Məhkəmə qərarları › İş №1(101)-558/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-558/2022

14.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-558/2022 14.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 10:45-də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və X3 ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı1 və İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1978-ci il tarixdə Quba rayonunun, 1-ci Nügədi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, “www.sheffaf.az” xəbər portalının təsisçisi və baş redaktoru vəzifəsində işləmiş, Quba rayonunun,1-ci Nügədi kəndində qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2 və 308.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs təsisçisi və baş redaktoru olduğu “www.sheffaf.az” domen adı ilə fəaliyyət göstərən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində qeydə alınmış internet informasiya ehtiyyatına sahiblik və istifadə hüquqlarına malik olan vəzifəli şəxs olaraq vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə 2018-ci ilin iyun ayının ortalarından 09 iyul 2021-ci il tarixədək müddət ərzində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 36 nömrəli Şəhər Poliklinikasının baş həkimi Zərərçəkmiş şəxs1, iş yerində olan zaman onunla telefon vasitəsi ilə əlaqə yaradıb onun haqqında məqalə yazaraq saytda rüsvayedici məlumatlar yaymaqla ondan hədə-qorxu ilə müxtəlif məbləğlərdə pul verməsini tələb edib, bu üsulla Zərərçəkmiş şəxs1 tərəfindən 21.06.2018-ci il tarixdə 30 manat, 22.06.2018-ci il tarixdə 70 manat, 13.09.2018ci il tarixdə 100 manat pulu Pirşağı qəsəbəsində yerləşən 135 saylı poçt şöbəsindən Şahid9 adına Quba mərkəzi poçtuna, 15.01.2019-cu il tarixdə 100 manat pulu Pirşağı qəsəbəsində yerləşən 135 saylı poçt şöbəsindən Təqsirləndirilən şəxs adına Ü.Hacıbəyov 72 ünvanında yerləşən Bakı Mərkəzi poçtuna, 11.06.2019-cu il tarixdə 100 manat pulu Pirşağı qəsəbəsində yerləşən 135 saylı poçt şöbəsindən Təqsirləndirilən şəxs adına Quba mərkəzi poçtuna, 03.03.2020-ci il tarixdə 100 manat pulu Bakı Mərkəzi poçt şöbəsindən Təqsirləndirilən şəxs adına Xaçmaz mərkəzi poçtuna, 07.09.2020-ci il tarixdə 100 manat pulu Pirşağı qəsəbəsində yerləşən 135 saylı poçt şöbəsindən Təqsirləndirilən şəxs adına Bakı Mərkəzi poçt şöbəsinə və 08.01.2021 -ci il tarixdə 100 manat pulu 10 saylı poçt şöbəsindən Şahid10 adına Quba mərkəzi poçtuna göndərilməsinə nail olaraq, ümumilikdə Zərərçəkmiş şəxs1 700 (yeddi yüz) manat məbləğində pulunu ələ keçirib, onun qanunla qorunan mənafelərinə mühüm zərər vurmuş, bununla kifayətlənməyərək zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb edilməsinə yönəldilmiş cinayət əməllərini inadla davam edərək vahid niyyətlə əhatə edilən qəsdlə 2021-ci ilin mart ayında ona zəng edib Novruz bayramı qabağı ondan yenidən 500 manat tələb etmiş, buna nail olmadıqda, Zərərçəkmiş şəxs1 işlədiyi Bakı şəhəri, Pirşağı qəsəbəsində yerləşən 36 nömrəli şəhər poliklinikasına gəlib onu izləyəcəyini, haqqında digər jurnalistlərin də rüsvayedici məqalələr yazmasını təşkil edəcəyini bildirərək ona hədəqorxu gəlmiş, hədənin real və həyata keçirilə bilən hədə kimi qəbul edilməsi üçün baş redaktoru olduğu “www.sheffaf.az” xəbər portalında 28.03.2021-ci il tarixdə saat 11:08-də “Baş həkimin səhiyyəmizdə oynadığı rol və həqiqətlər” adlı məqalə yerləşdirib, qeyd edilən məqalənin hiper-linkini “WhatsApp” proqram təminatı vasitəsi ilə Zərərçəkmiş şəxs1 göndərmiş, 09 iyul 2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 iş yerində, yəni ünvan 2 ünvanında yerləşən 36 saylı şəhər poliklinikasında olduğu zaman yenidən zəng edərək onun barəsində iş fəaliyyəti ilə əlaqədar rüsvayedici məqalə yazacağı hədə- qorxusu ilə 500 manat pul tələb etmişdir. Bundan başqa, o, təkrarən, 2021-ci ilin mart ayının ortalarında Azərbaycan Təhsil İşçiləri X28 Şamaxı rayon komitəsinin sədri vəzifəsində işləyən Zərərçəkmiş şəxs3, onun haqqında baş redaktoru olduğu “www.sheffaf.az” xəbər portalında rüsvayedici məqalə yazaraq biabır edəcəyini bildirməklə hədə-qorxu ilə pul verməsini tələb etmiş, buna nail olmadıqda 30.03.2021-ci il tarixdə vahid niyyətlə əhatə edilən qəsdlə onun guya Şamaxı rayonunda fəaliyyət göstərən hər bir müəllimdən pul yığması, komitəyə ayrılan pullardan əsassız şəkildə yararlanması ilə hədə-qorxu gəlib, hədənin real və həyata keçirilə bilən hədə kimi qəbul edilməsi üçün baş redaktoru olduğu “www.sheffaf.az” xəbər portalında yerləşdirilmiş Beyləqan rayon Təhsil işçiləri X17 sədri haqqında tənqidi məqalənin hiperlinkini “WhatsApp” proqram təminatı vasitəsi ilə Zərərçəkmiş şəxs3 göndərmiş, aprel ayının əvvəllərində Zərərçəkmiş şəxs3 Şamaxı rayonu, Əngəxaran kəndində yerləşən evində olduğu zaman “WhatsApp” proqram təminatı vasitəsi ilə zəng edərək onun barəsində iş fəaliyyəti ilə əlaqədar rüsvayedici məqalə yazacağı hədə-qorxusu ilə 100 manat pul tələb etmişdir. Bundan əlavə, o, təkrarən vəzifəli şəxs olaraq vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə Bakı şəhəri, Suraxanı rayonu, 316 nömrəli tam orta məktəbin direktoru vəzifəsində işləyən Zərərçəkmiş şəxs2 03 iyul 2021-ci il tarixdə sonuncunun iş yerində, yəni ünvan 3 ünvanında yerləşən 316 nömrəli məktəbin inzibati binasında olduğu vaxt telefon vasitəsi ilə əlaqə yaradaraq guya sonuncunun başqa kişilərlə yaxın münasibətdə olması barədə məqalə yazaraq saytda rüsvayedici məlumatlar yayacağı hədə-qorxusu ilə 500 manat pul verməsini tələb etmiş, bu üsulla 03.07.2021-ci il tarixdə rekvizitlərini bildirdiyi Şahid6 məxsus «5103 0714 0439 0920» nömrəli “Kapital Bank” kartına pul köçürülməsinə nail olub, Zərərçəkmiş şəxs2 500 manat məbləğində pulunu ələ keçirib, onun qanunla qorunan mənafelərinə mühüm zərər vurmuş, bununla kifayətlənməyərək zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb edilməsinə yönəldilmiş cinayət əməllərini davam edərək 06.07.2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 yenidən hədə-qorxu ilə pul tələb etmiş, hədənin real və həyata keçirilə bilən hədə kimi qəbul edilməsi üçün baş redaktoru olduğu “www.sheffaf.az" xəbər portalında yerləşdirilmiş “Suraxanı rayon 114 nömrəli məktəbin direktoru Ceyran xalaya həsr etdiyim..." başlıqlı tənqidi məqalənin hiper-linkini “WhatsApp” proqram təminatı vasitəsi ilə ona göndərib, 08 iyul 2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 iş yerində öz xidməti otağında olduğu zaman zəng edərək guya məktəb direktoru kimi işlədiyi dövr ərzində qanunsuz varlanması ilə əlaqədar rüsvayedici məqalə yazacağı hədə- qorxusu ilə 100 manat pul tələb etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 182.2.2 və 308.1-ci maddələri ilə elan edilmiş ittihamlarla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ilə bağlı hədə-qorxu ilə pul tələb etməsi hissəsində ümumiyyətlə təqsiri yoxdur. Quba rayonunun, X54ində valideynləri ilə birgə yaşamış, atası Alimşah Əmrahov ağır onkoloji xəstəlikdən əziyyət çəkir. Hərbi xidmətdə olduğu zaman 1998-ci ildə hərbi hissəni özbaşına tərk etdiyi üçün barəsində cinayət işi başlanmış, Bərdə hərbi tribunalın hökmü ilə 6 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 1999-cu ildə amnistiya qərarı çıxarıldıqdan sonra cəzasının müddəti azaldılmış və 2001-ci ildə cəza çəkmə müəssisəsindən çıxmışdır. Jurnalist fəaliyyətinə 2013-cü ildən “Real həyat” qəzetindən başlamış, sonra fəaliyyətini “Dəqiq məlumat” qəzetində redaktor kimi davam etdirmişdir. 2018-ci ildən etibarən “azinfo.tv” domen adı ilə fəaliyyət göstərən xəbər portalını müqavilə əsasında İbrahim Hümbətov adlı şəxsdən götürüb həmin xəbər portalına rəhbərlik etmişdir. Bununla paralel 2019-cu ilin aprel ayında “www.sheffaf.az” domen adı ilə qeydiyyatdan keçib həmin adla xəbər portalını təsis edib baş redaktoru olmuşdur. Xəbər portalını yaratmaqda məqsədi jurnalistika fəaliyyətini davam etdirmək olmuşdur. Təsisçisi və baş redaktoru olduğu xəbər portalının fəaliyyət dövründə həmin xəbər portalında yerləşdirilən hər bir məqalə onun tərəfindən oraya yerləşdirilmişdir. Zərərçəkmiş şəxs1 2018-ci il tarixdən tanımış, onun fəaliyyət göstərdiyi 36 saylı şəhər poliklinikasının baş həkimi olduğunu bilib, onun fəaliyyəti ilə maraqlanmağa başlamış və bu şəkildə onu tanımışdır. Həmin xanımla 2018-ci il tarixdə telefon əlaqəsi yaradaraq özünü “azinfo.tv” saytının rəhbəri kimi təqdim edib ondan ona maddi dəstək olmasını xahiş etmişdir. Ramidə xanım ilkin olaraq razı olmamış lakin, sonra ona pul ödəməyə razılıq vermiş və ona sms vasitəsi ilə xalası Şahid9 adına poçt göndərişi vasitəsilə 100 manat pul göndərməsini demişdir. Təxminən 2-3 gün sonra Zərərçəkmiş şəxs1 xalası Şahid9 adına poçt vasitəsi ilə 30 manat pul yollamış, həmin gün axşam saatlarında ona zəng edib az pul göndərdiyi üçün əlavə 70 manat pul göndərməsini demişdir. Bu minvalla ondan müxtəlif vaxtlarda müxtəlif pul köçürmələri vasitələri ilə 100 manat, bəzən isə 200 manat pul tələb etmiş, ondan hər dəfə 100 manat məbləğdə pulu almışdır. Məhkəmədən onun xəstə olmasının, əməlindən səmimi peşman olmasının nəzərə alınaraq, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 2011-ci ildən 36 saylı şəhər poliklinikasının baş həkimi vəzifəsində işləyir.18 iyun 2018-ci il tarixdə onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs “azinfo.tv" və “sheffaf.az” adlı saytlarının rəhbəri olduğunu bildirmiş və ona maddi dəstək olmağını tələb etmişdir. O da ona nə üçün pul verməli olduğunu soruşmuş, o da ona "neçə ildir baş həkim işləyirsən, pul qazanırsan, çoxlu pul yığıb üstündə oturmusan, bir az da mənə verməlisən mən də dolanım” demişdir. Ona mətbuat işçisi olduğunu deyib poliklinikaya dəvət etmiş və əgər poliklinikadan və ya onun özündən şikayət varsa gəlib araşdırmasını demişdir. O, isə buna etiraz edib haqqında məqalə yazaraq saytda biabır edəcəyini bildirmiş və 100 manat pul tələb etmişdir. Qadın olduğundan və haqqında lüzumsuz məqalə yazaraq nüfuzuna xələl gətirəcəyindən ehtiyat edərək özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin ona mobil telefonda dediyi və sms vasitəsi ilə adını ona yazdığı Şahid9 adına Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən poçt vasitəsi ilə 21.06.2018-ci il tarixdə 30 manat pul göndərmişdir. O, həmin gün axşam bir daha onun mobil nömrəsinə zəng vuraraq, az pul göndərdiyini irad tutaraq haqqında rüsvayedici məqalə yazmaqla onu hədələmiş və 30 manatdan əlavə 70 manat da göndərməyini tələb etmişdir. O, onun onu hədələməyindən qorxmuş və növbəti gün yenidən Şahid9 adına həmin poçtdan 70 manat pul göndərmiş, bunu təsdiq edən qəbzləri rayon prokurorluğuna təqdim etmişdir. Bundan sonra bütün bayramlarda özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs onun mobil telefonuna zəng vuraraq hər dəfə 100 manat tələb etmiş, etiraz etdikdə isə yenə də onu saytlarda rüsvay edəcəyi ilə hədələmiş və məcbur olub onun istədiyi məbləğdə pulu poçt vasitəsi ilə onun ona dediyi şəxslərin, eləcə də, özünün adına göndərmişdir. 2019-cu ilin yay aylarında o, ona yenidən zəng vuraraq qardaşının toyuna dəvət etmiş, toyun Quba rayonu, X54ində olacağını demiş, o, etirazını bildirdikdə isə ondan 200 manat pul göndərməyini tələb etmişdir. O da ona o qədər pulunun olmadığını bildirərək poçt vasitəsi ilə 100 manat pul göndərmişdir. 2020-ci ilin dekabr ayının sonlarında Təqsirləndirilən şəxs yenidən onun mobil telefonuna zəng edərək ondan 100 manat göndərməyini tələb etmiş, ona maaş alandan sonra göndərə biləcəyini demişdir. Bundan sonra 08 yanvar 2021- ci il tarixdə Təqsirləndirilən şəxs sms vasitəsi adını göndərdiyi X4 adına poçt vasitəsi ilə 100 manat göndərmişdir. Bundan sonra 2021-ci ilin mart ayında da yenidən ona zəng edərək Novruz bayramı qabağı ondan yenidən 100 manat tələb etmiş, lakin həmin pulu ona göndərməmişdir. Bir neçə gündən sonra o, ona zəng vurub artıq 100 manat deyil, ona 500 manat göndərməli olduğunu demiş o da etiraz etdikdə o, yenidən onu hədələməyə başlamışdır. Ona həmin məbləğdə pulu verməyəcəyini dedikdə, əsəbləşərək onu təhqir etmiş və Pirşağı qəsəbəsinə gələrək onu izləyəcəyini, haqqında digər jurnalistlərin də rüsvayedici məqalələr yazmasını təşkil edəcəyini bildirmiş və onun istifadə etdiyi ***-***-**-** nömrəsi ilə qeydiyyatdan keçdiyi “WhatsApp” sosial şəbəkəsinə “Şəffaf.az” saytının linkini göndərmiş və telefonla zəng edib 500 manat pulu ona göndərməyəcəyi təqdirdə həmin saytda haqqında rüsvayedici məlumatlar dərc ediləcəyini demişdir. Bundan sonra onun hədə-qorxularının artıq mütəmadi vüsət aldığını görüb onun barəsində hüquq mühafizə orqanlarına müraciət etmək qərarına gəlmişdir. Təqsirləndirilən şəxs mütamadi olaraq aprel, may, iyun və iyul ayları ərzində yenidən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrlə dəfələrlə zəng edib onu hədələmişdir. Təqsirləndirilən şəxs sonuncu dəfə 09 iyul 2021-ci il tarixdə ona zəng edib, yenidən onun barəsində iş fəaliyyəti ilə əlaqədar rüsvayedici məqalələr yazacağı ilə hədə-qorxu gəlməklə qanunsuz olaraq ondan pul tələb etmişdir. Özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs onun haqqında saytlarda rüsvayedici məqalələr yazmaqla hədə-qorxu gələrək 21.06.2018-ci il tarixdən 2021-ci ilin mart ayınadak hissə-hissə olmaqla ondan ümumilikdə 2000 manata yaxın pul tələb edərək almışdır. O, həmin vaxtları Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsi görməmiş və o, hər zaman ***-***-**-**, ***-***-**-** və xatırlamadığı digər nömrələrdən ona mütəmadi zəng edərək pul tələb etmiş, ona özünün, eləcə də, sms vasitəsi ilə adlarını göndərdiyi Şahid9, Təqsirləndirilən şəxs, X4 adlarına poçt vasitəsi ilə pulları göndərməyini tələb etmiş, o da qorxaraq onların vasitəsi ilə ona pul göndərmişdir. Onun telefonunda həmin şəxslə telefon danışıqlarının qeydiyyata alındığı səs yazıları, eləcə də, qeyd etdiyi şəxslərin adlarına poçt vasitəsi ilə pul göndərməsi barədə qəbzlərin bəziləri, bundan əlavə, həmin şəxsin istifadə etdiyi ***-***-**-** nömrə ilə qeydiyyatdan keçdiyi “WhatsApp” sosial şəbəkəsində bəzi yazışmaları da vardır. Onları ilkin yoxlama zamanı araşdırmaya təqdim etmiş, Təqsirləndirilən şəxs ondan hədə-qorxu ilə pul tələb edərək almasını sübuta yetirmək üçün Təqsirləndirilən şəxs və sonuncunun qeyd etdiyi şəxslərin adına poçt vasitəsi ilə göndərdiyi pulların göndərilməsinə dair qəbzlərin olması, həmin qəbzləri ilkin yoxlama zamanı araşdırmaya təqdim etməsi, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" MMC-yə verilmiş sorğuya cavabda 01.06.2018- ci il tarixdən 21.05.2021-ci il tarixədək onun tərəfindən 21.06.2018-ci il tarixdə 30 manat, 22.06.2018-ci il tarixdə 70 manat, 13.09.2018-ci il tarixdə 100 manat pulu Pirşağı qəsəbəsində yerləşən 135 saylı poçt şöbəsindən Şahid9 adına Quba mərkəzi poçtuna, 23,11.2018-ci il tarixdə 20 manat pulu Pirşağı qəsəbəsində yerləşən 135 saylı poçt şöbəsindən X7 adına Buzovna qəsəbəsində yerləşən 90 saylı poçt şöbəsinə, 15.01.2019-cu il tarixdə 100 manat pulu Pirşağı qəsəbəsində yerləşən 135 saylı poçt şöbəsindən Təqsirləndirilən şəxs adına Bakı Mərkəzi Poçt Ü.Hacıbəyov 72 saylı poçt şöbəsinə, 11.06.2019-cu il tarixdə 100 manat pulu Pirşağı qəsəbəsində yerləşən 135 saylı poçt şöbəsindən Təqsirləndirilən şəxs adına Quba mərkəzi poçtuna, 03.03.2020-ci il tarixdə 100 manat pulu Bakı Mərkəzi poçt Ü.Hacıbəyov 72 saylı poçt şöbəsindən Təqsirləndirilən şəxs adına Xaçmaz mərkəzi poçtuna, 07.09.2020ci il tarixdə 100 manat pulu Pirşağı qəsəbəsində yerləşən 135 saylı poçt şöbəsindən Təqsirləndirilən şəxs adına Bakı Mərkəzi Poçt, Ü.Hacıbəyov 72 saylı poçt şöbəsindən və 08.01.2021-ci il tarixdə 100 manat pulu Dilarə Əliyeva küçəsi 10 saylı poçt şöbəsindən Şahid10 adına Quba mərkəzi poçtuna pul köçürməsi xüsusatı ilə əlaqədar Təqsirləndirilən şəxs ona dediyi şəxslərin hazırda xatırlamadığı bank kartlarına xatırlamadığı terminallar vasitəsi ilə pullar köçürmüş, lakin həmin köçürmələrə dair qəbzləri saxlamamışdır. O, qadın olaraq haqqında lüzumsuz və yalan məqalə yazaraq nüfuzuna xələl gətirəcəyindən ehtiyat edib Təqsirləndirilən şəxs pul ödəmişdir. Hazırda isə ona vurulmuş ziyan tamamilə ödənilmişdir və Təqsirləndirilən şəxs qarşı şikayət, tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 2004-cü ildə X41 ilə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından 2005-ci il təvəllüdlü X42, 2006-cı il təvəllüdlü X26 və 2013-cü il təvəllüdlü X33 dünyaya gəlmişlər. Ali təhsilini 2004-cü il tarixdə Azərbaycan Dillər Universitetini bitirdikdən sonra həmin tarixdən təhsil sahəsində işləməyə başlamış, 2004-cü ildən etibarən 89 saylı tam orta məktəbdə fransız dili müəlliməsi kimi işləməyə başlamış, 2016-cı ilədək müəllimə kimi işlədikdən sonra həmin məktəbin direktor müavini, 2018-ci ildə isə Təhsil Nazirinin əmri ilə 316 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin edilmişdir. 02 iyul 2021-ci il tarixdə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə bağlı “WhatsApp” proqram təminatı vasitəsi ilə sualları cavablandırmaq istəyi ilə ***-***-**-** saylı mobil nömrədən ismarıc yollanmışdır. Daha sonra “WhatsApp” proqram təminatı vasitəsi ilə “sheffaf.az” saytından olduğunu və sualları cavablandırmaq lazım olduğunu təkrar ismarıc yazmaqla tələb etmiş, o da sualları cavablandırmaq üçün Bakı şəhər Təhsil İdarəsindən razılıq alınmalı olduğunu bildirmişdir. Bundan sonra 03.07.2021-ci il tarixdə o işdə olarkən istifadəsində olan ***-***- **-** saylı mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrədən zəng gəlmiş, özünü “sheffaf.az’’ saytının rəhbəri kimi təqdim edən şəxs adının Təqsirləndirilən şəxs olduğunu və ona 2018-ci ildə barəsində kütləvi informasiya vasitələrində yayılmış məlumatla əlaqədar maraqlandığını və hansı səbəbə görə qadın direktor olaraq maşın sürməyini ondan sorğu-sual etmişdir. O isə həmin məsələnin artıq 2018-ci ildə həll edildiyini, bununla bağlı həmin məqaləni yazan və maşınının şəkilini paylaşmış jurnalistin ondan artıq üzr istədiyini bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs məndən hansı səbəbə görə Yeni Suraxanı bələdiyyəsinin rəsmi internet səhifəsində onun şəkilinin paylaşıldığını, digər heç bir direktorların şəkillərinin paylaşılmadığını soruşmuşdur. Onun sualına cavab vermək istərkən sözünü kəsib Yeni Suraxanı bələdiyyəsinin sədri Fikrət müəllimlə əlaqəsinin olduğunu və hətta onunla yaxın münasibətdə olduğuna görə onların rəsmi internet səhifəsində şəkilinin paylaşıldığını vurğulayaraq, onu həmin yalan məlumatla hədələməyə başlamışdır. Onun dediklərinin heç bir əsası olmadığını, özünün ailəli olduğunu, 3 övladının olduğunu bildirsə də, onun sözlərinə əhəmiyyət verməyərək Yeni Suraxanı bələdiyyəsinin sədri Fikrət müəllimlə yaxın münasibətdə olması ilə əlaqədar rüsvayedici məlumatları rəhbəri olduğu “sheffaf.az” saytında paylaşacağını, hətta bu şər və böhtan xarakterli məlumatı digər kütləvi informasiya vasitələrinə və dövlət qurumlarına yollayacağı ilə hədələyərək ondan 500 manat pul tələb etmiş və pulu göndərməyəcəyi təqdirdə həmin məqalənin tez bir zamanda yayımlanacağını vurğulamışdır. Bundan sonra o, sms vasitəsi ilə ona məxsus ***-***-**-** saylı mobil nömrəsinə Şahid6 adına olan karta pulu köçürməyini bildirmişdir. O da qadın olduğundan haqqında lüzumsuz məqalə yazaraq ailəsində problem yaranacağından və nüfuzuna xələl gətirəcəyindən ehtiyat edərək özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin ona mobil telefonda dediyi və sms vasitəsi ilə adını ona yazdığı Şahid6 adına olan karta Bakı şəhəri, Suraxanı rayonu, Vahid Xəlilov küçəsində yerləşən “Ballı” ticarət mərkəzində olan “eManat” terminal vasitəsilə 03.07.2021-ci il tarixdə 500 manat pulu göndərmişdir. Bundan sonra Təqsirləndirilən şəxs 03.07.2021-ci il tarixdən 08.07.2021-ci il tarixədək müxtəlif vaxtlarda, əsasən də, gecə saatlarında ona zəng edib ona məxsus “Nissan sunny” markalı maşınını hansı maliyyə vasəiti ilə əldə etdiyini soruşub onu narahat etmiş, o da maşını direktor işləməmişdən öncə aldığını vurğulayaraq həmin maşınının əldə olunmasının onun iş fəaliyyəti ilə əlaqəli olmadığını bildirirmişdir. Telefon zəngləri zamanı Suraxanı rayonunda yerləşən 84 nömrəli tam orta məktəbin direktoru Şəfəq xanımın mobil nömrəsini ondan öyrənmək istəmiş, onu özündən uzaqlaşdırmaq üçün Şəfəq xanımın işləməyən xidməti nömrəsini ona vermişdir. Bununla belə, o, onu davamlı olaraq narahat etmiş, ona məxsus “Nissan sunny” markalı maşını direktor işlədiyi zaman iş fəaliyyəti ilə əlaqədar aldığını və bununla da qanunsuz varlandığını bildirməklə onu hədələmişdir. Bundan sonra o, 14 iyul 2021-ci il tarixdə kütləvi informasiya vasitələrində Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətlərə görə həbs edildiyini və araşdırmanın Sabunçu rayon prokurorluğunda aparıldığını öyrəndiyi üçün 15.07.2021-ci il tarixdə rayon prokurorluğuna müraciət etmiş və o da həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 06 iyul 2021-ci il tarixdə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə bağlı “Whatsapp” proqram təminatı vasitəsi ilə Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrədən ona “Suraxanı rayon 114 nömrəli məktəbin direktoru Ceyran xalaya həsr etdiyim...” başlıqlı “sheffaf.az” saytında yerləşdirilmiş tənqidi məqəlanin hiper-linkini yollayıb, 07 və 08 iyul 2021-ci il tarixlərdə gündüz və gecə saatlarında zəng edib onu hədələmişdir. Sonuncu dəfə 08.07.2021-ci il tarixdə o, işdə olarkən, yəni ünvan 3 ünvanında yerləşən 316 nömrəli məktəbin inzibati binasında öz xidməti otağında olarkən ***-***-**-** saylı mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrəsindən zəng edib guya məktəb direktoru kimi işlədiyi dövr ərzində qanunsuz varlandığını bildirirək ondan 100 manat pul tələb etmiş, lakin bu dəfə ona verəcəyi pulunun olmadığını bildirirək, artıq onu narahat etməməsini xahiş etmişdir. Həmçinin onun telefonunda həmin şəxslə “WhatsApp” proqram təminatı vasitəsi ilə yazışmaları, eləcə də, Təqsirləndirilən şəxs hədələrinə görə “eManat” terminal vasitəsi ilə ödədiyi 500 manat pulun qəbzi vardır. Bu kimi yalan məqalələrin yazılması onun ailəsində problem yaradacağı, iş etibarını sarsıdacağı üçün, qadın olaraq haqqında lüzumsuz və yalan məqalə yazaraq nüfuzuna xələl gətirəcəyindən ehtiyyat edib Təqsirləndirilən şəxs pul ödəmişdir. Hazırda isə Təqsirləndirilən şəxs qarşı şikayəti yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, X49 adına Pedaqoji (Bakı Slavyan Universiteti) İnstitutunu 1993-cü ildə bitirdikdən sonra təyinatla Şamaxı rayonu Çuxuryurd kənd tam orta məktəbində müəllim kimi fəaliyyətə başlamışdır. 2012-ci ilədək həmin məktəbdə müxtəlif rəhbər vəzifələrdə işləmiş, 2012-ci ildən isə həmin məktəbin direktoru vəzifəsinə təyin olunmuş və 2020-ci ilin noyabr ayınadək orada həmin vəzifədə işləmişdir. 2020-ci ilin noyabr ayında Azərbaycan Təhsil İşçiləri X28 Şamaxı rayon Komitəsinin sədri seçilmiş və hazıradək həmin vəzifədə fəaliyyətini davam etdirir. 2020-ci ilin noyabr ayında Azərbaycan Təhsil İşçiləri X28 Şamaxı rayon Komitəsinin sədri seçildikdən bir ay sonra ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə “Whatsapp” proqramı vasitəsilə zəng gəlmişdir. Telefon zənginə cavab verdikdə özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs jurnalist olduğunu və “sheffaf.az” xəbər portalını yeni təsis etdiyini və həmin xəbər portalına rəhbərlik etdiyini bildirmişdir. Daha sonra xəbər portalının açılışı ilə əlaqədar ona maddi yardım göstərməyi ondan xahiş etmiş və bildirmişdir ki, Azərbaycan Təhsil İşçiləri X17 bütün rayon və şəhərlərin komitə sədrlərin nömrələri onda var və onlar onu tanıyırlar. Onun xahişini nəzərə alaraq, eləcə də, təyin olunduğu vəzifəyə yeni gəldiyini nəzərə alıb onun istədiyi 300-400 manat məbləğdən yalnız gücü çatdığı 100 manat pulu cari ilin yanvar ayının 25-də onun ona zəng zamanı bildirdiyi qardaşı Namir Əmrahova məxsus karta “milliön” terminal aparatı vasitəsi ilə köçürtmüşdür. Bundan sonra təxminən mart ayının ortalarında Təqsirləndirilən şəxs ona “Whatsapp” proqramı vasitəsilə xatırlamadığı nömrədən yenidən zəng edib qarşıdan gələn Novruz Bayramı münasibəti ilə onu təbrik etməyini bildirmiş, onu təbrik etdikdə, o, təbriki ona pul yollamağı formasında etməyini demişdir. Hansı səbəbə görə ona pul verməli olduğunu soruşmuş, bundan sonra o da onu hədələməyə başlamış və ona Azərbaycan Təhsil İşçiləri X28 Şamaxı rayon Komitəsinin sədri olaraq Şamaxı rayonunda fəaliyyət göstərən hər bir müəllimdən pul yığdığını, komitəyə ayrılan pullardan əsassız şəkildə yararlandığını demişdir. O da ona onun dediklərinin heç birinin doğru olmadığını, ona yalandan böhtan atmamasını və ona verəcək pulu olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs təkidlə onun barəsində rəhbərlik etdiyi kütləvi informasiya vasitələrində məqalə yerləşdirəcəyini, bunun qarşısını almaq üçün ona 100 manat pul verməli olduğunu bildirmişdir. Onun bu kimi hədələrini mart ayından etibarən bir necə dəfə zənglər zamanı eşitsə də, onun barəsində yayacağı məlumatların həqiqəti əks etdirmədiyini bilib ona hər hansı məbləğdə pul köçürməmişdir. Təqsirləndirilən şəxs zənglər zamanı əksər hallarda onu gecə saatlarında narahat edərək nalayiq formada ifadələr işlətməklə hədələmiş və onun səs tonundan, eləcə də, danışıq tərzindən içkili olduğunu hiss etmişdir. Lakin onun bu kimi hədələrinə məhəl qoymayaraq, sadəcə, onun dediklərini səbrlə dinləyib hər hansı bir reaksiya verməmişdir. Təqsirləndirilən şəxs onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə bağlı “Whatsapp" proqram təminatı vasitəsi ilə mütamadi olaraq zəng etmişdir. O, kütləvi informasiya vasitələrində Təqsirləndirilən şəxs hədə-qorxu ilə digər bir şəxsdən pul tələb etdiyinə görə Sabunçu rayon prokurorluğunda barəsində cinayət işi başlandığını öyrənib onu da eyni ilə hədələdiyinə görə Sabunçu rayon prokurorluğuna müraciət etmişdir. Özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs “sheffaf.az” xəbər portalını təsis etdiyini və bu səbəbdən ona maddi dəstək olmağını xahiş etmiş, ilk öncə ona pul vermək istəməsə də, Namikin onun digər həmkarlarını tanıdığını və onların da ona kömək etdiyini bildirəndən sonra ona 25 yanvar 2021-ci il tarixdə 100 manat pul köçürmüşdür. Cari ilin mart ayından etibarən isə Təqsirləndirilən şəxs barəsində həqiqəti əks etdirməyən məlumatları rəhbərlik etdiyi kütləvi informasiya vasitələrində yayacağı ilə hədələməyə başlamış və ondan 100 manat pul tələb etmişdir. 30 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ona “Whatsapp” proqram təminatı vasitəsi ilə “sheffaf.az” saytında dərc olunmuş məqalənin bir linkini yolladıqdan sonra aprel ayının əvvəllərində o Şamaxı rayonu Əngəxaran kəndində yerləşən evində olarkən “Whatsapp” proqramı vasitəsilə xatırlamadığı nömrədən istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edib eyni məzmunlu hədələri ilə ondan 100 manat pul tələb etmişdir. Onun telefonunda həmin şəxslə “WhatsApp” proqram təminatı vasitəsi ilə yazışmaları vardır. Həmin yazışma zamanı Təqsirləndirilən şəxs ona “sheffaf.az” saytında dərc olunmuş məqalənin bir linkini yollamışdır. Həmin linkə daxil olduqda Beyləqan rayon Təhsil işçiləri X17 sədri haqqında tənqidi məqalə olduğunu görmüşdür. Həmin linki yollayıb ona sonra zəng edib bildirmişdir ki, barəsində bu kimi məqalənin çıxmasını istəmirsə, ondan tələb etdiyi pulu ona yollasın. Hazırda isə Təqsirləndirilən şəxs qarşı şikayəti yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, təxminən 2018ci il tarixdən Pirşağı qəsəbəsində yerləşən 36 nömrəli Poliklinikanın operatoru, Zərərçəkmiş şəxs1 isə təxminən 2011-ci ildən oranın baş həkim işləyir və onların orada birlikdə işlədiyi bütün müddətdə Zərərçəkmiş şəxs1 ilə münasibətləri həmişə yaxşı olmuşdur. Həmin 36 nömrəli şəhər poliklinikasında işi gündəlik (012) ***-**-** şəhər telefon nömrəsinə gələn zənglərə cavab verməkdən ibarətdir. Pandemiya ilə əlaqədar növbəli iş rejimində səhər saat 09.00-dan axşam saat 19.00-a qədər iş yoldaşı Naidə ilə birlikdə işləmişlər. İş saatının yarısını o, digər yarısını isə Naidə həmin telefon nömrəsinə gələn zənglərə cavab vermiş, təxminən 2 ay olardı ki, artıq jurnalist olduğunu və özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs dəqiq xatırlamadığı tarixlərdə dəfələrdə (012) 551-50- 66 şəhər nömrəsinə zəng edərək 36 nömrəli şəhər klinikasının baş həkimi Zərərçəkmiş şəxs1 ilə danışmaq üçün onu telefona çağırmağını ona bildirmişdir. Həmin şəxs bir neçə dəfə “Ramidə həkimlə danışmaq istəyirəm, jurnalistəm” dedikdə, Ramidə həkimi telefona çağırmış və Ramidə həkim gəlib telefonla həmin şəxslə danışdıqda Ramidə həkimin halının pisləşdiyini görmüşdür. Ramidə həkimdən nə baş verdiyini soruşduqda həmin şəxsin onu hədələdiyini və onun barəsində internetdə şər-böhtan xarakterli yazılar yayımlayacağını bildirmişdir. Bundan sonra özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs dəfələrlə (012) 551- 50-66 nömrəsinə zəng etmiş, Ramidə həkimin göstərişi ilə onun peyvənd otağında və ya iclasda olduğunu bildirib Ramidə həkimi telefona çağırmamışdır. Həmin şəxs sonralar zəng etdikdə ona dəfələrlə telefonda bildirmişdir ki, Ramidə həkimin barəsində məqalə yazdığını, Ramidə həkimə deyin telefona gəlib cavab verməsə onun barəsində məqalə “Azinfo” və “sheffaf.az” saytlarında və digər saytlarda dərc olunacaqdır. Əgər onun haqqında rüsvayedici məlumat yayılmasını istəmirsə, təcili ona çatacaq pulun göndərməsini bildirmişdir. O da ona həmişə Ramidə həkimin vaksinasiya ilə bağlı başı qarışıq olduğunu demişdir. Özünü Təqsirləndirilən şəxs kimi təqdim edən həmin şəxs sonralar da dəfələrlə zəng edərək Ramidə həkim barəsində məqalə yazdığını, əgər telefona gəlib özü cavab vermədikdə məqalələri yayımlayacağını, onun haqqında rüsvayedici məlumat yayılmasını istəmirsə, təcili ona çatacaq pulu göndərməsini bildirmişdir. Telefon zənglərinin birində Təqsirləndirilən şəxs sərxoş olduğu halda ona əsəbi şəkildə “mən hazırda Pirşağı qəsəbəsində bağdayam, baş həkiminizə çatdırın ki, gəlsin burda bağda görüşək bir çay içək. Elə eləməsin ki, öz maşınıma minib poliklinikaya gəlib onu orada tapım” demiş, hətta bir dəfə onun mobil nömrəsini də istəmişdir. Ondan mobil nömrəsini nə üçün istədiyini bildirdikdə o, “Sheffaf.az” xəbər saytında Ramidə həkim barəsində məqalə paylaşdığını və həmin məqalənin linkini ona göndərəcəyini bildirmiş, o da ona mobil nömrəsini verməkdən imtina etmişdir. Daha sonra Ramidə həkimin Təqsirləndirilən şəxs barəsində rayon prokurorluğuna şikayət etdiyini öyrənmiş, o, Ramidə həkimin Təqsirləndirilən şəxsla bir danışığının şahidi olmuşdur. Bundan sonra həmin şəxsin Ramidə həkimi hədələyərək pul tələb etməsini öyrənmiş və Ramidə xanımın göstərişi ilə həmin şəxs zəng edən zaman onun peyvənd otağında və ya iclasda olmasını bildirmişdir. Buna baxmayaraq, Təqsirləndirilən şəxs özü onunla danışıqlarında hər dəfə Ramidə xanımı rüsvayedici məlumatların yayılması ilə hədələyərək ondan pul istəmişdir. Ramidə həkim ona həmin Təqsirləndirilən şəxs adlı şəxsin onu təhdid edərək ondan dəfələrlə pul istədiyini, qadın olaraq haqqında lüzumsuz və yalan məqalə yazaraq nüfuzuna xələl gətirəcəyindən ehtiyat etdiyindən müxtəlif zamanlarda Təqsirləndirilən şəxs adlı şəxsə poçt vasitəsi və digər vasitələrlə 100 manat və digər məbləğlərdə pul ödədiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Pirşağı qəsəbəsində yerləşən 36 nömrəli Şəhər Poliklinikasının operatoru Şahid3 və Pirşağı qəsəbəsində yerləşən 36 nömrəli Şəhər Poliklinikasının baş tibb bacısı Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərdi ki, Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, ev 58 A, mənzil 6-da qeydiyyatda olmaqla Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, döngə 8, ev 35-də anası, həyat yoldaşı və iki azyaşlı uşaqları ilə birlikdə yaşayır və hazırda işləmir. Həvəskar kimi kompüter proqramçısı işini öyrənmiş və kompüterdə qəzetə dizayn verərək, saytlar yükləyə bilir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onu hazırda adı yadında qalmayan qəzetin redaktoru Şahid12 vasitəsi ilə tanımışdır. Şahid12la isə Gəncə şəhərində olan zaman hansısa bir çayxanada çay içərkən tanış olmuş və onunla münasibətləri yaranmış, Şahid12 bilmişdir ki, o, işsizdir. Ona görə də, ondan soruşmuşdur ki, əlindən nə gəlir, nə iş bacarırsan, Şahid12 kompüter proqramçısı olduğunu, kompüterdə qəzetə dizayn verə və saytlar yükləyə bildiyini bildirmişdir. Bu söhbət Şahid12la onun arasında təxminən 5-6 il bundan əvvəl olmuş, 2020-ci ilin dekabr ayının sonunda Şahid12 ona zəng edərək “sheffaf.az” saytı vardır, həmin saytın sayt yükləyəni normal işləmədiyini, saytı vaxtında yükləmədiyini bildirmiş və Həmin saytın sahibi Təqsirləndirilən şəxs saytı yükləyə bilmədiyini və ona bir sayt yükləyən lazım olduğunu bildirmiş, Əgər o, bilirsə və vaxtı varsa, saytı yükləməkdə Təqsirləndirilən şəxs kömək etsin, ayda ona 50 (əlli) manat pul verəcəkdir. O, Şahid12 etiraz etməyib razılaşmış, bundan sonra Şahid12 ona mobil telefon nömrəsini Təqsirləndirilən şəxs verəcəyini və o, ona zəng vuracağını bildirmişdir. Bundan sonra 28 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng edib hər ayın 28-i ona 50 (əlli) manat zəhmət haqqı verəcəyini, onun saytına dövlət rəsmi xəbərlərini və bir-iki dənə öz yazılarını yükləyəcəyini demiş, o da etiraz etməyərək razılaşmışdır. Bundan sonra onun saytına rəsmi xəbərləri hər gün, özünün yazılarını isə 2-3 gündən bir, həftədə bir dəfə yükləmişdir. Təqsirləndirilən şəxs 2-3 ay onun 50 (əlli) manat zəhmət haqqını normal qaydada vermiş, sonrakı aylarda isə atasının xəstə olmasını ona bildirərək, zəhmət haqqını ləngimələrlə vermiş, axırda iki aydan çox olardı ki, onun zəhmət haqqısını verməmişdir. Təqsirləndirilən şəxsla şəxsən görüşməmiş, yalnız onun şəklini saytında və “whatsapp"da görmüşdür. Zəhmət haqqını isə onun 4169 7413 3809 5480 nömrəli “Kapital Bank”a aid bank kartına köçürmüşdür. Təqsirləndirilən şəxs sahibi olduğu “sheffaf.az” saytına yüklədiyi Təqsirləndirilən şəxs özünə məxsus yazılarının məzmunu barədə onu deyə bilər ki, həmin yazılar yalnız tərifləyici xarakterdə olmuş, təhdid edici, kiminsə barədə rüsvayedici məlumatlar yayan yazılar olmamışdır. O, “sheffaf.az” saytının təsisçisi və redaktoru Təqsirləndirilən şəxs ayrıayrı şəxslərdən onlar barəsində rüsvayedici məlumatlar yaymaq hədəsi ilə onlardan müxtəlif məbləğlərdə pul alması barədə məlumatı olmamışdır. Belə bir məlumatı yalnız ondan ifadə alınan zaman bilmiş, Təqsirləndirilən şəxs məxsus yazılarda ayrı-ayrı şəxslər barəsində rüsvayedici məlumatlar yayma halları əks etdirilməmiş, qeyd etdiyi kimi, həmin yazılar yalnız tərifləyici xarakterdə olmuş, təhdid edici, kiminsə barəsində rüsvayedici məlumatlar yayan yazılar olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 Mürsəl oğlu ifadəsində göstərdi ki, Quba rayonu, 1-ci Nügədi kəndində atası, anası, qardaşı və həyat yoldaşı ilə birgə yaşayır. 2019-cu ilin yanvar ayından Quba rayonu, 1-ci Nügədi kənd poçt şöbəsində işləmiş və həmin poçt şöbəsinin müdiri vəzifəsinə isə 2019-cu ilin oktyabr ayından başlamışdır. Vəzifə funksiyalarına kommunal ödənişlərin qəbulu, pul baratlarının göndərişi və qəbulu, məktubların qəbulu və göndərişi, qəzet və jurnalların abunəçilərə, bağlamaların ünvanlara çatdırılması və sair daxildir. Təqsirləndirilən şəxs tanıyır. Belə ki, o, onunla həmkəndli olmaqla yaşadığı ev onun yaşadığı evdən təxminən 400-500 metr aralıda yerləşir. Təqsirləndirilən şəxs ilə bir həmkəndli kimi yaxın münasibəti olmamışdır. 2019-cu ilin yanvar ayında Quba rayonu, 1-ci Nügədi kənd poçt şöbəsində işə düzələndən sonra Təqsirləndirilən şəxs xalası Zülfiyyə, anası Sara, qardaşı Namir və Namikin öz adına adları yadında qalmayan müxtəlif şəxslərdən bir neçə dəfə 50 (əlli) manat, 100 (yüz) manat, 200 (iki yüz) manat məbləğlərində pul köçürmələri olmuş və həmin şəxslər öz şəxsiyyət vəsiqələri ilə yaxınlaşaraq onların adlarına olan qeyd olunan məbləğlərdə köçürülmüş pulları məxaric qəbzlərində imza etməklə təhvil almışlar. Qeyd olunan şəxslərin adlarına neçə dəfə pul köçürülməsi dəqiqliyi ilə yadında qalmamış, Təqsirləndirilən şəxs onun ***-***-**-** mobil telefon nömrəsini də ondan almışdır ki, qohumlarının və özünün adına pul köçürmələri barədə ona zəng edib məlumat əldə etsin. Ona görə də, Təqsirləndirilən şəxs ona bir neçə dəfə telefon zəngləri etmiş, beləliklə, Təqsirləndirilən şəxsla aralarında münasibət yaranmışdır. Təqsirləndirilən şəxs ona demişdir ki, “sheffaf.az” saytının baş redaktorudur, yəni jurnalistdir, məqalələr və şerlər yazmaqla məşğul olur. Təqsirləndirilən şəxs bunu ona deyəndən sonra onda elə təsəvvür yaranmışdır ki, o, öz saytında kiminsə haqqında tərif xarakterli məqalələr verdiyindən həmin pullar mükafat qismində ona göndərilir. Lakin onun özündən həmin pullar barədə heç bir söz soruşmamış və o da ona heç bir söz deməmişdir. Təxminən 2020-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs onun ***-***-**-** mobil telefon nömrəsinə zəng edərək demişdir ki, müştəri ona pul göndərməlidir, lakin müştərinin yaxınlığında poçt şöbəsi yoxdur. Ona görə də, ona demişdir ki, özünün şəxsi bank kartı yoxdur və ondan xahiş etmişdir ki, özünün bank kartının şəklini çəkib göndərsin, həmin karta pul köçürsünlər. Onun öz şəxsi bank kartı olmadığından qardaşı Şahid5 adına olan şəxsi bank kartının şəklini çəkib ona göndərəcəyini demişdir. Təqsirləndirilən şəxs etiraz etməmiş, bundan sonra qardaşı Şahid5 adına olan şəxsi bank kartının şəklini çəkib Təqsirləndirilən şəxs göndərmişdir. Qardaşı Şahid5 adına olan şəxsi bank kartına (kart nömrəsi: 4169 7423 2192 9891) bir neçə dəfə 50 (əlli) manat, 200 (iki yüz) manat arası məbləğlərdə pul vəsaitləri daxil olmuşdur. Namik pulun qardaşı Talehin kartına köçürüldüyünü biləndən sonra ona demişdir ki, taksi tutub pulu aparıb ona versin və taksi pulunu verəcəkdir. Təqsirləndirilən şəxs xahişi ilə taksi tutub qardaşının kartından pul çıxardaraq aparıb onun özünə vermiş və o, taksinin pulunu ona vermişdir. Qardaşı Talehin kartından pul çıxardıb Namikə verəndə ondan heç bir məbləğdə pul istəməmiş və almamışdır. Qardaşı Talehin bank kartının müddəti 2021 -ci ilin mart ayında bitdiyindən onun kartına pul köçürmək mümkün olmamışdır. Qardaşı “Kapital Bank”a aid yeni bank kartı (kart nömrəsi:4169 7423 2112 9641) alandan sonra şəklini çəkib Namikə göndərmişdir. Həmin karta 2021 -ci ilin may ayının 01-dən etibarən müxtəlif məbləğlərdə pul köçürülmüşdür. Qardaşı Şahid5 bu pul köçürmələri ilə bağlı narazılığını bildirdikdən sonra Təqsirləndirilən şəxs sinif yoldaşı Əhməd Xanınbəyova məxsus “Kapital Bank”a aid bank kartının şəklini göndərmişdir. Sinif yoldaşı Əhməd Xanınbəyova məxsus “Kapital Bank”a aid bank kartına (kart nömrəsi: 4169 7413 7253 5029) ümumilikdə 500 (beş yüz) manat pul köçürülmüş və Əhmədlə birlikdə həmin pulları çıxardıb apararaq Namikə vermişlər. 27 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs bir şəxsin ona kart vasitəsi ilə pul köçürmək istədiyini bildirdiyi üçün və ondan hansı karta pul köçürmək mümkün olduğunu soruşduqda, ona həyat yoldaşı Şahid6 adına olan “Kapital Bank”a aid bank kartının (kartın nömrəsi: 5103 0714 0439 0920) şəklini çəkib Təqsirləndirilən şəxs göndərmişdir. Həyat yoldaşı Nurayın bank kartına bir neçə dəfə 30 (otuz), 50 (əlli), 120 (yüz iyirmi), 300 (üç yüz) manat məbləğlərində pullar daxil olmuş və həmin pulları kartdan çıxardaraq aparıb Təqsirləndirilən şəxs vermişdir. Sonuncu dəfə Təqsirləndirilən şəxs ona zəng edərək həyat yoldaşı Şahid6 adına olan "Kapital Bank”a aid bank kartına 2021-ci ilin iyul ayının ilk günlərində köçürülmüş 500 (beş yüz) manat pulu kartdan çıxardıb aparıb ona verməyi xahiş etmişdir. Həmin məbləğdə pulu həyat yoldaşının bank kartından çıxardıb apararaq ona vermişdir. Pulu Namikə verəndə həmişəki kimi o, taksi pulunu vermişdir. Həyat yoldaşı Nurayın adına olan bank kartına köçürülmüş pul məbləğlərinin iri məbləğ olduğunu görərək şübhələnib qorxmuş və Namikə zəng edib demişdir ki, həyat yoldaşının adına olan bank kartı itmişdir, həmin karta daha pul köçürülməsin. Bundan sonra Namik ona demişdir ki, təcili pul köçürüləcək, başqa qohumunun kartının şəklini çək göndərsin. Üzə düşüb atası Şahid7 adına olan “Kapital Bank’’a aid maaş kartının (kart nömrəsi: 4169 7414 9685 9453) fotoşəklini 04 iyul 2021 -ci il tarixdə çəkib Namikə göndərmişdir. Namik ona, göndərdiyi atasına məxsus maaş kartına bir neçə yerdən pul göndəriləcək, həmin pulları bir yerdə çıxardıb aparıb ona verməyini demişdir. Atasının maaş kartına iki dəfə 100 (yüz) manat pul köçürülmüş və həmin pulları çıxardaraq aparıb ona verəndə məlum oldu ki, Təqsirləndirilən şəxs tutublar. Həmin pulları Namikin anası Saraya vermiş, bundan başqa, Təqsirləndirilən şəxs onu gün ərzində müxtəlif vaxtlarda ona dəfələrlə zəng edərək artıq bezdirmiş və ondan uzaq durmağa çalışmışdır. Bunu hiss edən Təqsirləndirilən şəxs onu işdən çıxartdıracağı ilə hədələmiş, işini itirməkdən qorxmuş, başqa heç bir marağı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Quba rayonu 2-ci Nügədi kəndində yerləşən “Macara” otelin mühafizəçisi Şahid5, Şahid8, Şahid6 və Şahid7 da Şahid4 Mürsəl oğlunun ifadəsi ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Aşağı qəsəbə küçəsi, ev 46-da qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Qulu Quluyev küçəsi, ev 63-də ailəsi ilə birlikdə yaşayır. 1991-ci ildə X10 ilə rəsmi nikah bağlamış, birgə nikahdan 1992-ci il təvəllüdlü X22, 1994-cü il təvəllüdlü X8, 1997-ci il təvəllüdlü X12 və 2001 -ci il təvəllüdlü X13 adlı övladları vardır. Azərbaycan Dövlət Pedaqoji universitetini 1992-ci ildə bitirdikdən sonra 1994-cü ildən etibarən daxili işlər orqanlarında iş fəaliyyətinə başlamışdır. 1994-cü ildən 2001-ci ilədək polis nəfəri kimi hava nəqliyyatında polis idarəsində işləmişdir. 2001-ci ildən 2006-cı ilədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında zabit kimi mühəndis-proqramçı vəzifəsində, 2006-cı ildən 2012-ci ilədək Suraxanı dəmir yol xətt polis məntəqəsinin rəisi vəzifəsində, 2012-ci ildən 2013-cü ilədək Sabunçu xətt polis şöbəsində baş əməliyyat müvəkkili vəzifəsində işləmişdir. 2013-cü ildən daxili işlər orqanlarından təqaüdə çıxmışdır. 2020-ci ilin yanvar ayından etibarən Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsinin bələdiyə sədri seçilmişdir və hazıradək həmin vəzifədə işləyir. 2021 -cı ilin iyun ayının sonlarında onun ***-***-**-** saylı mobil nömrəsinə bağlı “Whatsapp” proqramına hazırda xatırlamadığı nömrədən ismarıc gəlmişdir. Həmin ismarıcda özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs “sheffaf.az” saytının rəhbəri olduğunu bildirərək bəzi sualları cavablandırmağını xahiş etmişdir. Həmin şəxsə suallarını sonra cavablandıracağını bildirib sualları cavablandırmamışdır. Bir necə gün sonra tanımadığı nömrədən zəng gəlmişdir. Zəngə cavab verən zaman özünü Təqsirləndirilən şəxs adlı jurnalist kimi təqdim edən şəxs ondan müsahibə almaq istədiyini bilidirib, qeyd etdiyi suallar üzrə ona müsahibə verməyini xahiş etmişdir. Onun xahişini nəzərə ala bilməyəcəyini, eləcə də, ona müsahibə verməyəcəyini söyləyib, haqqında maraqlanmaq istədiyi halda Suraxanı rayonu ərazisinə gəlib burada icra hakimiyyətindən, eləcə də, sədri olduğu Yeni Suraxanı qəsəbəsində yaşayan sakinlərdən maraqlana biləcəyini ona söyləyib telefon əlaqəsini sonlandırmışdır. Həmin gün, eləcə də, bir necə gün davamlı şəkildə həmin şəxsin “Whatsapp” proqramı vasitəsi ilə telefon zəngləri davam etmiş və məcbur qalıb sonda zəngə cavab vermişdir. Bu dəfə həmin şəxs ona hazırda yaxın qohumunun ağır onkoloji xəstə olduğunu və bu səbəbdən ondan ona maddi dəstək olmağını, 200 manat pulu ona verməyimi xahiş etmişdir. Ona o qədər pulunun olmadığını bildirərək, sadəcə 100 manat pul verə biləcəyini söyləyib onun “Whatsapp” proqramı vasitəsi ilə ona yolladığı hazırda nömrəsini və kimə məxsus olmasını xatırlamadığı karta pul köçürmüşdür. İyul ayının əvvəllərində 316 nömrəli tam orta məktəbin direktoru Zərərçəkmiş şəxs2 ona məxsus mobil telefonuma zəng edib bildirmişdir ki, bələdiyənin veb-səhifəsində onun haqqında yerləşdirilən təbrik məqaləsinə görə özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs onu hədələyərək ondan pul tələb edib almışdır. Həmin şəxsin ondan pul istədiyini, lakin onu hədələmədiyini, sadəcə yaxın qohumunun onkoloji xəstə olduğunu vurğulayaraq ondan pul istədiyini ona söyləmişdir. Telefon zəngi zamanı Gülnarə xanım əlavə olaraq Təqsirləndirilən şəxs onu guya ki, onunla olan yaxın münasibətlərlə və digər əsassız məlumatlarla hədələdiyini vurğulamışdır. Bunları eşidəndən sonra Təqsirləndirilən şəxs mobil nömrəsinə “Whatsapp” proqramı vasitəsi ilə zəng edib ona hansı əsasla Zərərçəkmiş şəxs2 hədələdiyini və hədələmə zamanı onun adını, eləcə də, işlədiyi yerin adını hallandırdığını ondan soruşmuşdur. Bu zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 hədələmədiyini, ortada anlaşılmazlıq olduğunu və sadəcə hansı səbəbə görə Zərərçəkmiş şəxs2 şəkilinin onun rəhbərlik etdiyi bələdiyənin veb səhifəsində paylaşıldığı ilə bağlı Gülnarə xanımı narahat etdiyini bildirmişdir. Ona Zərərçəkmiş şəxs2 Yeni Suraxanı qəsəbəsi ərazisində yerləşən bir məktəb direktoru kimi ad günü münasibəti ilə təbrik edildiyini və ümumiyyətlə, bunun ona heç bir aidiyyəti olmadığı halda, Zərərçəkmiş şəxs2 hədələməsinə görə ona öz narazılığını bildirib telefon əlaqəsini sonlandırmışdır. Zərərçəkmiş şəxs2mn Təqsirləndirilən şəxs tərəfindən hədələndiyini bilir, lakin Gülnarə xanımın ona pul verib-verməməsi barədə heç bir məlumatı yoxdur. Zərərçəkmiş şəxs2 uzun müddət Suraxanı qəsəbəsində yaşadığı və məktəb direktoru kimi işlədiyi üçün tanıyır. Belə ki, işi ilə əlaqədar qəsəbənin ərazisində yerləşən dörd məktəbin direktoru ilə tanışlıq münasibətləri vardır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 hədələyərək ondan pul tələb etdiyi zaman onun adından və iş yerinin adından istifadə etməsini, hesab edir ki, rəhbəri olduğu bələdiyyənin veb səhifəsində Gülnarə xanımın ad günü ilə əlaqədar paylaşma olduğu səbəbindən baş vermişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 hədələyərək ondan pul tələb etməsini öyrənən zaman Təqsirləndirilən şəxs zəng edib həm Zərərçəkmiş şəxs2 hədələməsinə görə, eləcə də, həmin məsələnin onun və rəhbərlik etdiyi iş yerinin adı hallandırdığına görə ona öz narazılığını bildirib telefon əlaqəsini sonlandırmışdır. Məhkəmədə ifadəsi elan edilmiş Şahid10 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Quba rayonu, 1-ci Nügədi kəndində qeydiyyatda olmaqla yaşayır. Təqsirləndirilən şəxs onun böyük oğludur. X58 rayonu 1-ci Nügədi kəndində yaşamaqla aradabir Bakı şəhərinə gedib orada işləyib yaşamış, amma Bakı şəhərində mütamadi olaraq qalmamış, aradabir Quba rayonuna gəlib orada təsərrüfatla da məşğul olmuşdur. İlkin zamanlarda Namik əsasən təsərrüfatla məşğul olmuşdur. Onun jurnalistikaya həvəsi oyanandan sonra o, Bakı şəhərinə köçüb orada bir necə qazetdə işləməyə başlamış, lakin dəqiq olaraq hansı qəzetlərdə və hansı tarixlərdə işləməsini xatırlamır. Bir ildən artıq müddətdir ki, Namik Bakı şəhərindən onların yanına köçüb onlarla birgə yaşamağa başlamışdır. Özü evdar qadındır və əri Alimşah Əmirahov əvvəllər təsərrüfatla məşğul olmuşdur, hazırda onkoloji xəstə olduğundan yataq xəstəsidir. Oğlu Təqsirləndirilən şəxs bu ilin əvvəllində ona demişdir ki, Quba rayonun mərkəzində olan poçtdan gedib adına gələn pul göndərişini götürsün. Quba rayonunun mərkəzində “Kapital Bank”ın bankomatına yaxınlaşıb ilk öncə pensiya kartından pul məbləğini çıxartmış, daha sonra poçta getmişdir. Poçtdan adına gələn pul göndərişini çıxardan zaman 100 manat pulun adına köçürüldüyünü görmüşdür. Daha sonra həmin pulu evin ehtiyacları üçün xərcləmişdir. Poçt göndərişi əsasında götürdüyü həmin pulun kim tərəfindən göndərilməsi ilə maraqlanmamışdır. Bu ilin əvvəlindən başqa bir vaxtda Namik ona poçtdan pul götürməyini bildirməmişdir. Onun adına hər hansı bir bankda hesab və ya hər hansı plastik kart yoxdur. Yalnız pensiya kartı vardır. Həmin pensiya kartından da “Kapital bank”a olan kredit borcunu hər ay pensiya yüklənən kimi pensiyanın yarıdan çox hissəsi kreditə avtomatik ödənilir. Təqsirləndirilən şəxs əsasən təsərrüfatdan pul qazanmışdır. Belə ki, meyvə və tərəvəz yetişdirib onları satmaqla qazanc əldə etmişdir. Lakin ara-sıra jurnalistika fəaliyyəti ilə də məşğul olmuşdur. Oğlu Təqsirləndirilən şəxs “sheffaf.az” xəbər portalının təsisçisi və baş redaktoru olmasından məlumatı vardır. Belə ki, oğlu Namik yanında bir neçə dəfə bu barədə danışdığı üçün xatırlayır. Zərərçəkmiş şəxs1 adlı həkimin oğlu Təqsirləndirilən şəxs tərəfindən hədə-qorxu gəlinərək pulunun tələb etməsi barədə hər hansı bir məlumatı yoxdur. Məhkəmədə ifadəsi elan edilmiş Şahid9 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Quba rayonu, 1-ci Nügədi kəndində qeydiyyatda olmaqla yaşayyır. Təqsirləndirilən şəxs onun bacısı Şahid10nm böyük oğludur. Təqsirləndirilən şəxs Quba rayonu, 1-ci Nügədi kəndində yaşamaqla aradabir Bakı şəhərinə gedib orada işləyib yaşamış, amma Bakı şəhərində mütamadi olaraq qalmamış, aradabir Quba rayonuna gəlib orada təsərrüfatla da məşğul olmuşdur. İlkin zamanlarda Namik əsasən təsərrüfatla məşğul olmuşdur. Onun jurnalistikaya həvəsi oyanandan sonra o, Bakı şəhərinə köçüb orada bir neçə qazetdə işləməyə başlamış, lakin dəqiq olaraq hansı qəzetlərdə və hansı tarixlərdə işləməsini xatırlamır. Bir ildən artıq müddətdir ki, Namik Bakı şəhərindən Quba rayonu, 1-ci Nügədi kəndinə köçüb öz valideynləri ilə birgə yaşamağa başlamışdır. Anası Şahid10 evdar qadındır və atası Alimşah Əmirahov təsərrüfatla məşğul olurdu, hazırda onkoloji xəstə olduğundan yataq xəstəsidir. Alimşah Əmirahova bacısı Sara və bacısı oğlu Namik daim nəzarət etmişdir. Bacısı oğlu Təqsirləndirilən şəxs 2018-ci ilin yay aylarında 2-3 dəfə ona zəng edib bildirmişdir ki, X54ində olan poçtdan gedib adına gələn pul göndərişini götürüb ona versin. Həmin vaxt evdə heç bir işlə məşğul olmadığı üçün onun dediyi yerə gedib, bir dəfə 30 manat, səhəri gün 70 manat və bir necə aydan sonra isə 100 manat adına köçürülmüş pulu şəxsiyyət vəsiqəsini təqdim etməklə poçtdan götürmüşdür. Daha sonra Namiklə evlərində görüşüb həmin pulu ona vermişdir. Poçt göndərişi əsasında götürdüyü həmin pulun kim tərəfindən göndərilməsi ilə maraqlanmamışdır. Namik ona gedib pulu götürüb evə ona gətirib çatdırmağını dediyi üçün həmin pulun kim tərəfindən göndərilməsi ilə maraqlanmamışdır. 2018-ci ilin yay aylarında və 2-3 ay sonra pul köçürmələri ilə əlaqədar poçta getmişdir. Adına bankda hesab və ya plastik kartı yoxdur. Təqsirləndirilən şəxs əsasən təsərrüfatdan pul qazanmışdır. Belə ki, meyvə və tərəvəz yetişdirib onları satmaqla qazanc əldə etmişdir. Lakin ara-sıra jurnalistika fəaliyyəti ilə də məşğul olmuşdur. Zərərçəkmiş şəxs1 adlı həkimin bacısı oğlu Təqsirləndirilən şəxs tərəfindən hədə-qorxu gəlinərək pulunun tələb etdiyi barədə hər hansı bir məlumatı yoxdur. Məhkəmədə ifadəsi elan edilmiş Şahid12 Tanrıverdi oğlu ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, ev 55/9, mənzil 13-də qeydiyyatda olmaqla Bakı şəhəri, Səbail rayonu, Fərman Qurbanov küçəsi, ev 52, mənzil 4-də ailə üzvləri ilə birlikdə yaşayır. “Gündəm” müstəqil ictimai-siyasi qəzetinin baş redaktoru vəzifəsində işləyir. Həmin qəzet, səhv etmirsə, 1999-cu ildə təsis olunmuş, təxminən doqquz ilə yaxındır ki, bu qəzetin redaktoru vəzifəsində işləyir, Təqsirləndirilən şəxs tanıyır. Onunla təxminən beş il əvvəl Quba rayonunda şəxsi işləri ilə əlaqədar getdiyi zaman rayonun mərkəzində bazarın yanında olan çayxanada çay içən zaman tanış olmuşlar. Həmin zaman onun yanında hazırda adını unutduğu mətbuat orqanında işləyən orta yaşlı kişi cinsli bir şəxs də olmuş, həmin şəxslə qeyd etdiyi çayxanada oturub çay içən zaman həmin şəxs ona bildirmişdir ki, Quba rayonundan olan Namik adlı bir şəxs gələcəkdir. Bir az gözlədikdən sonra həmin şəxsin dediyi Namik adlı şəxs gəlmiş və o, çay sifariş vermişdir. Çay masasının arxasında söhbət zamanı Namik onun “Gündəm” müstəqil ictimai-siyasi qəzetinin baş redaktoru vəzifəsində işlədiyini bilmiş və həmin qəzetin redaksiyasının harada yerləşdiyini soruşmuşdur. Redaktoru olduğu həmin qəzetin redaksiyasının “Azərnəşr”in binasının birinci mərtəbəsində yerləşdiyini ona demiş, həmin zaman Namikin nə kimi fəaliyyətlə məşğul olduğunu bilməmiş və bunu ondan soruşmamışdır. Bundan təxminən 7-8 ay sonra işdə olan zaman Namikin iş yeri olan “Gündəm” müstəqil ictimaisiyasi qəzetinin redaksiyasının yerləşdiyi “Azərnəşr”in binasının birinci mərtəbəsində olan iş otağına gəldiyini görmüşdür. Namik onunla görüşüb kef-əhvallaşandan sonra çıxıb getmiş, bundan 3-4 ay keçəndən sonra Namik yenə onun iş otağına gəlib kef-əhvalını soruşaraq çıxıb getmişdir. Namik Quba rayonundan hər dəfə Bakı şəhərinə gələndə onun iş yerinə gəlib ona baş çəkmiş, hal-əhval tutub getmişdir. Bir müddət keçəndən sonra ona məlum olmuşdur ki, Namik “azinfo.az" domeni alıb qeydiyyatdan keçmişdir. Bundan bir qədər keçdikdən sonra Namik onun iş yerinə gəlmiş, söhbət zaman Namik ona demişdir ki, açdığı “azinfo.az” xəbər portalını bağlatmış, “sheffaf.az” saytını açmışdır. Namiklə bir qədər söhbətləşəndən sonra o çıxıb getmişdir. Bundan təxminən bir il keçəndən sonra Namik istifadəsində olan ***-***-**-** və ya ***-***-**-** mobil telefon nömrəsi ilə onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng edərək onun yazı üslubundan çox xoşu gəldiyini, yazı üslubunu hamı təriflədiyini bildirmişdir. Ona minnətdarlığını bildirəndən sonra Namik yazı məsələsində ona kömək edib-edə bilməyəcəyini soruşmuş, o da Namikə Bakı şəhərinə gələndə iş yerinə gələr danışarlar demişdir. Bundan 3-4 ay sonra Namik onun iş yerinə gəlmiş və ona yazıda kömək etməyini bildirmiş, o da ondan nə kimi yazıda kömək etməyini soruşmuş, bu zaman Namik ona tutaq ki kiminsə haqqında tərif və ya tənqidi yazı lazım olduğunu, həmin yazıları yazılmasını soruşmuşdur. O, Namikə etiraz etməmiş və ona bildirmişdir ki, kiminsə haqqında tərif və ya tənqidi yazı yazmaq lazımdırsa, ona qaralamasını hazırlayıb elektron poçtuna göndərsin və ya telefon vasitəsi ilə “Whatsapp” proqramına atsın, həmin yazıların üstündə işləyib ədəbi dil formasında öz üslubunda redaktə edib özünə elektron poçtuna göndərər və ya telefon vasitəsi ilə “Whatsapp” proqramına atar. Namiklə razılaşandan sonra o, hazırda dəqiqliyi ilə xatırlamadığı ayrı-ayrı şəxslər, idarə, müəssisə və təşkilatlar haqqında tərif və ya tənqidi yazıların qaralamasını elektron poçtuna göndərmiş və ya telefon vasitəsi ilə "Whatsapp” proqramına atmış, həmin yazıların üstündə işləyib ədəbi dil formasında öz üslubunda redaktə edib Namikin özünə elektron poçtuna göndərmiş və ya telefon vasitəsi ilə “Whatsapp” proqramına atmışdır. Namik üçün təxminən 40 (qırx) tərif və ya tənqidi yazılar yazıb ona göndərmiş, Namik ona yazdığı həmin yazıların hər birinə görə əvvəllər 10 (on) manat, sonralar isə 15 (on beş) manat pul vermişdir. Namik ona yazdığı yazılara görə ümumilikdə 500 (beş yüz) manat pul vermişdir. Təqsirləndirilən şəxs üçün onun işlətdiyi “sheffaf.az” saytına yerləşdirmək üçün hansı şəxslər, idarə, müəssisə və təşkilatlar haqqında tərif və ya tənqidi yazılar yazmağını hazırda dəqiq xatırlamır. Bunun üçün “sheffaf.az” saytına girib baxmaq lazımdır. Namik həmin saytın aylıq ödəniş pulunu ödəmədiyi üçün həmin sayt hazırda bağlanmış, “sheffaf.az” saytına 28.03.2021-ci il tarixdə yerləşdirilmiş “Baş həkimin səhiyyəmizdə oynadığı rol və əsl həqiqətlər” başlığı adı altında ona təqdim olunmuş yazının üstündə o işləyib ədəbi dil formasında öz üslubumda redaktə edərək Namikin özünə göndərmiş və o da həmin yazını qeyd olunan saytda yerləşdirmişdir. “sheffaf.az” saytının təsisçisi və redaktoru Təqsirləndirilən şəxs ayrı-ayrı şəxslərdən onlar barəsində rüsvayedici məlumatlar yaymaq hədəsi ilə onlardan müxtəlif məbləğlərdə pul alması barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs üçün ayrı-ayrı şəxslər barəsində rüsvayedici yazılar deyil, tənqidi yazıları redaktə edib ədəbi dil formasına salmışdır. İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 11.12.2021-ci il tarixli 2961 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işinin materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissədən görünür ki, aparılmış eksperimental-psixoloji müayinə gedişində əqli-intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimlənməsində hər hansı dəyişiklik aşkar olunmur. Həmin rəyin nəticə hissəsinin məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissəsindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən hər hansı psixi (ruhi) xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə onun barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs ona ittiham elan olunan cinayət əməlini törətdikdən sonra hər hansı psixi pozuntudan əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxsda hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.3-cü maddəsinin təsiri altına düşmür. Həmin rəyin nəticə hissəsinin məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissəsindən görünür ki, Təqsirləndirilən şəxs emosional halından asılı olaraq hadisə zamanı öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi- emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. (cild 03, iş vərəqə 2-5) İş materiallarında olan “www.sheffaf.az” veb saytına “baxış keçirilməsi haqqında” 24.04.2021-ci il tarixli protokoldan görünür ki, həmin veb saytın əsas səhifəsində “Şəffaf xəbər portalı” yazısı fonunda “Siyasət”, “İqtisadiyyat”, “Sosial”, “Mədəniyyət", “Maraqlı” və bu kimi digər bölümlərdə əlaqədar informativ məqalələr yerləşdirilmişdir. Səhifənin sonunda təsisçi və baş redaktorun Namiq Əmrahov olduğu qeyd edilmiş, əlaqə nömrələri ***-***-**-** və ***-***-**-** mobil nömrələri göstərilmişdir. Əsas səhifədə “Poliklinika” yazısındakı şəkli olan fonda “Baş həkimin səhiyyəmizdə oynadığı rol və həqiqətlər” adlı məqalə olduğu, məqalənin linkinə daxil olduqda məqalənin 28.03.2021-ci il tarixdə saat 11.08-də veb saytda dərc edildiyi görünür. Məqalənin hiper-linki “sheffaf.az/11343-vahkimin- shiyymizd-rol-v-sl-hqiqtlr.html"-dir. Məqalədə “Bakı şəhərinin Pirşağa qəsəbəsində fəaliyyət göstərən 36 saylı poliklinikanın baş həkimi Ramidə xanım İbrahimovanın həm bugünkü idarəçiliyi, həm də hər bir fərdə qarşı yanaşması daha çox diqqəti cəlb edən mövzulardandır. Sözsüz ki, bu yöndə atılan addımlar geniş ictimaiyyətin maraq dairəsinə daxil olan mövzulardan biri olduğu üçün, adı çəkilən xanımın idarəçiliyinin mahiyyəti, bugünkü səhiyyəmizin tarixində oynadığı rolun varlığı bizim də diqqətimizi cəlb etməkdədir. Ona görə də, çox yaxın günlərdə belə bir mövzudan bəhs etməyi qərara almışıq. Bizi izləyin!” yazısı qeyd olunmuşdur. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, ona təxminən 2017-ci il tarixdə adının sonradan X19 olduğunu bildiyi şəxs zəng edərək xəbər saytında jurnalist olduğunu bildirmişdir. Həmin Namiq adlı şəxs 100 manat verməyəcəyi təqdirdə rəhbəri olduğu xəbər saytında barəsində şər-böhtan xarakterli məlumatlar yayımlayacağını bildirmişdir. Onun guya rəhbəri olduğu poliklinikanın işçilərindən pul yığdığını və bunun barəsində saytında yazılar yazacağını bildirmişdir. O, Namiqin həmin yazısı onun işini itirməyinə səbəb ola bilər deyə qorxaraq Namiq Əmrahova müxətlif vaxtlarda 2000 manata qədər poçt vasitəsilə pul göndərmişdir. O, bir müddət pul göndərməkdən imtina etdikdə Namiq Əmrahov onun istifadəsinə olan “Whatsapp” mesajlaşma proqramına www.sheffaf.az veb-saytının linkini göndərmiş və telefonda zəng edib 500 manat məbləğində pulu göndərmədiyi təqdirdə həmin saytda haqqında rüsvayedici məlumatlar dərc ediləcəyini bildirmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 “Baş həkimin səhiyyəmizdə oynadığı rol və həqiqətlər” adlı məqalənin Namiq Əmrahovun ona göndərdiyi linkdə yerləşən məqalə olduğunu təsdiqləmişdir. Baxış foto çəkiliş aparılmaqla müvafiq qaydada protokollaşdırılmışdır. (cild 01, iş vərəqə 15-20) İş materiallarında olan kompakt diskə baxış keçirilməsi barədə 17.05.2021-ci il tarixli protokoldan görünür ki, ağ rəngli «CD-R» formatlı həmin diskin tərkibində 15 ədəd danışıqları əks etdirən fayl olduğu müəyyən edilmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 səs yazılarındakı qadın cinsli səsin özünə, kişi cinsli səsin Təqsirləndirilən şəxs aid olduğunu bildirmişdir. Həmin diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 bir necə səs yazısında 500 manat pul tələb etdiyi, tələb etdiyi pulu verməyəcəyi təqdirdə barəsində kütləvi informasiya vasitələrində rüsvayedici məlumatları yaymaqla hədələdiyini, hüquq-mühafizə orqanlarında tanışlarının olduğunu, heç kimdən qorxub çəkinmədiyi, işini atıb Pirşağı qəsəbəsinə gəlib Zərərçəkmiş şəxs1 izləyib ondan bir nöqsan belə tutacağı halda 500 (beş yüz) manat yox, 1000 (min) manat yox, həmin xanımdan 10.000 (on min) manat tələb edə biləcəyi, “sheffaf.az” saytında Zərərçəkmiş şəxs1 barəsində yerləşdirilmiş “Baş həkimin səhiyyəmizdə oynadığı rol və əsl həqiqətlər" adlı anons məqalənin artıq sayta yerləşdirildiyi, Pirşağı qəsəbəsinə kök salıb Zərərçəkmiş şəxs1 bir nöqsanını tapsa ondan 20.000 (iyirmi min) manat pul alaçağı müəyyən edilmişdir. Diskə baxış müvafiq qaydada protokollaşdırılmışdır. Həmin disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. (cild 01, iş vərəqə 22-27) İş materiallarında olan Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin 07.05.2021-ci il tarixli FTX-01/145-21 saylı “müraciətə baxılmasının nəticəsi barədə” məktubundan görünür ki, “sheffaf.az” saytının inzibatçısı Təqsirləndirilən şəxs, +994.705904379 nömrəsi, mailto:sheffaf@mail.ruElektron ünvan 1 e-poçt adresi, ünvan 4 ünvanında və “azinfo.tv” saytının inzibatçısı Elnur İsmanlı, +994.706006626 nömrəsi, mailto:Info@sayt.wsElektron ünvan 2 e-poçt adresi, Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə AZ:0101 ünvanında qeydiyyat məlumatları aşkar edilmişdir. (cild 01, iş vərəqə 31) İş materiallarında olan Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" MMC-nin 16.06.2021-ci il tarixli 103-3-24-1887 saylı cavab məktubundan görünür ki, 01.06.2018-ci il tarixdən 21.05.2021-ci il tarixədək Zərərçəkmiş şəxs1 tərəfindən 21.06.2018-ci il tarixdə 30 manat, 22.06.2018-ci il tarixdə 70 manat, 13.09.2018-ci il tarixdə 100 manat pulu Pirşağı qəsəbəsində yerləşən 135 saylı poçt şöbəsindən Şahid9 adına Quba mərkəzi poçtuna, 23,11.2018-ci il tarixdə 20 manat pulu Pirşağı qəsəbəsində yerləşən 135 saylı poçt şöbəsindən X7 adına Buzovna qəsəbəsində yerləşən 90 saylı poçt şöbəsinə, 15.01.2019-cu il tarixdə 100 manat pulu Pirşağı qəsəbəsində yerləşən 135 saylı poçt şöbəsindən Təqsirləndirilən şəxs adına Bakı Mərkəzi Poçt Ü.Hacıbəyov 72 saylı poçt şöbəsinə, 11.06.2019-cu il tarixdə 100 manat pulu Pirşağı qəsəbəsində yerləşən 135 saylı poçt şöbəsindən Təqsirləndirilən şəxs adına Quba mərkəzi poçtuna, 03.03.2020-ci il tarixdə 100 manat pulu Bakı Mərkəzi poçt Ü.Hacıbəyov 72 saylı poçt şöbəsindən Təqsirləndirilən şəxs adına Xaçmaz mərkəzi poçtuna, 07.09.2020-ci il tarixdə 100 manat pulu Pirşağı qəsəbəsində yerləşən 135 saylı poçt şöbəsindən Təqsirləndirilən şəxs adına Bakı Mərkəzi Poçt 0,Hacıbəyov 72 saylı poçt şöbəsindən və 08.01.2021 -ci il tarixdə 100 manat pulu Dilarə Əliyeva küçəsi 10 saylı poçt şöbəsindən Şahid10 adına Quba mərkəzi poçtuna pul köçürməsi xüsusatları əks edilmişdir. (cild 01, iş vərəqə 40-41) İş materiallarında olan 11.07.2021-ci il tarixli “götürmə aparılması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “Hisense” və “Samsung” markalı 02( iki) ədəd mobil telefon götürülmüşdür. (cild 01, iş vərəqə 97-100) İş materiallarında olan 11.07.2021-ci il tarixli “mobil telefon cihazlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung A7” markalı mobil telefonun “Whatsapp" proqramında olan yazışmalara baxış keçirildikdə “X30 Sedri" adı ilə qeyd olunmuş mobil nömrəsi 050- ***-**-** olmaqla profilində şəkili olmayan şəxsə 21.01.2021-ci il tarixdə saat 12:15-də “Sheffaf.Az”, “Namiq Emrahov”, 24.01.2021-ci il tarixdə saat 14:39-da “Salam. Men dunen zeng etdim cavab vermediz. Men size deyer verdim hörmet gösterdim. Xahiş eidrem menimle elaqe saxlayin. Men size qarşı hormetsizlik etmemişem.”, 25.01.2021-ci il tarixdə saat 15:48- də ***-***-**-** nömrəli abonent 25.01.2021-ci il tarixdə 100 manat pulun X5 adına köçürülməsinə dair qəbzin şəkilini yolluyur, saat 15:50-də “Çox sağ ol. Novruz bayram qabağı zeng edecem.” 19.03.2021-ci il tarixdə “Bir şeyi yadinda saxla ki, men dolanmalı adam deyilem!”, 25.03.2021-ci il tarixdə “Sheffaf.az saytin izleyersiz”, 30.03.2021-ci il tarixdə saat 14:37-də “ Anons Beyləqan rayon təhsil adlı məqalənin sheffaf.az saytının hiper-linkini”, 06.04.2021ci il tarixdə saat 17:01-də “Yadinda qalsin ki, mene hormetsizlik edirsen", saat 17:02-də Sabah yazı hazır olacaq. Sağ ol” yazdığı, “Pirişağı Ramida” adı ilə qeyd olunmuş, mobil nömrəsi ***-***-**-** olmaqla, profilində şəkili olmayan şəxsə 28.03.2021-ci il tarixdə saat 09:52-də “Narahat olmayın xoş meramlidir”, saat 09:54-də "Bu saytda der olunacaq” “Sheffaf.az”, saat 10:24-də “Siz zehmet olmasa menimle elaq saxlayin”, saat 10:34-də “Siz niye cavab vermirsiz? Başqa bir mesele ne bağlı narahat edirem”, saat 10:38-də “Linki bura gonderecem”, saat 11:15-də “Baş həkimin səhiyyəmizdə oynadığı rol və əsl həqiqətlər” adlı məqalənin “sheffaf.az” saytının hiper-linkini, 06.04.2021-ci il tarixdə saat 12:21-də “Salam. Tele Cavab vermemek hormetsizlik elametidir!”, 15.05.2021- ci il tarixdə saat 11:53-də “Sabah Sheffaf.az saytin izleyersiz.”, 22.05.2021-ci il tarixdə saat 14:43-də “Men gelirem ora. Siz işde yoxsuz. Hardasiz?” yazdığı, “Baki Gülnare 316 N Mekteb” adı ilə qeyd olunmuş, mobil nömrəsi ***-***-**-** olmaqla profilində şəkili olmayan şəxsə 29.06.2021-ci il tarixdə saat 15:07-də “Salam. Namiq müellimdir. Sheffaf.az Saytna tanış ola bilersiz”, saat 15:19-da “Yevlax şəhər Təhsil Şöbəsinin Müdiri Namidə xanima həsr etdi..”, saat 15:19-da “Cəlilabad rayon Təhsil Şöbəsinin Müdiri Qərənfil xalaya həsr etdiyi..”, saat 15:19-da “Şəki şəhər Təhsil şöbəsinin müdiri Südabə xalaya həsr etdiyim qisa..”, saat 15:19-da “Daşkəsən rayon Təhsil işçiləri X18 sədri”, saat 15:19-da "Bakı şəhəri 187 nömrəli məkətbin direktoru Nailə xanima həsr etdi..” adlı məqalələrin “sheffaf.az” saytının hiper-linklərini, saat 15:20-də “Menim yazdığım benzetmeler. Tanış ola bilersiz.” yazdığı, “Celilabad Mübariz” adı ilə qeyd olunmuş, mobil nömrəsi ***-***-**-** olmaqla, profilində dalğalanan Azərbaycan bayrağı şəkili olan şəxsə 04.11.2019-cu il tarixdə saat 09:45-də “Bakı merkezi poçt Şahid9”, saat 13:08-də “Müellim, qebul ede bilərik?”, saat 13:09-da “Zehmet olmasa qebzi atin”, 03.02.2020-ci il tarixdə saat 09:27-də “Salam gününüz uğurlu olsun. Baki merkezi poçt Şahid9”, saat 12:49-da “Gönderende zehmet olmasa xebet etde.”, saat 16:55-də “Götürü biler?”, 18.03.2020-ci il tarixdə saat 22:15-də “X2 merkezi poçt”, 24.12.2020-ci il tarixdə saat 12:32-də “Namir Amirahova məxsus 4169 7585 6626 2410 nömrəli Kapital bank kartının şəkilini”, saat 12:33-də “Xahiş edirem bu gün bir sarı ele qardaş adamsan. Zehmet olmasa çeki atarsiz” yazdığını və həmçinin digər profillərlə iş üçün əhəmiyyətli olmayan danışıqların qeydə alındığı müəyyən edilmişdir. Digər hər hansı əlaqənin qeydə alındığı müəyyən edilməmişdir. “Mesajlar" bölümündə olan yazışmalara baxış keçirildikdə “Xaçmaz Qasim” adı ilə qeyd olunmuş nömrədən iş üçün əhəmiyyətli olmayan mesajın daxil olması müəyyən edilmişdir. “Kontakt” bölümündə olan nömrələrə baxış keçirildikdə 590 ədəd mobil nömrənin qeydə alındığı müəyyən edilmişdir. Telefon danışıqlarının qeydə alındığı bölümə baxış keçirildikdə 2021ci ilin iyul ayı ərzində hər hansı danışığın qeydə alınmadığı, sonuncu zənglərin 18 iyun 2021-ci İl tarixdə olduğu və iş üçün əhəmiyyətli olan hər hansı bir zəngin qeydə alınmadığı müəyyən edilmişdir. “Qalereya” bölümünə daxil olduqda Təqsirləndirilən şəxs tək və digər şəxslərlə birlikdə olan fotolarının olduğu müəyyən edilmişdir. “Hisense F17 Pro” markalı mobil telefonun “Whatsapp" proqramında olan yazışmalara baxış keçirildikdə “Baki Gülnare 316 N Mekteb” adı ilə qeyd olunmuş, mobil nömrəsi ***-***-**-** olmaqla profilində şəkili olmayan şəxsə 02.07.2021-ci il tarixdə saat 09:46-da “Zehmet olmasa bu sualları cavablandırarsız. Mektebin tam adi...", saat 09:46-da “Sheffaf.az”, saat 09:59-da “Sualları cavablandırısız ya yox?”, 03.07.2021-ci il tarixdə saat 18:29-da ***-***-**-** nömrəli abonent 03.07.2021 -ci il tarixdə 500 manat pulun Şahid6 Eldeniz qızının adına köçürülməsinə dair qəbzin şəkilini yollayır, 06.07.2021-ci il tarixdə saat 12:48-də “Suraxanı rayon 114 nömrəli məktəbin direktoru Ceyran xalaya həsr etdiyim..” adlı məqalənin sheffaf.az saytının hiper-linkini yazıb yolladığını və həmçinin digər profillərlə iş üçün əhəmiyyətli olmayan danışıqların qeydə alındığı müəyyən edilmişdir. Digər hər hansı əlaqənin qeydə alındığı müəyyən edilməmişdir. “Mesajlar” bölümündə olan yazışmalara baxış keçirildikdə “Bakcell”, "+**********55”, “Krossvord”, BakuElectr”, “KontaktHome”, "B.E.MMC”, “OynaQazan” adı ilə qeyd olunmuş nömrələrdən iş üçün əhəmiyyətli olmayan mesajın daxil olması müəyyən edilmişdir. "Kontakt" bölümündə olan nömrələrə baxış keçirildikdə 590 ədəd mobil nömrənin qeydə alındığı müəyyən edilmişdir. Telefon danışıqlarının qeydə alındığı bölümə baxış keçirildikdə 09 iyul 2021 -ci il tarixdə saat 15:15-də “Pirişağı Ramidə" adlı abonentlə, 08 iyul 2021 -ci il tarixdə saat 16:07-də “X21” adlı abonentlə, 08 iyul saat 15:55-də, 07 iyul 2021- ci il tarixdə saat 21:49-da “Baki Gülnare 316 N mekteb" adlı abonentlə zənglərin qeydə alındığı müəyyən edilmişdir. “Qalereya" bölümünə daxil olduqda Təqsirləndirilən şəxs tək və digər şəxslərlə birlikdə olan fotolarının olduğu müəyyən edilmişdir. (cild 01, iş vərəqə 101-125) İş materiallarında olan 15.07.2021-ci il tarixli “götürmə aparılması haqqında” qərar və protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 təqdim etdiyi 03.07.2021-ci il tarixdə “eManat” terminalı vasitəsilə ödədiyi 500 manat pulun qəbzi götürülmüşdür. (cild 01, iş vərəqə 177- 180) İş materiallarında olan 22.07.2021-ci il tarixli “götürmə aparılması haqqında” qərar və protokoldan görünür ki, Şahid5 təqdim etdiyi ödəniş kartı üzrə çıxarış götürülmüş və baxış keçirilmişdir. (cild 01, iş vərəqə 202-209) İş materiallarında olan 22.07.2021-ci il tarixli “götürmə aparılması haqqında” qərar və protokoldan görünür ki, Şahid6 təqdim etdiyi ödəniş kartı üzrə çıxarış götürülmüş və baxış keçirilmişdir. (cild 01, iş vərəqə 215-225) İş materiallarında olan 26.07.2021-ci il tarixli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********125900 saylı “sorğunun cavablandırılması haqqında” məktubundan görünür ki, vergi ödəyicilərinin dövlət reyestrində xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ( VÖEN: **********) hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində uçotda olması və ərizəsinə əsasən 31.03.2018-ci il tarixdən fəaliyyətinin dayandırılması barədə məlumat mövcuddur. Eyni zamanda dövlət reyestrində “azinfo.tv” və “sheffaf.az” adlı hüquqi şəxslərin qeydiyyatdan keçməsi barədə məlumat mövcud deyil. (cild 01, iş vərəqə 227) İş materiallarında olan 27.07.2021-ci il tarixli “götürmə aparılması haqqında” qərar və protokoldan görünür ki, Şahid7 Səddar oğlunun təqdim etdiyi ödəniş kartı üzrə çıxarış götürülmüş və baxış keçirilmişdir. (cild 01, iş vərəqə 233-237) İş materiallarında olan 27.07.2021-ci il tarixli “götürmə aparılması haqqında” qərar və protokoldan görünür ki, Şahid8 təqdim etdiyi ödəniş kartı üzrə çıxarış götürülmüş və baxış keçirilmişdir. (cild 01, iş vərəqə 244-250) İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 04.08.2021-ci il tarixli 5(008)-415/2021 saylı qərarından görünür ki, 01 yanvar 2018-ci ildən 10 iyul 2021-ci ilədək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olan "xxxx" MMC-nə aid ***- ***-**-** və ***-***-**-** mobil nömrələrinə daxil olan və həmin nömrələrdən çıxan zənglərin, habelə “sms” mətnlərinin eləcə də anten dairələrinə dair məlumatların həmçinin zəng edən və zəng edilən abonentlər barədə məlumatların "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. (cild 02, iş vərəqə 5-6) İş materiallarında olan 31.08.2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 23.08.2021-ci il tarixli 17207 saylı "xxxx" MMC-nin məktubla daxil olmuş 01 (bir) ədəd diskə baxış keçirilən zaman “18316-19.08.2021” adlı qovluq açıldıqda 08 ədəd "503738384SMS.txt”,“505952295SMS.txt”,“**********84.txt”,“**********95.txt”,“abuneciler.xls x”,“antenna2019.xlsx"xxxx"antenna2020.xlsx”, “antenna2021.xlsx" fayllarının olması müəyyən edilmişdir. “**********84.txt” adlı fayl açıldıqda ********** saylı mobil nömrənin Təqsirləndirilən şəxs məxsus olduğu müəyyən edilmişdir. Həmin fayla baxış keçirilərkən aşağıdakılar müəyyən edilmişdir: 1) Zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 istifadəsində olmuş ********** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs məxsus ********** saylı mobil nömrə arasında davamlı olaraq 30.07.2020-ci il tarixdən etibarən zənglər olmuşdur. Sonuncu dəfə Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı mobil nömrə ilə 09.07.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 istifadəsində olan ********** saylı mobil nömrə ilə əlaqə saxlamışdır; 2) Zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs2 istifadəsində olmuş ********** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs məxsus ********** saylı mobil nömrə arasında davamlı olaraq 03.07.2021-ci il tarixdən etibarən zənglər olmuşdur. Sonuncu dəfə Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı mobil nömrə ilə 08.07.2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 istifadəsində olan ********** saylı mobil nömrə ilə əlaqə saxlamışdır; 3) Zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs3 istifadəsində olmuş ********** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı mobil nömrə ilə bir dəfə zəngi qeydə alınmışdır. Həmin zəng Zərərçəkmiş şəxs3 tərəfindən Təqsirləndirilən şəxs 13.03.2021-ci il tarixdə edilmişdir. 4) İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 36 Nömrəli Şəhər Poliklinikasında operator vəzifəsində işləyən Şahid1 və Şahid3 xidməti vəzifələrindən irəli gələn ********** şəhər telefon nömrəsinə gələn zənglərə cavab verməsi ilə bağlı xüsusatla da Təqsirləndirilən şəxs həmin nömrəyə özünün istifadəsində olan ********** saylı mobil nömrədən zənglərin edildiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı mobil nömrədən ********** saylı şəhər nömrəsinə 24.12.2020-ci il tarixdən davamlı olaraq zəng etməsi müəyyən olunmuşdur. Sonuncu dəfə qeyd Təqsirləndirilən şəxs ********** saylı şəhər nömrəsinə 17.06.2021-ci il tarixdə zəng etmişdir. Qeyd edilən zənglərlə bağlı zərərçəkmiş şəxslər, eləcə də, iş üzrə şahidlər öz ifadələrində bildirdiyindən Təqsirləndirilən şəxs özünə məxsus ********** saylı mobil nömrəsindən həmin şəxslərə zəng etdiyi sübuta yetirilir. “503738384SMS.txt" adlı fayl açıldıqda Təqsirləndirilən şəxs istifadəsində olmuş “**********84” saylı mobil nömrənin sms yazışmaları müəyyən edilmişdir. Qeyd edilən faylda cinayət işi üçün əhəmiyyət kəsb edən hər hansı bir xüsusat yoxdur. “**********95.txt" adlı fayl açıldıqda ********** saylı mobil nömrənin Namir Əmirahova məxsus olduğu müəyyən edilmişdir. Həmin fayla baxış keçirilərkən cinayət işi üçün əhəmiyyət kəsb edən hər hansı bir xüsusat yoxdur. “505952295SMS.txt” adlı fayl açıldıqda Namir Əmirahova məxsus, lakin Təqsirləndirilən şəxs istifadəsində olmuş ”**********95” saylı mobil nömrənin sms yazışmaları müəyyən edilmişdir. Qeyd edilən faylda cinayət işi üçün əhəmiyyət kəsb edən hər hansı bir xüsusat yoxdur. “antenna2019.xlsx" faylı açıldıqda məlum oldu ki, qeyd edilən faylda Təqsirləndirilən şəxs istifadə etdiyi ********** saylı və ********** saylı mobil nömrələrin, eləcə də, qeyd edilən mobil nömrələrlə 2019-cu il tarixdə telefon əlaqəsi yaratmış şəxslərin zənglər zamanı harada olmasına dair anten məlumatları öz əksini tapmışdır. Qeyd edilən faylda iş üçün əhəmiyyət kəsb edən hər hansı bir xüsusat yoxdur. “antenna2020.xlsx” faylı açıldıqda məlum oldu ki, qeyd edilən faylda Təqsirləndirilən şəxs istifadə etdiyi ********** saylı və ********** saylı mobil nömrələrin, eləcə də qeyd edilən mobil nömrələrlə 2020-ci il tarixdə telefon əlaqəsi yaratmış şəxslərin zənglər zamanı harada olmasına dair anten məlumatları öz əksini tapmışdır. Qeyd edilən faylda iş üçün əhəmiyyət kəsb edən hər hansı bir xüsusat yoxdur. ”antenna2021.x!sx” faylı açıldıqda məlum oldu ki, qeyd edilən faylda Təqsirləndirilən şəxs istifadə etdiyi ********** saylı və ********** saylı mobil nömrələrin, eləcə də, qeyd edilən mobil nömrələrlə 2021-ci il tarixdə telefon əlaqəsi yaratmış şəxslərin zənglər zamanı harada olmasına dair anten məlumatları Öz əksini tapmışdır. Təqsirləndirilən şəxs sonuncu dəfə Zərərçəkmiş şəxs1 09.07.2021-ci il tarixdə zəng edərkən sonuncu Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsində olduğu anten məlumatı ilə öz təsdiqini tapır. (cild 02, iş vərəqə 29-99) İş materiallarında olan Quba rayon məhkəməsinin 30.09.2021-ci il tarixli SDS-3363 nömrəli məktubuna əlavə olunmuş Quba rayon məhkəməsinin 2(027)-601/2015 nömrəli 17.04.2015-ci il tarixli qətnaməsininin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X11 arasında 29.04.2006-cı il tarixdə bağlanmış nikah pozulmuşdur. Həmin qətnamədən görünür ki, Təqsirləndirilən şəxs X11 ilə birgə nikahlarından uşaqları yoxdur. Quba rayon məhkəməsinin 30.09.2021-ci il tarixli SDS-3363 nömrəli məktubuna əlavə olunmuş Quba rayon məhkəməsinin 3(027)-1020/2019 nömrəli 19.09.2019-cu il tarixli qərarından surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın təqsirli bilinərək 50 (əlli) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. (cild 02, iş vərəqə 128-131) İş materiallarında olan Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 538/2021 nömrəli 06.10.2021-ci il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs1 barəsində mülki və ya inzibati xarakterli material məhkəmədə olmamışdır. (cild 02, iş vərəqə 170) İş materiallarında olan Şamaxı rayon məhkəməsinin 29.09.2021-ci il tarixli SDS-3262 nömrəli məktubuna əlavə olunmuş Şamaxı rayon məhkəməsinin 01.07.2020-ci il tarixli 3(074)-164/2020 nömrəli qərarından görünür ki, zərər çəkmiş şəxs xx.xx.1971 -ci il təvəllüdlü Şamaxı rayonu, Çuxuryurd kəndində yaşayan Zərərçəkmiş şəxs3 11 iyun 2019cu il tarixli EQ ******* saylı protokola əsasən “Yol Hərəkəti haqında” Qanunun tələblərini pozduğu üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat məbləğində cərimə edilmiş, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə həmin məhkəməyə material daxil olmuş, lakin o, İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan haqqı məhkəməyədək ödədiyindən inzibati məsuliyyətdən azad olunmuşdur. (cild 02, iş vərəqə 145-146) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası" X39 29.09.2021-ci il tarixli 8207 nömrəli məktubundan görünür ki, təqsirləndirilən şəxs xx.xx.1978-ci il təvəllüdlü Quba rayonu, 1-ci Nügədi kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə həmin xəstəxanada müalicədə olmamışdır. (cild 02, iş vərəqə 137) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X39 29.09.2021-ci il tarixli 8205 nömrəli məktubundan görünür ki, zərər çəkmiş şəxs xx.xx.1984-cü il təvəllüdlü Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, M.Əzizbəyov küçəsi, ev 9-da qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs2 arxiv məlumatlarına görə həmin xəstəxanada müalicədə olmamışdır. (cild 02, iş vərəqə 133) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X39 29.09.2021-ci il tarixli 8206 nömrəli məktubundan görünür ki, zərər çəkmiş şəxs xx.xx.1971-ci il təvəllüdlü Şamaxı rayonu, Çuxuryurd kəndində qeydiyyatda olmaqla Şamaxı rayonu, Əngəxaran kəndində yaşayan Zərərçəkmiş şəxs3 arxiv məlumatlarına görə həmin xəstəxanada müalicədə olmamışdır. (cild 02, iş vərəqə 135) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X39 29.09.2021-ci il tarixli 8208 nömrəli məktubundan görünür ki, zərər çəkmiş şəxs xx.xx.1964-ci il təvəllüdlü Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 9, mənzil 41-də qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs1 arxiv məlumatlarına görə həmin xəstəxanada müalicədə olmamışdır. (cild 02, iş vərəqə 139) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X39 28.09.2021-ci il tarixli 19/51-10624 nömrəli məktubundan görünür ki, təqsirləndirilən şəxs xx.xx.1978-ci il təvəllüdlü Quba rayonu, 1 -ci Nügədi kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs həmin mərkəzdə müalicədə olmamışdır və qeydiyyatda yoxdur. (cild 02, iş vərəqə 156) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı Narkoloji Mərkəzi” X39 29.09.2021-ci il tarixli 3266 nömrəli məktubundan görünür ki, zərər çəkmiş şəxs xx.xx.1984-cü il təvəllüdlü Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, M.Əzizbəyov küçəsi, ev 9-da qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs2 həmin mərkəzdə müalicədə olmamışdır. (cild 02, iş vərəqə 141) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı Narkoloji Mərkəzi” X39 29.09.2021-ci il tarixli 3267 nömrəli məktubundan görünür ki, zərər çəkmiş şəxs xx.xx.1964-ci il təvəllüdlü Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 9, mənzil 41-də qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs1 həmin mərkəzdə müalicədə olmamışdır. (cild 02, iş vərəqə 143) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Xəstəxanası” X39 29.09.2021-ci il tarixli 19/51-10723 nömrəli məktubundan görünür ki, zərər çəkmiş şəxs xx.xx.1971-ci il təvəllüdlü Şamaxı rayonu, Çuxuryurd kəndində qeydiyyatda olmaqla Şamaxı rayonu, Əngəxaran kəndində yaşayan Zərərçəkmiş şəxs3 həmin mərkəzdə müalicədə olmamışdır və qeydiyyatda yoxdur. (cild 02, iş vərəqə 160) İş materiallarında olan Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyətinin Mənzil- Kommunal Təsərrüfatı Birliyinin 0/598 nömrəli 21.10.2021-ci il tarixli məktubuna əlavə olunmuş ailə tərkibi haqqında arayışdan və xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 9, mənzil 41-də qeydiyyatda olmaqla ailə tərkibi oğlanları 20.10.1989-cu il təvəllüdlü X20 və 25.01.1994-cü il təvəllüdlü X6 ibarətdir və Nəsimi rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilən xasiyyətnamə ilə müsbət xarakterizə olunur. (cild 02, iş vərəqə 148-149, 187-189) İş materiallarında olan Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti başçısının Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 1486 nömrəli 29.09.2021-ci il tarixli arayışından görünür ki, Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Əzizbəyov küçəsi, ev 9-da qeydiyyatda olmaqla ailə tərkibi həyat yoldaşı X41, oğlu X42, qızı X26 və qızı X15 ibarətdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti başçısının Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi tərəfindən verilmiş 37 nömrəli 29.09.2021-ci İl tarixli xasiyyətnamədən görünür ki, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Əzizbəyov küçəsi, ev 9-da qeydiyyatda olan Zərərçəkmiş şəxs2 müsbət xarakterizə olunur. (cild 02, iş vərəqə 164-165) İş materiallarında olan Şamaxı rayon icra Hakimiyyəti başçısının Məlhəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 380 nömrəli 14.12.2021-ci il tarixli arayışından görünür ki, xx.xx.1971-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 Şamaxı rayonu, Çuxuryurd Kəndində qeydiyyatda olmasına baxmayaraq hal-hazırda Şamaxı rayonu, Əngəxaran kəndində yaşayır. Onun ailə tərkibi aşağıdakı kimidir: 03.08.1974-cü il təvəllüdlü arvadı X16, 20.08.1999-cu il təvəllüdlü qızı X23, 17.07.2005-ci il təvəllüdlü qızı X9 ibarətdir. Cinayət işinin materiallarında olan Şamaxı rayon İcra Hakimiyyəti başçısının Məlhəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xasiyyətnaməsindən görünür ki, xx.xx.1971-ci il təvəllüdlü Şamaxı rayonu, Çuxuryurd Kəndində qeydiyyatda olmaqla Şamaxı rayonu, Əngəxaran kəndində yaşayan Zərərçəkmiş şəxs3 müsbət xarakterizə olunur. (cild 02, iş vərəqə 240-241) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməllərini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bilərək, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ümumiyyətlə pul tələb etməməsi, həmçinin, Zərərçəkmiş şəxs1 rüsvayedici məqalə yazmaqla onu hədələməklə deyil, sadəcə olaraq maddi dəstək kimi pul tələb etməsi barədə ifadələrinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, onun bu ifadəsi işin faktiki hallarına uyğun olmamaqla məsuliyyətdən boyun qaçırmağa yönəlməklə, özünün qismən etiraf edici ifadələri, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, kompleks ambulator məhkəməpsixiatrik və psixoloji ekspertizasının 11.12.2021-ci il tarixli 2961 saylı rəyi, “www.sheffaf.az” veb saytına “baxış keçirilməsi haqqında” 24.04.2021-ci il tarixli protokol, kompakt diskə baxış keçirilməsi barədə 17.05.2021-ci il tarixli protokol, 11.07.2021-ci il tarixli “mobil telefon cihazlarına baxış keçirilməsi haqqında” protokol, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" MMC-nin 16.06.2021-ci il tarixli 103-3-24-1887 saylı cavab məktubu, üzləşdirmədə dindirmə protokolları və digər sənədlərlə tam təkzib olunur. Belə ki, iş materiallarında olan 12.07.2021-ci il tarixli “üzləşdirmə dindirmə” protokulundan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2021-ci ilin mart ayınadək Təqsirləndirilən şəxs, qeyd etdiyi qanunsuz hərəkətləri nəticəsində 2000 manata yaxın pul ödəmişdir. 700 manatı yalnız poçt göndərişləri vasitəsi ilə, digər hallarda hazırda xatırlamadığı şəxslərin adlarına olan karta pul köçürmələri vasitəsi ilə Təqsirləndirilən şəxs pul göndərmişdir. Təqsirləndirilən şəxs isə həmin istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs1 hədələyərək hər dəfədə 100 manat olmaqla, ümumilikdə 700 manat pul aldığını göstərmişdir. (cild 01, iş vərəqə 136-138) Həmçinin, iş materiallarında olan 15.12.2021-ci il tarixli “üzləşdirmə dindirmə” protokulundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs2 ifadəsində Təqsirləndirilən şəxs 03.07.2021-ci il tarixdə ona zəng edib onun yəni Yeni Suraxanı bələdiyyəsinin sədri Fikrət müəllimlə yaxın münasibətdə olduğu ilə əlaqədar rüsvayedici məlumatları rəhbəri olduğu “sheffaf.az” saytında paylaşacağını, hətta bu şər və böhtan xarakterli məlumatı digər kütləvi informasiya vasitələrinə və dövlət qurumlarına yollayacağını bildirməklə onu hədələmişdir. Həmin məqalənin yayımlanmaması üçün ondan 500 manat pul tələb etmiş və pulu göndərməyəcəyi təqdirdə həmin məqalənin tez bir zamanda yayımlanacağını vurğulayaraq, sms vasitəsi ilə ona məxsus ***-***-**-** saylı mobil nömrəsinə Şahid6 adına olan karta pulu köçürməsini bildirmişdir. Qadın olduğundan haqqında lüzumsuz məqalə yazaraq ailəsində problem yaranacağından və nüfuzuma xələl gətirəcəyindən ehtiyat edərək özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin ona mobii telefonda dediyi və sms vasitəsi ilə adını ona yazdığı Şahid6 kartına Bakı şəhəri, Suraxanı rayonu, Vahid Xəlilov küçəsində yerləşən “Ballı” ticarət mərkəzində olan “eManat” terminal vasitəsilə 03.07.2021-ci il tarixdə 500 manat pulu göndərmişdir. Təqsirləndirilən şəxs isə həmin istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs2 mobil telefon nömrəsinə özünə məxsus ***- ***-**-** saylı mobil nömrədən zəng etmiş, zənginə cavab verən zaman ona “Facebook” sosial şəbəkəsində paylaşılan həmin şəkillə bağlı maraqlandığını bildirmiş və hansı səbəbə görə maşını məktəbin həyətində saxladığını və uşaqların üzərinə qışqırdığını soruşmuş, o isə ona cavabında məsələnin həll etmək istədiyini və həmin şəkillə bağlı onunla qiymətləşəcəyini bildirmiş, ondan hansı qaydada onunla qiymətləşəcəyini soruşanda, ona pul verəcəyini bildirib ondan kart nömrəsini istəmiş, o da Qubadan tanıdığı Quba rayon mərkəzi poçtda işləyən Şahid4 adlı tanışının arvadı Şahid6 bank kartının hazırda xatırlamadığı qaydada, yəni ya kartının şəkilini çəkib yollamaqla və ya nömrəsini yazıb yollamaqla Zərərçəkmiş şəxs2 yollamışdır. Ondan sonra Zərərçəkmiş şəxs2 500 manat qəbzin şəkilini çəkib “Whatsapp” proqram təminatı vasitəsi ilə ona yollamışdır. Zərərçəkmiş şəxs2m qanunsuz varlanması, eləcə də, Yeni Suraxanı bələdiyyəsinin sədri Fikrət müəllimlə yaxın münasibətdə olması ilə əlaqədar və ümumiyyətlə hədələmişdir. (cild 03, iş vərəqə 7-10) Eləcə də, iş materiallarında olan 15.12.2021-ci il tarixli “üzləşdirmə dindirmə” protokulundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs3 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs3 zərər çəkmiş şəxs qismində verdiyi ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Təqsirləndirilən şəxs isə həmin istintaq hərəkəti zamanı ifadəsində göstərmişdir ki, 2020-ci ilin noyabr ayında onun Azərbaycan Təhsil İşçiləri X28 Şamaxı rayon Komitəsinin sədri olduğunu bilib, onun fəaliyyəti ilə maraqlanmağa başlamış və bu şəkildə onu tanımışdır. Belə ki, Azərbaycan Təhsil İşçiləri X28 Şamaxı rayon Komitəsinin xidməti nömrəsinə zəng edib rəisin kim olması ilə maraqlanmış, telefon zənginə cavab verən həmin şəxs adının Fuad olduğunu və Azərbaycan Təhsil İşçiləri X28 Şamaxı rayon Komitəsinə bir aydır ki, rəis təyin olunduğunu bildirmişdir. Özünü təqdim edib, “Sheffaf.az” saytının təsisçisi və baş redaktoru olduğunu bildirib, onu təyinatı ilə bağlı təbrik etdikdən sonra ona “yaxın günlərdə görüşərik” ifadəsini işlədib sağollaşmışdır. Bu zəngindən 7-10 gün sonra Zərərçəkmiş şəxs3 ona məxsus mobil telefonuna zəng edib bildirmişdir ki, “sizə 100 manat kömək üçün pul yollayıram" və məndən hansı ünvana pul yollamağını soruşmuşdur. X32 məxsus bank kartını hazırda xatırlamadığı qaydada, yəni ya kartının şəkilini çəkib yollamaqla və ya nömrəsini yazıb yollamaqla Zərərçəkmiş şəxs3 yollamışdır. O, həmin karta 100 manat pulu yolladıqdan sonra qardaşı Namir Əmirahovdan həmin məbləğin çatması ilə maraqlanmış, Namir pulun köçürüldüyünü bildirdikdən sonra 100 manatı kartdan çıxardıb ona vermişdir. Zərərçəkmiş şəxs3 göstərdiyi xüsusatla hədələməmişdir. Zərərçəkmiş şəxs3 ifadəsində qeyd etdiyi Beyləqan rayon Təhsil işçiləri X17 sədri haqqında tənqidi məqaləni yollamaqda hər hansı bir hədələmək məqsədi olmamışdır. Sadəcə onu onun rəhbərlik etdiyi “Sheffaf.az" saytı ilə yaxından tanış etmək istəmişdir. (cild 03, iş vərəqə 11-14) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh edilməsinə dair” 21 oktyabr 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 182.1-ci maddəsində müəyyən edilmiş hədə-qorxu ilə tələb etmə cinayəti formal tərkiblidir. Hədəqorxu ilə tələblərin ifadə edilməsi anından cinayət başa çatmış hesab olunur. Belə ki, əmlakın, əmlaka olan hüququn verilməsi və ya əmlak xarakterli hərəkətlərin edilibedilməməsindən asılı olmayaraq, hədə-qorxu irəli sürüldüyü andan bu cinayət başa çatmış hesab olunur. Hədə-qorxu ilə tələb etmə təqsirkarda birbaşa niyyət və tamah məqsədi olmasını ehtiva edir. Təqsirkar qanunsuz tələb irəli sürdüyünü anlayır və bu yolla əmlak əldə etmək istəyir. Belə olan halda həmin cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Eyni zamanda, cinayət əməlinin tərkibi üçün təqsirkarın hədəni həqiqətən həyata keçirmək niyyətinin olub-olmaması əhəmiyyət kəsb etmir. Konstitusiya Məhkəməsinin Plenumu hədə-qorxu ilə tələb etmə cinayətinin tərkibini, predmetini, obyektini, obyektiv və subyektiv cəhətlərini araşdıraraq qeyd edir ki, hədə-qorxu ilə tələb etmə cinayəti özgənin əmlakını və ya əmlaka olan hüququnu, yaxud əmlak xarakterli digər hərəkətlərin edilməsini tələb etmə anından bitmiş hesab edilir. Həmin Plenum qərarında qeyd edilir ki, rüsvayedici məlumatlar yayma zərəçəkmiş və onun yaxın qohumları üçün yayılması arzuolunmaz məlumatların üçüncü şəxslərə verilməsidir. Rüsvayedici məlumatlar həqiqət olub-olmamasından asılı olmayaraq zərərçəkmiş şəxs tərəfindən onun şərəf və ləyaqətini alçaldan məlumatlar hesab edilən istənilən məlumatlardır. Məlumatların rüsvayedici kimi qiymətləndirilməsi tamamilə zərərçəkmiş şəxsin həmin məlumatları necə qəbul etməsindən asılıdır. Zərərçəkmiş şəxs həmin məlumatları gizli saxlamağa çalışır, onları yayma hədəsi isə təqsirkar tərəfindən zərərçəkmiş şəxsdən müəyyən əmlak əldə etmək məqsədilə istifadə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edilmişdir ki, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyrikommersiya təşkilatlarının işçiləri, hüquqi şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2 və 308.1-ci maddələri ilə tövsif olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2 və 308.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdam qarnizon hərbi məhkəməsinin 21.01.1998-ci il tarixli hökmü ilə hazırda qüvvədə olmayan Azərbaycan Respublikası CM-nin 243; 40-cı maddəsinə əsasən 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 29.12.1998-ci il tarixli amnistiya qərarına əsasən cəzası 1/2 qədər azaldılaraq 02 (iki) il 10 (on) ay 13 (on üç) gün müddətinə azadlıqdan məhrum edilmişdir. Quba rayon məhkəməsinin 03.09.2008-ci il tarixli hökmünə əsasən xx.xx.1978-ci ildə Quba rayonunda anadan olmuş Təqsirləndirilən şəxs qüvvədə olan Azərbaycan Respublikası CM-nin 178.2.2, 69.4-cü maddəsi ilə 1500 (min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Quba rayon məhkəməsinin 09.06.2009-cu il tarixli qərarı ilə 1500 (min beş yüz) manat cərimə cəzası 02 (iki) il müddətə islah işləri cəzası ilə əvəz olunmuş, cəzası başa çatmış və qeydiyyatdan çıxarılmışdır. (cild 02, iş vərəqə 151-154) Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir və onun əməlində cinayətlərin residivi halı müəyyən edilmir. İş materiallarında olan Quba rayon İcra Hakimiyyəti başçısının X54 inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 62 nömrəli 29.09.2021-ci il tarixli məktubundan görünür ki, nümayəndəliyin ərazisində qeydiyyatda olan xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ailə tərkibi özündən ibarətdir. Məktuba əlavə edilmiş xasiyyətnamədən görünür ki, X54ində qeydiyyatda olan Təqsirləndirilən şəxs xx.xx.1978-ci ildə Quba rayonu X54 İƏD üzrə nümayəndəliyin X54ində anadan olmuşdur. Orta məktəbi Quba rayonu X54 1 saylı tam orta məktəbində oxuyub. O, özünün səmimi, mehriban davranışı ilə öz həmyaşıdları arasında hörmət qazanmışdır. Subaydır. Təqsirləndirilən şəxs barəsində X54 İƏD üzrə nümayəndəliyə yazılı və şifahi şikayət daxil olmamışdır. (cild 02, iş vərəqə 167-168, 223) Məhkəməyə təqdim edilmiş 30.03.2022-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi yoxdur və ona dəymiş maddi ziyan ödənilmişdir. Məhkəməyə təqdim edilmiş 17.02.2022-ci il tarixli ərizədən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti yoxdur. Məhkəməyə təqdim edilmiş 15.03.2022-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrini rəhbər tutaraq həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət, tələblərinin olmamasını, xəstə olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi, Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən həmin Məcəllənin 308.1-ci maddəsinə münasibətdə cinayətin təkrar törədilməsini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. AR CM-in 60.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-in 182.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlində AR CM-in 59.1.12-ci maddəsində nəzərdə tutulmuş yüngülləşdirici hal olduğundan və həmin maddəyə münasibətdə cəzasını ağırlaşdıran hallar olmadığından, ona AR CM-in 60.1-ci maddəsinə əsasən, AR CM 182.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə görə təyin edilmiş cəza həmin maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmamaqla təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs AR CM-in 308.1-ci maddəsi ilə nəzərdə tutulan əməlində AR CM-in 59.1.12-ci maddəsində nəzərdə tutulmuş yüngülləşdirici halın olmasına baxmayaraq, onun əməlində həmçinin, həmin Məcəllənin 61.1.1-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdırıcı halın olmasını qeyd edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində AR CM-in 308.1-ci maddəsinə münasibətdə AR CM-in 60.1-ci maddəsində nəzərdə tutulmuş qaydada cəza təyin edilməsi məqsədəmüvafiq deyildir. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından, ona təqsirli bilindiyi maddələrin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə görə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair 14 noyabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas və əlavə cəza kimi o cinayətlərə görə tətbiq edilə bilər ki, həmin cinayətlər, əsasən, vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törədilmiş olsun. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində yuxarıda göstərilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilərək, ona AR CM-in 182.2.2 və 308.1-ci maddələrinin sanksiyaları daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilərkən, həmçinin müəyyən vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 14-cü bəndində qeyd edilir ki, cəzaların az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplama yolu ilə birləşdirilməsi məsələsini həll edərkən məhkəmələr həm cinayətlərin hər birinin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həm də şəxsin törətdiyi bütün cinayətlərin məcmu halında yüksək təhlükəli olmasını nəzərə almalıdırlar. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cinayətlərin məcmusuna ağır və az ağır cinayətlər daxil olduğundan, məcmuya daxil olan cinayətlərə görə təyin olunan əsas və əlavə cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən qismən toplanmalı və bu yolla Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan 11.07.2021-ci il tarixli “cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 12.07.2021-ci il tarixli 4(008)-480/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2 və 308.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, onun barəsində “həbs” qətimkan tədbiri seçilərək, həbsetmənin əvvəli 11 iyul 2021-ci il tarixdən hesablanmışdır. (cild 01, iş vərəqə 89; 163-165) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 11 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Bakı şəhəri Sabunçu rayon prokurorluğunun maddi sübutlar saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs məxsus tünd göy rəngli “Samsung A7” markalı, RZ8M22943TK seriya nömrəli və tünd göy rəngli “Hisense F17 Pro” markalı, 1MF75C09EG1CN0F3CY0 seriya nömrəli mobil telefon cihazları hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 istintaqa təqdim etdiyi Təqsirləndirilən şəxs ilə telefon danışıqları zamanı qeydə alınmış səs yazılarının əks olunduğu 1 bir ədəd CD disk, Zərərçəkmiş şəxs2 təqdim etdiyi 01 (bir) ədəd 75682 nömrəli 03.07.2021-ci il tarixli qəbz, "xxxx" MMC-dən 23 avqust 2021- ci il tarixli 17207 saylı məktubla daxil olmuş 1 (bir) ədəd CD disk, səs yazılarının əks olunduğu 1 (bir) ədəd CD disk, 03.07.2021-ci il tarixli 75682 nömrəli qəbz və "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsə göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına 210 manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345,346,347,351-353,356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2 və 308.1ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 01 il 06 ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında maddi-məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 06 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 01 il 06 ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında maddi-məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən əsas və əlavə cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 02 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında maddi-məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 07 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 11 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar - Bakı şəhəri Sabunçu rayon prokurorluğunun maddi sübutlar saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs məxsus tünd göy rəngli “Samsung A7” markalı, RZ8M22943TK seriya nömrəli və tünd göy rəngli “Hisense F17 Pro” markalı, 1MF75C09EG1CN0F3CY0 seriya nömrəli mobil telefon cihazları hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 istintaqa təqdim etdiyi Təqsirləndirilən şəxs ilə telefon danışıqları zamanı qeydə alınmış səs yazılarının əks olunduğu 1 bir ədəd CD disk, Zərərçəkmiş şəxs2 təqdim etdiyi 01 (bir) ədəd 75682 nömrəli 03.07.2021-ci il tarixli qəbz, "xxxx" MMC-dən 23 avqust 2021- ci il tarixli 17207 saylı məktubla daxil olmuş 1 (bir) ədəd CD disk, səs yazılarının əks olunduğu 1 (bir) ədəd CD disk, 03.07.2021-ci il tarixli 75682 nömrəli qəbz və "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılsın. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 25 saylı vəkil bürosunun hesabına 210 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev Hakimlər: Azər Paşayev İradə Həsənzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar