Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-565/2023 27.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 10:20 - də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Sadıxov Rasim Əkrəm oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Faiq Nağıyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, ibtidai istintaq orqanının gəldiyi qənaətə əsasən, o, 27 aprel 2022-ci il tarixdə Yasamal rayonu ərazisində yerləşən metronun "Nizami" stansiyasının yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq 01 ədəd bükümdə təmiz çəkisi 3,010 qram qəhvəyi rəngli toz şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroini əldə edib özündə saxlamaqla daşımış, 27 aprel 2022-ci il tarixdə saat 23:25 dəqiqədə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Yasamal RPİ-nın 27-ci PB-nin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün binalar vermədə şübhəli bilinən və narkotik vasitəni qəbul etmək üçün getdiyi tanışı Şahid6 yaşadığı Bakı şəhəri Yasamal rayonu M.Sübhi küçəsi dalan 6 ev 2-də saxlanılaraq Yasamal RPl-nin 27-ci PB-nin inzibati binasına gətirilmiş, PB-nin inzibati binasında üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan gödəkcənin sol üst cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 01 ədəd bükümdə təmiz çəkisi 3,010 qram qəhvəyi rəngli toz şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 27 aprel 2022-ci il tarixdə əvvəllər tanıdığı İsmayılın ona xəbər göndərməsinə görə, onun evində təmir aparılmasına lazım olan yerlərə baxmaq üçün həmin günü yəni 27 aprel 2022-ci il tarixdə saat 20:00 radələrində İsmayılın evinə gəlmiş, İsmayılın evinin qarşısında dayanıb siqaret çəkib qapıdan içəri ayağını atarkən, arxasınca evin qapısına təpik vurulmuşdur. Mülki geyimli bir neçə şəxs onu itələyib onunla birlikdə evə daxil olmuşlar. Həmən şəxslərə Anar adlı polis əməkdaşı rəhbərlik etmiş, digər bir nəfər şəxs isə sonradan özünü Yasamal RPİ-nin 27-ci polis bölməsində olan zaman AR DİN BNMİ-nin əməkdaşı kimi təqdim etmişdir. Mülki geyimli şəxslərdən biri onun arxasına keçərək, əllərini qaldırıb əllərini boynunun arxasına və qabırğalarından vurmağa başlamışlar. Evin içində mülki geyimdə olan bu şəxslər Anar, Elməddin və başqa bir əməliyyatçı üzünə şillə ilə vurmuşlar. Yerə yıxaraq döyməyə başlamışlar. Onların tələbi onun narkotik vasitəni üstündə daşıdığını boynuna almağı olmuş, həmin zaman ev sahibi İsmayıl və İsmayılın tanışı olan tanımadığı iki nəfər şəxslər də olmuşlar. Onu döydükdən sonra Anar adlı əməliyyatçı ona yaxınlaşaraq ondan onu tanıyıb-tanımadığını soruşmuşdur. O, onu tanıdığını dedikdə Anar burda ona aid bir şey olmadığını, hamısının İsmayılın işi olmasını, bölməyə gedəcəyini, uzağı axşama kimi orda qalacağını bildirmişdir. Bundan sonra o, Anara onluq heçnə olmadığını, onun narkotiklə heç bır bağlılığı olmadığını bildirmiş, onu bura İsmayıl çağırdığını, evinin tavanını təmir etmək üçün gəldiyini demişdir. Bunu dedikdə Anargil bir də düşdülər onun üstünə, elə bu vaxt ona evdəkilərdən zəng gəlmişdir. Telefonla danışmağa imkan verməmişlər. Bundan sonra əməliyyatçılar onun üst başını axtarmağa başlamışlar və cibində olan 90 manat pulu və telefonunu çıxartmışlar. Bu zaman yenə də ona evdən zəng gəlmiş, əməliyyatçılar telefonunu söndürüb kənara atmışlar. Bundan sonra Anar ondan götürdükləri 90 manat pulu götürüb mağazaya gedərək kolbasa və digər yeyəcək şeylər almışdır. Bu zaman İsmayıl əməliyytaçılarla birlikdə evinin koridorunda olmuş, o, isə evdə olan digər tanımadığı iki nəfər şəxslə birlikdə otaqda olmuşdur. İsmayılın evinin qabağı balkon kimi olduğu üçün, içəridə bir dənə də böyük otaq olmuşdur. Saat 10-a işləmiş olarkən əməliyyatçı Elməddin 5-6 nəfərlə birlikdə gəlmişdir. Az sonra çəkiliş etməyə başlamış, çəkiliş aparılan zaman 3-4 dəfə çəkiliş saxlanılmışdır. Buna səbəb isə ondan ibarət olmuşdur ki, həmin zaman orada olan bir nəfər polis geyimində olan şəxs hamıya suallar vermiş və sıra ona çatdıqda o, evə təmir üçün gəldiyini dedikdə həmin şəxs çəkilişi saxlamışdır. Evdə olan polis əməliyyatçıları onun üstünə düşərək onu döyməyə başlamışlar. Onu döyən şəxslər hardasa 8-9 olmuşlar. Digər şəxsləri döydükdə onlar narkotiki etiraf edəcəklərini demişlər, o, isə etiraz etdiyindən daha çox döyülmüşdür. Onların hamısını bir otaqda döymüşlər. Bundan sonra daha bir neçə polis əməkdaşı gəlmiş və evdə hardasa 12-13 polis əməkdaşları olmuşlar. Çəkilişdə ona sıra gələndə İsmayılın tavanını təmir etmək üçün gəldiyini dedikdə, hər dəfə bərk formada döyülmüşdür. O, isə heç bir narkotiki üzərində daşımadığını demişdir. Bundan sonra əməliyyatçılar otağın ortasına stol qoymuş və stolun üstünə şpirislər qoyaraq onların guya evdən aşkar edildiyini, maddi sübut olduğunu demişlər. Daha sonra onların hamısını bölməyə gətirmişlər. Bölmədə çəkiliş başlamazdan əvvəl gətirərək, onların cibinə bir dənə paket qoymuşlar. O, buna görə Anarla Elməddindən soruşmuşdur ki, “bu nədir?”. Onlar cavabında ona narahat olmamağını demişlər. Bundan sonra bölmədə ikinci mərtəbəyə aparmış, çəkiliş zamanı İsmayılla onun evində saxlanılmış digər iki şəxs bir tərəfdə, o, isə digər tərəfdə saxlanmışdır. Burada da o, etiraz etmiş və çəkiliş dayanmış, İsmayılın məhkəməsində ondan sonra şahid kimi ifadə verən zaman gördüyü əməliyyatçı onun yanına gələrək, üzərindən narkotik çıxdığını etiraf etməsə, evindən 3 kilo narkotik çıxardacağını bildirmişdir. O, bu qədər qanunsuzluq törədildiyini görüb onun dediklərini etmişdir. Çünki artıq nə qədər haqsızlıq etdiklərinin şahidi olmuş və bu adamların gedib saxtakarlıqla evindən də narkotik çıxartmalarına inanmışdır. Məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilən zaman bunu hakimədə bildirmişdir. Qeyd etdiklərini nəzərə alaraq, barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Yasamal RPİnin 27-cı PB-nin əməliyyat axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 27 aprel 2022-ci il tarixdə xidmət etdiyi Yasamal RPİ-nin 27-ci PB-nə və DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə Bakı şəhəri, Yasamal rayonu ərazisində Şahid6, Şahid5. Şahid4 və Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixatrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmalarında və Şahid6 yaşadığı ünvan 3 ünvanında tiryəkxana saxlanmasında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat barədə dərhal tərəfindən raport əsasında Yasamal RPİ-nin 27-ci PB-nin rəhbərliyinə məruzə edilərək məlumatın yoxlanılması və Şahid6, Şahid5, Şahid4 və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat qrupu yaradılmaqla əməliyyat tədbirinin keçirilməsinə icazə verilməsini xahiş etmişdir. Həmin məlumatla əlaqədar əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı müvafiq qərar qəbul etdikdən sonra həmin məlumatın yoxlanılması və cinayətkarın ifşa olunması İlə bağlı zəruri əməliyyat tədbirlərinin keçirilməsi rəhbərlik tərəfindən müvafiq əmrə əsasən ona həvalə edilərək onun rəhbərliyi altında, ondan, Yasamal RPİ-nin 27-ci PB-nin CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid2 və DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Bununla bağlı o, əməliyyat müvəkkili polis leytenantı Şahid2 və DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 birlikdə 27 aprel 2022-ci il tarixdə saat 22:20 radələrindən, həmin günü saat 23:25 radələrinədək əməliyyat məlumatında bildirilən Şahid6 ünvan 4 ünvanın qarşısında dayandığını müəyyən edərək dərhal yaxınlaşıb sonuncunu saxlamışlar. Bundan sonra həmin şəxsin şəxsiyyəti ilə maraqlandıqda müəyyən olunmuşdur ki, həqiqətən də xx.xx.1965-cü İldə ünvan 5 ünvanında qeydiyyatda olan Şahid6dur. Bundan sonra onlar Şahid6 saxlayarkən özlərini təqdim edərək sonuncunun narkotik vasitələrin və psixatrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və yaşadığı ünvanda tiryəkxana ilə məşğul olması barədə məlumatlarının olduğunu bildirərək sonuncuya razılığı ilə yaşadığı ünvana baxış keçirəcəyini təklif etmişlər. Şahid6 da razılaşaraq onlarla birlikdə yaşadığı ünvan 6 ünvanda üç nəfər şəxslərin olması müəyyən olunmuş və sonuncuların şəxsiyyətləri ilə maraqlandıqda müəyyən olunmuşdur ki, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş Bakı şəhəri Səbaıl rayonu T.Məmmədov küçəsi ev 18 mənzil 16-da qeydiyyatda olan Şahid5, 24.03,1990-cı ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri Səbail rayonu E.Əzizov küçəsi dalan 2 ev 3 mənzil 11-də qeydiyyatda olan Şahid4, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri Xətai rayonu Cavanşir küçəsi ev 10 mənzil 4 A-da qeydiyyatda olan Təqsirləndirilən şəxsdurlar. Evdə sonuncuların qarşısında kapron materialdan olan tünd qəhvəyi rəngli taburetkanın üzərində 5 ədəd iynə (şpris), üç ədəd üzərində toz dənəcikləri görsənən kağız parçaları, bir ədəd kağız parçasında öz dediklərinə görə narkotik maddəni qarışdırıb istifadə etmək üçün limon duzu və iki ədəd içi boş balaca şüşə qabın olduğu müəyyən edilmişdir. Bundan sonra Şahid6 tərəflərindən sual verilərək həmin şəxslərin kim olduğunu soruşduqda, sonuncunun tanışları olduğunu bildirmişdir. Bundan sonra Şahid5, Şahid4 və Təqsirləndirilən şəxs tərəflərindən Şahid6 ünvanında olmaları barədə sual verdikdə həmin şəxslər Şahid6 tanışı olduğunu bildirmişlər və sorğu-sual zamanı narkotik vasitə istifadəçiləri olduqlarını və həmin evdə birlikdə narkotik vasitə qəbul etdiklərini bildirmişlər. Evə vizual baxış keçirilmiş, ev sahibinə evində hər hansı qanunsuz saxladığı əşya olub olmaması soruşulmuş, Şahid6 evində qanunuz saxladığı əşya olmadığını bildirmişdir. Evdə olan taburetkanın 5 ədəd iynə (şpris), üç ədəd üzərində toz dənəcikləri görsənən kağız parçaları, bir ədəd kağız parçasında öz dediklərinə görə narkotik maddəni qarışdırıb istifadə etmək üçün limon duzu və İki ədəd içi boş balaca şüşə qab şəffaf rəngli salafan kuloka qoyulmuş və həmin şpris-iynələr nə üçün istifadə edildiyini müəyyənləşdirmək üçün qablaşdırılaraq və Şahid5, Şahid4, Təqsirləndirilən şəxs və Şahid6 Tofq oğlu ilə birlikdə Yasamal RPİ-nin 27-ci PB-nə getməsini təklif etmişlər. Şahid5, Şahid4, Təqsirləndirilən şəxs və Şahid6 razılaşaraq onlarla birlikdə oradan Yasamal RPİ-nin 27-ci PB-nə gəlmişlər. Bundan sonra, Şahid5, Şahid4, Təqsirləndirilən şəxs və Şahid6 saxlanılaraq Yasamal RPİnin 27-ci PB-nə gətirilmələri barədə dərhal raport əsasında bölmənin rəhbərliyə məruzə edilmiş və rəhbərlik tərəfindən zəruri təhqiqat hərəkətlərinin keçirilməsi Bölmənin təhqiqatçısı polis mayoru Səyyad Gözəlova həvalə olunmuşdur. Bununla bağlı, təhqiqatçı Səyyad Gözəlov öz növbəsində Şahid5, Şahid4, Təqsirləndirilən şəxs və Şahid6 üzərində şəxsi axtarış keçirilməmişdən əvvəl onlara müdafiəçi seçmək hüququ izah edilərək vəkillərin siyahısını təqdim etmişdir. Onların hər birinin hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına müdafiəçilər dəvət edilmişdir. Bundan sonra təhqiqatçı Səyyad Gözəlov tərəfindən Şahid6, Şahid5, Şahid4 və Təqsirləndirilən şəxs 28 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, sonunculara hüquq və vəzifələri izah edilmiş, bundan sonra video yazan texniki vasitə kimi «İphoneX» markalı mobil telefon aparatından istifadə edilərək çəkiliş aparılmaqla Şahid6, Şahid5, Şahid4 və Təqsirləndirilən şəxs üstlərinə şəxsi axtarış keçirməyə başlayarkən onlara təklif olunmuşdur ki, əgər üzərində qanunsuz saxladığı əşyalar və ya bilavasitə narkotik vasitə varsa, könüllü çıxarıb təqdim etsinlər. İlk növbədə Şahid6 həmin təklifi qəbul edərək özü əynində olan göy rəngli cins şalvarın sol yan cibində saxladığı bir ədəd şəffaf rəngli sellofan bükülmüş bükümü könüllü çıxardıb təqdim edərək bildirmişdir ki, bükülünün içərisindəki maddə "kokos” deyilən heroindir, həmin narkotik vasitəni bir gün əvvəl axşam saatlarında "Nizamı” metrostansiyasının yaxınlığında adını bilmədiyi İran vətəndaşından 20 manat pula almış, bir qismindən istifadə etmiş, qalanını isə sonradan istifadə etmək üçün şalvarının cibində saxlamışdır. Bundan başqa Təqsirləndirilən şəxs da həmin təklifi qəbul edərək özü əynində olan qara rəngli gödəkcəsinin sol üst cibində saxladığı bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü könüllü çıxardıb təqdim edərək bildirmişdir ki, bükülünün içərisindəki maddə "kokos” deyilən heroindir, həmin narkotik vasitəni həmin günü "Nizami” metrostansiyasının yaxınlığında üzdən tanıdığı və bir neçə dəfə aldığı şəxsdən 30 manat pula almış, bir qismindən istifadə etmiş, qalanını isə sonradan İstifadə etmək üçün cibində saxlamışdır. Bundan başqa Şahid4 həmin təklifi qəbul edərək özü əynində olan qara rəngli gödəkcəsinin sol iç cibində saxladığı bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü könüllü çıxardıb təqdim edərək bildirmişdir ki, bükülünün İçərisindəki maddə “kokos” deyilən heroindir, həmin narkotik vasitəni bir gün əvvəl “Kubinka” adlanan ərazidə üzdən tanıdığı və bir neçə dəfə aldığı şəxsdən 40 manat pula almış, bir qismindən istifadə etmiş, qalanını isə sonradan istifadə etmək üçün cibində saxlamışdır. Daha sonra Şahid5 da həmin təklifi qəbul edərək özü əynində olan qara rəngli gödəkcəsinin sol iç cibində saxladığı bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü könüllü çıxardıb təqdim edərək bildirmişdir ki, bükülünün içərisindəki maddə "kokos” deyilən heroindir, həmin narkotik vasitəni bir gün əvvəl 20 Yanvar metrostansiyasının yaxınlığında İran İslam Respublikasının vətəndaşının kartına 20 manat pul ödəməklə və ona telefon vasitəsi ilə məlumat verdiyi yerdən götürmüş, bir qismindən istifadə etmiş, qalanını isə sonradan istifadə etmək üçün cibində saxlamışdır. Bundan sonra Şahid6, Şahid5, Şahid4 və Təqsirləndirilən şəxs 27 aprel 2022-ci il tarixdə saat 23:25 radələrində ünvan 7 ünvanında polis əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 27-ci PB-nin İnzibati binasına gətirilmişlər. Həmin bükülülər açıldıqda içərisində narkotik maddə hesab olunan heroinə və evə baxış zamanı götürülmüş limon turşusuna oxşar maddələr aşkar edilmişdir. Bundan sonra təhqiqatçı Səyyad Gözəlov tərəfindən Şahid6, Şahid5, Şahid4 və Təqsirləndirilən şəxs üzərlərində şəxsi axtarış keçirilmiş, lakin onların üzərlərində başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra isə keçirilmiş şəxsi axtarışla həmin maddələrin Şahid6, Şahid5, Şahid4 və Təqsirləndirilən şəxs, eləcədə Şahid6 evinə baxış keçirilən zamanı götürülmüş 5 ədəd İynə (şpris), üç ədəd üzərində toz dənəcikləri görsənən kağız parçaları, bir ədəd kağız parçası, limon duzu və iki ədəd içi boş balaca şüşə qabi aşkar olunub-götürülməsi ilə bağlı təhqiqatçı Səyyad Gözəlov tərəfindən müvafiq protokol tərtib olunmaqla aşkar olunmuş həmin maddə zərfə qoyularaq möhürlənmişdir. O, da, şəxsi axtarışda iştirak edərək, bütün şəxslər kimi həmin protokolu öz imzası ilə təsdiq etmişdir. Həmçinin şəxsi axtarış və götürmə aparılarkən videoyazan texniki vasitə olan «İphoneX» markalı telefon vasitəsilə çəkilmiş görüntü diskə köçürülərək protokola əlavə edilmişdir. Keçirilmiş əməliyyat tədbirlər nəticəsində Şahid6, Şahid5, Şahid4 və Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul və əlbir olmaqlarının, narkotik vasitələri satan şəxsləri və əldə etdikləri narkotik vasitələrinin mənbəyini müəyyən edilməsi istiqamətində əməliyyat tədbiriləri davam etdirilməkdədir. Məhkəmədə şahid qismində dindirilmiş Yasamal RPİ-nin 27-cı PB-nin əməliyyat axtarış üzrə əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, onun qeyd etdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə ifadəsi elan edilmiş şahid AR DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, 27 aprel 2022-ci il tarixdə xidmət etdiyi AR DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə Bakı şəhəri, Yasamal rayonu ərazisində Şahid6, Şahid5, Şahid4 və Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixatrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmalarında və Şahid6 yaşadığı ünvan 3 ünvanında tiryəkxana saxlanmasında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat barədə dərhal tərəfindən raport əsasında rəhbərliyə məruzə edilərək məlumatın yoxlanılması və Şahid6, Şahid5, Şahid4 və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat qrupu yaradılmaqla əməliyyat tədbirinin keçirilməsinə icazə verilməsi xahiş edilmişdir. Həmin məlumatla əlaqədar əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı müvafiq qərar qəbul etdikdən sonra həmin məlumatın yoxlanılması və cinayətkarın ifşa olunması İlə bağlı zəruri əməliyyat tədbirlərinin keçirilməsi rəhbərlik tərəfindən müvafiq əmrə əsasən Yasamal RPİ-nin 27-cı PB-nin əməliyyat axtarış üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 həvalə edilərək onun rəhbərliyi altında, ondan, Yasamal RPİ-nin 27-ci PB-nin CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid2 və polis baş leytenantı Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Bununla bağlı o, əməliyyat müvəkkili polis leytenantı Şahid2 və əməliyyat müvəkkili polis baş leytenantı Şahid1la birlikdə 27 aprel 2022-ci il tarixdə saat 22:20 radələrindən, həmin günü saat 23:25 radələrinədək əməliyyat məlumatında bildirilən Şahid6 ünvan 4 ünvanın qarşısında dayandığını müəyyən edərək dərhal yaxınlaşıb sonuncunu saxlamışlar. Bundan sonra həmin şəxsin şəxsiyyəti ilə maraqlandıqda müəyyən olunmuşdur ki, həqiqətən də xx.xx.1965-cü İldə ünvan 5 ünvanında qeydiyyatda olan Şahid6dur. Bundan sonra onlar Şahid6 saxlayarkən özlərini təqdim edərək sonuncunun narkotik vasitələrin və psixatrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və yaşadığı ünvanda tiryəkxana ilə məşğul olması barədə məlumatlarının olduğunu bildirərək sonuncuya razılığı ilə yaşadığı ünvana baxış keçirəcəyini təklif etmişlər. Şahid6 da razılaşaraq onlarla birlikdə yaşadığı ünvan 6 ünvanda üç nəfər şəxslərin olması müəyyən olunmuş və sonuncuların şəxsiyyətləri ilə maraqlandıqda müəyyən olunmuşdur ki, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş Bakı şəhəri Səbaıl rayonu T.Məmmədov küçəsi ev 18 mənzil 16-da qeydiyyatda olan Şahid5, 24.03,1990-cı ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri Səbail rayonu E.Əzizov küçəsi dalan 2 ev 3 mənzil 11-də qeydiyyatda olan Şahid4, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri Xətai rayonu Cavanşir küçəsi ev 10 mənzil 4 A-da qeydiyyatda olan Təqsirləndirilən şəxsdurlar. Evdə sonuncuların qarşısında kapron materialdan olan tünd qəhvəyi rəngli taburetkanın üzərində 5 ədəd iynə (şpris), üç ədəd üzərində toz dənəcikləri görsənən kağız parçaları, bir ədəd kağız parçasında öz dediklərinə görə narkotik maddəni qarışdırıb istifadə etmək üçün limon duzu və iki ədəd içi boş balaca şüşə qabın olduğu müəyyən edilmişdir. Bundan sonra Şahid6 tərəflərindən sual verilərək həmin şəxslərin kim olduğunu soruşduqda, sonuncunun tanışları olduğunu bildirmişdir. Bundan sonra Şahid5, Şahid4 və Təqsirləndirilən şəxs tərəflərindən Şahid6 ünvanında olmaları barədə sual verdikdə həmin şəxslər Şahid6 tanışı olduğunu bildirmişlər və sorğu-sual zamanı narkotik vasitə istifadəçiləri olduqlarını və həmin evdə birlikdə narkotik vasitə qəbul etdiklərini bildirmişlər. Evə vizual baxış keçirilmiş, ev sahibinə evində hər hansı qanunsuz saxladığı əşya olub olmaması soruşulmuş, Şahid6 evində qanunsuz saxladığı əşya olmadığını bildirmişdir. Evdə olan taburetkanın üzərində 5 ədəd iynə (şpris), üç ədəd üzərində toz dənəcikləri görsənən kağız parçaları, bir ədəd kağız parçasında öz dediklərinə görə narkotik maddəni qarışdırıb istifadə etmək üçün limon duzu və İki ədəd içi boş balaca şüşə qab şəffaf rəngli salafan kuloka qoyulmuş və həmin şpris-iynələr nə üçün istifadə edildiyini müəyyənləşdirmək üçün qablaşdırılaraq və Şahid5, Şahid4, Təqsirləndirilən şəxs və Şahid6 Tofq oğlu ilə birlikdə Yasamal RPİ-nin 27-ci PB-nə getməsini təklif etmişlər, Şahid5, Şahid4, Təqsirləndirilən şəxs və Şahid6 razılaşaraq onlarla birlikdə oradan Yasamal RPİnin 27-ci PB-nə gəlmişlər. Bundan sonra, Şahid5, Şahid4, Təqsirləndirilən şəxs və Şahid6 saxlanılaraq Yasamal RPİ-nin 27-ci PB-nə gətirilmələri barədə dərhal raport əsasında bölmənin rəhbərliyə məruzə edilmiş və rəhbərlik tərəfindən zəruri təhqiqat hərəkətlərinin keçirilməsi Bölmənin təhqiqatçısı polis mayoru Səyyad Gözəlova həvalə olunmuşdur. Bununla bağlı, təhqiqatçı Səyyad Gözəlov öz növbəsində Şahid5, Şahid4, Təqsirləndirilən şəxs və Şahid6 üzərində şəxsi axtarış keçirilməmişdən əvvəl onlara müdafiəçi seçmək hüququ izah edilərək vəkillərin siyahısını təqdim etmişdir. İlk növbədə Şahid6 hüquqlarını müdafiə etməkdən ötrü 22 nömrəli vəkil bürosunun vəkili X6 tərəfindən dövlət büdcəsi hesabına müdafiə olunmasını istədiyindən, təhqiqatçı Səyyad Gözəlov vəkil Yavər Hüseyni, bundan sonra M. Həmidovun hüquqlarını müdafiə etməkdən ötrü 22 nömrəli vəkil bürosunun vəkili X4 tərəfindən dövlət büdcəsi hesabına müdafiə olunmasını istədiyindən, təhqiqatçı Səyyad Gözəlov vəkil Toğrul Şimiyevi, bundan sonra N. Quliyevin hüquqlarını müdafiə etməkdən ötrü 22 nömrəli vəkil bürosunun vəkili X5 tərəfindən dövlət büdcəsi hesabına müdafiə olunmasını istədiyindən, təhqiqatçı Səyyad Gözəlov vəkil İlham Mehtiyevi və bundan başqa Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməkdən ötrü 22 nömrəli vəkil bürosunun vəkili X1 tərəfindən dövlət büdcəsi hesabına müdafiə olunmasını istədiyindən, təhqiqatçı Səyyad Gözəlov vəkil Xəyalə Babayevanı bölməyə dəvət etmişdir. Bundan sonra təhqiqatçı Səyyad Gözəlov tərəfindən Şahid6, Şahid5, Şahid4 və Təqsirləndirilən şəxs 28 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, sonunculara hüquq və vəzifələri izah edilmiş, bundan sonra video yazan texniki vasitə kimi «İphoneX» markalı mobil telefon aparatından istifadə edilərək çəkiliş aparılmaqla Şahid6, Şahid5, Şahid4 və Təqsirləndirilən şəxs üstlərinə şəxsi axtarış keçirməyə başlayarkən onlara təklif olunmuşdur ki, əgər üzərində qanunsuz saxladığı əşyalar və ya bilavasitə narkotik vasitə varsa, könüllü çıxarıb təqdim etsinlər. İlk növbədə Şahid6 həmin təklifi qəbul edərək özü əynində olan göy rəngli cins şalvarın sol yan cibində saxladığı bir ədəd şəffaf rəngli sellofan bükülmüş bükümü könüllü çıxardıb təqdim edərək bildirmişdir ki, bükülünün içərisindəki maddə "kokos” deyilən heroindir, həmin narkotik vasitəni bir gün əvvəl axşam saatlarında "Nizamı” metrostansiyasının yaxınlığında adını bilmədiyi İran vətəndaşından 20 manat pula almış, bir qismindən istifadə etmiş, qalanını isə sonradan istifadə etmək üçün şalvarının cibində saxlamışdır. Bundan başqa Təqsirləndirilən şəxs da həmin təklifi qəbul edərək özü əynində olan qara rəngli gödəkcəsinin sol üst cibində saxladığı bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü könüllü çıxardıb təqdim edərək bildirmişdir ki, bükülünün içərisindəki maddə "kokos” deyilən heroindir, həmin narkotik vasitəni həmin günü "Nizami” metrostansiyasının yaxınlığında üzdən tanıdığı və bir neçə dəfə aldığı şəxsdən 30 manat pula almış, bir qismindən istifadə etmiş, qalanını isə sonradan İstifadə etmək üçün cibində saxlamışdır. Bundan başqa Şahid4 həmin təklifi qəbul edərək özü əynində olan qara rəngli gödəkcəsinin sol iç cibində saxladığı bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü könüllü çıxardıb təqdim edərək bildirmişdir ki, bükülünün İçərisindəki maddə “kokos” deyilən heroindir, həmin narkotik vasitəni bir gün əvvəl “Kubinka” adlanan ərazidə üzdən tanıdığı və bir neçə dəfə aldığı şəxsdən 40 manat pula almış, bir qismindən istifadə etmiş, qalanını isə sonradan istifadə etmək üçün cibində saxlamışdır. Daha sonra Şahid5 da həmin təklifi qəbul edərək özü əynində olan qara rəngli gödəkcəsinin sol iç cibində saxladığı bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü könüllü çıxardıb təqdim edərək bildirmişdir ki, bükülünün içərisindəki maddə "kokos” deyilən heroindir, həmin narkotik vasitəni bir gün əvvəl 20 Yanvar metrostansiyasının yaxınlığında İran İslam Respublikasının vətəndaşının kartına 20 manat pul ödəməklə və ona telefon vasitəsi ilə məlumat verdiyi yerdən götürmüş, bir qismindən istifadə etmiş, qalanını isə sonradan istifadə etmək üçün cibində saxlamışdır. Bundan sonra Şahid6, Şahid5, Şahid4 və Təqsirləndirilən şəxs 27 aprel 2022-ci il tarixdə saat 23:25 radələrində ünvan 7 ünvanında polis əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 27-ci PBnin İnzibati binasına gətirilmişdir. Həmin bükülülər açıldıqda içərisində narkotik maddə hesab olunan heroinə və evə baxış zamanı götürülmüş limon turşusuna oxşar maddələr aşkar edilmişdir. Bundan sonra təhqiqatçı Səyyad Gözəlov tərəfindən Şahid6, Şahid5, Şahid4 və Təqsirləndirilən şəxs üzərlərində şəxsi axtarış keçirilmiş, lakin onların üzərlərində başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra isə keçirilmiş şəxsi axtarışla həmin maddələrin Şahid6, Şahid5, Şahid4 və Təqsirləndirilən şəxs, eləcədə Şahid6 evinə baxış keçirilən zamanı götürülmüş 5 ədəd İynə (şpris), üç ədəd üzərində toz dənəcikləri görsənən kağız parçaları, bir ədəd kağız parçası, limon duzu və iki ədəd içi boş balaca şüşə qabi aşkar olunub-götürülməsi ilə bağlı təhqiqatçı Səyyad Gözəlov tərəfindən müvafiq protokol tərtib olunmaqla aşkar olunmuş həmin maddə zərfə qoyularaq möhürlənmişdir. O, da, şəxsi axtarışda iştirak edərək, bütün şəxslər kimi həmin protokolu öz imzası ilə təsdiq etmişdir. Həmçinin şəxsi axtarış və götürmə aparılarkən videoyazan texniki vasitə olan «İphoneX» markalı telefon vasitəsilə çəkilmiş görüntü diskə köçürülərək protokola əlavə edilmişdir. Keçirilmiş əməliyyat tədbirlər nəticəsində Şahid6, Şahid5, Şahid4 və Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul və əlbir olmaqlarının, narkotik vasitələri satan şəxsləri və əldə etdikləri narkotik vasitələrinin mənbəyini müəyyən edilməsi istiqamətində əməliyyat tədbiriləri davam etdirilməkdədir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, ünvan 9 ünvanında qeydiyyatda olmuş və həmin ünvanda ailəsi ilə birlikdə yaşamışdır. Hazırda barəsində olan cinayət işi ilə əlaqədar AR ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılır. Heç bir psixi və fiziki qüsuru yoxdur. O, təxminən bir ilə yaxındır ki, narkotik vasitələrdən istifadə etmişdir. 27 aprel 2022-cİ il tarixdə saat təxminən 19:00 radələrındə tanışı Namiqlə birlikdə Bakı şəhəri Yasamal rayonu, M.Sübhi küçəsində kirayə ev tutmaq üçün gəzmişlər, Namiqin əvvəllər bir yerdə həbsdə olduğu İsmayıl adlı tanışı həmin ərazidə yaşadığından İsmayılın evində oturaraq çay içmək qərarına gəlmişlər. Sonra Şahin adlı əvvəllər tanımadığı şəxs də oraya İsmayılın evinə gəmişdir. Bir müddət sonra İsmayıl nəyisə almaq üçün çölə çıxmışdır. Bir neçə dəqiqə sonra isə İsmayıl polislərlə birlikdə evə daxil olmuşdur. Polis əməkdaşları onların nə üçün İsmayılın evində olduğlarını soruşmuş, onlar da İsmayılın tanışları olduğunu və sonuncunun yanına gəldiklərini bildirmişlər. Sonra onları Yasamal RPİ-nin 27-ci PB-nə gətirmişlər. Polis əməkdaşlarının təzyiqləri nəticəsində narkotik vasitənin ona məxsus olduğunu deməyə məcbur qalmışdır. O, narkotik vasitə aludəçisi olsa da, saxlanılan zaman nə onun, nə də evdə olan digər şəxslərin üzərindən hər hansı narkotik vasitə aşkar edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, hazırda barəsində olan cinayət işi ilə əlaqədar AR ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılır. 27 aprel 2022-ci il tarixdə saat təxminən 19:00 radələrində tanışı Muradla birlikdə Yasamal rayonu, M.Sübhi küçəsində yaşayan əvvəllər bir yerdə həbsdə olduğu İsmayılın yaşadığı evə getmişlər. Onların həmin evə getməkdə niyyətləri İsmayılla görüşərək çay içmək olmuşdur. Bir müddət sonra Şahin adlı onun əvvəllər tanımadığı şəxs də oraya İsmayılın yanına gəlmişdir. Sonra İsmayıl nəyisə almaq üçün çölə çıxmış, bir müddət sonra isə İsmayıl polislərlə birlikdə evə daxil olmuşdur. Həmin vaxt üzərlərində hər hansı narkotik vasitə olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Bakı şəhəri ünvan 10 ünvanda ailəsi ilə birlikdə yaşamışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, ona AR CM-in 234.4.3 və 238.1-ci maddələri ilə 07 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir, hazırda AR ƏN PX-nin 12 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir. 27 aprel 2022-ci il tarixdə tanışları olan Murad, Namiq onun yaşadığı evə gəlmişlər. O, sonuncularla birlikdə oturub çay içib söhbət etmişlər. Təqsirləndirilən şəxs isə usta kimi evinin tavanını təmir etmək üçün yaşadığı ünvana dəvət etmişdir. 27 aprel 2022-ci ildə saat 23:25 radələrində polis əməkdaşları yaşadığı evdə olan 3 nəfər tanışları ilə birlikdə onları Yasamal RPİ-nin 27-ci PB-nə dəvət etmişlər. O, narkotik vasitə istifadə etsə də, polis əməkdaşları onları saxlayan zaman, onda, eləcə də digər şəxslərdə hər hansı narkotik vasitə olmamışdır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 28 aprel 2022-ci il tarixli, 6/2438 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün № 186» dairəvi möhür əksi və «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...» yazısı, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 3,010 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-cı il tarixli qanunu ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin İ siyahısına daxildir. Qeyd: Heroinin təmiz çəkisi - 3,010 qr. tədqiqata sərf edildi- 0,05 qr., qalıq 2,960 qram. (cild 01, iş vərəqə 145-146) İş materiallarında olan məhkəmə-narkoloji ekspertizanın 17 iyun 2022-ci İl tarixli, 3303 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxsn narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 03, iş vərəqə 69-70) İş materiallarında olan məhkəmə-psixiatrik ekspertizanın 17 iyun 2022-ci il tarixli, 1575 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmamış və törətdiyi əməl barəsində anlaqli hesab edilmişdir. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. (cild 03, iş vərəqə 82-83) İş materiallarında olan şahid Yasamal RPİ-nin 27- ci PB-nin əməliyyat axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş 25 noyabr 2022-ci il tarixli üzləşdirmə istintaq hərəkəti protokolundan görünür ki, üzləşdirmə zamanı Şahid2 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. (cild 04, iş vərəqə 57-62) İş materiallarında olan şahid Yasamal RPİ-nin 27-ci PB-nin əməliyyat axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti protokolundan görünür ki, üzləşdirmə zamanı Şahid1 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. (cild 04, iş vərəqə 63- 69) İş materiallarında olan «Şəxsi axtarış və götürmə aparılması haqqında» 28 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə hərəkəti keçirilərkən Təqsirləndirilən şəxs bildirmişdir ki, o da narkotik vasitələrdən istifadə edir və hal hazırda da üzərində narkotik vasitə vardır və Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sol üst cibində saxladığı bir ədəd şəffaf rəngli salafana bükülmüş öz dediyinə görə narkotik vasitəni çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülüyə baxış keçirilərkən müəyyən olunmuşdur ki, təqdim edilmiş bükülünün içərisində qəhvəyi rəngli toz şəkilli maddə vardır. İştirak edənlər və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükülünün içərisindəki maddənin nədən ibarət olduğu barədə sual verilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükülünün içərisindəki maddə “kokos" deyilən heroindir. (cild 01, iş vərəqə, 96-98) İş materiallarında olan 28 aprel 2022-ci il tarixli «DVD markalı disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə» protokoldan görünür ki, həmin DVD diskdə əks edilmiş görüntülər 28 aprel 2022-ci il tarixdə saat 02:15-də çəkilir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcəsinin sol üst cibində saxladığı bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü könüllü olaraq təqdim etməsi video görüntü zamanı qeydə alınır. (cild 01, iş vərəqə 203-205) İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 5(004)-428/2022 nömrəli qərarından görünür ki, Yasamal RPİ-nin 27-ci PB-nin əməliyyat müvəkkili tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qanuni hesab edilmişdir. (cild 01, iş vərəqə 175) Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-303/2023 nömrəli hökmünə əsasən, Şahid5 əməli AR CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunaraq, ona 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-370/2023 nömrəli hökmünə əsasən, Şahid4 əməli AR CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmaqla, o, AR CM-in 177.2.2, 177.2.3, 177.2.3-1 və 234.1-ci maddələri ilə təqsirli bilinməklə cəzalandırılmışdır. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, eləcə də iş materiallarını tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərkən Təqsirləndirilən şəxs narkotik vasitə heroini satış məqsədi ilə əldə edib saxlaması barədə sübut etmə predmetinin müəyyən edilməsi üçün, heç bir mötəbər sübutlar müəyyən etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin onun tərəfindən məhz satış məqsədi ilə əldə edilməsini təsdiq edən sübutlar nə ibtidai istintaqda, nə də məhkəmə baxışı zamanı müəyyən olunmamışdır. Təqsirləndirilən şəxsə satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroini əldə etməsi, saxlama və daşıması barədə verilən ittihama baxmayaraq bunu təsdiq edə bilən, elan edilmiş ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün zəruri olan sübutlar təqdim olunmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əynində olan gödəkcənin sol üst cibindən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxladığı 01 ədəd bükümdə təmiz çəkisi 3,010 qram qəhvəyi rəngli toz şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. (cild 01, iş vərəqə 5-6) İş materiallarında olan xx.xx.2022-ci il tarixli izahatdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni istifadə etmək üçün aldığını bildirmişdir. (cild 01, iş vərəqə 105-106) İş materiallarında olan 28 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-in 234.1-ci maddəsi ilə şübhəli olduğu üçün tutulması qərar alınmışdır. (cild 01, iş vərəqə 72) İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. (cild 01, iş vərəqə 248) Həmçinin, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində dindirmə protokolunda, eləcə də xx.xx.2022-ci il tarixdə əlavə dindirilməsi zamanı narkotik vasitəni "Nizami metrostansiyasının yaxınlığında üzdən tanıdığı və bir neçə dəfə aldığı şəxsdən 30 manat pula almış, bir qismindən istifadə etmiş, qalanını isə sonradan İstifadə etmək üçün cibində saxlamışdır. (cild 01, iş vərəqə 258-260; cild 03, iş vərəqə 147-149) Eyni zamanda iş üzrə şahidlər polis əməkdaşları Şahid1 və Şahid2 da istər ibtidai istintaq zamanı, istərsə də, məhkəmə baxışında ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs saxlayarkən, o, narkotik vasitəni həmin günü "Nizami” metrostansiyasının yaxınlığında üzdən tanıdığı şəxsdən 30 manat pula almasını, bir qismindən istifadə etdiyini, qalanını isə sonradan istifadə etmək üçün cibində saxladığını qeyd etmişdir. Bütün qeyd edilənlərə baxmayaraq, ibtidai istintaq orqanının 05 iyul 2022-ci il tarixli qərarı ilə kifayət qədər əsaslar olmadan, heç bir mötəbər sübut əldə edilmədən, hər hansı əsaslanma aparılmadan Təqsirləndirilən şəxs AR CM-nin 234.4.3-cü maddəsi ilə ittiham elan etmişdir. Qeyd edilən qərarın təsviri hissəsində nəinki şəxsin əməlinin hansı mötəbər sübutlara əsaslanaraq AR CM-in 234.4.3-cü maddəsinə tövsif edilməsi qeyd edilməmiş, hətta Təqsirləndirilən şəxs gah narkotik vasitəni satış məqsədi ilə, gah da satış məqsədi olmadan əldə etməsinə dair biri-biri ilə ziddiyyətli, anlaşılmaz ifadələr işlətmişdir. (cild 03, iş vərəqə 137-138) Nəzərə alınmalıdır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Nəzərə alınmalıdır ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinin anlayışı «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.5-ci maddəsində dəqiq müəyyən edilmişdir. Belə ki, həmin maddəyə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Göründüyü kimi, bu Qanunun mənasına görə qanunsuz dövriyyə geniş anlayışdır və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarda əldə edilməsi əməlini də özündə ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Plenum qərarının 11-ci bəndinin üçüncü hissəsində göstərilir ki, «təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.» Yuxarıda qeyd olunan Plenum qərarının 4-cü bəndinin ikinci abzasında qeyd edilir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs aşkar edilən narkotik vasitənin mənbəyinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə olunmaması, eləcə də narkotik vasitənin bükümlərə ayrılmaması, yalnız bir bükümdə olması Təqsirləndirilən şəxs satış məqsədi olmadan narkotik vasitəni küllü miqdarda əldə etməsinə dəlalət edən faktlardır. Lakin, ibtidai istintaq orqanı narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsini, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsini, eləcə də digər sübutların əldə edilməsinin vacibliyini nəzərə almamışdır. Məhkəmə baxışı zamanı da araşdırılmış sübutlarda və işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsini təsdiq edən sübut aşkar olunmamışdır. Beləliklə ibtidai istintaq orqanı ehtimallara və fərziyyələrə əsaslanaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürmüşdür. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İİ-ci bəndinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində (təqsirsizlik prezumpsiyası) qeyd edilir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Cinayət Məcəlləsinin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. AR CPM-in 21-ci maddəsində insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmadan qorunmasına yönəlmiş mühüm bir prinsip-təqsirsizlik prezumpsiyası təsbit edilmişdir. Təqsirsizlik prezumpsiyası beynəlxalq insan hüquqları konsepsiyasının tərkib hissəsindən biri kimi insan hüquqlarına dair başlıca sənədlərdə-insan hüquqları haqqında Ümumi Bəyamnamənin 11-ci maddəsində, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsində, mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapmışdır. Azərbaycan Respublikasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. Adı çəkilən konstitusiya normasında təqsirsizlik prezumpsiyası təkcə təqsirləndirilən şəxsə deyil, hər bir şəxsə mənsub olan hüquq kimi təsbit edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Əsaslı şübhələr dedikdə, şəxsin təqsirinin təsdiq edilməsində mühüm rol oynaya biləcək sübutların məzmunu, mənbəyi, işə aid olması ilə bağlı olan şübhələr, habelə müxtəlif sübutlar arasında olan elə ziddiyyət və anlaşılmazlıqlar başa düşülməlidir ki, onları heç bir prosessual vasitə ilə aradan qaldırmaq mümkün olmasın. Başqa sözlə, təqsirsizlik prezumpsiyası tələb edir ki, şübhəli və ya təqsirləndirilən şəxsin təqsiri heç bir şübhə doğurmayan sübutlarla təsdiq olunsun. Şərh olunan maddənin məzmununa əsasən sübutlarla bağlı elə şübhələrdən söhbət gedir ki, iş üzrə toplanmış materiallarda onların mövcud olması şəxsin təqsiri barədə məsələni birmənalı şəkildə həll etməyə imkan vermir. Belə şübhələr cinayət işinin faktiki tərəfi ilə, yəni cinayət işi üzrə sübut edilməli olan ayrıayrı hallarla bağlı ola bilər. Cəza təyin etmənin ayrı-ayrı məsələləri, habelə cinayət və ya cinayət prosessual qanunun tətbiqi ilə bağlı yaranan şübhələr qanunvericiliyin təfsiri vasitəsilə həll edilir. Lakin belə şübhələr (cinayət və ya cinayət prosessual qanunvericiliyin tətbiqi ilə bağlı olan və aradan qaldırılmamış şübhələr) də təqsirləndirilən və ya şübhəli şəxsin xeyrinə həll olunur. Bu tipli şübhələr qanunvericilikdəki boşluqlarla, ayrı-ayrı normalar və müxtəlif normativ hüquqi aktlar arasındakı kolliziya ilə bağlı ola bilər. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-nin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “24” dekabr 2021-ci il tarixli 15 saylı qərarının 22-ci bəndinin 1, 2 və 3-cü abzaslarında qeyd edilmişdir ki, Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi-hakimin həm vəzifə, həm də mənəvi borcudur. Eyni zamanda, məhkəmə tərkibi, Təqsirləndirilən şəxs məhkəmədə özünü ümumiyyətlə təqsirli bilməyərək, üzərində hər hansı narkotik vasitənin aşkarlanmaması barədə ifadəsinə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, onun bu ifadəsi ekspertiza rəyləri, 28 aprel 2022-ci il tarixli «DVD markalı disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə» protokol, «Şəxsi axtarış və götürmə aparılması haqqında» 28 aprel 2022-ci il tarixli protokol, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 5(004)-428/2022 nömrəli qərarı, Bakı şəhər Yasamal rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarı, özünün ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixli izahatı, eləcə də, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli ifadələri, eləcə də iş materiallarında olan digər sübutlarla tam təkzib edilir. İş materiallarında olan Bakı şəhər Yasamal rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qarşı polis əməkdaşlarının qanunsuz hərəkətlər etməsi barədə aparılmış yoxlamanın nəticələrinə görə toplanmış material üzrə cinayət hadisəsi müəyyən olunmadığından, AR CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin, məhkəmə tərkibi, iş üzrə şahidlər Şahid6, Şahid4, Şahid5 onların, eləcə də, Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitənin aşkarlanmaması barədə ifadələrinə tənqidi yanaşaraq, özlərini, həmçinin, Təqsirləndirilən şəxs məsuliyyətdən yayındırmaq məqsədi daşıyan ifadələr kimi hüquqi qiymət verir. Beləliklə, məhkəmə tərkibi müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 27 aprel 2022ci il tarixdə satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, 01 ədəd bükümdə təmiz çəkisi 3,010 qram qəhvəyi rəngli toz şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib özündə saxlamaqla daşımışdır. AR Cinayət-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında cinayət-prosessual hərəkətlərin aparılması, cinayət-prosessual qərarların qəbul və icra edilməsi həmin anda qüvvədə olan Azərbaycan Respublikası cinayətprosessual qanunvericiliyinin müddəalarına uyğun həyata keçirilir. Həmin Məcəllənin 4.2-ci maddəsinə əsasən, cinayət prosesi iştirakçılarının hüquqlarını məhdudlaşdıran Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müddəalarının geriyə qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında 26 aprel 2022-ci il tarixli AR Qanunu ilə AR CM-nə 234.1-1-ci maddə (234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə) əlavə edilmiş, həmin Qanun 18 may 2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Təqsirləndirilən şəxs satış məqsədi olmadan külli miqdarda narkotik vasitə olan heroini əldə edib özündə saxlamaqla daşıma əməlini 27 aprel 2022-ci il tarixdə törətmişdir. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddə əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 02, vərəqə 216) İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 olmaqla iki azyaşlı uşağı vardır. (cild 04, iş vərəqə 52-53) Məhkəmə AR CM-in 59-cu maddəsini rəhbər tutaraq Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, ilk dəfə olaraq cinayət əməli törətməsini, ailənin yeganə qazanc gətirəni olmasını, onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli, 2668 nömrəli Sərəncamında qeyd edilir ki, İbtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Qeyd edilən Sərəncamın 8-ci bəndində ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi qərara alınmışdır. Həmin Sərəncamın 13-cü bəndində cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması məhkəmələrə tövsiyyə olunmuşdur. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o, cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də islah edilməsi mümkün olduğundan, ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(004)- 354/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 28 aprel 2022-ci il tarixdən hesablanmışdır. (cild 01, iş vərəqə 77; cild 02, iş vərəqə 88-89) İş materiallarında olan Bakı Apellyasiya məhkəməsinin 26 avqust 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməklə Yasamal rayon məhkəməsinin 19 avqust 2022-ci il tarixli 4(004)-686/2022 saylı qərarı ləğv edilərək Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbsdən azad edilmişdir. (cild 04, iş vərəqə 2-7) İş materiallarında olan 26 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (cild 04, iş vərəqə 8-9) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Odur ki, AR CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 03 ay 28 gün həbs müddəti, azadlığın məhdudlaşdırılmasının iki günü həbsdə saxlanılma müddətinin bir gününə bərabər hesablanmaqla, 07 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində hökmün icrası onun qeydiyyatda olduğu yer üzrə AR Ədliyyə Nazirliyi Bakı şəhəri Probasiya İdarəsinə tapşırılmalıdır. AR CM-in 52-1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, qeydiyyatda olmaqla yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunmalı və “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlaması üzrə 17 iyun 2022-ci İl tarixli, 3303 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmamalı, lakin, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə AR CPM-in 132-ci maddəsinə əsasən maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş təmiz çəkisi 3,010 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,960 qram təşkil edən kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 114 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. AR CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 03 ay 28 gün, azadlığın məhdudlaşdırılmasının iki günü həbsdə saxlanılma müddətinin bir gününə bərabər hesablanmaqla, 07 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş cəzadan çıxılsın və üzərində 02 il 04 ay 04 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunsun və “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. AR CM-in 52-1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, qeydiyyatda olmaqla yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,960 qram təşkil edən kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 114 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev Hakimlər: Rasim Sadıxov İradə Həsənzadə
Məhkəmə qərarları › İş №1(101)-565/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-565/2023
27.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver