Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-567/2025 17.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X11 Arzu qızının sədrliyi, hakimlər Namazov Fərid Arif oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Yusifbəyli və Partnyorları Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.2005-ci il tarixdə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 01 radələrində yaşadığı ünvan 2 ünvanının yaxınlığında yaxın münasibətdə olduğu Zərərçəkmiş şəxs ona təkidlə mehmanxanada həmin gecəni onunla birlikdə qalmasına etiraz etməsi və həmin vaxt onlara yaxınlaşan atası Şahid1 oğlunun evdə qalmasının vacib olmasını Zərərçəkmiş şəxs bildirdikdən sonra ondan oğlundan əl çəkməsini və öz ölkəsinə qayıtmasını tələb etməsindən sonra Zərərçəkmiş şəxs Şahid1 üzərinə hücum edərək onu təhqir etməsi və ona əl-qol ataraq zərbə vurması səbəbindən aralarında şəxsi münasibətlərin kəskinləşməsi zəminində yaranmış mübahisə zamanı silah qismində istifadə etdiyi, istintaqla müəyyən olunmayan tarixdə və mənbədən əldə edib üzərində saxladığı bıçaqla Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən qəsdən vuraraq ona döş qəfəsinin ön səthinin sol yarısının döş boşluğuna, sağ yarısının qarın boşluğuna nüfuz edən, qaraciyəri zədələyən, kəskin daxili qanaxmaya (sol döş boşluğunda 100 ml, periton boşluğunda 1,3 litr qan) səbəb olmuş deşilmiş-kəsilmiş, döş qəfəsinin arxa səthinin sol yarısının və sol qasıq nahiyəsində xayalığın ön divarının sol yarsının döş və xaya kisəsi boşluğuna nüfuz etməyən deşilmiş-kəsilmiş, sol mil-bilək oynağının və sağ əl pəncəsinin arxa səthinin xarici qanaxmaya səbəb olmuş kəsilmiş yaraları xəsarətləri kimi dərəcəsinə görə ümumilikdə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməklə, Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o Evcil Abdülhakim ilə internet vasitəsilə, online oyun oynayarkən tanış olmuşdur. Evcil Türkiyə vətəndaşı olmuş, o Türkiyə Respublikasına ali təhsil almaq üçün gedərkən, Evcil ilə görüşmüşdür. O Evcillə dostlaşmış və sonuncunun ona yardım edə biləcəyini düşünmüşdür. O Türkiyənin İzmir şəhərində yerləşən “Dokuz Eylül” universitetində təhsil almışdır. Evcil ondan 03 yaş böyük olmuşdur. O daha sonra Evcilin ona qarşı fərqli hisslər bəslədiyini hiss etmişdir. O Türkiyəyə gəldikdən təxminən 01 həftə ərzində Evcilin homoseksual olduğunu öyrənmiş və ondan uzaqlaşmağa başlamışdır. Evcil isə ona hədəqorxu gəlməyə, onu təhdid etməyə başlamışdır. Məhz bu səbəbdən o Türkiyədə təhsilini yarımçıq qoyaraq vətənə geri qayıtmışdır. Evcil haker olmuş və onu ailəsi ilə bağlı təhdid etmişdir. Evcil ona fərqli mobil nömrələrdən zəng edərək, ailəsini bezdirəcəyini bildirmişdir. Evcil ona zorla ailəsinə zəng etdirərək, ailə üzvlərinə guya bıçaqlandığını deməyi barədə göstəriş vermişdir. Daha sonra o Azərbaycana qayıtmış, ondan bir müddət sonra. Evcil də Azərbaycana gəlmişdir. O, Evcil ilə Azərbaycanda yenidən görüşmüşdür. Bu zaman atası ona zəng zəng edərək, gec olduğunu və evə qayıtmağını bildirmişdir. Lakin Evcil ondan əl çəkməmiş və getməyini istəməmişdir. O da bunu atasına izah etmişdir. Daha sonra küçədə Evcil ilə gedərkən, atası ilə qarşılaşmış, atası Evcildən ondan əl çəkməyini xahiş etmiş, bu zaman Evcil atasına hücum çəkmişdir..O Evcilə atasını rahat buraxmasını və ondan əl çəkməyini demişdir. Lakin Evcil buna əhəmiyyət verməmişdir. Bu zaman o özünü itirmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmandır. Verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, hadisə Biləcəri qəsəbəsində baş vermişdir, Evcil Türkiyədən Azərbaycana gəlmiş, Evcil onunla tanış olduqdan sonra Azərbaycana gəlib-getməyə başlamışdır, Evcil ilə təxminən 06 ildir ki, bir-birlərini tanımışlar, Evcil ilə Türkiyədə bir yerdə qalmışlar, Evcil ilə intim münasibətdə olmamış, Evcil onunla intim münasibətdə olmaq istəmiş, lakin o sonuncunun təklifini rədd etmişdir. O, Evcildən qaçıb Azərbaycana gəlmişdir, Azərbaycana gələrkən o Evcili qarşılamışdır. Evcil ilə Azərbaycanda görüşmüş və onlar bir evdə qalmışdır, lakin aralarında hər hansı formada münasibət olmamışdır. Onlar Evcillə sonuncu dəfə hadisə günü Evcil onu təhdid etdiyi üçün görüşmüşlər. Evcil ona otelə getməyi təklif etmiş, o Evcilin otelə getmək barədə təklifinə rədd cavabı vermişdir. Həmin vaxt atası ona zəng edərək, gec olduğunu və evə qayıtmalı olduğunu demişdir. Lakin Evcil ondan əl çəkməmiş və getməyini istəməmişdir. O, Evcilə onunla otelə gedəcəyini, ancaq sonuncunu yerləşdirdikdən sonra geri qayıdacağını demiş, daha sonra küçədə Evcil ilə gedərkən, atası ilə qarşılaşmış, atası Evcildən oğlundan əl çəkməsini xahiş etmişdir. Bu zaman Evcil atasına hücum çəkmiş, o isə Evcilə atasını rahat buraxmağını və ondan əl çəkməyini demişdir. Daha sonra isə məlum hadisə baş vermişdir. O, atası ilə Evcili aralaya bilmədiyini görmüş, sonuncunu özü ilə Gəncədən piştaxtadan götürüb gətirdiyi bıçaqla vurmuşdur. O, bıçağı müntəzəm olaraq üzərində gəzdirməmişdir. Evcilə dəqiq olaraq neçə bıçaq xəsarəti yetirdiyini xatırlamamışdır. Evcil fiziki cəhətdən ondan daha cüssəli olduğu üçün, o bıçaqla onu qorxutmaq istəmişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərini nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəmə istintaqında, həm də ibtidai istintaq zamanı verdiyi ifadəsini, zərərçəkmiş şəxsin ibtidai istintaq dövründə verdiyi ifadəsini və şahidlərin ifadələrini, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrıayrılıqda və məcmu halda nəzərə alaraq və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, o, həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq edilərkən müəyyən edilmişdir ki, xx.xx.2024-cü ildə Bakı şəhərinə gəlmiş burada dostu Təqsirləndirilən şəxsla birlikdə razılaşıb Gəncə şəhərində ev tutut orada yaşamalı idilər. Elvini sosial şəbəkədən tanımışdır. X8 Universitetində təhsil alır. Onunla Gəncə şəhərində ev ucuz olduğundan orada kirayə tutub yaşayırdılar. O, Bakı şəhərinə təzə gəldiyi üçün Elvinlə razılaşıb Bakı şəhərini gəzmək və istirahət etmək istəyirmiş. xx.xx.2024 cü ildə Gəncə şəhərində Bakı şəhərinə gəlib burada oteldə yaşayırmış. Elvin də onunla birlikdə oteldə qalırmış. xx.xx.2024-cü ildə onlar Elvinlə görüşüb birlikdə pivə içmişlər. Elvin onu Kristal otelə yola salmalı idi. Həmin zaman Elvinin atası da onların yanına gəlmişdir. Ona məlum olmayan səbəbdən Elvinin atası Elvinin onunla birlikdə oteldə qalmasına etiraz eləmişdir. O da, Elvinin atasına onun Elvinə heç bir zərəri olmadığını, Elvinin özünün onunla qalmaq istədiyini bildirmişdir. Bu zaman Elvin əsəbləşib cibindəki qızılı rəngdə açılıb bağlanan bıçağı çıxarıb onu vurmağa başlamışdır. O, əlini irəli verərkən bilək və əlindən xəsarət almışdır. Elvin döş, qarın və əl nahiyələrindən onu vurub xəsarət yetirmişdir. O, qışqırıb qaçmış, bu zaman yoldan keçən bir maşın saxlamış, sürücü onu xəstəxanaya gətirmişdir. Orada həkimlər onu əməliyyat edib, reanimasiyaya stasionar müalicəyə yerləşdirmişdilər. Hadisə zamanı küçədə başqa adam olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o 2022-ci ildə oğlu Təqsirləndirilən şəxs Türkiyəyə təhsil almağa göndərmişdir. O, daha sonra oğlu ilə zərərçəkmiş şəxsin tanışlığını, həmçinin Evcilin oğlunu narahat etdiyini öyrənmiş, təhsil qrupunun rəhbəri Samir Mədətov ona zəng edərək, oğlunu yerləşdirə bilmədiyini, Evcilin onu narahat etdiyini bildirmişdir və Türkiyəyə gələrək oğlunu aparmağını istəmişdir. O isə Türkiyəyə gələcəyini, o gələnə qədər isə oğlundan muğayət olmağı Samir müəllimdən xahiş etmişdir. O, Türkiyənin İzmir şəhərinə getmişdir. Samir müəllim o gələnə qədər Elvini polisin nəzarəti altına vermişdir. Polislər Elvini yasaq evinə yerləşdirmişlər, yasaq evinin rəisi Orhan bəy o və Samirlə görüşmüşdür. O, zərərçəkmiş şəxsi də yanına çağırmışdır. Polis rəisi Evcilə bir daha Elvinə yaxınlaşmamağı, Elvini rahat buraxmağı tapşırmışdır. O 2 gün İzmirdə qalmış, orada böyük əzab-əziyyətlər çəkmişdir. Daha sonra oğlunu da götürərək, geri qayıtmışdır. Elvin daha sonra Gəncədə yerləşən Texnologiya Universitetinə qəbul olmuşdur. Bu müddətdə Evcil onlardan qisas almaq məqsədilə, fərqli nömrələrdən evə zəng etməyə, onları narahat etməyə başlamışdır. Evcil internet resurslarından istifadə edərək onların sifariş etmədikləri məhsulları onların evinə sifariş etmiş, onların barəsində polisə yalan məlumatlar vermiş, onları hər vəchlə narahat etmiş, günlük həyatlarına maneələr törətmişdir, o bir dəfə Elvini qaçırtmağa nail olmuş, o 2 ay oğlundan xəbər ala bilməmiş, polisə müraciət etmiş, lakin polislər Elvin 18 yaşından böyük olduğu üçün, ona nəzarət edə bilməyəcəklərini bildirmişlər. O isə belə olduqda Dövlət Təhlükəsizlik Xidmətinə müraciət etmiş və orada onlara köməklik göstərilmişdir. Daha sonra o Evcilin kibercinayətkar olduğunu, bu səbəbdən Azərbaycana girişinin qadağan olunduğunu öyrənmişdir. Evcil sonuncu dəfə Azərbaycana gələndə o Evcilə bilet alaraq Türkiyəyə geri göndərməyi təklif etmişdir. Evcil isə razılaşmışdır. O sonradan Evcilin yenidən Elvini narahat etdiyini öyrənmişdir. Elvin ona Evcil barəsində polisə şikayət etməyi təklif etmişdir. O isə bunu özünə sığışdırmamışdır. Hadisə günü Elvin Evcillə birlikdə olmuşdur. Gecə saatları olmasına baxmayaraq, Elvin evə gəlməmişdir. O da bu səbəbdən Elvinə əsəbləşmişdir. O Elvini axtarmaq üçün küçəyə çıxmışdır. Təxminən 150 metr getdikdən sonra Elvin və Evcilin uzaqdan gəldiyini görmüşdür. Evcil içkili vəziyyətdə olmuşdur. O Evcildən Elvindən əl çəkməsini, evinə geri qayıtmasını xahiş etmişdir. Evcil, ona yumruq atmış, oğlu isə ona etiraz edərək ayırmağa çalışmışdır. Bu zaman hadisə baş vermişdir. Hadisə vaxtı o Elvinin Evcili necə və hansı formada vurduğunu görməmişdir. Yalnız Evcilin “ambulans” deyərək qaçdığını görmüşdür. Hadisənin gecə saatlarında və anidən baş verməsi səbəbindən hadisənin təfərrüatlarını görməmişdir. Xatırladığı epizod Elvinin Evcil ilə onu aralamağa çalışarkən Evcili bıçaqlamasıdır. O hadisədən sonra Evcilin dalınca xəstəxanaya getmiş və onun bütün müalicə xərclərini qarşılamışdır. Verilmiş suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Evcil keçmişdə onların evində olmuş, o Evcili insani nöqteyi-nəzərdən qonaq dəvət etmişdir, O yalnız hadisə baş verən zaman Evcil ilə Elvinin münasibətlərinin korlandığını öyrənmişdir, Elvin onlar ilə birlikdə yaşayır, Elvin ilə Evcilin Gəncə şəhərində bir evdə kirayə qalması barədə məlumatlıdır. Məhkəmə istintaqında tədqiq edilmiş şahid qismində dindirilmiş X2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş və o, ifdəsində göstərmişdir ki, ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır, SOCAR Qaz İxrac İdarəsinə çilingər işləsə də, ailəsini dolandırmaq üçün özünə məxsus Kia Rio markalı, **-CA-*** dövlət nömrə nişanlı avtomobil ilə Biənəqədi rayonu, Biləcəri qəsəbəsində taksi fəaliyyəti ilə məşğul olur. 01 aprel 2024-cü ildə saat 01:30 radələrində yolun kənarında dayanıb maşında oturub müştəri gözləyirmiş. Həmin zaman ətrafda heç kəs olmamışdır. O, maşında oturarkən bir nəfərin maşına yaxınlaşıb əli və üst başı qan içində, ucadan onu xəstəxanaya aparmağını bildirmişdi. O, bir insan kimi bu şəxsə köməklik etmək məqsədi ilə təmənna güdmədən onu idarə etdiyi avtomobilə oturdub, yola düşmüşdür. Yolda DİN 102 xidmətinə zəng vurub bu barədə məlumat vermişdir. Sonra həmin şəxslə yolda söhbət edərkən onun Türkiyə Respublikasının vətəndaşı olduğunu və tanışı tərəfindən bıçaqlandığını bildirmişdir. Xəsrət alan şəxsi Respublika Diaqnostika Mərkəzinə gətirib həkimlərə təhvil vermişdir. Sonra onun telefonuna polis əməkdaşları zəng vurmuş və o da onlara xəstəxanada olduğunu bildirmişdi. Bir az sonra polis əməkdaşları xəstəxanaya gəlmişdilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidin) ifadələri ilə yanaşı, elan edilmiş zərərçəkmiş şəxs və şahid ifadələrini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 1) görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2024-cü il tarixli raportdan (cild 1, iş vərəqə 5) görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 01:27 radələrində Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi 1, vətəndaş X2 DİNnin 102 xidmətinə zəng edərək bir nəfər Türk vətəndaşının qeyd olunan ünvanda bıçaqlanmasını və on kömək etdiyi üçün Respublika diaqnostika mərkəzinə gətirməsini və qəbul olunmamasını bildirmişdir. xx.xx.2024-cü il tarixli götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 10) görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş geyim “X13” dən götürülməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan (cild 1, iş vərəqə 22) görünür ki, Türkiyə vətəndaşı Zərərçəkmiş şəxs Sabri oğlunun zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır. xx.xx.2024-cü şübhəli şəxsin tutulması haqqında protokolundan (cild 1, iş vərəqə 46) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət törətməkdə şübhəli şəxs qismində 02 aprel 2024-cü il tarixdə tutulmuşdur. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 59) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan (cild 1, iş vərəqə 82-83) görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 87) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. xx.xx.2024-cü il tarixli Zərərçəkmiş şəxs tərəfindən verilmiş notarial təsdiqli ərizələrdən (cild 1, iş vərəqə 91-92) görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir iddia və tələbi olmadığını, gələcəkdə bununla bağlı hər hansı iddiası olmayacağını, həmçinin Türkiyə Respublikasının vətəndaşı olacağından və daimi yaşayış yeri həmin ölkə olduğundan Azərbaycan Respublikasına gəlib-gedə bilmədiyi üçün gələcəkdə istintaqda və məhkəmədə iştirak edə bilməyəcəyinin nəzərə alınmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə tibbi ekspertizasının 637 №-li rəyindən (cild 1, iş vərəqə 105-108) görünür ki, Zərərçəkmiş şəxs Səbrinin bədəni üzərində aşkar edilmiş xəsarətlər - döş qəfəsinin ön səthinin sol yarısının döş boşluğuna, sağ yarısının qarın boşluğuna nüfuz edən, qaraciyəri zədələyən, kəskin daxili qanaxmaya (sol döş boşluğunda 100 ml, periton boşluğunda 1,3 lirt qan) səbəb olmuş deşilmiş- kəsilmiş, döş qəfəsinin arxa səthinin sol yarısının və sol qasıq nahiyəsində xayalığın ön divarının sol yarsının döş və xaya kisəsi boşluğuna nüfuz etməyən deşilmiş-kəsilmiş, sol mil-bilək oynağının və sağ əl pəncəsinin arxa səthinin xarici qanaxmaya səbəb olmuş kəsilmiş yaraları deşici-kəsici əşyanın (əşyaların) deşici-kəsici və kəsici təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni 31 mart 2024-cü il tarixdə qeyd olunan nahiyələrə kənar şəxs tərəfindən deşici-kəsici əşya ilə (alətlə) ola bilsin bıçaqla vurma nəticəsində əmələ gələ bilərdi. Dərəcəsinə görə döş qəfəsinin ön səthinin sol yarısının döş boşluğuna, sağ yarısının qarın boşluğuna nüfuz edən, qaraciyəri zədələyən, kəskin daxili qanaxmaya səbəb olmuş deşilmiş-kəsilmiş yaraları həm ayrılıqda, eləcə də ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya, digər xəsarətlər isə hər biri ayrılıqda, eləcə də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. xx.xx.2024-cü il tarixli məhkəmə tibbi kriminalistik ekspertizasının 166/2024-MTKŞ nömrəli rəyindən (cild 1, iş vərəqə 113-115) görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön hissəsində ortada 02 (iki) ədəd, ön hissəsində solda 03 (üç) ədəd; şalvarın ön hissəsində yuxarıda ortada 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədələr aşkar edildi. Bu zədələr iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) tiyəsinin təsirindən əmələ gəlmişlər. Ekspertizaya təqdim edilmiş X3 məxsus papaq və bir cüt ayaqqabı üzərində hər hansı bir zədə aşkar edilmədi xx.xx.2024-cü il tarixli ifadənin yerində yoxlanması haqqında protokoldan (cild 1, iş vərəqə 125-126) görünür ki, Təqsirləndirilən şəxs göstərməsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsinə gəlmişlər. Məmmədov X5 rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində avtomobili saxladıb üzərində Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov 9 yazılı daş hasarın yanınada dayanıb yazı qeyd olunan hasarın qarşısında səkini göstərib, göstərdiyi yerin tanışı Zərərçəkmiş şəxs xx.xx.2024-cü ildə vurduğu yer olduğunu, həmin hasarın uşaq bağçasının hasarı olduğunu bildirmişdir. 31 mart 2024-cü ildə tanışı Zərərçəkmiş şəxs ilə restoranda yemək yeyərkən, atasının ona zəng vurduğunu və ona evə gəlməyini bildirdiyini, o, Zərərçəkmiş şəxs atasının onu çağırdığını və evə getməli olduğunu bildirdiyini, lakin, Zərərçəkmiş şəxs ondan əl çəkməyib onunda da onunla birlikdə otelə getməyini bildirmişdir. O, buna baxmayaraq atasının zənginə görə məcbur qalıb yaşadığı evə tərəf gəlmişdir. Zərərçəkmiş şəxs də onunla birlikdə gələcəyini bildirmişdir. Birlikdə yaşadığı evə yaxınlaşarkən, Zərərçəkmiş şəxs burada onu gözləməsini, atası ilə görüşüb qayıdacağını bildirmişdir. Zərərçəkmiş şəxs ona atasının zənginə cavab verməməyini, onunla birlikdə otelə getmələrini tələb etmisdir. Hemin zaman atası Taleh ona yeniden zeng vurub harada olduğunu soruşmuşdur. O, atasına, evlerinin yanındakı bağça tərəfdə olduğunu, narahat olmamasını bir azdan gələcəyini bildirmişdir. Zərərçəkmiş şəxs isə ondan getməməsini və onunla birlikdə otele getməyini tələb etmişdir. O, onunla sözlə mübahisə edərkən atası Talehin onlara tərəf geldiyini görmüşdür. Atasi onlara yaxınlaşıb Zərərçəkmiş şəxse onu rahat buraxmasını, çıxıb Türkiyəyə getməsini tələb etmişdir. Bu zaman Zərərçəkmiş şəxs atasının üstünə qışqırıb, onu təhqir etmiş, əl-qol ataraq üstünə getmişdir. O, bunu görüb Abdulhakimi sakitləşdirmək için araya keçmişdir, Abdulhakim buna məhəl qoymayıb onuda əli ilə itələməyə baslamışdır. O, Gəncə şəhərində aldığı balaca suvenir bıçaqla onu qorxutmaq üçün ona tərəf tutub nümayiş etdirmişdir. Abdulahkim isə sakitləşməyib onlara qarşı xoşagəlməz hərəkətlərini davam etdirmişdir. O da əlindəki bıçağı ona tərəf sağa-sola hərəkət etdirib, onları rahat buraxmasını tələb etmişdir. Aralarında olan məsafə yaxın olduğundan bıçaq Abdulahkimə dəymişdir. Zərərçəkmiş şəxs bundan sonar kənara çəkilmiş və oradan uzaqlaşmışdır. Atası Taleh isə Abdulahkim Evcili takip etməyə başlamışdır. Göstərdiyi ünvanında 01 aprel 2024-cü il tarixdə saat 01:20 radələrində anışı Zərərçəkmiş şəxs ilə əvvəl mübahisə etdiyi, sonra isə bıçağın ona dəydiyi ver olduğunu bildirmişdir. Baxışla müəyyən olundu ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi hasar Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov ünvanında yerləşən uşaq bağçasının mişar daşı ilə inşa olunmuş hasarının çöl tərəfidir. Həmin ünvanda başqa tikililər yoxdur. Vətəndaş Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən fotoşəkillər çəkilmişdir və protokola əlavə edilmişdir. İfadənin yerində yoxlanması açıq hava şəraitində təbii işıq altında keçirilmişdir. İfadənin yerində yoxlanılması zamanı iş üçün əhəmiyyətli olan heç bir maddi sübut götürülmədi, yoxlama barədə tərtib edilmiş protokol ucadan oxudu. İştirakçılardan heç bir əlavə, şikayət və ərizə daxil olmadı. Protokol düzgün tərtib edilmişdir, ona görə də, iştirakçılar tərəfindən imzalarıyla təsdiq edilmişdir. Bu barədə protokol tərtib edilmiş və fotoşəkillər çəkilərək cinayət işinə əlavə edilmişdir. xx.xx.2024-cü il tarixli ambulator məhkəmə psixiatrik ekspertizasının 1989 saylı ekspert rəyindən(cild 1, iş vərəqə 129-131) görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı PSİXİ XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ AŞKAR OLUNMUR. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. xx.xx.2024-cü il tarixli maddi sübut kimi tanınması haqqında (cild 1, iş vərəqə 133) görünür ki, hadisə zamanı zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd köynək, 01 ədəd şalvar, bir ədəd papaq və 01 cüt ayaqqabı maddi sübut hesab edilmiş və Binəqədi RPİ-də saxlanılmışdır. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsə yendiən ittiham elan edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 147) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, lakin təqsirləndirilən şəxs və onun müdafiəçisi həmin sübutlara dair öz etirazlarını bildirməmişlər, eləcə də irəli sürülmüş ittihamı və ittiham tərəfinin əldə etdiyi, o cümlədən məhkəmə istintaqında tədqiq edilmiş sübutları mübahisələndirməmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 dekabr 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Cinayət hüququ nəzəriyyəsinə görə Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulmuş cinayət yalnız qəsdən törədilə bilər. Həmin cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, həmin cinayətin törədilməsi nəticəsində ən mühüm dəyərlərdən biri olan insan sağlamlığına zərər vurulur. Bu cinayətin obyektiv tərəfi bir şəxs tərəfindən başqa şəxsin sağlamlığına ağır zərərin vurulmasından ibarətdir. Obyektiv tərəfə daxil olan əməllər təqsirkarın xarici aləmin mexaniki, fiziki, kimyəvi, bioloji amillərdən istifadə etməklə təsir göstərməsində və ya psixi təsir göstərməsində ifadə oluna bilər. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin dispozisiyası sağlamlığa vurulan ağır zərərin iki növünü nəzərdə tutmuşdur: həyat üçün təhlükəli olan zərər və həyat üçün təhlükəli olmayan, lakin öz nəticəsinə görə ağır hesab edilən zərər. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs Sabri oğlu arasında əvvəllər dostluq müasibətləri olsa da, sonradan sonuncunun ona qarşı fərqli hisslərinin olduğunu duymuş, ondan müəyyən müddət uzaqlaşmış, lakin zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs təkidlə ayrılmaq istəməmiş, bundan sonra sonuncunun valideynlərinin məsələdən agah olması və onların Zərərçəkmiş şəxs oğlu Təqsirləndirilən şəxs uzaq durmasını tələb etməsi ilə aralarındakı münasibətlər daha da gərginləşmiş, bununla da onların münasibətləri pozulmuşdur. Cinayət hadisəsinin baş verməsinə səbəb Təqsirləndirilən şəxs əvvəllər yaxın münasibətdə olduğu Zərərçəkmiş şəxs ona israrla mehmanxanada həmin gecəni onunla birlikdə qalmasına etiraz etməsi və həmin vaxt onlara yaxınlaşan atası Şahid1 oğlunun evdə qalmasının, həmçinin Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs uzaq durmasının vacib olmasını bildirdikdən sonra zərərçəkmiş şəxsin Şahid1 üzərinə hücum edərək onu təhqir etməsi səbəbindən aralarında şəxsi münasibətlərin kəskinləşməsi zəminində yaranmış mübahisə olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs təhsil aldığı Türkiyə Respublikasının İzmir şəhərində olan zaman Zərərçəkmiş şəxs ilə münasibəti yaranmışdır, o Azərbaycan Respublikasına qayıtdıqdan sonra Zərərçəkmiş şəxsda Azərbaycan Respublikasına gəlmiş və tez-tez onu narahat etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 01 radələrində yaşadığı ünvan 2 ünvanının yaxınlığında yaxın münasibətdə olduğu Zərərçəkmiş şəxs ona israrla mehmanxanada həmin gecəni onunla birlikdə qalmasına etiraz etməsi və həmin vaxt onlara yaxınlaşan atası Şahid1 oğlunun evdə qalmasının vacib olmasını Zərərçəkmiş şəxs bildirdikdən sonra sonuncunun Şahid1 üzərinə hücum edərək onu təhqir etməsi səbəbindən aralarında şəxsi münasibətlərin kəskinləşməsi zəmnində yaranmış mübahisə zamanı silah qismində istifadə etdiyi, istintaqla müəyyən olunmayan tarixdə və mənbədən əldə edib üzərində saxladığı bıçaqla Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən qəsdən vuraraq ona döş qəfəsinin ön səthinin sol yarısının döş boşluğuna, sağ yarısının qarın boşluğuna nüfuz edən, qaraciyəri zədələyən, kəskin daxili qanaxmaya (sol döş boşluğunda 100 ml, periton boşluğunda 1,3 litr qan) səbəb olmuş deşilmiş-kəsilmiş, döş qəfəsinin arxa səthinin sol yarısının və sol qasıq nahiyəsində xayalığın ön divarının sol yarısının döş və xaya kisəsi boşluğuna nüfuz etməyən deşilmiş-kəsilmiş, sol mil-bilək oynağının və sağ əl pəncəsinin arxa səthinin xarici qanaxmaya səbəb olmuş kəsilmiş yaraları xəsarətləri kimi dərəcəsinə görə ümumilikdə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməklə, Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Zərərçəkmiş şəxsin aldığı ağır bədən xəsarəti ilə təqsirləndirilən şəxsin törətmiş olduğu əməl (fəal hərəkət) arasında birbaşa səbəbli əlaqə olmuş və zərərçəkmiş şəxs həmin xəsarəti məhz təqsirləndirilən şəxsin bıçaqla ona yetirdiyi zərbə nəticəsində almışdır. Eyni zamanda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini məhz sonuncunun onun şəkər xəstəsi olan atasına hücum etməsi və onu təhqir etməsi ilə bağlı qanunsuz hərəkətlərinin təsiri altında törətmişdir. Qeyd edilən hallar həm təqsirləndirilən şəxsin, eləcə də şahidin ifadələri əsasında tam şəkildə təsdiq olunduğundan sözügedən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Bu hissədə məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini məhz zərərçəkmiş şəxsin sərgiləmiş olduğu qanunsuz hərəkətinin təsiri altında törətsə də, bu hallar onun cinayət törətməsinə haqq qazandıra bilməz. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs törətdiyi zorakı cinayət əməlinə tənqidi yanaşaraq bu kimi halları qınayır. Beləliklə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 126.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bundan başqa, zərərçəkmiş şəxs ibtidai istintaqda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə notarial təsdqili ərizə təqdim etmişdir. Göstərilən halları məcmu halda təhlil edib məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş, lakin o, bu cinayət əməlini məhz zərərçəkmiş şəxsin qanunsuz hərəkətinin nəticəsində törətmişdir. Bu hissədə qeyd edilməlidir ki, cinayət hüququ nəzəriyyəsinə görə - kobudluq, yola getməzlik (pis rəftar), aqressivlik və bu qəbildən olan sair xüsusiyyətlər “kriminoloji neqativ” anlayışını ifadə edir. “Kriminoloji neqativ” anlayışının təhlili isə cinayət əməlinin törədilməsinə səbəb və əsas olmuş halların aydınlaşdırılmasında böyük rol oynayır. Belə ki, zərərçəkmiş şəxsin mənfi davranışının kriminoloji mahiyyəti, cinayətkar davranışın mexanizmində belə davranışın rolu və qurbanın mənfi davranışının nəzərə alınması cinayət məsuliyyətinin differensasiyası və fərdiləşdirilməsi prosesinin düzgün istiqamətləndirilməsinə kömək edir. Bu zaman zərərçəkmiş şəxsin davranışının mənfi hesab edilməsi üçün belə davranışın təqsirkar tərəfindən arzuolunmaz kimi qəbul edilməsi və cinayət formasında onun cavab reaksiyasına səbəb olması zəruridir. Belə ki, cinayətin qurbanı öz davranışı ilə cinayətkara təsir göstərir və cinayətin bilavasitə “birgə müəllifi” kimi çıxış edir. Zərərçəkmiş şəxsin mənfi davranışı cinayətin törədilməsi şəraitinə tez və intensiv olaraq təsir göstərir. Bu zaman şəxs özünə nəzarəti itirir, qeyri-iradi olaraq qərar qəbul edir və işin bütün hallarını araşdırmadan cinayəti törədir. Göstərilənlərlə bağlı məhkəmə qeyd edir ki, cinayət hadisəsinə səbəb zərərçəkmiş X1 Təqsirləndirilən şəxs ondan ayrılmaması üçün hədə-qorxu gəlməsi, onu təhdit etməsi, onu ailəsini narahat etməklə hədələməsi ilə müşahidə edilən qanunsuz hərəkətləri olmuşdur ki, nəticədə onlar mübahisə etmiş və sonuncu dəfə zərərçəkmiş şəxs içkili halda Təqsirləndirilən şəxs atası ilə mübahisə edərkən ona qarşı əl-qol hərəkətləri atmış, Elvin atasının yaşlı və şəkər xəstəsi olmasına görə yaranmış vəziyyətdən narahatlıq keçirmiş və nəticədə Evcilə bıçaqla xəsarət yetirmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd edilən cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməli kimi tövsif edir və hesab edir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməklə həmin maddələrin sanksiyası həddində ona ədalətli cəza təyin edilməlidir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 dekabr 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, gənc olmasını, cinayət əməlini məhz zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini, törətdiyi cinayət əməlini həm ibtidai istintaq zamanı, həm də məhkəmə araşdırması zamanı etiraf edərək əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halların məcmusunu, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, cinayət əməlini məhz zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini, törətdiyi cinayət əməlini həm ibtidai istintaq zamanı, həm də məhkəmə araşdırması zamanı etiraf edərək həmin əməldən peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onun cəzasını yüngülləşdirən halların məcmusunu, eyni zamanda onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələrini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, cinayət əməlini məhz zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini, törətdiyi cinayət əməlini həm ibtidai istintaq zamanı, həm də məhkəmə araşdırması zamanı etiraf edərək həmin əməldən peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, xüsusilə də cinayət törədən zaman təqsirləndirilən şəxsin cinayət törədərkən 19 yaşı olmasını təyin ediləcək cəzanı çəkəcəyi təqdirdə onun yenidən cəmiyyətə adaptasiya olmasının mürəkkəb məsələyə çevrilməsini, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini nəzərə alaraq təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tədbiq edilməsini və azadlıqdan məhrum etmə cəzasını çəkmədən onun islah olunmasını mümkün sayır. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını məqsədə uyğun hesab edir. Başqa sözlə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə bağlı cəzanın təyin edilməsi və onun həmin cəzanı real şəkildə çəkməsi onun özünü və ailə üzvlərini ciddi məhrumiyyətlərə düçar edə bilər və bu kimi hallar isə məhkumun islah olunması məqsədinə xidmət edə bilməz. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməli, ona öz davranışı ilə islah olunmasını sübut etmək üçün sınaq müddəti müəyyən edilməli və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı, habelə onun davranışı üzərində nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Bu hissədə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs tərəfindən zorakı ağır cinayət törədildiyi halda ona təyin ediləcək cəzanın şərti olaraq tətbiq edilməsi nəticəsinə məhkəmə gələrkən ən vacib əsas kimi – onun Zərərçəkmiş şəxs ilə barışmasını və təqsirləndirilən şəxsin cinayət törədərkən yaşının az olması, yəni 19 yaşında olmasını nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarının 2.21-ci bəndində göstərilmişdir ki, “cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Eyni zamanda Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut olub Binəqədi Rayon Polis İdarəsində saxlanılan və hadisə zamanı X1 əynində olmuş 1 (bir) ədəd papaqlı uzunqol köynək, 1 (bir) ədəd şalvar, 1 (bir) ədəd papaq, 1 (bir) cüt ayaqqabı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfləri, mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına “Yusifbəyli və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi təyin edilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 140 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi “Yusifbəyli və partnyorları” Vəkil Bürosunun hesabına ödənilməsi üçün 840 (səkkiz yüz qırx) manat məbləğində pul köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilsin və 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Onun davranışı üzərində nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Maddi sübut olub Binəqədi Rayon Polis İdarəsində saxlanılan və hadisə zamanı X1 əynində olmuş 1 (bir) ədəd papaqlı uzunqol köynək, 1 (bir) ədəd şalvar, 1 (bir) ədəd papaq, 1 (bir) cüt ayaqqabı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri, mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Yusifbəyli və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 840 (səkkiz yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Aygün Qurbanova Hakimlər Telman Hüseynov Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-567/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-567/2025
17.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver