Məhkəmə qərarları › İş №1(101)-557/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-557/2025

10.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-557/2025 10.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1974-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-464/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 02 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu olan, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə- Cinayət Məcəlləsi və ya CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni və narkotik vasitəni əldə edib üzərində saxlayıb daşımaqla Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilir. İşin faktiki halları

1. İttiham aktına görə, Təqsirləndirilən şəxs psixotrop maddə və narkotik vasitələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 2,506 qram çəkidə psixotrop maddə metamfetamin və 0,21 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana əldə edib özündə saxlamaqla daşımış, 07 may 2024-cü il tarixdə saat 09:00-da ünvan 3 ünvanında yerləşən 1 saylı X10 həyətində olarkən özünü şübhəli apardığından DİN-in X17 Alayının 9-cu Patrul bölüyünün polis nəfərləri tərəfindən saxlanılaraq Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86 ünvanında yerləşən Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin inzibati binasına aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan gödəkçəsinin cibindəki dəmir qutunun içərisindən 10 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,289 qram, 0,025 qram, 0,022 qram, 0,025 qram, 0,029 qram, 0,029 qram, 0,021 qram, 0,027 qram, 0,020 qram və 0,019 qram olmaqla ümumi təmiz çəkisi 2,506 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin və 01 ədəd bükümdə təmiz çəkisi 0,21 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

2. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli əməliyyat raportuna əsasən xx.xx.1974-cü il tarixdə Bakı şəhərində doğulmuş, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin təsiri altında olmasına əsaslı şübhələr olduğundan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 09:00-da ƏÇPA-nın 9-cu patrul bölüyünün əməkdaşları tərəfindən ünvan 3 ünvanında yerləşən 1 saylı X10 həyətində saxlanılaraq 09:45-də Nəsimi Rayon Polis İdarəsinə gətirilmişdir. (Cild 1, iş vərəqi 5)

3. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” xx.xx.2024-cü il tarixli protokol və “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmazdan əvvəl bu barədə tərtib olunmuş qərarla tanış edilmiş, üstündə, paltarında, paltarlarının ciblərində, əşyalarında və ya bədənində olması ehtimal edilən əşyaları könüllü surətdə təqdim etməsi ona təklif edilmişdir. Bundan sonra o, əynində olan mavi rəngli gödəkçəsinin cibindən 01 ədəd çəhrayı rəngli dəmir qutu və çiynindən asılmış 01 ədəd qara rəngli çantanı çıxararaq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd çəhrayı rəngli dəmir qutu açılaraq baxıldıqda həmin qutunun içərisində 11 ədəd kağıza bükülmüş bükümlər aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd qara rəngli çantaya baxıldıqda 03 ədəd mobil telefon, 02 ədəd “Powerbank”, 01 ədəd “USB” kabel, 01 ədəd adapter başlığı, 01 ədəd elektron siqaret və 01 ədəd portmanat (kaşlyok) aşkar edilmiş, həmin portmanata (kaşlyok) baxıldıqda 02 ədəd “Bakıkart”, 01 ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi, 01 ədəd 05 manatlıq və 01 manatlıq olmaqla ümumilikdə 06 manat pul aşkarlanmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd çəhrayı rəngli dəmir qutunun içərisində olan 11 ədəd kağıza bükülmüş bükümləri xx.xx.2024-cü il tarixdə səhər saatlarında “1 saylı X18”in əsas giriş qapısının qarşısında “Fidan” adlı şəxsdən öz istifadəsi üçün 120 manata aldığını və bükümlərin içərisində psixotrop maddə metamfetamin və narkotik vasitə marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 11 ədəd büküm və 03 ədəd mobil telefon cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 186 saylı möhürü ilə möhürlənib götürülmüş, 02 ədəd “Powerbank”, 01 ədəd “USB” kabel, 01 ədəd adapter başlığı, 01 ədəd elektron siqaret və 01 ədəd portmanat, 02 ədəd “Bakıkart”, 01 ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi, 01 ədəd 05 manatlıq və 01 manatlıq olmaqla ümumilikdə 06 manat pul özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən, Nəsimi Rayon Polis İdarəsinə gətirilərkən, həmçinin Nəsimi Rayon Polis İdarəsində olduğu müddət ərzində ona qarşı hər hansı formada təzyiqlərin tətbiq edilmədiyini bildirmişdir. (Cild 1, iş vərəqi 48-50, 140-141)

4. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16-2- 7/709 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs aşkar edilmiş...” yazılar və imzalar olan zərfdə 01 (bir) ədəd çəhrayı rəngli dəmir qabda 01 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 0,21 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi 0,21 qram olmuş, 0,02 qram tədqiqata sərf edildikdən sonra 0,19 qram qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 72 (yetmiş iki) manat təşkil edir. (Cild 1, iş vərəqi 66-67)

5. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16-2- 6/2545 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 186” dairəvi möhür əksi olan, “07.05.24-cü il tarixdə Təqsirləndirilən şəxs aşkar edilmiş 11 ədəd büküm; Saxlanılan şəxs “imza” Təqsirləndirilən şəxs” və digər yazı, ad, soyad, imzalar qeyd edilmiş bir ədəd zərfdəki ümumilikdə 10 (on) ədəd bükümdə: 01 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 2,289 qram və 09 (doqquz) ədəd bir üzü gümüşü rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləsi 0,025 qram, 0,022 qram, 0,025 qram, 0.029 qram, 0,029 qram, 0,021 qram, 0.027 qram, 0,020 qram və 0,019 qram, ümumi təmiz çəkisi 2,506 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Metamfetaminin təmiz çəkisi 2,506 qram olmuş, 0,140 qram tədqiqata sərf edildikdən sonra 2,366 qram qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 89 (səksən doqquz) manat təşkil edir. (Cild 1, iş vərəqi 71-75)

6. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Cinayət işi üzrə əməlin tövsif olunması haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmişdir. (Cild 1, iş vərəqi 85-86)

7. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqi 89- 90)

8. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X11 X6 iştirakçısına verilən “Sertifikat 1”-dən görünür ki, Təqsirləndirilən şəxs həmin sertifikat xx.xx.2024-cü il tarixdə verilmiş və etibarlılıq müddəti xx.xx.2024-cü il tarixədək olmuşdur. (Cild 1, iş vərəqi 108)

9. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş “Cinayət işi üzrə maddi sübut kimi tanınma haqqında” xx.xx.2024-cü il tarixli qərara əsasən, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 2,506 qram psixotrop maddə metamfetamin və 0,21 qram narkotik vasitə marixuana maddi maddi sübut hesab edilməklə ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,366 qram psixotrop maddə metamfetamin və 0,19 qram narkotik vasitə marixuana məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinat məsələsi həll edilənədək saxlanılmasından ötrü Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (Cild 1, iş vərəqi 119-120)

10. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, 51/2-16104 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini və narkotik vasitə marixuananı aldığı “Fidan” adlı şəxsin şəxsiyyəti və olduğu yeri müəyyən etmək mümkün olmamışdır.

11. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus 02 ədəd “Samsung” markalı və 01 ədəd “Nokia” markalı mobil telefonlara baxış keçirilən zaman cinayət təqibi üçün əhəmiyyət kəsb edən məlumat aşkarlanmamışdır. (Cild 1, iş vərəqi 148)

12. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 X11 xx.xx.2024-cü il tarixli, 573 saylı ekpert rəyindən görünür ki, 1974-cü il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizasına əsasən, hadisə haqqında qərarda göstərilənləri nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara uyğun olaraq Təqsirləndirilən şəxs bədən səthində xəsarət və onun izinin aşkar edilməməsi nəticəsinə gəlinmişdir. (Cild 1, iş vərəqi 156-157)

13. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3063 nömrəli ekspert rəyinə əsasən, Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (Cild 1, iş vərəqi 158-159).

14. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “2 nömrəli X1”-nın xx.xx.2024-cü il tarixli, 1/3120 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün həmin xəstəxanaya müraciət etməmişdir. (Cild 1, iş vərəqi 199)

15. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs uşağı X7 atasına məxsus 02 ədəd “Samsung” markalı və 01 ədəd “Nokia” markalı mobil telefonları təhvil almışdır. (Cild 1, iş vərəqi 213)

16. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 01 ədəd DVD disk maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs əldə etdiyi külli miqdarda psixotrop maddə metamfetamin və narkotik vasitə marixuananın mənbə xüsusatına görə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə hazırki cinayət işindən ayrıca cinayət işi ayrılmış, təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər istintaq sənədləri sübut növü kimi qiymətləndirilmişdir. (Cild 1, iş vərəqi 214-226)

17. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamin və narkotik vasitə marixuananı əldə etdiyi mənbə xüsusatına görə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə hazırki cinayət işindən ayrıca cinayət işi ayrılmışdır. (Cild 1, iş vərəqi 228-229)

18. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin X17 Alayının 9-cu Patrul bölüyünün polis nəfəri Şahid3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. 2024-cü il tarixdə əməliyyat qrupuna dəstək məqsədilə Təqsirləndirilən şəxs yaxınlaşmış, sonuncuya yaxınlaşan vaxt Təqsirləndirilən şəxs əlində dəmir qab olduğunu görmüş, sonuncu dəmir qabın içərisini açdıqdan sonra müxtəlif bükümlər halında narkotik tərkibli maddələr aşkarlanmışdır. Həmin qabın içərisinə polis idarəsində baxış keçirildikdən sonra narkotik tərkibli maddə olması məlum olmuş, hadisənin üzərindən uzun vaxt keçdiyinə görə təfərrüatlı şəkildə xatırlamamışdır. Şahid3 həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılan vaxt onunla Şahid1 və Şahid2 də xidmətdə olmuşdur. Təqsirləndirilən şəxs “Semaşko” xəstəxanasının çıxışında özünü şübhəli apardığına görə saxlamış, sonuncu polis əməkdaşlarına müqavimət göstərməmiş, lakin əlindəki dəmir qabı atmaq istəmişdir. Təqsirləndirilən şəxs səhərə yaxın saxlanılmış, Təqsirləndirilən şəxs saxladıqdan sonra polis idarəsinə aparmış, orada üzərinə baxış keçirildikdən sonra narkotik tərkibli maddələr aşkar edilmiş, aşkarlanmış narkotik tərkibli maddələr qablaşdırılaraq ekspertizaya göndərilmiş, Təqsirləndirilən şəxs onlara könüllü şəkildə narkotik tərkibli maddələrin satışı ilə məşğul olduğunu etiraf etmiş, Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixi zorakılıq edilməmiş, Təqsirləndirilən şəxs üzərindən müxtəlif növ narkotik tərkibli maddələr aşkar edilmiş, Təqsirləndirilən şəxs saxlanılarkən hava aydın olmuş, Təqsirləndirilən şəxs üzərinə baxış keçirməmiş, dəmir qutu Təqsirləndirilən şəxs əlində olmuş, dəmir qutuya baxış keçirilməmiş, dəmir qutunu Təqsirləndirilən şəxs özü açmış, dəmir qutunun içərisindəki bükümlərin sayını, həcmini və s. xatırlamamış, Təqsirləndirilən şəxs üzərinə və əlindəki dəmir qutuya polis idarəsində baxış keçirilmiş, Təqsirləndirilən şəxs polis idarəsinə gətirildikdən sonra hüquqlarının müdafiə olunması məqsədilə vəkillə təmin olunmuş, Təqsirləndirilən şəxs kiməsə narkotik tərkibli maddə satmasının şahidi olmamış, Təqsirləndirilən şəxs saxladıqdan sonra özünü sonuncuya təqdim etmiş, hüquqlarını və vəzifələrini izah etmiş və saxlanma səbəbini Təqsirləndirilən şəxs izah etmişlər. Təqsirləndirilən şəxs polis idarəsinə polis avtomobilində aparmış, Təqsirləndirilən şəxs 3 nəfərdən ibarət polis əməkdaşı tərəfindən idarəyə aparılmış, Təqsirləndirilən şəxs polis avtomobilində arxa oturacaqda əyləşmiş, Təqsirləndirilən şəxs qoluna qandalı özünə zərər yetirməməsi üçün o vurmuş, Təqsirləndirilən şəxs polis avtomobilinə əyləşən zaman 2 hal şahidinin iştirakı ilə üzərini yoxlayıb sonuncunu avtomobilə əyləşdirmiş, 2 hal şahidi olmuş, hal şahidlərindən biri qadın digəri kişi cinsli olmuş, lakin hadisənin üzərindən uzun zaman keçdiyinə görə həmin şəxslərin adlarını xatırlamamış, 2 hal şahidinin şəxsiyyət vəsiqələrinə baxış keçirilmiş, onlardan biri həkim olmuş, Təqsirləndirilən şəxs yaxınlaşan vaxt yanlarında 2 nəfər də olmuş, Təqsirləndirilən şəxs vəkili yanında olmuş, sonuncu təhqiqatçının otağından çıxarılaraq başqa yerə aparılmamış, həmin idarənin 1 nəfər əməkdaşı da orada olmuş, onlara “Semaşko” xəstəxanasının həyətində qanunsuz maddələrin satışı ilə bağlı əməliyyat məlumatı daxil olmuş, birbaşa Təqsirləndirilən şəxs ilə bağlı əməliyyat məlumatı idarəyə daxil olmamış, “Semaşko” xəstəxanasının həyətində Təqsirləndirilən şəxs əlindəki dəmir qab birbaşa sonuncunun özü tərəfindən açılmış, həmin qabın içərisində qanunsuz maddələrin mövcud olması müəyyən edilmiş, dəmir qab Təqsirləndirilən şəxs əlində olmuş, dəmir qabı sonuncu özü açmış və bağlamışdır. Dəmir qaba orada onlar tərəfindən baxış keçirilməmiş, polis avtomobilinə əyləşdikdən sonra dəmir qabı Təqsirləndirilən şəxs əlindən alıb özündə saxlamış, polis idarəsinə çatdıqdan sonra dəmir qabı növbətçiyə təhvil vermiş, Təqsirləndirilən şəxs üzərinə və əlindəki dəmir qaba polis idarəsinin 3-cü mərtəbəsindəki xidməti otaqlardan birində baxış keçirilmiş, Təqsirləndirilən şəxs özünü və əlindəki dəmir qabı növbətçi hissəyə ilk olaraq təhvil vermişlər. Dəmir qab ilk dəfə “Semaşko”-nun həyətində Təqsirləndirilən şəxs özü tərəfindən açılmış, dəmir qabın sonradan Təqsirləndirilən şəxs necə təqdim olunduğunu bilməmiş, onlar tərəfindən dəmir qabın içərisinə heç bir maddə qoyulmamış, onlar tərəfindən dəmir qabın içərisindən heç bir maddə atılmamış, Təqsirləndirilən şəxs saxlanıldığı yerdə müşahidə kameraları mövcud olmuş, istintaq şöbəsinin rəisinin otağına onlar və əməliyyat qrupunun üzvləri birgə halda Təqsirləndirilən şəxs aparmış, ibtidai istintaqda verdiyi ifadəni təsdiq etmiş, imzalar ona məxsus olmuş, əlindəki dəmir qabı Təqsirləndirilən şəxs özü açmış, polis avtomobilinə əyləşən vaxt dəmir qabı Təqsirləndirilən şəxs əlindən alaraq özündə saxlamış və idarəyə çatdıqdan sonra Təqsirləndirilən şəxs yanında dəmir qabı növbətçi hissəyə təhvil vermiş, dəmir qabı növbətçi hissəyə təhvil verərkən Təqsirləndirilən şəxs onun yanında olmuş, dəmir qabın içərisində bükümlər mövcud olmuş, həmin bükümlər ağ kağıza bükülmüş, bükümlərin həcmini xatırlamamışdır.

19. Şahid3 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər olduğundan həmin ifadə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (Cinayət-Prosessual Məcəlləsi və ya CPM) 329.1-ci maddəsinə əsasən, elan edilərək tədqiq edilmişdir. Şahid3 həmin ifadəsində göstərmişdir ki, o, X17 Alayının 9-cu Patrul bölüyünün polis nəfəri vəzifəsində xidmət etməklə Təqsirləndirilən şəxs əvvəllər tanımamış aralarında hər hansı bir ədavət olmamışdır. 07 may 2024-cü il tarixdə, saat 09:00-da ünvan 6 ünvanında yerləşən 1 saylı X10 həyətində X17 Alayının 9-cu Patrul bölüyünün polis nəfərləri Şahid1 və Şahid2 ilə xidmətdə olduğu zaman bir nəfər şəxsin onları gördükdə istiqamətini dəyişərək iti addımlarla yeriməyə başladığını müşahidə etmiş və həmin şəxsin arxası ilə getmişlər. Həmin şəxs qaçmağa başlamış, onlar da arxası ilə qaçaraq həmin şəxsi saxlamışlar. Özlərini təqdim edərək həmin şəxsdən də özünü təqdim etməsini xahiş etdikdə həmin şəxs onlara Təqsirləndirilən şəxs olduğunu demişdir. Təqsirləndirilən şəxs nə üçün polis əməkdaşlarını gördükdə qaçdığını soruşmuş, sonuncu üzərində psixotrop maddə və narkotik vasitə olduğunu və bunun üçün qaçdığını demişdir. Saxlanıldığı yerdə müvafiq sənədləşmə işlərinin aparılması mümkün olmadığı üçün Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirmiş, sonuncunu xidməti avtomobilə əyləşdirmiş və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin inzibati binasına aparmışlar. Polis idarəsinin inzibati binasında hüquqları və üzərinə şəxsi axtarış keçirilməsinin zəruriliyi izah edilmiş, vəkilinin olub-olmadığı və ya öz hesabına vəkil dəvət etmək istəyib-istəmədiyi soruşulmuş, Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini demiş və müvafiq ərizə yazmış, müdafiəçisi Şahid5 Coban oğlu gəldikdən sonra Təqsirləndirilən şəxs vəkili ilə konfidensial görüşü təmin edilmiş, sonra videoçəkiliş üçün mütəxəssis dəvət edilmişdir. Təqsirləndirilən şəxs mütəxəssisə etirazının olmadığını bildirmiş, sonra vəkili Şahid5 iştirakı ile videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ilk öncə sonuncuya hüquq və vəzifələri izah olunmuş, sonra üzerində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan mavi rəngli gödəkçəsinin cibindən dəmir qutunu çıxardaraq masanın üzərinə qoymuş, masanın üzərinə qoyduğu çəhrayı rəngli dəmir qutunun içərisində 11 ədəd bükümün olması müşahidə edilmişdir. Şəxsi axtarış davam etdirilmiş və başqa qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra üzərində olan qara rəngli çantaya baxış keçirilmiş, çantanın içərisindən 01 ədəd qara rəngli pul kisəsi, 02 ədəd qara rəngli “Samsung” markalı mobil telefon, 01 ədəd qara rəngli “Nokia” markalı mobil telefon, 02 ədəd “Powerbank”, 01 ədəd elektron siqaret, 01 ədəd qara rəngli “adapter” başlığı, 01 ədəd ağ rəngli “usb” kabel, ümumilikdə 6 manat olmaqla 01 ədəd 5 manatlıq pul əskinası və 01 ədəd 1 manatlıq pul əskinası və özünə məxsus şəxsiyyət vəsiqəsi çıxarılaraq masanın üzərinə qoyulmuşdur. Verilən suallara cavab olaraq ağ rəngli kütlənin psixotrop maddə “şüşə” olduğunu, yaşıl rəngli kütlənin “nəşə” olduğunu, həmin kütlələri 07 may 2024-cü il tarixdə, səhər saatlarında saxlanıldığı ünvan 6 ünvanında yerləşən 1 saylı X10 əsas giriş qapısının önündə “Fidan” adlı şəxsdən 120 manat müqabilində əldə etdiyini və şəxsi İstifadəsi üçün üzərində saxlamaqla daşıdığını demişdir. Həmin bükümlər bir-bir açılmış və 10 bükümün içərisində ağ rəngli kütlənin, 01 bükümün içərisində isə yaşıl rəngli kütlənin olması müşahidə edilmişdir. Sonra çəkiliş dayandırılmış, Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilməsinə dair protokol tərtib olundunduqdan sonra yenidən videoçəkiliş aparılmaqla protokol imzalarla təsdiq edilmiş və videoçəkiliş dayandırılmışdır. Təqsirləndirilən şəxs 07 may 2024-cü il tarixdə, saat 09:00-da ünvan 6 ünvanda yerləşən 1 saylı X10 həyətində saxlanılan zaman, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə gətirilən zaman və idarənin inzibati binasında olan zaman Təqsirləndirilən şəxs qarşı hər hansı bir formada fiziki güc tətbiq edilməmiş və ya psixi təzyiq göstərilməmişdir.

20. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin X17 Alayının 9-cu Patrul bölüyünün polis nəfəri Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. O, ünvan 3 ünvanında xidmətdə olan zaman Təqsirləndirilən şəxs əlində naməlum əşya olduğunu görərək sonuncuya yaxınlaşmış və özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə aparmış, polis idarəsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və baxış keçirilən zaman sonuncunun üzərindən aşkar edilmiş naməlum əşyanın içərisində naməlum cisim olduğu müəyyən edilmişdir. Şahid2 həmçinin bildirmişdir ki, növbədə Şahid3 və Şahid1 ilə birlikdə olmuş, Təqsirləndirilən şəxs “Semaşko” xəstəxanasının həyətində saxlamışlar. Təqsirləndirilən şəxs yanında başqa şəxslər də olmuş, Təqsirləndirilən şəxs əlində qırmızı rəngli dəmir qab olmuş, polis idarəsinə gəldikdən sonra həmin qabın içərisində narkotik tərkibli maddə olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs özü könüllü şəkildə həmin dəmir qabın içərisində narkotik tərkibli maddə olduğunu etiraf etmiş, Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixi təsir göstərilməmiş, dəmir qabın içərisinə “Semaşko” xəstəxanasında baxış keçirilməmiş, qabı necə götürmüşlərsə, eləcə də polis idarəsinə aparmışlar. Dəmir qab “Semaşko” xəstəxanasında açılmamış, polis idarəsinə daxil olduqdan sonra Təqsirləndirilən şəxs üzərinə kamera qarşısında şəxsi axtarış və baxış keçirilmiş, baxış növbətçi hissədə yox, təhqiqatçının xidməti otağında həyata keçirilmiş, Təqsirləndirilən şəxs saxlayan zaman polis əməkdaşları 4 nəfər olmuş, 1 nəfər polis idarəsinin əməliyyat müvəkkili olmuş, həmin əməliyyat müvəkkilinin adını dəqiq xatırlamamışdır. Təqsirləndirilən şəxs özünü şübhəli apardığına görə saxlanılmış, təqribən yarım saat, 1 saat Təqsirləndirilən şəxs qıraqdan izləmiş, Təqsirləndirilən şəxs əlindəki dəmir qabın içərisindən nəsə çıxararaq yanına gələn insanlara verdiyini görmüş, lakin həmin dəmir qabdan çıxanın narkotik tərkibli maddə olduğunu bilməmişdir. Təqsirləndirilən şəxs saxlayan zaman gündüz saatları olmuş, orada müşahidə kameralarının olubolmamasını xatırlamamış, videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilmiş, müdafiəçi iştirak etmiş, müdafiəçinin nə zaman gəldiyini xatırlamamış, dəmir qabın içərisindən çıxan maddələr ağ və qəhvəyi rəngdə olmuş, dəmir qabın içərisində kiçik və bir ədəd böyük həcmdə bükümlər olmuş, neçə büküm olduğunu dəqiq xatırlamamış, polis idarəsinə Şahid3 şəxsi avtomobilində getmiş, Nəsimi Rayon Polis İdarəsinin əməliyyatçısı ona qərarı təqdim edib hadisə yerindən uzaqlaşmış, yəni Təqsirləndirilən şəxs idarəyə əməliyyatçının iştirakı olmadan aparmışlar. Videoçəkiliş 1 dəfə aparılmış, polis idarəsində həyata keçirilmiş videoçəkilişədək dəmir qab Təqsirləndirilən şəxs olmuşdur. O, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmiş, imzalar ona məxsus olmuşdur.

21. Şahid2 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər olduğundan həmin ifadə Cinayət-Prosessual Məcəlləsinin 329.1-ci maddəsinə əsasən, elan edilərək tədqiq edilmişdir. Şahid2 həmin ifadəsində göstərmişdir ki, o, X17 Alayının 9-cu Patrul bölüyünün polis nəfəri vəzifəsində xidmət etməklə Təqsirləndirilən şəxs əvvəllər tanımamış aralarında hər hansı bir ədavət olmamışdır. 07 may 2024-cü il tarixdə, saat 09:00-da ünvan 6 ünvanında yerləşən 1 saylı X10 həyətində X17 Alayının 9-cu Patrul bölüyünün polis nəfərləri Şahid3 və Şahid1lə xidmətdə olduğu zaman bir nəfər şəxsin onları gördükdə istiqamətini dəyişərək iti addımlarla yeriməyə başladığını müşahidə etmiş və həmin şəxsin arxası ilə getmişlər. Həmin şəxs qaçmağa başlamış, onlar da arxası ilə qaçaraq həmin şəxsi saxlamışlar. Özlərini təqdim edərək həmin şəxsdən də özünü təqdim etməsini xahiş etdikdə həmin şəxs onlara Təqsirləndirilən şəxs olduğunu demişdir. Təqsirləndirilən şəxs nə üçün polis əməkdaşlarını gördükdə qaçdığını soruşmuş, sonuncu üzərində psixotrop maddə və narkotik vasitə olduğunu və bunun üçün qaçdığını demişdir. Saxlanıldığı yerdə müvafiq sənədləşmə işlərinin aparılması mümkün olmadığı üçün Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirmiş, sonuncunu xidməti avtomobilə əyləşdirmiş və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin inzibati binasına aparmışlar. Polis idarəsinin inzibati binasında hüquqları və üzərinə şəxsi axtarış keçirilməsinin zəruriliyi izah edilmiş, vəkilinin olubolmadığı və ya öz hesabına vəkil dəvət etmək istəyib-istəmədiyi soruşulmuş, Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini demiş və müvafiq ərizə yazmış, müdafiəçisi Şahid5 Coban oğlu gəldikdən sonra Təqsirləndirilən şəxs vəkili ilə konfidensial görüşü təmin edilmiş, sonra videoçəkiliş üçün mütəxəssis dəvət edilmişdir. Təqsirləndirilən şəxs mütəxəssisə etirazının olmadığını bildirmiş, sonra vəkili Şahid5 iştirakı ile videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ilk öncə sonuncuya hüquq və vəzifələri izah olunmuş, sonra üzerində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan mavi rəngli gödəkçəsinin cibindən dəmir qutunu çıxardaraq masanın üzərinə qoymuş, masanın üzərinə qoyduğu çəhrayı rəngli dəmir qutunun içərisində 11 ədəd bükümün olması müşahidə edilmişdir. Şəxsi axtarış davam etdirilmiş və başqa qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra üzərində olan qara rəngli çantaya baxış keçirilmiş, çantanın içərisindən 01 ədəd qara rəngli pul kisəsi, 02 ədəd qara rəngli “Samsung” markalı mobil telefon, 01 ədəd qara rəngli “Nokia” markalı mobil telefon, 02 ədəd “Powerbank”, 01 ədəd elektron siqaret, 01 ədəd qara rəngli “adapter” başlığı, 01 ədəd ağ rəngli “usb” kabel, ümumilikdə 6 manat olmaqla 01 ədəd 5 manatlıq pul əskinası və 01 ədəd 1 manatlıq pul əskinası və özünə məxsus şəxsiyyət vəsiqəsi çıxarılaraq masanın üzərinə qoyulmuşdur. Verilən suallara cavab olaraq ağ rəngli kütlənin psixotrop maddə “şüşə” olduğunu, yaşıl rəngli kütlənin “nəşə” olduğunu, həmin kütlələri 07 may 2024-cü il tarixdə, səhər saatlarında saxlanıldığı ünvan 6 ünvanında yerləşən 1 saylı X10 əsas giriş qapısının önündə “Fidan” adlı şəxsdən 120 manat müqabilində əldə etdiyini və şəxsi İstifadəsi üçün üzərində saxlamaqla daşıdığını demişdir. Həmin bükümlər bir-bir açılmış və 10 bükümün içərisində ağ rəngli kütlənin, 01 bükümün içərisində isə yaşıl rəngli kütlənin olması müşahidə edilmişdir. Sonra çəkiliş dayandırılmış, Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilməsinə dair protokol tərtib olundunduqdan sonra yenidən videoçəkiliş aparılmaqla protokol imzalarla təsdiq edilmiş və videoçəkiliş dayandırılmışdır. Təqsirləndirilən şəxs 07 may 2024-cü il tarixdə, saat 09:00-da ünvan 6 ünvanda yerləşən 1 saylı X10 həyətində saxlanılan zaman, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə gətirilən zaman və idarənin inzibati binasında olan zaman Təqsirləndirilən şəxs qarşı hər hansı bir formada fiziki güc tətbiq edilməmiş və ya psixi təzyiq göstərilməmişdir.

22. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin X17 Alayının 9-cu Patrul bölüyünün polis nəfəri Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. Ərazidə xidmətdə olan zaman Nəsimi Rayon Polis İdarəsinin əməliyyatçısı onlara yaxınlaşaraq qərarı təqdim edib axtarılan şəxsin əlində dəmir qabın olduğunu söyləmiş, onlar təqdim edilmiş şəxsiyyət vəsiqəsi məlumatları əsasında Təqsirləndirilən şəxs əlindəki dəmir qabla birlikdə saxlayaraq Nəsimi Rayon Polis İdarəsinə gətirmişlər. Təqsirləndirilən şəxs əlindəki dəmir qabda qəhvəyi və ağ rəngində xırda və ağ rəngdə böyük ölçüdə bükümlər olmuşdur. “Semaşko” xəstəxanasının həyətində Təqsirləndirilən şəxs dəmir qabı açaraq içərisindəkiləri göstərmiş, lakin idarədə dəmir qaba baxış keçirilərkən həmin dəmir qabın içərisindəkilərin narkotik tərkibli maddə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əlindəki dəmir qabla birlikdə idarəyə təhvil vermiş və idarədə videoçəkiliş vasitəsilə sonuncunun üzərinə və əlindəki dəmir qaba baxış keçirilmişdir.

23. Şahid1 həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs “Semaşko” xəstəxanasının həyətində saxlamış, saxlayan vaxt tək olmamış, yanında 3-4 nəfər də olmuş, Təqsirləndirilən şəxs yanında olan şəxsləri tanımamış, 3 nəfər halında, yəni o, Mehdi və Elxan Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Bundan sonra əlindəki dəmir qabı alaraq sonuncunu avtomobilə əyləşdirmişlər. Əlindəki dəmir qabı o, Təqsirləndirilən şəxs almış, əməliyyatçıya məxsus qara rəngli avtomobillə Təqsirləndirilən şəxs idarəyə gətirmişlər. Polis idarəsində daxil olan vaxt dəmir qab onun əlində olmuş, avtomobilə əyləşdikdən sonra dəmir qabın kimdə olduğunu xatırlamamış, idarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs növbətçi hissəyə təhvil vermiş, şəxsin üzərinə baxış keçirilən vaxt iştirak etmiş, baxış zamanı şəxsin dəmir qabından narkotik tərkibli maddələr aşkar edilmiş, Nəsimi Rayon Polis İdarəsinin əməliyyatçısının adını dəqiq xatırlamamış, hava şəraiti normal olmuş, dəmir qab onda qalmamış, dəmir qabı da Təqsirləndirilən şəxsla birlikdə növbətçi hissəyə təhvil vermişlər. Təqsirləndirilən şəxs 2-ci mərtəbəyə qaldırdıqdan sonra 3-cü və ya 4-cü otağa aparmış, Təqsirləndirilən şəxs uzun müddət izləməmiş, əməliyyatçı onlara yaxınlaşaraq Təqsirləndirilən şəxs saxlanılmasına kömək edilməsini xahiş etmişdir. Nəsimi Rayon Polis İdarəsinin əməliyyatçısı qərarı onlara təqdim etdikdən sonra Təqsirləndirilən şəxs saxlamış, dəmir qabın içərisində 1 ədəd böyük büküm, həmçinin xırda bükümlər olmuş, bükümlər ağ kağıza bükülmüş, lakin içərisindən bir bükümün içərindəki maddə qəhvəyi və ağ rəngdə olmuşdur. Təqsirləndirilən şəxs üzərinə və əlindəki dəmir qaba polis idarəsində baxış keçirilmiş, Təqsirləndirilən şəxs üzərini yoxlamamış birbaşa avtomobilə əyləşdirmişlər. Polis idarəsi ilə aralarında 300-400 metr məsafə olmuş, polis idarəsinə Təqsirləndirilən şəxs təhvil verdikdən neçə dəqiqə sonra sonuncunun üzərinə baxış keçirildiyini xatırlamamış, Təqsirləndirilən şəxs polis idarəsinə təhvil verdikdən təqribən 20-25 dəqiqə sonra təhqiqatçı onları idarəyə çağırmış, 1 dəfə videoçəkiliş həyata keçirilmiş, vəkil da orada olmuş, Təqsirləndirilən şəxs “Semaşko”-nun həyətində saxlanılan vaxt sonuncuya hüquq və vəzifələri izah edilə bilməmiş, çünki “Semaşko”-nun həyəti narkotik aludəçiləri ilə dolu olmuşdur. Təqsirləndirilən şəxs özü könüllü şəkildə metodon suyu içməyə görə “Semaşko”-ya gəldiyini etiraf etmiş, onlar Təqsirləndirilən şəxs şübhəli olduğuna görə saxlamışlar, Təqsirləndirilən şəxs şübhəli şəxs olduğunu Nəsimi Rayon Polis İdarəsinin əməliyyatçısı onlara söyləmiş, lakin səbəbini bilməmişdir. Şahid3la birlikdə dəmir qabın içərisinə baxmış, avtomobilə əyləşən vaxt dəmir qab Təqsirləndirilən şəxs özündə olmuşdur. Təqsirləndirilən şəxs və dəmir qabı növbətçi hissəyə təhvil vermişlər. O, oxumaqda heç bir çətinlik çəkməmiş, ifadəsini oxuyub imzalamış, birinci dəfə məhkəməyə gəldiyinə görə həyəcanlanmış, Təqsirləndirilən şəxs yaxınlaşan vaxt sonuncu ilkin olaraq onları görməmiş, Təqsirləndirilən şəxs polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir.

24. Şahid1 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər olduğundan həmin ifadə Cinayət-Prosessual Məcəlləsinin 329.1-ci maddəsinə əsasən, elan edilərək tədqiq edilmişdir. Şahid1 həmin ifadəsində göstərmişdir ki, 07 may 2024-cü il tarixdə, saat 09:00-da ünvan 6 ünvanında yerləşən 1 saylı X10 həyətində X17 Alayının 9-cu Patrul bölüyünün polis nəfərləri Şahid2 və Şahid3la xidmətdə olduqları zaman bir nəfər şəxsin onları gördükdə istiqamətini dəyişərək iti addımlarla yeriməyə başladığını müşahidə etdiklərindən həmin şəxsin arxası ilə getmişlər. Həmin şəxs qaçmağa başlamış, onlar da arxası ilə qaçaraq həmin şəxsi saxlamış, özlərini təqdim edərək həmin şəxsdən özünü təqdim etməsini xahiş etdikdə həmin şəxs Təqsirləndirilən şəxs olduğunu demişdir. Təqsirləndirilən şəxs nə üçün qaçdığını soruşduqda Təqsirləndirilən şəxs üzərində psixotrop maddə və narkotik vasitə olduğu üçün qaçdığını demişdir. Saxlanıldığı yerdə müvafiq sənədləşmə işlərinin aparılması mümkün olmadığı üçün Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə dəvət etmiş, sonuncu etirazının olmadığını bildirərək polis əməkdaşlarının xidməti avtomobilinə əyləşib Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin inzibati binasına getmişdir. Polis idarəsinin inzibati binasında Təqsirləndirilən şəxs hüquqları və üzərinə şəxsi axtarış keçirilməsinin zəruriliyi izah edilimiş, sonuncudan vəkilinin olub-olmadığı və ya öz hesabına vəkil dəvət etmək istəyib-istəmədiyi soruşulmuşdur. Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini demiş və müvafiq ərizə yazmışdır. Təqsirləndirilən şəxs müdafiəçisi Şahid5 gəldikdən sonra Təqsirləndirilən şəxsla müdafiəçisinin konfidensial görüşü təmin edilmiş daha sonra videoçəkiliş üçün mütəxəssis dəvət edilmişdir. Təqsirləndirilən şəxs mütəxəssisə etirazının olmadığını bildirmiş, sonra vəkili Şahid5 iştirakı ilə videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ilk öncə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, sonra üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan mavi rəngli gödəkçəsinin cibindən dəmir qutunu çıxardaraq masanın üzərinə qoymuş, masanın üzərinə qoyduğu çəhrayı rəngli dəmir qutunun içərisində 11 ədəd bükümün olması müşahidə edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilmiş və qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra üzərində olan qara rəngli çantaya baxış keçirilmiş, çantanın içərisindən 01 ədəd qara rəngli pul kisəsi, 02 ədəd qara rəngli “Samsung” markalı mobil telefon, 01 ədəd qara rəngli “Nokia” markalı mobil telefon, 02 ədəd “Powerbank”, 01 ədəd elektron siqaret, 01 ədəd qara rəngli “adapter” başlığı, 01 ədəd ağ rəngli “usb” kabel, ümumilikdə 6 manat olmaqla 01 ədəd 5 manatlıq pul əskinası və 01 ədəd 1 manatlıq pul əskinası və özünə məxsus şəxsiyyət vəsiqəsini çıxararaq masanın üzərinə qoymuşdur. Verilən suallara cavab olaraq ağ rəngli kütlənin psixotrop maddə “şüşə” olduğunu və yaşıl rəngli kütlənin “nəşə” olduğunu, həmin kütlələri 07 may 2024-cü il tarixdə, səhər saatlarında saxlanıldığı ünvan 6 ünvanında yerləşən 1 saylı X10 əsas giriş qapısının önündə “Fidan” adlı şəxsdən 120 manat müqabilində əldə etdiyini və şəxsi istifadəsi üçün üzərində saxlamaqla daşıdığını demişdir. Həmin bükümlər bir-bir açılmış və 10 bükümün içərisində ağ rəngli kütlənin, 01 bükümün içərisində isə yaşıl rəngli kütlənin olması müşahidə edilmişdir. Sonra çəkiliş dayandırılmış, üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilməsinə dair protokol tərtib olundunduqdan sonra yenidən videoçəkiliş aparılmış, protokol imzalarla təsdiq edilmiş və videoçəkiliş dayandırılmışdır. Şahid1 həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs 07 may 2024-cü il tarixdə, saat 09:00-da ünvan 6 ünvanda yerləşən 1 saylı X10 həyətində saxlanılan zaman, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə gətirilən zaman və polis idarəsinin inzibati binasında olan zaman Təqsirləndirilən şəxs qarşı hər hansı bir formada fiziki güc tətbiq edilməmiş və ya psixi təzyiq göstərilməmişdir. Polis idarəsinin inzibati binasında olan zaman vəkilinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmədən öncə Təqsirləndirilən şəxs üzərinə hər hansı bir müdaxilə edilməmişdir.

25. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. Səhər saatlarında polis idarəsinə gələn vaxt ona X19 əməkdaşlarının “Semaşko” xəstəxanasının həyətindən narkotik tərkibli maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsin gətirdiyi və bununla əlaqədar olaraq təhqiqatçının xidməti otağına getməli olduğu ona söylənilmişdir. Otağa daxil olan zaman Təqsirləndirilən şəxs vəkillə danışdığını görmüş, təxminən 10 dəqiqə gözlədikdən sonra təhqiqatçının, vəkilin, kriminalistin, X19 əməkdaşlarının və Təqsirləndirilən şəxs iştirakı ilə videoçəkiliş aparılmağa başlanılmışdır. Şahid4 həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman bükümlər şəklində narkotik tərkibli maddələr aşkar edilmişdir. O, sadəcə videoçəkilişdə rəhbərliyin göstərişi əsasında iştirak etmiş, əməliyyat tədbiri X19 əməliyyat tədbiri olmuş, Təqsirləndirilən şəxs üzərindən təqribən 11 bükümə yaxın narkotik tərkibli maddələr aşkar edilmiş, narkotik tərkibli maddələr Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, lakin sağ və yaxud sol yan cibindən hansı olduğunu xatırlamamış, aşkar edilən maddə metamfetamin və marixuana olmuş, aşkarlanan predmetlər ekspertizaya verilmiş, videoçəkilişdə Təqsirləndirilən şəxs narkotik tərkibli maddələrin özünə məxsus olduğunu könüllü şəkildə etiraf etmiş, Təqsirləndirilən şəxs heç bir fiziki və ya psixi zorakılıq olunmamış, Təqsirləndirilən şəxs ilk dəfə polis idarəsində görmüş, Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmamasını xatırlamamış, əməliyyat tədbiri onun əməliyyat tədbiri olmadığından dəqiq yadında qalmamış, narkotiki görən kimi növünü bilmiş və daima həmin narkotik tərkibli maddəni xatirində saxlamışdır. Ona Təqsirləndirilən şəxs saxlanılma səbəbinin sonuncunun üzərində narkotik tərkibli maddələri daşıması olduğu bildirilmiş, Təqsirləndirilən şəxs narkotik tərkibli maddələrin satışı ilə məşğul olub-olmadığını bilməmiş, təqsirləndirilən şəxs polis idarəsinin xidməti otaqlarından birində olmuş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan qanunsuz maddələr ağ və yaşıl rəngdə olmuş, sonuncunun üzərində qəhvəyi rəngində hər hansı bir qanunsuz maddə olub-olmamasını xatırlamamış, əməliyyat tədbirində Nəsimi RPİ-nin heç bir əməkdaşı iştirak etməmiş, raport əsasında X19 əməkdaşları Təqsirləndirilən şəxs polis idarəsinə gətirmiş, Təqsirləndirilən şəxs üzərində dəmir qab olub-olmamasını xatırlamışdır.

26. Şahid4 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər olduğundan həmin ifadə Cinayət-Prosessual Məcəlləsinin 329.1-ci maddəsinə əsasən, elan edilərək tədqiq edilmişdir. Şahid4 həmin ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət etmiş, Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla aralarında hər hansı bir ədavət olmamışdır. 07 may 2024-cü il tarixdə ona məlumat verilmişdir ki, həmin gün yəni, 07 may 2024-cü il tarixdə, saat 09:00-da Əhmədov X3 X19 9-cu Patrul bölüyünün əməkdaşları tərəfindən ünvan 6 ünvanında yerləşən 1 saylı X10 həyətində psixotrop maddələrin və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli kimi saxlanılaraq polis idarəsinin inzibati binasına gətirilmişdir. Daha sonra o, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmasında iştirak etmək üçün dəvət olunmuş, xidməti otağa yaxınlaşdıqda ona Təqsirləndirilən şəxs müdafiəçisi Şahid5 ilə konfidensial görüşdə olduğu bildirilmişdir. Görüş bitdikdən sonra videoçəkiliş üçün mütəxəssis dəvət edilmiş, o, mütəxəssisə etirazının olmadığını bildirmişdir. Müdafiəçisi Şahid5 iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı ilk öncə sonuncuya hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan mavi rəngli gödəkçəsinin cibindən dəmir qutunu çıxardaraq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu çəhrayı rəngli dəmir qutunun içərisində 11 ədəd bükümün olması müşahidə edilmiş, sonra sonuncunun üzərinə şəxsi axtarış davam etdirilmiş və qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra üzərində olan qara rəngli çantaya baxış keçirilmiş, çantanın içərisindən 01 ədəd qara rəngli pul kisəsi, 02 ədəd qara rəngli “Samsung” markalı mobil telefon, 01 ədəd qara rəngli “Nokia” markalı mobil telefon, 02 ədəd “Powerbank”, 01 ədəd elektron siqaret, 01 ədəd qara rəngli “adapter” başlığı, 01 ədəd ağ rəngli “usb” kabel, ümumilikdə 6 manat olmaqla 01 ədəd 5 manatlıq pul əskinası və 01 ədəd 1 manatlıq pul əskinası və Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi çıxarılaraq masanın üzərinə qoyulmuşdur. Verilən suallara cavab olaraq ağ rəngli kütlənin psixotrop maddə “şüşə” olduğunu və yaşıl rəngli kütlənin “nəşə” olduğunu, həmin kütlələri 07 may 2024-cü il tarixdə, səhər saatlarında saxlanıldığı ünvan 6 ünvanında yerləşən 1 saylı X10 əsas giriş qapısının önündə “Fidan” adlı şəxsdən 120 manat müqabilində əldə etdiyini və şəxsi istifadəsi üçün üzərində saxlamaqla daşıdığını demişdir. Həmin bükümlər bir-bir açılmış və 10 bükümün içərisində ağ rəngli kütlənin, 01 bükümün içərisində isə yaşıl rəngli kütlənin olması müşahidə edilmişdir. Sonra çəkiliş dayandırılmış, üzərinə video çəkiliş vasitəsilə şəxsi axtarış keçirilməsinə dair protokol tərtib olundunduqdan sonra yenidən video çəkiliş aparılmış, protokol imzalarla təsdiq edilmiş və videoçəkiliş dayandırılmışdır.

27. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 09 may 2024-cü il tarixdə CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində dindirilərkən özünü elan olunmuş ittihamla təqsirli bilməyərək göstərmişdir ki, 07 may 2024-cü il tarixdə, saat 09:00-da ünvan 6 ünvanında yerləşən 1 saylı X10 həyətində olduğu zaman 3 nəfər polis əməkdaşının ona yaxınlaşdığını görüb, üzərində psixotrop maddə və narkotik vasitə olduğu üçün qaçmağa başlamış, polis əməkdaşları çataraq onu saxlamış, həmin polis əməkdaşları özlərini təqdim edərək ondan özünü təqdim etməsini xahiş etdikdə o, Təqsirləndirilən şəxs olduğunu demiş, ondan nə üçün polis əməkdaşlarını gördükdə qaçması barədə soruşduqda o, üzərində psixotrop maddə və narkotik vasitə olduğu üçün qaçdığını, polis əməkdaşlarından yayınmağın mümkün olmayacağını başa düşərək dayanmış, səmimi olaraq üzərində narkotik tərkibli maddələr olduğunu etiraf etmişdir. Saxlanıldığı yerdə müvafiq sənədləşmə işlərinin aparılması mümkün olmadığı üçün polis əməkdaşları onu Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə dəvət etmiş, o, etirazının olmadığını bildirmiş, polis əməkdaşları onu xidməti avtomobilə əyləşdirərək müşayiət ilə polis idarəsinin inzibati binasına aparmış, polis idarəsinin inzibati binasında hüquq və vəzifələri ona izah edilmiş, onun üzərinə şəxsi axtarış və baxış istintaq hərəkətinin keçirilməsinin zəruriliyi izah edilmişdir. Ondan müdafiəçisinin olub-olmadığı və ya öz hesabına vəkil dəvət etmək istəyib-istəmədiyi soruşulmuş, o, dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini demiş və müvafiq ərizə yazmışdır. Müdafiəçisi Şahid5 gəldikdən sonra onunla konfidensial görüşü polis əməkdaşları tərəfindən təmin edilmiş, sonra video çəkiliş üçün mütəxəssis dəvət edilmiş və o, mütəxəssisə etirazının olmadığını bildirmiş, müdafiəçisi Şahid5 iştirakı ilə video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış və baxış keçirilmiş, müvafiq istintaq hərəkəti zamanı əvvəlcə ona hüquq və vəzifələri izah olunmuş, sonra ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. O, əynində olan mavi rəngli gödəkçənin cibindən içərisində psixotrop maddə metamfetamin və narkotik vasitə marixuana olan çəhrayı rəngli dəmir qutunu çıxardaraq masanın üzərinə qoyub təqdim etmiş, masanın üzərinə qoyduğu çəhrayı rəngli dəmir qutunun içərisində 11 ədəd büküm olmuş, üzərindən başqa nəsə aşkarlanmamışdır. Daha sonra üzərində olan qara rəngli çantaya baxış keçirilmiş, çantanın içərisindən 01 ədəd qara rəngli pul kisəsi, 02 ədəd qara rəngli “Samsung” markalı mobil telefon, 01 ədəd qara rəngli “Nokia” markalı mobil telefon, 02 ədəd “Powerbank”, 01 ədəd elektron siqaret, 01 ədəd qara rəngli “adapter” başlığı, 01 ədəd ağ rəngli “usb” kabel, ümumilikdə 6 manat olmaqla 01 ədəd 5 manatlıq pul əskinası və 01 ədəd 1 manatlıq pul əskinası və özünə məxsus şəxsiyyət vəsiqəsi çıxarılaraq masanın üzərinə qoyulmuşdur. Verilən suallara cavab olaraq ağ rəngli kütlənin psixotrop maddə metamfetamin, yaşıl rəngli kütlənin marixuana olduğunu, həmin kütlələri 07 may 2024-cü il tarixdə səhər saatlarında saxlanıldığı ünvan 6 ünvanında yerləşən 1 saylı X10 əsas giriş qapısının önündə “Fidan” adlı şəxsdən 120 manat müqabilində əldə etdiyini və şəxsi istifadəsi üçün üzərində saxlamaqla daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq ifadəsində qeyd etmişdir ki, psixotrop maddə metamfetamini və narkotik vasitə heroini aidığı “Fidan” adlı şəxsin mobil telefon nömrəsini, şəxsi məlumatlarını və ya yaşadığı ünvanı bilməmiş, 07 may 2024-cü il tarixdə saat 09:00-da ünvan 6 ünvanda yerləşən 1 saylı X10 həyətində saxlanılan zaman, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə gətirilən zaman və idarənin inzibati binasında olan zaman polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir formada fiziki güc tətbiq edilməmiş və ya psixi təzyiq göstərilməmiş, həmçinin, müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmədən öncə polis əməkdaşları onun üzərinə hər hansı bir müdaxilə etməmişdir. Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü və məhkəmə istintaqı zamanı həmin dəlillərin araşdırılması nəticəsində toplanmış sübutlar aşağıdakılardır:

28. Təqsirləndirilən şəxs məhkəmə baxışında Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, 07 may 2024-cü il tarixdə X13 dərmanını, yəni metadon suyunu götürmək üçün növbədə dayanan zaman 3 nəfər polis əməkdaşı ona yaxınlaşaraq onu avtomobilə dəvət etmiş, nə ilə əlaqədar olduğunu soruşduqda ona polis idarəsində öyrənəcəyini söyləmişlər. Polis əməkdaşları ayağındakı qolbağı görüb ondan nə olduğunu soruşmuş, o da cavabında Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunduğunu söyləmişdir. Bundan sonra polis əməkdaşları onu Nəsimi Rayon Polis İdarəsinə aparmış, bu vaxt qabağına narkotik tərkibli maddəni qoymuş və onun adına rəsmiləşdirəcəklərini demişlər. O, polis əməkdaşları ilə razılaşmamış, lakin ona təzyiq göstərildiyindən məcbur qalıb polis əməkdaşlarının dediyi kimi ifadə verərək imza çəkmiş, ifadəsinin sonunda özünü təqsirli bilmədiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, o, xəstəxanaya dərmanlarını götürmək üçün getmiş, səhhəti ilə əlaqədar metadon suyu qəbul etmiş, üzərində heç bir narkotik tərkibli maddə olmamış, o, 2023-cü il tarixdə Binəqədi Rayon Məhkəməsinin hökmünə əsasən məhkum olunmuş, polis əməkdaşları onu döyməmiş, hədə-qorxu gələrək narkotik tərkibli maddələrlə rəsmiləşdirməyə razı olmasa, oğlunun üzərinə qoyacaqlarını demişdir. Oğlu Hikmət onu avtomobillə X13 düşürüb çıxıb getmiş, oğlu getdikdən sonra polislər gəlmişdir. Polis əməkdaşları tərəfindən avtomobilə əyləşdirildikdən sonra üzərinə baxılmış, üzərindən 03 ədəd mobil telefon aşkarlanmış, polis əməkdaşları aşkarlanmış mobil telefonları götürmüşlər. Polis əməkdaşları narkotik tərkibli maddəni müdafiəçisinin yanında onun üzərinə qoymuş, vəkilin adı Fərhad olmuş, o, idarəyə gəldikdə vəkil orada olmuş, o, vəkillə təklikdə görüşməmiş, rəis ona əgər videoçəkiliş vasitəsilə ifadə verməzsə, onu 1 kiloqram narkotiklə yükləyəcəyini söyləmiş, o, ekspertizaya analiz üçün aparılmış, həmin vaxt o, avtomobildən düşməmiş, ondan heç bir analiz götürülməmişdir. O, ekspert rəyi ilə tanış olmuş, ona qanından preqabalin, tranal, marixuana və metamfetamin çıxdığını söyləmişlər. O, qeyd olunan narkotik tərkibli maddələrin heç birindən istifadə etməmiş, metadon suyundan istifadə etmişdir. O, narkotik tərkibli maddələrin alğı-satqısı ilə məşğul olmamış, əvvəllər şəxsi istifadəsi məqsədilə narkotik tərkibli maddə alıb istifadə etmiş, sonuncu dəfə 1 il əvvəl narkotik tərkibli maddə olan metamfetamin əldə etmiş, cinayət işinin materiallarında olan imzalar ona məxsus olmamış, yazılar ona məxsus olmuş, həmin yazıda özünü təqsirli bilmədiyini yazmış, ibtidai istintaqda verdiyi ifadəni təsdiqləməmişdir.

29. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş şahid X9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atası olmaqla aralarında ədavət və düşmənçilik olmamışdır. Atası Təqsirləndirilən şəxs əvvəllər narkomaniya xəstəliyindən əziyyət çəkmiş, lakin son 1 ildir ki, “Semaşko” xəstəxanasında müalicə almış və səhhətində ciddi şəkildə sağalma müşahidə olunmuşdur. Atası Təqsirləndirilən şəxs xəstəxanaya çox vaxt o aparıb-gətirmişdir. Bəzən isə atası Təqsirləndirilən şəxs cibinə pul qoymuşdur ki, taksi ilə evə qayıtsın. Təqsirləndirilən şəxs maddi cəhətdən o və qardaşı təmin etmiş, Təqsirləndirilən şəxs işləməyə ehtiyacı olmamış, ailə üzvləri Təqsirləndirilən şəxs işləməyə qoymamış, Təqsirləndirilən şəxs evdə nəvələri və ailə üzvləri ilə vaxt keçirmişdir. Təqsirləndirilən şəxs saxlanılmamışdan əvvəl son bir neçə gündə qeyri-adi heç bir iş görməmiş, əvvəlki kimi xəstəxanaya gedib-gəlmiş və evdə ailəsi ilə vaxt keçirmişdir. Təqsirləndirilən şəxs saxlanılmamışdan əvvəl yad heç kimlə görüşməmiş, xəstəxanadan və evdən başqa kənar heç bir yerə getməmişdir. Təqsirləndirilən şəxs narkotik tərkibli maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı heç kimdən eşitməmişdir. Təqsirləndirilən şəxs normalda hər gün saat 11 radələrində evdə olsa da, hadisə günü anası ona zəng edərək atasının, yəni Təqsirləndirilən şəxs hələ də evə gəlmədiyini söyləmiş, bu səbəbdən o, təcili olaraq “Semaşka” xəstəxanasına getmişdir ki, bəlkə bir xəbər eşidər. Ətrafdakı bütün polis bölmələrini gəzmiş, lakin bir məlumat əldə edə bilməyərək ən sonda 102 xidməti zəng mərkəzinə zəng edərək atasını tapa bilməməyi ilə bağlı müraciət etmiş, bir neçə dəqiqə keçdikdən sonra adını xatırlamadığı polis əməkdaşı ona zəng edərək 102 xidməti zəng mərkəzinə etdiyi şikayətin təcili geri götürməsini və atasının saxlanıldığı Nəsimi Rayon Polis İdarəsinə gəlməsini söyləmişdir. Axşam saatlarında Nəsimi Rayon Polis İdarəsinə getmiş, lakin iş vaxtının bitməsi ilə əlaqədar müstəntiqin işdə olmadığını ona söyləmişlər. Səhər saatlarında yenidən Nəsimi Rayon Polis İdarəsinə getmiş, lakin yenə də müstəntiqin işlə əlaqədar idarədə olmadığını ona demişlər. Nahar fasilə müddəti bitdikdən sonra atası Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinə aparıldığını öyrənmişdir. İlk dəfə müstəntiqi Nəsimi Rayon Məhkəməsində görmüş, müstəntiq ona narahat olmamağını, hər şeyin yaxşı olacağını söyləmişdir. Məhkəmə iclasına o buraxılmamışdır. Lakin məhkəmə zalından gələn səslərdən aydın şəkildə görünmüşdür ki, içəridə böyük narazılıq olmuşdur. Məhkəmə prosesi bitdikdən sonra vəkildən məsələnin nə yerdə olduğunu soruşmuş, vəkil ona atasının üzərindən narkotik tərkibli maddə aşkar olunduğunu söyləmişdir. Atasının əvvəldən narkotik tərkibli maddə satanlara qarşı münasibəti pis olmuş, hətta həmişə demişdir ki, “narkotik tərkibli maddə satanlar olmasa, indi mən bu vəziyyətdə olmazdım”. O, 2-ci Qarabağ müharibəsində iştirak etmiş, bununla bağlı medalları olmuş, atası ona narkotik tərkibli maddələrlə heç bir əlaqəsinin olmadığını, onu şərlədiklərini söyləmişdir. Təqsirləndirilən şəxs ona hədələndiyinə görə narkotik tərkibli maddələrin özünə məxsus olmadığı halda üzərinə götürdüyünü demişdir. O, atasının saxlanılma prosesinə birbaşa şahid olmamış, atasını sonuncu dəfə həmin gün saat 9 radələrində görmüş, çünki atası saxlanıldığı gün səhər 9 radələrində xəstəxanaya özü birbaşa aparmışdır. O, səhər atasını xəstəxanaya düşürən zaman atasının əlində heç bir əşya olmamışdır.

30. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili olmaqla vəkillik fəaliyyəti ilə məşğul olmuş, Təqsirləndirilən şəxs ilə aralarında ədavət və düşmənçilik olmamışdır. Hadisənin üzərindən uzun müddət keçdiyinə görə ətraflı şəkildə hadisələrin axarını xatırlamamışdır. Şahid5 həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs ilk dəfə Nəsimi Rayon Polis İdarəsinin inzibati otaqlarının birində görmüş, Təqsirləndirilən şəxs idarədə olan zaman daima yanında olmuş, polis əməkdaşları Təqsirləndirilən şəxs digər heç bir otağa aparmamış, Təqsirləndirilən şəxs özü könüllü şəkildə narkotik tərkibli maddənin özünə məxsus olduğunu etiraf etmiş, Təqsirləndirilən şəxs çantasının harada olduğunu bilməmiş, Təqsirləndirilən şəxs 2 dəfə görmüş, birinci dəfə Nəsimi Rayon Polis İdarəsində, ikinci dəfə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilən zaman Nəsimi Rayon Məhkəməsində görmüş, o Nəsimi Rayon Polis İdarəsinin xidməti otağına daxil olan zaman otaqda başqa kimlərin olduğunu xatırlamamış, Təqsirləndirilən şəxs Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları yox, X19 əməkdaşları saxlamış, Təqsirləndirilən şəxs üzərində qanunsuz maddə mövcud olmuş, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsində ifadə verən zaman üzərindən aşkar olunan narkotik tərkibli maddənin özünə məxsus olduğunu etiraf etmiş, Təqsirləndirilən şəxs şübhəli şəxs və təqsirləndirlən şəxs qismində dindirilən zaman o, Təqsirləndirilən şəxs yanında olmuş və protokollara Təqsirləndirilən şəxs sonra imza çəkmiş, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət təqdim etmiş, çantanın harada olduğunu xatırlamamış, lakin Təqsirləndirilən şəxs narkotik tərkibli maddələri üzərinə götürdüyünü xatırlamış, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsində təqsirini boynuna almış, Təqsirləndirilən şəxs lazımi qaydada müdafiə etmiş, bütün protokollarda onun imzası mövcud olmuş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilən zaman videoçəkilişdə iştirak etmişdir.

31. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli 3-16-17/40/2-388/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilib ilkin tibbi müayinədən keçirilmiş, onun bədəninə baxış keçirilən zaman hər iki yuxarı ətraflarda köhnə çapıqlar, döş qəfəsinin sol səthində və sol qasığında köhnə çapıqlar, hər iki yuxarı və aşağı ətraflarda narkotik inieksiyası izləri və cızıqlar, zədələr aşkar olunmuşdur.

32. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Bakı şəhəri Nəsimi Rayon Prokurorluğunun xx.xx.2025-ci il tarixli, 2-2/315/2-091239/2025 nömrəli məktubuna əlavə edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən təzyiqə məruz qalmasında cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir.

33. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli 3-16-21-1/2- 28993/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş cəzanın 06 ay 24 gün hissəsini çəkmiş, 01 il 07 ay 18 gün hissəsi çəkilməmiş qalmışdır.

34. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X11 “X18” X11 xx.xx.2024-cü il tarixli, 18-1-2/-5559/2024 nömrəli məktubundan görünür ki, X13 videogörüntülər 1 ay müddətində saxlanılır və avtomatik silinir. Bu səbəbdən, sorğuda göstərilən xx.xx.2024-cü il tarixdə olan Təqsirləndirilən şəxs aid olan videogörüntüləri təqdim etmək mümkün deyil.

Hüquqi məsələlər: Azərbaycan Respublikasının Cinayət Məcəlləsi:

35. CM-in 234.4. maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma; narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma; Yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən və yaxud külli miqdarda (maddə 234.4.3) törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

36. Maddə 234.1-1. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət məsuliyyəti yaradır.

37. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

38. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

39. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

40. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.

41. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

42. Maddə 67.1. Hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir.

43. Maddə 68.1.1-1. Cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur.

44. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.

45. Maddə 15.4, 18.1, 18.4.4. Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən olunması zamanı nəzərə alınmır.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:

46. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

47. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.

48. Maddə 125.8. Cinayət-Prosessual Məcəlləsinin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

49. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

50. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

51. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

52. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.

53. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:

54. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, psixotrop maddə metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar, narkotik vasitə marixuananın təmiz halda 5 qrama qədəri şəxsi istehlak miqdarı hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu

55. Maddə 1.0.1. Narkotik vasitələr- BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir).

56. Maddə 1.0.2. Psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır.

57. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.

58. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.

59. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.

60. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”

61. Həmin Qaydaların 5.7-ci bəndinə əsasən, istintaq təcridxanasının müdiriyyəti istintaq təcridxanasına gətirilmiş həbs edilmiş şəxsi qəbul etməli və aşağıdakı məlumatları qeydə almalıdır: 5.7.5. bənd. həbs edilmiş şəxsin üzərində müşahidə olunan hər hansı bədən xəsarətləri və onun istintaq təcridxanasına daxil olanadək məruz qaldığı hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayəti. 21.8. bənd. İstintaq təcridxanasının müdiriyyəti həbs edilmiş şəxsdə prosessual hərəkətin keçirilməsindən əvvəl və sonra müşahidə olunan bədən xəsarətləri və prosessual hərəkət zamanı yol verilən hər hansı işgəncə və ya digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayətləri qeydə alır və Qanunda (“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun) nəzərdə tutulmuş qaydada tədbirlər görür.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarı

62. Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.

63. Qərarın 25-ci bəndi. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

64. CM-in 234-cü maddəsinin qeydinin 1-ci bəndində narkotik vasitələri, psixotrop maddələri və prekursorları, habelə 240-cı maddəsinin qeydinin 2-ci bəndində narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələri könüllü surətdə təhvil vermə dedikdə, həmin vasitələrə (maddələrə) real surətdə istədiyi kimi sərəncam vermə imkanına malik olan şəxsin bu vasitələri (maddələri) hakimiyyət nümayəndəsinə hər hansı motivlə olursa-olsun, lakin öz iradəsinə uyğun olaraq təhvil verməsi başa düşülməlidir.

65. Şəxsin hər hansı bir əmələ görə, hətta narkotik vasitələrin və ya psixotrop maddələrin (güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə əlaqədar olan cinayət əməlinin törədilməsində şübhəli olduğuna görə tutulması və yaxud ona münasibətdə bu və ya digər istintaq hərəkətinin aparılması faktı özü-özlüyündə CM-in 234-cü maddəsinin qeydinin 1-ci bəndinin və ya 240-cı maddəsinin qeydinin 2-ci bəndinin tətbiqini istisna edən hallar kimi nəzərdən keçirilməməlidir. Məsələn, xuliqanlıq etməsi ilə əlaqədar tutulmuş şəxsin evində, başqa məkanda narkotik vasitə (psixotrop maddə, prekursor, güclü təsir edən və ya zəhərli maddə) saxlaması barədə məlumat verib səlahiyyətli şəxsə həmin vasitəni (maddəni) təqdim etməsi və ya narkotik vasitənin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətdə şübhəli bilindiyinə görə tutulmuş və ya belə şübhə ilə əlaqədar evində və ona aid həyətyanı sahədə axtarış aparılan şəxsin öz təşəbbüsü ilə və ya sorğu-sual zamanı üstündə və ya yaşadığı (müvəqqəti qaldığı) yerdə aşkar olunan narkotik vasitələrdən başqa cinayət təqibini həyata keçirən orqana məlum olmayan (yalnız şübhəliyə bəlli olan) digər məkanda (meşədə, başqalarına məxsus və ya sahibsiz tikililərdə, inşaat sahələrində, ona aid olmayan boş ərazilərdə və s. bu kimi yerlərdə) narkotik vasitə (psixotrop maddə, prekursor, güclü təsir edən və ya zəhərli maddələri) saxladığını bildirib həmin predmetləri təhqiqatın, ibtidai istintaqın aparılması həvalə edilmiş və ya digər səlahiyyətli şəxsə təqdim etməsi, bu hərəkətlər də şəxsin öz əməllərinə tənqidi münasibətini əks etdirdiyindən, eyni zamanda cinayət təqibini həyata keçirən orqanın aşkar etmək ehtimalı olmayan (lakin tutulmuş olsa da, həmin şəxsin sərəncamında qalmaqla onun tərəfindən müəyyən yollarla və yaxud azad edildikdən sonra idarə edilməsi imkanı itirilməyən) narkotik vasitənin (psixotrop maddənin, prekursorun, güclü təsir edən və ya zəhərli maddənin) qanunsuz dövriyyədən çıxarılmasını təmin edən davranış olduğundan, CM-in 234 və 240-cı maddələrinin qeydlərində nəzərdə tutulmuş stimullaşdırıcı normaların təsiri altına düşən hallar kimi nəzərdən keçirilməlidir.

66. Belə hallarda, habelə narkotik vasitənin və ya psixotrop maddənin (onların prekursorlarının), eləcə də narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli məddələrin bir hissəsini satdığı, qalan hissəsini isə qeydlərə uyğun qaydada könüllü təhvil verdiyi halda, şəxs tamamilə deyil, müstəsna olaraq könüllü təqdim etdiyi narkotik vasitəyə (psixotrop maddəyə, prekursora, güclü təsir edən və ya zəhərli maddəyə) görə cinayət məsuliyyətindən azad olunmalıdır.

67. CM-in 234-cü maddəsinin qeydinin 1-ci bəndinin mənasına görə narkotik vasitəni və ya psixotrop maddəni, onların prekursorlarını könüllü təhvil vermiş və yaxud bu predmetlərlə əlaqədar olan cinayətlərin açılmasında və ya qarşısının alınmasında, onları törətmiş şəxslərin aşkar edilməsində, cinayət yolu ilə əldə edilmiş əmlakın tapılmasında fəal iştirak etmiş şəxs müvafiq əməlləri narkotik vasitəni (psixotrop maddəni, prekursoru) satmaq məqsədi ilə və ya belə məqsəd olmadan törətməsindən asılı olmayaraq cinayət məsuliyyətindən azad edilir.

68. Qərarın 16-cı bəndi. Məhkəmələrə tövsiyə edilir ki, CM-in 234.1-1-ci maddəsində həmin Məcəllənin 234.1-ci maddəsində göstərilən əməllərin külli miqdarda törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir.

69. Odur ki, CM-in 234.1-ci maddəsində və ya 234.2 və 234.3-1-ci maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda və ya xüsusilə külli miqdarda törədilib törədilməməsi məsələsi 961-İİQ nömrəli Qanun ilə təsdiq edilmiş müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı

70. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.

71. Qərarın 26-cı bəndi. CPM-in 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.

Avropa Məhkəməsinin president hüququ:

72. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

73. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir.

74. Belə ki, Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddənin satışı və dövriyyəsi ilə məşğul olması sübuta yetirilməmişdir. Şahid ifadələri, mobil telefonda olan məlumatlar, eləcə də cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin satışı, qanunsuz dövriyyəsi ilə məşğul olması barədə hər hansı məlumat aşkarlanmamış, onun istehlakçı ilə əvvəlcədən razılıq, habelə onda narkotik vasitə və ya psixotrop maddələrin hazırlanması üçün avadanlıq müəyyən edilməmiş, həmin maddələrin satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi və ya saxlanılması, hazırlanması, istehsal etmə, emal etmə, daşıma, göndərmə halları müəyyən olunmamışdır.

75. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 10 ədəd bükümdə təmiz çəkisi 2,506 qram psixotrop maddə metamfetamin və 01 ədəd bükümdə 0,21 qram narkotik vasitə marixuananı satış məqsədilə yox, satış məqsədi olmadan əldə edib, üzərində saxlamaqla daşımışdır.

76. Məhkəmə bir halı da qeyd etməyi zəruri bilir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman üzərindən aşkarlanmış psixotrop maddə metamfetamin və narkotik vasitə marixuananı şəxsi istifadə məqsədilə əldə etdiyini bildirmiş, bunun əksini təsdiq edən hər hansı sübut məhkəmə araşdırması zamanı aşkarlanmamışdır.

77. Narkotik vasitə və psixotrop maddələrin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin vasitələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən həmin hərəkətlərin nəticələri, habelə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı və məhkəmə baxışı zamanı verdiyi ifadələri, şahidlərin ifadələri, istintaq hərəkəti protokolları iş üzrə mötəbər sübutlar kimi qəbul edilir.

78. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddələrin növü qadağan olunmuş əşya olduğundan və psixotrop maddə metamfetaminin miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır. (hökmün 54-cü bəndi)

79. Məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli, 3063 nömrəli ekspert rəyinə əsasən, Təqsirləndirilən şəxs opioid, kannabinoid və psixostimulyatorların birgə qəbulu nəticəsində narkomaniya xəstəliyinə düçar olması onun bir neçə bükümdə psixotrop maddə metamfetamin və narkotik vasitə marixuananı satış məqsədi olmadan əldə edib, saxlaması və daşımasını ağlabatan edir.

80. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan narkotik vasitəni, habelə külli miqdarda psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır.

81. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər keçərli deyil. Belə ki, təqsirləndirilən şəxs üzərində ittihamda göstərilən miqdarda narkotik vasitə və psixotrop maddənin aşkar edilmədiyini, narkotik tərkibli maddələrin müvafiq istintaq hərəkəti zamanı nümayiş etdirməsi üçün onun üzərinə polis əməkdaşları tərəfindən qoyulduğunu, ona qarşı psixoloji təsir göstərildiyini bildirərək özünü təqsirli bilməmişdir.

82. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs tutulduqdan sonra ona psixoloji, fiziki təsir göstərilməsi barədə etirazlar etməmiş, bu barədə ibtidai araşdırma zamanı, məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilərkən nə özü, nə vəkili və nədə başqa şəxslər bildirməmiş, istintaq təcridxanasına yerləşdirilərkən üzərində hər-hansı xəsarət aşkar edilməmiş və döyülməsi barədə məlumat verməmiş, psixoloji təsirlə bağlı həmin dəlilləri ancaq məhkəmədə bildirmişdir. Nəzərə almaq lazımdır ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək vəzifəsindən azad edən hal deyil.

83. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli 3-16-17/40/2-388/2025 nömrəli məktubuna əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə həmin təcridxanaya daxil olarkən bədəni üzərində fiziki zorakılığa xarakterik xəsarətlər aşkarlanmamış, Bakı şəhəri Nəsimi Rayon Prokurorluğunun xx.xx.2025-ci il tarixli, 2-2/315/2-091239/2025 nömrəli məktubuna əlavə edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara əsasən isə polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxsə qarşı işgəncə, qəddar, qeyri-insani və şəxsiyyəti alçaldan rəftara məruz qalması müəyyən edilməmişdir.

84. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə zorakılığın mövcud olmaması və sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir.

85. Məhkəmə müdafiə tərəfinin saxlanılarkən təqsirləndirilən şəxsin üzərində hər hansı dəmir qab, eləcə də içərisində narkotik vasitə və ya psixotrop maddə olmadığını bildirməsi ilə bağlı qeyd edir ki, məhkəmə baxışında şəxsi axtarış və götürmə istintaqı hərəkəti zamanı videoçəkilişə baxdıqda videoyazının fasiləsiz aparıldığı, hər hansı kəsintiyə yol verilmədiyi, təqsirləndirilən şəxsin könüllü şəkildə təqdim etdiyi 01 ədəd çəhrayı rəngli dəmir qutu açıldıqda 11 ədəd kağıza bükülmüş büküm aşkarlanmışdır. Həmin bükümlər təhqiqatçı tərəfindən qablaşdırılmaqla, iştirakçılar tərəfindən imzalanıb möhürlənmişdir. Daha sonra qablaşdırılmış predmet ekspertizaya göndərilmiş və ekspertizanın nəticəsinə dair rəy tərtib edilməklə cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmə müdafiə tərəfinin həmin mövqeyini həqiqətəuyğun olmayan hesab edir.

86. Bundan başqa, məhkəmə müdafiə tərəfindən dəvət edilmiş əlavə şahid X5 oxşar məzmunlu ifadəsini də təhlil edib o nəticəyə gəlir ki, təqsirləndirilən şəxs həmin şahidin atası olduğundan, şahid Hikmət Əhmədov təqsirləndirilən şəxsin xeyrinə, təqsirləndirilən şəxsi məsuliyyətdən yaxa qurtarmaq məqsədilə ifadə vermişdir. Bu səbəbdən, X5 məhkəmədə verdiyi ifadəsi sübut kimi qiymətləndirilməməlidir.

87. Bundan savayı, məhkəmə iclasında müdafiə tərəfi məhkəməyədək icraat dövründə təqsirləndirilən şəxsin müdafiəçisi olmuş Şahid5 təqsirləndirilən şəxslə konfidensial görüşmədiyini və müdafiə hüququnu keyfiyyətli həyata keçirmədiyini qeyd etmişdir. Bununla bağlı, məhkəmə qeyd edir ki, hər hansı təsir və təzyiq məhkəmə tərəfindən müəyyən edilmədiyi şəraitdə təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində həmin vaxt müdafiəçisi olduğu şəxslə konfidensial görüş apardığını bildirmişdir. Məhkəmənin baxış iclasında dindirilmiş Şahid5 təqsirləndirilən şəxsə təqdim edilmiş sənədləri sonuncu tərəfindən imzalandıqdan sonra imzaladığını, həmin istintaq hərəkəti zamanı hər hansı qanunsuzluğun şahidi olmadığını qeyd etmişdir. Cinayət işinin materialları tədqiq edilərkən müəyyən edilmişdir ki, Şahid5 təqsirləndirilən şəxsin iştirakı ilə bütün zəruri istintaq hərəkətlərində iştirak etmişdir. Məhkəmə araşdırması zamanı məhkəməyədək icraat dövründə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması halı aşkarlanmamışdır.

88. Bundan əlavə, müdafiə tərəfi təqsirləndirilən şəxsin saxlanılarkən üzərində hər hansı dəmir qabın olmadığını qeyd etdiyindən, müdafiə tərəfinin vəsatəti təmin olunmaqla, təqsirləndirilən şəxsin saxlanıldığı tarixə, xx.xx.2024-cü il tarixə aid videogörüntülərin götürməsi ilə bağlı “X18” X14 müraciət edilmiş, həmin qurumdan gələn məktuba əsasən videogörüntülərin mövcud olmadığı müəyyən olunmuşdur. Göründüyü kimi, müdafiə tərəfi öz mövqesini hər hansı dəlillə əsaslandıra bilməmişdir.

89. Bundan başqa, məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutları tədqiq edib qeyd edir ki, məhkəmə iclasında şahidlər Şahid3, Şahid2 və Şahid1 bir-birindən fərqli məzmunda ifadə vermişlər. Belə ki, Şahid3 ifadəsində təqsirləndirilən şəxsdə aşkarlanmış dəmir qaba polis əməkdaşları tərəfindən saxlanıldığı yerdə baxış keçirilmədiyini, yalnız Təqsirləndirilən şəxs həmin qabı açıb içərisindəkiləri göstərdikdən sonra bağladığını, polis avtomobilinə əyləşdirdikdən sonra dəmir qabı alıb özündə salandığını bildirmiş, digər Şahid2 saxlanıldıqdan sonra polis idarəsində baxış keçirilənədək dəmir qabın təqsirləndirilən şəxsdə qaldığını, sonuncudan həmin qabın götürülmədiyini demiş, digər Şahid1 isə saxlanıldıqdan sonra təqsirləndirilən şəxsdə olan dəmir qabı sonuncudan götürüb özündə saxladığını söyləmişdir.

90. Göründüyü kimi, hər üçün şahidin bütövlükdə və ayrı-ayrılıqda məhkəmə iclasında verdiyi ifadələri bir-birindən fərqlənir. Belə ki, Şahid3 və Şahid1 verilən suallara cavab olaraq sözügedən dəmir qabı (qutu) özlərində saxladıqlarını bildirirlər. Bir predmetin eyni vaxtda iki şəxsdə olması məhkəmə üçün ağlabatan hesab edilmir. Şahid2 isə ümumiyyətlə qeyd edilən dəmir qabın Təqsirləndirilən şəxs olduğunu bildirmişdir.

91. Həmin şahidlərin məhkəmədə və məhkəməyədək icraat zamanı verdiyi ifadələri arasında kəskin ziddiyyət yarandığından, məhkəməyədək icraat zamanı verdikləri ifadələri elan olunmuş və onlar məhkəməyədək icraat zamanı verdikləri ifadələrini təsdiqləmişlər.

92. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin saxlanıldığı tarixlə şahidlərin məhkəmə iclasında dindirildikləri tarix arasında 6 aydan artıq vaxt keçdiyindən, şahidlərin hadisənin təfərrüatlarını dəqiq xatırlaya bilməmələri ağlabatdır.

93. Bu səbəbdən, məhkəmə şahidlər Şahid3 və Şahid1 məhkəmədək icraat zamanı verdikləri ifadələrini sübut növü kimi qəbul edir.

94. Beləliklə, məhkəmənin mövqeyinə görə təqsirləndirilən şəxsin üzərində psixotrop maddə metamfetamin və narkotik vasitə qurudulmuş marixuananın olmaması, narkotik tərkibli maddələri müvafiq istintaq hərəkəti zamanı nümayiş etdirməsi üçün onun üzərinə polis əməkdaşları tərəfindən qoyulması, ona qarşı psixoloji təsirin göstərilməsi barədə dedikləri məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir.

95. Məhkəmə təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotik tərkibli maddələrdən yalnız psixotrop maddə metamfetaminin külli miqdar təşkil etməsini, digər narkotik vasitə qurudulmuş marixuananın isə xeyli miqdardan az olmasını, təqsirləndirilən şəxsin opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində narkomaniya xəstəliyindən əziyyət çəkməsini, narkotik vasitə və psixotrop maddələrin satışına dair hər hansı məlumatın işdə mövcud olmamasını, habelə iş üzrə toplanmış digər sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, narkotik vasitə və psixotrop maddəni qanunsuz olaraq satış məqsədi olmadan əldə etmiş, üzərində saxlamaqla danışmışdır.

96. Məhkəmə tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu ilə təqsirləndirilən şəxsin əməlinin CM-in 234.1-1-ci maddəsinə tövsif edilməklə həmin cinayətdə təqsiri müəyyən edildiyindən ittiham hökmü çıxarmaq qənaətinə gəlir.

97. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

98. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır. (hökmün 37; 38; 39; 41-ci bəndləri)

99. Məhkəmə məhkəməyədək və məhkəmə icraatı zamanı davranışını təqsirləndirilən şəxsin CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır.

100. Məhkəmədə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.

101. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi təqsirli bilinib 02 il 02 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (Cild 1, iş vərəqi 200-202).

102. Təqsirləndirilən şəxs əvvəlki məhkumluğu qüvvədə olan cinayət qanunvericiliyinin müddəalarına əsasən cinayətin residivini yaratmır. (hökmün 45-ci bəndi)

103. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

104. Təqsirləndirilən şəxs ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. (hökmün 40-cı bəndi)

105. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 07 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində 09 may 2024-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (Cild 1, iş vərəqi 27-28, 116-118, 259-261). Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir. (hökmün 44-cü bəndi)

106. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 07 may 2024cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

107. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş cəzanın 06 ay 24 gün hissəsini çəkmiş, 01 il 07 ay 18 gün hissəsi çəkilməmiş qalmışdır.

108. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılmasının iki günü cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. (hökmün 43-cü bəndi)

109. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-464/2024 nömrəli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmaqla Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki iş üzrə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasına tamamilə və ya qismən birləşdirilməli və ona Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir.

110. İş üzrə mülki iddia, həbs olunmalı və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.

111. İş üzrə maddi sübut olan, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,366 qram psixotrop maddə metamfetamin və 0,19 qram narkotik vasitə marixuana məhv edilməlidir. Digər sübut şəxsin üzərində axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 1 ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. (hökmün 52-ci bəndi)

112. Məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. (hökmün 13-cü bəndi)

113. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizaları ilə əlaqədar 161 (bir yüz altmış bir) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. (hökmün 53-cü bəndi)

114. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinsin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulduğundan, Təqsirləndirilən şəxs Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-464/2024 nömrəli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş 01 (bir) il 07 (yeddi) ay 18 (on səkkiz) gün 09 (doqquz) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrumetmə cəzasına bərabər tutulsun və həmin cəza Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu qaydasında hazırki hökmlə təyin edilmiş 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla, ona qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 07 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olmaqla Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,366 qram psixotrop maddə metamfetamin və 0,19 qram narkotik vasitə marixuana məhv edilsin. xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokol əlavə edilmiş 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs 161 (bir yüz altmış bir) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş əmlakın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Fərid Namazov Hakimlər Telman Hüseynov Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar