Məhkəmə qərarları › İş №1(101)-564/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-564/2022

19.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-564/2022 19.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «VERDİKTUM» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, qanunsuz olaraq satış məqsədi ilə külli miqdar hesab edilən təmiz çəkisi 990 qram tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı, külli miqdar hesab edilən təmiz çəkisi 185,48 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, külli miqdar hesab edilən təmiz çəkisi 29,2 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, külli miqdar hesab edilən təmiz çəkisi 73.2 qram kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki əldə edib üzərində və idarə etdiyi “Tofaş Şahin” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilin a*rxa saxlanc yerində saxlamaqla daşımış, 13 iyul 2021-ci il tarixdə saat 18:00-da Xətai RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı Bakı şəhəri. Sabunçu rayonu, Zabrat yolu 15 ünvanında saxlanılaraq etibarnamə əsasında idarə etdiyi avtomobillə birlikdə Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçsi 4/6 ünvanında yerləşən Xətai RPİnin 34-cü Polis Şöbəsinə gətirilərək üzərində şəxsi axtarış keçirilən zamanı əynində olan göy rəngli şalvarımın sol yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümdə külli miqdarda təmiz çəkisi 12,020 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürüldükdəndən sonra, həmin günü saat 20:00-da uTofaş Şahin” markalı, **-EY- *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zamanı avtomobilin yük yerindən üzərində “Adidas” yazısı olan idman çantasının içərisindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə külli miqdar hesab edilən təmiz çəkisi 990 qram tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 01 ədəd şəffaf rəngli sellofan bükümdə külli miqdar hesab edilən təmiz çəkisi 173,146 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 01 ədəd şəffaf rəngli sellofan bükümdə külli miqdar hesab edilən təmiz çəkisi 29,2 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd qara rəngli sellofan bükümdə külli miqdar hesab edilən təmiz çəkisi 73.2 qram kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, bir neçə müddətdir ki, «kakos» adlandırılan narkotik vasitə heroin qəbul edir. Belə ki, o, həmin narkotik vasitə heroini müxtəlif şəxslərdən və müxtəlif qiymətlə alaraq özü istifadə edir. 13 iyul 2021 -ci il tarixdə səhər saatlarında, yəni təxminən saat 12 radələrində Zabrat qəsəbəsində olan zaman əvvəllər də narkotik vasitə aldığı Əli adlı şəxslə görüşmüş və sonuncudan narkotik vasitə heroin istəmişdir. Əli adlı şəxs ondan neçə qram narkotik vasitə heroin istədiyini soruşduqda, bundan sonra yenə də naroktik vasitə heroin axtarmamaq məqsədi ilə və bir neçə dəfə istifadə etmək üçün 10-15 qram narkotik vasitə heroin almaq istədiyini bildirmişdir. Əli isə onda təxminən 14 qram narkotik vasitə heroin olmasım bildirmişdir. O, Əli ilə razılaşmış və qramı 10 manat olmaqla ümumilikdə 140 manat müqabilində 14 qram narkotik vasitə heroini Əlidən alaraq sonuncudan uzaqlaşmışdır. Əldə etdiyi heroini isə əynində olan göy rəngli cins şalvarın sol yan cibində saxlamışdır ki, axşam saatlarında bir qismini istifadə edər. Daha sonra etibarnamə əsasında idarə etdiyi «Tofaş Şahin» markalı, **-EY-*** dövlət nömrə nişanlı avtomobillə şəxsi işlərinin arxası ilə getmişdir. Həmin gün saat 18 radələrində yaşadığı evin yaxınlığında olan zaman bir neçə nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş və onlarla birlikdə Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə getməyimi istəmişlər. O da razılaşaraq polis əməkdaşlarının müşayiəti ilə idarə etdiyi avtomobildə onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində olan zaman ona hüquq və vəzifələrimi izah edərək hüquqlarının müdafiəsi üçün müdafiəçi tutmalı olduğunu bildirmişlər. Onun maddi imkanı olmadığı üçün dövlət vəsaiti hesabına müdafiəçi ilə təmin edilməsini xahiş etmişdir. Müdafiəçi ilə təmin edildikdən sonra polis əməkdaşı ona üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet varsa, təqdim etməsini təklif etmişdir. O, polis əməkdaşlarının artıq hər şeydən xəbərdar olduqlarını başa düşüb əynində olan göy rəngli şalvarının sol yan cibində saxladığı 01 ədəd sellofana bükülmüş narkotik vasitə olan heroini masanın üzərinə qoymuşdur. Polis əməkdaşı büküm barədə ona sual verərkən həmin bükümlərin içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir.Təqdim etdiyi büküm zərfə qoyularaq qablaşdırılmış və həmin zərf iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra polis əməkdaşları onun idarə etdiyi «Tofaş Şahin» markalı, **-EY-*** dövlət nömrə nişanlı avtomobilə də baxış keçirmişlər. Avtomobilə keçirilmiş baxış zamanı avtomobilin arxa saxlanc yerindən bir ədəd qara rəngli üzərində «Adidas» yazısı olan idman çantasının içərisindən 01 ədəd qara sellofan torbaya bükülmüş və 03 ədəd şəffaf rəngli sellofan torbaya bükümüş narkotik vasitəyə bənzər maddələr aşkarlanmışdır. O, həmin narkotik vasitədən xəbərsiz olduğunu və həmin narkotik vasitələri onun-idarə etdiyi avtomobilə hansı şəkildə qoyulduğunu bilmədiyini polis əməkdaşlarına bildirmişdir. O, törətdiyi əmələ görə səmimi peşmançılıq çəkir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsi ilə, məhkəmə zalında verdiyi ifadəsi arasında ziddiyət yarandığından onun ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, heç bir narkotik vasitə və ya psixotrop maddə istifadə etmir. Təxminən üç ay bundan əvvəl sosial şəbəkələr vasitəsilə «Bəhruz» adlı İran İslam Respublikası vətəndaşı ilə tanış olmuş, onunla aralarında dostluq münasibətləri yaranmışdır. Bir neçə dəfə Bəhruzla «Whatsapp» sosial şəbəkəsi vasitəsilə görüntülü olaraq danışmışlar. Danışıqların birində Bəhruz ona bildirmişdir ki, o, narkotik vasitə istifadəçisi deyil. O da Bəhruzə bildirmişdir ki, «bəli mən də narkotik vasitə istifadə eləmirəm». Bəhruz ona narkotik vasitə satmaqda köməklik göstərməsini və satdığı hər narkotik vasitənin kiloqramında ona 300 manat pul verəcəyini bildirmişdir. Onun da maddi cəhətdən sıxıntıları olduğu üçün razılaşmışdır. Danışıqlarından təxminən bir həftə sonra Bəhruz ona zəng etmiş və onun Suraxanı rayonu. Bülbülə qəsəbəsinin girəcək hissəsində yerləşən dəmir yolu xətlərinin yanına getməsini, orada yerdə 200 qram narkotik vasitə olmasını bildirdirərək həmin narkotik vasitəni oradan götürməsini istəmişdir. O, Bəhruzla razılaşıb qeyd olunan ünvana idarə etdiyi «Tofaş Şahin» markalı, **-EY-*** dövlət nömrə nişanlı avtomobili ilə getmişdir. Orada dəmir yolu xətlərinin yanında yerdən narkotik vasitəni tapmışdır. Bundan sonra Bəhruza zəng edərək həmin narkotik vasitənin onda olduğunu bildirmişdir. Bəhruz ona həmin 200 qram narkotik vasitəni Özü seçdiyi ünvana apararaq yerə atmasını və narkotik vasitəni atdığı yerin şəklini çəkərək ona göndərməsini istəmişdir. O da Bəhruzla razılaşaraq həmin narkotik vasitəni Əmircan qəsəbəsi istiqamətində aparmış və orada xatırlamadığı avtobus dayanacaqlarının birinin yanna atmışdır. Bundan sonra narkotik vasitəni atdığı yerin şəklini çəkərək Bəhruza göndərmişdir. Bəhruzla mobil telefon vasitəsilə əlaqə saxlayan zaman sonuncu ona adını dəyişərək Asəf adından istifadə etməsini bildirmişdir. O da buna görə hər yerdə özünü Asəf deyə tanıtdırmışdır. O, təxminən 10 dəfə Bəhruzun göndərdiyi narkotik vasitələri qeyd olunan Ünvanlardan götürərək fərqli ünvanlara aparıb Özü seçdiyi yerlərə ataraq narkotik vasitələri atdığı yerlərin şəklini çəkib Bəhruza göndərmişdir. Bəhruz buna görə bir neçə dəfə onun özünə məxsus «Kapital Bank»a məxsus «Birkart» plastik kartına 300 manat pul göndərmişdir. O, təxminən Bəhruzun göndərdiyi narkotik vasitələrdən 3-4 kiloqramını müəyyən ünvanlara aparmışdır. Bir ay bundan əvvəl xatırlamadığı vaxt Bəhruz yenidən ona zəng etmiş və Suraxanı rayonu, Bülbülə qəsəbəsinin girişində olan dəmir yolu xətlərinin yanından yerə qoyulmuş 400 qram narkotik vasitəni oradan götürərək «Qara Qarayev» metrostansiyasmm yaxınlığında yerləşən «Bolmart» mağazasının yanma apararaq orada yerə atmasını istəmişdir. O, Bəhruzla razılaşaraq qeyd olunan ünvana getmiş və orada olan 400 qram narkotik vasitəni götürərək «Qara Qarayev» metrostansiyasmm yaxınlığında olan «Bolmart» mağazasının yanma getmişdir. Mağazanın yanında narkotik vasitə olan heroinı yerə qoyan zaman bir nəfər sonradan adının Ceyhun olduğunu bildiyi şəxs ona yaxınlaşmış və ona salam verərək Bəhruzun adamı olub olmadığını soruşmuşdur. O, həmin şəxsə Bəhruzla birlikdə işlədiyini dedikdən sonra həmin şəxs də ona Bəhruzla birlikdə işlədiyini etiraf etmiş və 400 qram narkotik vasitə olan heroini onun gətirdiyini soruşmuşdur. O da cavabında həmin narkotik vasitəni gətirdiyini bildirmişdir. Ceyhun narkotik vasitəni ondan götürərək çıxıb getmişdir. Təxminən 5 gün sonra Bəhruz yenidən ona zəng etmiş.və Suraxanı rayonu, Bülbülə qəsəbəsinin girişində olan dəmir yolu xətlərinin yanından yerə qoyulmuş 300 qram narkotik vasitəni oradan götürərək «Qara Qarayev» metrostansiyasmm yaxınlığında yerləşən «Bolmart» mağazasının yanma aparıb orada yerə atmasını istəmişdir. O, Bəhruzla razılaşaraq qeyd olunan ünvana getmiş və orada olan 300 qram narkotik vasitəni götürərək «Qara Qarayev» metrostansiyasmm yaxınlığında olan «Bolmart» mağazasının yanma getmişdir. Mağazanın yanında narkotik vasitə olan heroini yerə qoyan zaman artıq Ceyhunun onu orada gözlədiyini görmüşdür. Orada Ceyhunla salamlaşaraq narkotik vasitəni sonuncuya vermiş, Ceyhun narkotik vasitəni ondan götürərək çıxıb getmişdir. 13.07.2021-ci il tarixdə saat 18 radələrində yaşadığı evin yaxınlığında olan zaman bir neçə nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib onlarla birlikdə Xətai RPİnin 34-cü PŞ-yə getməsini istəmişlər. O da somuncularla razılaşaraq polis əməkdaşlarının müşayiəti ilə idarə etdiyi avtomobildə birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində olan zaman ona hüquq və vəzifələrini izah edərək hüquqlarının müdafiəsi üçün müdafiəçi tutmalı olduğunu bildirmişlər. Onun maddi imkanı olmadığı üçün dövlət vəsaiti hesabına müdafiəçi ilə təmin edilməsini xahiş etmişdir. Müdafiəçi ilə təmin edildikdən sonra polis əməkdaşı ona üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet varsa, təqdim etməsini təklif etmiş və o, polis əməkdaşlarının artıq hər şeydən xəbərdar olduqlarını başa düşüb əynində olan göy rəngli şalvarının sol yan cibindən Bəhruzun göndərdiyi narkotik vasitələrin üzərindən götürərək saxladığı 01 ədəd sellofana bükülmüş narkotik vasitə olan heroini masanın üzərinə qoymuşdur. Polis əməkdaşı büküm barədə ona sual verərkən həmin bükümlərin içərisində narkotik vasitə heroin olduğunu və həmin narkotik vasitəni ifadəsində qeyd etdiyi şəkildə əldə etdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları onun idarə etdiyi «Tofaş Şahin» markalı, **-EY-*** dövlət nömrə nişanlı avtomobilə də baxış keçirilmək istəmişlər. Avtomoboilə baxış zamanı avtomobilin arxa saxlanc yerindən bir ədəd qara rəngli üzərində «Adidas» yazısı olan idman çantasının içərisindən 01 ədəd qara sellofan torbaya bükülmüş və 03 ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş narkotik vasitəyə bənzər maddələr aşkarlanmışdır. O, həmin narkotik vasitədən xəbərsiz olduğunu və həmin narkotik vasitələrin onun idarə etdiyi avtomobilə hansı şəkildə qoyulduğunu bilmədiyini polis əməkdaşlarına bildirmişdir. Təqdim etdiyi büküm zərfə qoyularaq qablaşdırılmış və həmin zərfin üzərini imzalamışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Xətai rayonu ərazisində narkotik maddələrin qəbulu və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat əsasında 13 iyul 2021 -ci il tarixdə Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 ilə birlikdə əməliyyat qrupu yaradılaraq, həmin tarixdə əməliyyat tədbiri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri nəticəsində həmin gün saat 18:00-da Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Zabrat yolu 15 ünvanında olan zamar idarə etdiyi «Tofaş Şahin» markalı, **-EY-*** dövlət qeydiyyat nişanl avtomobildə müəyyən olunmuş və ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirməklə, onu Xətai RPİnin 34-cü PŞ-yə dəvət etmişlər. Polis Şöbəsində olan zaman dəvət olunmuş vəkilin iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və ona üzərində hər hansı qeyri-qanuni əşya varsa təqdim etməsi bildirilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş içərsində qəhvəyi rəngli spesifik iyli, toz şəklində narkotik vasitə hesab olunan heroinə bənzər maddə olan bükümü təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümü «Bəhruz» adlı İran İslam Respublikasının vətəndaşından onlayn satış üçün almışdır. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş kütlə qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən heç bir etiraz olmadan imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi «Tofaş Şahin» markalı, 90- EY-122 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və baxış zamanı həmin avtomobilin arxa saxlanc yerindən bir ədəd qara rəngli üzərində «Adidas» yazısı olan idman çantasının içərisindən 01 ədəd qara sellofan torbaya bükülmüş və 03 ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş narkotik vasitəyə bənzər maddələr aşkarlanmışdır. Təqsirləndirilən şəxs həmin narkotik vasitələrdən xəbərsiz olduğunu və həmin narkotik vasitələrin onun idarə etdiyi avtomobilə hansı şəkildə qoyulduğunu bilmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin arxa saxlanc yerindən aşar edilərək götürülmüş kütlələr qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən heç bir etiraz olmadan imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etdi. Şahid3 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, 2021-ci ilin mart ayında “Turbo.az” sosial şəbəkəsi vasitəsilə almaq üçün özünə avtomobil axtarmışdır. “Tofaş Şahin” markalı avtomobil onun diqqətini çəkmiş və o, sosial şəbəkədə olan xatırlmadığı mobil nömrəyə zəng etmişdir. Qarşı tərəfdə olan şəxs özünü Aslan deyə təqim etmişdir. O, həmin şəxsdən avtomobili almaq istədiyini dedikdən sonra onlar görüşmüş və o, “Tofaş Şahin” markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobili Aslandan 4300 manata almışdır. Avtomobili öz adma rəsmiləşdirməsə də Aslandan avtomobili idarə etmək üçün baş etibarnamə almışdır. Təxminən bir ay sonra aprel ayında həmin avtomobili sürməkdə çətinlik çəkdiyi üçün avtomobili satmaq qərarına gəlmişdir. Həmin vaxtlar da qonşusu Rəşid həmin avtomobili almaq istədiyini bildirdiyi üçün o, qeyd olunan avtomobili Rəşidə satmağa qərar vermişdir. Həmin vaxtlarda o, anası ilə birlikdə Rəşidgilin evində kirayə yaşamışlar. Rəşid nəğd pulu olmadığı üçün avtomobili kredit yolu ilə almaq istədiyini bildirmişdir. O, ilkin olaraq avtomobil üçün Rəşiddən 500 manat pul almış qalan pulu isə Rəşid aylara bölərək verəcəkdi, o, Rəşidlə ümumilikdə avtomobili 5000 manata satmağa razılaşmışdır. İyul ayına qədər Rəşid avtomobilin pulun yarısını yəni 2500 manatınıona vermişdi. İyul ayının ortalarında eşitmişdir ki, Rəşid narkotik vasitə istifadəsində və satışında şübhəli olduğu üçün saxlanılmışdır. Rəşidin üzərindən və "Tofaş Şahin" markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobildən narkotik vasitə aşkarlanmışdır. Rəşidin həm üzərindən həm də avtomobildən aşkar olunan narkotik vasitədən xəbəri olmamışdır. Belə ki, aprel ayında avtomobil Rəşidə satdıqdan sonra avtomobili Rəşid idarə etmiş və avtomobili o, bir gün də olsun belə götürməmişdir. O, Rəşidin narkotik vasitə istifadəçisi olduğundan belə xəbəri olmamışdır. Cinayət işinin 41-42-ci vərəqlərində olan 13.07.2021-ci i tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda bildirilir ki, 13 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə Xətai RPİ-nin 34-cü PŞ-də video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükülün aşkar olunması, həmin bükümün elektron tərəzində çəkilən zaman qablaşdırma ilə birlikdə ümumi çəkisinin 14.09 qram olması müəyyən edilmiş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd DVD disk protokola əlavə edilmişdir. İş üzrə maddi subut olan DVD diskə məhkəmə iclasında baxış keçirilmişdir. DVD diskdə olan görüntülər işin hallarına uyğundur. Cinayət işinin 44-45-ci vərəqlərində olan 13.07.2021-ci i tarixli “nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” protokoldan bildirilir ki, 13 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi Tofaş Şahin” markalı **-EY-*** dövlət nömrə nişanlı avtomobilin arxa saxlanc yerindən olan “Adidas” idman çantasının içərisindən bükülmüş 01 ədəd qara və 03 ədəd şəffaf sellofan torba bağlamaların aşkar olunması, aşkar olunmuş maddələrin elektron tərəzidə çəkilən zaman 01 ədəd qara rəngli sellofan torbaya bükülmüş maddənin ümumi çəkisinin 950 qram, 03 ədəd bükümlərin şəffaf sellofan torbaya bükülmüş maddələrin ümumi çəkisinin ayrı-ayrılıqda 230 qram, 30 qram və 70 qram olması müəyyən edilmiş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd DVD disk protokola əlavə edilmişdir. İş üzrə maddi subut olan DVD diskə məhkəmə iclasında baxış keçirilmişdir. DVD diskdə olan görüntülər işin hallarına uyğundur. Cinayət işinin 54-59-cu vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 14.07.2021-ci il tarixli, 6/2836 saylı rəyindən görünür ki, tədqiqata 1 ədəd kağız paketdə və bir ədəd zərfdə təqdim edilmiş: -üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №152” dairəvi möhür əksi olan, soyad və imzalar qeyd edilmiş bır ədəd kağız paketin içərisində bir ədəd sellofan bükümdə təmiz çəkisi 173,146 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd sellofan bükümdə təmiz çəkisi 29,2 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Digər bir ədəd sellofan bükümdə təmiz çəkisi 73,2 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. - Üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №152” dairəvi möhür əksi olan, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 1 ədəd sellofan bükümdə təmiz çəkisi 12,020 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin və Tiryək 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 60-63-cü vərəqlərində olan məhkəmə-bioloji ekspertizasının 14.07.2021ci il tarixli, 7/669 saylı rəyindən görünür ki, vət.Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata təqdim olunmuş skoçla bağlanmış qara rəngli polietilen torbadakı bir ədəd sellofanda təmiz çəkisi 990,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Cinayət işinin 246-247-ci vərəqlərində olan məhkəmə-narkoloji ekspertizanısmın 17 avqust 2021-ci il tarixli, 2915 saylı rəyindən görünür ki, müayinə zamanı Əliyev X1 qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müəlicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 253-265, 298-ci vərəqlərində olan qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 02 ədəd bükümdə ilkin təmiz çəkisi 185,48 qram olmuş narkotik vasitə olan heroinin, 01 ədəd bükümdə ilkin təmiz çəkisi 29,2 qram olmuş psixotrop maddə olan metamfetaminin, 01 ədəd bükümdə ilkin təmiz çəkisi 73,2 qram olmuş narkotik vasitə olan tiryəkin və 01 ədəd -bükümdə ilkin təmiz çəkisi 990,0 qram olmuş narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və qalıq qalmış 185,38 qram narkotik vasitə olan heroinin, 29,15 qram psixotrop maddə olan metamfetamin, 73,15 qram narkotik vasitə olan tiryəkin və 989,95 qram narkotik vasitə olan qurudulmuş marixuana saxlanılması üçün Xətai rayon Polis İdarəsinin saxlanana təhvil verilmişdir. İş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış idarə etdiyi avtomobilə baxış keçirilməsinin görüntüsü olan 02 ədəd DVD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı diskə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs əynidə olan göy rəngli şalvarımın sol yan cibindən 01 ədəd şəffaf sellofan büküdə ümumi təmiz çəkisi 12,020 qram çəkidə narkotik vasitə olan heroinin aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs özünü müdafiə üçün dəlil gətirərək, ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək, 13 iyul 2021ci il tarixdə üzərindən aşkar olunaraq götürülmüş küllü miqdar təşkil edən narkotik vasitə olan heroini satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün üzərində saxladığını, idarə etdiy avtomobildən aşkar olunaraq götürülmüş narkotik vasitə olan tiryəki, narkotik vasitə olan qurudulmuş marixuananı, narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetaminin ona məxsus olmadığını, polis əməkdaşları tərəfindər döyüldüyünü və təzyiqlərə məruz qaldığını bildirmişdir. Təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatlar iş üzrə şahid ifadələri, şəxsi axtarış və avtomobilə baxış protokolları, diskə baxış və üzləşdirmə protokolları, məhkəmə-narkoloji, məhkəmə-kimyəvi və məhkəmə bioloji ekspertizalarının rəyləri, habelə digər toplanmış istintaq materialları ilə təkzib edildiyindən məhkəmə tərəfindən cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə etdiyi kimi qiymətləndirilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram və daha artıq narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. Həmin qərarın 12-ci bəndinə görə 500 qram və daha artıq narkotik vasitə olan qurudulmuş marixuana külli miqdar hesab edilir. Həmin siyahının 19cu bəndinə görə 50 qram və daha artıq narkotik vasitə olan tiryək külli miqdar hesab edilmişdir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İİ siyahının 67-ci bəndinə əsasən 2 qram və daha artıq pxisotrop maddə olan metamfetamin külli miqdar hesab edilir. Məhkəmə, Təqsirləndirilən şəxs qanunda nəzərdə tutulmuş külli miqdardan dəfələrlə artıq və müxtəlif növ narkotik vasitələrin aşkar edilməsini təqsirləndirilən şəxsin narkotik vasitə və psixotrop maddələri satmaq niyyəti ilə əldə etməsinin sübutu kimi qiymətləndirir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 30 və 121-123-cü vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 13 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 150-ci vərəqində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Əməlindən səmimi peşman olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, o, yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı 13 iyul 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. 17 avqust 2021-ci il tarixli, 2915 saylı ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 154 (yüz əlli dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübutlar- Xətai rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qaıq qalmış 185,38 qram narkotik vasitə olan heroin, 29,15 qram psixotrop maddə olan metamfetamin, 73,15 qram narkotik vasitə olan tiryək və 989,95 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməlidir. 02 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhəri «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 13 iyul 2021ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 154 (yüz əlli dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübutlar- Xətai rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qaıq qalmış 185,38 qram narkotik vasitə olan heroin, 29,15 qram psixotrop maddə olan metamfetamin, 73,15 qram narkotik vasitə olan tiryək və 989,95 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin. 02 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhəri «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov

2. Siyavuş Hacıyev

3. Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar