Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-559/2025 23.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X8 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs X5 iştirakı ilə, xx.xx.1978-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Şahtaxlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, əvvəllər məhkum olunmamış, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, Naxçıvan Muxtar Respublikası, Kəngərli rayonu, Şahtaxlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə – CM) 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X10 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmiş, saxlamış, daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən «Əli» adlı şəxslə cinayət əlaqəsinə girib, qabaqcadan əlbir olub bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşınma və satması barədə razılığa gəlib, həmin cinayəti həyata keçirilməsi üçün istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan «Əli» adlı şəxsdən, digər naməlum şəxslərə satmaq məqsədi ilə istintaqa məlum olmayan vaxtda və ünvandan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 1264,4 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib saxlayaraq daşımış, 31 may 2024-cü il tarixdə, saat 03.05 radələrində Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Vaqif küçəsində yerləşən nömrəsiz evin yaxınlığında saxlanılaraq ünvan 2 ünvanda yerləşən Sabunçu RPİ-nin 14-cü PŞ-nin inzibati binasına gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunda saxlanılan təmiz çəkisi 4,40 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, əməliyyat axtarış tədbirlərinin davamı nəticəsində 31 may 2024-cü il tarixdə, saat 05 radələrində polis əməkdaşları tərəfindən onun kirayədə yaşadığı ünvan 4 ünvanda yerləşən evinə baxış keçirilən zamanı evin zirzəmisində gizlətdiyi bir bükümdə təmiz çəkisi 1260,0 qram olan külli miqdarda bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kusitar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş təqsirləndirilən şəxs X10 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, gecə saat 02:00 radələrində polis əməkdaşları yaşadığı evə gəlmişlər. Polis əməkdaşları onu Sabunçu RPİ-nin 14-cü PŞ-yə aparmışlar. Onu polis əməkdaşları küçədə saxlamamışlar. 14-cü PŞ-də 1 ədəd kibrit qutusunu ona verib video çəkiliş zamanı çıxarıb təqdim etməyini tapşırmışlar. Polis əməkdaşları tərəfindən göstərilən psixoloji təzyiqlərə görə sonuncuların dedikləri kimi etmişdir. Polis əməkdaşları onu 14-cü PŞ-də döyməmişlər, amma 1-2 dəfə zirzəmiyə düşürdüb onu döyəcəkləri ilə təhdid etmişlər. Cinayət işi materiallarında müdafiəçidən imtina etməyi yazılıb, amma tutulduğu günün axşamı, saat 16:00 radələrində müdafiəçisi 14-cü PŞ-yə gəlmişdir. O, suallara cavab olaraq bildirmişdir ki, yaşadığı evdə olan narkotik vasitənin yerini polis əməkdaşlarına o, demiş, amma verdiyi narkotik vasitəni yanında tərəziyə qoyub çəkməmişlər. 14-cü PŞ-də ona təqdim olunan bir çox sənədlərə imza çəkmiş, amma yaşadığı evdə heç bir sənədə imza çəkməmişdir. Yaşadığı evdə polis əməkdaşlarına təqdim etdiyi 500 qram narkotik vasitə marixuananı öz istifadəsi üçün almışdır. Öz istifadəsi üçün narkotik vasitəni İran İslam Respublikasının vətəndaşından danışıq yolu ilə əldə etmişdir. İran İslam Respublikasının vətəndaşının mobil əlaqə nömrəsini hardan əldə etməyi yadında deyil. Tanışlarından heç kim ondan narkotik vasitə istəməmiş, adı Əli olmuşdur. İran İslam Respublikasının vətəndaşının ona artıq narkotik vasitə verməsi olmamışdır. Öz istifadəsi üçün 30 və ya 40 qram narkotik vasitə almışdır. Nəbi Zabrat adlı tanışı var, amma sonuncu ilə aralarında narkotik vasitə ilə bağlı söhbət olmamışdır. Lalə adlı, ümumiyyətlə, tanışı olmamışdır. Telefonunda narkotik vasitə ilə bağlı şəkillər olmamış və ümumiyyətlə ona istintaq dövrü elə şəkillər göstərməmişlər. ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr ona məxsusdur. Samsung markalı telefon işlətmişdir və qeyd etdiyi nömrələrin hər ikisi Samsung markalı telefonda olmuşdur. 1 ədəd telefonu var, qeyd etdiyi nömrələr də həmin telefonda olmuşdur. Polis əməkdaşları yaşadığı evin qapısı taxtadan olduğu üçün təpiklə vurub evinə daxil olmuşlar. Polis əməkdaşları yaşadığı evə daxil olan vaxt evdə tək olmamış, 1 qadın olmuş, sonuncunu da buraxmışlar. Polis əməkdaşları yaşadığı evə daxil olan vaxt yanında olan qadının adı Günay olmuşdur. Polis əməkdaşları yaşadığı evə daxil olmaqlarını və yaşadığı evdə baş verən bütün hadisələrin şahidi olmuşdur. Polis əməkdaşları ilk öncə onun yaşadığı evə gəlmişlər. O da evində olan narkotik vasitəni könüllü təqdim etmişdir. Daha sonra polis əməkdaşları özləri evində axtarış etmişlər, amma heç nə tapmamışlar. Polis əməkdaşları üzərində ilk dəfə yaşadığı evdə baxış keçirtmişlər. Yaşadığı evdə baş verənlər bitdikdən sonra qadını sorğu-sual etmədən buraxmışlar, onu isə Sabunçu RPİ-nin 14-cü PŞ-yə aparmışlar. Polis əməkdaşları yaşadığı evdə video çəkilişi 14-cü PŞ-yə gedib qayıtdıqdan sonra həyata keçirtmişlər. 500 qram narkotik vasitə marixuana ona məxsusdur, amma üzərindən aşkar olunan narkotik vasitə isə ona məxsus deyil. Ərizədə imzaları ola bilər, amma o, müdafiəçidən imtina etməklə bağlı ərizə yazmamışdır. Polis əməkdaşlarının onu saxladıqları ev öz evi deyil, kirayə qalmışdır. Öz istifadəsi üçün narkotik vasitə alanda 2-3 aylıq istifadəsi üçün alırdı. Narkotik vasitənin çəkisinin 1200 qram olduğunu bilmədiyi üçün 14-cü PŞ-yə gələn müdafiəçiyə öz etirazını bildirməmişdir. O, ifadəsi elan edildikdən sonra suallara cavab olaraq bildirmişdir ki, o, müdafiəçidən imtina etməmişdir. O, narkotik vasitənin bir hissəsini kibrit qutusuna qoyub öz üzərində daşımamışdır. O, əldə etdiyi narkotik vasitədən öz istifadə edəcəyi miqdarda ayırıb üzərində gəzdirməmiş, amma istifadə edəcəyi miqdarda ayırdığı hissəni evdəki sellofanın içərisində saxlamışdır. Yaşadığı evdə polis əməkdaşlarına təqdim etdiyi narkotik vasitə tərəziyə qoyulub çəkilməmişdir. Üzərində şəxsi axtarış həyata keçirilən vaxt müdafiəçisi olmamışdır. Müdafiəçisi MSY-yə təhvil verilən vaxt gəlmişdir. İbtidai istintaqda verdiyi ifadələrdə olan ziddiyətlər ona qarşı göstərilən müqavimətlə əlaqədardır. Mobil telefonunda İran İslam Respublikasına məxsus olan mobil nömrələrdən 2-sini tanıyır. Həmin mobil nömərələrlə əlaqə saxlayıb öz istifadəsi üçün narkotik vasitə əldə etmişdir. 2 fərqli olan mobil nömrə 1 nəfər şəxsə məxsus mobil nömrədir. Cinayət işinin materiallarında tərəzi üzərində çəkilən narkotik vasitə ilə bağlı olan foto şəkilləri götürdüyü yerdə çəkmişdir. Cinayət işinin materiallarında tərəzi üzərində çəkilən narkotik vasitə ilə bağlı olan foto şəkillərin bəzilərini xatırlayır, bəzilərini xatırlamır. Xatırladığı foto şəkillərlə bağlı onu deyə bilər ki, həmin çəkilişləri narkotik vasitələri gedib götürəndə çəkmişdir. Bir neçə aylar istifadə etməyi üçün artıq çəkidə narkotik vasitə alırdı. Nümayış etdirilən səs yazılarının ona heç bir aidiyyatı yoxdur, onun səsi deyil. Həmin səsin sahibini tanıyır, amma həmin səsdə başqa məsələdən söhbet gedir, bu cinayət işinə aidiyyatı yoxdur. Məhkəmədən ən aşağı həddə cəza verilməsini xahiş edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmə qanunun sadalanan bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də iş üzrə sübut növləri kimi qəbul edir. Təqsirləndirilən şəxs X10 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, təxminən 6-7 aydır ki, narkotik vasitə qurudulmuş marixuananın istifadəsi ilə məşğul olmağa başlamışdır. Rəsmi olaraq heç bir dövlət işində işləmir, fəhləliklə məşğul olub özünü dolandırır. Təxminən 10 ildir ki, o ***-***- **-** və ***-***-**-** saylı mobil sim nömrələrini istifadə edir. Samsung markalı mobil telefon aparatına yüklədiyi Whatssap və Whatssap «biznes» tətbiqlərini də o həmin nömrələrlə istifadə edir. Həmçinin özünə məxsus olan 5522 0993 6393 0161 saylı Beynalxalq bank tərəfindən verilmiş kartı da var. Təxminən bir iki ay olar ki o sosial şəbəkələrin vasitəsi ilə İran İslam Respublikasının vətəndaşı kimi özünü ona təqdim edən Əli adlı şəxslə tanış oldu. Həmin şəxs narkotik vasitələrin satışı ilə məşğul olurdu və onada təklif etmişdir ki narkotik vasitə əgər lazım olsa ona verə bilər. O razılaşaraq onun +98939 *** ** ** saylı nömrəsini öz telefonumun yaddaşına «Əli Həkim» kimi qeyd etdi. Həmin şəxslə o Whatssap vasitəsi ilə əlaqə saxlayırdı. Təxminən 1 həftə bundan əvvəl o Əli adlı şəxslə Whatssap vasitəsi ilə əlaqə saxladı və narkotik vasitə qurudulmuş marixuananın ona göndərilməsini xahiş etdi. Əli razılaşdı və o Əliyə ona 200 manat məbləğində pulu xatırlamadığı kart hesabına göndərəndə Əli ona Whatssapla konum göndərib bildirdi ki, Məhəmmədli qəsəbəsində ağ rəngli bir ədəd torbada narkotik vasitə qurudulmuş marixuananı göndərdi. O həmin ünvana gedib orada küçədə gizlədilmiş həmin torbanı tapıb yaşadığı Zabrat qəsəbəsi, Vaqif küçəsi, 0011 saylı evin zirzəmisində gizlətdi. Həmin narkotik vasitənin bir hissəsini kibrit qutusuna qoyub öz üzərində daşımağa başladı ki, istədiyi vaxtda onu özü qəbul edə bilsin. Narkotik vasitənin əldə etdiyi barədə heç bir tanışına məlumat verməmişdir. Narkotik vasitəni öz istifadəsi üçün almışdı. 31 may 2024cü il tarixdə, saat 03 radələrində yuxusu olmadığına görə o yaşadığı Zabrat qəsəbəsi, Vaqif küçəsində gəzişirdi, həmin vaxtı ona iki nəfər mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim etdilər və o özünü onlara təqdim edəndən sonra onlar onun narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmağı barədə şübhələndiklərini bildirib onu Sabunçu RPİ-nin 14-cü PŞ-ə gətirdilər. Şöbənin xidməti otağında o təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutuldu və huquqlarını müdafiə edilməsi üçün ona dövlət tərəfindən vəkil təqdim olundu. Sonra ona bildirildi ki, üzərinə şəxsi axtarış keçiriləcək və o istəmədi ki, vəkili həmin axtarışda iştirak etsin, çünki üzərində narkotik vasitə qurudulmuş marixuanna saxlanılırdı. Vəkil şöbənin xidməti otağından çıxanda üzərinə videoçəkilişlə axtarış keçirildi və axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunda saxladığı narkotik vasitə qurudulmuş marixuana aşkar olundu. Həmçinin şalvarının sol yan cibindəndə özünə məxsus olan Samsung markalı mobil telefon aparatı götürüldü. Polis əməkdaşlarının suallarına cavab verərkən o bildirdi ki, üzərindən aşkar olunaraq götürülmüş maddə narkotik vasitə qurudulmuş marixuanadı, həmin narkotik vasitəni o iran vətəndaşından öz istifadəsi üçün almışdır. Bundan sonra ondan əlavə narkotik vasitələri saxladığı yerin olması soruşulanda o da polis əməkdaşlarına etiraf edərək yaşadığı Zabrat qəsəbəsində evinin zirzəmisində narkotik vasitə qurudulmuş marixuananı saxladığını bildirmişdir. Bundan sonra polis əməkdaşlarına evinə baxış keçirilməsi üçün razılıq ərizəsini verdi və evinə baxış keçiriləndə zirzəmidən bir ədəd ağ rəngli torbanın içərisində narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürüldü. Polis əməkdaşların suallarına cavab verərkən o bildirdi ki, zirzəmidəndə aşkar olunaraq götürülmüş narkotik vasitə qurudulmuş marixuananı o İran İslam Respublikasının vətəndaşından 200 manata almışdı. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisə 2024-cü ilin may ayının sonlarında baş vermişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olması barədə məlumat daxil olmuş və daxil olmuş məlumatda sonuncunun tez-tez Sabunçu rayonu, Maştağa qəsəbəsinə gedib-gəldiyi bildirmişdir. Daxil olmuş məlumatın dəqiqliyinin yoxlanılması üçün əməliyyat qrupu yaradılmış və əməliyyat tədbiri keçirilmişdir. May ayının son günlərinin birində gecə radələrində Təqsirləndirilən şəxs Sabunçu rayonu, Zabrat qəsəbəsində tərəflərindən saxlanılaraq Sabunçu RPİ-nin 14-cü PŞ-yə dəvət etmişlər. 14-cü PŞ-də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirtmişlər. Şəxsi axtarış zamanı sonuncunun üzərindən içərisində narkotik vasitə marixuanaya bənzər maddə olan 1 ədəd kibrit qutusu aşkar olunmuşdur. Səhv etmirsə narkotik vasitədən əlavə də Təqsirləndirilən şəxs üzərindən mobil telefon aşkar olunmuşdur. Aşkar olunan narkotik vasitəyə bənzər maddə tərkibinin müəyyən olunması üçün qablaşdırılaraq ekspeertizaya göndərilmişdir. Söhbət zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə də narkotik vasitə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs evinə baxış keçirtməyə yollanmışlar. Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisinə baxış keçirtdikləri vaxt içərisində həmin maddədən olan 1 ədəd sellofan aşkar olunmuşdur. Aşkar olunanın tərkibinin müəyyən olunması üçün qablaşdırılıb ekspertizaya göndərilmişdir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, aşkar olunan maddələr bitki mənşəli maddələr olmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışı Sabunçu RPİ-nin 14-cü PŞ-də həyata keçirtmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışı videoçəkilişlə həyata keçirtmişlər. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq olmamışdır. Təqsirləndirilən şəxs barəsində məlumat ona daxil olmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında saxlamışlar. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sadəcə daxil olmuş məlumatda sonuncunun zahiri görünüşü barədə məlumatlar göstərilmişdir. Təqsirləndirilən şəxs saxladıqları vaxt nə hərəkət etdiyi yadında deyil. Tədbirdə 2 nəfər polis əməkdaşı iştirak etmişdir. Hadisə yerinə avtomobillə getmişlər. Təqsirləndirilən şəxs barəsində məlumat daxil olduğu üçün saxlamışlar. Təqsirləndirilən şəxs saxladıqları vaxt gecə olduğu üçün sonuncunun üzərində şəxsi axtarış həyata keçirə bilməmişlər. Təqsirləndirilən şəxs gecə saat 01-03 radələrində saxlamışlar. Təqsirləndirilən şəxs saxladıqları yerdən Sabunçu RPİ-nin 14-cü PŞ-yə 20-30 dəqiqəyə gedib çatmışlar. Təqsirləndirilən şəxs saxladıqları vaxt üzərində qanunla qadağan olunmuş əşyanın olubolmaması barədə soruşub-soruşmamaqları yadında deyil. Təqsirləndirilən şəxs saxladıqdan sonra cinayətdə şübhəli olduğu üçün vizual olaraq nəzarətdə saxlamışlar. Sabunçu RPİ-nin 14-cü PŞ-yə daxil olanda Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirtməmişlər, sonuncunu təhqiqatçıya təhvil vermişlər. Təqsirləndirilən şəxs müdafiəçisinin olub-olmaması yadında deyil, amma təhqiqatçı tərəfindən müdafiəçi təyin edilmişdir. Hadisədən uzun müddət keçdiyindən və həmin müddətdən çoxlu tədbirlərdə iştirak etdiyi üçün baş verənlər tam yadında qalmamışdır. Təqsirləndirilən şəxs müdafiəçidən imtina etməsi barədə ərizəni təhqiqatçı tərtib etmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirtdikləri vaxt müdafiəçinin iştirak edib-etməməsi yadında deyil. Adətən cinayət işi üzrə əməliyyat qeydiyyat işi açırlar, sadəcə icraatlarında olan işlərin çoxluğundan hazırki cinayət işi üzrə əməliyyat qeydiyyat işinin açıb-açmamağı yadında deyil. Təqsirləndirilən şəxs saxladıqları vaxt yanında heç bir qadın görməmişdir. Təqsirləndirilən şəxs qarşı onun tərəfindən heç bir fiziki, psixolji təsir və təzyiqlər göstərilməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2024-cü ilin may ayının sonlarında Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və dövriyyəsi ilə məşğul olması barədə Sabunçu RPİ-nin 14-cü PŞ-yə məlumat daxil olmuşdur. Məlumat əsasında Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında saxlayaraq Sabunçu RPİ-nin 14-cü PŞ-yə dəvət etmişlər. Sabunçu RPİ-nin 14-cü PŞ-də Təqsirləndirilən şəxs üzərində təhqiqatçının otağında şəxsi axtarış həyata keçirərkən sonuncunun üzərindən içərisində narkotik vasitə marixuanaya bənzər 1 ədəd kibrit qutusu aşkar olunmuş və qablaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs səmimi olaraq yaşadığı evin zirzəmisində də narkotik vasitənin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən vaxt evin zirzəmisində olan narkotik vasitəni sonuncu təqdim etmişdir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxladıqları vaxt 2 nəfər polis əməkdaşı olmuşlar. Əməliyyat qrupunun rəhbəri digər əməkdaş olmuşdur. Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq olmamışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışı Sabunçu RPİ-nin 14-cü PŞ-də, təhqiqatçının otağında videoçəkilişlə həyata keçirtmişlər. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında Zabrat qəsəbəsində saxlamışlar. Təqsirləndirilən şəxs saxladıqları yerdə şərait əlverişli olmadığı üçün, hava qaranlıq olduğu üçün sonuncunun üzərində baxış keçirtməmişlər. Təqsirləndirilən şəxs 14-cü PŞyə gətirdikdən sonra müdafiəçi təyin olunur, təhqiqatçı isə gün ərzində müəyyən hadisədə ola bilər. Bu səbəbdən saxladıqları şəxsin üzərində gec də baxış keçirtməli olurlar. Saxladıqları şəxsi PŞ-yə gətirdikdən sonra yanlarında nəzarətdə saxlayırlar. Ona görə də, sonuncu şübhəli olduğu cinayətdən yayına bilməz. Müdafiəçi görməmişdir. Təqsirləndirilən şəxs ərizə ilə yazıb müdafiəçidən imtina etmişdir. Müdafiəçidən imtina ərizəsi ya təhqiqatçı tərəfindən, ya da təqsirləndirilən şəxsin özü tərəfindən yazılmışdır. Təqsirləndirilən şəxs evdə saxlamamışlar. Təqsirləndirilən şəxs qarşı onun tərəfindən heç bir fiziki, psixolji təsir və təzyiqlər göstərilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanılmışdır. (l cild i.v. 1) xx.xx.2024-cü il tarixli raportdan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda X5 14-cü PŞ-nin inzibati ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması bildirilmişdir. (l cild i.v. 3) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X5 narkotik vasitələrin istifadəsi, satışı və qanunsuz dövriyyəsi ilə məşğul olmasl barədə Sabunçu RPİ-nin 14-cü PŞ-yə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyataxtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. (İ cild i.v. 4-5) xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, X10 həmin tarixdə, saat 04:00-da CMin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdə, saat 03:05-də tutulmuş hesab edilmişdir. (l cild i.v. 19) xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, xx.xx.2024-cü il tarixli video yazıya baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, X9 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəməyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd kibrit qutusunun içərisində narkotik vasitəni bir həftə bundan əvvəl 50 manata Məhəmmədi qəsəbəsindən tanımadığı İran vətəndaşından aldığını və şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. X5 üzərindən aşkar edilmiş narkotik maddə hesab edilən marixuana və 01 ədəd “Samsung” markalı mobil telefon kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 100 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. (l cild i.v 30-31, 51-52) xx.xx.2024-cü il tarixli “baxış və götürmə aparılması haqqında” protokoldan, xx.xx.2024-cü il tarixli video yazıya baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, X9 yaşadığı mənzildən olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra X10 yaşadığı mənzilin zirsəmisində olan ağ rəngli torbanı təqdim edərək həmin torbada qurudulmuş narkotik maddə marixuana olduğunu, həmin narkotik vasitələri bir həftə əvvəl Məhəmmədi qəsəbəsi ərazisindən İran vətəndaşından 200 manata aldığını bildirmişdir. (l cild i.v 36-37, 53-54) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-7/876 nömrəli, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, üzərində “Şübhəli şəxs imza X10...” yazı və imzalar olan bağlamada bir ədəd kibrit qutusunda təmiz çəkisi 4,40 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitədir - qurudulmuş marixuanadır. Üzərində “Şübhəli şəxs imza X10…” yazı və imzalar olan bağlamanı açdıqda içərisində təmiz çəkisi 1260,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitədir - qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir. (İ cild i.v. 41-45) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X10 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild i.v. 58-60) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(008)-341/2024 saylı qərarından görünür ki, X10 barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən, saat 03:05-dən hesablanmışdır. (İ cild i.v. 76-80) xx.xx.2024-cü il tarixli mobil telefon aparatlarına baxış keçirilməsi haqqında protokoldan, ona əlavə edilmiş diskdən və fotoşəkillərdən görünür ki, X4 götürülmüş “Samsung” markalı mobil telefon aparatına baxış keçirilərkən müəyyən olmuşdur ki, həmin mobil telefon aparatının üzərində ***-***-**-** və ***-***-**-** saylı sim nömrələr mövcuddur. Mobil telefon apartına yüklənmiş whatsapp proqramı həmin nömrələrlə istifadə olunur. Mobil telefon aparatının “kontaktlar” bölməsində İran İslam Respublikasına aid olan “+98939 *** ** ** Əli Həkim”, “+98914 *** ** ** Ablifez”, “+989 33 *** ** ** Nəbi Zabrat”, “+989 14 *** ** ** Nəbi Bacanaq” cəmi 4 ədəd nömrələrin olması müəyyən olunur. Mobil telefon aparatın whatsapp bölməsinə daxil olanda müxtəlif nömrələrlə danışıqlar, yazışmalar qeydə alınır. Həmin yazışmalardan və danışıqlardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olur. Mobil telefon aparatın qalereya hissəsində Mirməhəmməd Seyidov tərəfindən çəkilmiş videogörüntülər və fotoşəkillər aşkar olunur, həmin videogörüntülərdə Mirməhəmməd Seyidov narkotik vasitələrin ölçməsi, bölməsi və satması ilə məşğul olduğu qeydə alınır. (İ cild i.v. 84-145) xx.xx.2024-cü il tarixli maddi sübut kimi tanınması haqqında qərardan görünür ki, X5 üzərindən və yaşadığı evindən narkotik vasitə qurudulmuş marixuananın aşkar olunaraq götürülməsi barədə 02 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmış, X4 aşkar olunaraq götürülmüş 1 ədəd bağlamada təmiz çəkisi 4,40 qram narkotik vasitə qurudulmuş marixuana və onun yaşadığı evindən götürülmüş 01 ədəd paketdə olan təmiz çəkisi 1260,0 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və ekspertizanının tədqiqatından sonra qurudulmuş marixuananın ümumi 1264,3 qram çəkidə olan qalıq hissəsi saxlanılması üçün Sabunçu RPİ-nə təhvil verilmişdir. (İ cild i.v. 158-159, 202) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, X10 əvvəllər məhkum olunmamışdır. (İ cild, i.v. 163) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X15 Ambulator X7 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 4378 nömrəli rəyindən görünür ki, müayinə zamanı X1 və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ cild i.v. 165-166) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(008)-584/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 “Əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi” haqqında 30 may 2024-cü il tarixli qərarı qanuni hesab edilmişdir. (İ cild i.v. 185-186) Cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrini, məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadələrini, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki; təqsirləndirilən şəxs X10 ona elan edilmiş ittiham üzrə CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxs X5 törətdiyi cinayət əməli CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün olaraq tövsif olunmuş və o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, X9 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. X5 elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsi, onun yaşadığı evdə 500 qram narkotik vasitə olması, üzərindən aşkar olunan narkotik vasitənin ona məxsus olmaması, həmin 500 qram narkotik vasitə marixuananı öz istifadəsi üçün alması və s. ilə bağlı verdiyi ifadələri iş üzrə toplanmış sübutlar, o cümlədən şəxsi axtarış və götürmə aparılması haqqında protokol, baxış və götürmə aparılması haqqında protokol, xx.xx.2024-cü il tarixli mobil telefon aparatına baxış keçirilməsi haqqında protokol, şahidlərin ifadələri və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə təqsirləndirilən şəxs X5 həmin ifadələrini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Eyni zamanda X5 törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etirafedici ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 10-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X14 12-ci bəndində göstərilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxs X9 cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-in 59.2-ci maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. CM-in 61-ci maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxs X5 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X9 təqsirli bilindiyi CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxs X5 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halı nəzərə alaraq X9 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, X10 həmin tarixdə, saat 04:00-da şübhəli şəxs qismində tutulmuş, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdə, saat 03:05-də tutulmuş hesab edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X5 həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. X2 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X10 ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X10 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan 70 manat X4 tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə hesabına keçirilməlidir. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, X10 barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Sabunçu RPİ-nə təhvil verilmiş ekspertizanının tədqiqatından sonra qurudulmuş marixuananın ümumi 1264,3 qram çəkidə olan qalıq hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, X5 üzərindən və yaşadığı evindən narkotik vasitə qurudulmuş marixuananın aşkar olunaraq götürülməsini əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: X10 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. X10 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. X9 təyin edilmiş cəzanın əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. X10 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. X10 barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Sabunçu RPİ-nə təhvil verilmiş ekspertizanının tədqiqatından sonra qurudulmuş marixuananın 1264,3 qram çəkidə olan qalıq hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış X5 üzərindən və yaşadığı evindən narkotik vasitə qurudulmuş marixuananın aşkar olunaraq götürülməsini əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 70 (yetmiş) manat məbləğində pul vəsaiti X4 tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxs X9 isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(101)-559/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-559/2025
23.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver