Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-566/2024 31.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), Məmmədov X8 Mahirə Nəzər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X6, Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanından qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda olmaqla 02 ədəd bükümlərdə olan və təmiz çəkisi 2,264 qram təşkil edən psixotrop maddə metamfetamini və şəxsi istehlak miqdarından artıq miqdarda olmaqla 05 ədəd bükümlərdə olan və ümumi təmiz çəkisi 90,343 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, yeni sahədə yerləşən yaşadığı nömrəsiz fərdi evində saxlamış və 10 mart 2023-cü il tarixdə saat 14:00-da Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşları tərəfindən alınmış əməliyyat məlumatı əsasında təxirəsalınmaz qaydada qeyd edilən yaşadığı evinə videoçəkiliş vasitəsi ilə baxış keçirilərkən evin yataq otağında olan paltar dolabının alt siyirməsindən 05 ədəd sellofan bükümlərdə olmaqla kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən və ayrı-ayrılıqda təmiz çəkiləri 40,0 qram, 4,380 qram, 44,764 qram, 0,441 qram və 0,758 qram olub ümumi təmiz çəkisi şəxsi istehlak miqdarından artıq, yəni 90,343 qram təşkil edən, bitki mənşəli, çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 02 ədəd bükümlərdə olmaqla kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən və ayrı-ayrılıqda təmiz çəkiləri 1,191 və 1,073 qram olub ümumi təmiz çəkisi külli miqdar, yəni 2,264 qram təşkil edən, ağ rəngli, kristalşəkilli və kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da o, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, 10 mart 2023-cü il tarixdə səhər tezdən polis əməkdaşları evinə girərək onun əllərini qandallayıb Polis Şöbəsinə aparmışlar. Polis Şöbəsində isə ona bildiriblər ki, evindən narkotik vasitə çıxıb. O, isə etiraz edərək bildirmişdir ki, evində narkotik vasitə olmayıb. Bundan sonra isə polislər ona təzyiq göstəriblər, ayaqlarından asıblar. Videoçəkiliş zamanı onu məcbur ediblər ki, onların istədikləri kimi danışsın. Polislər hətta falqanı da onun avtomobilinə əvvəlcədən qoymuşdurlar. Əlavə olaraq isə bildirmişdir ki, polis əməkdaşları tərəfindən ona ibtidai araşdırma zamanı fiziki və psixoloji təzyiqlər edilib. Polislərin qanunsuz hərəkətlərindən heç bir orqana şikayət etməmişdir, çünki şikayətlərə baxan yoxdur. Həmin gün həyat yoldaşı və uşağı evdə olmamışdır, ona görə də evdə tək olmuşdur. Hərdən bir marixuna istifadə edir, lakin heroin istifadə etmir. Evinə baxış keçirilməsi barədə icazə ərizəsini sonradan bölmədə yazıb vermişdir. Evdən aşkar olunan narkotikdən xəbəri yoxdur, həmin narkotiki polislər özləri qoymuşdurlar. Polislər onu ayaqlarından asandan sonra məcburiyyət qarşısında narkotik vasitələrin özünə məxsus olması barədə ifadə vermişdir. Elşən Muradov tanış olub və bu işlərin başında duran elə Elşəndir. Bu ilin fevral ayında Tofaş markalı avtomobilini satmaq üçün Elşəndən 900 manat beh almışıdr, lakin sonra maşını qəza etdiyi üçün satmaqdan imtina etmişdir. Elşənlə məhz bu məsələyə görə evində mübahisə yaranmış və dalaşmışlar. Sonra isə Elşən gedib polisə ərizə yazmışdır. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə əvvəllər məhkum edilmişdir. O, 3 ildir ki, narkotik vasitə olan marixuana və metamfetamin adlı narkotik vasitəni falqada çəkməklə qəbul edir. Lakin inyeksiya yolu ilə narkotik vasitəni qəbul etməmişdir. Təxminən 1 həftə bundan əvvəl öz şəxsi istifadəsi üçün Nizami rayonu 8-ci km ərazisindən tanımadığı şəxsdən 80 manata 05 ədəd şəffaf sellofana bükülmüş bitki mənşəlli marixuana adlı narkotik vasitəni və 50 manata isə 3 bükümdə olan şüşə, yəni metamfetamin adlı psixotrop maddə satın alıb Xəzər rayonu Türkan qəsəbəsi yeni sahədə yerləşən nömrəsiz evində yataq otağında olan paltar dolabının siyirməsinə qoymuşdur. Satın aldığı 03 bükümdə olan metamfetaminin 1 ədəd bükümünü tam şəkildə İstifadə etmişdir, həmin paltar dolabında 02 ədəd bükümdə şüşə, yəni, metamfetamin adlı psixotrop maddə qalmışdır. xx.xx.2023-cü il tarixdə günorta saatlarında Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşları onun Xəzər rayonu Türkan qəsəbəsində yerləşən ünvanına gəlmişlər, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu və evində, həyətyanı sahəsində narkotik vasitə olub-olmadığını bildirməklə onun həyətyanı sahəsinə, evinə və həyətində olan “kamaz” markalı yük avtomobilinə, “Volksvagen Passat” markalı **-AF-*** qeydiyyat nişanlı avtomobilinə baxış keçirilməsini təklif etmişlər. O da həyətyanı sahəsinə, evinə və avtomobillərinə baxışın aparılmasına etiraz etməmişdir. Bundan sonra, o həyətyanı sahəsinə, fərdi yaşayış evinə, həyətində olan avtomobillərinə baxış aparılmasına etirazının olmaması barədə rəsmi olaraq ərizə ilə müraciət etmişdir. Baxış keçirilərkən onun hüquq və vəzifələri tam şəkildə ona izah edildikdən sonra onun razılığı ilə, şəxsi iradəsi əsasında evinə baxış keçirilmişdir. Baxış zamanı baxışı həyata keçirən polis əməkdaşları evində, həyətində və avtomobillərində qanunla qadağan edilmiş əşya və narkotik vasitə olub-olmamasını ondan xəbər almışlar. O yaşadığı 3 otaqlı fərdi yaşayış evinin yataq otağında olan paltar dolabının daxilində narkotik vasitə və psixotrop maddələrin olduğunu bildirmiş, bundan sonra onun iştirakı ilə 3 otaqlı evinə baxış keçirilmiş və o evinin yataq otağında olan dolabın alt siyirməsinin içində kardon karobkanın altına qoyduğu 05 ədəd şəffaf sellofana bükülmüş bitki mənşəlli marixuana olan narkotik vasitəni və 02 ədəd şəffaf sellofan bükümdə olan “şüşə” adlı psixotrop maddələri araşdırmaya təqdim etmiş, onun evindən həmçinin 01 ədəd narkotik maddənin miqdarını ölçmək üçün istifadə etdiyi 01 ədəd tərəzi və 04 ədəd istifadəsində olan smart tipli mobil telefonları aşkar edilərək götürülmüşdür. Evinin digər otağına da baxış keçirilmiş, lakin digər otaqlarında narkotik maddə aşkar edilməmişdir. Çünki o 1 həftə əvvəl satın aldığı narkotik vasitələri evinin yataq otağında paltar dolabının siyirməsində gizlədərək saxlamışdır. Daha sonra, həyətində olan “Kamaz” markalı və “Volksvagen” markalı avtomobilinə baxış keçirilmiş, “Volksvagen" markalı avtomobilinin salonunda falqa və narkotik vasitəni yandırıb istifadə etdiyi 01 ədəd borucuq da aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Evinin yataq otağından aşkar olunmuş bükülülər polis əməkdaşlarının iştirakı ilə qablaşdırılmış və üzəri imzalanaraq möhürlənib götürülmüşdür. O da həmin zərfin üzərini imzalamışdır. Polis əməkdaşları Türkan qəsəbəsi, yeni sahədəki evinə baxış keçirilməsinə dair protokol tərtib etmişlər. Tərtib olunmuş protokolu ucadan oxumuşlar. Düz yazdıqları üçün o da protokolu imzalamışdır. Daha sonra polis əməkdaşları onu Xəzər RPİ-nin 1-ci PŞ-nə dəvət etmişlər və polis şöbəsində də vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış aparmışlar. Lakin şəxsi axtarış zamanı üzərindən qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı o heç bir etirazı və əlavəsi olmadığını, evində aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin ona məxsus olduğunu və şəxsi İstifadəsi üçün evinin yataq otağında saxladığını polis şöbəsində araşdırmanı aparan polis əməkdaşına və vəkilinə bildirmişdir. Bundan başqa bildirmişdir ki, 2023-cü ilin fevral ayının təxminən ortalarında Elşən Muradov adlı tanışı onun Tofaş markalı avtomobilini almaq üçün ona 900 manat beh vermişdir. Həmin günün axşamı o maşını əzdiyi üçün satmaqdan imtina etmişdir. Bir neçə gündən sonra Elşənə zəng edib bildirmişdir ki, behi qaytarır, maşını da satmır. Amma Elşən onun evinə gəlib onunla mübahisə etmiş və mübahisə zamanı onu vurmaq istəmişdir. O da özünü qorumaq üçün Elşənə müqavimət göstərmiş və qaynar su olan vedrəni götürüb Elşənin üzərinə atmışdır. Daha sonra Elşən onun evindən çıxıb getmişdir. Bu hadisədən bir neçə gün sonra polis əməkdaşları onun evinə gəlib onun razılığı ilə evinə baxış keçirmişlər. Baxış zamanı evindən narkotik vasitə və psixotrop maddə aşkar olunmuşdur. Tutulan zaman isə barəsində toplanmış materialın X7 müraciəti əsasında olduğunu öyrənmişdir. Belə ki, Elşən yalandan haradansa əldə etdiyi narkotik vasitəni könüllü şəkildə polis orqanına aparmaqla guya həmin narkotik vasitəni 1000 manata ondan aldığını bildirmişdir. Əslində isə o Elşənə heç bir narkotik vasitə satmamışdır. Elşən sadəcə aralarında olan münaqişəyə görə ondan kinli olduğu üçün və ondan acıq çıxmaq üçün bu yola əl ataraq onu şərləmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı Şahid6 ifadəsində bildirmişdir ki, Elşən Muradov adlı şəxs Xəzər RPİ-nin 1-ci PŞ-nə ərizə müraciət edərək Türkan qəsəbəsində Yadigar adlı şəxsdən 1000 manata marixuana almasını bildirmişdir. Həmin ərizəyə əsasən müəyyən məlumatlar toplanılmış, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər. Qapını Yadigar bir az gec açmışdır. Onu qərarla tanış edərək evinə baxış keçirəcəklərini bildirmişlər. Baxışın keçirilməsinə Yadigar heç bir etiraz etməmiş və onun razılıq ərizəsi ilə evə baxış keçirilmişdir. Evdə yataq otağındakı paltar dolabının alt siyirməsindən 5 ədəd bükümdə şəffaf sellofana bükülmüş, marixuana, 2 büküm də metamfetamin aşkar olunmuşdur. Əlavə olaraq bildirmişdir ki, ibtidai aradşırma dövrü təqsirləndirilən şəxsə polis əməkdaşları tərəfindən fiziki və ya psixoloji təzyiq edilməmişdir. Yadigarın narkotik saxladığı dolabda telefon və tərəzi də olmuşdur. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə sahə inspektoru işləyir. Yadigar xidməti ərazinin bir sakini kimi tanıyır. Bu ilin mart ayında ərizə əsasında Yadigarın yaşadığı ünvana getmişlər. Yadigar evinə baxış keçirməyə etiraz etməmişdir. Yadigarın evinə baxış keçirilmiş, Yadigar özündə narkotik vasitə olmasını təsdiq etmiş və şəxsi istifadəçi üçün evdə saxladığı bir neçə büküm marixuananı özü könüllü təqdim etmişdir. Məhkəmə istintaqı zamanı Şahid5 ifadəsində bildirmişdir ki, 2023-cü ilin mart ayında adını xatırlamadığı vətəndaş Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ona narkotik vasitə satmışdır. Daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs türkan qəsəbəsindəki yaşadığı ünvana getmişlər. Evin qapısını 10-15 dəqiqə ərzində dəfələrlə döydükdən sonra Yadigar qapını açmışdır. Yadigara evində narkotik vasitənin olması şübhəsi ilə əlaqədar baxış keçirilməsinin zəruri olduğu bildirilmiş, Yadigar isə onun evində narkotik vasitə olmasını etiraf etmiş və evinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Yadigar evində yataq otağındakı paltar dolabının alt siyirməsindən 5 ədəd bükümdə şəffaf sellofana bükülmüş, marixuana, 2 büküm də metanfetamin, həmçinin tərəzini çıxarıb könüllü təqdim etmişdir. Əlavə olaraq bildirmişdir ki, ibtidai aradşırma dövrü təqsirləndirilən şəxsə polis əməkdaşları tərəfindən fiziki və ya psixoloji təzyiq edilməmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində bildirmişdir ki, şəxsin evinə özü ilə birlikdə baxış keçirilib və baxış zamanı narkotik vasitə aşkar olunaraq təhqiqatçı tərəfindən sənədləşdirilib. Şəxsin evinə baxış keçirilən zaman evdə tək idi. Ailə üzvləri daxil olmaqla evdə heç kim yox idi. Təqsirləndirilən şəxs evində aşkar olunan narkotik vasitəni özü üçün aldığını bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, ibtidai aradşırma dövrü təqsirləndirilən şəxsə polis əməkdaşları tərəfindən fiziki və ya psixoloji təzyiq edilməmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində bildirmişdir ki, Xəzər RPİ-nin 1-ci PŞ-nə bir nəfər şəxs ərizə ilə müraciət edərək Türkan qəsəbəsində yaşayan Yadigar adlı şəxdən 1000 manat dəyərində marixuna adığını bildirmişdir. Bundan sonra Yadigr Qədimovun evinə gedilərək axtarış keçirilmiş və axtarış zamanı evdən narkotik vasitə, psixotrop maddə aşkar olunmuşdur. Sonra götürülən narkotik vasitələrlə birlikdə şəxs 1-ci polis şöbəsinə aparılmış, orada vidoçəkilişlə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs həmin maddələrin ona məxus olduğunu bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, ibtidai aradşırma dövrü təqsirləndirilən şəxsə polis əməkdaşları tərəfindən fiziki və ya psixoloji təzyiq edilməmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 Yahya oğlu ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsi tanıyır, hadisəyə qədər təxminən 9 ay həmin ərazidə xidmət aparmışdır. Bir vətəndaş narkotik vasitəni polis bölməsinə təqdim edərək Yadigar adlı şəxsdən aldığını bilmişdir, bununla bağlı olaraq da, Yadigarın yaşadığı ünvana getmişlər. Evində isə Yadigar şəxsi istifadəçi üçün evində saxladığı bir neçə büküm marixuananı özü polis əməkdaşlarına təqdim etmişdir. İbtidai araşdırma zamanı Şahid1 Yahya oğlu ifadəsində bildirmişdir ki, X11 ərizə ilə Xəzər RPİnin 1-ci PŞ-nə müraciət edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində Yadigar adlı şəxsdən 1000 manat dəyərində 01 ədəd bükümdə narkotik vasitə olan marixuana satın almışdır və həmin narkotik vasitəni könüllü şəkildə polis orqanına təqdim etmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, Elşən Muradovun qeyd etdiyi həmin şəxs xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1-də qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, YYS-də nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxsdur. Həmçinin Türkan qəsəbəsində yaşayan sakinlər arasında apardıqları kəşfiyyat xarakterli söhbətlər zamanı Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, YYS-də yerləşən nömrəsiz fərdi evində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Alınmış əməliyyat məlumatından sonra təxirəsalınmaz qaydada Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, YYS-də yerləşən nömrəsiz fərdi evinə baxış keçirilməsi zərurəti yarandığından qeyd edilən ünvana yollanmışlar. Təqsirləndirilən şəxs bu barədə tərtib edilmiş qərarla tanış edib evinə baxış keçirəcəklərini bildirmişlər. Baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirən Təqsirləndirilən şəxs onlarla razılaşmış və onlar evə baxış keçirmişlər. Baxış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək sözü gedən evdə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs evdə yataq otağındakı paltar dolabının alt siyirməsini açaraq siyirmənin içərisində ağ rəngli karobkanın alt hissəsində olan 5 ədəd bükümdə olmaqla şəffaf sellofana bükülmüş, içərisində bitki mənşəli narkotik vasitəyə bənzər, spesifik iyli kütlələri, həmçinin 02 ədəd bükümdə olmaqla şəffaf sellofana bükülmüş, içərisində ağ rəngli və şüşə formasında olan psixotrop maddəyə bənzər kütlələri təqdim edərək yataq otağındakı kamotun üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin içərisinə təhqiqatçı tərəfindən əyani baxış keçirilmişdir. Baxış zamanı bükümlərin içərisində narkotik vasitə hesab olunan marixuanaya və psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar edilmişdir. Həmin maddələr barədə Təqsirləndirilən şəxs sual verilərkən sonunucu aşkar edilmiş 5 ədəd bükümdə olmaqla şəffaf sellofana bükülmüş kütlələrin marixuana olduğunu və digər 2 ədəd bükümdə olmaqla şəffaf sellofana bükülmüş şüşə kristal formalı maddənin isə metamfetamin olmasını bildirmiş və həmin maddələri şəxsi istifadəsi üçün gələcəkdə istifadə edəcəyi məqsədi ilə evində saxladığını bildirmişdir. Həmçinin yataq otağındakı güzgülü kamotun üzərində olan 1 ədəd tərəzinin və 4 ədəd olmaqla “Oddo”, “Samsung”, ’lphone” və “Xiaomi” markalı mobil telefonların özünə məxsus olduğunu, tərəzidən isə narkotik vasitələri alarkən çəkilərini ölçmək üçün istifadə etdiyini bildirmişdir. Təhqiqatçı tərəfindən aşkar olunmuş kütlələr, 4 ədəd mobil telefon və 01 ədəd tərəzi qablaşdırılaraq götürülmüşdür. Daha sonra evin digər hissələrinə baxış keçirilmiş, lakin baxış zamanı evdə başqa narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud İş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Həmçinin evin həyətyanı sahəsində olan Kamaz markalı avtomobilə baxış keçirilmiş, lakin baxış zamanı avtomobildə qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı bir əşyalar və ya sənədlər aşkar edilməmişdir. Daha sonra Volksvagen Passat markalı avtomobilə baxış keçirilmiş və baxış zamanı avtomobilin salonundan üzərində Pioner sözləri həkkedilmiş, maqnitofon qutusunun daxilində olan 1 ədəd falqa parçası və narkotik vasitəni istifadə etmək üçün falqadan hazırlanmış borucuq aşkar edilmiş və iş üzrə sübut əhəmiyyətinə malik olduğu üçün qablaşdırılaraq təhqiqatçı tərəfindən götürülmüşdür. Bundan başqa evin həyətyanı sahəsinə və qaraja baxış keçirilmiş, lakin baxış zamanı qeyd edilən yerlərdən qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Daha sonra təhqiqatçı istintaq hərəkətinin yekunlaşdığını elan edərək videoçəkilişİ dayandırmağı tələb etmişdir. Həmçinin qeyd etmişdir ki, evə baxış və götürmə zamanı SAMSUNG S 9+ markalı mobil telefon vasitəsi ilə Xəzər RPl-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 tərəfindən video çəkiliş aparılmışdır. Evə baxış keçirildikdən sonra Təqsirləndirilən şəxs onlar tərəfindən Xəzər RPİ-nin 1-ci PŞ-nin inzibati binasına gətirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zərurəti yarandığından, şöbəyə müdafiəçi dəvət olunmuşdur. Xidməti otaqların birində videoçəkiliş vasitəsilə müdafiəçinin, onun və Xəzər RPİ- nin 1-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 iştirakı ilə Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı David Yusifov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirəcəyini bildirib hər-hansı bir etirazının olubolmamasını soruşmuşdur. Təhqiqatçının bu sualından sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə hər hansı bir etirazının olmadığını bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, lakin üzərindən qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı və ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid2, Şahid3, Şahid4, Şahid5 və Şahid6 ibtidai araşdırma zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 Yahya oğlunun ifadəsi ilə oxşar məzmunlu ifadə vermişlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli ərizədən və raportdan (tapşırıqdan) müəyyən olunur ki, X7 ərizəsinə əsasən Yadigar adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. xx.xx.2023-cü “Şübhəli şəxsin tutulması haqqında” protokoldan və “Raportdan” görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Xəzər RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilmişdir. xx.xx.2023-cü il tarixli baxış - götürmə aparılması haqqında protokoldan (protokola əlavə olunmuş videoçəkilişin köçürüldüyü bir ədəd “DVD” diskdən) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Xəzər rayonu, Türkan qəsəbəsi, YYS-də yerləşən nömrəsiz evdə narkotik vasitə saxladığını bildirərək evin yataq otağındakı paltar dolabının alt hissəsini açaraq siyirmənin içərisində ağ rəngli karobkanın alt hissəsində olan 5 ədəd bükümdə olmaqla şəffaf sellofana bükülmüş, içərisində bitki mənşəli narkotik vasitəyə bənzər, spesifik iyli kütlələri, həmçinin 02 ədəd bükümdə olmaqla şəffaf sellofana bükülmüş, içərisində ağ rəngli və şüşə formasında olan psixotrop maddəyə bənzər kütlələri təqdim etmişdir. Həmin maddələr barədə Təqsirləndirilən şəxs sual verilərkən sonunucu aşkar edilmiş 5 ədəd bükümdə olmaqla şəffaf sellofana bükülmüş kütlələrin marixuana olduğunu və digər 2 ədəd bükümdə olmaqla şəffaf sellofana bükülmüş şüşə kristal formalı maddənin isə metamfetamin olmasını bildirmiş və həmin maddələri şəxsi istifadəsi üçün gələcəkdə istifadə edəcəyi məqsədi ilə evində saxladığını bildirmişdir. Həmçinin yataq otağındakı kamotun üzərində olan 1 ədəd tərəzinin və 4 ədəd olmaqla “Oddo”, “Samsung”, "İphone” və “Xiaomi” markalı mobil telefonların özünə məxsus olduğunu, tərəzidən isə narkotik vasitələri alarkən çəkilərini ölçmək üçün istifadə etdiyini bildirmişdir, Təhqiqatçı tərəfindən aşkar olunmuş kütlələr, 4 ədəd mobil telefon və 01 ədəd tərəzi qablaşdırılaraq götürülmüşdür. Daha sonra evin digər hissələrinə baxış keçirilmiş, lakin baxış zamanı evdə başqa narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Həmçinin evin həyətyanı sahəsində olan “Kamaz” markalı avtomobilə baxış keçirilmiş, lakin baxış zamanı avtomobildə qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı bir əşyalar və ya sənədlər aşkar edilməmişdir. Daha sonra “Volksvagen Passat” markalı avtomobilə baxış keçirilmiş və baxış zamanı avtomobilin salonundan üzərində “Pioner” sözləri həkkedilmiş, maqnitofon qutusunun daxilində olan bir ədəd falqa parçası və narkotik vasitəni istifadə etmək üçün falqadan hazırlanmış borucuq aşkar edilmiş və iş üzrə sübut əhəmiyyətinə malik olduğu üçün qablaşdırılaraq götürülmüşdür. Bundan başqa evin həyətyanı sahəsinə və qaraja baxış keçirilmiş, lakin baxış zamanı qeyd edilən yerlərdən qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Mənzilə-evə (avtomobilə) baxış keçirilməsinin görüntülərini (axtarış-götürmə) özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarına əlavə olunmuşdur. xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə yeni ittiham elan olunmuşdur. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 11 mart 2023-cü il tarixli 6/1489 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs evindən götürülmüş...” və s. soyadlar, imzalar olan bağlamadakı 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,191 qram, 1,073 qram, ümumi təmiz çəkiləri 2,264 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. 02 ədəd bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 11 mart 2023-cü il tarixli 7/368 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Vət Təqsirləndirilən şəxs evindən götürülmüş...” yazısı və imzalar olan kağız bağlamadakı 05 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 40 qram, 4,38 qram, 44,764 qram, 0,441 qram, 0,758 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi - 90,343 qramdır. Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli, 3443 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin, opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs evindən götürülmüş qalıq çəkisi 2,164 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 90,093 qram narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd elektron tərəzi, “Volksvagen Passat” markalı avtomobildən aşkar edilərək götürülmüş 1 ədəd falqa parçası və narkotik vasitəni istifadə etmək üçün falqadan hazırlanmış borucuq maddi sübut kimi saxlanmasından ötrü Xəzər RPİ-nin saxlanc anbarına - kamerasına (maddi sübutların saxlanılma yerinə) təhvil verilmişdir. Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ-nin xx.xx.2023-cü il tarixli 143 nömrəli ekspert rəyindən görünür ki, X7 bədəni üzərində aşkar edilmiş xəsarətlərin dərəcəsi təyin olunmur, qərarda göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gələ bilər. Təqsirləndirilən şəxs məxsus-evdən göürülmüş “Oddo”, “Samsung”, "İphone” və “Xiaomi” markalı mobil telefonlar X3 verimişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə həmin əməl Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir “(onların hissələridir). Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Yuxarıda sadalananlardan da, göründüyü kimi təqsirləndirilən şəxs irəli sürülən ittiham üzrə özünü tam təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutların məcmusuna əsasən onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin və psixotrop maddənin ona məxsus olmadığını, şəxsi istifadəsi üçün əldə etmədiyini və belə bir fikrinin olmadığını, həmçinin polis əməkdaşları tərəfindən saxlanılarkən polis əməkdaşları tərəfindən ona psixoloji və fiziki təzyiqlər edilməsini bildirsə də, həmin dəlillərin yoxlanılması zamanı təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatlar şahid ifadələri, şəxsi axtarış (baxış) protokolları, habelə toplanmış digər sübutlarla (istintaq materialları ilə) tam təkzib edilmişdir. Habelə, cinayət işinin materiallarında təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlilləri təsdiq edən mötəbər sübutlar məhkəmə baxışı zamanı da müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatlarla bağlı olaraq məhkəmə bildirir ki, təqsirləndirilən şəxs tutularkən onun müdafiə hüququ təmin edilərək müdafiəçi ilə təmin edilmiş, müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilmiş və axtarışın nəticəsinə dair müvafiq protokol tərtib edilmişdir. Bununla yanaşı, təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni qanunsuz olaraq əldə edib saxlamaqla daşımasını ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi ifadəsi ilə səmimi etiraf etmişdir. Bundan əlavə iş materiallarından müəyyən olunur ki, təqsirləndirilən şəxs ibtiadi araşdırma dövrü verdiyi bütün ifadələrində aşkar olunmuş narkotik vasitəni və psixotrop maddəni qanunsuz olaraq əldə edib saxlamaqla daşımasını bildirmişdir. Bundan başqa, iş materiallarnda olan Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli, 3443 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin, opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Bundan əlavə, təqsirləndirilən şəxsin tutularkən polis bölməsində polis əməkdaşları tərəfindən döyülməsi və yaxud da fiziki təzyiqlərə məruz qalıb-qalmamasının araşdırılması üçün məhkəmə müvafiq sorğular verərək İstintaq Təcridxanasından və MSY-dən onun tibbi kitabçasının surətlərini əldə etmiş, həmin sənədlərə proses iştirakçılarının iştirakı ilə baxış keçirilərkən kitabçada onun İstintaq Təcridxanasına və MSY-yə daxil olarkən müayinəsi zamanı yeni xəsarət izlərinin aşkar edilmədiyi qeyd edilmişdir. Bundan başqa, iş materiallarında olan Xəzər Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs tutulan zaman polis əməkdaşları tərəfindən döyülməsinin müəyyən edilməsi barədə araşdırma aparılaraq müvafiq tibbi sənədlər və ekspert rəyi də nəzərə alınmaqla cinayət işinin başlanması rədd edilmişdir. Qeyd olunanlara əsasən də, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin özünü tam təqsirli bilməməsinə dair ifadəsinə, həmçinin aşkar olunmuş narkotik vasitənin və psixotrop maddənin ona məxsus olmaması, onu şəxsi istifadəsi üçün əldə etməməsi və polis əməkdaşları tərəfindən saxlanılarkən polislərin ona psixoloji və fiziki təzyiqlər etməsi barədə verdiyi ifadəsinə (həmin hissədə) tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə onun ifadələrinin həmin hissəsini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş həqiqəti əks etdirməyən ifadələr kimi qiymətləndirir. Bununla yanaşı, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ibtidai araşdırmanın ilkin mərhələsində ifadəsində bildirdiklərini, yəni narkotik vasitəni və psixotrop maddəni qanunsuz olaraq əldə edib saxlamaqla daşıması ilə bağlı ifadələrini səmimi ifadələr kimi qəbul edir və həmin ifadələrdə göstərilən xüsusatların həm işin faktiki halları ilə, həm də mövcud sübutlarla üst-üstə düşdüyü qənaətinə gəldiyindən, həmin ifadələri (xüsusatları) həqiqəti əks etdirən ifadələr kimi qəbul edərək ittihamın əsasına qoyur. Yuxarıda sadalananlara əsasən də, məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin özünün ifadəsini (narkotik vasitəni və psixotrop maddəni qanunsuz olaraq əldə edib saxlamaqla daşıması ilə bağlı ifadəsini), şahidlərin ifadələrini, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəyini və digər sənədləri də sübut kimi qəbul edir və həmin sübutları əsaslı, mötəbər və mümkün hesab edir. Məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib- qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilib- edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X12rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ifadələri ilə (ibtidai araşdırma zamanı verdiyi ifadəsi) yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayəthüquqi nəticəsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Beləliklə, təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş tələbnamədən (hökmdən) görünür ki, təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il 4 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının sonu ilə azad edilmişdir. Bundan sonra, Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə Təqsirləndirilən şəxs 2 il 11 ay 07 gün çəkliməmiş cəzası qalmışdır. İş materiallarından müəyyən edilir ki, təqsirləndirilən şəxs bundan əvvəl azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin cəzasını çəkib qurtarmamış, məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə görə, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Bununla yanaşı, cinayət işinin materiallarından və elektron məhkəmə informasiya sistemindən görünür ki, təqsirləndirilən şəxsin bir uşağı var. Məhkəmə təqsirləndirilən şəxsin bir uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda sadalananlara əsasən, məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin növünü, çəkisini (miqdarını), cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halın olmamasını, eləcə də təqsirləndirilən şəxsin bundan əvvəl də narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar törətdiyi cinayət əməlinə görə məhkum edilməsinə baxmayaraq yenidən eyni xarakterli cinayət törətməsini nəzərə alaraq hesab edir ki, Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. İş materiallarından müəyyən edilir ki, təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, Xəzər Rayon Məhkəməsinin 1(003)-433/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü üzrə Təqsirləndirilən şəxs 2 il 11 ay 07 gün azadlığın məhdudlaşdırılması cəzası çəkilməmiş qalmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə görə, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə görə, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrumetmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Cinayət işinin materiallarında olan Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həmin Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bununla yanaşı, ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə cinayət işinin materialarında olan rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, ərazi (yaşayış yeri üzrə) narkoloji dispanserində (kabinetdə) qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan və Xəzər RPİ-nin maddi sübutların saxlanc anbarında - kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan Təqsirləndirilən şəxs evindən götürülmüş qalıq çəkisi 2,164 qram olan kustar üsulla hazırlanmış metamfetamin, 90,093 qram narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd elektron tərəzi, “Volksvagen Passat” markalı avtomobildən aşkar edilərək götürülmüş 1 ədəd falqa parçası və narkotik vasitəni istifadə etmək üçün falqadan hazırlanmış borucuq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin təqsirləndirilən şəxsin evinə-mənzilə (avtomobillərə), axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs məxsus “Oddo”, “Samsung”, "İphone” və “Xiaomi” markalı mobil telefonların X3 veriməsi nəzərə alınmalıdır. Cinayət Prosessual Məcəllənin 132.1.1-ci maddəsinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə Cinayət-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə hüquqi yardımın göstərilməsi üçün müdafiəçinin təqdim etdiyi hesabat əsasında müdafiəçiyə hər iş saatı üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə pul hesablanaraq pul ödənilir. Müdafiəçi tərəfindən təqdim olunmuş hesabatdan görünür ki, o, iş materialları ilə tanış olmaqla və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə vaxt sərf etmişdir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, təqsirləndirilən şəxsin müdafiəçisinin iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 35 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, hüquqi yardıma görə müdafiəçiyə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə pul hesablanaraq qödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(003)-433/2022 nömrəli hökmü ilə təyin edilmiş (üzərində CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq saxlanılmış) 02 (iki) il 11 (on bir) ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 (iki) il 11 (on bir) ay 07 gün müddəti Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 02 gün azadlığın məhdudlaşdırılması cəzası 01 gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla (əvəz edilməklə) cəmi 01 (bir) il 05 (beş) ay 18 gün Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən ona hazırkı hökmlə təyin edilmiş 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə (toplanılmaqla) ona hökmlərin məcmusu üzrə qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 10 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs (cəza çəkdiyi müddətdə) narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, ərazi (yaşayış yeri) üzrə narkoloji dispanserində (kabinetdə) qeydiyyata alınsın. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan və Xəzər RPİ-nin maddi sübutların saxlanc anbarında - kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan Təqsirləndirilən şəxs evindən götürülmüş qalıq çəkisi 2,164 qram olan kustar üsulla hazırlanmış metamfetamin, qalıq çəkisi 90,093 qram olan narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd elektron tərəzi, “Volksvagen Passat” markalı avtomobildən aşkar edilərək götürülmüş 1 ədəd falqa parçası və (narkotik vasitəni istifadə etmək üçün) falqadan hazırlanmış borucuq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, təqsirləndirilən şəxsin evinə (avtomobillərə) baxış-götürmə keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məxsus (evdən götürülmüş) “Oddo”, “Samsung”, "İphone” və “Xiaomi” markalı mobil telefonların X3 veriməsi (qaytarılıması) nəzərə alınsın. İş üzrə 188 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxsə göstərdiyi 35 saat hüquqi yardıma görə Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 manat məbləğində pul ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu vaxtdan (təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-566/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-566/2024
31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver