Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-556/2023 31.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Vəkillər Kollegiyasının 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Həsən oğlunun iştirakı ilə, xx xxxx 1978-ci il tarixdə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, sürücü işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 240.2.1-ci maddələri, 4 fevral 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.4.1, 234.4.2, 234.4.3 və 240.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə, həmçinin narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsiredici maddələri əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddə, həmçinin narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs2, İran İslam Respublikasının vətəndaşı “Yavər” adlı şəxs və qeyrilərinə əvvəlcədən vəd verməklə onlarla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar sövdələşməyə əsasən qrup üzvü Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 1736,794 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, külli miqdarda 19,783 qram çəkidə narkotik vasitə heroin, külli miqdarda 2,301 qram çəridə psixotrop maddə metafetamin və tərkibində güclü təsiredici maddə tramadolun miqdarı 0,05 qram təşkil edən 1 ədəd dərman həbini əldə etmiş, satıb əldə olunacaq pulu aralarında bölmək məqsədi ilə Təqsirləndirilən şəxs1 əldə etdiyi narkotik vasitə qurudulmuş marixuananın 9,794 qramım bölüb 2 ədəd bükümdə, narkotik vasitə heroinin 16,902 qram hissəsini bölüb 6 ədəd bükümdə, psixotrop maddə metafetaminin 2,301 qramını bölüb 2 ədəd bükümdə, tərkibində güclü təsiredici maddə tramadolun miqdarı 0,05 qram təşkil edən 1 ədəd dərman həbini ayırıb üzərində saxlamaqla daşımış, həmin narkotik vasitə heroinin külli miqdarda 2,881 qram hissəsini 2 ədəd bükümdə olmaqla Təqsirləndirilən şəxs2 üzərində saxlamaqla daşımış, əldə etdikləri narkotik vasitənin qalan hissəsini ünvan 4 ünvanında gizlətməklə saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 30 may 2022-ci il tarixdə saat 18:25-də Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, C.Xanməmmədov küçəsi ev 33 ünvanının qarşısında saxlanılmış, həmin tarixdə saat 18:29-dan etibarən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərinə, həmçinin ünvan 4 ünvanına keçirilən baxış zamanı Təqsirləndirilən şəxs1 əynindəki pencəyin sağ yan cibindən siqaret qutusunun içərisində və pencəyin sol iç cibində eynək qabının içərisində olan 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,390 qram, 0,241 qram, 0,617 qram, 0,156 qram, 15,455 qram, 0,043 qram olmaqla, ümumilikdə külli miqdarda 16,902 qram çəkidə narkotik vasitə heroin, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,819 qram və 8,975 qram olmaqla, ümumilikdə 9,794 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,355 qram və 1,946 qram olmaqla, külli miqdarda 2,301 qram çəkidə psixotrop maddə metafetamin, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan tərkibində güclü təsiredici maddə tramadolun miqdarı 0,05 qram təşkil edən 1 ədəd dərman həbi və üzərində narkotik vasitə heroinin izləri olan 1 ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs2 əynindəki şalvarının sağ yan cibindən 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,468 qram və 1,413 qram olmaqla, ümumilikdə külli miqdarda 2,881 qram çəkidə narkotik vasitə heroin, mənzildə olan geyim şkafından 1 ədəd çantanın içərisində olan 2 ədəd sellofan bağlamada ayrıayrılıqda təmiz çəkiləri 710 qram və 1015 qram, 1 ədəd bükümdə 2 qram çəkidə olmaqla, ümumilikdə külli miqdarda 1727 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 2 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə, həmçinin narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsiredici maddələri təkrarən əldə etmiş, saxlamış və daşımış, həmçinin, qanunsuz olaraq soyuq silah əldə etmiş, saxlamış, daşımış və gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik, istifadəyə yararlı, soyuq silah hesab edilən 2 ədəd ümumi təyinatlı ov bıçağını və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 5,865 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində və idarə etdiyi “Khazar” markalı, **-PK-*** qeydiyyat nişanlı avtomobildə saxlamaqla daşımış, 10 mart 2022-ci il tarixdə saat 1:00-da idarə etdiyi “Khazar” markalı, **-PK-*** qeydiyyat nişanlı avtomobillə ünvan 5 ünvanın qarşısında olan zaman ərazidə xidmət aparan X12 Alayının əməkdaşları tərəfindən saxlanılaraq Xətai rayon Polis İdarəsinin 36-ci Polis Bölməsinə gətirilmiş, Polis Bölməsində 10 mart 2022-ci il tarixdə 2:10-dan etibarən üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki gödəkcəsinin sol yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə 0,262 qram çəkidə narkotik vasitə heroin və əynindəki şalvarının sağ yan cibindən zavod üsulu ilə istehsal olunmuş, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik, istifadəyə yararlı, soyuq silah hesab edilən 1 ədəd ümumi təyinatlı ov bıçağı aşkar edilərək götürülmüş, həmin tarixdə saat 2:30-dan etibarən idarə etdiyi “Khazar” markalı, **-PK-*** qeydiyyat nişanlı avtomobilə baxış zamanı avtomobilin ön sağ saxlanc yerindən 1 ədəd şəffaf sellofan bükümdə 5,603 qram çəkidə narkotik vasitə heroin və sürətlər qutusunun arxasından zavod üsulu ilə istehsal olunmuş, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik, istifadəyə yararlı, soyuq silah hesab edilən 1 ədəd ümumi təyinatlı ov bıçağı aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən narkotik vasitə və psixotrop maddə, həmçinin narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs1, İran İslam Respublikasının vətəndaşı “Yavər” adlı şəxs və qeyrilərinə əvvəlcədən vəd verməklə onlarla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar sövdələşməyə əsasən qrup üzvü Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 1736,794 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, külli miqdarda 19,783 qram çəkidə narkotik vasitə heroin, külli miqdarda 2,301 qram çəridə psixotrop maddə metafetamin və tərkibində güclü təsiredici maddə tramadolun miqdarı 0,05 qram təşkil edən 1 ədəd dərman həbini əldə etmiş, satıb əldə olunacaq pulu aralarında bölmək məqsədi ilə Təqsirləndirilən şəxs1 əldə etdiyi narkotik vasitə qurudulmuş marixuananın 9,794 qramım bölüb 2 ədəd bükümdə, narkotik vasitə heroinin 16,902 qram hissəsini bölüb 6 ədəd bükümdə, psixotrop maddə metafetaminin 2,301 qramını bölüb 2 ədəd bükümdə, tərkibində güclü təsiredici maddə tramadolun miqdarı 0,05 qram təşkil edən 1 ədəd dərman həbini ayırıb üzərində saxlamaqla daşımış, həmin narkotik vasitə heroinin külli miqdarda 2,881 qram hissəsini 2 ədəd bükümdə olmaqla Təqsirləndirilən şəxs2 üzərində saxlamaqla daşımış, əldə etdikləri narkotik vasitənin qalan hissəsini ünvan 4 ünvanında gizlətməklə saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 30 may 2022-ci il tarixdə saat 18:25-də Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, C.Xanməmmədov küçəsi ev 33 ünvanının qarşısında saxlanılmış, həmin tarixdə saat 18:29-dan etibarən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərinə, həmçinin ünvan 4 ünvanına keçirilən baxış zamanı Təqsirləndirilən şəxs1 əynindəki pencəyin sağ yan cibindən siqaret qutusunun içərisində və pencəyin sol iç cibində eynək qabının içərisində olan 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,390 qram, 0,241 qram, 0,617 qram, 0,156 qram, 15,455 qram, 0,043 qram olmaqla, ümumilikdə külli miqdarda 16,902 qram çəkidə narkotik vasitə heroin, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,819 qram və 8,975 qram olmaqla, ümumilikdə 9,794 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,355 qram və 1,946 qram olmaqla, külli miqdarda 2,301 qram çəkidə psixotrop maddə metafetamin, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan tərkibində güclü təsiredici maddə tramadolun miqdarı 0,05 qram təşkil edən 1 ədəd dərman həbi və üzərində narkotik vasitə heroinin izləri olan 1 ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs2 əynindəki şalvarının sağ yan cibindən 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,468 qram və 1,413 qram olmaqla, ümumilikdə külli miqdarda 2,881 qram çəkidə narkotik vasitə heroin, mənzildə olan geyim şkafından 1 ədəd çantanın içərisində olan 2 ədəd sellofan bağlamada ayrıayrılıqda təmiz çəkiləri 710 qram və 1015 qram, 1 ədəd bükümdə 2 qram çəkidə olmaqla, ümumilikdə külli miqdarda 1727 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 2 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 240.2.1-ci maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanında təxminən 10 ilə yaxın kirayədə yaşamışdır. Təxminən 1 il yarım narkotik vasitə qurudulmuş marixuana və heroindən istifadə etmişdir. Təqsirləndirilən şəxs2 ilə Qobu qəsəbəsində iş yoldaşının toy məclisində tanış olmuşdur. Bundan sonra onlar, bir neçə dəfə görüşən zaman birlikdə narkotik vasitə heroindən istifadə etmişlər. Həmin vaxtlar narkotik vasitələri “Qara” ləqəbi ilə tanınan Qobu qəsəbə sakinindən almışdır. Şahid7 Təqsirləndirilən şəxs2 qeyri-rəsmi münasibətdə olan qadındır. 2022-ci ilin may ayının sonlarında Təqsirləndirilən şəxs2 ilə birlikdə olan zaman Musa, Şahid7 kirayə yaşadığı evdən çıxdığını və qalmağa yerinin olmadığını demiş, o da Musaya Hövsan qəsəbəsində evinin olduğunu və lazım gələrsə həmin ünvanda Samirənin 1-2 günlük qalmasına etiraz etmədiyini demişdir. Bundan sonra birlikdə yəni, Samirə, Musa və o həmin ünvana getmişlər, o, evi onlara göstərib açarı Musaya vermiş və Samirə 1-2 gün həmin evdə qalmışdır. 29 may 2022-ci il tarixdə Musa ilə əlaqə saxlayanda Samirə telefonu açmış və Musa ilə birlikdə Badamdar qəsəbəsində yerləşən “Lüks” hoteldə olduqlarını bildirmişdir. Oranı tanımadığına görə Samirə həmin gün saat 23 radələrində “20 Yanvar” metrostansiyasının yaxınlığına gəlib onunla görüşmüş və birlikdə otelə Musanın yanına getmişlər. Səhəri gün, yəni 30 may 2022-ci il tarixdə saat 16-17 radələrində Musa zəng edib demişdir ki, Hövsan qəsəbəsində yerləşən kirayə yaşadığı evdə elektrik enerjisindən istifadəyə görə yaranmış borc səbəbindən elektrik enerjisinin verilməsi dayandırılmışdır. O da bu səbəbdən həmin ünvana getmişdir. Həmin vaxt üzərində öz istifadəsi üçün əldə etdiyi narkotik vasitə qurudulmuş marixuana olmuşdur. Bu vaxt binanın qarşısında olarkən polis əməkdaşları onu saxlamışdır. Üzərində marixuana olduğunu səmimi olaraq polis əməkdaşlarına etiraf etmişdir. Bundan sonra birlikdə kirayə yaşadığı mənzilə daxil olmuşlar, Musa və Samirə evdə olmuşdur. Həmin vaxt polis əməkdaşları evə baxış keçirərək evdəki dolabdan içərisində narkotik vasitələr olan 1 ədəd çanta aşkar etmişlər. Polis əməkdaşları qeyd olunan torbanın ya Musa, ya da onun tərəfindən mənzilə qoyulduğunu demişlər. O isə narazılığını bildirən zaman polis əməkdaşları yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmuşlar. Ona qarşı törədilən işgəncələrə dözməyib polis əməkdaşlarının dedikləri ilə razılaşıb qeyd olunan torbanın ona məxsus olduğunu bildirmişdir. Polis əməkdaşları videoçəkilişdən əvvəl eynək qutusunu ona verib cibinə qoymağını tələb edərək videoçəkiliş zamanı üzərində olan narkotik vasitələrdən əlavə həmin qutunu da təqdim etməyini demişlər. O da məcbur olub videoçəkiliş zamanı narkotik vasitələrin ona məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 ilə Qobu qəsəbəsində iş yoldaşının toy məclisində tanış olmuşdur. Təqsirləndirilən şəxs2 ilə birlikdə narkotik vasitələrdən istifadə etmişlər. “Qara” ləqəbi ilə tanınan Qobu qəsəbə sakinindən narkotik vasitə almışdır. Üzərində yalnız marixuana olmuşdur. Musa Samirənin evsiz qaldığını bildirdiyindən kirayə yaşadığı evi onlara verməyini xahiş etdiyindən tutulmazdan 1 həftə əvvəl evin açarlarını onlara vermişdir. Musa elektrik enerjisi ilə əlaqədar borc yarandığından sayğacın çıxarıldığını bildirmiş, o da həmin problemi həll etmək üçün Hövsan qəsəbəsində olan evə getmişdir. O, evə gələndə Musa evdə olmuş, yəqin ki, Musanın narkotik vasitə ilə əlaqəsi olmamışdır. O, binanın qarşısında, Musa isə evdə tutulmuşdur. O, kirayə yaşadığı evin açarını Musaya təhvil verdikdən sonra ailəsiylə birlikdə qalmışdır. BMCMİ-nin inzibati binasında olarkən üzərinə şəxsi axtarış keçirilməmişdir. Bakı İstintaq Təcridxanasına daxil olarkən bədənində olan xəsarətlər tibbi kitabçaya yazılmışdır. Müdafiəçisini qətimkan tədbiri ilə bağlı məhkəmə iclası zamanı görmüşdür. Adını bilmədiyi polis əməkdaşları bədəninin müxtəlif nahiyələrinə xəsarət yetirmişlər. İbtidai istintaq zamanı yazılan ifadəyə təzyiqə məruz qaldığı üçün imza etmişdir. Samirə əvvəllər həmin evdə gecələmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, ünvan 7 ünvanında qeydiyyatdadır və həmin ünvanda yaşayır. ünvan 4 ünvanını təxminən 10 ilə yaxın müddətdir ki, kirayə götürüb arada həmin ünvanda qalır. Təxminən 1 ilə yaxındır ki, narkotik vasitə qurudulmuş marixuana və heroindən istifadə edir. Təqsirləndirilən şəxs2 ilə Qobu qəsəbəsində iş yoldaşı Bəhramın qardaşı oğlunun toy məclisində tanışlığı yaranmış və bir-birinə nömrələrini verib əlaqə saxlamışlar. Bundan sonra onlar, bir neçə dəfə görüşən zaman birlikdə narkotik vasitə heroindən istifadə etmişlər. Həmin vaxtlar narkotik vasitələri “Qara” ləqəbi ilə tanınan Qobu qəsəbə sakinindən almışdır. Təqsirləndirilən şəxs2 ilə tanış olduqdan sonra Musa ona təmannasız narkotik vasitə heroin vermişdir. Şahid7 Təqsirləndirilən şəxs2 qeyri-rəsmi münasibətdə olan qadındır. 2022-ci ilin may ayının sonlarında Təqsirləndirilən şəxs2 ilə birlikdə olan zaman Musa, Şahid7 kirayə yaşadığı evdən çıxdığını və qalmağa yerinin olmadığını demişdir. O da Musaya Hövsan qəsəbəsində evinin olduğunu və lazım gələrsə həmin ünvanda Samirənin 1-2 günlük qalmasına etiraz etmədiyini bildirmişdir. Bundan sonra birlikdə yəni, Samirə, Musa və özü həmin ünvana gedərək evi onlara göstərib açarı Musaya vermişdir. Samirə 1-2 gün həmin evdə qaldıqdan sonra çıxmışdır. Təqsirləndirilən şəxs2 həmin vaxtlar İran İslam Respublikasının vətəndaşı ilə əlaqə saxlayıb ondan narkotik vasitələr almışdır. Musa ona İran İslam Respublikası vətəndaşının Bakı şəhərinə narkotik vasitələr və psixotrop maddələr göndərəcəyini bildirib qeyd olunan malı götürüb özündə saxlaya biləcəyini soruşmuşdur. O da Musanın təklifi ilə razılaşıb Hövsan qəsəbəsində kirayə yaşadığı ünvana yaxın əraziyə narkotik vasitələr qoyularsa gedib götürə biləcəyini demişdir. Bundan sonra Musa İİR vətəndaşı ilə əlaqə saxlayıb narkotik vasitə və psixotrop maddələrin olacağı bağlamanı Hövsan qəsəbəsinə göndərməsini demişdir. Həmin şəxs malı göndərdikdən sonra qeyd olunan narkotik vasitə və psixotrop maddələri Hövsan qəsəbəsində qoyulan yerdən götürüb kirayə tutduğu mənzilə gətirmişdir. Mənzildə Musa ilə birlikdə hərəsi bir qədər narkotik vasitə və psixotrop maddəni öz istifadələri üçün götürmüşlər. Qalan narkotik vasitələri isə evdəki şkafa qoymuşlar. Gündəlik narkotik vasitə heroindən istifadə etdiyi üçün öz istifadəsi üçün bükümlərə ayırmışdır. Həmin narkotik vasitə və psixotrop maddələrdən Şahid7 məlumatı olmamışdır. 29 may 2022-ci il tarixdə Musa ilə əlaqə saxlayan Samirə telefonu açıb Musa ilə birlikdə Badamdar qəsəbəsində yerləşən “Lüks” hoteldə olduqlarını bildirmişdir. Oranı tanımadığına görə Samirə həmin gün saat 23 radələrində “20 Yanvar” metrostansıyasının yaxınlığına gəlib onunla görüşmüş və onlar birlikdə həmin hotele Musanın yanına getmişlər. Həmin gecə üçü eyni otaqda qalmışlar. Səhərisi gün, yəni xx.xx.2022-ci il tarixdə saat 16-17 radələrində hoteldən çıxmışlar. Həmin vaxt üzərində öz istifadəsi üçün əldə etdiyi narkotik vasitə qurudulmuş marixuana, heroin və psixotrop maddə metafetamin, 1 ədəd tramadol həbi olmuşdur. Samirə onun idarə etdiyi avtomobildə, Musa isə öz avtomobili ilə Hövsan qəsəbəsinə getmişlər. Samirə avtomobildən düşüb mənzilə getmişdir. Özü isə avtomobili park edib binanın qarşısında Musa ilə görüşmüşdür. Saat 18:25-də ünvan 9 ünvanın giriş qapısında tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə olduğu zaman onlara mülki geyimdə bir neçə şəxs yaxınlaşıb özlərini təqdim edərək Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmələrini xahiş etmişlər. O da özünü təqdim edib Təqsirləndirilən şəxs1, dostu Musa isə özünü təqdim edib Təqsirləndirilən şəxs2 olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşları onların qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaları barədə məlumat odduğunu bildirib barələrində qəbul edilmiş qərarla onları tanış etmişlər. Qərara əsasən bildirilmişdir ki, daxil olmuş məlumatla əlaqədar üzərlərinə, yaşadıqları ünvana baxış keçirilməsi zəruridir. Onlar üzərlərinə və yaşadıqları ünvana baxış keçirilməsinə etiraz etmədiklərini, baxış keçirilməsinə razı olduqlarını bildirmişlər. Onlara təklif edilmişdir ki, üzərlərində və yaşadıqları ünvanda narkotik vasitələr və psixotrop maddələr gizlədib saxlayırlarsa təqdim etsinlər. Bu təklifdən sonra üzərində və yaşadığı ünvanda, Təqsirləndirilən şəxs2 isə üzərində narkotik vasitələr olduğunu bildirmişdir. Yaşadığı ünvana baxış keçirilməsinə etirazının olmaması ilə bağlı ərizə yazaraq təqdim etmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs2 və ona hüquqları izah edilmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs2 və ona baxışın videoçəkiliş vasitəsi ilə aparılacağı barədə məlumat verilmiş, Təqsirləndirilən şəxs2 və özü buna etiraz etmədiyini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs2 və özünün üzərinə, eləcə də, yaşadığı ünvan 10 ünvanına 30 may 2022-ci il tarixdə saat 13:29-da “Sony” markalı rəqəmsal videokamera vasitəsilə çəkliş aparılmaqla baxış keçirilməyə başlanılmışdır. Baxışın keçirilməsi Təqsirləndirilən şəxs2 və özünün razılığı və iştirakı İlə aparılmışdır. Mənzildə Şahid7 adlı qadın tanışı olduğunu bildirmiş və ağ rəngli qapını döymüşdür. Mənzilin giriş qapısını Samirə açmışdır. Polis əməkdaşları özlərini ona təqdim edib Samirəyə özünün təqdim etməsini təklif etmişlər. Samirə özünü təqdim edərək Şahid7 olduğunu, Təqsirləndirilən şəxs2 və onun tanışı olduğunu qeyd edilən ünvana qonaq gəldiyini bildirmişdir. Tədbir iştirakçılarını yaşadığı ünvana dəvət etmişdir. Onlar həmin mənzilə daxil olmuşlar. İlk öncə üzərində və yaşadığı ünvanda olması ehtimal edilən narkotik vasitələr, psixotrop maddələr və qanunla dövriyyəsi qadağan edilmiş digər əşyalar və maddələr varsa könüllü surətdə təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra üzərində narkotik vasitələr və psixotrop maddələr olduğunu bildirib əynində olan açıq mavi rəngli pencəyinın sağ yan cibindən 1 ədəd siqaret qutusunu, pencəyin sol yan cibindən 2 ədəd üzüyü, pencəyinin sağ iç cibindən pul qabını, pencəyinin sol iç cibindən eynək qabını, əynində olan qara rəngli şalvarının sol yan cibindən siqaret qutusunu və əynində olan şalvarının sağ yan cibindən 1 manat pulu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Əynində olan pencəyinin sağ yan cibindən aşkar edilmiş siqaret qutusunun və həmin pencəyin sol iç cibindən aşkar edilmiş 1 ədəd eynək qutusunun içərisində narkotik vasitələr və psixotrop maddələr olduğunu qeyd etmişdir. Pencəyinin sağ yan cibindən aşkar edilmiş siqaret qutusunun içərisinə baxış zamanı həmin qutunun içərisində 1 ədəd sellofan bükümdə narkotik vasitə heroin, 1 ədəd gümüşü rəngli kağız kəsiyində narkotik vasitə heroin, 1 ədəd sellofan bükümdə narkotik vasitə qurudulumuş marixuana, 1 ədəd sellofan bükümdə psixotrop maddə metafetamin aşkar edilmişdir. Pencəyinin sol iç cibindən aşkar edilmiş eynək qutusunun içərisinə baxış zamanı həmin qutunun içərisində 1 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuana, 3 ədəd sellofan bükümdə narkotik vasitə heroin, 1 ədəd gümüşü rəngli kağız kəsiyində narkotik vasitə heroin, 1 ədəd sellofan bükümdə psixotrop maddə metafetamin, 1 ədəd gümüşü rəngli kağız kəsiyində dərman həbi və 1 ədəd elektron tərəzi aşkar edilmişdir. Bundan sonra üzərindən aşkar edilmiş 4 ədəd sellofan bükümdə narkotik vasitə heroin, 2 ədəd gümüşü rəngli kağız kəsiyində narkotik vasitə heroin, 2 ədəd sellofan bükümdə psixotrop maddə metafetamin, 2 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd gümüşü rəngli kağız kəsiyində dərman həbi və 1 ədəd elektron tərəzi 1 ədəd zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Pul qabına baxış keçirilərkən pul qabının içərisində 4 manat pul, özünə məxsus şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, 1 ədəd plastik bank kartı, 1 ədəd nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, 1 ədəd nəqliyyat vasitəsinin idarə edilməsi haqqında etibarnamə aşkar edilmişdir. Üzərindən aşkar edilmiş 5 manat pul, 2 ədəd üzük, 1 ədəd siqaret qutusu özünə geri qaytarılmışdır. Eyni zamanda aşkar edilmiş 1 ədəd plastik bank kartı, 1 ədəd nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, 1 ədəd nəqliyyat vasitəsinin idarə edilməsi haqqında etibarnamə, şəxsiyyət vəsiqəsi və 1 ədəd sürücülük vəsiqəsi polis əməkdaşı tərəfindən götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə heroin olduğunu bildirib əynində olan açıq mavi rəngli şalvarının sağ yan cibindən 2 ədəd sellofan bükümü, şalvarının sol yan cibindən “Redmi” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Aşkar edilmiş 2 ədəd seloffan bükümə baxış keçirilərkən bükümlərin içərisində narkotik vasitə heroin olması müşahidə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 2 ədəd sellofan bükümdə narkotik vasitə heroin polis əməkdaşı tərəfindən 1 ədəd zərfdə qablaşdırılıb möhürlə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 1 ədəd “Redmi” markalı mobil telefon polis əməkdaşı tərəfindən götürülmüşdür. Daha sonra polis əməkdaşları ona yaşadığı ünvanda narkotik vasitələr və psixotrop maddələr gizlədib saxladığı halda təqdim etməsini bildirmişlər. Bu təklifdən sonra yaşadığı ünvanda narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib qonaq otağında olan qəhvəyi rəngli geyim şkafını açıb şkafın içərisindən 1 ədəd çantanı təqdim etmiş və həmin çantanın içərisində narkotik vasitə marixuana olduğunu bildirmişdir. Həmin çantanın içərisinə baxış zamanı çantanın içərisindən 1 ədəd sarı rəngli sellofan torba, 1 ədəd qara rəngli sellofan torba, 1 ədəd sellofan büküm və 2 ədəd elektron tərəzi aşkar edilmişdir. 1 ədəd sarı rəngli, 1 ədəd qara rəngli sellofan torbaya və 1 ədəd sellofan bükümə baxış keçirilərkən içərisində narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Aşkar edilmiş 2 ədəd sellofan torbada narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuana və 2 ədəd elektron tərəzi 1 ədəd ağ rəngli sellofan torbada qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı üzərindən və yaşadığı ünvandan aşkar edilmiş narkotik vasitələri və psixotrop maddələri anket məlumatlarını dəqiq bilmədiyi İran İslam Respublikasının vətəndaşından əldə etdiyini, həmin İran Respublikasının vətəndaşı ilə Təqsirləndirilən şəxs2 vasitəsi ilə əlaqə yaratdığını, İran İslam Respublikası vətəndaşının Təqsirləndirilən şəxs2 göndərdiyi narkotik vasitənin ünvanı və yerinin olması barədə əldə etdiyi məlumatı Təqsirləndirilən şəxs2 öyrənərək narkotik vasitələri yaşadığı ünvana yaxın ərazidən 3 gün əvvəl götürdüyünü, əldə etdiyi narkotik vasitələri şəxsi istifadə üçün üzərində və yaşadığı ünvanda saxladığını bildirmişdir. Həmçinin şifahi sorğu zamanı Şahid7 narkotik vasitə saxlanılmasından məlumatı olmadığını bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 onun bildirdiklərini təsdiq edərək üzərindən aşkar edilmiş 2 ədəd sellofan bükümdə narkotik vasitə heroini İran İslam Respublikası vətəndaşından narkotik vasitə sifariş verməsinə əlaqə yaradaraq köməklik etməsi əvəzində əldə etdiyini və onun İran İslam Respublikasından narkotik vasitələr sifariş edib əldə edərək saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs2 Şahid7 tanışı olduğunu və onun narkotik vasitələrdən məlumatı olmadığını qeyd etmişdir. Şifahi sorğu zamanı Şahid7 Təqsirləndirilən şəxs2 və onunla tanış olduğunu, hazırkı ünvanda və onların üzərində narkotik vasitələrin olmasından məlumatlı olmadığını, Təqsirləndirilən şəxs2 və onun bildirdiklərini təsdiq etmişdir. Hadisə yerində keçirilən baxışla bağlı sənədləşmənin aparılması üçün əlverişli şərait olmadığını nəzərə alaraq polis əməkdaşları onları Baş İdarəyə dəvət etmişlər. Onlar polis əməkdaşının təklifinə etiraz etməyib Baş İdarəyə getməyə razı olduqlarını bildirmişlər. Hər ikisi müdafiəçi ilə təmin edilib şübhəli şəxs qismində tutulduqdan dərhal sonra baxış keçirilməsi və əşyaların götürülməsi prosesinin nəticəsinə dair polis əməkdaşı tərəfindən protokol tərtib olunmuş və tərəflərindən imzalanmışdır (cild 1, iş vərəqə 117-121 ). Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı ifadəsinin məzmunundan görünür ki, o, törətdiyi cinayət əməlini etiraf etmiş və işin faktiki hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini mötəbər hesab edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.4.1, 234.4.2, 234.4.3 və 240.2.1-ci maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin may aylarının sonlarında tanışı Samirə ilə danışan zaman ona bildirmiş ki, kirayə yaşadığı ünvandan çıxmış və qalmağa yeri olmamışdır. O da tanışı Naimlə söhbət edən zaman ona Samirənin qalmağa yerinin olmadığını demişdir. Naim isə 1-2 günlük Hövsan qəsəbəsində yerləşən evində Samirənin qala biləcəyini bildirmişdir. 29 may 2023-cü il tarixdə o, Badamdar qəsəbəsində yerləşən “Luxury Life” oteldə olan zaman Naim və Samirə həmin otelə gəlmişlər. Həmin gecə üçü eyni otaqda qalmışlar və üçü də narkotik vasitə heroindən istifadə etmişlər. 30 may 2022-ci il tarixdə saat 16-17 radələrində o, öz avtomobili ilə, Samirə isə Naimin idarə etdiyi avtomobillə Naimin Hövsanda yerləşən evinə getmişdir. O həmin ünvana onlardan tez çatmışdır. O, Samirəyə zəng edəndə binanın qarşısında olduqlarını bildirmişdir. Samirə gəlib mənzilin qapısını açmış və onlar, içəri daxil olmuşlar. Təxminən 5 dəqiqə keçdikdən sonra qapı döyülmüş və Naim qolları burulmuş vəziyyətdə əməliyyatçılarla birlikdə mənzilə daxil olmuşdur. Əməliyyatçılar evə daxil olan kimi ona zərbələr vurmuşlar. Sonra da polis əməkdaşları onun və Naimin üzərini yoxlamışdırlar. Onun üzərindən narkotik vasitə aşkar edilməmiş, lakin Naimin üzərində bir istifadəlik marixuana aşkar olunmuşdur. Polis əməkdaşları onların üzlərini divara tərəf çevirmişlər. Sonra da polis əməkdaşlarından biri bir çanta marixuananı Naimin qarşısına qoyub həmin çantanın ona məxsus olduğunu bildirmiş, ona isə 2 büküm narkotik vasitəni uzadıb “ya sən, ya da xanım 2 bükümü boynuna almalıdır” demişdir. Daha sonra onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlama yerinə gətirib orada onlara işgəncə vermişlər. Bakı İstintaq Təcridxanasına daxil olarkən üzərində xəsarətlər olsa da, xəsarətlərin qeyd edilməməsini xahiş etmişdir. Videoçəkilişlə üzərində şəxsi axtarış keçirilən zaman polislər onu təhdid edib fiziki zor tətbiq etdiyindən 2,8 qram narkotik vasitənin ona məxsus olmasını bildirmişdir. Həçminin Şahid7 yazığı gəldiyi üçün həmin bükümlərin ona məxsus olduğunu demişdir. Saxlanılan zaman üzərində narkotik vasitə olmamışdır. Narkotik vasitələrin istifadəçisidir və Naimlə birlikdə də istifadə etmişlər. Polis əməkdaşları ilə heç vaxt konflikt yaşamamışdır. Hadisədən əvvəl Xətai rayonunda saxlanılarkən üzərində narkotik vasitə olmuşdur. Samirənin həbs edilməsini istəmədiyindən üzərindən aşkar edilməyən narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə iclasında özünü təqsirli bilmədiyini və saxlanılan zaman üzərində narkotik vasitə olmadığını demişdir. Onları 10-11 nəfər saxlamışdılar. Samirənin polislərlə əlaqəsinin olub-olmadığını bilməmişdir. Naim Samirəyə müvəqqəti qalması üçün verdiyi evin işıqları söndüyündən həmin evə getmişlər, Hövsan qəsəbəsindən narkotik vasitə almaq fikirləri də olmuşdur. Naimin Hövsan qəsəbəsində olan evinin açarı onda olmamış, lakin Samirədə olmuşdur.Cinayət işinin materiallarındakı cild 3, iş vərəqə 36-38-də olan ifadəsini təsdiq edir və onu döyən polis əməkdaşlarının adlarını bilmir.Naimin Samirəyə evin açarını verməsini o xahiş etmişdir. Naim Samirəyə tutulmazdan 1 həftə əvvəl evin açarını vermiş, o həmin evə Naim və Samirə ilə birlikdə getmişdir.Taksi fəaliyyət ilə məşğul olmuşdur. Həmin oteldə Samirə, Naim və o, birlikdə narkotik vasitədən istifadə etmişlər. İbtidai istintaq zamanı yazılan həmin ifadələrə təzyiqə məruz qaldığı üçün imza etmişdir. Oteldə narkotik vasitədən istifadə etmiş, lakin Samirənin istifadə edibetməməsini bilməmişdir. Samirə əvvəllər həmin evdə gecələmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı ifadələrində özünü təqsirli bilərək göstərmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. Əvvəllər Neft şirkətində anbardar kimi fəaliyyət göstərsə də, 2020-ci il tarixdən oradan çıxmış və Khazar markalı **-PK-*** qeydiyyat nişanlı avtomobil ilə taksi kimi fəaliyyət göstərmişdir. Narkotik vasitə heroindən təxminən 7-8 aya yaxın müddətdir ki, istifadə etməkdə idi. Narkotik vasitələri instagram sosial şəbəkəsi vasitəsi ilə tanıdığı İran İslam Respublikası vətəndaşından onlayn yol ilə alıb istifadə etmişdir. Təqsirləndirilən şəxs1 ilə dəqiq xatırlamadığı tarixdə Qobu qəsəbəsində keçirilən məclislərin birində tanış olmuşlar. Onlar bir neçə dəfə birlikdə narkotik vasitə heroin qəbul etmişlər. Həmin vaxtlar İran İslam Respublikası vətəndaşı ilə Təqsirləndirilən şəxs1 də tanış etmişdir. İran İslam Respublikası vətəndaşı Yavər adı ilə təqdim edən şəxsdən həm özü, həm də Naim narkotik vasitə almışdır. Belə ki, dəqiq xatırlamadığı tarixdə İranlı ilə danışan zaman ona bildirmişdir ki, içərisində narkotik vasitələr və psixotrop maddələr olan böyük bir bağlama göndərəcəkdir və həmin bağlamanı götürüb sonradan onun dediyi yerlərə qoymağı xahiş etmişdir. O isə polis əməkdaşları tərəfindən yenicə tutulduğunu və bu işin özü üçün riskli olmasını deyib Naimə bu barədə bildirmişdir. X15 danışıb həmin torbanı götürmüş və kirayə tutduğu Hövsan qəsəbəsindəki evdə saxlamışdır. Həmin torbanın içərisindən öz istifadəsi üçün, həmçinin onun üçün də narkotik vasitə heroin götürmüşdür. Şahid7 ilə də dostluq münasibətləri olmuşdur. 2022-ci ilin may ayının sonlarında Samirə ilə danışan zaman sonuncu ona bildirmiş ki, kirayə yaşadığı ünvandan çıxmış və qalmağa yeri olmamışdır. Naimlə söhbət edən zaman Samirənin qalmağa yeri olmadığını demişdir. Naim isə 1-2 günlük gedib həmin Hövsan qəsəbəsindəki kirayəyə tutduğu evdə Samirənin qalmasına razılığını bildirmişdir. Belə ki üçü görüşüb həmin ünvana getmişlər. Orada Naim evin açarlarını ona vermiş, o da öz növbəsində açarları Samirəyə verib 1-2 gün müddətində orda qala biləcəyini demişdir. 29 may 2022-ci il tarixdə Naim onunla əlaqə saxlayan zaman Samirə telefonu açmış, badamdar qəsəbəsində yerləşən “Lüks” hoteldə olduğunu bildirmişdir. Həmin gün saat 23 radələrində “20 Yanvar” metrostansiyasının yaxınlığında Samirə ilə Naim birlikdə görüşmüş və onun yanına hotelə gəlmişlər. Həmin gecə üçü eyni otaqda qalmışlar. Səhərisi gün yəni xx.xx.2022-ci il tarixdə saat 16-17 radələrində hoteldən çıxmışlar. Həmin vaxt üzərində öz istifadəsi üçün əldə etdiyi narkotik vasitə heroin olmuşdur. Samirə Naimin idarə etdiyi avtomobildə, o isə öz avtomobili ilə Hövsan qəsəbəsinə gəlmişdir. Samirə avtomobildən düşüb mənzilə getmiş, o isə avtomobili park edib binanın qarşısında Naim ilə görüşmüşdür. Saat 18:25-də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, C.Xanməmmədov küçəsi, ev 33-də Təqsirləndirilən şəxs1 yaşadığı ünvanın giriş qapısında onunla birlikdə olan zaman mülki geyimdə bir neçə şəxs yaxınlaşıb özlərini təqdim etmiş, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmiş və onlardan özlərini təqdim etmələrini xahiş etmişlər. O özünü təqdim edib Təqsirləndirilən şəxs2, dostu Naim isə özünü təqdim edib Təqsirləndirilən şəxs1 olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşları onların qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaları barədə məlumat olduğunu bildirib barələrində qəbul edilmiş qərarla onları tanış etmişlər. Qərara əsasən bildirilmişdir ki, daxil olmuş məlumatla əlaqədar üzərlərinə, yaşadıqları ünvana baxış keçirilməsi zəruridir. Üzərlərinə və yaşadıqları ünvana baxış keçirilməsinə etiraz etmədiklərini, baxış keçirilməsinə razı olduqlarını bildirmişlər. Onlara təklif edilmişdir ki, üzərlərində və yaşadıqları ünvanda narkotik vasitələr və psixotrop maddələr gizlədib saxlayırlarsa təqdim etsinlər. Bu təklifdən sonra o öz üzərində, Təqsirləndirilən şəxs1 isə öz üzərində və yaşadığı ünvanda narkotik vasitələr olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 yaşadığı ünvana baxış keçirilməsinə etirazının olmaması ilə bağlı ərizə yazaraq təqdim etmişdir. Baxış keçirilməsindən əvvəl ona və Təqsirləndirilən şəxs1 hüquqları izah edilmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs1 və ona baxışın videoçəkiliş vasitəsi ilə aparılacağı barədə məlumat verilmiş, Təqsirləndirilən şəxs1 və o buna etiraz etmədiklərini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs1 və onun üzərinə, eləcə də Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 4 ünvanına 30 may 2022-ci il tarixdə saat 18:29-da videokamera vasitəsilə çəkiliş aparılmaqla baxış keçirilməyə başlanılmışdır. Baxışın keçirilməsi Təqsirləndirilən şəxs1 və onun razılığı və iştirakı ilə aparılmışdır. Təqsirləndirilən şəxs1 mənzildə Şahid7 adlı qadın tanışının olduğunu bildirmiş və ağ rəngli qapını döymüşdür. Mənzilin giriş qapısını Samirə açmış, polis əməkdaşları özlərini ona təqdim etmiş və Samirənin özünün təqdim etməsini təklif etmişlər. Samirə özünü təqdim edərək Şahid7 olduğunu, Təqsirləndirilən şəxs1 və onun tanışı olduğunu qeyd edilən ünvana qonaq gəldiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 tədbir iştirakçılarını yaşadığı ünvana dəvət etmişdir. Onlar həmin mənzilə daxil olmuşlar. İlk öncə Təqsirləndirilən şəxs1 üzərində və yaşadığı ünvanda olması ehtimal edilən narkotik vasitələr, psixotrop maddələr və qanunla dövriyyəsi qadağan edilmiş digər əşyalar və maddələr varsa könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitələr və psixotrop maddələr olduğunu bildirib, əynində olan açıq mavi rəngli pencəyin sağ yan cibindən 1 ədəd siqaret qutusunu, pencəyin sol yan cibindən 2 ədəd üzüyü, pencəyin sağ iç cibindən pul qabını, pencəyin sol iç cibindən eynək qabını, əynində olan qara rəngli şalvarının sol yan cibindən siqaret qutusunu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Əynində olan pencəyin sağ yan cibindən aşkar edilmiş siqaret qutusunun və həmin pencəyinin sol iç cibindən aşkar edilmiş 1 ədəd eynək qutusunun içərisində narkotik vasitələr və psixotrop maddələr olduğunu qeyd etmişdir. Pencəyinin sağ yan cibindən aşkar edilmiş siqaret qutsunun içərisinə baxış zamanı həmin qutunun içərisində 1 ədəd sellofan bükümdə narkotik vasitə heroin, 1 ədəd gümüşü rəngli kağız kəsiyində narkotik vasitə heroin, 1 ədəd sellofan bükümdə narkotik vasitə qurudulumuş marixuana, 1 ədəd sellofan bükümdə psixotrop maddə metafetamin aşkar edilmişdir. Pencəyinin sol iç cibindən aşkar edilmiş eynək qutusunun içərisinə baxış zamanı həmin qutunun içərisində 1 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuana, 3 ədəd sellofan bükümdə narkotik vasitə heroin, 1 ədəd gümüşü rəngli kağız kəsiyində narkotik vasitə heroin, 1 ədəd sellofan bükümdə psixotrop maddə metafetamin, 1 ədəd gümüşü rəngli kağız kəsiyində dərman həbi, 1 ədəd elektron tərəzi aşkar edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra onun üzərindən aşkar edilmiş 4 ədəd sellofan bükümdə narkotik vasitə heroin, 2 ədəd gümüşü rəngli kağız kəsiyində narkotik vasitə heroin, 2 ədəd sellofan bükümdə psixotrop maddə metafetamin, 2 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd gümüşü rəngli kağız kəsiyində dərman həbi və 1 ədəd elektron tərəzi 1 ədəd zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Pul qabına baxış keçirilərkən pul qabının içərisində 4 manat pul, Təqsirləndirilən şəxs1 məxsus şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, 1 ədəd plastik bank kartı, 1 ədəd nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, 1 ədəd nəqliyyat vasitəsinin idarə edilməsi haqqında etibarnamə aşkar edilmişdir. Eyni zamanda aşkar edilmiş 1 ədəd plastik bank kartı, 1 ədəd nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, 1 ədəd nəqliyyat vasitəsinin idarə edilməsi haqqında etibarnamə, şəxsiyyət vəsiqəsi və 1 ədəd sürücülük vəsiqəsi polis əməkdaşı tərəfindən götürülmüşdür.Daha sonra özünün üzərinə baxış keçirilmiş, üzərində narkotik vasitə heroin olduğunu bildirib əynində olan açıq mavi rəngli şalvarının sağ yan cibindən 2 ədəd sellofan bükümü, şalvarının sol yan cibindən “Redmi” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Aşkar edilmiş 2 ədəd sellofan bükümə baxış keçirilərkən bükümlərin içərisində narkotik vasitə heroin olması müşahidə edilmişdir. Bundan sonra üzərindən aşkar edilmiş 2 ədəd sellofan bükümdə narkotik vasitə heroin polis əməkdaşı tərəfindən 1 ədəd zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 1 ədəd “Redmi” markalı mobil telefon polis əməkdaşı tərəfindən götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs1 təklif edilmişdir ki, yaşadığı ünvanda narkotik vasitələr və psixotrop maddələr gizlədib saxlayırsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 yaşadığı ünvanda narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib qonaq otağında olan qəhvəyi rəngli geyim şkafını açıb şkafın içərisindən 1 ədəd çantanı təqdim etmiş və həmin çantanın içərisində narkotik vasitə marixuana olduğunu bildirmişdir. Həmin çantanın içərisinə baxış zamanı çantanın içərisində 1 ədəd sarı rəngli sellofan torba, 1 ədəd qara rəngli sellofan torba, 1 ədəd sellofan büküm və 2 ədəd elektron tərəzi aşkar edilmişdir. 1 ədəd sarı rəngli və 1 ədəd qara rəngli sellofan torbaya və 1 ədəd sellofan bükümə baxış keçirilərkən içərisində narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Aşkar edilmiş 2 ədəd sellofan torbada narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuana və 2 ədəd elektron tərəzi 1 ədəd ağ rəngli sellofan torbada qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı ünvandan aşkar edilmiş narkotik vasitələri və psixotrop maddələri anket məlumatlarını dəqiq bilmədiyi İran İslam Respublikasının vətəndaşından əldə etdiyini, həmin İran Respublikasının vətəndaşı ilə onun vasitəsi ilə əlaqə yaratdığını, İran İslam Respublikası vətəndaşının göndərdiyi narkotik vasitənin ünvanı və yerinin olması barədə Musadan əldə etdiyi məlumatla öyrənərək narkotik vasitələri yaşadığı ünvana yaxın ərazidən 3 gün əvvəl götürdüyünü, bunun əvəzində ona da 2 ədəd sellofan bükümdə narkotik vasitə heroin pay verdiyini, əldə etdiyi narkotik vasitələri şəxsi istifadə üçün üzərində və yaşadığı ünvanda saxladığını bildirmişdir. Həmçinin şifahi sorğu zamanı Şahid7 narkotik vasitə saxlanılmasından məlumatı olmadığını bildirmişdir. Şifahi sorğu zamanı o, Təqsirləndirilən şəxs1 bildirdiklərini təsdiq edərək üzərindən aşkar edilmiş 2 ədəd sellofan bükümdə narkotik vasitə heroini Təqsirləndirilən şəxs1 İran İslam Respublikası vətəndaşından narkotik vasitə sifariş verməsinə əlaqə yaradaraq köməklik etməsi əvəzində əldə etdiyini və İran İslam Respublikasından narkotik vasitələr sifariş edib əldə edərək saxladığını bildirmişdir. Şahid7nm tanışı olduğunu və onun narkotik vasitələrdən məlumatı olmadığını qeyd etmişdir. Şifahi sorğu zamanı Şahid7 Təqsirləndirilən şəxs1 və onunla tanış olduğunu, hazırki ünvanda və onların üzərlərindən narkotik vasitələrin olmasından məlumatlı olmadığını, Təqsirləndirilən şəxs1 və onun bildirdiklərini təsdiq etmişdir. Hadisə yerinə keçirilən baxışla bağlı sənədləşmənin aparılması üçün əlverişli şərait olmadığını nəzərə alaraq polis əməkdaşı onları Baş İdarəyə dəvət etmişlər. Onlar polis əməkdaşının təklifinə etiraz etməyib Baş İdarəyə getməyə razı olduğunu bildirmişlər. Hər ikisi müdafiəçi ilə təmin edilib şübhəli şəxs qismində tutulduqdan dərhal sonra baxış keçirilməsi və əşyaların götürülməsi prosesinin nəticəsinə dair polis əməkdaşı tərəfindən protokol tərtib olunmuşdur. O, taksi fəaliyyətini **-PK-*** dövlət qeydiyyat nişanlı “Khazar SD” markalı avtomobillə həyata keçirmişdir. Həmin avtomobili 2 aydır ki, icarə əsasında ona verilmiş etibarnamə ilə idarə edir bunun üçün həftəlik 160 manat icarə haqqı ödəyir. Təxminən 4 aydır ki, narkotik vasitələrdən istifadə etmişdir. Narkotik vasitələrdən ən çox “kakos” yəni heroindən istifadə etmişdir. Narkotik vasitələri təxminən 5 ay bundan əvvəl “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə özünün deməsinə görə İran İslam Respublikasının vətəndaşı olan “Məhəmməd” adlı şəxsdən əldə etmişdir. Bir müddət sonra “Məhəmməd” adlı şəxslə “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlamağa başlamışdır. O “Məhəmməddən” narkotik vasitələr istədikdə sonuncu ona müxtəlif bank kartlarının şəkillərini göndərib oraya pul göndərməyini bildirmişdir. Həmin bank kartlarına pul göndərdikdən bir müddət sonra isə “Məhəmməd” narkotik vasitələrin harada yerləşməsi barədə şəkillər göndərib göstərilən yerlərdən götürə biləcəyini söyləmişdir. Narkotik vasitələri “Məhəmməd”dən müxtəlif qiymətlərə əldə edib onları özü istifadə etmişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin vasitəsi ilə “Məhəmməd”-in istifadəsində olan +**********17 saylı mobil nömrənin “Whatsapp” sosial şəbəkəsində əlaqə saxladıqdan sonra onun təqdim etdiyi bank kartına 100 manat pul köçürmüş və ondan şəxsi istifadəsi üşün 4 qram çəkidə narkotik vasitə heroin istəmişdir. O, da ona öz növbəsində yazmış olduğu ismarıcda həmin narkotik vasitəni hazır etdiyini Ukrayna dairəsindən “Həzi Aslanov” metrosuna gedən yolda yolun sağ kənarına qoyduğunu bildirmiş və onun atmış olduğu yerin müvafiq şəklini göndərmişdir. 10 mart 2022-ci il tarixdə saat 00:30 radələrində Nəsimi rayonu ərazisində yerləşən “Avtoş” dönər deyilən yerin yanında olan zaman tanışı olan Şahid8 görmüş onun Əhmədli qəsəbəsində yaşadığını bildiyi üçün onu təmənnasız şəkildə apara biləcəyini söyləmişdir. Onunla birlikdə Əhmədli istiqamətində gedən zaman Ukrayna dairəsinin yaxınlığına çatdıqda idarə etdiyi avtomobili Həzi Aslanov istiqamətində saxlamışdır. O İslamında narkotik vasitə istifadəçisi olduğunu bildiyi üçün ona avtomobili niyə görə saxladığını bildirmiş və ona da avtomobildən enməsini söyləmişdir. İslam da onunla birlikdə avtomobildən enmişdir. Avtomobildən endikdən sonra o “Məhəmmədin” dediyi narkotik vasitəni yolun sağ kənar hissəsi ilə gəzə-gəzə axtarmağa başlamış və narkotik vasitəni tapmışdır. Narkotik vasitə yerdə ağ sellofan torbanın içərisində olmuşdur. Narkotiki götürən zaman onun 4 qramdan artıq olduğunu hiss etmiş ətrafa boylanmış heç kimin onu görmədiyindən əmin olduqdan sonra tez öz şəxsi istifadəsi üçün bir büküm ayırıb sol yan cibinə qoymuş qalan narkotik vasitəni isə avtomobilin sağ ön saxlanc yerinə qoymuşdur. Bundan sonra Şahid8 yanına çağırmış bu zaman təxminən saat 1:00 radələrində polis əməkdaşları onlara yaxınlaşmış və onların narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu söyləmişlər. Bundan sonra onlar Xətai RPİ-nin 36-cı Polis bölməsinə dəvət edilmişdirlər. Polis əməkdaşları onlardan icazə alaraq avtomobilin arxa oturacağında əyləşmiş və polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişlər.Polis bölməsində ona hüquq və vəzifələri izah olunaraq bölməyə müdafiəçi dəvət olunmuşdur. Bundan sonra üzərində videoçəkilişdən istifadə edilməklə axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşyaları təqdim etmək təklif edilmişdir. Bu təklifdən sonra o əynindəki qəhvəyi rəngli şalvarın sağ yan cibindən 1 ədəd açılıb bağlanan bıçaq, 1 ədəd özünə məxsus olan “Sony” markalı mobil telefonu, boz rəngli gödəkçənin sol yan cibindən 1 ədəd ağ rəngli sellofan bükümdə heroini, 2 ədəd bank kartını və alışqanı çıxarıb təqdim etmişdir. 1 ədəd ağ rəngli sellofan bükümün içərisində narkotik vasitə olan “kakos” yəni heroin olmasını şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra üzərində şəxsi axtarış keçirilmiş, cibində olan 5 manatlıq əskinazdan başqa heç bir əşya aşkar edilməmişdir. Bundan sonra təqdim etdiyi narkotik vasitə elektron tərəzidə çəkilmişdir. Təqdim etdiyi bıçağın adi bir bıçaq olmasını, unutduğu üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş narkotik vasitə və bıçaq ayrı-ayrılıqda zərfə qoyularaq qablaşdırılmış və iştirakçılar tərəfindən zərfin üzərində imzalar çəkilmişdir. Daha sonra idarə etdiyi “KhazarSD” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilə onun, müdafiəçinin və digər iştirakçılar ilə birlikdə baxış keçirilmişdir. Baxış zamanı “Məhəmmədin” vasitəsi ilə əldə etdiyi 1 ədəd şəffaf sellofandakı heroini avtomobilin ön sağ saxlanc yerindən çıxarıb təqdim etmişdir. Həmçinin salonda olan bıçağı da təqdim etmişdir. Heroini təqdim edən zaman onu şəxsi istifadəsi üçün əldə etdiyini bir daha qeyd etmişdir. Dəri qabda olan bıçağa gəldikdə isə ona dayısından yadigar qaldığını son 2-3 gün ərzində avtomobilində sürət ötürücünün arxasında qaldığını bildirmişdir. Həmin 1 (bir) ədəd bükümdə olan narkotik vasitə tərəzidə çəkilmişdir. Bundan sonra heroin və bıçaq ayrı-ayrılıqda zərfləşdirilib möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır (cild 1 iş vərəqə 131-135, cild 2 iş vərəqə 22-24). Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı ifadəsinin məzmunundan görünür ki, o, törətdiyi cinayət əməllərini etiraf etmiş və işin faktiki hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini mötəbər hesab edir. Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 240.2.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.4.1, 234.4.2, 234.4.3 və 240.2.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə tam təqsirli olmaları ibtidai istintaq zamanı təqsirləndirilən şəxslərin etirafedici ifadələri ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 30 may 2022-ci il tarixdə Baş İdarəyə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. O əməliyyat qrupunun rəhbəri olmaqla idarənin əməkdaşlarından ibarət əməliyyat qrupunun yaradılması ilə bağlı Baş İdarənin rəhbərliyi tərəfindən əmr verilmişdir. 30 may 2022-ci il tarixdə əməliyyat qrupunun üzvləri ilə birlikdə Baş İdarədən çıxıb Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, C.Xanməmmədov küçəsi ev 33 ünvanının qarşısına gəlmişlər. Qeyd olunan ünvanın qarşısında müşahidə aparan zaman saat 18:30 radələrində blokun giriş qapısına tərəf zahirən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oxşar şəxslərin hərəkət etdiyini görmüşdür. Onlar həmin şəxslərə yaxınlaşıb özlərini təqdim edib anket məlumatlarını bildirmələrini söyləmişdirlər. Həmin şəxslər özlərini təqdim edərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduqlarını bildirmişdirlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək yaşadığı ünvanda saxlaması və üzərində daşımaqda şübhəli olduğu bildirilmiş, sonra da Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 “əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında” qəbul edilmiş qərarla tanış edilmişdirlər. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 üzərində, Təqsirləndirilən şəxs1 isə həmçinin üzərində və yaşadığı ünvanda narkotik vasitələr gizlədib saxladıqlarını, həmin narkotik vasitələri təqdim edə biləcəklərini bildirərək üzərlərinə və Təqsirləndirilən şəxs1 yaşadığı ünvana baxış keçirilməsinə heç bir etirazlarının olmadığını qeyd etmişdirlər. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hüquqları izah edilmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərinə, eləcə də Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 6 ünvanına videokamera vasitəsilə çəkliş aparılmaqla baxış keçirilməyə başlanılmış, mənzilin giriş qapısı Şahid7 tərəfindən açıldıqdan sonra özlərini ona təqdim edib DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişdirlər. Şahid7 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanışı olduğunu, qeyd edilən ünvana qonaq gəldiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 tədbir iştirakçılarını yaşadığı ünvana dəvət etmiş, ilk öncə Təqsirləndirilən şəxs1 üzərində və yaşadığı ünvanda olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri və qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları və maddələri könüllü surətdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitələr və psixotrop maddələr olduğunu bildirib, əynində olan pencəyin sağ yan cibindən 1 ədəd siqaret qutusunu, pencəyin sol yan cibindən 2 ədəd üzüyü, pencəyinin sağ iç cibindən pul qabını, pencəyinin sol iç cibindən eynək qabını, əynində olan qara rəngli şalvarının sol yan cibindən siqaret qutusunu masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs1 əynində olan pencəyinin sağ yan cibindən aşkar edilmiş siqaret qutusunu və həmin pencəyinin sol iç cibindən aşkar edilmiş 1 ədəd eynək qutusunun içərisində narkotik vasitələr və psixotrop maddələr olduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs1 pencəyinin sağ yan cibindən aşkar edilmiş siqaret qutusunun içərisinə baxış zamanı həmin qutunun içərisində 1 ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar maddə, 1 ədəd gümüşü rəngli kağız kəsiyində narkotik vasitə heroinə oxşar maddə, 1 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə, 1 ədəd sellofan bükümdə psixotrop maddə metafetaminə oxşar maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 pencəyinin sol iç cibindən aşkar edilmiş eynək qutusunun içərisinə baxış zamanı həmin qutunun içərisində 1 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə, 3 ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar maddə, 1 ədəd gümüşü rəngli kağız kəsiyində narkotik vasitə heroinə oxşar maddə, 1 ədəd sellofan bükümdə psixotrop maddə metafetaminə oxşar maddə, 1 ədəd gümüşü rəngli kağız kəsiyində dərman həbi, 1 ədəd elektron tərəzi aşkar edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 4 ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar maddələr, 2 ədəd gümüşü rəngli kağız kəsiyində narkotik vasitə heroinə oxşar maddələr, 2 ədəd sellofan bükümdə psixotrop maddə metafetaminə oxşar maddələr, 2 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə, 1 ədəd gümüşü rəngli kağız kəsiyində dərman həbi və 1 ədəd elektron tərəzi cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 1 ədəd zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə heroin olduğunu bildirib əynində olan şalvarın sağ yan cibindən 2 ədəd sellofan bükümü, şalvarının sol yan cibindən “Redmi” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Aşkar edilmiş 2 ədəd seloffan bükümə baxış keçirilərkən bükümlərin içərisində narkotik vasitə heroinə oxşar maddələr olması müşahidə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 2 ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 1 ədəd zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 1 ədəd “Redmi” markalı mobil telefon götürülmüş, bundan sonra Təqsirləndirilən şəxs1 təklif edilmişdir ki, yaşadığı ünvanda narkotik vasitələr və psixotrop maddələr gizlədib saxlayırsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 yaşadığı ünvanda narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib qonaq otağında olan geyim şakafını açıb şkafın dərisindən 1 ədəd çantanı təqdim etmiş, həmin çantanın içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin çantanın içərisinə baxış zamanı çantanın içərisində 1 ədəd sarı rəngli sellofan torba, 1 ədəd qara rəngli sellofan torba, 1 ədəd sellofan büküm və 2 ədəd elektron tərəzi aşkar edilmişdir. 1 ədəd sarı rəngli və 1 ədəd qara rəngli sellofan torbaya, 1 ədəd sellofan bükümə baxış keçirilərkən içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Aşkar edilmiş 2 ədəd sellofan torbada narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə, 1 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə və 2 ədəd elektron tərəzi qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı ünvandan aşkar edilmiş narkotik vasitələri və psixotrop maddələri anket məlumatlarını dəqiq bilmədiyi İran İslam Respublikasının vətəndaşından əldə etdiyini, həmin İran Respublikasının vətəndaşı ilə Təqsirləndirilən şəxs2 vasitəsi ilə əlaqə yaratdığını, İran İslam Respublikası vətəndaşının Təqsirləndirilən şəxs2 göndərdiyi narkotik vasitənin ünvanı və yerinin olması barədə əldə etdiyi məlumatı Təqsirləndirilən şəxs2 öyrənərək narkotik vasitələri yaşadığı ünvana yaxın ərazidən 3 gün əvvəl götürdüyünü, bunun əvəzində Təqsirləndirilən şəxs2 də 2 ədəd sellofan bükümdə narkotik vasitə heroin pay verdiyini, əldə etdiyi narkotik vasitələri şəxsi istifadə üçün üzərində və yaşadığı ünvanda saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs1, İran İslam Respublikasının vətəndaşı ilə Təqsirləndirilən şəxs2 vasitəsilə əlaqə saxladığını bildirmişdir. Naim və Musa birlikdə saxlanılmışdır.Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir.İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 və Şahid1 Şahid5 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqında ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş şahidlər Şahid3, Şahid6 və Şahid4 ibtidai araşdırma orqanına verdiyi ifadələrindən görünür ki, onlar, Şahid5 ifadəsinə uyğun oxşar məzmunlu ifadələr vermişlər (cild 3, iş vərəqə 90-94, 95-99 və100-104). Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 dostu kimi tanımış və onların hər ikisi ilə dostluq münasibəti olmuşdur. Belə ki, onlar, bir neçə dəfə Bakı şəhərinin müxtəlif ünvanlarında görüşüb asudə vaxtlarını birlikdə keçirmişlər. 2022-ci ilin may ayının sonlarında kirayə yaşadığı ünvandan çıxdığı üçün qalmağa yeri olmadığından bu barədə Təqsirləndirilən şəxs2 məlumat vermişdir. Musa isə ona Naimin Hövsan qəsəbəsində kirayə tutduğu evin boş olmasını və onunla danışıb razılıq alarsa 1-2 gün müddətində həmin evdə qala biləcəyini demişdir. Hadisədən 1 gün əvvəl o, Musa ilə birlikdə “Badamdar” qəsəbəsində yerləşən oteldə qalmışdır. Sonra səhər saatlarında Naim onların yanlarına gəlmiş və onlar, oradan Naimin Hövsan qəsəbəsində yerləşən evinə getmişlər. O, Musa ilə birlikdə həmin ünvana gəlmiş, lakin Naim avtomobili park etdiyindən onlardan gec evə gəlmişdir. Onlar, evdə olarkən polis əməkdaşları evə daxil olmuşdurlar. Bu zaman o, Musa ilə evdə olmuş, Naimi də aşağıda saxlayıb evə gətirmişdilər. Evə baxış keçirilərkən Naim 1 ədəd çantanı təqdim etmiş və həmin çantanın içərisindən narkotik vasitələr aşkar olunmuşdur. Sonra digər otaqda Naimi və Musanı sorğu-sual etmişlər. Sorğu zamanı Təqsirləndirilən şəxs1 narkotik vasitələri İran İslam Respublikası vətəndaşından əldə edərək saxladığını bildirmişdir. O, evdə olarkən Naim və Musaya fiziki zor tətbiq etmişdirlər. O, Naim və Musa ilə eyni otaqda olmasa da, onların səslərini eşitmişdir. Həmin evdə narkotik vasitə olmasından xəbəri olmamışdır. Hadisədən 1 gün əvvəl Musa ilə birlikdə oteldə qalmışdır.Narkotik vasitələrdən istifadə etməmişdir. Musanın narkotik vasitədən istifadə etdiyini görməmişdir.Təxminən 7-8 nəfər polis əməkdaşı evə daxil olmuşdur. Naimin evinə gələn polis əməkdaşlarından heç birini əvvəllər tanımamışdır. Musa və Naimin narkotik vasitələrdən istifadə etməsindən şübhələnmişdir. Naim və Musa digər otaqda polis əməkdaşları tərəfindən döyülərkən ağrıdan qışqırmışdırlar. Narkotik vasitələrin polis əməkdaşları tərəfindən evə yerləşdirilibyerləşdirilmədiyini bilməmişdir. Polis əməkdaşları vəsiqə göstərmədən evə basqın edərək daxil olmuşdurlar. O həmin evə ilk dəfə idi ki, qalmaq üçün getmişdi. Həmin evə gedərkən özüylə qanunsuz heç nə aparmamışdır. Hadisədən əvvəl həmin evə Musa və Naimlə birlikdə getmiş, lakin gecə orada qalmamışdır. Həmin evə gedəndə geyim əşyalarını da aparmışdır.Təxminən hadisədən 1 həftə əvvəl Naim və Musa ilə birlikdə həmin evə getmişdirlər. Onda Naimin evinin açarı olmamışdır. Naim və Musa ilə birlikdə əvvəllər neçə dəfə həmin evə getdiyini xatırlamamışdır. İbtidai istintaq zamanı ifadə verməmiş, sadəcə sənədlərə oxumadan imza etmişdir. Məhkəmə şahid qismində dindirilmiş Şahid7 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək şahidin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Şahid7 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, ünvan 13 ünvanında qeydiyyatdadır, ünvan 14 ünvanında yaşamışdır. Təqsirləndirilən şəxs2 Ədalət oğlunu 7-8 aya yaxın müddətdir ki, tanımışdır. Təqsirləndirilən şəxs1 isə Təqsirləndirilən şəxs2 dostu kimi tanımış və onların hər ikisi ilə dostluq münasibəti olmuşdur. Belə ki, onlar bir neçə dəfə Bakı şəhərinin müxtəlif ünvanlarında görüşüb asudə vaxtlarını birlikdə keçirmişlər. 2022-ci ilin may ayının sonlarında kirayə yaşadığı ünvandan çıxdığı üçün qalmağa yeri olmadığından bu barədə Təqsirləndirilən şəxs2 məlumat vermişdir. Musa isə ona Naimin Hövsan qəsəbəsində kirayə tutduğu evin boş olmasını və onunla danışıb razılıq alarsa 1- 2 gün müddətində həmin evdə qala biləcəyini söyləmişdir, onlar üçü görüşən zaman Naim evin boş olmasını və gedib orada qala biləcəyini demişdir. Bundan sonra üçü qeyd olunan mənzilə getmişlər. Bir qədər orada birlikdə oturduqdan sonra Naim və Musa getmişlər, həmin gecə evdə qalmışdır. Səhərisi gün Musa ilə danışan zaman birlikdə Badamdar qəsəbəsindəki “Lüks” oteldə qalmalarını təklif etmişdir. O da Musanın təklifini qəbul edib 29 may 2022-ci il tarixdə həmin hotelə getmişdir. X14 yığan zaman o, Musanın telefonunu açıb hoteldə olduqlarını söyləmişdir. Naim isə oranı tanımadığını və gələ bilmədiyini söyləmişdir. O, Naimə şəhərdə işinin olmasını, axşam radələrində birlikdə görüşərək Musanın yanına, hotelə qayıtmalarını demişdir. Naim də təklifini qəbul etmişdir. Belə ki, 29 may 2022-ci il tarixdə saat 23 radələrində Naim ilə “20 Yanvar"' metrostansiyasının yaxınlığında görüşüb Badamdar qəsəbəsinə Təqsirləndirilən şəxs2 olduğu hotelə qayıtmışdır. Onlar üçü gecəni bir otaqda qalmışlar. Səhər təxminən 16-17 radələrində Naimin idarə etdiyi avtomobildə, Musa isə öz avtomobili ilə Hövsan qəsəbəsi, C.Xanməmmədov küçəsi ev 33 saylı ünvanın qarşısına gəlmişdir. Həmin ünvanın qarşısında Naim avtomobili saxlamış və o, yuxarıya qalxmışdır. Təxminən 10-15 dəqiqə keçdikdən sonra mənzilin qapısının döyülməsini eşitmişdir. Qapını açdıqda bir neçə şəxsin, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qapının qarşısında dayandıqlarını görmüşdür. Onların yanında olan şəxslər özlərini təqdim edərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını söyləmiş və ona özünü təqdim etmələrini bildirmişlər. Özünü təqdim edərək Şahid7 olduğunu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanışı olduğunu qeyd edilən ünvana qonaq gəldiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 tədbir iştirakçılarını yaşadığı ünvana dəvət etmişdir. İlk öncə Təqsirləndirilən şəxs1 üzərində və yaşadığı ünvanda olması ehtimal edilən narkotik vasitələr, psixotrop maddələr və qanunla dövriyyəsi qadağan edilmiş digər əşyalar və maddələr varsa könüllü surətdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitələr və psixotrop maddələr olduğunu bildirib, əynində olan açıq mavi rəngli pencəyin sağ yan cibindən 1 ədəd siqaret qutusunu, pencəyin sol yan cibindən 2 ədəd üzüyü, pencəyin sağ iç cibindən pul qabını, pencəyin sol iç cibindən eynək qabını, əynində olan qara rəngli şalvarının sol yan cibindən siqaret qutusunu və əynində olan şalvarının sağ yan cibindən 1 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Əynində olan pencəyinin sağ yan cibindən aşkar edilmiş siqaret qutsunun və həmin pencəyinin sol iç cibindən aşkar edilmiş 1 ədəd eynək qutusunun içərisində narkotik vasitələr və psixotrop maddələr olduğunu qeyd etmişdir. Pencəyinin sağ yan cibindən aşkar edilmiş siqaret qutusunun içərisinə baxış zamanı həmin qutunun içərisində 1 ədəd sellofan bükümdə narkotik vasitə heroin, 1 ədəd gümüşü rəngli kağız kəsiyində narkotik vasitə heroin, 1 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd sellofan bükümdə psixotrop maddə metafetamin aşkar edilmişdir. Pencəyinin sol iç cibindən aşkar edilmiş eynək qutusunun içərisinə baxış zamanı həmin qutunun içərisində 1 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuana, 3 ədəd sellofan bükümdə narkotik vasitə heroin, 1 ədəd gümüşü rəngli kağız kəsiyində narkotik vasitə heroin, 1 ədəd sellofan bükümdə psixotrop maddə metafetamin, 1 ədəd gümüşü rəngli kağız kəsiyində dərman həbi, 1 ədəd elektron tərəzi aşkar edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra onun üzərindən aşkar edilmiş 4 ədəd sellofan bükümdə narkotik vasitə heroin, 2 ədəd gümüşü rəngli kağız kəsiyində narkotik vasitə heroin, 2 ədəd sellofan bükümdə psixotrop maddə metafetamin, 2 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd gümüşü rəngli kağız kəsiyində dərman həbi və 1 ədəd elektron tərəzi 1 ədəd zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Pul qabına baxış keçirilərkən pul qabının içərisində 4 manat pul, Təqsirləndirilən şəxs1 məxsus şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, 1 ədəd plastik bank kartı, 1 ədəd nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, 1 ədəd nəqliyyat vasitəsinin idarə edilməsi haqqında etibarnamə aşkar edilmişdir. Üzərindən aşkar edilmiş 5 manat pul, 2 ədəd üzük, 1 ədəd siqaret qutusu ona geri qaytarılmışdır. Eyni zamanda aşkar edilmiş 1 ədəd plastik bank kartı, 1 ədəd nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, 1 ədəd nəqliyyat vasitəsinin idarə edilməsi haqqında etibarnamə, şəxsiyyət vəsiqəsi və 1 ədəd sürücülük vəsiqəsi polis əməkdaşı tərəfindən götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilmişdir. O, üzərində narkotik vasitə heroin olduğunu bildirib əynində olan açıq mavi rəngli şalvarının sağ yan cibindən 2 ədəd sellofan bükümü, şalvarının sol yan cibindən “Redmi” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Aşkar edilmiş 2 ədəd sellofan bükümə baxış keçirilərkən bükümlərin içərisində narkotik vasitə heroin olması müşahidə edilmişdir. Bundan sonra üzərindən aşkar edilmiş 2 ədəd sellofan bükümdə narkotik vasitə heroin polis əməkdaşı tərəfindən bir ədəd zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 1 ədəd “Redmi” markalı mobil telefon polis əməkdaşı tərəfindən götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs1 yaşadığı ünvanda narkotik vasitələr və psixotrop maddələr gizlədib saxlayırsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 yaşadığı ünvanda narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib qonaq otağında olan qəhvəyi rəngli geyim şkafını açıb şkafın içərisindən 1 ədəd çantanı təqdim etmiş və həmin çantanın içərisində narkotik vasitə marixuana olduğunu bildirmişdir. Həmin çantanın içərisinə baxış zamanı çantanın içərisində 1 ədəd sarı rəngli sellofan torba, 1 ədəd qara rəngli sellofan torba, 1 ədəd sellofan büküm və 2 ədəd elektron tərəzi aşkar edilmişdir. 1 ədəd sarı rəngli və 1 ədəd qara rəngli sellofan torbaya və 1 ədəd sellofan bükümə baxış keçirilərkən içərisində narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Aşkar edilmiş 2 ədəd sellofan torbada narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuana və 2 ədəd elektron tərəzi 1 ədəd ağ rəngli sellofan torbada qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı ünvandan aşkar edilmiş narkotik vasitələri və psixotrop maddələri anket məlumatları dəqiq bilmədiyi İran İslam Respublikasının vətəndaşından əldə etdiyini, həmin İran İslam Respublikasının vətəndaşı ilə Təqsirləndirilən şəxs2 vasitəsi ilə əlaqə yaratdığını, İran İslam Respublikası vətəndaşının göndərdiyi narkotik vasitənin ünvanı və yerinin olması barədə ondan əldə etdiyi məlumatla öyrənərək narkotik vasitələri yaşadığı ünvana yaxın ərazidən 3 gün əvvəl götürdüyünü, bunun əvəzində ona da 2 ədəd sellofan bükümdə narkotik vasitə heroin pay verdiyini, əldə etdiyi narkotik vasitələri şəxsi istifadə üçün üzərində və yaşadığı ünvanda saxladığını bildirmişdir. Həmçinin şifahi sorğu zamanı narkotik vasitə saxlanılmasından məlumatı olmadığını bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 bildirdiklərini təsdiq edərək üzərindən aşkar edilmiş 2 ədəd sellofan bükümdə narkotik vasitə heroini onun Təqsirləndirilən şəxs1 İran İslam Respublikası vətəndaşından narkotik vasitə sifariş verməsinə əlaqə yaradaraq köməklik etməsi əvəzində əldə etdiyini və İran İslam Respublikasından narkotik vasitələr sifariş edib əldə edərək saxladığını bildirmişdir. O, Təqsirləndirilən şəxs2 tanışı olduğunu və narkotik vasitələrdən məlumatı olmadığını qeyd etmişdir. Şifahi sorğu zamanı hazırki ünvanda və onların üzərlərindən narkotik vasitələrin olmasından məlumatlı olmadığını demişdir. Hadisə yerində keçirilən baxışla bağlı sənədləşmənin aparılması üçün əlverişli şərait olmadığını nəzərə alaraq polis əməkdaşları onları Baş İdarəyə dəvət etmişlər. Onlar polis əməkdaşının təklifinə etiraz etməyib Baş İdarəyə getməyə razı olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 müdafiəçi ilə təmin edilib şübhəli şəxs qismində tutulduqdan dərhal sonra baxış keçirilməsi və əşyaların götürülməsi prosesinin nəticəsinə dair polis əməkdaşı tərəfindən protokol tərtib olunmuşdur (cild 1, iş vərəqə 103-107). Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadəsini mötəbər hesab edir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Daxili İşlər Nazirliyinin X12 Alayının 3-cü Patrul Bölüyünün polis nəfəri vəzifəsində işləyir və polis serjantı rütbəsi daşıyır. xx.xx.2022-ci il tarixdə eyni avtopatrulda onunla birlikdə xidmət aparan Şahid10 ilə xidmət aparan zaman gecə saatlarında, təxminən 00:50 radələrində yol kənarında “Khazar SD” markalı, **-PK- *** qeydiyyat nişanlı avtomobilin dayanmasını görmüşlər. Həmin avtomobilin içərisində 2 nəfər kişi cinsli şəxsin olmasını görmüş və onlar gecə saatlarında özlərini şübhəli apardıqlarına görə diqqətlərini cəlb etmişlər. Bir qədər qeyd olunan avtomobili kənardan müşahidə edən zaman avtomobilin içərisindən hər iki şəxs düşmüşdür. Onlardan biri yəni sürücü avtomobilin arxa tərəfi ilə yolun kənarı ilə piyada hərəkət etmiş, digər şəxs isə avtomobildən bir qədər uzaqlaşıb dayanmış və ətrafa baxmışdır. Sürücü olan şəxs isə hərəkətini davam etdirib yolun kənarında nəsə axtarmağa başlamışdır. 2-3 dəqiqə keçdikdən sonra sürücü Yenidən avtomobilə yaxınlaşıb əyləşmişdir. Onlar bir qədər də gözləyib digər şəxsin də artıq avtomobilə tərəf gəldiyini görmüşlər. Bu zaman həmin avtomobilə yaxınlaşıb özlərini təqdim etmiş və onlardan sənədlərini təqdim etmələrini xahiş etmişlər. Həmin şəxslərdən harda yaşadıqlarını və bu saatda qeyd olunan ərazidə hansı məqsəd ilə olmalarını soruşmuşlar. Avtomobilə kənardan baxan zaman salonda olan sürət ötürücüsünün arxasında olan bıçaq diqqətlərini cəlb etdiyindən onlara əlavə suallar vermişlər. Bu zaman onlar öz hərəkətlərində qeyri adekvatlıq göstərməyə başladıqları üçün onların narkotik vasitələrin təsiri altında ola biləcəyindən şübhələnmiş və onların avtomobilinə əyləşərək polis bölməsinə sürməsini xahiş etmişlər. Onlar avtomobilin arxa oturacağında əyləşən zaman sürücü etiraz etmədən avtomobili ünvan 15 ünvanda yerləşən 36-cı PB-nə sürmüşdür. Polis bölməsində məlum olmuşdur ki, həmin şəxslər xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs2 və xx.xx.1993-cü il təvəllüdlü Şahid8dur. Hər iki şəxsin üzərlərinə şəxsi axtarış və götürülmə aparılması zərurəti yarandığından, bölməyə Bakı şəhəri, Vəkillər kollegiyasının 13 saylı vəkil bürosundan müdafiəçi dəvət olunmuşdur. Onun, müdafiəçinin, Şahid10 iştirakı ilə videoçəkilişdən istifadə edilməklə ilk növbədə şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Polis bölməsinin təhqiqatçısı Anar Abbasov, Təqsirləndirilən şəxs2 qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etmiş, daha sonra ona üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs2 əynindəki qəhvəyi rəngli şalvarın sağ yan cibindən 1 ədəd bıçaq və 1 ədəd sarı rəngli “SONY” markalı mobil telefonu, əynində olan açıq boz rəngli gödəkçənin sol yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş tünd qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə heroinə bənzər kütlələr olan bükümü, həmçinin şalvarının sağ yan cibindən 1 ədəd “Umico” hesab kartını və 1 ədəd “ATB” bank kartını çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirmiş, sonuncunun sol yan cibindən 5 manatlıq əskinazdan başqa üzərindən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. X8 narkotik vasitələri haradan və hansı məqsədlə əldə etdiyini soruşmuşdur. Cavabında Təqsirləndirilən şəxs2 təqdim etdiyi şəffaf bükümdə olan maddələrin heroin “kakos” olduğunu tanımadığı şəxsdən şəxsi istifadəsi üçün onlayn şəkildə əldə etdiyini bildirmişdir. Daha sonra təqdim olunan narkotik vasitələrə bənzər kütlələr elektron tərəzidə çəkilmiş, 1 ədəd şəffaf rəngli bükümdə olan heroinə bənzər kütlələrin İsə ümumi çəkisinin 0,75 qram olması müəyyən edilmişdir. Həmin narkotik vasitəyə bənzər kütlələr zərfə qoyularaq onların iştirakı ilə imzalanıb Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” möhürlənmişdir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs2 bıçağı haradan əldə etməsi və nə məqsədlə üzərində gəzdirməsi barədə sual verdikdə Təqsirləndirilən şəxs2 bıçağı meyvə doğramaq üçün cib bıçağı olduğunu, daim üzərində saxlamadığını maşında saxladığını bildirmişdir. Həmin bıçaq zərfə qoyularaq onların iştirakı imzalanıb zərfdə möhürlənmişdir. Həmin zərfin üzəri şübhəli şəxs Təqsirləndirilən şəxs2, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Daha sonra müdafiəçinin şübhəli şəxs Təqsirləndirilən şəxs2 və onların İştirakı ilə təhqiqatçı Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilə baxış keçirilmişdir. Onun, müdafiəçinin, Şahid10 iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Xətai RPİ-nin 36-cı PB-nin həyətində dayanan avtomobilə baxış keçirilməsi başlanılmışdır. Təhqiqatçı Təqsirləndirilən şəxs2 avtomobildə hər-hansı bir qeyri-qanuni əşya və ya predmet olub olmamasını, əgər varsa könüllü təqdim etməsini təklif etmişdir. Təhqiqatçınm bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs2 avtomobilin sağ ön sərnişin oturacağının qapısını açaraq orada olan saxlanc yerindən 1 ədəd şəffaf rəngli sellofan bükümdə olan maddəni və 1 ədəd sürət ötürücüsünün arxasında olan dəri qabda saxlanılan bıçağı təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs2 1 ədəd şəffaf rəngli sellofan bükümdə olan maddənin narkotik vasitə olan heroin olmasını, şəxsi istifadəsi üçün əldə etdiyini onlayn qaydada danışdıqdan sonra H.Aslanov metrostansiyasının yaxınlığında yerdən götürdüyünü bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs2 1 ədəd bıçağın dayısından ona yadigar olduğunu ov bıçağı olmasını uzun müddətdir ki, evdə saxladığını son iki gün ərzində avtomobilində saxlamasını bildirmişdir. Həmin narkotik vasitəyə bənzər kütlə zərfə qoyularaq qablaşdırılmışdır. Daha sonra təhqiqatçı bıçağı zərfə qoydu onların iştirakı ilə imzalanıb möhürlənmişdir. Daha sonra digər şübhəli şəxs Şahid8 üzərində şəxsi axtarış keçirilməsi başlanmışdır. Bu zamanda onun, müdafiəçinin, Şahid10 iştirakı ilə videoçəkilişdən istifadə edilməklə digər şübhəli şəxs Şahid8 üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Polis bölməsinin təhqiqatçısı Anar Abbasov, Şahid8 qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etmiş, daha sonra ona üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif etmişdir. Şahid8 üzərində qanunla dövriyyəsi qadağan olunmuş əşya və predmetin olmadığını bildirmişdir. Daha sonra təhqiqatçı Şahid8 üzərinə şəxsi axtarış keçirmiş, sonuncunun üzərindən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra təhqiqatçı Şahid8 digər şübhəli şəxs Təqsirləndirilən şəxs2 ona narkotik vasitə təklif edib etməməsini soruşduqda o, Təqsirləndirilən şəxs2 ona narkotik vasitə təklif etmədiyini bildirmişdir (cild 2, iş vərəqə 81-84). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid10un ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, Şahid9 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 2, iş vərəqə 85-88). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid8 ifadəsində göstərmişdir ki, narkotik vasitələrin istifadəçisidir, lakin mütəmadi olaraq narkotik vasitələri qəbul etmir. Müəyyən vaxt aralıqlarında az miqdarda narkotik vasitə qəbul etmişdir. 9.03.2022-ci il tarixdə axşam saatlarında Nəsimi rayonunda yerləşən “Avtoş” dönərin yaxınlığında asudə vaxtını keçirmişdir. Təxminən 40-45 dəqiqə sonra yəni 10 mart 2022-ci il tarixdə təxminən saat 00:30 radələrində tanışı olan Musanı görmüşdür. Onunla salamlaşdıqdan sonra söhbət etmişdir. Söhbət əsnasında onun da narkotik vasitə qəbul etdiyini bildiyi üçün ondan narkotik vasitəsinin olub-olmadığını soruşmuşdur. Musa isə narkotik vasitəsinin olmadığını bildirmişdir. Daha sonra Musa ona Əhmədli istiqamətində gedəcəyini, lazımdırsa onu da pulsuz apara biləcəyini bildirmiş, o da Təqsirləndirilən şəxs2 təklifi ilə razılaşmışdır. “Ukrayna” dairəsinin yaxınlığına çatan zaman Musa avtomobili Həzi Aslanov istiqamətində saxlamış və İslama “WhatsApp” sosial şəbəkəsində bir nəfərlə danışdığını onun üçün buralarda bir yerə narkotik vasitə qoyulduğunu bildirmişdir. Musa İslamdan avtomobildən enib bir az aralanıb bir siqaret çəkməyini, özünün isə 5 dəqiqəyə gələcəyini bildirmişdir. Musa avtomobildən düşüb arxa tərəfə, İslam isə avtomobildən düşüb bir qədər aralıda siqaret çəkməyə başlamışdır. Təxminən 4-5 dəqiqə keçdikdən sonra Musa gəlib avtomobilə əyləşmiş, İslam avtomobilə tərəf gedən zaman 2 nəfər polis əməkdaşı onlara yaxınlaşmışdır. Musanın idarə etdiyi avtomobilin surətlər qutusunun yanında olan bıçaq polis əməkdaşları tərəfindən görülmüşdür. Polis əməkdaşları bir qədər danışdırdıqdan sonra onların narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək Xətai rayon Polis İdarəsinin 36-cı polis bölməsinə dəvət etmişlər. Polis əməkdaşları onlardan icazə aldıqdan sonra avtomobilin arxa oturacağında oturaraq avtomobili polis bölməsinə sürməyini istəmiş və onlar polis bölməsinə getmişlər. Polis bölməsində ona hüquq və vəzifələri izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Bundan sonra üzərində videoçəkilişdən istifadə edilməklə axtarış keçirilmiş, şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşyaları təqdim etmək təklif edilmiş, bu təklifdən sonra o üzərində hər hansı əşyanın olmadığını bildirmiş, üzərində axtarış aparılmasına baxmayaraq hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Orada o, müəyyən vaxtlarda narkotik vasitə istifadə etdiyini söyləsə də, Təqsirləndirilən şəxs2 əldə etdiyi narkotik vasitədən əvvəlcədən məlumatının olmadığını və Musanın götürdüyü narkotik vasitədən ona verməsi ilə bağlı aralarında heç bir danışığın olmadığını söyləmişdir. Təqsirləndirilən şəxs2 tək avtomobildə oturub sıxılmamaq və siqaret çəkmək məqsədi ilə ona avtomobildən düşüb gözləməyini bildirmişdir (cild 2, iş vərəqə 89-91) Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə təsdiq etmişlər (cild 1, iş vərəqə 150-153). Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 10 mart 2022-ci il tarixli protokoldan görünür ki, Babayev X6 Çevik Polis Alayının əməkdaşları tərəfindən 10 mart 2022-ci il tarixdə saat 1:00-da Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində saxlanılaraq 36-ci PB-nə gətirilmişdir. Polis Bölməsində əynindəki gödəkcənin sol yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddə, əynindəki şalvarın sağ yan cibindən bir ədəd açılıb-bağlanan bıçaq qablaşdırılmaqla, o cümlədən, 1 ədəd “Sony” markalı mobil telefon aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqə 217-218). Cinayət işinin materiallarında olan “nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” 10 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 idarə etdiyi “Khazar SD” markalı, **-PK-*** qeydiyyat nişanlı avtomobilin ön sağ saxlanc yerindən 1 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə, sürətlər qutusunun arxa tərəfinə qoyulmuş 1 ədəd bıçaq aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqə 219-220). Cinayət işinin materiallarında olan “baxış keçirilməsi və əşyaların götürülməsi aparılması haqqında” 30 may 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş 1 ədəd DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 30 may 2022-ci il tarixdə saat 18:25-də ünvan 16 ünvanının qarşısında saxlanılmışlar. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 üzərinə, eləcə də, ünvan 17 ünvanına keçirilən baxış zamanı Təqsirləndirilən şəxs1 əynindəki pencəyin sağ yan cibindən 1 ədəd siqaret qutusunun içərisində 1 ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar maddə, 1 ədəd gümüşü rəngli kağız kəsiyində narkotik vasitə heroinə oxşar maddə, 1 ədəd sellofan bükümdə narkotik vasitə qurudulumuş marixuanaya oxşar kütlə, 1 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar maddə, pencəyinin sol iç cibindən eynək qutusunun içərisində 1 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə, 3 ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar maddə, 1 ədəd gümüşü rəngli kağız kəsiyində narkotik vasitə heroinə oxşar maddə, 1 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar maddə, 1 ədəd gümüşü rəngli kağız kəsiyində dərman həbi, 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 əynindəki şalvarın sağ yan cibindən 2 ədəd sellefon bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Qeyd olunan ünvan 18 ünvanında şkafın içərisindən Təqsirləndirilən şəxs1 təqdim etdiyi çantadan içərisində narkotik vasitə qurudulmuş marixuana bənzər maddələr olan 1 ədəd sarı rəngli sellofan torba, narkotik vasitə qurudulmuş marixuana bənzər maddələr olan 1 ədəd qara rəngli sellofan torba, narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olan 1 ədəd sellofan büküm və 2 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqə 45-49). Cinayət işinin materiallarında olan “diskə baxış keçirilməsi haqqında” 11 mart 2022ci il tarixli protokoldan görünür ki,diskə baxış zamanı müəyyən edildi ki, diskin içərisində 1 ədəd “mp4” formatlı video görüntü mövcuddur. Həmin fayla baxış keçirdikdə, videogörüntü faylının adının “NV-nə BAXİŞ” olması, faylın 14 dəqiqə 33 saniyədən ibarət olduğu müəyyən olunur. Belə ki, videogörüntünün birinci saniyəsindən etibarən Xətai RPlnin 36-cı PB-nin təhqiqatçısı polis leytenantı Anar Abbasov özünü və iştirakçıları təqdim edərək saxlanılan şəxs Təqsirləndirilən şəxs2 idarə etdiyi “Khazar SD” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirəcəyini elan edir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs2 avtomobildə qeyri-qanuni əşya və ya predmet olub olmamasını, əgər varsa könüllü təqdim etməsini təklif edir. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs2 avtomobilin sağ ön sərnişin oturacağının qapısını açaraq orada olan saxlanc yerindən 1 ədəd şəffaf rəngli sellofan bükümdə olan maddəni və 1 ədəd sürət ötürücüsünün arxasında olan dəri qabda saxlanılan bıçağı təqdim etdi. 1 ədəd şəffaf rəngli sellofan bükümdə olan maddənin narkotik vasitə olan heroin olmasını şəxsi istifadəsi üçün əldə etdiyini onlayn qaydada danışdıqdan sonra “H.Aslanov” metrostansiyasının yaxınlığında yerdən tapdığını bildirmişdir. 1 ədəd bıçağın dayısından ona yadigar olduğunu ov bıçağı olmasını uzun müddətir ki evdə saxladığını son iki gün ərzində avtomobilində saxlamasını bildirmişdir. Həmçinin X8 ön sərinişin oturacağının qarşısında olan saxlanc yerinə baxış keçirən zaman orada Təqsirləndirilən şəxs2 məxsus olan AZE******** saylı şəxsiyyət vəsiqəsini və AC556313 saylı sürücülük vəsiqəsini aşkar etmişdir. Daha sonra təqdim olunan narkotik vasitələrə bənzər kütlələr elektron tərəzidə çəkildi, 1 ədəd şəffaf rəngli bükümdə olan heroinə bənzər kütlələrin isə ümumi çəkisinin 6,19 qram olması müəyyən edildi. Həmin narkotik vasitəyə bənzər kütlələr zərfə qoyularaq iştirakçılar tərəfindən imzalanıb möhürləndi. Daha sonra təhqiqatçı bıçağı zərfə qoyaraq iştirakçılar tərəfindən imzalanıb möhürləndi (cild 2, iş vərəqə 27). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 mart 2022-ci il tarixli 6/1411 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş...” və s sözlər olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,262 qram qəhvəyi rəngli maddə kütləsi və üzərində “Təqsirləndirilən şəxs2 idarə etdiyi **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş...” sözlər olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisii 5,603 qram qəhvəyi rəngli maddə kütləsi, ümumi təmiz çəkiləri 5,865 qram maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs2 üzərindən və idarə etdiyi avtomobildən aşkar edilmiş heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in siyahısına (Siyahı İ) daxildir (Qeyd: heroinin təmiz çəkisi 5,865 qram, tədqiqata sərf olundu 0,1 qram, qalıq 5,765 qram, cild 1, iş vərəqə 252-256). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 aprel 2022-ci il tarixli 3/365 nömrəli rəyindən görünür ki, təqdim edilmiş və şərti olaraq “1” və “2” rəqəmləri ilə işarələnmiş 2 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan ümumi təyinatlı ov bıçaqlarına uyğun gəlirlər və soyuq silah hesab edilirlər (cild 2, iş vərəqə 109-112). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 31 may 2022-ci il tarixli 6/3040 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksi olan 2 ədəd zərfdə olan, üzərində “Təqsirləndirilən şəxs1 üzərindən şəxsi axtarış zamanı aşkar edilmiş....” sözləri, soyad və imzalar qeyd edilmiş kağız paketdə altı ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,390 qram, 0,241 qram, 0,617 qram, 0,156 qram, 15,455 qram, 0,043 qram ümumi təmiz çəkisi 16,902 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,355 qram, 1,946 qram ümumi təmiz çəkisi 2,301 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Təqdim edilmiş bi: ədəd ağ göy rəngli dərman kapsulanm tərkibində tramadolun təsir maddəsinin miqdarı 0,05 qram olduğu müəyyən edildi. Bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək və digər bükümdə olan heroinlə müqayisəli tədqiqat aparılması mümkün deyildir. Üzərində “Təqsirləndirilən şəxs2 üzərindən....” sözləri, soyad və imzalar qeyd edilmiş kağız paketdə iki ədəd sellefon bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,468 qram, 1,413 qram ümumi təmiz çəkisi 2,881 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.Təqdim edilmiş 8 ədəd bükümdə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eynilik təşkil edir. Təqdim edilmiş 2 ədəd bükümdə olan psixotrop maddə olan metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eynilik təşkil edir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri” in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş ‘Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Tramadol hidroxlorid 18 mart 2016-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına (1 nömrəli əlavə) daxildir. Təqdim edilmiş digər 2 ədəd elektron tərəzinin üzərində narkotik və psixotrop maddələrə aid izlər aşkar edilmədi (Qeyd: heroinin təmiz çəkisi 16,902 qram, tədqiqata sərf olundu 0,12 qram, qalıq 16,782 qram, heroinin təmiz çəkisi 2,881 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 2,781 qram, metamfetaminin təmiz çəkisi 2,301 qram tədqiqata sərf edildi 0,1 qram qalıq 2,201 qram, tramadol kasulasının sayı 1 ədəd, tədqiqata sərf edildi 1/2 hissə qalıq 1/2 hissə, cild 1, iş vərəqə 70-75). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 31 may 2022-ci il tarixli 7/555 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş 2 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri (0,819 qram və 8,975 qram, ümumi çəkisi 9,794 qram və yaşadığı ünvandan götürülmüş iki ədəd sellefon bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 710,0 qram və 1015 qram və 1 ədəd sellefon bükülüdə təmiz çəkisi 2,0 qram, ümumi çəkisi 1727,0 qram olan bitki mənşəli kütlələr tərkiblərinə görə eyni olub, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın ümumi çəkisi 1736,794 qramdır. Təqdim edilmiş 3 ədəd elektron tərəzilərdə bitki mənşəli narkotik vasitələrin izləri yoxdur (Qeyd: marixuananın təmiz çəkisi 1736,794 qram, tədqiqata sərf olundu 0,25 qram (hər obyektdən 0,05 qram), qalıq 1736,544 qram, cild 1, iş vərəqə 76-80). Cinayət işinin materiallarında olan “maddi sübut hesab etmə haqqında” 1 iyun 2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş ümumi çəkisi 1736,794 qram qurudulmuş marixuana, 16,902 qram narkotik vasitə heroin, 2,301 qram psixotrop maddə metafetamin, 1 ədəd tramadol kapsulu, 3 ədəd elektron tərəzi, həmçinin Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş 2,881 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonrakı qalıq 1736,544 qram çəkidə qurudulmuş marixuana, 16,782 qram heroin, 2,201 qram metafetamin, 1/2 hissə tramadol həbi, 3 ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş qalıq çəkisi 2,781 qram heroin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (cild 1, iş vərəqə 171-174). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 25 iyul 2022-ci il tarixli 4059 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorlarm qəbulu nəticəsində yaranan Aslılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyatda alınması məsləhət görülmüşdür (cild 3, iş vərəqə 14-15). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 1 avqust 2022-ci il tarixli 4195 nömrəli rəyindən görünür ki,müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyatda alınması məsləhət görülmüşdür (cild 3, iş vərəqə 16-17). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarında olan “mobil telefon aparatına baxış keçirilməsi haqqında” 10 iyun 2022-ci il tarixli protokoldan görünür ki, 1 ədəd boz rəngli “Redmi” markalı mobil telefon aparatı işlənmiş vəziyyətdədir, plasmas gövdəli, sensor dizaynlı, daxili antenalı və daxili yaddaşlıdır.Mobil telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirilən zaman cinayət işi üzrə əhəmiyyət kəsb edən heç bir material aşkar edilmədi. (cild 1, iş vərəqə 183). Cinayət işinin materiallarında olan “elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” 11 mart 2022-ci il tarixli protokoldan görünür ki , mobil telefonun kontaktlar bölməsinə daxil odluqda orada +**********17 saylı mobil nömrənin olması adının Məhəmməd kimi qeyd olunması müəyyən edilir. Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman aşkar edilmiş “Sony” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən 21 may 2022-ci il tarixli qərar ilə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü saxlama yerinə təhvil verilmişdir ( cild 2, iş vərəqə 25). Cinayət işinin materiallarında olan “telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” 12 aprel 2022-ci il tarixli protokoldan görünür ki, əhəmmiyətli olan məlumatlar aşkar edilmişdir.Belə ki, ***-***-**-** saylı mobil nömrə kartından ***-***-**-** saylı mobil nömrə kartına ünvanlanmış: -xx-xx-2022-ci il saat 14:36:52 – hara - xx-xx-2022-ci il saat 14:46:21 - nizami pul ne oldu ***-***-**-** mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrə kartından daxil olmuş aşağıdakı mətnlərdə: xx-xx-2022-ci il saat 13:38:39- ok qaqa bu teli verirem ananin nomresidi oz nomremnen yigacam sene atan kim ***-***-**-** mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrə kartından daxil olmuş aşağıdakı mətnlərdə: xx-xx-2022-ci il saat 02:53:05 - Qaqa sen canin gor inwALLAH alinsa inwALLAH kerimdi mene de xeber eliyersen qardawimsan ***-***-**-** mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrə kartından daxil olmuş aşağıdakı mətnlərdə: xx-xx-2022-ci il saat 20:45:54 - yaz bilim lomkada qalmışam weherde reddol qayidim evime hele lokba xx-xx-2022-ci il saat 20:45:56- hardasan? xx-xx-2022-ci il saat 09:14:50- Propkada qalmisam samaxinka yolunda yarim saata çalaram ***-***-**-** mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrə kartından daxil olmuş aşağıdakı mətnlərdə: xx-xx-2022-ci il saat 16:47:17 - Qaqa telim xerebdi vapda yaz tebii lazimdi xx-xx- 2022-ci il saat 20:16:14- Qaqa vapda yaz menim telim gijdiyir herden ***-***-**-** mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrə kartından daxil olmuş aşağıdakı mətnlərdə: xx-xx-2022-ci il saat 22:08:24 - Qaqa Mənə yixsan birinci mesas ad ozim gpda qoymişam işin alınan kimi xx-xx-2022-ci il saat 22:08:25- i məni yix 50 gul 10 daş 15 torpax isdiyirem xx-xx- 2022-ci il saat 22:50:00- Qaqa bir imkan varsa acda “X2 **********5112______552166082 BKC” adlı fayla daxil olduqda isə ***-***-**-** saylı mobil nömrə kartının faktiki olaraq Təqsirləndirilən şəxs2 adına rəsmiləşdirilməsi müəyyən edilmişdir. Baxış zamanı aşkar edilmiş “daş”, “torpax”, “gul”, “tebii” kimi terminlər heroin, metafetamin və digər narkotik vasitələri əvəz edən şifrəli sözlər kimi işlədilmişdir (cild 2, iş vərəqə 99-100). Cinayət işinin materiallarında olan “baxış keçirilməsi haqqında” 30 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Sms tarixçəsinə baxış zamanı Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı nömrəyə “Gagas evde deyilem, pulu goturen kimi mene de”, “Telfonla danisiram kesirim olub cnu hell edirem hell edim cixiram, ged kolizeye duserem ora”, “Yaxsi gaga, gurban sene menim dostuma o pati goturene menim kartimi atmayaaa gardawimsan”, “Gaga indi yoxdu olanda falgadadi gonagimda var, yalandan sene ne deyim”, “Hara gelim bu vaxti neyle gelim ay musa narahat olma men bele lomkada qalmal i biriyem zor olur mene ne olur”, “Gaga yari daw alinar tez de”, “Gagas ejvdeyem, cixa bilmirem, seherden olurem tema bele seherden aradan cixmaq isteyirem cixa bilmirem”, “Can ay yetim, menim bir dostum gardasim var onda patida kolada olur, prosta bir bir vermir diye ona deye bilmiirem, bele mene arada pay verir, gaga isteyirsen danisim onunla gotur ondan”, “Amma seherden nahag atmisan axi deyerdin ki bu bizim cekmeymiz meselen yari goyursan vse”, “Elvin sumkami gotur icinde oz mail arimi goydugum gab var, birde balaca demir gab onun ic inde”, Gelirem maldan söhbet eleme pul varsa gizlin ver demir gabida ver vse usaglarnanam her sey yaxsidi”, “Salam musa atmamisan? temani men diyen yere atmamisansa gorusek bir yerde goturum senen cox gec olmasinda”, “Musa salam berk agriyiram hindi durmusam o peraparatiri birde o suviniri getirinde cox pis agriyiram”, “Gelem masin gelsin sene 40 man versem 1 dene kola yarim pati verersen”, “Gaga alinmirsa pul mene de bilim”, “Gaga javab ver mal var ono götür”, “qaqa pul gelen kimi mene de bu dedi atdim sen dememiş temani veren deyilem” məzmunda mesajlar göndərilir.Bundan başqa gündəlik olaraq Təqsirləndirilən şəxs2 istifadəsində olan nömrəyə narkotik vasitələrin dövriyyəsi ilə bağlı məzmunda mesajlar göndərilir (cild 2, iş vərəqə 243) Cinayət işinin materiallarında olan “baxış keçirilməsi haqqında” 30 iyul 2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş CD diskin SMS tarixçəsinə baxış zamanı Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı nömrəyə “Bildim pul məndədir prosta gelmey isteyirdim”, “Qaqaw yigda meni. Gelmey isdrem men”, “Ustunde pay zad biraz kola zad var”, “Gagas rovna 150 duzeld, tez ele pul vurum ki mali atsin tez eleeee” məzmunda mesajlar göndərilir. Həmçinin ***-***-**-** saylı nömrəyə “Qaqaw bular cixir elden mene tez xeber ele alinmirsa men bilim iwimi tez xeber denen mene bilim”, “Gelirem maldan söhbet eleme pul varsa gizlin ver demir gabida ver vse usaglarnanam her sey yaxsidi” məzmununda mesajlar göndərilir (cild 2, iş vərəqə 245). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 16 iyun 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 1 iyun 2022-ci il tarixdə Bakı İstinaq Təcridxanasına gətirilmiş və müayinə zamanı sol çiyin nahiyəsində və sol bazunun ön səthində bənövşəyi rəngli qançır, sağ əlin ovuc səthində köhnə çapıq toxuma müşahidə olunmuş, Təqsirləndirilən şəxs2 1 iyun 2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş və müayinə zamanı onun bədənində xəsarət aşkar olunmamışdır (cild 4). Cinayət işinin materiallarında olan 13 noyabr 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətmədiyi cinayəti etiraf etməsi üçün polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalmasına dair əlavə ifadəsində göstərdiyi xüsusatlar üzrə Bakı şəhəri Nərimanov rayon prokurorluğunda araşdırma aparılmış və toplanmış material üzrə xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Belə ki, 13 noyabr 2022-ci il tarixli 512/MEŞ saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 tibbi kitabçada yazılanlara əsasən aşkar edilmiş sol bazunun və sol çiyin nahiyəsinin qançırı küt əşyanın təsirindən əmələ gəlmiş, törənmə müddətləri rəng göstəricilərinə əsasən 1 iyun 2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasında tibbi sanitar hissədə müayinəsindən 2-3 gün əvvələ uyğun gəlir, əlinin çatan nahiyəsində olduğundan həm özü tərəfindən, həm də həmin nahiyələrin küt əşyalara dəyməsi nəticəsində yarana bilərdilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcələri təyin edilmir. 13 noyabr 2022-ci il tarixli 510/MEŞ saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 tibbi kitabçada yazılanlara əsasən hər hansı bir xəsarət aşkar edilməmişdir (cild 3, iş vərəqə 108-112). Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 1 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 aşkar edilərək təhqiqatdan sonrakı qalıq çəkisi 5,765 qram narkotik vasitə heroin, 2 ədəd bıçaq və “Sony” markalı mobil telefon maddi sübut kimi tanınaraq Xətai RPİ-nin maddi sübutların saxlanması kamerasına, Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş, tədqiqatdan sonra qalıq çəkisi 1736,544 qram olan qurudulmuş marixuana , qalıq çəkisi 16,782 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 2,201 qram psixotrop maddə metafetamin, ½ hissə tramadol həbi və 3 ədəd elektron tərəzi, həmçinin Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 2,781 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınaraq DİNin BMCMİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, bundan əlavə, cinayət işi üzrə Təqsirləndirilən şəxs2 üzərinə, idarə etdiyi “Khazar” markalı, **-PK-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman çəkilən videogörüntüləri özündə saxlayan 2 ədəd DVD disk, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə, ünvan 19 ünvanına baxış keçirilməsi zamanı çəkilən videogörüntüləri özündə saxlayan 1 ədəd DVD disk, "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD disk, “Azercell” və "xxxx" MMCdən daxil olmuş 2 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 3, iş vərəqə 113-141). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (cild 2, iş vərəqə 231-232). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (cild 2, iş vərəqə 233-234). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.4.1, 234.4.2, 234.4.3 və 240.2.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Onlar həmin cinayət əməllərini törətməkdə təqsirlidir, onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzalarını yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində 1 yetkinlik yaşına çatmayan uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən digər hal kimi nəzərə alır (cild 3, iş vərəqə 10). Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində 1 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən digər hal kimi nəzərə alır (cild 2, iş vərəqə 56). Məhkəmə Təqsirləndirilən şəxs2 qızı X5 autizm xəstəliyindən əziyyət çəkməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 30 may 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 21). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 1 iyun 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 30 may 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 168-170). Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 10 mart 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 209). Cinayət işinin materiallarında olan Bakı şəhəri Xətai rayon məhkəməsinin 11 mart 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilərək barəsində 3 ay müddətində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş və əvvəli 10 mart 2022-ci il tarixdən hesablanmışdır (cild 2, iş vərəqə 41-46). Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 30 may 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 37). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 1 iyun 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 30 may 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 164-167). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3 və 15.4-cü maddələrinə tələblərinə əsasən “az ağır” və “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Həmin normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 30 may 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2, 15.3 və 15.4-cü maddələrinin tələblərinə əsasən “böyük ictimai təhlükə törətməyən”, “az ağır” və “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Həmin normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 10 mart 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 242,5 manat Təqsirləndirilən şəxs2 və 68,5 manat Təqsirləndirilən şəxs1 tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxslərə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Xətai rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs2 aşkar edilərək təhqiqatdan sonrakı qalıq çəkisi 5,765 qram narkotik vasitə heroin və 2 ədəd bıçaq məhv edilməli, -DİN-in BMCMİ-nin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş, tədqiqatdan sonra qalıq çəkisi 1736,544 qram olan qurudulmuş marixuana, qalıq çəkisi 16,782 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 2,201 qram psixotrop maddə metafetamin, ½ hissə tramadol həbi və 3 ədəd elektron tərəzi, həmçinin Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş, tədqiqatdan sonra qalıq çəkisi 2,781 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. -3 ədəd DVD disk və 3 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmalıdır. -Bakı şəhəri Xətai rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş “Sony” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.2.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin Təqsirləndirilən şəxs1 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 30 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.4.1, 234.4.2, 234.4.3 və 240.2.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.2.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 10 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 242,5 manat Təqsirləndirilən şəxs2 və 68,5 manat Təqsirləndirilən şəxs1 tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Xətai rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs2 aşkar edilərək təhqiqatdan sonrakı qalıq çəkisi 5,765 qram narkotik vasitə heroin və 2 ədəd bıçaq məhv edilsin, -DİN-in BMCMİ-nin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş, tədqiqatdan sonra qalıq çəkisi 1736,544 qram olan qurudulmuş marixuana, qalıq çəkisi 16,782 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 2,201 qram psixotrop maddə metafetamin, ½ hissə tramadol həbi və 3 ədəd elektron tərəzi, həmçinin Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş, tədqiqatdan sonra qalıq çəkisi 2,781 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -3 ədəd DVD disk və 3 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılsın, -Bakı şəhəri Xətai rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş “Sony” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək onlara narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsınlar. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.