Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-565/2025 14.03.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X9 və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçiləri Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 2003-cü ildə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, heç bir yerdə işləməmiş, məhkumluğu olmayan Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanda yaşamış, 25 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-159/2024 saylı, 27 may 2024-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi ilə, qanunsuz olaraq, külli miqdarda, 8,312 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımış, 25 may 2024-cü il tarixdə saat 16:45 radələrində Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu Q.Qarayev prospekti 81 ünvanında yerləşən Bakı şəhər Nizami Rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinə gətirilmiş, şöbədə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 8,312 qram olan ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, anası Aynur Abdullayeva onkoloji xəstəlikdən əziyyət çəkdiyi üçün ondan ailə qurmasını istəmiş, o da “Vüsal” adlı şəxslə nişanlanmışdır. Bir gün nişanlısı Vüsalın avtomobilində olarkən oradan narkotik vasitələr tapmış, lakin bunların narkotik olduğunu bilməmişdir. Vüsal ona həmin maddələrin gücləndirici preparatlar olduğunu, bunlardan istifadə etsə özünü yaxşı hiss edəcəyini demiş, o da həmin maddələrdən istifadə etməyə başlamışdır. Bir müddət sonra sonuncu ilə aralarında rəsmi nikah bağlanmış və o, bundan sonra öyrənmişdir ki, Vüsal narkotik vasitələr istifadə etdiyinə görə işdən çıxarılıb. Artıq başa düşmüşdür ki, maşında olanlar məhz elə narkotik vasitələr olmuşdur. O, Vüsalla rəsmi nikaha daxil olsa da, toy olmamış, bundan sonra nikahları etibarsız sayılmışdır. Sonuncudan ayrılsa da, onun narkotik vasitələrdən asılılığı davam etmişdir. Vüsalın “İlkin” və “Nurlan” adlı dostları elə Vüsal vasitəsilə tanımış, onlardan narkotik vasitələr alaraq daha 4 ay istifadə etmişdir. Bir müddət sonra anası narkotikdən istifadə etdiyini öyrənmiş və buna görə də aralarında mübahisə yaranmışdır. O, ağlayaraq sonuncu ilə birlikdə yaşadıqları evi tərk etmiş, bu zaman İlkin və Nurlan ona zəng etmişlər. Sonuncular onun ağladını eşitmiş, yerini soruşaraq yanına gəlmiş və onu otelə aparmışlar. Otel otağında olarkən İlkin stolun üstünə narkotik vasitə qoymuş, o da bundan istifadə etmişdir. Orada başqa həblər də olmuş və o, həmin həbləri qəbul etmiş və bundan sonra özünü qəribə hiss etməyə başlamışdır. Daha sonra İlkin dostuna zəng edəcəyini deyərək ondan telefonunu istəmiş, o da sonuncuya telefonunu vermişdir. Bir azdan mobil telefonuna videozəng gəlmiş İlkinin iranlı bir şəxs ilə danışdığını başa düşmüşdür. İlkin iranlı ilə mübahisə etmiş, daha sonra telefonunun kamerasını ona tərəf çevirmişdir. İlkin onu iranlı şəxsə Nurlanın həyat yoldaşı kimi tanıtmışdır, iranlı bu vaxt İlkinə video atmalı və həmin videoda dövlət nümayəndələrinə qarşı nalayiq ifadələr işlətməli olduqlarını bildirmişdir. Bu vaxt İlkin onlara videonu onların çəkəcəyini, narkotiki isə özünün götürəcəyini, satacağını və onlar istəyəndə pulsuz verəcəyini demişdir. Nurlan razılaşsa da, o, etiraz etmiş, İlkin isə ona əgər videonu çəkib atmasa onun şəkillərini paylaşıb altında pis ifadələr yazacağı ilə hədələmişdir. O, bir daha etiraz etmiş, bundan sonra İlkin sosial şəbəkədə onun şəkilini paylaşıb altında nömrəsini yazmışdır. Az keçməmiş ona zənglər gəlməyə başlamışdır. Bu zaman İlkinin üzərində bıçaq olmuş, o artıq qorxu içərisində olduğundan həmin videonu çəkməyə razılaşmışdır. Onlar videonu çəkmiş, bundan sonra İlkin həmin videonu iranlıya göndərmiş, narkotik vasitəni götürmək üçün oteldən çıxıb getmişdir. Daha sonra onlar başqa bir otelə getmiş və o, oteldə olan qeydiyyat şöbəsinə məcburi qaydada saxlanıldığını bildirmişdir. Otel qeydiyyatçısı bu barədə polisə məlumat vermiş və polis əməkdaşları gələrək onları 22-ci PB-nə aparmışlar. Orada canını qurtarmaq üçün heç kimdən şikayətçi olmadığını demişdir. Bu hadisədən sonra narkotik vasitələrdən aslılığına görə reabilitasiya mərkəzinə yerləşmişdir. Bütün bunlara baxmayaraq İlkin həmin videoya görə onu şantaj etməkdə davam etmiş və ondan pul almışdır. Bundan sonra İlkin həmin videonu anasına göndərərək sonuncudan 10.000 manat pul tələb etmişdir. Anasına vəziyyəti izah etmiş və sonuncudan polisə şikayət etməsini xahiş etmişdir. O, həmin videonu da könüllü şəkildə polis əməkdaşlarına təqdim etmişdir. Bir dəfə İlkin ona yazaraq bildirmişdir ki, Türkiyəyə qaçıb, əgər o, şikayətini geri götürməsə videosunu sosial şəbəkələrdə paylaşacaq. Bundan sonra isə Nurlan onu yolda izləyib əlindən telefonunu alıb qaçmışdır. O, ikinci dəfə reabilitasiya mərkəzinə yerləşmiş, bu zaman isə İlkin artıq videoları paylaşmışdı. Bir dəfə reabilitasiya mərkəzində olan zaman pəncərədən aşağı baxmış və polis əməkdaşı kimi tanıdığı Şahid1 həmçinin onun yanında 3 nəfər digər şəxsin mərkəzin rəhbəri ilə danışdığını görmüşdür. Daha sonra mərkəzin rəhbəri yanına gələrək ona evə buraxıldığını demişdir. Evə qayıdarkən izlənildiyini görmüş və bu barədə anasına məlumat vermişdir. Anası onu izləyən maşına yaxınlaşmış və səbəbini soruşmuşdur. Bu zaman polis əməkdaşları anasını vurub qaçmışlar. Bundan sonra Nurlan da tutulmuş və İlkin isə videonu silmişdir. 25 may 2024-cü il tarixdə, saat 16:00-da salona getmək üçün evdən çıxmış, bir qadın və kişi ona yaxınlaşıb özlərini DİN-nin əməkdaşları kimi təqdim etmişlər. Həmin şəxslərdən başqa da 2 nəfər şəxs də orada olmuşdur. Ona yaxınlaşan DİN-nin əməkdaşları olduqlarını və birlikdə polis idarəsinə gedəcəklərini bildirmişlər. Zəng edib anasına məlumat vermək istəsə də, sonuncular buna imkan verməmişdir. Polis əməkdaşları onun telefonunu əlində almış, onu maşına mindirib 24-cü PB-nə aparmışlar. “Etibar” və “Fuad” adlı polis əməkdaşları 24-cü PB-nə sonradan gəlmişlər. O, 40-50 dəqiqə çöldə gözləmiş, bundan sonra Yelmar, Fuad və Etibar onun yanına gələrək üzr videosu çəkməli olduğunu bildirmişlər, o da verilmiş göstərişə əsasən həmin videonu çəkmişdir. Daha sonra təhqiqatçı stolun üzərinə bir ədəd büküm qoyaraq bunun “qulaq burması” olduğunu demişdir. O, buna etiraz etmiş, bu səbəbdən də polis əməkdaşları onu başqa otağa aparıb döymüşlər. Məruz qaldığı fiziki təsirlərin nəticəsində polis əməkdaşları tərəfindən ona videoçəkilişdən əvvəlcə təqdim olunmuş psixotrop maddənin özünə məxsus olması barədə etirafedici ifadə verməyə məcbur olmuşdur. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, 2023-cü ilin oktyabr ayından 2024-cü ilin mart ayında kimi narkotik vasitədən, İlkinin verdiyi həblər, xüsusilə də metamfetamindən istifadə etmişdir. Vüsaldan sonra narkotik vasitələri Nurlan və İlkindən götürmüşdür. Sonuncular ona narkotik vasitələri əvəzsiz olaraq, bəzən də yarım qramını 30 manata vermişdir. Yarım qram narkotik isə ona 2-3 gün kifayət etmişdir. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, buna vasitəçilik etməmiş və pay verməmişdir. İlkin və Nurlan narkotik vasitələri “Rza” adlı iranlı şəxsdən almışdır. “Whatsapp” proqramında “Kosmos” adlı kontaktla yazışmaları narkotik vasitələrin satışı ilə deyil, narkotik vasitələri şəxsi istifadəsi məqsədilə əldə etmək istəməsilə bağlıdır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçilərini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində bildirmişdir ki, əlaqəsində olan qərəzsiz mənbələrdən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ev 95, mənzil 96-da yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik və psixotrop maddələrin satışı ilə məşğul olduğu barədə ona daxil olan məlumat əsasında Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi, onun cinayət başında yaxlanması üçün 25 may 2024-cü il tarixdə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı onun tərəfindən qərar qəbul edilmişdir. Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 da keçiriləcək əməliyyat-axtarış tədbirləri ilə əlaqədar əməliyyat qrupuna daxil edilmişdir. Keçirilən əməliyyat tədbirləri ilə Təqsirləndirilən şəxs ətrafında bir qədər müşahidələr aparmış və onu cinayət başında yaxlamaq üçün onun yaşadığı ünvanın yaxınlığında gözləməyə başlamışlar. 25 may 2024-cü il tarixdə saat 16:45 radələrində o, ünvan 6 ünvanının yaxınlığında piyada hərəkətdə olan zaman ona yaxınlaşmış və özlərini təqdim edərək ona narkotik Vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində, o cümlədən satışında şübhəli cilduğunu bildirmişlər. Bu zaman Təqsirləndirilən şəxs geriyə doğru hərəkət edib sanki qaçmağa hazırlaşmış, o, Təqsirləndirilən şəxs qolundan tutaraq ona qaçmağa cəhd etməməsini bildirmişdir. Təqsirləndirilən şəxs yenidən qaçmaq cəhdi ehtimalı və saxladıqları yerdə onun üzərinə şəxsi axtarış keçirmələrinə mane olan digər hallar, yəni ətrafda çoxlu tanımadıqları şəxslərin olması, buranın Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığı olması əməliyyat tədbirini təhlükə altına ata biləcəyindən Təqsirləndirilən şəxs onlarla birlikdə Nizami RPİ-nin 24-cü Polis şöbəsinə getməli olduğunu demişlər və bu barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəhbərliyinə məlumat verib onu 24-cü polis şöbəsinə aparmış və burada onu Baş Narkotiklərlə Mübarizə Baş İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı Yelmar Vahabova təhvil vermişlər. Bir qədər sonra X8 tərəfindən onun Şahid2, Cavidan Abbasovanın, Təqsirləndirilən şəxs vəkili Nofəl Əhmədovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış prosesi Şahid2 tərəfindən videoqeydə alınmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz maddə olubolmaması ilə bağlı sual verildikdə o, üzərində qanunsuz maddə olduğunu etiraf etmiş və əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü masanın üzərinə qoymaqla təqdim etmiş və bükümdə “patı”, yəni psixotrop maddə metamfetamin olduğunu demişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və onun sol yan cibindən bir ədəd “İphone” markalı mobil telefon aşkar edilmişdir. Qeyd edilənlərdən başqa Təqsirləndirilən şəxs üzərindən başqa əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümə baxış keçirilmiş və bükümün içərisində ağ rəngli, kristalşəkilli, metamfetaminə bənzər maddə olduğunu görmüşdür. Təqsirləndirilən şəxs həmin bükümün özünə məxsus olduğunu onu bir gün əvvəl Nizami rayon ərazisində yerdən tapdığını və istifadə etmək üçün saxladığını və üzərində gəzdirdiyini demişdir. Həmin büküm təhqiqatçı tərəfindən zərfə qoyularaq möhürlənmişdir. Sonda şəxsi axtarış ilə bağlı ərotokol tərtib edilmiş, ucadan oxunmuş, doğru olduğu üçün iştirakçılar, o cümlədən onun tərəfindən imzalanmışdır. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, təqsirləndirilən şəxs saxlanılan zaman onlara müqavimət göstərməmiş, sonuncu özü üzərində narkotik vasitə olduğunu və istifadəçisi olduğunu etiraf etmişdir. Təqsirləndirilən şəxsi saxladıqları yerə sonuncu tutulmazdan yarım saat əvvəl gəlmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermiş, ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, əməliyyat məlumatı təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması barədə olmuşdur. Sonuncu saxlanılan zaman onlara müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxsə qarşı fiziki və psixi təzyiqlər olmamışdır. Əməliyyat tədbiri zamanı ***-***-**-** saylı mobil nömrədən istifadə etmiş və bu nömrə üzərində olmuşdur. Onlar təqsirləndirilən şəxs güdməyiblər. Türkanı polis bölməsinə gətirərkən o da sonuncunun yanında olmuşdur. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs anasıdır, onkoloji xəstəlikdən əziyyət çəkir. Bir dəfə qızı Türkan ona universitetdə Vüsal adlı bir oğlan ilə tanış olduğunu demiş, o da həmin oğlan barəsində kənd sovetinə zəng edib maraqlanmışdır. Kənd sovetindən ona həmin oğlanın Lerik rayonunda polis əməkdaşı kimi işləməsi barədə məlumat vermişlər. Bundan sonra oğlanın valideynləri evinə elçi gəlmiş, bundan sonra qızının nişanı baş tutmuşdur. Qızı Türkan nişanlı olduğu vaxt Vüsal tərəfindən döyülmüşdür. Bir dəfə qızı ona nişanlısının ona falqada nə isə verdiyini bildirmiş, Türkanın sözlərinə görə nişanlısı bunu sonuncuya arıqlamaq məqsədi ilə vermişdir. Həmçinin nişanlısı Türkana mandarinin içərisində narkotik vasitə də vermişdir. O, bunları öyrəndikdən sonra qızının nişanlısı narkotik vasitə istifadəçisi olduğunu bilmişdir. Bundan sonra o, nişanı geri qaytarmış, buna görə də Vüsal onu hədələməyə başlamışdır. Həmçinin sonuncu iki nəfər adam tutaraq Türkanı güdmələrini tapşırmışdır. “İlkin” və “Nurlan” adlı həmin şəxslər qızını oğurlayıb “Leon” otelə apararaq orada sonuncunu dövlət nümayəndəsini söyməyə məcbur etmişlər. Həmin video ona göndərilmiş və videonun müqabilində ondan pul tələb olunmuşdur. Bundan başqa İlkin və Nurlan ona bıçaq da çəkmişlər. O, bu barədə müvafiq polis orqanlarına şikayət etmişdir. Onun müraciətinə baxan təhqiqatçı bıçağı hadisə yerindən götürmüş və cinayət işinin rədd edilməsi barədə qərar qəbul etmişdir. Həmçinin Türkanın telefonu da oğurlanmış, Vüqar Ağayev qızının telefonunu 510 manata geri qaytarmışdır. Əalvə olaraq bildirir ki, qızı Türkan reabilitasiya mrəkəzində müalicə alıb. “Narkobiznesin” əməkdaşları qızını götürmək üçün oraya gəlib rəhbərliklə danışsalar da, reabilitasiya mərkəzi rəhbəri buna icazə verməmişdir. Cinayət işinin materiallarında olan “Üzləşdirmə haqqında” protokoldan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında keçirilən üzləşdirmə istintaq hərəkəti zamanı, Şahid1 ifadəsində bildirdiklərini, Təqsirləndirilən şəxs üzünə deyərək onun cinayət əməlini bir daha ifşa etmişdir. Cinayət işinin materiallarında olan “Üzləşdirmə haqqında” protokoldan görünür ki, Şahid2 ilə Təqsirləndirilən şəxs arasında keçirilən üzləşdirmə istintaq hərəkəti zamanı, Şahid2 ifadəsində bildirdiklərini Təqsirləndirilən şəxs üzünə deyərək onun cinayət əməlini bir daha ifşa etmişdir. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən, həmçinin 25 may 2024-cü il tarixli «Şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan müəyyən edilmişdir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqatçısı Yelmar Vahabov, həmin idarənin əməkdaşları Şahid1, çəkilişi aparan Şahid2, vəkil Nofəl Əhmədov və vətəndaş Cavidan Abbasovanın iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmişdir. X8 şəxsi axtaraşa başlamazdan əvvəl iştirakçıları təqdim edir və şübhəli şəxs Təqsirləndirilən şəxs anket məlumatlarını dəqiqləşdirir. Təhqiqatçı tərəfindən şübhəli şəxsə şübhənin mahiyyəti bir daha izah edilir, nədə şübhəli olduğu bildirilir. Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya, maddə olub- olmaması ilə bağlı verlən suala Təqsirləndirilən şəxs üzərində psixotrop maddə “patı” olduğunu bildirir və əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim edir. Həmin bükümə təhqiqatçı tərəfindən keçirilən baxış zamanı içərisində ağ rəngli, kristallardan ibarət maddə olduğu görünür. Həmin büküm zərfə qoymaqla möhürlənir, zərfin üzəri iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanır. Bundan başqa Təqsirləndirilən şəxs üzəri əllə yoxlanılarkən onun əynində olan şalvarın sol yan cibindən bir ədəd “İphone” markalı mobil telefon aşkar edilir. Təqsirləndirilən şəxs həmin telefonun üzərində ***-***-**-** mobil nömrəsinin olduğunu bildirir. Həmin telefon iş üzrə sübut əhəmiyyətli ola biləcəyindən götürülür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirir ki, üzərindən aşkar edilmiş 01 ədəd psixotrop maddəni dünən (xx.xx.2024) Nizami rayon ərazisində yerdən tapmış, istifadə etmək üçün üzərində daşıyırmış, başqa yerdə saxlamır, ona qarşı zor tətbiq edən olmamışdır, tutularkən üzərində qızıl-zinət əşyası olmamışdır. Müdafiəçi Nofəl Əhmədov tərəfindən verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş maddə özünə məxsusdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa əşya, maddə, predmet aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 26 may 2024cü il tarixli 3-16-146/2-6/2967 nömrəli rəyindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası DİN-in zərflər üçün №7...” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə, şübhəli şəxs: Təqsirləndirilən şəxs-imza, Təhqiqatçı:Y.Vahabov-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə təqdim edilmişdir. Zərfin tamlığı pozulmamışdır. Zərfi açdıqda içində 01 ədəd polietilen paketdə təmiz çəkisi 8,312 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 22 iyul 2024cü il tarixli 4979 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranana asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 01 ədəd “İphone 14” markalı mobil telefona keçirilən baxış zamanı telefonda “Kosmos” kimi qeyd edilən 055- ***-**-** nömrəli «Whatsapp» istifadəçisi ilə aşağıdakı məzmunda söhbət aşkar edildi: “-Təqsirləndirilən şəxs: 1 das neçeyedi en ucuzu? -Kosmos: 45 edinlər. -Təqsirləndirilən şəxs: Yuh, niyə? -Kosmos: Samirə xanım elə deyir. -Təqsirləndirilən şəxs: Ala mezlensen, Mehdi var 25 verir -Kosmos: Dəlisən sənə yalan deyəcəm? Neynirseney daş? -Təqsirləndirilən şəxs:Emil istr dedm üstünə qoyardıq pul -Kosmos: Ne deyim ürəyim, senol bilmirem men -Türkan Qüdretli: 5 dene ot neçeyedi? -Kosmos: Xeberim yoxdu axı otdan, Kimese atdıra bilirsen pul” İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özü tərəfindən inkar edilsə də şahidlərin ifadələri, ekspertiza rəyləri, SMS mətnləri və işin digər materialları ilə tam sübuta yetirilir. Cinayət işinin materiallarında olan “DVD” diskə məhkəmə iclasında keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefonun ekran görüntülərində sonuncunun “Kosmos” kimi qeyd edilən “Whatsapp” istifadəçisinə göndərdiyi “Emil istr dedm üstünə qoyardıq pul” məzmunda, “Kosmos” adlı istifadəçinin “Xeberim yoxdu axı otdan, Kimese atdıra bilirsen pul” məzmunda mesajlar Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslılığını bir daha təsdiq edir. Məhkəmə hesab edir ki, polis bölməsində olarkən polis əməkdaşları tərəfindən ona fiziki təzyiq göstərməsi, bunun nəticəsi olaraq sonuncuların təqdim etdiyi psixotrop maddənin özünə məxsus olması barədə etirafedici izahat verməsi barədə Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X4 ifadəsi də Təqsirləndirilən şəxs xeyrinə, sonuncunun müdafiəsi məqsədi ilə verilmişdir. Bu baxımdan da əlavə şahid X4 ifadəsi mötəbər hesab edilə bilməz. Bundan başqa cinayət işinin materiallarından görünür ki, cinayət işinin ibtidai istintaqı zamanı Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin prokuroru vəzifəsini icra edən İİ dərəcəli hüquqşünas X7 tərəfindən qəbul edilmiş 20 iyun 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarından məhkəmə nəzarəti qaydasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinə edilmiş şikayət üzrə sözügedən məhkəmənin 31 yanvar 2025-ci il tarixli, 6(009)-16/2025 saylı qərarı ilə 20 iyun 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarı ləğv edilmiş olsa da, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncə, qeyri-insani və qəddar davranışa məruz qalmasını təsdiq edən hər hansı yekun qərar cinayət işinin materiallarına müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 26-cı bəndinə əsasən, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu qismən etirafedici ifadəsini mötəbər sübut qismində qəbul edir və sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsindən də görünür ki, təqribən 6-7 aydır ki, patı deyə tanıdığı psixotrop maddə metamfetamindən istifadə edir. Psixotrop maddəni müxtəlif şəxslərdən, o cümlədən də tanışı Nurlan Misirovdan alır. Bunun müqabilində Nurlan Misirova pul ödəyirmiş. 24 may 2024-cü il tarixdə evin yaxınlığında olarkən yol kənarında gözünə bir bağlama dəymiş, o, yaxınlaşıb baxarkən həmin bağlamada patı olduğunu görmüş ətrafa baxıb heç kimin olmadığını gördükdən sonra onu cibinə qoyub evə qayıtmışdır. O, psixotrop maddə asılılığından əziyyət çəkdiyindən müxtəlif reabilitasiya mərkəzlərində müalicə almışdır. Sonuncu müalicə isə təqribən may ayının ortalarında bitmiş və evə buraxılmışdır. Bu səbəbdən psixotrop maddələrə qarşı mənəvi dirənci bir qədər artmışdır. Bu səbəbdən də həmin bükümü məhv etmək fikrinə düşmüşdür, lakin bir tərəfdən də sanki şeytan onun qanına girib bunu istifadə etməyini deyirmiş. O, bir qədər qərarsız qalmış və sonda psixotrop maddəni tullamaq qərarına gəlmişdir. Bu səbəbdən də növbəti gün, yəni 25 may 2024-cü il tarixdə evi tərk edərək həmin bükümü də əynində olan şalvarın cibinə ğoyub evdən çıxmışdır. Təqribən saat 16:45 radələrində Nizami rayonu, İ.Məmmədov küçəsi 2/4 ünvanının yaxınlığında olarkən 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmişlər və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib ona 24-cü polis şöbəsinə getməli olduğunu demişlər. O, ilk öncə getməkdə tərəddüd etmiş və qaçmaq barədə fikirləşmiş, lakin bunun mümkün olmayacağını anladıqda onlarla birlikdə 24-cü Polis şöbəsinə getmişdir. Burada ona hüquq və vəzifələri, nə səbəbdən tutulmağı, nədə şübhəli olduğu izah edilmişdir. Bir qədər sonra onun öz xahişi ilə ona dövlət hesabına vəkil təyin edilmişdir. Bundan sonra təhqiqatçı polis əməkdaşlarının və bir qadının iştirakı ilə üzərinə baxış keçirməyə başlamışdır. Bu zaman polislərdən biri kamera vasitəsi ilə çəkiliş etmişdir. Baxış zamanı üzərində olan əşyaları və maddələri verməyi tələb edilmişdir. O, əynində olan qara rəngli şalvarın sağ yan cibində saxladığı bir büküm patını çıxarıb masanın üzərinə qoymuş və içərisində patı olduğunu bildirmişdir. Baxışda iştirak edən qadın əynində olan şlavarın ciblərinə və üzərinə baxış keçirmişdir. Bu zaman cibində olan ona məxsus “İphone” markalı mobil telefonu çıxararaq masanın üzərinə qoymuşdur. Bunlardan başqa üzərindən heçnə aşkar edilməmişdir. Təhqiqatçı təqdim etdiyi bükümə baxış keçirmiş və həmin bükümü kağız zərfdə qabalaşdıraraq götürmüşdür. Zərfin üzərini o və digər iştirakçılar, o cümlədən vəkil imzalamışdır. Eyni zamanda ona məxsus telefonun da götürülüdüyü bildirilmişdir. Bundan sonra baxışla bağlı protokol tərtib edilmiş və ona və digər iştirakçılara ucadan oxunmuşdur. O da doğru olduğu üçün imzası ilə təsdiq etmişdir. Dindirmə zamanı üzərindən aşkar edilmiş bir büküm psixotrop maddə metamfetamini haradan nə məqsədlə əldə etməsi ilə bağlı ona verilən suala cavab olaraq onu heç kimdən almadığını, yerdən tapdığını, o, həmin bükümü istifadə etmək məqsədinin də olmadığını, onu tullamaq üçün evdən çıxdığını, lakin polis əməkdaşlarının onu tutduğunu bildirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - şahidlərin ifadələri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı, yəni satış məqsədi ilə külli miqdarda psixotrop maddə olan metamfetaminin əldə etməsinə dair ibtidai istintaqın ilkin mərhələsində dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Həmçinin aparılmış araşdırma zamanı polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs münasibətdə bu və ya digər qanunzidd əməl törətmələri müəyyən olunmadı. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz halda 2 qramdan artıq çəkidə psixotrop maddə metamfetamin və təmiz halda 2 qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlu və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59cü və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 25 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 25 may 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 25 may 2024cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məһkəmə һesab edir ki, iş üzrə müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. İş üzrə maddi sübut olub Nizami Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 8,212 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilməlidir. Bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş 02 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında hüquqlarını müdafiə etmiş «Yusif Allahverdiyev və Partnyorları» Vəkil Bürosunun vəkili X5 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (o) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait «Yusif Allahverdiyev və Partnyorları» Vəkil Bürosunun vəkili X5 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına «Yusif Allahverdiyev və Partnyorları» Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 25 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış Nizami Rayon Polis İdarəsinin saxlanc otağına təhvil verilmiş qalıq çəkisi 8,212 qram olan psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş 02 (iki) ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclasında göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait «Yusif Allahverdiyev və Partnyorları» Vəkil Bürosunun vəkili X5 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına «Yusif Allahverdiyev və Partnyorları» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Kamran Muxtarov
Məhkəmə qərarları › İş №1(101)-565/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-565/2025
14.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver