Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-563/2022 29.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, ədliyyə müşavirləri Dövlət ittihamçısı1, X4, Dövlət ittihamçısı5, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı4, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı3, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxslərin nümayəndəsi “Mərkəz” Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1984-cü il tarixdə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşamış, 17 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 sentyabr 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs1, xx xxxx 1999-cu il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Aran küçəsi, ev 9 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Kərpiczavod yolu, yeni yaşayış massivi, nömrəsiz fərdi yaşayış evində yaşamış, 16 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 sentyabr 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, həmçinin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışlar. Belə ki, Təqsirləndirilən şəxs1 tanışı – baxılan iş üzrə digər Təqsirləndirilən şəxs2 ilə özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirmək barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən qrupun üzvü Təqsirləndirilən şəxs1 tanışları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 sonuncunun İİ Qarabağ müharibəsində iştirak edərək Laçın rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuş övladı X8 həlak olmadığı, Ermənistan Respublikasında əsirlikdə saxlanıldığı barədə yalan məlumat verib zərər çəkmiş şəxsləri inandıraraq, pul verəcəkləri təqdirdə öz əlaqələrindən istifadə edərək İsa Məmmədlinin Azərbaycan Respublikası ərazisinə gətirilməsinə köməklik edəcəklərinə dair yalan vəd verib onları aldadaraq 2021-ci ilin aprel ayının əvvəllərində Zərərçəkmiş şəxs2 tərəfindən İmişli şəhəri, M.Müşfiq küçəsi, ev 286 ünvanında Təqsirləndirilən şəxs2 verilmiş 1000 manat, Zərərçəkmiş şəxs2 tərəfindən İmişli şəhərində yerləşən ödəmə terminalları vasitəsi ilə Təqsirləndirilən şəxs1 məxsus 4169 7332 1279 saylı bank hesab nömrəsinə xx.xx.2021-ci il tarixdə göndərilmiş 100 manat, xx.xx.2021-ci il tarixdə 1.500 manat, xx.xx.2021-ci il tarixdə 400 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 1530 manat, xx.xx.2021-ci il tarixdə 50 manat, xx.xx.2021-ci il tarixdə 300 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 170 manat, xx.xx.2021-ci il tarixdə 1.800 manat, xx.xx.2021-ci il tarixdə 100 manat, xx.xx.2021-ci il tarixdə 1050 manat, həmçinin 2021-ci ilin may ayında Zərərçəkmiş şəxs1 tərəfindən İmişli şəhəri, M.Müşfiq küçəsi, ev 184 ünvanında Təqsirləndirilən şəxs1 verilmiş 1650 manat, həmin ayda, həmin ünvanda 500 manat, 2021-ci ilin iyun ayında həmin ünvanda 1950 manat, Zərərçəkmiş şəxs1 tərəfindən İmişli şəhərində yerləşən ödəmə terminalları vasitəsi ilə Təqsirləndirilən şəxs1 məxsus 4169 7332 1279 saylı bank hesab nömrəsinə xx.xx.2021-ci il tarixdə göndərilmiş 500 manat, xx.xx.2021-ci il tarixdə 1.300 manat, xx.xx.2021-ci il tarixdə 2.900 manat, xx.xx.2021-ci il tarixdə 7.000 manat, xx.xx.2021-ci il tarixdə 400 manat, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, «20 yanvar» metrostansiyası yaxınlığında verilmiş 200 manat, xx.xx.2021-ci il tarixdə İmişli şəhərində yerləşən ödəmə terminalı vasitəsi ilə göndərilmiş 1.400 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib Təqsirləndirilən şəxs2 ilə aralarında bölməklə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 9.000 manat, Zərərçəkmiş şəxs1 17.800 manat, ümumilikdə 26.800 manat olmaqla xeyli miqdarda maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 naməlum vaxt və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxil edilən, ümumi təmiz çəkisi 5,725 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 16 sentyabr 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 həmin gün saat 19:20-də Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən «El» marketin yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib üzərində şəxsi axtarış keçirilərkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı, ayrı-ayrılıqda çəkiləri 1,509 qram, 1,719 qram, 1,025 qram və 1,472 qram olmaqla ümumi çəkisi 5,725 qram təşkil edən külli miqdarda narkotik vasitə heroin əynindəki sarı rəngli şalvarın sağ yan cibindən 04 ədəd polietilen bükümdə aşkar edilərək götürülmüşdür. Həmçinin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 naməlum vaxt və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxil edilən ümumi təmiz çəkisi 3,575 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 16 sentyabr 2021-ci il tarixdə keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 həmin gün saat 22:20-də Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Kərpic yolunda yerləşən “Büsat” marketin yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (bundan sonra: DİN, BMCMİ) gətirilib üzərində şəxsi axtarış keçirilərkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda, ayrı-ayrılıqda çəkiləri 1,129 qram, 1,261 qram və 1,185 qram olmaqla ümumi çəkisi 3,575 qram narkotik vasitə heroin əynindəki sarı rəngli şalvarın sağ yan cibindən 03 ədəd polietilen bükümdə aşkar edilərək götürülmüşdür. Yəni qeyd olunan bu hərəkətləri ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.4 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişlər. Təqsirləndirilən şəxslərə münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.4 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətmələri tam təsdiq olunmuşdur. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona qarşı Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4 maddələri ilə irəli sürülən ittihamlarla özünü qismən təqsirli bilsə də, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilmədi və ittihamın mahiyyəti üzrə ifadəsində göstərdi ki, baxılan iş üzrə digər Təqsirləndirilən şəxs2 onlarla qonşu olmuş və belə tanış olmuşlar. Balaxanla tanışlığı 44 günlük müharibə ərəfəsində olmuşdur. Onların ailələri daha əvvəldən tanış olmuş, Balaxanla o isə onlar vasitəsilə tanış olmuşlar. Balaxangil onlar gəlib-getmişlər. Onlar tulumazdan bir neçə ay əvvəl Balaxan onlara gəlmiş, qaynının şəhid olması barədə olan məlumatların yalnış olduğunu, sonuncunun əslində əsir düşdüyünü və sağ olduğunu eşitdiyini bildirmişdir. O da bu barədə tanış-bilişdən maraqlanmış, Azərbaycan vətəndaşlarından əsirlikdə olan şəxs olmadığını öyrənmiş və bunu Balaxana demişdir. O, Balaxana Ermənistanda əsirlikdə onun qaynının olmaması barədə dedikdən sonra o, həmin məlumatı xalasıgilə verməli olduğu halda, həmin məlumatı verməmiş, belə bir məlumatı xalasıgilə deyə bilməyəcəyini demişdir. Belə ki, şəhid İsa Balaxanın həm doğma xalası oğlu, həm də qaynı olmuşdur. Bundan sonra Balaxan ona “səsim qaynımın səsinə oxşayır, deyək ki, qaynı əslində sağdır, əsirlikdədir” kimi bir fikir bildirmiş, sonuncunun valideynlərinə şəhidin sağ olduğunu deməyi və Balaxanın valideynlərindən pul almağı təklif vermişdir. Dələduzluq cinayəti ilə bağlı təklif Balaxandan gəlmişdir. O, yalnız bircə dəfə telefonla danışıb onun qaynının şəhid olmadığını, sağ olduğunu demiş, bundan başqa rolu olmamışdır. O, Balaxana xalasıgildən pul götürməməsini desə də, Balaxan ona “mənlikdir” cavabını vermişdir. Pulun Rəna və Fəttahda olmasını ona Balaxan demiş, hardan məlumatlı olduğunu isə ona deməmişdir. Dələduzluq işində pullar onun kartına göndərilmiş, kartdan özü çıxartmış və elə həmin gün Balaxana vermişdir. Bəzi hallarda pullar karta axşam yüklənmiş, o, həmin pulu çıxarıb Balaxana səhəri gün vermişdir. Bəzi hallarda o, pulları Şüvəlandan taksi ilə göndərmişdir. Bir dəfəyə Seyran adlı şəxsin idarə etdiyi “Opel Astra” markalı taksi maşını ilə Balaxana 6000 manat pul göndərmişdir. Sonuncu dəfə o, Balaxandan 1400 manat pul almışdır. Balaxanla ona ümumilkdə 17600 və ya 17800 manat pul çatmışdır. Lakin şəxsən ona cəmi 2100 manat pul çatmış və bu barədə ibtidai istintaq zamanı müstəntiqə də demişdir. O, ona çatan 2100 manat pulla maşınının kreditini vermiş, müxtəlif yerlərə xərcləmişdir. Lakin ibtidai istintaq zamanı müstəntiq vurulmuş maddi zərərin hər ikisi tərəfindən yarıbayarı ödəniləcəyini onlara bildirmişdir. Onun ailə üzvləri tərəfindən isə, bildiyinə görə, zərərçəkmiş şəxslərə 19.000 manat pul ödənilmişdir. O, bu hərəkətləri ilə səhv etmiş, özü Balaxanın xalasıgilə oğlunun əsirlikdə olmadığını, şəhid olduğunu deməmişdir. O, ibtidai istintaqda qeyd olunduğu kimi, Gürcüstanda olmamış, şəhidlə bağlı Gürcüstanda kiminləsə ümumiyyətlə əlaqə saxlamamışdır. Onun anası Elmira pensiyaçıdır, xəstə qadındır, əvvəllər falabaxan olsa da, 20 ildən çox bir müddətdə fala baxmamış, cadu işləri ilə məşğul olmamışdır. Anasının Balaxanın şəhid qohumunun şəklinə baxıb şəhidin sağ olub-olmaması barəsində nəsə deməsi barədə onun məlumatı oldmamışdır. Gedib şəhid deyilən şəxsin sağ olub-olmamasına baxması ilə əlaqədar o, və Balaxan onun anasına heç nə deməmişlər. Anası kiməsə Balaxanın qaynının sağ olduğunu deməmişdir. Təqsirləndirilən şəxs1 ifadəsinin davamında göstərdi ki, Gördükləri işin real görünməsi üçün onlar bir ideya fikirləşmiş, Balaxanı qrimlədib şəhidə oxşadıb ailəsi ilə telefonda görüntülü danışmaq qərarına gəlmiş, məqsədləri şəhid olan şəxsin sağ olduğunu deyib, ailəsindən pul götürmək olmuşdur. Bu ideyanın müəllifi onların hər ikisi olmuş, qrim ustasını internet vasitəsi ilə onun telefonundan Balaxan tapmış və onun yanına hər ikisi bir yerdə gedib danışmışlar. Qrim ustası rus dilində danışdığından və Balaxan rus dilini yaxşı bildiyindən qrim ustası ilə Balaxan danışmış, ustaya şəhidin ad günü olacağını, çəkiliş aparılacağını bildirmiş, məhz çəkilişə görə ona oxşamaq üçün qrim olunmalı olduğunu demişdir. O, qrim ustasına yaxınlaşmamışdır. Qrim ustası Balaxanın üzünü bəzəmiş, buna görə o, (Təqsirləndirilən şəxs1) qrim ustasına Balaxanın istəyi ilə 320 manat pul vermişdir. Balaxan qrim olandan sonra dayısı ilə video görüntülü danışmalı, bacoğlusunun şəhid olmadığına, sağ olduğuna onu inandırmalı idi. Onun (Təqsirləndirilən şəxs1) bacısı oğlu Süleymanın bu işlə heç bir əlaqəsi olmamış, şəhidin şəklini telefonda Süleyman düzəltməmişdir. İbtidai isintaq zamanı Balaxan istintaqa Süleyman barədə yalan ifadə vermişdir. Balaxan xalasıgilə İsanın ölməsi barədə heç nə deyə bilməyəcəyini demiş, İsanın sağ olmasını təsdiqləmək üçün səsini yazıb xalasıgilə təqdim etməyi təklif etmişdir. Təqsirləndirilən şəxs1 ifadəsinin davamında göstərdi ki, o, şəhidin anası Zərərçəkmiş şəxs2 9000 manat pul almamış, sonuncudan ümumiyyətlə əlbəəl pul almamışdır. Lakin iki dəfə zərər çəkmiş Fəttah müəllimdən pul almış, həmçinin kartına da pul köçürülmüşdür. O da pulları kartdan çıxarıb Balaxana vermişdim. Bir dəfə də Balaxan ona Şəmsəddinovun adına kart göndərmiş, o da həmin karta 3-4 dəfə yadında qalmayan müxtəlif məbləğlərdə pul vurmuşdur. Bir dəfə Balaxan ona zəng edib xalasıgildən ona çatdırması üçün 2000 manat pul aldığını bildirmiş, həmin puldan onun kartına özünün 1800 manat vurduğunu, 200 manat da rayondan gəldiyi taksiyə verdiyini bildirmişdir. Hətta karta vurduğu 1800 manatı da lazım olacağı təqdirdə gəlib götürəcəyini demişdir. Bildiyi qədər Balaxan özü bir neçə dəfə xalasından pul almışdır. Bu məsələlər hamısı olub bitəndən sonra o, Balaxana birlikdə gedib dayısı Fəttah müəllimilə oturub bu məsələlərə aydınlıq gətirməyi, yoluna qoymağı təklif etmiş, lakin Balaxan razılaşmayıb, sonuncu 7000 manat pulu götürməyi ona demiş, özünün həll edəcəyini bildirmişdir. O isə bu təklifi qəbul etməmiş, bundan sonra o, Balaxanın zənglərinə cavab verməmiş və aralarında sözsöhbətər yaranmışdır. Bundan sonra o, çıxıb Zaqatala rayonuna getmiş və bundan sonra Balaxanın telefonlarına cavab verməmişdir. Zaqatalada onun xalasıgil yaşamış, o, Zaqatalaya çox təsadüfi hallarda getmişdir. Sonuncu dəfə isə Zaqatalaya sakitçilik olduğundan əsəblərini sakitləşdirməkdən ötrü getmişdir. Hətta o, oradan Balaxanın dayısı ilə danışıb ona Balaxanın onu aldatdığını demiş, Bakıya gələcəyini və hər şeyi olduğu kimi ona danışacağını bildirmişdir. Təqsirləndirilən şəxs1 ifadəsinin davamında daha sonra göstərdi ki, onun başında “kista” olmuş, onun müalicə həkimi Bakıda yaşamış və ona müalicə yazmışdır. O, yazılan dərmanları da götürüb Zaqatalaya getmiş, özü-özünü müalicə etdirmiş, həmin müddətdə xalasıgildə yaşamışdır. O, sentyabr ayının 15-i Zaqatalada xalasıgildə olarkən saat təqribən 17 radələrində 2 nəfər əməliyyatçı Zaqatala polisindən, 4 nəfər isə BMCMİ-nin əməkdaşı xalasıgilin həyətinə girmiş, salam vermiş, sonra onun kimliyini soruşub onu tutaraq qoluna qandal vurub maşınlarına aparmışlar. Kəndi çıxana kimi yolda o, hara getdiyini soruşmuş, lakin ona normal cavab verən olmamışdır. Maşın kəndin çıxacağında saxlanılmış, Zaqatalanın əməliyyatçıları ayrılıb getmişlər. Bundan sonra orada Qabil adlı ağ baş kişi onu döymüş və şəhidə görə onu döydüyünü demişdir. Zaqatalada tutulandan sonra Bakıya 6 saat yol gəlmiş, onu BMCMİ-yə aparmışlar. Orada onunla şəhidin ailəsinə qarşı edilmiş hadisə ilə bağlı sorğu-sual aparılmış və hazırda məhkəmədə göstərdiyi kimi bu fakt üzrə özünü təqsirli bilmişdir. Sonra üstünə ittihamda göstərilən narkotik qoyulmuş, o, bunu qəbul etməsə də, törətdiyi əməlin mükafatı olduğunu bildirmişlər. Narkotiki qəbul etmədiyinə görə ona təsir və təzyiqlər olmuş, səsləndirilməsi mümkün olmayan nalayiq ifadələr işlədilmiş, qarşısına müxtəlif şərtlər qoyulmuş, ona görə də o, məcbur olub sənədləri imzalamışdır. Videogörüntülərlə keçirilən baxış zamanı çıxarıb narkotiki təqdim etmiş və sənədləri imzalamışdır. Video çəkiliş zamanı polis tərəfindən deyilənləri, o cümlədən narkotik vasitənin özünə məxsus olmasını, Zaqataladan alıb əldə etdiyini demişdir. Əsil həqiqətdə isə Zaqatalada olarkən onun üzərində heç bir narkotik vasitə olmamış, onu Bakıua gətirib BMCMİ-də “yükləmişlər”. Təqsirləndirilən şəxs1 ifadəsinin davamında daha sonra göstərdi ki, barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmədə ona suallar verilməmiş, məhkəmədə müstəntiq və dövlət tərəfindən ona verilən vəkil danışmış, ona görə də ona qarşı təzyiqlər olması barədə məhkəməyə bildirməmişdir. O, heç vaxt narkotikdən istifadə etməmiş, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq zamanı vermiş olduğu ifadələri elan edilməklə tədqiq olundu. Tədqiq olunan həmin ifadədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı vediyi ifadəsindən fərqli ifadə verib özünü Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə qismən təqsirli bilərək göstərmişdir ki, Şüvəlan qəsəbəsində anası ilə birlikdə yaşamış, anası Şahid6 baxıcılıq fəaliyyəti ilə məşğul olmuşdur. O, narkotik vasitə olan heroindən az hallarda istifadə etmişdir. O, 16 sentyabr 2021-ci il tarixdə, saat 19:20 radələrində Zaqatala rayonunun Bəhmətli kəndində yerləşən “El” marketin yaxınlığında olarkən ona 3 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim etmiş, xidməti vəsiqələrini göstərib DİN-nin BMCMİ-nin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməsini xahiş etmişlər. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirmiş və barəsində qəbul edilmiş qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq üzərində narkotik vasitə heroin olduğunu etiraf etmişdir. Bundan sonra polis əməkdaşları onu BMCMİ-yə dəvət etmişlər. O, etiraz etməyib polis əməkdaşları ilə birlikdə BMCMİ-yə gəlmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş, şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan sarı rəngli şalvarının sağ yan cibindən 04 ədəd sellofon bükümü, şalvarının sol yan cibindən “Pro” markalı mobil telefonu və 01 ədəd "xxxx"a aid plastik kartı çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 04 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində saxladığı narkotik vasitə heroin aşkar edilmişdir. Şifahi sorğu zamanı o, üzərindən aşkar edilmiş 04 ədəd sellofan bükümdə olan narkotik vasitə heroini iki gün əvvəl Zaqatala şəhərində anket məlumatlarını bilmədiyi “Əli” adlı şəxsdən aldığını, narkotik vasitə heroini şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb daşıdığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 04 ədəd sellofan bükümdə olan narkotik vasitə heroin polis əməkdaşı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək imzalanmışdır. Eyni zamanda aşkar edilmiş “Pro” markalı mobil telefon və ona aid plastik bank kart da polis əməkdaşları tərəfindən götürülmüşdür. Şəxsi axtarış başa çatdıqdan sonra tərtib edilmiş protokol özü və digər iştirakçılar tərəfindən imzalanmışdır. O, Təqsirləndirilən şəxs2 tanımış, onunla dost olmuş və birlikdə narkotik vasitə heroin qəbul etmişlər. Təqsirləndirilən şəxs1 tədqiq olunan ifadəsinin davamında Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onun barəsində etdikləri şikayətlə əlaqədar göstərmişdir ki, 2021-ci ilin mart-aprel aylarında o, evə daxil olarkən anası Şahid6 yanına fala baxırdırmaq üçün Təqsirləndirilən şəxs2, sonuncunun anası Almaz adlı qadın və Zərərçəkmiş şəxs2 gəldiyini görümşüdr. Anası Şahid6 ilə onların arasında olan söhbət əsasında ona İmişli şəhərindən olan X8 şəhid olması və ailə üzvlərinin buna inanmaması və bunun üçün anası Şahid6 fala baxdırmaq üçün gəldikləri məlum olmuşdur. Təxminən bir həftə sonra Təqsirləndirilən şəxs2, anası Almaz, şəhid İsa Məmmədlinin anası Rəna adlı qadın təkrar onlara qonaq gəlmişlər. Həmin vaxt onun məhkəmədə aliment işi olduğu üçün ona təcili 2000 manat pul lazım olmuş, anası Elmira şəhid anası Rənadan həmin pulu borc istəyib almışdır. Rəna həmin pulu onun kartına göndərmişdir. Sonradan onların şəhidin ailə üzvləri ilə aralarında mehribanlıq yarandığı üçün onunla şəhidin bacısının əri Balaxanla aralarında yaxın münasibətləri formalaşmışdır. Həmin ərəfələrdə Balaxan və o, belə qərara gəlmişlər ki, birləşib İsa Məmmədlinin şəhid olmadığını ailə üzvlərinə bildirsinlər və onları aldadıb pul qazansınlar. Balaxan səsinin şəhidin səsi ilə oxşadığını və yalandan səs yazısı yazdırıb şəhidin anasını aldada biləcəklərini onlara demişdir. Onlar birlikdə berə qərara gəlmişlər ki, Balaxanın səsini “Youtube” sosial şəbəkəsində erməni hərbiçilərin danışıqları ilə eyni vaxtda yazdırsınlar, guya Balaxan şəhid olmuş İsadır və sağdır, əsirlikdən danışır. Balaxan da ağzına parça tutub şəhid İsanın adından danışmış və səs yazısında “ana mən sağam, əsirlikdəyəm, narahat olma İxtiyar məni gətirəcək” demişdir. Onlar birlikdə berə qərara gəlmişlər ki, səsi şəhidin anası Rənaya qulaq asdırsınlar. Balaxan həmin səsi xalasına, yəni şəhidin anasına qulaq asdırmışdır. Balaxan həmçinin Rənaya onun barəsində yalandan demişdir ki, tanışları var, Gürcüstana gedib İsa ilə görüşüb səsi yazdırıblar. Onlar beləcə Balaxanla birlikdə Rənanı və şəhidin dayısı Fəttahı guya ki, onun tanışı İsanı əsirlikdən qurtarıb Gürcüstana, sonra da Azərbaycana gətizdirəcəyi adı ilə aldadıb pullar istəyib almağa başlamışlar. Onlar Rənadan və Fəttahdan bu iş üçün 100.000 manat pul tələb etmişlər. Pulu o, istəmiş, Balaxan da onun dediklərinin guya həqiqət olmasına və pulu verməli olduqlarına qohumlarını inandırmışdır. Alınan pulun 1000 manatını Balaxan Rənadan əlbəəl almış, qalan pullar isə onun kartına göndərilmişdir, Fəttah da bəzi pulları onun özünə şəxsən vermişdir. Az sonra, yəni həmin ərəfələrdə Balaxan şəhid İsanın adından ikinci səs yazısını da onunla birlikdə yazdırmışdır. Həmin səs yazısını o, Fəttaha qulaq asdırmışdır. Həmin vaxtlarda o, Balaxanı evlərindən maşınla götürüb kənar yerdə saxlamış və sonuncuya Fəttahın yanına gedəcəyini demiş, zəng edib dayısı ilə şəhid İsanın adı ilə danışmasını bildirmişdir. Çünki şəhidin ailə üzvləri birbaşa səsli danışacaqları təqdirdə onlara daha çox inanıb pul verəcəklərini fikirləşmişlər. O, Fəttahın yanına gedib oradan Balaxanı yığmış və telefonu Fəttaha verib bacısıoğlu İsa ilə danışmasını demişdir. Fəttah da sevincək telefonu götürmüş və Balaxan dayısı ilə şəhid İsanın adından danışıb Gürcüstanda olduğunu demişdir. Sonra o, telefonu Fəttahdan alıb sonuncuya İsaya pul lazım olduğunu demiş, ona pul verməsini demişdir. Fəttah da ona inanıb onun kartına pul göndərmişdir. Təqsirləndirilən şəxs1 tədqiq olunan ifadəsinin davamında daha sonra göstərmişdir ki, o, təzə tanışlıq vaxtı Rənadan şəhid olmuş övladı İsanın şəkillərini istəmiş, Balaxan da Rənanın sözü ilə İsanın bir neçə şəklin çıxartdırıb ona vermişdir. O, da həmin şəkilləri götürüb, şəhidin ailə üzvlərini aldatmaqla bağlı razılıqlarından sonra Balaxanla birlikdə bacısının ailəsi ilə yaşadığı 9-cu mikrorayonda yerləşən evlərinə getmiş, evdə olan bacısıoğlu Süleyman şəkili fotoşopla düzəldib onlara vermişdir. Həmin düzəldilmiş şəkildə xəstəxanada olan bir şəxsin baş hissəsi dəyişdirilib şəhidin şəkili yapışdırılmışdır. Lakin Süleymanın onların əməllərindən heç bir məlumatı olmamışdır. O, Süleymana şəkili fotoşop etdirmələrinin səbəbi barədə məlumat verməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 tədqiq olunan ifadəsinin davamında daha sonra göstərmişdir ki, o, Balaxanla şəhidin ailə üzvlərini daha da inandırıb çox pul ala bilmələri üçün Balaxanın üzünü qrimlədib şəhid İsaya oxşatmaqla uzaqdan onu Fəttaha göstərmək və daha çox pul istəmək barədə qərara gəlmişlər. Onlar bu məqsədlə internetdən qrim ustasının telefon nömrəsini tapıb onunla danışmış və Balaxanla həmin şəxsin “Statistika dairəsi” deyilən yerdə yerləşən evinə getmişlər. Mənzildə 34-35 yaşlarında bir qrim ustası olan qadına yalandan bir şəhid barəsində film çəkildiyini və Balaxanın həmin şəhidin obrazını canlandırmalı olduğunu bildirmişlər. Həmin qadın Balaxanı qrim etmiş və o, qadına özündən 320 manat da pul vermişdir. Sonradan onlar «20 yanvar» metrostansiyası ətrafında Fəttahın yanından maşınla keçmiş, həmin vaxt Balaxan arxada oturmuş, guya özünü İsa kimi göstərmişdir. Həmin vaxt maşını o, idarə etmişdir. Onlar özləri bunu belə planlaşdırmış, guya İsanı Azərbaycana gətirən şəxslər pullarını istəyirlər və onlar ancaq uzaqdan sonuncunun üzünü göstərə, yalnız pulu aldıqdan sonra İsanı təhvil verə bilərlər. Onlar 2021-ci ilin aprel ayından avqust ayınadək olan müddət ərzində Balaxanla birlikdə quraşdırdıqları yalanlar əsasında Zərərçəkmiş şəxs1 ümumilikdə 17.800 manat, şəhidin anası Rənadan hissə-hissə olmaqla ümumilikdə 9.000 manat pul almışlar. Pulun yalnız 1000 manatını Balaxan Rənadan almış, qalan pullar isə onun kartına göndərilmiş və ya Fəttah əlbəəl görüşüb vermişdir. Onlar əsasən pulları bərabər bölüşdürmüşlər. O, aldığı pulları müxtəlif yerlərə xərcləmişdir. Təqsirləndirilən şəxs1 tədqiq olunan ifadəsinin davamında daha sonra göstərmişdir ki, o, əvvəllər narkotik vasitənin alveri ilə məşğul olmamış, sadəcə maddi vəziyyətini yaxşılaşdırmaq üçün narkotiki tapdıqdan sonra bu fikirə düşmüş, polis əməkdaşları onu saxladıqlarından mümkün olmamışdır. Anası Elmiranın və bacısıoğlu Süleymanın onların törətdikləri cinayətlə heç bir əlaqələri olmamış, cinayəti Balaxanla ikisi törətmişdir (iş vərəqə: cild İ, səh. 83-85,157-160). Məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona qarşı Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4 maddələri ilə irəli sürülən ittihamlarla özünü qismən təqsirli bilsə də, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilmədi və ittihamın mahiyyəti üzrə ifadəsində göstərdi ki, o, Müşfiqabad qəsəbəsində yaşamış, baxılan iş üzrə digər Təqsirləndirilən şəxs1gilin orada qonşuluqda tanışları olmuşdur. Həmin ərəfələrdə onun telefon nömrələri ***-***-**-** və ***- ***-**-** olmuş, o, həmin nömrələrdən istifadə etmişdir. Onlara Şüvəlanda baxıcı olduğu deyildiyindən anası, xalası, yəni qaynanası Rəna, dayısı oğlu Fəxri və o, birlikdə Şüvəlana İxtiyagilə getmişlər. İxtiyar və anası evdə olmuş, xalası Rəna telefonda mərhum İsanın şəklini göstərmiş və İxtiyarın anası əvvəl şəklə baxmış, sonra isə Qurani-Kərimi açıb baxmış və həmin şəxsin sağ olduğunu, ona heç nə olmadığını, hazırda əsirlikdə olduğunu bildirmişdir. Həmin vaxt İxtiyarın özü də orada olmuş, o, İxtiyarı həmin vaxtı orada tanımış, o vaxtadək onun İxtiyarla münasibəti olmamışdır. Sonra onunla İxtiyar evdən çıxmış, sonuncu gül və ya ağac gətirmiş, onu əkib evə qayıtmışlar. Rəna isə oğlunun şəhid olmasının onlara deyildiyini və meyidinin artıq verildiyini bildirdikdə İxtiyarın anası təkrarən onun sağ olduğunu, meyidin onun oğluna aid olmadığını demişdir. İxtiyarın anası 100 manat pul istəmiş, şamlar alınıb yandırılacağını bildirmişdir. Onlar 100 manat pulu verib evə qayıtmışlar. Təqsirləndirilən şəxs2 ifadəsinin davamında göstərdi ki, iki gün sonra İxtiyarın anası onlara zəng edib İxtiyarın tutulduğunu bildirmiş, onlardan 2000 manat pul istəmişdir. Həmin vaxtı İxtiyar arvadından ayrılmış, uşaqlarına aliment ödəmədiyindən tutulmuşdur. Demələrinə görə İxtiyar həbsdən çıxdıqdan sonra onların işini həll edəcək, yəni İsanı gətizdirəcəkmiş. Xalası, yəni qaynanası Rəna pulun rayonda olduğunu demiş, pulun karta köçürülməsi üçün kart nömrəsi göndərməyi istəmişdir. Xalası Rəna kartın nömrəsini rayona göndərmiş, oradan da İxtiyarın kartına 1500 manat pul göndərilmişdir. Pul göndəriləndən sonra həmin ya növbəti gün İxtiyarın anası onlara zəng etmiş, onların evini yığışdırmağa kömək lazım olduğunu demiş, onları köməyə çağırmışdır. O, xalası oğlu və özünün anası birlikdə onlara kömək etməyə getmiş, qabları yumağa, evi yığışdırmağa kömək etmişlər. Bundan sonra axşam gec olduğundan onlar evlərinə qayıda bilməmiş, İxtiyargildə qalmışlar. Səhəri gün isə öz evlərinə getmiş və xalasının xahişi ilə onu İmişliyə aparmışdır. Təqsirləndirilən şəxs2 arayış verib göstərdi ki, birinci dəfə onlar İxtiyar gilə 4 nəfər getmiş, həmin vaxt onlara 100 manat pul vermişlər. İkinci dəfə İxtiyarın kartına, sonuncu tutulduğundan 1500 manat pul köçürmüşlər. İkinci dəfə gedən zaman artıq 1500 manatı İxtiyarın kartına köçürülmüşdür. Üçüncü dəfə isə onlar Elmiragilin evlərini yığışdırmaq məqsədilə onlara getmişlər. Təqsirləndirilən şəxs2 ifadəsinin davamında göstərdi ki, Bir-iki gün sonra İxtiyar anası ilə rayona gəlmiş, dayısıgildə gedib nəsə danışmış, sonra xalasıgilə gəlmiş və onlara 500 manat pul lazım olduğunu bildirmişlər. Xalası onlara 500 manat pul vermiş və bundan sonra onlar Bakıya qayıtmışlar. Bundan 7-10 gün sonra o, Bakıya gəlmiş, İxtiyar ona zəng edib onunla işi olduğunu demiş və onu “20 yanvar”a çağırmışdır. O, “20 yanvar”da İxtiyarla görüşmüş, İxtiyar ona “narahat olma, xalan oğlu sağdır, onu gətizdirəcəyik” demişdir. O, telefonla dayısıgilə zəng edəcəyini demiş, şəhidin adından telefonla danışmağı ona tapşırmış və İsanı gətizdirəcəyinə söz vermişdir. İxtiyar mərhum İsanın şəklini istəmiş, deməsinə görə onun Gürcüstanda çoxlu tanışları olmuş, o, şəkli onlara göndərəcək, İsanın sağ olub-olmadığını yoxlatdıracaq, hətta İsadan ötrü özü Gürcüstana gedəcəkmiş. Sonra İxtiyar maşından düşərək əvvəlcə özü onun dayısıyla danışmış, sonra maşına gəlib telefonu ona vermiş, o da razılaşdıqları kimi İsanın adından dayısıyla danışmış və ona “narahat olmayın, İxtiyar yanımdadır, sağ-salamatam” sözlərini demişdir. Bundan sonra İxtiyar mənə 100 manat pul vermiş, elə-belə verdiyini demişdir. Bundan sonra o, İxtiyardan ayrılıb evə getmişdir. Üstündən bir müddət keçmiş dayısı onlara gəlmiş, telefonda bir şəkil göstərib İsanın şəkli olduğunu, İxtiyarın göndərdiyini demişdir. Onlar telefonda şəkilə baxıb İsa olduğunu görmüşlər. Halbuki, başqa birinin şəkli olmuşdur. Dayısı İxtiyarın gələcəyini və onunla görüşəcəklərini demişdir. Sonra dayısı ilə İxtiyar 4 yolda görüşmüş, lakin danışıqlarının məzmununu bilməmişdir. Dayısı gəlib İxtiyarın söz verdiyini, İsanı gətirəcəyini demişdir. Təqsirləndirilən şəxs2 ifadəsinin davamında göstərdi ki, 3-4 ay sonra İxtiyarın dəvəti ilə o, “20 yanvar”da sonuncu ilə görüşmüş, İxtiyar ona ora gedib-gəlməyin, əlaqə saxlamağın mümkün olmadığını demiş, bir nəfər olduğunu, onu (Təqsirləndirilən şəxs2) bəzəyib İsaya oxşadacağını, onu dayısıgilə göstəçrəcəklərini bildirmişdir. Belə ki, İxtiyar telefonda İsanın şəklini görmüş və ona oxşadığını demişdir. Razılaşıb, birlikdə İxtiyarın dediyi yerə getmiş, İxtiyar ona danışmağa icazə verməmiş, hər şeyi özü danışmışdır. İxtiyar orada bir qadınla danışmış, ona həmin qadının yanında dayanmağı demiş, 10-15 dəqiqəyə harasa gedib qayıdacağını bildirmişdir. Həmin qadın onu qrimləmiş, guya İsaya oxşatmışdır. Qadın İsanın şəklinə baxa-baxa kosmetik vasitələrlə onu qrimləmiş, sacıma da əl gəzdirmişdir. Bundan 10-15 dəqiqə sonra İxtiyar gəlmiş, İxtiyar həmin qadına 320 manat pul vermişdir. Maşına oturduqdan sonra isə oxşamadığını demişdir. İxtiyar maşınla onu aparıb “20 yanvar”da düşürtmüş və o, çıxıb evə getmişdir. Həmin vaxt İxtiyar ona bir tanışının olduğunu bildirmiş, şəkli ona düzəltdirəcəklərini demişdir. 2-3 gün sonra isə İxtiyar zəng edib şəkli düzəltdirmək üçün getməyi istəmiş, ona səsini çıxartmamağı tapşırmışdır. İxtiyarla birlikdə onun dediyi yerə getmiş, sonuncu orada şəkli düzəltdirmiş və bundan sonra həmin şəxs düəltdiyi şəkli bulutuzla İxtiyara öndərmişdir. İxtiyarın onu qrimlətdiyi ünvanı tanımasa da, ikinci şəkli İxtiyarın Süleyman adlı qohumu düzəltmişdir. Bir dəfə də İxtiyarla Süleymangilin evinə müxtəlif paltarlar aparmışlar ki, bu paltarların hadisə ilə heç bir əlaqəsi olmamışdır. Bundan sonra isə İxtiyar onu yenə gətirib “20 yanvar”da düşürtmüş və o, evə getmişdir. Həmin şəkli də İxtiyar sonra aparıb onun dayısına göndərmişdir. İxtiyar kompüterlə şəhidin şəklindən baş hissəsini kəsdirib, xəstəxanada çarpayıda uzanmış başqa şəxsin bədəninə yapışdırtmışdır ki, guya İsa sağdır və xəstəxanadadır. Təqsirləndirilən şəxs2 ifadəsinin davamında daha sonra göstərdi ki, bir müddət sonra İxtiyar onu yenə “20 yanvar”a çağırıb ona səs yazmağı təklif etmişdir. Səs yazısı üçün iki telefon təşkil edilmiş, birində ermənilər danışmış, digərində isə o, bir neçə kəlmə söz deməli, İxtiyar isə onun səsini yazmalı idi. Səbəbini soruşduqda İxtiyar İsa ilə tez-tez əlaqə saxlamaq olmadığını, İsanın ailəsinin isə çox narahat olduqlarını demiş, bu yolla onların narahatçılıqları aradan qaldırmaq istədiyini bildirmişdir. O, öz səsi ilə “narahat olma, sağam, dayı, İxtiyar məni gətirəcək” demiş, mən “İsayam” sözü deməmişdir. İxtiyar səsi yazmış, aparıb xalasına qulaq asdıracağını demişdir. İxtiyr səs yazısını xalasıgilə təqdim edərkən guya həmin səsin ermənistanda yazıldığını və ona göndərildiyini deyəcəkmiş. İxtiyar səs yazısını xalasına qulaq asdıran zaman o, orada olmamışdır. Sonra isə İxtiyar ona başı ilə cavabdeh olduğunu, İsanı gedib gətirəcəyini bildirmişdir. Bundan sonra isçə İxtiyar 2 ay yarım yoxa çıxmışdır. Daha sonra Təqsirləndirilən şəxs2 ifadəsinin davamında göstərdi ki, İxtiyar ona 100 manat bir dəfə, 300 manat bir dəfə, son dəfə isə 200 manat, ümumilikdə isə cəmi 600 manat pul vermişdir. İxtiyarın özünün xalasıgildən nə qədər pul almasını isə o, bilməmişdir. Pullar İxtiyarın kartına köçürülmüşdür. O, xalasından, yəni qaynanasından əlbəəl pul almamışdır. Lakin İxtiyara 7000, 2000, 3000 və sair məbləğlərdə, bildiyi qədər təqribən 28000 manat pul göndərilmişdir. O, İxtiyara nə qədər pul verdiklərini xalasından soruşmamışdır. Ən nəhayət, Təqsirləndirilən şəxs2 ifadəsinin yekununda göstərdi ki, onun narkotik vasitə ilə heç bir əlaqəsi olmamış, şəhidlə bağlı baş vermiş hadisə ilə bağlı o, işgəncələrə məruz qalmış və boynuna narkotik vasitə qoyulmuşdur. Sonra isə videoçəkiliş altında sənədləşdirilmişdir. İşgəncələr altında polis tərəfindən əvvəlcədən ona verilmiş narkotik vasitəni çıxarıb təqdim etmiş, özünə məxsus olduğunu boynuna almışdır. O, heç vaxt narkotik vasitə istifadə etməmiş, narkotik vasitələrin satışı ilə məşğul olmamış, Təqsirləndirilən şəxs1la birlikdə heç vaxt narkotik vasitə istifadə etməmişdir. Polis onu ittihamda göstərilən yerdə tutmamış, dayısı özü ona zəng edib BMCMİ-nə çağırmış və o, özü dayısının zənginə əsasən BMCMİ-nə getmişdir. Narkotik vasitələrin satışı ilə bağlı ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə verilmiş ittihamı qəbul etmir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq zamanı vermiş olduğu ifadələri elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs2 tədqiq olunan həmin ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, o, 2017-ci ildə xalası Rənanın qızı ilə ailə həyatı qurmuş, yoldaşının isə X12 adlı bir qardaşı olmuşdur. Özü az hallarda narkotik vasitə olan heroindən istifadə etmiş, narkotik vasitəni əvvəllər tanımadığı şəxslərdən alıb əldə etmişdir. O, 16 sentyabr 2021-ci il tarixdə, saat 22:20 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Kərpic yolunda yerləşən “Büsat” marketin yaxınlığında olduğu zaman ona 2 nəfər mülki geyimli şəxs yaxınlaşıb özlərini təqdim etmiş, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özlərini təqdim etmələrini xahiş etmişlər, o, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində narkotik vasitə heroin vardır. Bundan sonra polis əməkdaşları onu polis idarəsinə dəvət etmişlər. O, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinə gəlmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan qara rəngli şalvarının sağ yan cibindən 03 ədəd sellofon bükümü və şalvarının sol yan cibindən “Nokia” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 03 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində saxladığı narkotik vasitə heroin aşkar edilmişdir. Sorğu zamanı o, üzərindən aşkar edilmiş 03 ədəd sellofan bükümdə olan narkotik vasitə heroini iki gün əvvəl Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisində anket məlumatlarını bilmədiyi “Kamal” adlı şəxsdən aldığını, narkotik vasitə heroini şəxsi istifadə etmək məqsədi ilə üzərində saxlayıb daşıdığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşyalar aşkar edilməmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 03 ədəd sellofan bükümdə olan narkotik vasitə heroin polis əməkdaşı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar və onun tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş “Nokia” markalı mobil telefon da polis əməkdaşları tərəfindən götürülmüşdür. Şəxsi axtarış başa çatdıqdan sonra protokol tərtib edilərək ucadan oxunmuş və imzalarla düzgünlüyü təsdiq edilmişdir. O, üzərindən narkotik vasitə heroinin aşkar edilməsini səmimi olaraq etiraf edərək törətdiyi cinayət əməlindən peşman olduğunu göstərmişdir. Təqsirləndirilən şəxs1 tanımış, onunla dost olmuş və onunla birlikdə narkotik vasitə heroin qəbul etmişdir. Təqsirləndirilən şəxs2 tədqiq olunan həmin ifadəsində daha sonra törətmiş olduğu dələduzluq cinayəti üzrə bildirmişdir ki, 2020-ci ilin sentyabr-oktyabr aylarında vətən müharibəsi zamanı yoldaşının qardaşı, həmçinin xalasıoğlu İsa əsgəri hərbi xidmətdə olduğu üçün sonuncunu da müharibə bölgəsinə aparmışlar. 2020-ci ilin noyabr ayının 1dən etibarən İsa ilə əlaqə kəsilmiş, həmin ayın 15-də xəbər çıxmışdır ki, İsa Laçın rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Həmin ərəfədə şəhidin nəşini ailəsinin yaşadığı İmişli şəhərinə gətirmişlər. Şəhidə qohumları baxmış və tanımışdır. Şəhidi dəfn etdkdən sonra şəhidin anası, eyni zamanda qaynanası Rəna elə zənn etmişdir ki, övladı İsa şəhid olmuyub sağdır, dəfn olunan adam oğlunun oxşarıdır. Dayısı Zərərçəkmiş şəxs1 onlar bu barədə dedikdə, sonuncu şəhidin üzün göstərərkən həyəcanlı olduğunu, tam yaxşı görmədiyini bildirmişdir. Bütün bunlar xalası Rənada övladının sağ olduğu barədə fikir formalaşdırmışdır. Bu səbəbdən xalası Rəna bir çox qohumları ilə birlikdə baxıcı və falçı yanına getmişlər. Təqsirləndirilən şəxs2 tədqiq olunan həmin ifadəsində daha sonra göstərmişdir ki, 2021-ci ilin aprel-may aylarında Müşfiqabadda yas mərasimi zamanı anası Almaz Şüvəlan qəsəbəsində bir qadın olduğunu, quranla fala baxdığını və dediklərinin düz çıxdığını eşitmişdir. Həmin vaxt anası həmin qadının nömrəsini tapmış və bu barədə xalası Rənaya dedikdə xalası təkidlə həmin qadının yanına getmək istəmişdir. Xalası həmin ərəfədə Bakı şəhərinə gəlmiş, o, anası Almaz və xalası Rəna (şəhidin anası) ilə birlikdə telefonda qadınla danışıb Şüvəlan qəsəbəsinə getmişlər. Orada onlar birmərtəbəli həyət evinin qarşısında düşüb birlikdə evə daxil olmuşlar. Təxminən 60-65 yaşlarında kök bədən quruluşlu, özünü «Hacıxanım» kimi təqdim edən, sonradan adının Şahid6 olduğunu bildiyi qadın onları qarşılamışdır. Evdə qadından başqa heç kim olmamış, həyətdə sonradan adını bildiyi baxıcının oğlu İxtiyar adlı şəxs həyətdə ağac əkməklə məşğul olmuş, lakin onlarla heç bir ünsiyyət yaratmamışdır. Onlar evdə olan zaman xalası baxıcıya demişdir ki, şəkil göstərsin, baxıcı isə həmin adamın taleyi barədə onlara gördüklərini desin. Baxıcı qadın şəkilə baxan kimi demişdir ki, İsa şəhid olmayıb, o, sağdır. Sonra onlar evdən çıxanda həmin qadın xalasından 100 manat pul istəyib almışdır ki, guya şam yandırıb dualar oxuyacaq. Təxminən 10 gün sonra baxıcı Elmira xalası Rənaya zəng edib sonuncunu yenidən evinə çağırmışdır. Xalası rayondan gəlib onları da götürüb birlikdə Şüvəlana baxıcının evinə getmişlər. Həmin gündən bir neçə gün sonra xalası baxıcı ilə mehribanlaşıb Elmiranın evində 2-3 gün də qalmışdır. Sonradan xalası ilə həmin baxıcı qadın onların Müşfiqabaddakı evlərinə də gəlmişlər. Evlərində olan zaman Elmira övladı İxtiyarın arvadından boşandığını, arvadının alimentə görə oğlunu məhkəməyə verdiyini bildirmiş, İxtiyarın 1500 manat ödəməyəcəyi təqdirdə, oğlunun tutulacağını demişdir. Xalası Rəna dayısı Fəttaha zəng edib, İxtiyarın bank kartına 1500 manat pul göndərməsini demişdir. Xalası oğlu şəhid olduğuna görə onlar dövlət tərəfindən verilən pulu dayısıgildə saxlamış, İxtiyara göndərilən pul şəhidə görə verilən puldan olmuşdur. Baxıcı qadın da bağların satışa qoyduqlarını demiş, satıb borcu qaytaracaqlarını bildirmişdir. Baxıcı qadınla xalası Rəna mehribanlaşmış və həmin qadın oğlu İxtiyarla birlikdə İmişliyə qonaq gedib bir gün də onlarda qalmışlar. Baxıcı qadın həmin vaxtda eyni adla xalası Rənadan əlavə 500 manat da borca pul almışdır. Təqsirləndirilən şəxs2 tədqiq olunan həmin ifadəsində daha sonra göstərmişdir ki, onun da artıq baxıcı qadının oğlu İxtiyarla münasibətləri yaranmışdır. 2021-ci ilin aprelmay aylarında İxtiyar ona təklif etmişdir ki, dediklərini etsə yaxşı pul qazana bilərlər. O, da nə etməli olduğunu soruşduqda İxtiyar ona demişdir ki, bir yerdə birləşib xalası Rənanı və dayısı Fəttahı aldadıb pul qazansınlar. Onun pulu olmadığına görə İxtiyarla razılaşmışdır. Onlar birlikdə belə qərara gəlmişlər ki, onun səsi “Youtube” sosial şəbəkəsində erməni hərbiçilərin danışıqları ilə eyni vaxtda yazılsın, guya o, şəhid olmuş İsadır və sağdır, əsirlikdən danışır. O, da ağzına parça tutub şəhid İsanın adından danışmış və səs yazısında “ana mən sağam, əsirlikdəyəm, narahat olma İxtiyar məni gətirəcək” demişdir. Onlar birlikdə belə qərara gəlmişlər ki, səsi xalasına qulaq asdırsınlar. O, həmin səsi xalasına qulaq asdırmışdır. Xalasına yalandan demişdir ki, İxtiyarın Gürcüstanda tanışları var, onlar gedib İsa ilə görüşüb səsi yazdırıblar. Onlar beləcə İxtiyarla birlikdə xalası və dayısına guya ki, İxtiyarın tanışı İsanı əsirlikdən qurtarıb əvvəlcə Gürcüstana, sonra isə Azərbaycana gətizdirəcəyi adı ilə pullar istəyib almağa başlamışlar. Onlar İxtiyarla birlikdə xalası Rənadan və dayısı Fəttahdan bu iş üçün 100.000 manat pul tələb etmişlər. Pulu İxtiyar istəmişdir ki, o, da İxtiyarın dediklərinin guya həqiqət olmasına və pulu verməli olduqlarına qohumlarını inandırmışdır. Alınan pulun 1000 manatını o, xalası Rənadan əlbəəl almış, qalan pullar isə İxtiyarın kartına göndərilmiş, dayısı Fəttah da bəzi pulları İxtiyara şəxsən vermişdir. Belə ki, o, guya şəhid İsanın adından danışırmış kimi ikinci səs yazısını da İxiyarla birlikdə yazdırmışdır. Həmin səs yazısını İxtiyar dayısı Fəttaha qulaq asdırmışdır. Həmin vaxtlarda o, evdə olarkən İxtiyar onun telefonuna zəng edib onunla işi olduğunu demişdir. İxtiyar «Toyota-Prius» markalı maşınla onu gəlib Müşfiqabaddan götürmüş və demişdir ki, dayısı Fəttaha zəng edəcək o da telefonla İsanın adından danışmalıdır. O, da telefonda özünü İsa kimi təqdim edib dayısı ilə danışmış və guya Gürcüstanda olduğunu, İxtiyarın ona yaxşı baxdığını və sair sözlər demişdir. Ardınca İxtiyar onun dayısına guya şəhidə pul lazım olduğunu bildirmiş və pul göndərməsini demişdir. Bundan başqa onlar İxtiyarla belə qərara gəlmişlər ki, dayısı və xalasını inandırmaq üçün onun üzünü qrimlə İsaya oxşadıb uzaqdan dayısına göstərib daha çox pul alsınlar. Onlar bu məqsədlə İxtiyarın tapdığı, “Statistika dairəsi” deyilən yerdə tanımadığı evdə 34-35 yaşlarında bir qrim ustasının yanına getmişlər. Həmin qadına yalandan demişlər ki, bir şəhid var, barəsində film çəkilir və o, həmin şəhidin obrazını canlandırmalıdır. Onu həmin qadın qrim etmiş və İxtiyar qadına özündən 320 manat da pul vermişdir. Sonradan onlar «20 yanvar» metrsostansiyası ətrafında dayısının yanından maşından keçmişlər ki, o, maşında arxada oturmuşdur ki, guya İsadır. Sonradan qrimi silib dayısının yanına gəlmiş və özü də dayısına İxtiyarın dediklərinin guya düz olduğunu və sonuncuya pul verilməli olduqlarını bildirmişdir. O, İxtiyarla birlikdə 2021-ci ilin aprel ayından avqust ayınadək olan müddət ərzində quraşdırdıqları yalanlar əsasında dayısından ümumilikdə 17.800 manat, xalasından hissə-hissə olmaqla ümumilikdə 9.000 manat pul almışlar. Pulun 1000 manatını o, xalası Rənadan İmişlidəki evlərində əlbəəl almış, qalan pullar İxtiyarın kartına göndərilməklə, bəzən isə dayısı Fəttah İxtiyarla görüşüb pulu əlbəəl ona vermişdir. Onlar əsasən pulları bərabər bölüşdürmüşlər. O, aldığı pulları müxtəlif yerlərə xərcləmişdir. İxtiyar xalası Rənadan təzə tanışlıq vaxtı şəhid övladı İsanın şəkillərini istəmişdir ki, o, da xalasının sözü ilə İsanın bir neçə şəklini çıxartdırıb İxtiyara vermişdir. İxtiyar da həmin şəkilləri götürüb onların artıq xalasını aldatmaqla bağlı razılıqlarından sonra İxtiyarın bacısının yaşağıdı 9-cu mikrorayonda yerləşən evə getmişlər, evdə İxtiyarn bacısı oğlu Süleyman şəkli fotoşopla düzəldib onlara vermişdir. Həmin düzəldilmiş şəkildə xəstəxanada olan bir şəxsin baş hissəsi dəyişdirib şəhidin şəkili yapışdırılmışdır. Lakin Süleymanın onların cinayətkar əməllərindən məlumatı olmamışdır (iş vərəqə: cild İ, səh. 92-94, 169-173, cild İİ, səh. 188-192). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, üzləşmə zamanı hər iki təqsirləndirilən şəxs ibtidai istintaq zamanı sərbəst ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə qarşı bir daha təsdiq etməklə törətmiş olduqları cinayət əməlini etiraf etmişlər (iş vərəqə: cild İ, səh. 184-188). İş üzrə məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 15 noyabr 2020-ci il tarixdə «İkinci Qarabağ müharibəsi»ndə iştirak edən bacısıoğlu X8 şəhid xəbərini almışlar. Morqda şərti nömrəsi 621 olan şəhid olmuş naməlum hərbi qulluqçunun nəşinə baxarkən şəxsiyyətinin İsa Məmmədli olduğunu qismən ehtimal edərək, nəşini İmişli şəhərinə gətirib dəfn etmişlər. O, və şəhidin ailə üzvləri İsanın müharibədə şəhid olmasına tam inanmamış və məzarda başqa şəhidin olmasını ehtimal edirmişlər. Bacısı oğlu İsanın şəhid olub-olmaması barədə tam məlumatlı olmamışlar. Hətta bacısı Rəna da yuxuda oğlunun şəhid olmadığını, sağ olduğunu da görmüşdür. Çıxış yolunu baxıcılara və falçılara müraciət etməkdə görmüşlər. Bir neçə baxıcıya getmişlər ki, bütün baxıcılar X3 olduğunu, onun adına olan məzarda başqa şəhidin dəfn olunduğunu bildirmişlər. Yaxşı baxıcı tapmaq üçün sorqalaşarkən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində Elmira adlı qadın baxıcının olduğunu öyrənmiş və 2021-ci ilin mart-aprel aylarında bacısının ailəsi Elmira adlı qadın baxıcının evinə getmişlər. Elmira adlı qadın baxıcı da bacısı oğlu İsa Məmmədlinin sağ olduğunu bildirmişdir. Həmin görüşdə və söhbətdə o, iştirak etməmiş, deyilənləri bacısıgildən eşitmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 ifadəsinin davamında göstərdi ki, həmin ərəfələrdə Elmira adlı qadın oğlu Təqsirləndirilən şəxs1 ilə birlikdə İmişli şəhərinə bacısı Rənagilə qonaq da gəlmişlər. Bacısıgildə aparılan təsadüfi söhbət zamanı İsanın şəhid olmadığı təqdirdə, Ermənistanda əsirlikdə ola biləcəyi barədə bir fikir yaranmışdır. Belə olanda Təqsirləndirilən şəxs1 onlara guya müharibədə iştirak etmiş dostları, eyni zamanda Ermənistanla əlaqəsi olan Gürcüstanda yaşayan tanışları olduğunu demiş, həmin şəxslər vasitəsi ilə İsa barədə məlumat əldə edə biləcəyini bildirmişdir. Sonradan isə bacısı Rənanın ona deməsinə görə İxtiyar zəng edib İsanın Ermənistanda əsirlikdə olduğunu öyrəndiyini demişdir. Sonradan İxtiyar onun bacısıoğlu Balaxanla İsanın əsirlikdə yazılan səs yazısını da bacısı Rənaya göndərtdirib qulaq asdırmışdır. Rəna da daha çox məlumat ala bilmələri üçün İxtiyarın istəyi ilə 2021-ci ilin mart-aprel aylarında Balaxan vasitəsi ilə İxtiyara 1000 manat pul göndərmişdir. Sonralar isə İxtiyar müxtəlif yalanlarla İsanın əsirlikdə müalicə olunmalı olması, Ermənistandan qaçaq yolla Gürcüstana keçirilməli olması, ordan da Azərbaycana gətirilməli olması adı ilə bacısından hissə-hissə əlavə olaraq 3000 manat, onları İsa kimi təqdim etdiyi şəxslə danışdırmaqla isə bacısı Rənadan əlavə olaraq bir dəfəyə 5000 manat pul almışdır. Onlar hadisələrin reallığına inandıran amillərdən biri də İsanın səsi ilə danışan şəxsin onların qohumlarının hamısını tanıması, həyətdə saxladıqları heyvanların adlarını belə düz deməsi olmuşdur. X14 verdiyi 1000 manatdan başqa bütün pulları ödəmə terminalı vasitəsi ilə İxtiyarın kartına göndərmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 ifadəsinin davamında daha sonra göstərdi ki, dövlət tərəfindən İsanın şəhidliyinə görə valideynlərinə verilmiş 11.000 manat pulun 2000 manatını Rəna borc olaraq baxıcı Elmiraya, qalan pulu da İxtiyara verdiyindən onun pulu qurtarmışdır. Ona görə də Rəna İxtiyarla danışmağı və onun istəyəcəyi pulu İxtiyara verməyi ondan xahiş etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 İsa Məmmədlinin tibbi müalicəyə, həmçinin gündəlik xərclərə ehtiyacı olduğunu bildirib 2021-ci ilin may ayında ondan 1.650 manat pul istəmiş, o, da həmin pulu İmişli şəhərində yaşadığı ünvanda İxtiyara vermişdir. Bir neçə gün sonra İxtiyar təkrar eyni adla 500 manat pulu yaşadığı ünvanda ondan almışdır. 2021-ci ilin iyun ayında Təqsirləndirilən şəxs1 bacısıoğlu Balaxanla yaşadığı ünvana gələrək müxtəlif yalanlar deməklə ondan bu dəfə 1.950 manat pul almışdır. 08 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 ona zəng edib İsa Məmmədlinin artıq Azərbaycana gətirildiyini bildirmiş, tibbi müayinə və gündəlik xərcləri üçün əlavə 500 manat pul lazım olduğunu demişdir. O, da həmin gün İmişli şəhərində “Milliön” ödəmə terminalı vasitəsi ilə istədiyi 500 manatı Təqsirləndirilən şəxs1 bank hesabına – kartına köçürmüşdür. İxtiyarın eyni üsullu yalanlarına görə 13 iyun 2021-ci il tarixdə 1.300 manat, 17 iyun 2021-ci il tarixdə 2.900 manat İmişli şəhərindəki “Milliön” ödəmə terminalı vasitəsi ilə pul köçürmüşdür. 02 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 ona zəng edib X10 Respublikasından gətirən şəxsləri yola salmaq lazım olduğunu bildirmiş, və bunun üçün 7.000 manat pul verilməli olduğunu demişdir. O. da həmin tarixdə Təqsirləndirilən şəxs1 Bank hesabına bir dəfə 2.000 manat və bir dəfə isə 5.000 manat olmaqla ümumilikdə 7.000 manat pulu İmişli şəhərindən ödəmə terminalı vasitəsi ilə köçürmüşdür. 10 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 İsa Məmmədlini saxladığı evdə kirayə pulunun ödənilməsinin vaxtı çatdığını və bunun üçün 400 manat pul lazım olduğunu demiş, o da eyni qaydada İmişli şəhərindən ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs1 kart hesabına 400 manat pul köçürmüşdür. Bundan sonra 02 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 Bakı şəhərində şəhid barəsində uydurduğu bir başqa bəhanə ilə ondan 700 manat pul istəmiş, onun da üzərində 200 manat olduğu üçün həmin pulu «20 Yanvar» Metrostansiyasının yaxınlığında Təqsirləndirilən şəxs1 vermişdir. Təqsirləndirilən şəxs1 bu pulları onlardan İsa Məmmədlini onlara məlum olmayan yerdə saxlamaq və onlara təhvil vermək adı ilə almışdır. Sonuncu dəfə Təqsirləndirilən şəxs1 09 avqust 2021-ci il tarixdə İsa Məmmədlini müalicə edən həkimə ödəniş etmək adı ilə 1.400 manat pul istəmiş, o da 1.400 manat pulu İmişli şəhərində “Milliön” ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs1 hesabına köçürmüşdür. Daha sonra zərərçəkmiş Zərərçəkmiş şəxs1 ifadəsinin davamında göstərdi ki, İxityar Orucov onlardan pulları almaq üçün İsa Məmmədlinin sağ olmasına onları inandırmış və bunun üçün müxtəlif senarilər hazırlamışdır. Belə ki, Təqsirləndirilən şəxs1 İmişli rayonuna gələrək İsa Məmmədlinin onlarda olmayan və görmədikləri şəkillərini gətirib onlara göstərmiş və onların yanında öz telefonu ilə başqa bir nömrəyə zəng edib həmin şəxsə ailə üzvləri ilə danışması üçün telefonu İsa Məmmədliyə verməyi tapşırmış, İsa Məmmədli də telefonla onlarla danışmış və onlar həmin səsin eyni ilə İsa Məmmədlinin səsinə bənzədiyini hiss etmişlər. İsa Məmmədli də, həmçinin danışdığı qohumların səsini tanıyıb hər birinin adını düz çəkmişdir. O, telefonda danışan şəxsin İsa Məmmədli olmasını dəqiqləşdirmək üçün həyətdə olan heyvanın adını soruşmuş, danışan şəxs heyvanın adını düz demişdir. Bundan sonra o, və ailə üzvləri həqiqətən də telefonda danışan şəxsin İsa Məmmədli olmasına inanmışlar. Onlar İxtiyar X5ra təhvil verməsini tələb edəndə İxtiyar onlara guya öz şəxsi əmlaklarını satıb Gürcüstan və Türkiyə Respublikası vətəndaşı ilə əlbir olub İsa Məmmədlinin Ermənistandan Gürcüstana və oradan da Azərbaycana 100.000 manat ödəyərək gətirdiyini, 100.000 manat verəcəkləri təqdirdə İsa Məmmədlini ailə üzvlərinə təhvil verəcəyini demişdir. O, isə İxtiyara həmin pulu ancaq İsanı canlı gördükdən sonra verə biləcəyini demişdir. Bundan sonra İxtiyar ona «20 yanvar» metrostansiyası yaxınlığında yolun kənarında durmağı tapşırmış, İsanı maşınla gətirib kənardan ona göstərəcəyini demiş, lakin yalnız pulu alandan sonra uşağı təhvil verə biləcəyini demişdir. O, İxtiyarla razılaşmışdır. İxtiyar həmin gün axşam saatlarında xatırlamadığı avtomobillə metronun kənarından gəlib keçmiş, o, arxa oturacaqda kiminsə əyləşdiyini görmüş, lakin qaranlıq olduğundan üzünü dəqiq görməmişdir. İxtiyar da ona zəng edib görüb-görməmdiyini soruşmuş, o, isə yaxşı görmədiyini demişdir. Bundan başqa, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ifadəsinin davamında göstərdi ki, o, son zamanlar artıq İxtiyarın yalan danışdığını hiss etmişdir. Belə ki, İxtiyar tez-tez telefon nömrəsini dəyişmiş, onlarla görüşdən qaçmış, yalnız pul lazım olanda bir bəhanə ilə pul alıb sonra yenidən yoxa çıxmışdır. İxtiyar ilk vaxtlarda İsanın sağ olması və Ermənistanda əsirlikdə olması barədə onlara dedikdə, onlar bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etmək istəmiş, lakin İxtiyar qəti surətdə onları qorxutmuşdur. Belə ki, İxtiyarın deməsinə görə dövlət orqanlarına müraciət edəcəkləri təqdirdə, İsanı bir daha görməyəcəkləri ilə onları qorxutmuşdur. Beləliklə Təqsirləndirilən şəxs1 yalan vədlərlə onu aldadıb hissə-hissə olmaqla ümumilikdə 17.800 manat pulunu, şəhidin anası Rənanı aldadaraq sonuncunun 9.000 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Balaxanla İxtiyarın münasibəti olub-olmaması barədə onun məlumatı olmamış, verdikləri pullardan Balaxanın da götürməsini o, bilməmişdir. Hadisənin üstü açıldıqda isə ələ keçirilmiş pulun 19.000 manatı İxtiyargil tərəfdən ödənilmiş, 9.800 manatı isə ödənilməmiş qalmışdır, ki, həmin məbləğin ödənilməsini İxtiyardan tələb edir. Lakin ibtidai istintaq zamanı onların savadsızlığından istifadə olunmuş və vurulmuş ziyanın tam ödənilməsi barədə iltizama oxumadan imza etdirilmişdir. Əsil həqiqət isə ifadəsində göstərdiyi kimidir. Onun bacısı oğlu Balaxandan şikayəti və tələbi yoxdur. Belə ki, Balaxanı da İxtiyar aldadıb yoldan çıxarmışdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 ifadəsinin yekununda göstərdi ki, hadisə ilə bağlı «Banditizm»də (burada: BMCMİ) olarkən İxtiyarın yanında kim olması ilə maraqlanıldıqda o, bacısı oğlu Balaxanın da olduğnu demişdir. Belə olduqda Balaxanın da BMCMİ-nə gəlməsi tələb olunmuşdur. Bundan sonra o, zəng etmiş, Balaxan taksi ilə ora gəlmişdir. O, Balaxanı növbətçi hissədə qarşılayıb İdarəyə təhvil vermiş, izahatı alınıb buraxılacağı deyilmişdir. Balaxan heç vaxt narkotik vasitələrdən istifadə etməmişdir. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olunan Zərərçəkmiş şəxs1 ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında ayrıayrılıqda keçirilmiş üzləşməyə dair dindirmə protokollarından görünür ki, üzləşmə zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs1 sərbəst ifadəsində göstərdiyi işin halları ilə bağlı xüsusatları təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzünə qarşı bir daha təsdiq etmiş, sonuncular isə barəlirində deyilənləri qəbul edib törətdikləri cinayət əməlini bir daha etiraf etmişlər (iş vərəqə: cild İ, səh. 174-178, 179-183). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, iki övladı olmuş, onlardan biri X6 Müharibəsində şəhid olmuşdur. Qızı Çinarə isə onun (Zərərçəkmiş şəxs2) bacısıoğlu Təqsirləndirilən şəxs2 ilə ailə qurmuş və birlikdə Müşfiqabad qəsəbəsində yaşayırlar. Onların birgə nikahdan üç uşaqları vardır. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 mahiyyəti üzrə ifadəsinin davamında göstərdi ki, 2020-ci ilin sentyabr-oktyabr aylarında Vətən Müharibəsi başlayarkən oğlu İsa Məmmədov əsgəri hərbi xidmətdə olduğu üçün sonuncu da müharibə bölgəsinə aparılmış, demək olar ki, sonadək müharibədə iştirak etmişdir. 2020-ci ilin noyabr ayının 1-dən etibarən İsa ilə əlaqə kəsilmiş, həmin ayın 15-də isə onun Laçın rayonu uğrunda gedən döyüşlərdə şəhid olduğu xəbəri gəlmişdir. Həmin ərəfədə də İsanın nəşini yaşadıqları İmişli şəhərinə gətirmişlər. O, da tanımaq üçün morqa getmiş, lakin özünü pis hiss etdiyindən baxa bilməmiş, yalnız onun qardaşı Zərərçəkmiş şəxs1 baxıb İsanın nəşi olduğunu tanımnışdır. Şəhidi dəfn etdkdən sonra ona sanki kimsə İsanın şəhid olmadığını, sağ olduğunu, dəfn olunan adamın isə oğlunun oxşarı olduğunu demişdir. O, bu barədə qardaşı Fəttaha dedikdə, sonuncu ona şəhidin üzün göstərərkən həyəcanlı olduğunu, tam yaxşı görmədiyini demişdir. Bütün bunlar onda övladının sağ olduğu barədə fikir formalaşdırmışdır. Bu səbəbdən o, bir çox qohumu ilə birlikdə molla və falçı yanına getməyə başlamışdır. 2021-ci ilin aprel-may aylarında Müşfiqbadda yas mərasimi zamanı bacısı Almaz Şüvəlan qəsəbəsində bir qadın olduğunu, onun Quranla fala baxdığını və dediklərinin düz çıxdığını eşitmiş və bu barədə ona demişdir. Həmin vaxt bacısı həmin qadının nömrəsini tapmışdır. O, həmin ərəfədə Bakı şəhərinə gəlmiş, Müşfiqabad qəsəbəsindən bacısı Almaz və sonuncunun oğlu, həm də kürəkəni Balaxanı da götürüb Şüvəlan qəsəbəsinə getmiş, tanımadıqları ünvanda birmərtəbəli həyət evinə düşüb təxminən 60-65 yaşlarında, kök bədən quruluşlu, özünü «Hacıxanım» kimi təqdim edən Elmira adlı qadınla görüşmüşlər. Onlar evdə olan zaman o, baxıcıya şəkil göstərəcəyini demiş, həmin adamın taleyi barədə baxıcı fikrini bildirməsini xahiş etmişdir. O, oğlu İsanın şəklini göstərmiş, qadın şəkilə baxan kimi İsanın şəhid olmadığını demişdir. Elmira xanım onlara oğlumun sağ olduğunu deyən zaman oğlu İxtiyar da orada olmuşdur. Cavabı aldıqdan sonra o, Elmiranın baxdığı Quranın üstünə 10 manat da pul qoymuşdur. Onlar evdən çıxarkən baxıcı Elmira ondan 100 manat pul istəyib almış, guya şam yandırıb dualar oxuyacağını demişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 ifadəsinin davamında daha sonra göstərdi ki, onlar baxıcının yanından çıxandan təxminən 10 gün sonra həmin baxıcı qadın ona zəng edib yenidən onları evinə çağırmışdır. O, rayondan gəlib yenə bacısı ilə kürəkənini götürmüş və onlar birlikdə Şüvəlana baxıcının evinə getmişlər. Həmin gündən bir neçə gün sonra isə baxıcının təkidi ilə o, hətta 2-3 gün Elmiranın evində qalmışdır. Sonradan onunla həmin baxıcı qadın bacısıgilin Müşfiqabaddakı evlərinə də getmişlər. Elmira oğlu İxtiyarla birlikdə İmişliyə onların evinə qonaq da gəlib bir gecə onlarda qalmışlar. İxtiyar onlarda olarkən guya onun Gürcüstanda yaşayan yaxın dostları olduğunu və gedib əsirlərin içindən oğlu İsanı tapmalarını onlardan xahiş edəcəyini demişdir. O, İxtiyara köməklik etməsini xahiş etmiş, nə qədər pul lazım olacaqsa, verəcəyini demişdir. Bir müddət sonra Elmira ona zəng edib oğlu İxtiyarın Gürcüstanda tanışları olduğunu, onların vasitəsi ilə oğlunu gətizdirəcəyini demiş, guya Gürcüstanda olan şəxsin ermənilərlə görüşəcəyini və oğlunu əsirlikdən qurtaracağını demişdir. Sonra isə Elmira İxtiyarın onun oğlu ilə bağlı Gürcüstana gedərkən tutulduğunu, oğlunu qurtarmaq üçün 2000 manat pul lazım olduğunu bildirmişdir. O da inandığı üçün 200- manat pulu İxtiyarın bank kartına göndərmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 ifadəsinin davamında daha sonra göstərdi ki, günlərin birində İxtiyar ona zəng edərək İsanın səs yazısını ona göndərdiklərini bildirmiş, o da öz növbəsində həmin səsə onu qulaq asdırmasını xahiş etmişdir. İxtiyar həmin səs yazısını Balaxanla ona göndərmiş və o, qulaq asmışdır. Səs sanki İsanın öz səsi olmuş, səsdə “ana, narahat olma, yaxşıyam” sözləri səslənmişdir. Səs yazısında həm də başqa adamların səsi olmuş, səslər bir-birinə qarışmışdır ki, o, həmin adamların kim olduğunu və hansı dildə danışdığını bilməmişdir. Soruşanda isə ona ermənilərin səsi olduğunu demişlər. Həmin vaxt Balaxan İxtiyarın adından ondan 1000 manat pul almış, aparıb İxtiyara verəcəyini demişdir. Həmin pul, guya oğlu İsaya əsirlikdə yaxşı baxılması üçün lazım olmuşdur. Az sonra İxtiyar guya oğlunun yaralı olduğunu bildirmiş, ondan 1.000 manat pul istəmişdir. O, həmin pulu İxtiyarın kartına göndərmişdir. Ardınca İxtiyar ona öz səsini yazdırmağı tapşırmış, səsi İsaya göndərəcəyini demişdir. Bu iş üçün də İxtiyar ondan 1.000 manat pul istəyib almışdır. İxtiyar onun yanıma gələrkən həmişə kürəkəni və bacısıoğlu Balaxanla gəlib getmişdir. Bir müddət sonra isə İxtiyar təklikdə onun yanına gəlib İsanın onunla telefonla danışmaq istədiyini demişdir. O, də heç nömrəyə baxmadan telefonu götürüb danışanda bir az həyəcanlı formada övladı İsanın səsinə oxşar səslə danışan şəxsdən dayısıoğlunun, rayonda dostluq etdiyi şəxslərin adlarını soruşmuş, ona sair suallar vermiş, həmin səsin sahibi də adların hamısını düz demişdir. İxtiyar bu iş üçün də ondan 1.000 manat almış, yəni o, əvvəlki göndərdiyi kimi, pulu İxtiyarın kart hesabına köçürmüşdür. Beləcə o, İxtiyara həmin anadək ümumilikdə 4.000 manat pul vermişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 ifadəsinin davamında daha sonra göstərdi ki, çox keçməmiş İxtiyar ona oğlu İsanın Ermənistandan gizli yolla Gürcüstana keçirmək üçün danışdığını demiş və bu məsələni həll eləmək üçün 5.000 manat pul lazım olduğunu bildirmişdir. O, da İxtiyara inandığından heç tərəddüd etmədən həmin pulu sonuncunun kartına köçürmüşdür. Ondan sonra İxtiyar bir dəfə onu oğlu kimi təqdim etdiyi adamla danışdırmışdır. O, İxtiyara pul verməsi ilə bağlı heç kimə məlumat verməmişdir. Lakin İxtiyar yenə pul istədikdə artıq pulu qurtardığından məcbur olub qardaşı Fəttaha baş verənləri danışmışdır. Bundan sonra İxtiyar həm onunla həm də Fəttahla danışıb pullar almağa başlamışdır. İxtiyar onlara guya oğlu İsanı Azərbaycana gətirib və övladını onlara təhvil vermək üçün 100.000 manat pulun tələb olunduğunu demişdir. Onlar da İxtiyara İsanı onlara göstərdikdən sonra həmin pulu ona verəcəklərini demişlər. İxtiyar bundan sonra Bakı şəhərində «20 yanvar» metrosu tərəfdə maşında guya oğlu İsanı arxada otuzdurub qardaşı Fəttahın yanından maşınla keçmişdir ki, Fəttah heç nə görməmişdir. İxtiyar yalan vədlərlə və aldatmaqla Fəttahdan müxtəlif vaxtlarda 17.800 manat pul almışdır. İxtiyar son zamanlar tez-tez nömrəsini dəyişmiş, telefona cavab verməmişdir. İxtiyar ilk vaxtlarda İsanın sağ olması və Ermənistanda əsirlikdə olması barədə onlara dedikdə, onlar bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etmək istəmiş, lakin İxtiyar qəti surətdə onları qorxutmuşdur. Belə ki, İxtiyarın deməsinə görə dövlət orqanlarına müraciət edəcəkləri təqdirdə, İsanı bir daha görməyəcəkləri ilə onları qorxutmuşdur. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 daha sonra göstərdi ki, o, 1000 manat pulu Balaxana İmişli rayonunda yerləşən evində vermiş, İxtiyara isə pullar ödəmə terminalı vasitəsi ilə sonuncunun kart hesabına göndərilmişdir. Belə ki, ilk olaraq 2021-ci ilin aprel ayının əvvəllərində yaşadığı İmişli şəhəri, M.Müşfiq küçəsi, ev 286 ünvanında Təqsirləndirilən şəxs2 1000 manat, İmişli şəhərində yerləşən ödəmə terminalları vasitəsi ilə Təqsirləndirilən şəxs1 məxsus 4169 7332 1279 saylı bank hesab nömrəsinə 09 aprel 2021-ci il tarixdə 100 manat, 15 aprel 2021-ci il tarixdə 1.500 manat, 01 may 2021-ci il tarixdə 400 manat, 04 may 2021-ci il tarixdə 500 manat, 06 may 2021-ci il tarixdə 1530 manat, 08 may 2021-ci il tarixdə 50 manat, 11 may 2021-ci il tarixdə 300 manat, 18 may 2021-ci il tarixdə 500 manat, 20 may 2021-ci il tarixdə 170 manat, 22 may 2021-ci il tarixdə 1.800 manat, 30 may 2021-ci il tarixdə 100 manat, 01 iyun 2021-ci il tarixdə 1050 manat olmaqla onlara ümumilikdə 9.000 manat pul vermişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Belə ki, onun pulunun 9800 manat hissəsi ödənilməmiş qalmışdır ki, həmin pulu da İxtiyardan tələb etməkdədir. Onun savadı olmadığından ona təqdim edilən ərizəni imzalamışdır. Lakin faktiki ona vurulan maddi zərər tam ödənilməmişdir. Daha sonra zərər çəkmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 onun qızının əri Təqsirləndirilən şəxs2 ilə birlikdə ona və qardaşı Zərərçəkmiş şəxs1 qarşı dələduzluq cinayəti törətmələrindən sonradan məlumat əldə etmişdir. Balaxan əvvəllər İxtiyarı tanımamışdır. Balaxanın narkotikdən istifadə etməsi barədə onun heç bir məlumatı olmamışdır. Balaxan onun gözləri qarşısında böyüdüyündən o, Balaxanın narkotiklə məşğul olmasına inana bilməz. Əvvəlcə qardaşı Fəttah şikayət üçün polisə getmiş, sonra polisdə olarkən Balaxanı o özü polisə çağırmışdır. Fəttah çağırandan sonra Balaxan özü polisə getmiş, təbii ki, gedərkən də cibinə narkotik qoyub getməmişdir. Zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 məhhəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində vermiş olduğu ifadəsi məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olundu. Zərər çəkmiş Zərərçəkmiş şəxs2 tədqiq olunan həmin ifadəsində məhkəmədəki ifadəsindən fərqli olaraq göstərmişdir ki, onlar ilk dəfə Şüvəlana Şahid6 evinə gedərkən evdə qadından başqa heç kim olmamış, baxıcının oğlu, İxtiyar adlı şəxs isə həyətdə ağac əkməklə məşğul olmuşdur. Zərər çəkmiş Zərərçəkmiş şəxs2 tədqiq olunan həmin ifadəsində daha sonra göstərmişdir ki, Şahid6 ondan borc kimi əvvəlcə 1500 manat, ikinci dəfə isə 500 manat pul almışdır. Hər iki məbləğdə pul İxtiyarın bank kartına göndərilmişdir. İlk dəfə Elmira sadəcə borc aldığını desə də, ikinci dəfə yenə Müşfiqabada gəlib ona oğlu İxtiyarın arvadından boşandığını, arvadının alimentə görə onu məhkəməyə verdiyini, İxtiyarın 500 manat ödəməyəcəyi təqdirdə sonuncunu tutacaqlarını demişdir. O, qardaşı Fəttaha zəng edib İxtiyarın bank kartına 500 manat pul göndərməsini demişdir. Belə ki, oğlu şəhid olduğuna görə dövlət tərəfindən verilən 11.000 manat pulu o, qardaşı Fəttahgildə saxlamışdır. Elmiraya və İxtiyara verilən pullar şəhidə görə dövlətin verdiyi puldan olmuşdur. Elmira ondan borc alarkən Şüvəlandakı bağlarını satışa çıxardıqlarını demiş, satıb borcunu qaytaracağına söz vermişdir. Ən nəhayət, zərər çəkmiş Zərərçəkmiş şəxs2 tədqiq olunan həmin ifadəsində məhkəmədəki ifadəsindən fərqli olaraq göstərmişdir ki, Şahid6 övladının sağ olmasını ona desə də, o, 2000 manat pulu Elmiraya borc olaraq vermiş, İxtiyarın onlara qarşı etdiyi dələduzluqdan Elmiranın məlumatı olmamışdır (iş vərəqə: cild İ, səh. 124-133, cild İİ, səh. 144-145). İfadələri arasında müəyyən olunan ziddiyyətlərə aydınlıq gətirən zərər çəkmiş Zərərçəkmiş şəxs2 göstərdi ki, o, oğul itirmiş, kürəkəni tutulmuş, sonuncunun körpə uşaqları və xəstə həyat yoldaşı onun öhdəsində qalmışdır. Ciddi sarsıntı keçirdiyindən və həyəcanlı olduğundan ziddiyyətli ifadələr verməsi mümkündür. Ümumilikdə ibtidai istintaq zamanı vermiş olduğu ifadələrini təsdiq edir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid6 ifadəsində göstərdi ki, iki qızı, iki oğlu olmuş, oğllanlarından biri hazırda baxılan iş üzrə Təqsirləndirilən şəxs1, digəri isə Royal adlı şəxslərdir. İxtiyar Şüvəlanda onunla birlikdə yaşamışdır. Hadisədən az əvvəl İxtiyar həyat yoldaşı ilə boşanmış, ona görə də onun arvadı Qax rayonuna atası evinə çıxıb getmiş və ayrı yaşamağa başlamışdır. O, özü isə Həcc ziyarətinə gedib gəlmişdir. Təxminən son 7 il ərzində o, Quran açıb, gözlərini yumub ürəyinə gələnləri deyə bilir. Bu səbəbdən bir çox adamlar onun evinə gəlmiş və o, Quran açıb baxmış və həmin şəxslərə gördüklərini demişdir. O, baxıcılıq üçün kimdənsə konkret məbləğdə pul istəməmiş, kimin ürəyindən nə qədər keçmişsə, o qədər də vermişdir. Şahid6 ifadəsinin davamında göstərdi ki, o, Rənanın bacısı Almazla tanış olmuş, onlarla əvvəlcədən ailəvi münasibətləri olmuşdur. Belə ki, təxminən 3-5 il əvvəl onun bağında yaşamış, bağına qulluq etmiş, hətta Balaxan ona ana deyə müraciət etmişdir. O, xəstə olmuş, Almazgil ona çox kömək etmişlər. O, bağı satmaq istədiyindən açarı yaşamaları üçün Almazgilə vermiş, özü isə gedib qızıgildə qalacağını bildirmişdir. 2021-ci ilin aprel-may aylarında sonradan adını bildiyi Zərərçəkmiş şəxs2 və 3 nəfər şəxs onun telefon nömrəsini tapıb zəng edib yanına gəlmişlər. Rənagil Almaza görə onların bağına gəlmişlər. İlk dəfə onlara gələnlər Almaz, Rəna, Balaxan və Fəttahın oğlu olmuşdur. Rənanın övladı «2-ci Qarabağ Müharibəsi»ndə şəhid olmuşdur. Rəna bir neçə yerdə baxıcılara baxdırdıqlarını bildirmiş, şəkilə baxan kimi mərhum oğlunun sağ olduğu onlara deyilmişdir. Rəna uşağının şəhid olmadığını iddia etmiş, ona da şəkil uzatmışdır. Belə olduqda o, da Rənanın qəlbini qırmamaq üçün «əgər hamı sağ deyirsə, ümüdlü ol, əgər ümüdlü olsan gələcək. Sağdırsa, demək sağdır». Bundan başqa o, Rənaya heç nə deməmişdir. O, həm də quran açmış, lakin ümidverici heç nə görməmiş və Rənanın ağladığını görüb onu sakitləşdirməyə çalışmışdır. Rənagil onlara gəlməzdən əvvəl o, şəhidin şəklini görməmiş, şəhidin şəklini ona göndərən olmamışdır. Rəna ona dualar etməsini xahiş etmişdir. Rənagil gedəndə çıxarıb 100 manat pul qoymuşdur. Həmin vaxt o, “şəhid ailəsindən pul götürülməz” desə də şam alıb, dua etməyi xahiş etmişlər. Pulu geri qaytarmaq istəsə də götürməmişlər. Bundan sonra onlar da həmin pulu sonradan yeməyə xərcləmişlər. Sonrakı günlərdə də Zərərçəkmiş şəxs2, qohumları, o cümlədən Təqsirləndirilən şəxs2 də onun evinə gəlib-getməyə başlamışdır. O da Rənagilin yaşadığı rayonda, İmişlidə olmuş, Rənagilin qonşuluğunda xəstə olmuş, ona baş çəkmək üçün getmiş, Rənagillə də görüşmüşdür. O, Rənanın bacısı Almazgilin Müşfiqabad qəsəbəsində yerləşən evində də qonaq qalmışdır. O, İmihlidə vvəl bir dəfə olmuş, bir dəfə də sonradan getmişdir. Rənagil onu bir ana kimi qarşılamış, hörmət etmişlər. Rəna onun bağında qalıb, həmişə ağlayıb özünü “cıranda” o, Rənaya təsəlli vermiş, onun əziyyət çəkib ağlamasını istəməmişdir. O, ağır seyid ocağı olmuş, özü də 3 dəfə həcc ziyarətində olmuş, heç kimin əziyyətini itirən olmamışdır. Şahid6 ifadəsinin davamında göstərdi ki, onlar həmin ərəfələrdə xəstələnmiş, karona xəstəliyinə yoluxmuş, müalicə üçün pulları olmamışdır. Almaz ona “Rənaya desək, müalicə üçün pul verər” dediyindən o, Rənadan 1500 manat pul borc pul istəmiş, nəyə görə istədiklərini də ona demişdir. Rəna etiraz etməmiş, ona 1500 manat pul göndərmiş, hətta Rəna özü və Almaz onlarda qalıb onların müalicəsinə kömək etmişlər. Bir dəfə də o, 500 manat borc almışdır. Belə ki, onun oğlu İxtiyar ailəsindən boşanmış və uşağına aliment verəsi olmuşdur. Alimenti o, həmişə özünün pensiyasından vermiş, lakin çatdıra bilməmişdir. Alimenti yubatdığı üçün isə arvadının şikayəti əsasında aliment borcuna görə İxtiyarı həbs etmək istəmişlər. Buna görə də o, bir dəfə də 500 manat borc alıb oğlunun aliment borcuna ödəmişlər. O, 1500 manatı Rənadan, 500 manatı isə Fəttahdan borc olaraq almış, sonra isə borcunu ona tam olaraq qaytarmışdır. Şahid6 ifadəsinin davamında daha sonra göstərdi ki, oğlu İxtiyarın Təqsirləndirilən şəxs2 ilə əlbir olub şəhid anası Rənanı və sonuncunun qardaşı Fəttahı aldatmalarından, həmin şəxslərdən pul almalarından heç bir məlumatı olmamışdır. Bildiyimə görə oğlu ilə Balaxan bir-birləri ilə tez-tez görüşmüş, birlikdə oturub-durmuşlar. İxtiyarla Balaxanın münasibətləri Almazın onların bağında yaşadıqları vaxtdan başlamışdır. O, oğlu İxtiyarla Təqsirləndirilən şəxs2 hansı günahlara batdıqlarını sonradan öyrənib bilmiş, ətta buna görə Fəttahgilə getmiş, hadisələr barədə ona xəbər verməmələrinə görə onlara iradlarını bildirmişdir. Fəttahın deməsinə görə olanlar barədə ona məlumat verilməsinə uşaqlar mane olmuşlar. İxtiyarla Balaxanın həmin günah işləri gördükləri ərəfədə onlar Rənagillə görüşmüş, lakin onun həmin məsələlərdən xəbəri olmamışdır. Oğlunun və balaxanın Rənagildən hansı məbləğdə pul almalarını, hara xərclədiklərini o, bilməmişdir. O, Rənagilə oğlunun konkrnet olaraq sağ olması, yaxud İxtiyarın gedib onu gətirəcəyi barədə heç nə deməmişdir. Rənanın oğlunun şəhid olmasını isə ilk dəfə Rənagilin qonşularından öyrənib bilmişdir. Belə ki, həmin ailənin üzvləri ona Rənanın oğlunun şəhid olduğunu, onun çox acı çəkdiyini ona danışmışdır. İcra hakimiyyəti tərəfindən dəfn mərasimi keçirilməsi barədə onun heç bir məlumatı olmamışdır. Şəhidlə bağlı dövlət tərəfindən 11.000 manat pul verilməsi və həmin pulların Balaxanla İxtiyara verilməsi barədə o, sonradan Rənanın özündən eşitmişdir. Bu barədə nə oğlu, nə Balaxan və nə də Rənagil ona demişdir. Bildiyi qədər, onun oğlunun Gürcüstanda dostları olmamış, xahiş edirəm ki, şər danışmayasınız. Hadisəni öyrənib bildikdən sonra borc olaraq özünün aldığı və qaytardığı 2000 manat pula birlikdə oğlu Röyalın vasitəsi ilə Rənagilə 19000 manat pulu qaytarmış, lakin özü həmin proseslərdə iştirak etməmişdir. Rənagilə 19000 manat pulu qaytarmasını oğlu Röyal ona danışmışdır. Fəttah kişi özü də 19000 manat pulun Röyalın gətirib qaytardığını təsdiq etmiş, hətta ona “çox sağ ol” demiş, artıqlaması ilə ödənildiyini bildirmişdir. O, Rənagildən 2000-dən başqa pul almamış, lakin İxtiyarla Balaxanın aldıqlarını dediklərindən o, ziyanın ödənidlməsi üçün 17000 manat pul ödəmişdir. Rənanın və Fəttahın 19000 manat pulun onlara ödənməsi barədə Röyala və ya İxtiyarın müdafiəçisinə ərizə və ya hər hansı sənəd verməsindən onun xəbəri olmamışdır. Oğlumun narkotik vasitələrdən istifadə etməsi və ya satması barədə onun məlumatı olmamışdır. Bildiyi qədər, İxtiyar belə işlərin sahibi deyildir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid7 ifadəsində göstərdi ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs1 onun dayısıdır. O, “Code Academy” adlı proqramlaşma və dizaynerlik kursuna getdiyinə görə internet resurslarından məlumatlı olmuş, kompyuterdə bir çox proqramlarda çalışa bilmişdir. 09 may 2021-ci il tarixdə, saat təxminən 18 radələrində o, evdən çıxıb avtobusla şəhərin mərkəzinə gedərkən dayısı İxtiyar ona zəng edib onunla işi olduğunu demişdir. Həmin günü anasının ad günü olduğundan o, həmin məclisə tələsmiş və anasının ad günü olmasını dayısına da xatırlatmışdır. Lakin İxtiyar təkid etmiş, avtobusdan düşüb onu gözləməsini istəmişdir. O, «Azadlıq» prospektində avtobusdan düşmüş, az sonra dayısı İxtiyar adının Balaxan olmasını sonradan öyrənib bildiyi və ilk dəfə gördüyü şəxslə birlikdə qara rəngli xarici markalı avtomobillə gəlib onu götürmüşlər. Maşını İxtiyar idarə etmiş, lakin maşının kimə məxsus olmasını o, bilməmişdir. İxtiyar ona maşında fotoşopla şəkil düzəltmək lazım lduğunu demiş və ondan fotoşopdan anlayışının olub-olmadığını da soruşmuşdur. O, müsbət cavab verdikdən sonra onlar birlikdə onun yaşadığı evə getmişlər. Balaxan heç bir söz danışmamış və sakitcə yanılarında dayanmışdır. Onlar birlikdə evə daxil olmuş, evdə heç kim olmamış və o, noutbuku işə salmışdır. İxtiyar ona əsgər şəkili göstərib həmin şəkilləri fotoşopla düzəltmək lazım olduğunu demişdir. İxtiyar ona tək əsgərin şəkildəki baş nahiyyəsini palatada uzanmış xəstə əsgərin baş nahiyyəsi ilə dəyişməsini tapşırmışdır. O, təxminən 10-15 dəqiqə vaxt sərf etməklə fotoşopla şəkili İxtiyarın dediyi kimi düzəltmiş və noutbukdan blutuz vasitəsi ilə düzəldilmiş həmin şəkili İxtiyara göndərmişdir. Xatırladığı qədər o, əsgərin şəkildəki başını proqram vasitəsilə kəsib, xəstə, yaralı, uzanmış bir nəfərin şəklindəki başın yerinə yerləşdirmişdir. Fotoşop etdiyi xəstə əsgərin şəklini isə, xatırladığı qədər, “Youtube” proqramı vasitəsilə axtarışa verməklə tapıb düzəltmişdir. Buna görə o, İxtiyargildən hər hansı məbləğdə pul almamışdır. O, İxtiyargilin sifarişi ilə ikinci şəkil düzəltməmişdir. Belə hal yalnız bir dəfə olmuşdur. Həmin vaxt Balaxanla İxtiyar ikisi də onun başının üstündə dayanmışlar. O, İxtiyargildən, onda maraq doğurmadığından, şəkillər və tanımadığı tək əsgərin kimliyi barədə soruşmamışdır. İşi görüb qurtardıqdan sonra maraqlandıqda isə ona qarışmamağı tapşırmışlar. Həmçinin dayısı İxtiyarla Təqsirləndirilən şəxs2 cinayət əməllərindən tam məlumatsız olmuşdur. Bu məsələlrlə bağlı onun məlumatı yalnız problemlər ortaya çıxdıqdan sonra olmuş, lakin bundan sonra da o, İxtiyarı görməmişdir. İfadəsində ona iki şəkil təqdim olunması barədə göstərilənlər doğru deyildir. Mən ikinci belə bir şəkil hazırlamamışdır. Şahid qismində dindirilən Şahid7 ifadəsinin yekununda göstərdi ki, fotoşop məsələsi may ayında olmuş, iyun ayında isə o, dayısından küsmüşdür. Belə ki, əvvəllər onun dayısı ilə münasibətləri yaxşı olsa da, 2021-ci ilin iyun ayında anası ilə mübahisələri olduğundan o, dayısı İxtiyardan küsmüşdür. Onun İxtiyardan küsməsinin bu hadisə ilə heç bir bağlılığı olmamışdır. Şahid7 ifadəsi ilşə bağlı Təqsirləndirilən şəxs1 arayış verib göstərdi ki, ikinci şəkli şəxsən o özü düzəltmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə ibtidai istintaq mərhələsində şahid qismində dindirilmiş X1 ifadəsi elan edilməklə tədqiq olundu və müəyyən edildi ki şahid Ceyhun Hüseynov tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, o, təxminən son beş il ərzində özünə məxsus VAZ 2107 markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. O, taksi kimi maşını əsasən Müşfiqabad qəsəbəsində Kərpiczavod yolu deyilən yerdə saxlayıb müştəri gözləmişdir. Təqsirləndirilən şəxs2 2 ildən çox bir müddətdə tanımış, onun ailəsi ilə birlikdə Müşfiqabad qəsəbəsində Kərpiczavod yolu adlanan yerdə yaşadığını bilmişdir. O, əvvəllər Balaxanı və ailəsini taksi kimi bir çox yerlərə aparmışdır. Son bir neçə ayda o, Balaxanı, ailəsini Şüvəlan qəsəbəsinə baxıcının evinə, İmişli rayonuna və sair yerlərə aparmışdır. İxtiyar adlı şəxsi də bir dəfə Balaxanla birlikdə Şüvəlan qəsəbəsinə aparmışdır. Yay aylarında Balaxanın üstündə çoxlu pulu olduğunu hiss etmişdir. O, Balaxanı bir neçə dəfə Sumqayıt yolu adlanan ərazidə yerləşən kafelərə, həmçinin Əhmədli qəsəbəsində yerləşən yüngül həyat tərzi sürən qadınların işlədiyi kafelərə aparıb gətirmişdir. O, Balaxanı aparıb düşürdüyü yerdə gözləmiş, çıxdıqdan sonra isə Müşfiqabad qəsəbəsinə geri qaytarmışdır. O, konkret olaraq Balaxnın nə işlə məşğul olduğunu bilməmişdir. O, Balaxanın xərclədiyi həmin pulları haradan əldə etməsini və ya kimdən almasını bilməmiş, Balaxanın İxtiyarla aralarında olan danışıqları eşitməmişdir (iş vərəqə: cild İİ, səh. 1-3). Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin əməkdaşı Şahid1 ifadəsində göstərdi ki, 16 sentyabr 2021-ci il tarixdə BMCMİ-nə Təqsirləndirilən şəxs1 qanunsuz olaraq bir qrup şəxs halında Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək külli miqdarda narkotik vasitələri satış məqsədi ilə əldə edib qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə məlumat daxil olmuş, onların hər ikisinin cinayət əməllərinin ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Qərara əsasən Baş idarə əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs1 Zaqatala rayonunun Bəhmətli kəndində olduğu müəyyən edilmiş və qrupunun üzvləri - Şahid4 və Şahid5 və o Təqsirləndirilən şəxs1 elə həmin gün, yəni 16 sentyabr 2021-ci il tarixdə, saat 19:20-də Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən «El» marketin yaxınlığında piyada hərəkət edən zaman saxlanılmışdır. Üzərində şəxsi axtarış və götürmə aparılmadan ötrü münasib şərait olmadığından o, nəzarət altında Bakıya, BMCMİ-nə gətirilmişdir. Baş İdarədə Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah edilərək vəkillə təmin edilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs1ni bu barədə qərarla tanış edilmiş və üzərində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan sarı rəngli şalvarının sağ yan cibindən 04 ədəd sellofon bükümü, şalvarının sol yan cibindən “Pro” markalı mobil telefonu və 01 ədəd "xxxx"a aid plastik kartı çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 04 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində qəhvəyi rəngli, spesfik qoxuya malik narkotik vasitə heroinə oxşar maddələr olması müşahidə edilmişdir. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 04 ədəd sellofan bükümdə olan narkotik vasitə heroini iki gün əvvəl Zaqatala şəhərində anket məlumatlarını bilmədiyi “Əli” adlı şəxsdən aldığını, narkotik vasitə heroini şəxsi istifadə etmək məqsədi ilə üzərində saxlayıb daşıdığını bildirmişdir. Həmçinin sorğu zamanı Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 tanıdığını, onunla dost olduğunu və onunla birlikdə narkotik vasitə heroin qəbul etdiyini bildirdi. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs1 üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş 04 ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş “Pro” markalı mobil telefon və üzərində “**********798537” rəqəmləri, “İkhtiyar Orujov” sözlərinin yazıldığı "xxxx"a aid 01 ədəd plastik kart iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra şəxsi axtarış və götürmə aparılması barədə müvafiq protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Şahid1 ifadəsinin davamında göstərdi ki, o, Təqsirləndirilən şəxs2 saxlanılmasında iştirak etməmiş, Təqsirləndirilən şəxs1 Zaqatala rayonunda saxlanılarkən, Bakı şəhərinə gətirilərkən və ya BMCMİ-də olarkən ona qarşı hər hansı qeyri-qanuni hərəkət edilməmiş, o cümlədən ona qarşı zor tətbiq edilməmiş, üzərinə iradəsinə uyğun narkotik vasitə qoyulmamış və ya boynuna alması üçün məcbur edilməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş DİN-nin BMCMİ-nin digər əməkdaşları - Şahid4 və Şahid5 məhkəmədə şahid qismində dindirilmiş Şahid1la oxşar məzmunlu ifadələr verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Bundan başqa, məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin əməkdaşı Şahid2 ifadəsində göstərdi ki, 16 sentyabr 2021-ci il tarixdə BMCMİ-nə Təqsirləndirilən şəxs2 qanunsuz olaraq bir qrup şəxs halında Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək külli miqdarda narkotik vasitələri satış məqsədi ilə əldə edib dövriyyəsi ilə məşğul olmaları barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət əməllərinin ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmış, qərara əsasən Baş idarə əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri tərəfindən Təqsirləndirilən şəxs2 16 sentyabr 2021-ci il tarixdə, saat 22:20-də Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Kərpic yolunda yerləşən “Büsat” marketin yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq BMCMİ-nə gətirilmişdir. Baş İdarədə Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah edilərək o vəkilə təmin edilmişdir. Bundan sonra şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs2 bu barədə qərarla tanış edərək üzərində qanunla qadağan edilmiş hər hansı əşya olduğu təqdirdə, təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan qara rəngli şalvarının sağ yan cibindən 03 ədəd sellofon bükümü və şalvarının sol yan cibindən “Nokia” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi 03 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində qəhvəyi rəngli, spesfik qoxuya malik narkotik vasitə heroinə oxşar maddələr olması müşahidə edilmişdir. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 03 ədəd sellofan bükümdə olan narkotik vasitə heroini iki gün əvvəl Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisində anket məlumatlarını bilmədiyi “Kamal” adlı şəxsdən aldığını, narkotik vasitə heroini şəxsi istifadə etmək məqsədi ilə üzərində saxlayıb daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 tanıdığını, sonuncu ilə dost olduğunu və birlikdə narkotik vasitə heroin qəbul etdiklərini bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs2 üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş 03 ədəd sellofan bükümdə olan narkotik vasitə heroin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş “Nokia” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra şəxsi axtarış və götürmə aparılması barədə müvafiq protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş və imzalarla təsdiq edilmişdir. Şahid2 ifadəsinin davamında göstərdi ki, Təqsirləndirilən şəxs2 saxlanılarkən, və ya BMCMİ-də olarkən ona qarşı hər hansı qeyri-qanuni hərəkət edilməmiş, o cümlədən ona qarşı zor tətbiq edilməmiş, üzərinə hər hansı narkotik vasitə qoyulmamış və ya boynuna alması üçün məcbur edilməmişdir. O, Balaxanın dayısı Fəttah adlı şəxslə BMCMİ-nə gəlməsini və ya sonuncunun təklikdə gəlməsini görməmişdir. O, Təqsirləndirilən şəxs1 saxlanılmasında iştirak etməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş DİN-nin BMCMİ-nin digər əməkdaşı Şahid3 məhkəmədə şahid qismində dindirilmiş Şahid2la oxşar məzmunlu ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İşdə olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəməkimyəvi ekspertizasının 17 sentyabr 2021-ci il tarixli, 6/4119 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “...Təqsirləndirilən şəxs1 üzərindən şəxsi axtarış və götürmə zamanı aşkar edilmiş 04 ədəd sellofan bükümdə.. “ yazısı və imzalar olan paketdəki 4 (dörd) ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi, 1,509 qram, 1,719 qram, 1,025 qram, 1, 472 qram, ümumi təmiz çəkisi 5,725 qram təşkil edən qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiq olunan həmin rəydən, həmçinin görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “şübhəli şəxs; Təqsirləndirilən şəxs2 üzərindən şəxsi axtarış və götürmə zamanı aşkar edilmiş 03 ədəd sellofan bükümdə “ yazısı və imzalar olan paketdəki 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,129 qram, 1.261 qram, 1,185 qram, ümumi təmiz çəkisi 3,575 qram təşkil edən qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Daha sonra tədqiq olunan həmin rəydən görünqür ki, vət. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş heroinlər xarici əlamətlərinə və təkiblərindəki komponentlərinə görə eynidirlər (iş vərəqə: cild İ, səh. 61-66). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məhkəmə -narkoloji ekspertizasının 15 noyabr 2021-ci il tarixli, 4484 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyi aşkar olunur və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, məcburi müalicəyə əks göstərişi yoxdur. Eyni zamanda Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İİ, səh. 106-107). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məhkəmə -narkoloji ekspertizasının 17 noyabr 2021-ci il tarixli, 4521 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyi aşkar olunur və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, məcburi müalicəyə əks göstərişi yoxdur. Eyni zamanda Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İİ, səh. 108-109). İbtidai istintaq orqanının məhkəmə baxışı zamanı tədqiq olunan müvafiq qərarlarına əsasən iş üzrə Təqsirləndirilən şəxs1 aşkar olunub götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan bir ədəd kağız zərfdə qablaşdırılmış 5,525 qram çəkidə heroinin narkotik vasitəsi və Təqsirləndirilən şəxs2 aşkar olunub götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış və bir ədəd kağız zərfdə qablaşdırılmış 3,425 qram çəkidə heroin narkotik vasitəsi iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutların saxlama kamerasına saxlanca verilmişdir(iş vərəqə: cild İ, səh. 229-230). Məhkəmə baxışı zamanı tədqiq olunan məhkəməyədək icraat mərhələsində əldə olunmuş 18 oktyabr 2021-ci il tarixli 21619 saylı məktubla "xxxx" MMC-dən əldə olunan məlumatlara baxış zamanı müəyyən edilmişdir ki, iş üzrə Təqsirləndirilən şəxs2 ***-***-**- ** nömrəsindən digər təqsirndəndirilən şəxs Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** və ***-***-**-** nömrələri ilə mütəmadi zənglər edib, “..Bu ne hereketdi eliyirsen sen pul isdemisen pulda mende 4000 m telde danisirsan menim zengimi acmirsan..”, “..Bu ne demekdi, Senin fikirin nedi, Ne bilirsense onuda ela bunan sonra zeng vurma..” və sair kimi sms-lər yazmışdır. Bundan başqa, tədqiq olunan sənədlə müəyən edildi ki, məktubda Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** nömrəsi arasında müntəzəm telefon danışıqları aparılmışdır (iş vərəqə: cild İİ, səh. 52-56). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəməyədək icraat mərhəlsində "xxxx" MMC-dən 28 oktyabr 2021-ci il tarixli, 28300/21 saylı məktubla daxil olan məlumatlara baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 ***-***-**-** nömrəsindən digər təqsirndəndirilən şəxs Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** və ***-***-**-** nömrələri arasında mütəmadi zənglər etmiş və smslər yazmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 “..gözlə yığacam səni, dayın yanımdadı danışa bilmirəm..”, “.. göndər kartı vatsapa..”,” ..qaqa biraz xəstə kimi danış demişəm koronadı yanına adam buraxmırlar..”, “.. qaqa yığ iki deyqede danış 1500 alım daa..”.. zəng vur Sarınan bir kelme danış ki pulu alım çıxım..”, “.. gözdə pulu getirir..” və sair kimi sms-lər yazmışdır(iş vərəqə: cild İİ, səh. 71-77). Bundan başqa, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəməyədək icraat mərhəlsində "xxxx" MMC-dən 19 noyabr 2021-ci il tarixli, 24009 saylı məktubla əldə olunan məlumatlara baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 öz istifadəsində olmuş ***-***-**-** nömrəsindən digər Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** nömrəsinə mütəmadi zənglər edib smslər yazmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 “..gözlə yığacam səni, dayın yanımdadı danışa bilmirəm..”,“.. göndər kartı vatsapa..”, “..qaqa biraz xəstə kimi danış demişəm koronadı yanına adam buraxmırlar..”, “.. qaqa yığ iki deyqede danış 1500 alım daa..” “.. zəng vur Sarınan bir kelme danış ki pulu alım çıxım..”, “.. gözdə pulu getirir..” və sair kimi sms-lər yazdığı müəyyən edilmişdir (iş vərəqə: cild İİ, səh. 78- 80). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan "xxxx" ASC-dən daxil olmuş əməliyyat məlumatlarından görünür ki, Zərərçəkmiş şəxs2 tərəfindən baxılan iş üzrə Təqsirləndirilən şəxs1 kart hesabına göndərilən pul vəsaitlərinin həcmi və tarixləri aşağıdakı kimidir: xx.xx.2021-ci il tarixdə 100 manat, xx.xx.2021-ci il tarixdə 1.500 manat, xx.xx.2021ci il tarixdə 400 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 1530 manat, xx.xx.2021-ci il tarixdə 50 manat, xx.xx.2021-ci il tarixdə 300 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 170 manat, xx.xx.2021-ci il tarixdə 1.800 manat, xx.xx.2021-ci il tarixdə 100 manat, xx.xx.2021-ci il tarixdə 1050 manat. Bank məlumatlarına əsasən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən Təqsirləndirilən şəxs1 kart hesabına göndərilən pul vəsaitlərinin həcmi və tarixləri aşağıdakı kimidir: xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 1.300 manat, xx.xx.2021ci il tarixdə 2.900 manat, xx.xx.2021-ci il tarixdə 7.000 manat, xx.xx.2021-ci il tarixdə 400 manat, xx.xx.2021-ci il tarixdə 1.400 manat (iş vərəqə: cild İİ, səh. 111-143). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan DİN-in BMCMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması barədə” 17 sentyabr 2021-ci il tarixli protokollardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin əməkdaşları tərəfindən 16 sentyabr 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 həmin gün, saat 19:20-də Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən “El” marketin yaxınlığında saxlanılaraq BMCMİ-nə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən əynində olan sarı rəngli şalvarının sağ yan cibindən 04 ədəd polietilen bükümdə narkotik vasitə olan heroin, Təqsirləndirilən şəxs2 isə həmin tarixdə, saat 22:20də Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Kərpic yolunda yerləşən “Büsat” marketin yaxınlığında saxlanılaraq BMCMİ-nə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarının sağ yan cibindən 03 ədəd polietilen bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Tədqiq olunan həmin protokollardan görünür ki, hər iki halda şəxsi axtarış və götürmə prosesi videolentə alınmış və müvafiq videogörüntülər ayrı-ayrılıqda CD formatda məlumatdaşıyıcı disklərə yüklənmiş və disklər cinayət işi materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh. 26-28, 48-50). Cinayət işinə məhkəmə baxışı zamanı nümayiş olunmaqla tədqiq edilən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılması və götürmə prosesinin videogörüntülərinin ayrı-ayrılıqda yükləndiyi CD formatlı disklərdə olan videomateriallarla müəyyən edildi ki, ayrı-ayrı disklərdə olan videogörüntülər hər iki təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış aparılması və götürmə prosesinin nəticəsinə dair tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması barədə” 17 sentyabr 2021-ci il tarixli protokollararın məzmununa uygundur və ziddiyyət müəyyən olunmamışdır (iş materialları). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan DİN-nin BMCMİ-nin XMİÜ baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş «əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair» 16 sentyabr 2021-ci il tarixli qərarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə BMCMİ-nə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müəyən edilib ifşa olunması ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir(iş vərəqə: cild İ, səh. 5-7). Məhkəmə baxışı zamanı tədqiq olunan materiallarla müəyyən olundu ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin 16 sentyabr 2021-ci il tarixli, Bakı şəhəri Nəriman Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli qərarı ilə isə Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin 16 sentyabr 2021-ci il tarixli əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair qərarları qanuni hesab edilmişdir(iş vərəqə: cild İİ, səh. 37-40, 48-51). Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmələri, həmçinin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmələri, saxlamaları və daşımaları, yəni Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmələri məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onların cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin qeyd edilən müvafiq maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı qeyri-etirafedici və ziddiyyətli ifadələrini, o cümlədən onlara qarşı fiziki zor tətbiq olunması və işgəncə verilməsi barədə göstərdiklərini onların ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilməsi üçün seçmiş olduqları müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxslərin özlərinin müdafiəsi üçün gətirdikləri dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla tam inkar olunur və əksinə, onların təqsirliliyini təsdiq edir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4 və 234.4.3-cü maddələri ilə tövsif edilməli və təqsirləndirilən şəxslərin hər biri onlara istinad olunan maddələrlə təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinin cinayət olmasını aradan qaldıran hallar və onları cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışlarından görünür ki, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. İşdə olan, İmişli rayon İcra Hakimiyyəti Başçısının İmişli şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş 07 yanvar 2022-ci il tarixli, 84 saylı arayışdan görünür ki, təqsirləndirilən şəxs Hüseynli X7 Çinarə Sarı qızı ilə evlidir və onun himayəsində 2018 və 2020-ci il təvəllüdlü iki nəfər azyaşlı uşağı vardır. Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən Azərbaycan Respublikası DİN-nin BMCMİ-nə təqdim olunan 02 dekabr 2021-ci il tarixli ərizələrdən görünür ki, onlara vurulmuş maddi zərər tam ödənilmişdir və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı şikaytləri və tələbləri yoxdur. Lakin məhkəmə baxışı mərhələsində zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 çoxsaylı ərizələri ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 bağışlamalarını inkar etmiş, hətta ondan maddi zərərə görə 10.000 manat pul tələbi ilə çıxış etmişlər. Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində iki nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, zərər çəkmiş şəxslər tərəfindən bağışlanılmasını isə həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə almalıdır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cinayəti törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması, həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərər çəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə olunması cəza təyin olunarkən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, zərər çəkmimş şəxslərə vurulmuş 26.800 manat maddi zərərin 17.000 manatı Təqsirləndirilən şəxs1 ailə üzvləri tərəfindən məhkəməyədək icraat mərhələsində ödənilmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəza təyin olunarkən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınır. Məhkəmə bu hissədə qeyd edir ki, maddi zərrərin qismən ödənilməsi ilə bağlı olan cəzanı yüngülləşdirən hal Təqsirləndirilən şəxs1 münasibətdə nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 64.1-ci maddəsinə əsasən iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. Həmin Məcəllənin 64.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən və ya ağırlaşdıran hallar iştirakçılardan birinə aid olduqda, cəza təyin edilərkən yalnız həmin şəxsə münasibətdə nəzərə alınır. Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onların törətmiş olduqları Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin xarakteri, ictimai təhlükəliliyi və «Vətən Müharibəsi» şəhidinin ailəsinə qarşı törədilməklə ictimaiyyət arasında doğurduğu rezonans, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin ağır cinayətlər kateqoriyasına aid olması nəzərə alınmalı, təqsirləndirilən şəxslərin islah olunması, həm onların özləri, həm də başqa şəxslər tərəfindən belə cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4-cü və 234.4.3-cü maddələrinin sanksiyası daxilində, cinayətlərin məcmusuna görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla, ədalətli, şəxsiyyətlərinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Cəza təyini ilə bağlı məhkəmə həm də qeyd edir ki, Azərbaycan Respublikası CMnin 64.1-ci maddəsinə əsasən iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan Təqsirləndirilən şəxs1 cinayətin törədilməsində faktiki iştirakının xarakteri, yəni aktivliyi və nəzərə çarpacaq dərəcəsi nəzərə alınmaqla ona daha sərt cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinin tələblərinə görə cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə bağlı məsələni müzakirə edib qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu, Təqsirləndirilən şəxs1 isə faktiki saxlanıldığı 16 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs2 faktiki 16 sentyabr 2021-ci il tarixdə saxlanılmış və şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs1 isə faktiki 16 sentyabr 2021-ci il tarixdə saxlanılmış, lakin 17 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Hər iki təqsirləndirilən şəxsin barəsində müvafiq məhkəmənin 18 sentyabr 2021-ci il tarixli qərarına əsasən həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 16 sentyabr 2021-ci il tarixdən hesablanmış və onlar məhkəmə hökmü çıxarılanadək qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışlar. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 16 sentyabr 2021-ci il tarixdən başlayaraq həbsdə saxlanıldıqları bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxslərə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onların barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin məhkəmə, işdə olan ambulator məhkəmə-narkoloji ekspertizanın 15 noyabr 2021-ci il tarixli, 4484 nömrəli və 17 noyabr 2021-ci il tarixli, 4521 nömrəli rəylərini nəzərə alıb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbir təyin olunmalı və onların hər ikisi yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Qeyd olunanlardan başqa, məhkəmə iş üzrə maddi sübutların taleyi ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış Təqsirləndirilən şəxs1 aşkar olunub götürülmüş 5,525 qram, Təqsirləndirilən şəxs2 aşkar olunub götürülmüş 3,425 qram çəkidə heroin narkotik vasitəsi məhv edilməli, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılması və götürmə prosesinin videogörüntülərinin yükləndiyi 02 ədəd CD formatlı disk cinayət işi materiallarında saxlanılmalıdır. İşdə olan və məhkəmə baxışı zamanı zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, onların nümayəndəsinin təqdim etdikləri ərizələrdən görünür ki, onlara vurulan maddi zərərin 10.000 manat hissəsi ödənilməmişdir və həmin məbləğ iş üzrə Təqsirləndirilən şəxs1 tələb olunur. Lakin nə məhkəməyədək icraat və nə də məhkəmə baxışı mərhələsində iş üzrə qanunla müəyyən edilmiş formada mülki iddia verilməmiş, ödənilməmiş 10.000 manat maddi zərərin məhz Təqsirləndirilən şəxs1 tələb olunmasının səbəbləri əsaslandırılmamışdır. Halbuki, məhkəməyədək icraat mərhələsində zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən Azərbaycan Respublikası DİN-nin BMCMİ-nə təqdim olunan 02 dekabr 2021-ci il tarixli ərizələrdən, həmçinin görünür ki, onlara vurulmuş maddi zərər tam ödənilmişdir və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı şikaytləri və tələbləri yoxdur. Belə olan halda, məhkəmə qeyd edir ki, hazırkı vəziyyət zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 pul tələbinə dair ərizələrinə baxılmasına əsas vermir və onlara mülki mühakimə icraatı qaydasında müraciət etmək hüquqlarının olması izah olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı şəxs mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. İş üzrə məhkəmə məsrəfləri – 114 (yüz on dörd) manat ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 57 (əlli yeddi) olmaqla müştərək qaydada dövlət nəfinə tutulmalıdır. İş üzrə əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü maddəsi ilə 2 (iki) il müddətinə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 16 sentyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü maddəsi ilə 2 (iki) il müddətinə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 5 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 6 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 16 sentyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs1 götürülmüş, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 5,525 qram çəkidə heroin narkotik vasitəsi məhv edilsin; - Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs2 götürülmüş, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 3,425 qram çəkidə heroin narkotik vasitəsi məhv edilsin; - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərinin yükləndiyi 02 ədəd CD formatlı disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 114 (yüz on dörd) manat ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 57 (əlli yeddi) manat olmaqla müştərək qaydada dövlət nəfinə tutulsun. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir. Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 mülki mühakimə icraatı qaydasında müraciət etmək hüquqlarının olması izah olunsun. İş üzrə əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-563/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-563/2022
29.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver