Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-567/2022 26.01.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “Arbitrium” vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1962-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər dəfələrlə məhkum olunmuş,sonuncu dəfə 26.07.2018-ci il tarixdə Bakı şəhəri, Xəzər rayon məhkəməsinin hökmü ilə Azərbaycan Republikası CMnin 234.1-ci maddəsi ilə 1 il 3 ay azadlıqdan məhrum etmə cəzasına məhküm olunmuş, 23 iyul 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkümluğu ödənilmiş, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olaraq yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs oğlu satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, 20.09.2021-ci il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə əldə etdiyi külli miqdarda narkotik vasitə olan marixuananı və şəxsi istiehlak miqdarından artıq miqdarda heroini üzərində daşıyaraq yaşadığı Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi 3, ev 7 ünvanında saxlamış və 20.09.2021-ci il tarixdə saat 17 radələrində Xəzər RPİ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilinərək Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq RPİ-nin inzibati binasına gətirilmiş və idarənin inzibati binasındakı xidməti otaqların birində üzərində şəxsi axtarış aparılarkən əynində olan şalvarın sağ yan cibində 2 ədəd bükümdə təmiz çəkisi 0,675 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, və 1, 303 qram bitkli mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuana, həmin tədbirin davamı olaraq yaşadığı S.Yesenin küçəsi 3, ev 7 ünvandakı evinin mətbəxinin yanındakı köməkçi otağındakı 2 ədəd ağ rəngli sintetik torbaların içərisində olan təmiz çəkisi 3600,0 qram, və təmiz çəkisi 9850,0 qram, ümumilikdə 13.451,303 qram bitkli mənşəki kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuana, aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir.O, uzun illərdir ki narkotik vasitələrdən istifadə edir. Narkotik vasitələri müxtəlif tanımadığı şəxslərdən əldə etmiş və istifadə edirmiş. Heç vaxt narkotik vasitələrin satışı ilə məşqul olmamışdır. 20.09.2021-ci il tarixdə təxminən saat 17 radələrində yaşadığı evə qəflətən polis əməkdaşları daxil olmuş və onun narkotik vasitənin dövriyyəsində, saxlanmasında, daşınmasında və istifadəsində şübhəli olduğunu deyib onu Xəzər RPİ-nə dəvət etmişlər. O, heç bir etiraz bildirmədən polis əməkdaşları ilə birlikdə Xəzər rayon polis idarəsinə getmiş və üzərində video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Sonra onu polis əməkdaşları yaşadığı evə apararaq, orada baxış və axtarış aparıblar. Evdən aşkar olunan 2 kisə marixuana ona məxsus deyil, çünki o, marixuana istifadəçisi deyil, o yalnız heroindən istifadə edir. O, özünü narkotik istifadəçisi kimi təqsirli bilir. O, videçəkiliş zamanı bildirib ki, həmin marixuana ona məxsusdur. Ona helə şərtlər qoyulub ki, məcburiyyət qarşısında həmin yalan ifadə vermişdir. Lakin ona hansı təkliflər olunduğunu, məhkəməyə demək istəmir. Əməlindən peşmandır. Elan olunmuş cinayət işinin 31-32-ci və 37-38-ci vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokola və protokolda olan imzaya əsasən təqisrləndiriən şəxs Təqsirləndirilən şəxs oğlu bildirmişdir ki, şəxsi axtarış və götürmə haqqında protokola imza etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlu oğlunun əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri və izahatı elan edilmişdir. Belə ki, , 42-43,73-77-ci vərəqələrində olan şübhəli və təqsirləndirilən şəxs qismində dindirmə protokollarında Təqsirləndirilən şəxs oğlu göstərmişdir ki, o, narkotik vasitələrdən istifadəçisidir və təxminən 40 ildir ki, əsasən heroin və marixuana istifadə edir.2021-ci ilin qış aylarında sahibsiz yerdə əkib becərdiyi çətənə kollarını qoza və yarpaqlarını avqust ayında yığıb, yaşadığı ünvan 3 ünvanında qurudaraq narkotik vasitə marixuanana hazırlamış və onları 2 ədəd sintetik kisələrə yığıb evində saxlayaraq həmin marixuanalardan istifadə etməyə başlamışdır. 20.09.2021-ci il tarixdə Suraxanı rayonu Əmircan qəsəbəsində tanımadığı şəxsdən özünün qəbul etməsi məqsədi ilə 10 manata bir ədəd bükümdə narkotik vasitə heroin alaraq üzərində saxlamışdır. 20.09.2021-ci il tarixdə təxminən saat 17 radəsində yaşadığı evin yaxınlığında olan zaman polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra ondan özünün şəxsiyyəti barədə məlumat verməsini istədiklərində o, Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Sonra isə polis əməkdaşları ona narkotik vasitənin dövriyyəsində, saxlanmasında, daşınmasında və istifadəsində şübhəli olduğunu deyib onu Xəzər RPİ-nə dəvət etmişlər. O heç bir etiraz bildirmədən polis əməkdaşları ilə birlikdə Xəzər rayon polis idarəsinə gəlmiş, orada onun üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və buna görə onun hüquqlarının müdafiəsi üçün dövlət tərəfindən müdafiəçi dəvət edilmişdir. Sonra vəkilinin iştirakı ilə onun üzərində axtarış aparılmış bu zaman əvvəlcə ona üzərində qanuna zid əşya və ya predmet varsa təqdim etməsi təklif edilərkən o, əynində olan şalvarın sağ yan cibindən bir ədəd heroin digərində isə qurudulmuş marixuana olan 2 ədəd bükümləri çıxardaraq masanın üzərinə qoyub təqdim etmişdir. Sorgu sual zamanı o, polis əməkdaşlarına bildirmişdir ki, heroini Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən özü istifadə etmək üçün almış, qurudulmuş marixuananı isə sahibi olmayan həyətdə bu ilin qış ayında əkdiyi çətənə kollarının yarpaqlarını və qozalarını qurudaraq hazırlayıb yaşadığı evində iki ədəd torbalara yığıb saxladığı qurudulmuş marixuanın bir hissəsidir. Bundan sonra polis əməkdaşları həmin bükümləri ayrı ayrılıqda zərfələrə qablaşdırıb üzərilərini özünə imzalatdıraraq götürmüş, axtarış barədə protokol tərtib olunmuş, o və digər iştirakçılar protokolla tanış olaraq doğruluğunu imzaları ilə təsdiq etmişlər. Sonra polis əməkdaşları onun razılığı ilə yaşadığı mənzilə baxış keçirərək oradan iki ədəd sintetik torbalarda olan qurudulmuş marixunaları və qonaq otağında olan masanın üstündən 1 ədəd elektron tərəzini aşkar edərək onları da, ayrı ayrılıqda qablaşdırıb üzərini ona imzalatdıraraq götürmüşlər. Təqsirləndirilən şəxs oğlu elan olunmuş ifadələrlə əlaqədar bildirmişdir ki, protokolda olan imzalar ona məxsusdur, lakin ifadələri təsdiq etmir. Həmin ifadələri oxumadan imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 20.09.2021-ci il tarixdə ünvan 4 ünvanda qeydiyyatda olan və orada yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması, Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi üçün o, raportla idarənin rəisinə müraciət edib razılıq aldıqdan sonra müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul etmişdir. Həmin qərar idarə rəisi tərəfindən təsdiq edildikdən sonra o, özü, polis idarəsinin NMB-nin baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı X2, NMB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 və CAŞ-nin əməliyyat müvəkkili polis kapitanı Şahid4 ibarət əməliyyat qrupu yaradıldı və nəzərdə tutulmuş plan üzrə tədbirlər keçirilməyə başlanılmışdır. Həmin gün saat təxminən 17:00 radələrində onlar Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində Təqsirləndirilən şəxs yaşadığı ünvanın yaxınlığında sonuncunun əlamətlərinə uyğun olan şəxsi görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər və həmin şəxs də Təqsirləndirilən şəxs olduğunu onlara bildirmişdir. Malik Əliyevə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib onu Xəzər rayon Polis İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən polis idarəsinə onlarla birlikdə gəlmişdir. Bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra polis idarəsinə vəkil dəvət edildi və bundan sonra xidməti otaqların birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə vəkilin iştirakı ilə video çəkiliş etməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşyanın olub-olmaması barədə və qanunsuz əşyanın olduğu halda onu könüllü təqdim etməsini təklif edilərkən o, əynində olan şalvarın sağ yan cibindən 02 ədəd büküm çıxarıb masanın üzərinə qoyaraq bilidrdi ki, həmin bükümlərdən birində narkotik vasitə heroin, digərində isə narkotik vasitə qurudulmuş marixuana vardır, özü narkotik vasitələrin satışı ilə məşğul olmur, lakin narkotik vasitə aludəçisidir. Üzərindəki heroini 18 sentyabr 2021-ci il tarixdə Suraxanı rayonu Əmircan qəsəbəsində tanımadığı şəxsdən özünün istifadəsi üçün 10 manata almış, qurudulmuş marixuana isə evində saxladığı marixuanının bir hissəsidir və özünə məxsusdur. Şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs razılığı ilə həmin tarixdə onun yaşadığı ünvana baxış keçirilərkən Təqsirləndirilən şəxs mənzilin dəhlizin baş tərəfindəki dolabın qarşısında gizlətdiyi 02 ədəd sellofan kisədəki ot kütləsini təqdim edib kisələrdəki kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Sonra baxış mənzilin digər otaqların və saxlanc yerlərinə keçirilərək davam etdirilərkən qonaq otağındakı masanın üzərindən 01 ədəd elektron tərəzi aşkar edildi. İçində narkotik vasitə qurudulmuş marixuana olan 02 ədəd kisələr və 1 ədəd elektron tərəzi təhqiqatçı tərəfindən ayrı-ayrılıqda qablaşdırılaraq götürülüb üzərləri iştirakçılar tərəfindən imzalanmış və baxış barədə tərtib edilmiş protokol ucadan oxunaraq hər hansı təklif və ya əlavələr daxil olmadığı üçün iştirakşılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxsə heç bir təzyiq və təkid edilməmişdir. Narkotik vasitə marixuana ona məxsus olmuş və Məlik özü marixuana olduğu kisələri evində könülü olaraq təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 oğlunun dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iştirakçıların razılığı ilə məhkəmədə elan olunaraq araşdırılmış X2 və Şahid4 ifadələrindən görünür ki, onlar Şahid1 oğlunun və Şahid2 dediklərini təsdiqləyərək eyni məzmunlu ifadə vermişlər. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işində olan protokolları, ekspert rəylərini və digər sənədləri də tədqiq etmişdir. Belə ki, cinayət işinin 3-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xəzər RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 raportundan görünür ki, ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs mütəmadi külli miqdarda narkotik vasitələri və psixotrop maddələri qanunsuz olaraq əldə etməsi, onları daşıması, istifadə etməsi və alqı-satqısı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin 4-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xəzər RPİ-nin rəisi, polis polkovniki Əli İbrahimovun 20 sentyabr 2021-ci il tarixli, Ə232- 055-21 saylı Əmrindən görünür ki, Təqsirləndirilən şəxs oğlunun qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri qanunsuz əldə etməsi, onları daşıması və alqı-satqısı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 31-33, 37-39-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 20 mart 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokollardan görünür ki, həmin tarixdə vət. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və yaşadığı ünvana baxış keçirilmişdir. Baxış zamanı üzərindən 1 ədəd bükümdə heroin, 1 ədəd bükümdə qurudulmuş marixuana, yaşadığı ünvan 6 ünvanında dəhlizin baş tərəfindəki dolabın qarşısında 2 ədəd sintetik kisələrdə saxladığı narkotik vasitə qurudulmuş marixuana, qonaq otağındakı masanın üzərindən 1 ədəd tərəzi aşkar edilmiş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Şəxsi axtarış və götürmə aparılması zamanı videokamera ilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 48-51-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 sentyabr 2021-ci il tarixli 7/972 saylı rəyindən görünür ki, Tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs” yazılar və imzalar olan 1 No-li zərfdəki 1 (bir) ədəd siqaret sellofanında gümüşü rəngli kağız bükümdə təmiz çəkisi-1,303qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlamış narkotik vasitə- qurudulmuş marixuanadır. -Tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 ünvandan aşkar edilmiş 01 ədəd elektron tərəzi” yazılar və imzalar olan 2N°-li zərfdə olan bir ədəd elektron tərəzi üzərində bitki mənşəli narkotik vasitənin hissəcikləri yoxdur. -Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 ünvandan axtarış zamanı götürülmüş 1 ədəd kisədə ot şəkilli maddə” yazılar və imzalar olan ağ rəngli sintetik torbada təmiz çəkisi-3600,0qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlamış narkotik vasitə- qurudulmuş marixuanadır. -Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 ünvanda keşirilmiş axtarış zamanı götürülmüş quru ot şəkilli maddə” yazılar və imzalar olan ağ rəngli sintetik torbada təmiz çəkisi-9850,0qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlamış narkotik vasitə- qurudulmuş marixuanadır. Təqdim olunmuş 2 ədəd ağ rəngli sintetik torbada olan marixuanaların ümumi çəkisi- 13450,0 qramdır. -Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan götürülmüş marixuanalar tərkiblərinə görə eynidir. -Həmin marixuanaların ümumi çəkisi-13451,303 qramdır. Cinayət işinin 53-57-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 21 sentyabr 2021-ci il tarixli 6/4184 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs….» yazı və imzalar olan zərəfədə 1 ədəd bükümdə təmiz çəkisi 0,675 qr tünd qəhvəyi rəngli maddə kustar üsulla hzırlanmış narkotik vasitə heroindir. Üzərində «Şübhəli şəxs Əliyev məli kadil oğlunun … 01 ədəd elektron tərəzi….» yazısı və imzalar olan 1 ədə 8*10 sm ölçüd göy rəngli elektron trəzinin səthində narkotik vasitə olan heroin izləri vardır. Heroin iz şəkilində olduğundan onun çəkisini müəyyən etmək mümkün deyildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına «Siyahı İ» daxildir. Cinayət işinin 120-121-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X3 Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 11 noyabr 2021-ci il tarixli 4420 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin, Kannabioidlərin və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 107-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhər Xəzər RPİ-nin 1-ci PB-dən daxil olmuş 25 noyabr 2021-ci il tarixli,15825 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroini və marixuananı əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 125-151-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Ruhan Adilbəylinin 13 dekabr 2021-ci il tarixli cinayət işinin materiallarından başqa cinayət işi ayrılması və ayrılmış cinayət işinin icraata qəbul edilməsi haqqında qərarından görünür ki, cinayət işinin materiallarından Təqsirləndirilən şəxs oğlunun əldə etdiyi külli miqdarda narkotik vasitə heroin və marixuananın mənbəyinə dair ayrıca icraata Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********** nömrəli cinayət işi ayrılaraq icraata qəbul edilmişdir. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək bildirmişdir ki, o, narkotik vasitə olan heroini özü istifadə etmək üçün əldə etmiş, satmaq məqsədi olmamışdır, onun yaşadığı evdə marixuana olmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə və ibtidai istintaq zamanı verdiyi ifadələrini ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin törədilməsində iştirakını qismən inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu barədə verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıdığı qənaətinə gəlir. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayət əməli düzgün olaraq Azərb.aycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 25.06.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanuna əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda külli miqdar, qurudulmuş marixuananın isə 5 qramı şəxsi istehlak miqdarından artıq, 500 qramdan artıq miqdarda isə külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs oğlu barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 99-cı vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 07 oktyabr 2021-ci il tarixli tələbnamədən və cinayət işinin 103-106-ci vərəqələrində olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26 iyul 2018-ci il tarixli hökmünün kserosurətindən görünür ki, Təqsirləndirilən şəxsl oğlu Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 aprel 1996-cı il tarixli, hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 145 maddə 2 His. 2,5, 6 bəndləri ilə təqsirli bilinərək 07 (yeddi) il müddətə azadllıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 01.06.2001–cı ildə AR CM-nin 76-cı maddəsinə əsasən vaxtından əvvəl şərti azad olunub.Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 iyun 2009-cu il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətə azadllıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 29.02. 2012-ci il Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 11 ay 07 gün vaxtından əvvəl şərti azad olunub. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26 iyul 2018-ci il tarixli, 1(003)-227/2018 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 3 (üç) ay müddətə azadllıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 23.07.2019-cu ildə cəzasının sonu ilə azad edilib. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası CM-nin 83.3.3-ci maddəsinə əsasən az ağır cinayət görə azadlığdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs oğluna ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 20 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 11-ci vərəqəsində olan 20 sentyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş üzrə maddi sübut kimi tanınmış və Xəzər Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs oğlunun üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,625 qram heroin, 13.451,153 qram marixuana və 1 ədəd elektron tərəzi məhv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 395 manat manat Təqsirləndirilən şəxs oğlundan tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs oğlunda narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs oğluna məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 20 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Xəzər Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs oğlunun üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,625 qram heroin, 13.451,153 qram marixuana və 1 ədəd elektron tərəzi məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 395 manat manat Təqsirləndirilən şəxs oğlundan tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Zeynal Ağayev Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-567/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-567/2022
26.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver