Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-567/2020 17.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Xankişiyev Mirzə Aslan oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X2 və Əhmədli Səxavət Böyükağa oğlunun, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi - Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxx 2001-ci il tarixdə Hacıqabul şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsili, işləməyən, əvvəllər məhkum olunmamış, Hacıqabul şəhəri, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.5-ci və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq etmiş və özgənin əmlakını ələ keçirmə məqsədi ilə soyuq silah hesab edilməyən bıçağı tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq etmişdir. Belə ki, o, xx xxxxxxx 2019-cu il tarixdə saat 13 radələrində ünvan 2 ünvanında yerləşən ictimai yer hesab edilən “Bibi” çay evinin qarşısındakı küçədə öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoyaraq, açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək tanışları Şahid2, Şahid1 və istintaqa “Səbuhi” kimi məlum olan şəxsin gözü qarşısında, bu hadisədən iki ay öncə küçədə reklam kartını verdikdə almamasını bəhanə gətirərək cüzi səbəb əsasında yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs üz nahiyəsinə kəllə ilə bir zərbə vuraraq, ona qaş nahiyəsinin əzilmiş-cırılmış yarası ilə müşayiət olunan və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuraraq qərəzli xuliqanlıq etmişdir. Bundan başqa o, özgənin əmlakını ələ keçirmək məqsədilə özü ilə gətirdiyi zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan məişət təyinatlı soyuq silah hesab edilməyən turist bıçağını silah qismində tətbiq etməklə xx xxxxxxx 2019-cu il tarixdə saat 13:15 radələrində Nəsimi rayonu, H.Balayev küçəsi 56 ünvanda yerləşən “Bibi” çay evinin həyətində özünün oturduğu stolda Zərərçəkmiş şəxs oturmağa məcbur etməklə əlində tutduğu bıçağın tiyəsini açıb 30 sm məsafədə onun bədəninin sol böyrü nahiyəsinə tərəf tutaraq ona həyatı və sağlamlığı üçün real təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edib, ondan mobil telefonunu tələb etmiş, onunla birgə orada olan Şahid2 və Şahid1 çay evində başqa şəxslərin olmasını bildirməklə ona mane olmaları səbəbindən Zərərçəkmiş şəxs qarşı bu hərəkətlərini başqa yerdə davam etdirmək məqsədi ilə sonuncunu həmin tarixdə saat 13:45 radələrində Nəsimi rayonu, H.Əliyev küçəsi 176 ünvana aparmış, orada özü ilə gətirdiyi həmin bıçağı kəmərinin arxa tərəfinə bərkidilmiş halda Zərərçəkmiş şəxs göstərib zor tətbiq etmə hədəsi ilə bir daha mobil telefonunu ona verməsini tələb edib zorakılıqla üzərində 5 manat dəyərində (050) ***-**-** saylı mobil nömrə kartı olan 60 manat dəyərində «Hisense» markalı, “C20” modelli mobil telefonu ondan alıb ələ keçirərək, bıçaqdan silah qismində istifadə etməklə hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək, onun 65 manat məbləğində əmlakını ələ keçirərək quldurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.5-ci və 221.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, o, küçədə “8555 ailə taksı” adlı şirkətin reklam kartlarını paylamaqla gündəlik 15 manat pul qazanmışdır. Hadisədən təxminən iki ay əvvəl kart paylayarkən kartlardan birini əvvəllər tanımadığı, adını sonradan bildiyi Zərərçəkmiş şəxs vermiş, sonuncu isə kartı əzərək yerə atdığı və söyüş söydüyü üçün aralarında mübahisə baş vermişdir. xx xxxxxxx 2019-cu il tarixdə saat 13 radələrində o, Səbuhi, Kənan və Samir adlı tanışları ilə Nəsimi rayonunda yerləşən “Yeganə” şadlıq sarayının yaxınlığında reklam kartlarını payladıqdan sonra həmin ərazidə yerləşən “Bibi” çay evinin həyətində oturub çay içmişlər. Həmin vaxt təsadüfən Zərərçəkmiş şəxs oradan piyada keçdiyini görüb onu səsləmişdir. Taleh dayandıqdan sonra ona yaxınlaşaraq onu tanıyıb-tanımadığını soruşmuşdur. Taleh onu tanıdığını dedikdə onun üz nahiyəsinə bir dəfə kəllə ilə zərbə vuraraq xəsarət yetirmişdir. Zərbənin təsirindən Talehin qaşından qan axmağa başlamışdır. Daha sonra Samir, Səbuhi və Kənan onlara yaxınlaşmışlar. Həmin vaxt Zərərçəkmiş şəxs ətrafa göz gəzdirərək “pul kisəm hanı” dedikdə Şahid1 qara rəngli pul kisəsini ona vermiş, Taleh də pul kisəsini cibinə qoymuşdur. Şahid2 Talehin qolundan tutaraq əl-üzünün qanını yumaq üçün onu kafeyə aparmışdır. O, Səbuhi və Kənan isə yenidən kafenin həyətində oturmağa davam etmişlər. Taleh əl-üzünü yuduqdan sonra çıxıb getmək istəyərkən o, yenidən Talehi çağırmış və onu özünün oturduğu stolda oturmağa məcbur etmişdir. Həmin vaxt o, şalvarının kəmərinin arxa tərəfinə bərkitdiyi bıçağı çıxararaq stolun altından Talehə tərəf tutaraq telefonunu verməsini tələb etmişdir. Şahid1 ona bıçağı gizlətməsini dedikdən sonra o, bıçağı yenidən belindəki kəmərə bərkitmiş və təklikdə söhbət etmək üçün Talehi bir qədər kənara çağırmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs pul kisəsində 10 manatının olmadığını deyərək onlardan kimsə götürübsə qaytarmasını istəmişdir. Şahid1 gizlicə ona gözlə işarə edərək 10 manatı özünün götürdüyünü bildirmişdir. O, Zərərçəkmiş şəxs yaxınlıqda olan yaşayış binalarının həyətindəki oturacaqlara tərəf aparmışdır. Səbuhi, Kənan və Samir də onlara yaxınlaşmışlar. O, əynindəki köynəyini əli ilə yan tərəfə çəkərək belindəki kəmərə bərkitdiyi bıçağı çıxarmadan Talehə göstərib telefonu verməsini tələb etmişdir. Zərərçəkmiş şəxs telefonu cibindən çıxardaraq əlində saxlamış, o isə dərhal telefonu onun əlindən almışdır. Bundan sora Talehə “sənin telefonun mənə lazım deyil, əgər istəyirsənsə telefonu sənə qaytarım axşam 40 manat gətir və öz nömrənə zəng vur görüşək telefonunu qaytarım” deyə bildirmişdir. O, Kənanın pul kisəsindən 10 manat pulu hansı şəraitdə götürdüyünü görməmiş, həmçinin Səbuhinin Talehə “burdan sağ-salamat getmək istəyirsənsə çıxart telefonu ver” deməsini eşitməmişdir. Üzərində gəzdirdiyi bıçağı hadisədən təxminən bir ay öncə metronun «20 Yanvar» stansiyasının yaxınlığında tanımadığı, xırdavat malları satan şəxsdən 5 manata almışdır. Törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələb yoxdur. Bütün bu halları nəzərə alaraq barəsində mümkün olan ən yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, xx xxxxxxx 2019-cu il tarixdə saat 13:45 radələrində Bakı şəhəri, Nəsimi rayonununda yerləşən “Yeganə” şadlıq sarayının yaxınlığından metronun “Memar Əcəmi” stansiyasına doğru piyada gedərkən Röyal onu səsləmişdir. O, geri baxdıqda Röyalın çayxanada adlarını sonradan bildiyi Kənan, Samir və Səbuhi ilə oturub çay içdiklərini görmüşdür. Röyal ona yaxınlaşaraq əlini çiyninə qoymuş və onu tanıyıb-tanımadığını soruşmuşdur. O, onu tanıdığını dedikdə Röyal qəflətən kəllə ilə onun sol qaş nahiyəsinə zərbə vuraraq xəsarət yetirmiş və onun qaş nahiyəsi qanamışdır. O, yoluna davam etmək istəyərkən əlini ciblərinə toxundurduqda şalvarının arxa cibində pul kisəsinin olmadığını aşkar etmişdir. İlk öncə pul kisəsini itirdiyini zənn edərək axtarmaq istəmiş, lakin sonradan Kənanın əlində olduğunu görərək ondan geri almış və içərisinə baxmadan cibinə qoymuşdur. Bundan sonra Samir onu kafeyə apararaq orada əl-üzündəki qanın təmizləməsində köməklik etmişdir. Kafenin içərisində pul kisəsini yoxlayarkən 10 manat pulunun olmadığını aşkar etmişdir. Buna baxmayaraq kafedən çıxıb getmək istədikdə Röyal yenidən onu çağıraraq stolda oturmağa məcbur etmişdir. Bundan sonra Röyal belindəki kəmərin arxa tərəfindən bıçaq çıxararaq stolun altı ilə, təxminən 30-35 sm məsafədə sağ əli ilə ona tərəf tutub telefonunu ona verməsini tələb etmişdir. Kənan Röyala bıçağı yığışdırmasını dediyi üçün sonuncu bıçağı geri kəmərinə bərkitmiş və onu təklikdə söhbət etmək üçün kənara çağırmışdır. O, Röyalla kənara çəkilməzdən öncə pul qabından 10 manatının oğurlandığını və kim tərəfindən götürülübsə qaytarmasını tələb etmişdir. Röyal bundan məlumatsız olduğunu bildirmiş, Kənan isə pulu özünün götürdüyünü gizlicə Röyala işarə etmiş, lakin o, Kənanın bu işarəsini görmüşdür. Daha sonra o, Röyal ilə yaxınlıqdakı yaşayış binalarının bağçasındakı oturacaqlara gedərək orada söhbət edərkən Səbuhi, Kənan və Samir də onlara yaxınlaşmışdır. Orada Röyal əynindəki köynəyini yan tərəfə çəkərək kəmərinə bərkitdiyi bıçağı çıxarmadan ona göstərib bir daha telefonu ona verməsini tələb etmişdir. O, telefonu Röyala vermədikdə Səbuhi ona “burdan sağ-salamat getmək istəyirsənsə çıxart telefonu ver ona” sözlərini demişdir. Buna baxmayaraq o, Səbuhinin sözlərini ciddi qəbul etməmiş və onun sözlərindən qorxmamışdır. Lakin telefonu cibindən çıxarıb əlində saxladıqda Röyal qəflətən telefonu onun əlindən almış və axşam saat 21:00-dək 40 manat pul gətirdiyi təqdirdə telefonu ona qaytaracağını bildirmişdir. Hazırda Təqsirləndirilən şəxs bağışlamışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, xx xxxxxxx 2019-cu il tarixdə Səbuhi, Samir və Röyal adlı iş yoldaşları ilə “8555 ailə taksı” adlı şirkətin reklam kartlarını küçədə payladıqdan sonra Nəsimi rayonununda yerləşən “Yeganə” şadlıq sarayının yaxınlığındakı “Bibi” çay evinin həyətində oturub istirahət etmişlər. Əvvəllər tanımadığı Taleh adlı şəxs oradan keçərkən Röyal iki ay əvvəl həmin şəxslə mübahisəsi olduğunu deyərək onu səsləmişdir. Röyal Talehə yaxınlaşaraq onunla mübahisə etməyə başlamış, o da fürsətdən istifadə edərək Talehin arxa tərəfində dayanaraq gizlicə onun cibindən pul kisəsini götürmüşdür. Daha sonra Röyal kəllə ilə Talehin üz nahiyəsinə bir dəfə zərbə vuraraq ona xəsarət yetirmişdir. O, isə öz növbəsində pul kisəsində olan 12 manat puldan 10 manatı gizlicə götürmüşdür. Taleh pul kisəsinin onun əlində olduğunu görərək geri almışdır. Bundan sonra Samir Talehi əl-üzünü yuması üçün kafeyə aparmışdır. Taleh çıxıb getmək istədikdə Röyal yenidən onu çağırmış və sonuncu gəlib onlarla birlikdə əyləşmişdir. Həmin vaxt Röyal kəmərinə bərkitdiyi bıçağı belindən çıxardaraq Talehə tərəf tutmuş və ona nəsə demişdir. O, bunu gördükdə Röyaldan bıçağı gizlətməsini xahiş etmiş, sonuncu da bıçağı geri kəmərinə bərkitmişdir. Daha sonra Röyal Talehi yaxınlıqdakı yaşayış binalarının həyətindəki bağçaya aparmışdır. O, Samir və Səbuhi də onların arxasınca getmişlər. O və Samir bir qədər uzaqdıqda dayandıqları üçün Röyalla Səbuhinin Talehlə nə danışdıqlarından xəbərsiz olmuşdur. Səbuhinin Talehə “burdan sağ-salamat getmək istəyirsənsə çıxart telefonu ver ona, başqa problem çıxartma” sözlərini deməsini eşitməmiş, həmçinin Röyalın Talehin telefonunu əlindən aldığını görməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan edilərək tədqiq olunmuş Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişdir (cild 1, iş vərəqə 74-76). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs çantasından digər əşyalarla yanaşı «Hisense» markalı mobil telefon və bıçaq aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin mobil telefonun özünə məxsus olmadığını, xx xxxxxxx 2019-cu il tarixdə günorta saatlarında Taleh adlı şəxsi qorxudub ələ keçirdiyini, bıçağın isə özünə məxsus olduğunu və onu üzərində gəzdirdiyini bildirmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 39). Hadisə yerinə - ünvan 2 ünvanında yerləşən “Bibi” çay evinin qarşısındakı küçəyə və Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsi 176 ünvanına baxış keçirilməsi haqqında protokolda hadisənin baş verdiyi yer ətraflı təsvir edilmiş, həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 88-91). İbtidai istintaq zamanı ifadəsi yerində yoxlanılarkən Təqsirləndirilən şəxs cinayət hadisəsinin baş verdiyi yeri, habelə cinayəti törətməsinin hallarını əyani olaraq ətraflı şəkildə göstərərək ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 92-96). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha Royal Nuraliyevin üzünə qarşı deyərək təsdiq etmişdir (cild 1, iş vərəqə 182-184). Əşyanın tanınmaya təqdim edilməsi haqqında xx xxxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ona tanınmaya təqdim edilmiş oxşar mobil telefonlar arasından özünə məxsus «Hisense» markalı, “C20” modelli mobil telefonu tanımışdı. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkil çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 56-58). Əşyanın tanınmaya təqdim edilməsi haqqında xx xxxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ona tanınmaya təqdim edilmiş eyni növdən olan bıçaqlar arasından Təqsirləndirilən şəxs ona qarşı cinayət törədərkən istifadə etdiyi bıçağı tanımışdır. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkil çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 139-141). Məhkəmə-tibbi ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli 976 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olmuş xəsarət - qaş nahiyəsinin əzilmiş-cırılmış yarası bərk küt əşyanın təsirindən, müayinədən 4-5 gün öncə əmələ gəlmişdir, xx.xx.2019-cu il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir (cild 1, iş vərəqə 149-151). Məhkəmə-ballistik ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli 25562 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu batıcı xassəya malik olan məişət təyinatlı turist bıçağıdır və soyuq silah hesab edilmir (cild 1, iş vərəqə 153-156). Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 27331 saylı rəyindən görünür ki, Bakı şəhərində yerləşən ticarət mərkəzlərində və köhnə işlənmiş mobil telefon alqı-satqı məntəqələrində mövcud olan qiymətlərə əsasən ekspertizaya təqdim edilmiş bir ədəd “Hisense” markalı, “C20” modelli mobil telefonun işlənmiş, köhnə vəziyyətdə xx xxxxxxx 2019-cu il tarixə respublikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 60 manat, (050) ***-**-** saylı mobil nömrə kartın qiyməti isə 5 manatdır (cild 1, iş vərəqə 166-170). Məhkəmə kompyuter-texniki ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 27330 saylı rəyindən görünür ki, 1. Təqdim edilmiş bir ədəd həssas (sensorlu) təzyiqlə çalışan “Android" əməliyyat sistemi ilə təhciz olunmuş “Ml” markalı “MCG3B” modelli mobil telefon olmaqla hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş bir ədəd həssas (sensorlu) təzyiqlə çalışan “Android 5.1.1” əməliyyat sistemi ilə təhciz olunmuş “Hisense” markalı “C20” modelli “**********06787, **********06779,” imei kodlu mobil telefon olmaqla halhazırda işlək vəziyyətdədir. - Ekspertiza Mərkəzində olan mobil telefonların və smartfon cihazların tədqiqat üçün nəzərdə tutulmuş çox funksional “Cellebrite” firmasının “UFED TOUCH 2” markalı kompleks qurğunun proqram bazasında tədqiq olunan “Ml” markalı “MCG3B” modelli mobil telefonun modeli olmadığından istifadəçi tərəfindən tətbiq edilmiş xüsusi (parolpassword) şifrələri keçmək mümkün olmaması səbəbindən həmin mobil telefona tətbiq edilmiş xüsusi (parol-password) şifrələri keçmək mümkün olmamışdır; - Təqdim edilmiş “Ml” markalı “MCG3B” modelli mobil (smartfon) telefona istifadəçi tərəfindən xüsusi (parol-password) şifrələr tətbiq edildiyindən onun “Menyu” hissəsinə daxil olmaq mümkün olmadığından və arxa tərəfindəki markirovka göstəricisində imei kodu göstərilmədiyi üçün onun imei kodunu müəyyən etmək mümkün olmamışdır; - Ekspertiza Mərkəzində olan mobil telefonların və smartfonların tədqiqatı üçün nəzərdə tutulmuş müasir çox funksional “Cellebrite” firmasının “UFED TOUCH 2” markalı kompleks qurğunun proqram bazasında tədqiq olunan “Ml” markalı “MCG3B” modelli mobil telefonun modeli olmadığından istifadəçi tərəfindən tətbiq edilmiş (parol-password) şifrələri keçmək mümkün olmaması səbəbindən həmin mobil telefonun yaddaşında hərhansı bir (“SMS” mesajlar, “WhatsApp” və digər sosial şəbəkələr vasitəslə aparılmış çat seansı və s.) məlumatların olub-olmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmamışdır; - Təqdim edilmiş “Hisense” markalı “C20” modelli mobil telefonun yaddaşında “WhatsApp” və digər sosial şəbəkələr vasitəsilə hər hansı bir çat (yazışma) senası müəyyən olunmamışdır; - Təqdim edilmiş “Ml” markalı “MCG3B” modelli mobil telefonun daxilindəki “Azercell (A loqosu olan)” mobil operatoruna aid olan “GSM” danışıq kartı hal-hazırda işlək vəziyyətdədir; - Təqdim edilmiş “Ml” markalı “MCG3B" modelli mobil telefonun daxilindəki “Azercell (A loqosu olan)” mobil operatoruna aid olan “GSM” danışıq kartının yaddaşında olan “Logical məlumat əldə edilməsi metodu” məlumatlar “Cellebrite” firmasının “UFED TOUCH 2” markalı qurğunun tərtib etdiyi (hesabat Report-Otçet məlumat və faylların izləri “UFED TOUCH 2" markalı qurğunun proqram təminatının funksional imkanlarının nəticələridir) 8.27 KB həcmdə məlumatlar müəyyən olunmuşdur və müəyyən olunmuş məlumatlar “Ekspertiza 27330” adlı iş çantasında üzərində “PRİNCO” CD-R diskə köçürülərək ekspert rəyinə əlavə edilmişdir. Təqdim edilmiş “Ml” markalı “MCG3B” modelli mobil telefonun daxilindəki “Azercell (A loqosu olan)” mobil operatoruna aid olan “GSM” danışıq kartının yaddaşında hər hansı bir mətnili “SMS” mesaj müəyyən olunmamışdır. Ekspertiza Mərkəzində olan mobil telefonların və smartfon cihazların tədqiqatı üçün nəzərdə tutulmuş müasir çox funksional “Cellebrite” firmasının “UFED TOUCH 2” markalı kompleks qurğu vasitəsilə təqdim edilmiş “Ml” markalı “MCG3B” modelli mobil telefonun daxilindəki üzərində “Nar” yazısı və “Hisense” markalı “C20” modelli mobil telefonun daxilindəki üzərində “Azercell” yazısı olan GSM danışıq kartları ilə əlaqə yaradılmasında naməlum texniki (“çipin” oxunmasında) səhvlərin olması səbəbindən həmin “GSM” danışıq kartlarının işlək vəziyyətdə və yaddaşlarında hər hansı bir məlumatların olub-olmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmamışdır (cild 1, iş vərəqə 160-164). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 175). Yaşayış yeri üzrə verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur (cild 1, iş vərəqə 238). Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayətinin və tələbinin olmadığını, gələcəkdə də olmayacağını bildirmişdir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir, təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan əməl böyük ictimai təhlükə törətməyən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsində nəzərdə tutulan əməl isə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.5-ci və 221.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.5-ci və 221.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı cərimə, islah işləri və azadlığın məhdudlaşdırılması kimi alternativ cəzalar da nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi digər əməlin - ağır cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, həmçinin cinayətlərin məcmusu üzrə cəzaların toplanmasının zəruri olmasını nəzərə almaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə də azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən özünü təqsirli bilərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xasiyyətlənməsini, ona qarşı heç bir şikayət və tələbin olmamasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx xxxxxxx 2019-cu il tarixdə azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəlinin həmin tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 30-31, 103-104, 120-128, 230-235). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı, ibtidai araşdırma zamanı tutulduğu 2 gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut olub Bakı şəhəri Nəsimi rayon Polis İdarəsində saxlanılan bir ədəd bıçaq məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, iş üzrə digər maddi sübutlar - Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi «Hisense» markalı, “C20” modelli mobil telefon aparatı və üzərindəki ***-***-**-** saylı mobil nömrə qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 174 (bir yüz yetmiş dörd) manat 94 (doxsan dörd) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ibtidai istintaq orqanının və məhkəmənin qərarları ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ibtidai istintaq zamanı Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən, məhkəmə mərhələsində isə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş 30 saat iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində, ibtidai istintaq mərhələsində göstərilmiş 60 iş saatı həcmində iş hüquqi yardımla bağlı X1 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində pul köçürülməlidir (cild 1, iş vərəqə 273). Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.1996-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli, «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2005-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.5-ci və 221.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə tutulduğu 2 (iki) gün təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində 8 (səkkiz) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs 174 (bir yüz yetmiş dörd) manat 94 (doxsan dörd) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan bir ədəd bıçaq məhv edilsin; - Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan «Hisense» markalı, “C20” modelli mobil telefon aparatı və üzərindəki ***-***-**- ** saylı mobil nömrə Zərərçəkmiş şəxs qaytarılsın. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına Müdafiəçi üçün 180 (bir yüz səksən) məbləğində pul köçürülsün. İbtidai istintaq mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına X3 üçün 360 (üç yüz altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-567/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-567/2020
17.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver