Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-564/2021 18.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X3 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Bəşirov Yelmar Buludxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs oğlunun (xx xxxxxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri Yasamal rayonu D.Bünyadzadə küçəsi ev 8-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs oğlu satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan zamanda qanunsuz olaraq satış məqsədi ilə 03 (üç) büküm olmaqla bir bükümdə təmiz çəkisi 2,089 qram, ikinci bükümdə təmiz çəkisi 0,925 qram və üçüncü bükümdə təmiz çəkisi 0,151 qram olan, ümumi təmiz çəkisi 3,165 qram kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroini və bir bükümdə təmiz çəkisi 0,104 qram olan ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamini şəxsiyyəti məlum olmayan şəxsdən əldə edib yaşadığı ünvan 1 mənzil 8 ünvanına daşıyaraq orada saxlamış, xx xxx 2020-ci il tarixdə Yasamal RPİ-nin NMB-nin əməkdaşları tərəfindən Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 5(004)-274/2020 nömrəli qərarı əsasında onun yaşadığı həmin ünvana baxış keçirilərkən mənzilin girişində yerləşən otaqda masanın üzərindən 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 2,089 qram, 1 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 0,151 qram və əynində olan tünd göy rəngli idman şalvarının sol cibindən çıxararaq təqdim etdiyi 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,925 qram olmaqla 03 (üç) ədəd ayrı-ayrı bükümlərdə ümumi təmiz çəkisi 3,165 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroin, eləcə də həmin masanın üzərindən 1 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi 0,104 qram olan ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir o xx xxx 2020-ci il tarixində yaşadığı evdə olan zaman polis əməkdaşları evinin hasarından aşaraq qapını açıb evə daxil olmuşlar. Polis əməkdaşları evə girdikdən sonra narkotik vasitələri təqdim edib onların ona məxsus olduğunu bildirmişlər. Polis əməkdaşları tərəfindən ona təqdim edilən narkotik vasitələr ona məxsus olmamışdır. Polis əməkdaşları onun evinə girən zaman onun üzərində 01 büküm "şüşə" deyilən, 01 büküm "kakos" adlanan narkotik vasitə olmuşdur. Polis əməkdaşlarının ona təqdim etdiyi 03 qram çəkidə olan narkotik vasitə olan heroinin kimə məxsus olmasını bilmir. O, narkotik vasitələrin istifadəçisi olsa da, heç zaman narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Məhkəmədə verdiyi ifadə ilə ibtidai araşdırma zamanı verdiyi ifadə arasında ziddiyət olduğu üçün onun ibtidai araşdırma zamanı verdiyi ifadə məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, narkotik vasitələrin aludəçisidir, bədənində ağrılar olan zaman inyeksiya yolu ilə narkotik vasitə hesab olunan heroin və metamfetamin qəbul edir. Təxminən bir neçə gün əvvəl “Kubinka” adlanan əraziyə gedib orada üzdən tanıdığı, lakin adını və anket məlumatlarını bilmədiyi şəxsə 30 manat pul ödəyərək şəxsi istifadəsi üçün üç büküm narkotik vasitə heroin və bir büküm narkotik vasitə metamfetamin almışdır. Həmin narkotik vasitələri bədənində ağrılar olan zaman istifadə etmək üçün yaşadığı mənzilin qonaq otağındakı masanın üzərində saxlamışdır. Lakin bir bükümdə olan heroindən bir qədər istifadə etmiş, qalığını isə əynindəki tünd göy rəngli idman şalvarının sol cibində saxlamışdır. xx xxx 2020-ci il tarixdə təxminən saat 13:00 radələrində yaşadığı ünvanın yaxınlığında yerləşən mağazaya getmişdir. O, geri qayıdan zaman polis əməkdaşları yaşadığı ünvanın qarşısında ona yaxınlaşmış və yaşadığı ünvanda narkotik vasitələrin saxlanılmasında şübhəli olduğunu bildirərək məhkəmənin qərarı ilə mənzilə baxış keçirəcəklərini bildirmişdirlər. O, etiraz etmədən polis əməkdaşları ilə birlikdə həyətə, daha sonra mənzilə daxil olmuşdur. Daha sonra mənzildə olan qanunsuz əşya və predmetləri könüllü təqdim etməyi polis əməkdaşları tərəfindən ona təklif olunmuşdur. Həmin vaxt o, mənzilin girişindəki otaqda olan masanın üzərində saxladığı üç ədəd bükümü göstərdikdən sonra əynindəki tünd göy rəngli idman şalvarının sol cibində olan bir ədəd bükümü də könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi 04 ədəd bükümü götürdükdən sonra masanın üstündə olan bir ədəd sellofan bükümü və istifadə etmədiyi tibbi şprisi göstərərək həmin əşyaların nə olmasını soruşduqda sellofanda olan maddənin limon duzu olmasını, tibbi şprisi isə narkotik maddəni damarına vurmaq üçün istifadə etdiyini bildirmişdir. Həmin limon duzu olan sellofan, bir ədəd istifadə olunmamış şpris 4 büküm ilə birlikdə polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş, zərf və tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra polis əməkdaşları onu Yasamal RPİ-nin inzibati binasına dəvət etmiş, o razılaşaraq polis əməkdaşları ilə birlikdə Polis İdarəsinə getmişdir. Əlavə olaraq bildirmişdir ki, o uzun müddətdir ki, narkotik vasitə qəbul etdiyindən artıq çox miqdarda narkotik vasitə istifadə edir. Bu səbəbdən narkotik vasitəni külli miqdarda almışdır. Həmin narkotik vasitəni özü xırda bağlamalara ayırmamış, o, həmin narkotik vasitəni xırda bağlamalara ayrılmış vəziyyətdə almışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməmiş, ifadəsini oxumadan imzalamasını bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, xx xxxxx 2020-cu il tarixdə Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhəri, Yasamal rayonu ərazisində narkotik vasitələrin satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və buna görə də ondan, Yasamal RPi-nin NMB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid1 və NMB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. xx xxxxx 2020ci il tarixli Yasamal rayon məhkəməsinin qərarı əsasında o, Şahid1 və Şahid2la birlikdə məlumat əsasında xx xxx 2020-cu il tarixdə saat 13 radələrində Bakı şəhəri Yasamal rayonu, D.Bünyadzadə ev 8 ünvanın qarşısında özünü şübhəli aparan, xarici görünüşcə Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi müəyyən etmişlər. Həmin şəxs özünü xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilmişdir. Sonra ona izah edilmişdir ki, o, Bakı şəhəri, Yasamal rayonu ərazisində narkotik vasitələrin satışında şübhəlidir.Daha sonra ona yaşadığı ünvana məhkəmənin qərarı əsasında baxış keçirəcəklərini bildirmiş və məhkəmənin qərarını ona təqdim etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə mənzilə daxil olmuşlar. Təqsirləndirilən şəxs mənzildə olan qanunsuz əşya və predmetləri təqdim etmək təklif edilmişdir. Təqsirləndirilən şəxs həmin vaxt mənzilin girişindəki otaqda masasnın üzərində saxladığı 3 ədəd bükümü və əynindəki göy rəngli idman şalvarının sol cibində olan bir ədəd bükülünü ona təqdim etmişdir. Həmçinin masanın üzərində bir ədəd boş şpris və bir ədəd əlavə şəffaf sellofana bükülmüş maddə aşkar edildi. Təqsirləndirilən şəxs həmin sonuncu sellofanda olan maddənin limon duzu olduğunu bildirmişdir. Tərəflərindən həmin maddələr zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, zərf və protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs tərəflərindən Yasamal RPİ-nin inzibati binasına dəvət edilmişdir. Təqsirləndirilən şəxs ilə şifahi söhbət zamanı o, bildirmişdir ki, narkotik vasitələrin satışı ilə məşğul olmur, şəxsi istifadəsi üçün alır və istifadə edir və həmin narkotik vasitələri üzdən tanıdığı şəxsdən almışdır. Şahid3 həmçinin bildirmişdir ki, ilkin əməliyyat məlumatından da göründüyü kimi Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat olsa da, Təqsirləndirilən şəxs narkotik vasitələri satmış olduğu şəxslərin müəyyən edərək saxlanılması və həmin şəxslər ətrafında əməliyyat-axtarış tədbirlərin davam etdirilməsi mümkün olmamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 və Şahid2 ifadələrində şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmədə təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı aşağıdakı sübutlar da araşdırılmışdır. Cinayət işinin materiallarında olan cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında xx.xx.2020-ci il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin «həbs» qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2020-ci il tarixli 4(004)-322/2020 saylı qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli, 6/761 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki 2 ədəd sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri -2,089 qram və 0, 925 qram və 1 (bir ) ədəd kağız bükümdə, təmiz çəkisi 0,151 qr, ümumi təmiz çəkisi 3,165 qr qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1(bir) ədəd kağız bükümdə təmiz çəkisi 0,104 qr ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Həmin zərfdə olan 1 (bir) ədəd 1 ml.-litrlik şprisin içərisində narkotik və ya psixotrop maddələrin izləri yoxdur və 1 (bir) ədəd polietilen bükümdə ağ rəngli xırda kristallardan ibarət maddə narkotik və psixotrop maddələrə aid olmayan limon turşusudur. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 1921 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən sui- istifadə edilməsi ilə nəticəsində asılılıq sindromu (NARKOMANİYA) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik ekspertiza mərkəzinin ambulator Məhkəmə Psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli 1934 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur və törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-nin 21və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan protokoldan məlum olur ki, xx xxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Yasamal rayonu, D.Bünyadzadə küçəsi ev 8 ünvanına keçirilmiş baxış zamanı xx xxx 2020-cu il tarixdə saat 13 radələrində Bakı şəhəri Yasamal rayonu, D.Bünyadzadə ev 8 ünvanın qarşısında Təqsirləndirilən şəxs saxlanılmış və polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs mənzilə daxil olmuşlar. Təqsirləndirilən şəxs mənzildə olan qanunsuz əşya və predmetləri təqdim etmək təklif edilmişdir. Təqsirləndirilən şəxs həmin vaxt mənzilin girişindəki otaqda masasnın üzərində saxladığı 3 ədəd bükümü və əynindəki göy rəngli idman şalvarının sol cibində olan bir ədəd bükülünü ona təqdim etmişdir. Həmçinin masanın üzərində bir ədəd boş şpris və bir ədəd əlavə şəffaf sellofana bükülmüş maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin sonuncu sellofanda olan maddənin limon duzu olduğunu bildirmişdir. Tərəflərindən həmin maddələr zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, zərf və protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işinə əlavə edilmiş CD diskə baxış zamanı müəyyən edilmişdir ki, diskdə 01 ədəd videofayl yerləşir. Həmin video faylda xx xxx 2020-ci il tarixdə Bakı şəhəri Yasamal RPİ-nin NMB-nin əməkdaşlarının Yasamal rayonu, D.Bünyadzadə küçəsi ev 8 ünvanında Təqsirləndirilən şəxs iştirakı ilə keçirilmiş baxış əks olunmuşdur. xx xxx 2020-cu il tarixdə saat 13 radələrində Bakı şəhəri Yasamal rayonu, D.Bünyadzadə ev 8 ünvanın qarşısında Təqsirləndirilən şəxs saxlanılmış və polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs mənzilə daxil olmuşlar. Təqsirləndirilən şəxs mənzildə olan qanunsuz əşya və predmetləri təqdim etmək təklif edilmişdir. Təqsirləndirilən şəxs həmin vaxt mənzilin girişindəki otaqda masasnın üzərində saxladığı 3 ədəd bükümü və əynindəki göy rəngli idman şalvarının sol cibində olan bir ədəd bükülünü ona təqdim etmişdir. Həmçinin masanın üzərində bir ədəd boş şpris və bir ədəd əlavə şəffaf sellofana bükülmüş maddə aşkar edildi. Təqsirləndirilən şəxs həmin sonuncu sellofanda olan maddənin limon duzu olduğunu bildirmişdir. Tərəflərindən həmin maddələr zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, zərf və protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə Azərbaycan Respublikası DİN-nin, BƏSİİ-dən alınmış xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər üç dəfə məhkum olunmuş, sonuncu dəfə isə Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 02 ay müddətinə azadlıqdan məhrum edilmiş, AR MM-nin xx.xx.2016-cı il tarixli amnistiya qərarının 3-cü bəndinə əsasən azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır kateqoriyalı cinayətlər üzrə cəzanın çəkilib qurtarmasından sonra məhkumluq müddəti 2 il müəyyən edildiyindən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş şəxsdir. İstintaq zamanı Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş 3,165 qr narkotik maddə heroin və 0,104 qr psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq 3,015 qram narkotik maddə heroin və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq 0,054 qram psixotrop maddə metamfetaminin xx xxxxxx 2020ci il tarixdə saxlanılmaları üçün Yasamal RPİ-nin məsul saxlancına təhvil verilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilməsini özündə əks etdirən bir ədəd CD disk xx xxxxxx 2020-ci il tarixdə maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddələrində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməməsi barədə ifadələrini özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Belə ki, digər sübutlarla yanaşı cinayət işinin materiallarından məlum olur ki, əməliyyat məlumatları Ə. Əliyevin narkotik vasitələrin satışı ilə məşğul olması barədə olmuşdur. Cinayət işinin materiallarında olan raportda, əməliyyat qrupunun yaradılması barədə əmrdə, Yasamal rayon Poilis İdarəsinin rəisinin vəsatətində Ə. Əliyevin Yasamal rayonu ərazisində narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat oz əksini tapmışdır. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalanmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 №li Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbirləri təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2.-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132.1.4-cü maddəsinə uyğun olaraq, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1.6-cı maddəsinin tələblərinə əsasən sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Odur ki, Yasamal RPİ-nin məsul saxlancına təhvil verilmişdir iş üzrə maddi sübutlar: 3,165 qr narkotik maddə heroinin və 0,104 qr psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq 3,015 qram narkotik maddə heroin və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq 0,054 qram psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilməsini özündə əks etdirən bir ədəd CD disk cinayət işinə əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia, xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan – 14 may 2020ci il tarixdən hesablanmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 114 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs oğluna göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi 60 (altımış) manat, ibtidai araşdırma zamanı göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili X1 420 manat məbləğində pul ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193, 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq h ö k m e t d i: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx xxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs oğluAzərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübutlar DİN Bakı şəhər Yasamal RPİ-nin məsul saxlancına təhvil verilmiş 3,165 qr narkotik maddə heroinin və 0,104 qr psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq 3,015 qram narkotik maddə heroin və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq 0,054 qram psixotrop maddə metamfetamin məhv edilsin, Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilməsini özündə əks etdirən bir ədəd CD disk cinayət işinə əlavə edilməsi nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 114 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs oğluna göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi 60 (altımış) manat, ibtidai araşdırma zamanı göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili X1 420 manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs oğluna hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-564/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-564/2021
18.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver