Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-556/2022 12.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X23 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X9, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7, Ölmüş Zərərçəkmiş şəxs hüquqi varisi - qardaşı X13, Mülki iddiaçı - ölmüş Zərərçəkmiş şəxs anası X4, Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhər 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi iştirakı ilə, 1 yanvar 1988-ci il tarixdə Xocalı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Nizami RPİ-nin PPXB-də polis nəfəri işləmiş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 2 saylı yataqxana, mənzil 52-də qeydiyyatda olmaqla ünvan 4-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 120.2.4 və 128-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təqsirkardan asılı vəziyyətdə olan şəxsə qarşı sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuş, təqsirkardan asılı vəziyyətdə olan zərərçəkmiş şəxsin ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar odlu silahdan istifadə etməklə onu xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, 29 sentyabr 2021-ci il tarixdə saat 13 radələrində istifadəsində olan ***-***- **-** mobil telefon nömrəsindən qanuni nikahda olmaqla faktiki birgə yaşadığı, heç bir yerdə işləməməklə özündən maddi və ailə başçısı kimi sair cəhətdən asılı vəziyyətdə olan arvadı Zərərçəkmiş şəxs ***-***-**-** mobil telefon nömrəsinə zəng edib telefonla danışan zaman sonuncuya evdən çıxarkən geyindiyi paltarlara diqqət yetirməsini, kip formada idman paltarı ilə küçəyə çıxmamasını irad olaraq bildirərək Zərərçəkmiş şəxs ilə telefonda mübahisə etdikdən sonra nahar fasiləsi olduğu üçün saat 13 radələrində yaşadığı Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsindəki 70 saylı evin 56 saylı mənzilə qayıdıb mübahisəni davam etdirərək yaranmış ailədaxili şəxsi münasibətlər zəminində qısqanclıq motivi ilə birgə yaşadıqları mənzildə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə əl və ayaq zərbələri ilə qəsdən vuraraq sonuncuya sol budun yuxarı 1/3-nin bayır səthinə 1 ədəd, sağ baldırın yuxarı 1/3-nin arxa-bayır səthinə 1 ədəd, sağ sağrının aşağı iç kvadratı nahiyəsinə 1 ədəd, sol əlin arxa səthinə 1 ədəd, sol budun aşağı 1/3-nin ön səthinə 2 ədəd qançır kimi sağlamlığa zərər vurmayan olduğu üçün dərəcələri təyin olunmayan, eləcə də sol bazunun orta və aşağı 1/3-nin ön-bayır səthini əhatə edən nahiyəyə 1 ədəd hematoma kimi yüngül dərəcəli bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bundan başqa, o, Bakı şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsi rəisinin 24 avqust 2009-cu il tarixli 39ŞH saylı əmri ilə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Post-Patrul Xidməti Bölüyündə polis nəfəri kimi işə qəbul edilməklə 30 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 25/16 ünvanında xidmətdə olarkən qanuni nikahda olmaqla faktiki birgə yaşadığı, heç bir yerdə işləməməklə özündən maddi və ailə başçısı kimi sair cəhətdən asılı vəziyyətdə olan arvadı Zərərçəkmiş şəxs 1 gün əvvəl, yəni 29 sentyabr 2021-ci il tarixdə saat 13 radələrində yaşadıqları mənzildə döyərək sağlamlığına yüngül dərəcəli bədən xəsarətləri yetirməsi səbəbi ilə həmin gün saat 19:25-də Zərərçəkmiş şəxs bibisi Şahid2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi vasitəsilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” məlumat xidmətinə zəng edib əri tərəfindən döyülməsi, fiziki şiddətə məruz qalması ilə bağlı vermiş olduğu məlumat əsasında Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində “cinayətlər haqqında ərizələr və məlumatların uçotu kitabı”-nda 2845 sayla qeydiyyata alınmaqla həmin şöbənin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis polkovnikleytenantı Şahid1 icraatında olan HK-1 2845 saylı material üzrə araşdırma ilə bağlı izahatının alınması və təhqiqat materialının toplanması məqsədilə təhqiqat orqanının çağırışı əsasında arvadı Zərərçəkmiş şəxs 30 sentyabr 2021-ci il tarixdə saat 7:30-da azyaşlı övladları - 28.04.2015-ci il təvəllüdlü X10 və 23.01.2017-ci il təvəllüdlü X5, eləcə də bibisi Şahid2 ilə birlikdə ünvan 2 ünvanında yerləşən Nizami rayon Polis İdarəsinin 24cü Polis Şöbəsinə gedərək 1 gün əvvəl onu döyməsi ilə bağlı cinayət haqqında məlumat verdiyini və bu əsasla da polis orqanına çağrıldığını öyrənib, habelə özünün də izahatının alınması məqsədilə təhqiqat orqanına çağrıldığından həmin gün saat 8:40-da qeyd olunan polis şöbəsinin inzibati binasına gəlib inzibatı binanın 1-ci mərtəbəsində yerləşən növbətçi hissənin qarşısından keçməklə ensiz dəhlizə daxil olduqda sağ istiqamətdə üzərində “təhqiqatçı Şahid1” yazısı olan soldan birinci xidməti otağa yaxınlaşmış, Şahid1 ona polis əməkdaşı olduğu üçün araşdırmanın aidiyyəti prokurorluq orqanlarında davam etdiriləcəyini, orada izahat verəcəyini bildirərkən o, təhqiqatçıdan yalnız uşaqlarını görüb gedəcəyini deyib icazə əsasında otağa daxil olaraq arvadı Zərərçəkmiş şəxs ilə qarşılaşan zaman sonuncuya barışması ilə bağlı təklif edərkən Zərərçəkmiş şəxs barışmaqdan imtina etdikdə, Zərərçəkmiş şəxs cəmiyyətin xeyrinə ictimai faydalı fəaliyyəti, yəni ictimai borcunu yerinə yetirərək Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 46.2 və 204-cü maddələrinə əsasən özünə qarşı törədilmiş cinayət haqqında məlumat verib 1 gün əvvəl sağlamlığına qəsdən yüngül zərərəvurmaya aid bədən xəsarəti yetirməklə bağlı törətdiyi cinayət əməlini ifşa etdiyindən, habelə arvadının polis orqanına onun icazəsi olmadan gəldiyindən hiddətlənib, bu hərəkətlərinə görə Zərərçəkmiş şəxs qisas almaqla cəzalandırmaq qərarına gəlmiş, əməlinin ictimai təhlükəli nəticəsini qabaqcadan görərək azyaşlı doğma uşaqlarının, habelə arvadının bibisi Şahid2 gözləri qarşısında cinayətkar niyyətini həyata keçirməklə arvadını qəsdən öldürmək məqsədilə həmin gün xidmətə başlamazdan əvvəl Nizami rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan “silah və sursatların, xüsusi vasitələrin verilib alınması” kitabında qeydiyyat aparmaqla qəbul etdiyi, ona təhkim edilmiş, darağında 15 ədəd 9 mm kalibrli patronları olan və xidmətdə olduğu üçün üzərində daşıdığı odlu silah hesab edilən “ZTK Zəfər” markalı 0954 nömrəli tabel silahını çıxardaraq atəşə hazır vəziyyətə gətirib 3,5x4,5 m ölçüdə olan xidməti otaqda odlu silahdan istifadə etməklə özündən solda olan azyaşlı doğma övladları - Vaqif Məmmədov və Yağmur Məmmədova, habelə Zərərçəkmiş şəxs qardaşının övladı olduğuna görə özünə əziz sayan, onu dəyərli insan kimi qəbul edən qohumu - bibisi Şahid2nm gözləri qarşısında onlara xüsusi əzab və iztirab verdiyini dərk edərək buna əhəmiyyət verməyib xüsusi qəddarlıq və müstəsna dərəcədə rəhmsizlik nümayiş etdirməklə özündən 2-2,5 metr kənarda masa arxasında oturacaqda üzü ona tərəf oturmuş arvadı Zərərçəkmiş şəxs, sonuncudan 1 metr solda divanda əyləşmiş Yağmur Məmmədova, Vaqif Məmmədov, Şahid2 və 1 metr sağda masa arxasında əyləşmiş Şahid1 həyat və sağlamlığı üçün real təhlükə yaratmaqla sağ əlində olan tapançanı Zərərçəkmiş şəxs istiqamətində tutaraq sonuncunun həyat üçün vacib orqanlarının yerləşdiyi və yetirildiyi anda ölümünə səbəb ola biləcək bədəninin müxtəlif nahiyələrini nişan alaraq ardıcıl 15 dəfə atəş açmaqla Zərərçəkmiş şəxs döş qəfəsinin arxa səthinin sağ yarısında, arxa qoltuq xətti üzrə Vİ-Vİİ qabırğaarası proyeksiyada döş boşluğuna keçərək sağ ağciyərin aşağı və orta paylarının, sol V-Vİİ qabırğaların zədələnməsi ilə müşayiət olunan və döş qəfəsinin arxa sol səthini dəlib keçən 2 ədəd (2 giriş, 2 çıxış olmaqla 4 güllə yarası), qarın boşluğuna keçərək qaraciyəri, diafraqmanın sağ gümbəzini zədələyib döş boşluğuna nüfuz edən, sağ İX-X qabırğaların və Vİİ fəqərənin cismini zədələyərək döş qəfəsinin arxa səthində sağ onurğanın xətt üzrə nahiyəni dəlib keçən 1 ədəd (cəmi 1 giriş, 1 çıxış dəlikləri olan 2 güllə yarası), döş qəfəsinin ön səthinin sol yarısında körpücük xətti üzrə İV-V qabırğaarası sahədən girib sol süd vəzinin bayır səthindən çıxmaqla süd vəzinin dəri və toxumalarının zədələnməsi ilə müşayiət edilən dəlib keçən 1 ədəd (1 giriş, 1 çıxışı olan 2 ədəd güllə yarası) və sol bazunun orta 1/3-in ön iç səthində dəri, yumuşaq toxumanı zədələməklə və bazu sümüyünün sınması ilə müştərək qaydada müşayiət olunan 1 ədəd (1 girişli güllə yarası) kor yara olmaqla cəmi 4 ədəd (yəni 4 atəş nəticəsində yaranmış 5 xəsarətlə müşayiət olunmaqla 5 giriş, 4 çıxışı olan güllə yarası) ümumilikdə və ayrı-ayrılıqda canlı şəxslərdə həyat üçün təhlükəli olmaqla döş və qarın boşluqlarının sağ yarısından daxilə keçən, sağ ağciyərin və qaraciyərin zədələnməsi ilə müşayiət olunan odlu silah (güllə) yaralanmalarının nəticəsində yaranmış kəskin qanitirmə ilə ölümünə səbəb olmuş sağlamlığa ağır zərər vurmaya aid, habelə sol əlin İ barmağının arxa səthində falanqalararası oynaq proyeksiyasına uyğun nahiyədən girib ön səthindən çıxmaqla barmağın hər iki falanqa sümüklərinin qəlpəli sınığı ilə müşayiət olunan dəlib-keçən 1 ədəd (cəmi 1 giriş, 1 çıxış olmaqla 2 güllə yarası), sol əlin V barmağının ön səthində əsas falanqa proyeksiyasına uyğun nahiyədə 1 ədəd (toxunan) sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid, sağ dirsək nahiyəsinin arxa səthində dəlib-keçən 1 ədəd (1 giriş, 1 çıxışı olan 2 güllə yarası), sol baldırın orta 1/3nin arxa-iç səthindən girib arxa-bayır səthindən çıxan dəlib-keçən 1 ədəd (1 giriş, 1 çıxışı olan 2 güllə yarası) cəmi 2 ədəd sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, qarının sol yarısının ön divarının sol qabırğaaltı nahiyəsində 1 ədəd, qarının sol yarısının ön divarında, qalça sümüyü tininin proyeksiyasına uyğun nahiyəsində bir ədəd, sağ bel nahiyəsində bir ədəd, sol budun yuxarı 1/3-in ön səthində 2 ədəd, sağ budun yuxarı 1/3-nin ön səthində 1 ədəd, sağ qasıq nahiyəsində 1 ədəd, sağ diz nahiyəsinin ön-iç səthində 1 ədəd və sağ saidin orta 1/3-nin ön səthində 1 ədəd, cəmi 9 ədəd dərəcəsi təyin olunmayan (ümumilikdə 24 ədəd giriş, çıxış və toxunan güllə yaraları) odlu silahdan açılmış atəş nəticəsində əmələ gəlməyə xarakterik, eləcə də zərərçəkmişin odlu silahdan almış olduğu yaralardan sonra üzüüstdə taxta materialdan döşəmənin üstünə yıxılan zaman əmələ gəlməyə xarakterik alnın sağ yarısının ön səthində 1 ədəd və burun belinin sağ yarısında 1 ədəd dərəcəsi təyin olunmayan xəsarətlər yetirməklə ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar Zərərçəkmiş şəxs xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmiş, ümumi təhlükəli üsulla açılan atəşlərdən biri təhqiqatçı Şahid1 məxsus olmaqla sonuncu ilə qısa məsafədə masa üzərinə qoyulmuş Çin istehsallı, “Samsung” markalı, “İntel Core İ5” xüsusiyyətli “NP350E7C-S09RU” modelli noutbuka dəyib zədələməsi nəticəsində 250 manat dəyərində maddi ziyan yetirmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 120.2.4 və 128-ci maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, arvadı Zərərçəkmiş şəxs ilə 2012-ci ildə Bakı Dövlət Universitetində tanış olmuşdur. Belə ki, o həmin vaxt Bakı Dövlət Universitetinin yaxınlığında yerləşən yataqxanada qeydiyyatda olmaqla orada yaşamış, Zərərçəkmiş şəxs isə 2012-ci ildə Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsinə qəbul olmuşdur. Xanımı dərsə gəlib-gedən zaman görüb sevmiş, tədricən Xanım da onu sevməyə başlamışdır. 2014-cü ilin 15 avqust tarixində Zərərçəkmiş şəxs ilə ailə qurub qanuni nikaha daxil olmuşlar. Qanuni nikahdan 28 aprel 2015-ci il tarixdə oğlu Vaqif Məmmədov, 23 yanvar 2017-ci il tarixdə isə qızı Yağmur Məmmədova doğulmuşdur. Ailəsi ilə şad və xürrəm yaşamış, işləyərək ailəsini dolandırmışdır. Arvadı Xanım isə heç bir yerdə işləməmişdir. Xanımla həmişə bir-birlərinə qarşı mehriban olmuşlar. Hər bir ailədə olduğu kimi ara-sıra ailədaxili məsələlərlə bağlı sözlə mübahisələri olmuşdur. Oğlu Vaqifin təhsil aldığı Nizami rayonunda yerləşən 220 saylı məktəb-lisey onun xidməti ərazisi olduğundan həmin ərazidə xidmət aparan bütün polis əməkdaşları onu tanımış, həmçinin Xanımın arvadı, Vaqifin də övladı olduğunu bilmişlər. Xidmət apardığı həmin ərazidə ətrafda yaşayan, eləcə də oğlu Vaqifin təhsil aldığı məktəbə valideyn kimi gələn qadınların hansının yüngül həyat tərzi keçirən qadın olmasını bildiyindən arvadı Xanıma oğlu Vaqifin sinif yoldaşlarının valideynləri ilə ünsiyyət saxlamağa icazə verməmişdir. Xanımın onu aldatmamasına, ona sadiq olmasına baxmayaraq o, həmişə orada xidmət aparan və onu tanıyan digər polis əməkdaşlarının Xanımın ətrafında yüngül həyat tərzi keçirən valideynləri görmələrindən və onun barəsində pis fikir formalaşmasından ehtiyat etmişdir. Məhz bu səbəblərdən də demək olar ki, hər dəfə Xanıma oğlu Vaqiflə bağlı məktəbə gedib-gələrkən tapşırıqlar vermişdir. Onun tapşırığına əsasən Xanım hər dəfə oğlu Vaqifi dərsə aparanda, eləcə də dərsdən evə gətirəndə ona zəng edərək məlumat vermiş, məktəbə gedib-gələrkən hansı paltarları geyindiyini bildirmişdir. Vaqifin sinif yoldaşlarının valideynləri tərəfindən yaradılmış “WhatsApp” qrupuna qoşulmağı da Xanıma qadağan etmişdir. Hətta arvadı Xanım vasitəsilə öz mobil telefon nömrəsini valideynlərə bildirmiş və valideynlər həmin nömrənin Xanıma məxsus olduğunu bilmişlər. “WhatsApp” qrupunu öz mobil telefonunda yaradıb qrupdakı valideynlərin qarşılıqlı danışıqlarını öz mobil telefonunda izləmiş, axşam işdən evə gələndə valideynlər arasında olmuş danışıqlar barədə arvadına məlumat vermişdir. Hətta bir neçə dəfə qrup yazışmalarında hansısa başqa bir valideynin qrupda yazaraq Xanımdan Vaqiflə birlikdə övladını da məktəbdən götürməsini xahiş etməsini görüb arvadına ciddi tapşırıq verərək başqa uşaqların valideynlərinə üz verməməsini bildirmişdir. Hadisədən təxminən bir həftə öncə, yəni 2021ci ilin sentyabr ayının təxminən 24-25-də axşam saatlarında işdən çıxıb evə gələndən sonra söhbət zamanı Xanım ona məktəbə gedən zaman əyninə evdə olan idman dəstini geyindiyini bildirmişdir. Xanım bir qədər kök olduğundan ona həmin idman dəstini yalnız evdə və ya onunla birlikdə axşamlar piyada gəzərkən geyinməsinə icazə vermişdir. Xanımın idman dəsti ilə məktəbə gedib-gəldiyini eşidən kimi arvadına bir daha həmin dəsti məktəbə geyinməməsini, geyindiyi halda isə idman dəstinin üzərindən uzun kofta geyinməsini tapşırmışdır. Bu zaman Xanım ona heç bir etiraz etməmişdir. 29 sentyabr 2021-ci il tarixdə günorta saatlarında Xanım hər gün olduğu kimi ona zəng edərək Vaqifi məktəbdən götürüb evə gəlməsi barədə məlumat vermişdir. Bu zaman Xanımdan əyninə hansı paltarları geyinməsini soruşduqda Xanım ona yenə idman dəstini geyindiyini bildirmişdir. Xanımdan idman dəstinin üzərindən uzun kofta geyinib-geyinməməsini soruşduqda sonuncu cavabında idman dəstinin üzərindən uzun kofta geyinmədiyini demişdir. Xanımın bu cavabı onu əsəbiləşdirmiş və telefon danışığı zamanı bununla bağlı ciddi tapşırıq verdiyini deyib arvadına iradını bildirmişdir. Bu zaman Xanım ona “uzun koftanı idman dəstinin üzərindən geyinmək olmaz, geyinməmişəm-geyinməmişəm də burda nə var ki?” deyə cavab vermişdir. Xanımın bu cavabından sonra lap əsəbləşərək telefonda arvadı ilə mübahisə etmiş və telefon əlaqəsini kəsmişdir. Bundan bir neçə dəqiqə sonra Vaqifin sinif yoldaşlarının valideynlərindən biri “WhatsApp” proqramı vasitəsilə yazaraq hansısa valideynlərdən birinin mobil telefon nömrəsinin göndərilməsini xahiş etmişdir. Həmin vaxt əsəbi olduğundan yenidən Xanıma zəng edib “mən bilmirəm, sən məktəbə valideynlərlə rəfiqəlik etməyə gedirsən, yoxsa uşağını məktəbə aparıbgətirirsən?” deyə iradını bildirmişdir. Bu zaman Xanım əsəbi halda ona “belədirsə “WhatsApp” qrupunu sil!” deyə cavab vermiş və telefon əlaqəsini kəsmişdir. Bundan sonra xidmətinə davam etmişdir. Sonuncu telefon danışığından təxminən yarım saat sonra arvadı ilə telefon danışığı zamanı aralarında yaranmış incikliyi qaydasına qoymaq və Xanımla barışmaq məqsədilə evə gəlmişdir. Lakin evdə olarkən belə Xanımla aralarında olan söhbət aqressiv davam etmişdir. Xanım ona “WhatsApp” qrupunda nömrə istəyən valideyni tanımadığını bildirmişdir. Həmin nömrəni Xanıma göstərib qeyd edilən nömrənin də “WhatsApp” qrupunda valideyn kimi qeydiyyatdan keçdiyini, hansısa valideynin nömrəsini axtardığı halda bu sorğunu ümumi qrupa yazmalı olduğunu Xanıma demişdir. Elə bu söhbət zamanı da sağ əli ilə Xanımın sifətinin sol tərəfindən sillə ilə bir zərbə vurmuşdur. Bu zaman Xanım qışqıra-qışqıra ona artıq hər şeydən bezdiyini, onun tərəfindən çox sıxıldığını, sərbəst buraxılmadığını deməyə başlamışdır. Bu zaman o daha da əsəbiləşib sillə ilə Xanımın sifətinin sol tərəfinə bir dəfə, bir neçə dəfə sol qoluna, təpiklə isə bir neçə dəfə sağ ayağından zərbələr vuraraq arvadını döymüşdür. Daha sonra isə Xanımın bibisi Gülərə zəng edə bilməməsi üçün arvadının mobil telefonunu əlindən alaraq nömrəsini çıxarıb sındırmışdır. Belə ki, əvvəllər də dəfələrlə Xanımla arasında mübahisə yarananda arvadının bibisi Gülər həmişə Xanımın tərəfini saxlamış, ona arvadını çox sıxma-boğmaya saldığını demişdir. Bundan başqa əvvəllər də bir neçə dəfə olmuşdur ki, onunla Xanımın arasında mübahisə olub bitdikdən sonra Xanım uşaqları da götürüb Gülərgilə getmişdir. Arvadını döyən zaman azyaşlı uşaqları Vaqif və Yağmur da evdə olmuş, lakin hər ikisi digər otaqda oynamaqla məşğul olmuşlar. Xanımı döydükdən sonra evdən çıxmış və xidmətini davam etdirmək məqsədilə işə qayıtmışdır. Bundan təxminən bir saat yarım sonra yenə də əvvəlki kimi Xanımın uşaqları götürüb Gülərgilə qaçacağını düşündüyündən işdən çıxıb yenidən evə gəlmişdir. Evə gələn zaman qapının açıq olduğunu, Xanımla uşaqların evdə olmadıqlarını görüb arvadının yenə də Gülərgilə getməsinə tam əmin olmuşdur. Arvadı ilə arasında yaranmış narazılığı qaydasına qoymaq, eləcə də arvadı ilə barışmağında ona köməklik göstərmələri məqsədilə ilk öncə qayınatası Musaya, daha sonra isə qayınanası Yetərə zəng etmişdir. Musaya zəng edərək Xanımla mübahisə etdiyini, Xanımın yenə də uşaqları götürüb evdən getdiyini demişdir. Bu zaman Musa ona Şəki şəhərində olduğunu, qızının harada olmasını bilmədiyini bildirmişdir. Bundan sonra qayınanası Yetərə bir neçə dəfə zəng etsə də, sonuncu telefonuna baxmayıb daha sonra isə telefonu söndürmüşdür. Saat təxminən 17 radələrində qayınatası Musa ona zəng edərək artıq Qax rayonunda evlərində olduğunu, ailə işlərinə qarışmadığını deyib bir daha qızını döyməməsini ondan xahiş etmişdir. O, qayınatasına bir daha qızlarını döyməyəcəyinə dair söz verib Xanımın evinə qayıtması ilə bağlı sonuncu ilə danışmasını xahiş etmişdir. Saat təxminən 18-19 radələrində “WhatsApp” proqramı vasitəsilə qayınanası Yetərlə yazışmağa, eləcə də danışmağa başlamışdır. Telefon əlaqəsi zamanı Yetər də ondan bir daha qızı Xanımı döyməməsini xahiş etdikdə Xanımın bibisi Gülərin onun ailə məsələlərinə qarışmasına əngəl olmasını qayınanasından xahiş etmişdir. Həmçinin telefon danışığı zamanı Yetər qızı Xanımın onun barəsində DİN-nin 102 xidmətinə şikayət etdiyini bildirib Xanımla barışıq əldə etməsi üçün özünün çalışmalı olduğunu demişdir. Barəsində Xanımın 102 xidmətinə zəng etməsi ilə bağlı qayınanasının dediklərinə inanmayıb Yetərin onu qorxutmaq məqsədilə bu sözləri dediyini düşünmüşdür. Xanımın bibisigildə olmasını bilsə də, ailəsini evə gətirmək məqsədilə Gülərin evinə getməmiş, Xanımın bir qədər də orada qalacağı təqdirdə əsəblərinin sakitləşəcəyini düşünmüşdür. Hətta Xanımın əsəblərinin sakitləşməsindən ötrü bir neçə gün orada qalmasını planlaşdırmışdır. 30 sentyabr 2021-ci il tarixdə hər gün olduğu kimi səhər saat 6:15-də işə getmək məqsədilə evdən çıxmışdır. İlk öncə Nizami rayon Polis idarəsinə gələrək xidmətə çıxmağına dair jurnalda qeydiyyat aparmış, daha sonra növbətçi hissədən “Zəfər” modelli xidməti silahını, içərisində 15 ədəd patron olan iki ədəd darağı təhvil alaraq idarədə sıra baxışına dayanmışdır. Həmin vaxt daraqlardan biri silahın üzərində, digəri isə ehtiyat daraq olaraq kaburada üzərində olmuşdur. Sıra baxışında iştirak etdikdən sonra saat 7:00-da iş yoldaşı polis baş serjantı X16 RPİ-nin PPX-nə məxsus “Fiat Dobla” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobili ilə ərazidə xidmətə başlamışdır. Xidmətdə olarkən saat təxminən 8:30-da Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı Şahid1 zəng edərək onu şöbəyə dəvət etmişdir. O, Füzulidən dəvət olunmasının səbəbini soruşduqda sonuncu ona heç nə deməmişdir. Bu zaman qayınanasının bir gün öncə telefon danışığı zamanı Xanımın 102 xidmətinə zəng etməsini ona deməsindən başa düşmüşdür ki, arvadı artıq barəsində şikayət etmişdir. Qayınanası Yetərə zəng edərək Xanımın barəsində şikayət edib-etməməsini soruşduqda Yetər bunu təsdiq etmişdir. Qayınanasına Xanıma zəng etməsini, bölmədən çağırılacağı halda çağırışa getməməsini deməsini tapşırmışdır. Bu zaman Yetər ona artıq hər şeyin gec olduğunu, Xanımın bibisi Gülərlə birlikdə bölməyə getmək üzrə yolda olduqlarını demişdir. Ailəsində baş vermiş məsələ ilə bağlı xidmət yoldaşı Emin Qurbanova heç nə demədən, yalandan guya 24-cü PŞ-də işinin olduğunu bildirib sonuncudan onu aparmasını xahiş etmişdir. Eminlə birlikdə şöbənin qarşısına gəldikdə Emin maşında qalmış, o isə şöbəyə daxil olmuşdur. Şöbəyə daxil olan kimi təhqiqatçı Şahid1 onu növbətçi hissənin qarşısında qarşılamış və irad olaraq arvadını döyməyin ona yaraşmadığını bildirib şöbə rəisi tərəfindən qəbul olunacağını demişdir. Nizami rayonunda işlədiyindən, şəxsi heyət tərəfindən tanındığından, arvadının barəsində şikayət etməsini, eləcə də şöbədə izahat verməyini özünə utancverici bir hal kimi qəbul etmişdir. Şahid1la birlikdə şöbə rəisi Şahid3 qəbulunda olduqda şöbə rəisi də arvadını döyməsi ilə bağlı ona iradlarını bildirmişdir. Bu hərəkətinə görə şöbə rəisindən üzr istəmişdir. Daha sonra şöbə rəisi arvadı Xanımı da qəbul etmişdir. Özlüyündə Şahid1 yanında Xanımdan üzr istəyərək barışıq əldə edəcəyini və məsələnin böyüməyəcəyini düşünmüşdür. Lakin Xanım şöbə rəisi Şahid3 xidməti otağına daxil olan kimi rəis ona bayırda gözləməyini tapşırmış və o, qəbul otağında gözləmişdir. Təxminən 3-4 dəqiqə sonra arvadı Xanım Şahid1la birlikdə rəisin otağından bayıra çıxmış, bu zaman Xanımdan onu dinləməsini xahiş etmişdir. Xanım isə ona “artıq gecdir, ged işinlə məşğul ol!” deyə cavab vermişdir. Arvadından bu cavabı gözləmədiyindən daha da pis olmuşdur. Şahid1 ona xidmətini davam etdirməsini tapşırıb onu çağıracağını demişdir. Daha sonra isə Xanım Şahid1 xidməti iş otağına daxil olmuşdur. Təxminən bir dəqiqə dəhlizdə dayanmışdır. Xanımın artıq ona qarşı aqressiv olmasına və bir daha uşaqlarla evə qayıtmayacağına tam əmin olmuşdur. Uşaqlarla görüşmək, eləcə də yenidən arvadından üzr istəmək məqsədilə Şahid1 xidməti otağına daxil olmuşdur. Otağa daxil olan zaman Şahid1 yerində yarım əyilmiş vəziyyətdə masa üzərində nəsə qeydiyyat apardığını, Şahid1 qarşısında ondan sol tərəfdə arvadı Xanımın, Xanımın sağ tərəfində bibisi Gülərin, Gülərin sağ tərəfində isə kresloda övladları Vaqif və Yağmurun oturduqlarını görmüşdür. Otağa daxil olan kimi ondan sol tərəfdə oturmuş azyaşlı övladlarının hər ikisini öpmüş və Xanıma “nəyə görə belə etdin?” deyə sual vermişdir. Bu zaman Xanım heç nə eləmədiyini, hər şeyi onun elədiyini demişdir. Bu zaman əsəbiləşərək xidməti geyim forması olan şalvarındakı kəmərin sağ tərəfindəki kaburadan “Zəfər” modelli tapançanı sağ əli ilə çıxararaq tapançanın tətiyini qoruyucudan çıxarmış, silahın üst qapağını çəkməklə patronu lülə kanalına yerləşdirmiş və ard-arda Xanıma doğru bir neçə dəfə atəş açmağa başlamışdır. Açdığı atəşlərdən konkret olaraq neçəsinin Xanıma dəyməsini bilməmiş, lakin atəşlərdən sonra Xanım yarım əyilmiş vəziyyətdə başı stolun üzərində qalmışdır. Ani olaraq təhqiqatçı Şahid1 əlindən silahı alıb onu dəhlizə çıxarmışdır. Daraqda olan güllələrin hamısını istifadə etdiyini düşünür. Atəşləri açan zaman ayaq üstdə arvadı ilə üzbəüz dayanmış, Xanım isə oturaqlı vəziyyətdə olmuşdur. Xanımla mübahisələri oğlu Vaqif dünyaya gələndən sonra başlamışdır. İlk mübahisələri arvadının işləmək istəməsi ilə başlamışdır. Arvadına işləməyi qadağan etmişdir. 29 sentyabr 2021-ci il tarixdə Xanımla geyimi ilə əlaqədar mübahisələri olmuş, həmin gün arvadını döymüşdür. Xanım bir neçə dəfə mübahisələri olduqdan sonra övladlarını götürüb evi tərk etmiş, ona evdən gedəcəyini demişdir. İşdən evə qayıdan zaman Xanım və uşaqlarının evdə olmadığını görmüşdür. Təhqiqatçı zəngində onu polis şöbəsinə çağırmasının səbəbini deməmişdir. Polis şöbəsində olarkən dəfələrlə Xanımdan üzr istəmişdir. Nizami rayonunda işlədiyindən, şəxsi heyət tərəfindən tanındığından arvadının barəsində şikayət etməsi ona pis təsir etmişdir. Hadisə günü polis şöbəsinə Xanımı öldürmək məqsədi ilə getməmişdir. Təhqiqatçının otağına girməkdə məqsədi övladları ilə görüşüb, daha sonra polis şöbəsinin həyətində özünü öldürmək olmuşdur. Arvadına atəş açan zaman 2 azyaşlı övladı da orada olmuşdur. Ona zəng edən təhqiqatçını əvvəllər tanımamışdır. Telefon əlaqəsi zamanı təhqiqatçıya polis əməkdaşı olduğunu deməmiş, təhqiqatçı onunla telefonda danışan zaman polis əməkdaşı olduğunu bilməmişdir. Təhqiqatçının otağına daxil olmazdan əvvəl Xanımı öldürməyi planlaşdırmamışdır. Xanım otaqda ona qarşı nalayiq ifadə işlətdiyi və onunla barışmaq istəmədiyi üçün əsəbləşib silahı ilə ona atəş açmışdır. Xanım polis şöbəsində ona qarşı nalayiq ifadə işlətmiş, bu zaman ətrafda tanıdığı şəxslər də olmuşdur. Xanımın barəsində şikayət etməsi və tanışlarının yanında etdiyi hərəkət onu çox əsəbləşdirmişdir. Arvadının polis şöbəsinə daxil olmasına mane olmaq üçün şöbənin qabağında onu gözləmiş, arvadının barəsində şikayət etməsi və işlədiyi ərazidəki şəxslərin ailə məsələlərini bilməsi onun üçün utancverici hal olduğundan Xanımın polis şöbəsinə getməsini istəməmişdir. Arvadına çoxlu sayda atəş açma səbəbini bilmir və neçə dəfə atəş açdığını xatırlamır. Hadisə anında şokda olmuş, baş verənləri dərk etməmişdir. Nizami RPİ-nin PPXB-də polis nəfəri kimi 12 il işləmişdir. Açdığı atəşlərdən konkret olaraq neçəsinin Xanıma dəyməsini bilməmişdir. Xanıma atəş açdığı “Zəfər” modelli 0954 nömrəli tapança xidməti silahı olmuşdur. Atəş açan zaman Xanımla arasındakı məsafə təxminən 2-2,5 metr olmuşdur. Törətdiyi əməllərdən peşmandır, Xanımı öldürmək niyyəti olmamışdır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 120.2.4 və 128-ci ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə tam təqsirli olması özünün qismən etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi X20 ifadəsində bildirmişdir ki, mərhum Zərərçəkmiş şəxs bacısıdır. Bacısı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə 2014-cü ilin fevral ayında qanuni nikaha daxil olmuşdur. Qanuni nikahdan Xanımın 2015-ci ilin 28 aprel tarixində oğlu Vaqif, 2017-ci ilin yanvar ayında isə qızı Yağmur dünyaya gəlmişdir. Təqsirləndirilən şəxsla bacısı Xanım tələbəlik illərində tanış olmuşlar. Belə ki, həmin vaxt Xanım Bakı Dövlət Universitetinin tələbəsi olmuşdur. İsmayılla Xanım bir-birlərini sevib öz istəkləri ilə ailə qurmuşlar. İsmayıl Nizami RPİ-nin PPX bölüyündə polis nəfəri işləmiş, bacısı isə evdar qadın olmuşdur. Xanım İsmayılla ailə qurduqdan sonra bir müddət Bakı Dövlət Universitetinin yaxınlığında yerləşən yataqxanada yaşamışdır. 2021-ci ilin təxminən iyun-iyul aylarında isə İsmayıl Xanım və uşaqları ilə birlikdə Nizami rayonu ərazisində 24-cü PŞ-nin yaxınlığında yerləşən bina evinə köçüb orada kirayədə yaşamağa başlamışlar. Buna səbəb isə İsmayılın Nizami rayonunda işləməsi olmuşdur. İsmayıl Xanımla ailə qurduqdan təxminən bir-iki il sonra, yəni 2015-2016-cı illərdən başlayaraq heç bir əsaslı səbəb olmadan onu döyməyə başlamışdır. Xanımın söhbətlərindən ona məlum olmuşdur ki, İsmayıl Xanımın telefon zənginə gec cavab verməsinə, günorta saatlarında eyvanda paltar asması kimi cüzi səbəbləri bəhanə gətirərək bacısını bir neçə dəfə döymüşdür. Hətta bacısının deməsindən sonra ona məlum olmuşdur ki, İsmayıl bir neçə dəfə arvadını polis dəyənəyi ilə də döymüşdür. Bununla bağlı əvvəlki dövrlərdə iki dəfə bacısı Xanımı yaşadığı evdən götürüb Xətai rayonuna öz evinə gətirmişdir. O, dəfələrlə valideynləri ilə birlikdə İsmayılla görüşüb sonuncuya arvadını əsassız yerə döyməsi ilə bağlı iradlarını bildirdikdə İsmayıl başını aşağı salıb heç bir cavab verməmişdir. Valideynləri ilə birlikdə dəfələrlə Xanıma İsmayıl tərəfindən döyüləcəyi halda polisə məlumat verməsini məsləhət görmüşdür. Lakin Xanım hər dəfəsində ailəsinin dağılacağından qorxduğunu, polisə şikayət edəcəyi halda uşaqlarının qayınanasıgil tərəfindən əlindən alınacağından ehtiyat etdiyini demişdir. Məhz bu səbəbdən də nə Xanım, nə valideynləri, eləcə də özü heç vaxt İsmayılın bu əməlləri ilə bağlı polisə müraciət etməmişlər. Hətta İsmayıl bir neçə dəfə ailə qurmamışdan öncə də nişanlı vaxtı Xanımı heç bir əsas olmadan döymüşdür. İsmayıl Xanımın evdən bayıra çıxmasına da məhdudiyyətlər qoymuşdur. Xanımın ailəsində narazıçılıqlar əsasən oğlu Vaqif məktəbə gedəndən sonra, yəni 2021-ci ilin sentyabr ayının əvvəllərindən başlamışdır. Belə ki, İsmayıl işdə olduğundan Vaqifi hər gün dərsə Xanım aparıbgətirmişdir. Xanımın evdən çıxan zaman əri tərəfindən alınmış paltarları geyinməsinə baxmayaraq, İsmayıl bunu da bəhanə gətirib arvadını döymüş, Xanıma həmin paltarları yalnız hava qaralandan sonra geyinə biləcəyini demişdir. Bundan başqa İsmayıl oğlu Vaqiflə oxuyan sinif yoldaşlarının valideynləri tərəfindən yaradılmış “WhatsApp” qrupundan da istifadə etməyə Xanıma icazə verməmiş, həmin qrupa öz nömrəsini Xanımın nömrəsi kimi qeydiyyatdan keçirtmiş, qrupda valideynlər arasında olan yazışmaları oxuyaraq, hər hansı bir valideynin Xanımdan dərs və ya hər hansı bir müəllimlə bağlı nəsə soruşduğunu gördükdə evə gəlib “nəyə görə qrupda valideynlər səndən nəyisə soruşurlar?” kimi bəhanələr gətirib arvadını döymüşdür. Hətta son zamanlar İsmayıl Xanımı telefon işlətməyə belə qoymamışdır. Xanım ona, eləcə də valideynlərinə bibisinin mobil telefonundan zəng etmişdir. 29 sentyabr 2021-ci il tarixdə axşam saatlarında Qax rayonunun Cəlair kəndində atası evində olarkən bacısı Xanım anasına zəng edərək yenə də heç bir əsas olmadan İsmayıl tərəfindən döyüldüyünü, bu səbəbdən uşaqları da götürüb Biləcəri qəsəbəsinə bibisigilə getdiyini, artıq İsmayılın bu hərəkətlərindən bezib barəsində polisə şikayət etmək qərarına gəldiyini deyərək şikayət edib-etməməsi ilə bağlı anasından məsləhət almışdır. Həmin gün saat 18:40-da bacısı Xanım “WhatsApp” proqramı vasitəsilə ona da səsli mesaj atıb əri İsmayıldan şikayət etməsi ilə bağlı anasından cavab gözlədiyini demiş və İsmayıl tərəfindən həmin gün döyülməsi nəticəsində alnında, qolunda və ayağında yaranmış xəsarətlərin fotoşəkillərini ona göndərmişdir. Bundan sonra o, “WhatsApp” proqramı vasitəsilə bacısına yazaraq polisə müraciət etməsini və ekspert müayinəsindən keçməsini məsləhət görmüşdür. Bundan sonra Xanım elə həmin gün DİN-nin 102 xidmətinə zəng edərək İsmayıl tərəfindən döyülməsi ilə bağlı məlumat vermişdir. 30 sentyabr 2021-ci il tarixdə saat 9 radələrində bibisi Gülər Yolçuyeva ona zəng edərək Xanım, eləcə də Xanımın azyaşlı uşaqları Vaqif və Yağmurla birlikdə 102 xidmətinə verilmiş məlumat əsasında Nizami RPİ-nin 24-cü PŞdə təhqiqatçının xidməti otağında olarkən İsmayılın həmin otağa daxil olmaqla oğlu Vaqifi öpən kimi Xanımı vurduğunu, baş vermiş hadisə ilə əlaqədar anasına nə cavab verəcəyini soruşmuş və telefon əlaqəsini kəsmişdir. O, yenidən bibisinin mobil telefon nömrəsinə zəng etdikdə telefona polis əməkdaşı cavab verərək bacısının ağır yaralı olduğunu bildirib dərhal özünü çatdırmağını demişdir. Bu xəbəri alan kimi dərhal Bakı şəhərinə gəlmək üçün yola çıxmış və yolda olarkən İsmayılın silahdan atəşlər açması nəticəsində Xanımın aldığı xəsarətlərdən ölməsini bilmişdir. Qohumları ilə birlikdə meyitxanaya gəlmiş və bacısının meyitini götürüb dəfn etmək üçün kəndə qayıtmışdır. Gülər Yolçuyevanın ona və ailə üzvlərinə deməsindən bilmişdir ki, Xanım uşaqları Vaqif və Yağmurla, eləcə də bibisi ilə birlikdə 24-cü PŞ-də təhqiqatçının xidməti otağında olarkən Təqsirləndirilən şəxs xidməti geyim formasında həmin otağa daxil olaraq, xidməti silahını çıxardıb uşaqlarının, eləcə də onun bibisinin gözü qarşısında heç bir əsaslı səbəb olmadan Xanıma bir neçə dəfə atəş açaraq sonuncunu öldürmüşdür. Xanımın 29 sentyabr 2021-ci il tarixdə əri tərəfindən döyülməsi ilə bağlı başına gələnləri səsli SMS şəklində bibisi Gülərin qızı Sonaya göndərmişdir. Həmin səs yazısı 4 oktyabr 2021-ci il tarixdə “Oxu.az” sosial şəbəkəsində paylaşılmış və sosial şəbəkədə paylaşılan mətn bacısı Xanım tərəfindən səsləndirilmişdir. 29 sentyabr 2021-ci il tarixdə “WhatsApp” proqramı vasitəsilə bacısı Xanımla arasında aparılan danışıqların mətnini, eləcə də bacısının ona göndərdiyi bədənindəki xəsarətlərin fotoşəkillərini ifadəsinə əlavə edərək könüllü olaraq istintaq orqanına təqdim etmişdir. Hadisə barədə 30 sentyabr səhər saatlarında məlumatı olmuşdur. Hadisə barədə ona bibisi xəbər vermişdir. İsmayıl bacısı Xanımı nişanlı vaxtlarından döyməyə başlamış, onların arasında olan mübahisələr evləndikdən sonra da davam etmişdir. İsmayılın Xanımı döyməsindən ailəsinin xəbəri olsa da, ona deməmişlər. İlk dəfə 5 il əvvəl Xanım ona zəng edərək İsmayılın onu döydüyünü, onu gedib gətirməsə özünü öldürəcəyini demişdir. İsmayıl Xanımı polis dəyənəyi ilə döymüşdür.Bacısının döyüldüyünü bildikdə onu öz evinə gətirmiş, həmin vaxt İsmayılın ailəsi Xanımın qız övladını versələr də, oğlu Vaqifi verməmişlər. Bacısını döydüyünü bildikdə İsmayılla danışıb, ona iradını bildirmişdir. Xanım 3 dəfə İsmayıl onu döydükdən sonra ona zəng edib kömək istəmişdir. Xanım mübahisələrdən sonra İsmayılla özü qərar verib könüllü barışmışdır. Hadisə günü Qax rayonunda olmuşdur. İsmayılla arasında heç vaxt mübahisə olmamışdır. İsmayıl Xanıma çox qısqanclıq etmiş, həmişə 10 dəqiqədən bir zəng edib ondan harada olduğunu, nə geyindiyini soruşmuşdur. Xanımın övladları Vaqifin 7, Yağmurun isə 5 yaşı var. Hadisə barədə məlumatı əvvəcə bibisi, sonra isə polis əməkdaşı vermiş, məlumat aldıqdan dərhal sonra Bakıya gəlmişdir. Bacısının dəfn prosesləri Qax rayonunda həyata keçirilmiş, təqsirləndirilən şəxsin ailəsi və ya yaxın qohumları bacısının dəfnində iştirak etməmişlər. Xanımın mobil telefon nömrəsini xatırlamır. İsmayılın Xanımı döyməsinə heç vaxt əsaslı bir səbəb olmamışdır. Dəfn xərclərini anası qarşılamışdır. Bacısının övladları hazırda Qax rayonunun Cəlair kəndində atası və anasının himayəsindədirlər. Təqsirləndirilən şəxslə barışmamışdır, ona ən ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində bildirmişdir ki, 29 sentyabr 2021-ci il tarixdə 24-cü PŞ-də əməliyyat qrupunda təhqiqatçı kimi 24 saatlıq növbədə olmuşdur. Həmin gün saat 19:25-də DİN-in “102” xidmətindən şöbənin növbətçi hissəsinə Zərərçəkmiş şəxs əri tərəfindən döyülməsi barədə müraciəti daxil olmuşdur. Daxil olmuş məlumat əsasında yoxlamanın aparılması şöbə rəisi tərəfindən növbədə olduğu üçün ona tapşırılmışdır. O, dərhal əməliyyat qrupunda növbədə olan şöbənin sahə inspektoru Cəmil Rəsulov və əməliyyat müvəkkili Şahid6lə birlikdə müraciətin hadisə yerində araşdırılmasından ötrü Zərərçəkmiş şəxs müraciəti ilə bağlı məlumatda göstərilmiş ünvan 4 ünvanına gəlmişdir. O, bir neçə dəfə həmin mənzilin qapısını döysə də, qapını açan olmamışdır. Bununla bağlı tərəfindən əməliyyat qrupu, eləcə də qonşuların iştirakı ilə elə həmin mənzilin qarşısında müvafiq olaraq akt tərtib edilmişdir. Daha sonra isə məlumatın üzərində qeyd edilmiş vətəndaş Zərərçəkmiş şəxs mobil telefon nömrəsinə zəng etmiş, lakin zənglərinə cavab verən olmamışdır. Bundan təxminən 5 dəqiqə sonra Zərərçəkmiş şəxs məlumatda qeyd edilən nömrədən ona zəng etmişdir. O özünü təqdim edib Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı olduğunu bildirmiş və 102 xidmətinə vermiş olduğu məlumat əsasında tərəfindən araşdırma aparıldığını, hazırda da Xanımın yaşadığı ünvanda olduğunu sonuncuya demişdir. Bu zaman Zərərçəkmiş şəxs ona yaşadığı evdə olmadığını, Biləcəri qəsəbəsində bibisigildə olduğunu demişdir. O, ərizəsinin və izahatının alınmasından ötrü Zərərçəkmiş şəxs həmin vaxt olduğu ünvanı deməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs həmin vaxt olduğu ünvanı dəqiq bilmədiyini deyib, ertəsi gün, yəni 30 sentyabr 2021-ci il tarixdə səhər saat 7-8 radələrində şöbəyə yanına gələcəyini bildirmişdir. Bundan sonra şöbəyə qayıdaraq xidmətini davam etdirmişdir. 30 sentyabr 2021-ci il tarixdə saat 7:30-da Zərərçəkmiş şəxs şöbəyə gəlməsi ilə bağlı növbətçi hissədən ona məlumat verilmiş və o, Zərərçəkmiş şəxs xidməti otağında qəbul etmişdir. Zərərçəkmiş şəxs həmin vaxt 24-cü PŞ-nə azyaşlı övladları və bibisi ilə birlikdə gəlmişdir. Zərərçəkmiş şəxs ilk olaraq şifahi qaydada başına gələnləri ona danışaraq, mütəmadi olaraq yersiz qısqanclıqlar səbəbindən əri tərəfindən döyüldüyünü, sonuncu dəfə isə bir gün öncə, yəni 29 sentyabr 2021-ci il tarixdə günorta saatlarında yaşadığı evdə döyüldüyünü bildirmişdir. Bundan sonra tərəfindən Zərərçəkmiş şəxs ərizəsi və izahatı alınmış və ekspert müayinəsindən keçməsindən ötrü sonuncuya qərar təqdim edilmişdir. 30 sentyabr 2021-ci il tarixdə növbəsini təhvil verib evə getməli olduğundan, işlərini tez yekunlaşdırmaq məqsədilə Xanımın ona verdiyi əri İsmayılın mobil telefon nömrəsinə zəng edərək izahatının alınmasından ötrü şöbəyə dəvət etmişdir. O hansı zərurətlə əlaqədar izahatının alınması ilə bağlı İsmayıla heç bir məlumat verməmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs ona əri ilə üz-üzə gəlmək istəmədiyini demişdir. O, Xanıma artıq onunla işlərini yekunlaşdırdığını və əri gələnədək şöbədən gedəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs ərinin polis olması, eləcə Nizami RPİ-də xidmət aparması ilə bağlı ona nə şifahi, nə də ki, yazılı məlumat verməmişdir. Zərərçəkmiş şəxs getmək üçün otaqdan çıxmağa hazırlaşan zaman növbətçi hissədə məsul növbətçi əvəzi olan Şahid4 xidməti otağına daxil olaraq izahatının alınmasından ötrü çağırılmış şəxsin Nizami RPİ-nin PPX bölüyündə xidmət aparan polis nəfəri olduğunu və artıq şöbədə növbətçi hissənin qarşısında dayandığını bildirmişdir. Bu zaman o hansı səbəblərə görə ərinin polis əməkdaşı olmasını ona deməməsini Zərərçəkmiş şəxs soruşmuşdur. Xanım isə ona heç bir cavab verməmişdir. İsmayılın polis əməkdaşı olmasını bilən kimi, materialın aidiyyəti üzrə göndərilməsi məsələsinin həlli ilə bağlı daxili rabitə vasitəsilə şöbə rəisinə məruzə edərək 102 xidmətindən daxil olmuş məlumatda göstərilən, barəsində şikayət edilən şəxsin polis əməkdaşı olmasını, Nizami RPİ-nin PPX bölüyündə xidmət etdiyini və hazırda da şöbədə olduğunu bildirmişdir. Bu zaman şöbə rəisi Təqsirləndirilən şəxs qəbul etməsindən ötrü xidməti otağına gətirməyini tapşırmışdır. Bundan sonra otaqdan bayıra çıxmış və Təqsirləndirilən şəxs dəhlizdə dayanıb şöbənin əməkdaşları ilə söhbət etdiyini görmüşdür. İsmayılı dəvət edərək sonuncunu şöbə rəisinin qəbuluna aparmışdır. Hətta rəisin otağına qalxarkən İsmayıla iradlarını bildirib bir polis əməkdaşı kimi arvadını döyməsinin polis əməkdaşına yaraşan hərəkət olmadığını da demişdir. İsmayılla birlikdə rəisin qəbulunda olmuş, rəis də öz növbəsində arvadını döyməsi ilə bağlı İsmayıla iradlarını bildirərək barəsində arvadının DİN-nin 102 xidmətinə məlumat verməsi, eləcə də şöbədə material toplanması ilə bağlı bölük komandirini məlumatlandırmasını, daha sonra isə xidmətinə geri qayıtmasını İsmayıla tapşırmışdır. Daha sonra şöbə rəisi Şahid3 idarə rəisinə məruzə edəcəyini, ailə münaqişəsi barədə tam məlumatlı olması üçün Zərərçəkmiş şəxs da dinləyəcəyini ona deyib, Xanımı da qəbuluna gətirməyini ona tapşırmıdır. O, rəisin xidməti otağından çıxanda İsmayılın qəbul otağının qarşısında dayandığını görüb İsmayıla xidmətinə qayıtmasını tapşırmışdır. İsmayıl isə indilərdə gedəcəyini demişdir. O, dərhal xidməti otağına gəlib Xanımla birlikdə yenidən şöbə rəisinin qəbuluna getmişdir. Rəis Xanımı da dinləmiş və sonuncuya əri İsmayılın qanun qarşısında cavab verəcəyini bildirmişdir. Bundan sonra Xanımla birlikdə otaqdan çıxan zaman rəis ona materialın aidiyyəti üzrə prokurorluğa göndərilməsi məsələsini həll etməyini tapşırmışdır. Xanımla birlikdə rəisin xidməti otağından çıxarkən İsmayıl Xanıma yaxınlaşaraq barışmasını və şikayət ərizəsini geri götürməsini xahiş etmişdir. Xanım isə artıq hər şeyin gec olduğunu İsmayıla bildirmişdir. O, bir daha İsmayıla xidmətinə qayıtmasını tapşırmış və Xanımla birlikdə xidməti otağına gəlmişdir. O, otağa daxil olandan bir neçə saniyə sonra İsmayıl da otağa daxil olmuşdur. Həmin vaxt o, yarıməyilmiş vəziyyətdə ayaqüstdə masa üzərində toplanmış materialı nəzərdən keçirmiş, Xanım qarşısında sağ tərəfdə, bibisi onunla üzbəüz Xanımın sağ tərəfində, bibisinin sağ tərəfindəki divanda isə İsmayılın azyaşlı uşaqları oturaqlı vəziyyətdə olmuşlar. İsmayılın otağa daxil olmasını görən kimi bir daha xidmətinə geri qayıtmasını bildirmişdir. Bu zaman İsmayıl ona uşaqları ilə görüşmək üçün otağa daxil olduğunu, görüşüb gedəcəyini demişdir. İsmayıla tez uşaqları ilə görüşüb otaqdan çıxmasını tapşırmış və öz işinə davam etmişdir. Elə bu zaman ani olaraq atəş səslərinə başını qaldırmış və İsmayılın sağ əlində xidməti silahını tutmaqla ard-arda arvadı Xanıma atəşlər açdığını görmüşdür. Bu səhnəni görən kimi Xanıma əlavə güllələrin dəyməsinin qarşısını almaq məqsədilə dərhal öz masasının arxasından çıxmaqla İsmayıla yaxınlaşaraq sağ əli ilə İsmayılın sağ biləyindən, sol əli ilə boynundan tutub geri çəkməklə sonuncunu xidməti otağından dəhlizə çıxarmış və İsmayılı tərk-silah etmişdir. Xidməti otağında İsmayılın sağ biləyindən tutub silahın istiqamətini dəyişən zaman İsmayıl hələ də atəşlər açmağa davam etmişdir. Atəş səslərinə şöbənin bütün əməkdaşları dəhlizdə xidməti otağının qarşısına toplaşmışdır. Bundan sonra şöbə əməkdaşlarının köməkliyi ilə Təqsirləndirilən şəxs növbətçi hissədə saxlanılmış və baş vermiş hadisə ilə bağlı Nizami rayon prokurorluğuna məlumat verilmişdir. Dərhal xidməti otağına qayıdıb hərəkətsiz vəziyyətdə döşəmə üzərində üzüüstdə uzanıb qalmış Zərərçəkmiş şəxs yaxınlaşaraq sonuncunu çevirmiş və ağzından qan gəldiyini görmüşdür. Dərhal qışqırıb təcili tibbi yardıma məlumat verilməsini tapşırmışdır. Lakin təcili tibbi yardım maşını gec gələcəyindən Zərərçəkmiş şəxs şöbə əməkdaşlarının köməkliyi ilə xidməti avtomobillərin birində xəstəxanaya göndərilmiş, özü isə şöbədə qalmışdır. Lakin Zərərçəkmiş şəxs xəstəxanaya aparılarkən almış olduğu güllə yaralarından yolda ölmüşdür. Hazırda Nizami RPİ-nin 24-cü PŞ-də təhqiqatçı işləyir. İsmayılın xidməti otağına daxil olduğunu gördükdə şöbə rəisinin ona gedib xidmətini davam etdirməsini tapşırdığını bildirmişdir. Şöbə rəisi əvvəlcə Təqsirləndirilən şəxs qəbul etmişdir. Şöbə rəisi və o, Təqsirləndirilən şəxs gedib xidmətini davam etdirməsini tapşırmışlar. Zərərçəkmiş şəxs yanında Təqsirləndirilən şəxsla telefon əlaqəsi yaratmamışdır. Təqsirləndirilən şəxs şöbəyə gəldikdə Şahid4 xidməti otağına gəlib ona arvadını döyən şəxsin polis nəfəri olduğunu və onu tanıdığını bildirmişdir. Təqsirləndirilən şəxs atəşlər açması nəticəsində xidməti otağının divarlarında müxtəlif yerlərdə atəş izlərinin yarandığını, eləcə də şəxsi “Samsung” markalı notbukunun zədələndiyini görmüşdür. Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanla bağlı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs xidməti otağına dəvət etməmişdir. Videogörüntülərdən də görünür ki, o, Təqsirləndirilən şəxs xidməti otağının qabağından kənarlaşdırmağa çalışmışdır. O, xidməti otağıma daxil olduqdan bir neçə saniyə sonra Təqsirləndirilən şəxs otağına daxil olmuşdur. Təqsirləndirilən şəxs uşaqları ilə görüşdükdən sonra otağını tərk etməsini bildirmişdir. Zərərçəkmiş şəxs ona ərinin polis nəfəri olduğunu deməmişdir. Təqsirləndirilən şəxsin polis əməkdaşı olduğunu Təqsirləndirilən şəxs polis şöbəsinə gəldikdən sonra Şahid4 onun barəsində məlumat verməsi ilə bilmişdir. O, Təqsirləndirilən şəxs şöbəyə çağıran zaman polis nəfəri olduğunu bilməmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşı olduğunu bildikdə ilk addımı bu barədə şöbə rəsisinə məlumat vermək olmuşdur. Şöbə rəisi Təqsirləndirilən şəxs polis nəfəri olduğunu müvafiq rəhbərliyə məruzə etməli olduğundan təqsirləndirilən şəxsi otağında qəbul etmişdir. Polis nəfəri barədə şikayət daxil olması onun hələ cinayət əməlini törətməsini sübut etməmiş və o hər bir halda polis nəfəri barəsində şikayət daxil olduğunu şöbə rəisinə bildirməli olmuşdur. Hadisə Nizami RPİ-nin 24-cü PŞ-də araşdırıldığından müvafiq rəhbərliyə həmin polis şöbəsindən məruzə edilməli olmuşdur. Təqsirləndirilən şəxs üzərində silah olubolmamasına fikir verməmiş, onun hadisə günü xidmətdə olduğunu hadisə baş verdikdən sonra bilmişdir. Zərərçəkmiş şəxs şöbə rəisinin otağından çıxan zaman Təqsirləndirilən şəxsnın arvadı ilə barışıq cəhdlərinin şahidi olmuşdur. Təqsirləndirilən şəxs barışıq təklifinə Zərərçəkmiş şəxs verdiyi cavab yadında olmasa da, hərəkətlərindən barışmaq istəmədiyi anlamışdır. Şöbədə olan zaman Zərərçəkmiş şəxs ərinin ünvanına nalayiq ifadə işlətdiyini eşitməmiş, mərhumun bibisi Şahid2 şöbədə olan zaman təqsirləndirilən şəxsin ünvanına nalayiq ifadə işlədib-işlətmədiyini xatırlamır. Təqsirləndirilən şəxs silahını çıxardığı anı görməmiş, atəş səsini eşitdikdən dərhal sonra Təqsirləndirilən şəxs arvadına atəş açmasının qarşısını almaq üçün onun biləyindən və boynundan tutub geri çəkmişdir. Atəş açılan zaman Təqsirləndirilən şəxs ilə arasında təxminən 2 metr məsafə olmuşdur. O, Təqsirləndirilən şəxs tutduqdan sonra da atəş açmağa davam etmiş, Təqsirləndirilən şəxs artıq o, İsmayılı tərk-silah etdikdən sonra ona niyə mane olduğunu, özünü də öldürmək istədiyini demişdir. Hadisədən sonra İsmayıl peşman vəziyyətdə “artıq bu baş verənlərdən sonra yaşamağımın mənası yoxdur” demişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs atəş açmasının səbəbini soruşduqda arvadının polis şöbəsinə gəlib barəsində şikayət etməsini qəbul edə bilmədiyini demişdir. Xidməti otağında olarkən Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ünsiyyət qurmamışlar. Təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs təxminən 3-4 dəfə atəş açdığını güman etmişdir. O, Təqsirləndirilən şəxs tutduqdan sonra İsmayıl artıq divarlara və stola atəş açmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 ifadəsində bildirmişdir ki, mərhum Zərərçəkmiş şəxs qardaşı Musanın qızıdır. Zərərçəkmiş şəxs Bakı Dövlət Universitetinin tələbəsi olmuşdur. Hələ tələbəçilik illərində universitetin yaxınlığındakı qaçqınlar üçün nəzərdə tutulmuş yataqxanada yaşayan Təqsirləndirilən şəxs ilə tanış olaraq bir-birlərini sevmiş və elə həmin dövrdə də nişanlanmışlar. Bir müddət sonra İsmayılla Xanımın toyları olmuş, qanuni nikahdan 2 övladları dünyaya gəlmişdir. Xanım ailə qurduqdan sonra bir neçə il İsmayıl və sonuncunun ailəsi ilə birlikdə həmin yataqxanada yaşamışdır. Təqsirləndirilən şəxs Nizami RPİ-nin PPX bölüyündə polis nəfəri işlədiyindən, bir neçə ildən sonra sonuncu ailəsi ilə birlikdə Nizami rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığındakı binada yerləşən mənzillərin birində kirayədə yaşamağa başlamışdır. İsmayılla Xanımın əvvəllər münasibətləri çox yaxşı olsa da, zaman keçdikcə aralarında tez-tez mübahisələri başlamışdır. Buna səbəb isə İsmayılın yersiz və əsassız qısqanclıqları olmuşdur. İsmayıl Xanımı çox nəzarətdə saxlamış, evdən bayıra çıxmağa qoymamış, əsassız yerə Xanımı dəfələrlə döymüşdür. Xanım təbiətcə fağır və sakit bir insan olduğundan İsmayıl tərəfindən döyülməsi ilə bağlı heç vaxt hüquq mühafizə orqanlarına məlumat verməsə də, başına gələnləri ona, eləcə də valideynlərinə danışmışdır. 22 sentyabr 2021-ci il tarixdə Xanımın oğlu Vaqif orta məktəbin İ sinfində təhsilə başlamışdır. Bundan sonra İsmayılın yersiz qısqanclıqları daha da çoxalmışdır. Belə ki, Vaqifin sinif yoldaşlarının valideynləri, eləcə də müəlliməsi bir-birləri ilə əlaqə saxlamaq məqsədilə “WhatsApp” qrupu yaratsalar da, İsmayıl arvadı xanımı həmin qrupa qoşulmağa qoymamış, həmin qrupa öz mobil telefon nömrəsi ilə qoşulmuş və bütün yazışmaları özü oxumuşdur. 29 sentyabr 2021-ci il tarixdə günorta saatlarında Vaqifin sinif yoldaşlarından birinin valideyni “WhatsApp” qrupunda yazaraq Xanımdan hansısa valideynin nömrəsini istəmiş, İsmayıl buna görə də əsəbiləşmiş və işdən çıxıb evə gələrək arvadı Xanımı döyərək mobil telefonunu əlindən alıb, qapını bayırdan bağlayaraq yenidən işə qayıtmışdır. Daha sonra isə elə həmin gün Xanım evdə olan ehtiyat açarla qapını açıb uşaqlarının sənədlərini, eləcə də şəxsi əşyalarını götürüb Biləcəri qəsəbəsinə onun evinə gəlmişdir. Bütün bu olanların hamısını Xanım ona evinə gələndən sonra danışmışdır. O həmin vaxt Xanımın bədəninin müxtəlif nahiyələrində xəsarətlərin olduğunu görmüşdür. Bundan başqa söhbət zamanı Xanım ona artıq hər şeydən bezdiyini, dözə bilmədiyini, ərindən boşanmaq istədiyini, boşanma işini tezləşdirmək məqsədilə DİN-nin 102 xidmətinə zəng etmək fikrinin olduğunu demişdir. O bununla bağlı valideynləri ilə məsləhətləşməyi Xanıma məsləhət görmüşdür. Daha sonra Xanım ərindən boşanması ilə baglı zəng edərək valideynlərindən icazə almışdır. Valideynləri isə Xanıma “sən özün bilərsən” deyə cavab vermişlər. Bundan sonra Xanım DİN-nin 102 xidmətinə zəng edərək əri tərəfindən döyülməsi barədə məlumat vermişdir. Bir müddət sonra Nizami RPİ-nin 24-cü PŞ-nin Füzuli adlı təhqiqatçısı zəng edərək 102 xidmətindən daxil olmuş məlumatla bağlı Xanımı şöbəyə dəvət etmiş, Xanım isə ertəsi gün şöbəyə gələ biləcəyini təhqiqatçıya demişdir. Bu zaman Füzuli 30 sentyabr 2021-ci il tarixdə səhər saat 09:00-da növbəni təhvil verəcəyini Xanıma deyərək saat 08:00-da şöbədə olmasını xahiş etmişdir. 29 sentyabr 2021-ci il tarixdə Xanım uşaqları ilə birlikdə onun evində qalmışdır. 30 sentyabr 2021-ci il tarixdə səhər saat 7 radələrində Xanımla birlikdə taksi sifariş edərək saat 8 radələrində şöbəyə gəlmişlər. Həmin vaxt Xanımın 2 azyaşlı uşağı da onların yanında olmuşdur. Füzuli müəllim Xanımı uşaqları və onunla birlikdə xidməti otağında qəbul etmiş və Xanımı sorğusual etmişdir. Daha sonra isə izahatını alaraq ekspert müayinəsindən keçməsindən ötrü Xanıma qərar təqdim etmişdir. Daha sonra isə Füzuli müəllim elə Xanımın yanında İsmayıla zəng edərək şöbəyə dəvət etmişdir. Bu zaman Xanım İsmayıldan çox qorxduğunu, sonuncunu görmək istəmədiyini təhqiqatçıya demişdir. Füzuli müəllim Xanıma narahat olmamağı, İsmayılın izahatını başqa otaqda alacağını demişdir. Qəfildən İsmayıl üzərində xidməti geyim forması və xidməti silahı ilə təhqiqatçının otağına daxil olmuşdur. İsmayıl otağa daxil olan kimi təhqiqatçıya uşaqlarını öpüb gedəcəyini demiş və bir qədər qabağa əyilərək Vaqifin üzündən öpüb yenidən geri çəkilmişdir. Elə bu zaman İsmayıl gözlənilmədən üzərində olan tapançanı çıxardıb Xanıma tərəf tutub ardıcıl olaraq atəşlər açmağa başlamışdır. Həmin anda Füzuli müəllim dərhal cəld hərəkətlərlə İsmayıla yaxınlaşaraq qolundan tutub silahı əlindən almağa çalışmışdır. Füzuli müəllim çox çətinliklə də olsa, İsmayılı otaqdan bayıra çıxarmışdır. Bundan sonra şöbədə olan digər polis əməkdaşları da otağa daxil olmuşlar. Xanım şöbədə olan polis əməkdaşları tərəfindən xəstəxanaya aparılmışdır. 29 sentyabr 2021-ci il tarixdə Xanım ona taksi sürücüsünün telefonu ilə zəng etmişdir. Xanım İsmayılın onu polis dəyənəyi ilə döydüyünü demişdir. Xanım 102-ə ərinin ona etdikləri barədə şikayət etsə tez boşana biləcəyini demişdir. X2 mobil nömrəsini istədikdə Xanım ərini çağırmamalarını, qorxduğunu demişdir. Ramin adlı polis nəfəri təhqiqatçıya İsmayılı tanıdığını və nömrəsini bildiyini demişdir. Xanımın təhqiqatçıya İsmayılın polis nəfəri olduğunu deyib-demədiyini xatırlamır. Polis şöbəsində İsmayılla Xanımın ünsiyyətinin şahidi olmamış, İsmayıl təhqiqatçının otağına daxil olan zaman Xanıma heçnə deməmişdir. Polis şöbəsində olan zaman İsmayılı yalnız təhqiqatçının otağında görmüşdür. Polis şöbəsində olan zaman Xanımın İsmayılın ünvanına nalayiq ifadə işlətdiyini eşitməmişdir. O, İsmayılın üzünə qarşı nalayiq ifadə işlətməmiş, ola bilsin ki, nə vaxtsa İsmayıl barəsində nalayiq ifadə işlətmişdir, lakin İsmayıl həmin vaxt yanında olmamışdır. Hadisə çox ani baş verdiyi üçün İsmayılın silahını çıxardığı anı görməmişdir. Atəş açıldıqdan dərhal sonra Şahid1 cəld tərpənərək İsmayılı tutub geri çəkməyə çalışmışdır. İsmayıl həmişə Xanıma qarşı yersiz və əsassız qısqanclıqlar etmişdir. Otağa daxil olan zaman İsmayıla baxmadığı üçün silahını haradan çıxardığını görməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid4 ifadəsində bildirdi ki, 29 sentyabr 2021-ci il tarixdə 24-cü PŞ-də məsul növbətçini əvəz etməklə şöbənin növbətçi hissəsində olarkən saat 19:25-də DİN-in “102” xidmətindən Zərərçəkmiş şəxs əri tərəfindən döyülməsi barədə müraciəti daxil olmuşdur. Daxil olmuş məlumat əsasında həmin gün əməliyyat qrupunda növbədə olan növbətçi təhqiqatçı Şahid1 məlumat verilmişdir. Şahid1 həmin gün əməliyyat qrupunda növbədə olan şöbənin sahə inspektoru Cəmil Rəsulov və əməliyyat müvəkkili Şahid6lə birlikdə müraciətin hadisə yerində araşdırılmasından ötrü Zərərçəkmiş şəxs müraciəti ilə bağlı məlumatda göstərilmiş ünvan 4 ünvanına getmək məqsədilə şöbədən çıxmışdır. Bundan təxminən 30-40 dəqiqə sonra Şahid1 digər qrup üzvləri ilə yenidən şöbəyə qayıtmışdır. Şahid1 deməsindən ona məlum olmuşdur ki, daxil olmuş məlumat əsasında əməliyyat qrupu göstərilən ünvana getmiş, lakin həmin ünvanda qapını açan olmamış, daha sonra Şahid1 Zərərçəkmiş şəxs ilə telefonla danışmış, sonuncu ertəsi gün, yəni 30 sentyabr 2021-ci il tarixdə səhər saatlarında şöbəyə gələcəyini demişdir. O, yenə də xidmətini növbətçi hissədə davam etdirmişdir. 30 sentyabr 2021-ci il tarixdə saat 8 radələrində təsadüfən mobil telefonuna baxanda əvvəlcədən Nizami RPİ-nin PPX bölüyündə polis nəfəri vəzifəsində işləyən Təqsirləndirilən şəxs bir dəfə zəng etdiyini, lakin telefonu səssiz rejimdə olduğundan İsmayılın zənginin cavabsız qaldığını görmüşdür. O, 2016-cı ilin mart ayından həmin ilin iyun ayınadək Nizami RPİ-nin PPX bölüyündə tağım komandiri vəzifəsində işlədiyindən, Təqsirləndirilən şəxs onun tağımında polis nəfəri kimi xidmət apardığından sonuncunu əvvəlcədən tanımışdır. İsmayılın zənginə cavab verə bilmədiyindən sonuncuya zəng etmişdir. Bu zaman İsmayıl ona şöbənin həyətində olduğunu deyib bayıra çıxmağını xahiş etmişdir. Bayıra çıxanda İsmayılın xidməti geyim formasında şöbənin həyətində dayandığını görmüşdür. Söhbət əsnasında İsmayıl ona arvadı Zərərçəkmiş şəxs döydüyünə görə sonuncunun DİN-nin 102 xidmətinə məlumat verdiyini və bununla bağlı təhqiqatçı Şahid1 tərəfindən şöbəyə dəvət olunduğu üçün gəldiyini bildirmişdir. 29 sentyabr 2021-ci il tarixdə 102 xidmətindən daxil olmuş məlumatı verən şəxsin İsmayılın arvadı olduğunu bilmişdir. İsmayılı əvvəldən də nizam-intizamlı bir işçi kimi tanıdığından sonuncuya irad olaraq arvadını döyməsinin polis işçisinə yaraşan hərəkət olmadığını bildirmişdir. İsmayıl isə bunun bir səhv olduğunu, əməlindən peşman olduğunu demişdir. Zərərçəkmiş şəxs DİN-nin 102 xidmətinə vermiş olduğu məlumatda ərinin polis əməkdaşı olmasını bildirmədiyindən, o bu barədə təhqiqatçı Şahid1 məlumat vermək qərarına gəlmişdir. Şahid1 xidməti otağına doğru gedərkən İsmayıl da onunla bir yerdə arxasınca otağa doğru getmişdir. O, təhqiqatçının otağının qapısını açan kimi otaqda oturmuş Xanımın bibisi onun arxasında olan İsmayılı görüb “budur şərəfsiz də gəldi!” sözlərini demişdir. O, mübahisə və artıq söz-söhbət olmasın deyə əli ilə İsmayılı saxlayaraq dəhlizdə gözləməsinə işarə etmiş, özü isə Şahid1 otağına daxil olub qapını bağlamış və sonuncuya Zərərçəkmiş şəxs döyən şəxsin, yəni ərinin polis əməkdaşı olmasını və hazırda da şöbədə olduğunu bildirmişdir. Füzuli isə ona İsmayılın gözləməsini, özünün dəhlizə çıxacağını demişdir. Bundan sonra o, İsmayılla birlikdə yenidən növbətçi hissənin qarşısına gəlmiş və pilləkənlərin qarşısında dayanmışdır. Bundan təxminən 2 dəqiqə sonra Şahid1 xidməti otağından bayıra çıxıb Təqsirləndirilən şəxsla birlikdə şöbə rəisi Şahid3 qəbuluna getmişdir. O, İsmayılı yaxşı bir əməkdaş kimi tanıdığından fürsətdən istifadə edib Şahid1 xidməti otağına daxil olaraq, İsmayılla arvadı Zərərçəkmiş şəxs barışdırmaq məqsədilə sonuncu ilə söhbət etməyə başlamışdır. Söhbət zamanı Xanıma əri İsmayılı bir neçə ildir ki, nizam-intizamlı əməkdaş kimi tanıdığını, hər bir ailədə sözsöhbətin olduğunu deyib, barışmalarını, uşaqlarını da götürüb evə getmələrini xahiş etmişdir. Bu zaman Zərərçəkmiş şəxs əri tərəfindən mütəmadi olaraq heç bir əsaslı səbəb olmadan döyüldüyünü, artıq bundan bezdiyini, məcbur qalıb sonda DİN-nin 102 xidmətinə məlumat verdiyini, artıq hər şeyin gec olduğunu ona demişdir. Söhbət əsnasında otaqda olan Xanımın bibisi də ona şöbədən çıxdıqdan sonra boşanma ilə bağlı məhkəməyə də müraciət edəcəklərini demişdir. O, Xanımla olan danışıqlarının heç bir nəticə vermədiyini görüb Xanıma və bibisinə heç nə demədən Şahid1 otağından çıxaraq növbətçi hissədə xidmətini davam etdirmişdir. Bundan təxminən 10 dəqiqə sonra qəfildən şöbənin daxilindən eşidilən atəş səslərinə növbətçi hissədən bayıra çıxmış və bu zaman Şahid1 xidməti otağından Təqsirləndirilən şəxs əlində silahı ola-ola sağ biləyindən, eləcə də boynundan tutub dəhlizə çıxartdığını görmüşdür. Onunla birlikdə demək olar ki, şöbənin bütün əməkdaşları dəhlizə çıxmışdır. Bu səhnəni görüb başa düşmüşdür ki, İsmayıl Şahid1 otağında arvadı Zərərçəkmiş şəxs atəşlər açmışdır. Zərərçəkmiş şəxs şöbə əməkdaşları tərəfindən xidməti avtomobillə xəstəxanaya aparılsa da, yolda olan zaman ölmüşdür. İsmayılın tağım komandiri olduğu üçün onu əvvəldən tanımışdır. Zərərçəkmiş şəxs şöbəyə gələn zaman onun Təqsirləndirilən şəxs həyat yoldaşı olduğunu bilməmişdir. Təqsirləndirilən şəxs Şahid1la görüşdürdükdən sonra o, təhvil-təslimə getmişdir. İsmayıldan nə səbəbə şöbəyə gəldiyini soruşduqda Şahid1 onu çağırdığını demişdir. Zərərçəkmiş şəxs ərinin polis nəfəri olması barədə heçnə deməmişdir. O, Təqsirləndirilən şəxs 1-ci mərtəbədə təhqiqatçı ilə görüşdürdükdən sonra yuxarı mərtəbəyə qalxmamışdır. Zərərçəkmiş şəxs polis şöbəsinə bibisi ilə birlikdə özü gəlmişdir. Zərərçəkmiş şəxs İsmayılın həyat yoldaşı olduğunu İsmayıl polis şöbəsinə gəldikdən sonra bilmişdir. Polis şöbəsinin qabağında olan zaman İsmayıl özü ona zəng etmişdir. Zərərçəkmiş şəxs İsmayılın ünvanına nalayiq ifadə işlətməsini eşitməmiş, mərhumun bibisi polis şöbəsində İsmayılı gördükdə “şərəfsiz” demişdir. İsmayıl tərk-silah olunduqdan sonra dizləri üstdə yerə çöküb sakit dayanmışdır. İsmayıldan nə üçün hadisəni törətdiyini soruşduqda sanki şokda olmuş və ona cavab verməmişdir. Hadisəni görməmişdir. Atəş səslərini eşitdikdən sonra dəhlizə çıxmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 və Şahid6 Şahid4 ifadəsinə uyğun oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid3 Fəhrad oğlunun ifadəsinin məzmunundan görünür ki, o, Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 208-210). Cinayət işinin materiallarında olan “baxış keçirilməsi və götürmə haqqında” protokollardan görünür ki, baxış keçirilən zaman həmin otaqda döşəmə üzərindən 15 ədəd giliz, 12 ədəd güllə, 2 ədəd pambıq tampona hopdurulmuş qanabənzər ləkələr, masa üzərində olan 1 ədəd “Samsung” markalı noutbuk, mərhum Zərərçəkmiş şəxs məxsus əl çantası, eləcə də 24-cü PŞ-nin daxilində quraşdırılmış müşahidə kameralarının görüntüləri müvafiq qaydada götürülərək qablaşdırılmışdır. Nizami RPİ-nin 24-cü PŞ-nin inzibati binasının daxilində quraşdırılmış müşahidə kameralarının görüntülərinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 30 sentyabr 2021-ci il tarixdə saat 8:28:11-də şöbənin inzibati binasına gəlmiş, saat 8:48:59-da təhqiqatçı Şahid1 xidməti otağına daxil olmuş və bundan sonra da həmin otaqda arvadı Zərərçəkmiş şəxs xidməti silahdan atəşlər açmışdır ki, saat 8:49:32-də Şahid1 tərəfindən əlində odlu silahla dəhlizə çıxarılaraq tərk-silah olunmuşdur. Bundan başqa istintaq zamanı cinayətin aləti olan 1 ədəd Zəfər-K modelli, 0954 nömrəli xidməti silah və həmin silaha aid 1 ədəd boş daraq müvafiq qaydada götürülərək qablaşdırılmışdır (cild 1, iş vərəqə 5-55, 93). Cinayət işinin materiallarında olan “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitinə baxış keçirilmiş, meyitin xarici və daxili müayinəsi aparılmışdır. Meyitin daxili müayinəsi zamanı sol bazunun yuxarı 3/1-nin iç yan səthində yumşaq toxumaların arasından 1 ədəd güllə aşkar edilərək müvafiq qaydada götürülüb qablaşdırılmışdır. Həmçinin cinayət hadisəsi baş verən zaman mərhum Zərərçəkmiş şəxs əynində olmuş paltarları - qara rəngli dəri materialdan gödəkcə, boz rəngli olmaqla üzərində “Charming” sözləri yazılmış uzunqol mayka tipli köynək, göy rəngli cins materialdan şalvar, qara rəngli büstqalter, qırmızı rəngli trusik, boz rəngli 1 cüt corab, 1 cüt qara rəngli idman tipli ayaqqabı müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür (cild 1, iş vərəqə 57-81). Cinayət işinin materiallarında olan götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olmuş xidməti geyim paltarları - tünd göy rəngli olmaqla sol qolunda “polis PPX”, sağ qolunda “Azərbaycan DİN”, sol sinə hissəsində “polis PPX” sözləri ilə etiketləri olan uzunqol kitel, qara rəngli olmaqla sağ və sol ayaq hissələrinin üzərində “polis” sözləri yazılmış şalvar, üzərində 2 ədəd boş kabura olan qara rəngli parça materialdan kəmər və 1 cüt qara rəngli ayaqqabı müvafiq qaydada götürülərək qablaşdırılmışdır (cild 1, iş vərəqə 133-134). Cinayət işinin materiallarında olan “Oxu”.az saytında olan səs yazısına “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, “Sona” adlı şəxsə aşağıdakı məzmunda səsli SMS göndərilmişdir: “Sona, salam. Axşamın xeyir. Neçə vaxtdır, elə onunla tanış olduğum gündən bu vəziyyətdəyəm. Son vaxtlar da münasibətimiz, danışıqlarımız, davranışlarımız lap pisdir. Yəni, onun davranışı. Bu gün artıq son idi. İşdən yarımçıq gəldi evə, döydü, söydü, çırpdı, vurdu, nə bilim telefonu əlimdən aldı. Başımı çırpdı divara, şifonerə, yerə, nə bilim, şillə, təpik yumruq. Dedim İsmayıl, uşaqları da götürüb çıxıb gedəcəyəm. Telefonu əlimdən aldı, nömrəni qırdı ki, heç kimə zəng edə bilməyim. Qapını da çöldən bağlayıb işə getdi. Ürəyim partlayırdı. Bilmədim kimə necə xəbər verim, burdan uşaqlarla necə çıxım. Təzə evə köçmüşdük “Neftçilər”ə. Birdən o gedəndən sonra yadıma düşdü ki, bir açar qoymuşdum sumkama. Qapını açdım, uşaqları geyindirib tez çıxdım. Taksi axtardım ki, Biləcəriyə gedim. Məni görüb aparmaq istəmədi, qorxdu. Dedim nə qədər istəsən, verəcəyəm, bircə məni apar. Razılaşdı. Söhbət də onun üstündə oldu ki, Vaqifin məktəbi başladı. Uşağın məktəbi başlayandan bizim problemlərimiz var. Müəllimə “WhatsApp” qrupu açıb. Allah kömək olmuş mənə “İphone” telefon alıb, içində “YouTube”dan başqa heç nə yoxdur. Özünün ayrı bir nömrəsinə “WhatsApp” yükləyib. Mən də müəllimə demişəm ki, sal bu nömrəni qrupa mənim də məktəbdən xəbərim olsun. Müəllimə də demişəm ki, guya öz nömrəmdir” (cild 1, iş vərəqə 211-214). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 30 oktyabr 2021-ci il tarixli 144 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edilmişdir: A) 1. Döş qəfəsinin arxa səthinin sağ yarısında, arxa qoltuq xətti üzrə Vİ-Vİİ qabırğaarası proyeksiyada döş boşluğuna keçərək, sağ ağciyərin aşağı və orta paylarının, sol V-Vİİ qabırğaların zədələnməsi ilə müşayiət olunan və döş qəfəsinin arxa-sol səthini dəlib-keçən 2 ədəd, qarın boşluğuna keçərək qaraciyəri, diafraqmanın sağ gümbəzini zədələyib döş boşluğuna nüfuz edən, sağ İX-X qabırğaların və Vİİ fəqərənin cismini zədələyərək döş qəfəsinin arxa səthində sağ onurğanın xətt üzrə nahiyəsini dəlib-keçən 1 ədəd - cəmi 6 ədəd; 2. Döş qəfəsinin ön səthinin sol yarısında, körpücük xətti üzrə İV-V qabırğaarası sahədə 1 ədəd və sol süd vəzinin bayır səthində 1 ədəd, süd vəzinin dəri və yumşaq toxumalarının zədələnməsi ilə müşayiət olunan dəlib-keçən - cəmi 2 ədəd; 3. Sol bazunun orta 1/3-nin ön-iç səthində dəri, yumşaq toxuma və bazu sümüyünün sınması ilə müşayiət olunan 1 ədəd kor; 4. Sağ dirsək nahiyəsinin arxa səthində dəlib-keçən 1 ədəd; 5. Sağ saidin orta 1/3-nin ön səthində 1 ədəd; 6. Sol baldırın orta 1/3-nin arxa-iç səthində 1 ədəd və arxa-bayır səthində 1 ədəd dəlib-keçən - cəmi 2 ədəd; 7. Sol əlin İ barmağının arxa səthində falanqalararası oynaq proyeksiyasına uyğun nahiyədə 1 ədəd və ön səthində 1 ədəd, barmağın hər iki falanqa sümüklərinin qəlpəli sınığı ilə müşayiət olunan dəlib-keçən - cəmi 2 ədəd (ümumilikdə 15 ədəd odlu silah yaralanması); 8. Qarının sol yarısının ön divarının sol qabırğaaltı nahiyədə 1 ədəd, qarının sol yarısının ön divarında, qalça sümüyü tininin proyeksiyasına uyğun nahiyəsində 1 ədəd, sağ bel nahiyəsində 1 ədəd, sol əlin V barmağının ön səthində, əsas falanqa proyeksiyasına uyğun nahiyəsində 1 ədəd, sol budun yuxarı 1/3-nin ön səthində 2 ədəd, sağ budun yuxarı 1/3-nin ön səthində 1 ədəd, sağ qasıq nahiyəsində 1 ədəd və sağ diz nahiyəsinin ön-iç səthində 1 ədəd toxunan odlu silah yaralanması - cəmi 9 (doqquz) ədəd. V) 1. Sol bazunun orta və aşağı 1/3-nin önbayır səthini əhatə edən nahiyədə hematoma; 2. Alının sağ yarısının ön səthində 1 ədəd, burun belinin sağ yarısında 1 ədəd, sol budun yuxarı 1/3-nin bayır səthində 1 ədəd, sağ baldırın yuxarı 1/3-nin arxa-bayır səthində 1 ədəd, sağ sağrının aşağı iç kvadratı nahiyəsində 1 ədəd, sol əlin arxa səthində 1 ədəd və sol budun aşağı 1/3-nin ön səthində 2 ədəd qançırlar. Həmin rəyə əsasən mərhum Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş odlu silah yaralanmaları, həmçinin sağ alın nahiyəsinin və burnun bel nahiyəsinin qançırları həyatidir, ölümündən az əvvəl əmələ gələ bilərlər, qərarın təsviri hissəsində göstərilən müddətə, yəni 30.09.2021-ci il tarixə uyğun gəlir. “A” bəndində qeyd edilən xəsarətlər patronu mərmi (güllə) ilə təchiz olunmuş odlu silahdan açılmış atəşlər nəticəsində əmələ gəlməyə xarakterikdirlər. “V” bəndində qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişlər. Göstərilən rəyə əsasən mərhum Zərərçəkmiş şəxs meyitinin sol bazunun ön-bayır səthinin hematoması, sol budun yuxarı 1/3-nin bayır səthinin, sağ baldırın yuxarı 1/3-nin arxa-bayır səthinin, sağ sağrının aşağı iç kvadratı nahiyəsinin, sol əlin arxa səthinin və sol budun aşağı 1/3-nin ön səthinin qançırları ölümündən təxminən 1 gün əvvələ uyğun gəlməklə, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 29.09.2021-ci il tarixdə və şəraitdə əmələ gələ bilərdilər. Qeyd edilən rəyə əsasən mərhum Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş xəsarətlərdən: 1) döş qəfəsinin arxa səthinin sağ yarısında olan 3 ədəd olan yaralar odlu silah yaralanmasının giriş dəlikləri, döş qəfəsinin sol yarısının arxa yuxarı nahiyəsində 2 ədəd və döş qəfəsinin arxa səthində, sağ onurğayam xətt üzrə yerləşən 1 ədəd yaralar isə çıxış dəlikləridir. Bu 3 ədəd odlu silah yaralanmalarının istiqaməti bir qədər öndən-arxaya, sağdan-sola və aşağıdanyuxarıya doğru olmuşdur; 2) döş qəfəsinin ön səthinin sol yarısında 1 ədəd və sol bazunun orta 1/3-nin ön səthində 1 ədəd olan yaralar odlu silah yaralanmasının giriş dəlikləri, sol süd vəzində solda olan 1 ədəd yara isə çıxış dəliyidir. Bu yaraların bir-birinə nisbətdə yerləşmələrinə görə demək olar ki, bu yaralar müştərək yaralar olub, eyni anda bir təsirdən əmələ gələ bilərdi və bu odlu silah yaralanmasının istiqaməti sağdan-sola və bir qədər aşağıdan-yuxarıya doğru olmuşdur; 3) sağ dirək nahiyəsinin arxa səthində 1 ədəd olan yara odlu silah yaralanmasının giriş dəliyi, sağ saidin orta 1/3-nin ön səthində olan 1 ədəd yara isə çıxış dəliyidir. Bu yaranın istiqaməti arxadan-önə və yuxarıdan-aşağıya doğru ola bilərdi; 4) sol baldırın orta 1/3-nin arxa-iç səthində olan yara odlu silah yaralanmasının giriş dəliyi, sol baldırın orta 1/3-nin arxa-bayır səthində olan 1 ədəd yara isə çıxış dəliyidir. Bu odlu silah yaralanmasının istiqaməti sağdan-sola və bir qədər yuxarıdan-aşağıya doğru olmuşdur; 5) sol əlin İ barmağının arxa səthində falanqalararası oynaq proyeksiyasına uyğun nahiyədə olan 1 ədəd yara odlu silah yaralanmasının giriş dəliyi, ön səthində falanqalararası oynaq proyeksiyasına uyğun nahiyədə olan 1 ədəd yara isə çıxış dəliyidir. Qeyd: sol əlin V barmağının ön səthində, əsas falanqa proyeksiyasına uyğun nahiyədə aşkar edilmiş 1 ədəd toxunan yara bu odlu silah yaralanması ilə eyni oxu boyunca yerləşməsinə görə, çox güman ki, eyni anda bir təsirdən əmələ gələ bilərdi. Göstərilən odlu silah yaralanmasının istqaməti arxadan-önə doğru olmuşdur. Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş digər toxunan odlu silah yaralanmalarının istiqaməti əsasən sağdan sola doğru olmuşdur. Həmin rəyə əsasən mərhum Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş odlu silah yaralanmaları mis tərkibli mərmi (güllə) ilə doldurulmuş odlu silahdan atəşin əlavə faktorlarının təsir etmədiyi məsafədən açılmış atəşlər nəticəsində əmələ gələ bilərdi. Atəşlərin məsafəsi haqqında daha dəqiq fikir söyləmək üçün mərhum Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş paltarlarının xüsusi kriminalistik müayinəsinin keçirilməsi məqsədə uyğundur. Yuxarıdakıları nəzərə alaraq demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş odlu silah yaralanmaları odlu silahdan açılmış azı 14 (on dörd) atəş nəticəsində əmələ gələ bilərdi. Göstərilən rəyə əsasən mərhum Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş xəsarətlər dərəcələrinə görə aşağıdakı kimi qiymətləndirilir: İ. Döş qəfəsinin arxa səthinin sağ yarısında, arxa qoltuq xətti üzrə Vİ-Vİİ qabırğaarası proyeksiyada döş boşluğuna keçərək, sağ ağciyərin aşağı və orta paylarının, sol V- Vİİ qabırğaların zədələnməsi ilə müşayiət olunan və döş qəfəsinin arxa-sol səthini dəlib-keçən 2 ədəd, qarın boşluğuna keçərək qaraciyəri, diafraqmanın sağ gümbəzini zədələyib döş boşluğuna nüfuz edən, sağ İX-X qabırğaların və Vİİ fəqərənin cismini zədələyərək döş qəfəsinin arxa səthində sağ onurğayam xətt üzrə nahiyəni dəlib-keçən 1 ədəd - cəmi 3 ədəd odlu silah yaralanmaları canlı şəxslərdə hər biri ayrı-ayrılıqda, eləcə də ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyırlar və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər; İİ. Döş qəfəsinin ön səthinin sol yarısında, sol süd vəzinin dəri və yumşaq toxumalarını dəlib-keçən və sol bazunun orta 1/3-nin ön-iç səthində bazu sümüyünün sınması ilə müşayiət olunan 1 ədəd kor müştərək odlu silah yaralanması canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyır və baş vermiş ölümlə səbəbli əlaqəsi yoxdur; İİİ. Sol əlin İ barmağının hər iki falanqa sümüklərinin qəlpəli sınığı ilə müşayiət olunan və V barmağın ön səthində, əsas falanqa proyeksiyasına uyğun nahiyəsinə toxunmaqla uzlaşan 1 ədəd dəlib-keçən müştərək odlu silah yaralanması canlı şəxslərdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmanın əlamətlərini daşıyır; İV. Sağ dirsək nahiyəsində 1 ədəd, sol baldırın arxa-iç səthində 1 ədəd dəlib-keçən odlu silah yaralanmaları və sol bazunun ön-bayır səthində olan hematoma həm ayrı-ayrılıqda, həm də ki, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmanın əlamətlərini daşıyır; V. Zərərçəkmiş şəxsnm meyitində aşkar edilmiş digər xəsarətlər, yəni toxunan odlu silah yaralanmaları və qançırlar isə həm ayrı-ayrılıqda, həm də ki, ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Qeyd edilən rəyə əsasən mərhum Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş odlu silah yaralarının forma, xarakteri və morfoloji əlamətlərini nəzərə alaraq onların eyni növ hər hansı bir odlu silahdan açılmış atəşlər nəticəsində əmələ gəlməsinin mümkünlüyünü inkar etmək olmaz. Həmin rəyə əsasən mərhum Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş odlu silah yaralanmalarının giriş dəliklərinin ölçülərini, həmçinin meyitin müayinəsi zamanı bədənində aşkar edilmiş gülləyəbənzər əşyanın forma və ölçülərini nəzərə alaraq demək olar ki, həmin yaraları törədən mərminin (güllənin) xarici diametri 0,9 sm-ə yaxın olmuşdur. Göstərilən rəyə əsasən Zərərçəkmiş şəxsnm bədənində aşkar edilmiş çoxsaylı odlu silah yaralanmalarının lokalizasiyasına görə, demək olar ki, o, xəsarət alarkən müxtəlif duruş və xəsarət yetirən şəxslə qarşılıqlı vəziyyətlərdə olmaqla yara nahiyələri odlu silahın lülə kəsiyinə doğru yönəlmiş vəziyyətdə ola bilərdi. Qeyd olunan rəyə əsasən mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb döş və qarın boşluqlarınm sağ yarısından daxilə keçən, sağ ağciyərin və qaraciyərin zədələnməsi ilə müşayiət olunan odlu silah (güllə) yaralanmalarının nəticəsində yaranmış kəskin qanitirmə olmuşdur. Ölüm meyitin meyitxanada müayinəsindən təxminən 2-4 saat əvvəl baş verə bilərdi (cild 2, iş vərəqə 22-31). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 25 noyabr 2021-ci il tarixli 761/2021- MTBŞ saylı rəyindən görünür ki, 1. Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu- AB(H)//İV 2. Ekspertizaya təqdim olunmuş 2 ədəd çubuqlu pambıq tampon, Zərərçəkmiş şəxs məxsus lifçik, 1 cüt corab, trusik, mayka tipli köynək, şalvar və gödəkcə üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunduqda “A”, “B” və “H” antigenləri alındı. Bu qan ləkələri AB(H)/İV/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. 3. Tədqiqata təqdim olunan Təqsirləndirilən şəxs məxsus polis xüsusi geyim forması olan kitel və şalvar, qısaboğaz çəkmə, kəmər və Zərərçəkmiş şəxs məxsus 1 cüt idman ayaqqabısı üzərində qana şübhəli ləkələr aşkar olunmamışdır (cild 2, iş vərəqə 51-57). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 noyabr 2021-ci il tarixli 3/1733;3/1734; 3/1735; 9/7423 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd silah zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, “Zəfər-K” markalı, 0954 nömrəli tapançadır, yivli odlu döyüş silahı hesab edilir, saz vəziyyətdədir və atəş açmaq üçün yararlıdır. Həmin tapançanın üzərindəki zavod işarələrində hər hansı əlavə və dəyişiklik edilməmişdir. Həmin rəyə əsasən təqdim edilmiş 1 ədəd sandıqça “Zəfər-K” markalı yivli tapançanın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 15 ədəd 9x19 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış sandıqçadır, istifadəyə yararlıdır. Göstərilən rəyə əsasən təqdim edilmiş 15 ədəd giliz zavod üsulu ilə istehsal edilmiş, pistonları mərkəzdən alışan, “Luger” tipli, 9x19 mm kalibrli olmaqla, həmin kalibrə malik “Zəfər”, “Zəfər-K”, “İNAM”, “Parabellum”, “Mauser”, “Walter P.38”, 1935-ci il modelli “Browning”, “Colt Commander” və digər konstruksiyalı tapançalarda, “STEN MK1”, “Sterling L2A3”, “Bergmann MP34- 1”, “Erma”, “Schmeisser JR 18-1”, “MP-38”, “MP-40”, “UZİ” markalı tapança-pulemyotlarda və s. yivli odlu döyüş silahlarında döyüş sursatı kimi istifadə etmək üçün nəzərdə tutulmuş 9x19 mm kalibrli patronların atəşlə ayrılmış hissələridir- gilizlərdir. Həmin gilizlər təqdim edilmiş 9 mm kalibrli “Zəfər-K” markalı, 0954 nömrəli tapançadan atılmışdır. Qeyd edilən rəyə əsasən təqdim edilmiş 13 ədəd güllə zavod üsulu ilə istehsal edilmiş, 9 mm kalibrli olmaqla həmin kalibrə malik “Zəfər”, “Zəfər- K”, “İNAM”, “Parabellum”, “Mauser”, “Walter P.38”, 1935-ci il modelli “Browning”, “Colt Commander” və digər konstruksiyalı tapançalarda, “STEN MK1”, “Sterling L2A3”, “Bergmann MP34-1”, “Erma”, “Schmeisser JR 18-1”, “MP-38”, “MP-40”, “UZİ” markalı tapança-pulemyotlarda və s. yivli odlu döyüş silahlarında döyüş sursatı kimi istifadə etmək üçün nəzərdə tutulmuş 9x19 mm kalibrli patronların atəşlə ayrılmış hissələridir-güllələridir. Həmin güllələr təqdim edilmiş 9 mm kalibrli “Zəfər-K” markalı, 0954 nömrəli tapançadan atılmışdır. Həmin rəyə əsasən tədqiqata təqdim edilmiş tapançanın lülə kanalında atəşin əlavə faktoru olan tam yanmamış, tüstüsüz barıt hissəcikləri aşkar edildi, bu da onu göstərir ki, təqdim edilmiş vəziyyətdə həmin silahdan atəş (atəşlər) açılmışdır. Göstərilən rəyə əsasən tədqiqata təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs” məxsus olduğu qeyd edilən bir ədəd gödəkcə, bir ədəd uzunqol köynək, bir ədəd büstqalter, bir ədəd cins şalvar, bir ədəd alt tumanının üzərində rəyin tədqiqi hissəsində qeyd edilən ölçüdə və sayda zədələr vardır. Zədələrin formasına, morfoloji quruluşuna, zədələrin ətrafında atəşin əlavə faktoru olan, tam yanmamış, tüstüsüz barıt hissəciklərinin və mis metal izinin aşkar edilməsinə əsasən, bir ədəd gödəkcənin üzərində olan “b”, “c”, “d”, “e”, “g”, “h”, “j”, “1”, “m”, “n”, “o” zədələri, bir ədəd uzunqol köynəyin üzərində olan “q”, “r”, “s”, “t”, “v”, “w”, “y”, “aa”, “bb”, “cc”, “dd” zədələri, bir ədəd büstqalterin üzərində olan “ee”, “ft” zədələri, bir ədəd cins şalvarın üzərində olan “gg”, “hh”, “ii”, “kk”, “11” zədələri, bir ədəd alt tumanının üzərində olan “nn”, “oo” zədələri giriş, bir ədəd gödəkcənin üzərində olan “a”, “f’, “k”, “i” zədələri, bir ədəd uzunqol köynəyin üzərində olan “p”, “u”, “x”, “z” zədələri, bir ədəd cins şalvarın üzərində olan “jj”, “mm” zədələri, bir ədəd alt tumanının üzərində olan “pp” zədəsi isə çıxış zədəsi olmaqla, yivli odlu silahdan açılmış atəşlər nəticəsində, tərkibində mis metalı olan, diametri 9 mm olan güllələrin təsirindən, 1 metrdən yuxarı məsafədən, arxadan önə, öndən arxaya doğru, müxtəlif istiqamətlərdə yetirilməyə xarakterikdir. Həmin zədələr təqdim edilmiş tapançadan açılan atəşlər nəticəsində güllələrin təsirindən yarana bilər. Qeyd edilən rəyə əsasən tədqiqata təqdim edilmiş bir ədəd notbukun üzərində rəyin tədqiqi hissəsində qeyd edilən ölçüdə və sayda zədələr vardır. Zədələrin formasına, morfoloji quruluşuna, zədələrin ətrafında atəşin əlavə faktoru olan, tam yanmamış, tüstüsüz barıt hissəciklərinin və mis metal izinin aşkar edilməsinə əsasən, notbukun üzərində olan “qq” zədəsi giriş, “rr” və “ss” zədələri isə çıxış zədələri olmaqla, yivli odlu silahdan açılmış atəş nəticəsində, tərkibində mis metalı olan, diametri 9 mm olan güllənin təsirindən, 30 sm-dən 2 metrə qədər olan məsafədən, sağdan sola doğru istiqamətdə yetirilməyə xarakterikdir. Həmin zədələr təqdim edilmiş silahdan açılan atəş nəticəsində güllənin təsirindən də yarana bilər. Həmin rəyə əsasən tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs” məxsus olduğu qeyd edilən geyim əşyaları və “Zərərçəkmiş şəxs” məxsus olduğu qeyd edilən bir cüt idman ayaqqabısı və bir cüt corabın üzərində odlu silahdan açılan atəş nəticəsində güllənin təsirindən yaranmağa xarakterik zədə (zədələr) aşkar edilmədi. Göstərilən rəyə əsasən tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs” məxsus olduğu qeyd edilən 1 ədəd xidməti polis köynəyi, 1 ədəd xidməti polis şalvarı, 1 ədəd xidməti polis kəmərinin səthində atəşin əlavə faktoru olan, tam yanmamış, tüstüsüz barıt hissəcikləri aşkar edildi. Qeyd edilən rəyə əsasən tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs” məxsus olduğu qeyd edilən bir cüt çəkmənin, “Zərərçəkmiş şəxs” məxsus olduğu qeyd edilən bir cüt idman ayaqqabısı və 1 cüt corabın səthində atəşin əlavə faktoru olan, tam yanmamış, tüstüsüz barıt hissəcikləri aşkar edilmədi. Həmin rəyə əsasən tədqiqata təqdim edilmiş XM.Məmmədovaya və Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının, eləcə də iki ədəd qoborun üzərində hərhansı bir mexaniki zədə aşkar olunmadı. Göstərilən rəyə əsasən tədqiqata təqdim edilmiş 1 ədəd Çin istehsallı, “Samsung” markalı, “İntel Core İ5” xüsusiyyətli, “NP350E7C-S09RU” modelli notbukun zədələnməmişdən əvvəl normal vəziyyətdə olan orta bazar qiyməti təxminən 350,00 manat, hal-hazırda zədəli (ekranın sol aşağı hissəsi, ona birləşən hissə və batareyası) olmaqla istifadəyə yararsız vəziyyətdə ehtiyat hissəsi kimi 100 manat, dəymiş ziyan 250,00 manat müəyyən olunur (cild 2, iş vərəqə 34-44). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24 noyabr 2021-ci il tarixli, 4/1622 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, dama-dama dəftər vərəqinin üz tərəfində “Hardan başlayım, nə deyim bilmirəm....” sözləri ilə başlayıb, arxa tərəfində “....kömək elə, yardımçı ol ki, mən də xoşbəxt qadın olum.” sözləri ilə bitən yazılar, 30 sentyabr 2021-ci il tarixli ərizədəki “Yazıb sizə bildirirəm ki, 29.09.2021-ci il tarixdə yaşadığım ünvanda həyat yoldaşım Təqsirləndirilən şəxs tərəfindən döyülərək bədən xəsarətləri almışam. Xahiş edirəm, bununla əlaqədar qanuni tədbir görüb, həmin şəxsi cinayət məsuliyyətinə cəlb edəsiniz” yazılar, 30 sentyabr 2021-ci il tarixli izahatda “Göstərilən ünvanda ailəmlə birlikdə yaşayıram....” sözləri ilə başlayıb, “....izahatımı özüm yazdım, əlavəm yoxdur. Bunu öz imzamla təsdiq edirəm.” sözləri ilə bitən yazılar öz aralarında - eyni bir şəxs tərəfindən icra olunmuşdur (cild 2, iş vərəqə 47-49). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X17 1 noyabr 2021-ci il tarixli 2562 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsiin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törətdikdən sonra hər hansı psixi pozuntudan əziyyət çəkməyib. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşmür. Həmin rəyə əsasən hadisə baş verən vaxt Təqsirləndirilən şəxs şüur və davranışlarına təsir göstərən psixi-emosional halda olmamış, emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Cinayət əməlini törədən zaman Təqsirləndirilən şəxs psixi-emosional sferasında emosional gərginlik, qəzəb, hirslilik halı yaranmış, həmin halın yaranması fərdi psixi xüsusiyyətləri (inadkarlıq, qısqanclıq, ailədaxili konfliktə meyilli olması, emosionlallıq, şübhəlilik, eqoizm, qıcığa qarşı həssalıq, subyektvizm, özünə qarşı hörmət tələb etmək, tənqidə qarşı həssaslıq və s.) fonunda, həyat yoldaşının (Zərərçəkmiş şəxs) onun barəsində işlədiyi rayon üzrə polis bölməsinə gələrək izahat yazması, şəxsi heyətin onu tanıdığı üçün, arvadının onun barəsində polisə şikayət etməsini özünə sığışdıra bilməməsi, bölmədə olan zaman həyat yoldaşı ilə barışaraq izahat verməsinə mane olacağını düşünsə də, Zərərçəkmiş şəxs onunla razılaşmaması, barışığı qəbul etməməsi, digər şəxslərin yanında ona acıqlı tərzdə cavablar verməsi və s. ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır (cild 2, iş vərəqə 60- 65). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X19 Şəxsi Ambulator X1 13 dekabr 2021-ci il tarixli 5073 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqə 85-86). Cinayət işinin materiallarından görünür ki, istintaqı zamanı Zərərçəkmiş şəxs qızmın 29 sentyabr 2021-ci il tarixdə yaşadığı ünvan 4- da əri Təqsirləndirilən şəxs tərəfindən döyülməsi faktı ilə bağlı həmin gün saat 19:25-də DİN-in “102” xidmətinə vermiş olduğu məlumat, eləcə də həmin məlumat əsasında Nizami RPİ-nin 24-cü PŞ-də toplanmış material cinayət işinə əlavə edilmişdir. Həmin materialdan görünür ki, Zərərçəkmiş şəxs 29 sentyabr 2021-ci il tarixdə yaşadığı ünvan 4-da əri Təqsirləndirilən şəxs tərəfindən döyülməsi barədə məlumat həmin gün saat 19:25-də DİN-nin “102” xidmətindən Nizami RPİ-nin 24-cü PŞ-nin növbətçi hissəsinə daxil olmuşdur. Daxil olmuş məlumatın doğruluğunun yoxlanılması məqsədilə şöbənin təhqiqatçısı, polis polkovnik-leytenantı Şahid1 əməliyyat qrupu üzvləri ilə birlikdə Zərərçəkmiş şəxs yaşadığı ünvana gəlmiş, lakin sonuncu həmin vaxt yaşadığı evdə olmadığından baş vermiş hadisə ilə bağlı ərizə və izahatının alınması mümkün olmamışdır. Təhqiqatçı tərəfindən buna dair akt tərtib edilmişdir. 30 sentyabr 2021-ci il tarixdə saat 8 radələrində Zərərçəkmiş şəxs polis şöbəsinə yaxınlaşmaqla, 29 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən döyülməsi ilə bağlı ərizə və izahat yazaraq ərinin bu əməlinə görə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs tibbi müayinədən keçməsi ilə bağlı sonuncuya şöbənin təhqiqatçısı Şahid1 tərəfindən 30 sentyabr 2021-ci il tarixli qərar təqdim edilmişdir (cild 1, iş vərəqə 83-92). Cinayət işinin materiallarında olan 20 dekabr 2021-ci il tarixli qərardan görünür ki, 15 ədəd giliz, 13 ədəd güllə, 1 ədəd “Zəfər-K” modelli 0954 nömrəli tapança, 1 ədəd boş daraq, 2 ədəd pambıq tampona hopdurulmuş qanabənzər ləkələr, mərhum Zərərçəkmiş şəxs məxsus qara rəngli dəri materialdan gödəkcə, boz rəngli olmaqla üzərində “Charming” sözləri yazılmış uzunqol mayka tipli köynək, göy rəngli cins materialdan şalvar, qara rəngli büstqalter, qırmızı rəngli trusik, boz rəngli 1 cüt corab, 1 cüt qara rəngli idman tipli ayaqqabı, Təqsirləndirilən şəxs məxsus tünd göy rəngli olmaqla sol qolunda “polis PPX” sağ qolunda “Azərbaycan DİN” sol sinə hissəsində “polis PPX” sözləri ilə etiketləri olan uzunqol kitel, qara rəngli olmaqla sağ və sol ayaq hissələrinin üzərində “polis” sözləri yazılmış şalvar, üzərində 2 ədəd boş kabura olan qara rəngli parça materialdan kəmər və 1 cüt qara rəngli ayaqqabı maddi sübut kimi tanınmışdır (cild 2, iş vərəqə 111-141). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 2, iş vərəqə 108). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 120.2.4 və 128-ci maddələri ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağı vardır (cild 2, iş vərəqə 91). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti odlu silahla törətməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.10-cu maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs cinayəti təqsirkardan asılı vəziyyətdə olan şəxsə qarşı törətməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.7-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 120.2.4 və 128-ci maddələri ilə tövsif etməklə yanaşı onun həmin maddələrin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını məqsədəuyğun hesab edir. Cinayət işinin materiallarında olan Binəqədi rayon məhkəməsinin 30 sentyabr 2021ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 30 sentyabr 2021-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 142-145). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2 və 15.5-ci maddələrinin tələblərinə əsasən cinayətlərin təsnifatına görə “böyük ictimai təhlükə törətməyən” və “xüsusilə ağır” cinayətlər sırasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs xüsusilə ağır cinayət törətdiyindən ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 30 sentyabr 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə 5.000 manat məbləğində maddi ziyan və 200.000 manat məbləğində mənəvi ziyan olmaqla mülki iddia vermiş və ölmüş Zərərçəkmiş şəxs anası X11 mülki iddiaçı qismində tanınmışdır (cild 3). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Cinayət-Prosessual Məcəlləsinin 181.1 və 181.1.2-ci maddələrinə əsasən ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda, cinayət mühakimə icraatında mülki iddia verilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Yuxarıda şərh olunanları və qanunvericiliyin tələblərini nəzərə alıb məhkəmə hesab edir ki, mülki iddianın 5.000 manat məbləğində maddi ziyanla bağlı hissəsi tam təmin edilməli, mülki iddianın 200.000 manat məbləğində mənəvi ziyanla bağlı hissəsi 3.000 manat məbləğində qismən təmin edilməklə cəmi 8.000 manat Təqsirləndirilən şəxs alınaraq ölmüş Zərərçəkmiş şəxs anası X8 ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 412 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübutlar: -Azərbaycan Respublikası Baş Prokurorluğu İstintaq İdarəsinin maddi sübutlar otağında saxlanılan 2 ədəd pambıq tampona hopdurulmuş qanabənzər ləkələr, mərhum Zərərçəkmiş şəxs məxsus qara rəngli dəri materialdan gödəkcə, boz rəngli olmaqla üzərində “Charming” sözləri yazılmış uzunqol mayka tipli köynək, göy rəngli cins materialdan şalvar, qara rəngli büstqalter, qırmızı rəngli trusik, boz rəngli 1 cüt corab, 1 cüt qara rəngli idman tipli ayaqqabı, Təqsirləndirilən şəxs məxsus tünd göy rəngli olmaqla sol qolunda “polis PPX”, sağ qolunda “Azərbaycan DİN”, sol sinə hissəsində “polis PPX” sözləri ilə etiketləri olan uzunqol kitel, qara rəngli olmaqla sağ və sol ayaq hissələrinin üzərində “polis” sözləri yazılmış şalvar, üzərində 2 ədəd boş kabura olan qara rəngli parça materialdan kəmər və 1 cüt qara rəngli ayaqqabı məhv edilməli; -Azərbaycan Respublikası Baş Prokurorluğu İstintaq İdarəsinin maddi sübutlar otağında saxlanılan 15 ədəd giliz, 13 ədəd güllə və Nizami RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan 1 ədəd “Zəfər-K” modelli 0954 nömrəli tapança və 1 ədəd boş daraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməli; -hadisə yerinə baxış zamanı götürülmüş kamera görüntülərini özündə əks etdirən 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 120.2.4 və 128-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3 və 120.2.4-cü maddələri ilə 17 (on yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 30 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin, maddi ziyana görə 5.000 manat, mənəvi ziyana görə 3.000 manat, cəmi 8.000 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq ölmüş Zərərçəkmiş şəxs anası X8 ödənilsin. İş üzrə maddi sübutlar: -Azərbaycan Respublikası Baş Prokurorluğu İstintaq İdarəsinin maddi sübutlar otağında saxlanılan 2 ədəd pambıq tampona hopdurulmuş qanabənzər ləkələr, mərhum Zərərçəkmiş şəxs məxsus qara rəngli dəri materialdan gödəkcə, boz rəngli olmaqla üzərində “Charming” sözləri yazılmış uzunqol mayka tipli köynək, göy rəngli cins materialdan şalvar, qara rəngli büstqalter, qırmızı rəngli trusik, boz rəngli 1 cüt corab, 1 cüt qara rəngli idman tipli ayaqqabı, Təqsirləndirilən şəxs məxsus tünd göy rəngli olmaqla sol qolunda “polis PPX”, sağ qolunda “Azərbaycan DİN”, sol sinə hissəsində “polis PPX” sözləri ilə etiketləri olan uzunqol kitel, qara rəngli olmaqla sağ və sol ayaq hissələrinin üzərində “polis” sözləri yazılmış şalvar, üzərində 2 ədəd boş kabura olan qara rəngli parça materialdan kəmər və 1 cüt qara rəngli ayaqqabı məhv edilsin; -Azərbaycan Respublikası Baş Prokurorluğu İstintaq İdarəsinin maddi sübutlar otağında saxlanılan 15 ədəd giliz, 13 ədəd güllə və Nizami RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan 1 ədəd “Zəfər-K” modelli 0954 nömrəli tapança və 1 ədəd boş daraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin; -hadisə yerinə baxış zamanı götürülmüş kamera görüntülərini özündə əks etdirən 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 412 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-556/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-556/2022
12.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver