Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-555/2025 14.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), X13 və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 qızının, X6 və X7, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, müdafiəçilər, Bakı şəhəri 19 saylı Vəkil bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1 və Bakı şəhəri 3 saylı Vəkil bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx xxx 1976-cı ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə, xx xxxxxxx 1960-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkumluğu olmayan, orta təhsilli, işləməyən, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, tanışı Zərərçəkmiş şəxs Nərimanov rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə məhkəmə məsuliyyətinə verilmiş övladı Kənan Yusifovu geniş əlaqələrə malik olan tanışları vasitəsilə azadlığa buraxdıracaqlarına dair yalan vədlər verib, etibarından sui-istifadə etməklə aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə Təqsirləndirilən şəxs1la birlikdə 2023-cü ilin iyun ayının sonlarında ünvan 4 ünvanda yerləşən Təqsirləndirilən şəxs1 işlətdiyi “Skarpion” kafesində Zərərçəkmiş şəxs 20000 manat, 2023-cü ilin iyul ayının əvvəllərində həmin ünvanda Zərərçəkmiş şəxs 25000 manat, 2023-cü ilin iyul ayının ortalarında həmin ünvanda Zərərçəkmiş şəxs 8000 manat, 26 oktyabr 2023-cü il tarixdə ünvan 5 ünvanda yerləşən “28 May” metrostansiyasının girişinin yaxınlığında Zərərçəkmiş şəxs 15000 manat pulu alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib, Zərərçəkmiş şəxs ümumilikdə külli miqdarda 68000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib sonuncuya 3000 manat pul müqabilində Nərimanov rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş övladı Kənan Yusifova dini radikalizm və ya dini fanatizm ilə bağlı əlavə maddə verilməməsi məsələsini həll edəcəyinə dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla 2023-cü ilin may ayında ünvan 6 ünvanda yerləşən işlətdiyi “Skarpion” kafesində Zərərçəkmiş şəxs 3000 manat pulu alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, tanışı Zərərçəkmiş şəxs Nərimanov rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə məhkəmə məsuliyyətinə verilmiş övladı Kənan Yusifovu geniş əlaqələrə malik olan tanışları vasitəsilə azadlığa buraxdıracaqlarına dair yalan vədlər verib, etibarından sui-istifadə etməklə, aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə Təqsirləndirilən şəxs2la birlikdə 2023-cü ilin iyun ayının sonlarında ünvan 4 ünvanda yerləşən işlətdiyi “Skarpion” kafesində Zərərçəkmiş şəxs 20000 manat, 2023-cü ilin iyul ayının əvvəllərində həmin ünvanda Zərərçəkmiş şəxs 25000 manat, 2023-cü ilin iyul ayının ortalarında həmin ünvanda Zərərçəkmiş şəxs 8000 manat, 26 oktyabr 2023-cü il tarixdə ünvan 5 ünvanda yerləşən “28 May” metrostansiyasının girişinin yaxınlığında Zərərçəkmiş şəxs 15000 manat pulu alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib, Zərərçəkmiş şəxs ümumilikdə külli miqdarda 68000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki o, zərərçəkmiş şəxs olan Raufu əvvəlcədən heç görməmiş, Ağamirzə vasitəsilə Raufla tanışlığı yaranmışdır. Özü əvvəllər polis şöbəsində işləmişdir. Ağamirzə ona bir qohumu ilə bağlı bir problem yarandığını və Nərimanov rayon Polis İdarəsi tərəfindən tutulduğunu demiş, ondan həmin şəxsə kömək etməyini istəmişdir. O da kömək edə bilməyəcəyini, artıq istintaqın da bitdiyini demişdir. Ağamirzə də ona həmin qohumu ilə görüşüb üz-üzə söhbət etməli olduqlarını istəmişdir. Bir müddət sonra Ağamirzə ona həmin qohumunun gəldiyini, söhbət etmək istədiyini demiş, onlar Ağamirzənin Bakıxanov qəsəbəsində yerləşən kafesində görüşmüşlər. Rauf gələndə özü ilə 20000 manat pul gətirmişdir. O da Raufa çalışıb yardım edəcəyini, tanış adam tapıb məsələni həll etməyə çalışacağını demişdir. Bu hadisələrdən əvvəl onun Raufla heç bir ünsiyyəti olmamış, ilk dəfə kafedə tanışlıqları yaranmışdır. Rauf özü ilə gətirdiyi pulu Ağamirzəyə vermişdir. O, Raufa əlaqə saxlayacağını demişdir. Onun Raufa, həqiqətən də, yardım göstərmək fikri olmuşdur. Rauf ona bircə dəfə “28 May” metrosunun yanında pul vermişdir. Bundan başqa o, Raufun özündən şəxsən pul almamışdır. Rauf kafedən çıxıb gedəndən sonra Ağamirzə verilən puldan ona 17500 manat vermiş, 2500 manatı isə özünün haqqı olduğu üçün götürmüşdür. Bir müddətdən sonra Rauf ona zəng etmişdir. O da Raufa hələ tanışları ilə əlaqə yarada bilmədiyini demişdir. Həmçinin o, Raufdan 10000 manat pul istəmiş, Rauf da uzun müddət keçmədən 10000 manat pulu Ağamirzə vasitəsilə yollamışdır. Ağamirzə də 10000 manat puldan 1200 manatı özünə götürərək qalan hissəsini ona gətirib vermişdir. O, Raufun məsələsi ilə bağlı heç kimə müraciət etməmişdir. Son nəticədə də Raufun oğlunun işi alınmamış, həll edə bilməmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirdi ki, o, əvvəllər 13-cü Polis şöbəsində işləmişdir. Bu əməli törətməkdə onun heç bir xüsusi məqsədi olmamış, sadəcə bəzi problemləri olduğu üçün məcbur qalmışdır. Onun Raufun oğlunun törətdiyi əməllə bağlı sonradan xəbəri olmuşdur. Raufun oğlunun törətdiyi əməl CM-nin 234.1-1-ci maddəsi olmuşdur. İşlədiyi müddət ərzində o, həmin maddə ilə olan işlərin qanunsuz şəkildə həll olunduğu situasiyaya rast gəlməmişdir. Onun Raufu aldatmaq məqsədi olmamış, tanışlıq vasitəsilə məsələni həll etməyə çalışmışdır, amma bu məsələ ilə bağlı heç kimlə əlaqə saxlamamışdır. Bununla yanaşı, ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan edilmiş ifadəsində Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, ünvan 7 ünvanında yerləşən “Skarpion” adlı kafeni işlədən Təqsirləndirilən şəxs1 ilə 2 ildən çoxdur ki, tanışdırlar. 2023-cü ilin may ayının sonlarında Ağamirzənin işlətdiyi kafedə olan zaman sonuncunun Rauf adlı şəxslə danışdığını görmüş və həmin şəxs getdikdən sonra Ağamirzə ona demişdir ki, bir nəfər tanışı vardır, oğlunu Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tutmuşlar, iş Ağır Cinayətlər Məhkəməsində hakim Şəbinə xanımın icraatındadır, kömək etmək lazımdır, əlində 30000 manat pulu vardır. O, Ağamirzəyə “sən zəng elə Rauf gəlsin görüşək, onun oğlunun işini mən həll edə bilərəm” deyə bildirmişdir. Ağamirzə 1 həftə sonra ona zəng etmiş və Raufun kafeyə gəldiyini deyərək görüşə dəvət etmişdir. O, Ağamirzənin işlətdiyi kafeyə getmiş və Raufla tanış olub görüşmüş, oturub vəziyyət barədə danışmışlar. Rauf demişdir ki, oğluna kömək etmək lazımdır, işini qurtarmaq və ya xitam etdirmək istəyir, əlində 30000 manat pulu vardır. O, danışıqlardan sonra vəziyyəti öyrənib Raufa söz vermişdir ki, narahat olmasın, oğlunun işi barədə danışıb bir cavab deyəcək. Bundan bir-iki gün sonra Ağamirzəyə demişdir ki, Raufla danışıb görüşsünlər. Bundan sonra o, Raufla “Skarpion” kafedə görüşmüş və sonuncuya demişdir ki, oğlu Kənanın işini həll edir, buna görə ilkin olaraq 20000 manat lazımdır. Rauf 2023-cü ilin iyun ayının sonlarında həmin 20000 manatı kafedə ona vermişdir. Söhbət belə olmuşdur ki, Kənan ilk məhkəmə iclasından çölə buraxılacaq. Bu məsələdən bir həftə sonra o, qalan pulu istəmiş və yenidən Ağamirzənin kafesində Raufla görüşmüşlər, həmin vaxt Ağamirzə Raufun yanında 10000 manatı çıxarıb ona vermiş və demişdir ki, istədiyi 30000 manat ona verilmiş, gedib işi həll etsin. O, işi həll etməyini öhdəsinə götürmüş və həmin yerdən getmişdir. Bundan 10 gün sonra o, Raufa zəng etmiş və prosesi aparan prokurora 8000 manat vermək lazım olduğunu demişdir. 2023-cü ilin iyul ayında yenidən Ağamirzənin yanına getmiş, orada Raufla görüşüb 8000 manatı sonuncudan almışdır. Bundan sonra əldə etdiyi həmin 38000 manatı ehtiyaclarına xərcləmişdir. Ağamirzəyə və Raufa demişdir ki, narahat olmasınlar, iş həll edilir. Hər məhkəmə prosesində səbr etməyi, işin gələn məhkəmə konkret olaraq həll ediləcəyini bildirmişdir. Hətta Ağamirzəyə guya iş alınıb deyib 2000 manat da şirinlik kimi vermişdir. Bu məsələdən bir müddət sonra yenidən pula ehtiyacı olduğu üçün bir bəhanə taparaq Raufdan yenidən pul istəmiş və lazımı yerlərə çatacağını demişdir. Öncə Rauf pulu vermək istəməsə də, sonradan razılaşmış və xx.xx.2023-cü il tarixdə onun istifadəsində olan Toyota Prius markalı avtomobillə Ağamirzə ilə birlikdə Nəsimi rayonu Salatın Əsgərova küçəsinə “28 May” metrosunun yanına getmişlər, orada Zilxumar xanım, Rauf müəllim və Kənanın dayısı kimi tanınan şəxslərlə görüşmüşlər. Görüş zamanı Ağamirzə avtomobildən düşmüş, çünki onun avtomobilində yer olmamış və o, danışıb 15000 manatı Raufdan götürmüşdür. Danışıq belə olmuşdur ki, artıq bu məhkəmədə Kənan buraxılır və iş xitam olunur. 5-6 gün keçmiş o, Ağamirzəyə demişdir ki, 5000 manat şirinlik lazımdır, Raufla danışacaq, Ağamirzə isə demişdir ki, “da ayıbdır camaat bu qədər pul verib işlərin həll edirsən sənin verdiyin 2000 manatı qaytarıram”. Ağamirzə ona bir müddət əvvəl şirinlik kimi verdiyi 2000 manatı qaytarmışdır. Aradan bir neçə gün keçmiş, Kənan buraxılmamış, Ağamirzə demişdir ki, iş alınmırsa pulu qaytarsın, o da narahat olmamağı, qaytaracağını demiş və Raufla danışıb vaxt istəmişdir. Buna baxmayaraq sonradan bilmişdir ki, Kənan 3 il məhkəmədən iş almışdır. Aldığı 53000 manatı ehtiyaclarına xərcləmişdir. Kənan Yusifzadənin işi ilə bağlı heç kimə pul verməmişdir. Zərərçəkmiş şəxs “müəllim” sözünü özündən uydurmuş, elə bir adam yoxdur. O, Kənanın işi ilə bağlı heç kimə müraciət etməmiş, belə bir imkanı olmamışdır və heç kimə pul verməmişdir, o, hissə-hissə aldığı pullardan konkret olaraq nə qədər pul Ağamirzəyə verdiyini xatırlamır, sadəcə olaraq Ağamirzəyə ümumilikdə 6500 manat pul vermişdir və 2000 manatını sonradan Ağamirzə ona geri qaytarmışdır, Zərərçəkmiş şəxs zəng edilən və özünü Sərdar adlı general kimi təqdim edən şəxs uydurmadır, həmin şəxs özü olmuşdur, belə zəng etdiyi mobil nömrə də onun başqa nömrəsi olmuşdur, sadəcə olaraq səsini dəyişərək Raufu inandırmaq üçün Zərərçəkmiş şəxs zəng edərək yalan danışmışdır (cild 2, iş vərəqi 72-74). Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, zərərçəkmiş şəxs olan tanışı Raufun oğlunu Nərimanov rayon Polis İdarəsi tutmuşdur. O, Raufla birlikdə Nərimanov rayon Polis İdarəsinə gedərək maraqlanmış, oradan da düzələ biləcək iş olmadığı deyilmişdir. Daha sonra o, kafedə olan zaman Məhərrəm onun yanına gəlmiş və bir tanışı olduğunu, bu məsələni həll edə biləcəyini demişdir. O da Raufa zəng edərək bu məsələ barədə məlumat vermişdir. Rauf kafeyə gəlmiş, Məhərrəm də gəldikdən sonra üçü birlikdə oturub söhbət etmişlər. Məhərrəm bu işi 30000 manata həll edə biləcəyini demişdir. 3000 manatı Rauf birinci dəfə ona vermişdir ki, oğlunun İran İslam Respublikası ilə əlaqəsi olmadığının izahını versinlər. Həmin 3000 manat onda qalmışdır. O, Raufa işin həll olunacağını demişdir. İş artıq Ağır Cinayətlər Məhkəməsinə gəlmişdir. Rauf 20000 manatı onun işlədiyi kafedə Məhərrəmə vermişdir. Məhərrəm də demişdir ki, “danışmışam, həll olunacaq”. Məhərrəm ona demişdir ki, “2500 manat sənə, 2500 manat da mənə qalacaq”. Daha sonra Rauf 10000 manat da vermişdir. Məhərrəm daha sonra 8000 manat da lazım olduğunu demişdir. Rauf Məhərrəmə 8000 manatı da vermişdir. Həmin puldan 800 manat da Məhərrəm ona vermişdir. Məhərrəm Raufa dəfələrlə oğlunun buraxılacağını demişdir. Rauf ondan həqiqətən Məhərrəmə inanıb-inanmadığını soruşmuş, o da Raufa artıq özünün də çaşıb qaldığını demişdir. Bir müddət sonra Məhərrəm onu maşına əyləşməsi üçün səsləmiş, o da maşına oturmuşdur. Məhərrəm ona bardaçoku açmağı, pulun orada olmasını, puldan 1200 manat götürməsini, həmin məbləğin xeyirləri olduğunu demişdir. Daha sonra iş düzəlməmişdir. Bu müddət ərzində Rauf tez-tez zəng edib işin nə yerdə olduğunu soruşmuşdur. Bundan sonra Məhərrəm 5000 manat da polisə verməyə pul lazım olduğunu demiş, o da Məhərrəmə artıq Raufdan pul istəyə bilməyəcəyini söyləmişdir. O, Məhərrəmə ona verdiyi pulun 2000 manatını geri qaytarmışdır. Ümumilikdə, onda 18000 manat Raufun verdiyi puldan, 2500 manat da Məhərrəmin verdiyi puldan qalmışdır. O, Raufa 16500 manat qaytarmış, 1500 manat borcu qalmışdır. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirdi ki, o, Raufdan 3000 manatı aldıqdan sonra heç nə etməmiş, sadəcə vəkillə məsləhətləşmiş, vəkil də ona işdə İran məsələsi ola bilməyəcəyini demişdir. 3000 manat onun özündə qalmış, ehtiyacı olduğu üçün Raufa geri qaytarmamışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, oğlu X11 8 aprel 2023-cü ildə maşınına minən zaman 18-ci Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Onun oğlu qatı dindar biri olmuş, amma nə içki içən, nə də ki, siqaret çəkən olmamışdır. O, ali təhsilli, evli olan oğlu polis əməkdaşları tərəfindən tutulan zaman təşvişə düşmüş, adam axtarmağa başlamışdır ki, oğlunu xilas etsin. Polis əməkdaşları oğlunu 5 saat tutub saxlamış, videoçəkiliş zamanı cibində narkotik vasitə aşkar etmiş, sonra da ifadəsi alınmışdır. O da oğlunu xilas etmək üçün adam axtarmağa başlamış, bütün tanışlarından maraqlanmışdır. Təqsirləndirilən şəxs1 xalası Zərifə xanım onun qaynanasının uzun illər boyu yaxın rəfiqəsi olmuşdur. Zərifə xanım kömək etmək məqsədilə özünün bacısı oğlunun, yəni Ağamirzənin uzun müddət sistemdə işlədiyini demişdir. Sonradan ona məlum olmuşdur ki, Ağamirzə sistemdə işləsə də, ali təhsili olmamışdır. O, ilk başda elə bilmişdir ki, Ağamirzə əvvəllər müstəntiq kimi işləmişdir. Ağamirzə ilə onu Zərifə xanım tanış etmiş, tanışlıq zamanı o, oğlunun başına gələn bütün hadisələri ətraflı şəkildə izah etmiş, ona kömək etməsini istəmişdir. Ağamirzə də müstəntiqlə danışıb dəqiq cavab verəcəyini bildirmişdir. Ağamirzə müstəntiqlə danışdıqdan sonra onunla yenidən əlaqə saxlayaraq demişdir ki, oğlunun azadlığa buraxılması barədə kömək edə bilməsə də, din məsələsi ilə bağlı maddənin əlavə olunmaması üçün əlindən gələni edəcək. İlk dəfə 3000 manatı elə bu məsələnin həll olunması üçün Ağamirzəyə vermişdir ki, aparıb həmin danışdığı müstəntiqə versin. Əslində Ağamirzə birinci 5000 manat istəmiş, amma son qərar olaraq, 3000 manat üzərindən razılaşmışdır. Onun oğlunun qan analizi nəticəsinə görə, qanında narkotik vasitə çıxmadığı üçün müstəntiqə göstəriş verilmişdir ki, oğlunun maddəsi narkotik vasitələrin istifadəsindən narkotik vasitələrin satışına dəyişdirilsin. Son nəticədə, oğlunu narkotik vasitələrin satışı üzərindən ittiham edərək işi məhkəməyə göndərmişlər. O isə bu müddət ərzində tez-tez Ağamirzəyə zəng etmişdir ki, oğluna kömək etsin, onu günahsız yerə tutub saxlayırlar. Təxminən, iyun ayının sonlarında Ağamirzə ona zəng edərək oğlunun məsələsini həll edə biləcəyini demiş, ondan 45000 manat pul istəmiş və bildirmişdir ki, “tanış bir adam var, o sənin oğlunun məsələsini həll edəcək, sənin də imkanın varsa, 45000 manat pul hazırla, məsələ həll olunsun”. Ağamirzənin tanış dediyi adam Məhərrəm olmuşdur. Həmin vaxta qədər o, ümumiyyətlə, Məhərrəmi tanımamışdır. Oğlunun azadlığı üçün pulu işləyərək, tanışlarından borc alaraq düzəldəcəyini Ağamirzəyə bildirmişdir. Ağamirzə də ona demişdir ki, “onda sabah kafedə görüşək, sən pulu gətir, dediyim adam da gələcək, danışaq, məsələni həll yoluna qoyaq”. O da 45000 manatı hazırlamış, sellofona qoymuş, Ağamirzəylə görüşəcəyi kafeyə getmişdir. Kafedə əvvəlcədən hələ Məhərrəm gəlməmiş, təkcə Ağamirzəylə o oturmuşdur. Kafeyə getməmişdən əvvəl Ağamirzə ona zəng edərək 45000 manat pulun hamısını Məhərrəmə verməməyi, 30000 manatı Məhərrəm üçün verməyi, 15000 manatı isə sonradan protest verməməsi üçün prokurorluğa verməyi təklif etmişdir. Kafedə Ağamirzəylə oturan zaman isə birdən Ağamirzə fikrini dəyişərək ona Məhərrəmə 30000 manat deyil, 20000 manatı indi verməyi, iş həll olunduqdan sonra isə 10000 manatını verməyi təklif etmişdir. O da Ağamirzə nə desə, razılaşmışdır. Bir müddət keçdikdən sonra Məhərrəm gəlmiş, Ağamirzə onları tanış etmişdir. Kafedə oturan zaman o, Məhərrəmlə uzun müddət söhbət etməmiş, sadəcə olaraq Məhərrəm ona oğlunun məsələsini həll edəcəyini demiş, o da 20000 manatı sellofandan çıxarıb Ağamirzəyə vermiş, Ağamirzə də Məhərrəmə yönləndirmişdir. Məhərrəm pulları pencəyinin iç cibinə qoymuş, kafedən çıxan zaman Məhərrəm ona məsələnin həll olacağını demişdir. Bu hadisənin üzərindən bir həftə keçdikdən sonra, təxminən yay aylarında Ağamirzə ona zəng edərək Məhərrəmin qalan 10000 manatı da istədiyini, ona özündə olan 25000 manatı əvvəl kafeyə gətirməyi demişdir. O da 25000 manatı götürüb kafeyə getmişdir. Kafeyə gedən zaman ilk başda Məhərrəm olmamışdır. O, 25000 manatı Ağamirzəyə verdikdən 5 dəqiqə sonra Məhərrəm gəlmişdir. Ağamirzə 10000 manatı çıxardıb Məhərrəmə vermiş, 15000 manatı isə özündə saxlamışdır ki, prokurorluğa versin. Məhərrəm 10000 manatı götürdükdən sonra kafedən çıxıb getmişdir. Təxminən 1 həftə keçdikdən sonra Məhərrəm birbaşa özü ona zəng edərək oğlunun məsələsi həll olunan zaman çətinlik yaranmasın deyə məhkəmə iclasında iştirak edəcək dövlət ittihamçısına da pul verilməli olduğunu bildirmiş və 8000 manat pul hazırlamağı tapşırmşdır. O da Məhərrəmə bu barədə bir az düşünəcəyini, son qərarını bildirəcəyini demişdir. Məhərrəmi hələ təzə tanıdığı üçün tam güvənə bilməmiş, bu səbəbdən tez Ağamirzəyə zəng etmiş, Məhərrəmin ondan 8000 manat pul istədiyini demişdir. Ağamirzə də Məhərrəmin düz dediyini, 8000 manat pul hazırlanmalı olduğunu bildirmişdir. O, 8000 manat pulu da tapıb hazır etmiş, Ağamirzənin Sabunçu rayonunda yerləşən obyektinə gəlmiş, ondan 5 dəqiqə sonra da Məhərrəm gəlmiş, o da pulu çıxardıb Ağamirzəyə vermiş, Ağamirzə də onun gözünün qabağında pulu Məhərrəmə vermişdir. Bununla da onun verdiyi pulun məbləği 53000 manat olmuşdur. Demək olar ki, hər ay oğlunun məhkəmə prosesi olmuşdur. Məhərrəm də hər dəfəsində demişdir ki, oğlu çıxacaq. O hətta Məhərrəmə məhkəmə iclaslarına da gəlməsini demiş, amma Məhərrəm isə gəlməmişdir. Bir dəfə oğlunun məhkəmə iclası bitəndən sonra Məhərrəm onun oğlu ilə görüşmək üçün yanına getmişdir. Həmin zaman Ədliyyə Nazirliyinin işçiləri ona zəng edərək Məhərrəm adlı şəxsin gəldiyini və oğlu ilə görüşmək istədiyini demişlər o da işçilərə əgər görüşmək istəyirsə, içəri buraxa bilmələrini söyləmişdir. Məhərrəm oğlu ilə görüşən zaman özünün məhkəmə iclasına bir az tez gələ bilsəydi, içəridən çıxarda biləcəyini demişdir. Onun bundan xəbəri olandan sonra başa düşmüşdür ki, Məhərrəm onu aldadır, oğlunu içəridən çıxarda bilməyəcək. Oktyabr ayında oğlunun bir məhkəmə prosesi də olmuş, amma yenə buraxılmamışdır. Bundan sonra o, Məhərrəmin yanına gedərək sonunsuya onu aldatdığını demiş və pullarını geri tələb etmişdir. Məhərrəm də ona “aldatmıram, müəllimlə danışmışam, məsələ tez bir zamanda həll olunacaq” kimi ifadələr işlətmişdir. Məhərrəmin müəllim dediyi adam isə Məhərrəmin dayısı, Xankəndinin komendantı, general-mayor Sərdar Səfərov olmuşdur. Məhərrəmin dediyinə görə, DTX-ya pul çatmadığı üçün oğlu azadlığa buraxılmamışdır. Məhərrəm ondan 15000 manat pul hazır etməsini, sonra da gətirib verməsini istəmişdir. O da 15000 manat pulu hazır etmiş, qaynanası və gəlininin dayısı ilə birlikdə “28 May” metrosunun yuxarı çıxışı tərəfində Ağamirzə və Məhərrəmlə görüşmüş, 15000 manatı çıxardıb Ağamirzəyə vermiş, Ağamirzə də Məhərrəmə vermişdir. Son nəticədə, X10 verdiyi pul 71000 manata çatmışdır. 71000 manatın 53000 manatı Məhərrəmə, 18000 manatı isə Ağamirzəyə çatmışdır. Onun oğlu isə azadlığa buraxılmamış, məhkəmə oğlu barəsində hökm çıxararaq 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdir. X10 vermiş olduğu 71000 manat pulun 5000 manatını Məhərrəmin dayısı 1 ay bundan əvvəl ona geri qaytarmışdır. Ağamirzə isə ona 18000 manatdan 17000 manat qaytarmış, ümumilikdə, 1000 manat borcu qalmışdır. Məhərrəmin isə ona 48000 manat borcu qalmışdır. Məhkəmədə verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirdi ki, o, oğlunu xilas etmək üçün Ağamirzə və Məhərrəmə inanmağı seçmişdir. Vəkilinin Ağamirzə, Məhərrəm və onun arasında olan məsələlərdən xəbəri olmamışdır. Vəkili oğlunun azadlığa buraxılması üçün sona qədər gedəcəyini demiş, hökm oxunduqdan sonra isə o, apellyasiya şikayəti verməyin heç bir faydası olmayacağını anlamış, bu səbəbdən də şikayət verməmişdir. Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək, Təqsirləndirilən şəxs1 ona dəymiş ziyandan 18000 manat ödədiyini, həmin şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan olunmaqla tədqiq edilmiş ifadəsində Şahid2 göstərmişdir ki, 2023-cü ilin aprel ayının 8-də nəvəsi X2 rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həbs edilərək Azərbaycan Respubliksi CM-nin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. Kənan saxlanılandan sonra o və ailə üzvləri təlaş içində olmuşdur ki, bu nə işdir Kənanın başına gəlmişdir. Buna görə Kənana köməklik etmək üçün yollar axtarmışlar. Rəfiqəsi Zərifə ilə danışanda sonuncu, öz bacısı oğlu Ağamirzənin keçmiş polis əməkdaşı olduğunu və onlara köməklik edə bilməsini demişdir. Bu məsələ barədə, yəni Ağamirzənin onlara kömək edə bilməsi barədə kürəkəni Raufla danışmışdır. Ağamirzənin nömrəsini Zərifədən alaraq Raufa vermiş və onlar danışmışlar. Bundan sonra gedən söhbətlərdən belə bilmişdir ki, Rauf Kənanın işinə görə Ağamirzəyə 18000 manat pul vermişdir. Bu məsələdən sonra isə Ağamirzə Kənanın işini görmək üçün Məhərrəm adlı şəxsi Raufla tanış etmiş və Rauf hissə-hissə Məhərrəmə Kənanın işi üçün 38000 manat pul vermişdir. Sonuncu dəfə də onunla Rauf bir yerdə Ağamirzə və Məhərrəmlə görüşmüşlər, Məhərrəmin idarə etdiyi “Prius” markalı avtomobildə Nəsimi rayonu, Salatın Əsgərova küçəsində “28 May” metrosunun çıxışının yuxarı hissəsində 15000 manatı sayaraq Rauf Məhərrəmə vermişdir. Bu minvalla 53000 manat Məhərrəm, 18000 manat Ağamirzə Kənanın buraxdırılacağını yalandan onlara söz verib pullarını ələ keçirmişlər. Ağamirzə aldığı puldan 3900 manat onlara Zərifə vasitəsi ilə qaytarmışdır (cild 1, iş vərəqi 36-38). İbtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan olunmaqla tədqiq edilmiş ifadəsində Şahid1 göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun bacısı oğludur. Şahid2 isə onun rəfiqəsidir və sonuncunu təxminən 50 ildir ki, tanıyır. Şahid2 ilə ailəvi yaxınlıqları olmuşdur və buna görə də sonuncunun qohumlarını, eləcə də Zərərçəkmiş şəxs da uzun müddətdir ki, tanıyır. Zərərçəkmiş şəxs oğlu Kənan Yusifzadəni də uzun müddətdir ki, tanıyır. Kənan Yusifzadə 2023-cü ilin aprel ayında narkotik vasitələri daşıdığına görə tutulduqda atası Zərərçəkmiş şəxs kömək olunması məqsədilə qohumlarla məsləhətləşmişdir. Həmin vaxtlarda o da bu məsələdən xəbərdar olmuşdur. Bu məsələ ilə bağlı bacısı oğlu Ağamirzəyə bildirdikdə Ağamirzə köməklik etmək üçün maraqlanacağını bildirmişdir. Bundan sonra isə o, Zərərçəkmiş şəxs Ağamirzə ilə tanış etmişdir. Sonrakı proseslərdə o, iştirak etməsə də bildiyi qədəri ilə Ağamirzənin tanışı Məhərrəm adlı şəxsin Kənan Yusifzadəni həbsdən azad etdirəcəyi ilə bağlı yalandan vəd verərək Zərərçəkmiş şəxs külli miqdarda pul almış və vədinə əməl etməyək həmin pulu ələ keçirmişdir. Lakin konkret olaraq nə qədər pul alması, eləcə də Ağamirzənin bu işdə konkret rolu və Ağamirzəyə də nə qədər pul çatması barədə dəqiq məlumatı yoxdur (cild 2, iş vərəqi 29-30). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - vətəndaş Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, 2023-cü ilin aprel ayının 8-də oğlu X2 rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həbs edilərək Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. Hazırda həmin cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmaqdadır. Oğluna köməklik etmək məqsədilə tanışı Ağamirzə ona bildirmişdir ki, onun tanışı Xankəndi rayonunun komendantı general-mayor Sərdar Səfərovun qohumu olan, hazırda Sabunçu rayonu 13-cü Polis bölməsində rəisin köməkçisi işləyən Məhərrəm adlı şəxs ona kəməklik edə bilər. O, Ağamirzənin Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən kafesində Məhərrəmlə tanış olmuş, Məhərrəm də özünü ona Ağamirzənin dediyi kimi təqdim etmişdir. Məhərrəm ona özünün geniş əlaqələrinin olduğunu, asanlıqla oğlunun işinə bəraət ala biləcəyini demişdir. Bu məqsədlə o, 2024-cü ilin aprel ayının sonlarında Ağamirzəyə işlədiyi kafedə 3000 manat pul vermişdir. Bir müddət sonra Məhərrəmlə Ağamirzənin kafesində görüşən zaman ondan 45000 manat pul istənilmiş, həmin vaxt ona 20000 manat pul vermişdir. Təxminən 3-4 gün sonra eyni yerdə Məhərrəmlə görüşərək əlavə 10000 manat pul vermişdir. Bir neçə gün sonra Ağamirzə ona zəng edərək bəraət üçün sənədlərin toplanması məqsədilə ondan 15000 manat pul istəmişdir. O, həmin pulu Ağamirzəyə kafesində vermişdir. Bir müddət sonra Məhərrəm ona zəng edərək ittihamçı prokurora verilməsi üçün 8000 manat pul istəmişdir. O, Ağamirzənin kafesində 8000 manat pulu Məhərrəmə vermişdir. Sonuncu 15000 manat pulu isə xx.xx.2023-cü il tarixdə Məhərrəm ondan DTX-dan razılıq alınması məqsədilə Ağamirzənin kafesində almışdır. Ümumilikdə onlara 71000 manat pul vermişdir. xx.xx.2023-cü il tarixdə Məhərrəm ona sms yazaraq qohumu Sərdar müəllimin artıq işi həll etdiyini və səhərisi gün oğlunun məhkəmə zalından azad ediləcəyini bildirmişdir. Səhərisi gün oğlunun azad edilmədiyini bilib Məhərrəmə zəng edərək öz narazılığını bildirib verdiyi pulları geri istəmişdir. Bir neçə gün sonra isə ona ***-***-**-** nömrəsindən zəng edilərək bir nəfər şəxs özünü Sərdar Səfərov kimi təqdim edərək, narahat olmamağı, işlərin qaydasında olduğunu və növbəti məhkəmə prosesində oğlunun azad ediləcəyini demişdir. Növbəti məhkəmə prosesində də oğlunu azad etməmişlər. Hazırkı vaxtadək o, dəfələrlə Məhərrəmdən və Ağamirzədən verdiyi pulları geri tələb etsə də, müxtəlif bəhanələr gətirərək ondan dələduzluq yolu ilə aldıqları pulları geri qaytarmamışlar. Xahiş etmişdir ki, qeyd edilən şəxslər barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanaraq ona dəymiş maddi ziyanın ödənilməsinə göstəriş verilsin. Əlavə olaraq qeyd etmişdir ki, Ağamirzə ilə ***-***- **-**, Məhərrəmlə isə ***-***-**-** mobil telefon nömrələri vasitəsilə əlaqə saxlamışdır. Məhərrəmin "Whatsapp" proqramı vasitəsilə ona yazdığı sms-lərin surətləri sübut növü kimi ərizəsinə əlavə olunur (cild 1, iş vərəqi 6-7). - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 26). - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, İslamov X5 Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 93-3.1 və 93-3.2-ci maddəsilə bilinərək 02 il islah işləri cəzasına məhkum edilmişdir (cild 1, iş vərəqi 41-42). - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 43). - Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(101)-448/2024 nömrəli hökmündən görünür ki, X14 Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsilə təqsirli bilinərək 3 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir (cild 1, iş vərəqi 44-54). - Azərbaycan Respublikası "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Yusifov X8 Departamentinin Satınalmaların təşkili və müqavilələr şöbəsinin rəis müavini vəzifəsində işləyir. 2023-cü il üzrə 12 aylıq əmək haqqı 31971,46 manat təşkil edir. 2024-cü il üzrə bir ayın əmək haqqısı 2743,05 manat olmuşdur (cild 1, iş vərəqi 61). - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb olunmuş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, iş vərəqi 81-82). - təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında xx.xx.2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs2 hadisə yerinə çıxarıldığı vaxt hadisə yerini göstərib, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsində “28 May” metrosunun çıxışında 15000 manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə dələduzluq yolu ilə ələ keçirdiyini bildirmişdir (cild 1, iş vərəqi 124-125). - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb olunması və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan ittiham elan edilməsi haqqında qərar qəbul edilmişdir (cild 1, iş vərəqi 136-137). - ittiham elan edilməsi üçün təqsirləndirilən şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilməsi və tutulması haqqında qərar qəbul edilmişdir (cild 1, iş vərəqi 138-139). - xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 qohumu Şahid1 zərərçəkmiş şəxsə dəymiş ziyandan 5000 manat ödəmişdir (cild 1, iş vərəqi 166). - “Respublika Psixiatriya Xəstəxanası” X17 xx.xx.2024-cü il tarixli, 8897 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 arxiv məlumatına görə adı göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqi 197). - “Respublika Psixiatriya Xəstəxanası” X27 xx.xx.2024-cü il tarixli, 8948 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 arxiv məlumatına görə adı göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqi 198). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X3 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 son 10 ildə həmin xəstəxanaya stasionar müalicə üçün müraciət etməmişdir (cild 1, iş vərəqi 206). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X3 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 son 10 ildə həmin xəstəxanaya stasionar müalicə üçün müraciət etməmişdir (cild 1, iş vərəqi 206). - hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs iştirakı ilə əvvəlcə ilkin hadisə yerinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs ümumilikdə 56000 manat təşkil edən pulları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ünvan 4 ünvanda yerləşən “Skarpion” adlı kafedə vermişdir. Həmçinin sonuncu dəfə 15000 manat pulu Təqsirləndirilən şəxs2 ünvan 8 ünvanın qarşısında vermişdir (cild 2, iş vərəqi 33-37). - təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsilə yenidən ittiham elan edilmişdir (cild 2, iş vərəqi 62-63). - təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsilə yenidən ittiham elan edilmişdir (cild 2, iş vərəqi 75-77). - üzləşdirmə aparmaq haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs Böyükağa oğlu qarşısında əyləşən Təqsirləndirilən şəxs1 üzünə qarşı bildirmişdir ki, 2023-cü ilin aprel ayının 8-də oğlu X2 rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həbs edilərək Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. Hazırda həmin cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmaqdadır. Oğluna köməklik etmək məqsədilə tanışı qayınanası Zilxumarın rəfiqəsinin bacısı oğlu Ağamirzəyə tanışlıqla müraciət etmişdir. Ağamirzə ona bildirmişdir ki, tanışı vardır, bu işə köməklik edə bilər. 2023-cü ilin may ayında Ağamirzə demişdir ki, Kənanın işinin üstünə din məsələsi də gələ bilər, buna görə 3000 manat versin, müstəntiqə hörmət etsin. O, bir-iki gün sonra 3000 manatı Ağamirzəyə Sabunçu rayonu Bakıxanov qəsəbəsində işlədiyi kafedə vermişdir. Bu minvanla o, Ağamirzənin Sabunçu rayonu Bakıxanov qəsəbəsində olan kafesinə 2023-cü ilin iyun ayının sonlarında getmişdir. Kafeyə gedən zaman ilk dəfə gördüyü Məhərrəm adlı şəxslə görüşmüşdür. Söhbət zamanı vəziyyəti Məhərrəmə danışmış, sonuncu demişdir ki, narahat olmasın, köməklik edər. Həmçinin görüşdən qabaq ona Ağamirzə demişdir ki, işi 45000 manata həll edib oğlunu məhkəmədən qurtarmaq olar. Onun üzərində həmin gün 45000 manat pul olmuş, Ağamirzə pulun hamısını Məhərrəmə verməməyi, 20000 manat verməyi, iş qurtarandan sonra 10000 manat Məhərrəmə verməyi, protest olmaması üçün prokurorluğa ötürmək üçün 15000 manatı da özünə verməyi demişdir. O, Ağamirzənin dediyi kimi etmiş, 2023-cü ilin iyun ayının son günlərində 20000 manatı Məhərrəmə vermək üçün Ağamirzəyə vermiş, sonuncu da onun yanında həmin 20000 manatı Məhərrəmə vermişdir. Qalan 25000 manatı isə özü ilə evə aparmışdır. Həmin vaxt söhbət belə olmuşdur ki, Kənan ilk məhkəmə prosesində çölə buraxılacaq. Bundan 1 həftə sonra Ağamirzə zəng edərək 25000 manatı gətirməsini demiş, o, 25000 manatı götürüb Sabunçu rayonu Bakıxanov qəsəbəsində Ağamirzənin işlədiyi kafeyə gəlmiş və 25000 manat pulu Ağamirzəyə vermişdir. Ondan 5-10 dəqiqə sonra gələn Məhərrəmə Ağamirzə verdiyi puldan 10000 manat vermiş və demişdir ki, gedib məsələləri həll etsin. Məhərrəm pulu götürüb işi həll edəcəyini demiş və getmişdir. Ağamirzə də demişdir ki, narahat olmasın, 15000 manatı prokurora verəcək iş böyüməsin. Bundan 10 gün sonra Məhərrəm ona istifadəsində olan ***-***-**-** saylı nömrənin “Whatsapp”ından zəng etmiş və demişdir ki, prosesi aparan prokurora 8000 manat pul vermək lazımdır. O, Ağamirzəyə bu barədə məlumat verdikdən sonra “problem deyil verərəm” demişdir. 2023-cü ilin iyul ayının ortalarında yenidən Ağamirzənin yanına getmiş və özü ilə götürdüyü 8000 manat pulu Ağamirzəyə vermiş, sonuncu da yanında həmin pulu Məhərrəmə vermişdir. Hər məhkəmə prosesində oğlu buraxılmayanda Məhərrəm bir bəhanə gətirib “narahat olma gələn proses buraxılacaq müəllimlə danışmışam nə bilim falan filan” demişdir. xx.xx.2023-cü il tarixdə olan prosesdə Kənan buraxılmayanda o, qayınanası Zilxumar xanımın yanında Məhərrəmlə görüşüb danışmış, həmin görüşdə Məhərrəm “müəllim başa düşüb ki, işin alınmama səbəbi DTX-ya pulun çatmamağıdır, 15000 manat da onlara vermək lazımdır” deyə bildirmişdir. xx.xx.2023-cü il tarixdə Məhərrəmə idarə etdiyi “Prius” markalı avtomobilində qayınanası Zilxumar xanımın iştirakı ilə “28 May” metrosunun çıxışının yuxarı hissəsində 15000 manat vermişdir. Bundan sonrakı prosesdə uşaq yenidən buraxılmamış və prosesin səhəri günü ona ***-***-**-** saylı nömrədən xx.xx.2023-cü il tarixdə saat 11:04-də zəng gəlmiş və telefonu açdıqdan sonra bir nəfər şəxs onunla danışmış və demişdir ki, Məhərrəmin dayısıdır danışan, Ədliyyə Nazirliyinə pul çatmalıdır. O, həmin şəxsə Məhərrəmlə danışar, onun pulunu qaytarsın demişdir və bundan sonra hər dəfə müxtəlif bəhanələr gətirməklə onu aldatmağa başlamışdır. Təqsirləndirilən şəxs1 qarşısında əyləşən Zərərçəkmiş şəxs dinləmiş və bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən “Skarpion” adlı kafeni icarə əsasında işlədir. Zərərçəkmiş şəxs bir müddətdir ki, tanıyır. 2023-cü ilin aprel ayının sonlarında xalası Zərifənin evində olan zaman demişdir ki, Zilxumarın nəvəsi yəni ki, Zərərçəkmiş şəxs oğlu tutulmuş, kömək etmək istəyirlər, o da demişdir ki, köməklik edər. Raufla danışmış və bundan sonra bilmişdir ki, Raufun oğlu Kənanı Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə tutmuşlar, iş polisdədir. Raufla görüşüb söhbət etmiş və köməklik edəcəyini demiş, bu məqamda onun işlədiyi kafeyə Məhərrəm adlı tanışı gəlmiş, Raufla onun söhbətini eşitmişdir. Söhbətləri bitəndən sonra Rauf getmiş, o, Məhərrəmə vəziyyəti dedikdən sonra sonuncu, narahat olmamağı, dayısının general olduğunu, Raufun oğluna kömək edə bilməsini demişdir. Məhərrəm ilkin olaraq 30000 manat pul istəmiş və demişdir ki, məhkəmədən buraxdırıb işi xitam elətdirəcək. O, Raufla bu barədə danışmış, vəziyyəti izah etmiş və Rauf onun işlədiyi kafeyə gələrək 30000 manatı gətirdiyini demişdir. Məhərrəmə zəng etmiş və kafeyə dəvət etmiş, Məhərrəm kafedə Raufla tanış olduqdan sonra işi görəcəyini öhdəsinə götürmüş, ilkin olaraq Məhərrəmə 2023-cü ilin iyun ayının sonlarında onun işlədiyi kafedə 20000 manat vermişdir. Məhərrəm demişdir ki, işi bir aya həll edib məhkəmədən uşağı buraxdıracaq. Bundan sonra 1 həftə keçmiş, Məhərrəm ona zəng edərək demişdir ki, Raufla danışmış, pul lazımdır, gəlir kafeyə götürsün. Məhərrəm 2023-cü ilin ya iyun ayının sonlarında ya da iyul ayının əvvəlində kafeyə gəlmiş, Raufla onun iştirakı ilə görüşüb 10000 manat Raufdan pul almışdır. Həmçinin həmin vaxt Məhərrəm ona demişdir ki, uşaq buraxılsa prokurorun verdiyi vəsatət onluq deyil. Bu məqsədlə o, Məhərrəm gedəndən sonra o, Raufdan 15000 manat pulu elə həmin gün kafedə almışdır ki, əgər prokuror hökmdən vəsatət versə bəlkə kiminləsə danışıb köməklik göstərməsinə nail olar, bu yolla Raufa xeyri dəyər. Həmçinin Raufdan 2023-cü ilin may ayında ora-bura gedib gəlmək üçün vəkilə 3000 manat pul almışdır. 2023-cü ilin iyul ayında Məhərrəm Raufla artıq özləri danışıb onun kafesində görüşmüşlər və həmin vaxt Rauf Məhərrəmə uşağın işi üçün 8000 manat vermişdir. Həmin vaxtdan bir müddət keçmiş, demək olar ki, Məhərrəmlə Rauf artıq özləri danışıb görüşmüşlər, o da arada bir Raufla danışmışdır. Məhərrəm hər yanına gələndə demişdir ki, Kənanın işi nə yerdədir, demişdir ki, narahat olmasın həll olunur. O, Məhərrəmin sözlərinə inanıb etibar etmiş və düşünmüşdür ki, Məhərrəm bu işi həll edəcək. Hətta Məhərrəm ona 2000 manat şirinlik vermişdir ki, “al bu da sənin şirinliyindir”. Həm o, həm də Rauf Məhərrəmə çox inanmışlar. xx.xx.2023-cü il tarixdə Məhərrəm Raufla görüşəcəyini demiş, artıq uşağın işinin həll olunduğunu, buraxılacağını demiş, onlar bir yerdə gedib Raufla görüşmüşlər, o, avtomobildən düşmüş, çünki yer olmamış, Məhərrəm, Rauf, Kənanın dayısı və nənəsi Zilxumar Məhərrəmin avtomobilində söhbət etmişlər. Sonra bilmişdir ki, Rauf Məhərrəmə həmin vaxt 15000 manat pul vermişdir. Bu söhbətdən bir neçə gün sonra Məhərrəm ona demişdir ki, məhkəməyə şirinlik vermək lazımdır, 5000 manat Raufdan pul alacaq. O, demişdir ki, “ayıbdır lazım deyil gəl mənə verdiyin 2000 manatı sənə qaytarım şirinlik kimi apar ver”. Məhərrəm də ondan həmin pulu alıb demişdir ki, aparıb verəcək. Məhərrəm həmin vaxtdan sonra bu gün sabah desə də artıq o və Rauf müəllim başa düşmüşlər ki, Məhərrəm hamını aldadaraq iş görməmiş, Kənanı hakim buraxan deyil və kömək etməyəcək. Rauf 2023-cü ilin noyabr ayından pulunu tələb etməyə başlamış, o, özündə olan 18000 manatdan 5000 manat aparıb Zilxumar xanıma xalası Zərifənin vasitəsi ilə qaytarmışdır. 13000 manat barədə isə Rauf müəllimə demişdir ki, infarkt keçirdiyi üçün həkimlərə xərcləmiş, bir az borcunu qaytarmış, qalan onda olan pulunu da qaytaracaq. Məhərrəmlə görüşüb nə üçün belə etdiyini demiş, ona bir söz deməyib susmuşdur (cild 2, iş vərəqi 90-92). - üzləşdirmə aparmaq haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs Böyükağa oğlu ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə keçirilmiş, Zərərçəkmiş şəxs oğlunu həbsdən buraxdırmaq üçün Məhərrəmə və Ağamirzəyə külli miqdarda pul verdiyini, sonuncuların həmin pulu aldıqdan sonra heç bir iş görmədiklərini və pullarını ələ keçirdiklərini Məhərrəmin üzünə demiş, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsin dediklərini təsdiq etmişdir (cild 2, iş vərəqi 93-95). - üzləşdirmə aparmaq haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə keçirilmiş, üzləşmə zamanı təqsirləndirilən şəxsin hər ikisi etirafedici ifadələr verməklə Zərərçəkmiş şəxs Böyükağa oğlundan sonuncunun oğlunu həbsdən buraxdırmaq üçün külli miqdarda pul alıb ələ keçirdiklərini bildirmişlər (cild 2, iş vərəqi 96- 98). - baxış keçirilməsi xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs Böyükağa oğlunun təqdim etdiyi “Whatsapp” mobil tətbiqinə dair çıxarışlara baxış keçirilmiş, müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxsla “Məhərrəm +**********72” adlı istifadəçi arasında olan yazışmalar müşahidə olunur, yazışmalarda “Məhərrəm +**********72” adlı istifadəçinin Zərərçəkmiş şəxs “Whatsapp” mobil tətbiqinə “hakim- Səbinə Məmmədzadə, iddihamçı Respublika Prokurorluğun iddiham idarəsindən Ziya Mansurov”, “Salam qardaş necəsən nə var nə yox Sabah görüşəcəklər müəllimdən danışdım”, “Salam qardaş. Müəllimin yanına girirəm çıxım yığacam. Mirzəyə yığcam telefonu bağlıdı”, “Salam qardaş. Görüşdədi xəbər eləsin yığacam sənə inşallah” məzmununda mesajların göndərilməsi müəyyən olunur. Baxışda iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, çıxarışlarda olan yazışmalar onunla Təqsirləndirilən şəxs2 arasında baş vermiş, yazışmalarda o, Təqsirləndirilən şəxs2 oğlunun işi ilə bağlı maraqlandıqda Təqsirləndirilən şəxs2 hər dəfə göstərilən məzmunda mesajlar və səs yazıları atmaqla işin həll olunacağını vəd etmişdir (cild 2, iş vərəqi 99). - xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 dayısı X9 zərərçəkmiş şəxsə dəymiş ziyandan 5000 mant ödəmişdir (cild 2, iş vərəqi 100). - Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən ona həmin vaxtadək ümumilikdə 13000 manat pul ödənilmişdir (cild 2, iş vərəqi 101). - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi “Whatsapp” mobil tətbiqində aparılmış yazışmalara dair çıxarışlar maddi sübut kimi kimi tanınmış və iş materiallarına əlavə edildiyi nəzərə alınmışdır (cild 2, iş vərəqi 102-114). Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən, hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, onlara sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şəxslərə suallar vermiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün onlara şərait yaradılmışdır. Məhkəmə baxışı zamanı təqsirsizik prezumpsiyası rəhbər tutulmuş, Cinayət- Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh ediləcəyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəlinmişdir. Belə ki, iş üzrə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 saylı Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Məhkəmə hazırkı iş üzrə sübutlara qiymət verərkən Ali Məhkəmənin Plenumunun qeyd edilən tövsiyələrini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinə görə, bu Məcəllənin 177-182, 185-187 və 189.1-ci maddələrində “xeyli miqdar” dedikdə beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Həmin qərarda məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli Qərarına əsasən, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərində Cinayət Məcəlləsinin 178.3.2ci maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirməklə dələduzluq dələduzluq etməsi, və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etməsi kifayət qədər sübuta yetirilir, əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdırlar. Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onların şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə vurulmuş ziyanı qismən ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsə vurulmuş ziyanı qismən ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə, xəstə olmasını, oğlunun Vətən Müharibəsində şəhid olmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halın olmamasını və işin digər hallarını nəzərə almaqla, özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, onlara Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ittiham olunduqları Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən onların törətdiyi əməllər ağır cinayət kimi təsnif edilmişdir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarının ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlara təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmənin qərarlarından görünür ki, Təqsirləndirilən şəxs2 27 mart 2024-cü il tarixdə tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən 28 mart 2024-cü ildə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 27 mart 2024-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 71, 101-103, 115-118; cild 2, iş vərəqi 15-18). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs2 cəza çəkməsinin başlanğıcı onun tutulduğu 27 mart 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İşdə olan tutma protokolundan və məhkəmənin qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 12 iyul 2024-cü il tarixdə tutulmuş, ona həmin tarixdə ittiham elan edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən 13 iyul 2024-cü ildə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 12 iyul 2024-cü il tarixdən hesablanmış, 23 avqust 2024-cü il tarixdə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq ev dustaqlığında saxlanılmışdır (cild 1, iş vərəqi 141-142, 151-152, 181-188; cild 2, iş vərəqi 20-23, 123-129). Məhkəmə qeyd edilən qanunvericiliyin tələblərini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbsə alınaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına yerləşdirilməlidir. Təqsirləndirilən şəxs1 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 12 iyul 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakları müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cinayət işinin materiallarına əlavə edilmiş maddi sübut - Zərərçəkmiş şəxs təqdim etdiyi “Whatsapp” mobil tətbiqində aparılmış yazışmalara dair çıxarışlar iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmişdir, məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və və o, 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümimi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 27 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və və o, 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümimi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 12 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin və barəsində həbs qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs1 dərhal məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işinin materiallarına əlavə edilmiş maddi sübut - Zərərçəkmiş şəxs təqdim etdiyi “Whatsapp” mobil tətbiqində aparılmış yazışmalara dair çıxarışlar iş materiallarında saxlanılsın. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Aygün Qurbanova Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-555/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-555/2025
14.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver