Məhkəmə qərarları › İş №1(101)-556/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-556/2025

25.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-556/2025 25.06.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi, hakimlər: Əliyeva Aytən Heydər qızı (sədrlik edən), X9 və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxslərin müdafiəçiləri - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «Kəngərli və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi1, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «Mirzəyev və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakları ilə xx xxxx 1983-cü il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin Gömrük fəaliyyətinə dəstəyin təşkili idarəsinin X11 şöbəsinin instruktor-kinoloqu vəzifəsində xidmət etməklə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə təhkim olunmuş və həmin vəzifədə işləmiş, əvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 206.3.3-cü maddələri ilə xx xxx 1994-cü il tarixdə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Nehrəm kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Skanlaşdırma şöbəsinin inpektoru vəzifəsində işləmiş, əvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Nehrəm kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 206.3.3-cü maddələri ilə xx xxx 1974-cü il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə saat 09:45-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs1 vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə malları Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar xeyli miqdarda keçirərək qaçaqmalçılıq etmişdir. 2.Belə ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi üzrə xx.xx.2024-cü tarixli müddətli əmək müqaviləsi əsasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks" Birliyinin Gömrük fəaliyyətinə dəstəyin təşkili idarəsinin X11 şöbəsinin instruktor-kinoloqu vəzifəsinə qəbul olunmaqla xx.xx.2024cü il tarixli 1000/266Ş nömrəli əmrlə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə təhkim edilərək həmin vəzifədə işləyərkən vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə tanışı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Skanlaşdırma şöbəsinin inpektoru Təqsirləndirilən şəxs2 və sonuncunun tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək tamah niyyəti ilə X4 Azərbaycan Respublikasına gətirəcəkləri qızıl külçələri qaçaqmalçılıq yolu ilə yəni, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək satışından qazanc əldə etmək məqsədilə əvvəlcədən aralarında bölünmüş rol bölgüsünə əsasən Təqsirləndirilən şəxs3 qızıl külçələri X4 əldə edərək hava məkanı ilə Azərbaycan Respublikasına “X15 Aeroportu”na gətirməsi, növbədə olmalarından asılı olaraq o və ya Təqsirləndirilən şəxs2 vəzifəli şəxs kimi öz qulluq mövqelərindən istifadə etməklə “X15 Aeroportıf’nda növbədə olduqları terminalın sanitar qovşağını izləmək imkanının olduğu hissədə durub Təqsirləndirilən şəxs3 və növbədə olmaqla sonuncudan qızıl külçələri götürəcək şəxsin Gömrük orqanı əməkdaşları tərəfindən izlənilibizlənilməməsi, izlənilmədiyi halda bu barədə məlumat verərək qızıl külçələrin Təqsirləndirilən şəxs3 tərəfindən onlara verilməsi üçün əlverişli şəraitin yaradılması istiqamətində hərəkətlər edəcəkləri, həmin gün növbədə olan o və ya Təqsirləndirilən şəxs2 sanitar qovşağındakı yanakı kabinədən heç kimin görməyəcəyi şəraitdə qızıl külçələri Təqsirləndirilən şəxs3 götürərək Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirib əlverişli yerdə gizlədib növbədən çıxdıqdan sonra sonuncuya təqdim etməsinə dair razılaşmaya əsasən Təqsirləndirilən şəxs3 08 iyul 2024-cü il tarixdə X5 Dubay şəhərindən hər birinin dəyəri 13.600 manat olmaqla 999.9 əyyarlı qızıldan hazırlanmış, 99.97 qram kütləli, üzərlərində C336105, C336108, C336109, C336110 kodları və “SUİSSE 100 g FİNE GOLD 999,9 ESSAYEUR FONDEUR” yazıları olan 04 ədəd, dəyəri 136.000 manat olan 999.67 qram kütləli, üzərində C001730 kodu və “SUİSSE 1 KİLO FİNE GOLD 999,9 ESSAYEUR FONDEUR” yazıları olan 01 ədəd olmaqla ümumilikdə xeyli miqdarda - 190.400 manat dəyərində ümumi çəkisi 1.399,55 qram təşkil edən 999,9 əyarlı qızıldan hazırlanmış 5 ədəd külçəni alıb bu barədə cinayətkar qrupun üzvləri olan özünə və Təqsirləndirilən şəxs2 məlumat verərək 09 iyul 2024-cü il tarixdə X4 Azərbaycan Respublikasına uçan sərnişin təyyarəsinin eniş vaxtının onun növbədə olma vaxtına düşdüyündən yuxarıda göstərilən qaydada aralarında müəyyən etdikləri rol bölgüsünə əsasən qeyd olunan qızıl külçələri Təqsirləndirilən şəxs3 733 saylı Dubay-Bakı aviareysi ilə əl çantasında gətirərək razılaşdırılmış planı realizə etmək üçün 09 iyul 2024-cü il tarixdə saat 21:27-də Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “X15 Aeroportu”nda olan sərhəd buraxılış məntəqəsindən keçərək bu barədə qrupun üzvlərinə məlumat verdiyindən özü həmin günü saat 21:32-də “X15 Aeroportu”nun 1-ci terminalının 1-ci mərtəbəsindəki gəliş zalında yerləşən sanitar qovşağın kabinəsinə daxil olmamışdan əvvəl Təqsirləndirilən şəxs2 onu qeyd edilən sanitar qovşağın giriş hissəsinin sərnişinlərin gəliş zalının kənardan görünən gözləmə zalının 2-ci mərtəbəsindən müşayiət etməsini bildirib sonuncu həmin yerə gəlib ona bu barədə məlumat verdikdən sonra sanitar qovşağda yerləşən kabinə daxil olaraq Təqsirləndirilən şəxs3 gözləyib, bir neçə dəqiqədən sonra sonuncu da həmin sanitar qovşağa onun gözlədiyi kabinənin yanındakı kabinəyə daxil olub Təqsirləndirilən şəxs3 qeyd edilən külçələrin olduğu 2 ədəd sellofan torbanı təhvil alaraq Təqsirləndirilən şəxs2 özünün və Təqsirləndirilən şəxs3 heç kim tərəfindən izlənməməsinə dair telefon vasitəsi ilə verdiyi məlumat əsasında ilk öncə o, ardınca Təqsirləndirilən şəxs3 sanitar qovşağı tərk edərək sonuncudan götürdüyü içərisində qızıl külçələr olan 2 ədəd sellofan torbanı səhəri gün növbədən çıxan zaman Təqsirləndirilən şəxs3 təhvil vermək məqsədilə Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının istirahəti üçün nəzərdə tutulmuş gömrük sahəsi hesab edilməyən 1-ci terminalın bunkerində yerləşən otaqdakı açıq qəhvəyi rəngli divanın altında gizlətməklə, vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə xeyli miqdar təşkil edən 190.400 manat dəyərində ümumi çəkisi 1.399,55 qram təşkil edən 999,9 əyarlı qızıldan hazırlanmış 5 ədəd külçəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə keçirmiş, daxil olmuş məlumata əsasən gömrük orqanın əməkdaşları tərəfindən 09 iyul 2024-cü il tarixdə keçirilmiş əməliyyat- axtarış tədbiri nəticəsində 2 ədəd sellofan torbada olan yuxarıda qeyd edilən çəkidə və əyyarda olan 5 ədəd qızıl külçələr aşkar edilərək götürülmüşdür. 3.Təqsirləndirilən şəxs2 vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə xeyli miqdarda malları Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək qaçaqmalçılıq etmişdir. 4.Belə ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi üzrə xx.xx.2023-cü il tarixli 1000/479Ş nömrəli əmrlə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Skanlaşdırma şöbəsinin inpektoru vəzifəsinə təyin edilərək həmin vəzifədə işləyərkən vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə tanışları Təqsirləndirilən şəxs3 və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin Gömrük fəaliyyətinə dəstəyin təşkili idarəsinin X11 şöbəsinin instruktor-kinoloqu vəzifəsində xidmət etməklə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə təhkim olunmuş Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək tamah niyyəti ilə X4 Azərbaycan Respublikasına gətirəcəkləri qızıl külçələri qaçaqmalçılıq yolu ilə yəni, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək satışından qazanc əldə etmək məqsədilə əvvəlcədən aralarında bölünmüş rol bölgüsünə əsasən Təqsirləndirilən şəxs3 qızıl külçələri X4 əldə edərək hava məkanı ilə Azərbaycan Respublikasına “X15 Aeroportu”na gətirməsi, növbədə olmalarından asılı olaraq o və ya Pərvjn Dursunəliyevin vəzifəli şəxs kimi öz qulluq mövqelərindən istifadə etməklə “X15 Aeroportu”nda növbədə olduqları terminalın sanitar qovşağını izləmək imkanının olduğu hissədə durub Təqsirləndirilən şəxs3 və növbədə olmaqla sonuncudan qızıl külçələri götürəcək şəxsin Gömrük orqanı əməkdaşları tərəfindən izlənilib-izlənilməməsi, izlənilmədiyi halda bu barədə məlumat verərək qızıl külçələrin Təqsirləndirilən şəxs3 tərəfindən onlara verilməsi üçün əlverişli şəraitin yaradılması istiqamətində hərəkətlər edəcəkləri, həmin gün növbədə olan o və ya Təqsirləndirilən şəxs1 sanitar qovşağındakı yanakı kabinədən heç kimin görməyəcəyi şəraitdə qızıl külçələri Təqsirləndirilən şəxs3 götürərək Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirib əlverişli yerdə gizlədib növbədən çıxdıqdan sonra sonuncuya təqdim etməsinə dair razılaşmaya əsasən Təqsirləndirilən şəxs3 08 iyul 2024-cü il tarixdə X5 Dubay şəhərindən hər birinin dəyəri 13.600 manat olmaqla 999.9 əyyarlı qızıldan hazırlanmış, 99.97 qram kütləli, üzərlərində C336105, C336108, C336109, C336110 kodları və “SUİSSE 100 g FİNE GOLD 999,9 ESSAYEUR FONDEUR” yazıları olan 04 ədəd, dəyəri 136.000 manat olan 999.67 qram kütləli, üzərində C001730 kodu və “SUİSSE 1 KİLO FİNE GOLD 999,9 ESSAYEUR FONDEUR” yazıları olan 01 ədəd olmaqla ümumilikdə xeyli miqdarda - 190.400 manat dəyərində ümumi çəkisi 1.399,55 qram təşkil edən 999,9 əyarlı qızıldan hazırlanmış 5 ədəd külçəni alıb bu barədə cinayətkar qrupun üzvləri olan özünə və Təqsirləndirilən şəxs1 məlumat verərək 09 iyul 2024-cü il tarixdə X4 Azərbaycan Respublikasına uçan sərnişin təyyarəsinin eniş vaxtının Təqsirləndirilən şəxs1 növbədə olma vaxtına düşdüyündən yuxarıda göstərilən qaydada aralarında müəyyən etdikləri rol bölgüsünə əsasən qeyd olunan qızıl külçələri Təqsirləndirilən şəxs3 733 saylı Dubay-Bakı aviareysi ilə əl çantasında gətirərək razılaşdırılmış planı realizə etmək üçün 09 iyul 2024cü il tarixdə saat 21:27-də Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “X15 Aeroportu”nda olan sərhəd buraxılış məntəqəsindən keçərək bu barədə qrupun üzvlərinə məlumat verdiyindən Təqsirləndirilən şəxs1 həmin günü saat 21:32-də “X15 Aeroportu”nun 1-ci terminalının 1-ci mərtəbəsindəki gəliş zalında yerləşən sanitar qovşağın kabinəsinə daxil olmamışdan əvvəl özünün Təqsirləndirilən şəxs1 qeyd edilən sanitar qovşağın giriş hissəsinin sərnişinlərin gəliş zalının kənardan görünən gözləmə zalının 2-ci mərtəbəsindən müşayiət etməsini bildirib həmin yerə gəlib Təqsirləndirilən şəxs1 bu barədə məlumat verdikdən sonra sonuncu sanitar qovşağda yerləşən kabinə daxil olaraq Təqsirləndirilən şəxs3 gözləyib, bir neçə dəqiqədən sonra sonuncu da həmin sanitar qovşağa Təqsirləndirilən şəxs1 gözlədiyi kabinənin yanındakı kabinəyə daxil olub Təqsirləndirilən şəxs3 qeyd edilən külçələrin olduğu 2 ədəd sellofan torbanı təhvil alaraq özünün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 heç kim tərəfindən izlənməməsinə dair telefon vasitəsi ilə verdiyi məlumat əsasında ilk öncə Təqsirləndirilən şəxs1, ardınca Təqsirləndirilən şəxs3 sanitar qovşağı tərk edərək Təqsirləndirilən şəxs1 sonuncudan götürdüyü içərisində qızıl külçələr olan 2 ədəd sellofan torbanı səhəri gün növbədən çıxan zaman Təqsirləndirilən şəxs3 təhvil vermək məqsədilə Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının istirahəti üçün nəzərdə tutulmuş gömrük sahəsi hesab edilməyən 1-ci terminalın bunkerində yerləşən otaqdakı açıq qəhvəyi rəngli divanın altında gizlətməklə, vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə xeyli miqdar təşkil edən 190.400 manat dəyərində ümumi çəkisi 1.399,55 qram təşkil edən 999,9 əyarlı qızıldan hazırlanmış 5 ədəd külçəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə keçirmiş, daxil olmuş məlumata əsasən gömrük orqanın əməkdaşları tərəfindən 09 iyul 2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 2 ədəd sellofan torbada olan yuxarıda qeyd edilən çəkidə və əyyarda olan 5 ədəd qızıl külçələr aşkar edilərək götürülmüşdür. 5.Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə xeyli miqdarda malları Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək qaçaqmalçılıq etmişdir. 6.Belə ki, Təqsirləndirilən şəxs3 tanışı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Skanlaşdırma şöbəsinin inpektoru Təqsirləndirilən şəxs2 və sonuncunun tanışı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin Gömrük fəaliyyətinə dəstəyin təşkili idarəsinin X11 şöbəsinin instruktor-kinoloqu vəzifəsində xidmət etməklə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə təhkim olunmuş Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək tamah niyyəti ilə X4 Azərbaycan Respublikasına gətirəcəkləri qızıl külçələri qaçaqmalçılıq yolu ilə yəni, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək satışından qazanc əldə etmək məqsədilə əvvəlcədən aralarında bölünmüş rol bölgüsünə əsasən özünün qızıl külçələri X4 əldə edərək hava məkanı ilə Azərbaycan Respublikasına “X15 Aeroportu”na gətirməsi, növbədə olmalarından asılı olaraq Təqsirləndirilən şəxs1 və ya Təqsirləndirilən şəxs2 vəzifəli şəxs kimi öz qulluq mövqelərindən istifadə etməklə “X15 Aeroportu”nda növbədə olduqları terminalın sanitar qovşağını izləmək imkanının olduğu hissədə durub onun və növbədə olmaqla özündən qızıl külçələri götürəcək şəxsin Gömrük orqanı əməkdaşları tərəfindən izlənilib-izlənilməməsi, izlənilmədiyi halda bu barədə məlumat verərək qızıl külçələrin özü tərəfindən Təqsirləndirilən şəxs1 və ya Təqsirləndirilən şəxs2 verilməsi üçün əlverişli şəraitin yaradılması istiqamətində hərəkətlər edəcəkləri, həmin gün növbədə olan Təqsirləndirilən şəxs1 və ya Təqsirləndirilən şəxs2 sanitar qovşağındakı yanakı kabinədən heç kimin görməyəcəyi şəraitdə qızıl külçələri ondan götürərək Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirib əlverişli yerdə gizlədib növbədən çıxdıqdan sonra özünə təqdim etməsinə dair razılaşmaya əsasən özünün 08 iyul 2024-cü il tarixdə X5 Dubay şəhərindən hər birinin dəyəri 13.600 manat olmaqla 999.9 əyyarlı qızıldan hazırlanmış, 99.97 qram kütləli, üzərlərində C336105, C336108, C336109, C336110 kodları və “SUİSSE 100 g FİNE GOLD 999,9 ESSAYEUR FONDEUR” yazıları olan 04 ədəd, dəyəri 136.000 manat olan 999.67 qram kütləli, üzərində C001730 kodu və “SUİSSE 1 KİLO FİNE GOLD 999,9 ESSAYEUR FONDEUR” yazıları olan 01 ədəd olmaqla ümumilikdə xeyli miqdarda - 190.400 manat dəyərində ümumi çəkisi 1.399,55 qram təşkil edən 999,9 əyarlı qızıldan hazırlanmış 5 ədəd külçəni alıb bu barədə cinayətkar qrupun üzvləri olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məlumat verərək 09 iyul 2024-cü il tarixdə X4 Azərbaycan Respublikasına uçan sərnişin təyyarəsinin eniş vaxtının Təqsirləndirilən şəxs1 növbədə olma vaxtına düşdüyündən yuxarıda göstərilən qaydada aralarında müəyyən etdikləri rol bölgüsünə əsasən qeyd olunan qızıl külçələri o, 733 saylı Dubay-Bakı aviareysi ilə əl çantasında gətirərək razılaşdırılmış planı realizə etmək üçün 09 iyul 2024-cü il tarixdə saat 21:27-də Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “X15 Aeroportu”nda olan sərhəd buraxılış məntəqəsindən keçərək bu barədə qrupun üzvlərinə məlumat verdiyindən Təqsirləndirilən şəxs1 həmin günü saat 21:32-də “X15 Aeroportu”nun 1-ci terminalının 1-ci mərtəbəsindəki gəliş zalında yerləşən sanitar qovşağın kabinəsinə daxil olmamışdan əvvəl Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 qeyd edilən sanitar qovşağın giriş hissəsinin sərnişinlərin gəliş zalının kənardan görünən gözləmə zalının 2-ci mərtəbəsindən müşayiət etməsini bildirib həmin yerə gəlib Təqsirləndirilən şəxs1 bu barədə məlumat verdikdən sonra sonuncu sanitar qovşağda yerləşən kabinə daxil olaraq onu gözləyib, bir neçə dəqiqədən sonra o da həmin sanitar qovşağa Təqsirləndirilən şəxs1 gözlədiyi kabinənin yanındakı kabinəyə daxil olub qeyd edilən külçələrin olduğu 2 ədəd sellofan torbanı təhvil verərək Təqsirləndirilən şəxs2 özünün və Təqsirləndirilən şəxs1 heç kim tərəfindən izlənməməsinə dair telefon vasitəsi ilə verdiyi məlumat əsasında ilk öncə Təqsirləndirilən şəxs1, ardınca o, sanitar qovşağı tərk edərək Təqsirləndirilən şəxs1 ondan götürdüyü içərisində qızıl külçələr olan 2 ədəd sellofan torbanı səhəri gün növbədən çıxan zaman ona təhvil vermək məqsədilə Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının istirahəti üçün nəzərdə tutulmuş gömrük sahəsi hesab edilməyən 1-ci terminalın bunkerində yerləşən otaqdakı açıq qəhvəyi rəngli divanın altında gizlətməklə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə xeyli miqdar təşkil edən 190.400 manat dəyərində ümumi çəkisi 1.399,55 qram təşkil edən 999,9 əyarlı qızıldan hazırlanmış 5 ədəd külçəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə keçirmiş, daxil olmuş məlumata əsasən gömrük orqanın əməkdaşları tərəfindən 09 iyul 2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 2 ədəd sellofan torbada olan yuxarıda qeyd edilən çəkidə və əyyarda olan 5 ədəd qızıl külçələr aşkar edilərək götürülmüşdür. Sübutların tədqiqi: 7.Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 206.3.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs3 Dubaydan qızıl gətirəcəyini deyərək köməklik etmələrini təklif etmiş və onlar da razılaşmışlar. Qızılı keçirmək istəmişlər, lakin yaxalanmışlar. O, Gömrükdə müqavilə ilə kinoloq vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs3 əvvəlcə Mənsurun tanışı olmuş, ona bu işi Mənsur mart aylarında təklif etmiş, əvvəlcə razılaşmamış, sonra isə razılaşmışdır. Onlar birinci danışığa razılıq verməmişlər və üç ay sonra təkrar təklif olanda razılaşmışlar. Bir neçə dəfə yığışıb necə keçirmək barədə müzakirələr aparmışlar. Qabaqcadan neçə kiloqram qızılın gətiriləcəyi deyilməmişdir. O, hadisə olan gün növbədə olmuş və danışıqlarına əsasən qızılı sərnişin zalında olan sanitar qovşağında verməli olmuşdur. Hadisə olduğu gün Mənsur işdə olmamış, hacı zəng edərək Dubayda olduğunu və gətirə biləcəyini demiş, Mənsur da əvvəldən belə bir şey olsa kömək edəcəyini bildirmiş, o da Mənsura hacının Dubaydan gəldiyini demişdir. Mənsur həmin reysin eniş etməsindən təxminən 15-20 dəqiqə əvvəl gəlmişdir. Mənsur ikinci mərtəbədən izlənilibizlənilməmələrinə baxmalı olmuşdur. Onun götürdüyü əvvəlcə torbanın içində olmuş və açıq şəkildə istirahət otağına divanın yanına qoymuşdur. Qeyd olunan otağa kamera quraşdırılmamışdır. Həmin anda onları saxlamışlar. O, əvvəllər heç vaxt belə işlərlə məşğul olmamış və ilk dəfə Mənsurla birgə belə bir iş etmişdir. Əlini ilk dəfə mart ayında Mənsurla birlikdə görüşəndə görmüşdür. Görülən işin müqabilində ona min manat veriləcəkdi, lakin o, pul almamışdır. Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini, himayəsində iki uşağı və bir də qardaşının olduğunu, əməlindən peşman olduğunu bildirmişdir. 8.Məhkəmə iclas zalında Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, o, “Azərterminalkompleks” X7 dəstəyin təşkili idarəsinin X11 şöbəsinin instruktor-kinoloqu vəzifəsində xidmət etməklə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə təhkim olunmuşdur. Hava Nəqliyyatında Baş Gömrük İdarəsində təlimçi, böyük təlimçi və instruktor-kinoloq vəzifələrində xidmət etmişdir. Onun instruktor-kinoloq kimi vəzifə borcu kinoloji xidməti ilə yüklərin yoxlanılmasından ibarətdir. O, Təqsirləndirilən şəxs2lə iş yoldaşı olmaqla yanaşı aralarında dostluq münasibəti də olmuşdur. Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 tanışı kimi tanımışdır. 2024-cü ilin qış aylarında Təqsirləndirilən şəxs2 ona yaxınlaşaraq tanışı Təqsirləndirilən şəxs3 ölkəyə qızıl külçə gətirmək istədiyini, bu işdə sonuncuya köməklik etmək istədiyini, onunla birlikdə Təqsirləndirilən şəxs3 ölkəyə gətirəcəyi qızıl külçələri gömrük nəzarətindən kənar keçirməklərini, 1 kq qızıla görə Təqsirləndirilən şəxs3 onlara 1.000 manat pul verəcəyini və alacaqları pulu aralarında yarıbayarı böləcəklərini bildirmişdir. O da maddi imkansızlıqdan məcbur qalıb Təqsirləndirilən şəxs2 təklifi ilə razılaşmışdır. Qeyd edilən qaçaqmalçılıq cinayətini planlaşdırmaq üçün o, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə görüşmüşdürlər. Görüş zamanı Təqsirləndirilən şəxs3 BƏƏ-nin Dubay şəhərindən ölkəyə qaçaqmalçılıq yolu ilə qızıl külçələr gətirməli, bu gəlişini ya onun, ya da ki, Təqsirləndirilən şəxs2 növbəsinə salmalı olmuşdur. O, növbədə olan zaman qızıl külçələri Hava limanının 1-ci terminalının gəliş zalının 1-ci mərtəbəsindəki sanitar qovşağından götürməli və bu zaman Təqsirləndirilən şəxs2 sanitar qovşağının kənardan görünən hissəsində yəni hava limanının gəliş zalının 2-ci mərtəbəsində duraraq onun və ya Təqsirləndirilən şəxs3 izlənilib-izlənilməməsini güdməli, Təqsirləndirilən şəxs2 növbədə olan zaman isə sonuncu eyni qaydada qızıl külçələri sanitar qovşağından Təqsirləndirilən şəxs3 götürməli və bu zaman o, eyni qaydada kənardan duraraq Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 izlənilib-izlənilməməsini güdməli olmasına dair aralarında razılığa gəlmişdirlər. Daha sonra qızıl külçələri gömrük nəzarətindən kənar keçirərək Bakı şəhər ərazisində Təqsirləndirilən şəxs3la görüşərək həmin qızıl külçələri sonuncuya verməyi qərara almışlar. 09 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 daha sonra Təqsirləndirilən şəxs3 ona zəng vuraraq onun işdə olmağını dəqiqləşdirmiş və Təqsirləndirilən şəxs3 gecə vaxtı Dubay-Bakı reysi ilə gələcəyini, gəlişi zamanı özü ilə təxminən 1 kq 400 qram çəkidə qızıl külçə gətirəcəyini və ona həmin külçələri gömrükdən qaçaqmalçılıq yolu ilə keçirməli olduqlarını bildirmişdirlər. Bunun müqabilində Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 və ona 1.000 manat pul verəcəyi barədə razılaşmışlar. O və Təqsirləndirilən şəxs2 aralarında olan razılığa əsasən 1.000 manat pulu sonuncu ilə yarıbayarı bölməyi qərarlaşdırmışlar. 09 iyul 2024- cü il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs3 yenidən ona zəng vuraraq Dubay- Bakı reysi ilə gələn sərnişin təyyarəsinin eniş etdiyi barədə məlumat vermişdir. Enişdən təxminən 10 dəqiqə sonra isə Təqsirləndirilən şəxs3 ona mesaj yazaraq sərhədi keçdiyi barədə məlumat vermişdir. Bundan sonra o, aralarında olan razılığa əsasən “X15 Aeroportu”nun T1 Terminalının gəliş zalının birinci mərtəbəsində yerləşən kişilər üçün nəzərdə tutulmuş sanitar qovşağında olan kabinələrdən birinə daxil olaraq Təqsirləndirilən şəxs3 gəlməsini gözləmişdir. Razılaşmalarına uyğun olaraq Təqsirləndirilən şəxs2 isə Hava limanında yerləşən restoranların yerləşdiyi gəliş zalının ikinci mərtəbəsindən onun və Təqsirləndirilən şəxs3 izlənilib-izlənilməməyini güdmüşdür. O, sanitar qovşağına daxil olduqdan təxminən bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs3 da sanitar qovşağına girərək onun əvvəlcədən girib gözlədiyi kabinənin yanındakı kabinə daxil olmuşdur. Təqsirləndirilən şəxs3 kabinə daxil olduqdan sonra kabinənin alt hissəsindən 02 ədəd sellofan paketdə olan təxmini çəkisi 1 kq 400 qram olan qızıl külçələri ona vermişdir. O da həmin qızıl külçələri əynində olan xidməti geyim forması kitelin sağ və sol yan ciblərinə qoyaraq izlənilməmələrinə dair Təqsirləndirilən şəxs2 məlumatına əsasən sanitar qovşağından çıxmış və xidməti yerinə, bunkerə qayıtmışdır. Qızıl külçələr ağır olduğundan onları bunkerdə yerləşən gömrük əməkdaşlarının istirahət etməsi üçün nəzərdə tutulmuş istirahət otağında olan divanın altında gizlətmişdir. İstirahət otağını tərk edən zaman Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməliyyat şöbəsinin işçiləri ona yaxınlaşaraq gizlətdiyi predmeti ondan tələb etmişdirlər. O, ilkin olaraq əməliyyat şöbəsinin əməkdaşlarına hər hansı predmet gizlətmədiyini bildirmişdir. Ancaq daha sonra Təqsirləndirilən şəxs3 aldığı qızıl külçələri istirahət otağında olan 1 ədəd açıq qəhvəyi rəngli divanın altında gizlətdiyini etiraf etmişdir. Bundan sonra gömrük əməkdaşları 2 nəfər hal şahidi dəvət edərək həmin qızıl külçələri aşkar edib baxış keçirilməsi üçün onunla birlikdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati binasına aparmışdırlar. İnzibati binada xidməti otaqda hal şahidlərinin və onun iştirakı ilə qızıl külçələrə baxış keçirtmişdirlər. Baxış zamanı 1 ədəd şəffaf rəngli sellofan paketin içərisində olan plastik qablaşdırmada 1 ədəd üzərində “PAMP X24 1000 g Fine gold 999.9” yazısı və sertifikat nömrəsi C001730 olan, 1 ədəd şəffaf rəngli sellofan paketin içərisində 1 ədəd üzərində “PAMP X24 100 g Fine gold 999.9” yazısı və sertifikat nömrəsi C336105 olan, 1 ədəd üzərində “PAMP X24 100 g Fine gold 999.9” yazısı və sertifikat nömrəsi C336108 olan, 1 ədəd üzərində “PAMP X24 100 g Fine gold 999.9” yazısı və sertifikat nömrəsi C336110 olan, 1 ədəd üzərində “PAMP X24 100 g Fine gold 999.9” yazısı və sertifikat nömrəsi C336109 olan 05 ədəd qızıl külçələr aşkar edilərək qablaşdırılıb götürülmüşdür (İİİ cild, səh. 9-11). 9.Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 206.3.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, gömrük əməkdaşı olaraq skanlaşdırma şöbəsində inspektor vəzifəsində işləmiş və maddi imkansızlıq səbəbindən hadisədən 3-4 ay əvvəllər razılaşmışdır. O, yuxarıdan nəzarət etməli və qızıl külçələr çıxarılmalı idi. Dubaya gedən alverçilərin hamısını gömrükçülər tanıyırlar və Təqsirləndirilən şəxs3 da alverçi kimi Dubaya gedib-gəlməsindən tanımışdır. Razılaşmaya əsasən hər birinə min manat verilməli idi. Həmin gün növbədə olmamış, son anda məlumatı olmuş, Pərvin zəng edərək Əlinin gəldiyini demiş və Pərvinin çağırışı ilə hadisə yerinə getmişdir. Hava limanına gedəndən sonra ancaq izləməni etmiş, onlara hansısa bir köməyi olmamışdır. O, ilk dəfə belə bir iş görmüş və istintaq orqanına özü sərbəst yaxınlaşmışdır. Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini, himayəsində altı aylıq azyaşlı uşağının olduğunu və əməlindən peşman olduğunu bildirmişdir. 10.Məhkəmə iclas zalında Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, o, 2019-cu ilin dəqiq yadında olmayan tarixindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Skanlaşdırma şöbəsinin inspektoru vəzifəsində işləmişdir. Skanlaşdırma şöbəsinin inspektoru kimi vəzifəsi ölkəyə daxil olan və çıxan vətəndaşların əl və baqaj yüklərini monitor vasitəsi ilə yoxlamaqla qanunla qadağan olan əşyaların ölkəyə daxil və xaric olmasının qarşısının alınmasından ibarət olmuşdur. Təqsirləndirilən şəxs3 ölkəyə xaricdən mal gətirməklə məşğul olan şəxs kimi tanımışdır. Təqsirləndirilən şəxs1 iş yoldaşı kimi tanısa da daha sonra aralarında dostluq münasibəti yaranmışdır. 2024-cü ilin yanvar ayında Təqsirləndirilən şəxs3 hava limanında ona yaxınlaşaraq ölkəyə qızıl külçələr gətirmək istədiyini, həmin qızıl külçələrin gömrük nəzarətindən kənar keçirməyə kömək etməyini ondan xahiş etmişdir. O, topaz mərc oyunlarında xeyli miqdarda pul vəsaiti uduzduğundan borca düşmüşdür. Borclarını ödəmək üçün pula ehtiyacı olduğundan Təqsirləndirilən şəxs3 təklifi onu cəlb etmişdir. O da bu barədə dostluq münasibətində olduğu Təqsirləndirilən şəxs1 bildirmiş və o, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 birlikdə görüşmüşlər. Aralarında əldə edilmiş razılığa əsasən Təqsirləndirilən şəxs3 Dubay şəhərindən ölkəyə qızıl külçələr gətirməli, sonuncu ölkəyə gəliş tarixlərini ya onun, yada ki Təqsirləndirilən şəxs1 növbədə olduğu tarixə salmalı, hava yolu ilə sərhəd məntəqəsindən keçdikdən sonra bu barədə ona və Təqsirləndirilən şəxs1 məlumat verməli, “Heydər Əliyev” Beynəlxalq hava limanının 1-ci terminalın gəliş zalının 1-ci mərtəbəsində yerləşən sanitar qovşağına daxil olmalı, ya o, ya da ki Təqsirləndirilən şəxs1 sanitar qovşağına daxil olaraq həmin qızıl külçələri götürməli, qızıl külçələri o, götürdüyü halda Təqsirləndirilən şəxs1, sonuncu götürdüyü halda isə o, 1-ci terminalın gəliş zalının 1-ci mərtəbəsindəki sanitar qovşağının kənardan görünən hava limanının gözləmə zalının 2-ci mərtəbəsində durub bir-birilərini güdərək kiminsə tərəfindən izlənilib-izlənilməmələrinə nəzarət etməyə qərara almışlar. Daha sonra qızıl külçələri götürərək üzərlərində və ya hardasa gizlədərək növbədən çıxdıqdan sonra Bakı şəhərində Təqsirləndirilən şəxs3 verməyə qərarlaşdırmışlar. Təqsirləndirilən şəxs3 da qızıl külçələri götürdükdən 2-3 gün sonra 1 kq qızıla görə o və Təqsirləndirilən şəxs1 1.000 manat pul verəcəyi barədə razılaşmışdırlar. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs3la aralarında olan danışıq zamanı sonuncu ona həmin günü saat 21 radələrində enəcək Dubay- Bakı reysi ilə ölkəyə 1 kq 400 qram qızıl külçələr gətirəcəyini bildirmişdir. Həmin günü Təqsirləndirilən şəxs1 də növbədə olduğundan razılaşmışlar. Həmin qızıl külçələrə görə aralarında olan razılaşmaya görə Təqsirləndirilən şəxs3, o və Təqsirləndirilən şəxs1 1.000 manat pul verməyi öhdəsinə götürmüşdür. O da Təqsirləndirilən şəxs1lə aralarında həmin məbləği yarıbayarı bölməyə qərara almışdır. Həmin gün saat 21:00-da Hava limanına gələrək 1-ci terminalın gəliş zalının 1-ci mərtəbəsindəki sanitar qovşağının kənardan görünən hava limanının gözləmə zalının 2-ci mərtəbəsində duraraq Təqsirləndirilən şəxs3 sərhədi keçməsinə dair məlumat verməsini gözləmişdir. Həmin gün Təqsirləndirilən şəxs3 saat 21:30-da sərhəddən keçdiyini məlumat verdiyindən razılaşmalarına uyğun olaraq Təqsirləndirilən şəxs3 əvvəl Təqsirləndirilən şəxs1 1-ci terminalın gəliş zalının 1-ci mərtəbəsindəki sanitar qovşağına daxil olmuş, ardınca isə Təqsirləndirilən şəxs3 sanitar qovşağına daxil olmuşdur. O, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 kənardan izləyərək başqa gömrük orqanının əməkdaşları tərəfindən güdülmədiklərini bildirdiyindən Təqsirləndirilən şəxs3 qızıl külçələri Təqsirləndirilən şəxs1 vermişdir. Daha sonra onun kənardan müşahidəsi ilə ilk öncə Təqsirləndirilən şəxs1 daha sonra Təqsirləndirilən şəxs3 sanitar qovşağından çıxmışdırlar. Bir az keçdikdən sonra gömrük əməliyyatçısının Təqsirləndirilən şəxs1 saxladıqlarını görmüşdür. Bundan başqa o, ifadəsində Təqsirləndirilən şəxs3 məxsus “Samsung S23” markalı mobil telefonun Whatsapp proqramında +**********5 nömrəsi ilə qeydiyyat edilmiş “Bonjo” adlı profil və həmin profildən göndərilmiş mesajların və səs yazılarının ona məxsus olduğunu, həmin yazışmalar və səs yazılarının Təqsirləndirilən şəxs3 o və Təqsirləndirilən şəxs1 vasitəsi ilə ölkəyə qaçaqmalçılıq yolu ilə qızıl külçələrin keçirilməsi barədə olan danışıqlar olduğunu bildirmişdir (İİ cild, səh. 239-241). 11.Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, başından iki dəfə əməliyyat olduğundan ömürlük dörd dərman qəbul etməli olmuş və həmin dərmanlar da çox baha olmuşdur. Özü ticarətlə məşğul olaraq Dubay şəhərindən Azərbaycana müəyyən texniki avadanlıqlar gətirmişdir. Onun işi əsasən telefon gətirmək olmuş və telefon işində bəyannamə qəbul ediləndən sonra çıxış yolunu qızıl gətirməkdə görmüşdür. Bir dəfə hava limanında Mənsura yaxınlaşıb iş təklif etmiş, həmin vaxt Mənsur “yox, işləyə bilmərik, çünki mənim öz işim var” demişdir. Aradan bir müddət keçdikdən sonra Dubaya getməzdən qabaq götürdüyü nömrələri ilə əlaqə saxlamış, bu zaman razı olduqlarını və bu işi görə biləcəklərini demişlər. O, 09 iyul tarixində Bakıya gələcəyini bildirmişdir. Gələndən sonra birinci Pərvini, sonra isə onu saxlayaraq Baş Gömrük İdarəsinə aparmışlar və onları oradan Əməliyyat İstintaq Baş İdarəsinə göndərmişlər. Orada işləyən bütün gömrük işçiləri onlar tanımışlar, haradan gəlsələr onları “qırmızı kanal”a yönləndirmişlər. Mənsurla yanvar ayında tanış olmuşdur. İlk dəfə Mənsura yanvar-mart aylarında qızıl keçirməyi təklif etmişdir. Mənsuru gedib-gəldiyi üçün gömrük işçisi kimi tanımış, Mənsur monitorda oturmuş və onun uçuşlarında növbədə olmuşdur. Mənsuru çölə çağırıb təklifini demişdir. Mənsurun nömrəsini götürüb sonradan zəng edərək görüşüb işləmək istədiyini demişdir. Əvvəlcə qaçaqmalçılıq yolu ilə telefonu keçirməyi təklif etmiş, lakin bəyannamə lazım olduğundan və o da imkanları xaricində olduğundan razı olmamışlar. Daha sonra qızıl təklif etmiş, təxminən tutulmazdan 2-3 ay əvvəl razılıq vermişdir. Qızılı gətirmək üçün pulu öz dostlarından borc almış və dostları borcu nə üçün aldığını bilməmişlər. Külçələri gətirəndən sonra planı onları satmaq olmuşdur. Qızılı harada satmağı hələ planlaşdıracaqmış, təzə qızıl işinə girmək istəmiş, lakin alınmamışdır. Raminlə İstanbulda əlavə işləmişlər, Ramin onun qızılı Bakıya gətirəcəyini bilməmiş və ona görə invoysu Raminə yollamışdır. İstanbula aparanda xeyir az qaldığından qızılı Bakıya gətirmək istəmişdir. Kitabçada yazılanlar Türkiyə ticarəti ilə bağlı qeydləri olmuşdur. Türklər üçün qızılı Dubaydan daha ucuz almışdır. Gürcüstana telefon gətirmək üçün getmiş, lakin qızıl gətirməmişdir. O, əvvəllər belə işlərlə məşğul olmamışdır. İdxal rüsumunun nə qədər olmasını hesablamamışdır və hazırda vurulmuş zərəri ödəməyə hazırdır. Təqsirləndirilən şəxs3 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini, özünün ikinci qrup əlil olduğunu, xəstəliyinin hipoviz vəzi şişi olduğunu, başından iki dəfə əməliyyat olunduğunu, himayəsində iki qızının olduğunu və əməlindən peşman olduğunu bildirmişdir. 12.Məhkəmə iclas zalında Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, o, ölkəyə telefon, ətir və sair mallar gətirən zaman Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin skanlaşdırma şöbəsində inspektor vəzifəsində işləyən Təqsirləndirilən şəxs2lə aralarında münasibət yaranmışdır. Ölkəyə kommersiya məqsədi ilə telefon vasitələrinin ayda 1 ədəddən artıq gətirilməsinə qadağa qoyulduğundan və müalicəsinə xeyli miqdarda pul vəsaiti lazım olduğundan X10 Dubay şəhərindən Azərbaycan Respublikasına qızıl külçələr gətirərək satıb qazanc əldə etmək istəmişdir. Qızıl külçələri Azərbaycan Respublikasında Gömrük nəzarətindən kənar yəni, qaçaqmalçılıq yolu ilə keçirmək üçün Təqsirləndirilən şəxs2 yaxınlaşaraq niyyəti barədə sonuncuya məlumat vermiş və bu işdə ona köməklik göstərməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 bu işi tək edə bilməyəciyini, dostu həmçinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin Gömrük fəaliyyətinə dəstəyin təşkili idarəsinin X11 şöbəsinin instruktor-kinoloqu vəzifəsinə işləməklə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə təhkim edilmiş Təqsirləndirilən şəxs1 ilə birlikdə bu işi görəcəklərini bildirmiş və üçünün birlikdə görüşməklərini təklif etmişdir. O, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1lə aralarında olan görüş zamanı onun BƏƏ-nin Dubay şəhərindən ölkəyə qızıl külçələri gətirəcəyi, bu gəlişini ya Təqsirləndirilən şəxs1, yada ki Təqsirləndirilən şəxs2 növbəsinə salacağı, Təqsirləndirilən şəxs1 növbədə olan zaman qızıl külçələri “X15 Aeroportu”nun 1-ci terminalının gəliş zalının 1-ci mərtəbəsindəki sanitar qovşağından sonuncunun ondan sanitar qovşağındakı yanakı kabinələrdə oturmaqla götürəcəyi və bu zaman Təqsirləndirilən şəxs2 kənardan sanitar qovşağın göründüyü hava limanının gözləmə zalının ikinci mərtəbəsində duraraq onun və ya Təqsirləndirilən şəxs1 izlənilib-izlənilməməsini güdəcəyi, Təqsirləndirilən şəxs2 növbədə olan zaman isə Təqsirləndirilən şəxs1 eyni qaydada kənardan duraraq onun vəya Təqsirləndirilən şəxs2 izlənilib-izlənilməməsini güdəcəyi, hər hansı narahatçılıq yəni, izlənildiklərini gördükləri halda onlara məlumat verəcəyi, eləcə də 1 kq qızıla görə Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 1.000 manat pul verəcəyi barədə razılaşmışdırlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 gömrük orqanının əməkdaşı olduğu üçün gömrük nəzarətindən yoxlanmadan keçə bildiklərinə görə bu malları gömrük nəzarətindən kənar keçirəcəyi ona məlum olmuşdur. Sonuncu dəfə 05 iyul 2024-cü il tarixdə Bakı şəhərindən “X15 Aeroportu”ndan BƏƏ-nin Dubay şəhərinə hava yolu ilə getmişdir. Dubay şəhərində müxtəlif şəxslərdən borc alaraq 08 iyul 2024-cü il tarixdə Dubay şəhərində olan qızıl zinət əşyalarının satıldığı qızıl mağazasından təxminən ümumilikdə 183.000 manat dəyərində 1 ədəd bir kiloqramlıq, 4 ədəd də yüz qramlıq olmaqla üzərində “Pump” yazı nişanlı, 999,9 əyarlı qızıldan hazırlanmış 5 ədəd külçə almışdır. Həmin qızıl külçələri aldıqdan sonra çantaya qoyub otelə qayıtmışdır. 09 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2lə “WhatsAap” mobil tətbiqi vasitəsilə əlaqə saxlamış, sonunculara Dubay şəhərində olduğunu, 1 kiloqram 400 qram çəkidə qızıl külçə aldığını və həmin qızılı gömrükdən gizli yolla keçirmələri üçün 1.000 manat onlara pul verəcəyini demişdir. Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 növbədə olduğunu, aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs2 də orada olmaqla kənardan onların gömrük əməkdaşları tərəfindən izlənilibizlənilməyəcəyini güdəcəyini demişdir. xx.xx.2024-cü il tarixdə Bakı şəhərinə hava yolu ilə gəlmək üçün uçuş bileti almış və B737 saylı Dubay-Bakı aviareysi ilə “X15 Aeroportu”na gəlmişdir. Həmin gün saat 21 radələrində Bakıya çatanda Hava limanında Təqsirləndirilən şəxs1 zəng edib çatması barədə məlumat vermişdir. Razılaşaraq bir neçə dəqiqədən sonra Hava limanının 1-ci mərtəbəsindəki sanitar qovşağında Təqsirləndirilən şəxs1lə görüşmüş və Dubay şəhərindən alıb gətirdiyi 1 kq 400 qram çəkidə 5 ədəd qızıl külçələri sanitar qovşağında yanakı kabinələrdə oturmaqla Təqsirləndirilən şəxs1 ötürmüşdür ki, nəticədə bu yolla həmin qızıl külçələri gömrük nəzarətindən kənar, yəni qaçaqmalçılıq yolu ilə keçirmək istəmişlər. Qızıl külçələri sanitar qovşağında Təqsirləndirilən şəxs1 ötürdükdən sonra, Təqsirləndirilən şəxs2 gömrük əməkdaşları tərəfindən izlənilməmələri barədə onlara verdiyi məlumat əsasında ilk öncə Təqsirləndirilən şəxs1, daha sonra isə o, sanitar qovşağından çıxmış, bir qədər sonra əl yüklərini götürmüş və Hava limanının inzibati binasını tərk edərkən gömrük əməkdaşları onu saxlayaraq Təqsirləndirilən şəxs1 verməklə qaçaqmalçılıq yolu ilə ölkəyə keçirmək istədikləri 5 ədəd qızıl külçələrin aşkar edilərək götürüldüyünü bildirmişlər (İİİ cild, səh. 20-22). 13.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, qızıl qaçaqmalçılığı barədə ona əməliyyat məlumatı daxil olmuş, məlumat daxil olduqdan sonra əməliyyat şöbə rəisi Rəşada məlumat vermiş, o, əməliyyat qrupunun rəhbəri olmuş və bir gün qabaq əməliyyat keçirməyə qərar vermişdir. O, Mənsur və Pərvini əvvəldən tanımış, əməliyyat məlumatında gömrük əməkdaşları barədə məlumat olmamışdır. İyul ayının 9-da Dubay-Bakı reysi ilə gələn Əli adlı şəxs X13 İdarəsinin binasında ayaq yolunda gətirdiyi qızılları Pərvinə vermiş və Pərvin də həmin qızılları götürərək aparıb istirahət otağına qoymuşdur. Sonra hal şahidləri ilə yaxınlaşmışlar və Pərvin gizlətdiyi yerdən özü çıxarıb təqdim etmişdir. Daha sonra hal şahdləri ilə birlikdə gömrüyün inzibati binasına dəvət etmişlər və ilkin sorğu-sualında Pərvin həmin əşyaların Əli adlı şəxs tərəfindən sanitar qovşağında verildiyini bildirmişdir. Daha sonra Əli adlı şəxs də gömrük zonasını keçdiyi zaman saxlanılmışdır. Şəxslərin kim olmasını müəyyən etməmişlər və Pərvin Durusunəliyevlə bağlı onların məlumatları olmamışdır. Onları izlməməmişlər, harada və necə görüşdükləri barədə məlumat olmamışdır. Əvvəlcə Pərvini saxlamışlar, qızılı qoyuduğu yeri özü könüllü göstərmiş və ilkini sorğu-sualda kimdən götürdüyünü də bildirmişdir. Təqsirləndirilən şəxs2 istintaq dövründə aşkar edilmişdir. Aşkar edilən qızıllar bir kiloqram külçə olmuş və 4 dənə də 100 qramlıq bağlı qızıllar olmuşdur. Təqsirləndirilən şəxs3la bağlı əvəllər qızılın qaçaq yolla gətirilməsi barədə məlumat olmamış, məlumat ilk dəfə olmuşdur. Həmin gün təyyarənin içində qızıl olması barədə məlumat olmuş, kimin tərəfindən gətirilməsi barədə isə məlumat olmamışdır. Əli özünü şübhəli apardığından yoxlamışlar, qızılın satışı ilə məşğul olması məlumatı olduğundan düzgünlüyü üçün yoxlamışlar, lakin çıxmamışdır. Əməliyyat məlumatını yoxlayarkən vətəndaş zonaya daxil olduqda qırmızı kanala yönlədirib çantasını, eyni zamanda üzərində qaçaqmalçılığa aid nə isə olub-olmamasını yoxlamışlar. Əli barəsində şübhə əməliyyat məlumatı olmuş, 6-7 ay ərzində onlara məlumat daxil olmuş, təxminən 6- 7 ay əvvəl Əlini bir dəfə yoxlamışlar. Rəsmi formada arayış yazılandan sonra vətəndaş yoxlanılmışdır. 6-7 ay əvvəl Təqsirləndirilən şəxs3la bağlı faktiki şəxsi axtarış aparmamışlar, Gömrük sərhəd buraxılışında sadəcə müşahidə etmişlər. 6-7 ay əvvəlki yoxlanışları rəsmiyyətə salmamış, qızıl çıxsa idi arayış tərtib ediləcəkdi. Riskli marşurutlarda gömrük əməkdaşları hər gün 15-20 nəfəri qırmızı kanala yönləndirirlər. Əgər kimdənsə şübhələnirsə bununla bağlı arayış tərtib edilir və həmin şəxs gələndə qırmızı kanala yönləndirilərək yoxlanılır. Əgər öz təsdiqini tapsa rəsmiləşdirilir. Riskli reyslərə ən çox İstanbul və Dubay reysləri aid olmuşdur. Əməliyyat məlumatında gömrük işçiləri ilə əlbirliyi olmamış, yoxladıqda qızıl da çıxmamışdır. Bir müddətdən sonra qaçaq yolla qızıllar gəlməsi barədə təkrar siqnallar gəlmişdir. Həmin gün də müşahidə etdikdə Əli sanitar qovşağa daxil olmuş, daha sonra Pərvin girmiş və ardınca da Pərvin birinci çıxmışdır. Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 14.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, xx.xx.2016-cı il tarixdən Dövlət Gömrük Komitəsində müxtəlif vəzifələrdə işləməklə xx.xx.2023-cü il tarixdən Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin böyük əməliyyat müvəkkili vəzifəsində işləyir. 09 iyul 2024-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və əməliyyat qrupunun yaradılması haqqında qərara əsasən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə təhkim olunmuş “Azərterminalkompleks” X7 Dəstəyin Təşkili İdarəsinin X11 şöbəsinin instruktor-kinoloqu Təqsirləndirilən şəxs1 və Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs3 tərəflərindən nəzarətə götürülmüşdür. Nəzarət zamanı Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə saat 21:30 radələrində ilk olaraq, Təqsirləndirilən şəxs3 isə onun ardınca X15 Aeroportu, T1 Terminalının 1-ci mərtəbəsində yerləşən sanitar qovşağına daxil olduqları, ilkin olaraq Təqsirləndirilən şəxs1, ardınca isə Təqsirləndirilən şəxs3 sanitar qovşağından çıxdığı, Təqsirləndirilən şəxs1 T1 Terminalının bunkerinə doğru hərəkət etdiyi, daha sonra bunkerdə yerləşən və gömrük orqanı əməkdaşları üçün nəzərdə tutulmuş istirahət otağında olan 1 ədəd açıq qəhvəyi rəngli divanın altına müəyyən predmetlər yerləşdirdiyi müşahidə olunmuşdur. Hal şahidlərinin və Təqsirləndirilən şəxs1 iştirakı ilə tərəflərindən divanın altından aşkar edilərək götürülən 2 ədəd sellofan paketdə olan sarı rəngli metaldan hazırlanmış qızıl külçələr götürülərək Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati binasına gətirilmiş və onun tərəfindən Təqsirləndirilən şəxs1, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə təhkim olunmuş “Azərterminalkompleks” X7 Dəstəyin Təşkili İdarəsinin X21 şöbəsinin inspektoru Şahid2 və hal şahidlərinin iştirakı ilə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin İnzibati binasında baxış keçirilmişdir. Baxış zamanı 1 ədəd şəffaf rəngli sellofan paketin içərisində olan plastik qablaşdırmada 1 ədəd üzərində “PAMP X24 1000 g Finenses 999.9” yazısı olan, sertifikat nömrəsi C001730 olan sarı rəngli qızıla bənzər metaldan hazırlanan külçə, 1 ədəd şəffaf rəngli sellofan paketin içərisindən isə 1 ədəd üzərində “PAMP X24 100 g Fine gold 999.9” yazısı olan, sertifikat nömrəsi C336105 olan sarı rəngli qızıla bənzər metaldan hazırlanan külçə, 1 ədəd üzərində “PAMP X24 100 g Fine gold 999.9” yazısı olan, sertifikat nömrəsi C336108 olan sarı rəngli qızıla bənzər metaldan hazırlanan külçə, 1 ədəd üzərində “PAMP X24 100 g Fine gold 999.9” yazısı olan, sertifikat nömrəsi C336110 olan sarı rəngli qızıla bənzər metaldan hazırlanan külçə, 1 ədəd üzərində “PAMP X24 100 g Fine gold 999.9” yazısı olan, sertifikat nömrəsi C336109 olan sarı rəngli qızıla bənzər metaldan hazırlanan külçə aşkar edilmişdir. Aşkar edilən külçələrin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Daha sonra əməliyyat-axtarış tədbirləri davam etdirilmiş, Təqsirləndirilən şəxs1 ilkin şifahi sorğu-sual zamanı aşkar edilən sarı rəngli metaldan hazırlanmış külçələri gətirib ona təhvil verdiyini bildirdiyi, 09 iyul 2024-cü il tarixdə FZ 733 Dubay-Bakı aviareysi ilə gələn sərnişin, Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs3 gömrük nəzarətindən keçərkən saxlanılmış və ona məxsus olan yüklərə baxış keçirilməsi məqsədilə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati binasına dəvət olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs3 məxsus üzərində “President” yazısı olan qara rəngli çemodana, 1 ədəd boz rəngli çemodana və tünd göy rəngli əl yükünə baxış keçirilmiş və baxış zamanı sözügedən çemodanların və əl yükünün içərisindən heç bir qeyri-qanuni əşya aşkar olunmamışdır. 1 ədəd üzərində “President” yazısı olan qara rəngli çemodanın içərisində olan, üzərində “X22” yazısı olan və sonuncuya məxsus olan 1 ədəd bloknot götürülmüşdür (İİ cild, səh. 83-86). 15.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 09 iyul 2024-cü il tarixdə əməliyyatçı Hikmətə qızıl keçəcəyi barədə məlumat daxil olmuş və həmin məlumatın əsasında onunla Hikmət əməliyyatda iştirak etmişlər. Sonra müşahidələr aparılmış, Əli Dubay reysi ilə gələrək Terminal 1-də sanitar qovşağa daxil olmuş, sonra isə Pərvin oraya daxil olmuşdur. Təcrübədə qaçaqmalçılığın sanitar qovşaqda olması halları çox olmuş və sanitar qovşağa həmin vaxt başqa heç bir gömrük əməkdaşı girmədiyindən Pərvin onlarda şübhə yaratmışdır. Onlar da izləmişlər, oradan birinci Pərvin, sonra isə Əli çıxmışdır. Pərvin istirahət zonasına getmiş, arxasınca da Hikmət, sonra isə onlar getmişlər. Həmin vaxt divanın arxasında bükülmüş sellofanda qızıl olduğunu görmüşlər. Sonra Pərvini Baş İdarəyə aprmışlar və sonra isə Əlini də saxlamışlar. Onda divanın altında qızılın olması barədə məlumat olmamış, qızılın harada olmasını bilməmişlər. Pərvin cinayətin açılmasında onlara köməklik etmiş, qızılın konkret miqdarı və yeri barədə məlumatı Pərvin demişdir. Pərvinə istirahət otağında yaxınlaşmışlar. Deyilməsə idi qızılın yerini bilməyəcəkdilər. Əlini ümumiyyətlə bilməmişlər. Saxlanılan ərazi baqaj yükləri yanında, bunkerdə olan ayrıca otaq olmuş, həmin ərazi gömrük sərhədi və nəzarətindən hələ keçməmişdir. Malları oradan götürüb keçirəcəkdilər. Hal şahidlərindən Fərman onun yadında olmuş, hal şahidləri Fərman və digər ikisi olmuş, ümumi üç nəfər hal şahidi olmuşdur. Səhv etmirsə qramla olan qızıllarda gömrük faizi 18%-lə, külçə şəklində olan qızılda isə dəyəri başqa rüsumla hesablanır. Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 16.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir (İİ cild, səh. 31-34). 17.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, gömrük əməliyyatçıları Hikmət və Şəhriyar saat 21:30-da onları çağıraraq “qızıl saxlanılıb, şahid dura bilərsiniz” demiş, sonra hava limanındakı istirahət otağında divanın arxasında baxış keçirilmiş və qızıl aşkar edilmişdir. Dörd ədəd qızıl olmuş, qızıl külçələr bağlamada deyil xüsusi qabın içində olmuş və qab özü açıq vəziyyətdə olmuşdur. Şəxslərdən Pərvini orada görmüş və Pərvini gömrük işçisi kimi tanımışdır. Qızılı harada kimdən alması barədə məlumatı olmamışdır. Ondan başqa Xəqani adlı bir nəfər də hal şahidi olmuşdur. Protokol tərtib edilərək fotoşəkillər çəkilmişdir. O, daha əvvəl bir-iki dəfə hal şahidi olmuşdur. Şahid3 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 18.Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 2016-cı ilin may ayından “X15 Aeroportu”nda "xxxx" MMC-də yuyucu maşın operatoru vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə saat 21 radələrində gömrük orqanı əməkdaşı ona yaxınlaşıb ondan keçiriləcək baxışda hal-şahidi kimi iştirak etməyini xahiş etmişdir. O, razılıq verdikdən sonra gömrük əməkdaşları ilə birlikdə baxış keçiriləcək otağa getmişdir. Baxış zamanı onunla birlikdə eyni firmada işlədiyi Şahid4 də orada olmuşdur və ona sonuncunun da hal-şahidi kimi keçiriləcək baxışda iştirak üçün dəvət edildiyi məlum olmuşdur. Gömrük orqanı əməkdaşı Şahid1 tərəfindən onlara baxış keçiriləcək olan predmetlərin gömrük orqanı əməkdaşı Təqsirləndirilən şəxs1 tərəfindən X15 Aeroportu, T1 Terminalının Bunkerində yerləşən və gömrük orqanı əməkdaşları üçün nəzərdə tutulmuş istirahət otağında olan 1 ədəd açıq qəhvəyi rəngli divanın altında gizlədildiyi bildirilmişdir. Həmin otağa baxış zamanı divanın altındakı 2 ədəd sellofan paketdə olan sarı rəngli metaldan hazırlanmış qızıl külçələr aşkar edilərək götürülüb Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati binasına gətirilmiş və iştirakları ilə həmin sellofan torbalara baxış keçirilmişdir. Baxış zamanı 1 ədəd şəffaf rəngli sellofan paketin içərisində olan plastik qablaşdırmada 1 ədəd üzərində “PAMP X24 1000 g Finenses 999.9” yazısı olan, sertifikat nömrəsi C001730 olan sarı rəngli qızıla bənzər metaldan hazırlanan külçə, 1 ədəd şəffaf rəngli sellofan paketin içərisindən isə 1 ədəd üzərində “PAMP X24 100 g Fine gold 999.9” yazısı olan, sertifikat nömrəsi C336105 olan sarı rəngli qızıla bənzər metaldan hazırlanan külçə, 1 ədəd üzərində “PAMP X24 100 g Fine gold 999.9” yazısı olan, sertifikat nömrəsi C336108 olan sarı rəngli qızıla bənzər metaldan hazırlanan külçə, 1 ədəd üzərində “PAMP X24 100 g Fine gold 999.9” yazısı olan, sertifikat nömrəsi C336110 olan sarı rəngli qızıla bənzər metaldan hazırlanan külçə, 1 ədəd üzərində “PAMP X24 100 g Fine gold 999.9” yazısı olan, sertifikat nömrəsi C336109 olan sarı rəngli qızıla bənzər metaldan hazırlanan külçə aşkar edilmişdir. Aşkar edilən predmetlərin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Daha sonra ona və Şahid4 09 iyul 2024-cü il tarixdə FZ 733 saylı Dubay - Bakı aviareysi ilə gələn sərnişin, Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs3 məxsus olan yüklərə baxış keçiriləcəyi bildirilmişdir. Sonuncuya məxsus olan, üzərində “President” yazısı olan qara rəngli çemodana, 1 ədəd boz rəngli çemodana və tünd göy rəngli əl yükünə baxış keçirilmişdir. Baxış zamanı sözügedən çemodanların və əl yükünün içərisindən heç bir qeyri-qanuni əşya aşkar olunmamışdır. 1 ədəd üzərində “President” yazısı olan qara rəngli çemodanın içərisində olan, üzərində “X22” yazısı olan və sonuncuya məxsus olan 1 ədəd bloknot götürülmüşdür (İİ cild, səh. 39-42). 19.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, üç dörd ildir hava limanında işləyir və ümumilikdə 3-4 iş üzrə hal şahidi qismində iştirak etmişdir. Həmin tarixlərdə neçə iş üzrə hal şahidi qismində cəlb edildiyini xatırlamır. Hadisə olan gün iş yoldaşı Şahid3lə işdə olmuş, həmin vaxt əməkdaşlar onlara yaxınlaşmalarını bildirmiş və onlarla birlikdə aşağı mərtəbədə olan otağa getmişlər. Həmin otaqda divanın altından qızıllar aşkar edilərək götürülmüş və birlikdə Baş Gömrük İdarəsinə yaxınlaşmışlar. Bağlamalar bunkerdə divanın altında olmuş, aşkar edilənlər külçə formasında və ağ plastmas rəngli bağlamanın içində olmuşdur. Gördükləri qızıla bənzəmiş, lakin qutuların içində nə olduğunu bilməmişdir. Həmin idarədə aşkar edilənlərə baxış keçirilmiş, bundan başqa göy rəngli çemodan da açılmış və içindən bloknot aşkar edilmişdir.

20. Məhkəmə iclasında Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir (İİ cild, səh. 35-38). 21.Məhkəmə iclasında Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, ticarətlə məşğul olmaqla əsasən BƏƏnin Dubay şəhərindən Azərbaycan Respublikasına satış məqsədi ilə ətir və qəlyan tütünü gətirmişdir. Dubaydan Türkiyə Respublikasına mobil telefon və bəzi vaxtlarda az çəkidə yəni, 100 və 155 qram çəkidə qızıl külçələr də ticarət məqsədi ilə üzərində keçirməklə qanuni şəkildə bəyan etməklə Türkiyə Respublikasına aparmışdır. Heç vaxt ölkə ərazisinə qızıl məlumatları gətirməmişdir. Təqsirləndirilən şəxs3 BƏƏ-nin Dubay şəhərindən Türkiyə Respublikasına qızıl külçələr aparıb satdığını bilmişdir. Bu səbəbdən onun Təqsirləndirilən şəxs3 20.000-25.000 manat məbləğində pul vəsaiti olumuşdur ki, sonuncuda həmin pul vəsaitini qızıl külçələrin satışı zamanı istifadə edərək hər satışında ona 500 ABŞ dolları məbləğində qazanc vermişdir. Lakin onun Təqsirləndirilən şəxs3 ölkə ərazisində qaçaqmalçılıq yolu ilə qızıl külçələr gətirməsindən məlumatı olmamışdır. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs3 verdiyi 25.000 ABŞ dolları pulu sonuncudan tələb etdikdə Təqsirləndirilən şəxs3 “WhatsAap” mobil tətbiqi ilə həmin tarixdə Dubay şəhərindəki “Rizan Jellery” qızıl satış mağazasından 1 kq qızıl külçənin almasına dair invoysunu ona ataraq onun pulu ilə qızıl aldığını bildirmişdir. Lakin Təqsirləndirilən şəxs3 həmin qızıl külçəni Azərbaycan Respublikasının ərazisinə gətirməsindən məlumatı olmamışdır (İİ cild, səh. 98-101). 22.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyul 2024-cü il tarixli, 3-16-16/2-6/3569-9/5455 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş: 99.97 qram kütləli, üzərində C336108 kodu qeyd olunmuş və “SUİSSE 100 g FİNE GOLD 999,9 ESSAYEUR FONDEUR” yazıları olan külçə 999.9 əyyarlı qızıldan hazırlanmışdır; 99.97 qram kütləli, üzərində C336110 kodu qeyd olunmuş və “SUİSSE 100 g FİNE GOLD 999,9 ESSAYEUR FONDEUR” yazıları olan külçə 999.9 əyyarlı qızıldan hazırlanmışdır; 99.97 qram kütləli, üzərində C336105 kodu qeyd olunmuş və “SUİSSE 100 g FİNE GOLD 999,9 ESSAYEUR FONDEUR” yazıları olan külçə 999.9 əyyarlı qızıldan hazırlanmışdır; 99.97 qram kütləli, üzərində C336109 kodu qeyd olunmuş və “SUİSSE 100 g FİNE GOLD 999,9 ESSAYEUR FONDEUR” yazıları olan külçə 999.9 əyyarlı qızıldan hazırlanmışdır; 999.67 qram kütləli, üzərində C001730 kodu qeyd olunmuş və “SUİSSE 1 KİLO FİNE GOLD 999,9 ESSAYEUR FONDEUR” yazıları olan külçə 999.9 əyyarlı qızıldan hazırlanmışdır. Ekspertiza tədqiqatına təqdim edilən külçələrin xx.xx.2024cü il tarixinə olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən aşağıdakı kimi müəyyən edilir: 999.9 əyyarlı qızıldan hazırlanmış, 99.97 qram kütləli, üzərində C336108 kodu qeyd olunmuş və “SUİSSE 100 g FİNE GOLD 999,9 ESSAYEUR FONDEUR” yazıları olan külçə 13600.00 manat; 999.9 əyyarlı qızıldan hazırlanmış, 99.97 qram kütləli, üzərində C336110 kodu qeyd olunmuş və “SUİSSE 100 g FİNE GOLD 999,9 ESSAYEUR FONDEUR” yazıları olan külçə - 13600.00 manat; 999.9 əyyarlı qızıldan hazırlanmış, 99.97 qram kütləli, üzərində C336105 kodu qeyd olunmuş və “SUİSSE 100 g FİNE GOLD 999,9 ESSAYEUR FONDEUR” yazıları olan külçə - 13600.00 manat; 999.9 əyyarlı qızıldan hazırlanmış, 99.97 qram kütləli, üzərində C336109 kodu qeyd olunmuş və “SUİSSE 100 g FİNE GOLD 999,9 ESSAYEUR FONDEUR” yazıları olan külçə - 13600.00 manat; 999.9 əyyarlı qızıldan hazırlanmış, 999.67 qram kütləli, üzərində C001730 kodu qeyd olunmuş və “SUİSSE 1 KİLO FİNE GOLD 999,9 ESSAYEUR FONDEUR” yazıları olan külçə - 136000.00 manat (İ cild, səh. 116-120). 23.«Saxlama və götürmə haqqında» 09 iyul 2024-cü il tarixli protokoldan görünür ki, 09 iyul 2024-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və əməliyyat qrupunun yaradılması haqqında Qərara əsasən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə təhkim olunmuş “Azərterminalkompleks” X7 Dəstəyin Təşkili İdarəsinin X11 şöbəsinin instruktorkinoloqu Təqsirləndirilən şəxs1 və Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs3 nəzarətə götürülmüş, nəzarət zamanı Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə saat 21:30 radələrində ilk olaraq, Təqsirləndirilən şəxs3 isə onun ardınca X15 Aeroportu, T1 Terminalında yerləşən sanitar qovşağına daxil olduqları, ilkin olaraq Təqsirləndirilən şəxs3, ardınca isə Təqsirləndirilən şəxs1 sanitar qovşağından çıxdığı, Təqsirləndirilən şəxs1 T1 Terminalının bunkerinə doğru hərəkət etdiyi, daha sonra bunkerdə yerləşən və gömrük orqanı əməkdaşları üçün nəzərdə tutulmuş istirahət otağında olan 1 ədəd açıq qəhvəyi rəngli divanın altına müəyyən predmetlər yerləşdirdiyi müşahidə olunmuşdur. Təqsirləndirilən şəxs1 1 ədəd açıq qəhvəyi rəngli divanın altına yerləşdirdiyi 2 ədəd sellofan paketə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə təhkim olunmuş “Azərterminalkompleks” X7 Dəstəyin Təşkili İdarəsinin X11 şöbəsinin instruktor-kinoloqu Təqsirləndirilən şəxs1, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə təhkim olunmuş “Azərterminalkompleks” X7 Dəstəyin Təşkili İdarəsinin X21 şöbəsinin inspektoru Şahid2 və hal şahidlərinin iştirakı ilə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin İnzibati binasında baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 tərəfindən bunkerdə yerləşən və gömrük orqanı əməkdaşları üçün nəzərdə tutulmuş istirahət otağında olan 1 ədəd açıq qəhvəyi rəngli divanın altında gizlədilmiş 2 ədəd şəffaf rəngli sellofan paketə vizual baxış zamanı sarı rəngli metaldan hazırlanmış külçələr olduğu müşahidə edilmişdir. Sellofan torbalar götürülərək ətraflı baxış keçirilməsi üçün Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati binasına gətirilmişdir (İ cild, səh. 8-10). 24.«Baxış və götürmə haqqında» 09 iyul 2024-cü il tarixli protokoldan görünür ki, 09 iyul 2024-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və əməliyyat qrupunun yaradılması haqqında Qərara əsasən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə təhkim olunmuş “Azərterminalkompleks” X7 Dəstəyin Təşkili İdarəsinin X11 şöbəsinin instruktorkinoloqu X1 və Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs3 nəzarətə götürülmüş, nəzarət zamanı Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə saat 21:30 radələrində ilk olaraq, Təqsirləndirilən şəxs3 isə onun ardınca X15 Aeroportu, T1 Terminalında yerləşən sanitar qovşağına daxil olduqları, ilkin olaraq Təqsirləndirilən şəxs3, ardınca isə Təqsirləndirilən şəxs1 sanitar qovşağından çıxdığı, Təqsirləndirilən şəxs1 T1 Terminalının bunkerinə doğru hərəkət etdiyi, daha sonra bunkerdə yerləşən və gömrük orqanı əməkdaşları üçün nəzərdə tutulmuş istirahət otağında olan 1 ədəd açıq qəhvəyi rəngli divanın altına müəyyən predmetlər yerləşdirdiyi müşahidə olunmuşdur. Əməliyyat qrupunun üzvləri tərəfindən Təqsirləndirilən şəxs1 iştirakı ilə oradan aşkar edilərək götürülən 2 ədəd sellofan paketdə olan sarı rəngli metaldan hazırlanmış qızıl-zinət əşyaları götürülərək Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati binasına gətirilmiş və Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə təhkim olunmuş “Azərterminalkompleks” X7 Dəstəyin Təşkili İdarəsinin X11 şöbəsinin instruktor-kinoloqu Təqsirləndirilən şəxs1, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə təhkim olunmuş “Azərterminalkompleks” X7 Dəstəyin Təşkili İdarəsinin X21 şöbəsinin inspektoru Şahid2 və hal şahidlərinin iştirakı ilə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin İnzibati binasında baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 tərəfindən bunkerdə yerləşən və gömrük orqanı əməkdaşları üçün nəzərdə tutulmuş istirahət otağında olan 1 ədəd açıq qəhvəyi rəngli divanın altında gizlədilmiş və əməliyyat qrupunun üzvləri tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati binasına gətirilmiş 2 ədəd şəffaf rəngli sellofan paketdən 1 ədəd şəffaf rəngli sellofan paketin içərisində olan plastik qablaşdırmada 1 ədəd üzərində “PAMP X24 1000 g Fine gold 999.9” yazısı olan, sertifikat nömrəsi C001730 olan sarı rəngli qızıla bənzər metaldan hazırlanan külçə, 1 ədəd şəffaf rəngli sellofan paketin içərisindən isə 1 ədəd üzərində“PAMP X24 100 g Fine gold 999.9” yazısı olan, sertifikat nömrəsi C336105 olan sarı rəngli qızıla bənzər metaldan hazırlanan külçə, 1 ədəd üzərində “PAMP X24 100 g Fine gold 999.9" yazısı olan, sertifikat nömrəsi C336108 olan sarı rəngli qızıla bənzər metaldan hazırlanan külçə, 1 ədəd üzərində “PAMP X24 100 g Fine gold 999.9” yazısı olan, sertifikat nömrəsi C336110 olan sarı rəngli qızıla bənzər metaldan hazırlanan külçə, 1 ədəd üzərində “PAMP X24 100 g Fine gold 999.9” yazısı olan, sertifikat nömrəsi C336109 olan sarı rəngli qızıla bənzər metaldan hazırlanan külçə aşkar edilmişdir. İlkin şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs1 bu aşkar olunan külçələrin 09 iyul 2024-cü ü tarixdə FZ 733 saylı Dubay - Bakı aviareysi ilə gələn sərnişin, Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs3 məxsus olduğunu, X15 Aeroportunun T1 Terminalının gəliş zalında yerləşən tualetdə sonuncudan təhvil aldığını bildirmişdir. Aşkar edilən predmetlər xüsusi qablaşdırma vasitəsində qablaşdırılıb möhürlənərək götürülmüşdür (İ cild, səh. 13-15). 25.«Baxış keçirilməsi haqqında» 09 iyul 2024-cü il tarixli protokoldan görünür ki, 09 iyul 2024-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və əməliyyat qrupunun yaradılması haqqında Qərara əsasən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə təhkim olunmuş “Azərterminalkompleks” X7 Dəstəyin Təşkili İdarəsinin X11 şöbəsinin instruktorkinoloqu Təqsirləndirilən şəxs1 və Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs3 nəzarətə götürülmüş, nəzarət zamanı Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə saat 21:30 radələrində ilk olaraq, Təqsirləndirilən şəxs3 isə onun ardınca X15 Aeroportu, T1 Terminalında yerləşən sanitar qovşağına daxil olduqları, ilkin olaraq Təqsirləndirilən şəxs3, ardınca isə Təqsirləndirilən şəxs1 sanitar qovşağından çıxdığı, Təqsirləndirilən şəxs1 T1 Terminalının bunkerinə doğru hərəkət etdiyi, daha sonra bunkerdə yerləşən və gömrük orqanı əməkdaşları üçün nəzərdə tutulmuş istirahət otağında olan 1 ədəd açıq qəhvəyi rəngli divanın altına müəyyən predmetlər yerləşdirdiyi müşahidə olunmuşdur. Təqsirləndirilən şəxs3 isə sanitar qovşağından çıxdıqdan sonra gəliş zalında yerləşən namaz otağına daxil olmuş, oradan çıxdıqdan sonra isə ona məxsus olan baqaj yüklərini götürərək gömrük nəzarəti zonasını tərk etmək istəyərkən Təqsirləndirilən şəxs3 Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati binasına dəvət edilmiş və ona məxsus olan yüklərə Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə təhkim olunmuş “Azərterminalkompleks” X7 Dəstəyin Təşkili İdarəsinin X21 şöbəsinin inspektoru Şahid2 və dəvət edilmiş hal şahidlərinin iştirakı ilə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati binasında baxış keçirilmişdir. 09 iyul 2024-cü il tarixdə FZ 733 saylı Dubay - Bakı aviareysi ilə gələn sərnişin, Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs3 gömrük nəzarəti zamanı saxlanılmış və ona məxsus olan yüklərə baxış keçirilməsi məqsədilə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati binasına dəvət olunmuşdur. Təqsirləndirilən şəxs3 məxsus üzərində “President” yazısı olan qara rəngli çemodana, 1 ədəd boz rəngli çemodana və tünd göy rəngli əl yükünə baxış keçirilmişdir. Baxış zamanı sözügedən çemodanların və əl yükünün içərisindən heç bir qeyri-qanuni əşya aşkar olunmamışdır. 1 ədəd üzərində “President” yazısı olan qara rəngli çemodanın içərisində olan, üzərində “X23” yazısı olan və sonuncuya məxsus olan 1 ədəd bloknot iş üzrə əhəmiyyət kəsb edən məlumatların öyrənilməsi məqsədilə protokol əsasında götürülmüşdür götürülmüşdür (İ cild, səh. 20-21). 26.«Diskə baxış keçirilməsi haqqında» 05 avqust 2024-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə Hava Nəqliyyatında Baş X14 və Təhqiqat İdarəsi Hədəfləmə və Koordinasiya şöbəsi tərəfindən icra olunmuş “X15 Aeroportu” Terminal 1 ərazisində xx.xx.2024-cü il tarixlərində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hərəkət trayektoriyası ilə bağlı video görüntüləri əks etdirən 1 ədəd DVD diskdə olan video görüntülərə baxış keçirilmişdir. Baxış zamanı diskdə “xx.xx.2024 Pərvin”, “xx.xx.2024-Təqsirləndirilən şəxs3” və “xx.xx.2024-Mənsur” adlı qovluqlar olduğu müəyyən olunmuşdur. Qeyd olunan qovluqlardakı fayllara baxış zamanı Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə saat 21:00-da mülki geyimdə “X15 Aeroportu”na daxil olaraq, hərəkətli pilləkən vasitəsi ilə hava limanının gəliş zalının 2-ci mərtəbəsinə qalxdığı, mütəmadi olaraq telefonla danışdığı, həmin gün saat 21:31-dək hava limanının 1-ci terminalın gəliş zalının 1-ci mərtəbəsindəki sanitar qovşağın kənardan görünən hava limanının 2-ci mərtəbəsindəki gözləmə zalındakı oturacaqda əyləşməsi, 21:32-də ayaq üstə olmaqla saat 21:40-dək sərnişinlərin gəliş zalını izləməsi, Təqsirləndirilən şəxs3 xx.xx.2024-cü il tarixdə saat 21:25-də təyyarəni tərk edərək ümumi koridor vasitəsilə sərhəd məntəqəsinə doğru hərəkət etməsi, saat 21:26 radələrində sərhəd buraxılış məntəqəsinə yaxınlaşdığı, pasport yoxlanışı üçün gözlədiyi və saat 21:27-də sərhədi keçməsi, saat 21:33 radələrində Terminal 1-in gəliş zalının üçüncü mərtəbəsində yerləşən lift vasitəsilə birinci mərtəbəyə endiyi və liftdən çıxdıqdan sonra Terminal 1-in gəliş zalında yerləşən sanitar qovşağa doğru hərəkət etdiyi, xx.xx.2024-cü il tarixdə 21:32-də Təqsirləndirilən şəxs1 Terminal 1-in gəliş zalının birinci mərtəbəsində yerləşən bunkerdən çıxaraq sanitar qovşağa daxil olduğu, daha sonra Təqsirləndirilən şəxs3 onun ardınca sanitar qovşağa daxil olduğu, Təqsirləndirilən şəxs1 saat 21:35-də, Təqsirləndirilən şəxs3 isə saat 21:38- də sanitar qovşağı tərk etdiyi, Təqsirləndirilən şəxs1 yenidən bunkerə daxil olduğu, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə saat 21:41-dən 21:52-dək “X16 Aeroportu”nun gözləmə zalının 1-ci və 2-ci mərtəbələrində ətrafı müşahidə etdiyi, Təqsirləndirilən şəxs3 sanitar qovşaqdan çıxdıqdan sonra namaz otağına daxil olduğu və xx.xx.2024-cü il tarixdə 21:51-də namaz otağını tərk etdiyi, Terminal 1-in gəliş zalında yerləşən 2 nömrəli baqaj lentinin üzərindən ona məxsus olan çemodanları götürərək Terminal 1-in gəliş zalı olan gömrük nəzarəti zonasının “Qırmızı Kanalı”-na daxil olduğu və ona məxsus olan yükləri rentgen qurğusunun lentinin üzərinə yerləşdirdiyi, daha sonra isə baxış otağına doğru hərəkət etdiyi, eləcə də Təqsirləndirilən şəxs1 gömrük orqanı əməkdaşı tərəfindən saxlanılaraq sonuncuların birlikdə hərəkətləri zamanı Təqsirləndirilən şəxs2 onların ardınca mobil telefon vasitəsi ilə danışaraq məsafəli şəkildə hərəkət etməsi müəyyən olunmuşdur (İİ cild, səh. 124-138). 27.«Diskə baxış keçirilməsi haqqında» 06 avqust 2024-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə Hava Nəqliyyatında Baş X14 və Təhqiqat İdarəsi Hədəfləmə və Koordinasiya şöbəsi tərəfindən icra olunmuş “X15 Aeroportu” Terminal 1 ərazisində xx.xx.2024-cü il tarixlərində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hərəkət trayektoriyası ilə bağlı video görüntüləri əks etdirən 1 ədəd DVD diskdə olan video görüntülərə baxış keçirilmişdir. Baxış zamanı diskdə “xx.xx.2024 Pərvin”, “xx.xx.2024-Təqsirləndirilən şəxs3” və “xx.xx.2024-Mənsur” adlı qovluqlar olduğu müəyyən olunmuşdur. Qeyd edilən qovluqlardakı fayllara baxış zamanı Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə saat 21:00-da mülki geyimdə “X15 Aeroportu”na daxil olaraq, hərəkətli pilləkən vasitəsi ilə hava limanının 2-ci mərtəbəsinə qalxdığı, mütəmadi olaraq telefonla danışdığı, həmin gün saat 21:14-dək hava limanının 1-ci terminalın gəliş zalının 1-ci mərtəbəsindəki sanitar qovşağın Kənardan görünən hava limanının 2-ci mərtəbəsindəki gözləmə zalındakı oturacaqda əyləşməsi, 21:14-də ayaq üstə olmaqla saat 21:38-dək sərnişinlərin gəliş zalını izləməsi, eləcədə Təqsirləndirilən şəxs3 xx.xx.2024-cü il tarixdə saat 21:10-də təyyarəni tərk edərək ümumi koridor vasitəsilə sərhəd məntəqəsinə doğru hərəkət etməsi, saat 21:13-də sərhədi keçdiyi, saat 21:15 radələrində Terminal 1-in gəliş zalının üçüncü mərtəbəsində yerləşən lift vasitəsilə birinci mərtəbəyə endiyi və liftdən çıxdıqdan sonra Terminal 1-in gəliş zalında yerləşən sanitar qovşağa doğru hərəkət etdiyi, saat 21:15-də Təqsirləndirilən şəxs1 Terminal 1-in gəliş zalının birinci mərtəbəsində yerləşən bunkerdən çıxaraq sanitar qovşağa daxil olduğu, saat 21:17-də Təqsirləndirilən şəxs3 Pərvin Dürsünəliyevin ardınca həmin sanitar qovşağa daxil olduğu, Təqsirləndirilən şəxs1 saat 21:31-də, Təqsirləndirilən şəxs3 isə saat 21:34də sanitar qovşağı tərk etdiyi, həmin ərəfələrdə Təqsirləndirilən şəxs2 "X16 Aeroportu”nun 1-ci və 2-ci mərtəbəsində ətrafı müşahidə etdiyi, Təqsirləndirilən şəxs3 sanitar qovşaqdan çıxdıqdan sonra namaz otağına daxil olduğu və namazını qıldıqdan sonra saat 21:43-də Terminal 1-in gəliş zalında yerləşən baqaj lentinin üzərindən ona məxsus olan çemodanları götürərək gömrük nəzarəti zonasına daxil olduğu, gömrük yoxlanışından keçirildikdən sonra 21:58-də “X15 Aeroportu”nu tərk etdiyi müşahidə olunmuşdur (İİ cild, səh. 139). 28.«Mobil telefona baxış keçirilməsi haqqında» 25 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 istifadəsində olmuş “Samsung Galaxy S23” markalı mobil telefona baxış keçirilmişdir. Baxış zamanı “Samsung Galaxy S23” markalı mobil telefonun işlək vəziyyətdə olduğu müəyyən olunmuşdur. Mobil telefonun “WhatsApp” mobil tətbiqinə daxil olduqda +**********5 mobil nömrəsi ilə qeydiyyat alınmış “Bonjo” adlı profil ilə xx.xx.2024-cü il tarixdən 09 iyul 2024-cü il tarixədək olan müddət ərzində aralarında səsli zəng, fotoşəkil və səsli mesajların göndərildiyi müəyyən olunmuşdur. Səsli mesajlardan müəyyən olunur ki, “Bonjo” adlı profilin istifadəçisi Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı Təqsirləndirilən şəxs2dur. Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs3 arasında olan səsli mesaj və fotoşəkillərdən müəyyən görünür ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 hava məkanı ilə gəliş tarixlərini onun və ya Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin Gömrük fəaliyyətinə dəstəyin təşkili idarəsinin X11 şöbəsinin instruktor-kinoloqu vəzifəsində xidmət etməklə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə təhkim olunmuş Təqsirləndirilən şəxs1 növbədə olma tarixlərinə salması, özünün növbədə olduğu tarixlərdə “X15 Aeropotu”nun birinci mərtəbəsində sanitar qovşağının hansı kabinələrinə daxil olması, özünün gələcəyi, daha sonra kabinədən çıxaraq getməsi və yaşadığı ünvanda görüşmələri, Təqsirləndirilən şəxs1lə danışmasını, sonuncunun növbədə olduğundan həmin vaxt gəlməsi, gətirəcəyi qızıl külçənin böyük olduğundan Təqsirləndirilən şəxs1 ondan götürərək keçirməsi, qızıl külçələri qaçaqmalçılıq yolu ilə keçirdikdən sonrakı tarixlərdə Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs3 gözləmələri, eləcə də 09 iyul 2024-cü il tarixdə səhər saatlarında aralarında olan danışıqlara əsasən Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 həmin gün axşam saatlarında gəlibgəlmədiyini soruşması, Təqsirləndirilən şəxs3 hələ ki, əldə etdiyi malın çəkisinin az olduğundan dəqiq bilmədiyini, Məsur Mehdiyev isə Təqsirləndirilən şəxs3 malın çəkisini çoxaltmasını bildirməsi barədə danışıqlar vardır. Bundan başqa baxış zamanı “WhatsApp” mobil tətbiqində +**********07 mobil nömrəsi ilə “Ramin Kəlbəcər” adı ilə qeydiyyata alınmış Şahid5 arasında xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində səsli zəng, videogörüntülər, fotoşəkil və səsli mesajların göndərildiyi müəyyən olunmuşdur. Baxış zamanı X20 İbrahimova məlumat verməklə, eləcə də sonuncudan məlumat almaqla BƏƏ-nin Dubay şəhərində yerləşən “Rizan Jellery” adlı qızıl-zinət əşyalarının satışı mağazasından qızıl külçələr aldığı, eləcədə Şahid5 tələbinə əsasən Təqsirləndirilən şəxs3 xx.xx.2024-cü il tarixdə saat 12:11-də “Rizan Jellery” adlı qızıl-zinət əşyalarının satışı mağazasından xx.xx.2024-cü il tarixdə aldığı 1 kq çəkidə qızıl külçənin invoysunu atdığı müəyyən olunmuşdur. Bundan başqa mobil telefonun digər bölmələrində iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir (İİ cild, səh. 62-63). 29.«Baxış keçirilməsi haqqında» 10 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 götürülmüş üzərində “X22” yazısı olan 01 ədəd bloknota baxış keçirilmiş, baxış zamanı bloknotda alınmış və satılmış malların qram olaraq çəkisi, alış və satış qiymətləri, bilet, daşıma pulu, qazanc və xərclər barədə qeydlər olduğu müəyyən olunmuşdur (İİ cild, səh. 162). 30.Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş 16 avqust 2024-cü il tarixli, 3-33-3100/2-003359/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2024-cü il tarixdə X8 Azərbaycan Respublikasına gətirdiyi qızıl külçələrin yayınılmış gömrük ödənişi 32.430 manatdır (İİ cild, səh. 165). 31.Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş 17 iyul 2024-cü il tarixli, 3-33-3100/2-003359/2024 nömrəli məktuba əlavə edilmiş 22 dekabr 2018-ci il tarixli, 2900/115Ş nömrəli əmrdən məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2018-ci il tarixdə X17 klubuna təlimçi vəzifəsinə işə qəbul olunmuşdur (İİ cild, səh. 25). 32.Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyindən daxil olmuş 24 iyul 2024-cü il tarixli 3-33-5600/2-00799/2024 nömrəli məktuba əlavə edilmiş 09 fevral 2024-cü il tarixli əmək müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs1 ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyi arasında sonuncunun həmin Birliyin Gömrük fəaliyyətinə dəstəyin təşkili idarəsinin X11 şöbəsinin instruktor-kinoloqu vəzifəsinə qəbul olunması barədə 09 fevral 2024-cü tarixdə müddətli əmək müqaviləsi bağlanılmışdır (İİ cild, səh. 94-97). 33.Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş 17 iyul 2024-cü il tarixli, 3-33-3100/2-002895/2024 nömrəli məktuba əlavə edilmiş 28 fevral 2024-cü il tarixli, 1000/266Ş nömrəli əmrdən görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin Gömrük fəaliyyətinə dəstəyin təşkili idarəsinin X11 şöbəsinin instruktor-kinoloqu Təqsirləndirilən şəxs1 28 fevral 2024-cü il tarixdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə təhkim edilmişdir (İİ cild, səh. 24). 34.Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş 01 avqust 2024-cü il tarixli, 3-33-3100/2-003144/2024 nömrəli məktuba əlavə edilmiş 05 iyul 2023-cü il tarixli 1000/479Ş nömrəli əmrdən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Skanlaşdırma şöbəsinin inspektoru vəzifəsinə təyin edilmişdir (İİ cild, səh. 120-121). 35.Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş 01 avqust 2024-cü il tarixli, 3-33-3100/2-003144/2024 nömrəli məktuba əlavə edilmiş 22 iyul 2016-cı il tarixli 182/565Ş nömrəli əmrdən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” X2 mühafizə xidmətinin hava nəqliyyatı şöbəsinin mühafizəçisi təyin edilmişdir (İİ cild, səh. 122). 36.Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş 01 avqust 2024-cü il tarixli, 3-33-3100/2-003144/2024 nömrəli məktuba əlavə edilmiş 25 oktyabr 2018-ci il tarixli 1000/1815Ş nömrəli əmrdən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat idarəsinin əməliyyat şöbəsinin əməliyyat müvəkkili təyin edilmişdir (İİ cild, səh. 123). 37.Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş 19 avqust 2024-cü il tarixli, 3-33-3100/2-003370/2024 nömrəli məktuba əlavə edilmiş iş qrafikindən görünür ki, Təqsirləndirilən şəxs1 09 iyul 2024-cü il tarixdə xidmətdə olmuş, Təqsirləndirilən şəxs2 isə həmin tarixdə xidmətdə olmamışdır (İİ cild, səh. 181-182). 38.İş materiallarında olan sərhədkeçməyə dair məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2004-cü il tarixdən Rusiya Federasiyası, Gürcüstan Respublikası, İran İslam Respublikası, Türkiyə Respublikası, X18 istiqamətində ölkə ərazisini dəfələrlə tərk edərək yenidən ölkə ərazisinə daxil olmuş, sonuncu dəfə xx.xx.2024-cü il tarixdə saat 07:37-də “X15 Aeroportu”ndan X10 Dubay şəhəri istiqamətində ölkə ərazisindən çıxış edərək, xx.xx.2024-cü il tarixdə saat 21:29- da “X15 Aeroportu”ndan ölkə ərazisinə giriş etmişdir (İ cild, səh. 27-41). 39.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsin 19 iyul 2024-cü il tarixli, 8977 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıblar (İİ cild, səh. 142). 40.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsin 26 avqust 2024-cü il tarixli, 9581 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (İİ cild, səh. 110). 41.«Sübutların qiymətləndirilməsi haqqında» 24 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 məxsus 01 ədəd “Samsung S23” markalı mobil telefon, üzərində “X22” yazısı olan 1 ədəd bloknot, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi Hədəfləmə və Koordinasiya şöbəsi tərəfindən icra olunmuş “X15 Aeroportu” Terminal 1 ərazisində xx.xx.2024-cü il tarixində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hərəkət trayektoriyası ilə bağlı video görüntülərin köçürüldüyü 01 ədəd disk, 99.97 qram kütləli, üzərində C336108 kodu qeyd olunmuş və “SUİSSE 100 g FİNE GOLD 999,9 ESSAYEUR FONDEUR” yazıları olan 01 ədəd, 99.97 qram kütləli, üzərində C336110 kodu qeyd olunmuş və “SUİSSE 100 g FİNE GOLD 999,9 ESSAYEUR FONDEUR” yazıları olan 01 ədəd, 99.97 qram kütləli, üzərində C336105 kodu qeyd olunmuş və “SUİSSE 100 g FİNE GOLD 999,9 ESSAYEUR FONDEUR” yazıları olan 01 ədəd, 99.97 qram kütləli, üzərində C336109 kodu qeyd olunmuş və “SUİSSE 100 g FİNE GOLD 999,9 ESSAYEUR FONDEUR” yazıları olan 01 ədəd, 999.67 qram kütləli, üzərində C001730 kodu qeyd olunmuş və “SUİSSE 1 KİLO FİNE GOLD 999,9 ESSAYEUR FONDEUR” yazıları olan 01 ədəd olmaqla ümumilikdə 5 ədəd qızıl külçə cinayət işi üzrə sübut əhəmiyyəti daşıdığından maddi sübut kimi tanınmış, 05 ədəd qızıl külçənin Dövlət Gömrük Komitəsinin xəzinəsinə saxlanca verilməsi nəzərə alınmış, digər maddi sübutlar cinayət işinin materiallarına əlavə edilmişdir (İİ cild, səh. 188- 215). 42.«Cinayət törətməkdə şübhəli olan şəxsi tutma haqqında» 10 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 10 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 67). 43.«Cinayət törətməkdə şübhəli olan şəxsi tutma haqqında» 10 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 10 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 89). 44.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 4(001)- 508/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 10 iyul 2024-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 282-287). 45.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 4(001)- 507/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində 10 iyul 2024-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 276-280). 46.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 avqust 2024-cü il tarixli, 4(001)- 646/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 26 avqust 2024cü il tarixdən hesablamaqla 02 (iki) ay 15 (on beş) gün müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İİ cild, səh. 254-261). 47.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (İİ cild, səh. 103). 48.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (İİ cild, səh. 161). 49.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 aprel 2005-ci hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Prezidentinin 19 mart 2007-ci il tarixli, 558 saylı əfv fərmanına əsasən cəzadan azad edilmişdir (İİ cild, səh. 104). 50.İş materiallarında olan elektron çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2014-cü il və xx.xx.2017-ci il təvəllüdlü iki uşağı vardır. 51.İş materiallarında olan elektron çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il təvəllüdlü bir uşağı vardır. 52.İş materiallarında olan elektron çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs3 ümumi xəstəlik səbəbilə ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Diaqnoz: Akromeqaliya və hipofizar qiqantizm, Hiperprolaktinemiya. Hipofizin adenomasına görə 2 dəfə (2004-2007) əməliyyatdan sonrakı vəziyyət. Akromeqaliya. 53.İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 əməliyyatdan sonrakı vəziyyəti Karnovski indeksinə (xərçəng xəstələrinin fiziki aktivliyinin ölçülməsi) görə 80 % qiymətləndirilir. 54.İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 2001-ci ildən ölçülərində böyümə, oynaq ağrılarından əziyyət çəkməyə başlamış, nəticədə 2004 və 2007-ci illərdə iki dəfə beyin xərçəngindən əməliyyat olmuş və 30 seans radioşüalanma qəbul etmişdir. Bunlara baxmayaraq, hələ də ağrıları olmuş (yeriyişində hiss olunmuş) və mütəmadi dərman qəbul etmişdir. Təqsirləndirilən şəxs3 yaşadığı müddət ərzində mehriban rəftarı, səmimiliyinə görə sakinlər arasında böyük nüfuza malik olmuş və hörmət qazanmışdır. Nəzakətliliyi, ünsiyyətcilliyi və etik davranış normalarına əməl etməsi ilə başqalarına örnək olmuşdur. O, məsuliyyətli bir sakin olaraq, kommunal borclarını vaxtlıvaxtında ödəmişdir. Baxmayaraq ki, ara-sıra xəstəliyi ilə bağlı günün gecə saatlarında da tez-tez həkimə müraciət etmiş, ancaq qonşular arasında heç bir narazıçılığa səbəb olmamışdır. Ailəsiylə nümunəvi davranışı, gözəl ata, gözəl ailə başçısı olmağı göz önündə olmuşdur. Bir Azərbaycan vətəndaşı olaraq, özü və həyat yoldaşı ictimai-siyasi tədbirlərdə öndə iştirak etmişlər (İİ cild, səh. 67). Tətbiq edilən qanunvericilik normaları və məhkəmənin mövqeyi: 55.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 56.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 57.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 58.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəyini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış mötəbər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 206.3.3-cü maddələrində nəzərdə tutulmuş cinayət tərkibi, Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 206.3.3-cü maddələrində nəzərdə tutulmuş cinayət tərkibi, Təqsirləndirilən şəxs3 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi vardır, təqsirləndirilən şəxslərin törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aid hissədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 206.3.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 aid hissədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə tövsif edilmişdir. 59.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 60.«Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 2 iyun 2016-cı il tarixli qərarının 9-cu bəndində göstərilir ki, «Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ölkə qanunvericiliyində nəzərdə tutulan hallar istisna olmaqla malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, yəni Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq müəyyən edilmiş gömrük orqanlarının yerləşdiyi yerlərdən (gömrük məntəqələrindən) kənar və ya iş vaxtından sonra, yaxud da gömrük orqanlarının icazəsi olmadan gətirilməsi və ya aparılması ilə bağlı istənilən qəsdən törədilmiş hərəkətlər qaçaqmalçılıq cinayətinin tərkibini yaradır». 61.Həmin Plenum qərarının 19-cu bəndində qeyd edilmişdir ki, «...Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir». 62.«Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 2 iyun 2016-cı il tarixli qərarının 21-ci bəndində göstərilir ki, «...Hər hansı vəzifəli şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar malların və ya digər əşyaların gömrük sərhədindən keçirilməsi zamanı qulluq mövqeyindən istifadə etməklə qaçaqmalçılıq cinayətinin tərkibini yaradan əməllər törətdikdə onun bu əməlləri CM-nin 206.3.3-cü maddəsi ilə tövsif edilir». 63.Məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 malların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar xeyli miqdarda keçirilərək qaçaqmalçılıq edilməsinə yönəldilmiş hərəkətləri qabaqcadan əlbir olan bir qrup şəxs halında törətmələri məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapır. 64.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda malları Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək qaçaqmalçılıq etməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 206.3.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. 65.Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 206.3.3-cü maddələri ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 66.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda malları Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək qaçaqmalçılıq etməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 206.3.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. 67.Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 206.3.3-cü maddələri ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs2 həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 68.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda malları Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək qaçaqmalçılıq etməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. 69.Məhkəmə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs3 həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 70.Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətmiş olduqları ictimai təhlükəli əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. 71.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticə olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 72.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 73.Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 74.Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 75.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü və 59.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, himayəsində iki azyaşlı uşaqlarının olmasını və əməlindən peşman olmasını Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. 76.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. 77.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü və 59.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, himayəsində bir azyaşlı uşağının olmasını və əməlindən peşman olmasını Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. 78.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. 79.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, ikinci dərəcə əlil (Diaqnoz: Akromeqaliya və hipofizar qiqantizm, Hiperprolaktinemiya. Hipofizin adenomasına görə 2 dəfə (2004-2007) əməliyyatdan sonrakı vəziyyət. Akromeqaliya) olmasını, ağır xəstə (Əməliyyatdan sonrakı vəziyyəti Karnovski indeksinə (xərçəng xəstələrinin fiziki aktivliyinin ölçülməsi) görə 80 % qiymətləndirilir) olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və əməlindən peşman olmasını Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. 80.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. 81.Beləliklə, məhkəmə təqsirləndirilən şəxslərə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 82.Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ittiham olunduqları maddələrin sanksiyasında əsas cəza tədbiri qismində azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, qanunun yuxarıda şərh edilən tələbləri baxımından məhkəmə, törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşaqlarının olması, Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağının olması, Təqsirləndirilən şəxs3 ikinci dərəcə əlil (Diaqnoz: Akromeqaliya və hipofizar qiqantizm, Hiperprolaktinemiya. Hipofizin adenomasına görə 2 dəfə (2004-2007) əməliyyatdan sonrakı vəziyyət. Akromeqaliya) olması, ağır xəstə (Əməliyyatdan sonrakı vəziyyəti Karnovski indeksinə (xərçəng xəstələrinin fiziki aktivliyinin ölçülməsi) görə 80 % qiymətləndirilir) olması və yaşayış yeri üzrə müsbət xarakterizə olunması kimi yüngülləşdirici halları, habelə təqsirləndirilən şəxslərin hər birinin əməllərindən peşman olmasını, törətdiyi cinayət əməllərinə mənfi münasibətləri kimi halları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkmələri cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın real surətdə çəkilməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir, cəzanın bu cür çəkilməsi onları və ailələrini ciddi məhrumiyyətlərə düçar edər, humanizm prinsipləri faktiki mahiyyətini itirə bilər. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə təqsirləndirilən şəxsləri cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür, buna görə də məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 haqqında olan yüngülləşdirici halları nəzərə alaraq, onların cəza çəkmədən də islah oluna biləcəyinin mümkünlüyünü qeyd edir və barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla, həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti təyin olunaraq şərti məhkum edilmələrini törətdikləri əmələ münasibətdə ədalətli hesab edir. 83.Belə ki, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli, 2668 nömrəli Sərəncamın 8-ci bəndində ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi qərara alınmışdır. 84.Həmin Sərəncamın 13-cü bəndində cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması məhkəmələrə tövsiyyə olunmuşdur. 85.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. 86.Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. 87.Təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərinə həmçinin vəzifə qoyulmalı, həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən isə onların üzərində nəzarət müvafiq dövlət orqanlarına, bu halda onun yaşadığı yer üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə olunmalıdır. 88.Məhkəmə, Təqsirləndirilən şəxs1 üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. 89.Məhkəmə, Təqsirləndirilən şəxs2 üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. 90.Məhkəmə, Təqsirləndirilən şəxs3 üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. 91.Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinin tələbinə əsasən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmaldır. 92.Məhkəmə, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində seçilmiş «həbs» qətimkan tədbirinin ləğv edilərək məhkəmə iclas zalından dərhal həbsdən azad edilmələrini, barələrində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbirinin seçilməsini və «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 93.«Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 25-ci bəndinə qeyd olunur ki, «Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir». 94.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi . 95.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 96.«Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 2 iyun 2016-cı il tarixli qərarında göstərilmişdir ki, «Öyrənilmiş işlərdən görünür ki, bəzən cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması təmin edilməmiş, qaçaqmalçılıq cinayəti törətmiş şəxslərin cinayət işi başlananadək tutulmaları barədə təhqiqat orqanları tərəfindən müvafiq prosessual sənəd (tutulma protokolu) tərtib edilmədən onların azadlıqlarının qanunsuz olaraq məhdudlaşdırılmasına baxmayaraq, məhkəmələr bu kobud qanun pozuntusuna münasibət bildirməmiş, ...dövriyyəsi qadağan olunmayan və qanuni yolla əldə edilmiş əşyalar bir sıra hallarda məhkəmələr tərəfindən qaçaqmalçılığın predmeti kimi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə zidd olaraq dövlət nəfinə müsadirə edilmiş, bununla da Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 13 və 29-cu maddələrində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra mətndə Konvensiyanın) 1 saylı Protokolunun 1-ci maddəsində nəzərdə tutulmuş mülkiyyətin toxunulmazlığı hüququ pozulmuşdur». 97.Həmin Plenum qərarının 26-cı bəndində qeyd edilmişdir ki, «...Məhkəmələrin diqqətinə çatdırılsın ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 132 və 346.1.19-cu maddələrinin tələblərinə müvafiq olaraq qaçaqmalçılığa dair işlər üzrə hökm çıxarılarkən, yaxud digər yekun məhkəmə qərarı, o cümlədən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilərkən qaçaqmalçılığın predmeti, aləti və ya vasitəsi olan maddi sübutlar barədə məsələ həll edilməlidir. ...Cinayət qanunu ilə nəzərdə tutulmuş digər əməllərin (məsələn, talama cinayətlərinin) törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul, qiymətli kağızlar və digər əmlak (dövriyyəsi qadağan olunmuş əşyalar istisna olmaqla) eyni zamanda qaçaqmalçılığın predmeti hesab edildikdə həmin əmlak CPM-nin 132.0.3 və 132.0.4-cü maddələrinə əsasən sahiblərinə, mülkiyyətçilərinə və hüquqi varislərinə qaytarılmalı, belə şəxslər müəyyən edilmədikdə isə dövlət nəfinə müsadirə edilməlidir». 98.«Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 2 iyun 2016-cı il tarixli qərarının 27-ci bəndində göstərilir ki, «Məhkəmələrə tövsiyə edilsin ki, qaçaqmalçılığa dair işlərə baxarkən iş üzrə maddi sübut hesab edilmiş qaçaqmalçılığın predmeti olan pul, qiymətli kağızlar, qızıl-zinət əşyaları və başqa əmlakın (CM-nin 206.2-ci maddəsində sadalanan dövriyyəsi qadağan olunmuş əşyalar istisna olmaqla) təqsirkarın mülkiyyətində olmasına dair kifayət qədər sübutların olmasını müəyyən etdikdə, digər tərəfdən isə bu əmlakın xüsusi müsadirəsi üçün CM-nin 99-1-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edilmədikdə Konstitusiyanın 29-cu maddəsinin və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri ilə yanaşı bu xarakterli işlərdə müsadirənin mülkiyyət hüququna müdaxiləyə uyğun olmamasına və şəxsin cinayət cəzasına məruz qalması ilə yanaşı mülkiyyətdən məhrum edilə bilinməməsinə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna (“İsmaylov Rusiyaya qarşı” iş üzrə 06 noyabr 2008-ci il tarixli, “Adjiqoviç Rusiya Federasiyasına qarşı”iş üzrə 08 oktyabr 2009-cü il tarixli Qərarlar) əsaslansınlar. Eyni zamanda nəzərə alınmalıdır ki, GM-nin və digər normativ-hüquqi aktların tələblərinə görə, ölkəyə gətirilən malların, nəqliyyat vasitələrinin və digər əşyaların bütün hallarda, o cümlədən gömrük nəzarətindən kənar və ondan gizli keçirilmiş və cinayət işlərinə maddi sübut kimi əlavə edilmiş əmlakın sonradan məhkəmələrin hökmlərinə (qərarlarına) əsasən mülkiyyətçilərinə qaytarılması zamanı gömrük rəsmiləşdirilməsinin aparılması (buna həmçinin gömrük ödənişlərinin tutulması da aiddir) tələb olunur, belə rəsmiləşdirilmə aparılmadıqda isə qeyd olunan əmlakdan isfadə edilməsi, habelə bu əmlak barəsində sərəncam verilməsi qadağan edilir. Qanunvericiliyin bu tələblərinə əməl edilməsi üçün CMnin 206-cı maddəsi ilə cinayət işlərinə baxılarkən gömrük nəzarətindən gizli və ya ondan kənar, bəyan etməməklə və ya düzgün bəyan etməməklə, habelə sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə qanunsuz keçirilmiş və maddi sübut hesab edilmiş əmlakın mülkiyyətçilərinə qaytarılmalı olması haqqında nəticəyə gəldikdə məhkəmələrə belə işlər üzrə çıxarılmış hökmlərdə (qəbul edilmiş qərarlarda) göstərilən əmlakın yalnız gömrük rəsmiləşdirilməsindən keçirildikdən və gömrük ödənişləri tutulduqdan sonra qaytarılması haqqında müddəaların əlavə edilməsi tövsiyə olunur». 99.Göstərilənlərə əsasən məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.5, 132.1.6 və 353.4.11-ci maddələrinə əsasən iş üzrə maddi sübut olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xəzinəsində saxlancda saxlanılan - 99.97 qram kütləli, üzərində C336108 kodu qeyd olunmuş və “SUİSSE 100 g FİNE GOLD 999,9 ESSAYEUR FONDEUR” yazıları olan 01 ədəd, 99.97 qram kütləli, üzərində C336110 kodu qeyd olunmuş və “SUİSSE 100 g FİNE GOLD 999,9 ESSAYEUR FONDEUR” yazıları olan 01 ədəd, 99.97 qram kütləli, üzərində C336105 kodu qeyd olunmuş və “SUİSSE 100 g FİNE GOLD 999,9 ESSAYEUR FONDEUR” yazıları olan 01 ədəd, 99.97 qram kütləli, üzərində C336109 kodu qeyd olunmuş və “SUİSSE 100 g FİNE GOLD 999,9 ESSAYEUR FONDEUR” yazıları olan 01 ədəd, 999.67 qram kütləli, üzərində C001730 kodu qeyd olunmuş və “SUİSSE 1 KİLO FİNE GOLD 999,9 ESSAYEUR FONDEUR” yazıları olan 01 ədəd olmaqla, ümumilikdə 5 ədəd qızıl külçənin hökm qanuni qüvvəyə mindikdən və müvafiq gömrük ödənişi - 32.430 manat ödənildikdən sonra Təqsirləndirilən şəxs3 qaytarımasını, bir ədəd «Samsung S23» markalı mobil telefon aparatının və üzərində «X22» yazısı olan bir ədəd bloknotun hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs3 qaytarımasını, videogörüntüləri özündə əks etdirən bir ədəd diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını qanuni və əsaslı hesab edir. 100.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 101.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 102.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 140 (yüz qırx) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 103.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 206.3.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 206.3.3-cü maddələri ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilən 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilərək, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilsin və «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 üzərinə sınaq müddəti başa çatanadək davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 davranışı üzərində nəzarət onun yaşayış yeri üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 206.3.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 206.3.3-cü maddələri ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilən 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilərək, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilsin və «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 üzərinə sınaq müddəti başa çatanadək davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarət onun yaşayış yeri üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilən 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilərək, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilsin və «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs3 üzərinə sınaq müddəti başa çatanadək davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 davranışı üzərində nəzarət onun yaşayış yeri üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 140 (yüz qırx) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübut olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xəzinəsində saxlancda saxlanılan - 99.97 qram kütləli, üzərində C336108 kodu qeyd olunmuş və “SUİSSE 100 g FİNE GOLD 999,9 ESSAYEUR FONDEUR” yazıları olan 01 ədəd, 99.97 qram kütləli, üzərində C336110 kodu qeyd olunmuş və “SUİSSE 100 g FİNE GOLD 999,9 ESSAYEUR FONDEUR” yazıları olan 01 ədəd, 99.97 qram kütləli, üzərində C336105 kodu qeyd olunmuş və “SUİSSE 100 g FİNE GOLD 999,9 ESSAYEUR FONDEUR” yazıları olan 01 ədəd, 99.97 qram kütləli, üzərində C336109 kodu qeyd olunmuş və “SUİSSE 100 g FİNE GOLD 999,9 ESSAYEUR FONDEUR” yazıları olan 01 ədəd, 999.67 qram kütləli, üzərində C001730 kodu qeyd olunmuş və “SUİSSE 1 KİLO FİNE GOLD 999,9 ESSAYEUR FONDEUR” yazıları olan 01 ədəd olmaqla, ümumilikdə 5 ədəd qızıl külçə hökm qanuni qüvvəyə mindikdən və müvafiq gömrük ödənişi - 32.430 manat ödənildikdən sonra Təqsirləndirilən şəxs3 qaytarılsın, videogörüntüləri özündə əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın, bir ədəd «Samsung S23» markalı mobil telefon aparatı və üzərində «X22» yazısı olan bir ədəd bloknot Təqsirləndirilən şəxs3 qaytarılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva

2. Elmin Rüstəmov

3. Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar