Məhkəmə qərarları › İş №1(101)-561/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-561/2023

04.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-561/2023 04.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “VERDİKTUM” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxx 1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, natamam orta təhsilli, subay, Azərbaycan Respublikasının vətəndaşı, Sabunçu rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il, 11 ay, 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, işləməyən, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Sabir küçəsi, ev 4-də qeydiyyatda olan və yaşamış, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 3,151 qram narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 13 sentyabr 2022-ci il tarixdə, saat 15:30-da Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Sabir küçəsində olan zaman özünü şübhəli apardığından Sabunçu rayon polis idarəsinin 12-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 bükümdə təmiz çəkisi 3,151 qram təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir, narkomaniya xəstəliyindən əziyyət çəkir. O, atası ilə Sabunçu rayon Balaxanı qəsəbəsində atası ilə yaşamışdır. 13 sentyabr 2022-ci il tarixdə səhər saat 8-9 radələrində evdə olan zaman, Bakı şəhər Sağunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsinin əməkdaları onu evdən götürərək polis bölməsinə aparmışlar. Onun üzərində həmin vaxt heç nə aşkar olunmamışdır, lakin narkotik vasitələrdən istifadə etdiyindən o polis əməkdaşları ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəfsi ilə sənədləşməyə razılaşmışdır. Lakin, idarədə onun üzərinə artıq miqdarda narkotik vasitə heroin qoyulduğundan onu ağır maddə ilə rəsmləşdirmişlər. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Sonuncu dəfə isə CM-nin 234.1-ci maddəsi ilə məhkumluğu olunmuşdur. Narkotik maddəni hər dəfə Bakı şəhərində müxtəlif yerlərdən, fərqli şəxslərdən şəxsi istifadəsi üçün əldə etmişdir. xx.xx.2022-ci il tarixdə, səhər saatlarında yenə də, heroin əldə etmək istəmişdir. Bundan sonra Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində olarkən əvvəllər tanımadığı “Hüseyn” adlı şəxsdən 25 manat müqabilində narkotik vasitə olan, heroini 1 bükümdə əldə edərək üzərimdə saxlamağa başlamışdır. Əldə etdiyi bu maddəni əynində olan qara rəngli cins şalvarımın sağ, yan cibinə qoymuşdur. Bundan sonra yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Sabir küçəsi, ev 4 ünvanına geri qayıtmaq istəmişdir. Həmin gün, yəni xx.xx.2022-ci il tarixdə, saat 15:30 radələrində yaşadığı ünvanın, yəni Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Sabir küçəsində olan zaman 2 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmışlar. Polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər, polis əməkdaşı olmalarını bildirmişlər. Bundan sonra ondan şəxsiyyət vəsiqəsi və ya şəxsiyyətini təsdiq edən hər hansı bir sənəd tələb etdikdə, o, üzərində hər hansı bir sənəd olmadığını bildirmişdir. Daha sonra üzərimdə 1 ədəd sellofan bükülünün içərisində narkotik vasitə heroin olduğu üçün o, narahat olmağa başlamışdır. Polis əməkdaşların suallarından yayınmaq istəmiş, bu zaman özünü şübhəli aparmağa başlamışdır. Polis əməkdaşlarından qaçmaq istəmişdir. Bundan sonra polis əməkdaşları onu saxlamışlar. Polis əməkdaşları onu Sabunçu RPİ-nin 12-ci PŞ-nə gətirmişlər. Polis bölməsində onun anket məlumatları dəqiqləşdirilmişdir. Daha sonra PŞ-nin xidməti otaqlarının birində təhqiqatçı tərəfindən dövlət hesabına ona müdafiəçi təyin edilmişdir. Ona müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri izah edilmişdir. Daha sonra ona üzərinə videoçəkiliş ilə şəxsi axtarış istintaq hərəkətinin aparılacağı bildirilmişdir. O, bundan sonra videoçəkiliş zamanı müdafiəçinin iştirak etməməsini xahiş etmiş və bu barədə ərizə yazmışdır. Daha sonra videoçəkiliş ilə üzərində şəxsi axtarış keçirilməyə başlamışdır. Xidməti otaqda olarkən ondan üstündə, paltarında və ya paltarlarının ciblərində, bədənində ola biləcək əşyaları təqdim etməyi təklif edilmişdir. Bundan sonra o, qara rəngli cins şalvarımın sağ yan cibində olan 1 ədəd şəffaf rəngli sellofan bükülünü masanın üzərinə qoymuşdur. Daha sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, o, bundan sonra üzərində əlavə heç bir əşya olmadığını demişdir. Bundan sonra onun üzərində axtarış aparılmağa başlanılmış, ilk öncə geyindiyi cins şalvarının, sağ vo sol yan ciblərinə, arxa cibinə baxılmış, lakin hər hansı bir aşya aşkar edilməmişdir. Sonra isə o, üzərindən aşkar edilən 1 ədəd sellofan bükülünün içərisində narkotik vasitə olan heroin olmasını bildirmişdir. Daha sonra polis əməkdaşları həmin maddəni haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edəndə o, həmin maddəni xx.xx.2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində olarkən əvvəllər tanımadığı “Hüseyn” adlı şəxsdən 25 manat qarşılığında aldığını, şəxsi istifadəsi üçün üzərində saxlamağını bildirmişdir. Bundan sonra istintaq hərəkətində iştirak edən iştirakçılara içərisində heroin saxladığı 01 ədəd sellofan bükülünün ekspertiza tədqiqatına göndərilməsi üçün qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Daha sonra həmin qablaşdırma Sabunçu RPİ-nin 12-ci PŞ-nin zərflər üçün nəzərdə tutulmuş 159 nömrəli möhürü ilə möhürlənmişdir. Əlavə verilən suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitə heroini aldığı şəxsi yalnız üzdən tanımışdır. Başqa heç bir anket məlumatlarını bilməmiş, yalnız adının “Hüseyn” olmasını bilmişdir. Onun polis əməkdaşlarından heç bir şikayət və ya tələbinin olmadığını, oan qarşı zor tətbiq edilmədiyini bildirmişdir. O, heç bir zaman narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul almadığını, nə də ki, heç bir zaman bu maddələri pay və ya hədiyyə qismində heç kimə vermədiyini bildirmişdir. O, əldə etdiyi narkotik vasitənin qaçalmalçılıq yolu ilə ölkəyə gətirilməsindən məlumatı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və digər protokollarla tam öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Xəzər rayon Polis İdarəsinin 12-ci polis şöbəsinin əməliyyat müvəkkili vəzifəsində çalışır, polis leytenantıdır. Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə xidmətdə olan zaman bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşıb onu bölməyə dəvət etmişlər. Orada həmin şəxsin Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsində üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsində qeyd etdiklərini təsdiq edərək eyni məzmunlu ifadələr vermişlər. İş üzrə ilkin təhqiqat zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı 01 ədəd DVD diskə köçürülmüş görüntüdən görünür ki, xx.xx.2022-ci il tarixdə Sabunçu RPİ-nin 12-ci PŞ-nin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsinə nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya varsa təqdim etməsi təklif edilmişdir. Şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngdə maddə olan bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ondan aşkar edilmiş narkotik maddəyə bənzər kütləni nə məqsədlə əldə edildiyi sual edildikdə Təqsirləndirilən şəxs narkotik maddəni şəxsi istifadəsi üçün “Hüseyn” adlı şəxsdən 25 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs üzərinə Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən 01 ədəd DVD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut növü kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir. Məkəmə baxışı zamanı zamanı tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/5175 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün № 159” möhür əksi, "...Şübhəli şəxs: K. Ağa Hüseyn....” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 3,151 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məkəmə baxışı zamanı zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 5644№-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublikası Psixiatriya Xəstəxanası” alınmış məktubun cavabından görünür ki, xx.xx.1993-cü il təvəllüdlü ünvan 2 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatına görə Respublikası Psixiatriya Xəstəxanasında müalicədə olmamışdır. İş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 3,151 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin 10 dekabr 2022-ci il tarixli qərarla maddi sübut kimi tanınmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, üzərinə baxış protokolu, istintaq zamanı vermiş olduğu ifadəsi və ekspertiza rəyləri ilə tam təsdiqini tapmışdır. Məhkəmə əməlin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən, həmçinin Sabunçu Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sabunçu rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Şəhər Probasiya İdarəsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə «8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilmiş, ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(003)-770/2022 saylı qərarı ilə cəzasının çəkilməmiş 02 ay 01 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Təqsirləndirilən şəxs təyin edilmiş vaxtından əvvəl şərti azad emənin müddəti 12 may 2022-ci il tarixdə başa çatmışhdır. Təqsirləndirilən şəxs əvvəlki məhkumluğu az ağır cinayətlər ktiqoriyasına aiddi. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir, eləcə də həmin məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-in 83.3.3 və 83.4-cü maddələrinə uyğun olaraq, Təqsirləndirilən şəxs üzərində çəkilməmiş cəzası qalmamış, lakin, onun məhkumluğu ödənilməmişdir və yenidən qəsdən cinayət törətdiyinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən əməlində cinayətlərin residivi vardır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.5, 65.2-ci maddələrinin tələblərinə əsasən cinayətlərin residivinə görə daha sərt cəza təyin edilir, yəni ona təqsirli bilindiyi maddənin sanksiyasının son həddinin üçdə kisindən aşağı cəza təyin edilə bilməz. Ona görə məhkəmə, cəza təyini zamanı bu halları, həmçinin onun törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Odur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğundan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs oğlunun əməlində cinayətlərin residivi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində məhkəmə isintaqı zamanı onun cəzasını yüngülləşdirən hal müəyyən olunmadı. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 13 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 13 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Bakı şəhər Sabunçu rayon Polis İdarəsində saxlanılan, qalıq çəkisi 3,051 qram heroin məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin və yaşadığı evə baxış keçirilməsinin görüntüsü köçürülmüş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi–«VERDİKTUM» Vəkil Bürosunun vəkili Müdafiəçi 160 (bir yüz altmış) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 13 sentyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabından –«VERDİKTUM» Vəkil Bürosunun vəkili Müdafiəçi 160 (bir yüz altmış) manat məbləğində pul ödənilsin. İş üzrə maddi sübut olan və Bakı şəhər Sabunçu rayon Polis İdarəsində saxlanılan, qalıq çəkisi 3,051 qram heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin və yaşadığı evə baxış keçirilməsinin görüntüsü köçürülmüş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcləri 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar