Məhkəmə qərarları › İş №1(101)-567/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-567/2023

11.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-567/2023 11.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 12:40-da Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Hüseynov Səbuhi Sabir oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, tərcüməçi X1 iştirakları ilə, xx xxxxxx 1980-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, ev 15 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3, 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxxx 2004-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olan və ünvan 4aşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmayanı vədlər verməklə cinayətkar qrupa və ağır cinayətin törədilməsinə cəlb etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə yetkinlik yaşına çatmayan tanışı Təqsirləndirilən şəxs2 narkotik vasitələrin satışından əldə edəcəyi gəlirdən müəyyən pay vermək vədi ilə sonuncunu Azərbaycan Respublikası cinayət qanunvericiliyinə görə ağır cinayət hesab edilən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama, daşımağa, qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satmağa cəlb edib Təqsirləndirilən şəxs2la və şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “Maqa” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2la birlikdə istintaqa məlum olmayan vaxtda və yerdə “Maqa” adlı şəxsdən satış məqsədilə qanunsuz olaraq külli miqdarda 2716,011 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 423,474 qram çəkidə psixotrop maddə metamfetamini əldə etdikdən sonra yaşadığı ünvan 6 ünvanına daşıyaraq, həmin narkotik vasitə heroinin külli miqdada 48,035 qram hissəsini və psixotrop maddə metamfetaminin külli miqdarda 37,107 qram hissəsini üzərində, narkotik vasitə heroinin külli miqdarda 2632,246 qram hissəsini və psixotrop maddə metamfetaminin külli miqdarda 372,832 qram hissəsini isə yaşadığı mənzildə saxlamaqla narkotik vasitə heroinin külli miqdar təşkil edən 35,730 qram hissəsini və psixotrop maddə metamfetaminin külli miqdar təşkil edən 13,535 qram hissəsini istintaqa məlum olmayan vaxtda və yerdə satış üçün yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 vermiş, Binəqədi rayon polis idarəsinin cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 26 may 2022-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Binəqədi rayonu, X4 qəsəbəsi, Eldar Babayev küçəsi 53 ünvanında yerləşən “Yeganə” şadlıq sarayının qarşısında saxlanılaraq Binəqədi rayon polis idarəsinin 7-ci polis bölməsinə gətirilmiş, polis bölməsində üzərində şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarın sağ və sol yan ciblərindən 9 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,556 qram, 10,836 qram, 3,918 qram, 0,958 qram, 9,303 qram, 7,748 qram, 1,828 qram, 2,955 qram, 7,933 qram olmaqla ümumi təmiz çəkisi 48,035 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin, 11 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 9,630 qram, 1,004 qram, 1,854 qram, 3,795 qram, 1,902 qram, 1,796 qram, 2,793 qram, 0,904 qram, 9,812 qram, 2,793 qram, 0,824 qram olmaqla ümumi təmiz çəkisi 37,107 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin, əməliyyat tədbirinin davamı olaraq 27 may 2022-ci il tarixdə saat 01 radələrində yaşadığı ünvan 6 ünvanına baxış keçirilən zaman qonaq otağındakı masanın üzərindən 05 bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 1000 qram, 1200 qram, 365 qram, 65 qram, 2,246 qram olmaqla ümumi təmiz çəkisi 2632,246 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin, 03 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 126 qram, 245 qram, 1,832 qram olmaqla ümumi təmiz çəkisi 372,832 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin və narkotik vasitə-psixotrop maddələrin satışında istifadə etdiyi, üzərində narkotik vasitə heroin izləri olan 2 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələr əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “Maqa” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Təqsirləndirilən şəxs1la birlikdə istintaqa məlum olmayan vaxtda və yerdə “Maqa” adlı şəxsdən satış məqsədilə qanunsuz olaraq külli miqdarda 2716,011 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 423,474 qram çəkidə psixotrop maddə metamfetamini əldə etdikdən sonra Təqsirləndirilən şəxs1 tərəfindən ona satış üçün verilmiş narkotik vasitə heroinin külli miqdar təşkil edən 35,730 qram hissəsini və psixotrop maddə metamfetaminin külli miqdar təşkil edən 13,535 qram hissəsini istintaqa məlum olmayan vaxtda və yerdə satış məqsədilə qanunsuz olaraq sonuncudan əldə edib, özündə saxlamaqla daşımış, Binəqədi rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 26 may 2022-ci il tarixdə saat 20:10-da “Bazarstore” supermarketlər şəbəkəsinin Bakı şəhəri Binəqədi rayonu X4 qəsəbəsi Eldar Babayev küçəsi 18/21 ünvanda yerləşən “Bazarstore” mağazasının qarşısında saxlanılaraq Binəqədi rayon polis idarəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman üzərində daşıdığı qara rəngli əl çantasının içərisindən 12 bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 8,090 qram, 0,790 qram, 1,851 qram, 4,669 qram, 0,786 qram, 2,815 qram, 2,812 qram, 2,815 qram, 1,504 qram 4,509 qram, 2,261 qram, 2,828 qram olmaqla ümumi təmiz çəkisi 35,730 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin və 09 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,761 qram, 6,710 qram, 0,282 qram, 0,506 qram, 2,787 qram, 0,181 qram, 0,754 qram, 0,591 qram, 0,963 qram olmaqla ümumilikdə təmiz çəkisi 13,535 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 170.3, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən, yəni AR CM-in 170.3-cü maddəsi ilə təqsirli bilməyərək, AR CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 15 ildir ki, narkotik vasitə istifadə edir. 26 may 2022-ci il tarixdə saat təxminən 22:00 radələrində Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Eldar Babayev küçəsində yerləşən “Yeganə” şadlıq sarayı yaxınlığında olan zaman 2 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmiş və üzərində narkotik vasitə olmasından şübhə edildiyi üçün üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onu Binəqədi RPİ-nə dəvət etmişlər. Bundan sonra onun razılığı ilə Binəqədi RPİ-nə aparılmış və orada ona öz razılığı ilə müdafiəçinin iştirakı olmadan hüquq və vəzifələri izah edilərək video çəkiliş vasitəsilə üzərinə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində olan geyimində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda o, əynində olan boz rəngli cins şalvarının ön sağ və sol yan ciblərində hər birində 6 ədəd olmaqla ümumilikdə 12 ədəd yaşıl rəngli bükümü, şalvarının arxa sol yan cibindən Xiaomi markalı qara rəngli mobil telefon, özünə məxsus şəxsiyyət vəsiqəsi, 05 ədəd 100 manatlıq pul əskinası, 01 ədəd üzərinə “kale” yazılmış açar, arxa sağ yan cibindən isə 01 ədəd Huavei, 01 ədəd isə Honor markalı mobil telefonu çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, o da üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Ondan paltarının ciblərini açmağı tələb olunmuş, o, əynində olan paltarlarının ciblərini açmış və ciblərində hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Sonra onun iştirakı ilə həmin 12 ədəd yaşıl rəngli bükümlər açılmış və bükülülərdən 8 ədədində içərisində şəffaf selofana bükülmüş 01 büküm ağ rəngli kristal halında və 01 büküm qəhvəyi rəngli toz halında, 03 ədəd yaşıl bükülüdə yalnız ağ rəngli kristal halında, 01 ədəd yaşıl bükülüdə isə yalnız qəhvəyi rəngli toz halında maddə olması müəyyən edilmişdir. Bundan sonra o, bildirmişdir ki, həmin bükümün içərisində olan qəhvəyi rəngli toz halında olan maddə “kakos”, ağ rəngli maddə isə “şüşə” adlanan narkotik və psxiotrop maddələrdir. Bundan sonra onun yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, ev 15-də yerləşən mənzilə baxış keçirilmişdir. Baxış zamanı yataq otağında yataq dəstinin yanında olan tumbanın üzərində narkotik maddə çəkdiyi 01 ədəd trubka, qonaq otağında olan masanın üzərində ümumilikdə, 06 ədəd şəffaf sellofan torbalarda və 01 ədəd yaşıl rəngli bükümdə olmaqla, onlardan 02 ədədi şəffaf sellofan torbada ağ rəngli kristal halında, 04 ədəd isə şəffaf torbada qəhvəyi rəngli toz halında, 01 ədəd yaşıl rəngli bükümdə isə içərisində 01 büküm ağ rəngli kristal halında, 01 büküm isə qəhvəyi rəngli toz halında olan maddələr, 02 ədəd biri qara digəri isə ağ və qara rənglərdən ibarət olan elektron tərəzi, bank kartları, qeyd dəftəri, yaşıl, ağ və şəffaf rəngli yapışqanlar aşkar edilərək götürülmüşdür. O, həmin qeyd edilən narkotik vasitə və psixotrop maddələri mənzildə hissələrə bölmüş və həmin yapışqanlar vasitəsilə bükümlər düzəltmişdir. Baxış zamanı qeyd edilən narkotik vasitə və psixotrop maddələr olduğu şəffaf plastik qablarda qoyularaq ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. O, həmin narkotik maddəni xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Qaradağ rayonu Qaradağ postu yaxınlığında adını Maqa kimi bildiyi şəxsin ona bildirmiş olduğu yerdən yol kənarından götürmüş və hissələrə bölərək Maqanın dediyi yerlərə qoymuşdur. Onun üzərində olan maddələrdən başqa onun yaşadığı mənzildə də narkotik maddələr aşkar edilmiş və həmin narkotik maddələri də Maqa adlı şəxsin qoymuş olduğu yerdən götürmüş, həmin narkotik maddələri hissələrə bölmüş, tərəzi vasitəsi ilə çəkmiş, daha sonra isə Maqanın dediyi yerlərə qoymuşdur. O, narkotik vasitə və psixotrop maddənin satışı ilə məşğul olmamış, narkotik vasitə aldığı şəxsin anket məlumatları barədə heç bir məlumata malik deyil, yalnız adının Maqa olduğunu bilmişdir. «Maqa» adlı şəxs onun göstərdiyi xidmətə görə ona pul verməmiş, lakin, istifadə etməsi üçün narkotik vasitə vermişdir. Onunla Təqsirləndirilən şəxs2 arasında narkotik vasitə və psixotrop maddənin satışına dair heç bir razılaşma olmamış, onun Təqsirləndirilən şəxs2 18 yaşına çatmaması barədə heç bir məlumatı olmamışdır. Raul görünüşcə yaşlı göründüyündən ona onun yaşı maraqlı gəlməmiş, Rauldan yaşının neçə olduğunu nə vaxtsa soruşmamış, Raul özü də bu barədə ona bir söz deməmişdır. O, Təqsirləndirilən şəxs2 narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə vəd verməmiş, ona hədə-qorxu gəlməmiş, həmçinin Raulu aldatmamışdır. O, Raula ümumiyyətlə narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə heç bir təklif verməmişdir. Hazırda onun qeyd etdiklərini istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 və o, özü də bu qaydada ifadələr vermişlər. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, bugünədək hər hansı bir narkotik vasitə və psixotrop maddə istifadə etməmişdir. İnternet sosial şəbəkələrin birində Rəşad adlı şəxslə bir neçə müddət idi ki, tanış olmuşdur. Rəşad ona narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmağı təklif etmiş, o da onunla razılaşmışdır. Bundan sonra onu özlərinin istifadə etdiyi Vhatsapp qrupuna əlavə etmişlər. Orada narkotik vasitələrin və psixotrop maddələrin yerləşdiyi müxtəlif ünvanların şəkillərini göndərib işarə ilə yerini göstərmişlər. O da həmin işarələnmiş yerlərdə və müəyyən etdikləri vaxtlarda həmin narkotik vasitələri və psixotrop maddələri götürmüşdür. O, sonra əvvəlcədən təyin edilmiş yerlərə aid şəkili qrupa göndərilərək hara aparmaq olduğunu Rəşad demişdir. O da şəkildə göstərilən yerlərə həmin maddələri aparıb qoymuşdur. Sonra həmin narkotik vasitə və psixotrop maddələr sahibinə çatdıqda "Rəşad" onun kart hesabına daşınması üçün ödənişini etmişdir. Elə olmuşdur ki, maddələri ünvana aparıb qoyduqdan sonra gün ərzində 60-70 manat ödəniş əldə etmişdir. 26.05,2022-ci il tarixdə günorta saat 14 radələrində Rəşad adlı şəxslə Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən "Memar Əcəmi" metrostansiyası yaxınlığında görüşmüş, görüş zamanı Rəşad ona müştərilərə satmaq üçün nəzərdə tutulan 12 ədəd yaşıl rəngli sellofana bükülmüş bükümü vermişdir. Həmin bükümün içərisində narkotik vasitə olduğunu bilmişdir. O, həmin bükümləri götürüb üzərində olan qara rəngli bel çantasının içərisinə qoymuşdur. xx.xx.2022-ci il tarixdə saat təxminən 20 radələrində Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi, Eldar Babayev küçəsində "Bazarstore" supermarketin yaxınlığında olarkən 2 nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olmalarını bildirmişlər. Onlar ona narkotik vasitə istifadəsində, üzərində daşınmasında və satışı ilə məşğul olunmasında şübhəli olduğunu bildirərək Binəqədi RPİ-nə getməyi təklif etmişlər. O, həmin şəxslərə etiraz etmədən polis idarəsinə gəlmişdir. Binəqədi RPİ-də İnzibati otaqların birində ona dövlət hesabına vəkil və tərcüməçi ayrılmış, ona hüquq və vəzifələri izah edilmiş, sonra videoçəkiliş ilə üzərinə baxış keçirilmişdir. O, baxış zamanı üzərində olan qara rəngli bel çantasının içərisindən ”12” ədəd yaşıl rəngli sellofana bükülmüş içərisində olan narkotik vasitəni, "Redmi" 11 markalı özünə məxsus telefonu, qoruyucu, pul qabının içərisindən 1 ədəd "Kapital Bank"-a və ”Leo" banka məxsus plastik kartlar, 1 ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi, 1 ədəd anasına məxsus şəxsiyyət vəsiqəsi, 1 ədəd "North vvest" hotelə məxsus vizitka, 1 ədəd "Alison” hotelə məxsus vizitka və qəbzlər çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra həmin narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış və möhürlə möhürlənmişdir. Narkotik vasitəni üzərində daşıma səbəbi o olmuşdur ki, həmin narkotik vasitələri Rəşadın ona bildirəcəyi ünvanlara qoymaqla satışını həyata keçirsin. Polis əməkdaşları tərəfindən saxlanılarkən və ilkin araşdırma gedişatında ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamış, içərisində narkotik vasitə olan bükümləri xx.xx.2022-ci il tarixdə saat təxminən 14 radələrində Bakı şəhəri Nəsimi rayonu Memar Əcəmi metro stansiyası yaxınlığında əvvəldən tanıdığı "Rəşad” adlı şəxs ona vermişdir. Həmin bükümlərin əldə olunması zamanı o, Rəşada ödəniş etməmişdir. Belə ki, həmin bükümləri Rəşadın ona bildirəcəyi ünvanlara çatdırdıqdan sonra Rəşad onun hesabına ödəniş etmişdir. O, içərisində narkotik vasitələr olan bükümlərin Rəşadın ona bildirəcəyi ünvanlara yerləşdirmək üçün üzərində daşımışdır. O, narkotik vasitəsi satışı ilə məşğul olaraq Rəşad adlı şəxsin verdiyi puldan gəlir əldə etmişdir. Narkotik vasitələrin istifadəsi, satışı, saxlanılması, əldə edilməsinin qadağan olunması barədə onun məlumatı olmuş, həmin narkotik vasitələrdən o, heç kimə satmamışdır. O, İfadəsində qeyd etdiyi həmin Rəşad adlı şəxs hazırda onunla birlikdə ittiham irəli sürülmüş Təqsirləndirilən şəxs1 olmamışdır. Ümumiyyətlə, Rəşad adlı şəxs onun neçə yaşı olmasını bilməmiş, onu cinayətkar qrupa və ağır cinayətin törədilməsinə cəlb etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Binəqədi RPİ-nin Cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 26 may 2022-ci il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, «Rəşad» adlı şəxs qanunsuz olaraq üzərində narkotik vasitə və psixotrop maddələr saxlamaqla daşıyır və satışı ilə məşğul olur. Qeyd olunan məlumatın yoxlanılması ilə bağlı tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərar qəbul edilmiş və həmin qərarın icra olunması ilə bağlı o və Binəqədi RPİ-nin CAŞ- nin kiçik əməliyyat müvəkkili Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra əməliyyat qrupunun üzvü Şahid3la birlikdə saat 21:30 radələrində əldə etdikləri məlumat əsasında Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Eldar Babayev küçəsinə getmişlər. Saat 22 radələrində ünvan 10 ünvanında yerləşən «Yeganə» şadlıq sarayının yaxınlığında olan zaman «Rəşad» adlı şəxsi görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim etmişlər və barəsində narkotik vasitələrin üzərində saxlaması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olduğunu bildirib, sonuncunu Binəqədi RPİ-nin 7-ci polis bölməsinə dəvət etmişlər. Orada olarkən «Rəşad» adlı şəxsin Təqsirləndirilən şəxs1 olmasını müəyyən etmişlər və sonuncu etiraz etməyib onlarla birlikdə 7-ci polis bölməsinə getmişdir. Polis bölməsində olarkən bölmənin baş təhqiqatçısı Rəşad Bayramov tərəfindən Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutularaq sonuncuya hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuş, sonra isə Təqsirləndirilən şəxs1 üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ilk öncə Təqsirləndirilən şəxs1 üzərində hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olubolmaması, olduğu təqdirdə könüllü təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs1 əynində olan boz rəngli cins şalvarının hər iki ön sağ və sol yan ciblərindən hər birində 6 ədəd olmaqla ümumilikdə 12 ədəd yaşıl rəngli bükümləri, arxa sol yan cibindən Xiaomi markalı mobil telefonu, özünə məxsus şəxsiyyət vəsiqəsini, 5 ədəd 100 manatlıq pul əskinasları, bir ədəd açarı, sağ yan cibindən 2 ədəd olmaqla Huavei və Honor markalı mobil telefonları, çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş, lakin heç bir qanunsuz əşya və ya predmet və ya başqa qanunsuz maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 təqdim etdiyi bükümlər açıldıqda həmin bükümlərin 8 ədədinin hər birinin içərisində 2 ədəd bükümlər olması, həmin bükümlərdə narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər maddələr, digər 4 ədəd bükümlərin 3 ədədində psixotrop maddə metamfetaminə bənzər, 1 ədədində isə narkotik vasitə heroinə bənzər maddələr olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs1 həmin maddələri haradan əldə etməsini soruşduqda, sonuncu həmin bükümlərdə olan maddələrin «kokos» və «şüşə» olduğunu, həmin maddələri 24 may 2022-ci il tarixdə saat 22 radələrində «Maqa» kimi adını bildiyi şəxsin Qaradağ rayonu Qaradağ postu yaxınlığında yol kənarında qoyduğu yerdən götürdüyünü, daha sonra yaşadığı ünvana gələrək həmin maddələri ayrı-ayrı bükümlərə qablaşdırdığını və «Maqa» adlı şəxsin dediyi ünvanlara qoyduğunu, həmin maddələrin bir hissəsini Raul adlı şəxsə verərək lazım olan ünvanlara çatdırdığını bildirmişdir. Təqsirləndirilən şəxs1 yaşadığı ünvanda narkotik vasitə olub-olmaması soruşulduqda, evində də narkotik vasitə və psixotrop maddə olmasını demiş və evinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi bükümlər, mobil telefonlar baş təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Sonra protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs1 iştirakı ilə sonuncunun yaşadığı ünvan 12 ünvanda Təqsirləndirilən şəxs1 iştirakı ilə yaşadığı evə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs1 yaşadığı evin yataq otağında yataq dəstinin yanında olan tumbanın üzərindən 1 ədəd trubka aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 həmin trubka ilə narkotik vasitə çəkdiyini bildirmiş, sonra evin qonaq otağındakı masanın üzərindən 6 ədəd şəffaf sellofan torba və 1 ədəd yaşıl rəngli büküm aşkar olunmuşdur. Şəffaf sellofan torbaların 2 ədədinin içərisində psixotrop maddə metamfetaminə bənzər maddə, 4 ədədinin içərisində isə narkotik vasitə heroinə bənzər maddə olması, 1 ədəd yaşıl rəngli bükümdə isə 2 ədəd bükümlərdə narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər maddələr olması müəyyən olunmuşdur. Həmçinin masanın üzərindən 2 ədəd elektron tərəzi, bank kartları, yapışqanlar da aşkar olunmuşdur. Daha sonra aşkar olunmuş bükümlər, tərəzilər, trubka, bank kartları baş təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmışdır. Sonra protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Binəqədi RPİ-nin Cinayət axtarış şöbəsinin kiçik əməliyyat müvəkkili Şahid3 Şahid1 göstərdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Binəqədi RPİ-nin Cinayət axtarış şöbəsinin kiçik əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 26 may 2022-ci il tarixdə məlumat daxil olmuşdur ki, «Raul» adlı şəxs qanunsuz olaraq üzərində narkotik vasitə və psixotrop maddələr saxlamaqla daşıyır və satışı ilə məşğul olur. Qeyd olunan məlumatın yoxlanılması ilə bağlı əməliyyat müvəkkili Şahid4 tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərar qəbul edilmiş və həmin qərarın icra olunması ilə bağlı o və Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra saat 19:30 radələrində əldə etdikləri məlumat əsasında Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Eldar Babayev küçəsinə getmişlər. Saat 20:10 radələrində Eldar Babayev küçəsi 18/21 ünvanında yerləşən «Bazarstore» supermarketinin yaxınlığında olan zaman «Raul» adlı şəxsi görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim etmişlər və barəsində narkotik vasitələrin üzərində saxlaması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olduğunu bildirib, sonuncunu Binəqədi RPİ-nə dəvət etmişlər. Orada olarkən «Raul» adlı şəxsin Təqsirləndirilən şəxs2 olmasını müəyyən etmişlər və sonuncu etiraz etməyib onlarla birlikdə Binəqədi RPİ-nə gəlmişdir. Polis idarəsində olarkən təhqiqatçı Araz Kazımlı tərəfindən Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutularaq sonuncuya hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuş, sonra isə Təqsirləndirilən şəxs2 üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ilk öncə Təqsirləndirilən şəxs2 üzərində hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olub-olmaması, olduğu təqdirdə könüllü təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs2 əynində olan yaşıl rəngli şalvarının sol ön cibindən Redmi 11 markalı mobil telefonunu, arxa sol cibində olan qara rəngli pul qabını, üzərində gəzdirdiyi qara rəngli bel çantasının içərisindən 12 ədəd yaşıl rəngli sellofan bükümləri çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış aparılmış, lakin hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən başqa hər hansı bir maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs2 təqdim etdiyi 12 ədəd bükümlərin 9 ədədinin hər birinin içərisində 2 ədəd bükümlərdə narkotik vasitə heroin və psixotrop maddə metamfetaminə bənzər maddələr olması, 3 ədəd bükümdə isə narkotik vasitə heroinə bənzər maddələr olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs2 verilən şifahi suallara cavab olaraq təqdim etdiyi bükümləri Rəşad adlı şəxsdən 26 may 2022ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Əcəmi» metrostansiyası yaxınlığında müştərilərə satmaq üçün müxtəlif ünvanlara yerləşdirilməsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi pul qabının içərisindən 2 ədəd bank kartı, 2 ədəd şəxsiyyət vəsiqəsi, 2 ədəd otel vizit kartları və qəbzlər aşkar olunmuşdur. Daha sonra aşkar olunmuş bükümlər, mobil telefon, bank kartları təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmışdır. Sonra protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Məhkəmədə ifadəsi elan edilmiş şahid Binəqədi RPİ-nin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, 26 may 2022-ci il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, «Raul» adlı şəxs qanunsuz olaraq üzərində narkotik vasitə və psixotrop maddələr saxlamaqla daşıyır və satışı ilə məşğul olur. Qeyd olunan məlumatın yoxlanılması ilə bağlı tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərar qəbul edilmiş və həmin qərarın icra olunması ilə bağlı o və Binəqədi RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra əməliyyat qrupunun üzvü Şahid2 ilə birlikdə saat 19:30 radələrində əldə etdikləri məlumat əsasında Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Eldar Babayev küçəsinə getmişlər. Saat 20:10 radələrində Eldar Babayev küçəsi 18/21 ünvanında yerləşən «Bazarstore» supermarketinin yaxınlığında olan zaman «Raul» adlı şəxsi görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim etmişlər və barəsində narkotik vasitələrin üzərində saxlaması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olduğunu bildirib, sonuncunu Binəqədi RPİ-nə dəvət etmişlər. Orada olarkən «Raul» adlı şəxsin Təqsirləndirilən şəxs2 olmasını müəyyən etmişlər və sonuncu etiraz etməyib onlarla birlikdə Binəqədi RPİ-nə gəlmişdir. Polis idarəsində olarkən təhqiqatçı Araz Kazımlı tərəfindən Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutularaq sonuncuya hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuş, sonra isə Təqsirləndirilən şəxs2 üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ilk öncə Təqsirləndirilən şəxs2 üzərində hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olub-olmaması, olduğu təqdirdə könüllü təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs2 əynində olan yaşıl rəngli şalvarının sol ön cibindən Redmi 11 markalı mobil telefonunu, arxa sol cibində olan qara rəngli pul qabını, üzərində gəzdirdiyi qara rəngli bel çantasının içərisindən 12 ədəd yaşıl rəngli sellofan bükümləri çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış aparılmış, lakin hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən başqa hər hansı bir maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs2 təqdim etdiyi 12 ədəd bükümlərin 9 ədədinin hər birinin içərisində 2 ədəd bükümlərdə narkotik vasitə heroin və psixotrop maddə metamfetaminə bənzər maddələr olması, 3 ədəd bükümdə isə narkotik vasitə heroinə bənzər maddələr olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs2 verilən şifahi suallara cavab olaraq təqdim etdiyi bükümləri Rəşad adlı şəxsdən 26 may 2022ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Əcəmi» metrostansiyası yaxınlığında müştərilərə satmaq üçün müxtəlif ünvanlara yerləşdirilməsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi pul qabının içərisindən 2 ədəd bank kartı, 2 ədəd şəxsiyyət vəsiqəsi, 2 ədəd otel vizit kartları və qəbzlər aşkar olunmuşdur. Daha sonra aşkar olunmuş bükümlər, mobil telefon, bank kartları təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmışdır. Sonra protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 27 may 2022-ci il tarixli, 6/2992 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №172” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs1T(imza)” yazısı və imzalar olan paketdəki, üzəri yaşıl rəngli yapışqan lentlə bağlanmış 12 (on iki) ədəd bükümdə, onlardan, 8 (səkkiz) ədəd bükümün hər birinin içərisində 02 ədəd büküm olmaqla ayrıayrılıqda təmiz çəkiləri 2,556 qram, 10,836 qram, 3,918 qram, 0,958 qram, 9,303 qram, 7,748 qram, 1,828 qram 2,955 qram, ümumi təmiz çəkisi 40,102 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və ayrı-ayrılıqda təmiz çəkiləri 9,630 qram, 1,004 qram, 1,854 qram, 3,795 qram, 1,902 qram, 1,796 qram, 2,793 qram, 0,904 qram, ümumi təmiz çəkisi 23,678 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 9,812 qram, 2,793 qram, 0,824 qram, ümumi təmiz çəkisi 13,429 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. l(bir) ədəd bükümdə təmiz çəkisi 7,933 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin ümumi təmiz çəkisi 48,035 qram, metamfetaminin ümumi təmiz çəkisi 37,107 qram təşkil edir. Tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №172” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs1T(imza)” yazısı və imzalar olan qara rəngli çantadakı, 4 (dörd) ədəd torbada ayrı-ayrılıqda təmiz çəkisi 1000 qram, 1200 qram, 365 qram, 65 qram, ümumi təmiz çəkisi 2630 qram qəhvəyi rəngli tozşəkilli maddələr kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 2 (iki) ədəd torbada ayrı-ayrılıqda təmiz çəkisi 126 qram və 245 qram, ümumi təmiz çəkisi 371 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, üzəri yaşıl rəngli yapışqan lentlə bağlanmış bükümün içərisində 02 ədəd büküm olmaqla təmiz çəkisi 2,246 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və təmiz çəkisi 1,832 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 2 (iki) ədəd elektron tərəzinin üzərində heroinin və bir ədəd qəhvəyi-qara rəngli təmbəkidə metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün, heroinin, metamfetaminin təmiz çəkisini və bükümlərdə olan heroinlərlə və metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı evindən aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 2680,281 qram (2kq 680,28lqr) təşkil edir və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı evindən aşkar edilərək götürülmüş metamfetaminin ümumi təmiz çəkisi 409,939 qram təşkil edir və həmin metamfetamin kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidir. (cild 01, i.v.44-50) İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 27 may 2022-ci il tarixli, 6/2993 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №172» dairəvi möhür əksi, «şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş 12 büküm» yazısı və imzalar olan paketdəki üzəri yaşıl rəngli yapışqan lentlə bağlanmış 12 (on iki) ədəd bükümdə, onlardan, 9 (doqquz) ədəd bükümün hər birinin içərisində 02 ədəd büküm olmaqla ayrı-ayrılıqda təmiz çəkiləri 8,090 qram, 0,790 qram, 1,851 qram, 4,669 qram, 0,786 qram, 2,815 qram, 2,812 qram, 2,815 qram, 1,504 qram, ümumi təmiz çəkisi 26,132 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və ayrı- ayrılıqda təmiz çəkiləri 0,761 qram, 6,710 qram, 0,282 qram, 0,506 qram, 2,787 qram, 0,181 qram, 0,754 qram, 0,591 qram, 0,963 qram, ümumi təmiz çəkisi 13,535 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,509 qram, 2,261 qram, 2,828 qram, ümumi təmiz çəkisi 9,598 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş, heroinin ümumi təmiz çəkisi 35,730 qram təşkil edir və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Metamfetaminin ümumi təmiz çəkisi 13,535 qram təşkil edir və həmin metamfetamin kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidir. (cild 01, İ.v.111-117) İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 22 avqust 2022-ci il tarixli, 2254 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hər hansı psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs2 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd edilməyib. Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs2 qeyd edilən əməli törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 əqli və psixi inkişafının normaya uyğun olmaqla yaş xüsusiyyətlərinə uyğun olduğu aşkar edilir. Ünsiyyətçilik, situativlik, eqosentrizm, məsuliyyətsizlik kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs2 əqli və psixi inkişafı nəzərə alınmaqla, etdiyi hərəkətləri adekvat olaraq qavramaq, mahiyyətini dərk etmək, həmçinin öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. (cild 02, i.v.135-139) İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 22 avqust 2022-ci il tarixli, 2252 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs1 hər hansı psixi xəstəlik aşkar edilməyib. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs1 öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 eqosentrizm, inadkarlıq, özünü psixoloji müdafiə etməyə meyillilik, situasiyam öz xeyrinə yönəldib danışmaq kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs1 əqliintellektual imkanları normaya uyğundur gerilik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 əqli-intellektual imkanları nəzərə alınmaqla, o, etdiyi hərəkətləri adekvat olaraq qavramaq, mahiyyətini dərk etmək, həmçinin öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. (cild 02, i.v. 140-144) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 4509 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 02, iş vərəqə 63-64) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 4510 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Şərifov X2 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 02, iş vərəqə 65-66) İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 26 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli cins şalvarının hər iki ön sağ və sol yan ciblərindən hər birində 6 ədəd olmaqla ümumilikdə 12 ədəd yaşıl rəngli bükümlərdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin, həmin şalvarın arxa sol yan cibindən Xiaomi markalı mobil telefon, sağ yan cibindən 2 ədəd olmaqla Huaveı və Honor markalı mobil telefonlar aşkar olunaraq götürülmüşdür. (cild 01, i.v.31-32) İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 26 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış aparılan zaman əynində olan yaşıl rəngli şalvarının sol ön cibindən Redmi 11 markalı mobil telefon, üzərində gəzdirdiyi qara rəngli bel çantasının içərisindən 12 ədəd yaşıl rəngli sellofan bükümlərdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. (cild 01, i.v.100-102) İş materiallarında olan mənzilə və yaşayış sahəsinə baxış və götürmə aparılması haqqında 27 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 13 ünvanda yerləşən evinə baxış aparılan zaman evin qonaq otağındakı masanın üzərindən 5 ədəd bükümlərdə narkotik vasitə heroin, 3 ədəd bükümlərdə psixotrop maddə metamfetamin və narkotik vasitələrin və psixotrop maddələrin satışında istifadə olunan 2 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. (cild 01, i.v.38-39) İş materiallarında olan baxış keçirilməsi haqqında 09 avqust 2022-ci il tarixli protokoldan görünür ki, keçirilmiş baxış istintaq hərəkəti zamanı müəyyən edilmişdir ki, təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs1 26 may 2022-ci il tarixdə barəsində keçirilmiş şəxsi axtarış və götürmə aparılması barədə protokolla təqdim etdiyi özünə məxsus olan 03 ədəd mobil telefon, yəni Xiaomi G 5 markalı mobil telefonun istifadəsində 055 ***-**-** saylı mobil nömrə, Honor markalı mobil telefonun istifadəsində 070 ***-**-** saylı mobil nömrə və Huawei markalı mobil telefonun istifadəsində 055 ***-**-** saylı mobil nömrələrin, həmçinin təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs2 26 may 2022-ci il tarixdə barəsində keçirilmiş şəxsi axtarış və götürmə aparılması barədə protokolla təqdim etdiyi özünə məxsus olan 01 ədəd mobil telefon, yəni Xiaomi Redmi 11 markalı mobil telefonun istifadəsində 055 ***-**-** və 050 ***-**-** saylı mobil nömrələrin olması müəyyən edilmişdir. (cild 02, i.v.01-06) İş materiallarında olan telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə aparılan danışıqlar və SMS mübadilələri təhlil olunarkən müəyyən olunmuşdur ki, həmin nömrə ilə çoxlu sayda narkotik vasitələrin və psixotrop maddələrin satışının həyata keçirilməsi barədə SMS mübadilələri aparılmışdır. Həmin SMS-lərin mətni və mübadilə aparılan mobil telefon nömrələri aşağıdakı kimidir: - xx/xx/2022,16:36:16,**********53,**********19,ot neceyedi qutu - xx/xx/2022,22:49:03,**********19,**********53,Salam 80 da - xx/xx/2022,00:37:45,**********53,**********28,Kukla teatr ile uzbeuz yolun o biri terefinde Tarqoviya gir duz get qabaqdan birinci dongeden saga don Sirovarnya restoranin arxa giriwi ile uzbeuz bankin qabaginda ucuncu kolun klumbanin icinde - xx/xx/2022,15:40:22,**********28,**********53,pewad zakazivayda esli smojew na 80 kak vozmu lklient otdam 6m - xx/xx/2022,10:39:11,**********28,**********53,Rewad dobroe utro kak prosnewsa day znat 50m xocu poslat srocno mi pustiye - xx/xx/2022,18:19:04,**********53,**********28, SunLab Laboratoriya boyrundeki giriw ile uzbeuz bina tikinti olacaq pillekan boyrunde kerpicin icinde - xx/xx/2022,13:47:59,**********28,**********53,dobroe utro ya temanin pulunnan snal duplikat 8 manat obowlos skajew koqda nomer vstavit i kod ctob ti poslal - xx/xx/2022,15:37:19,**********28,**********53,Rewad ya poslal sdelayda kak mojna bistrey ya poqovaril na 7 casov naznacil mne nado vzat temu paru wtuk otdat bir 20-30 m olsun mawin tapmiwam bezplatno - xx/xx/2022,16:18:02,**********28,**********53,rewad 46 zakinul esli smojew 3koli i pati 0.2-0.3 ya kak vozmu temu u mena srazu xotat denqi dokinu oto na kota vcera potratil cerez 1 cas jdat? - xx/xx/2022,00:02:23,**********28,**********53,rewad ya zabil skazat tebe 1 kamen skaji pojalusta - xx/xx/2022,16:12:33,**********28,**********53,okey postaraysa poprasit qdeto v te mesta pust brosit v storonu olimpa qde ya ranwe jil ya tam vse dirki znayu v summe 97 otpravil - xx/xx/2022,12:06:36,**********28,**********53,da ponel koqda budet primerno u nas 80do 100 dobyu napiwu ya jdu seqodna ili zavtqpa ejenedelnie denqi pridut ya vse nedostaci otdam u mena vse zapisano - xx/xx/2022,12:13:48,**********53,**********19, inanasi weye oxwamireee, hele qoy ozum gorum nedi. pomidor sende? gelim goturum. (cild 02, i.v.75-76) İş materiallarında olan əməliyyat tapşırığına cavab olaraq Nəsimi RPİ-nin 19-cu Polis şöbəsinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, ********* nömrəli cinayət işi üzrə verilmiş əməliyyat tapşırığında göstərilən xüsusatlarla bağlı müvafiq əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin İran İslam Respublikası vətəndaşı «Maqa» adlı şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Həmçinin əməliyyat tapşırığında göstərilən digər xüsusatlar üzrə müvafiq əməliyyat tədbirləri həyata keçirilmiş, məxfi aqentlər təlimatlandırılmış və Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə birlikdə narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaları müəyyən olunmuşdur. (cild 02, i.v.124) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təsvir edilmiş cinayət əməllərini törətməkdə təqsirli olmaları kifayət qədər sübuta yetirilsə də, Təqsirləndirilən şəxs1 qarşı AR CM-in 170.3-cü maddəsi ilə irəli sürülmüş ittiham istər ibtidai istintaq zamanı, istərsə də, məhkəmə baxışı zamanı sübuta yetirilməmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmayanı ağır cinayətin törədilməsinə cəlb etməsinə dair hər hansı mötəbər sübut əldə edilməməsinə baxmayaraq, yalnız Təqsirləndirilən şəxs2 cinayətin törədilməsi zamanı yetkinlik yaşına çatmayan şəxs olmasına əsaslanaraq, Təqsirləndirilən şəxs1 AR CM-in 170.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, onun Təqsirləndirilən şəxs2 18 yaşına çatmaması barədə heç bir məlumatı olmamışdır. Ona maraqlı gəlmədiyindən Rauldan yaşının neçə olduğunu nə vaxtsa soruşmamışdır. O, Təqsirləndirilən şəxs2 narkotik vasitə və ya psixotrop maddənin satışı ilə məşğul olması barədə vəd verməmiş, hədə-qorxu gəlməmiş, həmçinin Raulu aldatmamışdır. O, Raula ümumiyyətlə narkotik vasitə və ya psixotrop maddənin satışı ilə məşğul olması barədə heç bir təklif verməmişdir. O, həmçinin, məhkəmə iclasında da özünü AR CM-in 170.3-cü maddəsi ilə təqsirli bilməyərək, Raul görünüşcə yaşlı göründüyündən ona Raulun yaşının maraqlı gəlmədiyini, Rauldan yaşının neçə olduğunu nə vaxtsa soruşmadığını qeyd etmişdir. Eləcə də, Təqsirləndirilən şəxs2 da ifadəsində “Rəşad” adlı şəxsin onun yaşını bilməməsini qeyd etmişdir. Cinayət işinin materiallarında olan 07 noyabr 2022-ci il tarixli ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs1 qarşı yalnız AR CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham irəli sürülmüşdür. Lakin, Bakı şəhəri Nəsimi rayon prokurorunun 11 noyabr 2022-ci il tarixli qərarına əsasən, cinayət işi Təqsirləndirilən şəxs1 əməlində yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə cinayət tərkibinin olub-olmamasının müəyyən edilməsi üçün əlavə ibtidai istintaq aparılması üçün müstəntiqə qaytarılmışdır. (cild 02, 225-245) Cinayət işi əlavə ibtidai istintaq aparılması üçün müstəntiqə qaytarıldıqdan sonra da, Təqsirləndirilən şəxs1 AR CM-in 170.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair hər hansı xüsusat əldə olunmamışdır. Belə ki, əlavə ibtidai istintaq aparılması zamanı da Təqsirləndirilən şəxs1 suallara cavab olaraq, Təqsirləndirilən şəxs2 cinayətin törədilməsinə cəlb etmədiyini, eləcə də Təqsirləndirilən şəxs2 yaşını bilmədiyini göstərmişdir. (cild 02, i.v 295-296) Həmçinin, əlavə ibtidai istintaq aparılması zamanı tərtib edilmiş 01 dekabr 2022-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 da Təqsirləndirilən şəxs1 onun hansı yaşda olmasını bilməməsi, Rəşada neçə yaşının olmasını deməməsi, Rəşadın ona narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə heç bir təklif və ya vəd verməməsi, özünün Rəşada narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmaq istədiyini deməsi məzmununda ifadələr vermişdir. (cild 02, i.v 297-300) “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” AR Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli, 6 saylı Qərarında qeyd edilmişdir ki, yetkinlik yaşına çatmayan şəxslər tərəfindən 18 yaşına çatmış şəxslərin iştirakı ilə törədilmiş cinayətlər haqqında işlərə baxılarkən, cinayətin iştirakçısı olan yetkinlik yaşına çatan şəxslə yeniyetmə arasındakı qarşılıqlı münasibətlərin xarakterinin dəqiq araşdırılması zəruridir. Belə ki, yetkinlik yaşına çatmayan şəxsin cinayət törədilməsində və ya cəmiyyətə qarşı qanunazidd digər hərəkətlərə cəlb edilməsində yetkinlik yaşına çatmış şəxsin rolunun müəyyən olunması üçün qeyd olunan göstəricilərin mühüm əhəmiyyəti ola bilər. Yetkinlik yaşına çatmamış şəxsləri cinayət fəaliyyətinə cəlb etməyə görə yalnız yetkinlik yaşına çatmış və cinayəti qəsdən törətmiş şəxslər cinayət məsuliyyətinə cəlb oluna bilər. Yetkinlik yaşına çatmış şəxs cinayətin törədilməsinə cəlb etdiyi şəxsin yetkinlik yaşına çatmadığını bilmədiyi halda, o, Azərbaycan Respublikası CM-nin 170-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Yetkinlik yaşına çatmayanların cinayət törətməsinə başqa yaşlı şəxslərin, o cümlədən zərərçəkmişlərin hüquqazidd, təhrikedici hərəkətlərinin səbəb olması müəyyən edildiyi hallarda məhkəmə həmin halları cəzanı yüngülləşdirici hallar kimi qəbul etməyə haqlıdır. Belə hallarda məhkəmələr nəzərə almalıdır ki, yetkinlik yaşına çatmayanın yaşlı şəxsdən asılılığı real olmalıdır. Yəni əsaslar olmalıdır ki, yetkinlik yaşına çatmayan şəxs, yaşlı şəxsin onun iradəsini qırması səbəbindən cinayət törətməli olmuşdur. Qeyd edilənlərdən də aydın olur ki, AR CM-in 170-ci maddəsində nəzərdə tutulmuş cinayət birbaşa qəsdlə törədilir. Təqsirkar yetkinlik yaşına çatmayan şəxsi cinayətkar fəaliyyətə cəlb etdiyini dərk edir və bunu törətməyi arzu edir. Təqsirkar cinayətkar fəaliyyətə cəlb etdiyi şəxsin yetkinlik yaşına çatmadığını bilməmişdirsə, təhlil edilən maddə üzrə cinayət məsuliyyəti istisna olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmayanı nəinki aldatma, vədlər vermə, hədə-qorxu vasitəsilə cinayətkar fəaliyyətə cəlb etməmiş, onun ümumiyyətlə yetkinlik yaşına çatmayan şəxs Təqsirləndirilən şəxs2 neçə yaşının olmasından da məlumatı olmamışdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşısa da, yetkinlik yaşına çatmayanı cinayətkar qrupa və ağır cinayətin törədilməsinə cəlb etməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Bu maddənin İİ hissəsində isə müəyyənləşdirilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Konstitusiya normasını eynilə əks etdirən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 21.2-ci maddəsi həmçinin nəzərdə tutur ki, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. Toplanmış, yoxlanılmış və qiymətləndirilmiş sübutların məcmusu əsasında cinayət təqibi üzrə sübut edilməli olan hallarla əlaqədar ittiham hökmündə gəlinən nəticələr birmənalı və şübhə doğurmayan olmalıdır. Cinayət işi və ya digər materiallar üzrə sübutların elə bir məcmusu toplanılmalıdır ki, onlar sübut edilməli olan ayrı-ayrı halların, habelə CPM-in 139-cu maddəsində göstərilən sübutetmə predmetinə daxil olan bütün halların müəyyən edilməsinə imkan versin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X6rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə hökmü haqqında AR Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, bir neçə cinayət törətməkdə ittiham olunan və əməli cinayət qanununun bir və ya bir neçə maddəsi ilə tövsif edilən şəxs haqqında bəraət hökmü çıxarılarkən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində hər bir maddə üzrə təqsirləndirilən şəxsin təqsirsiz olması barədə gəldiyi nəticəni əsaslandırmalı, nəticəvi hissəsində isə ona cinayət qanununun hansı maddəsi ilə və cinayət-prosessual qanunda nəzərdə tutulmuş hansı əsasla bəraət verildiyini göstərməlidir. CPM-in 42.1.1-ci maddəsində bəraətin əsaslarından biri kimi nəzərdə tutulmuş “cinayət hadisəsinin olmaması”təqsirləndirilən şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) məzmunundan asılı olmayaraq müəyyən edilən bəraətin əsasıdır və cinayət qanununda nəzərdə tutulmuş hər hansı bir cinayətin mövcud olmamasını ehtiva edir. Əməldə cinayət tərkibinin olmaması (CPM-in 42.1.2-ci maddəsi) hadisənin olmasını ehtiva edir, lakin təqsirləndirilən şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) məzmunu, yəni hərəkət və ya hərəkətsizlikdə şəxsin cinayət məsuliyyəti daşımasını şərtləndirən cinayət tərkibinin obyektiv və subyektiv əlamətlərinin olmaması onun əməlinin cinayət kimi səciyyələndirilməsinin qarşısını alır. Cinayətin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətinin olmaması (CPM-in 42.1.3-cü maddəsində nəzərdə tutulmuş hal) cinayət qanunu ilə nəzərdə tutulmuş hadisənin mövcudluğunu və cinayət tərkibinin olmasını inkar etmir, lakin əməlin törədilməsində təqsirləndirilən şəxsin iştirak etməməsini, əməlin başqa şəxs (şəxslər) tərəfindən törədilə bilməsini ehtiva edir. CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyi sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Bəraət hökmünün nəticəvi hissəsində cinayət qanununun hər bir maddəsi üzrə təqsirləndirilən şəxsə cinayət-prosessual qanunla nəzərdə tutulan hansı əsaslarla bəraət verildiyi göstərilməlidir. Şəxsə cinayət qanunun bir maddəsi ilə bir əmələ görə irəli sürülmüş ittiham üzrə bəraət yalnız cinayət-prosessual qanunda göstərilən bəraətin əsaslarından biri ilə verilə bilər. Bir neçə cinayət törətməkdə ittiham olunan təqsirləndirilən şəxsə müxtəlif maddələr üzrə bəraət verilməsi üçün fərqli əsaslar müəyyən edildikdə, ona cinayət-prosessual qanunda göstərilən bir neçə əsasa istinad olunmaqla bəraət verilə bilər. Bu halda hökmün nəticəvi hissəsində təqsirləndirilən şəxsə hansı cinayətə görə, qanunda göstərilən hansı əsasla bəraət verilməsi dəqiq göstərilməlidir. AR CPM-in 42.1.1-ci maddəsinə əsasən, cinayət hadisəsi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə tərkibi yuxarıda qeyd edilən müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, cinayət hadisəsi olmadığından, AR Cinayət-Prosessual Məcəlləsinin 42.1.1ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 AR CM-in 170.3-cü maddəsi ilə bəraət verilməlidir. Məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 AR CM-in 234.4.1, 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmaları, məhkəmə-kimyəvi ekspertizasının 27 may 2022-ci il tarixli, 6/2993 nömrəli və 6/2992 nömrəli rəyləri, şəxsi axtarış və götürmə aparılması haqqında 26 may 2022-ci il tarixli protokol, mənzilə və yaşayış sahəsinə baxış və götürmə aparılması haqqında 27 may 2022-ci il tarixli protokol, mobil telefona baxış keçirilməsi haqqında 09 avqust 2022-ci il tarixli protokol, telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında protokol, iş üzrə şahidlərin ifadələri, əməliyyat tapşırığına cavab olaraq Nəsimi RPİnin 19-cu Polis şöbəsinin xx.xx.2022-ci il tarixli məktubu və digər mötəbər sübutlarla təsdiqini tapmışdır. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər–narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9cu abzasında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. X5 11-ci bəndinin 2-ci abzasına əsasən, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. X5 11-ci bəndinin 3-cü abzasına əsasən, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarın sağ və sol yan ciblərindən 9 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,556 qram, 10,836 qram, 3,918 qram, 0,958 qram, 9,303 qram, 7,748 qram, 1,828 qram, 2,955 qram, 7,933 qram olmaqla ümumi təmiz çəkisi 48,035 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin, 11 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 9,630 qram, 1,004 qram, 1,854 qram, 3,795 qram, 1,902 qram, 1,796 qram, 2,793 qram, 0,904 qram, 9,812 qram, 2,793 qram, 0,824 qram olmaqla ümumi təmiz çəkisi 37,107 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin, yaşadığı ünvan 6 ünvanına baxış keçirilən zaman qonaq otağındakı masanın üzərindən 05 bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 1000 qram, 1200 qram, 365 qram, 65 qram, 2,246 qram olmaqla ümumi təmiz çəkisi 2632,246 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin, 03 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 126 qram, 245 qram, 1,832 qram olmaqla ümumi təmiz çəkisi 372,832 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 12 bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 8,090 qram, 0,790 qram, 1,851 qram, 4,669 qram, 0,786 qram, 2,815 qram, 2,812 qram, 2,815 qram, 1,504 qram 4,509 qram, 2,261 qram, 2,828 qram olmaqla ümumi təmiz çəkisi 35,730 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin və 09 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,761 qram, 6,710 qram, 0,282 qram, 0,506 qram, 2,787 qram, 0,181 qram, 0,754 qram, 0,591 qram, 0,963 qram olmaqla ümumilikdə 13,535 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin psixotrop maddə metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən şəxsi istehlak miqdarından artıq olmaqla külli miqdar təşkil edir, digər tərəfdən, narkotikin bir yerdən başqa yerə daşınması, ayrı-ayrı bükümlərdə olması, üzərində narkotik vasitə heroin izləri olan 2 ədəd elektron tərəzinin aşkarlanması da təsdiq edir ki, onlar qeyd olunan miqdarda olan narkotik vasitələri qanunsuz olaraq məhz satış məqsədi ilə əldə edib özündə saxlamış və daşımışlar. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdırlar. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. (cild 02, iş vərəqə 33-34) İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. (cild 02, iş vərəqə 33-34) Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmadığını qeyd edir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətməsini, əməlindən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, onun cəzasını ağırlaşdıran halların olmadığını qeyd edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddələrin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(001)-590/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 26 may 2022-ci il tarixdən hesablanmışdır. (cild 01, iş vərəqə 18-19; 184-190) Odur ki, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 26 may 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddələrin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. AR Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən, azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «30 iyun » 2008-ci il tarixli qərarının 12-ci bəndində qeyd edilmişdir ki, yetkinlik yaşına çatmayanların təqsirli bilindiyi CMnin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı həddi 10 ildən yuxarı olduqda və belə hallarda 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən CM-nin 62-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(001)-591/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 26 may 2022-ci il tarixdən hesablanmışdır. (cild 01, iş vərəqə 90; 191-197) Odur ki, Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 26 may 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «30 iyun » 2008-ci il tarixli qərarının 21-ci bəndinə əsasən, yetkinlik yaşına çatmadığı dövrdə qəsdən cinayət (o cümlədən xüsusilə ağır cinayət) törətmiş şəxs hökm çıxarılan vaxt yetkinlik yaşına çatarsa və azadlıqdan məhrum etmə cəzasına məhkum edilərsə, o, cəzasını çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndərilməlidir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 4509 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 228 (iki yüz iyirmi səkkiz) manat pul vəsaitindən 114 manat pul Təqsirləndirilən şəxs1, 114 manat pul isə Təqsirləndirilən şəxs2 tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə AR CPM-in 132-ci maddəsinə əsasən maddi sübutlarla bağlı məsələni müzakirə edərək, belə nəticəyə gəlir ki, Nəsimi RPİ-nin saxlanc otağında saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 47,855 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 36,897 qram psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs1 yaşadığı ünvandan aşkar edilmiş qalıq çəkisi 2629,8 qram və 2,196 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkiləri 370,8 qram, 1,782 qram olan psixotrop maddə metamfetamin, 02 ədəd elektron tərəzi, 01 ədəd trubka, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş qalıq çəkisi 36,490 qram narkotik vasitə heroin, qalıq çəkisi 13,355 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlləri nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakları müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X3 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 05 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına 30 manat məbləğində pul ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi1 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına 210 manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 08 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.1ci maddəsinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3-cü maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 26 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 26 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar – Nəsimi RPİ-nin saxlanc otağında saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 47,855 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 36,897 qram psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs1 yaşadığı ünvandan aşkar edilmiş qalıq çəkisi 2629,8 qram və 2,196 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkiləri 370,8 qram, 1,782 qram olan psixotrop maddə metamfetamin, 02 ədəd elektron tərəzi, 01 ədəd trubka, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş qalıq çəkisi 36,490 qram narkotik vasitə heroin, qalıq çəkisi 13,355 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə xərcləri - ekspertiza tədqiqatının dəyərini təşkil edən 228 (iki yüz iyirmi səkkiz) manat pul vəsaitindən 114 manat pul Təqsirləndirilən şəxs1, 114 manat pul isə Təqsirləndirilən şəxs2 tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X3 təqsirləndirilən şəxsə göstərilmiş 05 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına 30 manat məbləğində pul ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi1 təqsirləndirilən şəxsə göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına 210 manat məbləğində pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Səbuhi Hüseynov İradə Həsənzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar