Məhkəmə qərarları › İş №1(101)-568/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-568/2020

10.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-568/2020 10.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Xankişiyev Mirzə Aslan oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X3 və Əhmədli Səxavət Böyükağa oğlunun, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi - Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1983-cü il tarixdə Ermənistan Respublikasının Sisyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.2.1-ci, 182.2.1-ci və 182.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsə zor tətbiq edərək, ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməklə yanaşı, zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə pulunu tələb edib ələ keçirmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə qohumu Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxxxxx 2016-cı il tarixdə saat 11:00 radələrində Zərərçəkmiş şəxs ünvan 2 mənzil 74 ünvanına çağıraraq, onu əlləri ilə döyüb zor tətbiq edib, sağlamlığına sağ bazunun yuxarı 1/3-nin və sol bazunun orta 1/3nin iç səthlərinin qançırları, eləcə də, sol bazunun yuxarı 1/3-nin bayır səthinin sıyrıqları ilə müşayiət olunan dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə, daha sonra hər ikisi bıçaqla Zərərçəkmiş şəxs qarşı zor tətbiq edəcəyi hədəsi ilə, yəni onun sağlamlığına xəsarət yetirəcəkləri ilə hədələyərək Təqsirləndirilən şəxs cinsiyyət orqanını Zərərçəkmiş şəxs sifət nahiyəsinə sürtməsinə və oral sekslə məşğul olmağa seksual xarakterli zorakılıq hərəkətləri etməsinə nail olub, həmin hərəkətləri mobil telefon vasitəsi ilə çəkərək video görüntüləri Zərərçəkmiş şəxs ailə üzvlərinə və tanışlarına göndərəcəyini, həmçinin internet şəbəkəsinə yerləşdirərək zərərçəkmişin barəsində rüsvayedici məlumatları yayacağı hədəsi ilə hədə-qorxu gəlib 5000 manat pul tələb etməklə, həmin vaxt mənzildə Zərərçəkmiş şəxs əvvəlcə 100 manat pulu götürmüş, sonradan isə Təqsirləndirilən şəxs qohumu Şahid1lə birlikdə xx xxxxxxx 2016-cı il tarixdə Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi 7 saylı binanın qarşısına gələrək orada Zərərçəkmiş şəxs məzənnəsi 4810,8 manat olan 3000 ABŞ dolları pulunu alıb vahid niyyətlə ələ keçirməklə zərərçəkmiş şəxsə cəmi 4910,8 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, təxminən 2016-cı ilin aprel ayında “odnoklasniki.ru” sosial şəbəkəsindəki səhifəsinə bir nəfər qız profili ilə qeydiyyatdan keçmiş şəxsdən ona tanışlıqla bağlı mesaj gəlmişdir. O, həmin tanımadığı şəxslə salamlaşdıqdan sonra bir qədər söhbət etmişlər. Söhbət əsnasında o, ona yazmış şəxsin homoseksual olduğunu və adının Ruslan olduğunu öyrənmişdir. Bundan sonra Ruslan ona istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsini vermiş, o da öz növbəsində istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən Ruslana zəng edərək onunla söhbət etmişdir. Söhbət zamanı o, Ruslandan rəfiqəsinin olub-olmamasını soruşmuş, sonuncu isə ona bacısının olduğunu və bacısının kişilərlə görüşdüyünü bildirmişdir. Təxminən bir həftə sonra Ruslan onu “Atatürk” parkının yaxınlığındakı evinə çağırmışdır. O, Ruslandan bacısının evdə olub-olmadığını soruşduqda, o, bacısının evdə olduğunu bildirmişdir. O, Ruslanın bacısı ilə cinsi əlaqədə olacağı həvəsi ilə onun dediyi ünvana getmişdir. Evə daxil olduqda Ruslanın evdə tək olduğunu görüb bacısının harada olduğunu soruşmuş, Ruslan isə bacısının işlərinin olduğunu, bir neçə dəqiqədən sonra evə gələcəyini bildirmişdir. O, evdə bir qədər Ruslanın bacısını gözləsə də onun gəlmədiyini görüb əsəbləşərək çıxıb getmişdir. Evdə olduğu müddətdə Ruslanla intim əlaqədə olmamışdır. Bu hadisədən sonra Ruslan daima ona yazaraq onunla cinsi əlaqədə olmaq istədiyini bildirsə də o, razılaşmamışdır. Təxminən dörd ay sonra o, Ruslanla aralarında olan söhbəti bibisi oğlu Şahid1 Zülfüqar oğluna danışmışdır. Bu söhbət Zamir üçün maraq kəsb etdiyindən sonuncu ondan Ruslanın nömrəsini istəmişdir. Lakin hadisədən uzun müddət keçdiyi üçün Ruslanın nömrəsi onun yadında qalmamışdır. Ona görə də sosial şəbəkədəki səhifəsindən Ruslanın səhifəsinə daxil olub onun mobil nömrəsini götürərək Zamirə vermişdir. Sonradan Zamir ona Ruslanı onun evdə olmadığı vaxt evə çağırdığını bildirmişdir. xx xxxxxxx 2016-cı il tarixdə Zamir ona zəng edərək “evə gəl, getməli yer var, birlikdə getməliyik” deyə bildirmişdir. Həmin vaxt o, Keşlə qəsəbəsində olmuş və oradan taksiyə minərək Zamirin Xətai rayonu, metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında yaşadığı binanın həyətinə getmişdir. Lakin həmin vaxt binanın həyətində məişət tullantılarını yığan avtomobil olduğuna görə taksi sürücüsü avtomobili bir qədər kənarda, yəni metrostansiyanın yaxınlığında saxlamışdır. Bir neçə dəqiqə keçdikdən sonra Zamir və Ruslan birlikdə gəlib avtomobilin arxa oturacağında əyləşmişlər və sürücüyə avtomobili “Azneft” dairəsi yaxınlığına sürməsini bildirmişlər. Həmin vaxt ona məlum olmuşdur ki, onlar Ruslanın iş yerinə gedirlər. Ruslanın iş yerinin yaxınlığına çatdıqdan sonra Zamir və Ruslan avtomobildən düşərək ona gözləməsini bildirmişlər. O, avtomobildə bir neçə dəqiqə gözlədikdən sonra Zamir geri qayıtmış və sürücüyə artıq gedə biləcəklərini bildirmişdir. Onlar Keşlə qəsəbəsində yerləşən çay evlərindən birinə getmişlər. Çay evində olarkən ona əvvəllər tanımadığı bir şəxs zəng edərək Ruslanın müdiri olduğunu bildirmiş və Ruslandan alınan pulu geri qaytarmalarını tələb etmişdir. O, həmin şəxsdən hansı pulu geri qaytarmalı olduqlarını soruşduqda, sonuncu Zamirin Ruslandan 3000 ABŞ dolları pul aldığını bildirmişdir. O, Zamirlə Ruslanın arasında olan pul məsələsindən agah olmadığı üçün həmin şəxsə Zamirlə danışıb ona geri zəng edəcəyini bildirmişdir. Bundan sonra o, Zamirdən Ruslanla aralarında nə pul məsələsinin olduğunu soruşmuş, Zamir də onda Ruslanın qadın parikində fotoşəkilinin olduğunu, onu şantaj edərək 3000 ABŞ dolları pulunu aldığını demişdir. Həmin vaxt özünü Ruslanın müdiri kimi təqdim edən şəxs yenidən ona zəng edərək Zamirlə danışıbdanışmadığını soruşmuş, o da həmin şəxsə Zamirlə danışdığını və onun pulu geri qaytaracağını bildirmişdir. Bu söhbətdən sonra Zamir ona narahat olmamasını deyərək pulu Ruslana geri qaytaracağına söz vermişdir. Hadisənin səhəri günü Zamir ona zəng edərək polis əməkdaşlarının Keşlə qəsəbəsində onları axtardıqlarını bildirmişdir. Bundan sonra o, Ruslana zəng edərək şikayətini geri götürməsini tələb etmiş, götürməyəcəyi təqdirdə iş yerinə gəlib onu rüsvay edəcəyini bildirmişdir. Təxminən bir ay sonra Zamir, daha bir ay sonra isə o, Rusiya Federasiyasına işləməyə getmişdir. Bir müddət Rusiya Federasiyasında yaşadıqdan sonra Zamir aranın sakitləşdiyini düşünərək Bakı şəhərinə geri qayıtmış və sərhəddə saxlanılmışdır. Həmin vaxt məlum olmuşdur ki, Zamiri Ruslanın şikayəti əsasında saxlamışlar. Bundan bir müddət sonra o, Rusiya Federasiyasında cinayət törətdiyi üçün həbs edilmiş və həbsdən çıxdıqdan sonra Ruslanın şikayəti ilə bağlı barəsində axtarış elan edildiyi üçün Krasnodar şəhərində tutularaq Bakı şəhərinə ekstradisiya edilmişdir. Ruslanın onun barəsində ifadəsində göstərdikləri yalandır. O, Ruslanı Xətai rayonu, M.Hadi küçəsi 7A, mənzil 74 ünvanına çağıraraq yataq otağında döyməmiş, onun sifətindən sillə ilə vurmamış, mətbəxdən Zamirlə birlikdə bıçaq götürərək onu təhdid etməmişlər, soyunmağa məcbur etməmişlər, Ruslanı onunla oral sekslə məşğul olmağa məcbur etməmiş, onu videoya çəkərək təhdid edərək 5000 manat pulunu almamış, həmçinin onun çantasından 100 manat pulunu götürməmişdir. Ümumiyyətlə, belə bir hadisə baş verməmiş, Ruslan onu şərləmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, məhkəmədə ifadəsi elan edilərək tədqiq olunmuş Zərərçəkmiş şəxs göstərmişdir ki, o, anket məlumatlarında qeyd etdiyi ünvanda tək yaşayır və X1 Azərbaycan Respublikasındakı nümayəndəliyində işləyir. O, homoseksual olduğu üçün sosial şəbəkələrdə boş vaxtı olanda özünə dost axtarmışdır. 2013-cü il tarixdə “odnoklassniki.ru” sosial şəbəkəsində Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Rəşadın şəxsi həyatı və harada işləməsi barədə onun heç bir məlumatı olmamışdır. Onların tanış olub arada bir görüşmələrinə əsas səbəb cinsi əlaqədə olmaları olmuşdur. O, Rəşadla özünün yaşadığı evdə görüşmüş, onlar öz istəkləri ilə cinsi əlaqədə olmuşlar, nə o Rəşada, nə də ki, Rəşad ona cinsi əlaqədə olmaları üçün pul verməmişdir. 2016-cı ilin oktyabr ayının əvvəllərində yaşadığı evə bacısı İsmayıl-zadə Nigar Qnyaz qızı qonaq gəlmişdir. Həmin ərəfələrdə Rəşadla “Whatsapp” proqramı vasitəsi ilə əlaqə saxlamış və Rəşad ona görüşmələrini təklif etmişdir. O, Rəşada bacısının yaşadığı evə qonaq gəldiyini və onunla birlikdə yaşadığını bildirmişdir. Rəşad ona xx xxxxxxx 2016-cı il tarixdə özünün yaşadığı evdə görüşməyi təklif etmiş, o da razılaşmışdır. O, xx xxxxxxx 2016-cı il tarixdə təxminən saat 11 radələrində Rəşadın onu dəvət etdiyi ünvan 3 mənzil 74 ünvanına getmişdir. Evin giriş qapısını Rəşad açmış və onu yataq otağına dəvət etmişdir. O, yataq otağına daxil olanda Rəşad bir dəfə onun sifət nahiyəsinə sillə ilə vurmuşdur. Həmin vaxt yataq otağına əvvəllər tanımadığı sonradan adının Zamir olduğunu bildiyi şəxs daxil olmuş və orada onlar birlikdə yumruq və təpiklə onu döymüşlər. Bundan sonra Zamir Rəşada mətbəxdən bıçaq götürmələrini təklif etmiş və onlar birlikdə mətbəxə getmişlər. Rəşad və Zamir yataq otağına geri qayıtdıqda o, onların hər birinin əlində məişət bıçaqının olduğunu görmüşdür. Bundan sonra Rəşad və Zamir hər ikisi onu bıçaqla vuracaqları ilə hədələyib soyunmasını tələb etmişlər. O da Rəşad və Zamirin ona bıçaqla xəsarət yetirəcəklərindən qorxub tam olaraq soyunmuşdur. O, soyunduqdan sonra Rəşad özünə məxsus mobil telefonu əlinə götürüb onunla oral sekslə məşğul olmasına məcbur etmiş və o, Rəşadla oral sekslə məşğul olarkən Rəşad bunu mobil telefonu vasitəsilə videogörüntüyə qeydə almışdır. Bundan sonra Rəşad ona məxsus mobil telefonu götürərək anasının, bacısının və iş yoldaşlarının mobil telefon nömrələrini götürmüş və qeydə aldığı videogörüntünü həmin şəxslərə göndərəcəyi ilə onu təhdid edərək 5000 manat pul verməsini tələb etmişdir. Həmin vaxt Rəşad onu başına parik taxmağa məcbur etmiş və onu bu vəziyyətdə videogörtüntüyə qeydə alaraq guya ona məxsus 5000 manat pulu oğurladığını deməsini tələb etmişdir. O da qorxduğundan Rəşadın tələbini yerinə yetirmiş və Rəşad mobil telefonu vasitəsilə onu videogörüntüyə qeydə almışdır. Bundan sonra Rəşad və Zamir ondan qohum və ya tanışlarına zəng edib pul tapmasını, yalandan onlara polis əməkdaşları tərəfindən narkotik vasitə istifadə etdiyindən saxlanıldığını, bu səbəbdən təcili pula ehtiyacının olduğunu deməsini tələb etmişlər və əgər onlara 5000 manat pul verməzsə onu buraxmayacaqları ilə təhdid etmişlər. O da Rəşad və Zamiri sakitləşdirərək iş yerinə gedərək oradan pul götürüb onlara verəcəyini bildirmişdir. İlk öncə Rəşad onun bu təklifi ilə razılaşmasa da sonradan Zamir onu razı salmışdır. Evdə olarkən Rəşad ona məxsus çantanı götürüb içərisinə baxmış və orada olan 100 manat pulunu götürərək cibinə qoymuşdur. Bundan sonra hər üçü evdən, yəni M.Hadi küçəsi 7A, mənzil 74 ünvanından çölə çıxmışlar. Həmin vaxt Rəşad onlara izah etmişdir ki, taksi avomobilinə əyləşib onun iş yerinə gedəcəklər, ünvana çatdıqda o, Zamirlə birlikdə içəri daxil olub pulu götürəcəklər, onun mobil telefonu Zamirdə qalacaq, pulu Zamirə verdikdən sonra sonuncu onun mobil telefonunu geri qaytaracaq və onlar onun rüsvayedici videogörüntülərini siləcəklər. O, razılaşmış və onlar evin yaxınlığından markalanma növünü və qeydiyyat nişanını xatırlamadığı taksi avtomobilinə minərək onun işinin yerləşdiyi istiqamətə getmişlər. Avtomobildə Rəşad qabaqda, o və Zamir arxada oturmuşlar, yol boyu nə öz aralarında, nə də ki sürücü ilə söhbət etməmişlər. Bir neçə dəqiqədən sonra o və Zamir Səbail rayonu, BMT-nin 50 illiyi küçəsində yerləşən BMT-nin baş ofisinin inzibati binasının yaxınlığında avtomobildən düşərək ofisə tərəf getmişlər. Onun mobil telefonunu Zamir özündə saxlamış, o, ofisə daxil olmuşdur. Şənbə günü olduğundan ofisdə iş yoldaşlarından heç kəs olmamışdır. Bundan sonra o, ofisdə saxladığı və içərisində özünə məxsus 30 ədəd 100 ABŞ dolları əskinaslarından ibarət ümumilikdə 3000 ABŞ dolları pul olan çantasından həmin məbləğdə pulu götürüb Zamirə vermişdir. Zamir onun mobil telefonunu geri qaytarmışdır. O, Zamirdən rüsvayedici videogörüntülərini silmələrini xahiş etmiş, lakin Zamir ona videogörüntülərini lazım olan vaxtda siləcəklərini, əgər polisə hadisə barədə məlumat verərsə videogörüntünü onun ailə üzvləri və tanışlarına göndərəcəklərini, həmçinin videogörüntünü sosial şəbəkələrdə yayaraq onu biabır edəcəklərini bildirmişdir. Bundan sonra Rəşad və Zamir gəldikləri taksi avtomobili ilə oradan uzaqlaşmışlar. O isə şok vəziyyətində olduğu üçün nə etməsini bilməmiş, dostu Şahid3 zəng edib hadisə barədə məlumat vermişdir. Elvin ona dərhal Daxili İşlər Nazirliyinin «102» zəng xidmətinə zəng edib hadisə barədə məlumat verməsini bildirmişdir. O da Elvinin ona məsləhət etdiyi kimi Daxili İşlər Nazirliyinin «102» zəng xidmətinə zəng edib hadisə barədə məlumat vermiş, daha sonra isə Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə gedərək hadisə ilə bağlı ərizə ilə müraciət etmişdir (cild 1, iş vərəqə 31-33). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş Şahid3 Zərərçəkmiş şəxs ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir (cild 1, iş vərəqə 41-42). Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, Bakı Ağır Cinayətlər Məhkəməsi xx xxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.2.1, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə təqsirli bilinərək 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi üçün hazırda Penitensiar Xidmətin İxtisaslaşmış Müalicə Müəssisəsində cəza çəkir. Barəsində qanuni qüvvəyə minmiş hökmlə bağlı ilkin istintaqı aparılan cinayət işi üzrə verdiyi ifadəsini qismən təsdiq edir. 2016-cı ildə sonuncu dəfə Moskva şəhərindən Bakı şəhərinə gəlmiş və Xətai rayonu, M.Hadi küçəsində yerləşən mənzildə tək qalmışdır. 2016-cı ilin oktyabr ayında xalası oğlu Təqsirləndirilən şəxsla Bakı şəhəri Keşlə qəsəbəsində görüşmüşlər və ümumi olaraq söhbətləşmişlər. Söhbət əsasında Rəşaddan nə işlə məşğul olduğunu soruşduqda o, hüquqşünas olduğunu və Bakı şəhərində hansısa hüquq məsləhətxanalarından birinə işə düzəlmək istədiyini bildirmişdir. Bundan sonra onunla münasibəti getdikcə daha da yaxınlaşmışdır. Bir gün söhbət əsasında Rəşad ona Ruslan adlı hemoseksualla tanış olduğunu danışmışdır. Həmin söhbət ona maraqlı olduğu üçün Rəşaddan Ruslanın nömrəsini almış və onunla telefon vasitəsi ilə tanış olmağa başlamışdır. Ruslanla tanış olmasına səbəb isə onun ümumiyyətlə hemoseksuallara qarşı nifrəti olmuşdur. O, Ruslanı yaşadığı ünvan 4 mənzil 74 ünvanına çağırmışdır. Ruslan həmin evə gəlməmişdən əvvəl “WhatsApp” proqramı vasitəsi ilə onunla danışaraq evdə kiminsə olub-olmadığını soruşmuş, o da videogörüntü ilə evdə heç kimin olmadığını çəkərək ona göstərmişdir. Ruslan razılaşaraq guya cinsi əlaqədə olmaq üçün onun yaşadığı evə gəlmişdir. Ruslan evə gələndən sonra həqiqətən də onun homoseksual olmasına əmin olmuşdur. Belə ki, Ruslanın başında qadın pariki, çantasında isə qadına aid əşyalar olmuşdur. O, Ruslandan mobil telefonunu alaraq fotoşəkillərinə baxanda onun telefonunun yaddaşında əxlaqsız şəkillər olduğunu görmüşdür. O, buna əsəbləşərək onun sifətinə sillə vurmuş və onu döymüşdür. Bundan sonra o, Ruslandan 5000 manat pul tələb edərək əgər həmin məbləği verməsə bütün şəkillərini internet səhifəsinə yerləşdirməklə onu rüsvay edəcəyini bildirmişdir. Onun bu danışığından sonra Ruslan qorxaraq BMT-də işlədiyini demiş və rüsvay olmaması üçün ona 5000 manat pul verməyə razılaşmışdır. Ruslan həmin pulun onun iş yerində olduğunu bildirmişdir. Bundan sonra o, Ruslanın çantasına baxmış, çantada təxminən 100 manat pul olduğunu görərək həmin pulu götürmüşdür. O, Ruslanın iş yerinə tək getməyə çəkindiyi üçün xalası oğlu Rəşada zəng edərək taksi ilə onun yaşadığı binanın həyətinə gəlməsini və onunla birlikdə lazımı olan yerə getməsini xahiş etmişdir. Bir neçə dəqiqədən sonra Rəşad ona zəng edərək taksi ilə həyətdə onu gözlədiyini demişdir. O, Ruslanla birlikdə evdən çıxaraq Rəşadın olduğu taksiyə əyləşmiş və onlar Ruslanın iş yerinə getmişlər. Həmin vaxt onların hara və hansı məqsədlə getmələrindən Rəşadın məlumatı olmamışdır. Ruslanın iş yerinin qarşısına gəldikdən sonra o və Ruslan birlikdə avtomobildən düşərək onun iş yerinə getmişlər. Ruslanı iş yerinin qarşısında təxminən 15-20 dəqiqə gözlədikdən sonra sonuncu gələrək 5000 manat pulu sayaraq ona vermişdir. Bunun müqabilində o, Ruslanın mobil telefonunu onun özünə qaytarmışdır. O, pulu əldə etdikdən sonra Rəşadın onun gözlədiyi yerə qayıdaraq taksiyə əyləşmiş və onlar birlikdə Keşlə qəsəbəsinə gəlmişlər. O, Ruslanla aralarında olan hadisə barədə Rəşada heçnə deməmişdir. Onlar çayxanada əyləşib ümumi söhbət etdikləri vaxt kimsə Rəşada zəng etmişdir. Rəşad telefonla danışdıqdan sonra zəng edən şəxsin Ruslanın müdiri olduğunu, Ruslandan alınan pulun geri qaytarılmasını tələb etdiyini, əks təqdirdə şikayət edəcəyini deyərək ondan Ruslandan pul alıb-almadığını soruşmuşdur. Bundan sonra o, hadisəni Rəşada danışmış, Rəşad da ondan pulu geri qaytarmasını istəmişdir. O, Rəşada “sən heç narahat olma, mən özüm məsələni yolu qoyacam deyərək” çayxanadan çıxb getmişdir. Hadisənin səhəri günü ona məlum olmuşdur ki, həqiqətən də Ruslan onların barəsində polisə şikayət etmişdir. O, Rəşada zəng edərək bu barədə məlumat vermişdir. Lakin onları heç bir polis idarəsinə çağırmamışlar. O, hadisədən təxminən bir ay sonra Rusiya Federasiyasına getmiş və bir müdət orada qaldıqdan sonra Bakı şəhərinə gələrək həmişə olduğu kimi öz işləri ilə məşğul olmuşdur. Lakin o, yenidən Rusiya Federasiyasına getmək istəyərkən hava limanında saxlanılmışdır. Həmin vaxt ona məlum olmuşdur ki, saxlanılmasına səbəb Ruslanın barəsində polisə etdiyi şikayət olmuşdur. Polis idarəsində hadisə ilə bağlı ifadəsi alınan zaman Rəşadın Bakı şəhərində olmadığını, Rusiya Federasiyasında olduğunu, onu heç kimin tuta bilməyəcəyini düşünərək özünü müdafiə etmək məqsədilə ifadəsində hadisənin Rəşad tərəfindən törədildiyini göstərmişdir. Əslində hadisədən, onun Ruslanı şantaj edərək rüsvay edəcəyi ilə bağlı hədələrindən Rəşadın heç bir məlumatı olmamışdır. Bunları o, sonradan Rəşada demişdir. Daha doğrusu Rəşad bunları hadisədən sonra Keşlə qəsəbəsində yerləşən çayxanada ona tanımadığı şəxs zəng vuraraq Ruslandan pul aldığını deyən zaman bilmişdir. O, Ruslandan 5000 manat pul aldığını Rəşada desə də həmin pulu hansı formada aldığını deməmiş, bu məsələyə qarışmamasını, özünün bu məsələni yoluna qoyacağını bildirmişdir. Yəni Rəşad onun Ruslandan pulu hansı formada almasını ümumiyyətlə bilməmişdir. Rəşadda belə bir fikir formalaşdırmışdır ki, güya Ruslanla seksual münasibətdə olduğu üçün və bu münasibət Ruslana xoş gəldiyinə görə sonuncu bu pulu ona vermişdir. Barəsindəki cinayət işi üzrə də hazırda verdiyi ifadəni vermiş, lakin buna baxmayaraq latın qrafikası ilə yazıb-oxuya bilmədiyi üçün və işini aparan müstəntiq Yalçın Məmmədov atasının dediyini görə ondan 2500 manat pul aldığı üçün bütün sənədləri oxumadan imzalamış və müstəntiqin hər şeyi onun dediyi kimi yazdığını fikirləşmişdir. Lakin sonrdan barəsində olan məhkəmə prosessi zamanı anlamışdır ki, müstəntiq atasından pul almasına baxmayaraq onun işini daha da ağırlaşdıraraq ifadəsində hadisəni qohumu Təqsirləndirilən şəxsla törətməsini yazmışdır. Lakin, hadisə əslində hazırda ifadəsində qeyd etdiyi kimi baş vermiş, hadisəni o tək törətmiş, Rəşadın ümumiyyətlə bundan xəbəri olmamışdır. Zərərçəkmiş şəxs ifadəsində Təqsirləndirilən şəxs tərəfindən döyülərək oral sekslə məşğul olmağa məcbur edilməsi, həmçinin onun həmin hadisəni kamera vasitəsi ilə lentə alması barədə göstərdikləri yalandır. Ruslanın yalan ifadə verməsinin səbəbi isə onunla yanaşı Rəşadı da tutdurmaq istəməsi olmuşdur. O, Zərərçəkmiş şəxs ilə üzləşərkən hazırda ifadəsində göstərdiklərini onun üzünə qarşı da demiş, lakin müstəntiq həmin ifadəsini də düzgün qeyd etməmiş və beləliklə, bütün istintaq hərəkətlərini onun və Rəşadın əleyhinə aparmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsində barəsində olan cinayət işinə baxılarkən o, məhkəməyə istintaq zamanı müstəntiqin onun dediklərini düzgün qeyd etmədiyini, bütün istintaq hərəkətlərini onun əleyhinə apardığını bildirsə də, ondan əgər müstəntiq düzgün istintaq aparmayıbsa nəyə görə sənədləri imzalaması və əgər istintaq düz aparılmırdısa niyə zərərçəkmiş şəxsə maddi ziyanı ödəməsi sual edilmiş, o isə suallara cavab verə bilmədiyindən hadisəni etiraf etmişdir. Lakin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməməsini bildirməsinə baxmayaraq məhkəmə tərəfindən ona həmin maddə ilə də hökm çıxarılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, yaşadığı ünvan 5 ünvanının kommunal xidmətlərinin təşkili ilə məşğul olur. Kommunal xidmətlərə blokların və liftlərin təmiz saxlanılması, mənzildən kənar istifadə olunmuş enerjinin pulunun ödənilməsi, sakinlərə suyun verilməsi, məişət tullantılarının daşınma xərcləri daxildir. Binada yaşayan sakinlər binanın həyətində yerləşən ofisə yaxınlaşaraq orada ödəniş edir və bunun əvəzində onlara ödəniş etmələri ilə bağlı qəbz verilir. Binada yaşayan sakinlərin siyahısı onda olur və o, özü şəxsən ödənişlərə nəzarət edir. ünvan 2 mənzil 74 ünvanı X2 adınadır, son bir neçə ay mənzildə heç kəsin yaşamamışdır. Evin əsl sahibi Rusiya Federasiyasında yaşamış, evi isə atasının adına almışdır. Həmin evdə hər hansı bir hadisənin baş verməsindən məlumatı olmamışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Hadisə yerinə - ünvan 2 mənzil 74 ünvanına baxış keçirilməsi haqqında xx xxxxxxx 2016-cı il tarixli və xx xxxxx 2017-ci il tarixli protokollarda hadisənin baş verdiyi yer ətraflı təsvir edilmiş, həmin istintaq hərəkətləri zamanı müvafiq fotoşəkillər çəkilərək protokollara əlavə edilmişdir (cild 1, iş vərəqə 17-19, 75-77). İbtidai istintaq zamanı ifadəsi yerində yoxlanılarkən Zərərçəkmiş şəxs cinayət hadisəsinin baş verdiyi yeri, habelə ona qarşı cinayət törədilməsinin hallarını əyani olaraq ətraflı şəkildə göstərərək ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 35-38). İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs ilə Şahid1 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək Şahid1 Təqsirləndirilən şəxsla birlikdə ona qarşı törətdikləri cinayət əməlləri ilə bağlı ətraflı şəkildə bir daha Şahid1 üzünə qarşı bildirmişdir (cild 1, iş vərəqə 61). Məhkəmə-tibbi ekspertizasının xx xxxxxxx 2016-cı il tarixli 690 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ bazunun yuxarı 1/3-nin və sol bazunun orta 1/3-nin iç səthlərinin qançırları, eləcə də sol bazunun yuxarı 1/3-nin bayır səthinin sıyrıqları küt əşya (əşyalalar) təsirindən törənmişlər, zərərçəkənin göstərdiyi müddətdə və şəraitdə, yəni xx xxxxxxx 2016-cı il tarixdə qeyd olunan nahiyələrə yumruq və təpiklə vurma nəticəsində əmələ gələ bilərdirlər, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlərin xarakterik xüsusiyyətlərinə, lokalizasiyasına, eləcə də, müayinə olunan verdiyi anamnestik məlumatlara əsaslanıb xəsarətlərin özözünə yetirməsi nəticəsində deyil, kənar şəxs (şəxslər) tərəfindən yetirilmiş lokal zərbələr təsirindən törənə bilinmələri barədə fikir söyləmək mümkündür (cild 1, iş vərəqə 24-25). Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmünün surətindən görünür ki, Şahid1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.2.1-ci, 182.2.1ci,182.2.3-cü və 182.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.2.1-ci maddəsi ilə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1-ci,182.2.3-cü və 182.2.4-cü maddələri ilə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Şahid1 qəti olaraq 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir (cild 1, iş vərəqə 97-102). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 69-70). Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs dəymiş maddi ziyan, yəni 3000 ABŞ dolları və 100 manat pul Şahid1 atası tərəfindən ona tam şəkildə ödənilmişdir (cild 1, iş vərəqə 74). Zərərçəkmiş şəxs ibtidai istintaq orqanına ünvanladığı xx xxxxx 2017-ci il tarixli ərizəsində maddi ziyan Şahid1 valideyni tərəfindən ödənildiyindən sonuncuya qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmadığını, Təqsirləndirilən şəxs isə tutularaq məsuliyyətə cəlb olunmasını, onun qanun qarşısında cavab verməsini xahiş etmişdir (cild 1, iş vərəqə 78). Zərərçəkmiş şəxs xx xxxxxx 2020-ci il tarixdə hal-hazırda yaşadığı Kanadanın Toronto şəhərindən məhkəmə ilə əlaqə saxlayaraq vaxtilə ibtidai istintaq orqanında və digər təqsirləndirilən şəxsin barəsindəki məhkəmədə verdiyi bütün ifadələrini təsdiq etdiyini, ifadələrində əks olunmuş bütün məqamların obyektiv həqiqət olduğunu, şikayətçi olaraq əvvəlki mövqeyində qaldığını, Təqsirləndirilən şəxs qarşı münasibətinin dəyişmədiyini, heç bir halda bu şəxsi bağışlamaq və onunla barışmaq niyyətində olmadığını, ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının qanunları çərçivəsində haqq etdiyi cəzanın verilməsini təkidlə xahiş etdiyini bildirmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs özünün istifadəsində olan +1***-***-**-** saylı mobil nömrədən xx xxxxxx 2020-ci il tarixdə “WhatsApp” proqramı vasitəsilə məhkəməyə eyni məzmunlu videogörüntülü müraciətini də göndərmiş, məhkəmə iclasına da eyni texniki imkandan istifadə etməklə qoşularaq mövqeyini bir daha səsləndirmişdir. Həmin videogörüntü diskə köçürülərək cinayət işinin materiallarına əlavə etmişdir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir, təsnifata görə ağır cinayətlərdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə zor tətbiq edərək ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməməsinə, onun haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə pul tələb etməməsinə dair ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, cəzasını yüngülləşdirməyə yönəlmiş cəhdi kimi, Şahid1 hadisəni özünün tək törətməsinə, Rəşadın ümumiyyətlə bundan xəbərinin olmamasına dair ifadəsini öz xalası oğlu Təqsirləndirilən şəxs məsuliyyətdən yayınmaq cəhdi kimi qiymətləndirərək Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərini törətməsini tam sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Beləliklə, məhkəmə məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.2.1ci, 182.2.1-ci və 182.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.2.1-ci, 182.2.1-ci və 182.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2017-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ibtidai istintaq orqanından gizləndiyi üçün barəsində eyni tarixdə axtarış elan edilmişdir (cild 1, iş vərəqə 47-48). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli qərarı ilə ölkə hüdudlarından kənarda olan Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 90). Təqsirləndirilən şəxs xx xxx 2019-cu il tarixdə Rusiya Federasiyasında tutularaq xx xxxxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikasına ekstradisiya edilmişdir (cild 2, iş vərəqə 104-112) Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx xxx 2019cu il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ibtidai istintaq orqanının və məhkəmənin qərarları ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ibtidai istintaq zamanı Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən, məhkəmə mərhələsində isə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, ibtidai istintaq mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş 23 iş saatı həcmində iş hüquqi yardımla bağlı X4 vəkil işlədiyi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun hesabına 138 (yüz otuz səkkiz) manat məbləğində, məhkəmə mərhələsində göstərilmiş 46 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 276 (iki yüz yetmiş altı) məbləğində pul köçürülməlidir (cild 1, iş vərəqə 38). Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.1996-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.2.1-ci, 182.2.1-ci və 182.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.2.1-ci maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1-ci və 182.2.3-cü maddələri ilə 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx xxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına Müdafiəçi üçün 276 (iki yüz yetmiş altı) məbləğində pul köçürülsün. İbtidai istintaq mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 13 saylı Vəkil Bürosunun hesabına X5 üçün 138 (yüz otuz səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar