Məhkəmə qərarları › İş №1(101)-559/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-559/2023

14.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-559/2023 14.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçisi: Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, iki azyaşlı uşağı olan, hazırda subay, əvvəllər məhkum olunmayan, işləməyən, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, ev 68, mənzil 50-də qeydiyyatda olan və yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 29 avqust 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Nəsimi rayonu, “Kubinka” adlanan ərazidən şəxsiyyəti istintaqa məlum olmayan “Seko” adlı şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd bükümün içərisində külli miqdarda yəni təmiz çəkisi - 2,518 qram narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 01 sentyabr 2022-ci il tarixdə saat 17:30-da ünvan 1 ünvanının qarşısında saxlanılaraq ünvan 2nov RPİ-nin 18-ci Polis Şöbəsinin inzibati binasına gətirilmiş, həmin Polis Şöbəsinin xidməti otağında üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı əynində olan tünd mavi rəngli şortikinin sağ yan cibindən 01 ədəd içərisində təmiz çəkisi - 2,518 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə- heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində bildirmişdir ki, 6-8 il olar ki, narkotik vasitənin istifadəsi ilə məşğuldur, saxlanılarkən üzərində narkotik vasitə aşkar olunmuşdur. Həmin narkotik vasitəni şəxsən tanışlığı olmayan tanımadığı adamlardan alırmış. 2 qram birdəfəlik istifadə üçün çox imiş. Bir dəfə alanda bu qədər artıq almışdır ki, nəsə hallarla rastlaşmasın. Kaş ki, olmayaymış. Peşmanlığının nə qədər çox olduğunu izah edə bilmir, inşallah ki, belə bir hal təkrarlanmayacaq. İki övladı var, xoşbəxtçilik qismət olmadı, həyat yoldaşı ilə ayrılmışlar. Əməlindən peşmandır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis şöbəsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 01 sentyabr 2022-ci il tarixdə saat 17 radələrində digər əməkdaş Şahid2la birgə inzibati ərazidə xidmətdə olarkən ünvan 4 ünvanın qarşısında bir nəfər şəxsin hərəkətlərindən narkotik vasitə aludəçisi olduğundan şübhələnmişlər və dərhal ona yaxınlaşaraq xidməti vəsiqə təqdim etməklə ona özlərini təqdim etmişlər. O, adının Təqsirləndirilən şəxs olduğunu və həmin əraziyə yaxın olan yerdə yaşadığını demişdir. Həmin şəxsi Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis şöbəsinin inzibati binasına gətirmişlər. Bundan sonra, Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət etmişlər. Xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışın keçirilməsi zamanı Təqsirləndirilən şəxs üzərindən əynində olan şortikinin cibindən 01 ədəd içərisində “kakos” kimi tanıdığı, yəni narkotik vasitə heroin olan bükümü masanın üzərinə qoymaqla könüllü olaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümü “Kubinka” adlanan ərazidə olarkən üzdən tanıdığı, lakin ad, soyad, ata adı və anket məlumatlarını bilmədiyi “Seko” ləqəbli şəxsdən 35 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi büküm zərfə qoyularaq qablaşdırılmışdır və möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən müqavimət göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Cinayət işində olan 01 sentyabr 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan Nərimanov RPİ-nin 18-ci PŞ-nin baş təhqiqatçısı polis mayoru Emin Quliyevin 01 sentyabr 2022-ci il tarixli «şübhəli şəxsin üzərinə şəxsi axtarış və götürülmə aparılması haqqında» protokoldan görünür ki, şəxsi axtarışa başlamazdan öncə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunla qadağan edilmiş əşya, maddə və ya vasitə varsa təqdim etsin. Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə əynində olan tünd mavi rəngli şortikinin sağ yan cibindən 01 ədəd içərisində “kakos” kimi tanıdığı, yəni narkotik vasitə heroin olan bükümü masanın üzərinə qoymaqla könüllü olaraq təqdim etdir. Bundan sonra, polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilir və üzərindən başqa qanunla qadağan olunmuş əşya aşkar olunmur. Həmin büküm açıldıqda içərisində spesifik iyə malik maddə aşkar edilir. Təqsirləndirilən şəxs həmin maddənin nə olmasını soruşduqda o, həmin vasitənin narkotik vasitə “kakos”, yəni narkotik vasitə heroin olduğunu, heroini 29 avqust 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə olarkən üzdən tanıdığı, lakin ad, soyad, ata adı və anket məlumatlarını bilmədiyi “Seko” ləqəbli şəxsdən 35 manata aldığını bildirdi. Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd büküm zərfin içərisinə qoyularaq qablaşdırılıb 224 nömrəli möhürlə möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, doğruluğu Təqsirləndirilən şəxs, onun müdafiəçisi və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış aparılan zamanı “Panasonic HC-V770” modelli video kamera vasitəsilə çəkiliş aparılmışdır Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/4711 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “... vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş (imza)” yazısı, imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi - 2,518 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroındir. Heroinin qalıq çəkisi - 2,418 qram təşkil edir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi – 2,518 qram, cəmi tədqiqata sərf edildi - 0,1 qram, qalıq – 2,418 qram. Azemis elektron məhkəmə sistemində sorğu edilərək əldə olunan və cinayət işi materiallarına əlavə olunan, qohumluq məlumatlarını əks etdirən sənədin surətindən görünür ki Təqsirləndirilən şəxs iki azyaşlı uşağı vardır. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzindən daxil olmuş xx.xx.2022-ci il tarixli 2379 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırda məcburi tibbi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasinin xx.xx.2022-ci il tarixli 4968 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 01 sentyabr 2022-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, barəsində cəzanı ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş materiallarından müəyyən edilir ki, məhkəmə ekspertizasının rəylərinin verilməsi üçün aparılmış tədqiqatın ümumi dəyəri 114 (yüz on dörd) manat təşkil edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,418 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd “DVD-R” formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 114 (yüz on dörd) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 01 sentyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 114 (yüz on dörd) manat alınaraq dövlət büdcəsinə keçirilsin. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,418 qram hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd “DVD-R” formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar