Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-559/2020 30.07.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X10, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X11, müdafiəçi – Bakı şəhər 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1981-ci ildə Ermənistan Respublikasının Qafan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 3 azyaşlı uşağı olan, əvvəllər məhkum olunmayan, həbs olunanadək fərdi əməklə məşğul olmuş, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, korpus 42, ev 28A-da qeydiyyatda olan, həbs olunanadək Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Yeni yaşayış massivində ünvansız fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, alkoqol sərxoşluğu vəziyyətində idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozmuş və bunun nəticəsində ehtiyatsızlıqdan zərərəçəkmiş şəxs ölmüşdür. Bundan başqa, o, yolnəqliyyat hadisəsi yerindən qaçmışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs xx xxxxxx 2019cu il tarixdə saat 22:44 radələrində özünə məxsus “Mersedes E220 CDİ” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini alkoqol sərxoşluğu vəziyyətində 65-70 km/saat sürətlə Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, S.S.Axundov küçəsi ilə Ş.Məmmədova küçəsi istiqamətində idarə edərkən “Yol hərəkəti” haqqında Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin "hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol istifadə edilməsi nəticəsində nəqliyyat vasitəsini idarə etməməli”, həmin Qanunun 50-ci maddəsinin 1-ci bəndinin “sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir” və həmin Qanunun 50-ci maddəsinin 2ci hissəsinin 1-ci bəndinin “sürücü avtomobili yaşayış məntəqələri daxilində - saatda 60 kilometrdən çox olmayan sürətlə idarə etməlidir" kimi tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə riayət etməyərək, ünvan 2 saylı ünvanda yerləşən “Atrium” əyləncə mərkəzinin qarşısındakı yolu keçən piyada Zərərçəkmiş şəxs avtomobilin ön sol hissəsi ilə vuraraq ona - sol alın və gicgah sümüklərinin kəllə əsasına keçən qəlpəli sınığı, baş beyinin əzilməsi, başın sol alın və gicgah nahiyələrinin yumşaq toxumaları altına geniş həcmli qansızma, alın nahiyəsinin sol yarısının iri ölçülü əzilmiş yarası, alının sağ yarısının əzilmiş yarası, sol almacıq sümüyünün sınığı və sol almacıq nahiyəsinin qançırı, burun sümüklərinin sınığı ilə müşaiyət olunan burun əsasının qançırı, sol bazu və sağ baldır sümüklərinin qapalı yerdəyişən sınıqları, sol ağciyərin yuxan və aşağı paylarına qansızması ilə müşaiyət olunan sol tərəfdən İİ və Vİ qabırğaların sınıqları, sol baldır sümüklərinin sınığı, alt dodağın selikli qişasına qansızma və səthi əzilmiş yarası, alt çənənin, alt dodağın sol çənə cismi proyeksiyasının, sol qoltuqaltı nahiyəsinin, sol bazunun, döş qəfəsinin sol yarsının ön səthinin, sol mil bilək oynağının, sağ baldırın sıyrıqları, sağ üst göz qapağının, qarının sol yarısının ön səthinin qançırları xəsarətləri ilə müşaiyət edilən həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərəçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Bundan başqa, o, yol-nəqliyyat hadisəsini törətdikdən sonra hadisə yerində qalmayaraq yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2019-cu ilin noyabr ayının 25-də saat 21:00 radələrində “Neftçilər” metrosu yaxınlığında yerləşən kafelərin birində dostları ilə birlikdə spirtli içki qəbul etdikdən sonra özünə məxsus “Mersedes E220” markalı minik avtomobilinə minərək “Binəqədi” istiqamətinə tərəf hərəkət etməyə başlamışdır. Həmin vaxt hava yağışlı olmuşdur. O, “Azadlıq” prospektindən üzü “Atrium” əyləncə mərkəzi istiqamətində hərəkət edən zaman “Atrium” əyləncə mərkəzinin qarşısında bir qadın qəflətən onun avtomobilinin qarşısına çıxmış və o, maşını saxlaya bilməyərək həmin qadını vurmuşdur. O, əyləcə basmaq istədikdə artıq qadını vurmuşdur. O, qadını vurduqdan sonra şok vəziyyətinə düşərək idarə etdiyi avtomobildən düşmüş və vurduğu qadının olduğu istiqamətə getmişdir. O, avtomobildən düşüb qadına yaxınlaşdıqda ətrafın qan olduğunu, qadının da öldüyünü görmüşdür. Həmin vaxt o, özünü itirib yenidən öz avtomobilinə əyləşmiş və avtomobili qarşıda yerləşən binaların arasında saxlayaraq yenidən hadisə yerinə qayıtmışdır. O, avtomobilə minib qarajların yanına getdikdə şok vəziyyətində olmuşdur. O, avtomobilini qarajların yanında saxladıqdan sonra yenidən qadını vurduğu yerə qayıtmışdır. O, hadisə yerinə qayıdan zaman orada polisləri görmüşdür. O, hadisə yerində dayanıb zərərçəkmiş şəxsə baxdığı zaman polislər ona yaxınlaşmışlar və hadisəni kimin törətdiyini ondan soruşmuşlar. O da idarə etdiyi avtomobilin açarlarını polislərə təqdim edərək qadını vurduğunu polislərə bildirmişdir. Sonra polislər onu polis maşınına mindirmişlər və Polis bölməsinə aparmışlar. Orada o, törətdiyi cinayət barədə ifadə vermişdir. Təqsirləndirilən şəxs ifadəsində, həmçinin zərərçəkmiş şəxsi avtomobillə vurduğu əməldən peşman olduğunu, hadisə yerindən qaçmadığını, qadını vurduqdan sonra şok vəziyyətinə düşdüyünü bildirmişdir. O, qadına yaxınlaşıb sonuncunu qanın içində olduğunu və öldüyünü gördükdə özünü bir anlıq itirmişdir. Sonra o, təkrar hadisə yerinə qayıdaraq törətdiyi cinayət barədə polislərə məlumat vermişdir. Təqsirləndirilən şəxs ifadəsində, həmçinin zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışdığını bildirmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməldən (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinə nisbətdə) peşman olduğunu, evli və himayəsində 3 (üç) azyaşlı uşağının olduğunu bildirərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi üzrə barəsində yüngül cəza təyin edilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi üzrə isə ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozması və bunun ehtiyatsızlıqdan zərərəçəkmiş şəxsin ölümünə səbəb olması ilə bağlı hissədə məhkəmə istintaqında verdiyi etirafedici ifadəsi obyektiv araşdırılmış digər sübutlarla tam təsdiq olunduğundan məhkəmə qeyd edilən hissədə təqsirləndirilən şəxsin ifadəsini mötəbər və həqiqi sübut növü kimi qəbul edir və qiymətləndirir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi məhkəmə istintaqında tam sübuta yetirilmişdir. Lakin Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsini törətdikdən sonra hadisə yerindən qaçmaması ilə bağlı hissədə məhkəmə istintaqında verdiyi ifadəsini məhkəmə cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qəbul edir və qiymətləndirir. Bu səbəbdən də məhkəmə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsini törədikdən sonra hadisə yerindən qaçmaması ilə bağlı hissədə məhkəmə istintaqında verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadəni mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə məzmunlu ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yayınmaq, cinayət əməllərinə haqq qazandırmaq, eləcə də öz məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X17 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun arvadı olmuşdur. Onun arvadı Zərərçəkmiş şəxs “Atrium” əyləncə mərkəzində aşpaz işləmişdir. Zərərçəkmiş şəxs hər gün işə gedib gəlirmiş və hər axşam təxminən saat 22:00 radələrində arvadı Pakizə işdən çıxırmış. O da saat 22:30 radələrində arvadı Pakizəni metronun yaxınlığında gözləyirmiş. Lakin hadisə baş verən gün həmin radələrdə o, arvadı Pakizəni metronun qabağında gözləsə də, Pakizə gəlməmişdir. Biraz keçdikdən sonra o, “Atrium” əyləncə mərkəzinin qarşısında avtomobillərin toplaşdığını görmüş və həmin yerdə piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsinin baş verdiyini eşitmişdir. O, hadisə yerinə yaxınlaşdıqda vurulmuş şəxsin onun arvadı Pakizə olduğunu öyrənmişdir. Onun arvadı Pakizənin iş yoldaşı hadisəni törədən şəxsi ona göstərib həmin şəxsin polislərin yanında olduğunu bildirmişdir. O, hadisə yerinə hadisə baş verdikdən 3-4 dəqiqə sonra yaxınlaşmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi Qabil Axundov ifadəsində, həmçinin Təqsirləndirilən şəxslə barışıdığını və sonuncu tərəfindən ona vurulmuş ziyanın tam şəkildə ödənildiyini, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi Qabil Axundov ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, hadisə baş verən zaman Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis bölməsində sahə rəisi vəzifəsində çalışmışdır. O, xx xxxxxx 2019-cu il tarixdə 5-ci PB-də əməliyyat qrupunda olan zaman təxminən saat 22:50 radələrində məsul növbətçi ona “Atrium” əyləncə mərkəzinin qarşısında piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsinin baş verdiyini bildirmişdir. Yol nəqliyyat hadisəsinin baş verdiyi onun işlədiyi yerə yaxın olduğundan o, dərhal qrup üzvləri ilə birlikdə piyada həmin yerə getmişdir. O, hadisənin baş verdiyi yerə gedən zaman bir qrup insanın yolun hərəkət hissəsində “Atrium” əyləncə mərkəzi ilə “Kratos” restoranının qarşısında toplaşdığını görmüşdür. Sonra o, həmin şəxslərə yaxınlaşıb hadisənin necə baş verdiyini soruşmuş və oraya toplaşmış insanlar yol nəqliyyat hadisəsinin arxada, yəni “Atrium” əyləncə mərkəzinin qarşısında baş verdiyini, zərərçəkmiş şəxsin zərbənin təsirindən qarşıda öldüyünü bildirmişlər. Sonra o, məsul növbətçi müstəntiq Əli İsmayılova zəng vurub hadisə barədə məlumat vermişdir. Həmin vaxt təqsirləndirilən şəxs hadisə yerində olmamışdır, lakin orada olan şəxslərdən biri təqsirəndirilən şəxsin hadisə baş verdikdən sonra avtomobilindən düşüb dizinə və başına vurduğunu, sonra isə yenidən avtomobilinə əyləşib getdiyini bildirmişdir. O, müstəntiqə məlumat verdikdən sonra hadisə yerini mühafizə etmək məqsədilə əlavə kömək üçün X24 2-ci patrul bölüyü hadisə yerinə gəlmişdir. Bir qədər keçdikdən sonra o, hadisəni törədən şəxsin polis əməkdaşları tərəfindən saxlanıldığını eşitmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, xx xxxxxx 2019-cu il tarixdə avtomobil patrul xidmətini həyata keçirən zaman ona “Atrium” əyləncə mərkəzinin qarşısında piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsinin baş verməsi barərə məlumat verilmişdir. O və digər polis əməkdaşları hadisə baş verdikdən təxminən 10-15 dəqiqə sonra hadisə baş verən ünvana getmişlər. O, hadisə yerinə çadığı zaman oraya bir qrup insanın toplaşdığını görmüşdür. Onlar hadisə yerinə gəldikdən təxminən 10-15 dəqiqə sonra Təqsirləndirilən şəxs hadisə yerinə gəlmiş və post patrul avtomobilinin yaxınlığında dayanmışdır. Təqsirləndirilən şəxs çox həyacanlı olmuş və ona görə özündə olmamışdır. Təqsirləndirilən şəxs həyacanlı olması onlarda şübhə yaratmış və orada olan digər polis əməkdaşı Şahid2 Təqsirləndirilən şəxs post patrul avtomobilinə dəvət etmişdir. Təqsirləndirilən şəxs avtomobilə oturduqdan sonra yol nəqliyyat hadisəsini törətdiyini və hadisə yerində ölən qadını idarə etdiyi avtomobillə vurduğunu etiraf etmişdir. Onlar Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin harada olduğunu soruşmuşlar. Təqsirləndirilən şəxs də həyəcanlı vəziyyətdə olduğundan avtomobilini harada saxladığını bilmədiyini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs biraz sakitləşdiqdən sonra maşını binaların qarşısında olan qarajların yanında saxladığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o,Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Çevik Polis Alayında polis nəfəri vəzifəsində işləyir. Hadisə baş verən gün, yəni xx xxxxxx 2019-cu il tarixdə o, təhkim olunduğu ərazidə xidmətdə olmuşdur. xx xxxxxx 2019-cu il tarixdə o, axşam növbəsində xidmətdə olduğu zaman “Atrium” əyləncə mərkəzinin qarşısında piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsinin baş verməsi barədə ona məlumat verilmişdir. Hadisə baş verdikdən təxminən 10 dəqiqə sonra o, hadisə yerinə gəlmişdir. O, hadisə yerinə gəldikdə hadisə yerindən təxminən 3-5 metr aralı məsafədə, “Atrium” əyləncə mərkəzinin qarşısında bir nəfərin əlində telefon dayandığını görmüşdür. Onlar həmin şəxsdən yol nəqliyyat hadisəsinin törədib-törətmədyini soruşmuşlar. Həmin şəxs, yəni Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsini törətdiyini onlara bildirmişdir Lakin həmin vaxt Təqsirləndirilən şəxs həyacanlı olduğundan avtomobilini harada saxladığını unutduğunu bildirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs Polis bölməsinə aparıb təhvil vermişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019cu il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəq 4-14) görünür ki, yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində avtomobil yolunda baş vermişdir. Hərəkət zolağı 4 (dörd) hissədən ibarətdir. Sağ və sol tərəfdə sarı xətt var, digər nişanlanma xətti yoxdur. Piyadanın vurulma yerində ağ qırıq-qırıq xətlər vardır. Yolun hərəkət hissəsində meyit və ona aid əşyalar vardır. Meyit qadın cinsinə məxsusdur, yolun hərəkət hissəsində üzü üstə uzanıqlı vəziyyətdədir, əynində qara rəngli şalvarın və qara rəngli ayaqqabının olması müşahidə edilir. Bundan əlavə, “Mersedes E220 CDİ” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı gümüşü metalik rəngli minik avtomaşının sol farasının, sol ön buferinin, qabaq kapotunun sol hissəsinin zədələnməsi və alın şüşəsinin sol yarı hissəsinin sınması müşahidə edilir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli 2/10167 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında aktdan (cild 1, iş vərəqə 15) görünür ki, Təqsirləndirilən şəxs sərxoş olması müəyyən edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli avtonəqliyyat vasitəsinin saxlanca qəbul edilməsi haqqında aktdan (cild 1, iş vərəqə 16) görünür ki, “Mersedes E220 CDİ” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin qabaq sol hissəsi əzik, alın şüşəsi çat vəziyyətdədir. Nəqliyyat vasitəsinin qapıları bağlı olmuş, nəqliyyat vasitəsi duracağa öz hərəkəti ilə gətirilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 32) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 33-34) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli zərərçəkmiş şəxsin hüquqi varisi X11 notarial qaydada təsdiq edilmiş ərizəsindən (cild 1, iş vərəqə 97) görünür ki, Təqsirləndirilən şəxs ona və onun ailəsinə dəymiş ziyanı tam ödəmiş, o və onun ailə üzvləri Təqsirləndirilən şəxs ilə barışmışlar, onun təqsirləndirilən şəxsə qarşı heç bir iddiası, şikayəti və tələbləri yoxdur və gələcəkdə də olmayacaqdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli 29462 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası rəyindən (cild 1, iş vərəqə 49- 50) görünür ki, ibtidai istintaq orqanı tərəfindən təqdim olunmuş məlumatlara əsasən: Mersedes Benz E220 markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində "Yol hərəkətləri haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “Mercedes Benz E220” markalı avtomobili sərxoş vəziyyətdə və yaşayış məntəqəsində 60 km/saatda artıq, yəni 65-70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli təqsirləndiirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 52-53) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ittiham elan olunmuş və o, həmin maddə üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarından (cild 1, iş vərəqə 78-83) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 2 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli qəbzdən (cild 1, iş vərəqə 98) görünür ki, Təqsirləndirilən şəxs qardaşı X5 “Mersedes E220” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobil ona baş etibarnamə ilə verildiyi üçün həmin avtomobili Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi polis mayoru Əli İsmayılovdan təhvil almışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 tələbnaməsindən (cild 1, iş vərəqə 110) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Bakı Apellyasiya Məhkəməsinin qərarından (cild 1, iş vərəqə 104-108) görünür ki, Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli 170 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X18-Təcrübi və Tədris Birliyinin meyitin ekspertizası barədə rəyindən və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 112-116) görünür ki, X7 meyitində aşağıdakı xəsarətlər vardır: sol alın və gicgah sümüklərinin kəllə əsasına keçən qəlpəli sınığı, baş beyinin əzilməsi, başın sol alın və gicgah nahiyələrinin yumşaq toxumaları altına geniş həcmli qansızma, alın nahiyəsinin sol yarısının iri ölçülü əzilmiş yarası, alının sağ yarısının əzilmiş yarası, sol almacıq sümüyünün sınığı və sol almacıq nahiyəsinin qançırı, burun sümüklərinin sınığı ilə müşaiyət olunan burun əsasının qançırı, sol bazu və sağ baldır sümüklərinin qapalı yerdəyişən sınıqları, sol ağciyərin yuxarı və aşağı paylarına qansızması ilə müşaiyət olunan sol tərəfdən İİ və Vİ qabırğaların sınıqları, sağ baldır sümüklərinin açıq-qəlpəli sınığı, alt dodağın selikli qişasına qansızma və səthi əzilmiş yarası, alt çənənin, alt dodağın sol çənə cismi proyeksiyasının, sol qoltuqaltı nahiyəsinin, sol bazunun, döş qəfəsinin sol yarsının ön səthinin, sol mil bilək oynağının, sağ baldırın sıyrıqlari, sağ üst göz qapağının, qarının sol yarısının ön səthinin qançırları xəsarətləri ilə müşaiyət edilən həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurmaya aiddirlər. Həmin xəsarətlər xx xxxxxx 2019-cu il tarixdə hərəkətdə olan avtomobilin vurması nəticəsində əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs ölümünə səbəb sol alın və sol gicgah sümüklərinin kəllə əsasına keçən qəlpəli sınıqları nəticəsində baş beyin əzilməsi və onun yumşaq qişaları altında qansızmalar olmuşdur. Ölüm meyitin meyitxanadakı müayinəsindən 2-4 saat əvvələ uyğun gəlir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qandan məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik və güclü təsir edici maddələr aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 117-120) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə yeni məzmunlu ittihamın irəli sürülməsi, cinayət hadisəsi baş verdiyi tarixin xx xxxxxx 2019-cu il saat 22:00 radələri kimi qeyd edilməsi, Təqsirləndirilən şəxs idarə etdiyi “Mersedes” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı minik avomaşınının maddi sübut kimi tanınması və həmin avtomobilin qəbz əsasında Təqsirləndirilən şəxs qardaşı Elvin Əliquliyevə təhvil verilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsini törətdikdən sonra avtomobili hadisə yerində saxlaması, hadisə yerinə toplaşmış şəxslərə özü barədə məlumat verməsi, yalnız tıxacın yaranmaması səbəbindən avtomobili kənar küçədə saxlayaraq hadisə yerinə qayıtması onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsini istisna etdiyindən, həmin hissədə cinayət təqibinə xitam verilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittihamın elan olunması haqqında qərardan (cild 1, iş vərəqə 123-124) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə yeni məzmunda yenidən ittiham elan olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-42/2020 saylı qərarından (cild 1, iş vərəqə 153) görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 15 (on beş) gün müddətinə, yəni xx xxxxxx 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli cinayət işi üzrə əlavə ibtidai istintaqın aparılması və ittiham aktının yenidən tərtib edilməsi üçün qaytarılması haqqında qərardan (cild 1, iş vərəqə 155-157) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi əlavə istintaqın aparılması üçün Binəqədi rayon prokurorluğu vasitəsi ilə müstəntiqə qaytarılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli videodiskə baxış keçirilməsi barədə protokoldan (cild 1, iş vərəqə 164) görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Mersedes E220” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə həmin videoda saat 22:44:52 saniyədə görünmüş, o, yolu keçən piyada Zərərçəkmiş şəxs 22:44:54 saniyədə vurmuş, piyada bir neçə metr yuxarıya qalxaraq irəliyə yolun hərəkət hissəsinə düşmüş, həmin vaxt sürücü avtomobili yolun sağ tərəfinə çəkmiş, sürücü Təqsirləndirilən şəxs avtomobilini saxladığı istiqamətdən bir nəfər şəxsin hadisə yerinə yaxınlaşdığı görünmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-82/2020 saylı qərarından (cild 1, iş vərəqə 169-170) görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti xx xxxx 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli hadisəsi yerinə əlavə baxışın keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəq 176) görünür ki, cinayət hadisəsinin törədildiyi yerlə Təqsirləndirilən şəxs idarə etdiyi “Mersedes E 220” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobili qarajların yanında saxladığı yer arasında məsafə 660 metr təşkil etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi barədə qərardan (cild 1, iş vərəqə 177-182) görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsindən həmin Məcəllənin 263-1.3 və 264-cü maddələrinə tövsif edilməsi və Təqsirləndirilən şəxs həmin maddələr üzrə yenidən ittihamın elan edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittihamın elan olunması haqqında qərardan (cild 1, iş vərəqə 184-186) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə yeni ittiham elan olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-227/2020 saylı qərarından (cild 1, iş vərəqə 234-235) görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti daha 20 (iyirmi) gün müddətinə, yəni xx xxxxx 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2005-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən (cild 1, iş vərəqə 68) görünür ki, xx xxxxxx 2005-ci il tarixdə Təqsirləndirilən şəxs ilə X12 arasında nikah bağlanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2005-ci il tarixli AZ-İ seriyalı 683728 nömrəli doğum haqqında şəhadətnamənin surətindən (cild 1, iş vərəqə 69) görünür ki, xx xxxx 2005-ci il tarixdə X14 doğulmuş, onun anası - Xəlilova (Əliquliyeva) Səidə Nəriman qızı, atası - Təqsirləndirilən şəxsdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2007-ci il tarixli AZ-İ seriyalı 876688 nömrəli doğum haqqında şəhadətnamənin surətindən (cild 1, iş vərəqə 70) görünür ki, xx xxxxxxx 2006-cı il tarixdə X13 doğulmuş, onun anası - X6, atası - Təqsirləndirilən şəxsdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli AZ-İV seriyalı 317949 nömrəli doğum haqqında şəhadətnamənin surətindən (cild 1, iş vərəqə 71) görünür ki, xx xxxx 2019-cu il tarixdə X8 doğulmuş, onun anası - X6, atası - Təqsirləndirilən şəxsdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin Əsas Qanunda və digər normativhüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Andrey X1rşı” işi üzrə X22 Məhkəməsinin xx xxxx 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılsa da, təqsirləndirilən şəxs həmin sübutlara dair öz etirazını bildirməmiş, məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutu və onların mötəbərliyini mübahisələndirməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətli olması demokratik və hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətlərinin olması, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində sübut edilməli olan hallardan biri kimi cinayət hadisəsinin baş vermə faktının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə: müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Cinayət məsuliyyəti o zaman yaranır ki, törədilmiş əməlin əlamətləri ilə Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətləri üst-üstə düşmüş olsun. Şəxsin cinayət törətmək niyyəti onun konkret əməlində təzahür etmirsə, cinayət məsuliyyəti yarana bilməz. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən alkoqol sərxoşluğu vəziyyətində idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq Zərərçəkmiş şəxs vurmuş, nəticədə sonuncu aldığı xəsarətlərdən ölmüşdür. Başqa sözlə, baş vermiş yol-nəqliyyat hadisəsi ehtiyatsızlıqdan zərərəçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsini törətdikdən sonra hadisə yerindən qaçmışdır. Məhkəməittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara obyektiv hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə axşam vaxtı spirtli içki qəbul etmiş və bundan sonra özünə məxsus “Mersedes E220 CDİ” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobili alkoqol sərxoşluğu vəziyyətində idarə etmişdir. O, avtomobili alkoqol sərxoşluğu vəziyyətində Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, S.S.Axundov küçəsi ilə Ş.Məmmədova küçəsi istiqamətində idarə edərkən gecə saat 22:44 radələrində piyada hərəkət edən Zərərçəkmiş şəxs vurmuşdur. Zərərçəkmiş şəxs avtomobilin onu vurması nəticəsində ölmüşdür. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Təqsirləndirilən şəxs avtomobili alkoqol sərxoşluğu vəziyyətində idarə edərkən qadını vurduğunu hiss edib avtomobili yolun kənarında saxlamış və avtomobildən düşərək hadisənin baş verdiyi yerə qayıtmışdır. Təqsirləndirilən şəxs həmin yerə yaxınlaşdıqda avtomobillə vurduğu Zərərçəkmiş şəxs yerdə uzanmış vəziyyətdə görmüşdür. Zərərçəkmiş şəxs ətrafı qan içində olmuş və o, hadisə yerinə toplaşmış şəxslərdən Zərərçəkmiş şəxs öldüyünü eşitmişdir. Bundan sonra sərxoş halda olan Təqsirləndirilən şəxs törətdiyi əməlin mahiyyətini və nəticəsini başa düşmüş və öz avtomobilinə minərək avtomobili təxminən 600 metr uzaqlıqda yerləşən əraziyə sürmüşdür (binaların qarşısında olan qarajlar tərəfə). Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində Zərərçəkmiş şəxs idarə etdiyi avtomobillə vurduqdan və sonuncunun öldüyünü bildikdən sonra cinayət hadisəsinin baş verdiyi yerdə qanunla onun üzərinə düşən vəzifələrin icrası məqsədi ilə heç bir hərəkətləri icra etməmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində piyada hərəkət edən Zərərçəkmiş şəxs idarə etdiyi avtomobillə vurduqdan və avtomobili yolun kənarında saxladıqdan sonra hadisənin baş verdiyi yerdə uzanıqlı vəziyyətdə olmuş Zərərçəkmiş şəxs sağ olub-olmamasını müəyyən etməyə cəhd belə etməmiş, təcili tibbi yardıma zəng etməmiş, polis orqanına törətdiyi cinayət əməli barədə heç bir məlumat verməmiş, eləcə də cinayət hadisəsini törətdikdən sonra ətrafda olan və hadisə yerinə toplaşmış şəxslərə öz şəxsiyyəti barədə məlumat verməmişdir. Əksinə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs avtomobillə vurduqdan və avtomobili saxlayıb düşdükdən sonra ətrafda qanın olduğunu görüb, Zərərçəkmiş şəxs öldüyünü güman edib dərhal öz avtomobilinə minərək hadisə yerindən təxminən 600 metr uzaqlaşmışdır. Qeyd edilən hallar da cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Halbuki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin İV hissəsinə əsasən təqsirləndirilən şəxs Emin Əİiquliyev Zərərçəkmiş şəxs avtomobillə vurduqdan sonra qeyd edilən maddədə göstərilən vəzifələri və ya ən azı onların bir hissəsini icra etməli idi. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin İV hissəsinə əsasən yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinin sürücüsünün üzərinə bir sıra vəzifələr, o cümlədən nəqliyyat vasitəsini yerindən tərpətməmək, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməmək, zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görmək, “təcili tibbi yardım” maşını çağırmaq, zərərçəkən həyat üçün təhlükəli xəsarət aldığı hallarda onu yaxınlıqdakı tibbi müəssisəyə aparmaq, orada şəxsiyyətini təsdiq edən sənədi təqdim etmək, sonra hadisə yerinə qayıtmaq, başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmaq, zərərçəkənləri öz nəqliyyatında xəstəxanalara aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etmək və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görmək, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) xəbər vermək, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmaq və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləmək, habelə hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına gəlmək vəzifələri qoyur. Sürücülərin üzərinə qanunla müəyyən edilmiş qaydada qoyulmuş vəzifələrlə bağlı məhkəmə qeyd edir ki, hər hansı bir şəxsin qanunları bilməməsi onun cinayət məsuliyyətindən azad olunması üçün əsas kimi çıxış edə bilməz. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsinin İİ hissəsinə əsasən – hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 72-ci maddəsinin İİİ hissəsinə əsasən - qanunu bilməmək məsuliyyətdən azad etmir. Təqsirləndirilən şəxs avtomobili hadisə yerindən təxminən 600 metr uzaqlıqda yerləşən qarajların yanına sürdükdən sonra hadisə yerinə gəlmiş və orada toplaşan şəxslərlə birlikdə baş verənləri izləmişdir. Təqsirləndirilən şəxs hadisə baş verən yerə gəldikdə artıq orada polis əməkdaşları olmuşlar. Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində Zərərçəkmiş şəxs idarə etdiyi avtomobillə vurduqdan sonra hadisə yerinə qayıtması təxminən 15-20 dəqiqə çəkmişdir. Hadisə yerində o, özünü şübhəli apardığından polis əməkdaşları ona yaxınlaşmışlar və baş vermiş hadisə ilə bağlı suallar vermişlər. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət barədə polis əməkdaşlarına məlumat vermişdir. Qeyd edilən hallar məhkəmə istintaqında dindirilmiş şahid ifadələri ilə də tam şəkildə təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmişŞahid1 ifadəsində göstərdi ki,xx xxxxxx 2019-cu il tarixdətəxminən saat 22:50 radələrində hadisə barədə ona məlumat verilmiş və dərhal hadisənin baş verdiyi yerə getmişdir. O, hadisənin baş verdiyi yerə getdikdə bir qrup insanın yolun hərəkət hissəsində “Atrium” əyləncə mərkəzi ilə “Kratos” restoranının qarşısında toplaşdığını görmüşdür. Sonra o, həmin şəxslərə yaxınlaşıb hadisənin necə baş verdiyini soruşmuş və oraya toplaşmış insanlar yol nəqliyyat hadisəsinin arxada, yəni “Atrium” əyləncə mərkəzinin qarşısında baş verdiyini, zərərçəkmiş şəxsin zərbənin təsirindən qarşıda öldüyünü bildirmişlər. Həmin vaxt təqsirləndirilən şəxs hadisə yerində olmamışdır. Lakin orada olan şəxslərdən biri təqsirəndirilən şəxsin hadisə baş verdikdən sonra avtomobilindən düşüb dizinə və başına vurduğunu, sonra isə yenidən avtomobilinə əyləşib getdiyini bildirmişdir. O, müstəntiqə məlumat verdikdən sonra hadisə yerini mühafizə etmək məqsədilə əlavə kömək üçün X24 2-ci patrul bölüyü hadisə yerinə gəlmişdir. Bir qədər keçdikdən sonra o, hadisəni törədən şəxsin polis əməkdaşları tərəfindən saxlanıldığını eşitmişdir. Bundan başqa, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki,xx xxxxxx 2019-cu il tarixdə o, avtomobil patrul xidmətini həyata keçirən zaman ona “Atrium” əyləncə mərkəzinin qarşısında piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsinin baş verməsi barərə ona məlumat verilmiş və o, digər polis əməkdaşları ilə birlikdə hadisə baş verdikdən təxminən 10-15 dəqiqə sonra hadisə baş verən ünvana getmişlər. Onlar hadisə yerinə gəldikdən təxminən 10-15 dəqiqə sonra Təqsirləndirilən şəxs hadisə yerinə gəlmiş və post patrul avtomobilinin yaxınlığında dayanmışdır. Təqsirləndirilən şəxs çox həyacanlı olmuş və ona görə özündə olmamışdır. Təqsirləndirilən şəxs həyacanlı olması onlarda şübhə yaratmış və orada olan digər polis əməkdaşı Şahid2 Təqsirləndirilən şəxs post patrul avtomobilinə dəvət etmişdir. Təqsirləndirilən şəxs avtomobilə oturduqdan sonra yol nəqliyyat hadisəsini törətdiyini və hadisə yerində ölən qadını idarə etdiyi avtomobillə vurduğunu etiraf etmişdir. Eyni zamanda məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, xx xxxxxx 2019-cu il tarixdə o, axşam növbəsində xidmətdə olduğu zaman “Atrium” əyləncə mərkəzinin qarşısında piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsinin baş verməsi barədə ona məlumat verilmişdir. Hadisə baş verdikdən təxminən 10 dəqiqə sonra o, hadisə yerinə getmişdir. O, hadisə yerinə getdikdə hadisə yerindən təxminən 3-5 metr aralı məsafədə, “Atrium” əyləncə mərkəzinin qarşısında bir nəfərin əlində telefonla dayandığını görmüşdür. Onlar həmin şəxsdən yol nəqliyyat hadisəsinin törədib-törətmədyini soruşmuşlar. Həmin şəxs, yəni Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsini törətdiyini onlara bildirmişdir. Lakin həmin vaxt Təqsirləndirilən şəxs həyacanlı olduğundan avtomobilini harada saxladığını unutduğunu bildirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs Polis bölməsinə aparıb təhvil vermişlər. Məhkəmə istintaqıda dindirilmiş şahid ifadələrindən görünür ki, hadisədən bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər, həmin vaxt Təqsirləndirilən şəxs orada olmamış, eləcə də o, hadisə baş verdikdən xeyli müddət sonra ora gəlmişdir. Təqsirləndirilən şəxs hadisə yerinə gəldikdən sonra da özünü səlahiyyətli polis əməkdaşlarına təqdim etməmişdir. Əksinə o, özünü şübhəli apardığından polis əməkdaşları ona yaxınlaşmışlar və hadisə barədə suallar vermişlər. O da törətdiyi cinayət əməlini etiraf etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisiX11 məhkəmə istintaqında onun hadisə yerinə getdikdə orada Təqsirləndirilən şəxs olması ilə bağlı ifadəsinə gəldikdə, məhkəmə belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxsin hüquqi varisi artıq ibtidai istintaq dövründə təqsirləndirilən şəxslə barışdığından məhkəmə istintaqında bu hissədə fərqli məzmunlu ifadə verməklə Təqsirləndirilən şəxs məsuliyyətdən azad olunmasına nail olmaq istəmişdir. Bu səbəbdən də məhkəmə X11 qeyd edilən hissədə ifadəsini mötəbər sübut kimi hesab etmir. Bununla bağlı məhkəmə, həmçinin qeyd edir ki, ibtidai istintaq dövründə zərərçəkmiş şəxsin hüquqi varisi X17 öz ifadəsində onun hadisə yerinə getdikdə orada Təqsirləndirilən şəxs olması ilə bağlı ifadə verməmişdir. Qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində idarə etdiyi avtomobillə piyada hərəkət edən Zərərçəkmiş şəxs vurmuş, törətdiyi əməlin nəticəsini başa düşdükdən sonra cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə öz avtomobilinə minərək hadisə yerindən uzaqlaşmışdır. Başqa sözlə, o, yol-nəqliyyat hadisəsini törətdikdən sonra hadisə yerindən qaçmışdır. Odur ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin bütün zəruri tərkib əlamətləri var. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin bütün zəruri tərkib əlamətləri mövcud olduğundan və qeyd edilən cinayət əməlləri həqiqətən törədildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə tövsif edilməli və o, qeyd edilən cinayətlərin törədilməsində təqsirli bilinməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini ehtiyatsızlıqdan, Cinayət Məcəlləsinin 264cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətmiş, həmin cinayətlərin hər biri ayrı-ayrılıqda başa çatmış cinayətlərdir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan və evli olmasını, onun himayəsində 3 (üç) azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışdığını, onun tərəfindən zərərçəkmiş şəxsin hüquqi varisinə vurulmuş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmadığını Cinayət Məcəlləsinin 59cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqda və onun əməlində cızanı ağırlaşdıran hallar olmadıqda təqsirləndirilən şəxsə təyin ediləcək cəza Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 66-cı maddəsinə müvafiq olaraq cinayətlərin məcmusu qaydasında cəza təyin edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunduğu kimi Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə nəzərdə tutulan iki müstəqil cinayət törətmiş və həmin cinayətlərin heç birinə görə məhkum olunmamış və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş, habelə bu cinayətlərin heç birinə görə CM-nin 75-ci maddəsi ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişdir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin müxtəlif məddələri ilə nəzərdə tutulan iki müstəqil cinayəti törətməsi həmin Məcəllənin 17.1 maddəsinə əsasən cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzalar tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 66.4-cü maddəsində həmçinin göstərilir ki, cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Qeyd edilən Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında 5 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 264-cü maddəsinin sanksiyasında isə üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Qeyd olunanları məcmu halda nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri üzrə ayrı-ayrılıqda həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmçinin, göstərilən maddələr üzrə ona ayrı-ayrılıqda nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmənövündə əlavə cəza təyin edilməli, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən ona təyin ediləcək əsas cəzalar və əlavə cəzalar qismən toplanılmalı, toplanmış əlavə cəza əsas cəzaya Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən birləşdirilərək ona qəti cəza olaraq nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Yalnız bu cəza vasitəsi ilə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxxxx 2013-cü tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx xxxx 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxxxx 2013-cü tarixli, 5 saylı qərarının 15, 16 və 21-ci bəndlərində göstərilmişdir ki, «Yol hərəkəti haqqında» Qanuna müvafiq olaraq sürücü yolnəqliyyat hadisəsindən sonra zərərçəkmiş şəxslərə kömək göstərmək üçün mümkün olan tədbirləri görməyə, «təcili tibbi yardım» maşını çağırmağa, ekstremal hallarda zərərçəkmişləri eyni səmtə gedən nəqliyyat vasitəsi ilə xəstəxanaya yola salmağa, bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsi ilə yaxınlıqdakı müalicə müəssisəsinə çatdırmağa borcludur. («Yol hərəkəti haqqında» Qanunun 37-ci maddəsinin İV hissəsi). Qanunun bu tələbindən irəli gələn vəzifələri yerinə yetirməyən sürücülərin məsuliyyət məsələsini həll edərkən məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan şəxsin yol-nəqliyyat hadisəsi yerindən qaçması müvafiq olaraq Cinayət Məcəlləsinin 263cü və ya 263-1-ci maddələri ilə yanaşı, həm də Cinayət Məcəlləsinin 264-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. Eyni vəziyyətdə sürücü yol-nəqliyyat hadisəsi yerindən qaçmasa da, zərərçəkmiş şəxsi həyatı və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoyduğuna görə ona kömək göstərmək imkanı olduğu halda bunu etmədikdə, onun əməli Cinayət Məcəlləsinin 263-cü və ya 263-1-ci, yaxud 351-ci maddələri ilə yanaşı, həm də Cinayət Məcəlləsinin 143-cü maddəsi ilə tövsif olunur. Zərərçəkmiş şəxsin ölümü yolnəqliyyat hadisəsi anından dərhal sonra baş verdikdə və ya sair obyektiv səbəblərdən təqsirkar zərər çəkmiş şəxsin həyat və sağlamlığı üçün yaranmış təhlükəni aradan qaldıra bilmədikdə, onun əməlində Cinayət Məcəlləsinin 143-cü maddəsində nəzərdə tutulmuş cinayətin olması istisna edilir. Bu yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan sürücülərin özünün müxtəlif dərəcəli bədən xəsarətləri alması və bu səbəbdən zərərçəkmiş şəxsə kömək edə bilmədiyi hallara da aiddir. Məhkəmələr Cinayət Məcəlləsinin 263 və ya 263-1-ci maddəsi ilə yanaşı həm də Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirləndirilən şəxslər barəsində işlərə baxarkən nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 264-cü maddəsinin qeydi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxx 2012-ci il tarixli qərarının müddəaları nəzərə alınmaqla təfsir olunmalıdır. Bu isə o deməkdir ki, şəxsin Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə cinayət məsuliyyətini istisna edən əsas kimi o hallar nəzərdən keçirilə bilər ki, yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisədən dərhal sonra zərərçəkmişə kömək göstərilməsi ilə əlaqədar hadisə yerini tərk etməzdən əvvəl özünün şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) çatdırmış olsun, yaxud da zərərçəkmişin aparıldığı tibb müəssisəsində və ya zərərçəkmişi tibb müəssisəsinə çatdırdıqdan dərhal sonra başqa vasitələrlə özünü bəlli etsin. Məhkəmələrin diqqəti həm də ona cəlb edilsin ki, Cinayət Məcəlləsinin 264-cü maddəsinin qeydindən irəli gələn mənaya, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən xx xxxxx 2012-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına” dair xx xxxxxx 2004-cü il tarixli qərarlarında əksini tapmış hüquqi mövqeyə görə, yol-nəqliyyat hadisəsini törətmiş şəxsin hadisə yerindən qaçması Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan şəxsin yalnız özünü zərər çəkmiş şəxsə (tərəfə) bəlli etmədən hadisə yerini tərk etməsini deyil, həm də özünü istər hadisə yerində, istərsə də başqa yerdə (məsələn, polis orqanlarına müraciət etməklə) bəlli etsə də, zərər çəkmiş şəxsi təhlükədə qoyaraq hadisə yerindən qaçmasını ehtiva edir, yəni Cinayət Məcəlləsinin 264-cü maddəsi Cinayət Məcəlləsinin 143-cü maddəsinə münasibətdə xüsusi norma kimi çıxış edir. Buna görə, Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olmuş yol-nəqliyyat hadisəsini törətmiş şəxsin zərərçəkmişi təhlükədə qoymaqla bu kimi hallarda özü haqqında məlumat verməsi onun Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə məsuliyyətini istisna edən əsas kimi qiymətləndirilə bilməz. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması Cinayət Məcəlləsinin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə Cinayət Məcəlləsinin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, o cümlədən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən hesab edir ki, maddi sübut qismində çıxış edən və özündə cinayət hadisəsinin videogörüntüsünü əks etdirən 1 (bir) ədəd disk hökm qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. İbtidai istintaq dövründə Təqsirləndirilən şəxs mülkiyyətində olan “Mersedes E220 CDİ” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin təqsirləndirilən şəxsin qardaşı X4 qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 109 (yüz doqquz) manat məbləğində ekspertiza xərci Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri olan 109 (yüz doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzalar qismən toplanılsın, toplanılmış əlavə cəza əsas cəzaya birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət ona təyin edilmiş qəti cəza müddətinə daxil edilsin və onun cəzasının əvvəli tutulduğu vaxtdan, yəni xx xxxxxx 2019cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində çıxış edən və özündə cinayət hadisəsinin videogörüntüsünü əks etdirən 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq dövründə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs mülkiyyətində olan “Mersedes E220 CDİ” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin Təqsirləndirilən şəxs qardaşı X4 qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 109 (yüz doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-559/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-559/2020
30.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver