Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-558/2025 03.06.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, X3 və X1 ibarət tərkibdə, X6 oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxxxx 1968-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi, ev 4A, mənzil 35-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi ilə məlum olmayan mənbədən və vaxtda ümumi çəkisi 7173,17 qram təşkil edən külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı qanunsuz əldə edib, 28,17 qram çəkidə olan hissəsini üzərində saxlamaqla, 7145 qram təşkil edən hissəsini isə tanışı Şahid5 idarə etdiyi “X7” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol oturacağının üzərində gizlədərək saxlamaqla daşımış, 25 may 2024-cü il tarixdə, saat 23:50 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonunda “Meyvəli” bazarının yaxınlığında saxlanılıb, tanışı Şahid5 idarə etdiyi “X7” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobil, habelə həmin avtomobildəki sərnişinlər Şahid6 və Şahid7 ilə birlikdə ünvan 3 ünvanda yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, orada 26 may 2024-cü il tarixdə, saat 01:15-dən etibarən üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli pencəyin sağ iç cibindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 28,17 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, daha sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həmin tarixdə saat 02:40-dan etibarən sərnişini olduğu avtomobilə baxış keçirilərkən həmin avtomobilin arxa sol oturacağının üzərindən sarı rəngli plastik torbanın içərisindən yeddi ədəd sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1000 qram, 1015 qram, 1035 qram, 1030 qram, 1005 qram, 1020 qram və 1040 qram olmaqla, ümumilikdə təmiz çəkisi 7145 qram təşkil edən külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüş, bununla da Təqsirləndirilən şəxs məxsus satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxladığı və daşıdığı ümumilikdə təmiz çəkisi 7173,17 qram təşkil edən külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham ona görə irəli sürülmüşdür ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib saxlama və daşıma cinayət əməlini törətmişdir. Cinayət işi üzrə məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxs tərəfindən ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham mübahisələndirilərək, onun tərəfindən həmin ittiham qəbul edilməmişdir. Məhkəmədə ittiham tərəfini təmsil edən dövlət ittihamçısı ittiham tərəfinin təqdim etdiyi sübutların qanuniliyini, həmçinin təqsirləndirilən şəxsin cinayət əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsini müdafiə etmişdir. Cinayət prosesi tərəflərinin dəlilləri, sübutların təsviri: İşdə iştirak edən şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün əhəmiyyətli olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiqinin aparılmasından və iş üzrə həqiqətin müəyyən edilməsindən ötrü, həmçinin məhkəmə araşdırması zamanı proses tərəflərinin birini digəri qarşısında zəif duruma salmayacaq şərtlər daxilində hər bir tərəfin (həm ittiham, həm müdafiə tərəfinin) sübutlarını və mövqeyini təqdim etməsi şəraitində keçirilmiş məhkəmə araşdırmasında cinayət prosesi tərəflərinin dəlilləri, sübutların təsviri aşağıdakılardan ibarət olmuşdur. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 25 may 2024-cü il tarixdə, Bakı şəhəri, Qaradağ rayonunda “Meyvəli” bazarının yaxınlığında polis əməkdaşları onu saxlamışlar. Polis əməkdaşları onu Polis idarəsinə aparıb üzərinə şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış zamanı üzərindən 30 qram qurudulmuş marixuana aşkar edilmişdir. Ona elan edilmiş ittihamda göstərilmişdir ki, güya o, 7 kiloqram narkotik vasitə götürmək üçün getmişdir. Onun 7 kiloqram narkotik vasitə almağa pulu olmamışdır, bu ağlabatan deyil. Onun üzərində cəmi bir büküm narkotik vasitə olmuşdur. Lakin ittiham aktında əsassız olaraq üzərindən 7 bükümdə narkotik vasitə aşkar olunduğu qeyd edilir. O, əvvəllər məhkum olunmuş və 2023-cü ildə azadlığa buraxılmışdır. Həmin ərəfədə o, bir nəfərin məhəllələrində narkotik vasitə satdığını görmüşdür. O, bir neçə gənc uşaqlarla birlikdə həmin şəxsin narkotik vasitələrini əlindən alıb atmışdır. Narkotikini əlindən aldığı həmin şəxs də səkkiz ay sonra onu belə bir oyuna salmışdır. Həmin şəxs İran İslam Respublikasının vətəndaşının narkotik vasitələrini satırmış. O özü də narkotik vasitələri X9 Respublikasının vətəndaşından alırmış. Hadisə günü, yəni 25 may 2024-cü il tarixdə o, 30 qram narkotik vasitəni götürmək üçün getmişdir, lakin gedib narkotik vasitələri götürən zaman həmin narkotik vasitələrin 7 (yeddi) bükümdə, ümumilikdə 7 (yeddi) kiloqram olduğunu görmüşdür. Bu, qeyd etdiyi X2 vətəndaşının ona əvvəlcədən qurduğu qurma iş olmuşdur. Polis əməkdaşları ona şəxsi axtarış zamanı həmin narkotik vasitələrin ona məxsus olub-olmaması ilə bağlı sual verdikdə o, həmin narkotik vasitələrin ona məxsus olduğunu etiraf etmişdir. O, polis əməkdaşları tərəfindən heç bir qanunsuz təsir və ya təzyiqlərə məruz qalmamışdır. Təqsirləndirilən şəxs daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, onun üzərinə şəxsi axtarış keçirilən zaman cibindən 30 qram narkotik vasitə aşkar olunmuşdur. O, 30 qram narkotik vasitəni götürmək üçün getmişdir, lakin orada 7 (yeddi) kiloqram narkotik vasitə ilə qarşılaşmışdır. Polis İdarəsində onun üzərinə şəxsi axtarış keçirilən zaman, həmçinin sonrakı bütün prosessual hərəkətlər zamanı vəkili iştirak etmişdir. O, həmin yerə 30 qram narkotik vasitə arxasınca getmişdir və orada 30 qram narkotik vasitəni götürüb cibinə qoymuşdur. Daha sonra görmüşdür ki, bükümlərdə əlavə narkotik vasitələr var. O, həmin narkotik vasitələri götürdükdən sonra polis əməkdaşları onu saxlamışlar. Həmin narkotik vasitələri öz tamahı ucbatından götürmüşdür. Həmin narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etmişdir. X9 Respublikasının vətəndaşının narkotik vasitəni ona niyə 7 (yeddi) kiloqram göndərməsinin səbəbini bilmir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu izahatı və ifadələri arasında müəyyən olunan fərqli hallarla bağlı onun ibtidai istintaq mərhələsində verdiyi izahatı, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 26 may 2024-cü il tarixdə verdiyi izahatında, daha sonra isə 27 may 2024-cü il tarixdə şübhəli şəxs və təqsirləndirilən şəxs qismində ifadə verərkən müdafiəçisinin iştirakı ilə verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində məhkəmə iclasındakı ifadəsindən fərqli olaraq ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 25 may 2024-cü il tarixdə, saat təxminən 22 radələrində əvvəllər tanıdığı Cəlala zəng edib, onun Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Əzizbəyov küçəsində yerləşən yaşadığı ünvana getmişdir. Həmin ünvanda olan zaman ona sosial şəbəkədən tanıdığı, yaxından tanımadığı və görüşmədiyi “İlqar” adlı İran İslam Respublikasının vətəndaşının vasitəsi ilə zəng gəlmişdir. İlqar 1 (bir) gün əvvəl Bakı şəhəri, Qaradağ rayonu ərazisində gizlədilmiş yerdən sonuncunun qeyd etdiyi ünvanlara çatdırmaq məqsədi ilə bağlamanı oradan götürməsini, bunun qarşılığında ona pul verəcəyini bildirmişdir. Bundan sonra, o, Cəlalgildən xahiş etmişdir ki, ona bağlama gəlib, gedib onu götürsünlər, orada olan Cəlalın tanışı Cavanşir adlı şəxsin maşını olduğunu eşitdiyi üçün sonuncunun avtomobilinə benzin tökəcəyini demişdir. Onlar etiraz etməmişlər. Onlar həmin gün təxminən saat 23:50 radələrində Bakı şəhəri, Qaradağ rayonu, “Meyvəli” bazarının yaxınlığında Şahid5 idarə etdiyi “X7” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində olan zaman maşından düşüb, göndərilən konum əsasında sarı rəngli torbanı və üzərində onun istifadəsi üçün qoyulmuş bükümü götürüb, bükümü pencəyinin sağ iç cibinə, sarı rəngli torbanı isə maşının salonuna qoymuşdur. Oradan hərəkətə başladıqdan sonra 4 nəfər mülki geyimli şəxs maşını saxladıb, ona yaxınlaşaraq özlərinin polis əməkdaşı olduqlarını təqdim etmişlər. Onun narkotik vasitələri qanunsuz olaraq üzərində saxlamaqda şübhəli olduğunu bildirmişlər. Barəsində əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət etmişlər. Avtomobili Baş Narkotiklərlə Mübarizə İdarəsinin duracağına, yanında olan Şahid5, Şahid6 və digər sərnişin Şahid7 Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Burada onun hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş və ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli pencəyin sağ iç cibindən 1(bir) ədəd sellofan torbada açıq yaşıl rəngli, narkotik vasitə olan qurudulmuş marixuananı, 1 (bir) ədəd üzərində ***-***-**-** sim kart nömrəsi olan “İphone” markalı mobil telefonu, həmin pencəyin üst sol cibindən 1 (bir) ədəd “**********101147” nömrəli plastik kart və 10 (on) manat pulunu masanın üzərinə qoymuşdur. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sonra təqdim etdiyi qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuananın çəkisi 35 (otuz beş) qram olmuşdur. Aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri onun və digər iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd mobil telefon, 1 (bir) ədəd plastik bank kartı bu barədə izah verildikdən sonra götürülmüşdür. 10 (on) manat pulu özünə qaytarılmışdır. Verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni “İlqar” adlı İran İslam Respublikasının vətəndaşının vasitəsi ilə bir gün əvvəl Bakı şəhəri, Qaradağ rayonu ərazisində gizlədilmiş yerdən sonuncunun qeyd etdiyi ünvanlara çatdırmaq məqsədi ilə götürdüyünü, bunun qarşılığında sonuncunun ona pul verəcəyini, narkotik vasitələri başqa şəxslərə bağışlamadığını və satmadığını, üzərindən başqa, sərnişini olduğu “X7” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr olduğunu, həmin avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Şahid5, Şahid6 və Şahid7 verilən suallara cavab olaraq onun narkotik vasitələr saxlamağından xəbərsiz olduqlarını bildirmişlər. Əslində də onlara götürəcəyi bağlamada nə olması ilə bağlı məlumat verməmişdir. Şəxsi axtarışdan sonra o, tanışları, müdafiəçisi və polis əməkdaşları Baş Narkotiklərlə Mübarizə İdarəsinin həyətində saxlanılan “X7” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanına getmişlər. Avtomobilə baxış keçirtməyə başlanılmışdır. Baxış zamanı avtomobildə qanunla qadağan edilmiş kütlənin təqdim edilməsi təklif olunmuşdur. Bundan sonra, o, avtomobilin arxa sol oturacağının üzərində saxladığı 1 (bir) ədəd sarı rəngli kisənin içərisindən 7 (yeddi) ədəd bağlamada açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuana kütlələrini təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Qurudulmuş marixuana kütlələrinin ümumi çəkisi 7 (yeddi) kiloqram 955 (doqquz yüz əlli beş) qram olmuşdur. Həmin kütlələr qablaşdırılmış, möhürlənmiş və üzəri onun və bütün iştirakçıların tərəfindən imzalanmışdır. Sonra onun sərnişini olduğu avtomobilin digər hissələrinə baxış keçirilmiş və başqa narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri “İlqar” adlı İran İslam Respublikasının vətəndaşının vasitəsi ilə 1 (bir) gün əvvəl Bakı şəhəri, Qaradağ rayonu ərazisində gizlədilmiş yerdən sonuncunun qeyd etdiyi ünvanlara çatdırmaq məqsədi ilə götürdüyünü, bunun qarşılığında sonuncunun ona pul verəcəyini, narkotik vasitələri başqa şəxslərə bağışlamadığını və satmadığını, başqa heç bir yerdə narkotik vasitə saxlamadığını, daha əvvəl avtomobilinə baxış keçirilmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. Üzərinə Baş Narkotiklərlə Mübarizə İdarəsində yalnız təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmişdir. O, narkotik vasitə olan qurudulmuş marixuana istifadə edir. Həmin vasitəni müxtəlif vaxtlarda və yerlərdə tanımadığı İran vətandaşından konum əsasında alır. İlqar adlı şəxsi yaxından tanımır. Onun yalnız dediyi ünvandan narkotik vasitəni götürüb, əvəzində başqa yerə aparıb pul qazanmaq məqsədi olmuşdur (iş vərəqə: cild İ, səh.46-48, 82-85, 93-96). Məhkəmə baxışı zamanı elan olunan ifadələrində müəyyən olunan fərqli və ziddiyyətli hallara münasibət bildirməsi Təqsirləndirilən şəxs təklif edilərkən o, bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. O, narkotik vasitəni pul qarşılığında müxtəlif yerlərə qoymamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs ona ibtidai istintaq zamanı narkotik vasitələri pul qarşılığında konumlara (göndərilmiş məkanlara) qoyduğunu bildirməsinin səbəbi ilə bağlı verilmiş suala cavab verməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat məlumatı daxil olmuşdur. Tərəflərindən əməliyyat tədbirlərinin keçirilməsinə başlanmış və 25 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Qaradağ rayonunda “Meyvəli bazarı” deyilən ərazidə avtomobildən düşüb piyada gedərkən saxlamışlar. Bu zaman Təqsirləndirilən şəxs yanında üç nəfər başqa şəxslər də olmuşdur. Təqsirləndirilən şəxs üzərinə Polis İdarəsində video çəkiliş vasitəsi ilə və vəkilin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs cibindən bir büküm marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin qalan hissəsinin digər şəxsə məxsus olan avtomobildə olduğunu bildirmişdir. Həmin avtomobilə baxış keçirilən zaman avtomobildən narıncı rəngli kisədə çəkisi 7 kiloqramdan çox olan narkotik vasitəyə bənzər maddələr aşkar olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs həmin narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı İlqar adlı şəxsin sifarişi ilə götürdüyünü və pul müqabilində həmin şəxsin deyəcəyi yerlərə qoyacağını bildirmişdir. Tərəflərindən Təqsirləndirilən şəxs qarşı heç bir qanunsuz təsir, təzyiqlər olmamışdır. Şahid1 daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı ona daxil olmuş və əməliyyat qrupunun rəhbəri özü olmuşdur. Onlar təqsirləndirilən şəxsi saxlayan zaman sonuncunun yanında üç nəfər də olmuşdur. Təqsirləndirilən şəxsin yanında olan digər 3 nəfər şəxsin Təqsirləndirilən şəxs oraya hansı məqsədlə gəldiyindən xəbərləri olmamışdır. Təqsirləndiriən şəxs özü avtomobildə olan narkotik vasitələrin ona məxsus olduğunu etiraf etmişdir. Təqsirləndirilən şəxs üzərindən 30 qramdan çox narkotik vasitə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış videoçəkiliş ilə və müdafiəçisinin iştirakı ilə həyata keçirilmişdir. 35 qram narkotik vasitə Təqsirləndirilən şəxs üzərindən, narkotik vasitələrin qalan hissəsi isə avtomobildən aşkar edilmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 25 may 2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs saxlamışlar. Həmin vaxt Təqsirləndirilən şəxs yanında üç nəfər başqa şəxslər də olmuşdur. Polis idarəsində təhqiqatçının otağında şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bank kartı, telefon və xatırladığı qədər marixuanaya bənzər maddə aşkar olunmuşdur. Bundan başqa, həmin şəxslərin əyləşdikləri “X7” markalı avtomobildən də bir neçə bağlamada marixuanaya oxşar maddələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, özü narkotik vasitə istifadəçisidir və ondan aşkar edilmiş həmin narkotik vasitələri fərqli ünvanlara yerləşdirmək məqsədi ilə İran vətəndaşından əldə etmişdir. Təqsirləndirilən şəxs yanında olan şəxslərin isə həmin narkotik vasitələrdən heç bir xəbərlərinin olmadığını, sadəcə onunla yol yoldaşı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, həmin narkotik vasitələri müxtəlif ünvanlara yerləşdirməsi müqabilində İran vətəndaşı onun bank kartına pul göndərəcək. Tərəflərindən təqsirləndirilən şəxsə qarşı heç bir qanunsuz təsir, təzyiqlər olmamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Daxil olmuş əməliyyat məlumatı əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid1 tərəfindən yaradılmış əməliyyat qrupunun üzvü olmuşdur. 25 may 2024-cü il tarixdə Qaradağ rayonunda “Meyvəli” bazar deyilən ərazidə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs və yanında olan dostlarını Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Həmin idarədə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs pencəyinin iç cibindən narkotik vasitə olan marixuanaya oxşar maddə aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs avtomobildə də narkotik vasitə olduğunu bildirmiş və avtomobilə baxış keçirilən zaman oradan 7 (yeddi) kiloqrama yaxın marixuanaya bənzər maddələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs yanında olan yoldaşları həmin narkotik vasitələrdən xəbərsiz olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs özü isə bildirmişdir ki, həmin narkotik vasitələr ona məxsusdur və onları internetdə tanış olduğu İran İslam Respublikasının vətəndaşından almışdır. Həmçinin bildirmişdir ki, həmin narkotik vasitələri İran İslam Respublikasının vətəndaşının dediyi konumlara qoyacaqmış. Təqsirləndirilən şəxs üzərindən təxminən 30 qram narkotik vasitə aşkar olunmuşdur, avtomobildən isə 7 kiloqrama yaxın narkotik vasitə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs qarşı tərəflərindən heç bir qanunsuz təsir, təzyiqlər olmamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 25 may 2024-cü il tarixdə dostugilə getmişdir. Təqsirləndirilən şəxs da həmin vaxtı dostugildə olmuşdur. Oturub çay içmişlər. Bir müddət sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, “Meyvəli” deyilən ərazidən çanta götümək lazımdır. Onun avtomobili ilə həmin yerə getmələrinin mümkün olub-olmaması barədə soruşduqda o, avtomobil üçün yanacaq almaq lazım olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs onun “X7” markalı avtomobilinə 30 manatlıq yanacaq doldurmuş və onlar İlqarın dediyi yerə getmişlər. O, fikirləşmişdir ki, Təqsirləndirilən şəxs yəqin ki, meyvə filan götürəcək. O, İlqarı əvvəldən tanımamışdır, sadəcə dostu gildə İlqar “Meyvəliyə” getmək lazım olduğunu bildirdikdə orada yalnız onun avtomobili olduğundan o da razılaşmışdır. Həmin əraziyə çatanda Təqsirləndirilən şəxs xatırladığı qədərilə bir ədəd kisə götürmüş və onu avtomobilə yerləşdirmişdir. Daha sonra polis əməkdaşları onları saxlayıb Polis idarəsinə aparmışlar. Bu zaman polis əməkdaşları tərəfindən onlara qarı heç bir qanunsuz təsir və ya təzyiq olmamışdır. Polis idarəsində Təqsirləndirilən şəxs üzərindən və avtomobildən narkotik vasitə olan marixuana aşakar edilmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 25 may 2024-cü il tarixdə axşam vaxtı evində tanışları ilə birgə pivə içirmişlər. Daha sonra onun evinə Təqsirləndirilən şəxs da gəlmişdir. Sonra isə dostu Şahid5 gəlmişdir. Bir qədər sonra İlqara zəng gəlmiş və İlqar bildirmişdir ki, bir şeyləri götürməldir. Lakin nə götürməli olduğunu konkret olaraq bildirməmişdir. Onlar hamısı Şahid5 avtomobili ilə “Meyvəli” bazarı dairəsinə getmişlər. Həmin əraziyə çatdıqda Təqsirləndirilən şəxs avtomobildən düşüb bir kisə götürmüş və onu avtomobilin salonuna qoymuşdur. Daha sonra polis əməkdaşları onları saxlamışlar və Polis idarəsinə aparmışlar. Polis idarəsində baxış zamanı avtomobildən həmin kisədə olan maddələr aşkar olunmuşdur. Həmçinin bildirir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini də təsdiq edir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, Şahid6 qonşusudur. O, 25 may 2024-cü il tarixdə qonşusu Şahid6 zəng etmiş və ona içki içməyi təklif etmişdir. Cəlal da razılaşdığı üçün o, içki alaraq Cəlalgilə getmişdir. Oraya gedəndə Şahid6 tək imiş və onlar içməyə başlamışlar. Bu zaman Təqsirləndirilən şəxs Cəlala zəng etmiş və 15-20 dəqiqə sonra İlqar özü də gəlmişdir. Onlar birlikdə içməyə başlamışlar ki, sonra Şahid5 də gəlmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs zəng gəlmiş və İlqar bildirmişdir ki, “Meyvəli” deyilən əraziyə çanta götürməyə getməlidir. Onlar birlikdə Şahid5 avtomobili ilə “Meyvəli” deyilən əraziyə getmişlər və orada Təqsirləndirilən şəxs avtomobildən düşüb 5-6 dəqiqə sonra bir kisə gətirərək avtomobilə qoymuşdur. Bir qədər sonra onları polis əməkdaşları saxlamış və Polis idarəsinə aparmışlar. Polis idarəsində avtomobilə baxış keçirilmiş və bu zaman həmin kisə aşkar edilərək kimə məxsus olmasını soruşmuşlar. Təqsirləndirilən şəxs həmin kisənin özünə aid olduğunu bildirmişdir. Polis əməkdaşları həmin kisəni açıb baxış keçirərkən kisənin içərisindən narkotik tərkibli vaistə aşkar edilmişdir. Avtomobilə baxış keçirilən zaman videoçəkiliş aparılmışdır. Təqsirləndirilən şəxs həmin vaxt polis əməkdaşlarına heç bir narazılıq etməmişdir. Polis əməkdaşları tərəfindən onlara qarşı heç bir qanunsuz təsir, təzyiqlər olmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman cibindən sellofan torba aşkar edilmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşlarına heç bir narazılıq etmədən həmin sellofan torbadakı maddənin özünə məxsus olduğunu bildirmişdir. Şahid7 daha sonra verilmiş suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitənin çəkisini bilmir. Avtomobilə baxış zamanı aşkar olunmuş kisədən 7 ədəd bağlı qara torbada narkotik vasitə olan marixuana aşkar olunmuşdur. Bundan başqa, qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş Şahid2 məhkəmədə iştirakının təmin edilməsi mümkün olmamış və məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş və müəyyən edilmişdir ki, Şahid2 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz külli miqdarda satış məqsədilə əldə edərək Bakı şəhəri, Qaradağ rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət başında ifşa edilməsi, yaxalanması, narkotik vasitələrin və cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zərurəti ilə əlaqədar xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnikleytenantı Şahid1 rəhbərliyi, həmin İdarənin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid4 və əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 və ondan ibarət tərkibdə əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs zahiri əlamətləri barədə qrup üzvləri təlimatlandırlmışdır. Bundan sonra 25 may 2024-cü il tarixdə, saat 23:50 radələrində qrup üzvləri ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Meyvəli” bazarının yaxınlığında olan zaman Təqsirləndirilən şəxs Şahid5 idarə etdiyi “X7” markalı, **-GY-*** nömrə nişanlı avtomobildə saxlanılmışdır. Onlar həmin avtomobilə yaxınlaşmışlar. Bu zaman avtomobildə qeyd olunan şəxslərdən başqa Şahid6 və Şahid7 da tərəflərindən müəyyən edilmişdir. Onlara Baş Narkotiklərlə Mübariz İdarəsinin əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər. Onlar Təqsirləndirilən şəxs onun qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədilə əldə edilməsi, saxlanması və daşınmasında şübhəli olduğunu və bu məqsədlə də onun üzərinə şəxsi axtarış aparılacağını bildirərək yanındakı şəxslərlə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət etmişlər. Bundan sonra həmin şəxslər etiraz etmədən onlarla birlikdə polis idarəsinə getmişlər. Qeyd olunan avtomobil tərəflərindən idarənin həyətinə yerləşdirilmişdir. Bundan sonra xidməti iş otaqlarının birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı sonuncu əynində olan tünd göy rəngli pencəyin sağ iç cibindən içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan 01 ədəd sellofan torbanı, 01 ədəd üzərində ***-***-**-** saylı sim nömrə olan “İphone” markalı telefonu, həmin pencəyin sol üst cibindən 01 ədəd bank kartını və 10 manat nağd pulu çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş büküm elektron tərəzidə çəkilmiş və çəkisi 35 qram olmuşdur. Ondan aşkar edilmiş 01 ədəd bank kartı və 01 ədəd mobil telefon təhqiqatçı tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs həmin bükümü İlqar adlı İran İslam Respublikasının vətəndaşından əvvəlcə qoyulduğu yerdən onun bildirəcəyi şəxslərə çatdırmaq üçün götürdüyünü, bunun müqabilində ondan pul alacağını, bundan başqa “X7” markalı avtomobildə də narkotik vasitə olduğunu və həmin avtomobilə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Daha sonra aşkar edilmiş büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan başqa bir kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənmişdir. Bununla da şəxsi axtarış və götürmə başa çatmış və iştirakçılar tərəfindən heç bir şikayət və vəsatət daxil olmamış, bu barədə protokol tərtib edilmiş, iştirakçılarla birlikdə o da protokola, həmçinin zərfin üzərinə imza etmişdir. Əməliyyat tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs saxlanıldığı “X7” markalı, **- GY-*** nömrə nişanlı avtomobilə dəvət olunmuş müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə edilməklə baxış və götürmə istintaq hərəkəti keçirilmişdir. Baxış və götürmə zamanı qeyd olunan avtomobilin arxa sol oturacağının üzərindən içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan 07 ədəd bağlamada yerləşdirilmiş 01 ədəd sarı rəngli kisəni polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra, aşkar edilərək götürülmüş kütlələr çəkisinin müəyyən edilməsi məqsədilə elektron tərəzidə çəkilmiş və bu zaman kütlənin çəkisi 07 kiloqram 955 qram olmuşdur. Həmin kütlələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb möhürlənmişdir. İştirakçılar tərəfindən heç bir şikayət və vəsatət daxil olmamış, bu barədə protokol tərtib edilmiş, iştirakçılarla birlikdə o da protokola, həmçinin zərfin üzərinə imza etmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman, Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilən zaman, üzərinə və avtomobilə baxış keçirilən zaman hər hansı bir fiziki və psixi təsir göstərilməmişdir (iş vərəqə: cild İ, səh.139-141). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan: _Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkilinin 25 may 2024-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Bakı şəhəri, Qaradağ rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur (iş vərəqə: cild İ, səh.4). _26 may 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında protokol”dan və 27 may 2024-cü il tarixli “ diskə baxış keçirilməsi barədə protokol”dan görünür ki, Təqsirləndirilən şəxs üzərinə müdafiəçisinin iştirakı ilə və videoçəkilişlə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs üzərində, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli pencəyin sağ iç cibindən bir ədəd sellofan torbada 35 qram narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütləni İlqar adlı İran İslam Respublikasının vətəndaşı vasitəsilə 1 gün əvvəl Bakı şəhəri, Qaradağ rayonu ərazisində gizlədilmiş yerdən sonuncunun qeyd etdiyi ünvanlara çatdırmaq məqsədilə götürdüyünü, bunun qarşılığında sonuncunun ona pul verəcəyini, üzərindən başqa sərnişini olduğu avtomobildə də narkotik vasitələr olduğunu bildirmişdir (iş vərəqə: cild İ, səh.32-35, 101). _26 may 2024-cü il tarixli “avtomobilə axtarış və götürmə haqqında protokol”dan və 27 may 2024-cü il tarixli “diskə baxış keçirilməsi barədə protokol”dan görünür ki, Təqsirləndirilən şəxs sərnişini olduğu “X7” markalı, **-GY-*** nömrə nişanlı avtomobilə müdafiəçisinin iştirakı ilə və videoçəkilişlə baxış keçirilərkən Təqsirləndirilən şəxs avtomobildə olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs avtomobilin arxa sol oturacağının üzərində saxladığı bir ədəd sarı rəngli kisənin içərisində 7 ədəd bağlamada açıq yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir. Təqsirləndirilən şəxs avtomobildən aşkar olunmuş kütləni İlqar adlı İran İslam Respublikasının vətəndaşı vasitəsilə 1 gün əvvəl Bakı şəhəri, Qaradağ rayonu ərazisində gizlədilmiş yerdən sonuncunun qeyd etdiyi ünvanlara çatdırmaq məqsədilə götürdüyünü, bunun qarşılığında sonuncunun ona pul verəcəyini bildirmişdir (iş vərəqə: cild İ, səh.41-44, səh.102). _Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli, 5(002)- 163/2024 nömrəli qərarından görünür ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili tərəfindən qəbul edilmiş və həmin idarənin rəisi tərəfindən təsdiq edilmiş 25 may 2024-cü il tarixli qərar qaunauyğun hesab edilmişdir (iş vərəqə: cild İ, səh.143-144). _Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 may 2024-cü il tarixli, 7/837 nömrəli məhkəmə bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” yazısı və imzalar olan kağız paketdəki 01 ədəd sellofan bağlamada təmiz çəkisi 28,17 qram və ağ kağız üzərində “Təqsirləndirilən şəxs sərnişini olduğu...avtomobildən...” yazısı və imzalar olan narıncı rəngli sintetik torbadakı 07 ədəd qara rəngli polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1000 qram, 1015 qram, 1035 qram, 1030 qram, 1005 qram, 1020 qram, 1040 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabi) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi 7173,17 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər (iş vərəqə: cild İ, səh.62-64). _Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X4 məhkəmə-narkoloji ekspertizasının 03 iyun 2024-cü il tarixli, 3940 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh.151-152). _27 may 2024-cü il tarixli “maddi sübut kimi tanınma haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 7172,37 qram olan narkotik vasitə qurudulmuş marixuana saxlanılması üçün Bakı şəhəri Səbail Rayon Polis İdarəsində saxlanca təhvil verilmişdir (iş vərəqə: cild İ, səh.112-113). _05 sentyabr 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, cinayət işi üzrə şəxsi axtarış və götürmə, həmçinin avtomobilə baxış zamanı video görüntülərin qeydə alındığı iki ədəd disk maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh.167-178). _05 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitələrin mənbəyinin müəyyən edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə hazırki cinayət işindən başqa cinayət işi ayrıca icraata ayrılmışdır (iş vərəqə: cild İ, səh.181-182). _26 may 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs faktiki azadlığının məhdudlaşdırıldığı vaxdan, yəni 25 may 2024-cü il tarixdən şübhəli şəxs qismində tutulmuş hesab edilmişdir (iş vərəqə: cild İ, səh.24). _Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 25 may 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh.107-111). _Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 12 iyun 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 17 yanvar 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, daha sonra Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 03 avqust 2012-ci il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 76.3.1-ci maddəsinə əsasən 01 ay 10 gün şərti olaraq vaxtından əvvəl azad edilmişdir, bundan başqa o, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 noyabr 2013cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 11 noyabr 2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir, daha sonra Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 25 iyun 2023cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir (iş vərəqə: cild İ, səh.121-123). Hüquqi məsələlər. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə hazırki cinayət işi üzrə təqdim edilmiş sübutların qəbuledilən olubolmamasını, onların çəkisini və kifayət qədərliyini tənzimləyən qayda və prinsiplərə istinad etməklə, işin faktiki hallarını yalnız həqiqiliyinə və əldə edilməsi hallarına heç bir şübhələr olmayan sübutları əsas götürmək yolu ilə müəyyən etməklə, tam, hərtərəfli və obyektiv araşdırmaya əsaslanan yekun qərarın qəbul edilməsi və məhkəmənin ittiham olunan şəxsin təqsirli və ya təqsirsizliyinə dair hökmünü formalaşdırmaq üçün yalnız qanunun istifadə etməyə icazə verdiyi hüquqi vasitələrə əsaslanmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının: 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 127-ci maddəsinin İV hissəsinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi çoxsaylı qərarlarında sərgilədiyi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında müəyyən edilmiş ədalətli məhkəmə araşdırması hüququnun təmin edilib-edilməməsi ilk öncə məhkəmə prosesləri zamanı çəkişmə prinsipinə riayət edilibedilməməsi, tərəflərin bərabərliyi prinsipinin təmin edilib-edilməməsi ilə, məhkəmə iclasında şəxsən iştirak etmək hüququnun, sübutların bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməsi ilə birbaşa əlaqədardır. Avropa Məhkəməsi çəkişmə prinsipinə riayət edilib-edilmədiyini müəyyənləşdirmək üçün adətən daxili məhkəmələrdəki araşdırmaların keyfiyyətini təhlil edərək müdafiə tərəfinin istər birinci instansiyada, istərsə də apellyasiya instansiyasında ərizəçiyə qarşı sübut qismində istifadə edilən materialları təkzib etmək imkanına malik olub-olmadığını (Rouv və Devisin işi), habelə daxili məhkəmələrin qərar çıxararkən müvafiq maraqları nə dərəcədə balanslaşdırdıqlarını müəyyənləşdirir. Tərəflərin bərabərliyi prinsipi tərəflərin hər birinə onu digər tərəfin qarşısında əlverişsiz vəziyyətə salmayan şərtlərlə öz mövqeyini əsaslandırması üçün ağlabatan imkanların yaradılmasını nəzərdə tutur (Brandştetter Avstriyaya qarşı). Açıq məhkəmə prosesində şəxsən iştirak etmək isə cinayət törətməkdə ittiham olunan şəxsin bu cür məhkəmə iclasında özünün xüsusi hüquqlarını şəxsən icra etmə imkanının tanınmasını nəzərdə tutur. Beləliklə də, məhkəmə, şərh edilən prinsiplər və əlamətlərlə səciyyələndirilən ədalətli məhkəmə araşdırması hüququnun hazırki cinayət işi üzrə məhkəmə araşdırması zamanı təmin edilməsi baxımından qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs iş üzrə keçirilmiş açıq məhkəmə iclaslarında özünü şəxsən və vəkili vasitəsilə müdafiə etmiş, şahidlərin dindirilməsində, onun əleyhinə olan sübutların tədqiqində şəxsən iştirak etmiş, ona qarşı təqdim edilmiş sübutlarla bağlı öz dəlillərini bildirmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, cinayət işinin araşdırılması və məhkəmədə baxılıb həll edilməsinə münasibətdə istinad edilən əməlin törədilməsi, həmin əməldə cinayət tərkibinin və onu cinayət kimi xarakterizə edən bütün əlamətlərin olub-olmaması sübutların köməyilə müəyyən edilir. Cinayət işi və bununla bağlı materiallar üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üçün kifayət edən sübutların cəmi sübutetmə həddini xarakterizə edir. Beləliklə, təqdim edilmiş obyektiv sübutların məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, həqiqətən də cinayət hadisəsi baş vermiş və təqsirləndirilən şəxslə əlaqəsi, onun əməlində cinayətin əlamətlərinin olması kifayət qədər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə kollegiyası tərəfindən məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında araşdırılıb tədqiq edilmiş, sübutlar toplusuna məcmu halında qiymət verilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib saxlamış və daşımışdır. Məhkəmə həyata keçirilən mühakimə fəaliyyəti nəticəsində heç bir şübhəyə yer verməyən mütləq həqiqətin aşkarlanmasından ötrü ittiham tərəfinin təqdim etdiyi sübutları, təqsirləndirilən şəxsin özünün müdafiəsi ilə bağlı göstərdiyi dəlilləri cinayət işinin materialları ilə qarşılıqlı şəkildə araşdırmış və hesab edir ki, məhkəmə araşdırmasının nəticələrinə uyğun olaraq Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə münasibətdə onun əməlinə hüquqi qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıya”nın konkret müddəalarını, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıya” əsasən “qurudulmuş marixuana” narkotik vasitəsinin xeyli miqdar daxil olmaqla aşağı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi 500 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş ümumilikdə 7173,17 qram çəkidə “qurudulmuş marixuana” narkotik vasitəsinin miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahı”da müəyyən edilmiş narkotik vasitələrin nəinki xeyli, hətta külli miqdar həddindən də dəfələrlə artıq miqdarda olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Cinayət işi üzrə məhkəmə araşdırması zamanı təqdim edilmiş obyektiv və mötəbər sübutların tədqiq edilməsi və həmin sübutlara əsaslanan cinayət işinin faktiki halları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra, Təqsirləndirilən şəxs saxlanılaraq şübhəli şəxs qismində tutulmuş, Baş Narkotiklərlə Mübarizə İdarəsində onun üzərinə müdafiəçisinin iştirakı ilə və video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilərkən üzərindən bir ədəd sellofan torbada 28,17 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilmiş, Təqsirləndirilən şəxs aşkar edilmiş həmin narkotik maddəni İlqar adlı İran İslam Respublikasının vətəndaşından bir gün əvvəl gizlədilmiş yerdən sonuncunun qeyd etdiyi ünvanlara çatdırmaq məqsədilə götürdüyünü, bunun qarşılığında həmin şəxsin ona pul verəcəyini, daha sonra əyləşdiyi avtomobilə müdafiəçisinin iştirakı ilə və video çəkilişdən istifadə edilməklə baxış keçirilərkən avtomobildən kisənin içərisində 7 (yeddi) ədəd bağlamada ümumilikdə 7145 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilmiş, Təqsirləndirilən şəxs aşkar edilmiş həmin narkotik maddə marixuananı da ona göndərmiş İran İslam Respublikasının vətəndaşının bir gün əvvəl gizlədilmiş yerdən sonuncunun qeyd etdiyi ünvanlara çatdırmaq məqsədilə götürdüyünü, bunun qarşılığında sonuncunun ona pul verəcəyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadə verərkən hadisə günü həqiqətən də şəxsi axtarış zamanı üzərindən 30 qram və avtomobildən 7 kiloqram narkotik vasitə qurudulmuş marixuana aşkar olunduğunu etiraf etsə də, həmin narkotik vasitələrin onda aşkar olunmasının X2 vətəndaşının ona əvvəlcədən qurduğu “oyun” olduğunu, onun məqsədinin yalnız 30 qram narkotik vasitə qurudulmuş marixuana əldə etməkdən ibarət olduğu və həmin maddələri şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində göstərilmişdir ki, “Hökmün təsviriəsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir.” Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində həmin göstərdiyi xüsusatları cinayət işinin materialları ilə qarşılıqlı şəkildə tədqiq edərək müəyyən etmişdir ki, onun özünü müdafiə üçün gətirdiyi həmin dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onun təqsirliliyini təsdiq edir. Belə ki, cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə ibtidai araşdırma başlandığı ilkin mərhələdən başlayaraq onun üzərində video çəkilişlə şəxsi axtarış, həmçinin sərnişini olduğu avtomobilə baxış istintaq hərəkətləri keçirilərkən sorğu-sual zamanı, sonra verdiyi izahatında, həmçinin şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrində Təqsirləndirilən şəxs üzərindən və sərnişini olduğu avtomobildən aşkar olunmuş ümumilikdə 7173,17 qram narkotik maddə olan qurudulmuş marixuananın özünə məxsus olduğunu, həmin maddələri “İlqar” adlı İran İslam Respublikasının vətəndaşının vasitəsi ilə Bakı şəhəri, Qaradağ rayonu ərazisində gizlədilmiş yerdən sonuncunun qeyd etdiyi ünvanlara çatdırmaq məqsədi ilə götürdüyünü, bunun qarşılığında sonuncunun ona pul verəcəyini bildirmiş, o, həmin ifadələrində, həmçinin məhkəmədə də ona polis əməkdaşları tərəfindən heç bir təsir, təzyiq və ya hər hansı qanunsuz hərəkətlərə yol verilmədiyini bildirmişdir. Eyni zamanda ibtidai istintaq yekunlaşarkən və təqsirləndirilən şəxs müdafiəçisi ilə birlikdə cinayət işinin materialları ilə tanış olarkən də o, həmin protokolları öz imzası ilə təsdiq etmiş və heç bir etiraz və vəsatətinin olmadığını bildirmişdir (iş vərəqə: cild İ, səh. 32-35, 41-44, 46-48, 82-85, 93-96, 186). Göründüyü kimi, Təqsirləndirilən şəxs həmin etirafedici ifadələrini özünün tam iradə sərbəstliyi əsasında, heç bir təsir, təzyiq olmadan vermiş, ona hər hansı qanunsuz təzyiqlərin göstərilmədiyini o, həm ibtidai istintaq zamanı, həm də məhkəmə araşdırması zamanı ifadələrində bildirmişdir. Təqsirləndirilən şəxs həmin etirafedici ifadələri cinayət işi üzrə hər hansı mötəbər sübutlarla təkzib edilmədiyindən və işin faktiki halları ilə təsdiq edildiyindən onun həmin etirafedici ifadələri mötəbər sübut növü kimi qəbul olunur. Məhkəmə araşdırması zamanı cinayət işi üzrə təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsini təsdiq edən yuxarıda sadalanan mötəbər sübutların qanuniliyini şübhə altına alacaq hər hansı hal müəyyən edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, “ ... Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş həmin narkotik maddələri məhz satış məqsədilə əldə edib daşıması qənaətinə gələrkən ondan aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananın xeyli və külli miqdar həddindən dəfələrlə artıq miqdarda olmasını (7 kiloqramdan artıq çəkidə), həmin maddələrin müxtəlif ayrı-ayrı bağlamalarda olmasını, habelə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni götürüb pul qarşılığında başqa şəxsə verməsi üçün daşıması ilə bağlı əvvəlcədən razılıq əldə edilməsinə dair etirafedici ifadələr verməsi kimi işin faktiki hallarını nəzərə alır. Təqsirləndirilən şəxs əldə edib daşıyarkən ondan aşkar edilmiş narkotik maddə olan qurudulmuş marixuananın çəkisinin 7 kiloqram 173,17 qram olması, həmin maddələrin onun öz üzərindən və torbadan ayrı-ayrı 7 (yeddi) bağlamada aşkar olunması, onun narkotik vasitələrin dövriyyəsinə dair ibtidai istintaq zamanı ifadələrində göstərdikləri təqsirləndirilən şəxsin həmin maddələri məhz satış məqsədilə əldə edib daşımasından başqa nəticəyə gəlinməsini mümkünsüz edir. Məhkəmə təqsirləndirilən şəxsin həmin maddələri məhz satış məqsədilə əldə edib daşıması nəticəsinə gələrkən işin qeyd edilən faktiki halları ilə yanaşı, həmçinin ondan aşkar edilmiş həmin narkotik maddələri İran İslam Respublikasının vətəndaşının dediyi yerə pul müqabilində qoymaq üçün əldə edib daşıdığını bildirməsinə dair ibtidai istintaq zamanı verdiyi ifadələrinin mötəbər sübut kimi qəbul olunmasının, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik maddələri məhz satış məqsədilə əldə edib daşıması qənaətinə gəlinməsinin məhkəmədə yalnız obyektiv və mötəbər sübutların araşdırılıb tədqiqinə və həmin sübutlara əsaslanan işin faktiki hallarına uyğun gələn nəticəyə əsaslandığını birmənalı şəkildə təsdiq etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı üzərindən aşkar edilmiş ayrı-ayrı bağlamalarda 7 kiloqram 173,17 qram narkotik vasitə qurudulmuş marixuananı pul müqabilində İran İslam Respublikasının vətəndaşının dediyi ünvana qoymaq üçün əldə edib daşımasına dair verdiyi ifadələri cinayət işi üzrə hər hansı mötəbər sübutlarla təkzib edilmədiyindən, həmin narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair həmin ifadələrində göstərdiyi hallar cinayət işinin yuxarıda göstərilən faktiki halları ilə və iş üzrə mötəbər sübutların məcmusu ilə təsdiq edildiyindən, həmin mötəbər sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı göstərilən etirafedici ifadələrinin ittihamın əsasını təşkil edən sübut növləri kimi qəbul edilməsini tam, hərtərəfli və obyektiv məhkəmə tədqiqatına əsaslanmış araşdırma zəruri etmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində göstərdiyi inkaredici hallar təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, “şəxsi axtarış və götürmə haqqında”, “avtomobilə baxış və götürmə haqqında” istintaq hərəkətlərinin protokolları, şəxsi axtarışın və avtomobilə baxışın video görüntülərinin əks olunduğu disklər, həmin disklərə baxış protokolları, maddi sübutlar, ekspert rəyləri, şahid ifadələri, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təkzib edildiyindən və heç bir faktla təsdiq olunmadığından inandırıcı hesab olunmamaqla məhkəmə tərəfindən sübut növü kimi qəbul edilmir və məhkəmə onun məhkəmədə ifadəsinin inkaredici hissələrini həqiqi olmayan məlumatlar olmaqla, cinayət törətməyə görə daha ağır cinayət məsuliyyətindən və cəzadan yayına bilmək məqsədilə verilmiş, onun tərəfindən seçilmiş müdafiə üsulu (taktikası) və onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi kimi qiymətləndirir. Odur ki, cinayət işinin məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri-digərini əlaqəli şəkildə tamamlamaqla mötəbər sayılmağa və yekun nəticəyə gəlməyə imkan verir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib saxlayıb daşımaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs əvvəlki məhkumluqları ilə bağlı, yəni onun Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 17 yanvar 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, daha sonra Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 03 avqust 2012-ci il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 76.3.1-ci maddəsinə əsasən 01 ay 10 gün şərti olaraq vaxtından əvvəl azad edilməsi, bundan başqa onun Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 noyabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və 11 noyabr 2015-ci il tarixdə cəzasının sonu ilə azad edilməsi, daha sonra Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, 25 iyun 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilməsi ilə bağlı qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs sonuncu məhkumluğundan başqa, onun əvvəlki digər məhkumluqları Cinayət Məcəlləsinin 83-cü maddəsinin tələblərinə əsasən ödənilmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs sonuncu məhkumluğu, yəni Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi və 25 iyun 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilməsi ilə bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həmin məhkumluğu ödənilməmişdir. Belə ki, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş Təqsirləndirilən şəxs həmin cəzanı çəkib qurtardığı 25 iyun 2023-cü il tarixdən iki il müddət keçmədiyindən onun həmin məhkumluğu ödənilməmişdir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır Odur ki, qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi onun əməlində cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilir. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsini nəzərə alınaraq, həm sosial ədalətin bərpası, həm də onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, cinayətlərin residivinə görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla, onun şəxsiyyətinə uyğun, ədalətli müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məqsədə uyğun hesab edir. Bundan başqa, məhkəmə təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 25 may 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 25 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutularaq, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 25 may 2024-cü il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 03 iyun 2024-cü il tarixli, 3940 nömrəli rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində tanınmış və Bakı şəhəri Səbail Rayon Polis İdarəsində saxlanca verilmiş ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 7172,37 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş “şəxsi axtarış və götürmə”, “avtomobilə baxış və götürmə” istintaq hərəkətləri zamanı video görüntülərin qeydə alındığı iki ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 78 (yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ hökm qanuni qüvvəyə mindikdən sonra məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı 25 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Səbail Rayon Polis İdarəsində saxlanca verilmiş ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 7172,37 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş “şəxsi axtarış və götürmə”, “avtomobilə baxış və götürmə” istintaq hərəkətləri zamanı video görüntülərin qeydə alındığı iki ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 78 (yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Elnur Nuriyev Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(101)-558/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-558/2025
03.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver