Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-562/2020 18.06.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxsin hüquqi varisi Şahid2, müdafiəçi – Bakı şəhər 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1969-cu ildə Kürdəmir rayonu, Çöhranlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 3 (üç) azyaşlı uşağı olan, məhkumluğu olmayan, həbs olunanadək fərdi əməklə məşğul olmuş, Kürdəmir rayonu, Çöhranlı kəndində qeydiyyatda olan, həbs olunanadək Sumqayıt şəhəri, Stansiya Sumqayıt qəsəbəsində yerləşən nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3 və 128ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qisas almaq məqsədilə və xüsusi amansızlıqla zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurmuş, onun əməlləri ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş, habelə o, qəsdən digər zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs xx xxx 2019-cu il tarixdə saat 15:00 radələrində yaşadığı Sumqayıt şəhəri, Stansiya Sumqayıt qəsəbəsi ərazisində yerləşən fərdi evin həyətyanı sahəsində saxladığı özünə məxsus iribuynuzlu heyvanların qonşusu Zərərçəkmiş şəxs1 yaşadığı fərdi evin həyətyanı sahəsinə keçməsi səbəbindən sonuncunun həmin heyvanları avtomobil yoluna tərəf qovduğunu görüb evləri arasında olan boş sahəyə gəlib Zərərçəkmiş şəxs1 bu hərəkətlərinə görə iradlarını bildirdikdə, aralarında yaranmış mübahisə zamanı sonuncunun onun ünvanına təhqiredici ifadələr işlətməsindən qəzəblənib qisas almaq məqsədi ilə Zərərçəkmiş şəxs1 üzərinə yeriyib, xüsusi amansızlıqla, yəni Zərərçəkmiş şəxs1 arvadı Şahid2 və övladı Şahid3 gözü qarşısında və sonuncuların yalvarışlarına məhəl qoymayıb müstəsna dərəcədə rəhimsizlik və qəddarlıq nümayiş etdirib sonunculara xüsusi əzab verdiyini dərk edərək qəsdən əli və ayağı ilə Zərərçəkmiş şəxs1 çoxsaylı zərbələr vurub Zərərçəkmiş şəxs1 qapalı kəllə-beyin travması, baş beynin orta ağır dərəcəli əzilməsi, sağ beyin yarımkürəsində intraparenximatoz hematoması, sol almacıq qövsünün yerdəyişən sınığı, üzün yumşaq toxumalarının əziyi, sifətin və başın sol tərəfində sıyrılmış yaralar, kəllə beyin travmasından, baş beyinin əzilməsindən sonra yaranmış sol yuxarı və aşağı ətrafların iflici, nitq pozğunluğu, hər iki ətraflarda hərəkətlərin həcminin və qüvvəsinin, əzələ tonusunun əhəmiyyətli dərəcədə pozulması ilə müşayiət olunan (canlı şəxslərdə əmək qabiliyyətinin 65%-nin daimi itirilməsinə səbəb olan) sağlamlığına ağır zərər vurmuşdur. Naqit Quliyevin həmin əməlləri, yəni Zərərçəkmiş şəxs1 yetirdiyi ağır qapalı kəllə-beyin travması, baş biyinin ağır dərəcəli əziyi, sağ tərəfli beyindaxili hematoma xəsarətlərindən yaranmış kobud qalıq əlamətlərindən inkişaf etmiş beyin ödemi nəticəsində ehtiyatsızlıqından Zərərçəkmiş şəxs1 xx xxxxxxxx 2019-cu il tarixdə yaşadığı Sumqayıt şəhəri, Stansiya Sumqayıt qəsəbəsi ərazisində yerləşən fərdi evdə ölümünə səbəb olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs xx xxx 2019-cu il tarixdə, saat 15:00 radələrində yaşadığı Sumqayıt şəhəri, Stansiya Sumqayıt qəsəbəsi ərazisində yerləşən fərdi evin həyətyanı sahəsi ilə qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs1 yaşadığı fərdi evin arasında olan sahədə sonuncu ilə aralarında yaranmış mübahisə zamanı qəsdən əli və ayağı ilə Zərərçəkmiş şəxs1 zərbələr vurub xəsarət yetirməsinə görə orada olan Zərərçəkmiş şəxs1 arvadı Şahid2 köməyə çağırdığı övladı Zərərçəkmiş şəxs2 ora gəldikdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2la da əlbəyaxa olub qəsdən əli və ayağı ilə, habelə yerdən götürdüyü şüşə parçası ilə Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyələrindən bir neçə dəfə zərbələr endirməklə sonuncuya hər iki əlin İİİ barmağının yarası, sağ əlin İİ barmağının, hər iki bazunun qançırı, sol dizin sıyrıqları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirib qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, bir neçə il bundan əvvəl onunla qonşuluqda yaşayan X8 və sonuncunun əri X9 arasında bir neçə mübahis olmuşdur. Hətta həmin mübahisələrin birinə görə Ceyran Məmmədova onu şərləmiş, nəticədə o, cinayət məsuliyyətinə cəlb edilmiş və Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə ona yüngül cəza təyin edilmişdir. Bundan sonra Ceyran Məmmədova qonşuluqda yaşayan şəxslərlə, o cümlədən Akifgillə onun münasibətlərini pozmağa çalışmışdır. Onun Akifgillə mübahisəsi həmin vaxtdan yaranmışdır. xx xxx 2019-cu il tarixdə onun saxladığı 3 (üç) heyvan (düyələr) Zərərçəkmiş şəxs1 yaşadığı evin həyətinə keçmişdir. Heyvanların keçdiyi həyətdə Akif öz ailəsi ilə yaşasa da, həmin həyət Akifə deyil, tamamilə başqa şəxsə məxsus olmuşdur. Onun heyvanları Akifin yaşadığı evin həyətinə keçdikdə Akif onun heyvanlarını həyətdən çıxararaq avtomobil yoluna tərəf qovmuşdur. O, Akifin onun heyvanlarını avtomobil yoluna tərəf qovduğunu gördükdə evdən çölə çıxmış və Akifin üstünə getmişdir. O, Akifə doğru getdikdə Akif heyvanları dala qaytarmış və özünə məxsus mal-qara damına salmaq istəmişdir. O, qışqıraraq Akifdən niyə heyvanları avtomobil yoluna doğru qovduğunu, daha sonra isə özünə məxsus fermaya salmaq istədiyini soruşmuşdur. Bu zaman Akif onu söyməyə başlamışdır. Akif onu söyməyə başladıqdan sonra o, əli ilə Akifin sinəsindən vurmuş və nəticədə sonuncu büdrəmişdir. Akif büdrəsə də yerə yıxılmamışdır. Akif büdrədikdən sonra özünə gəlmiş və onu söyməyə davam etmişdir. Bu vaxt Akifin qızı Tamilla onun üstünə hücum çəkmiş və onun sinəsindən vurmuşdur. Tamilla onu vurduqdan sonra o, Tamillanın saçlarından tutmuşdur. O, Tamillanın saçlarından tutduqda onun arxa tərəfində dayanmış Akif yerdən götürdüyü daşla onun başının arxasına möhkəm zərbə vurmuşdur. O, həmin zərbədən əsəbləşmiş və Tamillanı yerə yıxmışdır. O, Tamillanın saçlarından tutub yerə yıxdıqdan sonra Akifə yaxınlaşmış və Akifin sinəsindən ikinci dəfə əli ilə zərbə vurmuşdur. Akif onun zərbəsindən yerə yıxılmışdır. Sonra Tamilla yerdən qalxmış və onu vurmaq istəmişdir. O, Tamillanın saçlarından ikinci dəfə tutmuş və yerə yıxmışdır. Tamilla Akifin yanına yerə yıxılmışdır. Sonra onun üstünə Akifin oğlu Zamiq hücum çəkmişdir. Zərərçəkmiş şəxs2 onun yanına çatdıqdan sonra onu döyməyə başlamışdır. Zamiq əvvəlcə onu yumruqla, sonra isə yerdən götürdüyü daşla vurmuşdur. Sonra Zamiq birdən ona kəllə atmış və onun burnu həmin zərbədən möhkəm əzilmişdir. Zamiq ona kəllə atdıqdan sonra o, yerdən torpaq götürmüş və Zamiqə atmışdır. Bundan sonra onun arvadı Xuraman onlara yaxınlaşmış və onu evə doğru aparmışdır. Təqsirləndirilən şəxs ifadəsində, həmçinin göstərdi ki, hadisə vaxtı o, Zərərçəkmiş şəxs1 möhkəm vurmamış, Zərərçəkmiş şəxs2 isə ümumiyyətlə xəsarət yetirməmişdir. Əksinə Zərərçəkmiş şəxs1, Şahid3 və Zərərçəkmiş şəxs2 onu döymüşlər və ciddi xəsarətlər yetirmişlər. Təqsirləndirilən şəxs ifadəsində onu da bildirdi ki, Zərərçəkmiş şəxs1 müxtəlif xəstəliklərdən əziyyət çəkmiş, sonuncunun ölümü ilə onun hərəkətləri arasında heç bir əlaqə olmamış, Zərərçəkmiş şəxs1 onun yetirdiyi xəsarətlər nəticəsində deyil, həkimlər tərəfindən qoyulmuş səhv diaqnoz və aparılmış səhv müalicə nəticəsində ölmüşdür. Təqsirləndirilən şəxs qeyd etdiklərinin nəzərə alınmasını və barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməməsi ilə bağlı verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən, eləcə də yalan ifadə kimi qiymətləndirir və təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməməsi ilə bağlı ifadə verərkən cinayət məsuliyyətindən və cəzadan yayınmaq, öz əməllərinə haqq qazandırmaq, eləcə də öz məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə Təqsirləndirilən şəxs həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqında verdiyi ifadələrindəki halları, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, cinayət işi üzrə istintaq hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tam və obyektiv tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs qisas almaq məqsədilə və xüsusi amansızlıqla Zərərçəkmiş şəxs1 sağlamlığına qəsdən ağır zərər vurmasında, həmin əməllərin ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmasında, habelə onun digər Zərərçəkmiş şəxs2 sağlamlığına qəsdən yüngül zərər vurmasında təqsiri məhkəmə istintaqında tam sübuta yetirildi. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, atası Zərərçəkmiş şəxs1, anası Şahid2, bacısı Şahid3 və öz ailəsi ilə birlikdə Sumqayıt şəhəri, Stansiya Sumqayıt adlanan ərazidə yerləşən fərdi evdə yaşamışdır. Onların yaşadıqları evdən təxminən yüz metr kənarda yerləşən evdə Təqsirləndirilən şəxs öz ailəsi ilə birlikdə yaşamışdır. xx xxx 2019-cu il tarixdə o, ailəsi ilə birlikdə evdə olduğu zaman qəfildən anası Şahid2 uca səslə onu çağırmışdır. O, uşağına nəsə olduğunu fikirləşib dərhal evin qarşısına çıxmışdır. O, evin qarşısına çıxdıqda atası Zərərçəkmiş şəxs1 yerdə uzanıqlı vəziyyətdə olduğunu, Natiqin isə onun bacısı Tamillanı yerə çırpdığını görmüşdür. O, dərhal Natiqin hərəkətlərinin qarşısını almağa çalışmışdır. Bundan sonra onunla Natiqin arasında əlbəyaxa dava başlamışdır. Təqsirləndirilən şəxs yerdən götürdüyü şüşə materialdan hazırlanmış əşya ilə onu vurmaq istəmişdir. O da əli ilə müdaxilə etmiş və şüşə materialdan hazırlanmış əşya onun əl barmaqlarını zədələnmişdir. Həmin an Natiq onun bacısı Tamillaya da zərbələr endirmişdir. Natiqin arvadı Xuraman da Natiqdən bir neçə metr aralıda durub əlbəyaxa davanı müşahidə etmişdir. Əlbəyaxa dava bir neçə dəqiqə davam etdikdən sonra onun anası Şahid2 qışqıraraq Akifin vəziyyətinin pis olduğunu demiş və X19ın çağrılmasını istəmişdir. Onda telefon olmadığından, onun bacısı Tamilla X19a baş vermiş hadisə barədə məlumat vermişdir. Natiq isə arvadı Xuramanla birlikdə yaşadıqları evə doğru getmişlər. Bir neçə dəqiqədən sonra X19 stansiyasının növbətçi həkimləri hadisənin baş verdiyi ünvana gəlmişlər və atası Akifin vəziyyəti pis olduğu üçün sonuncunu X19 xəstəxanasının reanimasiya şöbəsinə aparmışlar. Atası Akif 14 gün xəstəxananın reanimasiya şöbəsində qaldıqdan sonra maddi cəhətdən çətinlik yarandığı üçün onlar Akifi xəstəxanadan çıxarıb evə aparmışlar. Onlar ev şəraitində atası Akifi mütəmadi müalicə etsələr də, hadisə nəticəsində atasının aldığı xəsarətlər ağır olduğundan atası sağalmamış və nəticədə xx xxxxxxxx 2019-cu il tarixdə yaşadığı evdə ölmüşdür. Zərərçəkmiş şəxs2 ifadəsində, həmçinin bildirmişdir ki, atası Zərərçəkmiş şəxs1 əvvəllər hər hansı bir xəstək olmamış və atası çox sağlam olmuşdur. Zərərçəkmiş şəxs2 cinayət prosesinin iştirakçılarının suallarına cavab verərək bildirmişdir ki, xx xxx 2019-cu il tarixdə baş vermiş hadisə nəticəsində o, Təqsirləndirilən şəxs ilə əlbəyaxa olduğu zaman və qəsdən Təqsirləndirilən şəxs endirdiyi zərbələr nəticəsində onun barəsində cinayət işi başlanılmış və o, Sumqayıt şəhər Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkum edilmişdir. O, təqsirləndirilən şəxslə barışmamış və barışmaq niyyətində də olmamışdır. Zərərçəkmiş şəxs2 ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və Təqsirləndirilən şəxs ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, Stansiya Sumqayıt qəsəbəsində yerləşən fərdi evdə yaşamışdır. Onun yaşadığı evdən təxminən yüz metr aralıda yerləşən evdə Təqsirləndirilən şəxs öz ailəsi ilə birlikdə yaşamışdır. Əvvəllər onun ailəsi ilə Natiqin ailəsi arasında mehriban münasibətlər olmuş, onların arasında heç bir münaqişə olmamışdır. Lakin son dövrdə Natiqin saxladığı inəklər onların həyətinə keçdiyindən onun əri Akiflə Təqsirləndirilən şəxs arasında bəzən mübahisələr olmuşdur. Akiflə Natiqin arasında yaranmış mübahisələrə səbəb Natiqin saxladığı inəklərin onların yaşadığı evin həyətyanı sahəsinə keçmələri olmuşdur. xx xxx 2019-cu il tarixdə o, ailə üzvləri ilə birlikdə evdə olduğu zaman Təqsirləndirilən şəxs məxsus 4-5 baş inəyin yenidən onların həyətinə keçdiklərini görmüş və bu barədə əri Zərərçəkmiş şəxs1 demişdir. Zərərçəkmiş şəxs1 bunu eşitdikdə əsəbləşmiş və evdən çıxmışdır. Sonra Zərərçəkmiş şəxs1 inəkləri həyətdən çıxararaq üzü yola tərəf qovmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən qaçıb gələrək Akifə yaxınlaşmış və Akifdən niyə inəkləri qovduğunu soruşmuşdur. Sonra Təqsirləndirilən şəxs onun əri Akifi, Akifin ailəsini və nəslini nalayiq ifadələrlə təhqir etmişdir. Təqsirləndirilən şəxs onun əri Akifi söydükdən və təhqir etdikdən sonra Akiflə Natiq arasında əlbəyaxa dava başlamışdır. O, Akifin Natiqlə əlbəyaxa olmasını şəxsən görmüşdür. Natiqlə Akif arasında yaranmış əlbəyaxa dava zamanı Natiq Akifin başından bir neçə dəfə yumruqla zərbələr endirmiş və Akif aldığı həmin zərbələrin təsirindən yerə yıxılmışdır. O, Akifin yerə yıxıldığını gördükdə qışqırmış və qızı Tamillanı köməyə çağırmışdır. Qızı Tamilla atasına kömək etmək istədikdə Təqsirləndirilən şəxs Tamillanın üzərinə hücum etmiş və Tamillanın saçlarından tutaraq yerə yıxmışdır. O, bunu gördükdə dərhal evdə olan oğlu Zamiqi köməyə çağırmışdır. Zamiq evdən çıxdıqda atasının və bacısının yerdə uzanıqlı vəziyyətdə olduqlarını görmüş və dərhal Natiqin üstünə hücum etmişdir. X18 arasında əlbəyaxa dava başlamışdır. Natiq Zamiqlə əlbəyaxa olduğu zaman Tamillaya da zərbələr endirməyə çalışırmış. O, mübahisənin qarşısını almağa cəhd etsə də, əlbəyaxa mübahisə bir neçə dəqiqə davam etmişdir. Natiqin arvadı Xuraman da Natiqdən bir neçə metr aralıda dayanıb onun xəstə olması səbəbindən Natiqə onunla işinin olmamasını istəmişdir. Ona görə də Təqsirləndirilən şəxs ona heç bir xəsarət yetirməmiş və Natiqin onunla işi olmamışdır. Həmin vaxt Akif yerdə uzanıqlı və hərəkətsiz vəziyyətdə qalmışdır. Natiqlə onun oğlu Zamiq arasında əlbəyaxa dava davam edən zaman Natiq yerdən götürdüyü şüşə materialdan düzəldilmiş alətlə Zamiqi vurmaq istəmişdir. Zamiq isə zərbədən yayınmış və həmin şüşə materialı Zamiqin əl barmaqlarını zədələmişdir. Bundan sonra o, qışqıraraq Akifin vəziyyətinin pis olduğunu demiş və X19 çağrılmasını istəmişdir. Bunu eşidən Zamiq dərhal Natiqdən uzaqlaşmışdır. Sonra X19a zəng edilmiş və həkim çağrılmışdır. Natiq isə arvadı Xuramanla birlikdə yaşadıqları evə doğru getmişdir. Bir neçə dəqiqədən sonra X19ın həkimləri oraya gəlmişlər və əri Akifin vəziyyətinin pis olduğunu görüb xəstəxananın reanimasiya şöbəsinə aparmışlar. Zərərçəkmiş şəxs1 14 gün xəstəxananın reanimasiya şöbəsində qaldıqdan sonra maddi cəhətdən çətinlik yarandığı üçün onlar Akifi xəstəxanadan çıxararaq evə aparmışlar. Həkimlər tərəfindən Akifə düzgün diaqnoz qoyulmuş və müalicə evdə davam etdirilmişdir. Lakin hadisə nəticəsində əri Zərərçəkmiş şəxs1 aldığı xəsarətlər ağır olduğundan Akifə kömək etmək mümkün olmamışdır. Əri Zərərçəkmiş şəxs1 xx xxxxxxxx 2019-cu il tarixdə yaşadıqları evdə ölmüşdür. Zərərçəkmiş şəxsin hüquqi varisi Şahid2 təqsirləndirilən şəxslə barışmadığını bildirərək qeyd etdiklərinin nəzərə alınmasını və təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir. Onların birgə nikahından 3 (üç) azyaşlı uşaqları var. O, əri Natiq, övladları Nərgiz, Nərmin və Ümidlə birgə Sumqayıt şəhəri, Stansiya Sumqayıt adlanan ərazidə yerləşən fərdi evdə yaşamışdır. Mərhum Zərərçəkmiş şəxs1 öz ailəsi ilə birlikdə onların yaşadıqları evin yaxınlığında yaşamışdır. Onlar özlərinə məxsus həyətyanı sahədə 11 baş inək saxlamışlar. Həmin inəklər arabir onların evinin həyətyanı sahəsindən çıxıb Akifgilin həyətinə keçdikləri üçün onlarla Akifgilin arasında mübahisələr olmuşdur. Onlarla Akifgilin arasında bir neçə dəfə mübahisə olduqdan sonra o, inəklərin Akifgilin həyətinə keçməsinin qarşısını almış və inəklərin Akifgilin həyətinə keçməsinə imkan verməmişdir. Təxminən 2019-cu ilin may ayının əvvəlləri Akifin arvadı Şahid2 onun yaşadığı evə gəlib qızının həkim müayinəsindən keçməli olduğunu bildirmiş və borca 50 (əlli) manat pul istəmişdir. O, qonşusu Şahid2 borca 50 (əlli) manat pul istədiyini əri Natiqə demişdir. Natiq də pulunun olmadığını demiş və bir müddət işlədikdən sonra pul alacağını bildirmişdir. O da bir müddət sonra 50 (əlli) manat pulu borca verə biləcəklərini Şahid2 demişdir. Şahid2 onunla söhbət edən zaman ondan niyə inəkləri İradəgilə məxsus həyətyanı sahəyə buraxmadığını soruşmuşdur. O da inəklərin İradəgilin həyətyanı sahəsinə keçdikləri halda İradəgilin narazı qaldıqlarını, aralarında mübahisələrin baş verdiyini və bu səbəbdən inəkləri ora buraxmadıqlarını İradəyə demişdir. Bu vaxt Şahid2 inəkləri özlərinin həyətyanı sahəsinə buraxmağa icazə verdiyini ona bildirmişdir. O, Natiqlə birlikdə bir neçə gün inəkləri Akifgilə məxsus həyətyanı sahəyə buraxmasa da, xx xxx 2019-cu il tarixdə onların 4 (dörd) baş inəkləri Akifgilin həyətinə keçib orada otlamağa başlamışlar. Təxminən 1 (bir) saat sonra o, inəklərin Akifgilin həyətindən çıxıb “Tuq” zavod deyilən əraziyə keçdiklərini görmüşdür. Bu vaxt Natiq Bağırov tez evdən çıxıb inəklərin dalınca getmişdir. O da bundan narahat olaraq Natiqin dalınca evdən çıxmışdır. Natiq Akifə yaxınlaşıb niyə inəkləri onların həyətinə tərəf deyil, əks istiqamətdə yerləşən “Tuq” zavod deyilən əraziyə qovduğunu soruşmuşdur. Bu vaxt Akif Natiqə qarşı nalayiq ifadələr işlədərək söymüşdür. Natiq də öz növbəsində Akifin arvadı Şahid2 bir neçə gün öncə onlara inəkləri həmin əraziyə buraxmağa icazə verdiyini Akifə demişdir. O, evdən Natiqin dalınca çıxıb getdikdə onun qızı Nərmin də onun arxası ilə getmişdir. O, uşağın mübahisədən qorxa biləcəyini düşünüb Nərmini geriyə, yəni evə tərəf aparmışdır. O, Nərmini evə tərəf ötürüb geri qayıtdıqda Akif, Zamiq və Tamillanın birlikdə Natiqi döydüklərini görmüşdür. Həmin vaxt Akifin arvadı İradə də həmin əraziyə yaxınlaşmışdır. O, həmin yerə yaxınlaşdıqda əri Natiq Zamiqgildən aralaşmaq istəmişdir. Lakin Zamiq və Zamiqin ailəsi Natiqdən əl çəkməyərək Natiqə daş ataraq nalayiq ifadələrlə təhqir etmişlər. Baş vermiş əlbəyaxa mübahisə nəticəsində Akif yerə yıxılmışdır. Akifin qızı Tamilla və oğlu Zamiq Natiqdən əl çəkməyərək Natiqə zərbələr endirmişlər. Natiq çox çətinliklə Zamiqgildən aralanmış və o, Natiqə kömək edərək sonuncunu evə aparmışdır. Qonşu olduqları üçün hadisədən sonra onlar Akifin aldığı xəsarətlərlə bağlı X19a və polisə müraciət etməmişlər. Həmin mübahisə nəticəsində Akif xəstəxanaya aparılmış və təxminən 2 (iki) həftə orada müalicə almışdır. Akif 2 (iki) həftə xəstəxanada müalicə olduqdan sonra evə buraxılmışdır. Akif bir neçə ay evdə qaldıqdan sonra xx xxxxxxxx 2019-cu il tarixdə evdə ölmüşdür. Şahid1 ifadəsində, həmçinin bildirmişdir ki, əri Natiq Akifi vurmamışdır. Akif uzun müddət müxtəlif xəstəliklərdən, o cümlədən böyrəklərindən əziyyət çəkmişdir. Onun fikrinə görə Zərərçəkmiş şəxs1 ölümünə səbəb Natiqin Akifi vurması deyil, Akifin uzun müddət müxtəlif xəstəliklərdən əziyyət çəkməsi olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, cinayət hadisəsi baş verən zaman o, atası Zərərçəkmiş şəxs1, anası Şahid2, qardaşı Zərərçəkmiş şəxs2 və qardaşının ailəsi ilə birlikdə Sumqayıt şəhəri, Stansiya Sumqayıt qəsəbəsi ərazisində yerləşən fərdi evdə yaşamışdır. xx xxx 2019-cu il tarixdə günorta saatlarında o, anası İradə ilə birlikdə həyətdə olduğu zaman Təqsirləndirilən şəxs məxsus 4-5 baş inək onların həyətinə keçmişdir. Anası Şahid2 Natiqin inəklərinin onların həyətinə keçməsini görən kimi dərhal bu barədə atası Zərərçəkmiş şəxs1 məlumat vermiş və atası Akifdən inəkləri həyətdən çıxarmağı istəmişdir. Atası Akif bunu eşitdikdə əsəbləşmiş və həyətə çıxmışdır. Atası Zərərçəkmiş şəxs1 inəkləri həyətdən çıxarmış və üzü yola tərəf qovmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs qonşuluqda yaşadığı evin həyətindən qaçaraq gəlib atası Akifə yaxınlaşmış və onun atası ilə mübahisə etdiyini görmüşdür. O və anası İradə aralıda dayandıqlarından onlar atası Akiflə Təqsirləndirilən şəxs nə danışdıqlarını eşitməmişdir. Bir neçə dəqiqədən sonra onun atası Akiflə Təqsirləndirilən şəxs arasında əlbəyaxa mübahisə başlamışdır. Natiqlə Akif arasında yaranmış əlbəyaxa dava zamanı Natiq onun atası Akifin sinəsindən vurmuşdur. Lakin onun atası həmin vaxt yerə yıxılmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs onun atası Akifin başından bir neçə dəfə yumruqla vurmuş və atası Akif Natiqin endirdiyi zərbələrin təsirindən yerə yıxılmışdır. Anası Şahid2 Akifin yerə yıxıldığını görüb qorxusundan qışqırmış və onu köməyə çağırmışdır. O, qaçaraq atası Akifə kömək etməyə getmişdir. O, Natiqə yaxınlaşıb niyə atası Akifə zərbələr endirdiyini soruşduqda, Natiq onu söymüşdür. Bundan sonra Təqsirləndirilən şəxs onun saçlarından tutaraq onu da yerə yıxmışdır. O, yerə yıxıldıqda atası Akif ona kömək etmək üçün ayağa qalxmaq istəmişdir. Bunu görən Natiq yenidən onun atası Akifin başından bir dəfə təpiklə möhkəm vurmuşdur. Həmin vaxt o və anası Təqsirləndirilən şəxs ağlayaraq və yalvararaq sonuncudan Zərərçəkmiş şəxs1 zərbələr vurmamasını xahiş etmişlər. Onlar nə qədər yalvarsalar da, Təqsirləndirilən şəxs onların yalvarışlarına və göz yaşlarına məhəl qoymamış və Zərərçəkmiş şəxs1 əli ilə və təpiklə zərbələr endirməyə davam etmişdir. Bundan sonra onun atası huşunu itirmişdir. O, Natiqə yaxınlaşıb atasının döyülməsinin qarşısını almaq istədikdə, Təqsirləndirilən şəxs ikinci dəfə onun saçlarından tutaraq yerə yıxmışdır. Anası İradə atasının və onun yerə yıxıldığını, yaranmış vəziyyətin pis olduğunu görüb evdən qardaşı Zamiqi köməyə çağırmışdır. Zamiq onlara kömək etməyə gəldikdə atası artıq huşsuz vəziyyətdə yerdə uzanmışdır. Zamiq dərhal Natiqə hücum etmiş və niyə atası Akifə və bacısına zərbələr endirdiyini soruşmuşdur. Bu zaman Natiq Zamiqi də təhqir etmiş və Zamiqi vurmağa başlamışdır. Natiq Zamiqlə əlbəyaxa olduğu zaman Natiq yerdən götürdüyü şüşə materialı ilə onlara zərbələr endirməyə çalışmışdır. Lakin qardaşı Zamiq Natiqin hərəkətlərinin qarşısını almış və nəticədə Zamiqin əl barmaqları həmin şüşə materialı ilə aldığı zərbə nəticəsində zədələnmişdir. Həmin vaxt onun anası Şahid2 qışqıraraq Akifin vəziyyətinin pis olduğunu və X19 çağırmaq lazım olduğunu bildirmişdir. Bunu eşidən Zamiq Natiqdən aralanmış və X19a zəng edib hadisə barədə məlumat vermişdir. Bir neçə dəqiqədən sonra X19 hadisənin baş verdiyi yerə gəlmişlər və atası Akifi xəstəxanaya aparmışlar. Onun atası Akif 2 (iki) həftə xəstəxanada qaldıqdan sonra onların maddi vəxiyyəti pis olduğundan evə buraxılmış və onlar atasını xəstəxanadan çıxarıb evə aparmışlar. Ev şəraitində atası Akif mütəmadi olaraq müalicə almışdır. Lakin atasının hadisə vaxtı aldığı xəsarətlər ağır olduğundan atasına kömək etmək mümkün olmamışdır. Atası Akif xx xxxxxxxx 2019-cu il tarixdə yaşadıqları evdə ölmüşdür. Şahid3 ifadəsində, həmçinin bildirmişdir ki, onun atası Zərərçəkmiş şəxs1 cinayət hadisəsi baş verənədək heç bir xəstəlikdən əziyyət çəkməmiş, əksinə həmişə atası sağlam və gümrah olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxx 2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Elmi-Təcrübi və Tədris Birliyinin 651 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 25-26) görünür ki, Şahid3 bədəni üzərində burnun, sağ əlin İİİ barmağının, sol əlin, sağ dizin qançırı xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən vurulmaqla, yerə yıxarkən əmələ gələ bilər, müddəti müayinədən əvvəl olmaqla xx xxx 2019-cu il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyi üçün dərəcəsi təyin edilmir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxx 2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Elmi-Təcrübi və Tədris Birliyinin 653 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 22-23) görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində hər iki əlin İİİ barmağının yarası, sağ əlin İİ barmağının, hər iki bazunun qançırı, sol dizin sıyrıqları xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən vurulmaqla yetirilmişdir, müddəti zərərçəkənin Sumqayt şəhər X19 Xəstəxanasının zədə məntəqəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx xxx 2019-cu il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Elmi-Təcrübi və Tədris Birliyinin 654 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 59-60) görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində qapalı kəllə beyin travması, beynin orta ağır dərəcəli əzilməsi, sağ beyin yarımkürəsində intraparenximotoz hematoma, sol almacıq qövsünün yerdəyişən sınığı, üzün yumşaq toxumalarının əziyi, üzün və başın sol tərəfdə sıyrılmış yaralar kimi xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti xx xxx 2019-cu il tarixə uyğun gəlir. Xəsarətlərin dərəcəsi zərərçəkən təkrar məhkəmə tibbi müayinəyə təqdim olunduqdan və nevropatoloq həkiminin müayinəsindən keçdikdən sonra təyin ediləcəkdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Elmi-Təcrübi və Tədris Birliyinin 653 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 62-64) görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüyünün qeyri-düzgün bitişmiş köhnə sınığı və çəpər əyriliyi, sağ qaş nahiyəsinin, ənsə nahiyəsinin və burun nahiyəsinin əzilmiş-cırılmış yaraları kimi xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşya təsirindən törənmişlər, müayinədən 1-2 ay əvvəl olmaqla qərarda göstərilən xx xxx 2019-cu il tarixdə əmələ gələ bilməsi istisna olunmur. Həmin xəsarətlərdən sağ qaş nahiyəsinin, ənsə nahiyəsinin və burun nahiyəsinin əzilmiş-cırılmış yaraları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Hadisə baş verən gündən uzun müddət keçdiyinə görə burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüyünün qeyri-düzgün bitişmiş köhnə sınığı və çəpər əyriliyinin əmələ gəlmə müddəti haqqında fikir söyləmək mümkün olmadı. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 83-86) görünür ki, Bağırov X11 şəhəri, Stansiya Sumqayıt qəsəbəsi ərazisində yerləşən tikilini göstərərək xx xxx 2019-cu il tarixdə həmin tikilidə olduğunu, anası xəbər verərək onu çağırdıqda təxminən 50 metr aralıda yaşayan Təqsirləndirilən şəxs onun atası Zərərçəkmiş şəxs1 döydüyünü, onlara tərəf qaçdıqda həmin yerdə Natiqin onun bacısı Tamillanı döydüyünü, daha sonra həmin yerdə onun Təqsirləndirilən şəxslə əlbəyaxa olduğunu və hadisənin baş verdiyi yeri əyani şəkildə göstərmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 90-97) görünür ki, Zərərçəkmiş şəxs2 əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilməsi və onun həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi, Zərərçəkmiş şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli zərərçəmiş şəxs qismində tanınma barədə qərardan (cild 1, iş vərəqə 99) görünür ki, Quliyev X5 Zamiq Akif oğlu tərəfindən yetirilmiş xəsarətlərə görə cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş tələbnamədən (cild 1, iş vərəqə 136-138) görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Məhkəməsinin xx xxxxxx 1993-cü il tarixli hökmü ilə həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 88-1, 40, 23-1-ci maddələri ilə təqsirli bilinərək 3 il müddətinə mütləq əməyə cəlb edilməklə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Binəqədi rayon Xalq Məhkəməsinin xx xxxxxx 1994-cü il tarixli qərarı ilə həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 50-ci maddəsinə əsasən o, şərti olaraq vaxtından əvvəl cəzadan azad edilmişdir. Quliyev X4 şəhər Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 6 ay müddətinə islah işləri cəzası təyin edilmişdir. Hər iki hökm üzrə onun məhkumluğu ödənilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 154) görünür ki, Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham elan olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə qərardan (cild 1, iş vərəqə 175-176) görünür ki, Zərərçəkmiş şəxs2 barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında qərardan (cild 1, iş vərəqə 126-128) görünür ki, ********* saylı cinayət işinin materiallarından Zərərçəkmiş şəxs2, Şahid3 və Zərərçəkmiş şəxs1 xəsarətləri üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin ayrılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Elmi-Təcrübi və Tədris Birliyinin 44/654 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 140-142) görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində qapalı kəllə beyin travması, beynin orta ağır dərəcəli əzilməsi, sağ beyin yarımkürəsində intraparenximatoz hematoma, sol almacıq qövsünün yerdəyişən sınığı, üzün yumşaq toxumalarının əziyi, üzün və başın sol tərəfində sıyrılmış yaralar aşkar edilmişdir. Kəllə beyin travmasından, beyin əzilməsindən sonrakı qalıq əlamətləri sol yuxarı və aşağı ətrafların iflici, nitq pozğunluğu, sol yuxarı və aşağı ətraflarda hərəkətlərin həcminin və qüvvənin əzələ tonusunun əhəmiyyətli dərəcədə pozulması olmuşdur. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti xx xxx 2019-cu il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3 hissəsindən az olmamaqla daimi (dayanıqlı) itirilməsinə səbəb olan sağlamlığa ağır zərərvurmaya aid edilmişdir. Xəsarətlərin Zərərçəkmiş şəxs1 özü tərəfindən özünə yetirilməsi inkar olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2019-cu il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 143-144) görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2019-cu il tarixli meyitə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 149-154) görünür ki, Sumqayıt şəhəri, Stansiya Sumqayıt qəsəbəsi ərazisində yerləşən evdə Zərərçəkmiş şəxs1 meyitinə baxış keçirilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2019-cu il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi və cinayət işinin aidiyyatı üzrə göndərilməsi barədə qərardan (cild 1, iş vərəqə 146147) görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən həmin Məcəllənin 126.3-ci maddəsinə tövsif edilməsi və aidiyyatı üzrə Sumqayıt şəhər prokurorluğuna göndərilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2019-cu il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 166-167) görünür ki, Təqsirləndirilən şəxs həmin gün şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2019-cu il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 180- 181) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ittiham elan olunmuş və o, təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2019-cu il tarixli Sumqayıt şəhər Məhkəməsinin qərarından (cild 1, iş vərəqə 201-204) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində xx xxxxxx 2019-cu il tarixədək həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxxxxxx 2019-cu il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Sumqayıt şəhər Məhkəməsinin qərarından (cild 2, iş vərəqə 29-30) görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 1 (bir) ay müddətinə, yəni xx xxxxxx 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB X16 03 nömrəli ekspertiza rəyindən (cild 2, iş vərəqə 75-76) görünür ki, mərhum Zərərçəkmiş şəxs1 qapalı kəlləbeyin travması, baş beynin orta ağır dərəcəli, sağ beyin yarımkürəsində intraparenximatoz hematoma, sol almacıq qövsünün yerdəyişən sınığı, üzün yumşaq toxumalarının əziyi, üzün və başın sol tərəfində sıyrılmış yaralar, ağır qapalı kəllə-beyin travmasından, beyin əzilməsindən sonra zərər çəkmişdə qalıq əlamətləri olaraq sol yuxarı və aşağı ətrafların iflici, nitq pozğunluğu, sol yuxarı və aşağı ətraflarda hərəkətlərin həcminin və qüvvənin, əzələ tonusunun əhəmiyyətli dərəcədə pozulması baş vermişdir. Qeyd olunan xəsarətlər həyati olmaqla küt əşya təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən baş nahiyəsinə yumruqla və ya daşla vurmaqla əmələ gələ bilərdi. Müddəti xx xxx 2019-cu il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən az olmamaqla (65%) daimi (dayanaqlı) itirilməsinə səbəb olan sağlamlığa ağır zərərvurmaya aid edilmişdir. Zərərçəkmiş şəxs1 ölümünə səbəb təqdim edilmiş tibbi sənədlərə əsasən almış olduğu xəsarətlər nəticəsində beynin orta ağır dərəcəli əzilməsi, sağ beyin yarımkürəsinin intraparenximatoz hematomasından yaranmış kobud qalıq əlamətləri nəticəsində əmələ gəlmiş beyin ödemi olmuşdur. Mərhum Zərərçəkmiş şəxs1 xəsarətlər eyni və ya müxtəlif küt alətlərlə yetirilmişdir. Xəsarət yetirilən vaxt zərərçəkmişlə xəsarət yetirən müxtəlif duruş vəziyyətlərində (üzbəüz, yan-yana və s.) ola bilərdi. Mərhum Zərərçəkmiş şəxs1 xəsarətlər qısa vaxt ərzində yetirilmişdir. Xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi inkar olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X16 kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası haqqında 95 nömrəli ekspertiza rəyindən (cild 2, iş vərəqə 175-178) görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar edilməmişdir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilmişdir. Cinayət işinin materiallarından və psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar edilməmişdir. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməl üzrə anlaqlıhesab edilmişdir. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs intellektual imkanları normaya uyğundur, əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri aşkar edilməmişdir. Emosional-iradi sferasında qıcığa qarşı həssaslıq, emosional reaksiyalara meyillilik müəyəyən edilir. Tez özündən çıxmaq, qıcığa qarşı tez reaksiya vermək, impulsivlik, eqosentrizm kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional sferasında hirslilik, qəzəblilik yaranmışdır. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından, psixoloji vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli Sumqayıt şəhər Məhkəməsinin qərarından (cild 2, iş vərəqə 51-55) görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti daha 1 (bir) ay müddətinə, yəni xx xxxxxx 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli Sumqayıt şəhər Məhkəməsinin qərarından (cild 2, iş vərəqə 99-100) görünür ki, Zərərçəkmiş şəxs1 meyitinin qəbirdən çıxarılması istintaq hərəkətinin aparılmasına (ekshumasiya) məhkəmə tərəfindən icazə verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkildən (cild 2, iş vərəqə 140143) görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2019-cu il tarixdə cinayət hadisəsinin baş verdiyi yerdə baş vermiş hadisə, hadisənin iştirakçıları, habelə öz hərəkətləri və ona qarşı edilmiş hərəkətlər barədə ətraflı ifadə vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB X16 T44/2020 nömrəli meyitin ekspertizası rəyindən (cild 2, iş vərəqə 148-152) görünür ki, mərhum Zərərçəkmiş şəxs1 ölümünə səbəb ağır kəllə-beyin travması, baş beynin ağır dərəcəli əziyi, sağ tərəfli beyindaxili hematoma nəticəsində yaranmış kobud qalıq əlamətlərindən inkişaf etmiş beyin ödemi olmuşdur. Yetirilən xəsarətlərlə ölüm arasında birbaşa səbəbli əlaqə mövcuddur. Ölüm təqdim edilmiş qərara əsasən xx xxxxxxxx 2019-cu il tarixdə evdə baş vermişdir. Vətəndaş Zərərçəkmiş şəxs1 qapalı kəllə-beyin travması, baş beynin orta ağır dərəcəli əziyi, sağ beyin yarımkürəsində intraparenximatoz hematoma, sol almacıq qövsünün yerdəyişən sınığı, üzün yumşaq toxumalarının əziyi, sifətin və başın sol tərəfində sıyrılmış yaraları olmuşdur. Baş beynin əziyi və beyin daxili hematomadan sonra Zərərçəkmiş şəxs1 qapalı kəllə-beyin travmasının qalıq əlamətləri olaraq sol yuxarı və aşağı ətrafda iflic, nitq pozğunluğu və hər iki ətrafda hərəkət pozğunluğu, əzələ tonusunun əhəmiyyətli dərəcədə pozğunluğu inkişaf etmişdir. Qeyd edilən xəsarətlər həyati olmaqla küt əşyanın (əşyaların) bilavasitə təsirindən törənmişlər, yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni xx xxx 2019-cu ilə uyğun gəlir və dərəcəsinə görə canlı şəxslərdə ümumi əmək qabiliyyətinin daimi 1/3-dən çox (65%) itirilməsinə səbəb olan sağlamlığa ağır zərərvurmaya aid edilmişdir. Mərhum Zərərçəkmiş şəxs1 adına tərtib edilmiş tibbi karta və meyitin müayinəsində xəsarətlərin müxtəlif alətlərlə yetirilə bilməsini təsdiq edən əlamətlər aşkar edilməmişdir. Xəsarətlərin xarakteri və yerləşdiyi nahiyələr onların şəxsin özü tərtəfindən yetirilə bilməsini inkar edir. Xəsarətlər yetirilərkən zərərçəkmişlə həmlə edənin qarşılıqlı duruş vəziyyəti müxtəlif ola bilərdi. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli Sumqayıt şəhər Məhkəməsinin qərarından (cild 2, iş vərəqə 138-139) görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti daha 1 (bir) ay müddətinə, yəni xx xxxx 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB X16 46/KEŞ nömrəli ekspertiza rəyindən (cild 2, iş vərəqə 166174) görünür ki, X15 X10 Bağırovun adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən o, xx xxx 2019-cu il tarixdə xəstəxananın neyrocərrahiyyə şöbəsinə daxil olduqdan sonra aparılmış müvafiq müayinələr əsasında ona “Qapalı kəllə-beyin travması, baş beynin əzilməsi, üzün və burnun sol tərəfində sıyrılmış yaraları” diaqnozu düzgün təyin edilmişdir. Zərərçəkmiş şəxs1 üzərində aparılmış müalicələr təyin edilmiş diaqnoza uyğun olmuşdur. X15 X10 Bağırovun adına tərtib edilmiş sənədlərdə göstərilənlərə əsasən xəstəyə lazımi müvafiq müayinələr aparılmış, müxtəlif sahələr üzrə həkim-konsultantların baxışı keçirilmiş və təyin edilmiş diaqnoza uyğun olaraq adekvat müalicə tədbirlərinin icrasına başlanılmışdır. Aparılmış müalicə tədbirlərindən sonra xəstə xx xxx 2019-cu il tarixdə sahə nevropotoloqun nəzarəti altında evə yazılmışdır. Zərərçəkmiş şəxs1 göstərilmiş müalicələr zamanı tətbiqinə icazə verilməyən dərman preparatlarından istifadə olunmamışdır. Zərərçəkmiş şəxs1 müalicə müəssisəsi şəraitində göstərilmiş tibbi xidmət səhiyyə sistemində qüvvədə olan mövcud təlimat qaydalarına uyğun olmuşdur.Zərərçəkmiş şəxs1 meyitinin eksqumasiyasına əsasən, onun ölümünə səbəb “ağır qapalı kəllə-beyin travması, baş beynin ağır dərəcəli əziyi, sağ tərəfli beyindaxili hematoma nəticəsində yaranmış kobud qalıq əlamətlərindən inkişaf etmiş beyin ödemi”nin olduğu müəyyən edilmişdir ki, bununla da aparılmış müalicələrlə baş vermiş ölüm arasında səbəbli əlaqə olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 2, iş vərəqə 187-200) görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsindən həmin Məcəllənin 126.3 və 128-ci maddələrinə tövsif edilməsi və onun həmin maddələr üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməsi, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1, 124.1, 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkib əlamətlərinin olmaması, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs xəsarət yetirməsi faktı müəyyən olunmadığından Zərərçəkmiş şəxs1 barəsində cinayət işinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs Şahid3 və Şahid2 tərəfindən döyülüb xəsarət yetirilməsi toplanmış sübutlarla öz təsdiqini tapmadığından həmin xüsusatlar üzrə Şahid3 və Şahid2 barəsində cinayət işinin başlanmasının rədd edilməsi, yaranmış mübahisə zəminində Təqsirləndirilən şəxs Şahid3 bədəninin müxtəlif nahiyələrinə bir neçə zərbələr endirərək döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati icraatın başlanılması, Zərərçəkmiş şəxs2 hazırki iş üzrə zərərçəkmiş şəxs qismində tanınması, onun hüquqi varis qismində iştirakına xitam verilməsi, Şahid2 Şıxəli qızının zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli əməlin tövsif olunması haqqında qərardan (cild 2, iş vərəqə 203-204) görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsindən həmin Məcəllənin 126.3 və 128-ci maddələrinə tövsif edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə və yenidən ittihamın elan olunması haqqında qərardan (cild 2, iş vərəqə 223-225) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3 və 128-ci maddələri üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona qeyd edilən cinayətlərlə bağlı ittiham elan olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli sorğuya cavabdan (cild 2, iş vərəqə 223-225) görünür ki, Quliyev X4 şəhər Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1ci maddəsi ilə təqsirli bilinmiş və ona qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla 6 ay müddətinə islah işləri cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs amnistiya aktı tətbiq edilmiş və onun barəsində olan nəzarət işi xx xxx 2013-cü il tarixdə qeydiyyatdan çıxarılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş doğum və nikah haqqında şəhadətnamələrin surətlərindən (cild 1, iş vərəqə 77-79) görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid1 arasında nikah bağlanmış və onların birgə nikahlarından xx xxxxxx 2008-ci il təvəllüdlü Nərgiz, xx xxxx 2010-cu il təvəllüdlü Nərmin və xx xxxx 2012-ci il təvəllüdlü Ümid adlı övladları var. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2012-ci il tarixli Sumqayıt şəhər Məhkəməsinin 1(060)-437/2012 saylı hökmünün surətindən (cild 2, iş vərəqə 184-186) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinmiş və qazancından 15% məbləğində pul tutumaqla ona 6 (altı) ay müddətinə islah işləri növündə cəza təyin edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Andrey X1rşı” işi üzrə X14 Məhkəməsinin xx xxxx 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək və bütövlükdə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək, həmin sübutları və ittihamı mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmiş, o və onun müdafiəçisi ayrı-ayrılıqda həmin sübutlara dair öz etirazlarını bildirmişlər, məhkəmə istintaqında həmin sübutları mübahisələndirmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində sübut edilməli olan hallardan biri kimi cinayət hadisəsinin baş vermə faktının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə: müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Cinayət məsuliyyəti o zaman yaranır ki, törədilmiş əməlin əlamətləri ilə Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətləri üst-üstə düşmüş olsun. Şəxsin cinayət törətmək niyyəti onun konkret əməlində təzahür etmirsə, cinayət məsuliyyəti yarana bilməz. Məhkəmənin qarşısında duran başlıca vəzifə təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməllərin cinayət əməllərini təşkil edib-etmədiyini müəyyən etməkdən və həmin əməllər cinayət əməlləri sayıldığı halda onları düzgün tövsif etməkdən ibarətdir. Bu səbəbdən də məhkəmə ittihama daxil olan hər bir cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Cinayət hüququ nəzəriyyəsinə görə qəsdən sağlamlığa ağır zərər vurma cinayəti yalnız qəsdən törədilə bilər. Həmin cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, həmin cinayətin törədilməsi nəticəsində ən mühüm dəyərlərdən biri olan insan sağlamlığına zərər vurulur. Bu cinayətin obyektiv tərəfi bir şəxs tərəfindən başqa şəxsin sağlamlığına ağır zərərin vurulmasından ibarətdir. Obyektiv tərəfə daxil olan əməllər təqsirkarın xarici aləmin mexaniki, fiziki, kimyəvi, biloji amillərdən istifadə etməklə təsir göstərməsində və ya psixi təsir göstərməsində ifadə oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin dispozisiyası sağlamlığa vurulan ağır zərərin iki növünü nəzərdə tutmuşdur: həyat üçün təhlükəli olan zərər və həyat üçün təhlükəli olmayan, lakin öz nəticəsinə görə ağır hesab edilən zərər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu əməlin törədilməsi ilə zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulması və ya onun əmək qabiliyyətinin cüzi itirilməsi, yaxud bu nəticələrin hər ikisi baş verir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, xx xxx 2019cu il tarixdə həqiqətən də Təqsirləndirilən şəxs ilə mərhum Zərərçəkmiş şəxs1 arasında mübahisə yaranmış və həmin mübahisəyə səbəb Təqsirləndirilən şəxs saxladığı iribuynuzlu heyvanların mərhum Zərərçəkmiş şəxs1 faktiki sahibliyində və istifadəsində olan həyətyanı sahəyə keçməsi olmuşdur. Cinayət hadisəsi baş verənədək Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs1 arasında Təqsirləndirilən şəxs saxladığı iribuynuzlu heyvanların Zərərçəkmiş şəxs1 faktiki sahibliyində və istifadəsində olan həyətyanı sahəyə keçməsi səbəbindən dəfələrlə mübahisələrin baş verməsi cinayət işinin mübahisəsiz halıdır. Cinayət hadisəsi baş verən gün, yəni xx xxx 2019-cu il tarixdə təxminən saat 15:00 radələrində Təqsirləndirilən şəxs saxladığı iribuynuzlu heyvanların icazəsiz Zərərçəkmiş şəxs1 faktiki sahibliyində və istifadəsində olan sahəyə keçməsi də cinayət işinin mübahisəsiz halıdır. xx xxx 2019-cu il tarixdə təxminən saat 15:00 radələrində onların arasında iribuynuzlu heyvanlarla bağlı növbəti mübahisə baş vermişdir. Təqsirləndirilən şəxs saxladığı iribuynuzlu heyvanlar Zərərçəkmiş şəxs1 sahəsinə keçdiyindən sonuncu bundan narazı qalmış və həmin heyvanları öz sahəsindən başqa yerə qovmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 bu hərəkətindən qəzəblənmiş və sonuncunun üzərinə gedərək öz iradını bildirmişdir. Onların bir-birini söyməsi və təhqir etməsi mübahisəsizdir. Sonra onların arasında sözlü mübahisə başlamış, getdikcə həmin mübahisə qızışmış və əlbəyaxa davaya çevrilmişdir. Mübahisənin gedişatında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qisas almaq məqsədilə və xüsusi amansızlıqla sonuncunun başından zərbələr endirmiş və bu zərbələrin təsirindən Zərərçəkmiş şəxs1 yerə yıxılmışdır. Zərərçəkmiş şəxs1 yerə yıxıldıqdan sonra Təqsirləndirilən şəxs ondan əl çəkməmiş və Akif yerə yıxıldıqdan sonra da əli ilə və təpiklə sonuncuya yerdə zərbələr endirməyə davam etmişdir. Zərərçəkmiş şəxs1 zərbələrin təsirindən yerə yıxıldıqdan sonra Təqsirləndirilən şəxs qarşı heç bir fəal hərəkət etməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 başından zərbələr endirməsini və bu zərbələrin təsirindən sonuncunun yerə yıxılmasını görən şəxs Zərərçəkmiş şəxs1 arvadı Şahid2 olmuşdur. Belə ki, Şahid2 Natiqlə Akif arasında mübahisə yarandığı və həmin mübahisənin əlbəyaxa davaya çevrildiyi andan davanın sonunadək cinayət hadisəsinin baş verdiyi yerdə olmuş və baş verənləri görmüşdür. Şahid2 yaşlı və xəstə olduğundan, eləcə də Təqsirləndirilən şəxs arvadı Xuraman sonuncudan Şahid2 ilə işinin olmamasını xahiş etdiyindən Təqsirləndirilən şəxs Şahid2 qarşı zor tətbiq etməmişdir. Şahid2 yalvararaq Təqsirləndirilən şəxs onun əri Akifi vurmamasını dəfələrlə xahiş etsə də, Təqsirləndirilən şəxs Şahid2 xahişinə və yalvarışlarına məhəl qoymamış, əksinə Şahid2 gözü qarşısında onun əri Akif yerə yıxıldıqdan sonra sonuncunu vurmağa davam etmişdir. Şahid2 Təqsirləndirilən şəxs Akifi başından vurmasını və nəticədə Akifin yerə yıxılmasını gördükdə qızı Tamillanı Akifə kömək etmək üçün Natiqin üzərinə göndərmişdir. Şahid3 Təqsirləndirilən şəxs yaxınlaşıb sonuncudan niyə atasını vurduğunu soruşduqda, Təqsirləndirilən şəxs Tamillanın saçından tutaraq iki dəfə yerə yıxmışdır. Təqsirləndirilən şəxs Tamillanın saçından tutub yerə yıxdıqdan sonra yerdə uzanmış Zərərçəkmiş şəxs1 vurmağa davam etmişdir. Şahid2 və Şahid3 Təqsirləndirilən şəxs yalvararaq sonuncudan Zərərçəkmiş şəxs1 vurmamağını xahiş etsələr də, bu dəfə də Təqsirləndirilən şəxs onların yalvarışına məhəl qoymamışdır. Təqsirləndirilən şəxs həmin vaxt mərhum Zərərçəkmiş şəxs1 arvadı Şahid2 və qızı Şahid3 gözü qarşısında yerdə hərəkətsiz uzanmış Zərərçəkmiş şəxs1 vurmağa davam etmişdir. Zərərçəkmiş şəxs1 ailə üzvlərinin gözləri qarşısında, yəni xüsusi amansızlıqla Təqsirləndirilən şəxs mərhum Zərərçəkmiş şəxs1 sağlamlığına qəsdən zərər vurması da cinayət işinin mübahisəsiz halıdır. Bundan başqa, Təqsirləndirilən şəxs Şahid3 saçından tutaraq iki dəfə yerə yıxması də cinayət işinin mübahisəsiz halıdır. Belə ki, şahid qismində məhkəmə istintaqında sərbəst şəkildə ifadə verən Təqsirləndirilən şəxs arvadı Şahid1 əri Natiqin Tamillanın saçından tutaraq 2 (iki) dəfə yerə yıxdığını sərbəst şəkildə bəyan etmişdir. Şahid2 Təqsirləndirilən şəxs Tamillanın saçından tutaraq yerə yıxdığını gördükdə evdə olan oğlu Zamiqi köməyə çağırmışdır. Zərərçəkmiş şəxs2 anasının sözünə əsasən Təqsirləndirilən şəxs üzərinə getmiş və Natiqdən etdiyi hərəkətlərlə bağlı hesabat tələb etmişdir. Bundan sonra onların da arasında əvvəlcə sözlü mübahisə, daha sonra isə əlbəyaxa dava olmuşdur. Əlbəyaxa dava zamanı Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs qarşılıqlı şəkildə bir-birini vurmuşlar və hadisə yerində olan şüşə predmetində istifadə etmişlər. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxslə əlbəyaxa davam edən zaman bir-birinə xəsarət yetirmişlər. Qeyd edilən hal da məhkəmə istintaqında öz təsdiqini tam şəkildə tapmışdır. Belə ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qəsdən yetirdiyi xəsarətə görə Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qəsdən xəsarət yetirməsi də cinayət işinin mübahisəsiz halıdır. Əlbəyaxa dava zamanı Təqsirləndirilən şəxs də Zərərçəkmiş şəxs2 qəsdən xəsarət yetirməsi və nəticədə Zərərçəkmiş şəxs2 sağlamlığına yüngül zərər vurulması da məhkəmə istintaqında öz təsdiqini tapmışdır. Belə ki, zərərçəkmiş şəxsin hüquqi varisi Şahid2 və Şahid3 məhkəmə istintaqında ifadə verərkən və cinayət prosesinin iştirakçılarının suallarını cavablandırarkən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 şüşə predmeti ilə vurduğunu gördüklərini bildirmişlər. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 başından bir neçə zərbə vurduğunu görən yeganə şəxs (hadisənin bilavasitə iştirakçıları olan Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 başqa) Şahid2 olmuşdur. Məhkəmə zərərçəkmiş şəxsin hüquqi varisi Şahid2 məhkəmə istintaqında verdiyi ifadəsini şübhə altına ala biləcək heç bir hal və dəlil görmür. Belə ki, xx xxx 2019-cu il tarixdə təxminən saat 15:00 radələrində Zərərçəkmiş şəxs1 sağ olması, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs saxladığı iribuynuzlu heyvanları öz sahəsindən qovması, Təqsirləndirilən şəxs ona yaxınlaşan zaman onun sağ-salamat olması məhkəmə istintaqında öz təsdiqini tapmış hallardır. Bu səbəbdən də Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxslə mübahisə etdiyi və əlbəyaxa olduğu zaman başından aldığı zərbələrdən yerə yıxılmasına heç bir şübhə yoxdur. Eyni zamanda Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs1 əvvəlcə sözlü mabahisə edərkən və sonra bir-biri ilə əlbəyaxa olarkən orada onların mübahisəsinə və davasına müdaxilə edən başqa şəxs və ya şəxslər olmamış, başqa sözlə, həmin vaxt orada Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs başqa xəsarət yetirə biləcək başqa şəxs olmamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 başından bir neçə dəfə zərbə vurması, həmçinin cinayət işinin materiallarında olan çoxsaylı ekspertiza rəyləri ilə də təsdiq olunmuşdur. Belə ki, xx xxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Elmi-Təcrübi və Tədris Birliyinin 654 nömrəli ekspertiza rəyinə əsasən Zərərçəkmiş şəxs1 bədəni üzərində qapalı kəllə beyin travması, beynin orta ağır dərəcəli əzilməsi, sağ beyin yarımkürəsində intraparenximotoz hematoma, sol almacıq qövsünün yerdəyişən sınığı, üzün yumşaq toxumalarının əziyi, üzün və başın sol tərəfdə sıyrılmış yaralar kimi xəsarətləri aşkar edilmişdir. Bundan başqa, xx xxxxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Elmi-Təcrübi və Tədris Birliyinin 44/654 nömrəli ekspertiza rəyinə əsasən Zərərçəkmiş şəxs1 bədəni üzərində qapalı kəllə beyin travması, beynin orta ağır dərəcəli əzilməsi, sağ beyin yarımkürəsində intraparenximatoz hematoma, sol almacıq qövsünün yerdəyişən sınığı, üzün yumşaq toxumalarının əziyi, üzün və başın sol tərəfində sıyrılmış yaralar aşkar edilmişdir. Kəllə beyin travmasından, beyin əzilməsindən sonrakı qalıq əlamətləri sol yuxarı və aşağı ətrafların iflici, nitq pozğunluğu, sol yuxarı və aşağı ətraflarda hərəkətlərin həcminin və qüvvənin əzələ tonusunun əhəmiyyətli dərəcədə pozulması olmuşdur. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti xx xxx 2019-cu il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3 hissəsindən az olmamaqla daimi (dayanıqlı) itirilməsinə səbəb olan sağlamlığa ağır zərərvurmaya aid edilmişdir. Xəsarətlərin Zərərçəkmiş şəxs1 özü tərəfindən özünə yetirilməsi inkar olunur. Sözügedən ekspertiza rəylərindən görünür ki, xx xxx 2019-cu il tarixdə Zərərçəkmiş şəxs1 sağlamlığına zərər vurulmuş və onun sağlamlığına vurulmuş zərər dərəcəsinə görə ağır zərər hesab olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, xx xxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Əksini təsdiq edə biləcək heç bir hal məhkəmə istintaqında müəyyən edilmədi. Zərərçəkmiş şəxs1 ölümü ilə bağlı məhkəmə qeyd edir ki, onun xx xxxxxxxx 2019-cu il tarixdə ölməsi cinayət işinin mübahisəsiz halıdır. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə və məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Təqsirləndirilən şəxs qənaətinə görə Zərərçəkmiş şəxs1 ölümünün ona aidiyyətı olmamış, yəni Zərərçəkmiş şəxs1 ölümü xx xxx 2019-cu il tarixdə baş vermiş hadisə ilə bağlı olmamış, əksinə Zərərçəkmiş şəxs1 hadisə vaxtı aldığı xəsarətdən deyil, əvvəldən onda olan müxtəlif xəstəliklərdən ölmüşdür. İbtidai istintaq dövründə Təqsirləndirilən şəxs və müdafiəçisi ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirdiyindən, məhkəmə qərarı əsasında ibtidai istintaq orqanı tərəfindən Zərərçəkmiş şəxs1 meyiti qəbirdən çıxarılmış və bir sıra prosessual hərəkətlər, eləcə də ekspertizalar keçirilmişdir. Belə ki, xx xxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB X16 T44/2020 nömrəli meyitin ekspertizası rəyinə əsasən Zərərçəkmiş şəxs1 ölümünə səbəbağır kəllə-beyin travması, baş beynin ağır dərəcəli əziyi, sağ tərəfli beyindaxili hematoma nəticəsində yaranmış kobud qalıq əlamətlərindən inkişaf etmiş beyin ödemi olmuşdur.Yetirilən xəsarətlərlə ölüm arasında birbaşa səbəbli əlaqə mövcuddur. Ölüm təqdim edilmiş qərara əsasən xx xxxxxxxx 2019-cu il tarixdə evdə baş vermişdir. Vətəndaş Zərərçəkmiş şəxs1 qapalı kəllə-beyin travması, baş beynin orta ağır dərəcəli əziyi, sağ beyin yarımkürəsində intraparenximatoz hematoma, sol almacıq qövsünün yerdəyişən sınığı, üzün yumşaq toxumalarının əziyi, sifətin və başın sol tərəfində sıyrılmış yaraları olmuşdur. Baş beynin əziyi və beyin daxili hematomadan sonra Zərərçəkmiş şəxs1 qapalı kəllə-beyin travmasının qalıq əlamətləri olaraq sol yuxarı və aşağı ətrafda iflic, nitq pozğunluğu və hər iki ətrafda hərəkət pozğunluğu, əzələ tonusunun əhəmiyyətli dərəcədə pozğunluğu inkişaf etmişdir. Qeyd edilən xəsarətlər həyati olmaqla küt əşyanın (əşyaların) bilavasitə təsirindən törənmişdir, yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni xx xxx 2019-cu ilə uyğun gəlir və dərəcəsinə görə canlı şəxslərdə ümumi əmək qabiliyyətinin daimi 1/3-dən çox ( 65% ) itirilməsinə səbəb olan sağlamlığa ağır zərərvurmaya aid edilmişdir. Mərhum Zərərçəkmiş şəxs1 adına tərtib edilmiş tibbi karta və meyitin müayinəsində xəsarətlərin müxtəlif alətlərlə yetirilə bilməsini təsdiq edən əlamətlər aşkar edilməmişdir. Xəsarətlərin xarakteri və yerləşdiyi nahiyələr onların şəxsin özü tərtəfindən yetirilə bilməsini inkar edir. Xəsarətlər yetirilərkən zərərçəkmişlə həmlə edənin qarşılıqlı duruş vəziyyəti müxtəlif ola bilərdi. Eyni zamanda, xx xxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB X16 46/KEŞ nömrəli ekspertiza rəyinə əsasən Zərərçəkmiş şəxs1 xx xxx 2019-cu il tarixdə xəstəxananın neyrocərrahiyyə şöbəsinə daxil olduqdan sonra aparılmış müvafiq müayinələr əsasında ona “Qapalı kəllə-beyin travması, baş beynin əzilməsi, üzün və burnun sol tərəfində sıyrılmış yaraları” diaqnozu düzgün təyin edilmişdir. Zərərçəkmiş şəxs1 üzərində aparılmış müalicələr təyin edilmiş diaqnoza uyğun olmuşdur. X15 X10 Bağırovun adına tərtib edilmiş sənədlərdə göstərilənlərə əsasən xəstəyə lazımi müvafiq müayinələr aparılmış, müxtəlif sahələr üzrə həkim-konsultantların baxışı keçirilmiş və təyin edilmiş diaqnoza uyğun olaraq adekvat müalicə tədbirlərinin icrasına başlanılmışdır. Aparılmış müalicə tədbirlərindən sonra xəstə xx xxx 2019-cu il tarixdə sahə nevropotologun nəzarəti altında evə yazılmışdır. Zərərçəkmiş şəxs1 göstərilmiş müalicələr zamanı tətbiqinə icazə verilməyən dərman preparatlarından istifadə olunmamışdır. Zərərçəkmiş şəxs1 müalicə müəssisəsi şəraitində göstərilmiş tibbi xidmət səhiyyə sistemində qüvvədə olan mövcud təlimat qaydalarına uyğun olmuşdur. Zərərçəkmiş şəxs1 meyitinin eksqumasiyasına əsasən, onun ölümünə səbəb “ağır qapalı kəlləbeyin travması, baş beynin ağır dərəcəli əziyi, sağ tərəfli beyindaxili hematoma nəticəsində yaranmış kobud qalıq əlamətlərindən inkişaf etmiş beyin ödemi”nin olduğu müəyyən edilmişdir ki, bununla da aparılmış müalicələrlə baş vermiş ölüm arasında səbəbli əlaqə olmamışdır. xx xxxxxx 2020-ci il tarixli ekspertiza rəyindən göründüyü kimi, Zərərçəkmiş şəxs1 ölümünə səbəb onun xx xxx 2019-cu il tarixdə almış olduğu xəsarətlər olmuşdur. xx xxxx 2020-ci il tarixli ekspertiza rəyinə görə isə Zərərçəkmiş şəxs1 aldığı xəsarətlərə görə tibb işçiləri tərəfindən düzgün diaqnoz qoyulmuş və o, düzgün müalicə metodu ilə müalicə olunmuşdur. Qeyd edilən rəylərdəki nəticələr Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi bütün dəlillərin həqiqiliyini istisna edir. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx xxx 2019-cu il tarixdə təxminən saat 15.00 radələrində qisas almaq məqsədi ilə və xüsusi amansızlıqla mərhum Zərərçəkmiş şəxs1 sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Zərərçəkmiş şəxs1 həm xəstəxanada, həm də ev şəraitində uzun müddət müalicə olunmasına baxmayaraq, xx xxxxxxxx 2019-cu il tarixdə ölmüşdür. Ekspertiza rəyinə əsasən onun ölümünə səbəb məhz xx xxx 2019-cu il tarixdə aldığı ağır xəsarətlər olmuşdur. Əksini sübut edəcək heç bir hal məhkəmə istintaqında müəyyən edilmədi. Eyni zamanda cinayət işinin materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə qonşusu X8 arasında uzun müddət münaqişə davam etmiş və bu münaqişələrin əksəriyyətinin səbəbi Təqsirləndirilən şəxs məxsus ev quşlarının X3 məxsus bostana icazəsiz keçməsi olmuşdur (Təqsirləndirilən şəxs məhkəmə hökmündə olan ifadəsi). 2012-ci il tarixli məhkəmə hökmündən də göründüyü ki, Təqsirləndirilən şəxs mütəmadi olaraq oz qonşuları ilə münaqişə etməyə meyilli olmuş və dəfələrlə münaqişə etmişdir. Təqsirləndirilən şəxs 2012-ci il tarixdə münaqişə etdiyinə görə cinayət məsuliyyətinə cəlb edilsə və məhkəmə tərəfindən cəzalandırılsa da, islah olmamışdır, başqa sözlə, qonşuları ilə davamlı olaraq mübahisə etməyə və yeni cinayət törətməyə meyilli olmuşdur. Məhkəmə hesab edir ki, qeyd edilən xüsusat ona cəza təyin edilən zaman nəzərə alınmalıdır. Göstərilənlərdən başqa, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 qarşı qəsdən sağlamlığa yüngül zərər vurma cinayətini törətməsi də cinayət işinin mübahisəsiz halıdır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3 və 128-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Odur ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3 və 128-ci maddələri ilə təqsirli bilinməlidir. Onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3 və 128ci maddələrində nəzərdə tutulan cinayətlərin bütün əlamətləri mövcuddur, həmin cinayətlər həqiqətən baş vermişdir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi hər bir cinayət əməlini qəsdən törətmişdir. Onun törətdiyi hər bir cinayət əməli başa çatmış cinayətlərdir. Onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3 və 128-ci maddələrində nəzərdə tutulmuş sanksiya həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs evli və himayəsində 3 (üç) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunduğu kimi Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə nəzərdə tutulan iki müstəqil cinayət əməllərini törətmiş və həmin cinayətlərin heç birinə görə məhkum olunmamış və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş, habelə bu cinayətlərin heç birinə görə Cinayət Məcəlləsinin 75-ci maddəsi ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif məddələri ilə nəzərdə tutulan iki müstəqil cinayət əməllərinin törədilməsi həmin Məcəllənin 17.1-ci maddəsinə əsasən cinayətlərin məcmusunu yaradır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3 və 128-ci maddələrində nəzərdə tutulmuş iki müstəqil cinayət əməllərinin törədilməsi cinayətlərin məcmusunu təşkil edir. Qeyd olunanları məcmu halda nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbləri daxilində həmin Məcəllənin 126.3 və 128-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir və təyin edilmiş cəzalar qismən toplanmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzalar tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxxxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3 və 128-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi üzrə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxsqəti olaraq 10 (on) il6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və təyin edilmiş qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxxxxxxx 2019-cu il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-562/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-562/2020
18.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver