Məhkəmə qərarları › İş №1(101)-567/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-567/2024

16.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-567/2024 16.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədov Fəxri Afiq oğlunun sədrliyi ilə, Hakimlər: X5 və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, X2 və Salmanzadə Zülfiyyə Asif qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları - X10 və Dövlət ittihamçısı, Müdafiəçilər – Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 və “SİRİUS” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1973-cü il tarixdə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, himayəsində 1 (bir) azyaşlı övladı olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, fərdi işlə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə edib satmaq məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, 05 aprel 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri “Papanin" kimi tanınan ərazidə, naməlum şəraitdə əvvəlcədən aralarında olan razılaşmaya əsasən sonuncudan 20 manat müqabilində bir ədəd sellofana bükülmüş təmiz çəkisi 5,777 qram külli miqdarda psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə saat 19:00-da Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi Yeni yol küçəsi “Xocasən” kafesinin yaxınlığında piyada olan zaman Binəqədi RPİ-nin 40-cı PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılaraq Binəqədi rayonu, Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsində yerləşən Binəqədi RPİ-nin 40-cı PB-nə aparılmış və polis şöbəsinin inzibati binasında şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümünün içərisində təmiz çəkisi 5,777 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun narkotik vasitələrlə heç vaxt əlaqəsi olmamışdır. 2018-ci ildə Bakı şəhərinə köçərək icarəyə mağaza götürmüş və kirayədə yaşamışdır. Elə həmin ildə yanına satıcı kimi X3 işə götürmüşdür. Ona məlum olmuşdur ki, sonuncunun vergi borcu var. Buna görə də həmin borcun ödənməsi üçün mühasibə müraciət etmişlər. Belə ki, mühasib həmin borcu həll edib, kağızları onlara verəndən 2-3 il sonra məlum olmuşdur ki, Səbuhi Qurbanovun borcu ödənilmədiyi üçün artmışdır. Buna görə də onlar məhkəməyə şikayət etmək üçün vəkilə müraciət etmişlər. Vəkil isə onları Binəqədi RPİ-nin 40-cı PB-nə yönəltmişdir. Həmin bölmənin əməkdaşları həmin şəxsi tapıb gətirmiş və o, ərizə yazaraq işi gördüyünü bildirmişdir. Lakin 1 ay müddət keçdikdən sonra, həmin sənədlər itmişdir. 2 il müddət keçdikdən sonra onlar yenidən RPİ-nin 40-cı PB-nə müraciət etmişlər. Orada onlara bildirmişlər ki, belə bir şəxs mövcud deyildir. 05 aprel 2023-cü il tarixdə səhər saat 08 radələrində o, uşağını bağçaya aparmışdır. Oradan qayıtdıqdan sonra o, işlətdiyi marketə getmişdir. Saat 11 radələrində bacısı onun yanına gəlmiş və onu həkimə aparmışdır. O, saat 11:00-dan saat 12:00-dək Nizami rayonu 03 saylı Xəstəxanasında olmuşdur. Saat 12:00-da Səbuhi Qurbanovla birgə RPİ-nin 40-cı PB-nə getmişlər. Orada polislərlə münaqişələri düşmüşdür. Belə ki, onlar mühasibin sənədini və telefon nömrəsini polis əməkdaşlarına vermələrinə baxmayaraq, sonuncular tərəfindən həmin şəxsi bölməyə gətirməməklərinin səbəbini soruşmuşlar. Bölmədən çıxanda polislər onlardan sənədi hansı səbəbə istədiklərini soruşduqda, onlar məhkəməyə müraciət edəcəklərini bildirmişlər. Hesab edir ki, polis əməkdaşlarının ona qarşı qərəzli olmasının səbəbi qeyd etdiyi hadisə ilə bağlı həmin gün polis bölməsində səs-küy salmaları olmuşdur. Həmin gün saat 16:30 radələrində o, uşağını bağçadan götürmək üçün evdən çıxmışdır. Qapıdan çıxdıqdan sonra, avtomobilinin qarşısında olan qara rəngli “Hyundai” markalı maşından 3 nəfər mülki geyimli şəxs düşərək ona yaxınlaşmışlar. Onlar özlərini təqdim etdikdən sonra bölməyə getməli olduqlarını bildirmişlər. Həmin şəxslərdən ikisini, yəni, Ərşad və Vüsalı tanıyırmış. Bölməyə şəxsi avtomobili ilə getmək istədiyini bildirdikdə onlar etiraz etməmişlər. Bölmənin yaxınlığındakı dayanacaqda avtomobilini saxlamış və polislərin ardınca bölməyə daxil olmuşdur. İçəri girən kimi polislər onu növbətçi hissənin yanında olan otağa dəvət etmişlər. Orada 10-15 dəqiqə qaldıqdan sonra həmin 3 nəfər şəxs otağa daxil olaraq, onun narkotik vasitəni boynuna götürərək içəri getməli olduğunu bildirmişlər. O əvvəlcə bunu zarafat kimi başa düşmüşdür. O, polis əməkdaşlarına onların düzgün hərəkət etmədiklərini, ailəsinin və uşaqlarının olduğunu bildirmişdir. Lakin polis əməkdaşları ona narkotik vasitənin istifadəçisi kimi deyilənləri qəbul etməyəcəyi təqdirdə ailə-uşağını da narkotik vasitələrlə yükləyəcəklərini bildirmişdir. Bundan sonra o, ailəsini qorumaq üçün polislərlə razılaşmışdır. İbtidai istintaq zamanı ona qarşı fiziki təsir və təzyiq edilməmiş, yalnız psixi təzyiq göstərilmişdir. Məhkəmədə ifadəsi elan edildikdən sonra verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, ailəsi ilə təhdid edildiyi üçün qorxmuş və polislərin dedikləri şəkildə ifadə vermişdir. Saat 12:00-13:00 radələrində Səbuhi ilə birlikdə polis bölməsində olmuşlar. X4muşdur. Səbuhi Qurbanov şəkər xəstəliyindən əziyyət çəkdiyi üçün onunla polis bölməsinə getməyi ondan xahiş etmişdir. Həmin vaxt bölmədə olarkən onu saxlayan əməliyyat müvəkkillərini görməmişdir. Bölmədə Səbuhinin yazdığı ilk ərizə və eyni zamanda, mühasibin ərizəsi də rəsmi şəkildə qeydiyyata alınmış, lakin sonra həmin ərizə itmişdir. Səbuhi Qurbanovla birgə Binəqədi RPİ-nin 40-cı PB-nə gedərkən onun mobil telefonu üstündə olmuşdur. Tutulduğu gün Binəqədi RPİ-nin 40-cı PB-nə gedərək orada səs-küy saldığı üçün polislərin ona qarşı qərəzli olduqlarını düşünmüşdür. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ilkin mərhələdə verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, təxminən 1 ay olar ki, el arasında patı kimi tanınan psixotrop maddə hesab edilən metamfetamini falqa üzərində çəkməklə istifadə edir. 05 aprel 2023-cü il tarixdə saat 10 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində “Papanin” kimi tanınan ərazidə tanımadığı şəxsdən 20 manat pul verməklə bir büküm metamfetamin alıb əynində olan qara rəngli şalvarının sağ yan cibinə qoyub avtobusla Xocasən qəsəbəsində evinə gəlmişdir. Həmin gün saat 19:00-da yaşadığı evdən çıxıb marketə gedən zaman evinin yaxınlığında yerləşən “Xocasən” kafesinin yaxınlığında iki nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini təqdim edərək Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinin əməkdaşları olduqlarını bildirərək ona narkotik vasitə saxlamasından və istifadə etməsindən məlumatları olduqlarını bildirmiş, daha sonra onu Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə dəvət etmişlər. Bölmədə olan zaman üzərinə baxış keçirilməmişdən əvvəl ona hüquqları izah olunmuş, dövlət hesabına hüquqlarını müdafiə etməsi üçün vəkil siyahısı təqdim olunmuş və o siyahıda göstərilən hər hansı bir vəkilin hüquqlarını müdafiə etməsinə etirazının olmadığını bildirmişdir. Sonra video çəkiliş vasitəsi ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən şəffaf selofana bükülmüş içərisində metamfetamin olan bir bükümü təqdim etmiş və həmin maddəni şəxsi istifadəsi üçün həmin günü səhər saatlarında Bakı şəhərində yerləşən “Papanin” deyilən ərazidən adını bilmədiyi şəxsdən 20 manata aldığını bildirmişdir. Bundan sonra təqdim etdiyi özünə məxsus “Samsunq A50" model mobil telefon və üzərindən aşkar edilmiş bir ədəd büküm qablaşdırılaraq zərfə qoyulmuş və zərf möhürlənmişdir. O, bildirmişdir ki, narkotik vasitələrin satışı ilə məşğul olmur. Metamfetamini aldığı adamı ilk dəfədir ki, görürmüş. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o Daxili İşlər Nazirliyinin Binəqədi RPİ-nin 40-cı PB-nin əməliyyat müvəkkili vəzifəsində çalışır, polis baş leytenantı rütbəsini daşıyır. Ağır əməliyyat keçirmiş və narkozun təsirindən yaddaş pozuntusu vardır. Ona görə də hadisə ilə bağlı olanları xatırlamır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, 2 dəfə əməliyyat olunmuş, sonuncu dəfə 1 ay yarım bundan qabaq əməliyyat keçirmişdir. Fəaliyyət qabiliyyəti vardır, lakin müvəqqəti olaraq yaddaş pozuntusu xəstəliyindən əziyyət çəkir. Hadisə danışılsa da, onu təsdiq etməkdə çətinlik çəkə bilər. O, yaxın zamanda baş verən hadisələri qismən xatırlayır. Təqsirləndirilən şəxsi gördükdən sonra, onun narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması ilə bağlı saxlanıldığını xatırlamışdır. Lakin təqsirləndirilən şəxsin hansı şəraitdə, harada, necə saxlanıldığı və aşkar olunmuş narkotik maddənin miqdarını xatırlamır. Onu deyə bilər ki, məlum hadisə yaz aylarında baş vermişdir. Narkotik vasitənin Müşviqin hansı cibindən aşkar edildiyini, tədbirdə ondan başqa hansı əməkdaşın iştirak etdiyini xatırlamır. İlk olaraq o Müşviqə yaxınlaşaraq özünü təqdim etmişdir. Təqsirləndirilən şəxs hər hansı etirazı olmamış və onlara müqavimət göstərməmişdir. Onu bölmədə təhqiqatçının otağına aparmışlar. Orada videoçəkiliş vasitəsilə şəxsi axtarış və baxış keçirilmişdir. Hadisənin üstündən kifayət qədər vaxt uzun müddət keçdiyi üçün ibtidai istintaq zamanı verdiyi ifadəsini xatırlamır. İfadəsi məhkəmə iclasında elan edilsə, qismən xatırlaya bilər. Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, hazırda Bakı şəhəri, Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantı rütbəsi daşıyır. xx xxxx 1973-cü il tarixdə Astara rayonunda anadan olmuş, ünvan 1-da qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Yeni yol küçəsi fərdi tikilidə kirayədə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək üzərində saxlaması barədə etimad doğuran və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul etmiş və rəhbərlik tərəfindən həmin məlumat ətrafında əməliyyat-axtarış tədbirlərinin və müvafiq prosesual hərəkətlərin keçirilməsi üçün əməliyyat qrupu yaradılması haqqında əmr verilmişdir. Həmin əmrlə Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 qrupun üzvü olmuşdur. Bundan sonra Şahid2la birlikdə həmin məlumat əsasında 05 aprel 2023-cü il tarixdə saat 19:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən “Xocasən” kafesinin yaxınlığında xarici görünüşcə Təqsirləndirilən şəxs oxşar şəxsə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ondan kimliyi soruşulduqda, həmin şəxs özünü ünvan 2 fərdi tikilidə kirayədə yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitələrin və psixotrop maddələrin gəzdirməsində və istifadəsində şübhəli olmasını bildirdikdən sonra birlikdə Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə getməyi, Polis Bölməsində videokameradan istifadə edilməklə videoçəkiliş altında onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmiş və birlikdə Bakı şəhəri, Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinin inzibati binasına getmişlər. Bölmədə xidməti otaqların birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsi ilə hüquq və vəzifələri izah edilərək, üzərinə şəxsi axtarış və götürmə aparılması barədə mövcud qərarla tanış edilərək, videoçəkiliş aparılacağı bildirilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə və psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş 01 ədəd bükümü, sol yan cibindən qara rəngli “Samsung A50” markalı mobil telefonu və 267 manat pulu çıxarıb otaqda olan masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması soruşulduqda, o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanılmış və onun üzərindən qanunsuz başqa bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 267 manat pul özünə qaytarılmış, təqdim etdiyi özünə məxsus “Samsung A50” markalı mobil telefon isə iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürüləcəyi bildirilmiş, sonra isə Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümə baxış keçirilən zaman içərisində ağ rəngli, kristall şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlənin psixotrop maddə olan metamfetamin olduğunu, həmin maddəni 05 aprel 2023-cü il tarixdə saat 10:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Papanin” kimi tanınan ərazidən 20 manat müqabilində şəxsi istifadəsi üçün alıb üzərində saxladığını bildirmişdir. Saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümün içərisindəki maddənin dəqiq çəkisini və tərkibini müəyyən etmək məqsədi ilə ekspertiza tədqiqatına göndərilməsi üçün 01 ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bütün görülmüş hərəkətlər müvafiq qaydada sənədləşdirilərək protokol tərtib olunmuş, ucadan oxunmuş, protokolun düzgünlüyü imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman və Bakı şəhəri, Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə aparılarkən, həmçinin üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı hər hansı bir zor, təzyiq göstərilməmişdir. (Cild 1, iş vərəqi 115- 117). Məhkəmədə tərəflərin razılığı ilə ifadəsi elan edildikdən sonra verilən suallara cavab olaraq Şahid1 bildirdi ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində saxlamışlar. Tədbirdə ondan başqa əməliyyat müvəkkili Şahid2 da iştirak etmişdir. Hadisə ümumi şəkildə yadına düşmüşdür. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Onun tərəfindən təqsirləndirilən şəxsə qarşı hər hansı fiziki və psixi təsir və təzyiq tətbiq olunmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 40-cı PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, Daxili İşlər Nazirliyinin Binəqədi RPİ-nin 40-cı PB-nin əməliyyat müvəkkili vəzifəsində çalışır, polis baş leytenantı rütbəsini daşıyır. Təqsirləndirilən şəxs X9 o və Şahid1 tərəfindən Bakı şəhəri, Xocasən qəsəbəsində saxlanılaraq Binəqədi RPİ-nin 40-cı PB-nə dəvət edilmişdir. Orada təhqiqatçının iştirakı ilə üzərinə şəxsi axtarış və baxış keçirilmiş və bu zaman Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni könüllü şəkildə təqdim etmişdir. Həmin maddə qablaşdırılaraq möhürlənmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 bildirdi ki, əməliyyat qrupunun rəhbərinin kim olduğunu xatırlamır. Daxil olmuş əməliyyat məlumatı Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni üzərində gəzdirməsi, saxlaması, daşıması və satışı ilə məşğul olmasından ibarət olmuşdur. Təqsirləndirilən şəxs onlar tərəfindən şübhəli şəxs qismində tutulmamışdan neçə müddət əvvəl izlənildiyini bilmir. Belə ki, sonuncu barədə məlumat ona həmin gün bildirilmişdir. Təqsirləndirilən şəxs onlar tərəfindən küçədə saxlanılıb. Onlar Təqsirləndirilən şəxs yaxınlaşaraq narkotik vasitənin daşınmasında, saxlanmasında və gəzdirməsində şübhəli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs saxladıqları vaxt onun qoluna qandal vurmamışlar. Sonuncu polis əməkdaşlarından yayınmamış və onlarla birlikdə Binəqədi RPİ-nin 40-cı Polis bölməsinə gəlmişdir. Onu ilk olaraq bölmədə növbətçinin yanına, daha sonra təhqiqatçının otağına aparmışlar. O, Xocəsən qəsəbəsini yaxşı tanımadığından Təqsirləndirilən şəxs konkret olaraq harada saxladıqlarını dəqiq olaraq xatırlamır. Müşfiq Əİiyevin üzərinə şəxsi axtarış və baxış istintaq hərəkəti keçirilərkən müdafiəçi iştirak etməmişdir. Onun narkotik vasitəni hansı cibindən çıxardığını xatırlamır. Təqsirləndirilən şəxs öz ifadəsində narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitədən başqa telefon da aşkar edilmişdir. Təqsirləndirilən şəxs hadisə baş verən gün polis bölməsində olub-olmadığı barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs qarşı onun tərəfindən heç bir fiziki və ya psixi təsir və təzyiq olmamışdır. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsindən görünür ki, digər Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadələri təkrarlayaraq ibtidai istintaq zamanı eyni məzmunda ifadə vermişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə heroin saxlaması, gəzdirməsi və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. (Cild 1, iş vərəqə 3) xx.xx.2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməklə yaxalanmasından ötrü Binəqədi RPİ 40-cı PB-də əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 4-5) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin gün saat 19:00-da Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində yerləşən «Xocasən» adlanan kafenin yaxınlığında saxlanılaraq Binəqədi rayon Polis İdarəsinin 40-cı PB-ə gətirilmişdir. (Cild 1, iş vərəqə 7) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından, şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (Cild 1, iş vərəqə 20-21) xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən içərisində ağ rəngli, duz kristallarına bənzər maddə olan şəffaf sellofana bükülmüş 1 ədəd bükümü, həmin şalvarın sol yan cibindən qara rəngli “Samsung A50” markalı mobil telefonu və 267 manat pulu təqdim edərək, sorğu zamanı, 1 aydır ki, el arasında patı kimi tanınan psixotrop maddə hesab edilən metamfetamini falqanın üstündə çəkməklə istifadə etdiyini, üzərindən aşkar edilmiş həmin bükümün içərisindəki maddənin metamfetamin olduğunu və həmin metamfetamini o, xx.xx.2023-cü il tarixdə saat 10:00 radələrində Bakı şəhəri Papanin kimi tanınan ərazidən 20 manat müqabilində şəxsi istifadəsi üçün alaraq üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş kütlə qablaşdırılaraq möhürlənmişdir. (Cild 1, iş vərəqə 29, 32-34) Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/1997 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №234» dairəvi möhür əksi olan «Təqsirləndirilən şəxs» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 5,777 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (Cild 1, iş vərəqə 51-55) “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələr ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 64-65) Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 89-92) xx.xx.2023-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, şahidlərin ifadələri, şəxsi axtarış və götürməni əks etdirən videogörüntülər olan diskə baxış keçirilməsi protokolları, ekspertiza rəyləri, həmçinin əhəmiiyət kəsb edən digər sənədlər sübut növü kimi qiymətləndirilmişdir. (Cild 1, iş vərəqə 130-138) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (Cild 1, iş vərəqə 113-114) Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Məhkəmədə təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadələrində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, narkotik vasitələrlə əlaqəsinin olmadığını, ümumiyyətlə üzərindən aşkar edilmiş narkotik vasitələrin ona məxsus olmadığını söyləmiş, şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zaman qeydə alınmış videoçəkilişdə narkotik vasitələrin özünə məxsus olması kimi etirafedici ifadələr verməsinin səbəbini polis əməkdaşları tərəfindən ona qarşı psixi zorakılıq edilməsi, polis əməkdaşlarının ona narkotik vasitənin istifadəçisi kimi deyilənləri qəbul etməyəcəyi təqdirdə ailə-uşağını da narkotik vasitələrlə yükləyəcəklərini bildirdikdən sonra, ailəsini qorumaq üçün polislərlə məcbur qalaraq razılaşması ilə əlaqələndirmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi həmin xüsusatın araşdırılması üçün müvafiq dövlət orqanına sorğu vermiş və cavabları alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki, psixi və ya sair zorakılığa, işgəncəyə və sair qeyri-qanuni rəftara məruz qalıb-qalmaması ilə bağlı araşdırma aparılması üçün Bakı şəhəri Binəqədi rayon prokurorluğuna sorğu ünvanlamış, xx.xx.2023-cü il tarixli 513C-23 nömrəli cavab məktubundan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı hər hansı psixi və ya fiziki zorakılığa məruz qalması barədə rayon prokurorluğunda araşdırma aparılmış və Təqsirləndirilən şəxs qarşı istər saxlanılan zaman, istərsə də polis bölməsində hər hansı polis əməkdaşı tərəfindən fiziki və ya psixi zorakılıq edilməməsi müəyyən edilmiş, bu səbəbdən də xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bundan başqa iş üzrə Şahid1 məhkəmədə dindirilərkən ona verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs qarşı hər hansı polis əməkdaşı tərəfindən istər saxlanılan zaman, istərsə də polis bölməsində hər hansı təsir və təzyiq edilmədiyini, digər Şahid2 isə ifadəsində təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və ya psixi təsir və təzyiq edilmədiyini bildirmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qanunun mənasına görə CM-nin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət- Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixortop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 №-li Qərarına əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”na əsasən əsasən təmiz halda 2 (iki) qram və daha artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Təqsirləndirilən şəxs barəsində keçirilmiş şəxsi axtarış istintaq hərəkəti protokolunun məzmunundan, həmin istintaq hərəkətlərinin video görüntülərini özündə əks etdirən CD diskdən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ilkin mərhələdə verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsindən də görünür ki, şəxsi axtarış zamanı üzərindən aşkar edilən psixotrop maddə olan metamfetaminin ona məxsus olduğunu, həmin maddəni polis əməkdaşları tərəfindən saxlanılmazdan əvvəl 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmə iclasında isə ifadə verərək göstərmişdir ki, polis əməkdaşları tərəfindən ona qarşı psixi zorakılıq edilmiş, polis əməkdaşlarının ona narkotik vasitənin istifadəçisi kimi deyilənləri qəbul etməyəcəyi təqdirdə ailə-uşağını da narkotik vasitələrlə yükləyəcəklərini bildirdikdən sonra, ailəsini qorumaq üçün polislərlə məcbur qalaraq razılaşmış və məhz bu səbəbdən şəxsi axtarış istintaq hərəkəti keçirilməsi zamanı təqdim etdiyi psixotrop madənin ona məxsus olmasını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin bir-biri ilə ziddiyyət təşkil edən ifadələrini, eləcə də barəsində həyata keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti protokolunun mötəbərliliyinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinə əsasən şübhə altına alınması üçün əsasların olmaması kimi halları iş üzrə mövcud olan şahid ifadələri, istintaq protokolları ilə birgə müqayisə edərək qiymətləndirməklə təqsirləndirilən şəxsin şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülən psixotrop maddə metamfetaminin ona aid olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək hesab edir ki, üzərindən aşkar edilərək götürülən narkotik vasitənin ona məxsus olması işin mübahisəsiz halıdır. İş materiallarından görünür ki, istintaq orqanı Təqsirləndirilən şəxs ittiham elan edərkən sonuncunun üzərindən aşkar edilərək götürülən psixotrop maddənin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmişdir. "Savalanlı və digərləri Azərbaycana qarşı" işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli Qərarının məzmunundan aydın olur ki, satış məqsədilə narkotik vasitələrin və ya psixotrop maddələrin dövriyyəsi ilə bağlı cinayətlərin araşdırılması zamanı cinayət törətməkdə təqsirləndirilən şəxslərə münasibətdə istintaq hərəkətləri axtarış və götürmə aparılması ilə məhdudlaşmamalı, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla əlaqədar müvafiq istintaq hərəkətləri aparılmalı, nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutların, habelə təqsirləndirilən şəxslərin sözügedən narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə hər hansı məlumat və ya sənədlərin aşkarlanması və müəyyən edilməsinə nail olunmalıdır. Bundan başqa sonradan keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş külli miqdarda psixotrop maddə olan metamfetamini əldə etmə mənbəyi, hansı şəxslərə narkotik vasitə satmağa cəhd etməsi, hansı şəxslərin onunla bu sahədə alış-veriş etməsinin müəyyən edilməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri keçirilsə də, müsbət nəticə əldə olunmamışdır. Məhkəmənin qənaəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq, külli miqdarda təmiz çəkisi 5,777 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində daşıyaraq saxlamış və üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş içərisində külli miqdarda təmiz çəkisi 5,777 qram olan ağ rəngli, duz kristallarına bənzər maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə elan edilmiş ittiham üzrə həmin maddələrdə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri elementlərindən biri olan “satış” məqsədinin sübuta yetirilməməsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlləri satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmalıdır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini qəsdən törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməl cinayətlərin təsnifatına əsasən ağır cinayətlər kateqoriyasına aiddir, başa çatmış cinayətdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasına görə, həmin əməlləri törətmiş şəxs üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs himayəsində 1 (bir) azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cu maddəsinə, əvvəllər məhkum olunmamasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən halllar kimi müəyyən edilmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş narkotik vasitənin növünü, çəkisini, cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halın müəyyən edilməməsini, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə azadlığı faktiki olaraq məhdudlaşdırılmaqla, şübhəli şəxs qismində saxlanılmış, xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs bugünədək davamlı olaraq həbsdə saxlanılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan (barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir (CPM-in 147.4-cü maddəsi)), o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.6cı maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 05 aprel 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Binəqədi rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 5,727 qram psixotrop maddə olan metamfetamin məhv edilməli, şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, “Samsung A50” markalı mobil telefon təqsirləndirilən şəxs X6 (özünün razılığı ilə yaxın qohumlarına) qaytarılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 3159 №li rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Əliyev X1 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 128-129) Belə ki, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınaraq Binəqədi rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 5,727 qram psixotrop maddə olan metamfetamin məhv edilsin, şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın, “Samsung A50” markalı mobil telefon Təqsirləndirilən şəxs (özünün razılığı ilə yaxın qohumlarına) qaytarılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə edilməli digər əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Anar Sadıqov Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar