Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-562/2021 19.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri “Ədalət” Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1981-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 4 (dörd) azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmayan, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, N.Əzizov küçəsi, ev 187-də qeydiyyatda olan və həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, tamah niyyəti ilə özgənin külli miqdarda əmlakını əldə etmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək quldurluq etmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs özgənin külli miqdarda əmlakını quldurluq yolu ilə ələ keçirmə məqsədilə tanışı Şahid1 ilə sövdələşib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 16 fevral 2018-ci il tarixdə, saat 19:00 radələrində ünvan 1 ünvanının qarşısında əvvəlcədən aralarında olan razılaşmaya əsasən Şahid1 «Tofaş Şahin» markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ oturacağına əyləşən Zərərçəkmiş şəxs qarşı basqın etmiş, Şahid1 Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edib qolu ilə sonuncunun boğazından basıb sıxaraq baş nahiyəsinə yumruq zərbələri vurub qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, astenonevrotik vəziyyət, blefarospazm, sefalalgiya və sağ gözdə travmatik iridosklit ilə müşayiət olunan başın hər iki təpə və sol gicgah nahiyələrinin qançırı-şişkinliyi, qarının sağ yarısının qançırı, alt dodağın selikli qişasının səthi əzilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirib qoluna qandal vurduqdan sonra arxa oturacağa oturmuş, Təqsirləndirilən şəxs isə avtomobili əvvəl “Xətai polisinə”, sonra isə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci Mikrorayon, A.Kunanbayev küçəsində yerləşən köhnə «Tofaş Servisin» yaxınlığına sürüb, orada Şahid1 Zərərçəkmiş şəxs məxsus, içərisində ümumilikdə 119.007 manat ekvivalentindəki 70.000 ABŞ dolları məbləğində pulu, eləcə də 10 manat dəyərindəki köhnə qeydiyyat dəftərini və 20 manat dəyərindəki çantanı götürüb avtomobildən düşdükdən sonra o, Şahid1la birlikdə hadisə yerindən qaçmaqla uzaqlaşıb zərərçəkmiş Zərərçəkmiş şəxs külli miqdarda, cəmi 119.007 manat məbləğində maddi ziyan vurmaqla quldurluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, həbs edilməmişdən əvvəl Zərərçəkmiş şəxs təklifi ilə sonuncunun sürücüsü kimi işləməklə xidmət göstərmişdir. O, Şahid1la quldurluq cinayətinin törədilməsində iştirak etməmişdir. Onun bu cinayətin törədilməsinə heç bir aidiyyəti olmamışdır. O, həmişə Zərərçəkmiş şəxs sürücü kimi “Avesta Konsernin” yaxınlığında gözləmişdir. Belə ki, Mehman hər gün işlədiyi ofisə və şirkətlərə getmiş və iş günü bitdikdən sonra o, Mehmanı maşınla yaşadığı evə aparmışdır. Onun gündəlik işi bundan ibarət olmuşdur. Cinayət hadisəsi baş verən gün o, Mehmanı eyni qaydada maşınla evinə aparmaq istəmişdir. Bu vaxt birdən onun tanımadığı, ibtidai istintaq zamanı adının Şahid1 olduğunu bildiyi şəxs maşının qapısını açaraq Mehmanın qoluna qandal vurmuş və polis əməkdaşı olduğunu, çoxdandır ki, Mehmanı axtardığını deyərək maşını Polis İdarəsinə sürməyi tələb etmişdir. Mehman da ona demişdir ki, “əgər maşını Polis İdarəsinə sürməyi tələb edirsə, o zaman, sür maşını Polis İdarəsinə”. Bundan sonra Mehman Bəxtiyara demişdir ki, “hansı Polis İdarəsinə? Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə sürək maşını?”. Bəxtiyar da Mehmana demişdir ki, “Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə yox, Binəqədi rayon Polis İdarəsinə maşını sürmək lazımdır, gedək Polis İdarəsinə orada hər bir məsələni aydınlaşdırarıq”. Bundan sonra o, Şahid1 dediyi yolla Binəqədi rayon Polis İdarəsinə maşını sürməyə başlamışdır. Azərbaycan Beynəlxalq Universitetinə çatmamış o, maşının əyləcinə basaraq Bəxtiyara bidirmişdir ki, “sən bizi hara aparırsan? Burada heç bir Polis İdarəsi yoxdur”. Bu vaxt Şahid1 Mehmana məxsus olan idman çantasını götürüb maşından düşmüş və qaçmağa başlamışdır. O da maşından düşərək Bəxtiyardan Mehmana məxsus olan idman çantasını almaq üçün Bəxtiyarın arxasınca qaçmağa başlamışdır. Bundan əvvəl isə o, Mehmana demişdir ki, “maşında telefon var, zəng et və kömək çağır, maşının açarları yerindədir”. O, həmçinin Mehmandan maşını onun arxasınca sürməyi istəmişdir. Həmin vaxt isə Bəxtiyar qaçaraq bir qədər gözdən itmişdir. O da Bəxtiyarın arxasınca qaçmış və sonuncunun bir binanın qarşısındakı mağazadan çıxdığını görmüşdür. Bundan sonra o, dərhal Bəxtiyara yaxınlaşmışdır. Bəxtiyar da bu vaxt onu görüb Mehmandan ələ keçirdiyi idman çantasını onun üzərinə ataraq həmin ərazidən qaçıb getmişdir. O da həmin çantanı Mehmana təhvil vermək üçün götürərək geri qayıtmağa başlamışdır. O, geriyə taksi ilə qayıtmağa qərar vermişdir. Çünki Mehman həmin ərazidən maşını sürüb getmişdir. Hadisə zamanı onun telefonu Mehmanın olduğu maşında qaldığından, o, taksi sürücüsünün telefonu ilə Mehmana zəng etmişdir. Onun ilk zəngindən sonra Mehman telefonu açmamışdır. Bundan bir qədər sonra o, ikinci dəfə Mehmana zəng etdikdə, bir nəfər Ramiz adlı polis əməkdaşı telefonu açaraq ona həmin idman çantasının içərisində 150.000 ABŞ dolları məbləğində pulun olduğunu, əgər həmin puldan bir dollar belə itdiyi halda ona qarşı qanunla nəzərdə tutulmuş ciddi tədbirlər görüləcəyini bildirmişdir. O da polis əməkdaşlarının dediklərindən qorxmuş və düşünmüşdür ki, Mehman şirkət işçisi olduğundan bəlkə də şirkətdə maliyyə itkiləri baş vermişdir. O, həmçinin düşünmüşdür ki, Mehman polislərə bəlkə də həmin maliyyə itkilərini gizlətməkdən ötrü belə bir yalan danışmışdır. Ona görə də o, gizlənməyə başlamışdır. O, ifadəsində, həmçinin bildirmişdir ki, o, Şahid1la cinayət əlaqəsinə girməmiş və Mehmana qarşı quldurluq cinayət əməlini törətməmişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında araşdırılmış sübutlara, o cümlədən təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinə, habelə elan olunmuş zərərçəkmiş şəxsin ifadəsinə, cinayət işinin materiallarında olan çoxlu sayda sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də ona irəli sürülmüş ittihamla bağlı cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətə aidiyyətinin olmaması və onun Şahid1la tanış olmaması, eləcə də qabaqcadan əlbir bir qrup şəxs halında quldurluq cinayətini törətməməsi ilə bağlı hissədə verdiyi ifadəsini məhkəmə cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə məzmunda ifadə verərək cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədi güdmüşdür. Məhkəmə dəfələrlə Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirakının təmin edilməsi istiqamətində cəhd etsə də, zərərçəkmiş şəxs Azərbaycan Respublikasının hüdudlarından kənarda olduğundan məhkəmə iclaslarında onun iştirakının təmin edilməsi mümkün olmamışdır. Bu səbəbdən də məhkəmə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə zərərçəkmiş şəxsin mövqeyi kimi onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini əsas tutmuşdur. Belə ki, Zərərçəkmiş şəxs məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, müxtəlif şəxslərə məxsus evlərin təmir-tikintisi, həmçinin xaricdən tikinti materiallarının sifarişlə gətirilməsi və satışı ilə məşğul olmuşdur. Təxminən 1 il olar ki, o, Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Samir işsiz olduğundan o, Samiri sürücü kimi yanında işlətmişdir. Samir “Tofaş Şahin” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmişdir. O, gün ərzində işi ilə əlaqədar şəhərin müxtəlif yerlərindəki obyektlərdə olmuş və çox vaxt onun üzərində külli miqdarda pul olmuşdur. Samirin də bundan məlumatı olmuşdur. 2018-ci ilin fevral ayının 7-i və ya 8-də, günorta təxminən saat 13:00 radələrində o, Samir və dostu Ziya ilə birlikdə “Nəsimi bazarından” bir qədər aşağıda yerləşən “Böyük Firat” restoranına nahar etmək məqsədi ilə getmişdir. Onlar 30-40 qəqidə orada yemək yedikdən sonra birlikdə restorandan çıxmışlar. Samir avtomobil ilə həmin restorandan bir qədər yuxarıda yerləşən “BTB Bankın” qarşısına getdikdə, o, Ziyanın bankın qarşısında saxladığı “Nissan Sunny” markalı avtomobilinin ərtafında bir nəfər, təxminən 30-35 yaşlarında, 170-175 boyunda olan, üzü nisbətən saqqallı, qaraşın, idmançıya oxşar orta bədən quruluşlu tanımadığı şəxsin gəzməsini görmüşdür. Dostu Ziya özünə məxsus olan nömrəni xatırlamışdır. Ziya həmin “Nissan Sunny” markalı avtomobilini internetdə satışa qoymuşdur. Ziya həmin şəxsin avtomobili almaq istəyən hər hansı bir müştəri olduğunu düşünüb Samirə həmin şəxsin yanına gedib danışmasını bildirmişdir. Samir də razılaşıb avtomobildən düşmüş və həmin şəxsə yaxınlaşıb təxminən 10-15 dəqiqə söhbət etdikdən sonra avtomobilə qayıdıb Ziyaya polisdə nə isə probleminin olduğunu və polisin Ziyanı axtardığını bildirmişdir. Ziya isə polislik bir işinin olmadığını bildirmişdir. Sonra Samir yenə də avtomobildən düşmüş və Ziyanın avtomobilinə tərəf getmişdir. Bu vaxt Ziya avtomobildən düşmüş və həmin tanımadığı şəxs piyada onlara tərəf gəlmişdir. Həmin şəxs Ziyanın yanından ötüb keçmişdir. Bu vaxt o, həmin şəxsin sağ tərəfində şalvarının belindən qandal asıldığını görmüş və ona görə də Samirin dediyi sözlərə inanıb həmin şəxsin polis olmasına inanmışdır. Bir neçə gündən sonra Ziya tanışları vasitəsi ilə maraqlandıqda polisdə özü barəsində heç bir şikayətin olmadığını öyrəmişdir. 16 fevral 2018-ci il tarixdə, saat 09:30-da Samir həmişəki kimi onu evdən götürmüşdür. Sonra onlar birlikdə onun yaşadığı binanın altındakı “Xəmiraşı” kafesində birlikdə səhər yeməyi yedikdən sonra kafedən çıxıb birlikdə işlərini həll etmək üçün şəhərin müxtəlif yerlərində yerləşən obyektlərə getmişlər. Həmin gün saat 17:00 radələrində o, pul köçürmək üçün Samir ilə birlikdə “Nəsimi bazarından” yuxarıda yerləşən “BTB Banka” getmişlər. Samir həmin vaxt avtomobildə onu gözləmişdir. Təxminən bir saatdan sonra o, bankdan çıxıb Samirin avtomobilinin yük yerindən üzərində ağ rəngli “ADİDAS” yazısı olan tünd göy rəngli idman çantasını götürüb salona əyləşmiş və Samirə onu ünvan 1 ünvanında yerləşən “Forte” tikinti şirkətinə aparmasını bildirmişdir. O, səhər evdən çıxdıqdan sonra yol boyunca işi ilə əlaqədar telefonla danışdıqda həmin gün pul götürəcəyini bildirmişdir. O, “Forte” şirkətinin qarşısına çatdıqda çantanı götürüb avtomobildən düşərək şirkətə girmişdir. Həmin vaxt Samir onu avtomobildə gözləmişdir. Təxminən bir saatdan sonra o, şirkətin kassirindən 70.000 ABŞ dolları məbləğində pulu götürüb özü ilə gətirdiyi çantaya qoymuş və şirkətdən çıxıb Samirin avtomobilinə yaxınlaşıb qabağ sağ qapını açıb avtomobilə əyləşmişdir. O, içərisində pul olan çantanı avtomobildə ayaqaltına qoyub qapını örtmək istədikdə kimsə qapını əli ilə tutub saxlamışdır. O, həmin şəxsdən nə lazım olduğunu suruşduqda, sonuncu sol əlinin dirsək hissəsi ilə onun boğazından basaraq və sol dizini onun ayaqlarının üzərinə qoyaraq onu tərpənməyə qoymamışdır. O, boğulduğu üçün nəfəs ala bilməmişdir. O, əli ilə həmin şəxsə müqavimət göstərməyə çalışmış, lakin həmin şəxs “İdarəyə gedək, orada bilərsən mən kiməm” sözlərini demişdir. O, Samirin üstünə qışqırıb “düş, şirkətdən adam çağır” demişdir. Samir isə avtomobildən yerə düşməyib nə baş verməsini soruşmuşdur. Bu zaman həmin şəxs sağ əlində tutduğu qandalı əvvəlcə onun sol qoluna vurmuşdur. Buna görə də o, həmin şəxsin polis olduğunu düşünüb artıq müqavimət göstərməmişdir. Sonra həmin şəxs onun sağ qoluna da qandalı vurub avtomobilin arxa sağ qapısını açıb arxa oturacağa əyləşmiş və arxadan sol qolu ilə onun boğazından tutub sıxaraq onu boğmağa başlamışdır. O, həmin şəxsə nəfəs ala bilmədiyini demişdir. Samir də həmin şəxsə onun xəstə olduğunu deyərək onu boğmamasını xahiş etmişdir. Bu vaxt həmin şəxs sol və sağ əli ilə onun başından və böyründən bir neçə dəfə yumruq vurub arxaya dönməməsini tələb etmişdir. Sonra həmin şəxs Samirə "avtomobili İdarəyə sür” demişdir. Samir də avtomobili işə salıb “Azadlıq” prospekti istiqamətində hərəkətə başlamışdır. Samir həmin şəxsdən hansı İdarəyə sürməsini soruşduqda, sonuncu “Xətai polisinə sür” demişdir. Samir bir qədər aralıdan geriyə qayıtmış və “Gənclik” metrosunun yanından keçib Babək prospektinə tərəf hərəkət etmişdir. Onlar Babək prospektinin girişindəki körpünü keçdikdən sonra yolda tıxac olduğu üçün həmin şəxs Samirə geriyə dönüb avtomobili Nizami polisinə sürməsini bildirmişdir. Samir də geriyə qayıdaraq Koroğlu Rəhimov küçəsinə girmişdir. Həmin şəxs ondan çantada nə olmasını soruşmuşdur. O da cavab olaraq çantada sənədlərin və pulun olduğunu demişdir. “Odlar Yurdu” Universitetinə çatmamış həmin şəxs iki oturaçağın arasından qabağa əyilib onun avtomobilin ayaqaltısına qoyduğu və içərisində 70.000 ABŞ dolları pulun və sənədlərin olduğu çantanı götürmək istəmişdir. O, buna mane olmaq istədikdə, həmin şəxs yenə də onu yumruqla başından vurmuşdır. Həmin vaxt o, həmin şəxsin ağzından spirt iyinin gəldiyini hiss etmişdir. O, həmin şəxsin içkili olduğunu başa düşüb Samirə “maşını sür Bandotdelə” demişdir. Samir isə yenə də onun sözünə baxmamışdır. Həmin şəxs isə avtomobili Binəqədi polisinə sürməsini demişdir. Samir də həmin şəxsə “narahat olma qaqa, Polis İdarəsinə gedirik” demişdir. Sonra o, həmin şəxsə onu vurmasına görə irad tutub sənədini göstərməsini istəmişdir. Həmin şəxs isə idarədə məsələni aydınlaşdırılacağını demişdir. Onlar “Kəmalə-Nərmin” restoranını keçən zaman o, Samirə Polis İdarəsinin sağda yerləşməsini demiş və Samirdən sağa dönməsini tələb etmişdir. Bu vaxt həmin şəxs yenə də onun başından bir neçə dəfə yumruq vurmuşdur. Samir isə artıq heç nə deməyib avtomobili “Ankara” şadlıq sarayı istiqamətinə sürmüş və sonra sağa doğru keçərək "Beynəlxalq Universitetə” tərəf dönmüşdür. Həmin şəxs Samirə “Tofaş Servisə” tərəf dönməsini demişdir. Samir də həmin şəxsin dediyi yerə sürmüşdür. Onlar ora çatdıqda, həmin şəxs ona “sən yaxşı oğlana oxşayırsan, bəlkə səni polisə aparmadım, məsələni burada həll elədik” dedikdə, o, həmin şəxsdən onu polisə aparmasını istəmişdir. Bir qədər aralıda Samir avtomobili saxlamışdır. O, Samirə Polis İdarəsinin bu tərəfdə olmadığını dedikdə, həmin şəxs arxadan onun başına bir neçə dəfə yumruq vurmuşdur. Bundan sonra o, bir neçə saniyəlik huşunu itirmişdir. Sonradan o, özünə gəldikdə həmin şəxsin qapını açıb çanta ilə birlikdə qaçmasını görmüşdür. Həmin vaxt o, Samirin üstünə qışqırıb maşını həmin şəxsin arxasınca sürməsini demişdir. Samir isə avtomobildən düşmüş və ona “sən aşağı küçəyə get, mən də həmin şəxsin arxasınca gedirəm” deyib maşını orada qoyaraq həmin şəxsin arxasınca qaçmışdır. Sonra o da Samirin və həmin şəxsin arxasınca qaçmışdır. O, bir qədər həmin şəxslərin arxasınca qaçsa da, halsız olduğu üçün dayanıb xalası oğlu Məzahirə zəng edərək hadisə barədə məlumat vermişdir. Sonra o, DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun bibisi oğludur. 20 fevral 2018-ci il tarixdə, saat 21:00-22:00 radələrində Samir “Votsap” proqramı vasitəsilə ona zəng etmişdir. Həmin vaxt o, Samirdən polislərin və Samirin atasının Samiri axtardığını deyərək nə baş verdiyini soruşmuşdur. Samir isə salamatçılıq olduğunu, lakin şərə düşdüyünü və 2-3 günə gələcəyini ona bildirmişdir. Samir, həmçinin ondan Samirin atasıgilə zəng edərək narahat olmamalarını deməsini xahiş etmişdir. Onun cinayət hadisəsi barədə başqa məlumatı yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun bacısının əridir. Onun Samirlə elə də yaxın münasibəti olmamışdır. Lakin onların arasında normal münasibət olmuşdur. O, hadisə barədə sonradan, yəni polis əməkdaşları bu barədə ondan maraqlandıqları vaxt xəbərdar olmuşdur. O, Samirin Mehman adlı şəxsin sürücüsü kimi işlədiyini bilmişdir. Samir Mehmanın barəsində həmişə yaxşı insan kimi danışmışdır. O, şəxsən Mehmanı tanımamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs təxminən 13-14 ildir ki, tanıyır. Hadisəyə qədər o, Samiri təxminən 2 ildir ki, görməmişdir. 17 fevral 2018-ci il tarixdə, saat 12:00 radələrində Samir ona zəng edərək Şamaxı rayonunda “Ağsu perevalı” adlanan yerdə “Axırıncı Aşırım” restoranında olduğunu bildirmiş və onu həmin restorana dəvət etmişdir. O da Samirin təklifi ilə razılaşıb iş yoldaşı Sürətdən onu həmin restorana aparmasını xahiş etmişdir. Təxminən 30-40 dəqiqədən sonra o, həmin restorana çatmışdır. O, Samirlə salamlaşıb kabinetə girdikdə, içəridə adını bilmədiyi təxminən 30 yaşlarında, 175-176 sm boyunda, arıq bədən quruluşlu, üzü nisbətən tüklü olan oğlanın da orada əyləşdiyini, habelə masanın üstündə yemək və araq olduğunu görmüşdür. O, həmin oğlanla salamlaşıb stulda əyləşmişdir. Sonra onlar birlikdə yemək yeyib araq içməyə başlamışlar. Onun adını bilmədiyi digər şəxs və Sürət isə araq içməmişlər. Təxminən yarım saatdan sonra Samirin yanında olan digər şəxs onlarla sağollaşıb kabinetdən çıxmışdır. Samir də həmin oğlanın avtomobilindən çantasını götürüb və sürücünü yola salıb gələcəyini bildirmişdir. Bir neçə dəqiqədən sonra Samir geri qayıtdıqda o, Samirin əlində tünd rəngli balaca idman çantasının və telefon qutusunun olduğunu görmüşdür. O, Samir ilə söhbət edən zaman sonuncu Bakı şəhərində hansısa generalın sürücüsü işlədiyini, “Lexus” avtomobili sürdüyünü, hazırda Bakı şəhərindəki evini satdığı üçün taksi ilə Tərtər rayonundan bura gəldiyini və buna görə də 9-10 gün Şamaxı rayonunda qalıb istirahət etdikdən sonra geri qayıdacağını bildirmişdir. Bundan sonra Samir qalmaq üçün hotel tapmağını ondan xahiş etmişdir. O, Samirə qış vaxtı az hotelin açıq olduğunu deyərək “Fortuna” hotelində qala biləcəyini bildirmişdir. Təxminən 40 dəqiqədən sonra onlar restoranda hesabı istəmişlər. Ofisiant hesabın 136 manat olduğunu demişdir. O, nə üçün hesabın çox olduğunu soruşduqda, Samir hesaba həm yeyib-içməyin, həm kontur pulu, həm də konturu alıb gətirən taksinin pulunun daxil olduğunu ona demişdir. Ofisiant hesabı gətirdikdən sonra Samir cibindən 150 manat pulu çıxarıb hesabın hamısını ödəmiş, qalan 14 manatı isə ofisianta “çay pulu” kimi vermişdir. Onlar birlikdə restorandan çıxıb Sürətin idarə etdiyi “VAZ-2107” markalı avtomobilə əyləşmişlər. Təxminən saat 18:00 radələrində o, Samiri “Fortuna” hotelinə aparıb qapıda düşürmüşdür. Səhər tezdən Samir ona zəng edərək hoteldəki ofisiantın telefonundan zəng vurduğunu, hoteldən çıxıb Şamaxı şəhərinə gedib paltar alacağını bildirmiş və orada qaldığı müddətdə avtomobillə gəzdirməsi üçün tanış taksi tapmağını ondan xahiş etmişdir. Onun başqa məlumatı olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs təxminən 10 il əvvəl Şamaxı rayonunda yerləşən “Şirvangöl” restoranında işlədiyi vaxt tanımışdır. O, həmin vaxt restoranda ofisiant, Samir isə bufetçi işləmişdir. Sonra o, Şamaxı rayonu, Pirqulu qəsəbəsində yerləşən “Fortuna” hotelinin restoranında ofisiant işləmişdir. O, həmin restoranda işləyən zaman, yəni 17 fevral 2018-ci il tarixdə, təxminən saat 18:00-19:00 radələrində onunla birlikdə işləyən Şıxəli adlı ofisiant yanına gələrək bir nəfər tək oğlanın müştəri kimi hotelə gəlib otaq götürdüyünü və indi də restorana gəlib yeyib-içmək istədiyini bildirib ondan həmin şəxs üçün yaxşı yeyib-içmək hazırlamağını istəmişdir. O da qonaq gələn şəxsin kim olduğunu öyrənmək üçün restoranın zalına girdikdə, həmin müştərinin Samir olduğunu görüb sonuncunu tanımışdır. Bundan sonra o, Samirlə görüşüb hal-əhval tutmuşdur. Həmin vaxt o, Samirin içkili olduğunu hiss etmişdir. Samir yemək sifarişi etdikdən sonra otağa gedib yenidən onun yanına qayıtmış və oturub yeyib-içməyi ona təklif etmişdir. O da Samirə etiraz etməmişdir. O, Samir ilə söhbət edən zaman sonuncu istirahət etmək üçün Şamaxı rayonuna gəldiyini ona bildirmişdir. Samirin keyfi yaxşı olduğundan cinsi əlaqədə olmaq üçün tanış qız olub-olmadığını ondan soruşmuşdur. O, bir nəfər qız tanıdığını Samirə bildirmişdir. Samir iki nəfər qız çağırmasını ona demişdir. O, Samirlə razılaşaraq hotelə iki qız dəvət etmişdir. Gələn qızlar cinsi əlaqədə olmaq üçün hərəsi 50 manat pul istəmişdir. Samir də həmin məbləğlə razılaşmışdır. Təxminən yarım saatdan sonra qızlar taksi ilə hotelə gəlmişlər. Samir qızların hərəsinə 50 manat, taksi sürücüsünə isə 25 manat pul vermişdir. Taksi sürücüsü getdikdən sonra onlar birlikdə yeyib-içməyə başlamışlar. Təxminən gecə saat 02:00 radələrində Samir qızlardan biri ilə əvvəlcədən götürdüyü otağa, Şıxəli isə digər qızla banket zalına keçmişlər. O, masanın üstünü yığışdırdıqdan sonra qaldığı otağa getmişdir. Səhərisi gün saat 12:00 radələrində o, yuxudan ayıldıqda Samirin harada olması ilə maraqlanmışdır. Orada kababçı işləyən Rahim Samirin səhər tezdən saat 09:00 radələrində axşamkı yeməyə görə 60 manat ödədikdən sonra Rahimdən Şamaxı şəhərinə aparmasını xahiş etdiyini və ona görə də Samiri öz avtomobili ilə aparıb şəhərə düşürdüyünü demişdir. Bundan sonra onun Samirdən xəbəri olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs tanımır. O, Samirlə birlikdə hər hansı bir cinayətin törədilməsində iştirak etməmişdir. Ümumiyyətlə o, Samiri tanımır və sonuncu ilə hər hansı cinayətin törədilməsini müzakirə etməmişdir. O, cinayət işi üzrə zərərçəkmiş şəxs hesab edilən Zərərçəkmiş şəxsı da tanımır. Məhkum olunması ilə bağlı cinayət işi üzrə ona qarşı da eyni ittiham üzrə cinayət işi açılmış və o, hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qobustan rayonunda yerləşən həbsxanasında cəza çəkir. Həmin cinayət işi üzrə o, təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ibtidai istintaq zamanı təzyiq altında etirafedici ifadə verməyə məcbur olmuşdur. Ona qarşı irəli sürülmüş ittiham üzrə onun barəsində məhkəmə hökmü çıxarılsa da, o, bununla razı deyil. O, müdafiəçisinin vasitəsilə barəsində olan hökmdən apellyasiya şikayəti vermişdir. Lakin onun apellyasiya şikayəti təmin olunmamışdır. Hazırda o, apellyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə müdafiəçisi vasitəsilə kassasiya şikayəti vermişdir. İttiham olunduğu hökm üzrə o, bildirmişdir ki, Zərərçəkmiş şəxs 60.000 manat məbləğində pul vəsasitini ələ keçirməmiş, onun Mehmanın maşınından götürdüyü idman çantasında həmin məbləğdə pul vəsaiti olmamışdır. Ona və Samirə qarşı irəli sürülmüş ittiham saxta olmuşdur. O, Samirlə heç vaxt heç bir cinayəti törətməmişdir. Təqsirləndirilən şəxs heç vaxt ona Zərərçəkmiş şəxs pul olması, sonuncunun şirkətdən və bankdan kredit kimi götürdüyü pulları idman çantasında saxlaması barədə heç bir məlumat verməmişdir. O, Təqsirləndirilən şəxs cinayət hadisəsi baş verdiyi zaman ilk dəfə Zərərçəkmiş şəxs maşınında görmüşdür. O, Samirin Zərərçəkmiş şəxs sürücüsü olduğunu ibtidai istintaq zamanı bilmişdir. Onun başqa məlumatı yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, elan olunmuş zərərçəkmiş şəxsin və şahid ifadələrini, ekspertiza rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 may 2020-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 167) görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs həmin gün tutularaq ibtidai istintaq orqanına təhvil verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 may 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 195-196) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ittiham elan olunmuş və o, həmin maddə üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 may 2020-ci il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarından (cild 1, iş vərəqə 237-242) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 12 may 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 may 2020-ciil tarixli xasiyyətnamədən (cild 1, iş vərəqə 230) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 iyun 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 1195 nömrəli ekspertiza rəyindən (cild 2, iş vərəqə 66-67) görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Cinayət işinin materiallarında və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəiiliyini dərk etmək və onları idarə etmək iqtidarinda olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 avqust 2020-ci il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarından (cild 2, iş vərəqə 77-81) görünür ki, həmin gün Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti 12 noyabr 2020-ci il tarixədək uzadılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 noyabr 2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 2, iş vərəqə 136) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 noyabr 2020-ci il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarından (cild 2, iş vərəqə 145-146) görünür ki, həmin gün Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti 12 dekabr 2020-ci il tarixədək uzadılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 noyabr 2020-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 157- 158) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə yeni məzmunda ittiham elan olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 noyabr 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 2, iş vərəqə 186-202) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə irəli sürülmüş ittihamın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 dekabr 2020-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 2, iş vərəqə 208-210) görünür ki, Təqsirləndirilən şəxs baş vermiş cinayət hadisəsinin yerini, eləcə də Şahid1 əlindəki idman çantasını onun olduğu istiqamətə atdığı yeri əyani şəkildə göstərmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 dekabr 2020-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 2, iş vərəqə 211-213) görünür ki, Şahid1 cinayət hadisəsi vaxtı əlindəki idman çantasının Təqsirləndirilən şəxs atdığı yeri və törətdiyi cinayətin mexanizmini və üsulunu əyani şəkildə göstərmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 fevral 2017-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən (cild 1, iş vərəqə 228) görünür ki, 30 iyul 2011-ci il tarixdə Təqsirləndirilən şəxs X3 ilə nikaha daxil olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 aprel 2017-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən (cild 1, iş vərəqə 226) görünür ki, 20 noyabr 2014-cü il tarixdə Təqsirləndirilən şəxs Dəniz Qurbanova adlı övladı anadan olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 aprel 2017-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən (cild 1, iş vərəqə 227) görünür ki, 30 sentyabr 2012-ci il tarixdə Təqsirləndirilən şəxs Tahir Qurbanov adlı övladı anadan olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 avqust 2017-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən (cild 1, iş vərəqə 229) görünür ki, 27 iyun 2017-ci il tarixdə Təqsirləndirilən şəxs Nihan Qurbanova adlı övladı anadan olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 avqust 2018-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən (cild 1, iş vərəqə 225) görünür ki, 27 iyun 2018-ci il tarixdə Təqsirləndirilən şəxs Burxan Qurbanov adlı övladı anadan olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 avqust 2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən (cild 1, iş vərəqə 107) görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla barışmış, vurulmuş ziyan təqsirləndirilən şəxs tərəfindən ona tam şəkildə ödənilmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 dekabr 2018-ci il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən (cild 1, iş vərəqə 155-165) görünür ki, Şahid1 özgənin külli miqdarda əmlakını quldurluq yolu ilə ələ keçirmə məqsədilə qeyri şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında 16 fevral 2018-ci il tarixdə, saat 19:00 radələrində Zərərçəkmiş şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş və həmin maddə üzrə ona 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bundan başqa, həmin hökmdən görünür ki, quldurluq cinayəti nəticəsində Zərərçəkmiş şəxs vurulmuş ziyan tam şəkildə ödənilmiş və bu səbəbdən də zərərçəkmiş şəxs ona qarşı cinayət törətmiş şəxslərlə barışmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X1 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsə onun əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, təqsirləndirilən şəxs və onun müdafiəçisi ayrı-ayrılıqda həmin sübutlara dair öz etirazlarını bildirmişlər, məhkəmə istintaqında təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı bütövlükdə, eləcə də əleyhinə olan sübutları mübahisələndirmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində sübut edilməli olan hallardan biri kimi cinayət hadisəsinin baş vermə faktının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə: müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Cinayət məsuliyyəti o zaman yaranır ki, törədilmiş əməlin əlamətləri ilə Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətləri üst-üstə düşmüş olsun. Şəxsin cinayət törətmək niyyəti onun konkret əməlində təzahür etmirsə, cinayət məsuliyyəti yarana bilməz. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham məhkəmə istintaqında tam şəkildə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlardan görünür ki, cinayət hadisəsi baş verməmişdən əvvəl Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanış olmuşlar, eləcə də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sürücü kimi xidmət göstərmişdir. Bu səbəbdən də onların arasında kifayət qədər etibarlı və yaxşı münasibətlər olmuşdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs iş qrafiki, iş günü ərzində nə vaxt və hara getməsi, hansı vaxt zərərçəkmiş şəxsin üzərində pul vəsaitinin olması barədə məlumata sahib olmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üzərində müəyyən vaxtlar külli miqdarda pulun olduğunu bildiyindən sonuncuya məxsus pul vəsaitini cinayət yolu ilə ələ keçirmək qərarına gəlmişdir. Bu məqsədlə o, tanışı Şahid1la cinayət əlaqəsinə girərək əvvəlcədən hazırlanmış plana əsasən Zərərçəkmiş şəxs qarşı quldurluq cinayətini törətməklə sonuncunun külli miqdarda pul vəsaitini qanunsuz şəkildə ələ keçirmək istiqamətində fəal hərəkətlər etmişlər. Onların arasında əldə edilmiş razılığa əsasən Şahid1 yaranmış əlverişli şəraitdən istifadə edərək Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməklə basqın etməli və sonuncuya məxsus külli miqdarda pul vəsaitini ələ keçirməli olmuş, Təqsirləndirilən şəxs isə Şahid1 rahat və sərbəst şəkildə qeyd edilən fəal hərəkətləri etməsi üçün şərait yaratmalı olmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs külli miqdarda pulunu quldurluq yolu ilə ələ keçirmə məqsədilə tanışı Şahid1 ilə sövdələşib cinayət əlaqəsinə girdikdən sonra qabaqcadan əlbir olan bir qrup şəxs halında 16 fevral 2018-ci il tarixdə, saat 19:00 radələrində razılaşdıqları plana əsasən quldurluq cinayətini törətmişlər. Belə ki, göstərilən tarixdə və vaxtda Şahid1 ünvan 1 ünvanının qarşısında «Tofaş Şahin» markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ oturacağına əyləşən Zərərçəkmiş şəxs qarşı basqın etmişdir. Zərərçəkmiş şəxsə basqın onun avtomobildə oturduğu zaman edilmişdir. Basqın zamanı Şahid1 Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edib qolu ilə sonuncunun boğazından basıb sıxaraq baş nahiyəsinə yumruq zərbələri vurub qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, astenonevrotik vəziyyət, blefarospazm, sefalalgiya və sağ gözdə travmatik iridosklit ilə müşayiət olunan başın hər iki təpə və sol gicgah nahiyələrinin qançırı-şişkinliyi, qarının sağ yarısının qançırı, alt dodağın selikli qişasının səthi əzilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirib qoluna qandal vurduqdan sonra arxa oturacağa oturmuş və özünü zərərçəkmiş şəxsə polis əməkdaşı kimi təqdim etmişdir. Şahid1 özünü Zərərçəkmiş şəxs polis əməkdaşı kimi təqdim etdikdən sonra sonuncudan müxtəlif yerlərə avtomobili sürməsini tələb etmişdir. Zərərçəkmiş şəxs da Bəxtiyarın qanunsuz və zoraki hərəkətlərindən qorxaraq Təqsirləndirilən şəxs avtomobili basqın edən şəxsin dediyi yerə sürməsini tələb etmişdir. Təqsirləndirilən şəxs da özünü Şahid1 tanımadığı kimi göstərərək faktiki olaraq əvvəlcədən sonuncu ilə razılaşdırılmış plana əsasən avtomobili lazım olan yerlərə sürmüşdür. Onlar Bakı şəhəri, Binəqədi rayonu, 7-ci Mikrorayon, A.Kunanbayev küçəsində yerləşən köhnə «Tofaş Servisin» yaxınlığına çatdıqda, Şahid1 Zərərçəkmiş şəxs məxsus və içərisində 70.000 ABŞ dolları məbləğində pulu (həmin dövrün məzənnəsinə görə 119.007 manat pulu), habelə zərərçəkmiş şəxsə məxsus 10 manat dəyərindəki köhnə qeydiyyat dəftərini və 20 manat dəyərindəki çantanı götürüb avtomobildən düşərək hadisə yerindən qaçmışdır. Şahid1 avtomobildən içərisində 70.000 ABŞ dolları məbləğində pulun olduğu çantanı götürüb qaçdıqdan sonra Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin qarşısında özünü “təmizə” çıxarmaq məqsədi ilə Şahid1 arxasınca qaçmışdır. Təqsirləndirilən şəxs və Şahid1 sonraki hərəkətlərinin nədən ibarət olması məhkəmə istintaqında müəyyən edilmədi. Lakin məhkəmə istintaqında Təqsirləndirilən şəxsla Şahid1 qabaqcadan əlbir bir qrup şəxs halında quldurluqla zərərçəkmiş şəxsə məxsus 70.000 ABŞ dolları məbləğində pulun qanunsuz şəkildə ələ keçirilməsi və sonradan aralarında bölüşdürülməsi tam şəkildə öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edilən nəticəyə gələrkən 3 (üç) mühüm məsələni (halı) əsas tutmuşdur. Birinci məsələ ondan ibarətdir ki, Şahid1 Zərərçəkmiş şəxs basqın edərkən və sonuncuya qarşı zor tətbiq edərkən Təqsirləndirilən şəxs passiv mövqe sərgiləmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs bircə dəfə də olsun Şahid1 qanunsuz hərəkətlərinə son qoyulması üçün heç bir hərəkət etməmişdir. Əksinə Təqsirləndirilən şəxs hərəkətsizlik nümayiş etdirərək faktiki olaraq Şahid1 Zərərçəkmiş şəxs basqın etməsinə və daha sonra zoraki hərəkətlər edərək sonuncuya məxsus külli miqdarda pul vəsaitini ələ keçirməsinə kifayət qədər şərait yaratmışdır. Bundan başqa, təqsirləndirilən şəxs içində pul olan çantanı faktiki olaraq ələ keçirdikdən sonra zərərçəkmiş şəxsin yanına qayıtmaq əvəzinə zərərçəkmiş şəxslə təmasa keçməyərək baş vermiş hadisə ilə bağlı sonuncuya hesabat verməmişdir. Əksinə Təqsirləndirilən şəxs baş vermiş hadisədən sonra zərərçəkmiş şəxslə, o cümlədən öz yaxın qohumları ilə münasibətlərini kəsərək qaçmış və bununla bağlı onun barəsində axtarış elan edilmişdir. Təqsirləndirilən şəxs təqsiri olmadığı halda onun zərərçəkmiş şəxslə təmasdan və görüşdən yayınması başa düşülən deyil. Məhkəmə belə hesab edir ki, bu məsələ təqsirləndirilən şəxsin törətmiş olduğu əməllərinin tövsifi məsələsində kifayət qədər ciddi rol oynayır və iş üçün mühüm əhəmiyyət kəsb edən hallardan birini təşkil edir. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında heç bir hal müəyyən edilmədi. İkinci məsələ ondan ibarətdir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında ifadə verərək göstərmişdir ki, Şahid1 içində pul olan çantanı avtomobildən götürüb qaçdıqdan sonra o, Bəxtiyarın arxasınca qaçmış və naməlum şəraitdə Bəxtiyar onun istiqamətinə avtomobildən götürdüyü çantanı (içində pul olan çanta) ataraq qaçmışdır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən hissədə gətirdiyi dəlili ağlabatan və inandırıcı hesab etmir. Belə ki, təqsirləndirilən şəxsin ifadəsində göstərmiş olduğu dəlil həqiqəti əks etdirmiş olsaydı onun tərəfindən həmin çantanın zərərçəkmiş şəxsin özünə qaytarılmasını istisna edən hal olmamışdır. Başqa sözlə, Təqsirləndirilən şəxs Şahid1la qabaqcadan əlbir bir qrup şəxs halında quldurluq cinayətini törətmiş olmasaydı o, Bəxtiyarın ona tərəf atdığı həmin çantanı gətirib zərərçəkmiş şəxsə vermiş olardı. Lakin Təqsirləndirilən şəxs avtomobildən düşdükdən sonraki hərəkətləri ona dəlalət edir ki, o, məhz Şahid1la qabaqcadan əlbir qrup şəxs halında hərəkət etmişdir. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında heç bir hal müəyyən edilmədi. Üçüncü məsələ də ondan ibarətdir ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı vermiş olduğu ifadəni təsdiq edərək ifadəsində 17 fevral 2018-ci il tarixdə, saat 12:00 radələrində Təqsirləndirilən şəxs ona zəng edərək Şamaxı rayonunda “Ağsu perevalı” adlanan yerdə “Axırıncı Aşırım” restoranında olduğunu, Samirin onu həmin restorana dəvət etdiyini, onun Samirin yanına getdiyini, həmin vaxt Samirin yanında təxminən 30 yaşlarında, 175-176 sm boyunda, arıq bədən quruluşlu, üzü nisbətən tüklü olan oğlanın əyləşdiyini, onlar birlikdə bir qədər yeyib-içdikdən sonra Samirin yanında olan həmin şəxsin onunla sağollaşıb kabinetdən çıxdığını, bundan sonra Samirin həmin oğlanın avtomobilindən çantasını götürüb gələcəyini ona dediyini, eləcə də həmin vaxt Samirin pul xərclədiyini bildirmişdir. Başqa sözlə, Şahid5 həmin vaxt Təqsirləndirilən şəxs yanında cinayət işinin materialları ilə təsdiq olunmuş xüsusiyyətlərə sahib olan Şahid1 olmasını bəyan etmişdir. Yuxarıda göstərilmiş və müəyyən edilmiş hallar onu təsdiq edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı ifadə verərkən səmimi olmamış və baş vermiş cinayət hadisəsi ilə bağlı həqiqi halları gizlətməklə cinayət məsuliyyətindən azad olmaq məqsədi güdmüşdür. Bundan başqa, yuxarıda qeyd edilən hallar Şahid1 barəsində 14 dekabr 2018-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən çıxarılmış və qanuni qüvvəsini almış məhkəmə hökmündə də öz təsdiqini tapmışdır. Belə ki, qeyd edilən hökmdən görünür ki, Şahid1 Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir bir qrup şəxs halında Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi ilə bağlı irəli sürülmüş ittiham öz təsdiqini tapmışdır. Başqa sözlə, həmin hökm ilə Şahid1 Təqsirləndirilən şəxsla qabaqcadan əlbir bir qrup şəxs halında 16 fevral 2018-ci il tarixdə, saat 19:00 radələrində Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam şəkildə təsdiq olunmuşdur. Yuxarıda müəyyən edilmiş hallar 14 dekabr 2018-ci il tarixli hökm ilə bir daha təsdiq edildiyindən, məhkəmə belə nəticəyə gəlir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin sözügedən hökmü hazırki cinayət işi üzrə təqsirləndirilən şəxs qismində çıxış edən Təqsirləndirilən şəxs əməllərinin tövsifi və həmin cinayəti törətməsində təqsirli olması hissəsində preyudisial əhəmiyyətə malik olan mötəbər və vacib sübut kimi çıxış edir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 dekabr 2018-ci il tarixli hökmü Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilinməsi və onun tərəfindən törədilmiş cinayət əməllərinin tövsifində preyudisial əhəmiyyətə malikdir. Məhkəmə belə nəticəyə gələrkən, həmçinin ona istinad etmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 dekabr 2018-ci il tarixli hökmü Təqsirləndirilən şəxs əleyhinə olan yeganə sübut qismində çıxış etmir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 dekabr 2018-ci il tarixli hökmünün hazırki cinayət işi üzrə preyudisial əhəmiyyətə malik olması, həmçinin “Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 yanvar 2020-ci il tarixli qərarına da uyğundur. Belə ki, göstərilən Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının preyudisiallığı, barəsində bu qərarın çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşdırılır və aşağıdakı hər üç şərtin mövcudluğu halında mümkün olur: - konkret fakt bir iş üzrə cinayət prosesinin iştirakçısının iştirak etdiyi başqa bir iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş olmalıdır; - bu fakt hər iki iş üzrə sübutetmə predmetinə aid olmalıdır; - hər iki işdə şəxsin hüquqi statusu eyni olmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Bundan başqa, həmin qərarda Konstitusiya Məhkəməsi Plenumu belə nəticəyə gəlmişdir ki, preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Yuxarıda göstərilənləri məcmu halda nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də 16 fevral 2018-ci il tarixdə, saat 19:00 radələrində tamah niyyəti ilə Zərərçəkmiş şəxs külli miqdarda pulunu əldə etmək məqsədilə Şahid1la qabaqcadan əlbir olan bir qrup şəxs halında hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək quldurluq etmiş və nəticədə 70.000 ABŞ dolları məbləğində pulu qanunsuz şəkildə ələ keçirmişdir. Eyni zamanda məhkəmə istintaqında müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs cinayət nəticəsində vurulmuş ziyan tam şəkildə odənilmiş və o, Təqsirləndirilən şəxsla barışmışdır. Cinayət hüququ nəzəriyyəsinə görə quldurluq cinayətinin obyekti həm mülkiyyət münasibətləri, həm də insan sağlamlığıdır. Quldurluq cinayəti obyektiv cəhətdən özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı basqında ifadə olunur. Basqın dedikdə, təqsirkarın zərərçəkmiş şəxsə qarşı yönəltdiyi və zor tətbiq edilməsi və ya zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qəflətən törədilən fəal hərəkətlər başa düşülür. Belə basqın o halda quldurluq cinayətinin tərkibini yaradır ki, hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və yaxud belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olsun və vahid məqsədə - özgə əmlakını ələ keçirməyə yönəlsin. "Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli, 01 saylı qərarının 1-ci bəndində göstərilir ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin qərarın 23-cü bəndində, həmçinin göstərilir ki, Cinayət Məcəlləsinin 181.1-ci maddəsində «həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Sözügedən qərarın 25-ci bəndində göstərilir ki, silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və sair), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Şəxs silahı yalnız nümayiş etdirmişsə və ya aşkar yararsız və ya doldurulmamış silahla zərərçəkmişin həyatı və ya sağlamlığı üçün təhlükəli olan xəsarət yetirmək niyyəti olmadan həmin predmetlərlə onu hədələmiş və ya silah tətbiq etmə görüntüsü yaratmışsa (məsələn: silah maketi, oyuncaq xəncəl), digər ağırlaşdırıcı hallar olmadıqda işin konkret hallarından asılı olaraq onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsində nəzərdə tutulan quldurluq kimi tövsif edilməlidir. Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (Cinayət Məcəlləsinin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin bütün tərkib əlamətləri var və bu səbəbdən də məhkəmə onun törətmiş olduğu əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə tövsif edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətmiş və həmin cinayət hadisəsi həqiqətən baş vermişdir. Həmin cinayət əməli başa çatmış cinayətdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, eləcə də onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi üzrə təqsirli bilinməklə ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, onun cavan olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, evli olmaqla himayəsində 4 (dörd) azyaşlı uşağının olmasını, onun ailə üzvlərinin həyat şəraitini və uşaqlarının yaşını, Zərərçəkmiş şəxs onunla barışmasını, onun tərəfindən zərərçəkmiş şəxsə cinayət nəticəsində vurulmuş ziyanın tam şəkildə ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqda (Cinayət Məcəlləsinin 59.1.12-ci maddə) və təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran hallar olmadıqda, təqsirləndirilən şəxsə təyin ediləcək cəza onun təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən bütün halların məcmusunu, ələlxüsus təqsirləndirilən şəxsin himayəsində 4 (dörd) azyaşlı uşağının olmasını, uşaqların yaşını və onun ailə üzvlərinin həyat şəraitini, zərərçəkmiş şəxsin onunla barışmasını, onun tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam şəkildə ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar kimi qəbul edir və qiymətləndirir. Məhkəmə qeyd edilən müstəsna halları məcmu halda nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməli və onun təqsirli bilindiyi maddənin sanskiyasında nəzərdə tutulmuş aşağı həddən də aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Cinayət Məcəlləsinin 62-ci maddəsini təqsirləndirilən şəxsə tətbiq edilməsinin məqbul sayarkən ilk növbədə onun cəzasını yüngülləşdirən çox saylı halların məcmusunu, habelə təqsirləndirilən şəxsin himayəsində 4 (dörd) azyaşlı uşağının olmasını, uşaqların yaşını, onun ailə üzvlərinin həyat şəraitini, zərərçəkmiş şəxsin onunla barışmasını, onun tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam şəkildə ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını əsas tutmuşdur. Məhkəmə hesab edir ki, qeyd edilən halların təqsirləndirilən şəxsə cəza təyini zamanı nəzərə alınmaması ədalətli sayıla bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyini zamanı cinayət hüququ nəzəriyyəsində öz əksini tapmış cəzanın fərdiləşdirilməsi prinsipinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət prinsipinə ciddi şəkildə əməl olunmalıdır. Buna isə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə nail olmaq olar. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməli və həmin maddənin tələbləri nəzərə alınmaqla ona ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsində göstərilən cinayət əməli cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 12 may 2020-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən təqsirli bilindiyi maddə üzrə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və ona təyin edilmiş cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 12 may 2020-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-562/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-562/2021
19.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver