Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-556/2024 11.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər: “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 və “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə açıq məhkəmə iclasında
1. xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi, ev 59, mənzil 40-da qeydiyyatda olmaqla ünvan 4, mənzil 67-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 və
2. xx.xx.1995-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Ağdaş şəhəri, C.Məmmədquluzadə küçəsi, ev 59-da qeydiyyatda olmaqla Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsi ev 11, mənzil 67-də yaşamış, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 2023-cü ilin mart ayında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə qabaqcadan əlbir olub bir qrup halında birləşərək, istintaqa məlum olmayan şəxsdən və şəraitdə təmiz çəkisi 1500 qram olub külli miqdar təşkil edən, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulumuş marixuana, təmiz çəkisi 3,30 qram olub külli miqdar təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib daşıyaraq ünvan 1 ünvana gətirib yaşadıqları həmin mənzildə nisbətən kiçik hissələrə bölərək satış üçün hazırlamış, 27 mart 2023-cü il tarixdə böldükləri narkotik vasitə və psixotrop maddlərin bir hissəsini götürüb küçəyə çıxandan sonra, onların cinayət törətmələri barədə məlumat almış Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində həmin tarixdə saat 15:00-da yaşadıqları ünvan 2 ünvanlı evin yaxınlığında saxlanılıb BNMİ-nin inzibati binasına gətirilərək şəxsi axtarışları aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 20,0 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və beş ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,385 qram, 0,752 qram, 0,289 qram, 0,756 qram, 0,366 qram, ümumi təmiz çəkisi 2,548 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs2 əynindəki göy rəngli şalvarın sağ yan cinbindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,371 qram olan, kimyəvi tərkibinə görə Təqsirləndirilən şəxs1 götürülmüş psixotrop maddələrlə eyni olan psixotrop maddə metamfetamin aşkar edilib götürülmüş, daha sonra əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin tarixdə saat 19:30-da onların iştirakı ilə yaşadıqları Bakı şəhəri ünvan 3 ünvana baxış keçirilərək, Təqsirləndirilən şəxs1 yataq otağı kimi təqdim etdiyi otaqdan dörd ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 265 qram, 365 qram, 420 qram, 430 qram, ümumi təmiz çəkisi 1480 qram olub külli miqdar təşkil edən, şəxsi axtarış zamanı üstündən götürülmüş narkotik vasitə ilə tərkibinə görə eyni olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs2 yataq otağı kimi təqdim etdiyi otaqdan bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,381 qram, kimyəvi tərkibinə görə şəxsi axtarış zamanı onların üstündən götürülmüş psixotrop maddələrlə eyni olan psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, digər Təqsirləndirilən şəxs2 tanıyır, onunla normal münasibətləri olmuşdur. Saxlanıldığı 27 mart 2023-cü il tarixdə Elturanın yaşadığı ünvan 4-də olduqları zaman saat təxmiən 12.40-da qapı döyülmüş, qapını döyən şəxslər qaz idarəsinin işçiləri olduqlarını bildirdikləri üçün qapını açmışlar. Qapını açdıqda evə polis əməkdaşları daxil olaraq onları polisə aparmışlar. O, Elturanla cinayət əlaqəsinə girməmiş, ondan narkotik vasitələri almamış, saxlanılan zaman üzərində qanunsuz heç bir əşya olmamışdır. Polislərin təzyiqi nəticəsində onların ona verdikləri marixuana və metamfetamini üzərinə baxış zamanı özünə məxsus əşyalar kimi təqdim etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, digər Təqsirləndirilən şəxs1 dostudur, Camal hadisədən bir gün əvvəl onun evinə qonaq gəlmiş, gecəni də onun evində qalmışdır. 27 mart 2023-cü il tarixdə, evdə Camalın ona verdiyi patını yandırıb tüstüsünü qəbul etməklə ikisi də istifadə edirdi. Elə həmin vaxt polis əməkdaşları onların evinə gələrək hər ikisini aparmışlar. Polisdə onun üzərindən 0,3 qram metamfetamin aşkar edilmiş, həmin metamfetamin onun özünə məxsus olmuş, Təqsirləndirilən şəxs1 ona pay vermişdir. Evlərində 1500 qram marixuana olmamışdır. Marixuananı anladığı qədər evinə polislər qoymuşdur. Onları polislər üzərlərinə baxış keçirdikdən sonra evə aparmış və orada o, özünə məxsus patının qalan hissəsini təqdim etmişdir.Ona ibtidai araşdırma zamanı verdiyi ifadəsi, həmçinin barəsində sanksiya tətbiq edildiyi zaman hakimə verdiyi izahatı elan edildi. Həmin ifadə və izahatlarında göstərmişdir ki, narkotik vasitələr Təqsirləndirilən şəxs1 çantasında olub, Camal ona bildirmişdir ki, axtarışdadır, bu səbəbdən evinə gedə bilmir. xx.xx.2023-cü il tarixdə polis əməkdaşları onların yaşadığı evə daxil olaraq onları polis idarəsinə aparmışlar. Saxlanılan zaman onun üzərində 0,3 qram pisxotrop maddə və yaşadığı evdə 0,5 qram psixotrop maddə olmuşdur. O, həmin psixotrop maddələri öz şəxsi istifadəsi üçün əldə etmişdir. O, psixotrop maddə aludəçisidir, lakin heç vaxt onların satışı ilə məşğul olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-nin Baş narkotiklərlə mübarizə idarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 keçirdikləri əməliyyat tədbiri ilə bağlı tanımışdır. Belə ki, 27 mart 2023-cü il tarixdə ona əməliyyat məlumatı daxil olmsuşdur ki, Bakı şəhəri, ünvan 3-də yaşayan Təqsirləndirilən şəxs2 və onunla eyni ünvanda yaşayan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin Bakı şəhəri, Suraxanı rayonu ərazisində satış məqsədilə dövriyyəsi ilə məşğul olurlar. İdarənin rəhbərliyinə məruzə etdikdən sonra tərəfindən həmin tarixdə əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, idarə rəisinin əmri ilə yaradılmış əməliyyat qrupuna o və həmkarları Şahid2 və Şahid3 daxil edilmişlər, qrupun rəhbəri o təyin edilmişdir. Həmin tarixdə saat 15 radələrində keçirilmiş əməliyyat tədbiri zamanı hər iki təqsirləndirilən şəxsi yaşadıqları evin yaxınlığında piyada hərəkət etdikləri zaman saxlamış, hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tələblərinə görə bu şəxsləri və onların yanında olan Şahid4 BNMİ-nə dəvət etmişlər. İdarədə bu şəxsləri idarənin təhqiqatçısı, polis kapitanı Anar Aslanova təqdim etmişlər. Sonuncu müdafiəçilər dəvət etməklə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutmuş, bundan sonra bu şəxslərin üzərlərinə müdafiəçilərin iştirakları ilə şəxsi axtarış və götürülmə aparılmışdır. Axtarış videoçəkiliş aparılmaqla keçirilmişdir. İlk öncə təhqiqatçı Təqsirləndirilən şəxs1 üzərində hər hansı bir əşya olduğu halda masanın üzərinə qoymasını təklif etmiş, təhqiqatçının bu təklifindən sonra Təqsirləndirilən şəxs1 özü könüllü olaraq əynində olan gödəkçənin sağ yan cibindən sellofan bükümlərini təqdim edərək bildirmişdir ki, bükümün birində marixuana, digər 5 ədəd bükümdə isə «patı» vardır. Həmin bükümlər təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş, lakin həmin hadisədən çox vaxt keçdiyi və bu arada çox saylı əməliyyat tədbirlərində iştirak etdiyi üçün çəkilmiş maddələrin çəkisini xatırlamır. Həmin bükümlər kağız zərfə qablaşdırılaraq möhürlənmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra təhqiqatçı digər şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərində olan əşyaları masanın üzərinə qoymağı təklif etmişdir. Təqsirləndirilən şəxs2 heç bir etiraz etmədən könüllü olaraq üzərindəki şalvarın cibindən bir bükümü çıxarıb təqdim edərək həmin bükümdə patı olduğunu bildirmiş, həmin büküm elektron tərəzidə təhqiqatçı tərəfindən çəkilərək kağız zərfə qablaşdırılaraq möhürlənmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Xatırladığı qədər bu şəxslər üzərlərində olan mobil telefonları da təqdim etmişlər. Üçüncü şəxs Şahid4 üzərindən isə heç bir qanunsuz əşya aşkar edilməmişdir. Həmçinin o, bu şəxslərin yaşadıqları Bakı şəhəri, ünvan 3-yə baxışda və götürmədə iştirak etmişdir. Evə baxışda başda təhqiqatçı Anar Aslanov olmaqla həmkarları Ürfan Babayev, Şahid3, şübhəli şəxslər və onların vəkilləri iştirak etmişlər. 3-cü saxlanılan şəxs Şahid4 evə baxışda iştirak etməmişdir. Evə baxış şübhəli şəxlərin yazılı razılığı əsasında və təhqiqatçının tərtib etdiyi qərar əsasında keçirilmişdir. Evə gələn zaman Təqsirləndirilən şəxs2 msənzilin yataq otağındakı taxta dolabdan bir ədəd bükümü təqdim etmiş, həmin büküm açıldıqda içərisində ağ rəngli kristalşəkilli psixotrop madə olan metamfetaminə bənzər maddə aşkar edilmişdir. Öz növbəsində Təqsirləndirilən şəxs1 həmin mənzildə özünün qaldığı yataq otağındakı dolabdan içərisində bir ədəd elektron tərəzi və 4 ədəd içərisində marixuanaya bənzər kütlə olan bağlamaları təqdim etmişdir. Xatırladığı qədər Təqsirləndirilən şəxs1 təqdim etdiyi marixuanaya bənzər kütlənin çəkisi 1 kq-dan artıq olmuşdur. Təqdim edilmiş qanunsuz əşyalar qabalşdırılmış, möhürlənmiş və qablaşdırmanın üzəri bütün iştirakçılar tərəfindən mizalanmışdır. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, təqdim etdiyi qanunsuz əşyaları sosial şəbəkə vsaitəsilə tanış olduğu İİR-sı vətəndaşı tərəfindən ona zakladka yolu ilə verildiyini bildirmişdir. Həmin zakladka Abşeron rayonu ərazisində olmuşdur. möhürlənmiş və qablaşdırmanın üzəri bütün iştirakçılar tərəfindən mizalanmışdır. Öz növbəsində Təqsirləndirilən şəxs2 təhqiqatçının suallarına cavab olaraq bildirmişdir ki, üzərinə və mənzilə baxış zamanı təqdim etdikləri patını Təqsirləndirilən şəxs1 şəxsi istifadəsi üçün əldə etmişdir. Lakin Camalın həmin əşyaları haradan və kimdən almasından xəbəri olmamışdır. Axtarış və götürmə protokolları tərtib edildikdən sonra həmin protokollar heç bir etiraz və qeyd olunmadan bütün iştirakçılar tərəfindən imzalanmışdır. Qeyd etmək istəyir ki, şübhəli şəxslər saxlanıldığı və idarəyə gətirldiyi zaman onların üzərlərinə və evlərinə axtarış keçirildiyi zaman onlara qarşı heç bir fiziki zor və psixoloji təzyiq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-nin Baş narkotiklərlə mübarizə idarəsinin baş əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 keçirdikləri əməliyyat tədbiri ilə bağlı tanımışdır. Belə ki, 27 mart 2023-cü il tarixdə həmkarı Şahid1 əməliyyat məlumatı daxil olmsuşdur ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs2 və onunla eyni ünvanda yaşayan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin Bakı şəhəri, Suraxanı rayonu ərazisində satış məqsədilə dövriyyəsi ilə məşğul olurlar. Bundan sonra həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, idarə rəisinin əmri ilə yaradılmış əməliyyat qrupuna o, həmkarları Şahid1 və Şahid2 daxil edilmişlər, qrupun rəhbəri Şahid1 təyin edilmişdir. Həmin tarixdə saat 15 radələrində keçirilmiş əməliyyat tədbiri zamanı hər iki təqsirləndirilən şəxsi yaşadıqları evin yaxınlığında piyada hərəkət etdikləri zaman saxlamış, hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tələblərinə görə bu şəxsləri və onların yanında olan Şahid4 BNMİ-nə dəvət etmişlər. İdarədə bu şəxsləri idarənin təhqiqatçısı, polis kapitanı Anar Aslanova təqdim etmişlər. Sonuncu müdafiəçilər dəvət etməklə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutmuş, bundan sonra bu şəxslərin üzərlərinə müdafiəçilərin iştirakları ilə şəxsi axtarış və götürülmə aparılmışdır. Axtarış videoçəkiliş aparılmaqla keçirilmişdir. İlk öncə təhqiqatçı Təqsirləndirilən şəxs1 üzərində hər hansı bir əşya olduğu halda masanın üzərinə qoymasını təklif etmiş, təhqiqatçının bu təklifindən sonra Təqsirləndirilən şəxs1 özü könüllü olaraq əynində olan gödəkçənin sağ yan cibindən sellofan bükümlərini təqdim edərək bildirmişdir ki, bükümün birində marixuana, digər 5 ədəd bükümdə isə «patı» vardır. Həmin bükümlər təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş, lakin çəkilmiş maddələrin çəkisini xatırlamır. Həmin bükümlər kağız zərfə qablaşdırılaraq möhürlənmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra təhqiqatçı digər şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərində olan əşyaları masanın üzərinə qoymağı təklif etmişdir. Təqsirləndirilən şəxs2 heç bir etiraz etmədən könüllü olaraq üzərindəki şalvarın cibindən bir bükümü çıxarıb təqdim edərək həmin bükümdə patı olduğunu bildirmiş, həmin büküm elektron tərəzidə təhqiqatçı tərəfindən çəkilərək kağız zərfə qablaşdırılaraq möhürlənmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Xatırladığı qədər bu şəxslər üzərlərində olan mobil telefonları da təqdim etmişlər. Üçüncü şəxs Şahid4 üzərindən isə heç bir qanunsuz əşya aşkar edilməmişdir. Həmçinin o, bu şəxslərin yaşadıqları Bakı şəhəri, ünvan 3-yə baxışda və götürmədə iştirak etmişdir. Evə baxışda başda təhqiqatçı Anar Aslanov olmaqla həmkarları Ürfan Babayev, Şahid3, şübhəli şəxslər və onların vəkilləri iştirak etmişlər. 3-cü saxlanılan şəxs Şahid4 evə baxışda iştirak etməmişdir. Evə baxış şübhəli şəxlərin yazılı razılığı əsasında və təhqiqatçının tərtib etdiyi qərar əsasında keçirilmişdir. Evə gələn zaman Təqsirləndirilən şəxs2 msənzilin yataq otağındakı taxta dolabdan bir ədəd bükümü təqdim etmiş, həmin büküm açıldıqda içərisində ağ rəngli kristalşəkilli psixotrop madə olan metamfetaminə bənzər maddə aşkar edilmişdir. Öz növbəsində Təqsirləndirilən şəxs1 həmin mənzildə özünün qaldığı yataq otağındakı dolabdan içərisində bir ədəd elektron tərəzi və 4 ədəd içərisində marixuanaya bənzər kütlə olan bağlamaları təqdim etmişdir. Xatırladığı qədər Təqsirləndirilən şəxs1 təqdim etdiyi marixuanaya bənzər kütlənin çəkisi 1,5 kq olmuşdur. Həmçinin evdən elektron tərəzi də aşkar edilib götürülmüşdür. Təqdim edilmiş qanunsuz əşyalar qabalşdırılmış, möhürlənmiş və qablaşdırmanın üzəri bütün iştirakçılar tərəfindən mizalanmışdır. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, təqdim etdiyi qanunsuz əşyaları sosial şəbəkə vsaitəsilə tanış olduğu İİR-sı vətəndaşı tərəfindən ona zakladka yolu ilə verildiyini bildirmişdir. Həmin zakladka Abşeron rayonu ərazisində olmuşdur. möhürlənmiş və qablaşdırmanın üzəri bütün iştirakçılar tərəfindən mizalanmışdır. Öz növbəsində Təqsirləndirilən şəxs2 təhqiqatçının suallarına cavab olaraq bildirmişdir ki, üzərinə və mənzilə baxış zamanı təqdim etdikləri patını Təqsirləndirilən şəxs1 şəxsi istifadəsi üçün əldə etmişdir. Lakin Camalın həmin əşyaları haradan və kimdən almasından xəbəri olmamışdır. Axtarış və götürmə protokolları tərtib edildikdən sonra həmin protokollar heç bir etiraz və qeyd olunmadan bütün iştirakçılar tərəfindən imzalanmışdır. Qeyd etmək istəyir ki, şübhəli şəxslər saxlanıldığı və idarəyə gətirldiyi zaman onların üzərlərinə və evlərinə axtarış keçirildiyi zaman onlara qarşı heç bir fiziki zor və psixoloji təzyiq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanıyır, bu şəxslərlə münasibətləri yaxşıdır. 27 mart 2023-cü il tarixdə günorta saat 13-14 radələrində Yeni Günəşli qəsəbəsinə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadıqları evə getmiş, məqsədi bu şəxslərlə birlikdə nəşə istifadə etmək olmuşdur. Nəşə Təqsirləndirilən şəxs1 məxsus olmaqla otaqdakı masanın üzərində iki bükümdə olmuşdur. Elə bu vaxt evə polis əməkdaşları daxil olmuş, onların hər birinə fiziki zor tətbiq etməklə, masanın üzərindən 2 bükümdə olan marixuananı da götürərək onları BNMİ-nin binasına aparmışlar. Orada onun və yoldaşlarının üzərinə baxış keçirilmiş, onun üzərində qanunsuz heç bir əşya aşkar edilməmiş, lakin Təqsirləndirilən şəxs2 şalvarının sağ cibindən bir ədəd ağ rəngli sellofan bükümü çıxarıb bükümdə “patı” olduğunu bildirmiş, öz istifadəsi üçün tanışı Təqsirləndirilən şəxs1 almışdır. Eyni qaydada Təqsirləndirilən şəxs1 gödəkçəsinin sağ cibindən şəffaf sellofan torbada bitki mənşəli kütləni və başqa bir kiçik ölçülü sellofan torbanın içində beş ədəd ağ rəngli sellofan bükümdə maddələri çıxardıb bitki mənşəli kütlə marixuana, ağ rəngli bükümlərdə olan maddə isə “patı” olduğunu bildirmişdır. Həmin qanunsuz əşyaları dostlarının üzərinə polis əməkdaşları təzyiq etməklə qoymuşlar. Onu elə həmin gün idarədən evinə buraxmışlar, Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs2 isə məsuliyyətə cəlb edilmişlər. Ona ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş, həmin ifadədə göstərilmişdir ki, o əvvəllər narkoman olmuş, Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə cəza çəkmişdir. Təqsirləndirilən şəxs1 2022-ci ildən tanıyır, yaxın münasibətləri olmamışdır, narkotik vasitə istifadəçisi olduğunu bilir. Təqsirləndirilən şəxs2 isə Camal vasitəsilə tanımışdır, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yoldaşlıq etmişlər, Camal son vaxtlar Yeni Günəşli qəsəbəsində Elturanla bir ünvanda qalmışdır. 27 mart 2023-cü il tarixdə yolu Yeni Günəşli qəsəbəsinə düşmüşəndə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la onların yaşadıqları binanın yanında rastlaşmışlar. Bir neçə dəqiqə söhbət etmişlər ki, gözlənilmədən onlara yaxınlaşan üç nəfər tanımadığı şəxslər özlərini polis əməkdaşları kimi təqdim etmiş, Camal və Elturana özlərini təqdim etməyi təklif edəndə Elturan nədənsə qorxub qaçmış, polis əməkdaşları ardınca qaçaraq Elturanı evin blokuna girəndən sonra tutub onların yanına gətirmişlər. Polis əməkdaşları bildirmişlər ki, narkotik maddələrlə bağlı şübhələri olıduğuna görə onları saxlamışlar, sözlərindən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şübhələnmişlər, çünki onların kimliyi barədə artıq məlumatları olmuş, onları polis idarəsinə aparmalı olacaqlarını bildirmişlər. Polis əməkdaşları onu tanımadıqlarına görə özünü təqdim edəndən sonra kim olduğunu bilmişlər və araşdırma üçün onu da polis idarəsinə çağırmışlar, etiraz etməyib onlarla narkotiklərlə mübarizə idarəsinə getmişdir. Narkotiklərlə mübarizə idarəsinə gələndən sonra araşdırma aparan təhqiqatçı Camalın və Elturanın cinayətdə şübhəli şəxs kimi tutulmalarını elan etmiş, sonra dəvət olunmuş müdafiəçilərin iştirakı ilə onların üstündə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış hər ikisinin üstündə bir yerdə ardıcıllıqla aparılmış, özü də şəxsi axtarışda iştiraka buraxıldığına görə şəxsi axtarışın gedişatını biləvasitə müşahidə etmişdir. Təhqiqatçı əvvəl Təqsirləndirilən şəxs2 təklif etmişdir ki, üstündə qanunla qadağan olunan nə varsa, təqdim etsin. Təqsirləndirilən şəxs2 bildirmişdir ki, üstündə qanunla qadağan edilmiş əşya vardır və şalvarının sağ cibindən bir ədəd ağ rəngli sellofan bükümü çıxarıb təqdim edərək demişdir ki, bükümdə olan maddə “patı” deyilən psixotrop maddədir, büküm özünə məxsusdur, öz istifadəsi üçün tanışı Təqsirləndirilən şəxs1 ona pulsuz vermişdir. Elturandan eləcə “Redmi” markalı mobil telefonu götürülmüşdür. Təhqiqatçı onun üstünü ətraflı axtaranda ciblərindən çıxan bir ədəd qapı açarını və 7 manat pulu isə özünə qaytarmışlar.Təhqiqatçı götürülən bükümü qayçı ilə kəsib iştirakçılara göstərərək bildirmişdir ki, kristalşəkilli maddə psixotrop maddə metamfetaminə oxşayır. Sonra bükümdəki maddə elektron tərəzidə çəkilmiş, bükümün çəkisi 0,4 qram olmuş, büküm kağız zərfə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Sonra təhqiqatçı eyni qaydada Təqsirləndirilən şəxs1 təklif etmişdir ki, üstündə qanunla qadağan edilmiş nə varsa, təqdim etsin. Camal üstündə qanunla qadağan edilmiş əşya olduğunu təsdiq edərək, gödəkçəsinin sağ cibindən çıxartdığı şəffaf sellofan torbada bitki mənşəli kütləni və başqa bir kiçik ölçülü sellofan torbanın içində beş ədəd ağ rəngli sellofan bükümdə maddələri çıxardıb təqdim edərək bildirmişdir ki, bitki mənşəli kütlə marixuana, ağ rəngli bükümlərdə olan maddə isə “patı”dır. Təhqiqatçı onun üstünü özü axtararaq bir ədəd “Samsung” markalı mobil telefonu, 75 manat pul və bir ədəd açar aşkar etmişdir. Təhqiqatçı marixuanaya oxşar kütlə olan torbanı qayçı ilə kəsib iştirakçılara göstərəndən sonra yapışqanlı lentlə bağlayıb elektron tərəzidə çəkərək 24 qram, beş bükümdən birini qayçı ilə kəsib içindəki maddəni iştirakçılara göstərəndən sonra bükümləri elektron tərəzidə çəkib beşinin ümumi çəkisinin 3 qram olduğunu müəyyən etmişdir. Götürülən marixanaya oxşar kütlə bir kağız zərfə, metamfetaminə oxşar maddə olan beş ədəd büküm isə ayrı kağız zərfə qablaşdırlmış, möhürlənmiş, zərflər iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs1 üstündəki narkotik vasitə və psixotrop maddəni əldə etməsi ilə bağlı bildirmişdir ki, sosial şəbəkələrdə iki ay əvvəl tanış olduğu İran vətəndaşı Aqşin adlı şəxslə narkotik və psixotrop maddə alqısatqısı barədə razılaşmış, üç gün əvvəl Aqşinin verdiyi işarələrə əsasən Xırdalan şəhəri tərəfdə qoyulmuş yerdə bükümləri götürmüşdür ki,sonradan Aqşinin dediyi başqa yerə qoysun. Lakin hal-hazırda o, məhkəmədə verdiyi ifadəsini təsdiq edir, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsi elan olunaran müəyyən edilmişdir ki, DİN-nin BNMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkilı vəzifəsində işləmiş, 27 mart 2023-cü il tarixdə baş əməliyyat müvəkkili Şahid3 və əməliyyat müvəkkili Elnur Abuşovla birlikdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər barədə məlumatların yoxlanıldığı əməliyyat tədbirlərində iştirak etdiyini və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılandan sonra şəxsi axtarış zamanı onların üzərindən, daha sonra yaşadıqları ünvana baxış zamanı otaqlarından narkotik vasitə qurudulmuş marixuana, psixotrop maddə metamfetamin, elektron tərəzi və mobil telefonların götürülməsini barədə ifadə vermişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları cinayət əməlləri üzrə təqsirli olmaları qismən özlərinin və şahid ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, 27 mart 2023-cü il tarixli raportlardan, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan, əməliyyat qrupunun yaradılması haqqında əmrdən müəyyən olunur ki, barəsində cinayət təqibi başlananadək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə etmələri və Bakı şəhərinin Suraxanı rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatları daxil olmuş, məlumatların yoxlanılması məqsədilə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin tarixdə saat 15:00-da ünvan 2 ünvanlı evin yaxınlığında həmin şəxcələrin şəxcslər saxlanılıb DİN-nin BNMİ-nin inzibati binasına gətirilmişlər. Məhkəmədə elan edilib araşdırılmış 27 mart 2023-ci il tarixli “Şəxsi axtarış və götürmə” protokolundan, şəxsi axtarışın videoyazısı olan DVD formatlı diskə baxış protokolundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 üzərindən bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilib götürülmüş və kağız zərfə qoyularaq qablaşdırılmış, Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş bükümdə Təqsirləndirilən şəxs1 pulsuz aldığı, istifadəçilər arasında “patı” adlandırılan psixotrop maddə olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən beş ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar maddə, bir bükümdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki mənşəli kütlə aşkar edilib götürülmüş və kağız zərflərə qablaşdırılmış, Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddələri sosial şəbəkələrindən İran vətəndaşı kimi tanıdığı Aqşin adlı şəxsdən aldığını bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış 27 mart 2023-ci il tarixli “Mənzilə baxış və götürmə” protokolundan, protokola əlavə edilmiş DVD formatlı diskə baxış protokolundan müəyyən olunur ki, təqsirləndirilən şəxslərin cinayət törədən zaman birlikdə yaşadıqları Bakı şəhəri ünvan 3 ünvanda Təqsirləndirilən şəxs2 yataq otağı kimi təqdim etdiyi otaqdan bir ədəd sellofan sumkada psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilib götürülmüş, Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş və bükümdə Təqsirləndirilən şəxs1 pulsuz aldığı, istifadəçilər arasında “patı” adlandırılan psixotrop maddə olduğunu bildirmişdir. Mənzilə baxış zamanı Təqsirləndirilən şəxs1 yataq otağı kimi təqdim etdiyi otaqdan dörd ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki mənşəli kütlə və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüş və sellofan paketə qablaşdırılmış, Təqsirləndirilən şəxs1 narkotik vasitələri internet sosial şəbəkələrindən İran vətəndaşı kimi tanıdığı Aqşin adlı şəxsdən aldığını bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış 27 mart 2023-cü il tarixdə DİN-nin BNMİ-nin təhqiqatçısı, polis kapitanı X5 tərəfindən tərtib edilmiş protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuş, 29 mart 2023-cü il tarixdə müstəntiq Fərid Alıyev tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə ittiham elan edilmiş, həmin tarixdə Bakı şəhəri Suraxanı rayon məhkəməsinin qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin məhkəmə iclasında Təqsirləndirilən şəxs1 izahat verərək tutulduğu evə qonaq getdiyini, səhərisi gün polis tərəfindən həmin evdə tutulmuş, tutulan zaman üzərindən narkotik çıxmışdır, belə ki, o narkotik vasitələri özü üçün bir həftə əvvəl 100 manat ödəməklə iranlıdan almışdır. Məhkəmədə elan edilib araşdırılmış 27 mart 2023-cü il tarixdə DİN-nin BNMİ-nin təhqiqatçısı, polis kapitanı X5 tərəfindən tərtib edilmiş protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuş, 29 mart 2023-cü il tarixdə müstəntiq Fərid Alıyev tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə ittiham elan edilmiş, həmin tarixdə Bakı şəhəri Suraxanı rayon məhkəməsinin qərarı ilə barəsində 04 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Həmin məhkəmə iclasında Təqsirləndirilən şəxs2 izahat verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs1 yaşadığı evə qonaq gəlmiş, Camalda çanta olub, narkotik vasitələr Camalın çantasında olub və onun bu barədə məlumatı olmamışdır. Belə ki, Camal ona bildirmişdir ki, axtarışdadır və bu səbəbdən də evə getmir. Camal onun kirayə yaşadığı evin kirayəsi üçün 150 manat köməklik etmişdir. 27 mart 2023-cü il tarixdə polis əməkdaşları onların yaşadığı evə daxil olaraq onları polis idarəsinə aparmışlar. Saxlanılan zaman onun üzərində 0.3 qram psixotrop maddə və yaşadığı evdə 0.5 qram psixotrop maddə olmuşdur. O, həmin psixotrop maddələri öz şəxsi istifadəsi üçün əldə etmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 28 mart 2023cü il tarixli 6/1736№-li rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində üzərində ”Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş kütlələr...” və s. yazılar, imzalar olan paketdə 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,385 qram, 0,752 qram, 0,289 qram, 0,756 qram, 0,366 qram, ümumi təmiz çəkiləri 2,548 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. 05 bükümdəki metamfetamin kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. - üzərində ”Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş kütlə... ” və s. yazılar, imzalar olan paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,371 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. - üzərində ”Təqsirləndirilən şəxs2 yaşadığı ünvandan aşkar edilmiş kütlə... ” və s. yazılar, imzalar olan paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,381 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. -üzərində ”Təqsirləndirilən şəxs1 yaşadığı ünvandan ...” və s. yazılar, imzalar olan paketdəki elektron tərəzinin üzərində heç bir maddə izləri müəyyən edilmədi. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş ümumi təmiz çəkiləri 2,548 qram olan metamfetamin kütlələri ilə Təqsirləndirilən şəxs2 üzərindən və yaşadığı ünvandan aşkar edilmiş ümumi təmiz çəkiləri 0,752 qram olan metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına(Siyahı İ) daxildir. Qeyd: Paket№1 Metamfetaminin üm. təmiz çəkisi-2,548 qram, tədqiqata sərf edildi- 0,15qr., qalıq-2,398qr. Paket№2 Metamfetaminin üm. təmiz çəkisi-0,752 qram, tədqiqata sərf edildi-0,1qr., qalıq-0,652qr. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-bioloji ekspertizasının 28 mart 2023cü il tarixli 7/435№-li rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində ”Vət. Təqsirləndirilən şəxs1 üzərindən ...” yazısı və imzalar olan kağız paketdəki 01(bir) ədəd sellofan bükülüdə təmiz çəkisi 20,0 qram və üzərində “Vət. Təqsirləndirilən şəxs1 yaşadığı...” yazısı və imzalar olan qara rəngli polietilen bağlamadakı 04(dörd) ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 265qram; 365qram; 420qram; 430qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi- 1500qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Həmin qara rəngli polietilan bağlamada 01(bir) ədəd elektron tərəzinin üzərində çətənə (kannabis) bitkisinin hissəcikləri yoxdur, buna görə də müqayisəli tədqiqat aparılmadı. Qeyd: Marixuananın ümumi çəkisi-1500qram(1-5№-li ob), tədqiqata istifadə olundu -05 qram, (hər obyektdən 0,1 qram) qalıq-1499,5 qram. Məhkəmədə elan edilib araşdırılmış “ sübutların qiymətləndirilməsi barədə qərardan» müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsi axtarışları və yaşadıqları mənzilə baxış zamanı götürülmüş ümumi təmiz çəkisi 1500 qram olan narkotik vasitə qurudulmuş marixuana, ümumi təmiz çəkisi 3,30 qram olan psixotrop maddə metamfetamin, bir ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023cü il tarixli 4010 №-li rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023cü il tarixli 3706 №-li rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 eyni zamanda bir neçə narkotik vasitələrin və digər psixoaktiv maddələr qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsindən müəyyən olunur ki, o, xx.xx.2023-cü ildə saat 15:00 dəqiqədə ünvan 4 ünvanın yaxınlığında Şahid4 yanında Təqsirləndirilən şəxs2 ilə birlikdə olarkən 3 nəfər mülki geyimli əməkdaşları onları saxlayıb onları BNMİ-nin inzibati binasına gətirmiş, burada müdafiəçilərin iştirakı ilə onu və Elturanı şübhəli şəxs qismində tutmuşlar. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun və Elturanın üzərinə şəxsi axtarış zamanı o, əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 1(bir) ədəd sellofanın içərisində açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuananı və 5 (beş) ədəd ağ rəngli, kristallşəkilli, psixotrop maddə olan metamfetamini təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra təqdim etdiyi qurudulmuş marixuana və metamfetamin elektron tərəzidə çəkilmiş və qurudulmuş marixuananın çəkisi 24 (iyirmi dörd) qram, metamfetaminin çəkisi 3 ( üç) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri özü, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilmiş, Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1(bir) ağ rəngli, kristall şəkilli, psixotrop maddə olan metamfetamini təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi metamfetamin elektron tərəzidə çəkilmiş, metamfetaminin çəkisi 0,4(sıfr tam onda dörd) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri Elturan, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri sosial şəbəkədən 2(iki) aydır ki, tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Aqşin” adlı şəxsin vasitəsi ilə 3(üç) gün əvvəl Abşeron rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun qeyd etdiyi yerlərə çatdırmaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində sonuncudan narkotik vasitə aldığını, heç kimə narkotik vasitə satmadığını, lakin bağışladığını qeyd etmişdir. Daha sonra onun və Elturan Yusubovun razılığı ilə onlar, müdafiəçiləri və polis əməkdaşları ilə yaşadıqları ünvana getmişlər. Evə baxış keçirilən zaman onlara evdə qanunla qadağan edilmiş kütlələri təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 mənzilin yataq otağındakı taxta dolabdan 1(bir) ədəd bükümdə ağ rəngli kristalşəkilli psixotrop maddə olan metamfetamini, o isə həmin mənzildə özü qaldığı yataq otağındakı dolabdan 1(bir) ədəd sellofan torbanın içərisində 1(bir) ədəd elektron tərəzini, 4(dörd) ədəd bağlamada qurudulmuş marixuananı təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Elturan Yusubovun təqdim etdiyi metamfetaminin çəkisi 0,5(sıfr tam onda beş) qram olmuş, onun təqdim etdiyi qurudulmuş marixunaların ümumillikdə çəkisi 1(bir) kq 546 (beş yüz qırx altı) qram olmuşdur. Özü narkotik vasitələr və ya psixotrop maddələrin satışı ilə məşğul olmur. Lakin, dost tanışlarına pay olaraq narkotik vasitələr və ya psixotrop maddələr vermişdir. Elturanın üzərindən və yaşadığı mənzildən aşkar olunan psixotrop maddələr olan metamfetamini sonuncuya özü pay vermişdir. Polislər tərəfindən onlara fiziki zor tətbiq edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Suraxanı rayon prokurorluğunun “cinayət işi başlanılmasının rədd edilməsi haqqında “20 may 2023-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 Suraxanı RPİ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalması barədə müraciəti araşdırılmışdır. Araşdırma zamanı izahatı alınmış Təqsirləndirilən şəxs1 bildirmişdir ki, əvvəllər məhkum olunmamış, bir ilə yaxın müddətdə narkotik vasitə olan heroindən istifadə etmişdir. Əvvəllər narkotik vasitə istifadə etsə də, heç vaxt satışı ilə məşğul olmamışdır. 2023-cü ilin mart ayının 26-sı yaxud 27-də dostunun yaşadığı Yeni Günəşli qəsəbəsi ərazisində olan evinə narkotik vasitədən istifadə etməsi üçün getmiş, həmin evdə narkotik vasitə olan heroindən istifadə etmişlər. Bir qədər sonra Narkotiklərlə Mübarizə Baş İdarəsinin əməkdaşları evə daxil olaraq onları döymüşlər. O saxlanılan zaman üzərində narkotik vasitə olmamışdır. Hər ikisi saxlanıldıqdan sonra Baş İdarəyə aparılmışlar. O idarədə olarkən üzərinə narkotik vasitə qoyulmuş, daha sonra narkotik maddənin ona aid olduğunu deməyə məcbur etmişlər. İlk öncə,o , razılaşmamış, onu döyərək işgəncə vermişlər. İşgəncələrə dözməyərək narkotik vasitənin özünə məxsus olduğunu bildirməklə sənədləri imzalamışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, onu döyən baş narkotiklərlə mübarizə idarəsinin əməkdaşları olduğundan həmin əməkdaşların adlarını bilməmişdir. Polis əməkdaşları Suraxanı RPİ-nin əməkdaşları olmamışdır. O, polis əməkdaşları tərəfindən rezin dəyənəklə, təpik və yumruqla döyüldüyünü bildirmişdir. Araşdırma zamanı izahatı alınmış Azərbaycan Respublikası DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkili Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış və aralarında heç bir ziddiyət olmamışdır. DİN BNMİ-nə əməliyyat yolu ilə ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 oğlunun qabaqcadan əlbir olan bir qrup halında qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələrin satışı ilə məşğul olmaları barədə məlumat daxil olmuşdur. xx.xx.2023-cü il tarixdə əməliyyat məlumatı əsasında keçirilən əməliyyat tədbiri ilə ünvan 6 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılaraq BNMİ-nin inzibati binasına gətirilmiş, hər ikisinin üzərində şəxsi axtarış və götürmə həyata keçirilərkən üzərlərindən narkotik vasitə və psixotrop maddə aşkar edilmişdir Daha sonra hər iki şəxsin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadıqları evə baxış keçirilən zaman narkotik vasitə, psixotopr maddə və elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 saxlanılan zaman və polis bölməsində olarkən hər hansı psixi və ya fiziki təsir göstərilməmişdir. DİN BNMİ-də olarkən Təqsirləndirilən şəxs1 ilə məliyyat xarakterli söhbətlər aparılmışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 yaşadığı evdə heç kim döyməmiş, üzərində narkotik vasitə olmasını etiraf etməyə heç kim məcbur etməmişdir. O, C.Haclyevin göstərdiklərinin təmamilə yalan olduğunu bildirmiş, sonuncuya polis əmədakşları tərəfindən hər hansı işgəncə tətbiq edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 nahiyəsnin sağ yan səthində olan xəsarət o, görməmişəm, sonuncuya polis əməkdaşları tərəfindən xəsarət yetirilməmişdir. Araşdırma zamanı izahatı alınmış Azərbaycan Respublikası DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkili Şahid3 Şahid1 dediklərini tam təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 36 t/s saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 adına tərtib olunmuş tibbi kitabçasında qeyd olunanlara əsasən kürəyin sağ yan səthində qançır müəyyən edilmişdir. Xəsarət bərk küt əşyanın təsirindən törənmişdir. Qeyd edilən xəsarət sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. Tibbi sənəddə xəsarətin xarakterik xüsusiyyətləri ətraflı təsvir edilmədiyindən xəsarətin yetirilmə müddəti barədə konkret fikir bildirmək mümkün deyildir. Lakin həmin xəsarətin tibbi kitabçanın açılma tarixindən 8-10 sutka əvvəl yetirilməsi istisna olunmur. “İşgəncə və digər qəddar, qeyri-insani yaxud ləyaqəti alçaldan rəftar və hərəkətlərə qarşı konvensiyanın” 1-ci maddəsindən işgəncənin beynəlxalq səviyyədə araşdırılmış, tərəfin nəzərdə tutulur: “İşgəncə” dedikdə hər-hansı bir şəxsə ondan və ya üçüncü şəxsdən məlumat, yaxud etiraf əldə etmək, onu özünün və ya üçüncü şəxsin etdiyi, yaxud törədilməsində şübhəli bilindiyi əmələ görə cəzalandırmaq, yaxud onu və üçüncü şəxsi qorxutmaq və ya məcbur etmək kimi məqsədlər üçün, yaxud hər-hansı xarakterli ayrı seçkiliyə əsaslanan hər-hansı səbəbə görə vəzifəli şəxs, yaxud rəsmi şəxs tərəfindən çıxış edən digər şəxs tərəfindən, yaxud onun təhrikçiliyi, yaxud razılığı və ya aydınlaşması ilə qəsdən fiziki və ya psixi cəhətdən ciddi ağır və ya istirab verən hər-hansı hərəkətlər başa düşülür. Yalnız qanuni cəza nəticəsində irəli gələn bu cəzanın ayrılmaz hissəsi olan, yaxud onun təsadüfən ağır və ya istirab bu anlayışa daxil deyil. Materiala əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 27 mart 2023cü il tarixdə saat 15:00-da polis əməkdaşları tərəfindən DİN-nin BNMİ-nin inzibati binasına gətirilmişdir. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə Təqsirləndirilən şəxs1 bədən səthində olan xəsarətin yetirilmə müddətinin tibbi kitabçanın açılma tarixindən yəni, xx.xx.2023-cü il tarixdən 8-10 sutka əvvəl yetirilməsi istisna olmamışdır. Göründüyü kimi xəsarətin yetirilməsi vaxtının Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən saxlanılmazdan əvvəl olması istisna edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prossesual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır Həmin məcəllənin 145-ci maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 212.1-ci maddəsinin tələbinə görə cinayət işinin başlanması üçün səbəblərin qanunsuz olduğu və ya əsasın olmadığı halda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçiriən prokuror cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarır. Beləliklə aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası DİN-nin BMNİ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən döyülməsi və ona işgəncə verilməsi öz təsdiqini tapmamış və cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs1 məhkumluğuna dair sorğuya cavabdan və hökmün surətindən müəyyən olunur ki, o Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, bundan başqa Təqsirləndirilən şəxs1 Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə o Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə 10 ay müddətinə azadlıqdan məhrum edilmiş, CM-nin 66.5-ci maddəsinə əsasən Abşeron rayon məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli hökmü ilə ona təyin olunmuş 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla – 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Təqsirləndirilən şəxs1 Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 01 il 05 müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məh kəməyədək icraat zamanı həbsdə olduğu 3 gün müddət ona təyin edilmiş cəzadan çıxarılmaqla üzərində qəti olaraq 01 il 04 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzaı saxlanılmış, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəzaçəkmənin əvvəli 14 iyul 2023-cü il tarixdən hesablanması müəyyən edilmişdir. Bundan başqa Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə 01 (bir) il müddətinə azadlıqdan məhrum edilmiş, CM-nin 66.5-ci maddəsinə əsaaən Təqsirləndirilən şəxs1 həmin hökmlə təyin olunmuş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Sabunçu məhkəməsinin 14 iyul 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı həbs olduğu cəmi 5 gün müddətə ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 14 iyul 2023-cü il tarixdən hesablanmışdır. Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(007)- 66/2023 saylı arayışından müəyyən olunur ki, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli hökmü xx.xx.2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Belə olan halda məhkəmə baxılan cinayət işi üzrə Təqsirləndirilən şəxs1 CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə cəza təyin etdikdə ona CM-nin 66.5-ci maddəsinin tələblərinə əsasən əvvəlki hökm üzrə təyin edilmiş cəzanı cinayətlərin məcmusu kimi qismən və ya təmamilə toplamaqla Təqsirləndirilən şəxs1 qəti cəza təyin etməli, CM-nin 56.1.2-ci maddəsinə uyğun olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, cəzaçəkmə müddətinin əvvəli isə Təqsirləndirilən şəxs1 baxılan iş üzrə məhkəməyədək icraat zamanı şübhəli şəxs qismində saxlanıldığı 27 mart 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs2 məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, o Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə CM-nin 29, 180.2.1, 29, 1802.4-cü maddələri ilə 03 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş, Bakı Apellyasiya məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə cəzası 01 il 11 ay 28 günə endirilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2, 29, 177.2.2, 66.3, 66.5-ci maddələri ilə 02 il 09 ay 06 gün müddətinə azadlıqdan məhrum edilmişdir. Bakı şəhər Nərimanov rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 01 il 21 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs2 sonuncu dəfə məhkum olunduğu CMnin 177.2-ci maddəsi az ağır cinayətlərə aiddir və CM-nin 83.3.3-cü maddəsinə əsasən onun məhkumluğu ödənilməklə bununla bağlı bütün hüquqi nəticələri ləğv edilmişdir. Belə olan halda məhkəmə baxılan iş üzrə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun şübhəli şəxs qismində 27 mart 2023-cü il tarixdən 29 mart 2023-cü il tarixədək həbsdə olduğu və 29 mart 2023-cü il tarixdən hökm çıxarıldığı 11 iyun 2024-cü il tarixədək “ ev dustaqlığı” qətimkan tədbiri altında olduğu müddət onun azadlıqdan məhrum etmə cəzasına hesablanmalı, cəzaçəkmə müddətinin əvvəli 27 mart 2023-cü il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham olunduqları cinayəti törətməkdə təqsirli olmaları qismən öz ifadələri və şahid ifadələri ilə yanaşı məhkəmə baxışı zamanı sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə baxışı zamanı sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs1 başqa hökmlə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməkdən boyun qaçırmaq məqsədilə ibtidai araşdırma orqanı tərəfindən müəyyən edilməyən mənbədən əldə etdiyi 1500 qram külli miqdarda qurudulmuş marixuana və 3,30 qram külli miqdar təşkil edən psixotrop maddə metamfetamini qanunsuz əldə edib, daşıyaraq Təqsirləndirilən şəxs2 kirayə yaşadığı evə 26 mart 2023-cü il tarixdə gətirmiş, sonuncunun kirayə haqqının 150 manatını və gətirdiyi metamfetaminin bir hissəsini yəni 0,371 qramını Təqsirləndirilən şəxs2 vermiş, sonuncu ilə elektron tərəzi vasitəsilə metamfetaminin qalan, 2,548 qram hissəsini satış məqsədi ilə beş bükümə bölməklə 20 qram qurudulmuş marixuana olan bükümü ilə birlikdə satışını həyata keçirmk məqsədilə öz üzərinə qoymuş, lakin 27 mart 2023-cü il tarixdə polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hər ikisi saxlanılmış, üzərilərində olduğu qanunsuz əşyalarla yanaşı özlərinin yaşadıqları ünvanda da külli miqdarda narkotik vasitə marixuana və psixotrop maddə metamfetamin olmasına dair özlərinin məlumat və razılığa əsasən həmin ünvanda da qeyd olunan qanunsuz əşyalar aşkar edilərək götürülmüşdür. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxslərin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxslərin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, məcburi müalicəyə ehtiyacları vardır. Belə olan halda təqsirləndirilən şəxslərin hər ikisinə narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda iş üzrə maddi sübutlar– Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1499,5 qram narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd elektron tərəzi, ekspertiza tədqiqatından sonra qalıq qalmış paket № 1-də 2,398 qram və paket № 2-də 0,652 qram metamfetamin məhv edilməli, DVD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 188 (yüz səksən səkkiz) manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi:
1. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 06 (altı) il müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 27 mart 2023-cü tarixdən hesablansın. Barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz olunsun. Təqsirləndirilən şəxs2 dərhal məhkəmə iclas zalından həbs edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın.
2. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 hazırki hökmlə təyin olunmuş 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona 07 (yeddi) il müddətinə azadlıqdan mərhum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə müəyyən edilmiş həmin iş üzrə məhkəməyədək icraat zamanı şübhəli şəxs qismində tutulduğu 02 gün və Bakı şəhəri Sabunçu rayon məhkəməsinin hökmü ilə müəyyən edtilmiş şübhəli şəxs qismində tutulduğu 3 gün, ümumilikdə 05 (beş) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 06 (altı) il 11 (on bir) ay 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 27 mart 2023-cü tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1499,5 qram narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd elektron tərəzi, ekspertiza tədqiqatından sonra qalıq qalmış paket № 1-də 2,398 qram və paket № 2-də 0,652 qram metamfetamin məhv edilsin, DVD disklər cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci olan 188 (yüz səksən səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova