Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-567/2021 18.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Yusif oğlu Nəbiyevin sədrliyi ilə, Əfqan Niyətulla oğlu Hacıyev və Rasim Əkrəm oğlu Sadıxovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi: X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamıın müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhər 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X2, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1991-ci ildə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Ağstafa rayonu, Yuxarı Salahlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs insan həyatı üçün təlükəli olan zərər yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 01.06.2020-ci il tarixdə, saat 01 radələrində ünvan 2 ünvanında atası Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı kəsici-deşici alətlə qəsdən sonuncunun boyun nahiyəsinə bir dəfə zərbə vuraraq insan həyatı üçün təhlükəli olan xəsarət yetriməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməl üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Zahid adlı qohumu və atası Cavanşir Vəlizadə ilə birlikdə Bayıl qəsəbəsində yerləşən evdə kirayə yaşayıb. O, atası və Zahid üçü birlikdə eyni işdə işləmişlər. Həmin işə onu atası düzəltmişdir. İş ağır olduğu üçün hazırkı hadisə baş verməmişdən 15-20 gün əvvəldən başlayaraq işə getmədiyindən atası ona dəfələrlə irad tutaraq bildirib ki, işə gedib pul qazansın. O da atasına işləmək istəmədiyini bildirmişdir. Sonuncu dəfə 01.06.2020-ci il tarixdə gəcə saatlarında atası ilə işlə bağlı aralarında mübahisə düşmüş. Atası ona irad tutduqdan sonra aralarında sözlü mübahisə yaranmış,atası əsəbləşdiyi üçün evi tərk edib getmiş və bir müddət sonra evə qayıtmışdır. Atası gəlib o yatan otaqda qapıya söykənib ona baxmış, o da atasına demişdir ki, otaqdan çıxıb getsin, özü içkilidir, səhər söhbət edərlər. Atasına get deməsinə baxmayaraq atası getməyib, yenə onu danlamağa başlamışdır. Atasına demişdir ki, evdən getsin, onların bir yerdə qalmaqları alınmır, o, evdən getsə yaxşı olar. Atası buna etiraz etmiş, o da yerindən qalxaraq atası yatdığı otaqdakı soyuducunun üstündən bıçağı götürmüşdür. Dəfələrlə evdən çıxmasını desə də, atası ona məhəl qoymadığından özündən asılı olmayaraq atasına xəsarət yetirmiş, sonra da öz otağına gedib qapını örtmüşdür. Qapının səsindən bilmişdir ki, atası evi tərk edib. Bir müddətdən sonra görmüşdür ki, atası evdə yoxdur. Sonra evdə olan qan ləkələrini və bıçağı təmizləmişdir. Həmin ərəfələrdə ona zəng gəlmiş, bir nəfər özünü polis əməkdaşı kimi təqdim edərək onu bölməyə dəvət emişdir. O həmin şəxsə gələcəyini bildirib, evi tərk edib getmişdir. Bıçağı evdən çıxandan sonra xatırlamadığı yerə atmışdır. Hazırda əməlindən səmimi peşmandır. İttiham olunduğu cinayət əməlinin təqsirləndirilən şəxs ərəfindən törədilməsi cinayət işinin aşağıda şərh edilən hallarının məcmusu ilə tam sübuta yetirilir. Belə ki, məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, oğlu Təqsirləndirilən şəxs və qohumu Zahidlə birlikdə ünvan 3 ünvanında müvəqqəti yaşamışdır. Həmin mənzil iki otaqdan ibarət olub, qonaq otağında o yatmış, yataq otağında isə İlkin və Zahid yatmışdır. Həmin mənzildə onlar təxminən iki aya yaxın yaşamışlar. Üçü də bir yerdə işləmişlər. Hadisə baş verməmişdən 20 gün əvvəldər İlkin işə getməyərək bəhanə kimi işin ağır olduğunu bildirmişdir. 30.05.2020-ci il tarixdə Zahid yaşadığı Ağstafa rayonuna getmişdir. O, may ayının 31-i axşam İlkindən nəyə görə işə getmədiyini soruşmuş, İlkin demişdir ki, iş ağırdır, işləyə bilmir. O, da əsəbləşib Bayıl qəsəbəsinə çıxıb bir az gəzdikdən sonra gecə 01 radələrində evə qayıdaraq otaqda spirtli içki qablarını görüb İlkinə demişdir ki, bəs sən içki içməyəcəkdin, noldu yenə?. İlkin ona demişdir ki, sən mənim başımı buraxmısan, mən də içəcəm. Daha sonra İlkin ondan evdən çıxmasını tələb etmiş, o isə bildirmişdir ki, o, niyə çıxmalıdır, evin pulunu özü verib. İlkin də ona cavab olaraq demişdir ki, evi o, tutub, sən çıxmalısan. Bu zaman üzbəüz olmuşlar, birdən İlkin ona demişdir ki, boğazını kəsdim. İlkin bu sözləri deyib dərhal öz otağına gedib qapını bağlamışdır. O, da boynundan qan axdığını görüb çölə çıxıb təcili tibbi yardım maşını ilə xəstəxanaya getmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmədə dindirilmiş Şahid ifadəsində göstərdi ki, bibisi yoldaşı Cavanşir və sonuncunun oğlu İlkinlə birlikdə iki aya yaxın kirayə yaşamışlar. Həmin mənzil bir qonaq otağı, bir yataq otağından ibarət olub, qonaq otağındakı divanda Cavanşir, yataq otağında olan iki kravatdan birində o, digərində isə İlkin yatmış, üçü də eyni şirkətdə işləmişdir. Son iyirmi gün ərzində İlkin işə getməmişdir. Atası ilə söhbətlərdən başa düşmüşdür ki, İlkin işi bəyənmədiyinə görə işə gəlmir. 30.05.2020-ci il tarixdə o, yaşadığı Ağstafa rayonuna getmiş, sonradan eşitmişdir ki, İlkin atası Cavanşiri bıçaqlayıb. Hadisəni bilavasitə görməmişdir. Cinayət işinin 36-39-cu vərəqlərində olan məhkəmə-tibbi ekspertizasının 09.06.2020ci il tarixli, 261 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş-xəsarət-sağ xarici vidaci venanın zədələnməsi və xarici qanaxma ilə müşayiət olunan boyunun sağ yarısının deşilmiş-kəsilmiş yarası deşici-kəsici (alətin) təsirindən törənmişlər, 01 iyun 2020-ci il tarixdə qeyd olunan nahiyəyə bıçaqla vurma nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Cinayət işinin 56-61-ci vərəqlərində olan məhkəmə-tibbi-bioloji ekspertizasının 18.06.2020-ci il tarixli, 9/550 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş hadisə yerində 01 ədəd plastmas çubuqa sarınmış pambıq tampona keçirilmiş ləkədə və Zərərçəkmiş şəxs məxsus köynək üzərində insan qanı aşkar olundu. Qan ləkərində ABO sistemi üzrə qrupu tədqiq olunduqda yalnız H antigeni alındı, H antigeni 0 (1) qrupunun əsasını təşkil edir. Beləliklə, həmin qan ləkələri ABO sistemi üzrə 0 (1) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. Cinayət işinin 100-103-cü vərəqlərində olan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixolji ekspertizasının 13.11.2020-ci il tarixli, 3141 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri qeydə alınmadı. Təqsirləndirilən şəxs qıcığa qarşı həssaslıq, laqeydlik, məsuliyyətsizlik, öz fikirlərini müdafiə etməyə meyillilik və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Onda özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə edilmədi. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional halda hirslilik yaranmışdır. Təqsirləndirilən şəxs hadisə zamanı güclü ruhi həyəcan vəziyyətində(fizioloji affekt halında) olmamışdır. Təqsirləndirilən şəxs baş verənləri düzgün qavrayıb təsvir etmək və bu barədə düzgün məlumat vermək qabiliyyətində malikdir. Təqsirləndirilən şəxs cinayət törədən zaman şüuruna və fəaliyyətinə təsir göstərə biləcək hər hansısa psixi-emosional vəziyyətdə olmamışdır. Cinayət işinin 6-10-cu vərəqlərində olan protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri ünvan 2 ünvanıdır. Cinayət işinin 95-97-ci vərəqlərində olan protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs hadisə yerində ifadəsini təsdiq edərək atasını bıçaqla vurduğu yeri əyani olaraq göstərmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsində göstərilir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs etirafedici ifadəsi zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspert rəyi, habelə məhkəmədə tədqiq edilərək araşdırılmış istintaq hərəkətinin protokollar ilə tam təsdiq olunduğuna görə, məhkəmə sadalananları və Təqsirləndirilən şəxs ifadəsini iş üzrə ittihamın həlli üçün kifayət edən sübut növləri kimi qəbul edir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən, cinayət hadisəsinin baş vermə faktı və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və əməlin törədilməsində təqsirliliyinə dair yuxarıda geniş şəkildə təhlil edib bir-biri ilə müqayisə edərək mənbəyinin mötəbərliliyini müəyyənləşdirdiyi sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutlar üzrə tam, hərtərəfli və obyektiv araşdırma apararaq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi cinayət işi üzrə olan sübutların məcmusu, həmçinin işin faktiki halları ilə tam sübuta yetirilir, onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif olunmuş, buna görə də Təqsirləndirilən şəxs CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Cinayət işinin 63-cü vərəqində olan protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs 02 oktyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 93-94-cü vərəqlərində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 02 oktyabr 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işinin 59-61-ci vərəqlərində olan Gəncə Hərbi Məhkəməsinin 29 aprel 2015ci il tarixli, 1(095)-134/2015 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3 və 333.4-cü maddələri nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib 3 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 40-41-ci vərəqlərində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 19.03.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinin tələbinə əsasən cəzanı çəkib qurtardığı gündən iki il keçdiyindən qeyd olunan hökm Təqsirləndirilən şəxs münasibətdə məhkumluqla bağlı heç bir hüquqi nəticə yaratmır. Məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir tələbi yoxdur. Zərərçəkmiş şəxslə barışıq əldə etməsi, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmaması, əməlindən səmimi peşman olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsində deyilir ki, CM-nin 59.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 60-cı maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02.04.2012-ci il tarixli qərarının 3-cü bəndində deyilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsində qeyd olunan “bu Məcəllənin 59.1.9 və 59.1.10-cu maddələrində” müddəası bu maddələrdə nəzərdə tutulan halların həm məcmu şəklində, həm də təqsirin formasından, cinayətin xarakterindən asılı olaraq müstəqil tətbiqini nəzərdə tutur. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda cəza təyini zamanı CM-nin 60-cı maddəsinin tələbi nəzərə alınmalıdır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, «Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almaqla cəza məsələsini həll edərək hesab edir ki, Təqsirləndirilən şəxs yalnız təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın CM-də nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinin tələbinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Buna görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə saxlanıldığı müddət ümumi cəza müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 02 oktyabr 2020-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə məhkəmə məsrəfi, mülki iddia yoxdur. Maddi sübut qismində Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan Zərərçəkmiş şəxs məxsus bir ədəd köynək CPM-nin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmadığından məhv edilməlidir. Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı təyinatla Bakı şəhəri 12 saylı vəkil bürosunda fəaliyyət göstərən vəkil X5 müdafiə etmiş və vəkilin dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatı 66 (altmış altı) saat təşkil edir. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarını təyinatla Bakı şəhər 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X3 müdafiə etmiş və müdafiəçi məhkəmə iclaslarında təqsirləndirilən şəxsin müdafiəsi ilə əlaqədar 40 saat iştirak etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X5 üçün 396 (üç yüz doxsan altı) manat fəaliyyət göstərdiyi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun nəfinə, müdafiəçi X3 üçün 240 (iki yüz qırx) manat fəaliyyət göstərdiyi Bakı şəhər 2 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək 03 (üç) il azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 02 oktyabr 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilməsin. Maddi sübut olaraq Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan Zərərçəkmiş şəxs məxsus bir ədəd köynək məhv edilsin. Göstərdiyi hüquqi yardıma görə dövlət büdcəsi hesabından müdafiəçi X5 üçün 396 (üç yüz doxsan altı) manat fəaliyyət göstərdiyi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun nəfinə, müdafiəçi X3 üçün 240 (iki yüz qırx) manat fəaliyyət göstərdiyi Bakı şəhər 2 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surətinin Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər, apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Mahmud Nəbiyev Hakimlər Əfqan Hacıyev Rasim Sadıxov
Məhkəmə qərarları › İş №1(101)-567/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-567/2021
18.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver