Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-562/2024 01.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi ilə, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X33, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxsin nümayəndəsi “Fides” Vəkil Bürosunun vəkili Nümayəndə2, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə1, müdafiəçilər- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 14 saylı Vəkil Bürosunun vəkilləri X24, X7, 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri 28 saylı Vəkil bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx xxxx 1950-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Şahbuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, Bakı şəhəri, Yasamal Bələdiyyəsinin sədri vəzifəsində işləmiş, hazırda işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2, 311.3.1, 311.3.3 və 313-cü maddələri ilə, xx xxx 1967-ci il tarixdə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, Bakı şəhəri Yasamal Bələdiyyəsinin İcra aparatı, vergi və ödənişlər şöbəsinin müdiri vəzifəsində işləmiş, hazırda Bakı şəhəri Xətai rayonu Xətai bələdiyyəsinin Ərazi idarəetmə və uçot şöbəsinin müdiri vəzifəsində işləyən, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.3 və 313-cü maddələri ilə, xx xxxxxx 1959-cu il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi sahibkarlıqla məşğul olan, ünvan 4 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 oğ!unun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3,2, 32.4, 309.2 və 32.4, 313cü maddələri ilə, xx xxxxxxxx 1969-cu il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.2-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmiş, işləməyən, ünvan 5 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.4, 309.2 və 32.4, 313cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 vəzifəli şəxs kimi qeyrilərinin təhriki ilə xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməklə fiziki və hüquqi şəxsin hüquqlarına və qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərini aşmış, vəzifəli şəxs kimi qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özü və qeyrisi üçün birbaşa yolla şəxsən külli miqdarda maddi neməti rüşvət qismində istəməklə almış, vəzifəli şəxs kimi qeyrilərinin təhriki ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində şəxsi və tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək təkrarən vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, xx.xx.2007-ci il tarixli 2 saylı iclas protokolu əsasında xx.xx.2010-cu il tarixədək, xx.xx.2010-cu il tarixli 1 saylı iclas protokolu əsasında xx.xx.2015-ci il tarixədək, xx.xx.2015-ci il tarixli 1 saylı iclas protokolu əsasında Bakı şəhəri Zərərçəkmiş şəxs1 sədri seçilib həmin vəzifədə işləyərkən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2000-ci il tarixdə qeydiyyata alınmış Yasamal bələdiyyəsinin üzvlərinin xx.xx.2000-ci il tarixli, 2 saylı iclasının qərarı ilə təsdiq edilmiş “Bakı şəhəri Yasamal rayonunun X1 əsasən, əmr və sərəncamların verilməsi, bələdiyyə qərarlarının imzalanması, bələdiyyənin fəaliyyətinin təşkil edilməsi, aktlarının icrasının təmin edilməsi, bələdiyyə aktlarının elektron informasiya ehtiyatlarında açıqlanmasının təmin edilməsi, üçüncü şəxslər qarşısında bələdiyyənin təmsil edilməsi, icra aparatının işinin təşkil edilməsi və digər səlahiyyətlərin daşıyıcısı olan hüquqi şəxsin təşkilati-sərəncamverici funksiyaları yerinə yetirməklə başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən, yaxud nəticələnə bilən hərəkətləri etmək hüququna malik vəzifəli şəxsi qismində xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxmaqla “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” 29 iyun 2001-ci il tarixli, 160- İİQ nömrəli Azərbaycan Respublikası Qanununa və "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş Əsasnaməyə əsasən, torpaq sahəsinin ayrılması üçün şəxsin ərizə ilə bələdiyyəyə müraciət etməsi, torpaq sahəsinin ayrılması məqsədəuyğun hesab edildiyi halda müraciətdən çıxarışın torpaq sahəsinin planı və ölçüsünü təsdiq etmək üçün Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə komitəsinə göndərilərək razılıq alınmalı, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla fiziki şəxslərə bələdiyyələrin qərarı ilə verilməli, bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmalı olduğu halda 2007-ci ilin may ayında Təqsirləndirilən şəxs3 Bak! şəhəri, Yasamal rayonu, Ümid Əkbərov küçəsində yerləşən 0,28 ha ölçüdə torpaq sahəsinin istifadəsi üçün ayrılmasına dair şifahi müraciətinə əsasən Təqsirləndirilən şəxs3 qarşısında özünü nüfuzlu şəxs kimi göstərməkdən və bələdiyyə büdcəsinə daxil olan vergi və ödənişləri artırmaqdan ibarət şəxsi niyyətlə sədri olduğu bələdiyyənin mülkiyyətində olmayan, vahid elektron kadastr bazasına əsasən dövlət mülkiyyətində olan qeyd edilən torpaq sahəsini Təqsirləndirilən şəxs3 təhriki əsasında 2007-ci ilin may ayında ünvan 6 ünvanında yerləşən Bakı şəhəri Yasamal rayonunun Yasamal Bələdiyyəsinin inzibati binasında sonuncu tərəfindən təqdim edilmiş tanışı Şahid1 şəxsiyyət vəsiqəsinin surətindən istifadə etməklə, habelə Təqsirləndirilən şəxs3 istifadə üçün torpaq sahəsinin ayrılması barədə hər hansı müraciətinin olmamasına baxmayaraq, şəxsi niyyətlə guya bələdiyyə mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Ümid Əkbərov küçəsində yerləşən 0,28 ha ölçüdə torpaq sahəsinin daş hasara alınaraq faktiki istifadəsində olduğuna və bələdiyyəyə daxil olmuş müraciətinə görə Şahid1 icarəyə verilməsinə dair bilə-bilə yalan məlumatlar daxil edilmiş rəsmi sənəd olan xx.xx.2007-ci il tarixli, 24/06-1 nömrəli sərəncamı və həmin torpaq sahəsinin istifadəsi üçün xx.xx.2050-ci il tarixədək Şahid1 icarəyə verilməsinə dair bilə-bilə yalan məlumatlar daxil edilmiş xx.xx.2007-ci il tarixli, 33-1 nömrəli torpaq icarəsi müqaviləsini 2007-ci ilin may ayında qeyd olunan Bələdiyyənin inzibati binasında hazırlayıb həmin sənədlərdə özünə aid hissədə şəxsən imzalandıqdan sonra, Şahid1 aid hissədə isə naməlum şəraitdə imzalanmasına nail olub, bələdiyyənin özünə təhkim edilmiş dairəvi möhürü ilə təsdiq edərək qanunsuz və əsassız olaraq bələdiyyə mülkiyyətində olmayan dövlət mülkiyyəti hesab edilən Bakı şəhəri, Yasamal rayonu, Ümid Əkbərov küçəsində yerləşən 0,28 ha ölçüdə torpaq sahəsindən istifadə hüququna dair Şahid1 adına rəsmiləşdirmə aparmış, bundan sonra cinayətkar niyyətinin realizəsinə uyğun 2017ci ilin sonlarında Təqsirləndirilən şəxs3 və sonuncunun tanışı Təqsirləndirilən şəxs4 özünə müraciət edərək həmin torpaq sahəsinin 0,21 ha hissəsinə dair icarə hüququnu Zərərçəkmiş şəxs2 adına keçirmək istəməsinə dair müraciəti ilə əlaqədar Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə razılaşmalarına əsasən sonuncu Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Yasamal rayonu, Ümid Əkbərov küçəsində yerləşən 0,28 ha ölçüdə torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmasını və həmin torpaq sahəsinin 0,21 ha hissəsinə dair xx.xx.2028-ci il tarixədək olan müddətə istifadə hüququnu pul vəsaitinə ehtiyacları olduğu üçün şərikləri ilə birlikdə satdıqlarını, habelə həmin torpaq sahəsinə dair sənədlərin qanuni olması və adına rəsmiləşdirildikdən sonra dövlət qeydiyyatına da asanlıqla alındıra biləcəyinə Zərərçəkmiş şəxs2 inandıraraq 330.000 manata həmin sahəyə olan icarə hüququnu ona sata biləcəklərini bildirib, sonuncunun buna görə 300.000 manat verə biləcəyini bildirməsi ilə əlaqədar Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3la müzakirə edib şifahi qaydada alqı-satqıya razılıq vermələri ilə əlaqədar sonuncuların təhriki ilə 2017-ci ilin dekabr ayının sonlarında ünvan 8 ünvanında yerləşən Baki şəhəri Yasamal rayonunun Yasamal Bələdiyyəsinin inzibati binasında sonuncunun bacısı oğlu cinayətdən xəbərsiz Şahid2 adına guya bələdiyyə mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Ümid Əkbərov küçəsində yerləşən 0,21 ha ölçüdə torpaq sahəsinin Şahid1 müraciətinə əsasən qarşılıqlı razılaşma əsasında icarə haqqını ödəmək məqsədi ilə Şahid2 adına sənədləşdirərək icarəyə verilməsinə dair bilə-bilə yalan məlumatlar daxil etməklə köhnə tarixə tərtib etdiyi xx.xx.2014-cü il tarixli, 59/06 nömrəli sərəncam və həmin tarixli 69 nömrəli torpaq icarəsi müqaviləsini Şahid2 vasitəsi ilə Zərərçəkmiş şəxs2 təqdim etməsindən sonra Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 2017-ci ilin dekabr ayında Bakı şəhəri, Yasamal rayonu ərazisində 30.000 manat, 2017-ci ilin dekabr ayının sonlarında isə Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 9 ünvanında 270.000 manat olmaqla, ümumilikdə 300.000 (üç yüz min) manat məbləğində pul vəsaitinin Zərərçəkmiş şəxs2 alınıb Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 təqdim edilməsinə və sonuncunlar tərəfindən şəxsi ehtiyaclarına sərf etməsinə nail olaraq, vəzifəli şəxs kimi Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 təhriki ilə xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməklə Zərərçəkmiş şəxs2 və Bakı şəhəri Zərərçəkmiş şəxs1 cəmiyyətdə nüfuzunun qorunub saxlanılması ilə əlaqədar hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərini aşmış, vəzifəli şəxs kimi Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 təhriki ilə vahid şəxsi niyyət ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi həmin bələdiyyənin İcra aparatı, vergi və ödənişlər şöbəsinin müdiri Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə, yəni Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Yasamal rayonu, Ümid Əkbərov küçəsində yerləşən 2.100 m2 ölçüdə torpaq sahəsinə görə rəsmi sənəd olan bələdiyyə sərəncamı və torpaq icarə müqaviləsini təqdim edə biləcəyinə dair özünün təklifi ilə əlaqədar, qeyd edilən məsələnin müsbət həlli üçün özü və Təqsirləndirilən şəxs2 üçün birbaşa yolla maddi nemət olan 10.000 (on min) manat pul vəsaitini 2019-cu ilin noyabr ayının sonlarında ünvan 6 ünvanında yerləşən Bakı şəhəri Yasamal rayonunun Yasamal Bələdiyyəsinin inzibati binasındakı xidməti otağında Təqsirləndirilən şəxs2 ilə birlikdə rüşvət qismində istəyərək, Zərərçəkmiş şəxs2 razılığını alıb həmin niyyətlə 2019-cu ilin noyabr ayının sonlarında işlədiyi bələdiyyənin inzibati binasında özü və Təqsirləndirilən şəxs2 üçün birbaşa yolla sonuncu vasitəsi ilə külli miqdarda maddi nemət olan 10.000 (on iki min) manat məbləğində pul vəsaitini rüşvət qismində Zərərçəkmiş şəxs2 oğlundan alaraq həmin pul vəsaitini əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, rüşvət müqabilində edəcəyi hərəkətin icrası ilə əlaqədar təkrarən, tamah niyyəti ilə 2019-cu ilin sonlarında ünvan 6 ünvanında yerləşən Bakı şəhəri Yasamal rayonunun Yasamal Bələdiyyəsinin inzibati binasında sədri olduğu bələdiyyənin mülkiyyətində olmayan, vahid elektron kadastr bazasına əsasən dövlət mülkiyyətində olan qeyd edilən torpaq sahəsinin 1.050 kv.metr ölçüdə hissəsini Zərərçəkmiş şəxs2 icarəyə verilməsinə dair bilə-bilə yalan məlumatları daxil etməklə, həmçinin eyni niyyətlə rəsmi sənəd olan xx.xx.2007-ci il tarixli, 30/2 nömrəli sərəncamı və həmin tarixli 9/16 nömrəli torpaq icarə müqaviləsini və digər 1.050 kv.metr ölçüdə hissəsini isə sonuncunun həyat yoldaşı Şahid3 icarəyə verilməsinə dair biiə-bilə yalan məlumatları daxil etməklə rəsmi sənəd olan xx.xx.2007-ci il tarixli, 31/2 nömrəli sərəncamı və həmin tarixli 10/16 nömrəli torpaq icarə müqaviləsini köhnə tarixə hazırlayıb həmin sənədlərdə özünə aid hissədə şəxsən imzalayıb, bələdiyyənin özünə təhkim edilmiş möhürü ilə təsdiq etməklə həmin sənədləri Təqsirləndirilən şəxs2 vasitəsi ilə Şahid3 təqdim edərək, vəzifəli şəxs kimi Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Təqsirləndirilən şəxs2 vəzifəli şəxs kimi qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özü və qeyrisi üçün birbaşa yolla şəxsən külli miqdarda maddi neməti rüşvət qismində istəməklə almış, vəzifəli şəxs kimi qeyrisinin təhriki ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, Bakı şəhəri Zərərçəkmiş şəxs1 01 sentyabr 2018-ci iİ tarixli, 49 nömrəli əmri ilə Bakı şəhəri Zərərçəkmiş şəxs1 İcra aparatı, vergi və ödənişlər şöbəsinin müdiri vəzifəsində işləyərkən həmin Bələdiyyənin sədri Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir oian bir qrup şəxs qismində birləşib xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə, yəni Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Yasamal rayonu, Ümid Əkbərov küçəsində yerləşən 2.100 m2 ölçüdə torpaq sahəsinə görə rəsmi sənəd olan bələdiyyə sərəncamı və torpaq icarə müqaviləsini təqdim edə biləcəyinə dair bələdiyyənin sədri Təqsirləndirilən şəxs1 təklifi ilə əlaqədar, qeyd edilən məsələnin müsbət həlli üçün özü və Təqsirləndirilən şəxs1 üçün birbaşa yolla maddi nemət olan 10.000 (on min) manat pul vəsaitini 2019-cu ilin noyabr ayının sonlarında ünvan 6 ünvanında yerləşən Bakı şəhəri Yasamal rayonunun Yasamal Bələdiyyəsinin inzibati binasındakı Təqsirləndirilən şəxs1 xidməti otağında sonuncu ilə birlikdə rüşvət qismində istəyərək, Zərərçəkmiş şəxs2 razılığını alıb həmin niyyətlə 2019-cu ilin noyabr ayının sonlarında işlədiyi bələdiyyənin inzibati binasında özü və Təqsirləndirilən şəxs1 üçün birbaşa yolla sonuncu vasitəsi ilə külli miqdarda maddi nemət olan 10.000 (on min) manat məbləğində pul vəsaitini rüşvət qismində Zərərçəkmiş şəxs2 alaraq həmin pul vəsaitini əlbir olduğu Təqsirləndirilən şəxs1 ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, rüşvət müqabilində edəcəyi hərəkətin icrası ilə əlaqədar, tamah niyyəti ilə 2019-cu ilin sonlarında ünvan 6 ünvanında yerləşən Bakı şəhəri Yasamal rayonunun Yasamal Bələdiyyəsinin inzibati binasında bələdiyyənin mülkiyyətində olmayan, vahid elektron kadastr bazasına əsasən dövlət mülkiyyətində olan qeyd edilən torpaq sahəsinin 1.050 kv.metr ölçüdə hissəsini Zərərçəkmiş şəxs2 icarəyə verilməsinə dair bilə-bilə yalan məlumatları daxil etməklə, həmçinin eyni niyyətlə rəsmi sənəd olan xx.xx.2007-ci il tarixli, 30/2 nömrəli sərəncamı və həmin tarixli 9/16 nömrəli torpaq icarə müqaviləsini və digər 1.050 kv.metr ölçüdə hissəsini isə sonuncunun həyat yoldaşı Şahid3 icarəyə verilməsinə dair bilə-bilə yalan məlumatları daxil etməklə rəsmi sənəd olan xx.xx.2007-ci il tarixli, 31/2 nömrəli sərəncamı və həmin tarixli 10/16 nömrəli torpaq icarə müqaviləsini köhnə tarixə hazırlayıb həmin sənədlərdə Təqsirləndirilən şəxs1 aid hissədə sonuncuya imzalatmaqla bələdiyyənin möhürü ilə təsdiq etməklə həmin sənədləri Şahid3 təqdim edərək, vəzifəli şəxs kimi Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməklə fiziki və hüquqi şəxsin hüquqlarına və qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərini aşmağa və qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsi vahid şəxsi niyyət ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətməyə təhrik etmişdir. Belə ki, o, xx.xx.2007-ci il tarixli 2 saylı iclas protokolu əsasında xx.xx.2010-cu il tarixədək, xx.xx.2010-cu il tarixli 1 saylı iclas protokolu əsasında xx.xx.2015-ci il tarixədək, xx.xx.2015-ci il tarixli 1 saylı iclas protokolu əsasında Bakı şəhəri Zərərçəkmiş şəxs1 sədri seçilib həmin vəzifədə işləyən və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2000-ci il tarixdə qeydiyyata alınmış Yasamal bələdiyyəsinin üzvlərinin xx.xx.2000-ci il tarixli, 2 saylı iclasının qərarı ilə təsdiq edilmiş “Bakı şəhəri Yasamal rayonunun X3”nə əsasən, əmr və sərəncamların verilməsi, bələdiyyə qərarlarının imzalanması, bələdiyyənin fəaliyyətinin təşkil edilməsi, aktlarının icrasının təmin edilməsi, bələdiyyə aktlarının elektron informasiya ehtiyatlarında açıqlanmasının təmin edilməsi, üçüncü şəxslər qarşısında bələdiyyənin təmsil edilməsi, icra aparatının işinin təşkil edilməsi və digər səlahiyyətlərin daşıyıcısı olan hüquqi şəxsin təşkilati-sərəncamverici funksiyaları yerinə yetirməklə başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən, yaxud nəticələnə bilən hərəkətləri etmək hüququna malik vəzifəli şəxs Təqsirləndirilən şəxs1 özünün təhriki ilə 2007-ci ilin may ayında Bakı şəhəri, Yasamal rayonu, Ümid Əkbərov küçəsində yerləşən 0,28 ha ölçüdə torpaq sahəsinin istifadəsi üçün ayrılmasına dair Təqsirləndirilən şəxs1 şifahi müraciətinə əsasən sonuncunun özünü nüfuzlu şəxs kimi göstərməkdən və bələdiyyə büdcəsinə daxil olan vergi və ödənişləri artırmaqdan ibarət şəxsi niyyətlə sədri olduğu bələdiyyənin mülkiyyətində olmayan, vahid elektron kadastr bazasına əsasən dövlət mülkiyyətində olan qeyd edilən torpaq sahəsini 2007-ci ilin may ayında ünvan 6 ünvanında yerləşən Bakı şəhəri Yasamal rayonunun Yasamal Bələdiyyəsinin inzibati binasında tərəfindən Təqsirləndirilən şəxs1 təqdim edilmiş tanışı Şahid1 şəxsiyyət vəsiqəsinin surətindən istifadə etməklə, habelə istifadəsi üçün torpaq sahəsinin ayrılması barədə hər hansı müraciətinin olmamasına baxmayaraq, guya bələdiyyə mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Ümid Əkbərov küçəsində yerləşən 0,28 ha ölçüdə torpaq sahəsinin daş hasara alınaraq faktiki istifadəsində olduğuna və bələdiyyəyə daxil olmuş müraciətinə görə Şahid1 icarəyə verilməsinə dair bilə-bilə yalan məlumatlar daxil edilmiş rəsmi sənəd olan xx.xx.2007-ci il tarixli, 24/06-1 nömrəli sərəncamı və həmin torpaq sahəsinin istifadəsi üçün xx.xx.2050-ci il tarixədək Şahid1 icarəyə verilməsinə dair bilə-bilə yalan məlumatlar daxil edilmiş xx.xx.2007-ci il tarixli, 33-1 nömrəli torpaq icarəsi müqaviləsini 2007-ci ilin may ayında qeyd olunan Bələdiyyənin inzibati binasında Təqsirləndirilən şəxs1 tərəfindən hazırlanıb həmin sənədlərdə sonuncunun şəxsən imzalandıqdan sonra, Şahid1 aid hissədə isə naməlum şəraitdə imzalanmasına nail olub, bələdiyyənin dairəvi möhürü ilə Təqsirləndirilən şəxs1 tərəfindən təsdiq edilərək qanunsuz və əsassız olaraq bələdiyyə mülkiyyətində olmayan dövlət mülkiyyəti hesab edilən Bakı şəhəri, Yasamal rayonu, Ümid Əkbərov küçəsində yerləşən 0,28 ha ölçüdə torpaq sahəsindən istifadə hüququna dair Şahid1 adına rəsmiləşdirmə aparılmasına nail olmuş, bundan sonra cinayətkar niyyətinin realizəsinə uyğun aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs4 ilə cinayətkar əlaqəyə girib qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə 2017-ci ilin sonlarında qeyd edilən torpaq sahəsinin 0,21 ha ölçüdə hissəsinə dair icarə hüququnu Zərərçəkmiş şəxs2 adına keçirmək istəməsinə dair sonuncunun Təqsirləndirilən şəxs4 müraciəti ilə əlaqədar sonuncu Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Yasamal rayonu, Ümid Əkbərov küçəsində yerləşən 0,28 ha ölçüdə torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmasını və həmin torpaq sahəsinin 0,21 ha hissəsinə dair xx.xx.2028-ci il tarixədək olan müddətə istifadə hüququnu pul vəsaitinə ehtiyacları olduğu üçün şərikləri ilə birlikdə satdıqlarını, habelə həmin torpaq sahəsinə dair sənədlərin qanuni olması və adına rəsmiləşdirildikdən sonra dövlət qeydiyyatına da asanlıqla alındıra biləcəyinə Zərərçəkmiş şəxs2 inandıraraq 330.000 manata həmin sahəyə olan icarə hüququnu ona sata biləcəklərini bildirib, sonuncunun buna görə 300.000 manat verə biləcəyini bildirməsi ilə əlaqədar Təqsirləndirilən şəxs4lə müzakirə edib şifahi qaydada alqı-satqıya razılıq vermələri ilə əlaqədar 2017-ci ilin dekabr ayının sonlarında ünvan 6 ünvanında yerləşən Bakı şəhəri Yasamal rayonunun Yasamal Bələdiyyəsinin inzibati binasında Zərərçəkmiş şəxs2 bacısı oğlu cinayətdən xəbərsiz Şahid2 adına guya bələdiyyə mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Ümid Əkbərov küçəsində yerləşən 0,21 ha ölçüdə torpaq sahəsinin Şahid1 müraciətinə əsasən qarşılıqlı razılaşma əsasında icarə haqqını ödəmək məqsədi ilə Şahid2 adına sənədləşdirərək icarəyə verilməsinə dair bilə-bilə yalan məlumatlar daxil edilməklə köhnə tarixə tərtib edilən xx.xx.2014-cü il tarixli, 59/06 nömrəli sərəncam və həmin tarixli 69 nömrəli torpaq icarəsi müqaviləsini hazırlamağa bələdiyyənin sədri Təqsirləndirilən şəxs1 təhrik edərək həmin sənədləri əldə edib Şahid2 vasitəsilə Zərərçəkmiş şəxs2 təqdim etməsindən sonra Təqsirləndirilən şəxs4 vasitəsilə 2017-ci ilin dekabr ayında Bakı şəhəri, Yasamal rayonu ərazisində 30.000 manat, 2017-ci ilin dekabr ayının sonlarında isə Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 9 ünvanında 270.000 manat olmaqla, ümumilikdə 300.000 (üç yüz min) manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs2 alaraq həmin pul vəsaitini əlbir olduğu Təqsirləndirilən şəxs4 ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus 300.000 (üç yüz min) manat məbləğində pul vəsaitini vahid niyyətlə külli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmiş, vəzifəli şəxs kimi Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməklə Zərərçəkmiş şəxs2 və Bakı şəhəri Zərərçəkmiş şəxs1 cəmiyyətdə nüfuzunun qorunub saxlanılması ilə əlaqədar hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərini aşmağa və vəzifəli şəxsi Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid şəxsi niyyət ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməyə təhrik etmişdir. Təqsirləndirilən şəxs4 qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməklə fiziki və hüquqi şəxsin hüquqlarına və qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərini aşmağa və qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsi vahid şəxsi niyyət ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətməyə təhrik etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs4 ilə cinayətkar əlaqəyə girib qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə xx.xx.2007ci il tarixli 2 saylı iclas protokolu əsasında xx.xx.2010-cu il tarixədək, xx.xx.2010-cu il tarixli 1 saylı iclas protokolu əsasında xx.xx.2015-ci il tarixədək, xx.xx.2015-ci il tarixli 1 saylı iclas protokolu əsasında Bakı şəhəri Zərərçəkmiş şəxs1 sədri seçilib həmin vəzifədə işləyən və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2000-ci il tarixdə qeydiyyata alınmış Yasamal bələdiyyəsinin üzvlərinin xx.xx.2000-ci il tarixli, 2 saylı iclasının qərarı ilə təsdiq edilmiş “Bakı şəhəri Yasamal rayonunun X1 əsasən, əmr və sərəncamların verilməsi, bələdiyyə qərarlarının imzalanması, bələdiyyənin fəaliyyətinin təşkil edilməsi, aktlarının icrasının təmin edilməsi, bələdiyyə aktlarının elektron informasiya ehtiyatlarında açıqlanmasının təmin edilməsi, üçüncü şəxslər qarşısında bələdiyyənin təmsil edilməsi, icra aparatının işinin təşkil edilməsi və digər səlahiyyətlərin daşıyıcısı olan hüquqi şəxsin təşkilatisərəncamverici funksiyaları yerinə yetirməklə başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən, yaxud nəticələnə bilən hərəkətləri etmək hüququna malik vəzifəli şəxs Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 ilə birlikdə təhrik etməklə 2017-ci ilin sonlarında Bakı şəhəri, Yasamal rayonu, Ümid Əkbərov küçəsində yerləşən 0,28 ha ölçüdə torpaq sahəsinin 0,21 ha ölçüdə hissəsinə dair icarə hüququnu Zərərçəkmiş şəxs2 adına keçirmək istəməsinə dair sonuncunun özünə müraciəti ilə əlaqədar Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Yasamal rayonu, Ümid Əkbərov küçəsində yerləşən 0,28 ha ölçüdə torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmasını və həmin torpaq sahəsinin 0,21 ha hissəsinə dair xx.xx.2028-ci il tarixədək olan müddətə istifadə hüququnu pul vəsaitinə ehtiyacları olduğu üçün şərikləri ilə birlikdə satdıqlarını, habelə həmin torpaq sahəsinə dair sənədlərin qanuni olması və adına rəsmiiəşdirildikdən sonra dövlət qeydiyyatına da asanlıqla alındıra biləcəyinə Zərərçəkmiş şəxs2 inandıraraq 330.000 manata həmin sahəyə olan icarə hüququnu ona sata biləcəklərini bildirib, sonuncunun buna görə 300.000 manat verə biləcəyini bildirməsi ilə əlaqədar Təqsirləndirilən şəxs3la müzakirə edib şifahi qaydada alqı-satqıya razılıq vermələri ilə əlaqədar 2017-ci ilin dekabr ayının sonlarında ünvan 6 ünvanında yerləşən Bakı şəhəri Yasamal rayonunun Yasamal Bələdiyyəsinin inzibati binasında Zərərçəkmiş şəxs2 bacısı oğlu cinayətdən xəbərsiz Şahid2 adma guya bələdiyyə mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Ümid Əkbərov küçəsində yerləşən 0,21 ha ölçüdə torpaq sahəsinin Şahid1 müraciətinə əsasən qarşılıqlı razılaşma əsasında icarə haqqını ödəmək məqsədi ilə Şahid2 adına sənədləşdirərək icarəyə verilməsinə dair bilə-bilə yalan məlumatlar daxil edilməklə köhnə tarixə tərtib edilən xx.xx.2014-cü il tarixli, 59/06 nömrəli sərəncam və həmin tarixli 69 nömrəli torpaq icarəsi müqaviləsini hazırlamağa bələdiyyənin sədri Təqsirləndirilən şəxs1 təhrik edərək həmin sənədləri əldə edib Şahid2 vasitəsi ilə Zərərçəkmiş şəxs2 təqdim etməsindən sonra 2017-ci ilin dekabr ayında Bakı şəhəri, Yasamal rayonu ərazisində 30.000 manat, 2017- ci ilin dekabr ayının sonlarında isə Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 9 ünvanında 270.000 manat olmaqla, ümumilikdə 300.000 (üç yüz min) manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs2 alaraq həmin pul vəsaitini əlbir olduğu Təqsirləndirilən şəxs3 ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus 300.000 (üç yüz min) manat məbləğində pul vəsaitini vahid niyyətlə külli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmiş, vəzifəli şəxs kimi Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməklə Zərərçəkmiş şəxs2 və Bakı şəhəri Zərərçəkmiş şəxs1 cəmiyyətdə nüfuzunun qorunub saxlanılması ilə əlaqədar hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərini aşmağa və vəzifəli şəxsi Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid şəxsi niyyət ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməyə təhrik etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 1999-cu ildə Bakı şəhəri, Yasamal rayonu, Yasamal Rayon Bələdiyyəsinin üzvü seçilmiş, 2004-cü ildə yenidən Bakı şəhəri Yasamal rayonu Bələdiyyəsinin üzvü və Ekologiya komissiyasının sədri seçilmişdir. Daha sonra 16 yanvar 2007-ci il tarixdən Bakı şəhəri Yasamal rayon Bələdiyyəsinin sədri seçilmiş və 2020-ci ilə qədər Bakı şəhəri Yasamal rayon Bələdiyyəsinin sədri olaraq xidmət etmişdir. Onun vəzifəsi Bakı şəhəri, Yasamal rayon Bələdiyyəsinin aidiyyətinə olan bütün işləri öz öhdəsinə götürüb yerinə yetirməkdən ibarət olmuşdur. O, vətəndaşlardan gələn məktublara cavab vermiş, vətəndaşlara yardım etmiş və Bakı şəhəri Yasamal rayon Bələdiyyəsində inzibati bina inşa etdirmişdir. Onun bələdiyyə torpaqlarını satmaq səlahiyyəti olmamışdır. 2007-ci ilin noyabr ayından bələdiyyə torpaqlarının satılması qadağan edilmişdir. O, əvvəlki tarix ilə bələdiyyə torpaqlarının satışı ilə məşğul olmamışdır. Bələdiyyə orqanı torpaq vergisindən, əmlak vergisindən gələn pulla maliyyələşir. Toplanılan pul sosial müdafiəyə ehtiyacı olan insanlara, asfalt çəkilməsinə, maddi cəhətdən vəziyyəti yaxşı olmayan insanlara kömək edilməsinə və Bakı şəhəri Zərərçəkmiş şəxs1in üzvlərinin və işçilərinin maaşlarının verilməsinə sərf edilmişdir. Bakı şəhəri, Yasamal rayon Bələdiyyəsinin 19 nəfər üzvü olmuşdur. Əvvəllər Bakı şəhəri Yasamal rayon Bələdiyyəsinin üzvlərinə yardım adı ilə 200 manat məvacib verirmişlər və digər işçilər isə öz vəzifələrinə uyğun olaraq maaş alırmışlar. Sonradan AR Milli Məclisdə qəbul olunmuş qərara əsasən bələdiyyə üzvü olan şəxslərdən yalnız 5 nəfərə maaş verilə biləcəkmiş. Həmin bələdiyyə üzvləri olan sədr, müavinlər, katib və ərazi şöbəsinin müdiri maaş ala bilmişlər. Həmçinin qeyd etmək istəyir ki, o, toplanılan puldan bir qismini hər ay yığaraq Bakı şəhəri Yasamal rayon Bələdiyyəsinin inzibati binasını tikdirmişdir. 2007-ci ilin may ayında ona Şahid1 adlı bir şəxs müraciət edərək Bakı şəhəri Yasamal rayonu, Ü.Əkbərov küçəsində 38 nömrəli orta məktəbin yaxınlığında yerləşən hasarlanmış 0.28 ha torpaq sahəsini qeyri-qanuni istifadə etdiyini deyib özünün həmin torpaqdan istifadə etdiyindən vergi ödəyicisi kimi vergiyə cəlb edilməsini xahiş etmişdir. O, vergi şöbəsinin işçilərini həmin yerə göndərmişdir. Vergi şöbəsinin işçiləri Bakı şəhəri Yasamal rayonu, Ü.Əkbərov küçəsində 38 nömrəli orta məktəbin yaxınlığında yerləşən 0.28 ha torpaq sahəsinin divarla əhatə olunduğunu, Şahid1 qeyri-qanuni həmin sahəni zəbt edərək istifadə etdiyini dair akt yazmışdırlar. Şahid1 həmin sahəni zəbt edərək istifadə etdiyindən, həmçinin Bakı şəhəri Yasamal rayon Bələdiyyəsinin büdcəsini artırmaq üçün Şahid1 vergiyə cəlb etmişdirlər. Şahid1 ərizəsində də yazılı şəkildə onu vergi ödəyicisi kimi qeyd olunmasını xahiş etmişdir. Müqavilə və sərəncamda da Şahid1 torpağa dair mülkiyyət hüququ verilmədiyi göstərilmişdir. Şahid1 qeyri-qanuni istifadə etdiyi həmin torpaq sahəsini 2000-ci ildən etibarən Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən Bakı şəhəri Yasamal rayon Bələdiyyəsinin mülkiyyətinə verilmişdir. Vergiləri toplamaq çətin bir iş olduğundan o, 2007-ci ilin may ayında Şahid1 qeyri-qanuni istifadə etdiyi torpaq sahəsini vergiyə cəlb edilməsi ilə bağlı sərəncam verməklə Bakı şəhəri Yasamal rayon Bələdiyyəsinin büdcəsini artıra biləcəyini düşünmüşdür. Şahid1 illik 640 manat vergi ayrılmışdır. Şahid1 həmin illik 640 manat olan pulu üç aydan bir hissə-hissə ödəmişdir. 2014-cü ildə Şahid1 ona müraciət edərək həmin vergini ödəyə bilmədiyini demişdir. O da bundan sonra həmin 0.28 ha torpaq sahəsinin 21 sotunu Şahid2, 7 sotunu isə X5 adına keçirmiş, Şahid2 və X12 vergini ödəməyə başlamışlar. Müəyyən bir müddətdən sonra Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən Bakı şəhəri Yasamal rayon Bələdiyyəsində xeyli dəyişikliklər edilmişdir. Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən ona vergi və digər şöbənin işçilərini, katibləri çıxarmağına dair göstəriş verilmişdir. Həmçinin Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən həmin 0.28 ha torpaq sahəsinə aid olan sərəncamı ləğv etməyə məcbur edilmişdir. Həmin 0.28 ha torpaq sahəsinə aid olan sərəncamı ləğv etdikdən sonra Zərərçəkmiş şəxs2 adlı həmin 0.28 ha torpaq sahəsinin Zərərçəkmiş şəxs2 özünə məxsus olduğunu demişdir. O, Zərərçəkmiş şəxs2 həmin 0.28 ha torpaq sahəsinin necə ona məxsus olduğunu soruşduqda Zərərçəkmiş şəxs2 əvvəl müharibədə iştirak etdiyinə, cəbhədə insanlara yardım etdiyinə həmin 0.28 ha torpaq sahəsininin ona verildiyini demişdir. Ona müharibədə iştirak etməsinə aid şəkillər göstərmişdir. O da Zərərçəkmiş şəxs2 dediklərinə inanmışdır. O Zərərçəkmiş şəxs2 tərəfindən aldadılmışdır. Zərərçəkmiş şəxs2 həmin 0.28 ha torpaq sahəsinə aid olan sərəncamı bərpa etməyini demişdir. O, Zərərçəkmiş şəxs2 məcburiyyət qarşısında həmin 0.28 ha torpaq sahəsinə aid olan sərəncamı ləğv etdiyini deyib həmin 0.28 ha torpaq sahəsinə aid olan sərəncamı bərpa etmişdir. Daha sonra Zərərçəkmiş şəxs2 həmin 0.28 ha torpaq sahəsini 300.000 manata aldığını demişdir. Onun Zərərçəkmiş şəxs2 həmin 0.28 ha torpaq sahəsini 300.000 manata almağına dair heç bir məlumatı yox imiş. O, həmin 0.28 ha torpaq sahəsinin Zərərçəkmiş şəxs2 300.000 manata satılmasında iştirak etməmişdir. Proses iştirakçılarının suallarına cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, zibilliyin hasara alınmasına qərar verməkdə məqsədi bələdiyyənin maddi vəziyyətini düzəltmək olmuşdur. O, istintaq zamanı 3-4 dəfə ifadə vermişdir. O, istintaq zamanı verdiyi ifadəni təsdiq edir. O, Zərərçəkmiş şəxs2 tanıyır. Zərərçəkmiş şəxs2 əvvəlcədən sənədləşmə prosesində iştirak etməmişdir, sonradan Zərərçəkmiş şəxs2 sənədləşmə prosesində iştirak etmişdir. Sənəd ləğv ediləndən sonra Zərərçəkmiş şəxs2 həmin yerin ona məxsus olduğunu deyən zaman o, həmin vaxt Şəməsddin Kərimovu tanımışdır. Zərərçəkmiş şəxs2 ilə münasibəti pis olmamışdır. Zərərçəkmiş şəxs2 torpaqla bağlı sənədi ləğv etmə səbəbini soruşanda o qeyri-qanuni olduğunu, heç bir abadlıq işləri görülmədiyini bildirmişdir. Həmçinin İcra Hakimiyyətindən sənədi ləğv etməyə onu məcbur etdiyini, həmin torpağın dövlətin mülkiyyətində olduğunu bildirdiklərini demişdir. Əksinə həmin torpaq dövlət mülkiyyətində deyildi. 906 nömrəli sərəncama əsasən həmin ərazilər xx.xx.2000-ci ildə bələdiyyə mülkiyyətinə verilmişdir. Həmin sərəncamın 4-cü maddəsində qeyd olunmuşdur ki, dəyişiklik olduğu təqdirdə həmin dəyişiklik gələcəkdə müəyyən məlumat veriləcəkdir. Lakin indiyə kimi heç bir məlumat verilməmişdir. Sərəncama əsasən verilmiş sahə 9-cu sahə olmaqla 4.49 hektardır. Bir sözlə, həmin yer bələdiyyə mülkiyyətinə daxil olan torpaqdır. O, 10.000 manat istəməmişdir. Bu ona atılmış bir böhtandır. Çünki belə bir niyyəti olsa imiş, elə ilk dəfə Eyvaz və Ehtiram bəylə torpaq müqaviləsi bağlayarkən onlardan pul istəyərmiş. 300.000 manat torpağı satan insanın 10.000 manat söhbəti etməsi absurddur. O, təmannasız işlər gördüyü halda necə ola bilərmiş ki, o, Qarabağ Müharibəsi iştirakçısından 10.000 manat istəsin?! İlkin materiallara baxılsa müəyyən edilər ki, Zərərçəkmiş şəxs2 onda heç bir şikayəti olmamışdır. İstintaq zamanı 6 aydan sonra Zərərçəkmiş şəxs2 ondan şikayət etmişdir. Deməli sonradan Zərərçəkmiş şəxs2 düşünmüşdür ki, Eyvazdan pul ala bilmirsə, rüşvət adı ilə böhtan atıb pulu alsın. Zərərçəkmiş şəxs2 şikayət edəndə bildirmişdir ki, o, sənədi ləğv etdiyi üçün belə hadisələr baş verir. Lakin o, sənədi ləğv etməyə məcbur imiş. Çünki qeyri-qanuni işlər görülürmüş. Şəmsəddin Kərim oğlu ilə bir dəfə telefon vasitəsilə, bir dəfə də üzbəüz söhbət edib şikayət etmə səbəbini soruşmuşdur. Zərərçəkmiş şəxs2 demişdir ki, ona kimsə deyib ki, güya onun Zərərçəkmiş şəxs2 rüşvət almağı barədə şikayət ərizəsi yazsın, ancaq bu yolla pulunu ala biləcək, əks halda heç vaxt pulunu ala bilməyəcəkdir. Onun Həmidlə münasibətim çox yaxın olmamışdır. Təqsirləndirilən şəxs2 Vergi şöbəsinin müdiri imiş .O isə Bələdiyyə sədri imiş. Vergi şöbəsinin içərisində olan otaq, koridor və 1 böyük otaqdan sonra onun otağı yerləşir. Yəni Həmidin otağı ilə onun otağı arasında 2 otaq olmuşdur. O, vətəndaşları qəbul edən zaman Həmid onun yanında olmamışdır. Həmidlə bağlı işi olanda katibəsinə zəng edib onu otağına çağırmışdır. O, Həmidi otağına dəvət etməsə Həmid onun otağına gəlməzmiş. O, Həmid müəllimi otağına çağırıb Zərərçəkmiş şəxs2 pul almasını tapşırmamışdır. O, Həmid müəllimi otağa ona görə çağırmışdır ki, Zərərçəkmiş şəxs2 borcunu hesablasın, həmçinin o, Həmidə vergini dəqiq hesablamasını tapşırmışdır. Vətəndaşdan nağd şəkildə vergi alınmamışdır. Hər bir vətəndaş vergini arayış əsasında E-Manat terminalından ödəyirmiş. Həmid müəllimin torpağın sənədləşməsi ilə əlaqəsi olmamışdır. Həmid müəllim ancaq vergi məsələlərinə baxmışdır. Torpağın Zərərçəkmiş şəxs2 adına keçirilməsi ilə bağlı Həmid müəllim heç nə edə bilməzmiş. Həmid müəllim sadəcə vergini hesablayıb ödənilməsini təmin edə bilərmiş. Müqavilənin bağlanmasında Həmid müəllimin heç bir rol və əlaqəsi olmamışdır. O, zərəri ona görə ödəmişdir ki, ona ziyanı ödədiyi halda bu işin bağlanacağı deyilmişdir. O, Eyvaz və digər şəxslərdən pulun ödənməsi üçün kömək istəmiş, lakin heç kim pul ödəməmişdir. O, məcbur qalmışdır ki, pulu ödəsin. Onun 18 yaşında qızı vəfat etmiş, oğlu 1-ci qrup əlildir və o, həmin xəstə oğluna baxır. O, belə söz-söhbət olmasını istəməmiş və işin bağlanmasını istəmişdir. Zərərçəkmiş şəxs2 vergini qismən ödəyib sonra heç ödəməmişdir. İcra Hakimiyyəti ona təsir edib məcbur etmişdir ki, torpağı Zərərçəkmiş şəxs2 əlindən alıb başqa şəxsə versin.O, torpağı başqa şəxsə verə bilməzmiş. İcra Hakimiyyəti ona təsir edib sənədi ləğv etdirmişdir. Sonra Zərərçəkmiş şəxs2 gəlib-getməyə başlamış Qarabağ müharibəsi iştirakçısı olduğunu, torpaq üçün 300.000 manat pul ödədiyini demişdir.O, Namiqi əvvəllər tanımamış, Namiqi istintaq zamanı tanımışdır. Namiq bələdiyyədə işləməmişdir. Namiq onu torpaqla bağlı sənəd hazırlamağa məcbur etməmişdir. O, 2007-ci ilin may ayında torpağı icarəyə vermişdir. 2007-ci ildə göndərdiyi işçilər akt yazmışdılar ki, həqiqətən də 2007-ci ildə torpaq icarəyə verilib.Həmin işçilərin bəziləri hazırda işləyir və onlar bunu təsdiq edə bilərlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 tanımış, digər təqsirləndirilən şəxsi tanımamışdır. O, 2018-ci ilin sentyabr ayından-2020-ci ilin sentyabr ayına kimi Bələdiyyədə Əmlak, torpaq və icra haqqına görə Vergi Şöbəsinin müdiri vəzifəsində işləmişdir. O, vəzifəyə təyin olunduqdan 1 -2 ay sonra Zərərçəkmiş şəxs2 adını eşitmiş, lakin onu görməmişdir. Belə ki, hər zaman bələdiyyə sədrinin otağına bir nəfər gəlib-getdirmiş və otaqdan səsləri gəlirmiş, sözsöhbətləri olurmuş. O, həmin söz-söhbətləri eşidirmiş. Sonradan o, həmin şəxsin Zərərçəkmiş şəxs2 olduğunu öyrənmişdir. O, Zərərçəkmiş şəxs2 verilmiş torpağın bələdiyyə sədri tərəfindən ləğv olunduğunu və Zərərçəkmiş şəxs2 həmin torpaqla bağlı gəlib-getdiyini öyrənmişdir. Hətta otaqdan gələn səs-küyün səbəbini kimdən soruşurmuşsa, hər kəs bunu deməkdən yayınırmış, bu sualdan qaçırmışlar. Bir gün Təqsirləndirilən şəxs1 ona zəng edərək otağına çağırmışdır. O, otağa daxil olanda Təqsirləndirilən şəxs1 və yanında da Zərərçəkmiş şəxs2 görmüşdür. Təqsirləndirilən şəxs1 ondan Zərərçəkmiş şəxs2 tanıyıb-tanımadığımı soruşmuşdur. O da bildirmişdir ki, Zərərçəkmiş şəxs2 Zakir bəyin öz otağına gəlib-gedən zaman görmüşdür. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, o, Zərərçəkmiş şəxs2 sənədini vaxtı ilə ləğv etmiş, lakin həmin sənədi bərpa edəcəkmiş. Təqsirləndirilən şəxs1 ona Zərərçəkmiş şəxs2 vergisini ödəməsi üçün nə qədər vergi borcu olduğunu yoxlasın. O, sadəcə 30 dəqiqə həmin otaqda olmuşdur. Ona aydın olmuşdur ki, Zərərçəkmiş şəxs2 sənədinin ləğv olunmasının əsas səbəbi onun uzun illər vergi ödəməməsi olmuşdur. Bir neçə gün sonra Təqsirləndirilən şəxs1 ona müqavilələri verib Zərərçəkmiş şəxs2 gələn zaman imzalatmağını, verginin məbləğini Zərərçəkmiş şəxs2 deməyini tapşırmış və bildirmişdir ki, Zərərçəkmiş şəxs2 illərdi vergi ödəmir, vergini ödəməsi üçün o, vergi məbləğini ödəmelidir. Bir neçə gündən sonra Zərərçəkmiş şəxs2 onun otağında 1-2 dəqiqə ərzində müqavilə imzalayaraq getirmişdir. O, otağında kompyuter olmadığından işdəki xanım işçilərə daxili telefonla zəng edərək obyektin borcunu öyrənib Zərərçəkmiş şəxs2 bildirmişdir. Vergi ödəyicinin borcu olmadığından o, obyektin borcunu öyrənmişdir. Bundan başqa onun Zərərçəkmiş şəxs2la heç bir söhbəti olmamışdır. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 pul almaqla bağlı ona heç nə deməmişdir. Zərərçəkmiş şəxs2 təxminən 1000-2000 manat vergi borcunu ödəmişdir. O, borcun olmaması haqqında arayışı Zərərçəkmiş şəxs2 vermişdir. Təqdim edilən sərəncam və müqavilələrin müqabilində Zərərçəkmiş şəxs2 hər hansı məbləğdə pul almamışdır. O, irəli sürülən ittihamla razı deyildir. Proses iştirakçılarının suallarına cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, vergi ödəyicisi vergi öhdəliyini yerinə yetirməkdə cavabdehdir. Vergi borcu vergi obyektinin üzərinə yazılır. Həmin vergi obyekti 2007-ci ildən əvvəl də qeydiyyatda olmuşdur. 2017-ci ildə bütün bələdiyyələrin proqramlarında dəyişiklik edilərək «bams» proqramı təşkil olunmuş, əvvəlki proqramlarda olan məlumatlar «bams» proqramına uyğunlaşdırılmış, hesablama aparılımışdır. «Bams» proqramında olan pəncərələrə uyğun olaraq vergi ödəyəcisi dəyişdiriləndə vergi ödəyicisinin adı, soyadı və ünvanı avtomatik olaraq ora yazılırmış, bundan sonra vergi obyektinin borcunda hesablama aparılırmış. Zərərçəkmiş şəxs2la onun arasında şəxsi münasibət olmamış, heç bir münaqişəli hal olmamışdır. Zərərçəkmiş şəxs2 hər hansı məbləğdə pul tələb olunmamışdır. Zərərçəkmiş şəxs2 vergi ödəyicisi kimi pul ödəməsi təklif olunmuş, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 demişdir ki, hansı formada olursa olsun həmin pul Zakir bəydən alınacaq, Zakir bəy özü gətirib həmin pulu Şəmsəddinə versin. Zərərçəkmiş şəxs2 bu sözləri Təqsirləndirilən şəxs1 dediyini ona da bildirmişdir. Bunların hamısı Zərərçəkmiş şəxs2 tərəfindən yaradılmış bir qurmadır. Həmin obyektin 2006-cı ildən sərəncamı olmuşdur. Vergi şöbəsində icarə müqavilələri ilə bağlı məlumatlar olmamışdır. O, 2005-2006-cı ilə aid müqavilələri X15 idarəetmə şöbəsində axtaranda həmin müqavilələri tapa bilməmişdir. İstintaq zamanı yazılmışdır ki, o, əvvəlki sənədlərin tarixlərinə düzəliş etmişdir, lakin o, həmin sənədləri heç tapa bilməmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxs1 otağına daxil olanda artıq Zərərçəkmiş şəxs2 kim olduğunu bilmiş, çünki əvvəl Zərərçəkmiş şəxs2 Yasamal Bələdiyyəsinin dəhlizində görmüşdür, hətta Təqsirləndirilən şəxs1 otağı ilə onun otağının arasında 4-5 otaq olmasına baxmayaraq Zərərçəkmiş şəxs2la Təqsirləndirilən şəxs1 mübahisələrini də eşitmişdir. Təqsirləndirilən şəxs1la Zərərçəkmiş şəxs2 arasında torpaqdan dolayı qərəzli münasibət olmuş və həmin bu qərəzli münasibətdən Yasamal Bələdiyyəsinin bütün işçiləri xəbərdar imişlər. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 vergi borcunu öyrənməsi ilə bağlı onu otağına çağırdıqda o, 2 ay imiş ki, Yasamal Bələdiyyəsində işləyirmiş. O, Təqsirləndirilən şəxs1 otağında olarkən Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs2 arasında pul söhbəti olmamışdır. Təqsirləndirilən şəxs1 tərəfindən ona Zərərçəkmiş şəxs2 pul alınması deyilməmişdir. Zərərçəkmiş şəxs2 onun otağına gələn zaman onların otağının qapısı açıq olduğuna görə onun qapısının ağzında bir neçə işçi də dayanmışdır. Torpaqla bağlı müqavilələri Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs2 həyat yoldaşına imzalama üçün o, təqdim etmişdir. Zərərçəkmiş şəxs2 Yasamal Bələdiyyəsində həmin müqaviləni imzalamış, lakin Zərərçəkmiş şəxs2 həyat yoldaşı imzalamadığından Zərərçəkmiş şəxs2 həyat yoldaşı ona zəng edib xahiş etmişdir ki, həmin müqaviləni mümkündürsə, İnşaatçılar metrosuna gətirsin. O da həmin müqaviləni İnşaatçılar metrosuna aparmış və Zərərçəkmiş şəxs2 həyat yoldaşı həmin müqaviləni imzalamışdır. Zərərçəkmiş şəxs2 ona və Təqsirləndirilən şəxs1 10.000 manat pul verməmişdir. Ümumiyyətlə, belə bir söhbət olmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 2007-ci ildə Bakı şəhərində torpaq almaq qərarına gəlmişdir.O, Yasamal rayonunun Ü.Əkbərov küçəsində yerləşən 0.28 ha torpaq sahəsinin ona verilməsinə görə Yasamal Bələdiyyəsinə və Yasamal Rayon İcra Haklimiyyətinə ərizə ilə müraciət etmişdir. O, həmin Yasamal rayonunun Ü.Əkbərov küçəsində yerləşən 0.28 ha torpaq sahəsində ev tikdirmək istəyirmiş. 2007-ci ildə X16 Cəfərov tərəfindən sərəncamla ona həmin Yasamal rayonunun Ü.Əkbərov küçəsində yerləşən 0.28 ha torpaq sahəsi verilmişdir. 2017-ci ilədək o, həmin Yasamal rayonunun Ü.Əkbərov küçəsində yerləşən 0.28 ha torpaq sahəsinin qanuni vergi ödəyicisi olmuşdur. 10 il ərzində o, həmin Yasamal rayonunun Ü.Əkbərov küçəsində yerləşən 0.28 ha torpaq sahəsini təmizləmiş, barı çəkmiş və həmin Yasamal rayonunun Ü.Əkbərov küçəsində yerləşən 0.28 ha torpaq sahəsinə müəyyən miqdarda pul xərcləmişdir. Lakin 2017-ci ildə artıq həmin Yasamal rayonunun Ü.Əkbərov küçəsində yerləşən 0.28 ha torpaq sahəsinin vergisini ödəməyə gücü çatmadığından həmin Yasamal rayonunun Ü.Əkbərov küçəsində yerləşən 0.28 ha torpaq sahəsini satmaq istədiyini Təqsirləndirilən şəxs4 demişdir. Təqsirləndirilən şəxs4 Zərərçəkmiş şəxs2 adlı bir şəxsin həmin Yasamal rayonunun Ü.Əkbərov küçəsində yerləşən 0.28 ha torpaq sahəsini almaq istədiyini demişdir. Zərərçəkmiş şəxs2 həmin Yasamal rayonunun Ü.Əkbərov küçəsində yerləşən 0.28 ha torpaq sahə ilə bağlı sənədlərin qanuni olub-olmamasını yoxlatdırmaq istədiyini demişdir. 15 gündən sonra Zərərçəkmiş şəxs2 həmin Yasamal rayonunun Ü.Əkbərov küçəsində yerləşən 0.28 ha torpaq sahəsini almağa razı olduğunu və ondan imtina ərizəsi yazmağını demişdir. O, X16 Cəfərovun yanında imtina ərizəsi yazdıqdan sonra Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 sənədlə həmin Yasamal rayonunun Ü.Əkbərov küçəsində yerləşən 0.28 ha torpaq sahəsini vermişdir. O, bununla həmin Yasamal rayonunun Ü.Əkbərov küçəsində yerləşən 0.28 ha torpaq sahəsini Zərərçəkmiş şəxs2 300.000 manata satmışdır. Torpaq sahəsinin satışını hər hansı bir sənəd ilə rəsmiləşdirməmiş, sadəcə olaraq Etiramın adından imtina ərizəsi yazılmışdır. Həmin 300.000 manat olan puldan o, Yasamal rayonunun Ü.Əkbərov küçəsində yerləşən 0.28 ha torpaq sahəsinə çəkdiyi xərclərin borclarını da ödəmişdir. Proses iştirkaçılarının suallarına cavab olaraq Təqsirləndirilən şəxs3 bildirmişdir ki, o, həmin Yasamal rayonunun Ü.Əkbərov küçəsində yerləşən 0.28 ha torpaq sahəsinin hüquqi vəziyyətini araşdırmamışdır. Həmin Yasamal rayonunun Ü.Əkbərov küçəsində yerləşən 0.28 ha torpaq sahəsinin qiymətləndirilməsi Zərərçəkmiş şəxs2la arasında olmuşdur. O, həmin Yasamal rayonunun Ü.Əkbərov küçəsində yerləşən 0.28 ha torpaq sahəsinə 4 metr hündürlüyündə barı çəkib darvaza qoymuş, 10 il ərzində 200 maşın zibil daşıtdırmışdır. Həmin Yasamal rayonunun Ü.Əkbərov küçəsində yerləşən 0.28 ha torpaq sahəsində başqa hər hansı tikilsı olmamışdır. Lakin o, həmin ərəfədə barını çəkdirmək üçün kreditlə pul götürmüşdür. Zərərçəkmiş şəxs2 həmin Yasamal rayonunun Ü.Əkbərov küçəsində yerləşən 0.28 ha torpaq sahəsi ilə bağlı nə kimi sənədi olduğunu soruşduqda o, Zərərçəkmiş şəxs2 Yasamal rayonunun Ü.Əkbərov küçəsində yerləşən 0.28 ha torpaq sahəsi ilə bağlı sərəncamın onda olduğunu demişdir. Zərərçəkmiş şəxs2 ondan həmin sərəncamı yoxlatdırmaq üçün istəmişdir. 15 gündən sonra Zərərçəkmiş şəxs2 həmin sərəncamı yoxlatdırdığını və həmin Yasamal rayonunun Ü.Əkbərov küçəsində yerləşən 0.28 ha torpaq sahəsini almaq istədiyini demiş və həmin Yasamal rayonunun Ü.Əkbərov küçəsində yerləşən 0.28 ha torpaq sahəsi ilə bağlı imtina ərizəsi yazmasını demişdir. O, Zərərçəkmiş şəxs2 torpağa olan hüququnu satırmış və Zərərçəkmiş şəxs2 həmin Yasamal rayonunun Ü.Əkbərov küçəsində yerləşən 0.28 ha torpaq sahəsinə çəkdiy xərclərin pulunun qaytarılmasını istəyirmiş.O, Zərərçəkmiş şəxs2 həmin Yasamal rayonunun Ü.Əkbərov küçəsində yerləşən 0.28 ha torpaq sahəsinin kupçasını verəcəyini deməmişdir. Hazırda torpaq səhəsinin yarısı icra başçısının yaxının istifadəsində, yarısı da ortada qalmışdır. Heç kim tikinti apara bilmir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun Təqsirləndirilən şəxs3 başqa digər təqsirləndirilən şəxslərlə şəxsi əlaqəsi olmamışdır. O, 2017-ci ildə arendaya çay evi işlədərkən Təqsirləndirilən şəxs3 onun yanına gəlib harada qaldığını soruşmuşdur. O, Təqsirləndirilən şəxs3 Yeni Yasamal ərazisində yaşadığını demişdir. Təqsirləndirilən şəxs3 ona Bakı şəhəri, Yasamal rayonunda yerləşən torpaq sahəsini 5 oğluna ev tikdirmək üçün aldığını, həmin torpaq sahəsini təmizlətdirdiyini və həmin torpaq sahəsinin ətrafına barı çəkdirdiyini demişdir. Təqsirləndirilən şəxs3 ona həmin torpaq sahəsini satmaq istədiyini demişdir. Təqsirləndirilən şəxs3 həmin torpaq sahəsini almaq istəyən olsa ona deməsini xahiş etmişdir. O, Zərərçəkmiş şəxs2 evində kirayə qalırmış. O, Zərərçəkmiş şəxs2 bacısı oğlunun yanında torpaq sahəsi satıldığını demişdir. Bu söhbətdən 2 gün keçdikdən sonra Zərərçəkmiş şəxs2 ona zəng edərək görüşmək istədiyini deyib həyətə düşməyini istəmişdir. Zərərçəkmiş şəxs2 ona bacısıoğluna torpaq satıldığını dediyini bildirmiş və həmin torpaq sahəsini göstərməyini xahiş etmişdir. O, Zərərçəkmiş şəxs2 həmin torpaq sahəsini göstərmişdir. Zərərçəkmiş şəxs2 ondan həmin torpaq sahəsinin hansı sənədi olduğunu soruşduqda o, Zərərçəkmiş şəxs2 yanında Təqsirləndirilən şəxs3 zəng etmişdir. O, Təqsirləndirilən şəxs3 həmin torpaq sahəsinin hansı sənədinin olmasını soruşduqda Təqsirləndirilən şəxs3 ona həmin torpaq sahəsinin sərəncamı olduğunu demişdir. O, Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs2 həmin sərəncama baxmaq istədiyini demişdir. Təqsirləndirilən şəxs3 da ona həmin sərəncamı səhəri gün verə biləcəyini demişdir. O, səhəri gün həmin sərəncamı Zərərçəkmiş şəxs2 vermişdir. Zərərçəkmiş şəxs2 həmin sərəncamı ondan alıb 15 gündən sonra qayıdıb bu sərəncamın kifayət etdiyini, həmin torpaq sahəsini almaq istədiyini demişdir. Zərərçəkmiş şəxs2 MTK-sı var imiş. Zərərçəkmiş şəxs2 ondan yardım etməyini istəmiş, hətta bunun qarşılığında ona hörmət edəcəyini demişdir. O da Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs3 həmin torpaq sahəsinin barısını çəkdiyindən, təmizlətdirdiyindən, vergisini ödədiyindən özünün Təqsirləndirilən şəxs3la danışmasını demişdir. O, Təqsirləndirilən şəxs1 tanımamış, kiməsə hər hansı söz deməmişdir. Proses iştirakçılarının suallarına cavab olaraq Təqsirləndirilən şəxs4 bildirmişdir ki, həmin torpaq sahəsinin satılmasında maddi marağı olmuşdur. X27 30.000 manat verəcəyi təqdirdə ona irəli sürülmüş ittihamın götürüləcəyini demişdir. Onda saat 01:00 radələrində Emin Cahangirovun göstərişi ilə “Yelobank”-dan 30.000 manat pul götürmüşdür. O, pulu ödəyib qəbzi götürmüşdür. X28 irəli sürülmüş ittihamın götürüldüyünü desə də o, həmin pulu ödədikdən 6 ay sonra Bakı Ağır Cinayətlər Məhkəməsinə dəvət olunmuş və həmin maddələr ilə ittiham olunmuşdur. Həmin torpaq sahəsinin sənədi ilə bağlı onun heç bir məlumatı olmamışdır. Zərərçəkmiş şəxs2la Təqsirləndirilən şəxs3 öz aralarında bu barədə danışmışlar. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, bir müddət Yasamal rayonunda torpağ sahəsi axtarırmış. 2017-ci ilin dekabr ayında bacıoğlusu Nəvai ilə görüşəndə Nəvai ona bildirmişdir ki, bir nəfər şəxs bu ərazidə torpaq sahəsi satır. Nəvai ilə zəng edib torpaq sahəsini satan şəxslə danışmışlar. Məlum olmuşdur ki, torpaq sahəsini satan şəxs Təqsirləndirilən şəxs4dir, torpaq sahəsi isə Yasamal rayonu, 32-nömrəli məktəbin yanında yerləşir. O və Nəvai Təqsirləndirilən şəxs4lə torpaq sahəsinə baxmaq üçün görüşmüşlər. O, Nəvai və Təqsirləndirilən şəxs4lə birlikdə torpağa baxmağa getmişlər, torpaq sahəsi 21 sot imiş. Torpaq sahəsi bomboş imiş, heç bir tikili yox imiş, hətta ağac belə yox imiş. O, Namiqdən həmin torpaq sahəsinin sənədləri barədə soruşduqda Namiq demişdir ki, ancaq bələdiyyə sərəncamı vardır. Həmçinin Namiq torpaq sahəsini 330.000 manata satdığını demişdir. O, fikirləşmək və bələdiyyə sərəncamını yoxlatmaq üçün vaxt istəmişdir. Bələdiyyə sərəncamı 2007-ci ilin aprel ayına məxsus imiş və həmin sərəncamda torpaq sahəsinin Etiram adlı şəxsin mülkiyyətində olduğu yazılmışdı və həmin sənədə bələdiyyə sədri Təqsirləndirilən şəxs1 imza çəkmişdir. O, Namiqlə danışaraq torpaq sahəsinin qiymətini 300.000 manata endirməyini istəmişdir. Təqsirləndirilən şəxs4 də bildirmişdir ki, torpaq sahibi Təqsirləndirilən şəxs3la danışaraq ona bildirəcək. O, qərara gəlmişdir ki, torpaq sahəsinə dair bələdiyyə sənədi bacıoğlusu Nəvainin adına keçirilsin. Sonra Təqsirləndirilən şəxs4 300.000 manata razılaşdığını demişdir. O, Namiq adlı şəxsə 30.000 manat beh vermiş, 270.000 manat isə torpaq sahəsinə dair bələdiyyə sənədi Nəvainin adına keçdikdən sonra veriləcəkmiş. Bir neçə gün sonra yəni 2017-ci ilin dekabr ayında onun yerinə Nəvai Təqsirləndirilən şəxs4lə Bələdiyyəyə getmişdir. Bələdiyyədə Etiram yəni torpaq sahəsinin ilkin sahibi olan şəxs imtina ərizəsi yazmış və 21 sot torpaq sahəsi bacıoğlusu Nəvainin adına keçirilmişdir. Lakin həmin vaxt bacısıoğlu Nəvai sənədlərdə tarixlərin düzgünlüyünə baxmamışdır. Çünki sənədlərdə 2014-cü il yazılmışdır. Əslində o, özü də ilk əvvəl həmin sənədə baxdıqda araşdırma edib bir tanışından soruşmuş və bildirmişdir ki, 2007-ci il tarixli sərəncamla çıxarış almaq olar. Torpaq sahəsi bacısıoğlu Nəvainin adına keçirildikdən sonra o, Namiqi Yasamal ərazisindəki evə dəvət edib 270.000 manat pulu Namiqə vermişdir. Yəni pulu vermək üçün notariusa getməmişdirlər. Namiq həmin pulu Eyvaza çatdırmışdır. Sonra 2018-ci ildə o, sənədi verib çıxarış almaq istəmiş, lakin Nərimanov Rayon Dövlət Reyestr Xidmətindən ona sənədin saxta olduğu deyilmişdir. O, Namiqə zəng edib sənədin saxta olduğunu desə də Namiq sənədin saxta olduğunun mümkünsüz olduğunu demişdir. O, torpaq sahəsinin keçmiş sahibi Eyvaz adlı şəxslə görüşmüşdür. O, Eyvazla Bələdiyyə sədrinin yanında getmişlər, Namiq içəri girməmiş və çöldə gözləmişdir. O, bələdiyyə sədri Təqsirləndirilən şəxs1 sənədinin saxta olduğunu demişdir. Təqsirləndirilən şəxs1 onun sənədinin sərəncam əsasında ləğv etdiyini demişdir. O, həmin sənədə baxdıqda həqiqətən də Təqsirləndirilən şəxs1 onun adından sənədi ləğv etdiyini görmüşdür. Təqsirləndirilən şəxs1 onun torpaq sahəsinin sənədini niyə ləğv etdiyini deməmişdir O, Namiqlə Eyvazdan pulunu geri istədikdə onlar pulunu geri verməmiş, sənədin düzgün, qanuni olduğunu demişdirlər. 2019-cu il tarixdə ona bələdiyyədən zəng gəlmiş və onu bələdiyyəyə çağırmışlar. O, 2019-cu ilin noyabr ayında bələdiyyəyə getdikdə onu Bələdiyyə sədri Təqsirləndirilən şəxs1 qəbul etmiş, sonra Təqsirləndirilən şəxs1 zəng edərək bələdiyyə işçisi Təqsirləndirilən şəxs2 otağına çağırmışdır. Təqsirləndirilən şəxs1 ona torpaq sahəsinin sənədini geri qaytara biləcəklərini demişdir. Lakin Təqsirləndirilən şəxs1 şəxsən özü Təqsirləndirilən şəxs2 10.000 manat pul və torpağın qalan vergisini Təqsirləndirilən şəxs2 ödəməyini bildirmişdir. Belə ki, ilk əvvəl bacısıoğlu Nəvai torpaq sahəsinə təxminən 4.900 manat vergi ödəsə də qəbz yox imiş. O, Təqsirləndirilən şəxs1 otağından çıxıb sonrakı gün yəni 2019-cu ilin noyabr ayında şəxsən Təqsirləndirilən şəxs2 otağına yaxınlaşmış və Təqsirləndirilən şəxs2 10.000 manat pul vermiş, həmçinin Təqsirləndirilən şəxs2 təxminən 550 manat vergi pulu vermişdir. 21 sot torpaq sahəsinin yarısının onun, digər yarısının da həyat yoldaşının adına keçirilməyini təklif etmişdir. Bu qaydada sənədlər hazırlanmış və o, sənədə imza çəkmişdir O, səhhəti ilə əlaqədar ölkədən kənara çıxmalı olmuş, həyat yoldaşının adına olan sənədlər imzalanmamış qalmışdır. Həyat yoldaşı da ondan sonra sənədlərə imza çəkmişdir. Beləliklə 21 sot torpaq sahəsinin 10,5 sotu onun, 10,5 sotu isə həyat yoldaşının adına imiş. O, ölkəyə qayıdıb bələdiyyədən 2 nəfərin adına olan sənədin 2007-ci ilə rəsmiləşdirilməsini müşahidə etmişdir O, həmin 2007-ci ilin bələdiyyə sərəncamını götürüb, Nərimanov Rayon Dövlət Reyestr Xidmətinə getmişdir. Nərimanov Rayon Dövlət Reyestr Xidmətindən sənədin saxta olduğunu, torpaq sahəsinin dövlətə məxsus torpaq sahəsi olduğunu bildirmişlər. Hazırda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3,Təqsirləndirilən şəxs4 tərəfindən ona dəymiş ziyan ödənilimişdir. Belə ki, Təqsirləndirilən şəxs4 30.000 manat , Təqsirləndirilən şəxs3 30.000 manat, Təqsirləndirilən şəxs1 240.000 manat pul ona geri qaytarmışlar. Təqsirləndirilən şəxs2 ödədiyi 10.000 manat pul ona geri qaytarılmasa da, o, həmin pulu Təqsirləndirilən şəxs2 tələb etmir.O, təqsirləndirilən şəxslərlə barışmış, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Proses iştirakçılarının suallarına cavab olaraq Zərərçəkmiş şəxs2 bildirmişdir ki, qabaqcadan torpaq sahəsinin sənədində tarixin 2007-ci il olacağı deyilməmişdir. Torpaq sahəsini alarkən Eyvaz və Namiq çıxarış ala biləcəyini demişdilər. Həmid tərəfindən ona xx.xx.2007-ci il tarixli 30/2 nömrəli sərəncam və həmin tarixli 9/16 nömrəli torpaq icarəsi müqaviləsi, həyat yoldaşı Şahid3 adına olan xx.xx.2007-ci il tarixli 31/2 nömrəli sərəncam və həmin tarixli 10/16 nömrəli torpaq icarəsi müqaviləsi təqdim edilmişdir. O, məsələni özü həll etməyə çalışmış, lakin sonra Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə gedib təqsirləndirilən şəxslərə qarşı şikayət ərizəsi vermişdir. Şikayət ərizəsini özü yazmışdır.Şikayət ərizəsini kimin qəbul etdiyini xatırlamır. 2019-cu il tarixdə ona zəng edərək bələdiyyəyə çağıran işçinin kim olduğunu bilmir. 2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 onu qəbul edərkən otaqda Təqsirləndirilən şəxs2 da var imiş, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 10.000 manat pul ödəməyini demişdir. O, 10.000 manat pulu Təqsirləndirilən şəxs2 otağında Təqsirləndirilən şəxs2 vermişdir. Əvvəlcədən də Təqsirləndirilən şəxs2 tanıyırmış, onun bələdiyyə görmüş və orda işlədiyini bilirmiş. Sənəd ləğv olunanda onun Təqsirləndirilən şəxs1la mübahisəsi olmamışdır. Təqsirləndirilən şəxs1 sənədi ləğv etdiyini və narazıdırsa onun şikayət edə biləcəyini demişdir. Torpaq sahəsini bacısıoğlu Nəvainin adına rəsmiləşdirərkən o, Təqsirləndirilən şəxs1 görməmiş, onun kim olduğunu bilmirmiş, Təqsirləndirilən şəxs1 ondan həmin vaxt pul istəməmişdir. O, Təqsirləndirilən şəxs1 onun sənədini ləğv etdikdən sonra tanımışdır. Torpaq sahəsi bacısıoğlu Nəvainin adına rəsmiləşdirilən zaman Təqsirləndirilən şəxs1 Nəvaidən pul istəməmiş, Nəvai bu haqda ona heç nə deməmişdir. O, 300.000 manat zərərə düşmüş, buna görə də Təqsirləndirilən şəxs1 sənədi düzəltmək təklifini qəbul etmişdir. O, Təqsirləndirilən şəxs1 qəbuluna girdikdən bir gün sonra axşam saatlarında Təqsirləndirilən şəxs2 10.000 manat pul ödəmişdir. Təqsirləndirilən şəxs1 otağından çıxdıqdan sonra sol tərəfdə ikinci qapı Təqsirləndirilən şəxs2 otağının qapısı imiş. O, Təqsirləndirilən şəxs1 qəbuluna getdikdə Təqsirləndirilən şəxs1 onunla söhbət etdikdən sonra Təqsirləndirilən şəxs2 otağına çağırmışdır. O, Təqsirləndirilən şəxs2 otağında girəndə otaqda heç kim olmamışdır.O, 10.000 manat pulu Təqsirləndirilən şəxs2 verdikdən sonra bələdiyyə vergisini ödəmişdir. İlk əvvəl bacısıoğlu Nəvai torpaq sahəsinə təxminən 4.900 manat vergi ödəsə də qəbz yox imiş, o, özü Təqsirləndirilən şəxs2 təxminən 550 manat vergi pulu vermişdir. Deyəsən, vergi ödəmə sənədlərini xanım işçi yazmışdır. 2018-ci il tarixdə Nərimanov Rayon Dövlət Reyestr Xidmətindən sənədin saxta olduğunu öyrəndikdə o, Namiqlə əlaqə saxlamışdır. Namiq Eyvazı da çağırmışdır. Eyvaz ona verdiyi sənədin qanuni sənəd olduğunu demişdir. O, 300.000 manat pulunu istəsə də, Eyvaz pulu qaytarmamışdır. Onlar bir müddət Eyvaz və Namiqlə görüşməmişdirlər. 2019-cu ildə bələdiyyə ikinci dəfə ona həmin sənədi vermişdir. Torpaq sahəsinə Eyvaz hasar çəkdirmişdir. O, 1 ildir ki, həmin torpaq sahəsinə getmir. Ona deyilib ki, ona verilən sərəncamı icra başçısı Əzizov ləğv etdirmişdir. O, torpaq sahəsini ev tikmək məqsədi ilə alırmış. Ev tikmək üçün icra başçısı ilə danışıqlar aparmamış, çünki hələ torpaq sahəsinə sənədləri doğru-düzgün ala bilməmişdir.O, torpaq sahəsinə çəkilən xərcin miqdarını bilmir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 izahat verərək bildirmişdir ki,o, 25 may 2018-ci il tarixdən hal-hazıradək Bakı şəhəri Zərərçəkmiş şəxs1 hüquqşünası vəzifəsində işləyir. Təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanıyır. Təqsirləndirilən şəxs1 alicənab biri kimi tanıyır. Bakı şəhəri Yasamal rayonunun Yasamal Bələdiyyəsinin nümayəndəsi kimi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 şikayətçi deyillər, heç bir şikayətləri və tələbləri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Səttar oğlu ifadəsində göstərmişdir ki, 2007-ci ildə dostu Təqsirləndirilən şəxs3 Bakı şəhəri, Yasamal rayonu ərazisindən torpaq sahəsi almaq istədiyini, daimi yaşayış yerinin Bakı şəhəri yox, Bərdə rayonu olduğu üçün çox vaxt rayon ərazisində olduğunu, sənədləşdirmə işləri lazım olduğu təqdirdə Bakı şəhərində yaşadığı üçün daha tez həll edə biləcəyini deyərək torpaq sahəsini adına rəsmiləşdirməyini xahiş etmişdir. O, razılaşaraq təkcə şəxsiyyət vəsiqəsini surətini Təqsirləndirilən şəxs3 vermişdir. 6-8 il sonra torpaqla bağlı ödənişlərdə gecikmə olduğu üçün Bələdiyyəyə çağıralanda ona məlum olmuşdur ki, onun adına torpaq sahəsi vardır. Yəni o, 2010-2012-ci illərdə yaşadığı ünvana torpağa görə vergi borcunun olması barədə bildiriş gəldikdən sonra Eyvaz tərəfindən adına rəsmiləşdirilən torpaq sahəsinin ölçüsünün 21 sot torpaq olmaqla Bakı şəhəri, Yasamal rayonunda yerləşdiyini öyrənmişdir O, Təqsirləndirilən şəxs3 torpaq sahəsinin adından çıxarılmasını istəmişdir. O, 2017-ci ildə Təqsirləndirilən şəxs3la birlikdə Yasamal rayon bələdiyyəsinə gedib torpaq sahəsinə görə imtina ərizəsi yazmış, həmin vaxt ora torpaq sahəsini alan Nəvai adlı şəxs və torpağı satmaqda kömək edən Namiq adlı şəxs də gəlmişlər. Sonraki hadisələrdən də məlumatsız olmuşdur. Proses iştirakçılarının suallarına cavab olaraq Şahid1 bildirmişdir ki, o, Təqsirləndirilən şəxs1 şəxsən tanımamış, onun Bələdiyyə Sədri olduğunu bilmişdir. O, 2013-2014-cü illərdə Bələdiyyənin dəftərxanasına gedib torpaq sahəsinin adından çıxarılmasını istəmişdir. 2007-ci ildə torpaq sahəsi adına rəsmiləşdirilərkən heç bir sənədə imza çəkməmişdir. O, sadəcə şəxsiyyət vəsiqəsinin surətini təqdim etmişdir. O, işsizdir və 50 yaşı vardır. Bakı şəhəri Yasamal rayon bələdiyyəsi ilə onun arasında bağlanılmış xx.xx.2007-ci il tarixli, 10/16 nömrəli və xx.xx.2007-ci il tarixli, 33-1 nömrəli Torpaq icarəsi müqavilələrinin bağlanmasında iştirak etməmiş, müqavilələrdə “İcarəçi” qrafasında olan imzalar ona məxsus olmamışdır. Şahid1 istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuş və ifadənin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 1, 161-164-cü vərəqlərində olan ifadəsində Şahid1 aşağıdakıları göstərmişdir: “.....Təxminən 2016-cı ildə onun yaşadığı ünvana torpağa görə vergi borcunun olması barədə bildiriş gəldikdən sonra Eyvaz tərəfindən adına rəsmiləşdirilən torpaq sahəsinin ölçüsünün 28 sot torpaq olmaqla Bakı şəhəri, Yasamal rayonu, Ü.Əkbərov küçəsində yerləşdiyini öyrənmişdir. 2022-ci ildə həmin torpaq sahəsinin Eyvaz tərəfindən faktiki olaraq Şəmsəddin adlı şəxsə 300.000 manat satdığını, torpağın sənədləşdirilməsində problem yarandığını və Şəmsəddinin verdiyi pulu geri tələb etdiyini öyrənmişdir. 2017-ci ildə torpağa dair imtina ərizəsi yazdıqdan sonra həmin torpaqdan 21 sotunu Eyvaz Şəmsəddin adlı şəxsə satmışdır... “ Elan olunmuş cinayət işinin 1-ci cild 161-164-cü vərəqələrində olan şahidin ifadəsinə və ifadədəki imzaya əsasən Şahid1 bildirmişdir ki, imza ona məxsusdur, o, torpaq sahəsinin rəsmiləşdirilməsi zamanı iştirak etməmiş, sənədlərə imza çəkməmişdir.Sənədlərə kimin imza çəkdiyini də bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, ticarətlə məşğuldur. O, bələdiyyə sədri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 tanıyır, digər təqsirləndirilən şəxsləri tanımır. 2017-ci ilin dekabr ayında dayısı Zərərçəkmiş şəxs2 ona zəng edərək adına torpaq sahəsi almaq istədiyini bildirmişdir. O, etiraz etməmişdir. O, şəxsiyyət vəsiqəsini götürüb Yasamal Rayonuna getmiş, orda da dayısı Zərərçəkmiş şəxs2la birlikdə Təqsirləndirilən şəxs4lə görüşüb Yasamal Rayon Bələdiyyəsinə getmişlər. Yasamal Rayon Bələdiyyəsinin həyətində Ehtiram Kərimov da oların yanlarına gəlmişlər. Belə ki, torpaq sahəsi Ehtiram Kərimovun adından onun adına rəsmiləşdiriləcəkmiş. X18 Kərimov 21 sot torpaq sahəsindən imtina etməsinə dair ərizə yazmış və 21 sot torpaq sahəsi onun adına rəsmiləşdirilmişdir Ona bələdiyyə sərəncamı təqdim olunmuşdur. O, sənədləri dayısına təqdim etmişdir. Onun dayısı Zərərçəkmiş şəxs2 torpaq sahəsinin adına rəsmiləşdirilməsinə 300.000 manat pul ödədiyini demişdir. Lakin o, pulun ödənilmə prosesində iştirak etmədiyindən dayısı Zərərçəkmiş şəxs2 pulu kimə ödədiyini bilməmişdir. Proses iştirakçılarının suallarına cavab olaraq Şahid2 bildirmişdir ki, torpaq sahəsi adına rəsmiləşdirilərkən sənədlərin 2014-cü ilə aid olmağına diqqət etməmişdir. O, sonradan bilmişdir ki, rəsmiləşdirilmə prosesi 2017-ci ilə aid olsa da sənədlər güya 2014cü ildə tərtib edilmiş sənəd olmuşdur.Torpaq sahəsi 2017-ci ilin dekabr ayında onun adına rəsmiləşdirilmişdir. Bütün danışıqları dayısı Zərərçəkmiş şəxs2 aparmışdır. O, heç bir prosesdə iştirak eməmiş, sadəcə dayısı Zərərçəkmiş şəxs2la birlikdə Bələdiyyəyə getmişdir. Onun icarə müqaviləsi və çıxarış barədə məlumatım olmamışdır. Sənədləşdirmə 2017-ci ilin dekabr ayında olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2017-ci ildə həyat yoldaşı Zərərçəkmiş şəxs2 Yasamal rayonu 32 n-li məktəbin yaxınlığında 21 sot torpaq sahəsi almaq istədiyini demişdir. Həyat yoldaşı Zərərçəkmiş şəxs2 həmin torpaq sahəsinə baxmağa getmiş və 2017-ci ilin dekabr ayında torpağın sahibi Təqsirləndirilən şəxs3 30.000 manat beh ödəmişdir. Həmçinin razılaşmaya əsasən həyat yoldaşı Zərərçəkmiş şəxs2 270.000 manat pulu da ödəyəcəkmiş. Səhv etmirsə, Təqsirləndirilən şəxs3 ilə Təqsirləndirilən şəxs4 arasında tanışlıq münasibəti var imiş, belə ki, həyat yoldaşı Zərərçəkmiş şəxs2 Yasamal Rayonu H.B.ünvan 9 ünvanında Təqsirləndirilən şəxs4 270.000 manat pul vermişdir. Həyat yoldaşı Zərərçəkmiş şəxs2 270.000 manat pulu onun yanında sayaraq Təqsirləndirilən şəxs4 vermişdir. 2019-cu ildə həyat yoldaşı Zərərçəkmiş şəxs2 bələdiyyədən zəng gəlmiş, bələdiyyə sədri Zakir müəllim və Həmid adlı şəxs həyat yoldaşı Zərərçəkmiş şəxs2la danışaraq sənədləri düzəldə biləcəklərini, həyat yoldaşı Zərərçəkmiş şəxs2 vergiləri ödəməli olduğunu bildirmişdirlər. O, həyat yoldaşı Zərərçəkmiş şəxs2 yanında olduğundan telefonda danışılanları eşidirmiş. Həmçinin həyat yoldaşı Zərərçəkmiş şəxs2 özü telefon zəngini söndürüb ona bələdiyyədən nə dediklərini bildirmişdir. Şəmsəddin vergiləri ödəyib həmin ödənişlərə dair qəbzləri qəbul etdikdən sonra 2019-cu ilin noyabr ayının sonlarında 10.000 manat pulu düzəldərək bələdiyyəyə təqdim etmişdir. Razılığa əsasən 21 sot toraq sahəsinin yarısı onun, yarısı isə həyat yoldaşı Şəmsəddinin adına rəsmiləşdirilməli imiş. Şəmsəddin xaricə getdiyi üçün səhəri gün o, tək bələdiyyəyə gedərək orada Həmid adlı şəxsin təqdim etdiyi sənədlərə imza etmiş və Həmid tərəfindən ona Şəmsəddinin adına olan sərəncam və icarəsi müqaviləsi, onun adına olan sərəncam və torpaq icarəsi müqaviləsi verilmişdir. Proses iştirakçılarının suallarına cavab olaraq Şahid3 bildirmişdir ki, istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Torpaq sahəsi hazırda onlarda deyildir. Təqsirləndirilən şəxs1 şəxsən tanımamış, şəxsən Təqsirləndirilən şəxs1 pul verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o,hazırda tikinti sahəsinə fəaliyyət göstərir. O, 2009-2019-cu illər ərzində Yasamal Rayon Bələdiyyəsində əvvəlcə iclas katibi, sonra isə sədr müavini olaraq fəaliyyət göstərmişdir. 2007-ci ildə o, fəaliyyət göstərmədiyi üçün əlindəki qeydlərdən istifadə edərək bildirir ki, onun Şahid1 orluna torpaq sahəsi ayrılmasına dair Yasamal Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 24/06-1 nömrəli sərəncamı, Şahid2 torpaq sahəsi ayrılmasına dair Yasamal Bələdiyyəsinin xx.xx.2014-cğ il tarixli, 59/06 nömrəli sərəncamı, Şahid3 torpaq sahəsi ayrılmasına dair Yasamal Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 31/2 nömrəli sərəncamı və Zərərçəkmiş şəxs2 torpaq sahəsi ayrılmasına dair Yasamal Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 30/2 nömrəli sərəncamlarından məlumatı olmamışdır. Torpaq sahəsi icarəyə veriləndə sədrin səlahiyyəti var imiş ki icra müqaviləsi bağlasın, ləğv etsin. Müqavilə rüsum ödənilmədikdə, əraziyə baxılmadıqda, ərazi çirkli olduqda ləğv oluna bilərmiş, yaxud başqası ilə müqavilə bağlanıla bilərmiş. Proses iştirakçılarının suallarına cavab olaraq Şahid4 bildirmişdir ki, istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin ifadələrini, zərərçəkmiş şəxsin nümayəndəsinin izahatı, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 233-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx.xx.2007-ci il tarixli 2 saylı iclas protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdən Bakı şəhəri Zərərçəkmiş şəxs1 sədri vəzifəsinə seçilmişdir. Cinayət işinin 1-ci cild 210-215-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx.xx.2010-cu il tarixli 1 saylı iclas protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdən növbəti dəfə Bakı şəhəri Zərərçəkmiş şəxs1 sədri vəzifəsinə seçilmişdir. Cinayət işinin 1-ci cild 204-209-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx.xx.2015-ci il tarixli 1 saylı iclas protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdən növbəti dəfə Bakı şəhəri Zərərçəkmiş şəxs1 sədri vəzifəsinə seçilmişdir. Cinayət işinin 1-ci cild 234-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Zərərçəkmiş şəxs1 üzrə xx.xx.2018-ci il tarixli 49 nömrəli əmrdən görünür ki, Təqsirləndirilən şəxs2 həmin bələdiyyənin İcra aparatı, vergi və ödənişlər şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. Cinayət işinin 1-ci cild 216-227-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2000-ci il tarixdə qeydiyyata alınmış Yasamal bələdiyyəsinin üzvlərinin xx.xx.2000-ci il tarixli, 2 saylı iclasının qərarı ilə təsdiq edilmiş “Bakı şəhəri Yasamal rayonunun X3”ndən görünür ki, əmr və sərəncamların verilməsi, bələdiyyə qərarlarının imzalanması, bələdiyyənin fəaliyyətinin təşkil edilməsi, aktlarının icrasının təmin edilməsi, bələdiyyə aktlarının elektron informasiya ehtiyatlarında açıqlanmasının təmin edilməsi, üçüncü şəxslər qarşısında bələdiyyənin təmsil edilməsi, icra aparatının işinin təşkil edilməsi Bələdiyyə sədrinin vəzifələrinə aid edilir. Cinayət işinin 1-ci cild 266-268-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” 29 iyun 2001-ci il tarixli, 160-İİQ nömrəli Azərbaycan Respublikası Qanunu və "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş Əsasnamədən çıxarışdan görünür ki, həmin normativ aktların tələblərinə əsasən, torpaq sahəsinin ayrılması üçün şəxs ərizə ilə bələdiyyəyə müraciət etməli, torpaq sahəsinin ayrılması məqsədəuyğun hesab edildiyi halda müraciətdən çıxarışın torpaq sahəsinin planı və ölçüsünü təsdiq etmək üçün Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə komitəsinə göndərilərək razılıq alınmalı, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla fiziki şəxslərə bələdiyyələrin qərarı ilə verilməli, bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqları qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmalıdır. Cinayət işinin 1-ci cild 133-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinə ünvanlanmış ərizəsindən görünür ki, 2019-cu ilin noyabr ayında Yasamal rayon Bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs1 və həmin bələdiyyənin vergi şöbəsinin rəisi Təqsirləndirilən şəxs2 onun və arvadının adına köhnə tarixə saxta sərəncam verərək 10.000 manat pul götürmüşlər. Cinayət işinin 1-ci cild 242-ci vərəqində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhər Yasmal Bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs1 xx.xx.2007-ci il tarixli 24/06.1№-li sərəncamından görünür ki, Bakı şəhəri, Y.Yasamal 1, M.Xiyabani küçəsi 9a, saylı fərdi yaşayış evində yaşayan X2 Bələdiyyəsinə müraciət edərək uzun müddətdir ki, Ü.Əkbərov küçəsində fərdi yaşayış evi tikmək məqsədi ilə daş hasara alıb istifadə etdiyi torpaq sahəsinin torpaq haqqını ödəmək üçün sənədləşdirilməsini xahiş etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, həqiqətən qeyd olunan ünvanda, yəni situasiya planında göstərilən ərazidə sahəsi 0,28 ha olan torpaq sahəsini daş hasara alaraq halhazırda istifadə edir. Qeyd olunanları nəzərə alaraq: 1. Bakı şəhəri Y. Yasamal 1,Xiyabani küçəsi 9a, saylı evdə yaşayan Şahid1 Ü.Əkbərov küçədə situasiya planında göstərilən ərazidə sahəsi 0,28 ha.olan torpaq sahəsindən istifadə etmə faktı təsdiq edilsin və Yerli (Bələdiyyə) vergi ödəyicisi kimi qeydiyyata alınması, 2. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununa əsasən istifadəsində olan 0.28 ha.torpaq sahəsi vətəndaş Şahid1 icarəyə verilməsi, 3. Torpaq sahəsinin icarəyə verilməsi şərtləri müqavilə əsasında tənzimlənməsi, 4. Bu sərəncam istifadəçiyə mülkiyyət hüququ vermir, yalnız faktiki istifadəsində olan torpaq sahəsindən istifadə müddətində vergi və ödənişlərə cəlb edilməsi üçün əsas verməsi, 5. İcarəsində olan torpaq sahəsinin təyinatı üzrə istifadə edilməsi, icarə haqqının vaxtında ödənilməsi və müvafiq memarlıq xidmətinin rəyi olmadan tikinti işləri aparmamaq vət. Şahid1 nəzərinə çatdırılması, 6. Sərəncamın icrası İcra aparatının Vergi və Ödənişlər şöbəsinə tapşırılması barədə sərəncam verilmişdir. Cinayət işinin 1-ci cild 243-244 -ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Zərərçəkmiş şəxs1 sədri vəzifəsində işləmiş Təqsirləndirilən şəxs1 tərəfindən təsdiq edilmiş xx.xx.2007-ci il tarixli, 24/06-1 nömrəli sərəncamı və həmin tarixli 33-1 nömrəli torpaq icarəsi müqaviləsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Ümid Əkbərov küçəsində yerləşən 0.28 ha ölçüdə torpaq sahəsi X10 müvəqqəti istifadəsi üçün icarəyə verilmişdir. Cinayət işinin 1-ci cild 245-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 16.05.007-ci il tarixli, 33.1№-li torpaq icra müqaviləsi və ona əlavə edilmiş situasiya planından görünür ki, Bakı şəhəri, Ü.Ələkbərov küçəində situasiya planında göstərilən ərazidə yerləşən ümumi sahəsi 2800 ha olan torpaq sahəsi Yasamal Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 24/06.1 saylı qərarı əsasında Şahid1 müvəqqəti istifadəsi üçün icarəyə verilir. Cinayət işinin 1-ci cild 260-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhər Yasmal Bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs1 xx.xx.2007-ci il tarixli 30/2 №-li sərəncamından görünür ki, Yasamal rayonu Zərdabi 74 ünvanında məskunlaşan məcburi köçkün, Qarabağ müharibəsi veteranı, şəhid ailələri, əlillər və X4 Cəmiyyətinin üzvü Zərərçəkmiş şəxs2 ərizə ilə Yasamal Bələdiyyəsinə müraciət edərək Ü.Əkbərov küçəsində faktiki abadlaşdıraraq istifadə etdiyi 1050 kvm torpaq sahəsinin sənədləşdirilməsini xahiş etmişdir. Ərizə araşdırılmış və müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 məcburi köçkün düşdükdən sonra həqiqətən həmin sahəni məişət tullantılarından təmizləmiş və orada abadlıq işləri aparmışdır. Həmin 1050 kvm ərazidə gələcəkdə öz vəsaiti hesabına tikinti aparmaq istəyir. Qeyd olunanları nəzərə alaraq: 1. Yasamal rayonu, Zərdabi 74 ünvanında məskunlaşan məcburi köçkün, Zərərçəkmiş şəxs2 tərəfindən Ü.Əkbərov küçəsində 1050 kv metr torpaq sahəsinin ailə-məişət vəziyyətini yaxşılaşdırmaq, gələcəkdə tikinti aparmaq faktı təsdiq edilsin və vergi ödəyicisi kimi qeydə alınması, 2. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununa əsasən təsərrüfat otağının yerləşdiyi 1050 kv.metr torpaq sahəsi vətəndaş Zərərçəkmiş şəxs2 icarəyə verilməsi, 3. Torpaq sahəsinin icarəyə verilməsi şərtləri müqavilə əsasında tənzimlənməsi, 4. İcarəyə verilmiş torpaq sahəsinin təyinatı üzrə istifadə edilməsi, icarə haqqının və əmlak vergisinin vaxtında ödənilməsi vətəndaş Zərərçəkmiş şəxs2 bildirilməsi, 5. Tikinti işləri apararkən aidiyyəti orqanlarla razılaşdırması, 6. Bu sərəncam istifadəçiyə mülkiyyət hüququ vermir, yalnız faktiki istifadəsində olan torpaq sahəsindən istifadə müddətində vergi və ödənişlərə cəlb edilməsi üçün əsas verdiyi, 7. Sərəncamın icrası İcra aparatının Vergi və Ödənişlər şöbəsinə tapşırılması barədə sərəncam verilmişdir. Cinayət işinin 1-ci cild 261-262-ci vərəqlərində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx.xx.2007-ci il tarixli, 9/16 №-li torpaq icra müqaviləsi və ona əlavə edilmiş situasiya planından görünür ki, Bakı şəhəri, Yasamal rayonu. Ü.Ələkbərov küçəsində situasiya planında göstərilən ərazidə yerləşən ümumi sahəsi 1050.00kv.m olan torpaq sahəsi Yasamal Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 30/02 saylı qərarı əsasında Zərərçəkmiş şəxs2 müvəqqəti istifadəsi üçün icarəyə verilir. Cinayət işinin 1-ci cild 263-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhər Yasmal Bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs1 xx.xx.2007-ci il tarixli 31/2 №-li sərəncamından görünür ki, Yasamal rayonu H.Zərdabi 74 ünvanında məskunlaşan məcburi köçkün , Qarabağ müharibəsi veteranının ailə üzvü Şahid3 arizə ilə Yasamal Bələdiyyəsinə müraciət edərək Ü Əkbərov küçəsində faktiki abadlaşdıraraq istifadə etdiyi 1050 kvm torpaq sahəsinin sənədləşdirilməsini xahiş etmişdir. Ərizə araşdırılmış və müəyyən edilmişdir ki, Şahid3 məcburi köçkün düşdükdən sonra həqiqətən həmin sahəni məişət tullantılarından təmizləmiş və orada abadlıq işləri aparmışdır. Həmin 1050 kvm ərazidə gələcəkdə yaşayış məqsədilə öz vəsaiti hesabına tikinti işləri aparmaq istəyir. Qeyd olunanları nəzərə alaraq: 1. Yasamal rayonu, H.Zərdabi 74 ünvanında məskunlaşan məcburi köçkün, Şahid3 tərəfindən Ü.Əkbərov küçəsində, 1050 kv metr torpaq sahəsinin ailə-məişət vəziyyətini yaxşılaşdırmaq, gələcəkdə tikinti aparmaq faktı təsdiq edilsin və vergi ödəyicisi kimi qeydə alınması, 2. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununa əsasən təsərrüfat otağının yerləşdiyi 1050.00 kv.metr torpaq sahəsi vətəndaş Şahid3 icarəyə verilməsi, 3. Torpaq sahəsinin icarəyə verilməsi şərtləri müqavilə əsasında tənzimlənməsi, 4. İcarəyə verilmiş torpaq sahəsinin təyinatı üzrə istifadə edilməsi, icarə haqqının və əmlak vergisinin vaxtında ödənilməsi vətəndaş Şahid3 bildirilməsi, 5. Tikinti işləri apararkən aidiyyəti orqanlarla razılaşdırılması, 6. Bu sərəncam istifadəçiyə mülkiyyət hüququ vermir, yalnız faktiki istifadəsində olan torpaq istifadə müddətində vergi və ödənişlərə cəlb edilməsi üçün əsas verdiyi, 7. Sərəncamın icrası İcra aparatının Vergi və Ödənişlər şöbəsinə tapşırılması barədə sərəncam verilmişdir. Cinayət işinin 1-ci cild 264-265-ci vərəqlərində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx.xx.2007-ci il tarixli, 10/16 №-li torpaq icarə müqaviləsi və ona əlavə edilmiş situasiya planından görünür ki, Bakı şəhəri, Yasamal rayonu. Ü.Ələkbərov küçəsində situasiya planında göstərilən ərazidə yerləşən ümumi sahəsi 1050.00 kv.m olan torpaq sahəsi Yasamal Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 31/02 saylı qərarı əsasında Şahid3 Behebud qızının müvəqqəti istifadəsi üçün icarəyə verilir. Cinayət işinin 1-ci cild 246-247-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Zərərçəkmiş şəxs1 sədri vəzifəsində işləmiş Təqsirləndirilən şəxs1 tərəfindən təsdiq edilmiş 30 dekabr 2014-cü il tarixli, 59/06 nömrəli sərəncamı və həmin tarixli 69 nömrəli torpaq icarəsi müqaviləsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Ümid Əkbərov küçəsində yerləşən 0.21 ha ölçüdə torpaq sahəsi Şahid2 müvəqqəti istifadəsi üçün icarəyə verilmişdir. Cinayət işinin 1-ci cild 239-241, 246-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Şahid1 Yasamal rayonu, Ələkbərov küçəsində yerləşən torpaq sahəsinin İ.S.Abdullayevanın və Şahid2 adına keçirilməsi və onları Yerli vergi ödəyicisi kimi qeydiyyata alınması haqqında 30 dekabr 2014-cü il tarixli 59/06 nömrəli sərəncamından görünür ki,Yasamal Bələdiyyəsinə Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal-1, Xiyabani küçəsi 9a saylı evdə aşayan Şahid1 ərizə ilə müraciət edərək Yasamal Bələdiyyəsinin xx.xx.2007-ci il arixli, 24/06.1 saylı sərəncamı ilə icarəsində olan 0,28 ha torpaq sahəsinin 0,07 ha torpaq sahəsini ünvan 18ında qeydiyyatda olan X13 və alan 0,21 ha torpaq sahəsini Ağcabədi rayonu, Rancbərlər kəndində qeydiyyatda olan X17 qarşılıqlı razılaşma əsasında onlara verdiyi üçün torpaq sahəsinin icarə haqqını ödəmək məqsədi ilə onların adlarına sənədləşdirilməsini xahiş etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, Yasamal Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 24:06.1 saylı prəncamı ilə Şahid1 icarəsində olan torpaq sahəsinin 0,07 ha torpaq sahəsinin S.Abdullayevaya və qalan 0,21 ha torpaq sahəsini Şahid2 ilə qarşılıqlı razılaşma əsasında erilməsi barədə öz aralarında akt tərtib edib təqdim etmişdilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq:
1. ünvan 17 ünvanında yaşayan X10 Ü.Əkbərov küçəsində çizgidə göstərilən ünvanında yerləşən 0,28 ha torpaq sahəsninin 0,07 ha ünvan 18ında qeydiyyatda olan X8, qalan 0,21 ha isə Ağcabədi rayonu, Rənəbərlər kəndində qeydiyyatda olan Şahid2 adlarına keçirilsin və Yerli (bələdiyyə) Vergi ödəyicisi kimi qeydiyyata alınsınlar.
2. Yasamal Bələdiyyəsinin xx.xx.2007-cü il tarixli 24\06.1 saylı sərəncamı ləğv edilsin və 33.1 saylı müqaviləsinə xitam verilsin.
3. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında » Azərbaycan Respublikası Qanuna əsasən sahəsi 0.07 ha kv.metr olan torpaq sahəsi vətəndaş X9 və 0,21 ha torpaq sahəsi Şahid2 icarəyə verilsin
4. Torpaq sahəsinin icarəyə verilməsi şərtləri müqavilə əsasında tənzimlənsin.
5. İcarəsində olan torpaq sahəsinin təyinatı üzrə istifadə edilməsi, müvafiq İcra Hakimiyyətinin razılığı olmadan tikinti işlərinin aparılmaması və icarə haqqının vaxtında ödənilməsi İ.S.Abdullayevaya və Şahid2 bildirilsin.
6. Bu sərəncam İstifadəçiyə mülkiyyət hüququ vermir, yalnız istifadəetmə müddətində vergiyə cəlb etmək üçün əsas verir.
7. Sərəncamın icrasına nəzarət Vergi və Ödənişlər şöbəsinə tapşırılmışdır. Cinayət işinin 1-ci cild 248-249-cu vərəqlərində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx.xx.2014-cü il tarixli, 68 №-li torpaq icarə müqaviləsi və ona əlavə edilmiş situasiya planından görünür ki, Bakı şəhəri, Ü.Ələkbərov küçəində situasiya planında göstərilən ərazidə yerləşən ümumi sahəsi 700 ha olan torpaq sahəsi Yasamal Bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, 59/06 saylı qərarı əsasında X6 müvəqqəti istifadəsi üçün icarəyə verilir. Cinayət işinin 1-ci cild 114-116 -ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin 17 iyun 2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Ümid Əkbərov küçəsində yerləşən torpaq sahəsinin mişar daşları ilə hasarlanması (Təqsirləndirilən şəxs3 tərəfindən görülmüş işlər) işlərinin respublika daxili orta bazar dəyəri 20.775 manat təşkil edir. Cinayət işinin 1-ci cild 263-264-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Zərərçəkmiş şəxs1 sədri vəzifəsində işləmiş Təqsirləndirilən şəxs1 tərəfindən təsdiq edilmiş xx.xx.2007-ci il tarixli, 31/2 nömrəli nömrəli sərəncamı və həmin tarixli 10/16 nömrəli torpaq icarəsi müqaviləsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Ümid Əkbərov küçəsində yerləşən 1.050 kv.metr ölçüdə torpaq sahəsi Şahid3 müvəqqəti istifadəsi üçün icarəyə verilmişdir. Cinayət işinin 1-ci cild 199-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri, Yasamal Bələdiyyəsinin 07 yanvar 2015-ci il tarixli 02 saylı əmrin kserosurətindən görünür ki, saxlama vaxtı keçmiş və əhəmiyyətini itirmiş sənədlərin məhv edilməsi üçün bələdiyyə əməkdaşları tərkibində komissiya yaradılmışdır. Cinayət işinin 1-ci cild 197-198-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 09/3-153 nömrəli məktubdan görünür ki, “Bələdiyyələrin fəaliyyətinə nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən inzibati nəzarətin həyata keçirilməsini təmin etmək məqsədi ilə bələdiyyələr qəbul etdikləri aktların bir surətini təqdim etməli olduğu halda, Bakı şəhəri Zərərçəkmiş şəxs1 tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ümid Əkbərov küçəsində yerləşən qeyd edilən torpaq sahəsinə dair sərəncam və müqavilələrin, yəni Zərərçəkmiş şəxs2 torpaq sahəsi ayrılmasına dair xx.xx.2007-ci il tarixli 30/2 nömrəli sərəncam və həmin tarixli 9/16 nömrəli torpaq icarəsi müqaviləsi, Şahid3 torpaq sahəsi ayrılmasına dair xx.xx.2007-ci il tarixli 31/2 nömrəli sərəncam və həmin tarixli 10/16 nömrəli torpaq icarəsi müqaviləsi, Şahid1 torpaq sahəsi ayrılmasına dair xx.xx.2007-ci il tarixli 24/06-1 nömrəli sərəncam və həmin tarixli 33-1 nömrəli torpaq icarəsi müqaviləsi, Şahid2 torpaq sahəsi ayrılmasına dair xx.xx.2014cü il tarixli 59/06 və xx.xx.2018-ci il tarixli 05/6 nömrəli sərəncamlar X19 təqdim edilməmişdir. Həmçinin, kargüzarlıq sənədlərinin məhv edilməsi ilə bağlı Yasamal bələdiyyəsinin sabiq sədri Təqsirləndirilən şəxs1 xx.xx.2015-ci il tarixli 2 nömrəli əmri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X19 məlumat verilməmiş və həmin əmr Mərkəzdə aşkar edilməmişdir. Cinayət işinin 1-ci cild 73-75-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-8574/2021 nömrəli qərardadından görünür ki, İddiaçı Zərərçəkmiş şəxs2 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı X21 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə sərəncamın və çıxarışın ləğv edilməsi barədə iddiası Bakı şəhəri, Yasamal rayonu, Ümid Ələkbərov küçəsində yerləşən 0,10 ha torpaq sahəsinin X11 istifadəsinə verilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli 102 nömrəli sərəncamın ləğv edilməsi hissəsində geri götürülmüş sayılması və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cild 117-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi idarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, **********01 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Ümid Əkbərov küçəsində yerləşən qeyd edilən torpaq sahəsi vahid elektron kadastr bazasına əsasən dövlət mülkiyyətindədir. Cinayət işinin 2-ci cild 102 -ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi idarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, **********41 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Ümid Əkbərov küçəsində yerləşən qeyd edilən torpaq sahəsi vahid elektron kadastr bazasına əsasən dövlət mülkiyyətindədir, həmin torpaq sahələrinin əvvəlki illərdə bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar edilməmişdir. Cinayət işinin 2-ci cild 261-263 -ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin inzibati binasında Azərbaycan Respublikası Yasamal Bələdiyyəsinə məxsus arxivə təhvil verilmiş qovluqlara 23 may 2023-cü il tarixli baxış protokolundan görünür ki, Ekspert-Yoxlama komissiyasının təsdiq etdiyi xx.xx.2015-ci il tarixli, 3 nömrəli protokol və ona əlavə olunan sənədlərdən görünür ki, Azərbaycan Respublikası Yasamal Bələdiyyəsinə aid 39 qovluqda sənədlər, yəni Yasamal Bələdiyyəsi sədrinin sərəncamları əlavələri ilə birlikdə və sərəncamların qeydiyyat kitabları mövcuddur. Qeyd olunan sənədlər 2000- 2009-cu illəri əhatə edir, həmin dövrə aid sənədlər arxivə təqdim edilmişdir. 2007-ci ilə aid dövrü əhatə edən sənədlərin saxlanıldığı 6 nömrəli bağlamaya baxış zamanı Şahid1 Bakı şəhəri, Ü.Əkbərov küçəsində 0.28 ha torpaq sahəsinin ayrılmasına dair Yasamal Bələdiyyəsi sədrinin xx.xx.2007-ci il tarixli 24/06-1 nömrəli sərəncam, həmin bağlamanın 112-ci səhifəsində Şahid1 aid ərizə, bağlamanın 114-cü səhifəsində Şahid1 aid xx.xx.2007-ci il tarixli 33-1 nömrəli torpaq icarə müqaviləsinin olduğu müəyyən edilmiş, lakin 2007-ci ilə aid sərəncamların qeydiyyat kitabı arxivə təhvil verilmədiyi üçün həmin sərəncamın qeydiyyata alımb-alınmamasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin, baxış zamanı Zərərçəkmiş şəxs2 adına olan xx.xx.2007-ci ii tarixli 30/2 nömrəli sərəncam və həmin tarixli 9/16 nömrəli torpaq icarəsi müqaviləsi, Şahid3 adına olan xx.xx.2007-ci il tarixli 31/2 nömrəli sərəncam və həmin tarixli 10/16 nömrəli torpaq icarəsi müqaviləsi, Şahid2 torpaq sahəsi ayrılmasına dair xx.xx.2014-cü il tarixli 59/06 nömrəli sərəncam və həmin tarixli 69 nömrəli torpaq icarəsi müqaviləsi aşkar olunmamışdır. Cinayət işinin 2-ci cild 277-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Dövlət Arxivinin Bakı filialından daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-48-2F/2- 03544/2023 nömrəli məktubdan görünür ki, Bakı şəhəri Yasamal bələdiyyəsinə aid xx.xx.2007-ci il tarixli 30/2 nömrəli sərəncam və həmin tarixli 9/16 nömrəli torpaq icarəsi müqaviləsi, xx.xx.2007-ci il tarixli 31/2 nömrəli sərəncam və həmin tarixli 10/16 nömrəli torpaq icarəsi müqaviləsi, xx.xx.2014-cü il tarixli 59/06 nömrəli sərəncam və həmin tarixli 69 nömrəli torpaq icarəsi müqaviləsi Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Məhkənin sorğusuna əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Bakı Filialından daxil olmuş 28 dekabr 2023-cü il tarixli, 3-48-2F/2-09390/2023 nömrəli məktubdan və məktuba əlavə edilmiş sərəncamın kserosurətindən görünür ki, Yasamal rayon bələdiyyəsinin arxiv fondu üzrə xx.xx.2007-ci il tarixli, 24/06.1 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Yasamal bələdiyyəsinin arxiv fondu üzrə xx.xx.2007-ci il tarixli, 30/2 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Məktuba əlavə edilmiş sərəncamın kserosurətindən görünür ki, həmin sərəncamın yuxarı hissəsində Bakı şəhəri Yasamal Bələdiyyəsinin sədrinin sərəncamı 24/06.1, Bakı şəhəri, xx.xx.2007-ci il sözləri yazılmışdır. Sərəncamın məzmunu aşağıdakı kimidir: -Bakı şəhəri, Yeni Yasamal 1, M.Xiyabani küçəsi 9a saylı fərdi yaşayış evində yaşayan Kərimov X22 Bələdiyyəsinə müraciət edərək uzun müddətdir ki, Ü.Əkbərov küçəsində fərdi yaşayış evi tikmək məqsədi ilə daş hasara alıb istifadə etdiyi torpaq sahəsinin torpaq haqqını ödəmək üçün sənədləşdirilməsini xahiş etmişdir. Buna əsasən, Bakı şəhəri Yasamal Bələdiyyəsinin sədrinin sərəncamı ilə Bakı şəhəri, Yeni Yasamal 1, M.Xiyabani küçəsi 9a saylı fərdi yaşayış evində yaşayan Şahid1 Ü.Əkbərov küçəsində yerləşən ərazidəki 0,28 ha torpaq sahəsində istifadə etmə faktı təsdiq edilməsi, yerli vergi ödəyicisi kimi qeydiyyata alınması, istifadəsində olan 0,28 ha olan torpaq sahəsinin vətəndaş Şahid1 icarəyə verilməsi qərara alınmışdır. Sərəncamın sonunda Yasamal Bələdiyyəsinin sədri sözünün qarşısında imza, üzərində Azərbaycan Respublikası Yasamal Bələdiyyəsi sözləri yazılmış möhür həkki, Təqsirləndirilən şəxs1 sözləri yazılmışdır. Cinayət işinin 3-cü cild 18-22-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/655 nömrəli məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən görünür ki, Şahid1 torpaq sahəsi ayrlmasına dair xx.xx.2007-ci il tarixli 33-1 nömrəli torpaq icarəsi müqaviləsində “İcarəçi” qrafasında əks olunmuş imza Şahid1 tərəfindən yox, Təqsirləndirilən şəxs1 tərəfindən yox, Təqsirləndirilən şəxs3 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Cinayət işinin 3-cü cild 22-28-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 5/843 nömrəli məhkəmə sənədlərinin texniki ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 torpaq sahəsi ayrılmasına dair xx.xx.2007-ci il tarixli, 30/2 nömrəli və Şahid2 torpaq sahəsi ayrılmasına dair xx.xx.2014cü il tarixli, 59/06 nömrəli sərəncamların üzərində olan "Azərbaycan Respublikası Yasamal Bələdiyyəsi” məzmunlu möhür əksləri təqdim edilmiş eyni məzmunlu sərbəst nümunələr ilə eynilik təşkil edir. Cinayət işinin 1-ci cild 169-175-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 23 avqust 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs2 arasında keçirilmiş üzləşdirmə zamanı, sonuncu ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı deyərək sonuncunun törətdiyi cinayət əməlini ifşa etmişdir. Cinayət işinin 1-ci cild 176-182-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 23 avqust 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs2 arasında keçirilmiş üzləşdirmə zamanı, sonuncu ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı deyərək sonuncunun törətdiyi cinayət əməlini ifşa etmişdir. Cinayət işinin 1-ci cild 183-187-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 26 avqust 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs4 oğlu ilə Zərərçəkmiş şəxs2 arasında keçirilmiş üzləşdirmə zamanı, sonuncu ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs4 oğlunun üzünə qarşı deyərək sonuncunun törətdiyi cinayət əməlini ifşa etmişdir. Buna görə məhkəmə həmin üzləşdirmə protokollarını da sübut növü kimi qəbul edir. Məhkəmə iclasında ifadə verərkən, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 özlərini onlara elan olunmuş ittihamda təqsirli bilməmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 ifadəsində bildirmişdir ki, onun Zərərçəkmiş şəxs2 həmin 0.28 ha torpaq sahəsini 300.000 manata almağına dair heç bir məlumatı yox imiş. O, həmin 0.28 ha torpaq sahəsinin Zərərçəkmiş şəxs2 300.000 manata satılmasında iştirak etməmişdir. Digər Təqsirləndirilən şəxs2 bildirmişdir ki, Zərərçəkmiş şəxs2 ona və Təqsirləndirilən şəxs1 10.000 manat pul verməmişdir, təqdim edilən sərəncam və müqavilələrin müqabilində Zərərçəkmiş şəxs2 hər hansı məbləğdə pul almamışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 də özlərini təqsirli bilməyərək, hər hansı pul almadıqlarını, kiməsə hər hansı söz vermədiklərini bildirmişlər. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 məhkəmədə və ibtidai istintaq zamanı verdiyi ifadələrini onlara elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin törədilməsində iştiraklarını inkar etmələrini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onların bu barədə verdiyi ifadələrini özünümüdafiə və ağır cinayət məsuliyyətindən boyun qaçırmağa cəhdlər kimi qiymətləndirir. Beləliklə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin izahatını, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbuledilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 onlara elan edilmiş ittiham üzrə cinayət əməlini törətmələrində təqsirli olmaları kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2, 311.3.1, 311.3.3 və 313-cü maddələri, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.3 və 313-cü maddələri, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.4, 309.2 və 32.4, 313-cü maddələri ilə tövsif olunmuş, onlar həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdırlar. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, plenumun qərarının 1-ci bəndində qeyd edilmişdi ki, Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmək və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Azərbaycan RespublikasıCinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 qarşı irəli sürülmüş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunurlar. Həmin maddədə azadlıqdan məhrumetmə cəzasının yuxarı həddi 02 il nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1 və 75.1.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 verilmiş ittihamdan görünür ki, təqsirləndirilən şəxslər göstərilən maddədə nəzərdə tutulmuş cinayət əməllərini 2017- 2019-cu ilərdə törətmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.3-cü maddəsində (cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdikdə) nəzərdə tutulmuş halda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirli bilinməli, lakin həmin maddə ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən onlara cəza təyin edilməməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barəsində cəza təyin edərkən onların törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 2-ci cild 91-92-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx.xx.2022-ci il tarixli, BPM**********14 nömrəli və xx.xx.2022-ci il tarixli, BPM**********87 nömrəli ödəniş tapşırıqlarından görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən dəymiş ziyandan 40.000 manat pul Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına mədaxil edilmişdir. Cinayət işinin 2-ci cild 90-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Təqsirləndirilən şəxs4 tərəfindən dəymiş ziyandan 30.000 manat pul Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına mədaxil edilmişdir. Cinayət işinin 2-ci cild 102-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx.xx.2022-ci il tarixli, BPM**********87 nömrəli ödəniş tapşırığından görünür ki, Təqsirləndirilən şəxs3 tərəfindən dəymiş ziyandan 30.000 manat pul Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına mədaxil edilmişdir. Cinayət işinin 3-cü cild 42-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabında saxlanılan 100.000 manat pul vəsaiti nəzərə alınmaqla qalan ziyan ona tam şəkildə ödənilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 məhkəməyə 13 sentyabr 2023-cü il tarixli və 01 may 2024-cü il tarixli ərizələri ilə müraciət edərək, bildirmişdir ki, təqsirləndirilən şəxslərlə barışıq əldə etmiş, ona dəymiş maddi ziyanın Təqsirləndirilən şəxs3 tərəfindən 30.000 manat; Təqsirləndirilən şəxs4 tərəfindən 30.000 manat; Təqsirləndirilən şəxs1 tərəfindən 240.000 manat pul vəsaiti ödənilmiş, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxdur. Cinayət işinin 2-ci cild 98-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliiyat daxil olmuş 03 oktyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmamışdır. Cinayət işinə əlavə edilmiş tibbi arayışından görünür ki, Təqsirləndirilən şəxs1 sağ böyrək, parenximasında angiomolipom xatırladan ocaq olduğu, hepatosteatoz xəstəliyi olan qaraciyərin sağ p/ayında hemagioma, xolestolitiazis hər iki böyrəkdə vaskulyar törəmə xəstəliyi vardır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Komissiyasında sonuncu müayinəyə dair məlumatdan və əlavə edilmiş digər sənədlərdən görünür ki, X26 birinci dərəcəli əlillik vardır. Miopatiya. Paraksizm əzələ distrofiyası, nəzərə çarpan distrofiyası, hərəkət funksiyasının kəskin pozulması –müddəsiz diaqnozu qoyulmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 30 yanvar 2024-cü il tarixli, 35 nömrəli Sərəncamından görünür ki, təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, xx.xx.1985-ci il təvəllüdlü X35 birinci qrup əlildir, kənar şəxsin qulluğuna ehtiyacı var. Göstərilənlərə əsasən, X29 mülkiyyətinə hüququ olmadan atası Təqsirləndirilən şəxs1 patron (köməkçi) təyin edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 30 yanvar 2024-cü il tarixli, 35 nömrəli Sərəncamından görünür ki, təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, xx.xx.1985-ci il təvəllüdlü X35 birinci qrup əlildir, kənar şəxsin qulluğuna ehtiyacı var. Göstərilənlərə əsasən, X29 mülkiyyətinə hüququ olmadan atası Təqsirləndirilən şəxs1 patron (köməkçi) təyin edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 26 fevral 2013-cü il tarixli, AZ-İ 595477 nömrəli ölüm haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X30 05 noyabr 2013cü il tarixdə vəfat etmişdir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs1 cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılmasını Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən, özünün xəstəlikdən əziyyət çəkməsi, himayəsində fiziki əngəlli, birinci dərəcəli əlil uşağının olması, onun həmin əlil oğluna patronajlıq etməsi, qızının vəfat etməsi Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Cinayət işinin 2-ci cild 99-cu vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliiyat daxil olmuş 03 oktyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 məhkumluğu olmamışdır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs3 cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılmasını Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Cinayət işinin 2-ci cild 104-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliiyat daxil olmuş 10 oktyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmamışdır. Məhkəmə cəza təyin edərkən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılmasını Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Cinayət işinin 2-ci cild 105-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliiyat daxil olmuş 10 oktyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.2-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 27 mart 2024-cü il tarixli, 233 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs4 Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.2-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasına dair icra sənədi şöbənin icraatında qeydə alınmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən daxil olmuş 19 aprel 2024-cü il tarixli, 3-16-17/2-3410/2024 nömrəli məktubdan görünür ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mərkəzi Məlumat Bazasında Təqsirləndirilən şəxs4 Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının əvvəli xx.xx.2002-ci il, cəzasının sonu isə xx.xx.2003-cü il olması göstərilmişdir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Azərbaycan Respublikası CM-in 15.2-ci maddəsinə görə, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-in 18.4.4-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlə görə məhkümluq nəzərə alınmır. Göründüyü kimi Təqsirləndirilən şəxs4 məhkumluğu ödənilmişdir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs4 cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılmasını Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs4 cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsində göstərilmişdir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Ali Məhkəmə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 5-ci bəndində qeyd etmişdir ki, “Qanunun mənasına görə CM-nin 60-cı maddəsində müəyyən olunan qaydalar 59.1.9 və 59.1.10-cu maddələrində göstərilən cəzanı yüngülləşdirən hallardan ən azı birinin olduğu təqdirdə, həm də cəzanı ağırlaşdıran hallar olmadıqda tətbiq oluna bilər” Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası CM-nin 60-cı maddəsində qeyd olunan «bu Məcəllənin 59.1.9 və 59.1.10-cu maddələrində» müddəası bu maddələrdə nəzərdə tutulan hallarnı həm məcmu şəklində, həm də təqsirin formasından, cinayətin xarakterindən asılı olaraq müstəqil tətbiqini nəzərdə tutur. Məhkəmə xüsusi ilə vurğulayır ki, qanuni, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımı cəzalandırma tədbirini təmin edir, məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərir, həm onun, həm də sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarşısını alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. ...Hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “İnsan Hüquqlarının və X20 haqqında” Avropa Konvensiyasının 5-ci maddəsində insan hüquqlarının müdafiəsinin mühüm elementi yer almışdır. Şəxsi azadlıq elə bir əsas şərtdir ki, hamı ondan istifadə etmək imkanına malik olmalıdır. Azadlıqdan məhrum edilmə bir çox digər hüquqlardan istifadəyə birbaşa mənfi təsir göstərə bilər. Hakimlər hər zaman yadda saxlamalıdırlar ki, azadlıq hüququna verilən təminatın hər hansı məna kəsb etməsi üçün istənilən azadlıqdan məhrum edilmə həmişə müstəsna tədbir olmalı, obyektiv əsaslandırılmalı və mütləq zərurət tələb etdiyi müddətdən artıq davam etməməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Amyur Fransaya qarşı işində” (25 iyun 1996-cı il) qeyd etmişdir ki, 5-ci maddənin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur; Məhkəmənin məqsədi heç kəsin qanunsuz olaraq azadlıqdan məhrum edilməməsini təmin etməkdir. Digər tərəfdən, bu sadəcə hərəkət azadlığının məhdudlaşdırılmasına aid prinsip deyil, belə məhdudiyyətlər 4 saylı Protokolun 2-ci maddəsi ilə tənzimlənir. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin“azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin (azadlıqdan məhrum etmənin) növünə, müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinin mühüm prinsiplərindən biri–humanizm prinsipidir (Azərbaycan Respublikası CM-nin 9-cu maddəsi). Humanizm prinsipi cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Yəni cinayət törədən şəxs barəsində nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmasını nəzərdə tutur. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında“ olan xx.xx.1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cəza təyin edilməsi məsələsini müzakirə edərkən onların törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2,Təqsirləndirilən şəxs3 ilk dəfə cinayət törətmələrini, cinayətin içtimai-təhlükəliliyi aradan qaldırılmasını, cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsini, zərərçəkmiş şəxsin və zərərçəkmiş-hüquqi şəxsin nümayəndəsinin təqsirləndirilən şəxslərlə barışıq əldə etməsini,onlara qarşı heç bir şikayəti və maddi tələbi olmadığını, həmçinin Təqsirləndirilən şəxs1 74 yaşında ahıl və xəstə olmasını, himayəsində fiziki qüsurlu 1-ci qrup əlil övladının olmasını, əlil oğlunun atasının patronajlığı altında köməkliyə ehtiyacı olduğunu, qızının vəfat etməsini, digər təqsirləndirilən şəxslərin şəxsiyyətlərini nəzərə alaraq hesab edir ki, onlara azadlıqdan məhrum etmə cəzasınn təyin edilməsi onların ailələrini ciddi məhrumiyyətlərə düçar edə bilər. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün sayan məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsi üçün əsaslar vardır və onlara şərti cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə digər Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən halları müstəsna hal hesab edərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq olunmasını və ona törətdiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.1, 311.3.3-cü maddələrdə müəyyən edilən azadlıqdan məhrum etmə növündən daha yüngül cəza növü - azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə törədilmiş əməlin faktiki hallarını və şəraitini hərtərəfli dəyərləndirərək, qeyd olunan şəkildə cəza təyin edilməsinin konkret halda əmələ adekvat olduğu, müvafiq cinayət hüquq normasının qoruyucu funksiyasını yerinə yetirilməsini təmin etdiyi, cəzanın fərdiləşdirilməsi ilə bağlı prinsipə əməl olunduğu qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər.Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının öz mahiyyətinə uyğun olaraq yaradacağı mənəvi, psixoloji və digər məhrumiyyətlər bütövlükdə törədilmiş əmələ görə cəzanın məqsədinə çatmağa xidmət edəcəkdir. Məhkəmə bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla müəyyən ediləndən daha yüngül cəza növünün təyin edilməsi cinayət qanununun vəzifələri və cəzanın məqsədlərinin təmini baxımından da əsaslıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində, yəni ünvan 20 ünvanında çəkməli, cəzanın çəkildiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs2 cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün gecə saat 23:00-dan səhər saat 6:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, eləcə də Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhəri Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət işinin 3-cü cild 100-101-ci vərəqələrində olan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin mühüm işlər üzrə böyük müstəntiqi, kiçik ədliyyə müşaviri X14 19 iyun 2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 199-200-cü vərəqələrində olan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin mühüm işlər üzrə böyük müstəntiqi, kiçik ədliyyə müşaviri X14 13 fevral 2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 3-cü cild 72-73-cü vərəqələrində olan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin mühüm işlər üzrə böyük müstəntiqi, kiçik ədliyyə müşaviri X14 19 iyun 2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 3-cü cild 137-138-ci vərəqələrində olan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin mühüm işlər üzrə böyük müstəntiqi, kiçik ədliyyə müşaviri X14 20 iyun 2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs4 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməli və onlar barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. İş üzrə ekspertiza xərci olan 162 (yüz altmış iki) manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs2 torpaq sahəsi ayrılmasına dair xx.xx.2007-ci il tarixli 30/2 nömrəli sərəncam və həmin tarixli 9/16 nömrəli torpaq icarəsi müqaviləsi, Şahid3 torpaq sahəsi ayrılmasına dair xx.xx.2007-ci il tarixli 31/2 nömrəli sərəncam və həmin tarixli 10/16 nömrəli torpaq icarəsi müqaviləsi, Şahid1 torpaq sahəsi ayrılmasına dair xx.xx.2007-ci il tarixli 24/06-1 nömrəli sərəncam və həmin tarixli 33-1 nömrəli torpaq icarəsi müqaviləsi, Şahid2 torpaq sahəsi ayrılmasına dair xx.xx.2014cü il tarixli 59/06 nömrəli sərəncam və həmin tarixli 69 nömrəli torpaq icarəsi müqaviləsi 21 iyun 2023-cü il tarixli qərarın cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Cinayət işinin 1-ci cild 190-191-ci vərəqlərində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli məlumatı təqdim edilməsi barədə məktubundan görünür ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 adına daşınmaz əmlakın olubolmaması haqqında məlumatın verilməsi barədə sorğuya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində aidiyyəti üzrə baxılaraq, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən Təqsirləndirilən şəxs3 adına: Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 247, 247A, mənzil 1 (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 247, M3, m1); Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 247, 247A, mənzil 1 (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 247, M3, m1A); ünvan 21 ünvanları; ünvan 22 rayonu, Koroğlu küçəsində yerləşən əmlak kompleksi kimi müəssisə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Təqsirləndirilən şəxs1 adına Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsi, ev 2a, mənzil 67; Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 4, mənzil 16; ünvan 24 ünvanında yerləşən qeyri-yaşayış sahəsi; ünvan 25 ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan həyətyanı torpaq sahəsi; İsmayıllı rayonu Aşıqbayramlı kəndində yerləşən 0,71 ha həyətyanı torpaq sahəsi qeydiyyata alınmışdır və hazırda mülkiyyətində olduğu bildirilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 adlarına olan əmlaklarının üzərinə Binəqədi Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli qərarı ilə həbs qoyulmuşdur. (cild 2, iş vərəqə 247-252) Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 254.1-ci maddəsinə görə, cinayət işi üzrə məhkəməyədək icraat zamanı mülki iddiadan imtina edildikdə və ya cinayət təqibi üzrə icraata xitam verildikdə əmlak üzərinə məhkəmə tərəfindən qoyulmuş həbs müstəntiqin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorla razılaşdırılmış qərarına əsasən ləğv edilir. Məhkəmə icraatı zamanı və bu maddədə göstərilməyən digər hallarda əmlak üzərinə qoyulmuş həbs yalnız məhkəmənin qərarı əsasında ləğv edilə bilər Cinayət işi materiallarından göründüyü kimi, cinayət nəticəsində dəymiş ziyan tamamilə ödənilmişdir, bu səbəbdən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 adlarına olan əmlaklarının üzərinə qoyulmuş həbs ləğv edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən. törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3 və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.14-cü maddələrinin şərh olunmasına dair” 14 noyabr 2011ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14 və 353.2.8-ci maddələrinin tələblərinə görə cinayət qanununun müvafiq maddələrinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulduğu hallarda, məhkəmələr onun təyin edilməsinin zəruri olub-olmaması məsələsini müzakirə etməli və hökmdə bu cəzanın təyin edilməsi haqqında qərarın motivlərini göstərməlidirlər. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 öz qulluq mövqeyindən istifadə edib təqsirli bilindiyi cinayətləri törətdiyindən yuxarıda göstərilənləri nəzərə alıb Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsi tətbiq edilərək Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3cü maddələrinin sanksiyası daxilində azadlıqdan məhrumetmə növündə cəza təyin edərkən CM-nin 46.2-ci maddəsinə əsasən dövlət və bələdiyyə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə əlavə cəza növü də təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, zərərçəkmiş şəxsə dəymiş maddi ziyan tam ödənilmiş, zərərçəkmiş şəxsin heç bir şikayəti və tələbi yoxdur, mülki iddia verilməmişdir. Buna əsasən məhkəmə hesab edir ki, onlara xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli və 24 dekabr 2021-ci il tarixli “Məhkəmə hökmü haqqında” qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə
H ö k m e t d i:
1.Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2, 311.3.1, 311.3.3 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə dövlət və bələdiyyə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3-cü maddələri ilə təqsirli bilinərək 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs1 həmin maddə ilə cəza təyin edilməsin. Təyin olunmuş cəzaları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 maddəsinə əsasən qismən, CM-nin 66.4-cü maddəsinə əsasən isə tam toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs1 02 (iki) il müddətə dövlət və bələdiyyə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs1 əsas cəzası şərti hesab edilsin. Təqsirləndirilən şəxs1 02 (iki) il sınaq müddəti təyin edilsin. Sınaq müddəti ərzində üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, davranışına nəzarəti həyata keçirən orqanın çağırışına vaxtında gəlmək və öz davranış ilə islah olunmasını sübut etmək vəzifəsi qoyulsun. Sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs1 barəsində xüsusi müsadirə tətbiq edilməsin.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.3 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3-cü maddələri ilə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 02 (iki) il müddətə dövlət və bələdiyyə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində, yəni ünvan 20 ünvanında çəksin, cəzanın çəkildiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilsin, Təqsirləndirilən şəxs2 cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün gecə saat 23:00-dan səhər saat 6:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhəri Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 üzərində saxlanılan cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs2 həmin maddə ilə cəza təyin edilməsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə tətbiq edilməsin. 3.Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.4 309.2, 32.4, 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 05 (beş) il müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 309.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs3 həmin maddə ilə cəza təyin edilməsin. Təyin olunmuş cəzaları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 maddəsinə əsasən qismən, CM-nin 66.4-cü maddəsinə əsasən isə tam toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs3 02 (iki) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs3 əsas cəzası şərti hesab edilsin. Təqsirləndirilən şəxs3 02 (iki) il sınaq müddəti təyin edilsin. Sınaq müddəti ərzində üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, davranışına nəzarəti həyata keçirən orqanın çağırışına vaxtında gəlmək və öz davranış ilə islah olunmasını sübut etmək vəzifəsi qoyulsun. Sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs3 barəsində xüsusi müsadirə tətbiq edilməsin. 4.Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.4 309.2, 32.4, 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 05 (beş) il müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 309.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs4 həmin maddə ilə cəza təyin edilməsin. Təyin olunmuş cəzaları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 maddəsinə əsasən qismən, CM-nin 66.4-cü maddəsinə əsasən isə tam toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs4 02 (iki) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs4 əsas cəzası şərti hesab edilsin. Təqsirləndirilən şəxs4 01 (bir) il 06 (altı) ay sınaq müddəti təyin edilsin. Sınaq müddəti ərzində üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, davranışına nəzarəti həyata keçirən orqanın çağırışına vaxtında gəlmək və öz davranış ilə islah olunmasını sübut etmək vəzifəsi qoyulsun. Sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs4 barəsində xüsusi müsadirə tətbiq edilməsin.
5. İş üzrə ekspertiza xərci olan 162 (yüz altmış iki) manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin.
6. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs2 torpaq sahəsi ayrılmasına dair xx.xx.2007-ci il tarixli 30/2 nömrəli sərəncam və həmin tarixli 9/16 nömrəli torpaq icarəsi müqaviləsi, Şahid3 torpaq sahəsi ayrılmasına dair xx.xx.2007-ci il tarixli 31/2 nömrəli sərəncam və həmin tarixli 10/16 nömrəli torpaq icarəsi müqaviləsi, Şahid1 torpaq sahəsi ayrılmasına dair xx.xx.2007-ci il tarixli 24/06-1 nömrəli sərəncam və həmin tarixli 33-1 nömrəli torpaq icarəsi müqaviləsi, Şahid2 torpaq sahəsi ayrılmasına dair xx.xx.2014cü il tarixli 59/06 nömrəli sərəncam və həmin tarixli 69 nömrəli torpaq icarəsi müqaviləsi 21 iyun 2023-cü il tarixli qərarın cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın.
7. Binəqədi Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli qərarı ilə həbs qoyulmuş Təqsirləndirilən şəxs3 adına: Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 247, 247A, mənzil 1 (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 247, M3, m1); Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 247, 247A, mənzil 1 (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 247, M3, m1A); ünvan 21 ünvanları; ünvan 22 rayonu, Koroğlu küçəsində yerləşən əmlak kompleksi kimi müəssisə və Təqsirləndirilən şəxs1 adına Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsi, ev 2a, mənzil 67; Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 4, mənzil 16; ünvan 24 ünvanında yerləşən qeyri-yaşayış sahəsi; ünvan 25 ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan həyətyanı torpaq sahəsi; İsmayıllı rayonu Aşıqbayramlı kəndində yerləşən 0,71 ha həyətyanı torpaq sahəsi Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 254.1-ci maddəsinin müddəallarına əsasən üzərinə qoyulmuş həbs ləğv edilərək, qeyd olunan əmlaklar qanuni sahiblərin sərəncamına verilsin. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.
Sədrlik edən hakim: Azad Məcidov
Hakimlər: Səbinə Məmmədzadə
Əli Məmmədov