Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-566/2023 15.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X6-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibləri, X3, X5, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 38 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1976-cı ildə Bakı şəhərindən anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, məhkumluğu ödənilmiş, Bakı şəhəri, Suraxanı rayonu, ünvan 1 ünvanda da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilib Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs başqa mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni on bir ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,834 qram, 3,858 qram, 3,310 qram, 0,908 qram, 2,520 qram 2,067 qram, 2,319 qram, 1,927 qram, 2,031 qram, 2,057 qram və 1,357 qram ümümi təmiz çəkisi 27,188 qram miqdarında kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, on ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,454 qram, 1,652 qram, 2,449 qram. 0,740 qram, 0,284 qram, 0,323 qram, 0,491 qram, 0,267 qram, 1,177 qram və 23,955 qram ümumi təmiz çəkisi 32,792 qram miqdarında kustar üsulla hazırlanmış psixotrop maddə metamfetmini əldə edib daşımaqla üzərində saxlamış və 13 avqust 2022-ci il tarixdə, saat 17:00-da Bakı şəhəri, Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, ünvan 2 ünvanın qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılaraq Bakı şəhəri, Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan göy rəngli üzərində ağ rəngli xətlər olan uzun şortikin sağ yan cibindən 11 ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 4,834 qram, 3,858 qram, 3,310 qram, 0,908 qram, 2,520 qram 2,067 qram, 2,319 qram, 1,927 qram, 2,031 qram, 2,057 qram və 1,357 qram ümümi təmiz çəkisi 27,188 qram narkotik vasitə heroin, 10 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,454 qram, 1,652 qram, 2,449 qram. 0,740 qram, 0,284 qram, 0,323 qram, 0,491 qram, 0,267 qram, 1,177 qram və 23,955 qram ümumi təmiz çəkisi 32,792 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadələrində göstərdi ki, hadisə günü xəstə olduğu üçün evində yatan olmuşdur. Polislər qapını döydülər, içəri girdilər. Həmin vaxt onun evində stolun üstündə bir qram narkotik vasitə heroin olub. Polislər onu evinin içindən götürüb bölməyə aparmışlar. Məhlədə də, qonşularda da, həyətdə də kameralar var. Evdə yalnız o və oğlu olub. Evində videoçəkiliş olmayıb. Onu bölməyə apardıqdan sonra orada videoçəkiliş ilə üzərində axtarış aparılıb. Bölmədə demişdir ki, axı ondan bu qədər külli miqdarda narkotik vasitə çıxmayıb. Vəkili dedi ki, hər şey yaxşı olacaq, səni buraxacaqlar. Özü də xəstə adamdır. Onu evdən sürüyəsürüyə gətirib maşına qoyublar. Guya onu şortiknən yolda tutublar. O, şortiki heç evdə geyinmir. O, ömründə onun üzərindən çıxan qədər qədər mal görməmişdir. Həyatı boyunca ən çox gördüyü mal üç qram olub. İbtidai istintaq zamanı narkotik vasitənin təsiri altında olduğuna görə polislər nə deyiblərsə o da qəbul etmişdir. Onun əvvəllər Cinayət Məcəlləsinin 234.4.1-ci, 177-ci maddələri ilə məhkumluğu olub. 234.4.1-ci maddə ilə 2013-cü ildə məhkum olunmuşdur. Həmin maddə ilə 2 il 3 ay cəza çəkmişdir. İbtidai istintaq dövründə videoçəkiliş ilə üzərində axtarış aparılanda vəkili yanında olmayıb. Bir qram narkotik vasitə heroin və 0,3 qram metamfetamin ona məxsus olub. O, hepatit xəstəsidir, tutulanda həm də narkotik vasitə təsiri altında olmuşdur. Ona görə də ibtidai istintaq zamanı nə boynuna qoyublarsa, qəbul etmişdir. Tutulandan bəri narkotik vasitədən istifadə etməmişdir. Bölmədə vəziyyəti pis olduğu üçün orada narkotik vasitə qəbul etmişdir. O, narkotik istifadəçisi olmuşdur, lakin narkotik satışı ilə məşğul olmamışdır. 20 ilə yaxın narkotik istifadəçisidir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əmləini törətməkdə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 3 il müddət olar ki, narkotik vasitə olan heroin və psixtorop maddələrdən istifadə edir. O, istifadə etdiyi narkotik vasitəni və psixotrop maddəni Bakı şəhərindən müxtəlif ərazilərdən tanımadığı şəxslərdən almış, 13 avqust 2022-ci il tarixdə, saat təxminən 17:00 dəqiqədə yaşadığı evin yaxınlığında yəni Bakı şəhəri. Suraxanı rayonu, Suraxanı qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 17 nömrəli döngədə yerləşən 11 nömrəli evin qarşısında olan vaxtı mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmiş, polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onun narkotik vasitələrin istifadə edilməsində və saxlanılmasında şübhəli olduğunu bildirmiş, üzərinə şəxsi axtarış və götürmə aparılması zərurəti ilə bağlı Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət etmişlər. O, polis əməkdaşları ilə razılaşmış, onlar ilə birlikdə Suraxanı RPİ-nin 31-ci PB-nə gəlmiş. Suraxanı RPİ-nin 31- ci PB-nin inzibati otaqların birində hüquq və vəzifələri ona izah olunduqdan sonra polis əməkdaşları tərəfindən videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları tərəfindən ona bildirilmişdir ki, üzərində qeyri qanuni hər hansı bir əşya və ya predment varsa könüllü olaraq təqdim etsin. O, əynində olan göy rəngli şortikin sağ yan cibində saxlayaraq daşıdığı bir ədəd elektron tərəzini, 11 ədəd büküm narkotik vasitə heroinləri və 10 büküm psixotrop maddə olan metamfetaminləri cibindən çıxardaraq polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi 11 ədəd büküm və 10 ədəd kütlələrin nə olduğunu ondan soruşmuş, o təqdim etdiyi 11 ədəd büküm kütlənin narkotik vasitə olan heroin, 10 ədəd büküm kütlənin isə psixotrop maddə metamfetamin olduğunu və özü istifadə etmək məqsədilə üzərində daşıdığı bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış keçirilən zaman üzərində saxlanılması və ya daşınması qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmiş və götürülməmişdir. Sonra isə üzərində şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, tərtib edilmiş protokol o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Şahid2 ifadələrində Suraxanı RPİ-nin narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət etdiyini bildirib ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunmuş Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla hər hansı münasibəti olmamışdır. Onun barəsində keçirilən əməliyyat tədbiri zamanı tanımışdır. Ruad adlı şəxsin narkotik vasitə itifadə etməsi və daşıması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Bununla birgə 31-ci polis bölməsi ilə birgə əməliyyat tədbiri həyata keçirildi. Qrupun rəhbəri, Emin İsmayılov, üzvləri isə o və Şahid3 idi. Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, döngə 17-nin qarşısında Ruada yaxınlaşıb özlərini təqdim etmişlər. Ruada onun narkotik vasitə istifadəsində və daşımasında şübhəli olduğunu bildirərək bölməyə dəvət etmişlər. Bölmədə Ruadın üzərinə videoçəkilişlə baxış keçirildi. Ruad könüllü olaraq, şalvarından dəri kaşlok çıxartdı. Sayı ondan çox olan qəhvəyi rəngli və kristala bənzər maddələr, həmçinin elektron tərəzi çıxartdı. Narkotik vasitələrin qramını 20 manata İran vətəndaşından, “WhatsApp” sosial şəbəkəsi vasitəsilə əldə etdiyini bildirdi. Bundan sonra, aşkar olunmuş narkotik vasitələr ekspertizaya göndərildi. Bükümlərin sayının çoxluğu satışı ilə məşğul olduğunu sübut edir. Ruadın bütün qonşuları onu narkotik vasitənin satıcısı kimi tanıyır. Ruadda aşkarlanmış narkotik vasitələrin arasında həm “kakos”, yəni heroin, həm də metamfetamin var idi. Təqsirləndirilən şəxs böhtan atmır. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində Şahid2 ibtidai istintaq zamanı göstərmişdir: « o, 2007-ci il tarixdən DİO-da xidmət edirəm. Hazırda Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində işləyirəm. 13 avqust 2022-ci il tarixdə Ruad, adlı şəxsin narkotik vasitələrin qəbulu və qanunsuz olaraq daşıyıb üzərində saxlaması barədə 31-ci polis şöbəsinə əməliyyat məlumatı daxil oldu. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlamasına görə və onun ifşa edilməsi məqsədi ilə ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildi, həmin qərar rəhbərlik tərəfindən təsdiq edildi. Bundan sonra əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Suraxanı rayon prokuroruna və Suraxanı rayon məhkəməsinin sədrinə məlumat verildi. Bundan sonra əməliyyat qrupu yaradıldı. Əməliyyat qrupunun rəhbəri Suraxanı RPİ-nin 31-ci PB-nin əməliyyat müvəkkili Emil İsmaylov, üzvüləri isə mən və Suraxanı RPİ-nin Narkotiklərlə Mübarizə bölməsinin əməliyyat müvəkkili baş leytenantı Səyavüş Səfərov təyin olundu. Bundan sonra Təqsirləndirilən şəxs ətrafında tədbirlər keçirilməyə başlandı. Həmin gün qrupun üzvüləri ilə birlikdə daxil olmuş məlumat əsasında saat təxminən 17:00 dəqiqədə Bakı şəhəri Suraxanı rayonu, Suraxanı qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 17 nömrəli li döngədə həmin şəxsi əlamətlərinə görə tanıyıb ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini ona təqdim etdikdən sonra həmin şəxsin də özünü təqdim etməsini xahiş etdik. Həmin şəxs özünü onlara təqdim edərək adı və soyadının Təqsirləndirilən şəxs olduğunu bildirdi. Bundan sonra biz onu narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib Suraxanı Rayon Polis İdarəsinin 31-ci PB-nə dəvət etdik. Həmin şəxs heç bir etiraz etmədi və bizim ilə birlikdə Suraxanı Rayon Polis İdarəsinin 31-ci PB-nin inzibati binasına gəldi. Suraxanı RPİ-nin 31ci Polis bölməsində Təqsirləndirilən şəxs video çəkiliş ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirildikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarışı keçirən prosessual şəxs tərəfindən hüquq və vəzifələri izah olundu. Bundan sonra Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi və saxlanılması qanunla qadağan olunmuş əşya və predmetin könüllü surətdə təqdim olunması təklif olundu. Təqsirləndirilən şəxs əynində olan göy rəngli üzərində ağ rəngli damalı xətləri olan uzun şortikin cibindən qara rəngli dəri kisənin içərisindən bir ədəd elektron tərəzini, 11 (on bir) ədəd qəhvəyi rəngli büküm, 10 (on) ədəd ağ rəngli kristal formalı büküm kütlələri təqdim edərək bildirdi ki, təqdim etdiyi 11 ədəd büküm kütlə narkotik vasitə heroin, 10 ədəd büküm kütlə isə psixotrop maddə metamfetamindir və özü istifadə etmək məqsədildə 12 avqust 2022-ci il tarixdə İran İslam Respublikasını vətəndaşından qramını 20 manata almışdır» Şahid3 ifadələrində Suraxanı RPİ-nin narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət etdiyini bildirib ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunmuş Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla hər hansı münasibəti olmamışdır. Onu barəsində keçirilən əməliyyat tədbiri zamanı tanmışdır. Polis idarəsinin 31-ci polis bölməsinə Təqsirləndirilən şəxs üzərində narkotik vasitələrin gəzdirilməsində və istifadə etməsi barədə məlumat daxil olmuşdu. Əməliyyat qrupu yaradıldı, ardınca rəhbərliyə məruzə olundu. Avqust ayı idi. Səfərzadə küçəsi, döngə 17-də mülki geyimdə Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər. Onu bölməyə dəvət edib bölməyə aparmışlar. Müdafiəçi dəvət olundu. Orada onun üzərinə baxış keçirildi. Onun qara rəngdə çantası var idi. Çantanın içərisindən bir ədəd tərəzi, on büküm bir narkotik vasitə, 10 büküm də sonra çıxdı. Kakos və metamfetamin üstündən çıxdı. Soruşanda ki, “kimdən almısan”, dedi ki, İran vətəndaşından, “WhatsApp” sosial şəbəkəsi vasitəsilə əldə etmişdir. Sonra aşkar olunmuş narkotik vasitələr ekspertizaya göndərildi. Ruadı evinin qarşısında saxlamışlar. 10-12 büküm narkotik vasitə Ruadın üstündən çıxıb. Ruadda aşkarlanmış narkotik vasitələrin arasında həm “kakos”, yəni heroin, həm də metamfetamin var idi. Bükümlərin ayrı-ayrı olmasının səbəbi Təqsirləndirilən şəxs narkotik vasitələrdən satış məqsədilə istifadə etməsi olub. Məlumat satışla məşğul olması ilə əlaqədar daxil olmuşdur. Təqsirləndirilən şəxs böhtan atmır. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində Şahid3 ibtidai istintaq zamanı göstərmişdir: « o, 2007-ci il tarixdən DİH-da xidmət edir. Hazırda Suraxanı RPİ-nin Narkotiklərlə Mübarizə bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyirəm. 13 avqust 2022-ci il tarixdə Ruad, adlı şəxsin narkotik vasitələrin qəbulu və qanunsuz olaraq daşıyıb üzərində saxlaması barədə 31-ci polis şöbəsinə əməliyyat məlumatı daxil oldu. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlamasına görə və onun ifşa edilməsi məqsədi ilə ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildi, həmin qərar rəhbərlik tərəfindən təsdiq edildi. Bundan sonra əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Suraxanı rayon prokurouna və Suraxanı rayon məhkəməsinin sədrinə məlumat verildi. Bundan sonra əməliyyat qrupu yaradıldı. Əməliyyat qrupunun rəhbəri Suraxanı RPİ-nin 31-ci PB-nin əməliyyat müvəkkili Emil İsmaylov, üzvüləri isə mən və Suraxanı RPİ-nin Narkotiklərlə Mübarizə bölməsinin əməliyyat müvəkkili baş leytenantı Səyavüş Səfərov təyin olundu. Bundan sonra Təqsirləndirilən şəxs ətrafında tədbirlər keçirilməyə başlandı. Həmin gün qrupun üzvüləri ilə birlikdə daxil olmuş məlumat əsasında saat təxminən 17:00 dəqiqədə Bakı şəhəri Suraxanı rayonu, Suraxanı qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 17 nömrəli döngədə həmin şəxsi əlamətlərinə görə tanıyıb ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini ona təqdim etdikdən sonra həmin şəxsin də özünü təqdim etməsini xahiş etdik. Həmin şəxs özünü onlara təqdim edərək adı və soyadının Təqsirləndirilən şəxs olduğunu bildirdi. Bundan sonra biz onu narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasım bildirib Suraxanı Rayon Polis İdarəsinin 31-ci PB-nə dəvət etdik. Həmin şəxs heç bir etiraz etmədi və bizim ilə birlikdə Suraxanı Rayon Polis İdarəsinin 31-ci PB-nin inzibati binasına gəldi. Suraxanı RPİ-nin 31-ci Polis bölməsində Təqsirləndirilən şəxs video çəkiliş ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirildikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarışı keçirən prosessual şəxs tərəfindən hüquq və vəzifələri izah olundu. Bundan sonra Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi və saxlanılması qanunla qadağan olunmuş əşya və predmetin könüllü surətdə təqdim olunması təklif olundu. Təqsirləndirilən şəxs əynində olan göy rəngli üzərində ağ rəngli damalı xətləri olan uzun şortikin cibindən qara rəngli dəri kisənin içərisindən bir ədəd elektron tərəzini, 11 (on bir) ədəd qəhvəyi rəngli büküm, 10 (on) ədəd ağ rəngli kristal formalı büküm kütlələri təqdim edərək bildirdi ki, təqdim etdiyi 11 ədəd büküm kütlə narkotik vasitə heroin, 10 ədəd büküm kütlə isə psixotrop maddə metamfetamindir və özü istifadə etmək məqsədildə 12 avqust 2022-ci il tarixdə İran İslam Respublikasını vətəndaşından qramını 20 manata almışdır» Məhkəmədə elan edilib araşdırılmış ifadələrində Şahid1 ibtidai istisntaq zamanı ifadələrində hazırda Suraxanı RPİ-nin 31-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işlədyini bildirib göstərmişdir ki, 13 avqust 2022-ci il tarixdə Ruad, adlı şəxsin narkotik vasitələrin qəbulu və qanunsuz olaraq daşıyıb üzərində saxlaması barədə 31-ci polis şöbəsinə əməliyyat məlumatı daxil olmuş. Həmin şəxsin qanunsuz olaraq narkotik vasitə saxlamasına görə və onun ifşa edilməsi məqsədi ilə ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar rəhbərlik tərəfindən təsdiq edilmişdir. Bundan sonra onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmış həmin qrupun üzvü Suraxanı RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili polis kapitanı Şahid2 və NMB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 təyin olunmuşdur. Həmin gün daxil olmuş məlumat əsasında saat təxminən 17:00 dəqiqədə Bakı şəhəri Suraxanı rayonu, Suraxanı qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 17 Ne li döngədə həmin şəxsi əlamətlərinə görə tanıyıb ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini ona təqdim etdikdən sonra həmin şəxsində özünü təqdim etməsini xahiş etmiş. Həmin şəxs özünü onlara təqdim edərək adı və soyadının Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasım bildirib Suraxanı Rayon Polis İdarəsinin 31-ci PB-nə dəvət etmiş. Həmin şəxs heç bir etiraz etməmiş onlar ilə birlikdə Suraxanı Rayon Polis İdarəsinin 31-ci PB-nin inzibati binasına gəlmişdir. Suraxanı RPİnin 31-ci Polis Bölməsində Təqsirləndirilən şəxs video çəkiliş ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirildikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarışı keçirən prosessual şəxs tərəfindən hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi və saxlanılması qanunla qadağan olunmuş əşya və predmetin könüllü surətdə təqdim olunması təklif olunmuş. Təqsirləndirilən şəxs əynində olan göy rəngli üzərində ağ rəngli damalı xətləri olan uzun şortikin cibindən qara rəngli dəri kisənin içərisindən bir ədəd elektron tərəzini, 11 (on bir) ədəd qəhvəyi rəngli büküm, 10 (on) ədəd ağ rəngli kristal formalı büküm kütlələri təqdim edərək bildirdi ki, təqdim etdiyi 11 ədəd büküm kütlə narkotik vasitə heroin, 10 ədəd büküm kütlə isə psixotrop maddə metamfetamindir və özü istifadə etmək məqsədildə 12 avqust 2022-ci il tarixdə İran İslam Respublikasını vətəndaşından qramını 20 manata almışdır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində Suraxanı RPİ-nin 31-ci PŞ-nin xidməti otaqda13 avqust 2022-ci il tarixdə şəxsi axtarış aparılan zaman özündə videogörüntüləri əks etdirən bir ədəd DVD diskə baxış keçirilmişdir. Videoçəkilişdən görünür ki, polis əməkdaşları Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasında yerləşən xidmət otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olması barədə sual verilir, Təqsirləndirilən şəxs əynindəki şortikin cibindən qara rəngli dəri kisənin içərisindən bir ədəd elektron tərəzini, on bir ədəd qəhvəyi rəngli büküm, on ədəd ağ rəngli kristal formalı büküm kütlələri təqdim edərək təqdim etdiyi on bir ədəd büküm kütlənin narkotik vasitə heroin, on ədəd büküm kütlənin isə psixotrop maddə metamfetamin olduğunu, özü istifadə etmək məqsədilda 12 avqust 2022-ci il tarixdə İran İslam Respublikasının vətəndaşından qramını 20 manata aldığını bildirir Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının 15 avqust 2022-ci il tarixli, 6/4335 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 11 (on bir) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,834 qram, 3,858 qram, 3,310 qram, 0,908 qram, 2,520 qram 2,067 qram, 2,319 qram. 1,927 qram, 2,031 qram, 2,057 qram və 1,357 qram ümümi təmiz çəkisi 27,188 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 10 (on) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,454 qram, 1,652 qram, 2,449 qram. 0,740 qram, 0,284 qram, 0,323 qram, 0,491 qram, 0,267 qram, 1,177 qram və 23,955 qram ümumi təmiz çəkisi 32,792 qram ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetmindir. 1 (bir) ədəd «qara» rəngli elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəkilində olduğu üçün, heroinin və metamfetaminin eyni kimyəvi tərkibli olubolmamasım müəyyən etmək mümkün deyildir Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülümüş 11 ədəd bükümdə ümumi təmiz çəkisi 27,188 qram kustar üsulla hazırlanmış (tədqiqata sərf edildikdən sonra qalıq 26,968 qram) narkotik vasitə heroin, on ədəd büküm təmiz çəkisi 32,792 qram (tədqiqata sərf edildikdən sonra qalıq 32,592 qram) psixotrop maddə metamfetamin, bir ədəd üzərində heroin və metamfetamin izləri olan qara rəngli elektron tərəzi maddi sübut kimi tanınaraq saxlanılması üçün Suraxanı Rayon Polis İdarəsinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə video çəkiliş ilə şəxsi axtarış aparılan zaman tərtib edilmiş 01 ədəd disk iş üzrə sübut kimi qiymətləndirilərək cinayət işinə əlavə edilmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, 13 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə video çəkiliş ilə axtarış keçirilən axtarışın gedişini əks etdirmiş 01 dəd disk cinayət işi üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, ambulator məhkəmə-psixiatrik ekspertizasının 2816 saylı 02 noyabr 2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar edilmir. X7 törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hazırda Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyəti onunla istintaq hərəkətlərinin həyata keçirilməsinə imkan verir. Təqsirləndirilən şəxs qərarda qeyd olunan əməli törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyib ifadələrində göstərdi ki, polis əməkdaşları onu o, evində uzandığı vaxtda tutmuşlar. Tutlan zaman stolun üstündə bir qram narkotik vasitə heroin, 0.3 qram metamfetamin olub. Polislər onu evinin içindən götürüb bölməyə aparmışlar. Onun üzərindən ittihamda göstərilən külli miqdarda narkotik vasitə çıxmayıb. Onu evdən sürüyə-sürüyə gətirib maşına qoyublar. Bir qram narkotik vasitə heroin və 0,3 qram metomfetamin ona məxsus olub. İstintaq zamanı onun boynuma nə qoyublarsa, qəbul etmişdir. Bölmədə vəziyyəti pis olduğu üçün orada narkotik vasitə qəbul etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs bu ifadələrini onun özünün ibtidai istintaq zamanı verdiyi ifadələri, şahid ifadələri, digər sübutlarla, o cümlədən də işin faktiki halları ilə müqayisəli təhlil edib onun məhkəmədəki ifadələrinin təsdiq edən sübut edən hal və fakt müəyyən olunmadığı qənəaətinə gəlir. Çünkü onun barəsində ittihamı təsdiq edən şahidlərin ifadələrini, onun özünün ibtidlai istintaq zamanı verdiyi ifadələrini təkzib edən sübut müəyyən olunmadı. Məhkəmə qeyd edir ki, cinayət prosessual qanunun tələbələrinə əsasən təqsirləndirilən şəxsin öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası ola bildiyi kimi, təqsirləndirilən şəxsin ittihamı inkar etməsi barəsindəki ifadələri də iş üzrə bütün sübutların məcmusu ilə birlikdə təqsirin inkar edilməsi kimi qəbul ediləcək yekun qərarın əsası ola bilər. Məhkəmədə isə bu müəyyən olunmadı. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs bu ifadələrini onun özünün müdəfiəsinə yönələn obyektiv həqiqətə uyğun olmayan ifadələr kimi qiymətləndirir. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunan ittihamı təsdiq edən sübutlar əsasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlinin onun tərəfindən anlaqlı vəziyyətdə qəsdən törədilməsinin sübuta yetirildiyi qənaətinə gəlir və Təqsirləndirilən şəxs ğlunun bu əməlini Azərbaycan Respublikası 234.4.3-cü maddəsi ilə tövsif olunmasını əsaslı sayır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cinayət əməlini qəsdən törətməsi qənaətinə gəldiyindən bu əmələ görə həmin maddədə nəzərdə tutulan qaydada onun cəzalanmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 65 (altımış beş) manat xərclənməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü 38 saylı Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən 45 (qırx beş) saat hüqüqi yardım göstərilməsi və bu səbəbdən də ona 270 (iki yüz yetmiş) manat ödənilməli olması müəyyən olundu. Məhkəmə müdafiəçiyə ödənilmiş məbləği dövlət büdcəsi hesabına ödənilməsini təmin edib, təqsirləndirilən şəxsin həmin məbələği ödəməyə maliyyə imkanlarının olmamasını nəzərə alıb onu həmin ödəmədən azad olunmasını əsaslı sayır. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Suraxanı Rayon Polis İdarəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülümüş 11 ədəd bükümdə ümumi təmiz çəkisi 27,188 qram kustar üsulla hazırlanmış (tədqiqata sərf edildikdən sonra qalıq 26,968 qram) narkotik vasitə heroin, on ədəd büküm təmiz çəkisi 32,792 qram (tədqiqata sərf edildikdən sonra qalıq 32,592 qram) psixotrop maddə metamfetamin sərbəst dövriyyəsi qadağan olunmuş əşyalar kimi, bir ədəd üzərində heroin və metamfetamin izləri olan qara rəngli elektron tərəzini istehlak dəyərini itirmiş əmlak kimi məhv edilməsini əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitələrin və maddənin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə prosesini əks etdirən bir ədəd rəqəmsal (DVD) disk iş üzrə maddi sübut kimi tanınmışdır. Məhkəmə, iş üzrə maddi sübüt kimi tanınmış həmin rəqəmsal video diskin(DVD) özündə cinayət əməlinin izlərini deyil, istintaq hərəkətinin gedişini əks etdirdiyini nəzərə alıb, həmin diskin maddi sübüt olmadığı qənaətinə gəlib sübütlar siyahısından xaric edir. Əks halda istintaq hərəkətələrinin gedişini göstərən bütün hərəkətələr sübut kimi qiymətləndirilərdi. Bu da cinayət prosesi ilə müəyyən edilmiş sübutların dairəsini prosessual qaydadan kənar genişləndirilməsinə yol açardı. Buna da prosessual qanunla yol verilmir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs 13 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, 15 avqust 2022 -ci il tarixdə o, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində həbs qətimkan tədbiri seçilib hazırkı vaxta qədər həbsdə saxlanılması müəyyən olundu. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yünülləşdirən hal kimi onun himayəsində azyaşlı uşağının olması, ibtidai istintaqın ilkin mərhələsində ətraflı ifadələr verib, cinayətin açılmasında iştirak etməsi müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və onun qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu nəzərə alıb təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının materiallarından görünür ki, səxsin Ambulator X2 Komissiyasının verdiyi 10 noyabr 2022-ci il tarixli, 6716 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs «OPİOİDLƏRİN» və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLLİQ SİNDROMU (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniydan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmasını və onun narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınması əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il 6 (altı) müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 13 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına materialların məhkəmə ekspertizasının keçirilməsinə sərf olunmuş 65 (altımış) manat Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 38 saylı Vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Vəkillər X4 və Tədris Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs müdafiəçiyə ödənilən məbləğin ödənilməsindən azad olunsun, ondan 65 ( altmış beş) manat tutulub dövlət büdcəsinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün saxlanılması üçün Suraxanı Rayon Polis İdarəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülümüş 11 ədəd bükümdə ümumi təmiz çəkisi 27,188 qram kustar üsulla hazırlanmış (tədqiqata sərf edildikdən sonra qalıq 26,968 qram) narkotik vasitə heroin, on ədəd büküm təmiz çəkisi 32,792 qram (tədqiqata sərf edildikdən sonra qalıq 32,592 qram) psixotrop maddə metamfetamin sərəbst dövriyyəsi qadağan olunmuş əşyalar kimi, bir ədəd üzərində heroin və metamfetamin izləri olan qara rəngli elektron tərəzini istehlak dəyərini itirmiş əməlak kimi məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-566/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-566/2023
15.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver