Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-557/2021 19.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Əliövsəd Məzahir oğlu Abasovun sədrliyi ilə, hakimlər Mahmud Muradxan oğlu Ağalarov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, Kəminə Elşad qızı Məmmədovanın katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhər 15 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə « 19 » mart 2021-ci il Bakı şəhərində xx.xx.1969-cu ildə Abşeron rayonu, Qobu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkum olunmuş və məhkumluğu ödənilmiş, orta təhsilli, fərdi əməklə məşğul olan, Abşeron rayonu, Qobu qəsəbəsi, Natavan küçəsi, ev 2A-da yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs 2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz otaraq "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr'in İ siyahısına daxil edilən külli miqdarda 55,284 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki, külli miqdarda 225,562 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranını, 0,645 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 250 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində qanunsuz saxlamaqla yaşadığı ünvan 1 ünvanına daşıyaraq həmin narkotik vasitə tiryəkin 10.3 qramını 3,372 qram, 3.429 qram. 3.499 qram çəkidə olan hissələrə bölüb ayrı-ayrılıqda 03 ədəd bükümdə qablaşdırıb üzərində, qalan 44.984 qramını 3.523 qram. 3,472 qram, 3,543 qram, 3,441 qram, 3,553 qram, 3.517 qram. 1.294 qram. 3,494 qram, 3,534 qram, 3,543 qram. 3,503 qram, 1,134 qram. 3,149 qram, 4.153 qram. 0.131 qram çəkidə olan hissələrə bölüb ayrı-ayrılıqda 15 ədəd bükümdə, həmçinin qeyd edilən çəkidə narkotik vasitə həşiş qətranını 2,241 qram və 223.321 qram olmaqla 2 ədəd bükümdə, qeyd edilən çəkidə narkotik vasitə heroini 0,325 qram və 0.320 qram olmaqla 2 ədəd bükümdə və qeyd edilən çəkidə narkotik vasitə marixuanam bir ədəd bükümdə qablaşdıraraq əvvəlcədən satışa hazırlayıb yaşadığı evdə gizlətməklə saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 00,30-da Abşeron rayonu. Qobu qəsəbəsi, Natavan küçəsində saxlanılıb Baş İdarənin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı ayrı-ayrılıqda 3.372 qram. 3.429 qram. 3.499 qram olmaqla külli miqdarda, ümumi təmiz çəkisi 10,3 qram narkotik vasitə tiryək 3 bükümdə olmaqla əynindəki qara rəngli şalvarın sağ yan cibindən, əməliyyat-axtarış tədbirinin davamı olaraq ünvan 2 ünvanına sonuncunun razılığı və iştirakı ilə həmin gün saat 03.15-dən etibarən keçirilmiş baxış zamanı ayrı-ayrılıqda 3,523 qram, 3.472 qram. 3.543 qram, 3.441 qram, 3,553 qram. 3.517 qram. 1.294 qram. 3.494 qram. 3,534 qram. 3,543 qram, 3,503 qram, 1,134 qram, 3.149 qram, 4.153 qram. 3 0,131 qram olmaqla külli miqdarda, ümumi təmiz çəkisi 44,984 qram narkotik vasitə tiryək 15 ədəd bükümdə, ayrı- ayrılıqda təmiz çəkiləri 2,241 qram və 223.321 qram olmaqla külli miqdarda, ümumi təmiz çəkisi 225,562 qram narkotik vasitə həşiş qətranı 02 ədəd bükümdə, ayrı-ayrılıqda 0.325 qram və 0,320 qram olmaqla ümumi təmiz çəkisi 0.645 qram narkotik vasitə heroin 02 ədəd bükümdə. 250 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana bir ədəd bükümdə, eləcə də. üzərində narkotik vasitə heroin və tiryək izləri olan 02 ədəd elektron tərəzi bir ədəd göy rəngli sellofan torbada olmaqla evin sağ tərəfində yerləşən otaqdakı sobanın yanından aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə olan marixuana, tiryək, heroin istifadəçisi olmuşdur. O, mal-qara üçün ot almaq üçün qəsəbəyə gələn Cəlilabad rayonundan olan İlqar adlı şəxslə tanış olmuş, İlqarla bir qədər yaxın münasibəti yarandığından o İlqara Cəlilabaddan olduğu üçün narkotik vasitə gətirə biləcəyini soruşmuşdur. İlqar da ona tiryək, həşiş qətranı, marixuana və heroin gətirə biləcəyini demişdir. O xatırlamadığı miqdarda pul verib İlqardan həmin malları almış, özü istifadə etmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 00:30 radələrində o, yaşadığı ünvan 3 ünvanın qarşısında olarkən mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib Baş Narkotiklərlə Mübarizə İdarəsinin işçiləri olduqlarını bildirmişlər. Həmin şəxslər ondan özünü təqdim etməsini istəmişlər, o öz anket məlumatlarım həmin şəxslərə demişdir. Bundan sonra polis əməkdaşları ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Onu əməliyyat- axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış edib Baş idarəyə dəvət etmişlər. Baş İdarəyə gəldikdən sonra onun hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkil təqdim olunmuşdur. Bundan sonra ona qanunsuz olaraq külli miqdarda narkotik vasitə, psixotrop maddə əldə etmə, özündə saxlayaraq daşıma, istifadə və satışı ilə məşğul olmaqda şübhəli bilindiyini və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilmişdir. O, etiraz etmədikdən sonra videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmişdir. Ona təklif edilmişdir ki, üzərində qanunsuz əşya varsa könüllü olaraq təqdim etsin. O, bundan sonra masaya doğru yaxınlaşıb əynində olan qara rəngli şalvarının sağ yan cibindən 03 ədəd bükümü və pulu masanın üzərinə qoymaqla təqdim etmiş, üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Pul vəsaitinə baxış zamanı ümumilikdə 18 manat olduğu məlum olmuş və araşdırma zamanı əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarılmışdır. Təqdim etdiyi 03 ədəd bükümlərin içində 4 narkotik vasitə olan tiryək olduğu məlum olmuş, o, maddələrin tiryək olduğunu təsdiq etmişdir. O, həmin tiryəki İlqar adlı şəxsdən qramını 15 manata aldığını, evində də narkotik vasitə saxladığını demişdir. Onun üzərindən aşkar edilmiş 03 ədəd bükümdə tiryəkə bənzər maddələr müvafiq ekspertiza tədqiqatına təqdim olunması üçün özünün iştirakı ilə zərfdə qablaşdırılaraq möhürlənmiş və iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişdir. Sonra polis əməkdaşlarının iştirakı ilə yaşadığı evə getmişdir. O, ərizə yazaraq evdə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. O, evin sağ tərəfində yerləşən otaqda sobanın yanında bir ədəd göy rəngli sellofan torbanı təqdim etmişdir. Torbaya baxan zaman içərisində bir büküm qurudulmuş marixuana, 2 bükümdə həşiş qətram, 15 bükümdə tiryək və iki bükümdə heroin aşkar edilərək götürülmüşdür. Həmçinin torbada iki ədəd tərəzi,”Nokia” və “Samsung” markalı mobil telefonlar və şəxsiyyət vəsiqəsi də götürülmüşdür. Aşkar edilmiş əşyalar qablaşdırılmış və bu barədə protokol tərtib olunaraq imzalanmışdır.İbtidai istintaq zamanı narkotik maddələrin satışı ilə məşğul olduğu barədə ifadələri təyziq altında verdiyinə görə onları təsdiq etmir. Əməlindən peşmandır. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi özünün qismən də olsa etirafedici ifadələri ilə yanaşı şahidlərin ifadələri, ekspertizaların rəyləri, cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-cu il tarixdə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə xx.xx.1969-cu il tarixdə Abşeron rayonu. Qobu qəsəbəsində anadan olmuş, ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat barədə raportla BNMİ-nin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərar çıxarılmış və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın icra edilməsi ilə əlaqədar xx xxxxxx 2020-ci il tarixdə saat 00:30 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi, Natəvan küçəsində Təqsirləndirilən şəxs bənzər şəxs saxlanılmışdır. Özlərini təqdim edib polis əməkdaşları olduqlarını demiş və həmin şəxsə öz anket məlumatlarını bildirməsi təklif edilmiş, həmin şəxs özünü təqdim etdikdən sonra Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edildikdən sonra narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması Muxtara bildirilmiş və üzərində 5 keçiriləcək istintaq hərəkətləri üçün Baş İdarənin inzibati binasına dəvət edilmişdir. Baş İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə Muxtara müdafiəçilərin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs siyahı ilə tanış olduqdan sonra siyahı üzrə vəkilin onun hüquqlarını müdafiə etməsinə etiraz elmədiyini bildirmişdir. Bundan sonra Bakı şəhəri «Mərkəz» vəkil bürosunun vəkili X2 dəvət olunaraq Təqsirləndirilən şəxs təqdim olunmuşdur, Təqsirləndirilən şəxs hüquqlarının həmin vəkil tərəfindən müdafiə edilməsinə etirazı olmadığını bildirmiş və Muxtarla müdafiəçiyə konfıdensial ünsiyyət saxlamaq üçün şərait yaradılmışdır. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edilmiş, həmçinin Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Şəxsi axtarış və götürmə xx.xx.2020-ci il tarixdə videoçəkiliş aparılmaqla həyata keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş əsasında həyata keçiriləcəyi barədə məlumat verilmiş, Təqsirləndirilən şəxs buna etiraz etməmiş, sonra Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud İş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən üç ədəd şəffaf sellofan bükümü təqdim etmişdir. Bükümlərə baxıış keçirildikdə narkotik vasitə tiryəkə bənzər kütlələr olması müəyyən edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli köynəyin sol döş cibindən 18 manat pul aşkar olunmuşdur. Sonra aşkar edilmiş 3 ədəd bükümdə narkotik vasitə tiryəkə bənzər maddə zərfə qoyulub qablaşdırılmış və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan tiryəkin özünə məxsus olduğunu. İlqar adlı şəxsdən satmaq məqsədi ilə Abşeron rayonu, Qobu qəsəbəsi ərazisindən əldə etdiyini, tiryəkin qramını 15 manata satdığını. 4 aydır narkotik vasitələrin satışı ilə məşğul olduğunu, ümumilikdə narkotik vasitələrin satışından 3000 AZN pul qazandığını, yaşadığı evdə narkotik vasitə saxladığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs özünün də narkotik vasitələrdən istifadə etdiyini, yaşadığı evə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Şəxsi axtarış keçirilməsinə dair protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanına yollanmışlar. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etiraz etmədyini bildirərək bu barədə ərizə vermişdir. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs 6 Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilmiş və evdə olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola bilərək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin evin sağ tərəfində yerləşən otaqda olan sobanın yanından bir ədəd göy rəngli sellofan torbam təqdim etmişdir. Həmin torbanın içərisindən bir ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər. 2 ədəd bükümdə narkotik vasitə həşiş qətranına bənzər. 15 ədəd bükümdə narkotik vasitə tiryəkə bənzər. 2 bükümdə narkotik vasitə olan heroinə bənzər kütlələr, 2 ədəd elektron tərəzi, 1 ədəd "Nokia" markalı. 1 ədəd "Samsung" markalı mobil telefonlar və 1 ədəd Təqsirləndirilən şəxs məxsus olan şəxsiyyət vəsiqəsi aşkar olunaraq götürülmüşdür. Aşkar edilən maddələr sellofan torba ilə birlikdə qablaşdırılmış, ağzı bağlanmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. 01 ədəd "Nokia" markalı, 01 ədəd “Samsung" markalı mobil telefonlar və Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Baxış zamanı əlavə olaraq iş üzrə sübut əhəmiyyəti kəsb edən əlavə əşya, predmet və ya maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı aşkar edilmiş narkotik vasitələri İlqar adlı şəxsdən satmaq məqsədi ilə Abşeron rayonu, Qobu qəsəbəsi ərazisindən əldə etdiyini, tiryəkin qramını 15 manata, həşiş qətranın qramını 5 manata satdığını. 4 aydır narkotik vasitələrin satışı ilə məşğul olduğunu, ümumilikdə narkotik vasitələrin satışından 3000 manat pul qazandığım, həmçinin narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. Baxış keçirilməsinin nəticələrinə dair protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 6/1656 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: "şübhəli şəxs X1 üzərindən aşkar olunmuş ..." yazısı olan kağız paketdəki. 3(üç) ədəd bükümdə, ayrı- ayrılıqda təmiz çəkiləri 3,372 qr, 3.429 qr. 3.499 qr. ümumi təmiz çəkisi 10.3 qr tünd qəhvəyi rəngli qətranabənzər spesifik iyli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə - tiryəkdir; -Tədqiqata təqdim edilmiş üzərində: "şübhəli şəxs X1 yaşadığı evdən aşkar olunmuş...” yazısı olan bağlamadakı -15(on beş) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 3.523 qr. 3.472 qr, 3,543 qr, 3,441 qr, 3,553 qr, 3,517 qr, 1,294 qr, 3,494 qr, 3.534 qr, 3,543 qr. 3,503 qr. 1.134 qr. 7 3.149 qr, 4,153 qr, 0.131 qr, ümumi təmiz çəkisi 44,984 qram tünd qəhvəyi rəngli qətranabənzər spesifik iyli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə - tiryəkdir; -2 (iki) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,325 qr və 0.320 qr. ümumi təmiz çəkisi 0,645 qr qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir; -2 ədəd tərəzinin üzərində narkotik vasitə olan heroinin və tiryəkin (“ 500 g x 1 g” markalı elektron tərəzi) və heroinin (“Professional Digital scale 2XAAA” markalı elektron tərəzi) izləri vardır. Lakin tərəzilərin üzərində narkotik vasitələr iz şəklində olduğu üçün büktimlərdəki narkotik vasitələrlə eyni tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmadı; -X1 üzərindən və evindən götürülmüş tiryəkin ümumi təmiz çəkisi 55.284 qramdır və həmin tiryəklər tərkibindəki komponentlərinə görə eynidirlər; -Heroin və tiryək xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”- in İ siyahısına daxildir. Məhkəmə-bioloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli. 7/562 saylı rəyi rəyindən görünür ki: -tədqiqata təqdim olunmuş üzərində "... Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş...” sözləri yazılmış göy rəngli polietilen torbada 01 (bir) ədəd sellofan torbada təmiz çəkisi 250 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır; -tədqiqata təqdim olunmuş kağız paketdə iki ədəd skoçla bağlanmış sellofan bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: 2.241 qram və 223.321 qram olan maddələr narkotik təbitəli çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan həşiş qatranıdır. Ümumi çəkisi - 225,562 qramdır; -tədqiqata təqdim olunmuş həşiş qatranları tərkiblərinə görə eynidirlər; -təqdim olunmuş 02(iki) ədəd elektron tərəzilərin üzərində narkotik tərkibli çətənə(kannabis) bitkisinə aid narkotik vasitələrin izləri yoxdur. Tərəzilərin üzərində çətənə(kannabis) bitkisinə aid narkotik vasitələrin izləri otmadığına görə təqdim olunmuş marixuana və həşiş qatranları ilə müqayisəli tədqiqat aparılmadı. Ambulator məcburi - narkoloji tibbi yoxlamanın xx xxxxxx 2020-ci il tarixli. 3208 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində 8 saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui- istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Cinayət işinə əlavə edilmiş xx.xx.2020-ci il tarixli "şəxsi axtarış və götürmə" protokolundan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 00.30 radələrində Abşeron rayonu. Qobu qəsəbəsi. Natəvan küçəsində saxlanılaraq Baş İdarənin inzibati binasına dəvət edilərək orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən 03 ədəd bükümdə ümumi təmiz çəkisi 10,3 qram narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Cinayət işinə əlavə edilmiş xx.xx.2020-ci il tarixli “baxış və götürmə“ protokoluna əsasən müəyyən edilmişdir ki. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 00,30 radələrində Abşeron rayonu. Qobu qəsəbəsi. Natəvan küçəsində saxlanılmış, ünvan 5 ünvanında keçirilən baxış zamanı oradan 15 ədəd bükümdə ümumi təmiz çəkisi 44.984 qram narkotik vasitə tiryək, 02 ədəd bükümdə ümumi təmiz çəkisi 0.645 qram narkotik vasitə heorin, 01 ədəd bükümdə 250 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 02 ədəd bükümdə ümumi təmiz çəkisi 225.562 qram narkotik vasitə həşiş qətranı aşkar edilərək götürülmüşdür. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi narkotik vasitənin satışı ilə məşğul olmadığı barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadələri cinayət məsuliyyətindən boyun qaçırmağa cəhd kimi qiymətləndirir. Belə ki, ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadələrdə İlqar adlı şəxsdən satış məqsədilə narkotik vasitələri aldığını və bir hissəsini satdığını, narkotik vasitələrin satışından 3000 manat pul qazandığını göstərmişdir. 9 Məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək cinayət işinin materiallarını nəzərdən keçirib, iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin ifadələri, ekspertizaların rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmiş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Məhkəmə belə nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” x xxxx 2011-ci il tarixli, 2 №-li qərarını da nəzərə alır. Belə ki, həmin Qərarın 14-cü bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilibtörədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx xxxx 2005ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın 10 həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində İİ qrup əlil ruhi xəstə olan bacısı, onkoloji xəstə olan arvadı, əlil oğlu olduğunu və yaşadığı ərazi üzrə müsbət xarakterizə olunduğunu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. İş üzrə maddi sübutlar- Azərbaycan Respublikası DİN-in BMCMİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 249,95 qram qurudulmuş marixuana, çəkisi 225,502 qram həşiş qətranı, çəkisi 0,162 qram tiryək, çəkisi 0,545 qram heroin, çəkisi 54,924 qram tiryək və 02 ədəd elektron tərəzi müsadirə edilərək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri 203 manat Təqsirləndirilən şəxs dövlətin nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. 11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. Maddi sübutlar- Azərbaycan Respublikası DİN-in BMCMİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 249,95 qram qurudulmuş marixuana, çəkisi 225,502 qram həşiş qətranı, çəkisi 0,162 qram tiryək, çəkisi 0,545 qram heroin, çəkisi 54,924 qram tiryək və 02 ədəd elektron tərəzi müsadirə edilərək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza xərcləri 203 manat Təqsirləndirilən şəxs dövlətin nəfinə tutulsun. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarı ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, bu Məcəllənin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN Ə.M.ABASOV HAKİMLƏR M.M.AĞALAROV E.Ə.MİKAYİLOV 12 2
Məhkəmə qərarları › İş №1(101)-557/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-557/2021
19.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver