Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-561/2025 18.03.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədov Fəxri Afiq oğlunun sədrliyi ilə, Hakimlər: Kərimova Mahirə Nəzər qızı və X3 ibarət tərkibdə, Zeynallı Həcər Zahid qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 25 saylı Vəkil Bürosu Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1995-ci il tarixdə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktına əsasən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə xüsusilə külli miqdarda psixotrop maddə və külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə istintaqa məlum olmayan vaxtda və şəraitdə, şəxsiyyəti istintaqa məlum olmayan “Yasin” və “Davud” adlı şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək “Yasin” və “Davud” adlı şəxslərin göstərişi ilə istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq xüsusilə külli miqdarda 425,738 qram çəkidə psixotrop maddə metamfetamini və külli miqdarda 767,23 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib yaşadığı Bakı şəhəri Nəsimi rayonu Cavadxan küçəsi ev 7 mənzil 39 ünvanına daşıdıqdan sonra narkotik vasitə qurudulmuş marixuananı və 414,409 qram çəkidə psixotrop maddə metamfetamini yaşadığı mənzildə, psixotrop maddə metamfetaminin 11,329 qram hissəsini isə üzərində saxlamış, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 23 iyun 2024-cü il tarixdə saat 22:30-da ünvan 2 ünvanın qarşısında saxlanılaraq ünvan 3erləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına aparılmış, orada üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynindəki şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 11,329 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin və əməliyyat tədbirinin davamı olaraq 24 iyun 2024-cü il tarixdə saat 01:45 dəqiqədən saat 01:59 dəqiqəyədək olan müddət ərzində öz razılığı ilə yaşadığı Bakı şəhəri Nəsimi rayonu Cavadxan küçəsi ev 7 mənzil 39 ünvanına keçirilmiş baxış zamanı mənzilin eyvan hissəsindən 11 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,675 qram, 0,680 qram, 0,368 qram, 0,389 qram, 0,793 qram, 4,386 qram, 2,008 qram, 3,532 qram, 0,024 qram, 252,324 qram, 149,230 qram olmaqla ümumi təmiz çəkisi 414,409 qram təşkil edən kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin, 02 ədəd sellofan bağlamalarda ayrıayrılıqda təmiz çəkisi 720,0 qram və 47,23 qram olmaqla ümumi təmiz çəkisi 767,23 qram təşkil edən tərkiblərinə görə eyni olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə qurudulmuş marixuana və narkotik vasitə-psixotrop maddələrin satışında istifadə etmək məqsədilə əldə edib saxladığı, üzərilərində psixotrop maddə metamfetaminə məxsus izlər olan 02 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, İranlı bir şəxslə danışmış, həmin şəxs ona bir əşyanı götürməyini istəmişdir. O həmin əşyanı götürməyə gedən zaman polis əməkdaşları onu saxlamışlar. Onu saxlayan zaman polis əməkdaşları ona demişlər ki, polislərə işləsin. Əgər polislərlə işləməyə razı olsa, onu tutmayacaqlarını bildirmişlər. Bir müddət sonra o artıq polislərlə işləmək istəmədiyini bildirmiş, daha sonra onu evində qızı ilə birlikdə saxlamışlar və BNMİnə aparmışlar. Lakin ona tutulmayacağını demişlər. Səhəri gün qızını ondan alaraq anasına vermişlər. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o ailəsi ilə birlikdə yaşayır. O heç bir vaxt narkotik vasitə istifadə etməmişdir. O, özü QİÇS xəstəsidir, ikinci dərəcə əlilliyi var, bu səbəbdən ona narkotik vasitə istifadə etmək olmaz. O, birinci dəfə iranlının atdığı konuma getmişdir. Samir adlı bir oğlan onun telefonundan iranlıya yazmışdır. İranlı Davud ona demişdir ki, onlarla işləsin və burada qorxulu bir şey yoxdur. O, Davudun atdığı konuma gedərkən oradan götürəcəyi əşyanın nə olduğunu bilməmişdir. O, konumda olan əşyanın narkotik vasitə olduğunu bilməmişdir. O, iyun ayının 1-i axşam saatlarında konuma getmişdir. O, özü saç ustası işləyirmiş. O, konuma taksi ilə getmiş və taksidən düşən zaman polis əməkdaşları onu saxlamışlar. Onlar polis əməkdaşları ilə birlikdə bağlamanı götürməyə getmişlər. Onu açanda narkotik vasitə olduğunu görmüşlər və polis əməkdaşları onu tutacaqlarını bildirmişlər. O, polislərə evdə azyaşlı qızının olduğunu bildirmiş və onu tutmamaları üçün yalvarmışdır. Polis əməkdaşları da ona polislərlə birlikdə işləməyi təklif etmişlər. Polis əməkdaşları ona başa salmışlar ki, Davudla danışmağa və konuma getməyə davam etsin və bu şərtlə onu tutmayacaqlar. O, polis əməkdaşlarına Samirin adını verməmişdir. Davud ona 600 manat verəcəyini demişdir. O, polislə işləmiş, iranlı şəxslə yazışmalarını polisə göndərirmiş. Daha sonra o qorxduğunu və işləmək istəmədiyini polislərə demişdir. O, polislə bərabər 2 dəfə konuma getmişdir. Onu agent kimi qeydiyyata alıb-almadıqlarını bilmir. O, hər dəfə konuma gedəndə iranlı Davud ona 600 manat pul göndərirmiş. Onun narkotik vasitə qoyduğu yerlərdən götürməyə gedən adamlar tutulurmuş. O, qızını bağçadan götürüb evə qayıdırmış. Bloka girən zaman 7-8 nəfər polis əməkdaşı ona yaxınlaşmış, ona idarəyə getməli olduqlarını bildirmişlər. O da razılaşmış və qızı ilə bərabər onları idarəyə aparmışlar. İdarədə videoçəkiliş aparılmalı olduğunu ona bildirmişlər. Həmin gün onun evində narkotik vasitə olmamışdır. Bir dəfə konumdan götürdüyü bir kiloqram marixuananı evində saxlamışdır. İdarədə qızını başqa otağa aparmışlar, daha sonra videoçəkiliş aparmışlar. Videoçəkilişdə deyilənlərin hamısı ilə razılaşmışdır. Narkotik vasitəni evinə o qoymamışdır. Birinci dəfə həbs qətimkan tədbiri seçilən zaman məhkəmədə narkotik vasitələrin onun olmadığını deməmiş, çünki müstəntiq ona kömək edəcəklərini bildirmişdir. Ona iranlının atdığı pulları qızının bağçası üçün xərcləmişdir. Onu qızı ilə qorxudurmuşlar, bu səbəbdən o polislərin dediyi ilə razılaşmışdır. Polis əməkdaşları onu ilk dəfə saxlayan zaman narkotik vasitə bir büküm marixuana olmuşdur. O, evinə gətirdiyi marixuananı konumdan polislə birlikdə götürmüşdür. Onu birinci dəfə 3 nəfər polis əməkdaşı saxlamışdır. Videoçəkilişdə olan narkotik vasitə onun olmamışdır. Polis əməkdaşları onu yaşadığı binanın qarşısında saxlamışlar. Ona 7-8 nəfər polis əməkdaşı yaxınlaşmış, hətta polisləri evinə o özü dəvət etmişdir. Saxlanılan zaman üzərində heç bir narkotik vasitə olmamışdır. Polis əməkdaşları onu tutmayacaqlarını, sadəcə ifadə verməli olduğunu bildirmişlər. Ona qarşı heç bir fiziki təsir və təzyiq olmamış, sadəcə onu qızı ilə təhdid etmişlər. Şahid1 adlı polis əməkdaşını tanımır. Heç idarədə şəxsi axtarış zamanı da o şəxs olmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsindən görünür ki, təxminən 03 ay əvvəl sosial şəbəkə vasitəsi ilə İran İslam Respublikası vətəndaşları olan “Davud” və “Yasin” adlı şəxslərlə tanış olmuşdur. Aralarında olan şifahi razılaşmaya əsasən həmin şəxslər Bakı şəhərinin müxtəlif ünvanlarına narkotik vasitə və ya psixotrop maddə qoyaraq ona istiqamət verirmişlər, o da həmin şəxslərin müəyyən ünvanlara qoyduqları narkotik vasitə və ya psixotrop maddəni götürüb daha sonra ona deyilən müxtəlif ünvanlara aparıb qoyurmuş və bunun müqabilində ona müəyyən məbləğlərdə pul ödəyirmişlər. Sonuncu dəfə tutulmamışdan təxminən 03 gün əvvəl həmin şəxslər eyni qaydada hazırda yadında qalmayan ünvana narkotik vasitə və psixotrop maddə qoymuşlar, o da həmin narkotik vasitə və psixotrop maddəni götürərək aparıb ona deyilən ünvana qoymuşdur. Sonuncu dəfə də 22 iyun 2024cü il tarixdə həmin şəxslər Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisinə narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamin qoyaraq bu barədə ona məlumat vermişlər və gedib götürməsini bildirmişlər. Aralarında olan razılaşmaya əsasən o, həmin narkotik vasitə qurudulmuş marixuananı və psixotrop maddə metamfetamini oradan götürüb sonradan ona deyilən ünvanlara aparıb qoymalı və bunun qarşılığında “Davud” və “Yasin” adlı şəxslər ona 700 manat pul verməli imişlər. Beləliklə, o, 22 iyun 2024-cü il tarixdə “Davud” və “Yasin” adlı şəxslərin verdikləri istiqamət əsasında Maştağa qəsəbəsinə gedərək həmin 02 ədəd bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı və 12 ədəd bükümdə olan psixotrop maddə metamfetamini əvvəlcədən qoyulmuş yerdən götürüb yaşadığı evə aparmışdır. Bundan sonra o, həmin 12 ədəd bükümdə olan psixotrop maddə metamfetamindən 01 ədəd bükümü götürüb əynindəki şalvarın sağ yan cibinə qoyaraq üzərində saxlamış, qalan 11 ədəd bükümdə olan psixotrop maddə metamfetamini və 02 ədəd bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı yaşadığı evin eyvanına qoyub saxlamışdır. O, 23 iyun 2024-cü il tarixdə saat 22:30 dəqiqədə Bakı şəhəri Nəsimi rayonu Cavadxan küçəsi ev 7 ünvanının yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmişlər və xidməti vəsiqələrini göstərib barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət etmişlər. O da etiraz etmədən polis əməkdaşları ilə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına getmişdir. Həmin vaxt 01 ədəd bükümdə olan psixotrop maddə metamfetamin onun əynindəki şalvarın sağ yan cibində olmuşdur. Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında o, dəvət olunmuş müdafiəçinin iştirakı ilə təhqiqatçı Yelmar Vahabov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah olunmuş, həmçinin buna dair bildiriş ona təqdim edilmişdir. Bundan sonra iştirakçıların iştirakları ilə onun üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən ona üzərində qanunla qadağan olunmuş əşya varsa təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra o, əynində olan qara rəngli şalvarın sağ yan cibində saxladığı 01 ədəd bükümdəki psixotrop maddə metamfetamini çıxarıb masanın üzərinə qoymaqla polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra onun üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı həmin şalvarının sol yan cibindən üzərində ***-***-**-** GSM nömrəsi olan 01 ədəd “Poco” markalı mobil telefon, 01 ədəd açar və 01 ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı onun üzərindən qanunla qadağan olunmuş əlavə hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra onun təqdim etdiyi 01 ədəd bükümdəki psixotrop maddə metamfetamin elektron tərəzi vasitəsi ilə ölçülmüş və təxmini çəkisi 13 (on üç) qram təşkil etmişdir. Sonra onun təqdim etdiyi 01 ədəd bükümdəki psixotrop maddə metamfetamin içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, zərf DİN-nin 7 saylı möhürü ilə möhürlənmiş və zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Onun üzərindən aşkar edilmiş 01 ədəd “Poco” markalı mobil telefon və 01 ədəd şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Onun üzərindən aşkar edilmiş 01 ədəd açar isə iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün özünə geri qaytarılmışdır. Şəxsi axtarış və götürmə zamanı təhqiqatçı tərəfindən ona suallar verildikdə, o, üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni İran İslam Respublikası vətəndaşları olan “Davud” və “Yasin” adlı şəxslərin vasitəsi ilə 01 gün əvvəl, yəni 22 iyun 2024-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində əvvəlcədən təyin edilmiş yerdən götürüb sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymasına görə “Davud” və “Yasin” adlı şəxslərin ona 700 (yeddi yüz) manat pul verəcəklərini, həmin şəxsləri təxminən 03 aydır tanıdığını, əvvəllər də həmin şəxslərdən narkotik vasitə götürdüyünü, həmçinin Bakı şəhəri Nəsimi rayonu ərazisində yaşadığı mənzildə narkotik vasitə saxladığını, yaşadığı mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Sonda təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra təbdir iştirakçıları ilə birlikdə onun yaşadığı mənzilə getmişlər, orada ona mənzildə saxladığı narkotik vasitələri təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra o, mənzilin eyvanında saxladığı 02 ədəd bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı, 11 ədəd bükümlərdə olan psixotrop maddə metamfetamini və 02 ədəd elektron tərəzini təqdim etmişdir. Bundan sonra həmin kütlələr elektron tərəzi vasitəsi ilə ölçülmüş, 02 ədəd bükümlərdəki narkotik vasitə qurudulmuş marixuananın ümumi çəkisi təxminən 815 qram, 11 ədəd bükümlərdə olan psixotrop maddə metamfetaminin ümumi çəkisi təxminən 431 qram təşkil etmişdir. Daha sonra həmin kütlələr qablaşdırılmış, üzəri DİN-nin 7 saylı möhürü ilə möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Sonra onun yaşadığı mənzilin digər hissələrinə baxış keçirilmiş, lakin əlavə narkotik vasitə və ya psixotrop maddə, eləcə də dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Baxış və götürmə zamanı təhqiqatçı tərəfindən ona suallar verildikdə, o, aşkar olunmuş kütlələrin və elektron tərəzilərin özünə məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikası vətəndaşları olan “Davud” və “Yasin” adlı şəxslərin vasitəsi ilə 01 gün əvvəl Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində əvvəlcədən təyin edilmiş yerdən götürüb sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymasına görə “Davud” və “Yasin” adlı şəxslərin ona 700 manat pul verəcəklərini, “Davud” və “Yasin” adlı şəxsləri təxminən 03 aydır tanıdığını, əvvəllər də həmin şəxslərdən narkotik vasitə götürdüyünü bildirmişdir. Kompleks məhkəmə- kimyəvi və məhkəmə-bioloji ekspertizasının 24 iyun 2024-cü il tarixli 3-16-16/2-6/3353 nömrəli və 24 iyun 2024-cü il tarixli 3-16-16/2-7/1036 nömrəli rəyləri ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, şəxsi axtarış və götürmə aparılan zaman onun üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdəki kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin təmiz çəkisi 11,329 qram, yaşadığı evə baxış və götürmə aparılan zaman aşkar edilərək götürülmüş 11 ədəd bükümdəki kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin ayrı-ayrılıqda təmiz çəkiləri 0,675 qr., 0,680 qr., 0,368 qr., 0,389 qr., 0,793 qr., 4,386 qr., 2,008 qr., 3,532 qr., 0,024 qr., 252,324 qr., 149,230 qr. olmaqla ümumi təmiz çəkisi 414,409 qram, həmçinin yaşadığı evdən aşkar edilərək götürülmüş 02 ədəd bağlamalardakı kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ayrı- ayrılıqda təmiz çəkisi 720,0 qram və 47,23 qram olmaqla ümumi çəkisi 767,23 qramdır. Həmçinin, yaşadığı evdən aşkar edilərək götürülmüş 02 ədəd elektron tərəzilərin üzərində psixotrop maddə metamfetaminə məxsus izlər vardır. Əlavə olaraq bildirmişdir ki, o, yaşadığı mənzildən aşkar edilərək götürülmüş 02 ədəd elektron tərəziləri narkotik vasitələri və psixotrop maddələri ölçmək məqsədilə saxlamışdır. İran İslam Respublikası vətəndaşları olan “Davud” və “Yasin” adlı şəxslərin həmin narkotik vasitə qurudulmuş marixuananı və psixotrop maddə metamfetamini Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisinə hansı şəraitdə, kimin vasitəsi ilə, hansı yolla qoyması barədə onun heç bir məlumatı olmamışdır. İran İslam Respublikası vətəndaşları olan “Davud” və “Yasin” adlı şəxslərin narkotik vasitə və psixotrop maddələri Azərbaycan Respublikası hüdudları daxilinə hansı yolla keçirmələri barədə onun heç bir məlumatı olmamışdır. O, hazırda yaşadığı evdə və ya başqa bir yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamır. Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılan zaman, eləcə də Baş Narkotiklərlə Mübarizə İdarəsində olan zaman ona qarşı heç bir psixi və fiziki zor tətbiq edilməmişdir. O, törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etmişdir. (cild 1, iş vərəqə 165-169) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş BNMİ QBRŞ-nin əməliyyat müvəkkili Şahid2 göstərmişdir ki, əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri əsasında Təqsirləndirilən şəxs Bakı şəhəri ərazisində saxlanılaraq BNMİ-nə aparılmışdır. Şəxsin üzərinə keçirilmiş şəxsi axtarış zamanı narkotik vasitələr aşkar edilmişdir. Daha sonra şəsin yaşadığı mənzilə baxış keçirilmiş və oradan da narkotik vasitələr aşkar edilərək götürülmüşdür. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 bildirdi ki, əməliyyat qrupunda 2 nəfərdən - Ondan və Şahid1 ibarət olmuşdur. Əməliyyat məlumatı Şahid1 daxil olmuşdur. Təqsirləndirilən şəxs axşam radələrində saxlamışlar. Daha sonra BNMİ-də təhqiqatçı, müdafiəçi və digər bir xanımın iştirakı ilə üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən metamfetamin aşkar edilmişdir. Təqsirləndirilən şəxs mənzilindən 300-400 qramdan artıq metamfetamin, 700 qramdan artıq marixuana və tərəzi aşkar edilmişdir. Tərəflərindən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixi təsir və təzyiq olmamışdır. Təqsirləndirilən şəxs onlara qarşı heç bir müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs saxlanmazdan əvvəl tanımamışdır. Təqsirləndirilən şəxs sosial şəbəkədən tanış olduğu İran vətəndaşından narkotik vasitəni aldığını və İranlının dediyi yerlərə qoyduğunu bildirmişdir. Təqsirləndirilən şəxs özünün deməsinə görə üzərində metamfetamin olmuş, bundan əlavə üzərində telefon da olmuşdur. Təqsirləndirilən şəxs özü evində narkotik vasitə olduğunu bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Hadisənin üstündən çox vaxt keçdiyinə görə istintaq zamanı tərəzinin sayını iki ədəd olduğunu desə də, indi bir ədəd olduğunu demişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, hazırda DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin əməliyyat müvəkkili vəzifəsində çalışır və polis baş leytenantı rütbəsini daşıyır. 23 iyun 2024-cü il tarixdə ünvan 6 ünvanında yaşayan xx xxxx 1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək Nəsimi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə BNMİ-nə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat BNMİ-nin baş əməliyyat müvəkkili polis kapitanı Şahid1 tərəfindən raportla İdarənin rəhbərliyinə məruzə olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması məqsədi ilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün Şahid1 tərəfindən müvafiq qərar qəbul olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün üzvü o, rəhbəri Şahid1 olmaqla əməliyyat qrupu yaradılmışdır. Beləliklə, həmin tarixdə saat 22:30 dəqiqədə BNMİ-nin baş əməliyyat müvəkkili Şahid1la birlikdə tərəfimizdən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Nəsimi rayonu Cavadxan küçəsi ev 7 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyərək Təqsirləndirilən şəxs əməliyyat–axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu BNMİ-nin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs da etiraz etmədən onlarla birlikdə BNMİ-nin inzibati binasına getmişdir. Bundan sonra xidməti otaqların birində BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı polis mayoru Yelmar Vahabov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək vəkillər siyahısı təqdim olunmuş və hüquqlarının müdafiə edilməsi üçün siyahıda adı qeyd olunan istədiyi vəkili seçməsi bildirilmişdir. Təqsirləndirilən şəxs isə maddi imkanı olmadığını bildirmiş və istənilən bir vəkilin dövlət hesabına onun müdafiəçisi qismində dəvət edilməsini xahiş etmişdir. Bundan sonra müdafiəçi Ramiz Mirzəyev təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün İdarəyə dəvət olunmuş və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman iştirak etməsi üçün Əbilova X4 dəvət olunmuşdur. Beləliklə müdafiəçinin, Şahid3 və polis əməkdaşlarının iştirakları ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmamışdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmet varsa təqdim edilməsi təklif olunmuş, həmin vaxt Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə olan 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, həmin vaxt onun əynindəki şalvarın sol yan cibindən 01 ədəd “Poco” markalı mobil telefon, 01 ədəd açar və 01 ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi aşkar edilmişdir. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd büküm təhqiqatçı tərəfindən elektron tərəzidə çəkildi, həmin büküm ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, zərf DİN-nin 7 saylı möhürü ilə möhürlənmiş və zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq ekspertiza tədqiqatına təqdim olunması üçün götürülmüşdür. Həmçinin, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Poco” markalı mobil telefon və 01 ədəd şəxsiyyət vəsiqəsi iş üçün əhəmiyyət kəsb etdiyinə görə təhqiqatçı tərəfindən götürülmüşdür. Aşkar olunmuş 01 ədəd açar isə Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Şəxsi axtarış və götürmə zamanı verilən suallara cavab olaraq, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdə psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni polis əməkdaşları tərəfindən saxlanılmamışdan 01 gün əvvəl İran İslam Respublikası vətəndaşları olan “Davud” və “Yasin” adlı şəxslərdən əldə etdiyini, həmin maddəni sonuncuların göstərişi Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisindən götürdüyünü, aralarında olan razılığa əsasən həmin maddəni “Davud” və “Yasin” adlı şəxslərin göstərişi ilə deyilən ünvanlara qoymalı olduğunu və bunun müqabilində həmin şəxslərin ona 700 manat pul verəcəklərini vəd etdiklərini bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs yaşadığı Nəsimi rayonu Cavadxan küçəsi ev 7 mənzil 39 ünvanında narkotik vasitə və psixotrop maddə saxladığını, yaşadığı mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Sonda təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş və protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. (cild 1, iş vərəqə 122-125) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş BNMİ QBRŞ-nin əməliyyat müvəkkili Şahid1 göstərmişdir ki, 2024-cü ilin iyun ayında, Nəsimi rayonu, Cavdaxan küçəsi ərazisində Təqsirləndirilən şəxs piyada hərəkət edən zaman tərəflərindən saxlanılmış və idarəyə dəvət edilmişdir. Təhqiqat çəkilişi zamanı Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitə olan metamfetamini könüllü şəkildə təqdim etmiş, həmçinin yaşadığı mənzildə də narkotik vasitə olduğunu demişdir. Bundan sonra yaşadığı mənzilə baxış keçirilmiş və oradan da metamfetamin və marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, əməliyyat qrupu 2 nəfərdən - o və Şahid2 ibarət olmuşdur. Əməliyyat məlumatı ona daxil olmuş və o qrup rəhbəri olmuşdur. Təqsirləndirilən şəxs təxminən saat 22-23 radələrində saxlamışlar. Təqsirləndirilən şəxs üzərindən metamfetamin aşkar edilmiş, lakin neçə büküm olduğunu xatırlamır. Təqsirləndirilən şəxs mənzilindən metamfetamin və marixuana, eyni zamanda tərəzi də aşkar edilmişdir. Tərəflərindən Təqsirləndirilən şəxs qarşı fiziki və psixi təsir və təzyiq olmamışdır. Ola bilsin ki, Təqsirləndirilən şəxs narkotik vasitənin təsiri altında olduğu üçün baş verənləri xatırlamır. Şahid1 ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, 23 iyun 2024-cü il tarixdə xx xxxx 1995-ci il təvəllüdlü, ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Nəsimi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə BNMİ-nə əməliyyat məlumatı daxil olmuş, daha sonra həmin məlumat onun tərəfindən raportla İdarənin rəhbərliyinə məruzə olunmuş və Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması məqsədi ilə sonuncunun ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün onun tərəfindən qərar qəbul olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün rəhbəri o, üzvü BNMİ-nin QBRŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 Teyuub oğlu olmaqla əməliyyat qrupu yaradılmışdır. Beləliklə, həmin tarixdə saat 22:30 dəqiqədə BNMİ-nin QBRŞ-nin əməliyyat müvəkkili Şahid2lə birlikdə tərəflərindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Nəsimi rayonu Cavadxan küçəsi ev 7 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyərək Təqsirləndirilən şəxsm əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib sonuncunu BNMİ-nin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs da etiraz etmədən polis əməkdaşları ilə birlikdə BNMİ-nin inzibati binasına getmişdir. Bundan sonra xidməti otaqların birində BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı polis mayoru Yelmar Vahabov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək vəkillər siyahısı təqdim olunmuş və hüquqlarının müdafiə edilməsi üçün siyahıda adı qeyd olunan istədiyi vəkili seçməsi bildirilmişdir. Təqsirləndirilən şəxs isə maddi imkanı olmadığını bildirmiş və istənilən bir vəkilin dövlət hesabına müdafiəçi qismində dəvət edilməsini xahiş etmişdir. Bundan sonra müdafiəçi Ramiz Mirzəyev təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün idarəyə dəvət olunmuş və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman iştirak etməsi üçün Əbilova X4 dəvət olunmuşdur. Beləliklə müdafiəçinin, Şahid3 və polis əməkdaşlarının iştirakları ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmamışdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmet varsa təqdim edilməsi təklif olunmuş, həmin vaxt Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə olan 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, həmin vaxt sonuncunun əynindəki şalvarın sol yan cibindən 01 ədəd “Poco” markalı mobil telefon, 01 ədəd açar və 01 ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi aşkar edilmişdir. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd büküm təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş, həmin büküm ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, zərf DİN-nin 7 saylı möhürü ilə möhürlənmiş və zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq ekspertiza tədqiqatına təqdim olunması üçün götürülmüşdür. Həmçinin, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Poco” markalı mobil telefon və 01 ədəd şəxsiyyət vəsiqəsi iş üçün əhəmiyyət kəsb etdiyinə görə təhqiqatçı tərəfindən götürülmüşdür. Aşkar olunmuş 01 ədəd açar isə Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Şəxsi axtarış və götürmə zamanı verilən suallara cavab olaraq, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdə psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni polis əməkdaşları tərəfindən saxlanılmamışdan 01 gün əvvəl İran İslam Respublikası vətəndaşları olan “Davud” və “Yasin” adlı şəxslərdən əldə etdiyini, həmin maddəni sonuncuların göstərişi Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisindən götürdüyünü, aralarında olan razılığa əsasən həmin maddəni “Davud” və “Yasin” adlı şəxslərin göstərişi ilə deyilən ünvanlara qoymalı olduğunu və bunun müqabilində həmin şəxslərin ona 700 manat pul verəcəklərini vəd etdiklərini bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs yaşadığı Nəsimi rayonu Cavadxan küçəsi ev 7 mənzil 39 ünvanında narkotik vasitə və psixotrop maddə saxladığını, yaşadığı mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Sonda təhqiqatçı Yelmar Vahabov tərəfindən şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş və protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış və götürmə aparılması üçün Nəsimi rayonu Cavadxan küçəsi ev 7 mənzil 39 ünvanına yollanmışlar. Baxış və götürmə aparılmamışdan əvvəl təhqiqatçı Yelmar Vahabov tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı mənzildə saxladığı, dövriyyəsi qanunla qadağan edilmiş narkotik vasitələri və psixotrop maddələri təqdim etməsi təklif olunmuş. Həmin təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilin eyvan hissəsindən içərisində açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olan 02 ədəd bükümləri, həmçinin içərisində ağ rəngli, kristall şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlələr olan 11 ədəd bükümləri və 02 ədəd elektron tərəziləri təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi həmin kütlələr təhqiqatçı tərəfindən ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş, daha sonra həmin kütlələr qablaşdırılmış, qablaşdırmanın üzəri DİN-nin 7 saylı möhürü ilə möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzilidən digər hər hansı dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar olunmuş psixotrop maddə metamfetaminə və narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələri, eləcə də 02 ədəd elektron tərəziləri şəxsi axtarış zamanı qeyd etdiyi kimi, İran İslam Respublikası vətəndaşları olan “Davud” və “Yasin” adlı şəxslərdən əldə etdiyini bildirmişdir. Sonda təhqiqatçı Yelmar Vahabov tərəfindən baxış və götürmə aparılması barədə protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş və protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. (cild 1, iş vərəqə 118-121) Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edildikdən sonra verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, o ifadəsini qısa şəkildə vermiş, ona əlavə suallar verilən zaman Təqsirləndirilən şəxs mənzilindən tərəzi də aşkar edildiyini deyəcəkmiş. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Qrup rəhbəri o özü olmuş, əməliyyat tədbirində iştirak etməməyi mümkün deyil. Təqsirləndirilən şəxs evindən metamfetamin, marixuana və tərəzi aşkar edilmişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 teleqramla məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə bağlı istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Qanunla müəyyən olunan qaydada məhkəmənin vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, o, 23 iyun 2024-cü il tarixdə təxminən saat 23:50 dəqiqədə Bakı şəhəri Səbail rayonu A.Abbaszadə küçəsində yerləşən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin qarşısından keçən zaman bir polis əməkdaşı ona yaxınlaşaraq İdarədə şübhəli şəxs qismində tutulmuş bir qadının üzərində şəxsi axtarış aparılacağını bildirmiş və şəxsi axtarışda iştirak etməsi üçün onu BNMİ-nin inzibati binasına dəvət etmişdir. O da etiraz etmədən həmin polis əməkdaşı ilə birlikdə BNMİ-nin inzibati binasına getmişdir. Orada xidməti otaqların birində təhqiqatçı Yelmar Vahabov tərəfindən ona şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs, sonuncunun müdafiəçisi və digər polis əməkdaşları təqdim olunmuş, bundan sonra müdafiəçinin, onun və polis əməkdaşlarının iştirakları ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmamışdan əvvəl şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmet varsa təqdim edilməsi təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra o, təhqiqatçı Yelmar Vahabovun göstərişi ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmış, həmin vaxt Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən 01 ədəd “Poco" markalı mobil telefon, 01 ədəd açar və 01 ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi aşkar edilmişdir. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd büküm təhqiqatçı tərəfindən açıldıqda içərisində ağ rəngli, kristal şəkilli maddə olması müəyyən edilmiş, həmin büküm elektron tərəzidə çəkilərək ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Həmçinin, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Poco” markalı mobil telefon və 01 ədəd şəxsiyyət vəsiqəsi təhqiqatçı tərəfindən götürülmüş, aşkar olunmuş 01 ədəd açar isə Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdə psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni polis əməkdaşları tərəfindən saxlanılmamışdan 01 gün əvvəl İran İslam Respublikası vətəndaşları olan “Davud” və “Yasin” adlı şəxslərdən əldə etdiyini, həmin maddəni Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisindən götürdüyünü, həmin maddəni “Davud” və “Yasin” adlı şəxslərin göstərişi başqa ünvana qoymalı olduğunu və bunun müqabilində həmin şəxslərin ona 700 manat pul verməli olduqlarını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitə və psixotrop maddə saxladığını, yaşadığı mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Sonda təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş və protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan sonra polis əməkdaşları ona gedə biləcəyini demişlər və o, oradan çıxıb yaşadığı evə getmişdir. Əlavə olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, əvvəllər onların aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. (cild 1, iş vərəqə 127- 129) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, faktla bağlı toplanmış HK-1/171 saylı materialda Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin tərkib əlamətləri olduğundan, material üzrə fakta görə həmin maddə ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (Cild 1, iş vərəqə 1) xx.xx.2024-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Nəsimi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. (cild 1, iş vərəqə 5) xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs 23 iyun 2024-cü il tarixdə, saat 22:30-da Bakı şəhəri, Nəsimi rayonu, Cavad Xan küçəsi ev 7 ünvanının yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq BNMİ-nin inzibati binasına gətirilmişdir. (cild 1, iş vərəqə 4) xx.xx.2024-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan və xx.xx.2024-cü il tarixli 3-13-7/Ə185/2024 saylı əməliyyat qrupunun yaradılması haqqında əmrdən görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü BNMİ-də əməliyyat qrupu yaradılmışdır. (cild 1, iş vərəqə 6-7, 10) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından həmin tarixdə, saat 23:35-da şübhəli şəxs qismində tutulmuş, o, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 23 iyun 2024-cü il tarixdən, saat 22:30-dan tutulmuş hesab edilmişdir. (cild 1, iş vərəqə 21-22) “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli qərar və protokoldan görünür ki, həmin tarixdə saat 00:10 dəqiqədən saat 00:19 dəqiqəyədək olan müddət ərzində müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, həmin təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükümdə ağ rəngli, kristall şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və həmin şalvarın sol yan cibindən 1 (bir) ədəd içərisində 050 ***-**-** simkart nömrəsi olan “Poco” markalı mobil telefon, 1 (bir) ədəd açar və 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 13 (on üç) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-nin 7 saylı möhürü ilə möhürlənmiş, üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Poco” markalı mobil telefon və 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi Təqsirləndirilən şəxs bu barədə izah verildikdən sonra götürülmüşdür. 1 (bir) ədəd açar Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni İran İslam Respublikası vətəndaşları olan “Davud” və “Yasin” adlı şəxslərin vasitəsi ilə 1 (bir) gün əvvəl Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymasına görə “Davud” və "Yasin” adlı şəxslərin ona 700 (yeddi yüz) manat pul verəcəklərini, “Davud” və “Yasin” adlı şəxsləri təxminən 3 (üç) ay olar tanıdığını, əvvəllər də həmin şəxslərdən narkotik vasitə götürdüyünü, həmçinin Bakı şəhəri Nəsimi rayonunda yaşadığı mənzildə narkotik maddə olduğunu, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Sonda tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. (cild 1, iş vərəqə 30,32-34) xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ərizə ilə BNMİ-nə müraciət edərək yaşadığı ünvan 7 ünvanına polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirmişdir. (cild 1, iş vərəqə 35) xx.xx.2024-cü il tarixli mənzilə baxış və götürmə aparılması haqqında qərar və protokoldan görünür ki, həmin tarixdə saat 01:45 dəqiqədən saat 01:59 dəqiqəyədək olan müddət ərzində müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs yaşadığı mənzildə baxış və götürmə aparılmışdır. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs sözü gedən mənzildə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Həmin təklifdən sonra Təqsirləndirilən şəxs mənzildə eyvandan 2 (iki) ədəd bükümdə açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni, 11 (on bir) ədəd bükümdə ağ rəngli, kristall şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni və 2 (iki) ədəd elektron tərəzini təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuanaya bənzər kütlələrin ümumilikdə çəkisi 815 (səkkiz yüz on beş) qram, metamfetaminə bənzər kütlələrin ümumilikdə çəkisi 431 (dörd yüz otuz bir) qram olmuşdur. Daha sonra həmin kütlələr qablaşdırılmış, DİN-nin 7 saylı möhürü ilə möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq, aşkar olunmuş kütlələrin və elektron tərəzilərin özünə məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikası vətəndaşları olan “Davud” və “Yasin” adlı şəxslərin vasitəsi ilə 1 (bir) gün əvvəl Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Davud” və “Yasin” adlı şəxslərin ona 700 (yeddi yüz) manat pul verəcəklərini, “Davud" və “Yasin” adlı şəxsləri təxminən 3 (üç) ay olar tanıdığını, əvvəllər də həmin şəxslərdən narkotik vasitə götürdüyünü bildirmişdir. Sonda tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. (cild 1, iş vərəqə 36-39) Kompleks məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizasının 24 iyun 2024-cü tarixli 3-16-16/2-6/3353 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş: üzərində “...Təqsirləndirilən şəxs təqdim etdiyi...” sözləri yazılmış kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi 11,329 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə; üzərində “...Təqsirləndirilən şəxs yaşadığı ünvanda...” sözləri yazılmış kağız yapışdırılmış bağlamada bir ədəd üzəri yapışqan lentlə dolanmış şəffaf sellofan bağlamanı açdıqda içərisində 11 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,675 qr., 0,680 qr., 0,368 qr., 0,389 qr., 0,793 qr., 4,386 qr., 2,008 qr., 3,532 qr., 0,024 qr., 252,324 qr., 149,230 qr. ümumi təmiz çəkisi 414,409 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir, iki ədəd elektron tərəzinin səthində psixotrop maddə metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. Kağız paketdəki və bağlamadakı psixotrop maddə metamfetaminlər kimyəvi komponent tərkiblərinə görə eynidirlər, ümumi təmiz çəkisi 425,738 qramdır. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. QEYD: kağız paketdə təmiz çəkisi 11,329 qram olan metamfetaminin 0,100 qram miqdarı sərf edilmiş, 11,229 qram qalıq qalmışdır. Tədqiqata təqdim edilmiş bağlamada ümumi təmiz çəkisi 414,409 qram olan metamfetaminin 0,100 qram miqdarı sərf edilmiş, 414,309 qram qalıq qalmışdır. (cild 1, iş vərəqə 45-50) Məhkəmə-bioloji ekspertizasının 24 iyun 2024-cü tarixli 3-16-16/2-7/1036 nömrəli rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs yaşadığı..” sözləri yazılmış bağlamada iki ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkisi 720,0 qram və 47,23 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın ümumi çəkisi 767,23 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Təqdim edilmiş iki ədəd elektron tərəzilərin üzərində bitki mənşəli narkotik vasitələrin qalıqları (izləri) yoxdur və ona görə müqayisəli tədqiqat aparılmadı. Tədqiqata təqdim edilmiş ümumi çəkisi 767,23 qram olan marixuananın 0,1 qram miqdarı sərf edilmiş, 767,13 qram qalıq qalmışdır. (cild 1, iş vərəqə 52-56) Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 64-65) xx.xx.2024-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd arxa korpusu qızılı rəngli olan “Poco” markalı mobil telefona baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Poco” markalı mobil telefonun bütün qovluqları incələnmişdir. Baxış zamanı həmin mobil telefonun “votsap” tətbiqində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrə ilə telefonun yaddaşına “Davud" adı ilə qeyd olunmuş +98 914 *** **** nömrə arasında, həmçinin telefonun yaddaşına “Yasin” adı ilə qeyd olunmuş +98 939 *** **** nömrə arasında 23 iyun 2024-cü il tarixdə narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısına dair zənglər, danışıqlar, səs mesajları, fotoşəkillər və mesaj mətnləri aşkar edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs, +98 939 *** **** nömrəni istifadə edən şəxsin ona narkotik vasitə və psixotrop maddə göndərən “Yasin" adlı İran İslam Respublikasının vətəndaşı, +98 914 *** **** nömrəni istifadə edən şəxsin ona narkotik vasitə və psixotrop maddə göndərən “Davud” adlı İran İslam Respublikasının vətəndaşı olduğunu bildirmişdir. Baxış zamanı mobil telefonun yaddaşında “Davud" adı ilə qeyd olunmuş +98 914 *** **** nömrəni istifadə edən şəxslə və telefonun yaddaşına “Yasin” adı ilə qeyd olunmuş +98 939 *** **** nömrəni istifadə edən şəxslə Təqsirləndirilən şəxs arasında olan danışıqlardan, səs mesajlarından, fotoşəkillərdən və mesaj mətnlərindən görünür ki, həmin şəxslər 23 iyun 2024-cü il tarixdə müxtəlif ünvanlara qoyduqları narkotik vasitə və psixotrop maddələrin yerlərini “votsap” tətbiqinə göndərdikləri fotoşəkillər vasitəsi ilə Təqsirləndirilən şəxs kordinatlar verərək bildirmişlər və Təqsirləndirilən şəxs da həmin narkotik vasitə və psixotrop maddələri Bakı şəhəri ərazisində realizə etmək məqsədi ilə ona verilmiş kordinatlar əsasında gedib götürmüşdür. Həmçinin, Təqsirləndirilən şəxs ilə “Davud" adlı şəxsin arasında olan “votsap” yazışmalarından görünür ki, Təqsirləndirilən şəxs Davud adlı danışdığı şəxsə göndərdiyi 5239-1517-7753-7989 nömrəli bank kartının hesabına “Davud” adlı şəxs tərəfindən 400 manat pul köçürülərək qəbzin surəti Təqsirləndirilən şəxs göndərilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, “Yasin” və “Davud” adlı şəxslər narkotik vasitə və psixotrop maddəni Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində müxtəlif ünvanlara qoymuşlar, o da həmin şəxslərin göstərişi ilə gedib qeyd edilən narkotik vasitə və psixotrop maddələri müxtəlif ünvanlardan götürmüş və həmin şəxslərin növbəti göstərişi əsasında həmin narkotik vasitə və psixotrop maddələri digər şəxslərə satmaq məqsədi ilə aparıb yaşadığı ünvanda və üzərində saxlamışdır. Həmçinin, baxış zamanı Təqsirləndirilən şəxs bildirdi ki, “Yasin” və “Davud” adlı şəxlər həmin narkotik vasitə və psixotrop maddəni Bakı şəhəri ərazisində realizə etdikdən sonra bunun qarşılığında ona 700 manat pul verəcəklərini vəd etmişlər. (cild 1, iş vərəqə 78) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)-319/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. (cild 1, iş vərəqə 93-97) xx.xx.2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin tarixdə saat 10:36 dəqiqədən saat 11:07 dəqiqəyədək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində 24 iyun 2024-cü il tarixdə DİN-nin BNMİ-nin inzibati binasında şəxsi axtarış və götürmə aparılan zaman qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD diskinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, 01 ədəd DVD diskində 01 ədəd videofayl vardır. DVD diskinə köçürülmüş həmin 01 ədəd **********4603 adlanan videogörüntü 08 dəqiqə 45 saniyədən ibarətdir. Videogörüntüyə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, 24 iyun 2024-cü il tarixdə saat 00:10 dəqiqədən saat 00:19 dəqiqəyədək olan müddət ərzində DİN-nin BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı polis mayoru Yelmar Vahabov tərəfindən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən əvvəlcə şübhəli şəxs Günay Məmmədova üzərində qanunla qadağan edilmiş kütlə, maddə varsa təqdim etməsi təklif olunmuş, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim edərək həmin bükümün içərisində “patı” kimi adlandırdığı psixotrop maddə metamfetamin olduğunu bildimiş, daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynindəki şalvarın sağ yan cibindən əlavə 01 ədəd “Poco” markalı mobil telefon, 01 ədəd Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi və 01 ədəd açar aşkar edilmiş, həmin 01 ədəd mobil telefon və 01 ədəd şəxsiyyət vəsiqəsi iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş, 01 ədəd açar isə Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd büküm açılarkən içərisində ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilmiş, həmin büküm elektron tərəzidə çəkilmiş və çəkisi 13 qram olmuşdur. Daha sonra həmin 01 ədəd büküm 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş, üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən verilən suallara cavab olaraq, üzərindən aşkar edilmiş kütləni dünən Maştağa qəsəbəsindən götürdüyünü, həmin kütləni “Davud” və “Yasin” adlı İran İslam Respublikası vətəndaşlarından əldə etdiyini, həmin şəxslərlə sosial şəbəkə vasitəsi ilə tanış olduğunu, həmin kütləni həmin şəxslərin göstərişi ilə paylamalı olduğunu, bunun qarşılığında həmin şəxslərin ona 700 manat pul verməli olduqlarını, həmin şəxsləri 03 aydır tanıdığını, həmin şəxslərdən 03 gün öncə də narkotik vasitə götürüb payladığını, hazırda yaşadığı evdə də saxladığını və yaşadığı evə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. (cild 1, iş vərəqə 106) xx.xx.2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin tarixdə saat 11:15 dəqiqədən saat 12:00 dəqiqəyədək olan müddət ərzində Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Nəsimi rayonu Cavadxan küçəsi ev 7 mənzil 39 ünvanında yerləşən mənzilə 24 iyun 2024-cü il tarixdə baxış keçirilən və götürmə aparılan zaman qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD diskinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, 01 ədəd DVD diskində 01 ədəd videofayl vardır. DVD diskinə köçürülmüş həmin 01 ədəd **********4559 adlanan videogörüntü 13 dəqiqə 59 saniyədən ibarətdir. Videogörüntüyə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, 24 iyun 2024-cü il tarixdə saat 01:45 dəqiqədən saat 01:59 dəqiqəyədək olan müddət ərzində DİN- nin BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı polis mayoru Yelmar Vahabov tərəfindən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Nəsimi rayonu Cavadxan küçəsi ev 7 mənzil 39 ünvanına baxış və götürmə aparılmışdır. Baxış və götürmə aparılmamışdan əvvəl təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı mənzildə saxladığı qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitələri və psixotrop maddələri təqdim etməsi təklif olunmuş, həmin təklifdən sonra Təqsirləndirilən şəxs mənzilin eyvanında saxladığı, içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan 02 ədəd bükümləri, içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan 11 ədəd bükümləri və 02 ədəd elektron tərəziləri təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan 11 ədəd bükümlər və içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan 02 ədəd bükümlər elektron tərəzidə çəkilmiş, psixotrop maddə metamfetaminə bənzər kütlələrin ümumi çəkisi 431,0 qram, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələrin ümumi çəkisi isə 815,0 qram olmuşdur. Daha sonra aşkar olunmuş həmin kütlələr və elektron tərəzilər qara rəngli sellofan torbaya qoyulub qablaşdırılmış, qablaşdırmanın üzəri möhürlənmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Baxış və götürmə zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən verilən suallara cavab olaraq, aşkar edilmiş kütlələri və elektron tərəziləri dünən Maştağa qəsəbəsindən götürdüyünü, həmin kütləni “Davud" və “Yasin” adlı İran İslam Respublikası vətəndaşlarından əldə etdiyini, həmin şəxslərlə sosial şəbəkə vasitəsi ilə tanış olduğunu, həmin şəxsləri 03 aydır tanıdığını, həmin kütləni həmin şəxslərin göstərişi ilə paylamalı olduğunu, bunun qarşılığında həmin şəxslərin ona 700 manat pul verməli olduqlarını, həmin şəxslərdən əvvəllər də narkotik vasitə götürüb payladığını bildirmişdir. Baxış və götürmə zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzildən başqa hər hansı bir dövriyyəsi qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. (cild 1, iş vərəqə 110) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X1 alınmış 02 iyul 2024- cü il tarixli 1/2566 saylı məktubdan görünür ki, xx xxxx 1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs son 10 ildə Bakı şəhəri 2 nömrəli X2 stasionar müalicə üçün müraciət etməmişdir. (cild 1,iş vərəqə 111) DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 1, iş vərəqə 112) xx.xx.2024-cü il tarixi diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin tarixdə saat 10:50 dəqiqədən saat 11:37 dəqiqəyədək olan müddət ərzində DİN-nin Baş İnformasiya-Kommunikasiya İdarəsindən daxil olmuş, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsinə 01 mart 2024-cü il tarixdən 23 iyun 2024-cü il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglər və digər məlumatları özündə əks etdirən 01 ədəd CD diskinə baxış keçirilmişdir. Diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, DİN-nin Baş İnformasiya-Kommunikasiya İdarəsindən daxil olmuş 01 ədəd CD diskində 03 ədəd fayl vardır. Baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsi ilə İran İslam Respublikasına məxsus müxtəlif GSM nömrələri arasında 01 mart 2024-cü il tarixdən 23 iyun 2024-cü il tarixədək olan müddət ərzində müxtəlif gün və saatlarda danışıqlar olması müəyyən edilmişdir. Baxış zamanı diskdə iş üçün əhəmiyyət kəsb edəcək SMS mətni və ya digər hər hansısa bir məlumat aşkar edilməmişdir. (cild 1, iş vərəqə 115) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsinin 22 iyul 2024-cü il tarixli 4980 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 130-131) Sübutların qiymətləndirilməsi, əmələ hüquqi qiymətin verilməsi və əməlin tövsif edilməsi haqqında 24 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.4-1-ci maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs cinayət işi üzrə Аzərbаycаn Rеspublikаsı CM-nin 234.4-1-ci mаddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan olunmuş, T Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 32.5, 206.2-ci maddələrinin tərkibi olmadığından, onun barəsində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsinin tərkibi olmadığından, onun barəsində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən, eləcə də onun yaşadığı mənzildə baxış və götürmə aparılarkən qeydə alınmış videoçəkilişlərin həkk olunduğu 02 ədəd DVD disklər, həmçinin, DİN-nin BİKİ-dən daxil olmuş 01 ədəd CD disk iş üzrə sübut əhəmiyyəti daşıdığından protokola əlavə kimi qiymətləndirilərək iş materiallarında saxlanılmaları nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən aşkar edilmiş 01 ədəd “Poco” markalı mobil telefon cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyinə görə iş üzrə maddi sübut kimi tanınsın və təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olduqdan sonra həmin 01 ədəd “Poco” markalı mobil telefon saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs yaşadığı mənzildə baxış və götürmə aparılarkən aşkar edilərək götürülmüş 02 ədəd elektron tərəzilər cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyinə görə iş üzrə maddi sübut kimi tanınmış və həmin 02 ədəd elektron tərəzilər saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, 01 ədəd bükümdə qalıq təmiz çəkisi 11,229 qram olan psixotrop maddə metamfetamin, 11 ədəd bükümdə ümumi qalıq təmiz çəkisi 414,309 qram olan psixotrop maddə metamfetamin və 02 ədəd bağlamalarda ümumi qalıq təmiz çəkisi 767,13 qram olan narkotik vasitə qurudulmuş marixuana saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, İran İslam Respublikasının vətəndaşları olan “Davud” və “Yasin” adlı şəxslərin barəsində ********* nömrəli cinayət işindən Аzərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmış, ********* nömrəli cinayət işində olan müvafiq sənədlərin surəti çıxarılaraq ********* nömrəli cinayət işinə əlavə edilmişdir. (cild 1, iş vərəqə 132-148) Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında 28 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə Azərbaycan Respublikası CMnin 234.4-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan olunmuşdur. (cild 1, iş vərəqə 156-157) Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, xx.xx.2019-cu il təvəllüdlü Mələk adlı uşağın anası Təqsirləndirilən şəxsdır. Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən bu Məcəllənin 234.1 - 234.4-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə həmin əməl Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə tövsif edilir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının,habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli Qərarında göstərilmişdir ki, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qeyd olunan Qərarda məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Bununla yanaşı, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bundan əlavə, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Yuxarıda sadalananlardan da, göründüyü kimi təqsirləndirilən şəxs irəli sürülən ittiham üzrə özünü tam təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutların məcmusuna əsasən onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Məhkəmədə təqsirləndirilən şəxs məhkəmə iclaslarında dindirilərkən İranlının ondan bir əşyanı götürməsini istədiyini, həmin əşyanı götürməyə gedən zaman polis əməkdaşları tərəfindən saxlanıldığını, onu saxlayan zaman polis əməkdaşlarının ona polislərə işləməsini dediklərini, əgər polislərlə işləməyə razı olsa, onu tutmayacaqlarını bildirdiklərini, o polislərlə işləmək istəmədiyini bildirdiyini, daha sonra polislərin onu evində qızı ilə birlikdə saxlayaraq BNMİ-nə apardıqlarını, polislərin onu tutulmayacağını dediklərini, birinci dəfə iranlının atdığı konuma getdiyini, Samir adlı bir oğlanın onun telefonundan iranlıya yazdığını, Davudun atdığı konuma gedərkən oradan götürəcəyi əşyanın nə olduğunu bilmədiyini, konumda olan əşyanın narkotik vasitə olduğunu bilmədiyini, konuma taksi ilə getdiyini, taksidən düşən zaman polis əməkdaşlarının onu saxladıqlarını, polis əməkdaşları ilə birlikdə bağlamanı götürməyə getdiklərini, açanda narkotik vasitə olduğunu gördüyünü, polislə işlədiyini, iranlı şəxslə yazışmalarını polisə göndərdiyini, daha sonra qorxduğu üçün işləmək istəmədiyini polislərə dediyini, polislərlə bərabər 2 dəfə konuma getdiyini, onu agent kimi qeydiyyata alıb-almadıqlarını bilmədiyini, qızını bağçadan götürüb evə qayıdan zaman bloka girən zaman 7-8 nəfər polis əməkdaşının ona yaxınlaşdığını və ona idarəyə getməli olduqlarını bildirdiklərini, həmin gün onun evində narkotik vasitə olmadığını, bir dəfə konumdan götürdüyü bir kiloqram marixuananı evində saxladığını, videoçəkilişdə deyilənlərin hamısı ilə razılaşdığını, narkotik vasitəni evinə o qoymadığını, birinci dəfə həbs qətimkan tədbiri seçilən zaman məhkəmədə narkotik vasitələrin onun olmadığını demədiyini, müstəntiqin ona kömək edəcəklərini bildirdiyini, polislərin onu qızı ilə qorxutduqlarını, bu səbəbdən o polislərin dediyi ilə razılaşdığını, polis əməkdaşları onu ilk dəfə saxlayan zaman narkotik vasitə bir büküm marixuana olduğunu, evinə gətirdiyi marixuananı konumdan polislə birlikdə götürdüyünü, videoçəkilişdə olan narkotik vasitənin onun olmadığını, polis əməkdaşlarının onu yaşadığı binanın qarşısında saxladıqlarını, ona 7-8 nəfər polis əməkdaşının yaxınlaşdığını, saxlanılan zaman üzərində heç bir narkotik vasitə olmadığını, polis əməkdaşlarının onu tutmayacaqlarını, sadəcə ifadə verməli olduğunu bildirdiklərini, Şahid1 adlı polis əməkdaşını tanımadığını, həmin şəxsin polis idarəsində belə şəxsi axtarış zamanı da orada olmadığını bildirmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi həmin xüsusatlarla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdə olan xx.xx.2024-cü il tarixli raportla müəyyən edilmişdir ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Nəsimi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olmuş, daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılmış və sonuncu 23 iyun 2024cü il tarixdə, saat 22:30-da Bakı şəhəri, Nəsimi rayonu, Cavad Xan küçəsi ev 7 ünvanının yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq BNMİ-nin inzibati binasına gətirilmişdir. Bundan başqa məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərinə xx.xx.2024-cü il tarixdə şəxsi axtarış aparılması görüntüsünə tərəflərin iştirakı ilə məhkəmə iclasında məhkəmə tərəfindən baxış keçirilmiş və baxış zaman müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən əvvəlcə şübhəli şəxs Günay Məmmədova üzərində qanunla qadağan edilmiş kütlə, maddə varsa təqdim etməsi təklif olunmuş, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim edərək həmin bükümün içərisində “patı” kimi adlandırdığı psixotrop maddə metamfetamin olduğunu bildimiş, daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynindəki şalvarın sağ yan cibindən əlavə 01 ədəd “Poco” markalı mobil telefon, 01 ədəd Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi və 01 ədəd açar aşkar edilmiş, həmin 01 ədəd mobil telefon və 01 ədəd şəxsiyyət vəsiqəsi iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş, 01 ədəd açar isə Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd büküm açılarkən içərisində ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilmiş, həmin büküm elektron tərəzidə çəkilmiş və çəkisi 13 qram olmuşdur. Daha sonra həmin 01 ədəd büküm 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş, üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən verilən suallara cavab olaraq, üzərindən aşkar edilmiş kütləni dünən Maştağa qəsəbəsindən götürdüyünü, həmin kütləni “Davud” və “Yasin” adlı İran İslam Respublikası vətəndaşlarından əldə etdiyini, həmin şəxslərlə sosial şəbəkə vasitəsi ilə tanış olduğunu, həmin kütləni həmin şəxslərin göstərişi ilə paylamalı olduğunu, bunun qarşılığında həmin şəxslərin ona 700 manat pul verməli olduqlarını, həmin şəxsləri 03 aydır tanıdığını, həmin şəxslərdən 03 gün öncə də narkotik vasitə götürüb payladığını, hazırda yaşadığı evdə də saxladığını və yaşadığı evə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Həmin şəxsi axtarış və götürmə aparılması istintaq hərəkəti Cinayət-Prossesual Məcəllənin tələblərinə uyğun şəkildə aparılmış, xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması” protokolun məzmununda qeyd edilən hallar burada əyani olaraq öz əksini tapmışdır. Bundan başqa məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs mənzilinə xx.xx.2024-cü il tarixdə baxış keçirilməsi və götürmə aparılması görüntüsünə tərəflərin iştirakı ilə məhkəmə iclasında məhkəmə tərəfindən baxış keçirilmiş və baxış zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Nəsimi rayonu Cavadxan küçəsi ev 7 mənzil 39 ünvanında yerləşən mənzilə 24 iyun 2024-cü il tarixdə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Nəsimi rayonu Cavadxan küçəsi ev 7 mənzil 39 ünvanına baxış və götürmə aparılmışdır. Baxış və götürmə aparılmamışdan əvvəl təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı mənzildə saxladığı qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitələri və psixotrop maddələri təqdim etməsi təklif olunmuş, həmin təklifdən sonra Təqsirləndirilən şəxs mənzilin eyvanında saxladığı, içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan 02 ədəd bükümləri, içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan 11 ədəd bükümləri və 02 ədəd elektron tərəziləri təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan 11 ədəd bükümlər və içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan 02 ədəd bükümlər elektron tərəzidə çəkilmiş, psixotrop maddə metamfetaminə bənzər kütlələrin ümumi çəkisi 431,0 qram, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələrin ümumi çəkisi isə 815,0 qram olmuşdur. Daha sonra aşkar olunmuş həmin kütlələr və elektron tərəzilər qara rəngli sellofan torbaya qoyulub qablaşdırılmış, qablaşdırmanın üzəri möhürlənmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Baxış və götürmə zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən verilən suallara cavab olaraq, aşkar edilmiş kütlələri və elektron tərəziləri dünən Maştağa qəsəbəsindən götürdüyünü, həmin kütləni “Davud" və “Yasin” adlı İran İslam Respublikası vətəndaşlarından əldə etdiyini, həmin şəxslərlə sosial şəbəkə vasitəsi ilə tanış olduğunu, həmin şəxsləri 03 aydır tanıdığını, həmin kütləni həmin şəxslərin göstərişi ilə paylamalı olduğunu, bunun qarşılığında həmin şəxslərin ona 700 manat pul verməli olduqlarını, həmin şəxslərdən əvvəllər də narkotik vasitə götürüb payladığını bildirmişdir. Həmin mənzilə baxış keçirilməsi və götürmə aparılması istintaq hərəkəti Cinayət-Prossesual Məcəllənin tələblərinə uyğun şəkildə aparılmış, xx.xx.2024-cü il tarixli “mənzilə baxış keçirilməsi və götürmə aparılması” haqqında protokolun məzmununda qeyd edilən hallar burada əyani olaraq öz əksini tapmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərdiyi hallara dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Əksinə Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə, həmçinin mənzilinə baxış keçirilməsi istintaq hərəkətləri keçirilərkən, habelə barəsində məhkəmə nəzarəti qaydasında qətimkan tədbiri seçilməsi məsələsinə məhkəmə iclasında müdafiəçisinin iştirakı ilə baxılarkən saxlanıldığı zaman üzərində heç bir narkotik vasitə və ya psixotrop maddə olmadığını, həmçinin evindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddələrin ona məxsus olmaması barədə məlumat verməmişdir. Bundan başqa iş üzrə şahid qismində dindirilmiş, Təqsirləndirilən şəxs saxlanılmasında bir başa iştirak etmiş Şahid1 və Şahid2 oğlu hər biri ayrı-ayrılıqda ifadələrində əməliyyat qrupunda 2 nəfər olduqlarını, əməliyyat məlumatının Şahid1 daxil olduğunu, qrup rəhbərinin Şahid1 olduğunu, 2024-cü ilin iyun ayında, saat 22-23 radələrində Nəsimi rayonu, Cavdaxaan küçəsi ərazisində Təqsirləndirilən şəxs piyada hərəkət edən zaman tərəflərindən saxlanılaraq idarəyə dəvət edildiyini, çəkilişi zamanı Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitə metamfetamini könüllü şəkildə təqdim etdiyini, həmçinin yaşadığı mənzildə də narkotik vasitə olduğunu bildirdiyini, daha sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirildiyini, sonuncunun evindən də metamfetamin, marixuana və elektron tərəzi aşkar edildiyini, tərəflərindən Təqsirləndirilən şəxs qarşı fiziki və psixi təsir olmadığını bildirmişlər. Bundan başqa xx.xx.2024-cü il tarixi diskə baxış keçirilməsi haqqında protokolda qeyd olunmuşdur ki, həmin tarixdə saat 10:50 dəqiqədən saat 11:37 dəqiqəyədək olan müddət ərzində DİN-nin Baş İnformasiya-Kommunikasiya İdarəsindən daxil olmuş, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsinə 01 mart 2024-cü il tarixdən 23 iyun 2024-cü il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglər və digər məlumatları özündə əks etdirən 01 ədəd CD diskinə baxış keçirilmişdir. Diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, DİN-nin Baş İnformasiya- Kommunikasiya İdarəsindən daxil olmuş 01 ədəd CD diskində 03 ədəd fayl vardır. Baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsi ilə İran İslam Respublikasına məxsus müxtəlif GSM nömrələri arasında 01 mart 2024-cü il tarixdən 23 iyun 2024-cü il tarixədək olan müddət ərzində müxtəlif gün və saatlarda danışıqlar olması müəyyən edilmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokolda qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs məxsus“Poco” markalı mobil telefona baxış keçirilmişdir. Baxış zamanı həmin mobil telefonun “votsap” tətbiqində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrə ilə telefonun yaddaşına “Davud" adı ilə qeyd olunmuş +98 914 *** **** nömrə arasında, həmçinin telefonun yaddaşına “Yasin” adı ilə qeyd olunmuş +98 939 *** **** nömrə arasında 23 iyun 2024cü il tarixdə narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısına dair zənglər, danışıqlar, səs mesajları, fotoşəkillər və mesaj mətnləri aşkar edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs, +98 939 *** **** nömrəni istifadə edən şəxsin ona narkotik vasitə və psixotrop maddə göndərən “Yasin" adlı İran İslam Respublikasının vətəndaşı, +98 914 *** **** nömrəni istifadə edən şəxsin ona narkotik vasitə və psixotrop maddə göndərən “Davud” adlı İran İslam Respublikasının vətəndaşı olduğunu bildirmişdir. Baxış zamanı mobil telefonun yaddaşında “Davud" adı ilə qeyd olunmuş +98 914 *** **** nömrəni istifadə edən şəxslə və telefonun yaddaşına “Yasin” adı ilə qeyd olunmuş +98 939 *** **** nömrəni istifadə edən şəxslə Təqsirləndirilən şəxs arasında olan danışıqlardan, səs mesajlarından, fotoşəkillərdən və mesaj mətnlərindən görünür ki, həmin şəxslər 23 iyun 2024-cü il tarixdə müxtəlif ünvanlara qoyduqları narkotik vasitə və psixotrop maddələrin yerlərini “votsap” tətbiqinə göndərdikləri fotoşəkillər vasitəsi ilə Təqsirləndirilən şəxs kordinatlar verərək bildirmişlər və Təqsirləndirilən şəxs da həmin narkotik vasitə və psixotrop maddələri Bakı şəhəri ərazisində realizə etmək məqsədi ilə ona verilmiş kordinatlar əsasında gedib götürmüşdür. Həmçinin, Təqsirləndirilən şəxs ilə “Davud" adlı şəxsin arasında olan “votsap” yazışmalarından görünür ki, Təqsirləndirilən şəxs Davud adlı danışdığı şəxsə göndərdiyi 5239-1517-7753-7989 nömrəli bank kartının hesabına “Davud” adlı şəxs tərəfindən 400 manat pul köçürülərək qəbzin surəti Təqsirləndirilən şəxs göndərilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, “Yasin” və “Davud” adlı şəxslər narkotik vasitə və psixotrop maddəni Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində müxtəlif ünvanlara qoymuşlar, o da həmin şəxslərin göstərişi ilə gedib qeyd edilən narkotik vasitə və psixotrop maddələri müxtəlif ünvanlardan götürmüş və həmin şəxslərin növbəti göstərişi əsasında həmin narkotik vasitə və psixotrop maddələri digər şəxslərə satmaq məqsədi ilə aparıb yaşadığı ünvanda və üzərində saxlamışdır. Həmçinin, baxış zamanı Təqsirləndirilən şəxs bildirdi ki, “Yasin” və “Davud” adlı şəxslər həmin narkotik vasitə və psixotrop maddəni Bakı şəhəri ərazisində realizə etdikdən sonra bunun qarşılığında ona 700 manat pul verəcəklərini vəd etmişlər. (cild 1, iş vərəqə 78) Beləliklə məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı ittihamı mübahisələndirdiyi hissədəki ifadələrə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Bu hal artıq ona dəlalət edir ki, Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərkən səmimi olmamış, əksinə işin hallarına uyğun olmayan məlumatlar verərək həqiqəti təhrif etmiş və bununla da məsuliyyətdən yayınmaq istəmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı ifadəsində bildirdiklərini səmimi ifadələr kimi qəbul edir və həmin ifadələrdə göstərilən xüsusatların həm işin faktiki halları ilə, həm də mövcud sübutlarla üst-üstə düşdüyü qənaətinə gəldiyindən, həmin ifadələri (xüsusatları) həqiqəti əks etdirən ifadələr kimi qəbul edərək ittihamın əsasına qoyur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı CM-in 234.4-1-ci maddəsi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə xüsusilə külli miqdarda psixotrop maddə və külli miqdarda narkotik vasitəni əldə edib saxlamağa və daşımağa görə ittiham irəli sürülmüşdür. Yuxarıda sadalananlara əsasən də, məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin özünün ifadəsini (ibtidai araşdırma zamanı verdiyi ifadəsini), şahidlərin ifadələrini, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir və həmin sübutları əsaslı, mötəbər və mümkün hesab edir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, narkotik vasitələrin və psixotrop maddələrin miqdarının külli və xüsusilə külli miqdar təşkil etməsi özü-özlüyündə satış məqsədinin müəyyən edilməsində əsas meyar olmasa da məhkəmə işin digər hallarını, təqsirləndirilən şəxsin üzərindən və evindən aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin istehlak miqdarından dəfələrlə artıq miqdar təşkil etməklə birdəfəlik istehlak üçün nəzərdə tutulmamasını, ayrı-ayrı bağlamalar (bükümlər) şəklində olmalarını, təqsirləndirilən şəxsdən (evdən-mənzildən) 02 ədəd elektron tərəzinin aşkar olunmasını, həmçinin mobil telefondan narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısına dair zənglər, danışıqlar, səs mesajları, fotoşəkillər və mesaj mətnlərini də, nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə, təqsirləndirilən şəxsin ittihamı mübahisələndirdiyi hissədəki ifadələrini, onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdükləri mülahizələri yuxarıda göstərilən sübutlarla - işin faktiki halları cinayət işinin materialları, şahidlərin ifadələri, “şəxsi axtarış və götürmə aparılması haqqında” və “mənzilə baxış keçirilməsi və götürmə” aparılması haqqında protokollar, ekspert rəyləri, mobil nömrəsi ilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı aparılan əməliyyatlar və iş üzrə toplanmış digər sübutların məcmusu ilə tam təkzib olunur. Məhz həmin sübutların məcmusu Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsinin təsdiqini tapması ilə bağlı tərəddüdsüz yekun qənaətə gəlməyə tam əsas verir. Məhkəmə belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə xüsusi ilə ağır cinayət kateqoriyasına aiddir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs bir nəfər azyaşlı uşağının olmasını və özünün ikinci qrup əlil olmasını iş üzrə onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin növünü, həmçinin, çəkilərini, eyni zamanda evindən elektron tərəzilərin aşkar edilməsini, iş üzrə cəzasını yüngülləşdirən halı, iş üzrə cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.4-1-cü maddələrində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən xüsusi ilə ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınların cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan (barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir (CPM-in 147.4-cü maddəsi)), o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə azadlığı faktiki olaraq məhdudlaşdırılmaqla şübhəli şəxs qismində saxlanılmış, xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli onun faktiki tutulduğu tarixdən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs bugünədək davamlı olaraq həbsdə saxlanılır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 153 (bir yüz əlli üç) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in Nəsimi RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 01 ədəd bükümdə qalıq təmiz çəkisi 11,229 qram olan psixotrop maddə metamfetamin, 11 ədəd bükümdə ümumi qalıq təmiz çəkisi 414,309 qram olan psixotrop maddə metamfetamin, 02 ədəd bağlamalarda ümumi qalıq təmiz çəkisi 767,13 qram olan narkotik vasitə qurudulmuş marixuana, 02 ədəd elektron tərəzilər məhv edilməli, şəxsi axtarış və götürmə, həmçinin mənzilə baxış keçirilməsi və götürülmə zamanı aparılmış videoçəkilişlərin əks edildiyi 02 ədəd DVD disk, DİN-nin BİKİ-dən daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, 1 ədəd “Poco” markalı mobil telefon Təqsirləndirilən şəxs (öz razılığı ilə yaxın qohumlarına) qaytarılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsinin 22 iyul 2024-cü il tarixli 4980 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in Nəsimi RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra 01 ədəd bükümdə qalıq təmiz çəkisi 11,229 qram olan psixotrop maddə metamfetamin, 11 ədəd bükümdə ümumi qalıq təmiz çəkisi 414,309 qram olan psixotrop maddə metamfetamin, 02 ədəd bağlamalarda ümumi qalıq təmiz çəkisi 767,13 qram olan narkotik vasitə qurudulmuş marixuana, 02 ədəd elektron tərəzilər məhv edilsin, şəxsi axtarış və götürmə, həmçinin mənzilə baxış keçirilməsi və götürülmə zamanı aparılmış videoçəkilişlərin əks edildiyi 02 ədəd DVD disk, DİN-nin BİKİ-dən daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın, 1 ədəd “Poco” markalı mobil telefon Təqsirləndirilən şəxs (öz razılığı ilə yaxın qohumlarına) qaytarılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 153 (bir yüz əlli üç) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə edilməli digər əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, (Təqsirləndirilən şəxs oğluna isə hökmün surətinin verildiyi andan) 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Anar Sadıqov Mahirə Kərimova
Məhkəmə qərarları › İş №1(101)-561/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-561/2025
18.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver