Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-561/2024 13.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, 8 noyabr 1992-ci ildə İmişli rayonu, Buludlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində 1 (bir) azyaşlı uşağı olan, orta təhsilli, “Vətən müharibəsi iştirakçısı”, “Zəngilanın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuş, İmişli rayonu, Buludlu kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 13 mart 2024-cü il tarixdə, saat 12:50-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə edib saxlayaraq yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evinə qədər daşımış, 30 mart 2023cü il tarixdə, saat 14:05-də yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evinin qarşısında olan zaman onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi 48 ünvanında yerləşən həmin polis bölməsinə gətirilmiş, orada saat 16:45-də üzərinə şəxsi axtarış keçirilərkən, əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 2,971 qram olmaqla külli miqdarda qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri:
2. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, faktiki nikah münasibətində olmasına baxmayaraq, rəsmi nikaha daxil olmamışdır. Himayəsində Hüseyn adlı bir azyaşlı uşağı vardır. 20 yanvar 2023-cü il tarixdə hərbi geyim formasında “Şəhidlər Xiyabanı”nı ziyarət etməyə getmiş, geri qayıdan zaman Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsindən (bundan sonra mətndə - Sabunçu RPİ-nin 15-ci PB) ona zəng edilərək polis bölməsinə dəvət edilmişdir. Belə ki, polis bölməsində bölmə rəisi Şahid3 adlı şəxs onunla söhbət etmiş, söhbət zamanı Şahid3 ondan “X12”nın üzvü olub-olmadığını, habelə Taleh Bağırzadəni tanıyıb-tanımadığını soruşmuş, o da həmin hərəkatın üzvü olduğunu, habelə Taleh Bağırzadəni tanıdığını təsdiq etmişdir. O, gecəni polis bölməsində saxlanıldıqdan sonra 21 yanvar 2023-cü il tarixdə, saat 16:50 radələrində buraxılmış, həmin vaxt ona qarşı hər hansı formada təzyiq və ya pis rəftar göstərilməmişdir.
3. Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərdi ki, 29 mart 2023-cü il tarixdə, axşam saatlarında yaşadığı ərazi üzrə sahə rəisi Rafael adlı polis əməkdaşı ona zəng edərək Zabrat qəsəbəsində 118 nömrəli avtobusun dayanacağına gəlməsini istəmişdir. O, Rafaelin bildirmiş olduğu avtobus dayanacağına getdikdə sonuncunun yanında Ramil və Ağakərim adlı əməliyyatçılar, habelə tanımadığı bir nəfər mülki geyimli şəxs də olmuşdur. Daha sonra 15-ci PB-yə aparılaraq gecəni həmin PB-nin dərs otağında saxlanılmış, bu zaman mobil telefonu da üzərində olmuş, lakin üzərində heç bir axtarış aparılmamışdır. Bundan sonra rəis Şahid3 otağına aparılmış, orada sonuncu ona həbs edilməli olduğunu, bununla bağlı yuxarıdan əmr verildiyini, sadəcə bir çıxış yolu olduğunu izah etmişdir. Belə ki, Şahid3 ona videoçəkiliş zamanı Taleh Bağırzadəni tanımadığını və “X12”nın üzvü olmadığını dediyi təqdirdə buraxılacağını bildirmişdir. Şahid3 onun həbsi ilə bağlı Dövlət Təhlükəsizlik Xidmətindən göstəriş verildiyini, “X12”nın üzvü olduğunu deyəcəyi təqdirdə həbs ediləcəyini bildirmişdir. O, Şahid3 dedikləri ilə razılaşmamış, hər hansı cinayət əməli törətmədiyini deyərək hansı əsasla həbs ediləcəyini soruşduqda sonuncu ona narkotik vasitələrin dövriyyəsində ittiham ediləcəyini bildirmiş, cibindən çıxardığı bükümü göstərib həmin narkotik vasitənin ona məxsus olmasını boynuna almağını tələb etmişdir. Şahid3 onlarla razılaşmadığı təqdirdə isə evindən narkotik vasitə çıxarılacağını, ailəsinin də polis bölməsinə gətiriləcəyini, habelə polis bölməsinin həyətində olan qardaşının da cibinə narkotik vasitə qoyulub onunla birgə həbs edəcəklərini bildirmişdir. O, bir müddət etiraz etdikdən sonra məsələnin ciddi olduğunu, əllərində olan paketi evinə qoyacaqlarını, polis bölməsinin qarşısında dayanıb gözləyən qardaşını da tutacaqlarını anladığından polislərin təklifi ilə məcbur qalaraq razılaşmışdır. Bundan sonra polislərlə birlikdə təhqiqatçının otağına getmiş, otağın qarşısında polis əməkdaşları ona problem yaratmamasını, heç kimə heç nə deməməsini, habelə otaqda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının da olduğunu bildirmişlər. Otaqda cibinə narkotik vasitə qoyulmuşdur. Otağa daxil olarkən müdafiəçi orada olmamış, videoçəkiliş sonuncunun iştirakı olmadan aparılmış, videoçəkilişdən sonra Dilsuz adlı vəkil ona təqdim edilmiş, vəkildən imtina etdiyini bildirməsinə baxmayaraq, yazılı imtina üçün ona kağız verilməmişdir. İstintaq təcridxanasında olarkən Müdafiəçi vasitəsilə yazılı olaraq digər müdafiəçidən imtina etmişdir.
4. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs heç vaxt narkotik vasitə və ya psixotrop maddədən istifadə etmədiyini, sahə rəisi Rafael adlı polis əməkdaşının guya ona zəng edərək ərazidə oğurluqlar baş verməsi ilə bağlı xəbərdarlıq edərək ehtiyatlı olmasını bildirməsinin tamamilə yalan olduğunu, “Vətən Müharibəsi” zamanı yeni doğulmuş uşağının olmasına baxmayaraq, könüllü olaraq döyüşlərdə iştirak etdiyini, müharibədə iştirakla əlaqədar 3 medalla təltif olunduğunu, hazırkı cinayət işinin onun dini görüşləri və baxışları əlaqədar olduğunu, ittihamda göstərilən tarixdə, vaxtda və şəraitdə deyil, başqa tarixdə, vaxtda və şəraitdə saxlanıldığını, dövlət hesabına təyin edilmiş müdafiəçinin ümumiyyətlə ona hüquqi yardım göstərərək hər hansı hüquqlarını müdafiə etmədiyini bildirmişdir.
5. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələri ilə məhkəməyədək icraat zamanı 31 mart 2023-cü il tarixdə müdafiəçi X4 iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr məhkəmədə elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadələrdə göstərmişdir ki, 30 mart 2023-cü il tarixdə, saat 14 radələrində kirayədə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, nömrəsiz evin qarşısında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etdikdən sonra ondan şəxsiyyətini təsdiq edən sənədi təqdim etməyi bildirmişlər, lakin həmin vaxt üzərində narkotik vasitə olan heroin olduğundan və eyni zamanda üzərində şəxsiyyətini təsdiq edən sənədi olmadığından özünü polis əməkdaşlarının qarşısında şübhəli aparmış və ona verilən suallara doğru-düzgün cavab verməyərək tez bir zamanda sonunculardan kənarlaşmaq istəməsinə baxmayaraq, polis əməkdaşları onun bu kimi hərəkətlərindən şübhələnərək onu polis bölməsinə dəvət etmiş və o, polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişdir. O, polis əməkdaşları ilə birlikdə polis bölməsinə gedən zaman əynindəki şalvarın cibində olan narkotiki tullamaq istəməsinə baxmayaraq tullaya bilməmişdir. Polis bölməsində xidməti otaqların birində təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah edildikdən sonra şübhəli şəxs qismində tutulmuş və üzərinə şəxsi axtarış aparılan zaman o, könüllü olaraq ərizə ilə müraciət edərək üzərinə şəxsi axtarış keçirilməsində dövlət tərəfindən hüquqlarının müdafiə edilməsi üçün təyin edilmiş vəkilin iştirakı olmadan keçirilməsini xahiş etmiş, bundan sonra polis əməkdaşlarının iştirakı və video görüntü ilə üzərinə şəxsi axtarış keçirilən zaman təhqiqatçı tərəfindən ona təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş əşya və ya predmet olduğu halda könüllü təqdim etsin. Bu təklifdən sonra tutulduğu gün, yəni 30 mart 2023-cü il tarixdə, səhər saat 11 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsindən adını və anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün ümumi dəyəri 20 manata aldığı və əynində olan qara rəngli cins şalvarın sağ yan cibində sellofana bükülmüş vəziyyətdə saxladığı içərisində narkotik vasitə olan heroini cibindən çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra təhqiqatçı tərəfindən ona verilən suala cavab olaraq bildirmişdir ki, həmin bükülünün içərisində olan maddə narkotik vasitə heroindir. Bundan sonra təhqiqatçı tərəfindən müvafiq protokol tərtib edilərək üzərindən aşkar edilmiş bükülü kağız zərfə qoyularaq möhürlənmiş, həmin zərf onun və digər iştirakçılar tərəfindən, habelə təhqiqatçı tərəfindən tərtib edilmiş protokol imzalarla təsdiq edilmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və eyni zamanda polis bölməsində olan zaman hər hansı bir fiziki zorakılığa məruz qalmamışdır (Cild 1, iş vərəqi (bundan sonra mətndə - i.v.) 50-52; 64-66;).
6. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs sonradan məhkəmə icraatı zamanı da onun hüquqlarını müdafiə etmiş Müdafiəçi vəsatəti əsasında sonuncunun iştirakı ilə 25 iyun 2023-cü il tarixdə əlavə olaraq verdiyi ifadəsində göstərmişdir ki, əvvəllər istintaqa verdiyi ifadələrini təkzib edir. O, X13 ilə 2020-ci ildən dini kəbin əsasında evlənmiş və həmin nikahdan 2020-ci il təvəllüdlü Hüseyn Aslanov adlı bir övladı vardır. 2015-ci ildən “X12” təşkilatının üzvüdür və 44 günlük “Vətən Müharibəsi” iştirakçısıdır. “Qubadlı və Zəngilanın azad olunması uğrunda medallar”la təltif olunmuş, habelə xidmət etdiyi hərbi hissənin fəxri fərmanı ilə təltif edilmişdir. 29 mart 2023-cü il tarixdə, təxminən saat 22 radələrində kirayə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evində olan zaman sahə müvəkkili Rafael öz istifadəsində olan 050 ***-**-** mobil telefon nömrəsindən onun istifadəsində olan 077 ***-**-** mobil telefon nömrəsinə zəng edərək 118 A nömrəli marşrut avtobusunun sonuncu dayanacağına gəlməsini istədikdə nə üçün həmin yerə getməli olduğunu soruşmuş, sonuncu bölməyə getməli olduğunu bildirmişdir. O təxminən 10-15 dəqiqə ərzində həmin yerdə olacağını demişdir. Kirayə yaşadığı fərdi yaşayış evi həmin dayanacaqla 500-600 metr məsafədə yerləşir. Təxminən 10-15 dəqiqədən sonra o, sahə müvəkkilinin bildirdiyi yerə gəlmiş, həmin vaxt orada ağ rəngli “Hyundai” markalı avtomobil olmuşdur. O, dayanacağa çatan zaman həmin avtomobilin sürücüsü, yəni 15-ci PB-nin əməliyyat müvəkkili Ağakərim pəncərəni açıb avtomobilə əyləşməyini bildirmişdir. O da onun sözü ilə arxa sağ qapını açaraq avtomobilə əyləşən zaman avtomobildə Ağakərimdən başqa, qabaq sərnişin oturacağında 15-ci PB-nin əməliyyat müvəkkili Ramil, arxa oturacaqda isə sahə müvəkkili Rafael və digər tanımadığı şəxsin olmasını görmüşdür. Arxa qapını açaraq Rafaelin yanında əyləşdikdən sonra onlar həmin avtomobillə 15-ci PB-yə getmişlər. Təxminən saat 22:30 radələrində Sabunçu RPİ-nin 15-ci PB-yə çatdıqdan sonra üzərində hər hansı axtarış aparılmadan bölmənin sinif otağında oturmuş və həmin gün gecəni səhərə kimi həmin otaqda qalmışdır. Səhər saatlarında, yəni 30 mart 2023-cü il tarixdə, saat 9 radələrində 15-ci PB-nin rəisi Tural onu xidməti otağına çağırmışdır. O həmin otağa daxil olduqdan sonra sonuncu ilə aralarında olan söhbət zamanı ona “20 Yanvar günü səni bölməyə gətirəndə DTX-nın əməkdaşları söhbətimizə qulaq asıb və sən “X12” təşkilatının üzvü olmağını dediyin üçün sənin həbs olunman barədə əmr verilib” demişdir. Həmçinin ona bildirmişdir ki, “Mən indi yenidən səninlə danışıb səsyazı edəcəyəm və sən həmin səsyazıda “X12” təşkilatının üzvü olmadığını və Taleh Bağırzadəni tanımadığını deməlisən, yalnız bundan sonra sərbəst buraxıla bilərsən”. O isə bundan qəti imtina edərək belə bir halın olmayacağım bildirmişdir. Bu zaman bölmənin rəisi Tural onun həbs olunacağını dedikdə, hansı əsasla həbs olunacağını soruşmuşdur. Həmin vaxt bölmənin rəisi Tural cibindən bir ədəd sellofana bükülmüş bükülü çıxarıb masanın üzərinə qoyaraq bildirmişdir ki, “Sən bu narkotiki boynuna alıb, özünə məxsus olduğunu, Balaxanı qəsəbəsində tanımadığın şəxsdən aldığını bildirib həbsə gedəksən”. O bundan qəti şəkildə imtina etdikdə bölmənin rəisi Tural ona demişdir ki, “Ya sən bu narkotiki boynuna götürüb həbsə gedəcəksən, əks halda yaşadığın evdən külli miqdarda narkotik və silah aşkarlanmaqla ailə üzvlərin həbsə gedəcəklər”. Lakin yenə də sonuncu ilə razılaşmamışdır. Həmin vaxt bölmənin rəisi Turalın istifadəsində olan mobil nömrəyə zəng gəlmiş, sonuncu ona bildirmişdir ki, “Bax DTX-dan zəng gəlib mənlik bir şey yoxdur, səndən xəbər gözləyirəm”. O buna baxmayaraq yenə də narkotikdən imtina etmişdir. Bundan sonra onu bölmənin saxlama kamerasına aparmışlar. Təxminən 10 dəqiqə sonra bölmənin rəisi Tural yenidən yanına gələrək fikirləşib fikirləşmədiyini soruşmuş, lakin o yenə də bundan imtina etdiyini bildirmişdir, təxminən iki saat ərzində bu proses davam etmişdir. Sonuncu dəfə bölmənin rəisi Tural yenidən yanına gələrək 10 dəqiqə vaxtı olduğunu, maşında narkotikin hazır olmasını, razılaşmayacağı təqdirdə onun narkotik vasitə ilə əlaqədar həbsə gedəcəyini, yaşadığı evdən külli miqdarda narkotik vasitə və silah aşkarlanacağını, həmçinin ailə üzvləri və qardaşının da həbsə göndəriləcəyini bildirmişdir. Bundan sonra məcbur olub deyilənlərlə razılaşmış və Ağakərim Kamillə birlikdə onu təhqiqatçı Faiq Bədəlovun xidməti otağına aparmışlar. Otağa daxil olmamışdan əvvəl, dəhlizdə olan zaman Ramil və Ağakərim onun əynində olan qara rəngli cins şalvarın sağ cibinə həmin sellofana bükülmüş bir büküm narkotik vasitə heroini qoymuşlar və videoçəkiliş zamanı çıxarıb masanın üzərinə qoymaqla təqdim etməyini bildirmişlər. Bundan sonra birlikdə təhqiqatçı Faiq Bədəlovun xidməti otağına daxil olmuşlar və videoçəkiliş zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofana bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Eyni zamanda, həmin vaxt vəkil onun yanında olmamış və bütün bu proseslər bitdikdən sonra vəkil təyin edilmişdir. Belə ki, 15-ci PB-də olan zaman ona qarşı hədələmə və təzyiq olunmuş, lakin fiziki zor tətbiq edilməmişdir (Cild 1 i.v.146-150).
7. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
8. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.
9. Məhkəmədə şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 15-ci PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs adlı şəxsin Sabunçu rayonu ərazisində narkotik vasitələrin saxlanması və istifadəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat əsasında 30 mart 2023-cü il tarixdə Sabunçu RPİ-nin 15-ci PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə əməliyyat qrupu yaradılaraq əməliyyat tədbiri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri nəticəsində 30 mart 2023-cü il tarixdə, saat 14:05-də Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, yeni yaşayış massivi, nömrəsiz fərdi yaşayış evinin qarşısında olan zaman müəyyən olunmuş və ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirməklə, onu Sabunçu RPİ-nin 15-ci PB-yə dəvət etmişlər. Polis bölməsində olan zaman videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və ona üzərində hər hansı qeyri-qanuni əşya varsa təqdim etməsi bildirilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükülünü təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bükülü qablaşdırılaraq möhürlənmiş, iştirakçılar tərəfindən heç bir etiraz olmadan imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar olunmuş bükülünün içərisindəki maddə narkotik vasitə heroindir və onu 30 mart 2023-cü il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 20 (iyirmi) manat müqabilində şəxsi istifadəsi üçün almışdır.
10. Verilmiş suallara cavab olaraq Şahid1 ifadəsinə əlavə edərək göstərdi ki, narkotik vasitələrin saxlanması, gəzdirilməsi və istifadəsi barədə əməliyyat məlumatı ona daxil olmuş, yaradılmış əməliyyat qrupunun rəhbəri özü olmuşdur. Təqsirləndirilən şəxs Zabrat qəsəbəsi, Kərpiczavod yaşayış massivində tək halda saxlamışlar, saxlanılan zaman və sonradan təqsirləndirilən şəxsə qarşı təzyiq olmamışdır. Aslanovu saxlayarkən özlərini təqdim edərək ona nədə şübhəli olduğunu bildirməklə 15-ci PB-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs PB-yə xidməti avtomobillə gətirmiş, həmin vaxt sonuncu qolları açıq formada avtomobilin arxa oturacağında oturmuşdur. 15-ci PB-yə gətirildikdən sonra orada təhqiqatçının otağında videoçəkiliş vasitəsilə şəxsi axtarış aparılmış, bu zaman Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni könüllü olaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs PB-yə gətirildikdə növbətçi hissədə qeydiyyat kitabında qeydiyyatı aparılmışdır. Şəxsin narkotik vasitəni üzərindən atmaq ehtimalı olduğundan onu heç vaxt tək buraxmamışlar. Eyni zamanda, Təqsirləndirilən şəxs yanında olmuş əməliyyat müvəkkili Şahid2 onun hərəkətlərinə daim nəzarət etdiyindən təqsirləndirilən şəxsin narkotik vasitəni cibindən atması üçün şəraiti olmamışdır. Şəxsi axtarış keçirildikdən sonra narkotik vasitə qablaşdırılmışdır. Şəxsi axtarışda özü, təhqiqatçı, Şahid2 və Təqsirləndirilən şəxs iştirak etmiş, Şahid4 və Şahid3 isə iştirak etməmişdir. Təqsirləndirilən şəxs saxlanıldığı yerdən 15-ci PB-yə qədər olan məsafə təxminən bir kilometr olmaqla avtomobillə təxminən 10 dəqiqə məsafədədir. Təqsirləndirilən şəxs saat 14 radələrində saxlanıldıqdan sonra Kərpiczavod ərazisində tıxac olduğundan 30-35 dəqiqə tıxacda qalaraq ləngimişlər. Həmçinin Təqsirləndirilən şəxs bölməyə gətirildikdən sonra PB-nin bütün şəxsi heyəti başqa xidməti fəaliyyətə cəlb edildiyindən, habelə təhqiqatçı başqa hadisə yerində olduğundan təhqiqatçının gəlməsini müəyyən müddət ərzində gözləmişlər. Təxminən bir saat yarım vaxt keçdikdən sonra təhqiqatçı gəlmiş, müdafiəçi dəvət edilmişdir. Müdafiəçi gələnə qədər bir qədər də vaxt getmiş, buna görə də şəxsin üzərində baxış saat 16:45-də keçirilmişdir. Şəxsi axtarışdan əvvəl müdafiəçi dəvət edilmişdir. Belə ki, təhqiqatçı PB-yə gəldikdən sonra müdafiəçi təyin edilməsi haqqında qərar qəbul edib büroya göndərmiş, tıxac olduğundan müdafiəçi gec gəlmişdir. Müdafiəçi gəldikdən sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, sənədləşmə işləri yerinə yetirilmiş, Təqsirləndirilən şəxs şəxsi axtarışın müdafiəçinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
11. Məhkəmədə şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 15-ci PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu, Şahid1 ilə əsasən oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir.
12. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Şahid3 ifadəsində qeyd etmişdir ki, hadisə vaxtı Sabunçu RPİ-nin 15-ci PB-nin rəisi vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs adlı şəxsin Sabunçu rayonu ərazisində narkotik vasitələrin saxlanması və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, alınmış məlumat əsasında 30 mart 2023-cü il tarixdə Sabunçu RPİ-nin 15-ci PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, Şahid1 və 15-ci PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə əməliyyat qrupu yaradılaraq əməliyyat tədbiri keçirilmiş, keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs 30 mart 2023-cü il tarixdə, saat 14:05də yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, yeni yaşayış massivi, nömrəsiz fərdi yaşayış evinin qarşısında olan zaman müəyyən olunaraq 15-ci PB-yə gətirilmiş, həmin vaxt onun üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükülü aşkar edilərək götürülmüşdür.
13. Verilmiş suallara cavab olaraq şahid qismində dindirilmiş Şahid3 ifadəsinə əlavə olaraq göstərdi ki, o, hadisədən əvvəl Təqsirləndirilən şəxs tanımamış, saxlanılmamışdan əvvəl sonuncunu öz otağında qəbul etməmiş, onunla görüşməmişdir. Təqsirləndirilən şəxs PB-yə saat 14:05-də gətirilmişdir. Belə ki, adətən, saxlanılan şəxs PB-yə gətirildikdən sonra təxminən 30-40 dəqiqə ərzində üzərində şəxsi axtarış istintaq hərəkəti həyata keçirilir. O, şəxsi axtarış keçirilməsində, habelə sənədləşdirmə prosesində iştirak etməmişdir. Şəxsin üzərində şəxsi axtarış istintaq hərəkətinin onun saxlanılmasından 2 saat sonra, yəni 16:45-də aparılmasının səbəbi barədə dəqiq məlumatı yoxdur.
14. Məhkəmədə şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 15-ci PB-nin sahə inspektoru, polis kapitanı X10 ifadəsində göstərdi ki, ***-***-**-** mobil telefon nömrəsi ona məxsusdur. Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə ona təhkim edilmiş xidməti ərazidə, yəni Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, yeni yaşayış massivi, nömrəsiz fərdi yaşayış evində qeydiyyatsız yaşamışdır. Təqsirləndirilən şəxs qeydiyyatsız yaşadığı fərdi yaşayış evinin yaxınlığında özü üçün fərdi yaşayış evi inşa etmiş və həmin ərazidə tez-tez oğurluq hadisələri baş verdiyi üçün 29 mart 2023-cü il tarixdə, təxminən saat 22:50 radələrində o, gecə gəzintisi zamanı öz istifadəsində olan 050 ***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng edərək bu barədə onu məlumatlandırmış və tikinti materiallarını sahibsiz qoymamağı, yaxınlıqda yaşayan qonşulara həvalə etməsini bildirmişdir.
15. Verilmiş suallara cavab olaraq şahid qismində dindirilmiş Şahid4 ifadəsinə əlavə edərək göstərdi ki, o, Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etməmiş, saxlanıldığı yerdə olmamışdır. O, Təqsirləndirilən şəxs xidmət apardığı ərazidən tanımışdır. Belə ki, sonuncunun onun xidməti ərazisində yarımtikilisi vardır, Təqsirləndirilən şəxs özü isə həmin yerdə yaşamır. Orada materiallar açıq ərazidə olduğundan orada mütəmadi olaraq oğurluq hadisələri baş vermiş, Təqsirləndirilən şəxs zəng etdiyi gündən bir neçə gün əvvəl də oğurluq hadisəsi baş vermişdir. Təqsirləndirilən şəxs başqa orada yaşayan şəxslərdən birinə də zəng etmiş, digər şəxslərin evinə gedərək bu barədə profilaktik söhbətlər aparmışdır. O, təqsirləndirilən şəxsi 118 saylı marşrut dayanacağına çağırmamış, sonuncunun bu barədə verdiyi ifadələri düzgün deyildir. O, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə özünün istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə vasitəsilə əlaqə saxlamışdır.
16. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
17. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 30 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd sellofana bükülmüş təmiz çəkisi 2,971 qram olmaqla külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin aşkar edilərək götürülməsi faktına görə Sabunçu RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X6 tərəfindən 30 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır (Cild 1, i.v.1;).
18. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 30 mart 2023-cü il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, Sabunçu RPİ-nin 15-ci PB-nin baş əməliyyat müvəkkili, polis baş-leytenantı Şahid1 tərəfindən 8 noyabr 1992-ci il təvəllüdlü, İmişli şəhərində anadan olmuş, İmişli rayonu, Buludlu kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi yeni yaşayış massivi nömrəsiz ünvanında kirayədə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında sonuncunun ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar Sabunçu RPİ-nin 15-ci PB-nin rəisi, polis polkovnik-leytenantı Şahid3 tərəfindən təsdiq edilərək Şahid1 rəhbərliyi ilə həmin bölmənin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmişdir (Cild 1, i.v.3-7).
19. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 31 mart 2023-cü il qərarından görünür ki, Sabunçu RPİ-nin 15-ci PB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən qəbul edilmiş və həmin İdarənin rəisi, polis polkovniki Şahid3 tərəfindən təsdiq edilmiş 31 mart 2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar qanuni hesab edilmişdir (Cild 1, i.v.44-45).
20. “Şübhəli şəxsin tutulması haqqında” 30 mart 2023-cü il tarixli qərardan və bu barədə tərtib edilmiş protokoldan görünür ki, həmin tarixdə Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılmaqla Sabunçu RPİ-nin 15-ci PB-yə gətirilmiş, həmin bölmənin inzibati otaqlarının birində Sabunçu RPİ-nin 15-ci PB-nin təhqiqatçısı, polis polkovnik-leytenantı X14 tərəfindən müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 7 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 30 mart 2023-cü il tarixdə, saat 14:05-də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş hesab edilməsinə dair həmin tarixdə, saat 16:30-da protokol tərtib edilmişdir (Cild 1, i.v.18- 19).
21. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 30 mart 2023-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün, saat 16:45-dən 16:51-dək Sabunçu RPİ-nin 15-ci PB-nin təhqiqatçısı, polis polkovnik-leytenantı X14 tərəfindən həmin bölmənin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 iştirakı ilə Sabunçu RPİ-nin 15-ci PB-nin inzibati binasında xidməti iş otaqlarından birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməklə bu barədə protokol tərtib edilmişdir. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs polis bölməsinə gətirilməsinin səbəbləri izah edilərək şəxsi axtarış istintaq hərəkəti keçiriləcəyi bildirilmiş, üzərində, paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü olaraq verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd sellofana bükülmüş, açıq-qəhvəyi rəngli spesifik iyə malik toz şəklində olan narkotik vasitəyə oxşar maddəni könüllü olaraq təqdim edərək həmin narkotik vasitəyə bənzər vasitəni Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi məqsədilə aldığını bildirmişdir. Aşkar olunmuş narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən 1 (bir) ədəd kağız zərfdə qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 161 saylı möhürü ilə möhürlənməklə götürülmüşdür. Şəxsi axtarış və götürmə istintaq hərəkəti gündüz vaxtı, xidməti iş otağında, süni işıqlandırma şəraitində aparılmışdır. İstintaq hərəkəti zamanı “Samsung” markalı mobil telefondan istifadə edilməklə videoçəkiliş aparılması və videoçəkilişin əks olunduğu məlumat daşıyıcısının protokala əlavə edilməsi qeyd edilmişdir. İstintaq hərəkətinin aparılması barədə tərtib olunmuş protokol iştirakçılara ucadan oxunaraq sonunculara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifələsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və qeydlər daxil olmamışdır. Bundan sonra protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 28-31).
22. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 30 mart 2023-cü il tarixli protokolda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “CD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntünün əks olunduğu bir ədəd diskdəki videogörüntüyə müstəntiq N.V.Nayıbov tərəfindən Təqsirləndirilən şəxs və sonuncunun müdafiəçisi Müdafiəçi iştirakı ilə baxış keçirilməsinə dair 24 iyun 2023-cü il tarixli “Videoyazıya baxış keçirilməsi haqqında” protokolla müəyyən edildi ki, təqsirləndirilən şəxsin üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılması zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz əksini tapmışdır. Həmin protokola Təqsirləndirilən şəxs tərəfindən əlyazma ilə “Mən bu video çəkilişdən əvvəl ailəm və qardaşımla təhdid olunmuşam, mənə əgər dediklərimizi kimi danışmasan gedib ailəni bölməyə gətirəcəyik və evindən əlavə külli miqdarda narkotik vasitə və silah çıxaracağıq və ailəni də həbs edəcəyik. Əlavə olaraq arxamca bölməyə gələn qardaşımın cibinə narkotik qoyub həbs edəcəklərini bildirdilər” məzmununda qeyd aparılmışdır (Cild 1, i.v. 136; 31).
23. Məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizasının 6/1854 saylı, 30 mart 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №161” dairəvi möhür əksi olan, “vət. Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 2,971 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (siyahı İ) daxildir. Heroinin təmiz çəkisi – 2,971 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 2,921 qramdır. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manatdır (Cild 1, i.v. 37-41).
24. “Təhqiqat materialının aidiyyəti üzrə göndərilməsi haqqında” 30 mart 2023-cü il tarixli təhqiqatçı Faiq Bədəlov tərəfindən qəbul edilmiş qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar olunması ilə əlaqədar toplanmış material araşdırmanın davam etdirilməsi üçün Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir (Cild 1, i.v. 46-47).
25. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 31 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham müdafiəçisi X4 iştirakı ilə elan edilməklə mahiyyəti, habelə hüquq və vəzifələri izah edilmişdir (Cild 1, i.v. 55-63).
26. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli 4(008)- 250/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 30 mart 2023cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs üzərində heç bir narkotik vasitə olmadığını, daimi yaşayış yerinin olduğunu bildirərək barəsində həbs qətimkan tədbirinin seçilməməsini xahiş etmişdir. Eyni zamanda, müdafiəçi X11 eyni xahişlə çıxış etmişdir Cild 1, i.v. 79-82).
27. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 aprel 2023-cü il tarixli 4(103)-282/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi X11 tərəfindən verilmiş birincinin barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsinə dair apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli 4(008)-250/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarın-təsviri əsaslandırıcı hissəsində göstərilmişdir ki, “Müdafiəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxs məhkəmə iclasında narkotik istifadəçisi olmadığını, siqaret belə çəkmədiyini, narkotik vasitələrin bütün formalarından uzaq olduğunu, 2-ci Qarabağ müharibəsinin qazisi olduğunu, 30 mart 2023-cü il tarixdə üzərində narkotik vasitə olmadığını qeyd etmişdir. Ona psixi təzyiqlər edilmiş, qorxudularaq narkotik vasitə boynuna qoyulmuşdur. O da təhdidlərə dözməyərək məcbur qalıb boynuna almış və etiraf edici izahatlara və ifadəyə qol çəkmişdir. Habelə video çəkilişdə narkotik vasitənin özünə aid olduğunu bildirmişdir. Bunlara baxmayaraq məhkəmə tərəfindən təqdimat təmin edilmişdir.” (Cild 1, i.v. 85-88).
28. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 6 aprel 2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir (Cild 1, i.v. 89).
29. Sabunçu RPİ-nin 15-ci PB-nin rəisi, polis polkovnik-leytenantı Şahid3 5 may 2023cü il tarixli məktubunda göstərilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə heroinin mənbəyini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə etmişdir (Cild 1, i.v. 93).
30. “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 20 may 2023-cü il tarixli qərardan görünür ki, Sabunçu RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X15 tərəfindən ********* saylı cinayət işi icraata qəbul edilməklə ibtidai istintaqı davam etdirilmişdir (Cild 1, i.v. 97).
31. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X23 7 iyul 2023-cü il tarixli, 8185 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə qeyd olunan xəstəxanada müalicədə olmamışdır (Cild 1, i.v.107).
32. Ambulator komisyon məcburi məhkəmə-narkoloji ekspertizasının 14 aprel 2023-cü il tarixli, 2191 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (Cild 1, i.v. 126-127).
33. Sabunçu RPİ-nin 15-ci PB-nin rəisi, polis polkovnik-leytenantı Şahid3 24 iyun 2023cü il tarixli məktubunda göstərilmişdir ki, Sabunçu RPİ-nin 15-ci PB-də quraşdırılmış müşahidə kameralarının yaddaşında olan videogörüntülər bir ay müddətində daxili yaddaşda qaldıqdan sonra avtomotik olaraq silinir. Bu səbəbdən bölmənin girişində və dəhlizində olan kamera görüntüləri bir ay müddət keçdiyi üçün daxil yaddaşdan silindiyindən təqdim etmək mümkün deyildir(Cild 1, i.v. 139).
34. “Üzləşdirmədə dindirmə” 6 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid1, Şahid2, X10 və Şahid3 arasında keçirilmiş üzləşdirmə isintaq hərəkəti zamanı hər biri (Təqsirləndirilən şəxs 25 iyun 2023-cü il tarixli ifadəsini) öz ifadələrini bir-birinin üzünə qarşı deməklə təsdiq etmişdir (Cild 1, i.v. 164-183).
35. “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə” 6 iyul 2023-cü il tarixli qərardan və 7 iyul 2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş təmiz çəkisi 2,971 qram olan narkotik vasitə heroin iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, ekspert tədqiqatından sonra qalıq qalmış 2,921 qram heroin saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Eyni zamanda, həmin qərarla şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı çəkilmiş videogörüntülərin əlavə edildiyi bir ədəd disk maddi sübut qismində tanınmaqla iş materiallarına əlavə edilmişdir (Cild 1, i.v. 184-190).
36. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq N.V.Nayıbov tərəfindən 12 iyul 2023-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 12 iyul 2023-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (cild 1, i.v.197-205).
37. “AZEMİS” elektron məhkəmə sistemindən əldə edilmiş məlumatlardan və “Doğum haqqında” AZ-İV 519371 nömrəli şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 1 sentyabr 2020-ci il təvəllüdlü Hüseyn Aslanov adlı bir azyaşlı uşağı vardır. (Cild 1, i.v. 196; Cild 2).
38. Azərbaycan Respublikası Medalının İ-4404 nömrəli və İ-10830 nömrəli vəsiqələrindən görünür ki, müvafiq olaraq Azərbaycan Respublikasının Prezidentinin 24 iyun 2021-ci il tarixli 2713 nömrəli və 2715 nömrəli Sərəncamları ilə Təqsirləndirilən şəxs “Zəngilanın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir (Cild 2).
39. Azərbaycan Respublikası Medalının İ-81000 nömrəli vəsiqədən görünür ki, Azərbaycan Respublikasının Baş Nazirinin 5 noyabr 2022-ci il tarixli 671s nömrəli Sərəncamı ilə Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir (Cild 2).
40. Müdafiə tərəfinin vəsatəti ilə Şahid4 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə 29-31 mart 2023-cü il tarixlərdə aparılmış danışıqlar və digər məlumatlar "xxxx" MMC mobil operatorundan əldə edilərək tərəflərin iştirakı ilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Şahid4 istifadəsində olmuş həmin mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi arasında 29 mart 2023-cü il tarixdə, saat 22:53, 23:05 və 23:06 radələrində 3 dəfə danışıq olmuş, həmin danışıqlardan birincisi Şahid4 Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsinə zəng edərək, digər ikisində isə Təqsirləndirilən şəxs Şahid4 istifadəsində olmuş mobil telefon nömrəsinə zəng edərək danışmışlar. Danışıq zamanı Şahid4 “Sabunçu rayonu, Zabrat qəsəbəsi, Vidadi küçəsi” anten dairəsində olması müəyyən edilmişdir(Cild 2).
41. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**- ** mobil telefon nömrəsi ilə aparılmış danışıqlar və digər məlumatlar "xxxx" MMC mobil operatorundan əldə edilərək baxış keçirilmişdir. Həmin məlumatlara məhkəmədə tərəflərin iştirakı ilə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş həmin mobil telefon nömrəsi ilə Şahid4 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi arasında 29 mart 2023-cü il tarixdə, saat 22:53, 23:05 və 23:06 radələrində 3 dəfə danışıq olmuş, həmin danışıqlardan birincisi Şahid4 Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsinə zəng edərək, digər ikisində isə Təqsirləndirilən şəxs Şahid4 istifadəsində olmuş mobil telefon nömrəsinə zəng edərək danışmışlar. Birinci danışıq zamanı Təqsirləndirilən şəxs “Mehemmedi kend belediyesi/Bakı şəhəri, Zabrat qəsəbəsi/Sabunçu/” anten dairəsində, sonrakı danışıqlar zamanı isə “Zabrat 1 Yeni Massiv/Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X19 küçəsi 5/Sabunçu/40” anten dairəsində olması müəyyən edilmişdir.
42. Müdafiə tərəfinin vəsatəti ilə Şahid2 istifadəsində olmuş (055) ***-**-** mobil telefon nömrəsi ilə 29-31 mart 2023-cü il tarixlərdə aparılmış danışıqlar və digər məlumatlar "xxxx" MMC mobil operatorundan əldə edilərək tərəflərin iştirakı ilə baxış keçirilmiş və iş üçün əhəmiyyət kəsb edən hər hansı hal müəyyən edilməmişdir (Cild 2).
43. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmənin verdiyi sorğuya Sabunçu RPİ-nin 15-ci PB-nin rəisi, polis polkovniki Samir Həsənovun 24 fevral 2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, 15-ci PB-nin inzibati binasında olan təhlükəsizlik kameralarının videoqeydləri bir ay müddətində saxlanıldığından 29-30 mart 2023-cü il tarixlərində olan videoqeydləri təqdim etmək mümkün olmamışdır(Cild 2;). Əməlin tövsifi və digər hüquqi məsələlər:
44. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
45. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
47. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
48. Həmçinin Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
49. CM-in 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.
50. CM-in 234.1-1-ci maddəsinə əsasən həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
51. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 3-cü bəndində göstərilmişdir ki, şəxsin CM-in 234-240-cı maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və təqsirli bilinməsi məsələsi həll edilərkən maddələrin narkotik vasitə, psixotrop maddə, prekursor, güclü təsir edən və ya zəhərli maddə olduğunun, onların tibb məqsədləri üçün istifadəyə yararlı olub-olmamasını, bitkilərin narkotik xassəli bitkilər olmasının aydınlaşdırılması üçün xüsusi biliklər tələb edildiyindən həmin məsələlər üzrə müvafiq ekspertizanın keçirilməsi zəruridir. Maddənin məhz narkotik vasitə və ya yuxarıda göstərilən hər hansı maddə olması, onun miqdarı, bitkinin isə narkotik xassəli olması dəqiq müəyyən edilmədikdə (bu barədə ekspert rəyi olmadıqda) şəxs bunlar barədə yalnız ehtimallar əsasında yuxarıda göstərilən maddələrlə cinayət məsuliyyətinə cəlb oluna bilməz.
52. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir.
53. Məhkəmə, Təqsirləndirilən şəxs “Şəxsi axtarış və götürmə” istintaq hərəkəti zamanı üzərindən aşkar edilmiş narkotik vasitə heroinin polis əməkdaşları tərəfindən üzərinə qoyulması, ittihamda göstərilən tarixdə və yerdə deyil, başqa tarixdə və yerdə tutulması, ailəsinin polis bölməsinə gətirilməsi, habelə evindən narkotik vasitə çıxarılması ilə bağlı psixi təzyiq və təsirlərə məruz qalması ilə əlaqədar törətmədiyi əməli boynuna götürməsinə dair ilkin ifadə və izahatlar verməsi, “X12”nın üzvü olmaqla Taleh Bağırzadə adlı şəxsi tanıdığı üçün törətmədiyi əməldə təqsirli bilinərək həbs edilməsi, müdafiəçi Dilsuz Məmmədovun ümumiyyətlə ona hüquqi yardım göstərməməsi, həmin müdafiəçidən imtina etməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri özünü müdafiə etməklə törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.
54. Belə ki, hökmün 21-22-ci bəndlərində də qeyd edildiyi kimi Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən onun üzərində olan əşya və predmetləri özünün sərbəst olaraq təqdim etməsi və tərtib edilmiş protokolun düzgünlüyünü yoxlayaraq imzalaması, istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs suallara sərbəst olaraq cavab verməsi, ona qarşı hər hansı fiziki, psixi və sair təsir və ya təzyiqin olmasının müəyyən edilməməsi əyani formada öz əksini tapmışdır.
55. Məhkəmə həmçinin xüsusi vurğulamaqla qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı təkidlə üzərində aşkar edilmiş narkotik vasitə heroinin özünə məxsus olmaması, onun polis əməkdaşları tərəfindən 29 mart 2023-cü il tarixdə, gecə saatlarında saxlanılması, polis əməkdaşının ona zəng edərək yanına çağırması, ailəsi ilə bağlı təhdidlərə məruz qaldığından törətmədiyi əməli etiraf etməsi və sair hallar işin faktiki halları ilə öz təsdiqini tapmadığından onun məhz ağır cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan və cəzalanmaqdan yayınmaq məqsədi daşımasını bir daha təsdiq edir.
56. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin Rusiyaya qarşı” iş üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin “Saidinin Fransaya qarşı” iş üzrə 20 sentyabr 1993-cü il tarixli qərarlarında izah edilir ki, sübutların mümkünlüyü daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma və məhkəmə istintaqı mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər.
57. Avropa İnsan Hüquqları Məhkəməsinin İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar “X2rşı” işi ilə bağlı qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər.
58. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.
59. Halbuki, Təqsirləndirilən şəxs ona qarşı psixi zorakılıq tətbiq edilməklə hədə-qorxu gəlinməsi barədə məhkəmədə ifadəsində göstərdikləri xüsusatlar şahid ifadələri, üzləşdirmələr və digər iş materialları ilə təkzib olunmuş, ona qarşı hər hansı psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Habelə, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində ilkin dindirilərkən və digər istintaq hərəkətləri həyata keçirilərkən hər hansı bir fiziki təzyiqə və zorakılığa məruz qalmasını bildirməmişdir. Hökmün 21-22-ci bəndlərində qeyd edilən mötəbərliyi şübhə altına bilinməyən məhkəmədə tədqiq edilmiş sübutlarla da Təqsirləndirilən şəxs saxlanılarkən və ondan sonra hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır.
60. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X11 tərəfindən ona hər hansı hüquqi yardım göstərilməməsi, ümumiyyətlə hüquqlarını müdafiə etməməsi və ondan ilkin mərhələdən imtina etməsi ilə bağlı müdafiə tərəfinin iddia etdikləri ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hökmün 26-27-ci bəndlərində göstərilənlərlə də müdafiəçi D.B.Məmmədovun nəinki keyfiyyətli hüquqi yardım göstərməsi müəyyən olunur, hətta o, fəal olmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərkən sonuncunun bildirdiklərinə əsasən təqsirləndirilən şəxsin təqsirsiz olmasını, barəsində həbs qətimkan tədbiri seçilməsi üçün əsasların olmamasını bildirmişdir. Həmçinin müdafiəçi D.B.Məmmədov məhkəmə nəzarətini həyata keçirən birinci instansiya məhkəməsinin qərarından dərhal apellyasiya şikayəti verməklə həmin qərarı apellyasiya qaydasında mübahisələndirmiş, apellyasiya instansiya məhkəməsində məhkəmə iclasında yüksək fəallıqla müdafiə etdiyi şəxsin hüquqlarını müdafiə etməyə çalışmışdır. Başqa sözlə, müdafiəçi D.B.Məmmədov prosessual qanunvericiliklə ona verilmiş səlahiyyətlərdən vicdanlı və səriştəsinə uyğun formada istifadə etmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçiyə məhz barəsində həbs qətimkan tədbiri seçilərkən onda hər hansı narkotik vasitə olmadığını, psixi təzyiqlərə məruz qalaraq ilkin izahat və ifadələr verdiyini bildirdiyindən, müdafiəçi də məhz həmin andan öz müdafiəsini ona uyğun qurmağa çalışmışdır. Belə olan halda, Təqsirləndirilən şəxs müdafiəçi D.B.Məmmədovun iştirakı ilə verdiyi izahat və ifadələri, digər prosessual hərəkətlərin mötəbərliyini şübhə altına almaq üçün hər hansı digər mötəbər sübutlar müəyyən edilməmişdir.
61. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.
62. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir.
63. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.
64. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
65. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
66. Məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahid ifadələri, üzləşdirmələr, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.
67. Qeyd edilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 234.1-1ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır.
68. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.
Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
69. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.
70. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
71. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.
72. Məhkəmə CM-in 59.1.4-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs himayəsində 1 (bir) azyaşlı uşağının olmasını, o cümlədən CM-in 59.2-ci maddəsinin tələbinə görə isə əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamaqla məhkum olunmamasını, narkomaniya xəstəliyindən əziyyət çəkməməsini, ailədə yeganə qazanc gətirən şəxs olmasını, şəxsiyyətini, xüsusilə Azərbaycan Respublikasının ərazi bütovlüyü və suverenliyi uğrunda döyüş əməliyyatlarında, o cümlədən Qubadlı və Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirməsi ilə əlaqədar dövlət təltiflərinə layiq görülməsini, 31 yaşında olmaqla cavan olmasını və məhkəmə icraatı zamanı davranışını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.
73. Təqsirləndirilən şəxs əməlində CM-in 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi.
74. CM-in 234.1-1-ci maddəsində həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
75. Lakin məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edərkən onun ittiham olunduğu maddənin sanksiyasında yalnız azadlıqdan məhrum etmə növündə cəzanın nəzərdə tutulmasına baxmayaraq, hökmün 69-73-cü bəndlərində şərh edilən qanunvericiliyin tələbləri baxımından törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə almaqla yanaşı, eyni zamanda təqsirləndirilən şəxsin barəsində olan cəzanı yüngülləşdirən ayrı-ayrı halları, xüsusilə, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmasını, habelə ona təyin ediləcək cəzanın ona və ailəsinin həyat şəraitinə təsirini də nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə sonuncuya təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsini daha qanuni və ədalətli hesab edir.
76. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, hüquq pozuntusunun azadlıqdan məhrumetmə ilə cəzalandırılması özü-özlüyündə həlledici səciyyə daşımır, belə ki, veriləcək cəzanın nisbətən yüngül olması hüquq pozuntusunun cinayət hüququ xarakterini aradan qaldıra bilməz. (Öztürk Almaniyaya qarşı, § 53; X5rşı, § 26).
77. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə ona təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi CM-in cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə də uyğundur.
78. CM-in 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2ci bəndində qeyd olunmuşdur ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər.
79. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə barəsində olan yüngülləşdirici halları məcmu halda, eləcə də Azərbaycan Respublikasının ərazi bütovlüyü və suverenliyi uğrunda döyüş əməliyyatlarında, o cümlədən Qubadlı və Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirməsi ilə əlaqədar dövlət təltiflərinə layiq görülməsini, yəni “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmasını müstəsna hallar kimi nəzərə alaraq barəsində CM-in 62-ci maddəsinin tətbiq edilməsini və təqsirləndirildiyi maddədə müəyyən edilmiş aşağı həddən də az cəzanın təyin edilməsinin cəzanın məqsədlərinə cavab verəcəyi qənaətinə gəlir.
80. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın ən aşağı həddindən də az cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
81. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
82. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).
83. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 30 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli, 4(008)-250/2023 saylı qərarı ilə onun barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu 30 mart 2023-cü il tarixdən hesablanmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (Cild 1, i.v. 79-82; Cild 2).
84. Məhkəmə, CPM-in 353.4.8-ci əsasən ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 30 mart 2023-cü il tarixdən hesablanmalıdır.
85. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir.
86. Belə ki, CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur.
87. Qeyd edilənlərə əsasən, məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir.
88. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri, Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan, tədqiqatlardan sonra qalıq çəkisi 2,921 qram olan narkotik vasitə heroin məhv edilməli, iş materiallarında olan şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsi zamanı aparılmış videoçəkilişin əks olunduğu 1 (bir) ədəd disk, habelə mobil rabitə operatorlarından əldə edilmiş 3(üç) ədəd disk, cəmi 4 (dörd) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.
89. CPM-ə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.
90. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.
91. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur.
92. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
93. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X3 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
94. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 30 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsində saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 2,921 qram olan narkotik vasitə heroin məhv edilsin, 4 (dörd) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Cinayət işi üzrə üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın, habelə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Vüqar Quliyev
Hakimlər: Siyavuş Hacıyev
Aytən Əliyeva