Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-559/2021 09.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən),Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Hüseynova Aytac Faiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxx 1978-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qənbərov küçəsi, döngə 2, ev 3-də qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 2020-ci ilin aprel-may ayları ərzində istintaqa məlun olmayan şəxsdən qanunsuz olaraq əldə etdiyi çətənə bitkisinin toxumların ıyaşadığı evin həyətyanı sahəsində 28 ədəd dibçəkdə külli miqdarda- 33 ədəd çətənə(kannabis) bitkisinin toxumlarım qanunsuz əkib onlara aqrotexniki qulluq göstərməklə yetişdirərək kultivasiya etmiş və xx.xx.2020-ci il tarixdə saat 16 radələrində Binəqədi RPİ-nin 4-cü PŞ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində yaşadığı ünvan 1 ünvanında evin həyətyanı sahəsində sağ tərəfdə toyuq hininin dam hissəsindən qanunsuz olaraq küllimiqdarda əkib-yetişdirərək kultivasiya etdiyi cəmi 3kq240 qram çəkidə 33 ədəd çətənə kolları aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilirək, ifadəsində göstərmişdir ki, 12 barmaq bağırsaq xəstəsi olduğu üçün hec bir yerdə işləməmişdir. İlin yaz və payız mövsümlərində ağrıları olduqda narkotik vasitə olan marixuana istifadə etmişdir. Təxminən 2 ay bundan qabaq narkotik vaistə olan marixuana tumunu yaşadığı evin həyətində yerə tökmüş, həmin tumlar bitdiyi üçün onları yerdən çıxardaraq dibçəklərə əkərək, yaşadığı evin həyatyanı sahəsində yerləşən toyuq hininin dam örtüyünün üzərinə qoymuşdur. Həyatyanı sahədə olan ağacları suvararkən onları da suvarmışdır. xx.xx.2020-ci il tarixdə təxminən saat 16 radələrində 4- cü polis əməkdaşları olan 4 nəfər polis əməkdaşları yaşadığı ünavana gələrək, özlərini təqdim edib həyatyanı sahəyə baxış keçirlməsi barədə icazə-razılıq aldıqdan sonra aqranomun iştirakı ilə evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı həyatyanı sahənin sağ tərəfində yerləşən toyuq hininin üzərində olan 28 ədəd dibçək aşkar edilmişdir. Həmin dibçəklərdə baxış zamanı 33 ədəd müxtəlif ölçüdə narkotik vasitə olan marixuana bitkisi aşkar edilmişdir. Bu barədə protokol tərtib edilərək 173 saylı möhürlə möhürlənərək maddi sübut kimi polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra o, polis əməkdaşları tərəfindən Binəqədi rayonu 4-cü Polis Şöbəsinə dəvət edilmiş, orada o müdafiəçi ilə təmin edilmişdir. Bundan sonra ona narkotik tərkibli bitki yetişdirdiyi, əkib becərdiyinə görə tutulması elan edilmişdir. Sonra ona üzərinə şəxsi axtarış keçirilməsi barədə məlumat verilmiş, o, buna etiraz etməmişdir, bundan sonra polis əməkdaşlarının iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Onun üzərində heç bir əşya və predmet olmadığını bildirmiş, şəxsi axtarış zamanı onun üzərindən heç bir əhəmiyyət kəsb edəcək əşya aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş və onun tərəfindən imzalanmışdır. Marixuana bitkilərini suvarmaqda məqsədi qeyd olunan bitkini qaynadılmış halda suyunu icmək olmuşdur. O, xəstəliyi ilə bağlı ağrıları olduqda narkotik vasitə olan marixuana qəbul etmiş, narkotik vasitə olan çətənə bitkisinin tumunu 2-3 ay bundan qabaq əvvəllər tanımadığı şəxsdən almış, həmin şəxsin kim olduğunu bilmir, o narkotik tərkibli çətənə birkisini şəxsi istifadəsi üçün yetişdirmişdir. Evdə ondan başqa 85 yaşında anası yaşamış, xəstə olduğundan anasına özü qulluq etmiş, anasının evin həyətində toyuq hinininam hissəsində yetişdirdiyi çətənə bitkilərindən ümumiyyətlə xəbəri olmamışdır. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Çətənə koluna su verməklə və torpağının dib hissəsini yumşaltmaqla ona qulluq etmiş, ailə üzvlərindən heç kimin bundan xəbəri olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanıldığ zaman və bölmədə idarədə olduğu müddət ərzində ona qarşı heç- bir psixi və fiziki zor tətbiq olunmamışdır. Əməlindən peşmandır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Binəqədi RPİ-nin 4-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili müvəkkili vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə ünvan 2-də yaşayan Ağa adlı şəxsin qanunsuz olaraq üzərində narkotik vasitə və psixotrop maddələr gəzdirməsi, kultivasiya etməsi və istifadə etməsi ilə əlaqədar 4-cü PŞ-nə məlumat daxil olmuşdur. Alınmış məlumat barədə raportla 4-cü PB-nin rəhbərliyinə məruzə etdikdən sonra Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində o və 4-cü PŞ- nin əməkdaşların iştirakları ilə əməliyyat qrupu yaradılması və ünvan 2 ünvanında əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. Həmin tarixdə saat 16 radələrində qeyd edilən ünvanın yaxınlığında iş yoldaşları ilə birlikdə və dəvət edilmiş aqronomun iştirakı ilə Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi döngə 2 ev 3 ünvanının qapısını döyüb ev yiyəsini səsləmiş və həmin vaxı qapını uzun boylu arıq bədən quruluşlu saçları ağarmış, bir nəfər kişi qapını açmış, ona təqdim edib 4- cü PŞ-nin əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt qapını açan şəxs onu və digər polis əməkdaşlarını evin həyətinə dəvət etmiş və həmin şəxs özünün Təqsirləndirilən şəxs olmasını demiş, həmin vaxt onlar 4-cü PŞ-nin polis əməkdaşları olduqlarını bir daha deyib ona narkotik vasitələri qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkmə, yetişdirmə, onları toplama, habelə çətənə və ya tərkibində narkotik maddələr olan digər bitkiləri kultivasiya etməkdə şübhəli olmasım izah etmiş, yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsindən ötrü icazə istəmişlər. Təqsirləndirilən şəxs onlara yaşadığı evə və evin həyətinə baxış keçirmək üçün icazə verdiyini yazılı şəkildə ərizə ilə bildirdikdən sonra əməliyyat qrupu üzvləri və aqranomun iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən qeyd edilən ünvanda yerləşən evin fərdi yaşayış evi, bir mərtəbəli olması, yerdən bir neçə daş kürsülü olması müəyyən edilmiş, evin giriş hissəsində taxtalar düzülmüş, evin həyətyanı sahəsinin giriş hissəsinin sağ tərəfində yerləşən toyuq hininin dam örtüyünün üzərində 28 ədəd dibçəyin yığıldığı yeri ona göstərmiş, həmin yer evin daş hasarının yanı toyuq hininin üzəri olmuş və dibçəklərin üzərini ağacın budağı yuxarıdan örtürmüş. Təqsirləndirilən şəxs həmin dibçəklərdəki bitkilərin narkotik tərkibli bitki marexuana olduğunu bildirmiş, qeyd olunan dibçəklərə aqranomun iştirakı ilə baxış keçirilmiş və 33 ədəd kol aşkar edilmişdir. Baxış zamanı aqranom həmin kollara baxaraq onları dibçəklərdən çıxarmış, aqrotexniki qaydada qulluq olunduğunu və kultivasiya edilmiş çətənə bitkisi olmasını bildirmişdir. Aşkar olunan 28 ədəd dibçəkdə 33 ədəd kol cinayət təqibi üzrə sübut əhəiyyətinə malik olduğundan 1 ədəd karton qutuda qablaşdırılmış, sonra o və qrup iştirakçıları həmin yerdən həyətə düşmüş və həyətdə evin qarşısında qablaşdırılmış kartonun üzəri DİN-in 173 nömrəli möhürü ilə möhürlənmiş və götürülmüşdür. Baxış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Sonra Ağayev X2 RPİ-nin 4-cü PŞ-nə dəvət edilmiş, 4-cü polis şöbəsində təhqiqatçı Faiq İsayev tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ilə əlaqədar vəkil dəvət olunmuş, Ağanın tutulması protokollaşdırılmışdır. Bundan sonra təhqiqatçmın dəvəti ilə o və digər qrup iştirakçıları və kriminalist X1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi bildirilmiş, Ağanın razılıq ərizəsindən sonra onun və digər qrup iştirakçıları ilə Ağanın üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın, qırmızı rəngli qolu kəsik köynəyində qanunla zidd olan heç bir əşya olmadığını bildirmiş, həqiqətən də onun üzərindən sübuti əhəmiyyət kəsb edən heç bir əşya aşkar edilməmişdir. Qeyd edilən şəxsin üzərinə axtarış hərəkəti protokollaşdırılmış və qrup iştirakçıları tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 verdiyi ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə iş üzrə sübutlara qiyməət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Cinayət işində olan xx xxxxxx 2020-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan Binəqədi RPİ-nin 4-cü PŞ baş təhqiqatçısı, polis mayoru X3 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli «baxış keçirilməsi və götürülmə haqqmda» protokoldan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə saat 16 radələrində Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi döngə 2 ev 3 ünvanında Təqsirləndirilən şəxs yaşadığı həyəl evinin həyətyanı sahəsinin griş hissəsinin sağ tərəfində yerləşən toyuq hininin dam örtüyünün üzərində 28 ədəd dibçəkləri təqdim edərək narkotik vasitə marixuana olduğunu bildirmiş, qeyd olunan dibçəklərə baxış zamanı 33 ədəd kol- bitki aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bitkiləri şəxsi istifadə məqsədi ilə əkib becərdiyini bildirmişdir. Baxış zamanı iştirakçı aqronom Şahid4 qeyd olunan kollara baxaraq aqrotexniki qaydada qulluq olunmaqla kultivasiya edilmiş çətənə bitkisi olmasını bildirmişdir. Aşkar olunmuş 28 ədəd dibçəkdə olan 33 ədəd kol cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən bir ədəd qutuda qablaşdırıılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 173 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. Baxış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir, baxış keçirilərkən maddi sübutun götürülməsi zamanı çəkilmiş videogörüntü 01 ədəd CD disk formasında protokola fotoşəkillərlə birlikdə əlavə edilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli 7/472 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş bir ədəd qəhvəyi rəngli karton qutuda yaş vəziyyətdə ümumi sayı 33 (otuz üç) ədəd, ümumi çəkisi 3240,0 qram bitki nümunələri, əkilibbecərilməsi qadağan olunmuş, narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydadaqulluq edilmişdir. Tətqiqata sərf edildi 1.65 qram, qalıq 3238,35 qram. Cinayət işi materiallarında olan məhkəmə narkaloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 307U saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi pereparatlarından sui-istifadə edilməsi ilə nəticələnən Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan məhkəmə psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli 2039 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb hesab edir ki, barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəza seçilməli və cəzasını tutulduğu vaxtdan, yəni xx xxxxxx 2021-ci il tarixdən hesablanmaqla, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf edib səmimi peşman olmasını, yaşadığı ərazi üzrə müsbət xarakterizə olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Bakı şəhər Binəqədi RPİ-nin maddi sübutların saxlama yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkiləri yaş vəziyətdə, ümumi sayı 33 ədəd ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 3238,35 qram olan çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, baxış keçirilməsi və maddi sübutun götürülməsi zamnı videogörüntünü olduğu 01 ədəd CD disk iş materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci madddəsinə əsasən narkomaniyadan məcburi müaliyə təyin edilməli, ondan ekspertiza xərci təşkil edən 66 (altmış altı) manat 46(qırx altı) qəpik alınıb dövlət büdcəsinə verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhər Binəqədi RPİ-nin maddi sübutların saxlama yerində saxlanılan yaş vəziyətdə, ümumi sayı 33 ədəd ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 3238,35 qram olan çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, baxış keçirilməsi və maddi sübutun götürülməsi zamanı videogörüntünü olduğu 01 ədəd CD disk iş materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 66 (altmış altı) manat 46(qırx altı) qəpik alınaraq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(101)-559/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-559/2021
09.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver