Məhkəmə qərarları › İş №1(101)-564/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-564/2025

10.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-564/2025 10.03.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, X4 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Hüseynova Dürdanə Mahir qızının katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən Təqsirləndirilən şəxs, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və “Qanunçuluq” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Xəzər rayon məhkəməsinin 21 dekabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə təqsirləndirilərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan “Qoca” adlı şəxslə cinayət əlaqəsinə girib, qabaqcadan əlbir olub bir qrup şəxs halında, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satması barədə razılığa gəlib, həmin cinayəti həyata keçirilməsi üçün istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan “Qoca” adlı şəxsdən, ona bildirəcəyi ünvanlara, digər naməlum şəxslərə çatdırmaq məqsədilə istintaqa məlum olmayan vaxtda və ünvandan qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 1015,0 qram narkotik vasitə qurudulmuş marixuananı satış məqsədilə əldə edib, saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Pəri küçəsinə qədər daşımış, onun narkotik vasitələrin qanunsuz olaraq satış məqsədilə əldə etməsi, saxlaması və daşıması barədə Sabunçu rayon Polis İdarəsinə daxil olmuş məlumat əsasında həmin X2 Bölməsinin əməkdaşları tərəfindən müvafiq qaydada keçirilmiş əməliyyat tədbirləri nəticəsində 13 may 2024-cü il tarixdə saat 09:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Pəri küçəsində saxlanılaraq ünvan 2 ünvanında yerləşən Sabunçu RPİ-nin 13-cü PŞ-yə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən çiynindən asdığı göy rəngli çantanın içərisində satış məqsədilə əldə edib daşıyaraq saxladığı qara rəngli sellofana bükülmüş təmiz çəkisi 1015,0 qram külli miqdarda bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan ona edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, narkotik vasitə qurudulmuş marixuana istifadəçisidir. Marixuana almaq üçün “Qoca” kimi tanıdığı İran İslam Respublikasının vətəndaşı ilə əlaqə saxlamışdır. 100 qam marixuana almaq üçün sonuncuya 500 manat vermiş və götürmək üçün Razinə getmişdir. Narkotik vasitənin qoyulduğu bağlama böyük olduğu üçün götürməmişdir. Lakin polislər orada olduğu üçün onu saxlamış və polis bölməsinə aparmışlar. Həmin vaxt saat təxminən 06 radələri olmuşdur. Saxlanıldığı ünvanı dəqiq bilməsə də küçənin adı “Pəri” küçəsi olmuşdur. Onu 6-7 nəfər polis əməkdaşı saxlasa da, istintaqda 2 nəfər iştirak etmişdir. Bölmədə telefonu əlindən alınmış və araşdırılmışdır. Tutularkən videoçəkiliş aparılmamışdır. Yalnz üzərinə keçirilən şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmişdir. İbtidai istintaq zamanı vəkildən imtina etməmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 09-da Bakı şəhəri. Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Pəri küçəsində olarkən iki nəfər polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək ondan şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. Həmin vaxt o, polis əməkdaşlarından yayınaraq qaçmaq istəyərkən onu saxlayıb polis şöbəsinə gətirmişlər. Polis Şöbəsində şəxsiyyəti müəyyən olunduqdan sonra onu xidməti otaqların birinə dəvət etmişlər. Otaqda olan zaman müdafiəçi dəvət olunmuşdur. Müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah olunmuşdur. Lakin üzərində olan bel çantasında narkotik vasitə qurudulmuş marixuana olduğundan hüquqlarını müdafiə edən vəkilin bunu görməsini istəmədiyi və onu gələcəkdə ürəklə müdafiə etməsini istədiyi üçün şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçıdan xahiş etmişdir ki, üzərində şəxsi axtarış müdafiəçisinin iştirakı olmadan keçirilsin. Təhqiqatçı da, onun bu barədə ərizəsini çap etdimiş və o, həmin ərizəni imzalamışdır. Bundan sonra bölmənin inzibati binasında xidməti otaqlardan birində üzərinə müdafiəçisinin iştirakı olmadan videoçəkiliş altında baxış keçirilərkən üzərində hər hansısa bir qanuni dövriyyəsi qadağan olunmuş maddə və ya əşyanın olub-olmaması soruşulmuş, əgər varsa onları masanın üzərinə qoymağı bildirilmişdir. O, çiynində olan özünə məxsus göy rəngli əl çantasının içərisində qara rəngli sellofana bükülmüş və yapışqan lentlə örtülmüş içərisində narkotik vasitə marixuana olan bükümü təqdim etmişdir. Bildirmişdir ki, həmin narkotik vasitə olan marixuananı İran İslam Respublikası vətəndaşı olan Qoca (+98 904 444 2837) adı ilə tanıdığı şəxsdən "Whatsapp” vasitəsilə həmin şəxsin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yerə qoyması və oradan konum və şəkil atmasından sonra bir hissəsini ödəniş etmədən özünün istifadə etməsi məqsədilə özünə pay götürməyi barədə razılşadıqları üçün qalan hissəsini də, özü ilə götürüb İran İslam Respublikası vətəndaşının sonradan deyəcəyi şəxsə çatdırmaq məqsədilə üzərində saxlayıb gəzdirmişdir. Onun üzərindən aşkar edilmiş narkotik vasitələrdən başqa heç harada narkotik vasitə saxlamamışdır. O, ruhi-əsəb və başqa heç bir xəstəliklərindən əziyyət çəkmir və bununla əlaqədar olaraq heç yerdə qeydiyyatda deyil. Ona polis bölməsində heç bir psixoloji təzyiq göstərilməmiş və ona heç bir xəsarət yetirilməmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə ona məxsus olmuşdur. O, saxlanıldığı zaman polis əməkdaşları tərəfindən heç bir fiziki zora məruz qalmamışdır. O, saxlanıldığı zaman polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir. Narkotik vasitə qurudulmuş marixuananı alarkən yanında heç kim olmamış, həmin vaxtı o, tək olmuşdur. Onun istifadəsində yalnız ***-***-**-** GSM nömrəsi olmuşdur. Ona məxsus və istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus GSM nömrəsinə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək daxil olan və çıxan zənglər, daxil olan və göndərilən smslər və mətnləri, həmin nömrələrin sahiblərinin anket məlumatları "xxxx" MMC-dən götürülmüş 01 ədəd «CD» diskə baxış keçirilən zaman xx.xx.2023-cü il tarixdə saat 13:17-də ***-***-**-** saylı mobil nömrədən ona məxsus, istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Salam qaqas necesen bas qatmağa neyinse yoxdu erk eliyirem” və xx.xx.2024-cü il tarixdə isə, “Salam axsamun xeyir neynirsen ay qaqas dermana kanalun yoxdu” məzmunlu mesajlar gəlmişdir. Bu və həmin mobil nömrə sahiblərinin anket məlumatları barədə bildirmişdir ki, o, həmin mobil nömrə sahiblərini tanımır və həmin şəxslərlə bu məzmunda yazışması olduğunu xatırlamır. Onun mobil telefonunda narkotik vasitə əldə etdiyi İran İslam Respublikasının vətəndaşı “Qoca” adlı şəxsin +**********37 saylı mobil telefon nömrəsi qeyd olunmuşdur. O, həmin şəxslə “Vvhatsap” sosial şəbəkəsi vasitəsilə əlaqə saxlamış və həmin şəxs ona “Vvhatsap” sosial şəbəkəsində narkotik vasitə qoyduğu yerin şəklini çəkib atmışdır. Mobil telefonunda olan həmin fotoşəkillər də, üzərindən aşkar edilmiş narkotik vasitənin fotoşəkilləridir və həmin fotoşəkilləri Qoca ona göndərmiş və o da, gedib həmin şəxsin dediyi yerdən narkotik vasitəni götürmüşdür. O, narkotik vasitəni əldə etdikdən sonra mobil telefonunda olan “Vvhatsap” proqramını silmiş və heç bir yazışma saxlamamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün ifadəsindən başqa ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni özünün istintaq zamanı verdiyi ilkin ifadələri, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, məhkəmə ekspertizasının rəyləri, maddi sübutlar və digər sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, əməliyyat müvəkkili Şahid2lə birlikdə keçirdikləri əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs Aşıq Pəri küçəsində saxlanılaraq Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə aparılmışdır. Təqsirləndirilən şəxs bölmədə müdafiəçi ilə təmin edilsə də, müdafiəçinin şəxsi axtarış zamanı iştirak edib-etməməsini dəqiq xatırlamır. Daha sonra təhqiqatçı tərəfindən videoçəkiliş vasitəsi ilə şəxsin üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı həmin şəxsin üzərində olan çantadan narkotik vasitə olan marixuana aşkar olunmuşdur. Daha sonra aşkar edilən marixuna qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Təqsirləndirilən şəxs şəxsi istifadəsi üçün İran İslam Respublikasının vətəndaşından votsap vasitəsi ilə əlaqə saxlayaraq əldə etdiyini, şəxsi istifadəsi üçün götürdükdən sonra qalanını İran vətəndaşının dediyi yerə aparıb qoyacağını demişdir. Təqsirləndirilən şəxsə saxlanılarkən onlara qarşı heç bir müqavimət göstərməmişdir. Eyni zamanda onlar tərəfindən təqsirləndirilən şəxsə qarşı təzyiq edilməmişdir. İbtidai İnstintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitələrin daşıması və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Məlumat əsasında digər polis əməkdaşı Şahid1 ilə birlikdə 13 may 2024-cü il tarixdə Bakıxanov qəsəbəsi Aşıq Pəri küçəsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlayaraq Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə aparılmışdır. Saxlanılan vaxt Böyükağanın üzərində bir ədəd çanta olmuşdur. Bölmədə keçirilən şəxsi axtarış zamanı sonuncu üzərində olan çantadan sellofan bükümün içindən narkotik vasitə olan marixuananı təqdim etmişdir. Daha sonra həmin kütlə qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Onlar tərəfindən təqsirləndirilən şəxsə qarşı təzyiq edilməmişdir. 13 may 2024-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx xxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ağamalı oğlu küçəsi, ev 51-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələri əldə edərək üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. (cild 1 i.v. 3) 13 may 2024-cü il tarixli raportdan görünür ki, Sabunçu Rayon Polis İdarəsinin NMBnin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirlri nəticəsində, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən xx xxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ağamalı oğlu küçəsi, ev 51-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Pəri küçəsində həmin tarixdə saat 09:00-da saxlanılaraq PŞ-ə aparılmşdır. (cild 1 i.v. 3) 13 may 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin gün saat 09:50-da (faktiki tutulma 09:00-da) Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. (cild 1 i.v. 22) 15 may 2024-cü il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək əməlindən səmimi peşman olduğunu bildirmişdir. (cild 1 i.v 83-88) 29 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. (cild 1 i.v. 151) 13 may 2024-cü il tarixli şəxsi axtarış keçirilməsi və əşyaların götürülməsi haqqında protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs çiynindən asdığı göy rəngli çantasının içərisində qara rəngli sellofana bükülmüş və yapışqan lentlə örtülmüş içərisində narkotik vasitəyə bənzər yaşıl rəgli ot kütləsi olan bükümü təqdim etmişdir. O, həmin bükümn marixuana olduğunu şəxsi istifadəsi üçün İİR vətəndaşından vatsap vasitəsilə vasitəsilə Bakıxanov qəsəbəsiərazisində yerə qoyması və oradan konum və şəkil atdıqdan sonra bir hissəsini ödəniş etmədən özünün istifadə etməsi məqsədilə özünə pay götürməsi barədə razılaşdığı üçün qalan hissəsini də özü ilə götürüb İİR vətəndaşının sonradan deyəcəyi şəxsə çatdırması məqsədilə götürüb üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Həmin büküm qablaşdırılaraq ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Bundan başqa onun üzərindən 01 ədəd Redmi markalı mobil telefon aşkar edilmiş və iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. (Cild 1 i.v. 33-34) 28 avqust 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 13:17-də ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus, istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə “Salam qaqas necesen bas qatmağa neyinse yoxdu erk eliyirem” və xx.xx.2024-cü il tarixdə isə, “Salam axsamun xeyir neynirsen ay qaqas dermana kanalun yoxdu” məzmunlu sms göndərildiyi müəyyən olunmuşdur. (Cild 1 i.v. 127-129) Mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Xiaomi Redmi” markalı mobil telefona baxış zamanı mobil telefonun şəkillər olan hissəsində 13 may 2024-cü il tarixdə saat 05.13-də çəkilmiş fotoşəkillər aşkar edilmişdir. Həmin fotoşəkillər iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin əldə etdiyi yerin fotoşəkilləridir. Bundan başqa mobil telefona baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi İran İslam Respublikasının vətəndaşı şəxsiyyəti istintaqa məlum olmayan “Qoca” adlı şəxsin +**********37 saylı mobil telefon nömrəsi aşkar edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs məxsus “Xiaomi Redmi” markalı mobil telefonda Whatsap təmizləyici proqram olduğu və Whatsapp yenilməsinə ehtiyac olduğu üçün Whatsapp yazışmalarına baxış keçirmək mümkün olmamışdır. (Cild 1 i.v. 130-135) Məhkəmə-bioloji ekspertizasının 13 may 2024-cü il tarixli, 3-16-16/2-7/741 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm” yazılar və imzalar olan üzəri skoçla bağlanmış ağ rəngli polietilen bağlamadakı 1 ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi- 1015,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. (Cild 1 i.v. 41-43) Məhkəmə-narkoloji ekspertizasının 28 avqust 2024-cü il tarixli, 5935 №-li rəyindən məlum olmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorlarm birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müəlicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1 i.v. 116-117) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsin 20 avqust 2024-cü il tarixli, 10633 №-li məktubundan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası”-da müalicədə olmamışdır. (Cild 1 i.v. 108) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, o, Bakı şəhəri, Xəzər rayon məhkəməsinin 21 dekabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM- nin 234.1 -ci maddəsi ilə təqsirləndirilərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. (Cild 1 i.v. 89-90) Bakı Şəhər Probsiya İdarəsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş 01 il 11 ay 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzasının 2 ay 20 gün hissəsini çəkmiş, cəzasının çəkilməmiş müddəti 1 il 9 ay 6 gün təşkil edir. (Cild 1 i.v. 65) 29 avqust 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus ekspertiza tədqiqatından sonra qalıq qalmış 1014,9 qram çəkidə narkotik vasitə marixuana və “Xiaomi Redmi” markalı mobil telefon Sabunçu rayon polis idarəsinin maddi sübutların saxlanılma otağına təhvil verilmişdir. (Cild 1 i.v. 142-149) Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd diskə baxılmışdır. Diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı olmadan şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Daha sonra o, təhqiqatçının təklifi ilə çiynindən asdığı göy rəngli çantanı təqdim etmişdir. Təhqiqatçı tərəfindən onun üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sağ yan cibindən bir ədəd mobil telefon aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi çantaya baxış keçirilmiş və onun içərisindən qara rəngli sellofana bükülmüş və yapışqan lentlə örtülmüş örtülmüş içərisində narkotik vasitəyə bənzər yaşıl rəgli ot kütləsi aşkar edilmişidir. Təqsirləndirilən şəxs həmin bükümün içərisində marixuana olduğunu, şəxsi istifadəsi üçün İİR vətəndaşından bir hissəsini şəxsi istifadəsi üçün, öz istifadəsi üçün bir qədərini götürdükdən sonra sonuncunun dediyi yerə aparıb qoyacağını demişdir. Təqsirləndirilən şəxs məxsus 01 ədəd Redmi markalı mobil telefon və sonuncunun təqdim etdiyi bir büküm marixuana qablaşdırılaraq ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 1-ci siyahısının 109.1-ci bəndinə əsasən - təmiz halda 500 (beş yüz) qramdan 50000 (əlli min) qramadək çəkidə narkodik vasitə qurudulmuş marixuana külli miqdar təşkil edir. Məhkəmə ilk olaraq şəxsi axtarışın qanunun tələblərinə müvafiq aparılıbaparılmamasını, eləcə də, təqsirləndirilən şəxsin gətirdiyi dəlilərin əsaslı olub-olmamasını araşdırmağı zəruri hesab edir. CPM-nin 207-ci maddəsinə əsasən də cinayət işi başlamadan Təqsirləndirilən şəxs üzərində axtarış keçirilməsi qanununun tələblərinə uyğun olmuşdur. Belə ki, CPM-nin 207.4-cü maddəsində göstərilmişdir ki, …cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.11.2-90.11.5-ci maddələrində müəyyən edilmiş vəzifələrin yerinə yetirməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlər istisna olmaqla cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə tutulma istisna olmaqla digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır. CPM-nin 90.11.2-ci maddəsində isə şübhəli şəxsin tutularkən baxışa və şəxsi axtarışa məruz qalmaq vəzifəsi təsbit olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı CPM-nin 246-cı maddəsinin tələblərinə də riayət edilmişdir. Belə ki, 13 may 2024-cü il tarixli şəxsi axtarış videoçəkilişlə aparılmış və orada təqsirləndirilən Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində olan marixuananı könüllü təqdim etmişdir. O, məhkəmə baxışı zamanı narkotik vasitə istifadəçisi olduğunu bildirsə də, 100 qram narkotik vasitə almaq üçün getdiyini, lakin büküm böyük olduğu üçün götürmədiyini, buna baxmayaraq polis əməkdaşları tərəfindən saxlanıldığını göstərməklə ona qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələrin ona məxsus olmaması ilə bağlı qeyd edir ki, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla məlum olmuşdur ki, Təqsirləndirilən şəxs 13 may 2024-cü il tarixdə 09:00-da Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Bübarizə Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq həmin tarixdə Sabunçu Rayon Polis İdarəsinin 13-cü PŞ-ə təhvil verilmiş və dərhal müdafiəçi ilə təmin edilmişdir. Lakin o, müdafiəçinın iştirakı ilə şəxsi axtarış keçirilməsinə etiraz etməmiş və üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan marixuananı təqdim etmişdir. İbtidai istintaqın sonrakı mərhələlərində, müdafiəçisinin iştirakı ilə dindirilərkən polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalmadığını, aşkar edilən nakotik vasitələrin ona məxsus olduğunu, həmçinin barəsində həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən də törətdiyi əməldən peşman olduğunu bildimişdir. Odur ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı müdafiəçisi iştirak etməsə də, o bölməyə aparılan kimi dərhal müdafiəçi ilə təmin edilmiş, ibtidai araşdırmanın ilkin mərhələsində, 14 may 2024-cü il tarixdə müdafiəçinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində ifadə vermişdir. Odur ki, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı müdafiəçisinin iştirak etməməsi onun müdafiə hüququnun pozulması kimi qiymətləndirilə bilməz. Narkotik vasitələrin təqsirləndirilən şəxsə məxsus olması ilə bağlı həmçinin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs “Qoca” kimi tanıdığı İran İslam Respublikasının vətəndaşından marixuana aldığını bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş fotoşəkillər tədqiq edilərkən müəyyən edilir ki, Təqsirləndirilən şəxs məsus “Redmi Xiaomi” markalı mobil telefonun kontaktlar siyahısında “Qoca” adlı şəxsin qeyd edildiyi, eyni zamanda telefonun şəkillər olan hissəsində 13 may 2024-cü il tarixdə saat 05:13-də fotoşəkillərin çəkilməsi müəyyən edilmişdir. Həmin fotoşəkillərə baxış keçirilərkən müəyyən edilir ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi narkotik vasitəni həqiqətən də həmin ünvandan götürmüşdür. Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Sabunçu rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 13 may 2024-cü il tarixdə saat 09:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Pəri küçəsində saxlanılaraq Sabunçu RPİ-nin 13-cü PŞ-ə gətirilməsi, orada üzərinə şəxsi axtarış keçirilərkən çiynindən asdığı göy rəngli çantanın içərisində 1015,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülməsi öz təsdiqimi tapmışdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, onun məhkəmə baxışı zamanı vermiş olduğu ifadəsi deyil, ibtidai istintaq zamanı vermiş olduğu xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli ifadələri daha mötəbər və inandırıcı hesab edilməlidir. Belə ki, üzərindən marixuananın aşkar edilməsi ilə bağlı istintaq zamanı vermiş olduğu həmin ifadələri digər sübutlarla - videoçəkiliş zamanı aparılmış şəxsi axtarış protokolu ilə də dəstəklənmişdir. Həmçinin istintaq zamanı vermiş olduğu ifadəsinin inandırıcılığı ilə bağlı qeyd edilməlidir ki, təqsirləndirilən hadisəni ayrıntılı bir şəkildə anlada bilmişdir. Hazırki iş üzrə də görünür ki, Təqsirləndirilən şəxs isintaq zamanı yuxarıda qeyd olunan ifadələrində və videoçəkilişlə aparılmış şəxsi axtarış zamanı hadisə ilə, yəni narkotik vasitənin əldə edilməsi, saxlanılması bağlı halları bir-biri ilə əlaqəli, zəncir kimi bağlı, detallı ayrıntılarla anlatmış, özü könüllü şəkildə üzərində olan və evindəki narkotik vasitəni təqdim etmişdir. Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyasında satış məqsədi subyektiv cəhətin zəruri əlaməti kimi nəzərdə tutulmuş və məhkəmə bu halın hazırki işdə sübuta yetirilib-yetirilmədiyini araşdırmalıdır. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadələrində İran İslam Respublikasının vətəndaşı olan “Qoca” adlı şəxsdən almasını və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qoyacağı yerdən götürərək bir hissəsini heç bir ödəniş etmədən özündə saxlamasını, qalanını isə sonuncunun deyəcəyi yerə çatdırmaq məqsədi ilə özündə saxladığını qeyd etmişdir. Yəni həmin narkotik vasitənin qoyulması müqabilində qazanc əldə etmək istəmişdir. Məhkəmə həmçinin onu da qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilən qurudulmuş marixuana şəxsi istifadə üçün müəyyən edilmiş miqdardan dəfələrlə çox olmuşdur ki, bu da onun narkotik vasitələri satış məqsədilə əldə etməsinə dəlalət edir. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli qərarına göstərilmişdir ki, cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən də aydın olur ki, o, 13 may 2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yerdən içərisində narkotik vasitə marixuana olan bükümü götürmüş və bir hissəsini ödəniş etmədən özünün istifadə etməsi məqsədilə özünə pay götürməyi barədə razılşadıqları üçün qalan hissəsini də, özü ilə götürüb İran İslam Respublikası vətəndaşının sonradan deyəcəyi şəxsə çatdırmaq məqsədilə üzərində saxlayıb gəzdirmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs psixotrop maddəni əldə etməmişdən əvvəl onun götürülməsi və hansı formada realizə edilməsi barədə razılığa gəlmiş və sonuncudan götürməklə faktiki olaraq narkotik vasitələri əldə etmə, daşıma və saxlamadan ibarət hərəkətlər hər ikisinin hakimiyyəti altında olmuşdur. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən etməmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 aprel 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri nin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə çatmaq baxımından qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Ona görə də, təqsirləndirilən şəxsə cəza təyin edilərkən, onun cəzasının çəkilməmiş hissəsi nəzərə alınmaqla, əvvəlki məhkumluğunda qalan cəzanın çəkilməmiş hissəsi şəxsə yeni təyin ediləcək cəzaya qismən birləşdirilməli və təyin ediləcək cəza yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Odur ki, Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə cəza təyin edilməli və Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş lakin çəkilməmiş 01 (bir) il 09 (doqquz) ay 06 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) günü 1 (bir) günə bərabər tutulmaqla 10 (on) ay 18 (on səkkiz) gün müddətə azadlıqdan məhrum etmə kimi hesablanmaqla hazırki cinayət işi üzrə təyin ediləcək cəza ilə qismən birləşdirilməli və üzərində saxlanılacaq cəzanın əvvəli 13 may 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 2 nömrəli Qərarının 26-cı bəndinə görə məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Məhkəmə narkoloji ekspertizasının rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli onun faktiki tutulduğu vaxtdan, yəni 13 may 2024-cü il tarixdən hesab edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Sabunçu RPİ-nin saxlanc otağında saxlanılan iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 1014,9 qram çəkidə narkotik vasitə marixuana məhv edilməli, “Xiaomi Redmi” markalı mobil telefon onun özünə, razılığı olduğu halda yaxın qohumlarına qaytarılmalı 2 (iki) ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarında salanılmaılıdır. İş üzrə məhkəmə-bioloji ekspertizasına sərf edilmiş 72 (yetmiş iki ) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 müdafiəçi təyin edilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 50 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi1 üçün vəkil işlədiyi Bakı şəhəri 32 saylı Vəkil Bürosunun hesabına ödənilməsi üçün 300 (üç yüz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur, xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş, lakin çəkilməmiş 01 (bir) il 09 (doqquz) ay 06 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) günü 1 (bir) günə bərabər tutulmaqla 10 (on) ay 18 (on səkkiz) gün müddətə azadlıqdan məhrum etmə kimi hesablanmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki cinayət işi üzrə ona təyin edilmiş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qızının üzərində hökmlərin məcmusu qaydasında 05 (beş) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 13 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Sabunçu RPİ-nin saxlanc otağında saxlanılan iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 1014,9 qram çəkidə narkotik vasitə marixuana məhv edilsin, “Xiaomi Redmi” markalı mobil telefon onun özünə, razılığı olduğu halda yaxın qohumlarına qaytarılsın, 2 (iki) ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarında salanılsın. İş üzrə məhkəmə-bioloji ekspertizasına sərf edilmiş 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi1 ödənilməsi üçün Bakı şəhəri 32 saylı Vəkil Bürosunun hesabına ödənilməsi üçün 300 (üç yüz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Kamran Muxtarov X5 Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar