Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-564/2023 18.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X9 və Quliyev Əhməd Qəhrəman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs Mübariz oğlunun iştirakı ilə, xx xxxxx 1990-cı il tarixdə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Balakən şəhəri, Həsən Əliyev küçəsi ev 11-də qeydiyyatdadır, Xırdalan şəhəri, Kristal ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmiş və xuliqanlıq niyyətilə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 3 avqust 2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi 1, 1 saylı binanın qarşısında yerləşən avtomobil servisində işləyən tanışı Zərərçəkmiş şəxs Mübariz oğlu ilə birlikdə olan zaman sonuncunun ona əlində saxlaması üçün verdiyi pulverizatoru kənara qoymasına görə aralarında yaranmış sözlü mübahisə zamanı Zərərçəkmiş şəxs kobud sözlərlə ona irad bildirməsini bəhanə edib həmin gün saat 21 radələrində qeyd olunan ünvanda yerləşən avtomobil servisinin həyətində digər şəxslərin olmasına əhəmiyyət vermədən ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozub ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərib cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq edərək cəmiyyətə açıqca hörmətsizlik edib heç bir əsaslı səbəb olmadan avtomobil servisindən götürdüyü soyuq soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağından silah qismində istifadə etməklə Zərərçəkmiş şəxs zor tətbiq edərək qərəzli xuliqanlıq hərəkətləri etmiş və qəsdən sonuncunun bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq ona sağ qoltuqaltı nahiyənin boşluğa nüfuz etməyən 1 ədəd deşilmiş-kəsilmiş yarası, sol bazunun 2 ədəd, sol saidin 2 ədəd və sol əl-bilək nahiyəsinin 1 ədəd deşilmiş-kəsilmiş yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən sol ağciyərin yuxarı payının zədələnməsi və hemopnevmotoraksla müşayiət olunan 1 ədəd deşilmişkəsilmiş yarası kimi yetirildiyi anda həyatı üçün təhükəü olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirərək xuliqanlıq niyyətilə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3cü maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddət Abşeron rayonunda yaşamışdır. Nizaməddinlə 15 il olar ki, tanışdır. Zərərçəkmiş şəxs “Memar Əcəmi” metrostansiyası yaxınlığında avtomobil təmiri sexində avtomobil rəngsazı işləmiş, o da arasıra Nizaməddinin yanına getmişdir. O, tarixi tam dəqiq xatırlamasa da, axşam saat 6-7 radələrində sexdə olarkən maşın rəngləmək üçün istifadə olunan aparatı Nizaməddin ona saxlamağa vermişdir. O da Nizaməddinin gec gəldiyini görüb rəng püskürəni sexdə olan maşınlardan birinin üzərinə qoymuş, Nizaməddin qayıdarkən rəng püskürəni sexdə olan maşının üzərinə qoyduğunu görüb “mən sənə demədim ki, rəng püskürəni əlində saxla” deyərək onun üzərinə qışqıraraq artıq-əksik sözlərdən istifadə etməyə başlamışdır. Səs küyə yaxınlıqda olan müştərilər və digər sexlərdə işləyən ustalar gəlib onları aralaşdırmışdır. Hadisədən sonra Nizaməddin ətrafda olan şəxslərə onun necə alçaltdığını danışdığı üçün o, özünü çox pis hiss etmişdir. O, təxminən 2 saat ərzində çox depressiv vəziyyətdə olmuşdur. Nizaməddinin bu hərəkətləri ona təsir etdiyindən, Nizaməddinin sexinin qarşısında dayanaraq sonuncunun üzr istəməsini gözləmişdir. Lakin Nizaməddin onu söyüb təhqir etməsini heç vecinə də almadığını görüb əsəblərinə hakim ola bilməmiş, sexin ərazisində olan mətbəx bıçağını götürərək Zərərçəkmiş şəxs avtomobil təmiri servisin həyətində əl üzünü yuyarkən arxadan ona yaxınlaşıb bıçaq zərbələri vurmuşdur. Baş vermiş hadisə zamanı Nizaməddinə neçə zərbə vurduğunu xatırlamır. O, həmin bıçağı orada qoyaraq uzaqlaşmış, hadisə baş verən zaman özündə olmamışdır. O, ailəsi ilə problemlər yaşadığı üçün Zərərçəkmiş şəxs yanına getmişdir. Ailəsi ilə arasında mübahisə ağır həyat şəraitinə görə yaranmışdır. Bakı Biznes Universitetində oxumuş, ali təhsillidir. Zərərçəkmiş şəxs sexində 2 gün gecələmiş, nizaməddin onu acıladığı üçün arasında mübahisə yaranmışdır. Nizaməddin onu acıladıqdan o, sexin ərazisində 1 saata yaxın müddət dayanan zaman ətrafda sexdə çalışan bir neçə şəxs olmuşdur. O, Nizaməddinlə mübahisə edən zaman nalayiq ifadələr işlətməmiş, Nizaməddinə zərbə yetirdiyini görüb ətrafda olan digər şəxslər onları aralaşdırmaq üçün gəldikdə, o, bıçağı atıb həmin ərazidən uzaqlaşmışdır. Nizaməddinlə aralarında hadisə baş verən gündən əvvəl heç bir mübahisə baş verməmiş, onun sexdə gecələməsi ilə bağlı Nizaməddinin heç bir narazılığı olmamışdır. Nizaməddinlə əvvəllər arasında heç bir mübahisə olmamışdır. Onu ətrafda olan insanların yanında təhqir etdiyi üçün Nizaməddinə bıçaq zərbəsi vurmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə tam təqsirli olması məhkəmə istintaqı zamanı qismən etirafedici ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, digər istintaq hərəkətinin protokolları, ekspertiza rəyləri və cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər sübutlarla tam təsdiq edildi. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Mübariz oğlu ifadəsində göstərmişdir ki, 3 avqust 2022-ci il tarixində rəngsaz işlədiyi ünvan 2 ünvanında yerləşən avtoservisdə olarkən, saat 18 radələrində dostu Təqsirləndirilən şəxs avtomobil rəngləmək üçün istifadə olunan alət rəng püskürəni (pulvizator) əlində saxlamaq üçün vermiş, bir müddət sonra Təqsirləndirilən şəxs rəng püskürəni sexdə olan digər avtomobilin üzərinə qoyduğu üçün ona irad bildirmişdir. Təqsirləndirilən şəxs ilə aralarında mübahisə yaranmış və o, Nicatdan incimiş, sonra isə sakitləşərək öz işinə davam etmişdir. Həmin gün saat 21:00 radələrində avtoservisin həyətində əl-üzünü yuyaraq evə getməyə hazırlaşarkən Təqsirləndirilən şəxs qəflətən arxadan ona hücum çəkərək əlində olan bıçaqla bədəninin müxtəlif nahiyələrinə bıçaq zərbələri vurmuşdur. O, Təqsirləndirilən şəxs zərbələrindən qorunmaq üçün əl-qol ataraq onu özündən uzaqlaşdırmağa çalışmışdır. Bu zaman işlədiyi servisin həyətində olan şəxslər səs-küyü eşidib yaxınlaşaraq Təqsirləndirilən şəxs ondan uzaqlaşdırmaq istəyərkən Nicat servisdə olan şəxslərin yaxınlaşdığını görüb ondan aralaşaraq bıçağı yerə atıb qaçaraq oradan uzaqlaşmışdır. Həmin vaxt avtoservisin həyətində olan Şahid2, Şahid3 və digər şəxslərin köməkliyi ilə onu xəstəxanaya çatdırmışlar. Nicatla uşaqlıqdan bəri dostluq münasibətləri olmuş, əvvəllər aralarında mübahisə olmamışdır. Nicat pulvizatoru əlində saxlamadığı üçün ona irad bildirmişdir. Nicatla mübahisə edən zaman bir-birinə qarşı təhqiredici ifadələrdən istifadə etməmişlər. Onun işlədiyi sexdə bıçaq olmuşdur. Hadisə baş verən vaxt avtoservisin həyətində işçilərdən başqa müştərilər də olmuşdur. Avtoservis dayanacağın içərisində fəaliyyət göstərmiş və ətrafında yaşayış evləri olmuşdur. Nicat hadisə baş verən gün ola bilsin ki, evdə problem olduğu üçün onun yanına gəlmişdir. Nicatla mübahisə edən vaxt sonuncun atasının vəziyyətinin pis olması barədə məlumatı olmamışdır. Nicat rəng püskürən aləti əlində saxlamadığı üçün bu hərəkətin dostluğa uyğun hərəkət olmadığını ona bildirmişdir. Təqsirləndirilən şəxslə barışmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, 3 avqsut 2022-ci il tarixdə saat 21:00 radələrində avtomobil təmiri servisindən qardaşı Şahid3 ilə çıxarkən birdən arxadan səs gəldiyini eşitmiş, geriyə dönüb baxdıqda isə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs süpürləşdiyini, Təqsirləndirilən şəxs əli ilə Zərərçəkmiş şəxs zərbələr vurduğunu görmüşlər. Aralaşdırmaq üçün yaxınlaşdıqda isə Təqsirləndirilən şəxs əlində olan bıçaqla avtoservisin həyətində Zərərçəkmiş şəxs zərbələr vurduğunu görmüş, həmin vaxt Təqsirləndirilən şəxs avtomobil təmiri servisində olan şəxslərin onlara yaxınlaşdıqlarını görüb əlində olan bıçağı yerə tullayaraq qaçıb oradan uzaqlaşmışdır. Çoxsaylı bıçaq xəsarətləri almış Zərərçəkmiş şəxs isə xəstəxanaya çatdırılmışdır. Nizaməddini qanlı görən zaman bıçaqlandığını bilmişdir. Hadisə baş verən zaman avtoservisdə müştəri olmamışdır. Avtoservis dayanacağın içərisində fəaliyyət göstərmiş, ətrafında isə yaşayış evləri olmamışdır. Mübahisə edən zaman qışqırıq səsləri və təhqiramiz ifadələr eşitməmişdir. Avtoservisdə Nizaməddini bıçaqlayan şəxsin bıçağı yerə tulladığını demişlər. Mübahisə edən zaman avtoservisdə tanımadığı şəxsin olub-olmadığını xatırlamamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid3 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş şahidlər Şahid1 və X1 ibtidai istintaq zamanı verdikləri ifadələrinin məzmunundan görünür ki, onlar Şahid3 ifadəsinə uyğun oxşar məzmunlu ifadələr vermişlər (cild 1, iş vərəqə 99-100 və 115). Cinayət işinin materiallarında olan “zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 13 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs Mübariz oğlunun ifadəsi yerində yoxlanılan zaman o, hadisənin necə və hansı şəraitdə baş verməsini əyani olaraq göstərmişdir (cild 1, iş vərəqə 97-98). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X5 26 sentyabr 2022-ci il tarixli 1119 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs Mübariz oğlunun bədənində aşağıdakı xəsarətlər aşkar edilmişdir: döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən sol ağciyərin yuxarı payının zədələnməsi və hemopnevmotoraksla müşaiyət olunan 1 ədəd deşilmiş-kəsilmiş yarası, sağ qoltuqaltı nahiyənin boşluğa nüfuz etməyən 1 ədəd deşilmiş-kəsilmiş yarası, sol bazu nahiyəsində 2 ədəd deşilmiş-kəsilmiş yarası, sol said nahiyəsində 2 ədəd deşilmiş-kəsilmiş yarası, sol əl-bilək nahiyəsində 1 ədəd deşilmişkəsilmiş yarası. Qeyd olunan xəsarətlər iti əşyanın deşici-kəsici təsirindən əmələ gəlmişdir, törənmə müddəti 3 avqust 2022-ci il tarixdə saat 22:33-də xəstəxanaya daxil olmasından bir qədər əvvələ uyğun gəlir, dərəcəsinə görə döş qəfəsinin sol yarısının daxilə nüfuz edən dəşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, digər xəsarətlər həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir (cild 1, iş vərəqə 117-119). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X5 29 sentyabr 2022-ci il tarixli 584/2022-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs Mübariz oğlunun AB0 sistemi üzrə qan qrupu A(İİ)-dir. Ekspertizaya təqdim edilən 1 ədəd bıçaq üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Ləkələrdə qanın qrupu AB0 sistemi üzrə təyin edildikdə yalnız A (İİ) qrupunu əsas xarakterizə edən A antigeni və beta aqqlyutinini alınmışdır. Bu qan ləkəri ABO sistemi üzrə A (İİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs Mübariz oğluna məxsus ola bilər (cild 1, iş vərəqə 107-110). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X5 10 oktyabr 2022-ci il tarixli 468/2022/MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs Mübariz oğluna məxsus köynəyin sol qolun ön səthində 1 ədəd, sağ qolun ön səthində 2 ədəd dəlib-keçən zədələr aşkar olunmuş, həmin zədələr ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətlərə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmamışdır. Zərərçəkmiş şəxs Mübariz oğluna məxsus şortik, kəmər və 1 ədəd çəkələk üzərinda zədə və zədə izləri aşkar edilməmişdir. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmamışdır. Təqdim olunmuş bıçağın üzərində sonradan hər hansı əlavə və dəyişiklik edilməmişdir (cild 1, iş vərəqə 102-104). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 14 noyabr 2022-ci il tarixli 4117 saylı rəydən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs psixi xəstəlikdən əziyyət çəkmir, ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək və barəsində olan ittihamın mahiyyətini dərk etmək iqtidarındadır (cild 1, iş vərəqə 156- 157). Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 14 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Mübariz oğlunun hadisə zamanı əynində olmuş 1 ədəd köynək, 1 ədəd şortik, 1 ədəd kəmər, 1 ədəd çəkələk, həmçinin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi 1 ədəd bıçaq maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir (cild 1, iş vərəqə 160-166). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 158-159). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs Mübariz oğlu Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur (cild 2). Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Mübariz oğlu ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Mübariz oğlu ilə barışıq əldə etdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən ona təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə tövsif etməklə yanaşı, onun həmin maddələrin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını məqsədəuyğun hesab edir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 1 sentyabr 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 61). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 3 sentyabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 1 sentyabr 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 93-96). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3 və 15.4-cü maddələrinin tələblərinə əsasən “az ağır” və “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 1 sentyabr 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Zərərçəkmiş şəxs Mübariz oğlunun hadisə zamanı əynində olmuş 1 ədəd köynək, 1 ədəd şortik, 1 ədəd kəmər, 1 ədəd çəkələk, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi 1 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 1 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Zərərçəkmiş şəxs Mübariz oğlunun hadisə zamanı əynində olmuş 1 ədəd köynək, 1 ədəd şortik, 1 ədəd kəmər, 1 ədəd çəkələk, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi 1 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-564/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-564/2023
18.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver