Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-563/2024 06.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 14:55-də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X9 və X23 oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1 hüquqi varisi - atası - X2, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən, ibtidai istintaq zamanı barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə dəyişdirilərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 29, 178.3.2 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə qanunsuz olaraq saxtalaşdırmaqla hazırlamış, Azərbaycan Respublikasının saxta möhürünü vahid niyyətlə hazırlamışdır. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə atası X3 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şossesi 51-ci km ünvanında yerləşən 300 m2 torpaq sahəsinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən torpaq sahəsinin dövlət qeydiyyatına dair çıxarışın alınmasında köməklik göstərilməsi ilə bağlı cinayətdən xəbərsiz tanışı Şahid1 vasitəsilə 2022-ci ilin fevral ayında Zərərçəkmiş şəxs1 özünə müraciəti ilə əlaqədar ona guya özünün “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-də rəhbər vəzifəli şəxslərlə yaxın münasibətinin olmasını, həmin münasibətlərindən istifadə edərək ona müvafiq köməkliyi göstərə biləcəyini yalandan bildirib, özü barədə formalaşdırdığı inam və etibardan istifadə edərək, həmin məsələnin müsbət həlli üçün yüksək vəzifədə işləyən həmin tanışlarına xidməti vəzifələrinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs1 xeyrinə edəcəyi hərəkətə, yəni həmin torpaq sahəsinə müvafiq çıxarışın alınmasına köməklik edilməsinə görə maddi nemət olan 55.000 (əlli beş min) manat məbləğində pul vəsaitinin birbaşa yolla özü vasitəsilə rüşvət qismində verilməsinin zəruri olmasını 2022-ci ilin fevral ayında Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Hüseyn Cavid” parkında görüşləri zamanı Zərərçəkmiş şəxs1 aldatmaqla bildirib, sonuncunun razılığını almaqla sövdələşdikdən sonra həmin niyyətlə, 2022-ci ilin fevral ayında Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Hüseyn Cavid” parkında ilkin olaraq 18.000 manat, bir neçə gün sonra Şahid1 vasitəsilə sonuncunun yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu, 29/45 a ünvanında 7.000 manat, 2022ci ilin mart ayında Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şossesi 51-ci km ünvanında yerləşən özünə məxsus “101” marketdə 2.000 manat, 2022-ci ilin mart ayında Şahid1 vasitəsilə sonuncunun yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu, 29/45 a ünvanında 12.000 manat şəxsən alaraq, 2022-ci ilin aprel ayında isə Zərərçəkmiş şəxs1 tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şossesi 51-ci km ünvanında yerləşən özünə məxsus “101” marketdə olan “e-manat” aparatı vasitəsilə 1.500 manat pul vəsaitinin özünə məxsus "xxxx" ASC-də yerləşən **********0776545100 nömrəli hesaba köçürülməsinə nail olmaqla, həmin pul vəsaitlərini alıb Bakı və Sumqayıt şəhərlərində müxtəlif bankomatlardan çıxararaq şəxsi ehtiyaclarına sərf edərək, qeyd edilən qaydada Zərərçəkmiş şəxs1 məxsus cəmi 40.500 (qırx min beş yüz) manat məbləğində pul vəsaitini ona vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmiş, sonuncu aldadıldığını başa düşərək razılaşdırılmış 55.000 manat məbləğində pul vəsaitinin qalan hissəsini ona verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib sonuncuya məxsus qeyd olunan pul vəsaitini ələ keçirməyə nail olmayaraq, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 55.000 (əlli beş min) manat məbləğində pul vəsaitini ona vahid niyyətlə külli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bundan başqa o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə tanışı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Bakı-Ələt-Qazax yolunun 53-cü km-də yerləşən, hər birinin sahəsi 0,50 ha olan 2 ədəd torpaq sahəsinə çıxarışın alınmasına köməklik göstərilməsi üçün 2022-ci ilin fevral ayında Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 özünə müraciətləri ilə əlaqədar özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib formalaşdırdıqları inam və etibardan sui-istifadə edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-də yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətlərinin olmasını, həmin şəxsin vasitəsilə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus torpaq sahəsi üzrə çıxarışın verilməsini təmin etmək imkanına malik olduqlarını yalandan bildirib, tanışları olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xeyrinə edəcəyi hərəkətə, yəni Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Bakı-Ələt-Qazax yolunun 53-cü km-də yerləşən, hər birinin sahəsi 0,50 ha olan 2 ədəd torpaq sahəsinə çıxarışın alınmasına köməklik göstərilməsi üçün zəruri tədbirləri görməsinə görə maddi nemət olan 100.000 (bir yüz min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını 2022-ci ilin fevral ayında Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində görüşləri zamanı aldatmaqla bildirərək, sonuncuların razılığını almaqla sövdələşdikdən sonra verdikləri vədə inandırmaq və özlərinə olan inamı möhkəmləndirmək məqsədilə qabaqcadan əlbir olduğu tanışı ilə aralarındakı cinayətkar niyyətə uyğun olaraq, istintaqla müəyyən edilməyən tarixdə və yerdə hüquq verən rəsmi sənəd hesab edilən, çap makinası vasitəsilə bilə-bilə yalan məlumatlar daxil etməklə Bakı şəhəri, Qaradağ rayonu Bakı-Ələt- Qazax yolunun 53-cü km-də yerləşən ümumi sahəsi 40x125m ölçüsündə torpaq sahəsinin Zərərçəkmiş şəxs1 ayrılması və həmin torpaq sahəsində 18x12m ölçüdə kafe tikintisinə icazə verilməsi görüntüsü yaradan, Milli Arxiv İdarəsində mövcud olmayan 10 noyabr 1997-ci il tarixli 801 saylı Bakı şəhəri Qaradağ Rayon İcra başçısının sərəncamını və həmin sərəncamın Milli Arxiv İdarəsində mövcud olması barədə 02 fevral 2022-ci il tarixli BA-05758-2022 saylı arayışı, eləcə də Bakı şəhəri, Qaradağ rayonu, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 0,50 ha ölçüsündə torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Zərərçəkmiş şəxs2 ayrılması görüntüsü yaradan, Milli Arxiv İdarəsində mövcud olmayan 24 mart 1999-cu il tarixli 214 saylı Bakı şəhəri Qaradağ Rayon İcra başçısının sərəncamını və həmin sərəncamın Milli Arxiv İdarəsində mövcud olması barədə 10 yanvar 2022-ci il tarixli BA-05757-2022 saylı arayışı qeyd edilən Bakı şəhəri ərazisində istintaqa məlum olmayan şəraitdə və vaxtda qabaqcadan əlbir olduğu tanışı ilə tərtib edib, qeyd edilən sərəncamları həmin müddətdə Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən şəraitdə qabaqcadan əlbir olduğu tanışı ilə kustar üsulla hazırladığı üzərində “Azərbaycan Respublikası Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı” yazısı olan möhürlə təsdiq etdikdən sonra, “İcra başçısı: Y.Əliyev” yazısının qarşısında olan qrafanı istintaqa məlum olmayan şəraitdə qəsdən fərqli formada imzalamaqla, eləcə də qeyd edilən arxiv arayışlarını həmin müddətdə Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən şəraitdə qabaqcadan əlbir olduğu tanışı ilə kustar üsulla hazırladığı üzərində “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi” yazısı olan möhürlə təsdiq etdikdən sonra, sonuncu tərəfindən “Elektron sənədin surətini təsdiq edən” yazısının qarşısında olan qrafaları istintaqa məlum olmayan şəraitdə “Şahid2” yazaraq fərqli formada imzalamaqla, qabaqcadan əlbir olduğu tanışı ilə hazırladıqdan sonra həmin sərəncam və arayışların kserosurətini Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 2022-ci ilin mart ayında "xxxx" MMC-nin ünvan 6 ünvanında yerləşən inzibati binasının qarşısında təqdim edərək tanışı ilə qabaqcadan əlbir olan bir qrup halında hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə qanunsuz olaraq saxtalaşdırmaqla hazırlamış, sonuncular həmin sənədlərin saxta olması və aldadıldıqlarını başa düşərək razılaşdırılmış ümumilikdə, 100.000 (bir yüz min) manat məbləğində pul vəsaitini onlara verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməllərini özlərinin iradələrindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib sonunculara məxsus qeyd olunan pul vəsaitini ələ keçirməyə nail olmayaraq, tanışı ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus 100.000 (bir yüz min) manat məbləğində pul vəsaitini onlara vahid niyyətlə külli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə təkrarən cəhd etmiş, tanışı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə qanunsuz olaraq vahid niyyətlə saxtalaşdırmaqla hazırlamış, habelə eyni məqsədlə tanışı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının saxta möhürünü vahid niyyətlə hazırlamışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 ilə tanışlığı təxminən 2 il əvvəl olmuşdur. O, Xəqani ilə ilk dəfə əmlakla bağlı bir problemini həll etmək üçün əlaqə yaratmışdır. Zərərçəkmiş şəxs1 Bakı şəhəri Qaradağ rayonunda olan, ona məxsus torpaq sahəsini özəlləşdirmək üçün ona müraciət etmişdir. Daha sonra o, həmin məsələdə Xəqaniyə kömək etməyə çalışmış, lakin torpaq sahəsini özəlləşdirə bilməmişlər. Çünki o, həmin işi həll etmək üçün Xəqanidən 35.500 manat pul almış, lakin həmin torpaq sahəsini özəlləşdirmək üçün onlardan 50.000 manat pul tələb olunmuş və beləcə həmin işi həll edə bilməmişlər. İkinci dəfə Xəqani ona Qaradağ rayonu ərazisində 2 fərqli yerdə hər birinin sahəsi 50 sot olan 2 ədəd torpaq sahəsini özəlləşdirmək istədiyini bildirmişdir. O, həmin işi həll etmək üçün Habil adlı tanışını Xəqani ilə tanış etmişdir. Lakin onlar razılığa gələ bilməmiş və həmin məsələ də həll olunmamış qalmışdır. O, cəmi bir dəfə Habil ilə Xəqaninin görüşündə iştirak etmiş, sonrakı görüşlərdə isə iştirak etməmişdir. Zərərçəkmiş şəxs2 ilə isə onun heç bir alış-verişi olmamışdır. Zərərçəkmiş şəxs1 ona 35.500 manat pul vermiş, digər 5.000 manatın isə kimə verildiyini bilməmişdir. Onların məqsədi dövlətə məxsus torpaq sahəsini qanuni formada özəlləşdirmək olmuşdur. Həmin torpaq sahəsinin dövlət tərəfindən qiymətləndirilməsi yüksək olduğundan bu işi həll edə bilməmişlər. Əvvələr həmin torpaq sahəsinin dövlət tərəfindən qiymətləndirilməsi ucuz olmuş, o, əvvəlcədən qiymətləndirilmənin məbləğini bilmişdir. O, 35.500 manat pulu Xəqanidən hissə-hissə almış, ilk epizodda 16.500 manat almışdır. İkinci epizodda isə Xəqanidən 3.500 manat pul almış, o, Xəqanidən aldığı pullar ilə rüsumları və digər dövlət ödənişlərini ödəmişdir. Xəqani bu işin həlli yollarını bilməmiş, iş uğurla yekunlaşarsa, Xəqani onun zəhmətinə görə ona ayrıca hörmət edəcəkmiş. Onun işi torpağın sənədləşdirilməsi işləri ilə məşğul olmaq olmuş, o, Əmlak Komitəsinə də getmişdir. Əmlak Komitəsindən nümayəndələr gələrək həmin torpaq sahəsinə baxış keçirtmiş, lakin, iş sonda həll olunmamış, aldığı pulları qaytara bilməmişdir. Belə ki, işin həlli üçün pulları verdiyi adam dünyasını dəyişdiyindən iş həll olunmamışdır. Həmin adam Əmlak Komitəsinin işçisi olmuş, ittihamda onun işin həlli üçün pulları verdiyi adamın barəsində qeyd olunmamışdır. Məhkəmədə xx.xx.2024-cü il tarixdə dindirilmiş, 04 may 2024-cü il tarixdə vəfat etmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, təxminən iki il bundan əvvəl ona məxsus olan torpaq sahəsini özəlləşdirmək məqsədi ilə Vahid adlı tanışına müraciət etmişdir. Vahid bu məsələdə ona köməklik etmək üçün Təqsirləndirilən şəxs məsləhət görmüşdür. O, Zaurla Yasamal rayonu ərazisində yerləşən Hüseyn Cavid parkında görüşmüşdür. Zaur bu işi həll etmək üçün 55000 manat pulun lazım olduğunu ona bildirmiş və ilkin olaraq 30000 manat pulu işləri həll etmək üçün ondan istəmişdir. O, həmin gün 25000 manat pulu Zaur və Vahidə vermişdir. Həmin pulun 8000 manatını Vahid götürmüş, qalan 17000 manat isə Zaurda qalmışdır. Vahid ona demişdir ki, 8000 manat onda qalsın, nə vaxt lazım olsa o, həmin pulu Zaura verəcəkdir. Daha sonra Zaur ondan bu işlə bağlı bəzən 3000 manat, bəzən 5000 manat olmaqla ümumilikdə 39000 manat pul almışdır. İkinci epizodda Zaur dayısı oğlu Zərərçəkmiş şəxs2 başqa bir torpaq sahəsi təklif etmiş və onları inandırmaq üçün bir dəfə də bir nəfər şəxsi yanında gətirərək həmin şəxsin mühəndis olduğunu bildirmiş və bu minvalla da 3 dəfə ayrı-ayrılıqda 500 manat olmaqla ümumilikdə 1500 manat pulu ondan almışdır. O, daha sonra öyrənmişdir ki, Vahid və Zaurun arasında anlaşılmazlıq yaranmış və Vahid Zaurdan 3500 manat pulu geri almışdır. Həmin pulu bu yaxınlarda Vahid ona qaytarmışdır. Təqsirləndirilən şəxs hal-hazırda ona 37000 manat borcu qalmışdır. Zaur ikinci epizodda onlara 100000 manat qarşılığında torpaq sahəsi də sata biləcəyini bildirmişdir. Onlar, yəni o və dayısı oğlu Zərərçəkmiş şəxs2 əgər belə bir iş alınırsa, elə öz yaşadıqları Qobustan qəsəbəsində torpaq almaq istədiklərini bildirmişlər. Zaur bir dəfə yanında bir mühəndis olduğunu bildirdiyi şəxslə gələrək onlara bir torpaq sahəsi göstərmiş, sonra onları Əmlak Komitəsinə göndərmişdir. Orada onları bir nəfər tanımadıqları şəxs qarşılamış və onları yaxınlıqda olan bir kafeyə apararaq müəyyən sənədlərə imza etdirmişdir. Onlar həmin zaman bu işin qurma olmasından şübhələnmiş və alış-verişdən imtina etmişlər. Danışılmış 100000 manat pulu verməmiş, ilk epizod üzrə özəlləşdirmək istədikləri torpaq sahəsi boş ərazi olmuşdur. Onların daha əvvəl torpaq sahəsini özəlləşdirmək cəhləri olmamışdır. O, torpaq sahəsini özəlləşdirmək məqsədi ilə ilk olaraq Vahid adlı tanışına müraciət etmişdir. Vahid əvvəllər Yanğından Mühafizə Xidmətinin rəisi işləmiş və Vahidi hörmətli bir şəxs kimi tanımışdır. Vahid bu məsələdə ona köməklik etmək üçün qohumu olduğunu bildirdiyi Təqsirləndirilən şəxs məsləhət görmüşdür. O, Zaurla görüşdükdə Zaur bu işi həll etmək üçün 55000 manat pulun lazım olduğunu bildirmişdir. Zaur bu işi həll etmək üçün ilkin olaraq ondan 30000 manat pul almışdır. Zaur ondan aldığı pulu müəyyən şəxslərə verəcəyini və beləcə torpaq sahəsini özəlləşdirəcəyini bildirmişdir. Zaur ondan aldığı pulu konkret olaraq kimlərə və niyə verəcəyini bildirməmişdir. Zaur torpağı qeyri-leqal yolla özəlləşdirmək istəmişdir. O, təxminən 1 il yarımdan sonra Zaur tərəfindən aldadıldığını başa düşmüşdür. O, ilk olaraq Vahid və Zaurla görüşəndə 25000 manat pul vermişdir. Həmin puldan 8000 manatı Vahid götürmüş, qalan 17000 manatı isə Zaura vermişdir. Daha sonra Zaur hər dəfə pul lazım olduqda ona “Vahidə ver, o da mənə verər” demiş, o da pulu Zaura çatdırması üçün Vahidə vermişdir. O, Vahiddən şikayət etməmiş, Vahid ibtidai istintaq zamanı şahid kimi çağırılmışdır. Vahid ilə hələ də münasibətləri normaldır, Zaurun hazırda ona 38000 manat borcu vardır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, əslində o, bu məsələdə zərər çəkməmişdir. Bəli, sövdələşmə olmuş, lakin daha sonra həmin sövdələşmə baş tutmamışdır. O, Təqsirləndirilən şəxs tanımamış, qohumu Zərərçəkmiş şəxs1 ona Zaurdan bəhs etmiş və onun vasitəsilə torpaq sahəsi alıb özəlləşdirə biləcəklərini bildirmişdir. O, əvvəlcə razılaşmış, daha sonra Zaur ilə görüşmüş, Zaur onlara müəyyən kağızlar göstərmişdir. O, kağız üzərində yox, reallıqda torpaq sahəsini görmək istədiyini Zaura bildirmişdir. Bundan sonra Zaur Qobustan rayonu ərazisində boş bir torpaq sahəsini təklif etmişdir. O, əvvəlcə razılaşmamış, ən azından 1-2 daş hündürlüyündə hasarla əhatələnmiş torpaq sahəsi olarsa, daha yaxşı olacağını, qanuni olaraq da problem yaşamayacaqlarını Zaura bildirmişdir. Zaur isə bunun üçün müəyyən qədər pul lazım olacağını demiş, o, həmin anda sövdələşmədən imtina etmişdir. O, bu məsələdə nə maddi, nə də mənəvi olaraq heç bir zərər çəkməmiş, sadəcə olaraq bir neçə saat vaxt itirmişdir. Zaurdan da heç bir şikayəti və ya istəyi yoxdur. Bu işdə yeganə zərərçəkmiş şəxs Xəqani olmuşdur. Zaur ondan torpaq sahəsinə görə 200000-250000 manat pul istəmişdir. Almaq istədikləri torpaq dövlətə məxsus olmuşdur. Həmin torpaq sahəsini daha əvvəl özəlləşdirmək məqsədi olmamışdır. Xəqani Zaura təxminən 40000 manat pul vermiş, ona bu işdə hər hansı ziyan dəyməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 ona məxsus olan daşınmaz əmlakını özəlləşdirmək məqsədilə ondan kömək istəmişdir. O, bu işi həll etmək üçün Xəqaniyə Təqsirləndirilən şəxs tövsiyə etmiş, daha sonra Xəqani ondan onu Zaur ilə onu görüşdürməyi xahiş etmişdir. Bakı şəhəri, Yasamal rayonu, Elmlər Akademiyası, Hüseyn Cavid parkında o, Xəqani və Zaur görüşmüşlər. Onlar Xəqaninin avtomobilində əyləşmiş, Xəqani və Zaur söhbətləşərək razılığa gəlmişlər. Razılığa əsasən Zaur 50000 manat qarşılığında Xəqaninin obyekti və həmin obyektin yerləşdiyi torpaq sahəsini özəlləşdirəcəyini bildirmişdir. Bir neçə gün sonra onlar üçü yenidən görüşmüşlər. Xəqani bu dəfə ilkin ödəniş olaraq 16500 manat Zaura pul vermiş, pulun qalan hissəsini hissə-hissə, işlər görüldükcə Zaura verəcəyini bildirmişdir. Bu minvalla onlar işə başlamışlar. Daha sonra Xəqani bəzən 1000 manat, bəzən isə 2000 manat kimi fərqli məbləğlərdə pulları ona verərək Zaura çatdırmasını xahiş etmiş, o da pulları aparıb Zaura vermişdir. Ən son Xəqani Zaura 10000 manat pul vermiş, onlar bu müddət ərzində bir neçə dəfə Əmlak Komitəsinə getmiş, lakin zaman keçsə də, iş həll olunmamışdır. Daha sonra məhz bu səbəbdən Zaur ilə Xəqani arasında mübahisələr başlamış və Xəqani Zaura verdiyi pulları geri qaytarmağı tələb etmişdir. Zaur isə pulları geri qaytara bilməmişdir. Daha sonra Zaur pulları geri qaytara bilmədiyindən Xəqani onun barəsində məhkəməyə şikayət ərizəsi yazmış və Zaurun barəsində cinayət işi başlanmışdır. Xəqaniyə məxsus olan daşınmaz obyekt və həmin obyektin yerləşdiyi 30 sot torpaq sahəsinə çıxarış almaq üçün həmin pul Zaura verilmişdir. Zaur həmin pulla dövlət rüsumları və digər ödənişləri ödəyəcəkmiş. Zaur ödənişləri həyata keçirməyin yolunu özü bilmişdir. Zaur bildirmişdir ki, görüləcək bütün prosedur işlərinə cavabdehdir. Zaur bu hadisədən əvvəl də ona torpaq sənədləşdirilməsi məsələlərində kömək lazım olarsa, köməklik edə biləcəyini bildirmişdir. O da həmin vaxt hərrac yolu ilə əldə olunmalı olan bir torpaq sahəsi ilə bağlı köməklik etməsi üçün Zaura müraciət etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, müstəntiq onu Korrupsiyaya qarşı Mübarizə İdarəsinə çağıraraq dindirmişdir. O, Asan Xidmətin nəzdində olan Milli Arxiv İdarəsində operator vəzifəsində işləyir. Onların idarəsi elektron sənəd dövriyyəsi sistemi vasitəsilə vətəndaşlara arxiv arayışlarının verilməsi xidmətini həyata keçirir və bu arxiv arayışlarını öz imzaları, möhürləri ilə təsdiq edirlər. Daha sonra vətəndaşlar həmin arayışları Əmlak Komitəsi və digər dövlət orqanlarına təqdim edirlər. Məsələnin sonrakı hissəsi ilə hər hansı bir əlaqələri olmur. Ola bilsin ki, vətəndaşın adına arxivdə heç bir mülk olmadığı müəyyən olunsun, lakin vətəndaş onların imza və möhüründən qeyri-qanuni məqsədlə istifadə etmişdir. Vətəndaşın onlara təqdim etdiyi sənəd rayon icra hakimiyyətinin bağ sahələrinin ayrılması barədə sərəncam ilə əlaqədar sənəd olmuşdur. Lakin imtina cavabı gəlmiş, vətəndaş imtina olunmuş sənədi öz lehinə çevirmişdir. Sənəddə olan imza onun adının qarşısında çəkilmiş, lakin imza ona məxsus olmamışdır. Vətəndaş dedikdə Təqsirləndirilən şəxs nəzərdə tutur. Belə ki, onlara müraciət edən şəxs Təqsirləndirilən şəxs olmuşdur. Hazırda Təqsirləndirilən şəxs hansı vətəndaşla bağlı müraciət etdiyini xatırlamır. İbtidai istintaq zamanı verdiyi ifadəsini də təsdiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Qaradağ Rayon İcra Hakimiyyəti aparatında memar vəzifəsində işləmiş, 2020-ci ildə yaşa görə əmək pensiyasına çıxmışdır. Cinayət işi üzrə adları keçən şəxsləri ümumiyyətlə tanımır. Korrupsiyaya qarşı Mübarizə İdarəsinə çağırılsa da, hadisənin üzərindən iki il keçdiyindən nə səbəbə çağırıldığını tam xatırlamır. Xatırladığı qədərilə ibtidai istintaq zamanı Qobustan rayonu ərazisində olan torpaq sahəsi ilə bağlı sənəddə olan imzanın ona məxsus olubolmaması səbəbindən çağırılaraq dindirilmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır. 2022-ci ilin təxminən yanvarmart aylarında Zaurla birlikdə çay içərkən sonuncu Xəqani adlı şəxsə borcunun olduğunu, Xəqaninin torpağına sənəd düzəltmək lazım olduğunu bildirmişdir. Öz torpağına sənədi Məzahirin düzəltdiyini bildirib Təqsirləndirilən şəxs xahişi ilə sonuncu ilə danışmaq qərarına gəlmişdir. Məqsədi Zaura köməklik etmək olmuşdur. Məzahirlə danışmış, Məzahir həmin torpağa dair sərəncam, arxiv arayışı və plan sxem hazırlayacağını bildirmişdir. Bu işin neçəyə başa gələcəyini soruşanda o, sənədlər qəbul olunsa deyəcəyini bildirmişdir. Zaur ona Xəqani və sonuncunun dayısı oğlu Zaurun şəxsiyyət vəsiqələrini, eləcə də torpağın uc nöqtələri barədə məlumatları göndərmiş, o da həmin sənədləri Məzahirə göndərmişdir. Məzahir bir müddət sonra sənədlərin hazır olduğunu bildirmiş, bundan sonra bu haqda Zaura məlumat vermişdir. Zaurla birlikdə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsin tabeçiliyindəki “Kadastr Yerqurluşu və X17” MMC-nin yanında görüşmüşdür. Zaur Xəqanigilin də ora gələcəyini bildirmiş, həmin vaxt Məzahirə zəng edərək sənədləri həmin ünvana göndərməyini xahiş etmişdir. Sonuncu da bir taksi vasitəsilə sənədləri ona göndərmişdir. Məzahir həmin sənədlərin surətini göndərmiş, bundan bir müddət sonra Xəqani və dayısı oğlu Zaur həmin əraziyə gəlmiş, birlikdə Təqsirləndirilən şəxs avtomobilinə əyləşmişlər. Sənədləri Xəqaniyə təqdim etmiş, öz torpaq sahəsinə dair kadastr planı götürdüyü üçün məlumatı olduğundan Xəqaniyə içəri daxil olub, növbətçi hissəyə qəbula gəldiyini deməyini bildirmişdir. Bundan sonra Xəqani və Zaur içəri daxil olmuş, bir müddət sonra çölə çıxaraq, Zaura öz etirazlarını bildirib, işdən imtina etdiklərini demişlər. Məzahirə sənədlər hazırlanarkən sənədlərin pulunu verəcəyini bildirdiyi üçün, həmin vaxt Zaura və digərlərinə iş həll olunsa sənədlərin pulunu vermək lazım olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs Məzahiri tanımamışdır. Bundan bir müddət sonra, rayondan gələndə Təqsirləndirilən şəxs ona zəng eləmiş, Zərərçəkmiş şəxs1 sonuncudan şikayət etdiyini bildirmiş, bu səbəbdən ondan ağsaqqal kimi gedib Zərərçəkmiş şəxs1 ilə söhbət etməyini və borcun qaytarılması üçün möhlət almağını xahiş etmişdir. Bu məqsədlə Xəqaninin yaşadığı ünvana getmiş, Xəqanidən Zaura möhlət verməyini xahiş etmişdir. Xəqani isə razılıq verməmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid4 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, fərdi sahibkarlıqla məşğul olur, özünə məxsus Xəzər rayonunda yerləşən 12 sot torpaq sahəsinə dair rayon icra hakiminin sərəncamının surətini almaq, həmçinin müvafiq sərəncamın Milli Arxiv idarəsində olub-olmadığını müəyyən eləmək üçün xx.xx.2021-ci il tarixdə Milli Arxiv idarəsinə müraciət etmiş, Dövlət Arxivinin Bakı filialının xx.xx.2021-ci il tarixli BA-01917-204 saylı məktubu ilə həmin sərəncamın həqiqətən də arxiv idarəsində mövcud olduğu qeyd edilmiş, habelə sərəncamın surəti məktuba əlavə edilmişdir. O, ifadəsində həmçinin qeyd etmişdir ki, X11 və X4 tanımır. Ona məxsus məktubdakı QR kodun hansı formada həmin şəxslərə göndərilmiş məktublarda əks olunduğunu bilmir. X10 tanışı Musa İsmayılovun vasitəsilə tanımışdır. Belə ki, özünə məxsus Qala kəndində yerləşən torpaq sahəsinə çıxarış almaq üçün tanışı Musa İsmayılova müraciət etmiş, Musa onu Məzahir Rüstəmovla tanış etmiş və sonuncunun ona köməklik edə biləcəyini bildirmişdir. Məzahirlə görüşüb, həmin məsələni müzakirə edərkən, sonuncu ona çıxarış almaq üçün ilk olaraq, sərəncam və arxiv arayışı almağın lazım olduğunu, həmçinin həmin sənədləri onun üçün təşkil edə biləcəyini bildirmiş, həmin sənədləri hansı formada təşkil edəcəyini soruşanda ona dəqiq cavab verməmişdir. Bu isə onda şübhə yaratmışdır. Bundan əlavə, Məzahir Rüstəmov ona nümunə üçün ayrı-ayrı şəxslərin adına bir neçə sərəncam və arxiv arayışı vermişdir. Həmin sənədləri tanışları vasitəsilə yoxladanda qeyd edilən sənədlərin saxta olduğu məlum olduğundan, Məzahirlə əlaqələrini kəsmişdir. O, Dövlət Arxivinin Bakı filialından ona ünvanlanmış xx.xx.2021-ci il tarixli BA-01917-204 saylı məktubu Məzahir Rüstəmova təqdim edib-etmədiyini hazırda xatırlamadığını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin sənədlərin kompleks məhkəmə xətşünaslıq, sənədlərin texniki ekspertizasının 25 aprel 2023-cü il tarixli 4/609-5/517 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 2 fevral 2022-ci il tarixli 05758-2022 saylı məktubun, eləcə də arxiv arayışının kserosurətlərində “elektron sənədin surətini təsdiq edən” qrafalarında əks olunmuş “Şahid2” yazıları, 10 yanvar 2022ci il tarixli 05757-2022 saylı məktubun, eləcə də arxiv arayışının kserosurətlərində “elektron sənədin surətini təsdiq edən” qrafalarında əks olunmuş “Şahid2” yazıları - X13 tərəfindən icra olunmuş, həmin yazıların qarşılarındakı imzalar isə Şahid2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 10 noyabr 1997-ci il tarixli 801 saylı sərəncam əsasında verildiyi qeyd edilən yerləşmə sxeminin kserosurətində əks olunmuş əlyazmalar və “Şahid5” qrafasında əks olunmuş imza, 24 mart 1999-cu il tarixli 214 saylı sərəncam əsasında verildiyi qeyd edilən yerləşmə sxeminin kserosurətində əks olunmuş əlyazmalar və “Şahid5” qrafasında əks olunmuş imza - Şahid5 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 10 noyabr 1997-ci il tarixli 801 saylı və 24 mart 1999-cu il tarixli 214 saylı sərəncamların kserosurətində “Y.Əliyev” qrafası qarşısında əks olunmuş imzalar əsilləri ilə eynilik təşkil etmir, müxtəlif şəxslər tərəfindən icra edilmişdir. (cild 2 i.v. 87-100) İş materiallarında olan Şahid1 tərəfindən istintaqa təqdim edilmiş DVD diskə baxış keçirilməsi haqqında 21 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, DVD diskdə Şahid1 (V) və Təqsirləndirilən şəxs (Z) arasında olan telefon danışıqlarının əks olunduğu 7 video görüntü mövcuddur: 1-ci video görüntüdəki səs yazısı: V: Evimdə sakit otura bilmirəm, ailəm dağılıb. Məni başa düş. Bunlar narahatdı, 1 il 3 aydır artıq. Bunları da qınamıram. Z: Düzdür, başa düşürəm. Həll edirəm. Birdən elə bilərsən gizlənmişəm, burdayam. V: 1 il 3 aydır heç nəyə, heç bir sözə düz çıxmamısan. Z: Eliyəcəm. And olsun ölənlərimin gorüna, çox az qalıb, 5-10 günə hər şeyi yoluna qoyacam. Bugün ayın 8-dir, Qələbə günü, ayın 18-nə kimi bunlarla tərtəmiz olacağıq. Həm müqaviləsini verəcəyik, hem də hesab kitab edib pullarını verəcəyik. Deyəcəyik Əmirşah kişi, bağışla bizi bu qədər səni incitdik, bu sənədin, buda yerdə qalan pulun. Özəlləşməni özünüz eləyərsiniz. V: Vallah, insan adamlardılar. Z: Vallah bilirəm insan adamlardılar. Gör bir dəfə Xəqani mənə zəng vurur? Gör bir dəfə Əmirşah kişi zəng vurur? V: İnsan adamlardılar ki, 1 il 3 aydır ki, gözləyir. Z: Sənə deyirəm, ölənlərimizin goru, 18-nə kimi vəziyyət super olacaq. Pulu pul, malı mal, sənədi sənəd. Sənə söz verirəm. 2-ci video görüntüdəki səs yazısı: V: Bunlar konkret deyirlər, bu bizi aldadır. Bu gün sabah deyə-deyə, ortada bir şey yoxdur. Gah gəlir, gah gəlmir ona görə. Z: Mən bu dəqiqə də gəlim, gələcəm. Gərək bir şey gətirim ki, gətirim, ala bax bu 15dir, 25-dir, 18-19-dur. Nədirsə, ala. Bu qədərin qalır, hesab kitab eləyək. Nə vermisən, 10 günə də sənin müqaviləni verirəm. Müqavilənin də qiyməti budur. Qane edir, ver, qane etmirsə onun da pulunu hesablayım qaytarım. 3-cü səs yazısı: (2.50) Z: Salam, necəsən? V: Pisəm, necə olmalıyam? Z: Xəstəxanadayam, sabah çıxıram, işimiz də hazırdır. Polad əmi ilə gəlirsiniz, qol çəkib, götürüb aparırsınız. İşi təhvil veririk. Əvvəl zəng vuracam. Sonra nömrəni verəcəm sənə. Komitəyə gedərsiniz. Düşəcək aşağı qol çəkərsiniz, bir nüsxəsini aparacaq sənədin. Birini də verəcək sizə. Götürün gedin onların yanına. De 5-10 gün səbir elə, ya özəlləşməni tamamlayaq, ya da ki, müqaviləni verək sizə, çıxarışınızı, yerdə qalan haqq hesab nədir hesablayaq, bu qədər buna verilib, bu qədər buna, yerdə qalan pulun da budur, ala sağol. V: İndi nə vaxt olacaq, Allah qoysa? Z: 5-ci gün mən sənə yığıb, nömrə verəcəm. 4-cü video görüntüdəki səs yazısı: V: Axşam Xəqani də zəng eləmişdi, atası da zəng eləmişdi. Z: Sən indi yığırsan onları, deyirsən ki, Zaur dedi ki, mən bu dəqiqə yoldaşların yanındayam. 1-ci günə konkret məsələ həll olunacaq. Yüzdəyüz. 1-ci günə kimi sakitçilik. Mən dünən ona da dedim, sülhlə gəlin bir birimizi başa düşək. Tutalım mən getdim içəri, kim verəcək o pulu? Mən çıxandan sonra türmədən sənə pul verəcəm? Verən deyiləm. Nəyə görə? Cəzamı çəkmişəm, vermirəm, yoxumdu. O, pulu mən verəcəm türmədə yaşamağım üçün, ya da ki yaxşı oğlanlara xərcləyəcəm. Sən onu başa sal. De ki, məsələ həll olunur. Yüzdəyüz həll olunur. Sakitçiliyini qoru saxla. And olsun Allaha həll olunur. Burda vaxt udmuram. 20 min veriləcək, müqavilə də veriləcək onlara. V: Aydındır. Z: Müqaviləni verəndən sonra da deyəcəm, 20 min də verirəm, müqavilənin qiyməti də budur. Qurtardıq səninlə. 3 illik də müqavilə verəcəyik onlara. V: Allah köməyin olsun. Mən də qalmışam arada. Z: Mən dünən hədə-qorxu gəldim onlara. Dedim yazıb ərizə verəcəm, duracam qırağa. Həm işinizdən, həm vəzifənizdən olacaqsınız. Adınız ləkələnəcək bir də dövlət işinə girə bilməyəcəksiniz. V: Kimə dedin onu, iş gördüyün adamlara? 5-ci video görüntüdəki səs yazısı: Z: Alo, Salam, Vahid, necəsən? V: Salam, partdıyıram. Nağardın, neynədin, bu camaatın işini? Z: Narahat olma, bugün hər şey bitəcək. Günortadan sonra yığacam, yaxşı xəbər verəcəm sənə. Mən birinci işi həll edəcəm, müqaviləni. Elətdirmişəm demək olar ki. Onu eləyib, gələcəm, oturub söhbət edəcəm. Qalan söhbəti də danışacağıq vsyo. V: Sən pulsuz gələcən? Xəqani müqavilə zad istəmədi axı, mənə dedi ki, o, məni aldadır, mənim pulumu versin. Z: İstəməklə deyil ki, gətirəndən sonra nə deyəcək? Deyəcək sağol. Ordan o nədir çıxılacaq, qalanı da veriləcək vsyo. V: Bugün 100 faiz həll elə ha. Bunlar artıq başqa cür danışır. Heç nəyə inamı yoxdur. Z: Narahat olma sən. V: Onda özü ilə, dayısı ilə, atası ilə əlaqə saxla. Z: Yox ehtiyac yoxdur. 6-cı video görüntüdəki səs yazısı: Z: Vahid dedim özüm yığacam. Səbrin olsun. İmkan vermirsən axı iş görüm mən. V: Zəng ediblər, bunlar bilmək istəyirlər, noldu, nə yerdə qaldı. Z: Heçnə də, qardaş, düzəldirəm də, müqaviləni də, qalıq pulu da gətirib verəcəm. Səbrli ol, mən səni yığıb vaxt deyəcəm. V: Yaxşı oldu. 7-ci video görüntüdəki səs yazısı: Z: Bugün təhqiqatçı məni yığmışdı. Mən bugün getsəm, məsələləri həll edə bilməyəcəm. Ona demək lazımdır, 1-ci gün çağırsın. V: Mən təhqiqatçı ilə danışdım, dedim 1-ci günə çatdıracaq. Amma təhqiqatçı əsəbləşib, dedi sən kimsən, ümumiyyətlə mənə zəng eləmə. Z: Onda heç olmasa, Xəqaniyə, Polada demək lazımdır onunla danışsınlar. V: Sən mənə zəng edəndə, mən Xəqani ilə danışırdım. Xəqani hirslənib ki, bu vaxta kimi bizi dolayıb. Z: Əşi, onda da nə olacaq olacaq. Sabaha kimi bu işi həll edirik, bir şey qalmayıb. V: Onda özün çıx Əmirşah kişiyə. Z: Yox, mən o kişiyə yığa bilməyəcəm. Üzüm kəsmir. V: Mənə də ağzına gələni dedi. Çünki yer qalmayıb, Zaur. Şəxsiyyətə yaraşan iş deyil deyir. Z: Mən sənə deyirəm sabah həll edirik. 1-ci günə kimi nə qalıb ki? (cild 1 i.v. 197- 199) İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Bakı şəhərində yerləşən torpaq sahələrinin döngə nöqtələrinin təyin edilməsinə və yerquruluşu planının hazırlanmasına köməklik göstərilməsi məqsədi ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, sənədlərin ekspertizası zamanı onların tərtibatına, möhürün və imzanın həqiqiliyinə şübhə yaranmış, Dövlət Arxivinin Bakı Filialının elektron məktublarının və onlara əlavə edilmiş sərəncamların QR kodunun yoxlanılması zamanı məlum olmuşdur ki, həmin kod başqa şəxsin, yəni Şahid4 adına tərtib olunmuş Dövlət Arxivinin elektron dövriyyəsindən çıxarışa və ona əlavə edilmiş sərəncama aiddir. (cild 1 i.v. 8-9) İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialının 23 avqust 2022-ci il tarixli məktubundan görünür ki, guya Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 5 Saylı Bakı “ASAN XİDMƏT” Mərkəzindən daxil olmuş müraciətlərinə əsasən, müvafiq çıxış nömrələri ilə verilmiş arxiv surətləri reallığı əks etdirmir və saxtadır. Belə ki, həmin çıxarış nömrələri Dövlət Arxivinin Bakı filialında ümumiyyətlə yoxdur. (cild 1 i.v. 32- 33) İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialından Zərərçəkmiş şəxs1 göndərilməsi görüntüsü yaradılmış xx.xx.2022-ci il tarixli BA-05758- 2022 saylı, Zərərçəkmiş şəxs2 göndərilməsi görüntüsü yaradılmış xx.xx.2022-ci il tarixli BA-05757-2022 saylı məktubların surətilərində səhifənin yuxarı hissəsində dövlət gerbi və “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi”, eləcə də “Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialı” yazıları və Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin rekvizitləri, daha sonra məktubun göndəriləcəyi ünvan qeyd edilmədən “Vət. Zərərçəkmiş şəxs1” və eyni qaydada “Vət. Zərərçəkmiş şəxs2” yazısı, habelə “5 Saylı Bakı “ASAN XİDMƏT” Mərkəzindən daxil olmuş xx.xx.2022-ci il tarixli müraciətə əsasən Nəsimi RİHnin arxiv fondu üzrə xx.xx.1996-cı il tarixli, 1825 saylı sərəncamın təsdiq edilmiş kserosurəti 1(bir) vərəqdən ibarət Sizə təqdim olunur. Qeyd: Sərəncama cizgi və akt əlavə edilməmişdir.” yazıları, qeyd edilən yazıdan aşağıda isə “Direktor: Ağakişi Allahverdiyev” yazısı qeyd edilmişdir. Sənədin aşağı sağ küncündə “QR kod” qeyd edilmişdir. Vərəqin sol küncündən QR koda kimi olan hissədə isə “Sənədli elektron imza ilə təsdiq edən: AĞAKİŞİ ALLAHVERDİEV İMAMVERDİ OĞLU/Direktor, İcraçı: Elvira Quliyeva/Aparıcı arxivçi”, həmçinin “Azəebaycan Respublikası Milli Arxiv İdarəsinin Elektron X8 Çıxarış”, “Elektron sənədin surətini təsdiq edən”, eləcə də həmin qrafanın qarşısında əlyazma ilə “Şahid2” yazısı və “İmza:” qrafasının qarşısında isə əlyazma ilə imza nümunəsi qeyd edilmişdir. (cild 1 i.v. 20) İş materiallarında olan Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 801 saylı sərəncamının surətindən görünür ki, sərəncam kiril qrafikalı əlifba ilə və çap maşınında yazılmışdır. Vərəqin üst hissəsində ortada “Azərbaycan Respublikasının Qaradağ Rayon İcra Başçısı” altında böyük hərflərlə vərəqin ortasında “SƏRƏNCAM” yazısı, altında tarix və nömrə qeyd edilmişdir. Daha sonra aşağıda yeni abzasla aşağıdakı məzmunda mətn öz əksini tapmışdır: “Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Bakı şəhərində İstirahət obyektlərinin yaradılması üçün torpaq sahələrinin ayrılması haqqında” 610 saylı xx.xx.1997-ci il tarixli sərəncamına müvafiq olaraq – 1. Qaradağ rayonunun Bakı-Ələt-Qazax yolunun 53-cü km-də yolun sağ tərəf hissəsində abadlıq işləri aparılması üçün Qobustan qəsəbəsi Axundov küçəsi ev 26, mənzil 1-də yaşayan X7 40x125 m ölçüdə torpaq sahəsi ayrılsın və ona həmin sahədə 18x12m ölçüdə kafe tikintisinə icazə verilsin. 2. Abadlıq və tikinti işlərinin görülməsi rayon İHB-sı aparatının memarlıq şöbəsi tərəfindən təsdiq edilmiş eskiz əsasında və X.Ə.Mehdiyevin şəxsi vəsaiti hesabına aparılsın. 3. Sərəncamın icrasına nəzarət rayon İHB-sı aparatının memarlıq şöbəsinə və rayon İcra Hakimiyyəti Başcısının qəsəbə üzrə nümayəndəliyinə tapşırılsın. Bundan sonra vərəqin aşağıda sağ tərəfində “Y.Əliyev” yazısı, biraz daha aşağı sol tərəfdə isə “Əsli ilə düzdür:” yazısı və əlyazma ilə imza əks olunmuşdur. Sərəncam sonda imzanın üzərində dairəvi formada, üzərində latın qrafikalı əlifba ilə yazılmış “Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ rayonu İcra Hakimiyyəti” yazısı, orta hissədə isə dövlət gerbi əks olunmuş möhür ilə təsdiq edilmişdir. Sərəncama üzərində “Qardağ rayon İH-ti aparatının memarı Şahid5” tərəfindən imzalanması görüntüsü yaradılmış torpaq sahəsinin yerləşmə sxemi əlavə edilib. Sxem sonra üzərində latın qrafikalı əlifba ilə yazılmış “Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ rayonu İcra Hakimiyyəti” yazısı, orta hissədə isə dövlət gerbi əks olunmuş möhür ilə təsdiq edilmişdir. (cild 1 i.v. 23) İş materiallarında olan Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 214 saylı sərəncamının surətindən görünür ki, sərəncam kiril qrafikalı əlifba ilə və çap maşınında yazılmışdır. Vərəqin üst hissəsində ortada “Azərbaycan Respublikasının Qaradağ Rayon İcra Başçısı” altında böyük hərflərlə vərəqin ortasında “SƏRƏNCAM” yazısı, altında tarix və nömrə, daha aşağıda isə vərəqin ortasında “Kommersiya və sahibkarlıq fəaliyyətinə icazə verilməsi haqqında” sözləri qeyd edilmişdir. Aşağıda “Bakı şəhər sakini Zərərçəkmiş şəxs2 müraciətini nəzərə alaraq – Sərəncam verirəm” sözləri, daha sonra aşağıda yeni abzasla aşağıdakı məzmunda mətn öz əksini tapmışdır: “1.11.Bakı şəhəri ünvan 5-də yaşayan X1 fəaliyyəti ilə məşğul olması üçün Bakı-Ələt-Qazax yolunun 53-cü m-də yolun sağ tərəf hissəsində 0,50 ha torpaq sahəsi ayrılsın. 2. Obyektin fəaliyyətinə rayon gigiyena-epidemiologiya mərkəzinin, rayon yanğından mühafizə idarəsinin razılığı alındıqdan və rayon vergi müfəttişliyində müvafiq qeydiyyatdan keçdikdən sonra başlanılsın. Sərəncamın icrasına nəzarət rayon İcra Hakimiyyəti Başçısının qəsəbə üzrə nümayəndəliyinə və rayon polis idarəsinin 11-ci polis bölməsinə tapşırılsın.” Bundan sonra vərəqin aşağıda sağ tərəfində “Y.Əliyev” yazısı, biraz daha aşağı sol tərəfdə isə “Əsli ilə düzdür:” yazısı və əlyazma ilə imza əks olunmuşdur. Sərəncam sonda imzanın üzərində dairəvi formada, üzərində latın qrafikalı əlifba ilə yazılmış “Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ rayonu İcra Hakimiyyəti” yazısı, orta hissədə isə dövlət gerbi əks olunmuş möhür ilə təsdiq edilmişdir. Sərəncama üzərində “Qardağ rayon İH-ti aparatının memarı Şahid5” tərəfindən imzalanması görüntüsü yaradılmış torpaq sahəsinin yerləşmə sxemi əlavə edilib. Sxem sonra üzərində latın qrafikalı əlifba ilə yazılmış “Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ rayonu İcra Hakimiyyəti” yazısı, orta hissədə isə dövlət gerbi əks olunmuş möhür ilə təsdiq edilmişdir. (cild 1 i.v. 26) Cinayət işi üzrə zərərçəkmiş şəxs X11 xx.xx.2024-cü il tarixdə vəfat etdiyindən onun atası X12 məhkəməyə “Ölüm haqqında şəhadətnamə”nin surətini və ərizə təqdim edərək, zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. Məhkəmə baxışı zamanı Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 29, 178.3.2 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə irəli sürülmüş ittihamdan AR CM-nin 178.2.4-cü maddəsi üzrə rəqəm ifadəsinin çıxarılması, ittihamın CM-nin 29, 178.3.2 və 320.1-ci maddələri ilə müdafiə olunaraq həmin hissədə qanunvericiliyin tələblərinə uyğun qərarın qəbul edilməsi məhkəməyə təklif etmişdir. Dövlət ittihamçısı rəyini aşağıdakı kimi əsaslandırmışdır: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 55.000 manat məbləğində pul vəsaitini ələ keçirməyə cəhd edərək həmin məbləğin 40.500 manat hissəsini ələ keçirmiş, habelə, o, X13 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Əmirşah oğluna məxsus 100.000 manat məbləğində pul vəsaitini ələ keçirməyə cəhd etmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum qərarının 33-cü bəndinə əsasən şəxsin niyyəti xeyli və ya külli miqdarda əmlakın ələ keçirilməsinə yönəldikdə, lakin iradəsindən asılı olmayaraq o, həmin miqdarda əmlakı əldə edə bilmədikdə onun əməli ələ keçirilmiş əmlakın dəyərindən asılı olmayaraq işin hallarına görə xeyli və ya külli miqdarda ziyan vurmaqla dələduzluğa cəhd etmə kimi qiymətləndirilir. Bununla belə xeyli və ya külli miqdarda əmlakı ələ keçirmək niyyətində olan şəxs istədiyi miqdarda yox, bundan az, lakin yenə də xeyli və ya külli miqdar təşkil edən əmlakı ələ keçirdikdə təqsirkarın əməli başa çatmış cinayət kimi CM-nin 178.2.4-cü və ya 178.3.2-ci maddəsi ilə tövsif edilir. AR CM-nin 177-ci maddəsinin qeyd hissəsinə əsasən, həmin Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Göründüyü kimi, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin 40.500 manat pul vəsaətini ələ keçirsə də, ayrı-ayrı vaxtlarda zərərçəkmiş şəxslərin külli miqdar hesab edilən 55.000 və 100.000 manat məbləğində pul vəsaitlərini əldə etməyə cəhd etmişdir. Qeyd olunan plenum qərarının tələblərinə əsasən Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan CM-nin 178.2.4-cü maddəsi çıxarılmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 38-ci bəndində də təsbit edilmişdir ki, irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Məhkəmə tərkibi hesab edir ki, Dövlət ittihamçısı Təqsirləndirilən şəxs verilmiş ittihamdan AR CM-nin 178.2.4-cü maddəsinin çıxarılmasına dair təklifi qəbul edilməlidir. Eyni zamanda, cinayət işi üzrə ittihamdan görünür ki, Təqsirləndirilən şəxs AR CM-in 320.1-ci maddəsində nəzərdə tutulmuş qabaqcadan əlbir olan bir qrup şəxs halında hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə qanunsuz olaraq vahid niyyətlə saxtalaşdırmaqla hazırlama, habelə eyni məqsədlə qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının saxta möhürünü vahid niyyətlə hazırlama cinayətini 2022-ci ilin fevral ayı ərzində törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 320.1-ci maddəsində nəzərdə tutulmuş əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən, müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Belə olan halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsində göstərilir ki, cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət təqibini istisna edən hal (cinayət məsuliyyətinə cəlb etmə müddəti axımının dayandırılması halları istisna olmaqla, cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi) mövcuddursa və məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsin cinayətdə təqsiri sübuta yetirilmişdirsə, məhkəmə tərəfindən təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən, məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə məhkəmə ittiham hökmü çıxarır. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddələrinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs AR CM-in 320.1-ci maddəsi ilə təqsirli bilinməklə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməsi səbəbindən ona həmin maddə ilə cəza təyin edilməməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.3.2 və 320.1-ci maddələri ilə təqsirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.3.2-ci maddəsi ilə cəza təyin edilməlidir. Məhkəmə tərkibi həmçinin, Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittiham üzrə qismən təqsirli bilərək, zərərçəkmiş şəxsləri aldatmaq niyyətinin, saxta sənədlərin hazırlanmasından məlumatının və iştirakının olmaması barədə ifadəsinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşımaqla, iş üzrə zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin sənədlərin kompleks məhkəmə xətşünaslıq, sənədlərin texniki ekspertizasının 25 aprel 2023-cü il tarixli 4/609-5/517 saylı rəyi, Şahid1 tərəfindən istintaqa təqdim edilmiş DVD diskə baxış keçirilməsi haqqında 21 noyabr 2022-ci il tarixli protokol, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin xx.xx.2022-ci il tarixli məktubu, Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialından Zərərçəkmiş şəxs1 göndərilməsi görüntüsü yaradılmış xx.xx.2022-ci il tarixli BA-05758-2022 saylı, Zərərçəkmiş şəxs2 göndərilməsi görüntüsü yaradılmış xx.xx.2022-ci il tarixli BA-05757- 2022 saylı məktubların surətləri, Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 801 saylı sərəncamının surəti, eləcə də digər mötəbər sübutlarla tam təkzib olunur. Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndində qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Yuxarıda qeyd olunan Plenumun 3-cü bəndində qeyd edilir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmamaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə tərkibi AR CM-in 59 və 61-ci maddələrini rəhbər tutaraq, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmadığını qeyd edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi AR CM-nin 29, 178.3.2-ci maddəsinin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən, cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Qeyd edilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs cəza AR CM-nin 29, 178.3.2-ci maddəsində nəzərdə tutulan daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox olmamaqla təyin olunmalıdır. İş materiallarında olan 18 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (cild 1, iş vərəqə 287-288) Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən, hazırki cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunmuş və onun barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulması zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 16 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 125 (yüz iyirmi beş) manat pulun ********* nömrəli digər cinayət işinə aid olması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Məhkəmə tərkibi hesab edir ki, cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək mülki iddia verməmiş Zərərçəkmiş şəxs2 və mərhum Zərərçəkmiş şəxs1 hüquqi varisi X6 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüquqları izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.2-ci maddəsinə əsasən Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.3-cü maddəsinə əsasən mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən, maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli BA-05758-2022 saylı və xx.xx.2022-ci il tarixli BA-05757-2022 saylı məktubları, həmin məktublara əlavə edilmiş Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 801 və xx.xx.1999-cu il tarixli 214 nömrəli sərəncamları, habelə onlara əlavə edilmiş torpaq sahələrinə aid plan sxemlər, o cümlədən Şahid1 tərəfindən istintaqa təqdim edilmiş özü və Təqsirləndirilən şəxs arasında olan telefon danışıqlarının əks olunduğu 7 video görüntünün əks olunduğu 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 240 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.3.2 və 320.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.3.2-ci maddəsi ilə 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Dövlət ittihamçısının təklifi qəbul edilsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan çıxarılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1 və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddələrinə əsasən, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə cəza təyin edilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 16 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs2 və mərhum Zərərçəkmiş şəxs1 hüquqi varisi X6 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan qaydada mülki mühakimə icraatı qaydasında vermək hüquqları izah olunsun. İş üzrə maddi sübutlar – hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli BA-05758-2022 saylı və xx.xx.2022ci il tarixli BA-05757-2022 saylı məktubları, həmin məktublara əlavə edilmiş Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 801 və xx.xx.1999-cu il tarixli 214 nömrəli sərəncamları, habelə onlara əlavə edilmiş torpaq sahələrinə aid plan sxemlər, o cümlədən Şahid1 tərəfindən istintaqa təqdim edilmiş özü və Təqsirləndirilən şəxs arasında olan telefon danışıqlarının əks olunduğu 7 video görüntünün əks olunduğu 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcini təşkil edən 125 (yüz iyirmi beş) manat pulun ********* nömrəli digər cinayət işinə aid olması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 240 manat miqdarında pul ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim edildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Telman Hüseynov Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-563/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-563/2024
06.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver