Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-557/2022 22.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Əfqan Niyətulla oğlunun sədrliyi ilə, Məmmədov Əli İrfan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi: X2, dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı1 və həmin şöbənin prokuroru X3, müdafiəçi: Bakı Şəhər 3 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxxx 1986-cı ildə Ağdam rayonunun Əhmədağalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Ağdam rayonunun Əhmədağalı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Biləcəri qəsəbəsi, döngə 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs Bakı şəhərinin Böyükşor qəsəbəsi ərazisində sökülən evlərin alınaraq həmin evlərin ölçülərini Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti və Maliyyə Nazirliyində yüksək vəzifədə işləyən tanışlarının vasitəsilə artırıb sonradan həmin evləri baha qiymətə satacağına dair yalan məlumat verib inandıraraq, Zərərçəkmiş şəxs etibarından suiistifadə edib aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 2016-cı ilin sentyabr ayının sonlarında ünvan 2 ünvanda yerləşən metronun «Əhmədli» stansiyasının yaxınlığında 10.000 (on min) manat pulunu, 2016-cı ilin oktyabr ayının ortalarında Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən «Neftçilər» metrostansiyasmın yaxınlığında 10.000 (on min) manat pulunu, 2016-cı ilin dekabr ayının ortalarında ünvan 3 ünvanda yerləşən «Yaşıl Bazar» deyilən bazarın yaxınlığında 10.000 (on min) manat pulunu, 2017-ci ilin aprel ayının əvvəllərində ünvan 2 ünvanda yerləşən metronun «Əhmədli» stansiyasının yanında 10.000 (on min) manat pulunu, 2017-ci ilin may ayının əvvəllərində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən «Neftçilər» metrostansiyasmın yaxınlığında 10.000 (on min) manat pulunu, 2017-ci ilin iyul ayının ortalarında ünvan 4 ünvanında yerləşən «Bakıxanov Ticarət Mərkəzinin» arxasında 13.000 (on üç min) manat pulunu, 2017-ci ilin sentyabr ayının ortalarında Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən «Neftçilər» metrostansiyasmın yaxınlığında 8.000 (səkkiz min) manat pulunu, 2017-ci ilin noyabr ayının sonlarında ünvan 6 ünvanında yerləşən «Bakıxanov Ticarət Mərkəzinin» arxasında 10.000 (on min) manat pulunu, 2018-ci ilin aprel ayının əvvəllərində ünvan 6 ünvanında yerləşən «Bakıxanov Ticarət Mərkəzinin» arxasında 8.000 (səkkiz min) manat pulunu, 2018-ci ilin oktyabr ayının ortalarında Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən «Neftçilər» metrostansiyasmın yaxınlığında 10.000 (on min) manat pulunu, 2018-ci ilin dekabr ayının sonlarında ünvan 3 ünvanda yerləşən «Yaşıl Bazar» deyilən bazarın yaxınlığında 11.000 (on bir min) manat pulunu, 2019-cu ilin yanvar ayının ortalarında ünvan 6 ünvanında yerləşən «Bakıxanov Ticarət Mərkəzinin» arxasında 9.000 (doqquz min) manat pulunu və 25 oktyabr 2020-ci il tarixdə ünvan 10 ünvanında yerləşən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin yanında yerləşən parkda 2.000 (iki min) manat pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs ümumilikdə külli miqdarda-121.000 (bir yüz iyirmi bir min) manat maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, həqiqətən də 2016-cı ildən 2020-ci ilə qədər olan müddətdə iş görmək adı ilə Zərərçəkmiş şəxs 121.000 manat pul almışdır. Zərərçəkmiş şəxsla tanışlığı 2015ci ildə olmuş, İlqar «Bakıxanov» ticarət mərkəzində tikiş maşınlarının təmiri və satışı ilə məşğul olmuşdur. Həmin vaxtı o, ticarət mərkəzində İlqara bildirmişdir ki, dərzi sexi açmaq istəyirlər, buna görə də onlara usta və texniki avadanlıqlar (tikiş maşını) lazımdır. İlqar dərzi sexinə gələrək avadanlıqları quraşdırmış, həmin vaxtdan da münasibətləri yaranmışdır. O, həmin ərəfədə tikinti işləri ilə məşğul olmuş, müəyyən şəxslərlə müqavilə əsasında boş torpaq sahəsində təmirli və yaxud da təmirsiz mənzillər tikərək təhvil vermişdir. Lakin əlində kifayət qədər pul olmadığından iş götürməkdə çətinlik çəkmişdir. Buna görə də pul axtarmış, fikirləşmişdir ki, Zərərçəkmiş şəxs maddi cəhətdən imkanı yaxşı olduğundan sonuncudan pul ala bilər. Qərara gəlmişdir ki, İlqar Kərimovdan iş görmək adı ilə pul alıb işlərini gördükdən sonra pullarını qaytarar. 2016-cı ilin payız aylarının sonunda Zərərçəkmiş şəxs yalandan demişdir ki, Bakı şəhəri ərazisində olan bir mərtəbəli köhnə evlərin yerində yol çəkilən zaman, həmçinin hündür mərtəbəli binalar tikilən zaman həmin evləri sahiblərindən pul müqabilində alaraq müəyyən vəzifəli şəxslərlə danışmaqla həmin mənzillərin kvadrat metrini artıraraq oradan qazanc əldə etmişdir. İlqar bu barədə ondan ətraflı soruşduqda, demişdir ki, məsələn 1 mərtəbəli yaşayış evi 50 kvadrat metrdirsə onu müəyyən adamlarla 150-200 kvadrat metr edir, həmin obyekt və evlər sökülən zaman orada tikində işləri aparan şirkətdən və yaxud da dövlətdən yaxşı qazanc əldə etmək olar. Əlavə olaraq da qeyd etmişdir ki, guya o, həmin işi bir dəfə edib oradan 150-200 min manat qazanc əldə etmişdir. İlqar ondan işi kimlə görməyini soruşduqda o, yalandan demişdir ki, guya Maliyyə Nazirliyində və Bakı şəhəri, Nərimanov rayon İcra Hakimiyyətində yuxarı vəzifədə işləyən tanışları vardır, onların köməkliyi ilə işi qurur, iş düzələn kimi də onlara əlavə hörmət edir. İlqar ona inanaraq demişdir ki, bu işə əl qoymaq istəyir. Belə olan halda İlqara demişdir ki, Bakı şəhəri, Nərimanov rayonu ərazisində «Böyükşor» deyilən ərazidə xeyli sayda mənzillər dövlət tərəfindən sökülür. Həmin yerdə dövlət tərəfindən yol çəkiləcək, söküntü işləri başa çatdıqdan sonra evlərə görə pul verəcəklər. Söküntü və yolun tikintisi başa çatana qədər həmin evdə yaşayan şəxslərdən pul müqabilində həmin evləri almaq, evlərin sənədlərin hazırlamaq və evlərin kvadratını artırmaq lazımdır. Etibar ona demişdir ki, evlərin kvadratın nə qədər artırmaq olar, o da bildirmişdir ki, məsələn 50 kvadrat metr evi 150 kvadrat metr, 100 kvadrat metr evi 200-250 kvadrat metr etmək olur. Zərərçəkmiş şəxs inanıb onunla razılaşmışdır. O da İlqara demişdir ki, özü də pul verəcək, o da pul verəcək. Həmin pullar müəyyən şəxslərə çatacaqdır. Onlar da evlərin sənədini hazırlayacaq və kvadratını artıracaq və sonunda külli miqdarda pul götürəcəklər. Yalandan İlqarı inandırmışdır ki, guya onlar Nərimanov rayon İcra Hakimiyyətində, Maliyyə Nazirliyində işləyən şəxslərə pul verilməlidir. İlqar bunun üçün nə qədər pul lazım olduğunu dedikdə, demişdir ki, konkret olaraq nə qədər pul lazım olduğunu bilmir, pullar hissə-hissə çatacaq, həmçinin özü də pul qoyacaq. Beləliklə 2016-cı ilin sentyabr 2020-ci ilin oktyabr ayına kimi İlqardan ümumilikdə 119.000 manat pul almışdır. Pulu hər dəfə İlqar Etibar ovdan alan zaman mənzilləri müəyyən şəxslərdən almaq üçün pul lazım olduğunu demiş, həmçinin mənzillərin sənədlərinin hazırlanması adı ilə almışdır. Pulları Bakı şəhərinin müxtəlif ərazilərində, Metropolitenin «Neftçilər», «Əhmədli» stansiyaları, həmçinin İlqarın işlədiyi «Bakıxanov» ticarət mərkəzi yaxınlığında, bundan əlavə «Yaşıl Bazar» adlanan bazarın yaxınlığında almışdır. İlqardan aldığı məbləğlər 8.000-13.000 arası dəyişmişdir. Xeyli müddət keçdiyindən konkret olaraq pulun məbləğləri, tarixləri və hansı məbləği hansı ərazidə almağını xatırlamır. Sonuncu dəfə 24 oktyabr 2020-ci il tarixdə İlqarla əlaqə saxlayıb yalandan demişdir ki, artıq 2 günə sənədlər hazırdır, bunun üçün də «Şirinlik» 3.000 manat pul lazımdır, İlqar etiraz etsə də sonuncunu inandırıb demişdir ki, 2.000 manat tapsın, 1.000 manat da guya özü qoyacaq. Səhərisi günü, yəni 25.10.2020-ci il tarixdə Zərərçəkmiş şəxsla Nəsimi rayonu Səməd Vurğun küçəsində yerləşən Maliyyə Nazirliyinin qarşısındakı istirahət parkında görüşərək İlqardan 2.000 manat pul almışdır. Orada görüşməklərinə səbəb o olmuşdur ki, yalandan İlqara demişdir ki, guya mənzillərin sənədlərini götürmək üçün Nazirlikdə kiməsə hörmət etmək lazımdır. Səhərisi günü İlqar ona zəng vurduqda demişdir ki, sənədlər hələ hazır deyil. Həqiqətən də Zərərçəkmiş şəxs dələduzluq yolu ilə 121.000 manat pul almışdır. Zərərçəkmiş şəxs dələduzluq yolu ilə əldə etdiyi pulları öz məqsədləri üçün istifadə etmiş, sonradan qazanc əldə edə bilmədiyinə görə İlqardan aldığı pulu qaytara bilməmişdir. İbtidai istintaq dövründə vurulmuş ziyandan Zərərçəkmiş şəxs ümumilikdə 18.000 manat, məhkəmə baxışı zxamanı isə 2500 manat ödəmişdir. Etdiyi əməldən peşimandır. İttiham olunduğu cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi cinayət işində olan dəlillərin aşağıdakı məcmusu ilə sübuta yetir. Məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2015ci ildən tanıyır. Özü «Bakıxanov» ticarət mərkəzində tikiş maşınların təmiri və satışı ilə məşğuldur. 2015-cı ildə «Bakıxanov» ticarət mərkəzində olarkən bir nəfər kişi qadınla birlikdə ona yaxınlaşaraq bildirmişlər ki, dərzi sexi açmaq istəyirlər, buna görə də onlara usta və texniki avadanlıqlar (tikiş maşını) lazımdır. Öz aralarındakı razılaşmaya əsasən onlarla birlikdə Bakı şəhəri, Xətai rayonu «Əhmədli» metrostansiyasmın yaxınlığında yerləşən dərzi yerinə getmişdir. Həmin yerə baxdıqda lazım olan texniki ləvazimatları onlara demişdir. Bir neçə gündən sonra həmin şəxslərlə əlaqə saxlamışdır. Xaliq və qadın onun iş yerinə gələrək avadanlıqlara baxmışlar və xoşlarına gəlmişdir. Bundan sonra o, avadanlıqları dərzi yerinə apararaq quraşdırmışdır. Xaliqlə onun arasında münasibət yaranmış, Xaliq tez-tez ona zəng vuraraq tikiş maşınlarının servisi ilə bağlı xahiş etmiş, o da tikiş maşınlarını təmir edərək pulunu almışdır. Boş olan vaxtlarda Xaliq onun yanma gələrək ordan-burdan söhbət etmişdir. 2016-cı ilin sentyabr ayında Xaliq ona demişdir ki, söküntü işləri ilə məşğul olmuşdur. Bakı şəhəri ərazisində olan bir mərtəbəli köhnə evlərin yerində yol çəkilən zaman, həmçinin hündür mərtəbəli binalar tikilən zaman həmin evlərin kvadrat metrini müəyyən dövlət nümayəndələri ilə danışıb artıraraq oradan qazanc əldə etmişlər. Məsələn 1 mərtəbəli yaşayış evi 50 kvadrat metrdirsə onu 150-200 kvadrat metr edib oradan qazanc əldə etmişdir. Təxminən adama 150-200 min manat qazanc əldə etmişlər. Xaliqdən kiminlə iş görməsini soruşduqda guya həmin şəxslərin Maliyyə Nazirliyində və Nərimanov rayon İcra Hakimiyyətində işlədiklərini demiş, lakin konkret olaraq ad çəkməmişdir. Guya həmin şəxslər evlərin söküntüləri işə məşğuldur və evlərin kvadrat metrinin artırılması ilə bağlı sənədləri həmin şəxslər hazırlayır. O, Xaliqin dediklərinə inanmışdır. Xaliq demişdir ki, Bakı şəhəri, Nərimanov rayonu ərazisində «Böyükşor» deyilən ərazidə xeyli sayda mənzillər plana düşmüş, onlar dövlət tərəfindən sökülürlər. Həmin yerdə yol çəkəcəklər, söküntü işləri başa çatdıqdan sonra evlərə görə pul verəcəklər. Xaliqdən həmin evlərin sənədinin olub-olmadığını soruşduqda ona demişdir ki, evlərin heç birinin sənədi yoxdur. Söküntü və yolun tikintisi başa çatana qədər evlərin sənədlərini hazırlamaq və evlərin kvadratını artırmaq lazımdır. Xaliq demişdir ki, məsələn 50 kvadrat metr evi 150 kvadrat metr, 100 kvadrat metr evi 200-250 kvadrat metr edə bilər. Həmin ərəfələrdə Xaliqlə birlikdə Böyükşor deyilən yerə gedib baxdıqda görmüşdür ki, evlərin çox qismi sökülüb, artıq yol çəkilir. Qalan evlərin söküntüsü davam edir. Xaliq ona konkret olaraq hansı evlərin sökülməsini, hansı evlərin kvadrat metrinin artırılması barədə heç bir söz deməmişdir. Xaliq təklif etmişdir ki, o da bu işə qoşula bilər. Özü də pul verəcək, o da pul verəcək. Həmin pullara yüksək vəzifəli şəxslərlə danışıb evlərin sənədini hazırlayacaqlar, kvadratını artıracaqlar və sonunda külli miqdarda pul götürəcəklər. Bunun üçün əlavə olaraq Nərimanov rayon İcra Hakimiyyətinə, Maliyyə Nazirliyinə pul verilməlidir. Nə qədər xərcləri çıxsa ikisi də köməklik edəcəklər. Lakin Xaliq bu işin neçəyə başa gəlməsi barədə heç bir söz deməmiş, o isə Xaliqlə razılaşmışdır. 2016-cı ilin sentyabr ayından 2020-ci ilin oktyabr ayına kimi hissə-hissə Xaliqə hissə-hissə olmaqla bir neçə dəfəyə 121.000 (bir yüz iyirmi bir min) manat pul vermişdir. Belə ki, 2016-cı ilin sentyabr ayının sonlarında Xaliq ona zəng vuraraq demişdir ki, Nərimanov rayon İcra Hakimiyyətində işləyən adını çəkmədiyi şəxsə 20.000 manat pul getməlidir ki, onları qeydiyyatada alsınlar. Xaliqin dediyinə görə bütün sənədlər onun adna həll olunacaqdı. İlk dəfə 2016-cı ilin sentyabr ayının sonlarında Xaliqlə Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi 5 ünvanında metronun «Əhmədli» stansiyasının yanında görüşərək sonuncuya 10.000 manat pul vermişdir. Xaliq ona demişdir ki, 10.000 manat da özü qoyacaq və 20.000 manat pulu dediyi yerə çatdıracaqdır. Sonra 2016-cı ilin oktyabr aymın ortalarında yenə də Xaliq onunla əlaqə saxlayaraq demişdir ki, Maliyyə Nazirliyində sənədləşməyə görə adını çəkmədiyi yüksək vəzifəli şəxsə 20.000 manat pul çatmalıdır. O, Xaliqlə «Neftçilər» metrostansiyasının yaxınlığında görüşərək 10.000 manat pulu sonuncuya vermişdir. Yenidən 2016cı ilin dekabr ayının ortalarında Xaliq mobil telefonla onunla əlaqə saxlayıb demişdir ki, mənzillərin sənədləşməsi üçün 20.000 manat pul lazımdır, hər biri 10.000 manat pul verməlidir. O da 2016-cı ilin dekabr ayının ortalarında Bakı şəhəri, Nərimanov rayonu Xətai prospekti 7 ünvanında yerləşən «Yaşıl Bazar» deyilən bazarın yaxınlığında görüşərək 10.000 manat pulu Xaliqə vermişdir. 2017-ci ilin aprel ayının əvvəllərində Xaliq mobil telefonla onunla əlaqə saxlayıb eyni adlı, yəni mənzillərin sənədləşməsinə görə guya Nərimanov rayon İcra Hakimiyyətinə 20.000 manat pul verməli olması adı ilə ondan 10.000 manat pul istəmiş, o, Xaliqlə «Əhmədli» stansiyasının yanında görüşərək 10.000 manat pul vermişdir. Bundan sonra yenidən 2017-ci ilin may ayının əvvəllərində Xaliq mobil nömrə ilə onunla əlaqə saxlayıb bildirmişdir ki, hər şey öz qaydasındadır, evlərin sökülməsi davam etdirilir, artıq sənədləşmə barədə də işlər gedir, yenidən 20.000 manat pul lazımdır, 10.000 manatı özü qoyacaq, qalan 10.000 manat pulu da o, verməlidir. O, yenidən Xaliqlə «Neftçilər» metrostansiyasının yaxınlığında görüşərək üzərinə düşən 10.000 manat pulu Xaliqə vermişdir. Demək olar ki, 2-3 gündən bir Təqsirləndirilən şəxslə mobil telefon vasitəsi ilə zəngləşmişlər, həmçinin görüşmüşlər, Xaliq onu əmin etmişdir ki, işlər qaydasında gedir. Xaliq hər dəfə ona zəng vuraraq evlərin sənədləşməsi üçün müxtəlif bəhanələrlə ondan pul tələb edərək müxtəlif məbləğlərdə pul almışdır. O, Xaliqə inanmış, evin sənədləşməsinə ümid etmişdir. Əvvəlcədən Xaliqlə bu barədə danışdıqda ona demişdir ki, mənzilləri təxminən 1 il müddətinə sənədləşdirəcək, ola bilsin ki, söküntü işləri uzana bilər, lakin konkret olaraq nə qədər pul verməyi barədə heç bir söz deməmişdir, ona görə də hər dəfə ondan pul istəyən zaman o, Xaliqə pul vermişdir. 2017-ci ilin iyul ayının ortalarında Xaliq mobil telefonla onunla əlaqə saxlayıb demişdir ki, yenidən sənədləşmə işlərinə pul lazımdır, çünki mənzillər artıq çoxalmış və onları öz adına keçirir, daha çox qazanc əldə edəcəklər, bunun üçün yenidən Maliyyə Nazirliyinə çatdırmaq üçün 20.000 manat pul lazımdır, lakin özünün cəmi 7.000 manat pulu var, ondan 13.000 manat pul istəmişdir. O da həmin ərəfədə «Bakıxanov Ticarət Mərkəzinin» arxasında görüşərək 13.000 manat pulu Xaliqə vermişdir. Xaliqlə yenə də danışmağa və görüşməyə davam etmiş, hər dəfə də işlərin yaxşı olduğunu demişdir. Bundan sonra 2017-ci ilin sentyabr ayının ortalarında Xaliq onunla əlaqə saxlayıb demişdir ki, yeni mənzillərin özəlləşdirilməsi üçün 15.000 manat pul lazımdır və ondan 8.000 manat pul istəmişdir. O da «Neftçilər» metrostansiyasınm yaxınlığında görüşərək 8.000 manat pulu Xaliqə vermişdir. 2017ci ilin noyabr ayının sonlarında Xaliq onunla əlaqə saxlayıb demişdir ki, mənzillərin özəlləşdirilməsi üçün 20.000 manat pul lazımdır və ondan 10.000 manat pul istəmiş, qalan 10.000 manatı özü qoyacaqdır. O da «Bakıxanov Ticarət Mərkəzinin» arxasında görüşərək Xaliqə 10.000 manat pul vermişdir. Bir müddət keçdikdən sonra Təqsirləndirilən şəxs ona demişdir ki, artıq mənzillərin sənədləri düzəlmiş, demək olar ki, söküntü işləri də qurtarmaq üzrədir, dövlət tərəfindən mənzillərə pul ayrılacaq və onlar qazanc əldə edəcəklər. 2018-ci ilin aprel ayının əvvəllərində Təqsirləndirilən şəxs ona demişdir ki, son sənədləşmə işləri gedir, bunları qurtarmaq üçün müəyyən şəxslərə 15.000 manat pul lazımdır, bu səbəbdən də o, 8.000 manat pul verməlidir. Xaliqlə «Bakıxanov Ticarət Mərkəzinin» arxasında görüşərək 8.000 manat pul vermişdir. Bundan sonra bir müddət keçdikdə Xaliq artıq ondan pul istəməmiş, hər dəfə demişdir ki, artıq sənədləri gözləyirlər. 2018-ci ilin yay aylarında oğlu Elvin ona demişdir ki, Xaliq dələduz adama oxşayır. Bu səbəbdən də Xaliqi görüşə çağırmağını xahiş etmişdir. O, Elvin və Xaliq Bakı şəhəri, Nizami rayonu 8-ci kilometr deyilən ərazidə görüşmüşlər. Xaliq oğlu Elvinin görüşə gəlməyi barəsində bilməmiş və Elvin də Xaliqi ilk dəfə həmin vaxt görmüşdür. Elvin Xaliqlə söhbət edib demişdir ki, onunla iş qurub, nə səbəbə külli miqdarda pul verdiyi təqdirdə ortada heç nə yoxdur. Xaliq Elvinə demişdir ki, evlərlə bağlı sənədləşmələr yekunlaşmaq üzrədir və tezliklə hər şey öz həllini tapacaq. Elvin həmçinin bildirmişdir ki, iş düzəlməsə sonradan pulu tələb edəcəklər, Xaliq də razılaşmışdır. Bir müddət keçsə də müsbət nəticə əldə olunmamışdır. 2018-ci ilin oktyabr ayının ortalarında Xaliq ona demişdir ki, sənədləşmə işlərinə görə guya Nərimanov rayon İcra Hakimiyyətindən 20.000 manat pul işləyirlər. Xaliqə demişdir ki, nə vaxta kimi onlar pul verməlidirlər, Xaliq də onu inandırmışdır ki, artıq işlər yekunlaşmışdır. «Neftçilər» metrostansiyasının yaxınlığında görüşərək Xaliqə 10.000 manat pul vermişdir. Yenidən 2018-ci ilin dekabr ayının sonlarında Xaliq ona demişdir ki, yeni ilin əvvəlki aylarında artıq sənədləri tam alacaqlar və bunun üçün 20.000 manat pul lazımdıri, özünün 9.000 manat pulu vardır, ona görə də ondan 11.000 manat verməyini istəmişdir. O da 2018-ci ilin dekabr ayının sonlarında «Yaşıl Bazar» deyilən bazarın yaxınlığında 11.000 manat pulu Xaliqə vermişdir. Artıq borca düşmüş, demək olar ki, ehtiyyat pulu da əldən çıxmışdır. Xaliq isə hər gün ona bəhanələr gətirməkdə davam etmiş, o isə Xaliqi gözləmişdir. 2019-cu ilin yanvar ayının ortalarında Xaliq bildirmişdir ki, artıq sabah sənədləri götürür, onu Maliyyə Nazirliyinə təqdim edib dövlətin ayırdığı pulları alacaqlar, bunun üçün 20.000 manat «Şirinlik» üçün pul lazımdır. O, Xaliqin dediyi sözə sevinmiş, daha sonra elə həmin ərəfədə 9.000 manatı «Bakıxanov Ticarət Mərkəzinin» arxasında görüşərək Xaliqə vermişdir. Xaliq demişdir ki, 11.000 manatı da üzərinə qoyub cəm halda vəzifəli şəxsə verəcəkdir. Bununla da Xaliqə 119.000 manat pul vermişdir. Ümumiyyətlə Təqsirləndirilən şəxs verdiyi pulları oğlu Şahid1 45.000 manat, bacanağının oğlu Şahid2 34.000 manat borc olaraq pul götürmüşdür. Oğlu və Camaldan pul götürən zaman da onlara demişdir ki, Xaliq adlı şəxslə ev işlərinin söküntüsünə girmiş və oradan qazanc əldə edəcək. Oğlu Elvindən və bacanağı oğlu Camaldan pulları Xaliq ondan istəyən zaman hissə-hissə olaraq götürmüşdür. Xaliqdən sənədləşmənin nə yerdə olduğunu soruşduqda hər dəfə ona müxtəlif bəhanələr gətirmişdir. Bir neçə dəfə oğlu Elvin ona bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət etməyi ilə bağlı məsləhət vermiş, lakin o, düşünmüşdür ki, şikayət versə pulu bata bilər. Böyükşor qəsəbəsində yollar açılsa da Xaliq demişdir ki, evlərə görə pul ödənməmiş, dövlət evlərin sənədləşməsini gözləyir. 2020-ci ilin fevral ayında ölkə ərazisində «Covid-19» pandemiyası yaranmışdır. Xaliq Ağdam rayonuna getmiş və 1-2 ay geri qayıda bilməmişdir. O isə özünə məxsus olan tikiş maşınlarını sataraq əldə olunan pulları Xaliqə vermişdir. Sonuncu dəfə 2020-ci ilin oktyabr ayının 25-də Xaliq ona zəng vuraraq demişdir ki, evlərin sənədləri hazırdır, sənədləri götürmək üçün 3.000 manat şirinilik vermək lazımdır. O, Xaliqə demişdir ki, həmin adama aparıb pulu versin, sənədləri ona versin. Xaliq bir neçə dəqiqə keçdikdən sonra ona zəng vurub demişdir ki, həmin adam deyir ki, bütün pulları özü vermiş, ona görə də başqa şəxslər işə qoşulmasın. 25 oktyabr 2020-ci il tarixdə Xaliqlə Maliyyə Nazirliyinin yaxınlığında yerləşən parkda görüşərək sonuncuya 2.000 manat pul vermişdir. Çünki Xaliq ona demişdir ki, 1.000 manat da pulun üzərinə özü qoyub guya Maliyyə Nazirliyində işləyən kiməsə verib sənədləri alacaqdır. Xaliqlə əlaqə saxlamış, sonuncu demişdir ki, pulu həmin şəxsə vermiş, bir neçə gün ərzində sənədləri verəcəkdir. O, bir neçə gün gözlədikdən sonra şikayət etmişdir. Təqsirləndirilən şəxs ondan dələduzluq yolu ilə hissəhissə olmaqla 121.000 manat pul almış, verdiyi vədə əməl etməmiş və ondan aldığı pulu qaytarmamışdır. Hazırkı vaxta kimi Xaliq ona 20.500( iyirmi min beş yüz) manat pul qaytarmış, bir yüz beş min manat boclu qalmışdır, hazırda pulunu tələb edir. Məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun atasıdır. Atası İlqar Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən «Bakıxanov» ticarət mərkəzində tikiş maşınların təmiri və satışı ilə məşğuldur. 2017-ci ilin yay aylarında atası İlqar ona demişdir ki, bir nəfər şəxslə iş qurur, bunun üçün də müəyyən məbləğdə pul lazımdır. Maraqlandıqda atası demişdir ki, Təqsirləndirilən şəxs adında bir tanışı vardır. Həmin tanışı Bakı şəhəri, Nərimanov rayonu ərazisində «Böyükşor» deyilən ərazidə yerləşən bir mərtəbəli yaşayış evlərini müəyyən şəxslərdən alaraq tanışları vasitəsi ilə müəyyən sənədləşmələr aparıldıqdan sonra evlərin kvadrat metrlərini böyüdərək qazanc əldə edəcəklər. Belə ki, həmin evlər plana düşmüş, evlər söküldükdən sonra orada yol çəkiləcək və yaxud da hündürmərtəbəli binalar tikiləcəkdir. Bunun üçün də həmin evlərin ölçüsünü böyüdərək onları satmaqla təxminən 800.000-900.000 qazanc əldə edəcəklər. Atasının danışdıqlarına inanmış, həmçinin atası demişdir ki, hazırki vaxta qədər Xaliqə müəyyən məbləğlərdə pul vermişdir. Bu səbəbdən də ilk dəfə atasına borc olaraq 5.000 manat pul vermiş, atası da öz bildirmişdir ki, pulu Xaliqə verəcək. Bir sözlə 2017-ci ilin yay aylarından 2020-ci ilin oktyabr ayına kimi olan müddətlər ərzində atası ondan müxtəlif vaxtlarda cəmi 45.000 manat, həmçinin onda pul olmadığı hallarda xalası qızının əri Şahid2 müxtəlif vaxtlarda və müəyyən məbləğlərdə cəmi 34.000 manat borc alaraq Xaliqə vermişdir. Atasının davamlı olaraq ondan və Camaldan borc pul götürərək Xaliqə çatdırması onda narahatçılıq doğurmuşdur. Hər dəfə atasından məsələnin nə yerdə olduğunu soruşduqda demişdir ki, Xaliq deyir sənədləşmələr yaxın vaxtlarda bitəcək və onlara pul veriləcək, lakin məsələ uzanmışdır. 2018-ci ilin yay aylarında atasına demişdir ki, Xaliq dələduz adama oxşayır, onu görüşə çağırsın O, atası və Xaliq Bakı şəhəri, Nizami rayonu 8-ci kilometr deyilən ərazidə görüşmüşlər. Xaliqi ilk dəfə həmin vaxt görmüşdür. Xaliqə demişdir ki, atası ilə iş qurmuş, nə səbəbə atası külli miqdarda pul verdiyi təqdirdə ortada heç nə yoxdur. Xaliq ona demişdir ki, evlərlə bağlı sənədləşmələr yekunlaşmaq üzrədir, tezliklə hər şey öz həllini tapacaq. Bu barədə Maliyyə Nazirliyi və Nərimanov rayon İcra Hakimiyyətində müvafiq sənədləşmələr gedir, məsələ tezliklə öz həllini tapacaq. Xaliqə demişdir ki, atasından aldığı pullara görə qurduğu iş düzəlməsə sonradan pulu ondan tələb edəcəklər, Xaliq də onunla razılaşmışdır. Bir müddət keçsə də müsbət nəticə əldə olunmamış, Xaliq yenə də müxtəlif bəhanələr gətirərək atası İlqardan pul almaqda davam etmişdir. O, atasına bir neçə dəfə demişdir ki, Xaliqdən şikayət etsin ya da verdiyi pullan geri alsın. Lakin atası ona demişdir ki, Xaliq bildirmişdir ki, pulu geri almaq mümkün deyil, belə olan halda pul batar, o da öz növbəsində pulu guya kimlərəsə vermişdir. Atası yenə də ondan və Camaldan borc pul alaraq Təqsirləndirilən şəxs verməkdə davam etmişdir. Bir müddət sonra Böyükşor qəsəbəsindəki evlər sökülmüş, artıq həmin ərazidə yeni yol açılmışdır. Lakin Xaliq atasına demişdir ki, pullarla bağlı sənədləşmə yekunlaşmaq üzrədir. Sonuncu dəfə 2020-ci ilin oktyabr ayının 26-da Xaliq atasınra zəng vuraraq demişdir ki, evlərin sənədləri hazırdır, sənədləri götürmək üçün 3.000 manat şirinlik vermək lazımdır. Guya 1.000 manat da özü qoyacaq. Atası bunu ona deyib ondan 2.000 manat borc pul istəmişdir. Atası demişdir ki, bu pul sonuncudur, sabaha sənədlər hazırdır. O, atasına 2.000 manat borc vermişdir. 25 oktyabr 2020-ci il tarixdə atası Maliyyə Nazirliyinin qarşısında görüşərək Xaliqə 2.000 manat pul vermişdir. Bir neçə gün atası gözlədikdən sonra Xaliqdən yenə də xəbər çıxmamış, artıq bilmişlər ki, Xaliq atasına qarşı dələduzluq edib pulunu ələ keçirmişdir. Atası dediyinə görə 2016-2020-ci illər ərzində müxtəlif vaxtlarda, müxtəlif məbləğlərdə Təqsirləndirilən şəxs iş görmək adı ilə külli miqdarda pul vermişdir. Konkret atasmm Təqsirləndirilən şəxs nə qədər pul verməsini atası özü bilir, həmin pulların 45.000 manatını ondan, 34.000 manatını qohumları Camaldan borc olaraq alıb vermiş, qalan pul öz pulu olmuşdur. Atası şikayət etməmişdən əvvəl Təqsirləndirilən şəxs zəng vuraraq pulları tələb etmiş, həmin ərəfələrdə Xaliq onunla görüşərək 2.000 (iki min) manat pulu geri qaytarmış, o da atasına vermişdir. Məhkəmədə dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qaynatasının bacanağıdır. İlqarla münasibəti həmişə yaxşı olmuşdur. İlqar Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən «Bakıxanov» ticarət mərkəzində tikiş maşınların təmiri və satışı ilə məşğuldur. 2017-ci ildə İlqar ona demişdir ki, bir nəfər şəxslə İş qurur, bunun üçün də ona müəyyən məbləğdə pul lazımdır. İlqardan nə işi olduğunu maraqlandıqda demişdir ki, Təqsirləndirilən şəxs adında bir tanışı vardır. Həmin tanışı «Böyükşor» deyilən ərazidə yerləşən bir mərtəbəli yaşayış evlərini müəyyən şəxslərdən alaraq tanışları vasitəsi ilə müəyyən sənədləşmələr aparıldıqdan sonra evlərin kvadrat metrlərini böyüdərək qazanc əldə edəcəklər. Belə ki, həmin evlər plana düşüb, evlər söküldükdən sonra orada yol çəkiləcək və yaxud da hündür mərtəbəli binalar tikiləcəkdir. Bunun üçün də həmin evlərin ölçüsünü böyüdərək onları satmaqla təxminən 800.000-900.000 qazanc əldə edəcəklər. 2017-ci ildən 2020-ci ilin ortalarına kimi olan müddətlər ərzində İlqar ondan müxtəlif vaxtlarda və müəyyən məbləğlərdə ümumilikdə 34.000 manat pul almış, pulu borc kimi alan zaman da demişdir ki, Xaliq adlı şəxslə iş qurur, pulu da Xaliqə verir. Sonradan eşitmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı dələduzluq edərək pullarını ələ keçirmişdir. İlqar ondan əlavə oğlu Elvindən də 45.000 (qırx beş min) manat pul almışdır. Cinayət işinin 157-159-cu vərəqlərində olan 05 mart 2021-ci il tarixli telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadə etdiyi 055 ***-**-** və GSM nömrəsinə daxil olan SMS mətnlərindən müəyyən edilmişdir ki, 055 ***-**-** saylı mobil nömrələrlə danışıq və SMS mətnləri 24.09.2018-ci il etibarən aktiv vəziyyətdə olmuşdur. 24.09.2018-ci il tarixdən etibarən Zərərçəkmiş şəxs istifadəsində olan (055, 070) ***-**-** saylı mobil nömrələrlə 27.10.2021-ci il tarixə qədər qarşılıqlı olaraq danışıqlar aparılmışdır, həmçinin həmin nömrələr arasında SMS yazışmalarının olması müşahidə olunur. Müəyyən olunur ki, 25.10.2020- ci il tarixdə də Təqsirləndirilən şəxs istifadəsində olan 055 ***-**-** mobil nömrə ilə Zərərçəkmiş şəxs istifadəsində olan (055, 070) ***-**-** saylı mobil nömrələrlə 4 dəfə qarşılıqlı olaraq 22, 15, 13 və 41 saniyə ərzində danışıqlar olmuşdur. Bundan əlavə eyni qayda ilə Təqsirləndirilən şəxs istifadə etdiyi 055 ***-**-** və GSM nömrəsinə daxil olan SMS mətnlərindən müəyyən edilmişdir ki, 055 ***-**-** saylı mobil nömrələrlə danışıq və SMS mətnləri 02.01.2016-ci il etibarən aktiv vəziyyətdə olmuş, 11.11.2016-cı ildən sonra mobil nömrə passiv vəziyyətdə olmuş, danışıq aparılmamış, yalnız SMS mətnləri müşahidə olunur. 02.01.2016-cı il tarixdə etibarən Zərərçəkmiş şəxs istifadəsində olan (055, 070) ***-**-** saylı mobil nömrələrlə qarşılıqlı olaraq danışıqlar aparılmışdır, həmçinin həmin nömrələr arasında SMS yazışmalarının olması müşahidə olunur. Bundan əlavə təqsiriləndirilən şəxsin digər şəxslərlə aralarında olan SMS yazışmalarında iş üçün əhəmiyyət kəsb edən hər hansı bir fakt aşkar olunmamışdır. Həmçinin Təqsirləndirilən şəxs istifadə etdiyi GSM nömrələrinə digər şəxslərə məxsus olan mobil nömrələr arasında olan telefon zənglərində iş üçün əhəmiyyət kəsb edən hər hansı bir hal aşkar olunmamışdır. Cinayət işinin 261-267-ci vərəqlərində olan 08.12.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdikləri xüsusatları təsdiq edərək Təqsirləndirilən şəxs üzünə demişdir. Cinayət işinin 268-274-cü vərəqlərində olan 13 dekabr 2021-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları hadisə yerlərində əyani göstərməklə təsdiq etmişdir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci i tarixli, 7 №-li qərarında göstərilmişdir ki, dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərərçəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. CPM-nin 139-cu maddəsinə əsasən cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını və maddi sübutları tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməllərini törətməsi məhkəmədə tam sübuta yetirilmişdir, onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 178.3.2-ci maddəsi ilə tövsif edilmiş, o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 93-cü vərəqində olan protokoldan və 133-136-cı vərəqlərində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə 20 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan seçilmişdir. Cinayət işinin 193-197-ci vərəqələrində olan Bakı şəhər Nəsimi rayon Məhkəməsiin 28 aprel 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri, “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işinin 221-ci vərəqində olan “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin sçeilməsi haqqında” 12 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində baqşa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 69-70, 152-154-cü vərəqlərində olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Satistik İnformasiya İdarəsindən alınmış tələbnamədən, həmçinin Ağdam rayon Məhkəməsindən götürülmüş 31.01.2021-ci il tarixli qərardan görünür ki, Əliyev X1 rayon məhkəməsinin 16.12.2015ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 2700 manat cərimə cəzasına məhkum olunmuş, Ağdam rayon məhkəməsinin 31.01.2018-ci il tarixli qərarına əsasən cəzadan azad edilmişdir. Göründüyü kimi təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Cinayət işinin 260-ci vərəqində olan Zərərçəkmiş şəxs Ağakərim oğlu ərizəsindən görünür ki, Nəsimi RPİ-nin İstintaq şöbəsinə müraciət edərək təqsinləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 121.000 manat maddi ziyandan 18.000 manat ziyan ödənilmişdir. Məhkəmədə müəyyən olundu ki, məhkəmə istintaqı gedişində təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyandan 2.500 (iki min beş yüz) manat ödəmişdir. Maddi ziyanı qismən ödəməsi CM-nin 59.1.14-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimaitəhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, cinayət nəticəsində vurulmuş maddi ziyanı tam ödəməməsini və şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. CPM-nin 158.2 və 158.6-cı maddəsinə əsasən «təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır. Tutulduğu, həbsdə və ya ev dustaqlığında saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxil edilir. Cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunan cəza müddətinə daxil edilir. Belə olan halda təqsirləndirilən şəxsin həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təyin olunacaq cəzaya daxil edilməlidir. Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə 20 yanvar 2021-ci il tarixdən 12 iyul 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı ümumilikdə 5 (beş) ay 22 (iyirmi iki) gün təyin edilən cəzaya hesablanaraq həmin cəzadan çıxılmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli və barəsində həbs qətimkan tədbiri seçilməklə məhkəmə iclas zalından həbsə alınmalı, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməli, cəzaçəkmə müddətinin başlanğıcı 22 fevral 2022-ci il tarixdən hesablanmaqla CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində iş üzrə CM-nin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. CPM-nin 180.2-ci maddəsinə görə şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Odur ki, Zərərçəkmiş şəxs oğlu mülki iddia vermədiklərindən onlara vurulmuş ziyanın ödənilməsinə dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə cavabdehin olduğu yer üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak və məhkəmə məsrəfi yoxdur, maddi sübut olan 2 ədəd disk cinayət işi materiallarında saxlanılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarını təyinatla Bakı şəhər 3 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmiş və müdafiəçi cinayət işinin materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirakı ilə əlaqədar 50 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 300 (üç yüz) manat fəaliyyət göstərdiyi Bakı şəhər 3 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 7 (yeddi) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, 20 yanvar 2021-ci il tarixdən 12 iyul 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı ümumilikdə 5 (beş) ay 22 (iyirmi iki) gün təyin edilən cəzaya hesablanaraq həmin cəzadan çıxılmaqla üzərində qəti olaraq 6 (altı) il 6 (altı) ay 8 (səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizaq qətimkan tədbiri ləğv edilsin və barəsində həbs qətimkan tədbiri seçilməklə məhkəmə iclas zalından həbsə alınsın, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin, cəzaçəkmə müddətinin başlanğıcı 22 fevral 2022-ci il tarixdən hesablansın. Maddi sübut olan 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs izah edilsin ki, vurulmuş ziyanın ödənilməsinə dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə cavabdehin olduğu yer üzrə məhkəməyə müraciət etmək hüququ var. Göstərdiyi hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 300 (üç yüz) manat fəaliyyət göstərdiyi Bakı şəhər 3 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əfqan Hacıyev Hakimlər Telman Hüseynov Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-557/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-557/2022
22.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver