Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-566/2022 09.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Paşayev Azər İslah oğlunun sədrliyi ilə, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X8, müdafiəçilər, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 33 saylı Vəkil bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, Bakı şəhəri “Mərkəz” Vəkil bürosunun vəkili Müdafiəçi4, “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi5, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi3 və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxxxx 1989-cu ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsinə iki azyaşlı uşaqları olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Qobu qəsəbəsi, Məmmədyarov küçəsi, ev 33-də qeydiyyatda olmaqla yaşayan və barəsində "ev dustaqlığı" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 -ci maddəsi, xx xxxx 1987-ci ildə Füzuli rayonu, Zərgar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində üç azyaşlı uşaqları olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Zərgar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan və barəsində "ev dustaqlığı" qətimkan tədbiri seçilmiş (Qaradağ rayon polis idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.3 və 126.2.4-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə 20.04.2022-ci ildə barəsində «həbs» qətimkan tədbiri seçilərək hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan) X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 -ci maddəsi, xx xxxxx 1998-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orla təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Qobu qəsəbəsi, Məmmədyarov küçəsi, ev 23 qeydiyyatda olmaqla yaşayan və barəsində "ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri; xx xxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi DYMX-nin Qaradağ rayon DYMH-nin 12 nömrəli yanğınsöndürmə növbəsinin yanğınsöndürəni vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, Umbakı qəsəbəsi, Gənclər küçəsi, ev 6 qeydiyyatda olmaqla yaşayan və barəsində "ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 tanışı X12 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 2021-ci ilin yanvar ayının əvvəllərindən 2021-ci ilin may ayının sonuna qədər olan müddətdə işlədiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Salyan şossesi, 14-cü km-də yerləşən "xxxx" MMC-nin yerləşdiyi anbardan qonşu "xxxx" MMC-nin yerləşdiyi anbarın dəmir arakəsməsini açmaqla anbara daxil olaraq oradan 01 ədədinin qiyməti 500 manat olmaqla ümumi dəyəri 7500 manat olan 15 ədəd EU- AC09AB410GW 5A BORA markalı, 01 ədədinin qiyməti 560 manat olmaqla 16240 manat dəyərində 29 ədəd FU-AC12AB410GW 5A BORA markalı, 01 ədədinin qiyməti 900 manat olmaqla 3600 manat dəyərində 04 ədəd ədəd FU- AC 18 AB410GW 5A BORA markalı, 01 ədədinin qiyməti 920 manat olmaqla 5520 manat dəyərində 06 ədəd EU-AC24AA410AWR1 11İMAYAEA markalı kondisionerlər, 01 ədədinin qiyməti 280 manat olmaqla 2800 manat dəyərində 10 ədəd BG-EED 32 AST- DK5S markalı, 01 ədədinin qiyməti 580 manat olmaqla 1160 manat dəyərində 02 ədəd BG-LED 50 AST-DK5S markalı, 01 ədədinin qiyməti 800 manat olmaqla 1600 manat dəyərində 02 ədəd EU-EED 55 AST-DN4S markalı, 01 ədədinin qiyməti 750 manat olmaqla 1500 manat dəyərində 02 ədəd BG-EED 55 AST-DK5S markalı televizorlar, habelə 2021 -ci ilin iyun ayının əvvəlində və 26 iyun 2021-ci il tarixdə tanışları Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək "xxxx" MMC-nin yerləşdiyi anbara qanunsuz daxil olub oradan 01 ədədinin qiyməti 500 manat olmaqla 2500 manat dəyərində 05 ədəd ElJ- AC09AB410GW 5A BORA markalı, 01 ədədinin qiyməti 560 manat olmaqla 8960 manat dəyərində 16 ədəd EU-AC12AB410GW 5A BORA markalı, 01 ədədinin qiyməti 900 manat olmaqla 23400 dəyərində 26 ədəd EİJ-AC18AB41OGW 5A BORA markalı kondisionerləri gizli yolla talamaqla vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs ümumilikdə 74.780 manat dəyərində maddi ziyan vurmaqla kiilli miqdarda oğurluq etmişdir. X12 2020-ci ilin sentyabr ayından 2021-ci ilin may ayının sonuna qədər olan müddət ərzində işlədiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Salyan şossesi, 14-cü kmdə yerləşən Zərərçəkmiş şəxs məxsus "xxxx" MMC-nin icarə əsasında işlətdiyi anbara qanunsuz daxil olaraq oradan özü tək 01 ədədinin qiyməti 500 manat olmaqla 4500 manat dəyərində 09 ədəd EU-AC09AB410GW 5A BORA markalı, 01 ədədinin qiyməti 560 manat olmaqla 11200 manat dəyərində 20 ədəd EU- AC12AB410GW 5A BORA markalı, 01 ədədinin qiyməti 900 manat olmaqla 4500 manat dəyərində 05 ədəd ədəd EU-ACİ8AB410GW 5A BORA markalı, 01 ədədinin qiyməti 920 manat olmaqla 18400 manat dəyərində 20 ədəd EU- AC24AA410AWR1 UİMAYAİ.A markalı kondisionerlər, 01 ədədinin qiyməti 280 manat olmaqla 8960 manat dəyərində 32 ədəd BG-LED 32 AST-DK5S markalı, 01 ədədinin qiyməti 580 manat olmaqla 13920 manat dəyərində 24 ədəd BG-kED 50 AST-DK5S markalı, 01 ədədinin qiyməti 750 manat olmaqla 12000 manat dəyərində 16 ədəd BG-İ.ED 55 AST-DK5S markalı, 01 ədədinin qiyməti 1060 manat olmaqla 5300 manat dəyərində 5 ədəd EU-LED 65 AST- DK5BS markalı televizorları, 01 ədədinin qiyməti 760 manat olmaqla 11400 manat dəyərində 15 ədəd EU-WM 1440 T-8 BWD5 markalı paltaryuyan maşınları, habelə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 2021-ci ilin yanvar ayının əvvəllərindən 2021-ci ilin may ayının sonlarına qədər olan müddətdə birlikdə “Food-Packing" MMC-nin yerləşdiyi anbar ilə "xxxx" MMC-yə məxsus anbar arasında olan dəmir arakəsməni açaraq "xxxx" MMC-in anbarına qanunsuz daxil olub oradan 01 ədədinin qiyməti 500 manat olmaqla 7500 manat dəyərində 15 ədəd EU-AC09AB410GW 5A BORA markalı. 01 ədədinin qiyməti 560 manat olmaqla 16240 manat dəyərində 29 ədəd EİJ-AC i 2AB41 OGW 5A BORA markalı, 01 ədədinin qiyməti 900 manat olmaqla 3600 manat dəyərində 04 ədəd ədəd klJ-ACl 8AB4 10GW 5A BORA markalı, 01 ədədinin qiyməti 920 manat olmaqla 5520 manat dəyərində 06 ədəd EU-AC24AA410AWR1 HİMAYALA markalı kondisionerlər, 01 ədədinin qiyməti 280 manat olmaqla 2800 manat dəyərində 10 ədəd BGkED 32 AST-DK5S markalı, 01 ədədinin qiyməti 580 manat olmaqla 1160 manat dəyərində 02 ədəd BG-kED 50 AST- DK5S markalı, 01 ədədinin qiyməti 800 manat olmaqla 1600 manat dəyərində 02 ədəd EU-LED 55 AST-DN4S markalı, 01 ədədinin qiyməti 750 manat olmaqla 1500 manat dəyərində 02 ədəd BG-LED 55 AST-DK5S markalı televizorları gizli olaraq talayıb vahid niyyətlə əhatə olunmuş qəsdlə zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 130100,0 manat dəyərində maddi ziyan vurmaqla külli miqdarda oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 2021-ci ilin iyun ayının əvvəlində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Salyan şosesi, 14-cü km-də yerləşən "Food-Packing” MMC-nin yerləşdiyi anbardan qonşu "xxxx" MMC-nin yerləşdiyi anbarın dəmir arakəsməsini açmaqla anbara daxil olaraq 01 ədədinin qiyməti 500 manat olmaqla 2500 manat dəyərində 05 ədəd EU-AC09AB410G W 5A BORA markalı, 01 ədədinin qiyməti 560 manat olmaqla 3920 manat dəyərində 07 ədəd EU- AC12AB410GW 5A BORA markalı, 01 ədədinin qiyməti 900 manat olmaqla 4500 dəyərində 05 ədəd ədəd EU- AC18AB410GW 5A BORA markalı kondisionerləri gizli yolla talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 10920,0 manat dəyərində maddi ziyan vurmaqla xeyli miqdarda oğurluq etmişdir. Bundan başqa o, tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 2021-ci ilin iyun ayının əvvəlində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Salyan şossesi, 14- cü km-də yerləşən “Food-Packing" MMC-nin yerləşdiyi anbardan qonşu “Fiber-K" MMC-nin yerləşdiyi anbarın dəmir arakəsməsini açmaqla anbara daxil olaraq 01 ədədinin qiyməti 560 manat olmaqla 5040 manat dəyərində 09 ədəd EU-AC 12AB410GW 5A BORA markalı və 01 ədədinin qiyməti 900 manat olmaqla 18900 manat dəyərində 21 ədəd ədəd EU-AC 18AB410GW 5A BORA markalı kondisionerləri gizli yolla talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 23940,0 manat dəyərində maddi ziyan vurmaqla xeyli miqdarda təkrarən oğurluq etmişdir. Təqsirləndirilən şəxs4 tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 2021-ci ilin iyun ayının əvvəlində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Salyan şossesi, 14-cü km-də yerləşən "xxxx" MMC-nin yerləşdiyi anbardan qonşu "xxxx" M M C-in yerləşdiyi anbarın dəmir arakəsməsini açmaqla anbara daxil olaraq 01 ədədinin qiyməti 500 manat olmaqla 2500 manat dəyərində 05 ədəd EU-AC09AB410GW 5A BORA markalı. 01 ədədinin qiyməti 560 manat olmaqla 3920 manat dəyərində 07 ədəd LU- AC12AB410GW 5A BORA markalı 01 ədədinin qiyməti 900 manat olmaqla 4500 dəyərində 05 ədəd ədəd EU-AC18AB410GW 5A BORA markalı kondisionerləri gizli yolla talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 10920,0 manat dəyərində maddi ziyan vurmaqla xeyli miqdarda oğurluq etmişdir. Bundan başqa o, tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 2021-ci ilin iyun ayının əvvəlində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Salyan şossesi, 14-cü km-də yerləşən "xxxx" MMC-nin yerləşdiyi anbardan qonşu "xxxx" MMC-nin yerləşdiyi anbarın dəmir arakəsməsini açmaqla anbara daxil olaraq 01 ədədinin qiyməti 560 manat olmaqla 5040 manat dəyərində 09 ədəd FU-AC12AB410GW 5A BORA markalı və 01 ədədinin qiyməti 900 manat olmaqla 18900 manat dəyərində 21 ədəd ədəd EU-AC18AB410GW 5A BORA markalı kondisionerləri gizli yolla talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 23940,0 manat dəyərində maddi ziyan vurmaqla xeyli miqdarda təkrarən oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, "xxxx" MMCyə məxsus anbarda anbardar vəzifəsində çalışmışdır. Onun işlədiyi anbarla bitişik müxtəlif şəxslərin işlətdiyi anbarlar olmuşdur. Onların anbarının sol tərəfindəki anbar "Eurolux" elektrik məişət avadanlıqları firmasına məxsus olmuşdur. Həmin işə gedib gələrkən digər anbarda olan işçiləri görmüş, aralarında münasibət yaranmışdır. O evə gedərkən Tariyel ona Lökbatan qəsəbəsində yaxınlaşıb demişdir ki, "mənim işlədiyim anbarda kənara 20 ədəd televizor yığmışam, bizim anbara sən işlədiyin anbardan yol var, mən həmin lelevizorları oradan çıxaracam, sən kənarda duracaqsan, onun əvəzində də mən sənə 500 manat pul verəcəm". O da Tariyel ilə razılaşmışdır. 2021-ci ilin yanvar ayının ortalarında saat 18 radələrində Tariyel Fərahim adlı şəxs ilə onun işlədiyi anbara gəlmişdir. Tariyel onun işlədiyi anbarın arakəsmə daş hasarının üstündəki dəmir aralığı əli ilə itələyərək açıb öz işlədiyi anbara keçmişdir. Oradan divarın bir kənarına yığdığı televizorları onun anbarına keçirmişdir. Televizorlar onun işlədiyi anbara yığıldıqdan sonra Fərahim adlı şəxs Ford markalı yük avtomobili çağırmış, daha sonra televizorları həmin avtomobilə yükləyib getmişlər. Sabahı günü axşamüstü Tariyel ilə Lökbatan qəsəbəsində yerləşən bazarın qarşısında görüşüb ona 450 manat pul vermişdir. Onlar 500 manata danışmışlar, lakin 450 manat vermişdir. Bundan sonra yanvar ayının sonlarında Tariyel ona öz istifadəsində olan 070 ***-**-** saylı nömrədən onun istifadəsində olan 051 ***-**-** saylı mobil nömrəsinə zəng edib demişdir ki, "17 ədəd kondisioner var, kompüterdə, sistemdən silmişəm, onları təcili çıxartmalıyam, mənə şərait yarat". O Tariyelə qorxduğunu, imtina elədiyini demişdir. Tariyel ona balalarının canına and verib demişdir ki, “narahat olma sistemdən silmişəm, heç bir problem olmayacaq, nə problem olsa mən cavab verəcəm". O da Tariyelə inanıb Tariyel ilə razılaşmışdır. Tariyel yenə də onun işlədiyi anbara Fərahimlə birlikdə gəlmiş, onun işlədiyi anbardan açdığı arakəsmədən keçib 17 ədəd kiçik ölçülü kondisionerləri çıxarıb onun işlədiyi anbara yığmışdır. Daha sonra Fərahim Ford markalı yük avtomobili çağırıb həmin kondisionerləri avtomobilə yükləyib aparmışdır. Onun yanında heç vaxt Fərahim ilə Tariyel qiymət danışmamışlar, nə də Fərahim Tariyelə pul verməmişdir. Yenə sabahı günü Tariyel ilə Lökbatan qəsəbəsində görüşmüş, Tariyel ona 400 manat pul vermişdir. Təxminən fevral ayının 10-da Tariyel ona demiş ki, "10 ədəd kondisioner yığmışam, onu çıxarmaq lazımdır”. O Tariyel ilə razılaşmış, Tariyel yenə də onun işlədiyi anbara gəlmişdir. Bu dələ Tariyel ona demişdir ki, "kənarda dayanma, gəl mənə kömək elə, söz verirəm bu dəfə sənə 500 manat verəcəm". O da Tariyelə inanmışdır. Tariyel öz işlədiyi anbara düşüb orada arakəsmədən 10 ədəd kiçik ölçülü kondisionerləri ona vermiş, o da işlədiyi anbarda yan anbar ilə bitişik hündürdə yerləşən piştaxtanın üstündə dayanıb Tariyeldən kondisionerləri qəbul eləyib yerə düşürtmüşdür. Həmin vaxt Fərahim onların anbarında yerləşən ofisdə oturub gözləmişdir. Kondisionerlər bir kənara yığıldıqdan sonra Fərahim yük avtomobili çağırmış, onlar malları avtomobilə yüklədikdən sonra Tariyel Fərahimlə birlikdə çağırdığı yük avtomobili ilə getmişlər. Tariyel ilə Fərahim gedəndən sonra o özü tək avtobusla evə getmişdir. Bu qaydada Tariyel ilə yenə fevral ayının sonlarında 10 ədəd kondisioner çıxarmışdır. Yenə eyni qayda ilə Fərahim yük avtomobili çağırıb malları yiiklətdirib aparmışdır. Bu dəfə Tariyel ona 400 manat pul vermişdir. 2021-ci ilin mart ayı ərzində Tariyel anbardan heç nə çıxarmamışdır. Aprel ayının əvvəlində yenə həmin qayda ilə Tariyel öz işlədiyi anbara daxil olub 17 ədəd kondisioner çıxarmış, o da Tariyelə kömək etmiş, Fərahimlə təhvil-təslim edib getmişlər. May ayı ərzində Tariyel heç nə çıxarmamış, o Tariyeldən mal çıxaracaqlarını soruşanda, hər dəfə ona müxtəlif bahənələr gətirmiş, ona görə də heç nə götürə bilməmişlər. İyun avının əvvəlində o özü öz təşəbbüsü ilə Euroluxa məxsus anbara daxil olmuş, oradan 12 ədəd kondisioner çıxarmışdır. Bu dəfə Tariyelin xəbəri olmamış, ona kondisionerləri çıxarmağa kömək üçün dayısı oğlu Təqsirləndirilən şəxs3 çağırmışdır. Cavid də gəlib ona kömək etmişdir. Həmin vaxt Fərahim ilə birlikdə Maarif' adı şəxs gəlmişdir. Maarif də kondisionerləri çıxarıb yerə düşfırtməkdə onlara kömək etmişdir. Həmin vaxt Fərahim yenə də kənarda dayanıb gözləmişdir. Bu dəfə Fərahimlə təhvil- təslim o özü eləmişdir. 12 ədəd kondisionerə görə Fərahim ona 1500 manat pul vermiş, həmin 1500 manatdan 300 manatını Cavidə vermişdir. Onlara kömək etdiyinə görə Maarifə pul verməmişdir. Sonuncu dəfə iyun ayının 26da onlar anbara daxil olmuşlar. Həmin vaxt orada o, Cavid, Maarif və Fərahim olmuşdur. O Maarif ilə birlikdə digər anbara daxil olmuş, oradan 30 ədəd kondisioner çıxarıb digər tərəfdə gözləyən Cavidə vermişlər. Qəfildən qapılar açılmış, içəriyə polis əməkdaşları daxil olmuşlar. Polis əməkdaşları onu Eurolux-a məxsus anbarda saxlamışlar. Maarif isə qaçıb onun işlədiyi anbara getmişdir. Maarif, Cavid və Fərahimi polis əməkdaşları onun işlədiyi anbarda saxlamışlar. Bundan başqa ifadəsində bildirmişdir ki, Tariyel Vəliyevlə həmin anbardan 5-6 dəfə oğurluq etmişdir. O, törətdiyi əməldən peşmandır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş X12 ona qarşı elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs Kamil Mahmudovu tanıyır, onunla 10 il “Euro Lux”-da işləmişlər. O, orada fəhlə kimi işləmisdir və oranın açarı daima onda olmuşdur. Orada məişət avadanlıqları satılmışdır. Onun vəzifəsi malları anbardan boşaltmaq və ya anbara boşaltmaq olmuşdur. Orada ondan başqa əlavə üç fəhlə də olmuşdur. 26 iyul 2021-ci il tarixdə Fərahim, İlkin, Maarif və Cavid anbarın içərisində oğurluq edərkən tutulan zaman o, Fizuli rayonunda olmuşdur. O, Təqsirləndirilən şəxs1 iki dəfə oğurluq etməyinin şahidi olmuşdur. Həmin vaxt İlkin oradan üç ədəd kondinsioner və iki ədəd televizor oğurlamışdır, lakin bununla bağlı o, hüquq mühafizə orqanlarına məlumat verməmişdir. Onlar maşını yükləyəndən sonra İlkin və iki nəfər digər şəxs maşının sahibsiz qalmasından istifadə edərək oğurluq etmişlər. Onun həmin şəxslərlə əlbirliyi olmamışdır. İlkingildən qiyməti ucuz olduğu üçün kondinsioner və televizor almış və onları Sədərək ticarət mərkəzində satmışdır. Həmin malların oğulruq olduğunu sonradan bilmişdir. Fərahim və İlkindən 15.000 manatlıq avadanlıq aldığı üçün özünü təqsirli bilir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona qarşı elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 bibisi oğludur. İlkinin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Salyan şossesi, 14-cü km-də yerləşən "xxxx" MMC-yə məxsus anbarda anbardar vəzifəsində çalışdığını bilmişdir. Bir neçə dəfə İlkinin işlədiyi anbara mal gələndə fəhlə kimi gedib işləmiş, işlədiyinin əvəzində pulunu almışdır. 2020-ci ildə 2-ci Qarabağ döyüşlərində iştirak edib qayıdandan sonra işsiz qalmışdır. 2021-ci ilin iyun ayının əvvəllərində evdə olduğu zaman İlkin ona zəng edib harada olduğunu soruşmuşdur. O da İlkinə evdə boş-bekar olduğunu demişdir. İlkin ona öz işlədiyi anbara gəlməyini demişdir. O da evdən çıxıb İlkinin işlədiyi anbara getmişdir. Daha sonra həmin anbara adını sonradan bildiyi, əvvəllər tanımadığı Fərahim və Maarif adlı şəxslər gəlmişdir. İlkin ona demişdir ki, "yan anbardan biraz kondisioner çıxarmaq lazımdır, mənə kömək elə, satacam". O da bibisioğlu olduğu üçün İlkinlə razılaşmış, İlkinin işlədiyi anbarın girişdən sol tərəfdə hündür yer var, ora qalxıb İlkini gözləmişdir. İlkin Maarif adlı şəxs ilə qonşu anbar ilə arada olan dəmir arakəsməni açıb, yan anbara daxil olmuşlar. İlkin ilə Maarif ona kondisionerləri vermişlər, o da həmin kondisionerləri İlkinin işlədiyi anbara yığmışdır. Daha sonra İlkin ilə Maarif ona kömək etmiş, həmin kondisionerləri onlar yerə yığmışlar. Həmin vaxt Fərahim adlı şəxs İlkinin işlədiyi digər anbarda dayanıb gözləmiş, onlara heç bir köməklik etməmişdir. Onlar həmin kondisionerləri yerə yığandan sonra Fərahim Ford markalı yük avtomobili çağırmış, kondisionerləri yük avtomobilinə yükləmişlər. İlkinlə Fərahim öz aralarında razılaşmışlar, onun pul məsələsindən xəbəri olmamışdır. İlkin ona 300 manat pul vermişdir. Fərəhimlə Maarif yük avtomobilinə əyləşib getmişlər. İlkin də anbarı bağlayıb onunla birlikdə evə getmişlər. Bundan sonra 26 iyun 2021-ci il tarixdə yenə evdə bekar oturmuşdur. İlkin ona zəng edib anbara çağırmışdır. O da İlkinin işlədiyi anbara getmişdir. Yenə eyni qaydada İlkin arakəsməni açmışdır. İlkin ilə Maarif digər anbara daxil olmuşlar. O İlkinin işlədiyi anbarda dayanıb gözləmişdir. Fərahim aşağıda ofisdə oturub onlara heç bir köməklik etməmişdir. Kondisionerləri anbarda olan hündür yerə yığdıqları zaman anbarın qapısı açılmış, içəri polis əməkdaşları daxil olmuş, onları tutub polis bölməsinə aparmışlar. O, İlkinə bu vaxta qədər cəmi 2 dəfə kömək etmişdir. Birinci dəfə 2021-ci ilin iyun ayının əvvəlində təxminən 12 ədəd kondisioner çıxarmış, sonucu dəfə isə iyun ayının 26-da 30 ədəd kondisioner çıxartmışlar. O 'Tariyel adlı şəxsi tanımır. İlkinin əvvəllər kiminlə oğurluq etməsindən xəbəri olmamışdır, o görməmişdir. Fərəhimin onlara oğurluq etməkdə heç bir köməkliyi dəyməmişdir. Çünki onlar İlkinin işlədiyi anbara daxil olanda Fərahim İlkinin işlədiyi anbarda yerləşən ofisdə oturmuşdur. O, İlkin və Fərəhimin yanında gələn Maariflə birlikdə oğurluq etmişlər. Əməlindən peşmandır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 ona qarşı elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Fövqəlada Hallar Nazirliyi DYMX-nin Qaradağ rayon DYMH-in 12 nömrəli yanğınsöndürmə növbəsinin yanğınsöndürəni vəzifəsində işləyir. Yanğınsöndürən vəzifəsində 3 gün işdə olmuş, 6 gün evdə istirahət günü olmuşdur. Həmin istirahət günlərində Fərahim adlı şəxs ilə 206 nömrəli marşrutda konduktor işləmişdir. Təxminən 3 ay əvvəl Fərahim ona demişdir ki, "mənim bİraz kondisionerim var, yük avtomobilinə yükləmək lazımdı, əvəzində 100 manat pul verəcəm". O da Fərahimlə razılaşmışdır. 2021-ci ilin iyun ayının əvvəlində Fərahimlə birlikdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 14-cü km-də yerləşən anbarların birinə getmişlər. Anbarda əvvəllər tanımadığı İlkin adlı şəxs ilə tanış olmuşdur. Fərahim ona demişdir ki, "İlkin bizə kondisionerlər verəcək, mən yük avtomobili çağıracam, onu həmin avtomobilə yükləməyə kömək edərsən". İlkinin yanına bir nəfər olmuşdur, adının Cavid olduğunu bilmişdir. Cavid İlkinin qohumu olmuşdur. İlkin olduqları anbarın arakəsməsindən digər anbara keçmişdir. Fərahim onların olduqları anbarda, yəni İlkinin işlədiyi anbarda yerləşən ofisdə oturmuşdur. O, oraya Fərahimə kömək etmək üçün getmişdir, həm də o orada oğurluq olduğunu bilməmişdir. İlkin ilə Cavid anbardan 12 ədəd kondisioneri götürüb o olduğu anbara ötürmüşlər. Daha sonra Fərahim yük avtomobili çağırmış, kondisionerləri yük avtomobilinə yükləyib getmişlər. Daha sonra o Fərahimə demişdir ki, “köməklik lazım olsa mənə də de, gəlim". 26 iyun 2021-ci il tarixdə Fərahim ilə birlikdə yenə anbara getmişlər. Anbarda yenə İlkin ilə Cavid olmuşdur. O Fərahimlə getsə də, özü gedib İlkin ilə Cavidə kömək etmişdir. İlkin ilə digər anbara daxil olmuşlar. Oradan 30 ədəd kondisioner çıxarıb İlkinin işlədiyi anbara ötürmüşlər. Cavid digər anbarda dayanıb kondisionerləri qəbul etmişdir. Onlar kondisionerləri çıxartdıqları zaman anbarın qapısı açılmış, içəri polis əməkdaşları daxil olmuşlar və polis əməkdaşları onları polis bölməsinə aparmışlar. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ‘Fiber-K" MMC-nin direktoru vəzifəsində çalışır. Fiber-K MMC elektrik məişət avadanlıqlarının topdan satışı ilə məşğul olur. Belə ki, onlar elektrik məişət avadanlıqlarını xarici ölkələrdən gətirib Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Salyan şosesi, 14cü km-də yerləşən anbara yığmışlar. Onların orada 4 ədəd icarə əsasında işlətdikləri anbarlar vardır. Daha sonra həmin anbardan gətirilən malların çatdırılma ilə satışını həyata keçirirlər. 2021-ci ilin aprel ayında onlar anbardan müxtəlif sayda televizorların oğurlandığını aşkar etmişlər. Lakin onlar bu barədə heç kimə məlumat verməyərək gözləmişlər ki, anbardan oğurluq edən şəxs və ya şəxslərin kim olduğunu dəqiqləşdirsinlər. Eyni zamanda oğurlanmış televizorların hesabatını aparmağa başlamışlar. Müəyyən olunmuşdur ki, bu vaxta qədər bir ədədinin qiyməti 280,5 manat olmaqla ümumilikdə 32.818,5 manat dəyərində 117 ədəd Bergamo LLD markalı 32 düyümlük televizor, bir ədədinin qiyməti 578 manat olmaqla ümumilikdə 45.662 manat dəyərində 79 ədəd Bergamo LLD markalı 50 düyümliik televizor, bir ədədinin qiyməti 578 manat olmaqla ümumilikdə 45.662 manat dəyərində 80 ədəd Bergamo LED markalı 55 düyümlük televizor, bir ədədinin qiyməti 1.054 manat olmaqla ümumilikdə 3.162 manat dəyərində 3 ədəd Bergamo LLD markalı 65 düyümlük televizor, bir ədədinin qiyməti 782 manat olmaqla ümumilikdə 93.840 manat dəyərində 120 ədəd Eurolux markalı 55 düyümİük televizor, bir ədədinin qiyməti 1.054 manat olmaqla ümumilikdə 9.486 manat dəyərində 9 ədəd Eurolux LED markalı 65 düyümlük televizor oğurlanmışdır. 2021-ci ilin may ayının əvvəllərində yeni kondinsionerlər gəldiyi üçün anbarda olan köhnə kondisionerləri sayanda oradan oğurluq olduğunu aşkar etmişlər. Kondisionerlərin hesabatını apardıqda müəyyən etmişlər ki, anbardan hadisə baş verən günə, yəni 26.06.2021-cil tarixə qədər 28 ədəd Eurolux-AC ** AB *** GW5A-BORA markalı kondisionerin bir ədədinin qiyməti 493 manat olmaqla 13.804 manat, 204 ədəd Eurolux- AC ** AB *** GW5A-BORA markalı kondisionerin bir ədədinin qiyməti 552.5 manat olmaqla 112.710 manat, 8 ədəd Eurolux-AC ** AA *** AWRİ markalı kondisionerin bir ədədinin qiyməti 756,5 manat olmaqla 6.052 manat, 64 ədəd Eurolux-AC ** AB *** GW5A-BORA markalı kondinsionerin bir ədədinin qiyməti 884 manat olmaqla 56.576 manat, 69 ədəd Eurolux-AC ** AA *** AWRİ markalı kondisioner bir ədədinin qiyməti 918 manat olmaqla 63.342 manat, 11 ədəd Eurolux-AC ** KR *** CS2A-VİNSON markalı kondinsioner bir ədədinin qiyməti 918 manat olmaqla 10.098 manat dəyərində kondisioner oğurlanmışdır. Həmin günə qədər oğurlanmış televizorların qiyməti ümumilikdə 247.528,5 manat, oğurlanmış kondisionerlərin qiyməti ümumilikdə 262.582 manat təşkil etmişdir. Hər ikisi birlikdə ümumilikdə onlara 510.110,5 manat maddi ziyan dəymişdir. Kondisionerlərin markalarında qeyd olunmuş 09, yəni 30 kv/m həcmilik, 12, yəni 40 kv/m həcmlik, 18, yəni 60 kv/ın həcmlik, 24, yəni 80 kv/m həcmlikdə olması deməkdir. Sonuncu dəfə yəni, 26 iyun 2021-ci il tarixdə anbardan 09 ədəd Eurolux-AC ** AB *** GW5A-BORA markalı kondisioner, 21 ədəd Eurolux-AC ** AB *** GW5A-BORA markalı kondinsionerlər oğurlanmışdır. Yəni, ayrıca 26.06.2021 -ci il tarixdə anbardan oğurlanmış 09 ədəd Eurolux-AC ** AB *** GW5A-BORA markalı kondisionerin qiyməti 4972.5 manat, 21 ədəd Eurolux-AC ** AB *** GW5A-BORA markalı kondisionerlərin qiyməti 18.564 manat olmaqla ümumilikdə 23.536,5 manat təşkil etmişdir. Anbarda olan məişət avadanlıqları ona məxsus olmuşdur. Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 qarşı heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Bundan başqa cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs ərizələrindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Salyan yolu küçəsi 14-cü km-də yerləşən "xxxx" MMCdə mühafizəçi vəzifəsində çalışır. Onun iş rejimi hər gün saat 17:00-dan saat 09.00-a qədərdir. Növbəni səhər növbəsində olan əməkdaşa, yəni Qurbana təhvil verib gedir. Onunla birlikdə növbədə Cəlal ilə Knyaz adlı şəxslər olur. Tural onun oğludur, o hər gün həm öz yerinə, həm də oğlunun əvəzinə növbədə qalır. Həmin MMC-də hal-hazırda 17 ədəd anbar mövcuddur, həmin anbarları da fərdi qaydada müxtəlif şəxslər icarə əsasında işlədirlər. Zərərçəkmiş şəxs və Şahid13 həmin ərazidə 7 ədəd anbarı icarə əsasında işlədirlər. Anbarlardan birində “Eurolux” firmasına məxsus məişət avandalıqları yığılmışdır. Anbarın ərazisinə 2 yerdən giriş var, bir giriş Lökbatan dairəsin yanından, digər giriş isə anbarın sol yan tərəfindəndir. O adətən qarşı tərəfdə olan 6 anbara nəzarət edir, arxa tərəfdə qalan 1 ədəd anbara isə digər mühafizəçilər nəzarət edir. Zərərçəkmiş şəxs işlətdiyi “Eurolux” məişət avadanlıqları olan anbardan oğurluq olması barədə onun 26 iyun 2021-ci il tarixdə məlumatı olmuşdur. Belə ki, 26 iyun 2021-ci il tarixdə axşam saatlarında Şahid13 polis əməkdaşları ilə birlikdə anbara daxil olmuşlar və polis əməkdaşları anbarda dörd nəfər şəxsi saxlayıb aparmışlar. Onlar anbardan kondisioner oğurlamaq istədikərini demişlər. Bundan başqa həmin anbardan oğurluq olması barədə onun heç bir məlumatı olmamışdır. Tariyeli təxminən 4-5 il olar anbarda işləyən fəhlə kimi tanıyır. O, Tariyelin anbardan oğurluq etməsini görməmiş, bu günə qədər xəbəri də olmamışdır. Əmrah müəllimgil anbarı adətən saat 18-19 radələrində bağlamışlar. Anbardan oğurluq olması barədə heç bir şübhəli hərəkətlər görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təxminən 3-4 ildir fərdi qaydada Ford Tranzit markalı yük avtomobili idarə edir. X5 tanıyır, onun müştərisi olmuşdur. Tariyel üçün də bir neçə dəfə yük aparmışdır. Tariyel 2-3 dəfə Lökbatan dairəsindən bir az irəlidə yolun sağ kənarında karqo şirkətindən hər dəfəsində təxminən 5-10 ədəd televizor yüklətdirib Lökbatan qəsəbəsində evinə aparmışdır. Tariyeldən yol haqqını alıb getmişdir. O, Tariyel Vəliyevin oğurluq etməsi barədə məlumatsız olmuşdur. X14 nə işlə məşğul olması barədə heç bir məlumatı olmamışdır. O Tariyelin kiməsə televizor, kondisioner və ya paltaryuyan maşın satdığını görməmişdir. Tariyel onun müştərisi olmuş, təxminən 7-8 dəfə Tariyel onu Lökbatan dairəsində yerləşən anbara çağırmış, oradan onun yük avtomobilinə hər dəfəsində 5-10 ədəd televizor, 5-6 ədəd kondisioneri bir nəfərlə yüklətdirib öz dediyinə görə yaşadığı evin qarşısında düşürtmüşdür. Tariyel hər dəfə ona telefonla zəng edib çağırmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, təxminən 10 ildir Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Salyan yolu küçəsi 14-cü km-də yerləşən “CTZ" MMC-də mühafizəçi vəzifəsində çalışır. Onun iş rejimi hər gün saat 09.00-dan saat 17.00-a qədərdir. Daha sonra növbəni axşam növbəsində olan əməkdaşlara təhvil verib gedir. O səhər növbəsində tək olur, lakin axşam növbəsində İskəndər, Cəlal. Niyaz və Tural adlı şəxslər olur. Həmin şəxslər bir gündən bir gün, 2 nəfər növbədə olurlar. Həmin MMC-də hal-hazırda 17 ədəd anbar mövcuddur, həmin anbarları da fərdi qaydada müxtəlif şəxslər icarə əsasında işlədirlər. Zərərçəkmiş şəxs və Şahid13 həmin ərazidə 7 ədəd anbarı icarə əsasında işlədir. Anbarlardan birində Eurolux firmasına məxsus məişət avandalıqları yığılmışdır. Zərərçəkmiş şəxs işlətdiyi “Eurolux” məişət avadanlıqları olan anbardan oğurluq olması barədə onun 26 iyun 2021-ci İl tarixdə məlumatı olmuşdur. Belə ki, 26 iyun 2021-ci il tarixdə axşam saatlarında Şahid13 polis əməkdaşları ilə birlikdə anbara daxil olmuşlar, polis əməkdaşları anbarda dörd nəfər şəxs saxlayıb aparmışdır. Orada demişlər ki, "anbardan kondisioner oğurlamaq istəyirdilər". Tariyeli təxminən 7-8 il olar anbarda işləyən fəhlə kimi tanımış və Tariyelin anbardan oğurluq etməsini görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, təxminən 15 ildir fərdi qaydada kondisioner ustası işləyir. Həm kondisioner təmir etmiş, həm də quraşdırmışdır. 2020-ci ilin iyul aylarında Lökbatan qəsəbəsində yerləşən bazarın yanında telefon mağazasında işləyən Rafiq ilə salamlaşmış, həmin vaxt Rafiq bir nəfərlə söhbət etmiş və demişdir ki, “bu kondisioner ustasıdı”. O da əvvəllər tanımadığı, adını sonradan bildiyi Tariyel adlı şəxsə yaxınlaşıb soruşmuşdur ki, “buyur qardaş nə lazım idi?”. Tariyel ona satılıq kondisioner olduğunu və həmin kondisionerlərin təzə olduğunu demişdir. O da Sədərək Ticarət Mərkəzində tanışı Emilə zəng vurub demişdir ki, “bir nəfər var, kondisioner satır, işlədiyi yerdən pul əvəzi verilir”. Emil əvvəlcə Tariyelin dediyi qiymətlə razılaşmamış, daha sonra Tariyel qiymətdə bir az düşmüş və onlar razılaşmışlar. 2020-ci ilin sentyabr ayında Tariyel ilə Lökbatan qəsəbəsi, 1-ci massivdə yerləşən evlərin birinin qarşısına gəlmişlər. O, qapınınqarşısında çöl tərəfdə dayanmış, Tariyel isə həyətə daxil olub həyətdən 09 ədəd 30 kv.m ölçülü, 10 ədəd 40 kv.m ölçülü və 04 ədəd də 80 kv.m ölçülü kondisioneri çıxarıb ağ rəngli Ford markalı yük avtomobilinə köməkləşib yükləmişlər. Sonra o, Tariyel ilə yük avtomobilinə əyləşib Sədərək TM-ə getmişlər. Orada Emil ilə görüşmüşlər, gətirdikləri kondisionerləri Sədərək TM-i, 1 ilə 2-ci sıranın ortasında yerləşən mağazalardan birinə düşürmüşlər. Kondisionerlərin pulunu Tariyelə Emil özü vermişdir. Tariyel gedəndən sonra o, Emildən hər kondisionerin üstünə 20- 30 manat pul qoyduğu üçün hər dəfəsində təxminən 200-300 manat pul almışdır. Təxminən 15-20 gün sonra, oktyabr ayında Tariyel onunla rastlaşıb demişdir ki, “televizor var, gör Emil istəmir?". O da Emilə zəng edib soruşmuş, Emil də Lökbatan qəsəbəsində yerləşən bazarın qarşısına gəlmişdir. Televizorlar Ford markalı yük avtomobilində olmuş, Emil gəlib televizorlara baxıb qiymətdə razılaşdıqdan sonra onları almışdır. Televizorların markaları barədə məlumatı olmadığı üçün televizorların markaları və sayı barədə heç nə bilmir. O, Emil ilə alış-verişi 2020-ci il ərzində etmiş, 2020-ci ilin sentyabr ayından dekabr ayına qədər olan müddətdə təxminən 4-5 dəfə Emil ilə Tariyeldən kondisioner və televizor almışlar. Tariyel 2 dəfə kondisioner gətirmiş, 3 dəfə də televizor gətirmişdir. Hər dəfəsində də təxminən 18-21 arası müxtəlif ölçülərdə televizorlar gətirmişdir. O, Tariyelin Emilə satdığı kondisioner və televizorların dəqiq sayını bilmir. 2021-ci ildə o Emil ilə Tariyeli görüşdürməmiş, aralaında alış-veriş olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, X5 tanıyır. Lökbatan qəsəbəsində yaşayır, müştərisi olmuşdur. X9rluq etməsi barədə heç bir məlumatı olmamışdır. O, Tariyelin kiməsə televizor, kondisioner və ya paltaryuyan maşın satdığını görməmişdir. Tariyel onun müştərisi olmuş, dəfələrlə Tariyeli yaşadığı evdən götürüb Lökbatan dairəsinə Binə Ticarət Mərkəzinin qarşısına aparmışdır. Ona görə də Tariyel ilə onun arasında mütəmadi telefon danışıqları olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, 070 ***-**-** saylı mobil nömrənin istifadəçisini tanımır. X1 qəsəbəsində yaşayır, onu müştəri kimi tanımışdır. Təxminən 4 il əvvəl Lökbatan dairəsində yerləşən anbardan paltaryuyan maşın almışdır. Belə ki, Tariyel onun mütəmadi müştərisi olmuş, ona çox zaman demişdir ki, "Lökbatan, Umbakı qəsəbələrində köhnə evlər alıb, içərisini təmir edib satıram“. X9rluq etməsi barədə məlumatı olmamışdır. Tariyel Vəliyevlə heç bir alış-verişi olmamışdır. Bir dəfə kondisioner istəmiş, lakin baha qiymətə olduğu üçün Tariyeldən almamışdır. Məhkəmədə şahid qismində dindirilmiş DİN-in X18 Alayının 10-cu PB-in polis nəfəri Şahid12 ifadəsində göstərmişdir ki, 26 iyun 2021-ci il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 14-cü km-də xidmətdə olduğu zaman bir nəfər onlara yaxınlaşıb icarə əsasında işlətdiyi anbarda oğurluq olduğunu və oğurluğa girən şəxslərin hazırda anbar olduğunu demişdir. Onlar da adını sonradan bildikləri Əmrah adlı şəxs ilə birlikdə Salyan şossesi 14-cü km-də yerləşən anbarların birinə daxil olmuşlar. Anbara daxil olanda içəridə üç nəfərin dayandığını aşkar etmişlər. Həmin şəxslərdən biri bir nəfər şəxsin də digər anbarda olduğunu demişdir. Onlar da Əmrah adlı şəxsin işlətdiyi anbara daxil olanda orada adını sonradan bildikləri İlkin adlı şəxsi həmin anbarda aşkar etmişlər. İlkin adlı şəxs ilə digər şəxsləri 10-cu Polis bölməsinə aparmışlar. Polis bölməsində müəyyən olunmuşdur ki, həmin şəxslər Təqsirləndirilən şəxs1, X10, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4dur. Məhkəmədə şahid qismində dindirilmiş DİN-in X18 Alayının 10-cu PB-in polis nəfərləri Şahid2 və Şahid7 Şahid12 ifadəsində göztərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, hazırda LMG-K MMC-də logistika müdiri vəzifəsində çalışır. Çalışdığı şirkət qardaşı oğlu Zərərçəkmiş şəxs məxsusdur. Zərərçəkmiş şəxs həmçinin Fiber-K MMC-yə də rəhbərlik edir. Hər iki şirkət elektrik məişət avadanlıqlarının xarici ölkələrdən gətirilməsi və burada topdan satışı ilə məşğul olur. Onlar xarici ölkələrdən gətirdikləri elektrik məişət avadanlıqlarını Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Salyan şosesi, 14-cü km- də yerləşən anbarlara yığırlar. Onların orada 4 ədəd icarə əsasında işlətdikləri anbarlar vardır. Daha sonra həmin anbardan gətirilən malların çatdırılma ilə satışını həyata keçirmişlər. Anbarda demək olar ki, bütün elektrik məişət avadanlıqları vardır. Əsasən Eurolux. Bergamo, Vermont markalarına məxsus avadanlıq olur. 2021-ci ilin aprel ayında onlar anbardan müxtəlif sayda televizorların oğurlandığını aşkar etmişlər. Lakin onlar bu barədə heç kimə məlumat verməmişlər, çünki şübhələndikləri heç kim olmamışdır. Anbardan bu günə qədər televizor və kondisionerlər oğurlanmışdır. Oğurluq baş verən anbarda anbardar vəzifəsində digər qardaşı oğlu Şahid15 işləyir. Onlar yavaş yavaş oğurlanmış televizorların hesabatını aparmışlar. Müəyyən olunmuşdur ki, həmin vaxta qədər bir ədədinin qiyməti 280,5 manat olmaqla ümumilikdə 32.818,5 manat dəyərində 117 ədəd Bergamo LLD markalı 32 düyümlük televizor, bir ədədinin qiyməti 578 manat olmaqla ümumilikdə 45.662 manat dəyərində 79 ədəd Bergamo LLD markalı 50 düyümliik televizor, bir ədədinin qiyməti 578 manat olmaqla ümumilikdə 45.662 manat dəyərində 80 ədəd Bergamo LED markalı 55 düyümlük televizor, bir ədədinin qiyməti 1.054 manat olmaqla ümumilikdə 3.162 manat dəyərində 3 ədəd Bergamo LLD markalı 65 düyümlük televizor, bir ədədinin qiyməti 782 manat olmaqla ümumilikdə 93.840 manat dəyərində 120 ədəd Eurolux markalı 55 düyümİük televizor, bir ədədinin qiyməti 1.054 manat dəyərində olmaqla ümumilikdə 9.486 manat 9 ədəd Eurolux LED markalı 65 düyümlük televizor oğurlanmışdır. 2021-ci ilin may ayının əvvəllərində yeni kondinsionerlər gəldiyi üçün anbarda olan köhnə kondisionerləri sayanda oradan da oğurluq olduğunu aşkar etmişlər. Kondisionerlərin hesabatını apardıqda müəyyən etmişlər ki, anbardan hadisə baş verən günə, yəni 26.06.2021-cil tarixə qədər 28 ədəd Eurolux-AC ** AB *** GW5A-BORA markalı kondisionerin bir ədədinin qiyməti 493 manat olmaqla 13.804 manat, 204 ədəd Eurolux- AC ** AB *** GW5A-BORA markalı kondisionerin bir ədədinin qiyməti 552,5 manat olmaqla 112.710 manat, 8 ədəd Eurolux-AC ** AA *** AWRİ markalı kondisionerin bir ədədinin qiyməti 756,5 manat olmaqla 6.052 manat, 64 ədəd Eurolux-AC ** AB *** GW5A-BORA markalı kondinsionerin bir ədədinin qiyməti 884 manat olmaqla 56.576 manat, 69 ədəd Eurolux-AC ** AA *** AWRİ markalı kondisioner bir ədədinin qiyməti 918 manat olmaqla 63.342 manat, 11 ədəd Eurolux-AC ** KR *** CS2A-VİNSON markalı kondinsionerin bir ədədinin qiyməti 918 manat olmaqla 10.098 manat məbləğində kondinsioner oğurlanmışdır. Oğurlanmış televizorların qiyməti ümumilikdə 247528,5 manat, oğurlanmış kondisionerlərin qiyməti ümumilikdə 262582 manat olmaqla, hər ikisi birlikdə ümumilikdə 510110.5 manat təşkil etmişdir. Kondisionerlərin markalarında qeyd olunmuş 09 yəni 30kv/m həcmlik, 12 yəni 40 kv/m həcmlik, 18 yəni 60 kv/m həcmlik, 24 yəni 80 kv/m həcmlikdə olması deməkdir. Sonuncu dəfə yəni 26 iyun 2021-ci il tarixdə anbardan 09 ədəd Eurolux-AC ** AB *** GW5A- BORA markalı kondisioner və 21 ədəd Eurolux-AC ** AB *** GW5A-BORA markalı kondisionerlər oğurlanmışdır. Hadisə zamanı oğurlanmış kondisionerləri də ümumi hesabata salıb birlikdə demişlər. Yəni ayrıca dedikdə 26.06.2021 -ci il tarixdə anbardan 09 ədəd Eurolux-AC ** AB *** GW5A-BORA markalı kondisionerin qiyməti 4972,5 manat, 21 ədəd Eurolux-AC ** AB *** GW5A-BORA markalı kondisionerlərin qiyməti 18564 manat olmaqla ümumilikdə 23536,5 manat təşkil etmişdir. Anbardan oğurlanmış əmlaklar onlara məxsusdur. Lakin şirkət müdiri qardaşı oğlu Zərərçəkmiş şəxs olduğu üçün anbarda olan bütün məişət avadanlıqlarına cavabdehlik Zərərçəkmiş şəxsdır. Uzun müddətdir o videokamera ilə anbarı izləmişdir. Son zamanlar o, anbarın yan tərəfində olan Food-packing MMC-yə məxsus anbarında işləyən İlkin adlı şəxsdən şübhələnmişdir. Həmin günə qədər onlarla qonşu anbarın arasında olan daş hasarın yuxarı hissəsinin söküldüyünü, onun yuxarısında olan dəmir arakəsmələrinin aralandığını görməmişlər. 26 iyun 2021-ci il tarixdə anbara video müşahidə ilə nəzarət edərkən aşkar etmişdir ki, onların anbarından yan tərəfdəki anbara mallar daşınır. O dərhal qardaşı oğlu Şahid15 ilə birlikdə Lökbatan qəsəbəsində yerləşən dairəyə gəlib orada xidmətdə olan X19 avtopatrulda xidmət aparan əməkdaşlarına yaxınlaşıb onlara məxsus anbardan oğurluq olmasını, oğurluq edən şəxslərin hal-hazırda anbarda olduğunu bildirmişdir. Polis əməkdaşları da dərhal anbara gəlmişlər, anbardan oğurluq edən şəxsləri tutub polis bölməsinə aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Fiber-K MMC-və məxsus anbarda fəhlə kimi çalışır. Aylıq məvacibi 600 manatdan ibarətdir. Həftənin altı günü işləyir, bazar günü istirahət günüdür, səhər saar 09.00-dan axşam saat 17.00-ə qədər iş vaxtıdır. İşinin əsası müştərilərə anbarda olan elektrik məişət avadanlıqlarını verməkdən ibarətdir. Onunla birlikdə Ozal, Tariyel və Cavid işləyir. Şahid15 isə anbardar vəzifəsində çalışır, onlar malları müştərilərə verən zaman Orxan onlara nəzarət edir. Şahid15 həmişə anbardan mal çıxarkən bütün satışa nəzarət edir. Anbardan Orxanın nəzarəti olmadan heç bir məişət avadanlığı çıxmır. Oğurluq hadisəsi aşkar olunandan təxminən 2-3 ay əvvəl anbarda olan kondisioner və televizorların azalması barədə məlumatı olmuşdur. O anbardan televizor və kondisionerlərin azaldığını hiss etdiyi zaman bu barədə anbardar Şahid15 məlumat vermişdir. Lakin həmin vaxtlarda Orxan özü də sayıb həmin malların azaldığını hiss elmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərmişdir ki, hazırda "xxxx" MMC-də anbardar vəzifəsində çalışır. Çalışdığı şirkət əmisi oğlu Zərərçəkmiş şəxs məxsusdur. Şirkət elektrik məişət avadanlıqlarının xarici ölkələrdən gətirilməsi və burada topdan satışı ilə məşğul olur. Zərərçəkmiş şəxs xarici ölkələrdən gətirdikləri elektrik məişət avadanlıqlarını Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Salyan şossesi, 14-cü kmdə yerləşən anbarlara yığır. Onların orada 4 ədəd icarə əsasında işlətdikləri anbarlar var. Daha sonra həmin anbardan gətirilən malların çatdırılma ilə satışını həyala keçirmiş. Anbarda hər cür elektrik məişət avadanlıqları vardır. Əsasən Eurolux, Bergamo, Vermont markalarına məxsus avadanlıq olur. 2021-ci ilin aprel ayından onlar anbardan müxtəlif sayda televizorların oğurlandığını aşkar etmişlər. Çünki anbarda olan malları saydıqda malların sayında əskiklik olduğunu aşkar etmişlər. Lakin onlar bu barədə heç kimə məlumat verməmişlər, oğurlanmış televizorların hesabatını aparmışlar. Onun anbardar işlədiyi anbarda satış qaimə əsasında aparılır. Belə ki. işçilər ofisdən qaiməni gətirib qaimədə yazılan məişət avadanlıqlarını anbarın qapısının qarşısına yığırlar. Həmin mallar yük avtomobilinə onun nəzarəti əsasında yüklənir. O baxıb malları saymasa, avtomobil anbarı tərk etmir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid16 ifadəsində göstərmişdir ki, təxminən 2019- cu ilin sentyabr ayından Qaradağ rayonu. Lökbatan qəsəbəsində yerləşən Fiber-K MMC- yə məxsus anbarda anbardar köməkçisi kimi çalışır. Aylıq məvacibi 600 manatdan ibarətdir. İşinin əsası ondan ibarətdir ki. müştərilərə anbarda olan elektrik məişət avadanlıqlarını təhvil təslim zamanı nəzarət etsin. Anbara nəzarəti Şahid15 həyata keçirir. Onula birlikdə Hüseyn Tariyel və Cavid də işləyir. Şahid15 isə anbardar vəzifəsində çalışır. Satış ofisdən həyata keçirilir. Ofisdə qaimələr yazılır, bundan sonra həmin qaimə müştərilər vasitəsilə ona və ya digər işçilərə verilir. Məişət avadanlıqları satış üçün yığılır, daha sonra mallar Şahid15 tərəfindən yoxlanılır, daha sonra malların satışı həyata keçirilir. Anbardan Orxanın nəzarəti olmadan heç bir məişət avadanlığı çıxmır. Oğurluq hadisəsi aşkar olunandan təxminən 2-3 ay əvvəl anbarda olan kondisioner və televizorların azalması barədə məlumatı olmuşdur. Çünki anbardar köməkçisi olaraq malları Orxan ilə o sayır, anbarda televizor və kondisionerlərin azalması barədə məlumatları olmuş və onlar da bu barədə müdiriyyətə məlumat vermişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş X2 ifadəsində göstərmişdir ki, təxminən 2 ildir Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Salyan yolu küçəsi 14-cü km-də yerləşən "xxxx" MMC-də mühafizəçi vəzifəsində çalışır. Onun iş rejimi hər gün saat 17:00-dan saat 09.00-a qədərdir. Daha sonra səhər növbəsi gəlir, növbəni səhər növbəsində olan əməkdaşa, yəni Qurbana təhvil verib gedir. Onunla birlikdə növbədə Knyaz adlı şəxs olur. Həmin MMC-də hal-hazırda 17 ədəd anbar mövcuddur, həmin anbarları da fərdi qaydada müxtəlif şəxslər icarə əsasında işlədirlər. O anbarın arxa tərəfindəki 11 ədəd anbara nəzarət edir, qarşıdakı 6 ədəd anbara isə İsgəndər nəzarət edir. Zərərçəkmiş şəxs və Şahid13 həmin ərazidə 7 ədəd anbarı icarə əsasında işlədir. Anbarlardan birində “Eurolux” firmasına məxsus məişət avandalıqlan yığılmışdır. Anbarın ərazisinə 2 yerdən giriş var, bir giriş Lökbatan dairəsi yanından, digər giriş isə anbarın sol yan tərəfindəndir. Zərərçəkmiş şəxs işlətdiyi “Eurolux” məişət avadanlıqları olan anbardan oğurluq olması barədə onun 26 iyun 2021-ci il tarixdə məlumatı olmuşdur. Belə ki, 26 iyun 2021-ci il tarixdə axşam saatlarında Şahid13 polis əməkdaşları ilə birlikdə anbara daxil olmuşlar, polis əməkdaşları anbarda dörd nəfər şəxs saxlayıb aparmışdır. Orada demişlər ki, "anbardan kondisioner oğurlamaq istəyirdilər". Bundan başqa həmin anbardan oğurluq olması barədə onun heç bir məlumatı olmamışdır. Tariyeli təxminən 2 ildir anbarda işləyən fəhlə kimi tanıyır. O, Tariyelin anbardan oğurluq etməsini görməmiş, bu günə qədər xəbəri də olmamışdır. Əmrah müəllimgil anbarı adətən saat 18-19 radələrində bağlayırlar. Anbardan oğurluq olması barədə heç şübhəli hərəkətlər də görməmişdir. Anbarlar axşam plomla bağlandıqdan sonra heç kim müdaxilə etmir, hamı çıxıb gedir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 051 ***-**-** saylı mobil nömrə ona məxsusdur, təxminən 1 ildir o istifadə edir. 070 ***-**-** saylı mobil nömrənin sahibi yadında deyildir. X5 tanımır. 051 659-08- 11 saylı mobil nömrəni o, 2020-ci ilin may ayında almışdır. Təxminən 2020-ci ilin dekabr aylarında o, istifadəsində olan 051 ***-**-** saylı mobil nömrəni Könül adlı tanışına vermişdir. Könül ona demişdir ki, "öz adına nömrə al ver mənə işlədim". O da yeni aldığı bu nömrəni Könülə vermişdir. Könül də 2021-ci ilin iyul aylarında Türkiyə Respublikasına köçüb getmişdir. Könül gedəndə onun nömrəsini geri qaytarmışdır. O, təxminən 6 il olar 070 226 46- 42 saylı nömrəni işlədir. 051 ***-**-** saylı nömrə onun 2-ci nömrəsi olmuşdur. Könülü o, Sədərək Ticarət Mərkəzindən tanıyır. O, arabir rayondan Sədərək TM-ə alış-verişə gələndə Könüldən paltar almış, elə Könülü oradan tanımışdır. O, Könülün yanına gedib gələndə bir nəfər cavan oğlan olmuşdur. Həmin şəxsin kim olduğunu soruşanda Könül ona demişdir ki, "sevgilimdir, yaşadığım oğlandır". Həmin şəxsin adı Tariyeldir. Onun Tariyel ilə heç bir tanışlığı yoxdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Şahid9 ifadəsində göstərmişdir ki, 070 839 77-23 saylı mobil nömrənin istifadəçisini xatırlamır. O, Tariyel adlı şəxsi kondisioner ustasını Habil adlı şəxsin vasitəsi ilə tanımışdır. Habil ona təxminən 2020-ci ilin sentyabr ayında zəng edib demişdir ki, "bir tanışım var, onun qohumunun əlində çoxlu sayda kondisioner var, pul əvəzində verilib, kondisionerdən əlavə gələcəkdə televizor da olacaq". O Habildən bir neçə dəfə soruşmuşdur ki, "Habil sən arxayınsan ki, həmin mallar oğurluq deyil?". Habil onu inandırmışdır ki, mallar təmizdi, oğurluq deyil. Daha sonra Habil adını bilmədiyi tanışı Tariyelin qohumu kimi təqdim edən şəxs ilə birlikdə Sədərək TM-ə onun yanına gəlib söhbət etmişdir. Söhbət zamanı Tariyelin qohumu olan şəxs ona demişdir ki, "qohumum var əlində çoxlu sayda kondisionerlər var, narahat olma oğurluq deyil, arada Habil var. Habili də tanıyırsan". O da Habili tanıdığı üçün həmin şəxsə inanmış, daha sonra Tariyel ilə tanış olub Tariyeldən kondisioner almışdır. Tariyeldən hər dəfə mal alanda Habil və yanında Tariyelin qohumu kimi təqdim edən şəxs olmuşdur. Hər dəfə də Tariyeldən mal alanda Habilə 150-200 manat pul vermişdir. Bir dəfə isə 500 manat pul vermişdir. Habilə pulu Tariyel ilə onu calaşdırdığı üçün vermişdir. 2020-ci ilin sentyabr ayında Tariyel yanında Habil və bir nəfər də adını bilmədiyi tanışı ilə birlikdə işlədiyi Sədərək Ticarət Mərkəzinə ağ rəngli Ford markalı yük avtomobili ilə 09 ədəd 30kv.m ölçülü, 10 ədəd 40kv.m ölçülü Eurolux markalı kondisionerlər gətirmişdir. Habil onu əmin etmişdir ki, kondisionerlər oğurluq deyil, Tariyelə pul əvəzi işlədiyi yerdən vermişlər. 300 manata 30kv.m ölçülü, 380 manata isə 40kv.m ölçülü kondisionerləri almışdır. 2020-ci ilin oktyabr ayında 10 ədəd 32 düyüm, 10 ədəd 50 düyüm, 10 ədəd 55 düyümlük Bergamo markalı tclevizorı Lökbatan qəsəbəsində satmışdır. 32 düyümlük televizorları 170 manata, 50 düyümlük televizoru 500 manata, 55 düyümlük televizoru 600 manata almışdır. O, 2021-ci ilin yanvar ayının sonlarında Lökbatan qəsəbəsində, həyət evlərində 05 ədəd 65 düyümlük, 01 ədəd 55 düyümlük Bergamo televizoru Tariyeldən almışdır. Bundan sonra fevral ayının ortalarında Tariyel bir dəfə ona 10 ədəd 50 düyümlük, 05 ədəd 55 düyümlük Bergamo televizoru satmışdır. Təxminən 1-2 gün sonra Tariyel 10 ədəd 55 düyümlük Bergamo televizoru satmışdır. Mart ayının əvvəlində Tariyeldən 02 ədəd 32 düyümlük Bergamo markalı televizor almışdır. Təxminən 1 aydan sonra aprel ayının əvvəlində Tariyel ona 20 ədəd 32 düyüm, 04 ədəd 50 düyümlük Bergamo televizoru satmışdır. Onun Tariyel ilə aralarındakı televizor alveri bitmişdir. Daha sonra aprel ayının ortalarında 05 ədəd 60kv.m ölçülü Eurolux markalı kondisioneri Tariyeldən almışdır. Təxminən 10 gün sonra aprel ayının sonlarında Tariyel ona 10 ədəd 40 kv.m ölçülü Eurolux markalı kondisioner satmışdır. Sonuncu dəfə Tariyel ona Lökbatan qəsəbəsində yerləşən Cırtdan parkın yanında may ayının əvvəllərində 10 ədəd 40kv.m ölçülü kondisioner satmışdır. Tariyel 60kv.m ölçülü kondisioneri 550 manata, 80kv.m ölçülü kondisioneri isə 650 manata satmışdır. Bundan sonra o Tariyeldən heç nə almamış, Tariyeli görməmiş, aralarında heç bir danışıq olmamışdır. Onun Tariyeldən aldığı malların oğurluq olması barədə heç bir məlumatı olmamışdır. Çünki arada Habil adlı onun tanışı olmuşdur. O, Habilə inanmışdır. O, Tariyeldən aldığı malları Sədərək Ticarət Mərkəzi, Şirniyyat zonası, 4-cü sıra, 47 nömrəli mağazada satmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, məhkəməyədək icraat zamanı keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 21 sentyabr 2021-ci il tarixli 9/6436 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən 16 adda təzə vəziyyətdə malların 2021-ci ilin iyun ayına olan ortaq bazar qiyməti ilə ümumi dəyəri təxminən 440240,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri: - 28 ədəd EU-AC09AB410GW 5A BORA markalı kondisionerin bir ədədi 500 manat olmaqla ümumi dəyəri - 14000; - 93 ədəd EU-AC12AB410GW 5A BORA markalı kondisionerin bir ədədi 560 manat olmaqla ümumi dəyəri - 52080; - 43 ədəd EU-AC18AB410GW 5A BORA markalı kondisionerin bir ədədi 900 manat olmaqla ümumi dəyəri - 38700; - 8 ədəd EU-AC18AA410WR1 HİMAYALA markalı kondisionerin bir ədədi 900 manat olmaqla ümumi dəyəri - 7200; - 69 ədəd EU-AC24AA410AWR1 HİMAYALA markalı kondisionerin bir ədədi 920 manat olmaqla ümumi dəyəri ~ 63480; - 11 ədəd EU-AC24KR410CS2A1 VİNSON markalı kondisionerin bir ədədi 920 manat olmaqla ümumi dəyəri - 10120; - 17 ədəd BG-LED 32 AST-DK5S markalı televizorun bir ədədi 280 manat olmaqla ümumi dəyəri - 4760; -79 ədəd BG-LED 50 AST-DK5S markalı televizorun bir ədədi 580 manat olmaqla ümumi dəyəri - 45820; - 80 ədəd BG-LED 55 AST-DK5S markalı televizorun bir ədədi 750 manat olmaqla ümumi dəyəri - 60000; - 3 ədəd BG-LED 65 AST-DK5S markalı televizorun bir ədədi 1000 manat olmaqla ümumi dəyəri - 3000; - 120 ədəd EU-LED 55 AST-DN4S markalı televizorun bir ədədi 800 manat olmaqla ümumi dəyəri - 96000; - 9 ədəd EU-LED 65 AST-DK5BS markalı televizorun bir ədədi 1060 manat olmaqla ümumi dəyəri - 9540; - 5 ədəd EU-WM 1020T-7 MBW markalı paltaryuyan maşının bir ədədi 470 manat olmaqla ümumi dəyəri - 2350; - 3 ədəd BG-WM İ040T-6 EWB markalı paltaryuyan maşının bir ədədi 450 manat olmaqla ümumi dəyəri - 1350; - 28 ədəd EU-WM 1286 T-8.5 BW markalı pallar) uyan maşının bir ədədi 540 manat olmaqla ümumi dəyəri - 15120; -22 ədəd EU-WM 1440 T-8 BWD5 markalı paltaryuyan maşının bir ədədi 760manat olmaqla ümumi dəyəri - 16720 manat təşkil etmişdir. İbtidai istintaq zamanı iş üzrə şahid X11 ilə təqsirləndirilən şəxs X12 arasında 06 iyul 2021-ci tarixdə keçirilmiş üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Fərahim Kərimov ifadəsində göstərdiyi xüsusatları, yəni oğurluq yolla əldə olunmuş paltaryuyan maşın, kondisioner və televizorları aldığını Tariyel Vəliyevin üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. İbtidai istintaq zamanı iş üzrə Təqsirləndirilən şəxs1 ilə təqsirləndirilən şəxs X12 arasında 06 iyul 2021-ci tarixdə keçirilmiş üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi xüsusatları yəni oğurluğu Tariyel Vəliyev ilə etdiyini Tariyel Vəliyevin üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. İbtidai istintaq zamanı iş üzrə Şahid9 ilə təqsirləndirilən şəxs X12 arasında 09 sentybar 2021-ci tarixdə keçirilmiş üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Şahid9 ifadəsində göstərdiyi xüsusatları yəni Tariyel Vəliyevdən külli miqdarda kondisioner və televizorları aldığını Tariyel Vəliyevin üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. Beləliklə, məhkəmə istintaqında X12 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 oğlunun Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri, onların həmin əməlləri törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Tariyel Vəliyev, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar, işin icraatına xitam verilməsi, cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Tariyel Vəliyev, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş fəxri diplom və vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs3 44 günlük Qarabağ müharibəsində göstərdiyi yüksək vətənpərvərlik dəstəyinə görə “Müzəffər Ali Baş Komandan” mükafatı ilə və “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət törətməsini, himayəsində iki azyaşlı uşaqlarının olmasını, təqsirli bilindiyi oğurluq cinayəti üzrə zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam ödənilməsini, ona qarşı şikayət və tələbin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxs X3 himayəsində üç azyaşlı uşaqlarının olmasını və vurulmiş ziyanın qismən ödənilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs X3 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs3 ilk dəfə cinayət törətməsini, təqsirli bilindiyi oğurluq cinayəti üzrə zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam ödənilməsini, ona qarşı şikayət və tələbin olmamasını, 44 günlük Qarabağ müharibəsinin iştirakçısı olmasını və dövlət təltifləri ilə təltif edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs4 ilk dəfə cinayət törətməsini, təqsirli bilindiyi oğurluq cinayəti üzrə zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam ödənilməsini, ona qarşı şikayət və tələbin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs4 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət işinin materallarından görünür ki, X12 hazırki cinayət işi üzrə 05 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 07 iyul 2021-ci il tarixdən 26 noyabr 2021-ci il tarixədək həbsdə olmuş və 26 noyabr 2021-ci il tarixdə barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 20.04.2022-ci il tarixli, 4(002)-74/2022 saylı qərarından görünür ki, təqsirləndirilən şəxs X12 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.3 və 126.2.4–cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxs X6 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə və ev dustaqlığında saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli 05 iyul 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməli, barəsində “həbs” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 20.04.2022-ci il tarixli, 4(002)-74/2022 saylı qərarı ilə ********* nömrəli cinayət işi üzrə X12 barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə görə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.2-ci maddəsinə görə cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci tarixli, 2668 nömrəli Sərəncamının 8-ci bəndində ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayətprosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi təsbit olunmuşdur. Həmin sərəncamın 13.3cü bəndində göstərilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalıdır. Həmin sərəncamın 13.4-cü bəndinə əsasən, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və onun hüquq və azdlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hall hesab edib, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasından daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 26 iyun 2021-ci il tarixdən 09 dekabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 05 (beş) ay 13 (on üç) gün, 09 dekabr 2021-ci il tarixdən 09 iyun 2022-ci il tarixədək “ev dustaqlığında” olduğu 06 (altı) ay, ümumilikdə 11 (on bir) ay 13 (on üç) gün həbsdə saxlanılma müddətinin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından 1 (bir) il 10 (on) ay 26 (iyirmi altı) gün çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Həmin cəzanın icrası ilə əlaqədar onun üzərinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələr qoyulmalı, həmin vəzifələrin icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Sumqayıt şəhəri üzrə Probasiya şöbəsinə həvalə edilməli, azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alınacağı vaxtdan hesablanmalı, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs3 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 27 iyun 2021-ci il tarixdən 07 dekabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 05 (beş) ay 10 (on) gün, 07 dekabr 2021-ci il tarixdən 09 iyun 2022-ci il tarixədək “ev dustaqlığında” olduğu 06 (altı) ay 02 (iki) gün, ümumilikdə 11 (on bir) ay 12 (on iki) gün həbsdə saxlanılma müddətinin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından 01 (bir) il 10 (on) ay 24 (iyirmi dörd) gün çıxılaraq ona qəti cəza təyin edilməlidir. Həmin cəzanın icrası ilə əlaqədar onun üzərinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələr qoyulmalı, həmin vəzifələrin icrası Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Sumqayıt şəhəri üzrə Probasiya şöbəsinə həvalə edilməli, azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alınacağı vaxtdan hesablanmalı, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs4 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 27 iyun 2021-ci il tarixdən 10 dekabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 05 (beş) ay 13 (on üç) gün, 10 dekabr 2021-ci il tarixdən 09 iyun 2022-ci il tarixədək “ev dustaqlığında” olduğu 05 (beş) ay 29 (iyirmi doqquz) gün, ümumilikdə 11 (on bir) ay 12 (on iki) gün həbsdə saxlanılma müddətinin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından 01 (bir) il 10 (on) ay 24 (iyirmi dörd) gün çıxılaraq ona qəti cəza təyin edilməlidir. Həmin cəzanın icrası ilə əlaqədar onun üzərinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələr qoyulmalı, həmin vəzifələrin icrası Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməli, azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs4 cəzanı icra edən orqanda qeydiyyata alınacağı vaxtdan hesablanmalı, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99- 1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə qeyd edilən xarakterli əmlak müəyyən edilməmişdir. Cinayət işinin ateriallarından görünür ki, Zərərçəkmiş şəxs vurulmuş maddi ziyan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tərəfindən tam, təqsirləndirilən şəxs X12 tərəfindən isə qismən ödənilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 tərəfindən vurulmuş maddi ziyanın ödənilməmiş hissəsinə dair iddia ərizəsi ilə mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus 09 ədəd HU-AC ** AB *** GW5A- BORA markalı və 21 ədəd EU-AC ** AB *** GW5A-BORA markalı kondisionerlərin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs1, X12, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 hər birindən 37,50 (otuz yeddi manat əlli qəpik) manat olmaqla, ümuumilikdə 150 (yüz əli) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-352, 353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. X3 cəzaçəkmə müddətinin əvvəli 05 iyul 2021-ci il tarixdən hesablansın. X12 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. Barəsində “həbs” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 20.04.2022-ci il tarixli, 4(002)-74/2022 saylı qərarı ilə ********* nömrəli cinayət işi üzrə X12 barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona həmin maddə ilə Cinayət Məcəlləsinin 62-ci maddəsi tədbiq edilməklə 05 (beş) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 26 iyun 2021-ci il tarixdən 09 dekabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 05 (beş) ay 13 (on üç) gün, 09 dekabr 2021-ci il tarixdən 09 iyun 2022-ci il tarixədək “ev dustaqlığında” olduğu 06 (altı) ay, ümumilikdə 11 (on bir) ay 13 (on üç) gün həbsdə saxlanılma müddətinin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından 01 (bir) il 10 (on) ay 26 (iyirmi altı) gün çıxılaraq, üzərində qəti olaraq 03 (üç) il 01 (bir) ay 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə Sumqayıt şəhəri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23.00-dan səhər saat 06.00-dək yaşayış yerini tərk etməmək, üzərində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhəri üzrə Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəzasının əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 27 iyun 2021-ci il tarixdən 07 dekabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 05 (beş) ay 10 (on) gün, 07 dekabr 2021-ci il tarixdən 09 iyun 2022-ci il tarixədək “ev dustaqlığında” olduğu 06 (altı) ay 02 (iki) gün, ümumilikdə 11 (on bir) ay 12 (on iki) gün həbsdə saxlanılma müddətinin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından 01 (bir) il 10 (on) ay 24 (iyirmi dörd) gün çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 06 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə Sumqayıt şəhəri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23.00-dan səhər saat 06.00-dək yaşayış yerini tərk etməmək, üzərində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhəri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 cəzasının əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 27 iyun 2021-ci il tarixdən 10 dekabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 05 (beş) ay 13 (on üç) gün, 10 dekabr 2021-ci il tarixdən 09 iyun 2022-ci il tarixədək “ev dustaqlığında” olduğu 05 (beş) ay 29 (iyirmi doqquz) gün, ümumilikdə 11 (on bir) ay 12 (on iki) gün həbsdə saxlanılma müddətinin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından 01 (bir) il 10 (on) ay 24 (iyirmi dörd) gün çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 06 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs4 üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23.00-dan səhər saat 06.00-dək yaşayış yerini tərk etməmək, üzərində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs4 cəzasının əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilərək «başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri» seçilsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri» hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus 09 ədəd HU-AC ** AB *** GW5A- BORA markalı və 21 ədəd EU-AC ** AB *** GW5A-BORA markalı kondisionerlərin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs1, X12, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 hər birindən 37,50 (otuz yeddi manat əlli qəpik) manat olmaqla, ümuumilikdə 150 (yüz əli) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 tərəfindən vurulmuş maddi ziyanın ödənilməmiş hissəsinə dair iddia ərizəsi ilə mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu, X6 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-566/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-566/2022
09.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver