı şəxsin vasitəsilə həm istifadə etmək, həm də satmaq məqsədilə əldə etdiyini, həmin şəxsi 2 aya yaxın tanıdığını, mobil nömrəsinin telefonunda qeyd olunduğunu, özünün 5 ilə yaxın narkotik vasitə istifadəçisi olmasını, evindən aşkar edilmiş maddələri də təxminən 3 gün öncə Hövsan qəsəbəsi ərazisindən əldə etdiyini, başqa heç bir yerdə narkotik tərkibli maddələr saxlamadığını, anası və ya başqa bir nəfərin bu barədə məlumatlı olmadığını bildirmişdir. (Cild 1, iş vərəqə 44; 45-48; 125-127) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/1494 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində ’’Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” və s. yazılar, imzalar olan paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 6,802 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, 01 ədəd bükümdəki təmiz çəkisi 11,012 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitəheroindir, üzərində “Təqsirləndirilən şəxs evindən aşkar edilmiş...” və s. yazılar, imzalar olan 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 27,501 qram, 21,396 qram, 0,442 qram, ümumi təmiz çəkiləri 49,339 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 24,951 qram, 24,813 qram, ümumi təmiz çəkiləri 49,764 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 01 ədəd gümüşü korpuslu və 01 ədəd qara korpuslu elektron tərəzilərin üzərində narkotik vasitə heroinin izləri müəyyən edildi. Tərəzilərin üzərində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilmiş ümumi təmiz çəkiləri 60,776 qram olan heroin kütlələri öz aralarında, həmçinin həmin şəxsin üzərindən və yaşadığı mənzildən aşkar edilmiş ümumi təmiz çəkiləri 56,141 qram olan metamfetamin kütlələri də öz aralarında kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edirlər. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələri’in siyahısına (Siyahı İ), metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri’n siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin ümumi təmiz çəkisi 60,776 qram olmuş, 0,12 qram tədqiqata sərf edildikdən sonra 60,656 qram qalıq qalmış, metamfetaminin ümumi təmiz çəkisi 56,141 qram olmuş, 0,12 qram tədqiqata sərf edildikdən sonra 56,021 qram qalıq qalmışdır. (Cild 1, iş vərəqə 55-57) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 7/369 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs evindən...” yazısı və imzalar olan kağız paketdəki 06 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 51,790 qram, 4,548 qram, 1,110 qram, 1,139 qram, 1,110 qram, 1,111 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 60,808 qramdır. Təqdim edilmiş marixuanalar eynidirlər. İki ədəd elektron tərəzinin üzərində çətənə (kannabis) bitkisinin hissəcikləri yoxdur. Qeyd: marixuananın təmiz çəkisi 60,808 qram olmuş, tədqiqata 0,3 qram (hər obyektdən 0,05 qram) sərf edildikdən sonra 60,508 qram qalıq qalmışdır. (Cild 1, iş vərəqə 60-63) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrlə ittiham elan olunmuşdur. (Cild 1, iş vərəqə 81-82) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(010)-115/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla, 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdır. (Cild 1, iş vərəqə 104-108) xx.xx.2023-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, üzərinə şəxsi axtarış və götürmə keçirilərkən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd qara rəngli “Redmi” markalı mobil telefona baxış keçirilən zaman həmin telefonda nömrə olmadığı üçün hər hansı bir məlumat müəyyən olunmadı. (Cild 1, iş vərəqə 111) xx.xx.2023-cü il tarixli, 23617/-çıx-5 nömrəli Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin istifadəçisi olmaqla, narkotik vasitə və psixotrop maddələri müxtəf vaxtlarda müxtəlif mənbələrdən əldə etmiş, özü qəbul etməklə yanaşı satmaqla məşğul olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddənin satışı məqsədi ilə əldə etdiyi İran İslam Respublikası vətəndaşı “Həsən” kimi bildiyi şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. (Cild 1, iş vərəqə 113) xx.xx.2023-cü il tarixli “Maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 60,656 qram narkotik vasitə heroin, ümumi təmiz çəkisi 56,021 qram psixotrop maddə metamfetamin, ümumi təmiz çəkisi 60,508 qram narkotik vasitə qurudulmuş marixuana və 2 ədəd elektron tərəzi maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. (Cild 1, iş vərəqə 118-119) xx.xx.2023-cü il tarixli, 360 nömrəli Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil-Kommunal Kommunal Təsərrüfatı Birliyinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. (Cild 1, iş vərəqə 129) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statisik İnformasiya İdarəsinin xx.xx.2023-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (Cild 1, iş vərəqə 138-139) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X12 xx.xx.2023-ci il tarixli, 8590 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olmamışdır. (Cild 1, iş vərəqə 140) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X12 ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə xx.xx.2023-cü il tarixli, 3439 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 141-143) xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işinin istintaqı zamanı toplanmış və iş materiallarında- cinayət işi başlananadək aparılmış təhqiqat materiallarında, o cümlədən əməliyyat-axtarış tədbirlərinin nəticələri barədə materiallarda, şahidlərin, şübhəli şəxsin, təqsirləndirilən şəxsin dindirmə protokollarında, şəxsi axtarış və götürmə, baxış protokollarında, məhkəmə-kimyəvi, məhkəmə-bioloji, məhkəmə-narkoloji ekspertizasının rəylərində təqdim edilən sübutların məcmusu iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirinin sübuta yetirilməsi üçün kifayət qədər hesab edilmişdir. (Cild 1, iş vərəqə 144-153) xx.xx.2023-cü il tarixli “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrıca icraata ayrılması haqqında” qərardan görünür ki, hazırki cinayət işindən Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuana və heroini, eləcə də psixotrop maddə metamfetamini əldə etdiyi mənbənin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılıb icraata qəbul edilmişdir. (Cild 1, iş vərəqə 155-160) Əməlin tövsifi və hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə məqsədilə gətirdiyi dəlilləri araşdırmış, müdafiə tərəfi ittihamı mübahisələndirdiyi hissələrdəki mövqeyini ona qarşı ibtidai istintaq zamanı psixi zorakılıq edilməsi ilə əlaqələndirmişdir. Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində tutulması ərəfəsində polis əməkdaşlarının ona psixi zorakılıq etdiyini desə də, şahidlər Şahid1 və Şahid2 məhkəməyə verdikləri ifadələrində Təqsirləndirilən şəxs tutulmazdan əvvəl və ya sonra heç bir zorakılıq edilmədiyini bildirmişlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində ona edilmiş psixi zorakılıqla bağlı məhkəməyədək icraat zamanı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya məhkəmə nəzarəti qaydasında şikayət etməsi müəyyən edilməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı psixi zorakılıq edilməsi şahid ifadələri, eləcə də digər sənədlərlə öz təsdiqini tapmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona psixi zorakılıq edilməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsi hər hansı dəlillərə söykənməmiş, əsaslı şübhə mövcud deyil. O, öz fikirlərini heç bir dəlillə möhkəmləndirməmiş, videoçəkiliş zamanı söylədiyi etirafedici ifadəsini ona psixi zorakılığın tətbiq edilməsi nəticəsində verməsi ilə əlaqələndirməklə kifayətlənmişdir. Bu səbəbdən, məhkəmə baxışı zamanı Şahid1 və Şahid2 və ya digər polis əməkdaşı tərəfindən təqsirləndirilən şəxsə fiziki və ya psixi zorakılıq edilməsi müəyyən edilmədiyindən, həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirir və göstərdiyi xüsusatı rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi halları digər sübutlarla müqayisəli surətdə araşdıraraq qiymət vermişdir ki, onun həmin ifadəsi cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadədir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində saxlanıldığı yeri mübahisələndirib ünvan 6 ünvanının qarşısında küçədə hərəkət edərkən yox, yaşadığı evdə 5-6 nəfər polis əməkdaşı tərəfindən saxlanıldığını, həmin vaxt üzərində hər hansı narkotik vasitə və psixotrop maddə olmadığını, evində isə 2 qram narkotik vasitə olan heroin, 2 qram psixotrop maddə olan metamfetamin və 62 qram narkotik vasitə olan marixuananın aşkarlandığını, ittihamda qeyd edilmiş digər narkotik tərkibli maddələrin ona məxsus olmadığını, narkotik vasitə və psixotrop maddələri heç kimə satmadığını desə də, şahidlər Şahid1 və Şahid2 əməliyyat qrupuna başqa şəxsin daxil olmadığını, Təqsirləndirilən şəxs ünvan 6 ünvanının yaxınlığında saxlanıldığını, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 1 ədəd sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər və 1 ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütləni könüllü şəkildə təqdim etdiyini, həmin istintaq hərəkəti zamanı narkotik və psixotrop maddələrin satışı ilə məşğul olduğunu söylədiyini, üzərindən aşkar edilən kütlələrdən başqa yaşadığı ünvan 6 ünvanında da özünə məxsus narkotik tərkibli maddələri saxladığını, həmin narkotik vasitələri təqdim edə biləcəyini, yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş, Təqsirləndirilən şəxs nümayiş etdirməsi üçün hər hansı çəkidə narkotik vasitə və psixotrop maddə təqdim edilmədiyini söyləmişlər. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Əməliyyat qrupunun təşkil edilməsi haqqında” qərar, əmr və raportdan görünür ki, əməliyyat qrupunun üzvləri Şahid1 və Şahid2 olmuş, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:20 dəqiqədə ünvan 6 ünvanının yaxınlığında piyada hərəkət edərkən saxlanılmışdır. Başqa şəxslərin iştirakı, habelə fərqli ünvanda saxlanılması cinayət işinin materialları və məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bundan savayı, xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” və “Mənzilə baxış və götürmə aparılması haqqında” protokollardan, şahid ifadələrindən, eləcə də məhkəmə baxışı zamanı müvafiq videoçəkilişə cinayət prosesinin tərəflərinin iştirakı ilə baxışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindəki və evindəki narkotik vasitə və psixotrop maddələri, eləcə də 2 ədəd elektron tərəzini istintaq hərəkətləri zamanı könüllü olaraq təqdim etmiş, aşkarlanan maddələr və 2 ədəd elektron tərəzi kağız zərfdə qablaşdırılıb möhürlənmişdir. Videogörüntüdə əks olunanlar tam olaraq əvvəldən sonadək aydın şəkildə müşahidə edilir. Həmçinin, məhkəmə baxışı zamanı həmin videoyazının tədqiqindən də görünür ki, videogörüntüdə kəsinti olmamış, ardıcıl olaraq, fasiləsiz videoçəkiliş aparılmışdır. Həmin protokollardan görünür ki, aşkar olunanlar qablaşdırılaraq “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Zərflər üçün №7” nömrəli möhürü ilə möhürlənmiş, Təqsirləndirilən şəxs və digərləri tərəfindən hər hansı etirazın olması ilə bağlı protokola qeyd edilməmiş, heç bir şikayət və ya vəsatətin daxil olmadığı ilə bağlı qeyd də əlavə olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/1494 nömrəli və 7/369 nömrəli ekspert rəylərindən görünür ki, tədqiqa təqdim edilmiş predmetlər “Azərbaycan Respublikası DİN Zərflər üçün № 7” dairəvi möhür əksləri olan zərf və paketdə təqdim olunmuş, həmin zərf və paketin tamlığının pozulması ilə bağlı hər hansı qeyd aparılmamışdır. Ekspertiza nəticəsində ümumilikdə 60,776 qram narkotik vasitə heroin, 56,141 qram psixotrop maddə metamfetamin və 60,808 qram narkotik vasitə qurudulmuş marixuana, 2 ədəd elektron tərəzinin olduğu müəyyən edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi həmin xüsusatlar öz təsdiqi tapmamış, digər sübutlarla tam şəkildə təkzib edilmişdir. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi hallar hər hansı dəlillərə söykənməmiş, həmin halları təsdiq edən sübut olmamışdır. Bununla bağlı əsaslı şübhələr yoxdur. Bu səbəbdən, məhkəmə həmin xüsusatlarla bağlı Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirərək onun göstərdiyi xüsusatları rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Odur ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təsvir olunanlara zidd olaraq dəlil kimi göstərdiyi hallar mötəbər sübutlarla təkzib olunduğundan, məhkəmə təqsirləndirilən şəxsin həmin hissələrdə verdiyi ifadəsini şübhə altına alır və ifadəsində göstərdiyi həmin xüsusatları həqiqətə uyğun olmayan, hər hansı dəlilə söykənməyən, özünümüdafiə xarakterli hesab edir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittihamda təsvir olunanlara zidd olaraq məhkəmə istintaqında başqa məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Bu səbəbdən, məhkəmə cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaradaraq, sübutetmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini əsas götürür. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə dindirilmiş şəxslərin ifadələrindən başqa, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Bundan başqa, məhkəmə qeyd edir ki, ibtidai araşdırma dövründə təqsirləndirilən şəxsin müdafiə hüquqları qorunmuş, cinayət-prosessual qanunvericiliyinə əsasən müdafiəçinin zəruri iştirakı nəzərdə tutulmuş bütün istintaq hərəkətlərində müdafiəçisi iştirak etmişdir. İstintaq hərəkəti protokolları və ona əlavələr qanunvericiliyə uyğun tərtib edilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı ibtidai istintaq dövründə toplanmış sübutların mötəbərliyinə xələl gətirən hər hansı hal müəyyən edilmədiyindən, cinayət işi üzrə mövcud olan məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığına görə məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi xx.xx.2023-cü il tarixli ifadəsini, şahidlər Şahid1 və Şahid2 həm məhkəməyədək icraat zamanı, həm də məhkəmə baxışında verdikləri ifadələrini, ekspert rəylərini, digər istintaq hərəkəti protokollarını və ona əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə görə, satış məqsədilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etdikdə, saxladıqda, hazırladıqda, istehsal etdikdə, emal etdikdə, daşıdıqda, göndərdikdə, yaxud qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni satdıqda müvafiq cinayətin tərkibi yaranır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər, psixotrop maddələr- BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən edilir. Sözügedən Qanunun 21.2-ci maddəsinə əsasən, qazanc əldə etmək məqsədilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilməsi, belə şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarı, habelə onların külli miqdarı müəyyən edilir. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən isə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Siyahıların 1-ci Siyahısının 83-cü bəndinə və 2-ci Siyahısının 67-ci bəndinə əsasən, müvafiq olaraq təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Həmin 1-ci Siyahının 109.1-ci bəndinə görə, narkotik vasitə qurudulmuş marixuana marixuana təmiz halda 5 qramdan artıq çəkidə olduqda şəxsi istehlak miqdarından artıq, 500 qramdan artıq çəkidə olduqda külli miqdar təşkil edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-ci il tarixdə saxlanıldıqdan sonra üzərinə və evinə baxış keçirilən zaman ümumi təmiz çəkisi 60,776 qram narkotik vasitə heroin, ümumi təmiz çəkisi 56,141 qram psixotrop maddə metamfetamin və ümumi təmiz çəkisi 60,808 qram narkotik vasitə marixuana, 2 ədəd elektron tərəzi aşkarlanmışdır. Məhkəmə aşkar olunmuş maddələrlə bağlı qeyd edir ki, həmin vaxt Təqsirləndirilən şəxs aşkarlanmış heroinin ümumi təmiz çəkisi şəxsi istehlak miqdarı (birdəfəlik istehlak həcmi) üçün nəzərdə tutulduğundan 405,17 dəfə, metamfetaminin ümumi təmiz çəkisi şəxsi istehlak miqdarı (birdəfəlik istehlak həcmi) üçün nəzərdə tutulduğundan 374,27 qram, qurudulmuş marixuananın ümumi təmiz çəkisi şəxsi istehlak miqdarı (birdəfəlik istehlak həcmi) üçün nəzərdə tutulduğundan 12,16 qram dəfə çoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarına əsasən, narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri qanunsuz olaraq əldə etmə, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama, narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi daşınma, narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi onların göndərilməsi kimi qiymətləndirilməlidir. Həmin Plenum qərarına görə, şəxsi maraq dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Beləliklə, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə, evinə baxış keçirmə və götürmə istintaq hərəkətləri zamanı təqdim etdiyi narkotik vasitə olan marixuana və heroinin, psixotrop maddə olan metamfetaminin çəkilərinin birdəfəlik istifadə üçün nəzərdə tutulan şəxsi istehlak miqdarından dəfələrlə çox olmasına, narkotik vasitə və psixotrop maddələrin növ müxtəlifliliyinə, xırda bükümlərə bölünməsinə, bükümlərin hazırlanması üçün avadanlığın, yəni elektron tərəzinin mövcudluğuna, üzərindən çıxan narkotik vasitə və psixotrop maddənin tərkibinin eyniliyinə, onun narkotik vasitələrin satışı ilə məşğul olmasına dair əməliyyat məlumatına əsasən, cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməllərinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2-ci maddəsinə əsasən, həmin Məcəllənin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin dispozisiyasına görə, həmin əməli törətmiş şəxs beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs məhkumluğunun olmamasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin növ müxtəlifliyini, həmin narkotik vasitə və psixotrop maddələrin şəxsi istehlak miqdarından dəfələrlə çox olmasını, xırda bükümlərə bölünməsini, elektron tərəzinin mövcudluğunu, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın olmamasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, onlara Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarının ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ona görə də, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 10 mart 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-fiziki-kimyəvi ekspertizaları ilə əlaqədar Təqsirləndirilən şəxs 188 (bir yüz səksən səkkiz) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 60,656 qram heroin, 56,021 qram metamfetamin, 60,508 qram qurudulmuş marixuana, 2 ədəd elektron tərəzi məhv edilməli, şəxsi axtarış və götürmə, evə baxış keçirilməsi zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 02 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X12 03 iyun 2023-cü il tarixli, 3439 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 10 mart 2023-cü il tarixdən hesablansın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 188 (bir yüz səksən səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınmaqla, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 60,656 qram narkotik vasitə heroin, 56,021 qram psixotrop maddə metamfetamin, 60,508 qram narkotik vasitə qurudulmuş marixuana və 2 ədəd elektron tərəzi məhv edilsin, şəxsi axtarış və götürmə, evə baxış keçirilməsi zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlakın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar