Məhkəmə qərarları › İş №1(101)-568/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-568/2021

01.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-568/2021 01.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Yusif oğlu Nəbiyevin sədrliyi ilə, Əfqan Niyətulla oğlu Hacıyev və Rasim Əkrəm oğlu Sadıxovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi: X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhər 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi: X6 iştirakları ilə xx xxxxxxx 1990-cı ildə Dəvəçi (Şabran) rayonunun Ağbaş kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Şabran rayonunun Ağbaş kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, bacısı X4 əri olan doğma xalası oğlu X11 tərəfindən qoyulmuş qadağalara baxmayaraq, bacısı X5 ailə üzvlərinin xəbəri olmadan mobil telefonundan istifadə edib sosial şəbəkələrdə ayrı-ayrı şəxslərlə ünsiyyətdə olması səbəbindən qısqançılıq zəminində yaranmış ailədaxili münaqişə zamanı növbəti dəfə qovulub atası evinə göndərildiynə və bununla əlaqədar onun özü tərəfindən əvvəllər edilmiş tənbeh və iradlardan nəticə çıxartmadığına görə bacısı X7 qəsdən həyatdan məhrum etməklə buna birdəfəlik son qoymaq qərarına gəlmiş, cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə 2020-ci il 31 avqust tarixidə saat təxminən 21.30-da idarə etdiyi **-ND-*** dövlət qeydiyyat nişanlı «Lada Priora» markalı avtomobili ilə Leyla Müsayıbovanın rayonun Ağbaş kəndində müvəqqəti olaraq qaldığı xalası Zərnigar Mahmudovanın evinə gəlmiş, orada qohumlarını «bacısı Leyla Müsayıbovanı söhbət etmək üçün əri evinə aparmaq məqsədilə gəlməsi» adı ilə aldadıb onu avtomobilə mindirərək Samur-Abşeron su kanalının Şabran rayonunun Ağbaş kəndi ərazisində kənd qəbristanlığının yaxınlığından keçən hissəsinin üzərindən salınmış dəmir körpü istiqamətində hərəkət etməyə başlamış, hara və nə məqsədlə aparıldığını başa düşən bacısının yol boyu, eləcə də körpünün üstündə yalvarıb öldürməməyini xahişlərinə məhəl qoymamış, quruluşuna, relyefinə və su axınının surətinə görə bu kanala düşən üzə bilməyən istənilən şəxsin konkret şəraitdə sağ qalma imkanının olmadığını özü üçün əminliklə yəqin etdiyindən və bunu arzuladığından Leyla Müsayıbovanın qolundan tutub körpünün kənarındakı qoruyucu dəmirin üstünə qaldıraraq oradan itələyib kanala atmış, suda boğularaq ölən Leyla Müsayıbovanın meyiti kanalın Siyəzən rayonu ərazisindən keçən hissəsində aşkar edilərək çıxarılmış, bununla da digər şəxsi qəsdən həyatdan məhrum etməklə qəsdən adam öldürmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməl üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Şabran rayonunun Ağbaş kəndində anası Gülcamal, atası Oqtay, qardaşı Natiq, qardaşı arvadı Maxru və qardaşı uşaqları Məryəm, Həcər və Oqtay ilə birlikdə yaşamışdır. Ailədə 3 uşaq olmaqla 2 qardaş, 1 bacıdırlar. Bir neçə ildir ki, özünə məxsus **-ND-*** dövlət qeydiyyat nişanlı “Priora” markalı avtomobillə Şabran-Bakı-Şabran marşurutu ilə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. X1 xalası oğlu X17 ilə ailəlidir və birgə nikahdan ikisi oğlan, ikisi qız olmaqla 4 (dörd) övladı var. Ailə qurduqları vaxtdan Zaur Müsayibova məxsus Şabran şəhərinin 5-sotlar massivindəki fərdi yaşayış evində yaşamış, aralarında arabir ailədaxili narazılıqlar olmuşdur. Təxminən 5-6 il əvvəl Zaurla bacısı Leyla arasında mübahisə olan zaman o, bacısının istifadə etdiyi mobil telefonun vatsapp proqramında onun tanımadığı və kim olmasını müəyyən edə bilmədiyi yad bir oğlanla ünsiyyət saxladığını aşkar etmişdir. Hələ o vaxtı bu hadisəyə görə bacısını öldürmək istəsə də, balalarının xətrinə onu bağışlamış və döyməklə kifayətlənmişdir. Sonradan bacısı Zaur Müsayibovla barışmış, yenidən birlikdə yaşamağa davam etmişlər. Həmin hadisədən sonra bacısını bağışlasa da, onu öldürmədiyinə görə özünü hələ də bağışlaya bilməmiş, nə qədər çalışsa da, bacısının bu hərəkətini beynindən silə bilməmişdir. Bundan sonra hər dəfə aralarında mübahisə yarananda Zaur Müsayibov ona zəng vurmuş, o, gedib onları barışdırmış, onların ailəsinin dağılmamasına çalışmışdır. 31.08.2020-ci il tarixdə, axşam saatlarında, yeznəsi Zaurun qardaşı Elçin Müsayibov ona zəng vuraraq bacısının gizlin telefon istifadə etdiyini tutduqlarını və həmin məsələnin araşdırılmasından ötrü bacısını gətirib Ağbaş kəndinə qoyub gedəcəyini bildirmişdir. O telefonda mübahisə edib onu söymüş və Şabran şəhərinə gəlib söhbət edəcəyini bildirmişdir. Həmin gün saat 20:45-də yaşadığı Ağbaş kəndində evə gəlib bacısı Leylanın orada olub-olmadığını soruşmuş, bacısının həmin kənddə qonşuluqda yaşayan xalası Zərnigar Mahmudovanın evində olduğunu biləndə idarə etdiyi “Priora” markalı avtomobili ilə ora getmişdir. Xalasıgildə xalası oğlu Elməddini, digər xalası Əminəni, xalasının yoldaşı Sədrəddini və evdə olan digər qohumlarını aldadıb bacısı Leylanı söhbət etməkdən ötrü əri evinə aparacağını bildirmişdir. Leylanı maşına mindirib birbaşa Ağbaş kənd qəbirsanlığın ətəyində yerləşən dəmir körpünün üstünə aparmış, avtomobili körpünün üstündə saxladıqdan sonra Leylanın qolundan tutub onu avtomobildən düşürtmüş, bu zaman onun əynində olan qarışıq rəngli şal və ayağındakı narıncı rəngli çəkələklər (tapoçkalar) avtomobilinin arxa oturacağında qalmışdır. Leylanı avtomobildən düşürən kimi qolundan tutub körpünün kənarındakı qoruyucu dəmirin üstünə qaldıraraq oradan itələyib kanala atmışdır. Bacısı evdən çıxıb kanala çatana kimi ona yalvarıb öldürməməyi xahiş etsə də, əsəbi vəziyyətdə olduğuna görə yalvarışlarına məhəl qoymayıb onu öldürmək istəyini başa çatdırmışdır. Bundan sonra avtomobilinə əyləşib, bacısını öldürdüyünü bildirmək məqsədi ilə yeznəsi Zaur Müsayibovun yaşadığı evinə getmişdir. Zaur Müsayibovun evinin qarşısına gəlib çıxdıqda orada olan polis əməkdaşları onu saxlayıb avtomobili ilə birgə Şabran rayon polis şöbəsinə gətirmişlər. Rayon polis şöbəsində o, bacısı Leyla Müsayibovanı kanala atıb öldürdüyünü etiraf etmişdir. Hazırda törətdiyi əməldən peşmandır ki, bacısının dörd azyaşlı uşağı anasız qalmışdır. İttiham olunduğu cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı cinayət işinin aşağıda şərh edilən hallarının məcmusu ilə tam sübuta yetirilir. Belə ki, məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X11 ifadəsində göstərdi ki, ünvan 2 ünvanında arvadı Zərərçəkmiş şəxs, oğlanları Ömər, Qulu, qızları Göyçəy və Zəhra ilə birlikdə yaşamışdır. 2007-ci ilin iyun ayında xalası qızı Zərərçəkmiş şəxs ilə rəsmi nikaha girib ailə həyatı qurmuşdur. Əvəllər aralarında heç bir münaqişə və dava-dalaş olmamış, lakin 2019-cu ilin təxminən yay aylarından arvadı Leylanın başqa kişilər ilə telefonda danışmağı barədə onda şübhə yaranmışdır. Leylanın istifadə etdiyi telefonun “vatçap” sosial şəbəkəsinə baxdığı zaman tanımadığı telefon nömrəsi ilə danışdığını görmüşdür. Həmin telefon nömrəsinə zəng etmiş, tanımadığı kişi cavab versə də danışıqları baş tutumamışdır. Leyladan Samsunq markalı telefonu və istifadə etdiyi mobil nömrəni alaraq danışmağa imkan verməmi və Leylanı uşaqları ilə birlikdə aparıb Ağbaş kəndində atası Oqtayın yaşadığı evə qoymuşdur. 2-3 gün keçdikdən sonra Leylanın qardaşı Natiq onu onların yaşadıqları evə gəltirib bir də belə bir əmələ yol verməyəcəyini bildirərək barışmaqlarını istəmişdir. O, əmin olmuşdur ki, Leyla etdiyi əməllərdən peşmandır və bir daha belə hərəkətə yol verməz. Üstündən bir müddət keçdikdən sonra 2020-ci ilin mart ayında yaşadığları fərdi yaşayış evinə gəldiyi zaman arvadı Leylanın mobil telefon vasitəsi ilə kiminləsə danışdığını görmüşdür. Leyla onu görən kimi mobil telefonu gizlətmək istəmiş, buna imkan verməyib mobil telefonu əlindən almaq istəyəndə telefon sınmış, buna görə onun hansı mobil nömrədən istifadə etdiyini müəyyən edə bilməmişdir. Leyladan kiminlə danışdığını və telefonu necə əldə etdiyini soruşduqda o, həmin telefonu küçədən tapdığını və heç keslə danışmadığını bildirmişdir. Həmin hadisədən təxminən 10-15 gün sonra yaşadığı evdə nömrəsiz mobil telefon tapmış, ekranı sınıq olduğuna görə, onun menyusuna daxil olmaq mümkün olmamış, bu səbəbdən heç bir məlumat əldə edə bilməmişdir. 29.08.2020-ci il tarixdə yaşadığı evə gələndə görmüşdür ki, Leylanın əlində mobil telefon var, onu Leylanın əlindən almaq istəyərkən mobil telefon sınmışdır. Elə bu vaxtı Leyla mobil telefonun üzərində olan sim kartı götürərək sındırmış, həmin sınmış sim kartı Leyladan alaraq evdə gizlətmişdir. Sim kartı ələ keçirsə də, Leylanın hansı mobil nömrədən istifadə etdiyini müəyyən edə bilməmişdir. Leyla ondan gizlin mobil telefondan istifadə etdiyi üçün anası Maycamal, atası Gülbala, qardaşı Elçini yaşadığı çağıraraq Leyladan mobil telefonla kiminlə danışdığını soruşmuşdur. O heç kimlə danışmadığını, sonra isə uşaqların sinif yoldaşlarının valideyinləri ilə, daha sonra isə Ruslan adlı şəxslə danışdığın bildirmişdir. Ruslanın ona guya uşaqlarını öldürəcəyi ilə hədələdiyini bildirmişdir. 29.08.2020-cu il tarixdə telefonu Leylada tutduğu zaman onun üz və bədən nahiyyələrinə bir neçə dəfə sillə və yumruq vurmuşdur. 31.08.2020-ci il tarixdə, saat 09 radələrində Leyla Ağbaş kəndində yaşayan atası Oktayın evinə getmək istədiyini bildirmiş, cavabında ona “cəhənnmə qədər yolun var, getmək istəyirsən get” demişdir. Atası Gülbala, anası Gülcamal və qardaşı Elçin özünə məxsus Mersedes markalı avtomobili ilə Leylanı və uşaqları Ağbaş kəndinə atası evinə apararaq orada qoyub geri qayıtmışlar. 31.08.2020-ci il tarixdə saat 21:12-də Leylanın qardaşı Elşən ona zəng vurub əsəbi halda baş verənlərdə günahkar onun olduğunu, bu vəziyyətdə onun özünü kişi kimi aparmadığını bildirərək telefonu söndürmüşdür. Bundan sonra qardaşı Elçinə də zəng vurub eyni sözləri ona da demişdir. Bir qədər sonra xalası Əminə anası Macamala zəng vurub Elşənin Leylanı götürüb apardığını bildirərək gəlib çatıb çatmadıqlarını soruşmuşdur. Anası Maycamal DİN 102 zəng mərkəzinə zəng vurub Elşənin gəlib burada hər hansı bir hadisə törədə biləcəyindən ehtiyat edərək polisləri çağırmışdır. Təxminən 1 saat sonra Elşən yaşadıqları evə gəlmiş, oradan polislər Elşəni götürüb aparmışlar. Sonradan polislərdən eşitmişdir ki, Elşən Leylanı su kanalına atmışdır. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur, uşaqlarının dayısıdır, xahiş edir ki, ona yüngül cəza verilsin. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 zərərçəkmiş şəxsin hüquqi varisi Zaur Musayibovla eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, Şabran rayonunun Ağbaş kəndində ailə üzvləri arvadı Gülcamal, oğlanları Natiq, Elşən, gəlini Maxru və nəvələri ilə birlikdə yaşayır. Qızı Leyla 2007-ci ilin iyun ayında baldızı Macamalın oğlu Zaur Musayibovla ailə həyatı quraraq Şabran şəhəri, 5 sotlar yaşayış massivində yaşamışdır. Birgə nikahlarından 4 nəfər uşaqları vardır. Evlilik dövründə münasibətləri yaxşı olmuşdur. 2019-cu ilin təxminən mart ayında Zaur Leylanın telefonla kiminləsə danışdığını tutaraq bu əməlinə görə onu gətirib yaşadıqları evə qoymuş, ona və arvadı Gülcamala Leylanın telefonla kiminləsə danışdığını bildrimişdir. Arvadı Gülcamal və oğlu Natiqlə Leylanı özləri tənbeh edərək düzgün yolda olmadığını, həqitətən də kiminləsə danışırsa buna son qoymağını, yalnız ailəsinin işləri ilə məşğul olmağını bildirmişlər. O da bir daha heç kimlə danımayacağını, tutduğu əmələ görə peşman olduğunu bildimişdir. Bundan sonra Leyla əri Zaur ilə barışmışdır. 31.08.2020-cil tarixdə saat 18 radələrində evdə olduğu zaman baldızının yoldaşı Gülbalanın, baldızı Macamalın, oğlu Elçinin, qızı Leylanın və nəvələrinin onlara gəldiyini görmüş, X23 tərəfindən 29.08.2020-ci l tarixdə icazəsiz telefon işlətdiyini və telefonla kiminləsə danışdığını tutduğunu bildirmişdir. Məhz bu səbəbdən Leylanı tənbeh edib düzgün yola çağırmalarını ona və yoldaşı Gülcamala bildirərək getmişlər. Taksi fəaliyyət ilə məşğul olan Elşən həmin vaxtı evdə olmamışdır. Leyla isə qonşuluqlarında yaşayan baldızı Zərnigargildə olmuşdur. Həyətdə saxladığı malqaraya yem verməyə başı qarışdığından sonradan bilmişdir ki, Elşən əsəbi şəkildə gələrək Leylanı soruşmuş, Leylanın baldızı Zərnigar gildə olduğunu bilərək Elşən onlara getmiş, əsəbi və təlaşlı şəkildə Leylanı “Lada Priora” markalı avtomobilinə mindirib əri Zaurun evinə aparacağını bildirmişdir. Elşənin mobil telefonuna dəfələrlə zəng vursa da, ona zəng çatmamışdır. Axşam 22 radələrində kənd camaatı X24-Abşeron su kanalının Ağbaş kəndi ərazisində kənd qəbristanlığı yaxınlığından keçən hissəsinin üzərində salınmış körpüdən suya atdığını bildirmişlər. Səhərə yaxın Leylanın meyitini həmin kanalın Siyəzən rayonu ərazisindən keçən hissəsindən tapmışlar. Elşən Leylanı mobil telefonla başqa kişilər ilə danışdığına görə öldürmüşdür. Oğlu Elşən xasiyyətcə çox sərt və əsəbi olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 Oqtay oğlu şahid X9 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, əri Gülbala və oğlu Elçin ilə birlikdə yaşayır. Digər oğlu Zaur Şabran rayonunun 5 sotlar yaşayış massivində özünə məxsus evdə yaşayır. 2007-ci ilin iyun ayında Zaur X10 ilə rəsmi nikaha girib. 2019-cu ilin təxminən yay aylarından Zaur Leylanın başqa kişilərlə telefonda danışmağını tutduğuna görə Leylanı uşaqları ilə birlikdə gətirib Ağbaş kəndində atası Oqtayın yaşadığı evə qoymuşdur. 2-3 gün keçdikdən sonra Leylanın qardaşı Natiq Leylanı onların yaşadıqları evə gətirib bir də belə bir əmələ yol verməyəcəyini bildirərək Zauru Leyla ilə barışdırmışdır. Üstündən bir müddət keçdikdən sonra 2020-ci ilin mart ayında oğlu Zaur Leylanın yenidən mobil telefonla kiminləsə danışdığını görmüş, bununla əlaqədar onların arasında mübahisə olmuşdur. 29.08.2020-ci il tarixdə oğlu Zaur yaşadıqları evə gələn zaman görmüşdür ki, Leylanın əlində mobil telefon var, onun əlindən həmin telefonu almaq istərkən telefon sınmışdır. Bunu görən Leyla mobil telefonun üzərində olan sim kartı götürərək sındırmışdır. Leylanın Zaurdan gizlin mobil telefon və nömrə işlətdiyi üçün əri Gülbala və oğlu Elçin ilə birlikdə onların yaşadıqları evə gedib Leyladan kiminlə danışdığını soruşmuşlar. O, əvvəlcə heç kimlə danışmadığını, sonra isə uşaqlarının sinif yoldaşlarının valideyinləri ilə, daha sonra isə Ruslan adlı şəxslə danışdığını, guya Ruslan hədə qorxu gələrək onunla danışmasa onu və uşaqlarını öldürəcəyi ilə hədədiyini bildirmişdir. 31.08.2020-ci il tarixdə saat 09 radələrində Leyla Zaura bildirmişdir ki, Ağbaş kəndində yaşayan atası Oktayın evinə getmək istəyir. Buna görə də o, əri Gülbala və oğlu Elçin özünə məxsus Mersedes markalı avtomobili ilə Leylanı və uşaqları Ağbaş kəndində yerləşən atası Oktayın evinə aparmışlar. Leylanın gizlin telefon işlətdiyini və kiminləsə danışdığını Leylanın atası Oktaya və bacısı Gülcamala bildirərək Leylanı və uşaqları orada qoyub geri qayıtmışlar. 31.08.2020-ci il tarixdə saat 22 radələrində oğlu Zaurun evində olduqları zaman əri Gülbalaya Leylanın atası Oktay zəng vuraraq Elşənin Leylanı apardığını bildirib telefonu qapatmışdır. Ondan əvvəl isə Ağbaş kəndində Oqtaygillə qonşuluqda yaşayan bacısı Əminə zəng vuraraq Elşənin Leylanı apardığını bildirmişdir. O baş verənlərdən təşvişə düşərək DİN 102 zəng mərkəzinə zəng vuraraq bildirmişdir ki, oğlunun qaynı Elşən gələrək burda hər hansı bir hadisə törədə biləcəyi ehtimalı var və bu səbəbdən polisləri çağırmışdır. Təxminən yarım saat sonra Elşən yaşadıqları evə gəlmiş, bu zaman ondan əvvəl gələn polislər Elşəni aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Şabran rayonunun Ağbaş kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Qızı Leyla 2007-ci ilin iyun ayında bacısı Macamalın oğlu Zaur Musayibovla ailə həyatı quraraq Şabran şəhərinin 5 sotlar yaşayış massivində yaşamışdır. Birgə nikahlarından 4 nəfər uşaqları var. Evlilik dövründə münasibətləri yaxşı olmuşdur. 2019-cu ilin təxminən mart ayında Zaur Leylanın telefonla kiminləsə danışdığını tutduğundan aralarında mübahisə olmuşdur. Leylanın bu əməlinə görə Zaur onu gətirib yaşadıqları evə qoymuş, ona və əri Oqtaya Leylanın telefonla kiminləsə danışdığını bildrmişdir. Əri Oqtay və oğlu Natiqlə Leylaya düzgün yolda olmadığını, əgər kiminləsə danışırsa buna son qoymağını, yalnız ailəsinin işləri ilə məşğul olmağını bildirmişlər. Leyla da bir daha heç kimlə danımayacağını, tutduğu əmələ görə peşman olduğunu bildimişdir. Bundan sonra Leyla əri Zaurla barışmış, öz ailəsi ilə normal qaydada yaşayaraq elə bir problemin olmasını eşitməmişdir. 31.08.2020-cil tarixdə saat 18 radələrində bacısının yoldaşı Gülbalanın, bacısı Macamalın, bacısı oğlu Elçinin, qızı Leylanın və nəvələrinin onlara gəldiyini görmüşdür. X23 tərəfindən 29.08.2020-ci il tarixdə icazəsiz telefon işlətdiyini və telefonla kiminləsə danışdığını tutduğunu deyib bu səbəbdən Leylanı tənbeh edib, düzgün yola çağırmalarını onlara bildirərək getmişlər. Taksi fəaliyyət ilə məşğul olduğu üçün Elşən həmin vaxtı evdə olmamış, Leyla isə qonşuluqlarında yaşayan bacısı Zərnigargildə olmuşdur. Saat 21 radələrində Elşən yaşadıqları evə gələrək əsəbi şəkildə Leylanın harda olduğunu soruşmuş və Leylanın qonşuluqlarında yaşayan baldızı Zərnigar gildə olduğunu bildiyindən onlara getmiş, əsəbi şəkildə Leylanı avtomobilinə mindirib əri Zaurun evinə aparacağını bildirmişdir. Elşənin mobil telefonuna dəfələrlə zəng vursalar da onun mobil nömrəsinə zəng çatmamışdır. Saat 22 radələrində kənd camaatı X24-Abşeron kanalının Ağbaş kəndi ərazisində kənd qəbristanlığı yaxınlığından keçən hissəsinin üzərində salınmış körpüdən suya atdığını bildirmişlər. Səhərə yaxın bilmişdir ki, Leylanın meyiti həmin kanalın Siyəzən rayonu ərazisindən keçən hissəsindən tapılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Ağbaş kəndində yaşayır. X10 2007-ci ilin iyun ayında digər bacısı Macamalın oğlu Zaur Musayibovla ailə həyatı quraraq Şabran şəhərinin 5 sotlar yaşayış massivində yaşamışdır. Onların evlilik dövründə münasibətləri yaxşı olmuş, lakin sonradan münasibətləri korlanmışdır. Belə ki, 2019-cu ilin təxminən mart ayında Zaur Leylanın telefonla kiminləsə danışdığını tutmuş və bu səbəbdən aralarında mübahisə olmuşdur. Leylanın bu əməlinə görə Zaur onu ata evinə qoymuş, Oqtaya və Gülcamala Leylanın telefonla kiminləsə danışdığını bildirmişdir. 2-3 gün keçdikdən sonra Leylanın qardaşı Natiq onu onların yaşadıqları evə gəltirib bir də belə bir əmələ yol verməyəcəyini bildirərək barışmaqlarını istəmişdir. Bundan sonra Zaur Leyla ilə barışaraq normal yaşamışlar. 31.08.2020-cil tarixdə saat 21 radələrində evdə qonaq otağında oturub çay içdiyi zaman bacısı qızı Leyla onlara gəlmiş, Leylaya da 1 stəkan çay süzərək qonaq otağında oturub söhbət etmişlər. Təxminən 5-10 dəqiqə keçmiş bacısı oğlu Elşən həyacanlı şəkildə ona salam verərək Leylanı əri evinə aparmağa gəldiyini bildirmişdir. Elşən Leylanı idarə etdiyi avtomobilə əyləşdirərək onların evlərindən aralaşmışlar. Təxminən 30-40 dəqiqə sonra məlum olmuşdur ki, X27-Abşeron kanalına su ataraq öldürmüşdür. Cinayət işinin 100-108-ci vərəqlərində olan hadisə yerinə baxış keçirilməsi haqqında 31 avqust 2020-ci il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi yer Samur-Abşeron su kanalının Şabran rayonunun Ağbaş kəndi ərazisində kənd qəbirastanlığı yaxınlığından keçən hissəsinin üzərindən salınmış körpüdür. Körpünün kənarında qoruyucu dəmir mövcuddur. Kanalın dərinliyi təxminən 3 metrdir. Kanalın kənarları beton təbəqədir. Həmin körpünün üzərində avtomobil şini və ayaqqabı izləri müşahidə edilir. Körpünün üzərində və ətrafında qana bənzər ləkələr və iş üçün əhəmiyyət kəsb edən maddi sübut, predmet, insan meyiti aşkar edilmədi. 01.09.2020-ci il tarixli baxış protokolundan görünür ki, Leyla Musayibovanın meyiti Samur-Abşeron su kanalının Siyəzən rayon ərazisindən keçən hissəsində Ceyranbatan istiqamətində kanalın sağ sahilində 30-cu km-dəki ərazidə aşkar edilmiş, Siyəzən rayon polis şöbəsinin əməkdaşlarından daxil olmuş məlumat əsasında axıntıda olan meyit kanaldan çıxarılmış və rayon prokurorluğunun əməkdaşları tərəfindən müvafiq qaydada meyitə baxış keçirilmişdir. Cinayət işinin 195-198-cı vərəqlərində olan məhkəmə-tibbi ekspertizasının 29.09.2020-ci il tarixli, 14 nömrəli rəyindən görünür ki, X2 meyitinin xarici müayinəsində üzün sol yarısının, hər iki dodağın selikli qişasının, döş qəfəsinin hər iki yarısının ön divarının, sağ və sol çiyin qurşağının, hər iki bazu və said nahiyələrinin, sağ dirsəyin, sol dizin və sağ iç topuğun, sağ budun və sağ baldırın çoxsaylı qançırları, sağ çiyin qurşağının, sol biləyin, sol budun, hər iki dizin və sol baldırın sıyrıqlarından ibarət bədən xəsarətləri, daxili müayinəsində tez baş verən asafiktik ölümün əlamətləri (daxili üzvləri doluqanlılığı, duruqanlılıq və şair) aşkar edilmişdir. Həmin xəsarətlər həyatidir və şəxsin ölümündən əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdır, canlı adamlarda sağlamlığa zərər vurmadığından dərəcələri təyin edilməyən bədən xəsarətlərinin əlamətlərinə malikdir. Üzün hər iki dodaqların, döş qəfəsinin, sağ çiyin qurşağının, sağ bazunun, sağ dirsəyin, hər iki saidin, sol diz və sağ iç topuq nahiyyələrinin yaranma müddəti onun ölümündən 1-2 günə qədər əvvələ, sol çiyin qurşağı, sol bazu, sağ bud və sağ baldır nahiyələrinin qançırlarının yaranma müddəti ölümündən 5-8 gün əvvələ uyğun gəlir. Sağ çiyin qurşağı, sol bilək, sol bud, hər iki diz və sol baldır nahiyələrinin sıyrıqları şəxsin ölümündən qısa müddət əvvəl baş vermiş, müxtəlif şəraitlərdə, eləcə də suya düşmə anında kanalın beton örtüyü ilə təmasda olması və ya iti axan suda hərəkəti zamanı bərk küt əşyanın təsirindən yarana bilməsi inkar olunmur. L.Museyibovanın ölümünə səbəb tənəffüs yollarının maye ilə tutulması nəticəsində baş verən mexaniki asfiksiya olmuşdur. Onun ölümünün baş vermə vaxtı ilkin meyit əlamətlərinə əsasən meyidin meyitxanada müayinə anından 6-12 saat əvvələ uyğun gəlir. L.Müseyibovanın meyidindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində qanda alkohol, narkotik və psixotrop maddələr aşkar olunmamışdır. Cinayət işinin 190-194-cü vərəqlərində olan 28.08.2020-ci il tarixli, 1672 saylı kompleks ambulator məhkəmə-psixatrik və məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işi materiallarından və halhazırki psixatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə zərurət yoxdur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional sferasında hirslilik, həyəcan yaranmış, həmin halın yaranması onda müəyyən edilən xasiyyətin psixopatik cizgiləri ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət əməli törədərkən emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji və ya psixoloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətləri nəzərə alınaraq, cinayət hadisəsinin baş verdiyi şaraiti (iş üçün əhməiyyətli halları) düzgün qavraya bilər. Cinayət işinin 130-133-cü vərəqlərində olan protokoldan görünür ki, Zaur Musayibov ona təqdim edilmiş əşyalar arasında mərhum arvadı leyla Musayibovaya məxsus və baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi «Lada Priora» markalı avtomobilin salonundan aşkar edilərək götürülmüş çəkələk (tapıçka) və şalı tanımış, bu isə ona dəlalət edir ki, sonuncu kanalın üzərindəki körpüdə bacısını avtomobildən düşürüb kanala atanda, sözügedən əşyalar avtomobilin salonunda qalmışdır. Cinayət işinin 199-202-ci vərəqlərində olan 13.10.2020-ci il tarixli, 3/1095 nömrəli məhkəmə ballistik ekspertizanın rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş “1” rəqəmi ilə işarələnmiş zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı turist bıçağıdır, üzərində sonradan hər hansı əlavə dəyişiklik edilməmişdir, rəyin tədqiqi hissəsində göstərilən səbəbdən istifadəyə yararsızdır, soyuq silah hesab edilmir. Tədqiqata təqdim olunuş “2” rəqəmi işarələnmiş kustar üsulla hazırlanmış, bir tərəfi kəsici ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı turist bıçağıdır, üzərində sonradan hər hansı əlavə dəyişiklik edilməmişdir, rəyin tədqiqi hissəsində göstərilən səbəbdən istifadəyə yararsızdır, soyuq silah hesab edilmir. Tədqiqata təqdim olunuş “3” rəqəmi işarələnmiş kustar üsulla hazırlanmış, bir tərəfi kəsici ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı turist bıçağıdır, üzərində sonradan hər hansı əlavə dəyişiklik edilməmişdir, rəyin tədqiqi hissəsində göstərilən səbəbdən istifadəyə yararsızdır, soyuq silah hesab edilmir. Cinayət işinin 53-cü vərəqində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Lada Priora” markalı **-ND-*** dövlət nömrə nişanlı avtomobilinə baxış zamanı götürülmüş 3 ədəd bıçaq, 1 ədəd şal və 1 cüt çəkələk iş üzrə iş üzrə maddi sübut kimi tanınmışdır. İttiham olunduğu cinayət əməlinin təqsirləndirilən şəxs tərəfindən törədilməsi iş üzrə olan şahidlər və zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri, baxış, götürmə protokolları, eləcə də məhkəmə ekspertiza rəyləri və işin digər faktiki halları ilə, habelə təqsirləndirilən şəxsin ifadəsi ilə tam sübuta yetirilir, həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri digərini əlaqəli şəkildə tamamlayaraq iş üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin tələbinə əsasən, iş üzrə digər sübutlarla tam təsdiq olunduğundan təqsirləndirilən şəxsin ifadəsini, eyni zamanda, CPM-in 144-146-cı maddəsinə əsasən şərh olunan ifadələri, protokolları və ekspertiza rəyini irəli sürülmüş ittihamın həlli üçün mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən, cinayət hadisəsinin baş vermə faktı və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və əməlin törədilməsində təqsirliliyinə dair yuxarıda geniş şəkildə təhlil edib bir-biri ilə müqayisə edərək mənbəyinin mötəbərliliyini müəyyənləşdirdiyi sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutlar üzrə tam, hərtərəfli və obyektiv araşdırma apararaq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi cinayət işi üzrə olan sübutların məcmusu, həmçinin işin faktiki halları ilə tam sübuta yetirilir, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur, Təqsirləndirilən şəxs CM-nin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Cinayət işinin 24-cü vərəqində olan protokoldan və 80-82-ci vərəqlərində olan qərardan görünür ki, həbsetmənin əvvəli 01 sentyabr 2020-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 153-cü vərəqində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin 170-172-ci vərəqlərində olan arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şabran rayonunun Ağbaş kəndində anası və atası ilə birlikdə yaşadığı müddətdə özünü nümunəvi sakin kimi aparmış, kənd ağsaqqallarının hörmətini qazanmış, həmyaşıdları arasında böyük nüfuza malikdir. Onun barəsində heç bir şikayət olmamışdır. Məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi Zaur Musayibovun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi, əməlindən peşman olması, əvvəllər məhkum olunmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. Məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsində deyilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 60-cı maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02.04.2012-ci il tarixli qərarının 3-cü bəndində deyilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsində qeyd olunan “bu Məcəllənin 59.1.9 və 59.1.10-cu maddələrində” müddəası bu maddələrdə nəzərdə tutulan halların həm məcmu şəklində, həm də təqsirin formasından, cinayətin xarakterindən asılı olaraq müstəqil tətbiqini nəzərdə tutur. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda cəza təyini zamanı CM-nin 60-cı maddəsinin tələbi nəzərə alınmalıdır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, «Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almaqla cəza məsələsini həll edərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın CM-də nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə müvafiq olaraq, ibtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 01 sentyabr 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilməməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində iş üzrə CM-nin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Maddi sübut olaraq Şabran Rayon Prokurorluğunda saxlanılan 3 ədəd bıçaq, 1 ədəd şal və 1 cüt çəkələk dəyərsiz olduğu üçün məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfini təşkil edən 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Təqsirləndirilən şəxsin hüquqlarını ibtidai istintaq zamanı fərdi fəaliyyət göstərən vəkil X14, məhkəmə iclaslarında isə təyinatla Bakı şəhər 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X14 üçün 240 (iki yüz qırx) manat, Müdafiəçi üçün 228 (iki yüz iyirmi səkkiz) manat onun fəaliyyət göstərdiyi Bakı şəhəri 2 saylı vəkil bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 9 (doqquz) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 01 sentyabr 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut olaraq Şabran Rayon Prokurorluğunda saxlanılan 3 ədəd bıçaq, 1 ədəd şal və 1 cüt çəkələk məhv edilsin. Məhkəmə məsrəfini təşkil edən 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X14 üçün 240 (iki yüz qırx) manat, Müdafiəçi üçün 228 (iki yüz iyirmi səkkiz) manat onun fəaliyyət göstərdiyi Bakı şəhəri 2 saylı vəkil bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surətinin Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Mahmud Nəbiyev Əfqan Hacıyev Rasim Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar