Məhkəmə qərarları › İş №1(101)-562/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-562/2022

17.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-562/2022 17.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Hacıyev Siyavuş Həbib oğlu və Salmanov Rahib Vaqif oğlundan ibarət tərkibdə, məsləhətçi Qafarova Turan Zakir qızının katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Bakı şəhəri Yasamal rayonu, Qədirli küçəsi, dalan 8, ev 2-də qeydiyyatda olmaqla, Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Bağırov küçəsi, ev 12, mənzil 6-da yaşamış, 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq 12 iyul 2021-ci il tarixdə ünvan 1 ünvanında X5 90 manat pul müqabilində külli miqdarda, yəni 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,792 qram, 0,412 qram, 0,467 qram, 0,592 qram, 0,140 qram, ümumi təmiz çəkiləri 2,403 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən narkotik vasitə heroin və 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,280 qram, 0,205 qram, 0,128 qram və 0,140 qram, ümumi təmiz çəkiləri 0,753 qram ağ rəngli kristalşəkilli maddələr kustar üsulla hazırlanmış kimyəvi tərkiblərinə görə aralarında eynilik təşkil edən psixotrop maddə metamfetamini alaraq əldə edib, üzərində saxlamaqla daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Suraxanı RPİ-nin NMB-nin və CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 12 iyul 2021-ci il tarixdə saat 11:30-da ünvan 1 ünvanının qarşısında saxlanılıb ünvan 2erləşən Suraxanı RPİ-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılan zaman, əynindəki yaşıl rəngli üzəri qırmızı, sarı və göy rəngli cizgilər olan şortikin sağ yan cibindən 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,792 qram, 0,412 qram, 0,467 qram, 0,592 qram, 0,140 qram, ümumi təmiz çəkiləri 2,403 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən narkotik vasitə heroin və 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,280 qram, 0,205 qram, 0,128 qram və 0,140 qram, ümumi təmiz çəkiləri 0,753 qram ağ rəngli kristalşəkilli maddələr kustar üsulla hazırlanmış kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, təxminən yeddi ildir ki, narkotik vasitə kakos və psixotrop maddə metamfetamindən istifadə edir. 12 iyul 2021-ci il tarixdə ünvan 1 ünvanda əmisi nəvəsinin yaşadığı evin həyətində olmuşdur. Bu vaxt mülki geyimdə olan şəxslər onlara yaxınlaşıb, xidməti vəsiqələrini göstərib, polis əməkdaşları olduqlarını bildirmişlər. Sonuncular onun narkotik maddələrin dövriyyəsində şübhəli olduğunu bildirib, Suraxanı RPİ-nə dəvət etmişlər. Polis əməkdaşları ilə birlikdə Suraxanı RPİ-nə getmişdir. Orada xidməti otaqların birində üzərinə baxış keçirilmiş, lakin, üzərindən narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları ona 10 büküm verib, həmin bükümlərin özünə məxsus olmasını bildirəcəyi halda 48 saata buraxılacağını demişlər. Onun qarşısına bəzi sənədlər qoyulmuş və o, həmin sənədləri imzalamışdır. Yazıb-oxuya bilmədiyindən həmin sənədlərdə nə yazıldığını bilməmişdir. Ona verilmiş ittihamla razı deyil. Üzərində narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Ümid oğlu ifadəsində göstərdi ki, Suraxanı RPİ-nin NMB-nin rəisi vəzifəsində işləyir. 12 iyul 2021-ci il tarixdə bölməyə Suraxanı rayonu Əmircan qəsəbəsi, 1 may küçəsi 9 saylı ünanda yaşayan X9 öz mənzilində tiryəkxana təşkil etdiyi və bir qrup şəxsin həmin mənzildə narkotik vasitələr qəbul etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Odur ki, əməliyyat qrupu yaradılmış, o, qrupun rəhbəri, X1, Şahid2 Abidin oğlu, X6, X3 və X10 qrupun üzvləri təyin edilmişdir. 12 iyul 2021-ci il tarixdə saat 11:30-da həmin ünvana getmişlər. Orada Təqsirləndirilən şəxs, X14, X11, X12, X2 və X4 olduqlarının görüb, sonuncuları Suraxanı RPİ-nin inzibati binasına gətirmişlər. İdarədə videoçəkiliş aparılmaqla vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Sonuncu əynində olan şortikin sağ yan cibindən 9 ədəd bükümdə narkotik maddəni çıxarıb təqdim etmiş, bükümlərin içərisində heroin və metamfetamin olduğunu, onları Faiq adlı şəxsdən əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələr zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara oxunduqdan sonra, sonuncular protokolun doğruluğu imzalarla təsdiq etmişlər. Şəxsi axtarış və götürmə zamanı video çəkilişdən istifadə olunmuş, görüntü diskə köçürülərək protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı onda məlumat olsa da, Emilin konkret olaraq kimlərə narkotik maddə satdığı barədə məlumat əldə edə bilməmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təsir-təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 şahid A.Ü.İbrahimovun ifadəsinə oxşar ifadə verdi. İşin 32-33-cü vərəqindəki şəxsi axtarış və götürmə aparılması haqqında 12 iyul 2021ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 11:30-də ünvan 4 ünvanda saxlanılaraq Suraxanı RPİ-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş ilə baxış keçirilən zaman sonuncu əynindəki yaşıl rəngli üzəri qırmızı, sarı və göy rəngli cizgiləri olan şortikin sağ yan cibindən 9 ədəd siqaret kağızı bükümündə narkotik maddəni çıxarıb təqdim etmişdir. Ondan həmin bükümlərin içərisində nə olması, kimdən və hansı məqsədlə əldə etdiyi barədə soruşulmuş, o, həmin 9 ədəd siqaret kağızına bükülmüş bükümü ögey qardaşı Faiqdən şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış davam etdirilmiş, lakin qanunsuz başqa heç əşya aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitələr zərfə qoyularaq qablaşdırılmış, Suraxanı RPİ-nin 45 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı video çəkilişdən istifadə olunmuş, görüntü diskə köçürülərək protokola əlavə edilmişdir. İşin 39-42-ci vərəqlərindəki məhkəmə-kimyəvi ekspertizasının 13 iyul 2021-ci il tarixli 6/2826 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş» yazısı olan zərfdəki 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,792 qram, 0,412 qram, 0,467 qram, 0,592 qram, 0,140 qram, ümumi təmiz çəkisi 2.403 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 4 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,280 qram, 0,205 qram, 0,128 qram və 0,140 qram, ümumi təmiz çəkisi 0,753 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İşin 93-94-cü vərəqlərindəki məhkəmə-narkoloji ekspertizasının 2 sentyabr 2021-ci il tarixli 3195 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin birgə qəbulu və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 96-97-ci vərəqlərindəki məhkəmə-psixiatrik ekspertizasının 31 iyul 2021-ci il tarixli 1667 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükələliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və ya 22-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. İşin 66-cı vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış zaman çəkilmiş DVD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edildi ki, həmin diskdə 1 ədəd fayl vardır. Faylda olan videogörüntü 12 iyul 2021-ci tarixdə çəkilmişdir. Çəkilmiş videogörüntüdən görünür ki, polis əməkdaşlarının iştirakı ilə Suraxanı RPİ-nin inzibati binasının xidməti otağında Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olması barədə sual verilir. Sonuncu əynindəki yaşıl rəngli üzəri qırmızı, sarı və göy rəngli cizgiləri olan şortikin sağ yan cibindən 9 ədəd siqaret kağızı bükümündə narkotik maddəni çıxarıb təqdim edir. Ondan həmin bükümlərin içərisində nə olması və kimdən, hansı məqsədlə əldə etdiyi barədə soruşulur. O, həmin 9 ədəd bükümün içərisində narkotik maddələr heroin və metamfetamin olduğunu, həmin narkotik maddələri ögey qardaşı Faiqdən şəxsi istifadəsi üçün alıb əldə etdiyini bildirir. Təqsirləndirilən şəxs təqdim etdiyi 9 ədəd bükümdə olan maddələr bir ədəd kağız zərfə qablaşdırılıb Suraxanı RPİ-nin 45 nömrəli möhürü ilə möhürlənərək götürülür. Şəxsi axtarış və götürmə zamanı video çəkilişdən istifadə olunmuş, görüntü diskə köçürülərək protokola əlavə edilmişdir. İşin 137-143-cü vərəqlərindəki «Sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş beş ədəd bükümdə ümumi təmiz çəkisi 2,403 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və dörd ədəd bükümdə ümumi təmiz çəkisi 0,753 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və onun üzərinə Suraxanı RPİ-də baxış keçirilən zaman çəkilmiş videogörünütləri əks etdirən bir ədəd DVD disk maddi sübut kimi tanınmış, disk cinayət işinə əlavə edilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalan 2,303 qram heroin və 0,673 qram metamfetamin saxlanılması üçün Suraxanı RPİ-yə təhvil verilmişdir. İşin 91-ci vərəqəsindəki Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 23-cü vərəqəsindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs məhkəmə elan edilmiş ittiham özünü təqsirli bilməyərək cinayət törətmədiyini göstərdi. Onun bu ifadəsi məhkəmədə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş protokollar və işin digər faktiki halları ilə təkzib olunduğundan məhkəmə ifadəsinə tənqidi yanaşır. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər sübutlar hesab edir. Məhkəmə bu nəticəyə gələrkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının tövsiyyələrini də nəzərə alır. Belə ki, həmin Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif olunmalı, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməli, ona həmin maddə ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 12 iyul 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübutlar: Suraxanı RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş beş ədəd bükümdə ümumi təmiz çəkisi 2,403 qram olan narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalan 2,303 qram hissəsi və dörd ədəd bükümdə ümumi təmiz çəkisi 0,753 qram olan psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra qalan 0,673 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, onun üzərinə Suraxanı RPİ-də baxış keçirilən zaman çəkilmiş videogörünütləri əks etdirən bir ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 12 iyul 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Suraxanı RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş beş ədəd bükümdə ümumi təmiz çəkisi 2,403 qram olan narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalan 2,303 qram hissəsi və dörd ədəd bükümdə ümumi təmiz çəkisi 0,753 qram olan psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra qalan 0,673 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Onun üzərinə Suraxanı RPİ-də baxış keçirilən zaman çəkilmiş videogörünütləri əks etdirən bir ədəd DVD disk iş materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar