Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-568/2022 19.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Sadıxov Rasim Əkrəm oğlunun sədrliyi ilə, hakimlər Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, müdafiəçilər: Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X8 və «KREDO» Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə açıq məhkəmə iclasında
1. xx.xx.1984-cı ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işləməyən, ailəli, himayəsində iki azyaşı uşağı olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə
2. xx.xx.1981-cı ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay əvvəllər məhkum olunmuş, işləməyən, Lənkəran rayonu, Şiləvar kəndində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni əldə edərək daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və külli miqdarda psixotrop maddə əldə edib satmaq məqsədi ilə Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan «Fəyyaz» adlı şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək istintaqa məlum olmayan tarixdə Lənkəran rayonu Şiləvər kəndinin girişində yolun kənarında sonuncu tərəfində gizlədilmiş satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 48.099 qram çəkidə psixotrop maddə metamfetamini, külli miqdarda 24 ədəd üzərilərində “Methadone 40” göstəriciləri olan dərman konvolyutlarında ümumi sayı 240 ədəd (konvolyutda 10 ədəd həb olmaqla) açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həbdərində təciredici maddəsinin ümumi miqdarı 9.6 qram təşkil edən Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitə olan metadonu və 32.762 qram çəkidə narkotik vasitə tiryəki Təqsirləndirilən şəxs2la əldə edib daşıyaraq, narkotik vasitənin bir qismini o, bir qismini Təqsirləndirilən şəxs2 üzərində, qalan hissəsini yaşadığı ünvanda saxlamış, 24.07.2021-ci il tarixdə AR DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əmədaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 22:30 radələrində o, Təqsirləndirilən şəxs2 ilə birlikdə ünvan 3 ünvanın qarşısında saxlanılaraq ünvan 4ləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş və orada saat 23:50-də hər ikisinin üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs2 əynindəki tünd göy rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 4.023 qram olan kustar üsulla hazırlanmış küllü miqdar psixotrop maddə - metamfetamin, 3 ədəd üzərilərində “Methadone 40” göstəriciləri olan dərman konvolyutlarında ümumi sayı 30 ədəd (konvolyutda 10 ədəd həb olmaqla) açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həbdərində təciredici maddəsinin ümumi miqdarı 1,2 qram təşkil edən Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitə olan metadon, onun əynindəki açıq göy rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 8,067 qram olan kustar üsulla hazırlanmış küllü miqdarda psixotrop maddə - metamfetamin, 2 ədəd üzərilərində “Methadone 40” göstəriciləri olan dərman konvolyutlarında ümumi sayı 20 ədəd (konvolyutda 10 ədəd həb olmaqla) açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həbdərində təciredici maddəsinin ümumi miqdarı 0,8 qram təşkil edən Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitə olan metadon, bir ədəd sellofan bükümdə təmiz çəkisi 9,124 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki aşkar edilib götürdükdən sonra onun yaşadığı Bakı şəhəri, Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsi ev 38 B, mənzil 269-da baxış keçirilən zaman yataq otağında yerləşən dolabdan idman çantanın içərisindən 2 ədəd sellofan bükümdə ayrıayrılıqda təmiz çəkiləri 13,817 qram, 22,192 qram, ümumi təmiz çəkisi 36,009 qram olan kustar üsulla hazırlanmış eyni tərkibli küllü miqdarda psixotrop maddə - metamfetamin, bir ədəd sellofan bükümdə təmiz çəkisi 23,638 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 19 ədəd üzərilərində “Methadone 40” göstəriciləri olan dərman konvolyutlarında ümumi sayı 190 ədəd (konvolyutda 10 ədəd həb olmaqla) açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həbdərində təciredici maddəsinin ümumi miqdarı 7,6 qram təşkil edən küllü miqdarda Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitə olan metadon və səthində psixotrop maddə metamfetaminə məxsus izləri olan elektron tərəzi aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni əldə edərək daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və külli miqdarda psixotrop maddə əldə edib satmaq məqsədi ilə Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan «Fəyyaz» adlı şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək istintaqa məlum olmayan tarixdə Lənkəran rayonu Şiləvər kəndinin girişində yolun kənarında sonuncu tərəfində gizlədilmiş satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 48.099 qram çəkidə psixotrop maddə metamfetamini, külli miqdarda 24 ədəd üzərilərində “Methadone 40” göstəriciləri olan dərman konvolyutlarında ümumi sayı 240 ədəd (konvolyutda 10 ədəd həb olmaqla) açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həbdərində təciredici maddəsinin ümumi miqdarı 9.6 qram təşkil edən Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitə olan metadonu və 32.762 qram çəkidə narkotik vasitə tiryəki Təqsirləndirilən şəxs1la əldə edib daşıyaraq, narkotik vasitənin bir qismini o, bir qismini Təqsirləndirilən şəxs1 üzərində, qalan hissəsini yaşadığı ünvanda saxlamış, 24.07.2021-ci il tarixdə AR DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əmədaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 22:30 radələrində o, Təqsirləndirilən şəxs1 ilə birlikdə ünvan 3 ünvanın qarşısında saxlanılaraq ünvan 4ləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş və orada saat 23:50-də hər ikisinin üzərinə şəxsi axtarış keçirilərkən onun əynindəki tünd göy rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 4.023 qram olan kustar üsulla hazırlanmış küllü miqdar psixotrop maddə - metamfetamin, 3 ədəd üzərilərində “Methadone 40” göstəriciləri olan dərman konvolyutlarında ümumi sayı 30 ədəd (konvolyutda 10 ədəd həb olmaqla) açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həbdərində təciredici maddəsinin ümumi miqdarı 1,2 qram təşkil edən Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitə olan metadon, Təqsirləndirilən şəxs1 əynindəki açıq göy rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 8,067 qram olan kustar üsulla hazırlanmış küllü miqdarda psixotrop maddə - metamfetamin, 2 ədəd üzərilərində “Methadone 40” göstəriciləri olan dərman konvolyutlarında ümumi sayı 20 ədəd (konvolyutda 10 ədəd həb olmaqla) açıqqəhvəyi rəngli “F/M 40” göstəricili dərman həbdərində təciredici maddəsinin ümumi miqdarı 0,8 qram təşkil edən Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitə olan metadon, bir ədəd sellofan bükümdə təmiz çəkisi 9,124 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki aşkar edilib götürdükdən sonra Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsi ev 38 B, mənzil 269-da baxış keçirilən zaman yataq otağında yerləşən dolabdan idman çantanın içərisindən 2 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 13,817 qram, 22,192 qram, ümumi təmiz çəkisi 36,009 qram olan kustar üsulla hazırlanmış eyni tərkibli küllü miqdarda psixotrop maddə metamfetamin, bir ədəd sellofan bükümdə təmiz çəkisi 23,638 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 19 ədəd üzərilərində “Methadone 40” göstəriciləri olan dərman konvolyutlarında ümumi sayı 190 ədəd (konvolyutda 10 ədəd həb olmaqla) açıqqəhvəyi rəngli “F/M 40” göstəricili dərman həbdərində təciredici maddəsinin ümumi miqdarı 7,6 qram təşkil edən küllü miqdarda Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitə olan metadon və səthində psixotrop maddə metamfetaminə məxsus izləri olan elektron tərəzi aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ittiham aktı ilə razı deyildir. Digər Təqsirləndirilən şəxs2 xalası nəvəsidir. Hər ikisi Lənkəran rayon sakinləridir. 24.07.2021-ci il tarixdə Bakı şəhərinə Adilin lombarda olan qızılını götürməyə gəlmiş, Adillə birlikdə lombarddan sonuncuya məxsus qızılları götürüb onun Bakı şəhərində yaşadığı Binəqədi rayonu, Ə.Naxçivani küçəsi ev 38 B, mənzil 269-a gəlmişdir. Təxminən saat 22 radələrində yaşadığı binanın qarşısında olduğu zaman tanımadığı 6-7 nəfər şəxslər ona yaxınlaşmış və özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Bundan sonra ona həmin vaxtı evində narkotik vasitə olması barədə məlumatlarının olduğunu bildirərək evinə baxış keçirmək istədiklərini demişlər. O, buna etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə evinə qalxmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs2 da evdə idi. Orada polis əməkdaşları evə baxış keçirmişlər. Evdən qanunsuz heç bir şey aşkar etmədikdə pois əməkdaşları onu və Adili möhkəm döymüş və bildirmişlər ki, onlar pula gəliblər. Bundan sonra polislərlə razılığa gəlmişdir ki, onlara 30.000 manat verəcəkdir ki, onlar ondan əl çəksinlər. Razılığa gəldikdən sonra onu və Adili Baş Narkotiklərlə Mübarizə idarəsinə aparıb orada çəkiliş aparmaqla üzərinə baxış keçirmişlər. Hətta polis əməkdaşlarından biri demişdir ki, pulu gətirdikdən sonra bu çəkilişi ləğv edəcəklər və onları azad edəcəklər. Orada Nəcəf adlı əməkdaş təhqiqatçının otağında cibinə 2 büküm qoymuşdur. İdarədən isə onları yenidən yaşadığı evə gətirmişlər ki, evdə də çəkiliş edəcəklər. Polislərdən bir neçəsi evində qalmışdır. Orada da özlərinin şifonerə qoyduqları idman çantasından narkotik vasitələr çıxarıb çəkilişlə baxış keçirmiş, o da aşkar olunmuş idman çantası və içindəki əşyaların əvvəlki razılığa görə ona məxsus olmasını bildirmişdir. Həqiqətdə isə evdə olan idman çantası da polislərə məxsusdur. Həmçinin çantada aşkar olunmuş elektron tərəzi də ona məxsus deyildir. Polis əməkdaşlarını inandırmaq üçün Elvin adlı tanışı ilə pul barədə danışmış, lakin polisin istədiyi məbləğdə pulu onlara vermək fikri olmamışdır. Aralarında olan şifahi sövdələşməyə əsasən azad olunmaları üçün 26.07.2021-ci il tarixdə 30.000 manat pul verməli, həmin tarixədək Baş Narkotiklə Mübarizə idarəsinin inzibati binasında qalaçağları barədə razılaşmışlar. Polis əməkdaşları onun evinə baxış keçirən zamanı xalası oğlu Təqsirləndirilən şəxs2 məxsus 10.000 manat dəyərində qızıl-zinət əşyaları da götürüb mənimsəmişlər. 26.07.2021-ci il tarixdə polislər söz verdiyi 30.000 manat pulu gətirib verəcəyini soruşmuşlar, bunun qarşılığnda isə onlara 10.000 manat dəyərində evindən qızıl zinət əşyaları götürdüklərini və onu qaytaraçağları təqdirdə 30.000 manat pul verə biləcəyini söyləmiş, buna polis əməkdaşları razı olmamış və nəticədə onu və Adili məsuliyyətə cəlb etmişlər. O və Adil heç vaxt narkotik vasitə satışı ilə məşğul olmamışlar. Bu iş qurma işdir, məhkəmədən xahiş edir ki, barəsində ədalətli qərar çıxarılsın. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, digər Təqsirləndirilən şəxs1 onun xalası nəvəsidir. O, Lənkəran rayon sakinidir. 24.07.2021-ci il tarixdə xalası oğlu Qafurla Bakı şəhərinə lombarda qoyduğu qızıllarını götürməyə gəlmişdir. Qızılları götürmüş, üzərində də həmin vaxt 2.000 manat pul olmuşdur. Narkotik vasitə və yaxud psixotrop maddə onda olmamışdır. Lombarddan Qafurun yaşadığı Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi ev 38 B, mənzil 269–a getmişlər. Təxminən saat 22 radələrində Qafur evdən çıxmış və evə 6-7 nəfər mülki geyimli şəxslərin müşaiyyəti altında gəlmişdir. Həmin şəxslər guya onlarda və evdə narkotik vasitə və ya psixotrop maddə olmasını bildirmişlər. Lakin evdə qanunsuz heç bir əşya aşkar etmədikdə onu və Qafuru möhkəm döyərək bildirmişlər ki, bura pul dalınca gəliblər. Onun təxminən 10.000 manat məbləğində qızıl-zinyət əşyalarını və üzərində olan 2.000 manat pulu polis əməkdaşları almışlar. O, tələb etmişdir ki, qızıl və pulu götürmələri protokollaşdırılsın. Lakin polislər bunu etməmiş, onu və Qafuru polis idarəsinə apardıqda bir neçəsi evdə qalmışdır. Polis idarəsində onun üzərinə baxış keçirilmiş Təqsirləndirilən şəxs1 polislərlə sövdələşmişdir ki, onlara verəcəyi 30.000 manat qarşılığında polis əməkdaşları onları buraxaçaqlar. Polis idarəsində onu və Qafuru yenidən Qafurun evinə gətirmiş və orada şifonerin içindən guya içərisində narkotik vasitə və psixotrop maddə olan idman çantasını aşkar etmişlər. Həmin çantanın aşkar edilməsi videçəkiliş aparılmaqla keçirilmişdir. Bundan sonra onu və Qafuru polis idarəsində saxlamışlar. Qafur vəd etdiyi pulu verə bilmədiyi üçün toplanılmış materialı təhqiqatçı istintaqa vermişdir. Qeyd etmək istəyir ki, nə onun, nə də ki, Qafurun üzərində və yaxud evində hər hansı bir qanunsuz əşya olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsində baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri keçirdikləri əməliyyat tədbiri zamanı tanımış, ondan əvvəl bu şəxslərlə heç bir münasibəti, ədavəti və düşmənçiliyi olmamışdır. Ona daxil olmuş məxfi məlumatda göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 İİR-dan narkotik vasitə və psixotrop maddələri əldə edərək satışı ilə məşğul olur. Məlumatla əlaqədar tədbirin keçirilməsinə dair qərar qəbul edilmiş, əməliyyat qrupu yaradılmış, qrupun rəhbəri o olmaqla, həmkarları Şahid2 və Şahid3 qrupun üzvləri təyin edilmişlər. 24 iyul 2021-ci il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs1 ola biləcəyi ünvan 5 ünvanı müşahidəyə almış və bir qədər sonra Təqsirləndirilən şəxs1 bənzər və onun yanında hal-hazırda məhkəmədə gördüyü Təqsirləndirilən şəxs2 özlərini şübhəli apardıqlarını görüb onlara yaxınlaşaraq özlərini təqdim edərək tədbirin keçirilməsinə dair qərarla onları tanış etmiş və onları ünvan 6 ünvanında yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirmişlər. Orada Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqatçısı Nəcəf Aburşu ilkin olaraq X7 və Təqsirləndirilən şəxs1 hüquqlarını müdafiə etmələri üçün müdafiəçilər dəvət etmiş və həmin vəkilərin iştirakları ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərinə baxış keçirilmişdir. İlkin olaraq Təqsirləndirilən şəxs1 üzərindən bir bükümdə metafetaminə bənzər maddə, tünd qəhvəyi rəngli, narkotik vasitə tiryəkə bənzər maddə və 20 ədəd metadon həbinə bənzər kütlələri aşkar edilmiş, həmin kütlələr zərfə qoyularaq qablaşdırılmış və imzalarla təsdiq edilmişdir. Digər Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilərək əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən bir bükümdə, ağ rəngli, kristal şəkilli, psixotrop maddə metafetaminə bənzər kütlə və 30 ədəd metadon həbinə bənzər kütlələr götürülmüşdür. Həmin narkotik maddəyə bənzər kütlələr zərfə qoyularaq qablaşdırılmış və imzalarla təsdiq edilmişdir. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs1 üzərindən aşkar olumuş narkotik və psixotrop maddələri tanışı olan İran İslam Respublikası vətəndaşı “Fəyyaz” adlı şəxsin vasitəsi ilə əldə etdiyini və onun tapşırığı ilə deyəcəyi ünvana çatdıraraq əvəzinə pul alaçağlarını bildirmişdir. Təqsirləndirilən şəxs2 da Təqsirləndirilən şəxs1 dediklərini təsdiq etmişdir. Hər iki şəxs özlərini tam səmimi aparmış, onlara köməklik göstərilməsini xahiş etmişlər. Hətta bildirmişlər ki, Təqsirləndirilən şəxs1 yaşadığı Binəqədi rayonu, Əcəmi Naxçıvaanski küçəsi ev 38 B, mənzil 269 ünvanında yerləşən evində idman çantasında Fəyyazdan aldıqları qanunsuz maddələr vardır. Bundan sonra təhqiqatçı başda olmaqla əməliyyat qrupunun üzvləri, şübhəli şəxslər və vəkilləri ilə birlikdə Təqsirləndirilən şəxs1 yaşadığı Binəqədi rayonu, Əcəmi Naxçıvaanski küçəsi ev 38 B, mənzil 269 ünvanında yerləşən evinə getmişlər. X9, Təqsirləndirilən şəxs1 mənzildə hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif etmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs1, həmin evin girişindən sağ tərəfdə olan yataq otağındaki taxta konstruksiyalı dolabın içindən bir ədəd idman çantasını çıxararaq təqdim etmişdir. Həmin çanta otaqdakı masanın üzərinə qoyulmuş, çantanın içərisinə baxıldıqda içindən 2 bükümdə metafetaminə bənzər, 1 bükümdə tiryəkə bənzər maddələr, 190 ədəd metadon həbinə bənzər kütlələr, 1 ədəd elektron tərəzi aşkar edilmişdir. Daha sonra aşkar olunmuş predmetlər qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmişdir. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq, üzərindən və yaşadığı mənzildən aşkar olumuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Fəyyaz” adlı şəxsin vasitəsi ilə əldə etdiyini, həmin narkotik maddələri “Fəyyaz” adlı şəxsin deyəcəyi ünvanlara çatdırıb əvəzində pul alacağı, bu işlərə qohumu Təqsirləndirilən şəxs2 o cəlb etdiyini, bu kütlələri Lənkəran şəhərində Adil ilə birlikdə götürüb Bakı şəhərinə gətirdiklərini bildirmişdir. Öz növbəsində Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 dediklərini təsdiq etmişdir. Təqsirləndirilən şəxslərə qarşı heç bir fiziki zor və təzyiqlər olmamış, onlar küçədə saxlanılaraq idarədə üzərlərinə baxış keçirildikdən sonra Təqsirləndirilən şəxs1 razılığı ilə sonuncunun yaşadığı ünvana baxış keçirilmiş, onlarla heç bir sövdələşmə olmamış, pul tələbi olmamış, mənzildə qızıl aşkar edilməmiş və götürülməmiş, bu şəxslər saxlanıldıqdan dərhal sonra təhqiqatçıya təqdim edilərək bütün baxışlar təhqiqatçı tərəfindən aparılmış, aşkar edilmiş külli miqdarda neçə növ narkotik vasitə, psixotrop maddə, qanunsuz dərman preparatlarına görə bu şəxsləri cinayət məsuliyyətindən yayındırmaq heç cürə mümkün deyildir. Həmçinin axtarışlar videoçəkiliş aparılmaqla, müdafiəçilərin iştirakı ilə keçirilmiş, təqsirləndirilən şəxslərin göstərdikləri həqiqətə uyğun deyildir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri keçirdikləri əməliyyat tədbiri zamanı tanımışdır, ondan əvvəl bu şəxslərlə heç bir münasibəti, ədavəti və düşmənçiliyi olmamış, həmkarı Şahid1 daxil olmuş əməliyyat məlumatına əsasən tədbirin keçirilməsi üçün əməliyyat qrupuna daxil edilmiş, 24 iyul 2021-ci il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs1 ola biləcəyi ünvan 5 ünvanı müşahidəyə almışlar və bir qədər sonra Təqsirləndirilən şəxs1 bənzər və onun yanında olan Təqsirləndirilən şəxs2 özlərini şübhəli apardıqlarını görüb onlara yaxınlaşaraq özlərini təqdim etmiş, Şahid1 tədbirin keçirilməsinə dair qərarla onları tanış etmiş və bundan sonra onlar həmin şəxsləri gəldikləri nəqliyyat vasitələri ilə ünvan 4ləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirmişlər. Orada Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqatçısı Nəcəf Aburşu ilkin olaraq X7 və Təqsirləndirilən şəxs1 hüquqlarını müdafiə etmələri üçün müdafiəçilər dəvət etmiş və həmin vəkilərin iştirakları ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərinə baxış keçirilmişdir. İlkin olaraq Təqsirləndirilən şəxs1 üzərindən bir bükümdə metafetaminə bənzər maddə, tünd qəhvəyi rəngli, narkotik vasitə tiryəkə bənzər maddə və 20 ədəd metadon həbinə bənzər kütlələri aşkar edilmiş, həmin kütlələr zərfə qoyularaq qablaşdırılmış və imzalarla təsdiq edilmişdir. Digər Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilərək əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən bir bükümdə, ağ rəngli, kristal şəkilli, psixotrop maddə metafetaminə bənzər kütlə və 30 ədəd metadon həbinə bənzər kütlələr götürülmüşdür. Həmin narkotik maddəyə bənzər kütlələr zərfə qoyularaq qablaşdırılmış və imzalarla təsdiq edilmişdir. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs1 üzərindən aşkar olumuş narkotik və psixotrop maddələri tanışı olan İran İslam Respublikası vətəndaşı “Fəyyaz” adlı şəxsin vasitəsi ilə əldə etdiyini və onun tapşırığı ilə deyəcəyi ünvana çatdıraraq əvəzinə pul alaçağlarını bildirmişdir. Təqsirləndirilən şəxs2 da Təqsirləndirilən şəxs1 dediklərini təsdiq etmişdir. Təqsirləndirilən şəxs1 özü könüllü olaraq bildirmişdir ki, yaşadığı Binəqədi rayonu, Əcəmi Naxçıvaanski küçəsi ev 38 B, mənzil 269 ünvanında yerləşən evində idman çantasında Fəyyazdan aldıqları qanunsuz maddələr vardır. Bundan sonra təhqiqatçı başda olmaqla əməliyyat qrupunun üzvləri, şübhəli şəxslər və vəkilləri ilə birlikdə Təqsirləndirilən şəxs1 yaşadığı Binəqədi rayonu, Əcəmi Naxçıvaanski küçəsi, ev 38 B, mənzil 269 ünvanında yerləşən evinə getmişlər. X9, Təqsirləndirilən şəxs1 mənzildə hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif etmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs1, həmin evin girişindən sağ tərəfdə olan yataq otağındaki taxta konstruksiyalı dolabın içindən bir ədəd idman çantasını çıxararaq təqdim etmişdir. Həmin çanta otaqdakı masanın üzərinə qoyulmuş, çantanın içərisinə baxıldıqda içindən 2 bükümdə metafetaminə bənzər, 1 bükümdə tiryəkə bənzər maddələr, 190 ədəd metadon həbinə bənzər kütlələr, 1 ədəd elektron tərəzi aşkar edilmişdir. Daha sonra aşkar olunmuş predmetlər qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmişdir. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq, üzərindən və yaşadığı mənzildən aşkar olumuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Fəyyaz” adlı şəxsin vasitəsi ilə əldə etdiyini, həmin narkotik maddələri “Fəyyaz” adlı şəxsin deyəcəyi ünvanlara çatdırıb əvəzində pul alacağı, bu işlərə qohumu Təqsirləndirilən şəxs2 o cəlb etdiyini, bu kütlələri Lənkəran şəhərində Adil ilə birlikdə götürüb Bakı şəhərinə gətirdiklərini bildirmişdir. Öz növbəsində Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 dediklərini təsdiq etmişdir. Təqsirləndirilən şəxslərə qarşı heç bir fiziki zor və təzyiqlər olmamış, onlar küçədə saxlanılaraq idarədə üzərlərinə baxış keçirildikdən sonra Təqsirləndirilən şəxs1 razılığı ilə sonuncunun yaşadığı ünvana baxış keçirilmiş, onlarla heç bir sövdələşmə olmamış, pul tələbi olmamış, mənzildə qızıl aşkar edilməmiş və götürülməmişdir. Axtarışlar videoçəkiliş aparılmaqla, müdafiəçilərin iştirakı ilə keçirilmiş, təqsirləndirilən şəxslərin onlara təzyiqlər olması barədə göstərdikləri həqiqətə uyğun deyildir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri keçirdikləri əməliyyat tədbiri zamanı tanımışdır, ondan əvvəl bu şəxslərlə heç bir münasibəti, ədavəti və düşmənçilikləri olmamış, həmkarı Şahid1 daxil olmuş əməliyyat məlumatına əsasən tədbirin keçirilməsi üçün əməliyyat qrupuna daxil edilmişdir. 24 iyul 2021-ci il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs1 ola biləcəyi ünvan 5 ünvanı müşahidəyə almışlar və bir qədər sonra Təqsirləndirilən şəxs1 bənzər və onun yanında olan Təqsirləndirilən şəxs2 özlərini şübhəli apardıqlarını görüb onlara yaxınlaşaraq özlərini təqdim etmiş, Şahid1 tədbirin keçirilməsinə dair qərarla onları tanış etmiş və bundan sonra onlar həmin şəxsləri gəldikləri nəqliyyat vasitələri ilə ünvan 6 ünvanında yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirmişlər. Orada Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqatçısı Nəcəf Aburşu ilkin olaraq X7 və Təqsirləndirilən şəxs1 hüquqlarını müdafiə etmələri üçün müdafiəçilər dəvət etmiş və həmin vəkilərin iştirakları ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərinə baxış keçirilmişdir. İlkin olaraq Təqsirləndirilən şəxs1 üzərindən bir bükümdə metafetaminə bənzər maddə, tünd qəhvəyi rəngli, narkotik vasitə tiryəkə bənzər maddə və 20 ədəd metadon həbinə bənzər kütlələri aşkar edilmiş, həmin kütlələr zərfə qoyularaq qablaşdırılmış və imzalarla təsdiq edilmişdir. Digər Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilərək əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən bir bükümdə, ağ rəngli, kristal şəkilli, psixotrop maddə metafetaminə bənzər kütlə və 30 ədəd metadon həbinə bənzər kütlələr götürülmüşdür. Həmin narkotik maddəyə bənzər kütlələr zərfə qoyularaq qablaşdırılmış və imzalarla təsdiq edilmişdir. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs1 üzərindən aşkar olumuş narkotik və psixotrop maddələri tanışı olan İran İslam Respublikası vətəndaşı “Fəyyaz” adlı şəxsin vasitəsi ilə əldə etdiyini və onun tapşırığı ilə deyəcəyi ünvana çatdıraraq əvəzinə pul alaçağlarını bildirmişdir. Təqsirləndirilən şəxs2 da Təqsirləndirilən şəxs1 dediklərini təsdiq etmişdir. Təqsirləndirilən şəxs1 özü könüllü olaraq bildirmişdir ki, yaşadığı Binəqədi rayonu, Əcəmi Naxçıvaanski küçəsi ev 38 B, mənzil 269 ünvanında yerləşən evində idman çantasında Fəyyazdan aldıqları qanunsuz maddələr vardır. Bundan sonra təhqiqatçı başda olmaqla əməliyyat qrupunun üzvləri, şübhəli şəxslər və vəkilləri ilə birlikdə Təqsirləndirilən şəxs1 yaşadığı Binəqədi rayonu, Əcəmi Naxçıvaanski küçəsi ev 38 B, mənzil 269 ünvanında yerləşən evinə getmişlər. X9, Təqsirləndirilən şəxs1 mənzildə hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif etmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs1, həmin evin girişindən sağ tərəfdə olan yataq otağındaki taxta konstruksiyalı dolabın içindən bir ədəd idman çantasını çıxararaq təqdim etmişdir. Həmin çanta otaqdakı masanın üzərinə qoyulmuş, çantanın içərisinə baxıldıqda içindən 2 bükümdə metafetaminə bənzər, 1 bükümdə tiryəkə bənzər maddələr, 190 ədəd metadon həbinə bənzər kütlələr, 1 ədəd elektron tərəzi aşkar edilmişdir. Daha sonra aşkar olunmuş predmetlər qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmişdir. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq, üzərindən və yaşadığı mənzildən aşkar olumuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Fəyyaz” adlı şəxsin vasitəsi ilə əldə etdiyini, həmin narkotik maddələri “Fəyyaz” adlı şəxsin deyəcəyi ünvanlara çatdırıb əvəzində pul alacağı, bu işlərə qohumu Təqsirləndirilən şəxs2 o cəlb etdiyini, bu kütlələri Lənkəran şəhərində Adil ilə birlikdə götürüb Bakı şəhərinə gətirdiklərini bildirmişdir. Öz növbəsində Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 dediklərini təsdiq etmişdir. Təqsirləndirilən şəxslərə qarşı heç bir fiziki zor və təzyiqlər olmamış, onlar küçədə saxlanılaraq idarədə üzərlərinə baxış keçirildikdən sonra Təqsirləndirilən şəxs1 razılığı ilə sonuncunun yaşadığı ünvana baxış keçirilmiş, onlarla heç bir sövdələşmə olmamış, pul tələbi olmamış, mənzildə qızıl aşkar edilməmiş və götürülməmişdir. Axtarışlar videoçəkiliş aparılmaqla, müdafiəçilərin iştirakı ilə keçirilmiş, təqsirləndirilən şəxslərin onlara təzyiqlər olması barədə göstərdikləri həqiqətə uyğun deyildir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməllərində təqsirli olmaları qismən özlərinin ifadələri, şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Baş Narkotiklərlə Mübarizə idarəsinin əməliyyat müvəkkilinin Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisinə ünvanladığı 24 iyul 2021-ci il tarixli raportundan müəyyən olunur ki, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq ekülli miqdrda narkotik vəsitə və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri Binəqədi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisinə ünvanlanan 24 iyul 2021-ci il tarixli raportdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 24 iyul 2021-ci il tarixdə, saat 22:30 radələrində ünvan 9 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs2 oğlu ilə birlikdə piyada hərəkət edən zaman saxlanılaraq BNMİ-nə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şəxsi axtarış və götürmə aparılması haqqında» 24 iyul 2021-ci il tarixli videoçəkiliş aparılmaqla tərtib olunmuş protokoldan müəyyən olunur ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 oğlu əynindəki şalvarının sağ yan cibindən iki ədəd sellofan bükümlər və 2 ədəd üzərilərində “Methadone 40” göstəriciləri olan dərman konvolyutlarında ümumi sayı 20 ədəd (hər konvolyutda 10 ədəd həb olmaqla) açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həblərini masann üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs1 içərisində qəhvəyi rəngli maddə olduğu görünən sellofanın içərisində narkotik vasitə tiryək olduğunu, içərisində ağ rəngli kristal hissəciklərin olduğu görünən sellofan bükülünün içərisində psixotrop maddə - metamfetamin olduğunu, 02 ədəd üzərilərində “Methadone 40” göstəriciləri olan dərman konvolyutlarında ümumi sayı 20 ədəd (hər konvolyutda 10 ədəd həb olmaqla) açıq-qəhvəyi rəngli “F/M 40” göstəricisi olan dərman həblərinin metadon olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 şalvarının sağ yan cibindən bir ədəd sellofan büküm və 3 ədəd üzərlərində “Methadone 40” göstəriciləri olan dərman konvolyutlarında ümumi sayı 30 ədəd (hər konvolyutda 10 ədəd həb olmaqla) açıq-qəhvəyi rəngli “F/M 40” göstəricisi olan dərman həblərini masann üzərinə qoyur. Sorğu zamanı Təqsirləndirilən şəxs2 içərisində ağ rəngli kristal hisəciklərin olduğu görünən sellofan bükülünün içərisidə psixotrop maddə metafetamin olduğunu, 03 ədəd üzərilərində “Methadone 40” göstəriciləri olan dərman konvolyutlarında ümumi sayı 30 ədəd (hər konvolyutda 10 ədəd həb olmaqla) açıq-qəhvəyi rəngli “F/M 40” göstəricisi olan dərman həblərinin metadon olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunan maddələri İran İslam Respublikası vətəndaşı “Fəyyaz” adlı şəxsin vasitəsi ilə əldə etdiyini, həmin narkotik maddələri “Fəyyaz” adlı şəxsin deyəcəyi ünvanlara çatdırıb əvəzində pul alacağı, bu işləri görməkdə Təqsirləndirilən şəxs2 ilə əlbir olduğunu, narkotik maddələri Lənkəran şəhərində Adil ilə birlikdə götürüb Bakı şəhərinə gəldiklərini, özünü təqsirli bildiyini və Lənkəran şəhərindən gətirdikləri narkotik vasitələrin bir hissəsinin yaşadığı evdə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq, Təqsirləndirilən şəxs1 dediklərini təsdiq etdiyini, üzərindən aşkar olunmuş narkotik maddələrin özünə məxsus olduğunu, həmin narkotik maddələri Qafur ilə birlikdə “Fəyyaz” adlı şəxsin deyəcəyi ünvanlara çatdırıb əvəzində pul alacağı, bu işləri görməkdə Qafur ilə əlbir olduğunu, narkotik maddələri Lənkəran şəhərində Qafur ilə birlikdə götürüb Bakı şəhərinə gəldiklərini, əlavə olaraq Bakı şəhəri, Binəqədi rayonunda yerləşən Qafurun yaşadığı mənzildə olduğunu, özünü təqsirli bildiyini, polis əməkdaşları tərəfindən ona zor tədbiq olunmadığını bildirir. Aşkar edilən büküm qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə elan edilib araşdırılmış «mənzilə baxış keçirilməsi haqqında» 25 iyul 2021ci il tarixli protokoldan müəyyən olunur ki, baxış zamanı Təqsirləndirilən şəxs1 yaşadığı evin girişindən sağ tərəfdə olan yataq otağındaki taxta konstruksiyalı dolabın içində gizlətdiyi 1 ədəd idman çantasını təqdim edir. Həmin çantanın içindən, 2 bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər, 1 bükümdə, tünd qəhvəyi rəngli tiryəkə bənzər, 190 ədəd metadon həbinə bənzər kütlələr, 1 ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs2 məxsus sürücülük vəsiqəsi, xarici pasport, Təqsirləndirilən şəxs1 məxsus şəxsiyyət vəsiqəsi və plastik bank kartı aşkar edilmişdir. Metafetaminə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 38 qram, tiryəkə bənzər kütlə isə qablaşdırma ilə birlikdə çəkisi 26 qram olmuşdur. Aşkar olunmuş predmetlər qablaşdırılır, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənib götürülmüşdür. Təqsirləndirilən şəxs2 məxsus sürücülük vəsiqəsi, xarici pasport, Təqsirləndirilən şəxs1 məxsus şəxsiyyət vəsiqəsi plastik bank kartı iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq, üzərindən və yaşadığı mənzildən aşkar olumuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Fəyyaz” adlı şəxsin vasitəsi ilə əldə etdiyini, həmin narkotik maddələri “Fəyyaz” adlı şəxsin deyəcəyi ünvanlara çatdırıb əvəzində pul alacağı, bu işləri görməkdə Təqsirləndirilən şəxs2 ilə əlbir olduğunu, narkotik maddələri Lənkəran şəhərində Adil ilə birlikdə götürüb Bakı şəhərinə gəldiklərini, özünü təqsirli bildiyini, Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq, Təqsirləndirilən şəxs1 dediklərini təsdiq etdiyini, üzərindən aşkar olumuş narkotik maddələrin özünə məxsus olduğunu, həmin narkotik maddələri Qafur ilə birlikdə “Fəyyaz” adlı şəxsin deyəcəyi ünvanlara çatdırıb əvəzində pul alacağı, bu işləri görməkdə Qafur ilə əlbir olduğunu, narkotik maddələri Lənkəran şəhərində Qafur ilə birlikdə götürüb Bakı şəhərinə gəldiklərini, əlavə olaraq Bakı şəhəri, Binəqədi rayonunda yerləşən Qafurun yaşadığı mənzildən aşkar olunan narkotik maddələrin Qafura və özünə aid olduğunu, özünü təqsirli bildiyini, polis əməkdaşları tərəfindən ona zor tədbiq olunmadığını bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış 24 iyul 2021-ci il tarixli «cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» protokollardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxslər kimi tutulmuşlar. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26.07.2021-ci il tarixli qərarlarından müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmələrinin əvvəli tutulduğu andan, yəni 24 iyul 2021-ci il tarixdən hesablanmışdır. Barəsində qətimkan tədbiri seçildiyi zaman Təqsirləndirilən şəxs2 məhkəməyə törətdiyi əməli etiraf etmiş, peşmançılıq çəkdiyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 25 iyul 2021-ci il tarixli 6,/3069 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş: üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən...” sözləri yazılmış kağız paketdəki (№1) üzərində “Təqsirləndirilən şəxs2 üzərindən” sözləri olan polietilen torbada bir ədəd bükümdə təmiz çəkisi 4,023 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metafetamindir, 3 ədəd üzərilərində “Methadone 40” göstəriciləri olan dərman konvolyutlarında ümumi sayı 30 ədəd (hər konvolyutda 10 ədəd həb olmaqla) açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həblərinin əsas təsiredici maddəsi metadondur və həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 1,2 qram təşkil edir, üzərində “Təqsirləndirilən şəxs1 üzərindən” sözləri olan polietilen torbadakı bir ədəd bükümdə təmiz çəkis 8,067 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir, 2 ədəd üzərilərində “Methadone 40” göstəriciləri olan dərman konvolyutlarında ümumi sayı 20 ədəd (hər konvolyutda 10 ədəd həb olmaqla) açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həblərinin əsas təsiredici maddəsi metadondur və həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,8 qram təşkil edir, bir ədəd bükümdə təmiz çəkisi 9,124 qram olan tünd-qəhvəyi rəngli qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. - üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs1 yaşadığı evdən...” sözləri yazılmış kağız paketdəki (№2) 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 13,817 qr., 22,192 qr., ümumi təmiz çəkisi 36,009 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə - metafetamindir, bir ədəd bükümdə təmiz çəkisi 23,638 qram olan tünd-qəhvəyi rəngli qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir, 19 ədəd üzərilərində “Methadone 40” göstəriciləri olan dərman konvolyutlarında ümumi sayı 190 ədəd (hər konvolyutda 10 ədəd həb olmaqla) ”açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həblərinin əsas təsiredici maddəsi metadondur və həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 7,6 qram təşkil edir, bir ədəd elektron tərəzinin səthində psixotrop maddə metafetainə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. 1 və 2 №-li kağız paketlərdəki metafetaminlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub, ümumi təmiz çəkisi 48,099 qram təşkil edir. 1 və 2 №-li kağız paketlərdəki tiryəklər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub, ümumi təmiz çəkisi 32,762 qram təşkil edir. 1 və 2 №-li kağız paketlərdəki 240 ədəd metadon həbləri xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub, həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 9,6 qram təşkil edir Metafetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İİ) daxildir. Tiryək 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 30.10.2021-ci il tarixli, 4215 saylı rəyindən müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 Kannabiodlər və psixotrop maddə olan metafetamini birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Müayinə zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, 2017-ci ildən narkotik vasitə olan marixuanadan siqaretə doldurub çəkməklə istifadə edir. Həmçinin 1 ildir ki, psixotrop maddə olan metafetamindən onu yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə edir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 16.11.2021-ci il tarixli, 4514 saylı rəyindən müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin və kannabiodlərin birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Müayinə zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, 10 oldir ki, viruslu hepotit (C) xəstəliyindən əziyyət çəkir, təxminən 5-6 ilddir ki, narkotik vasitə olan heroindən onu yandırıb tüstüsünü nəfəsinə çəkməklə və narkotik vasitə olan marixuanadan onu siqaretə doldurub çəkməklə istifadə edir. Narkotik vasitələrdən sui-istifadə etməsi ilə əlaqədar RNM-də stasionar şəraitdə müalixcə kursu almışdır. Əvvələr arabir düşəndə narkotik vasitə olan metadon həblərindən istifadə edib. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə-psixiatrik ekspertizasının 30.10.2021-ci il tarixli, 2550 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs1 hazırda da hər hansı psixi xəstəliyin əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs1 öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 törətdiyi əməllər barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 Barəsində Tibbi xarəkterli məcburi müalicə tədbirləri təqdim edilməsinə ehtiyax yoxdur. Təqsirləndirilən şəxs1 hərəkətlərində özünə və ətrafdakılara qarşı təhlükə kəsb etmir. Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikasının CM-nın 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə-psixiatrik ekspertizasının 16.10.2021-ci il tarixli, 2699 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd edilmir. Təqsirləndirilən şəxs2 xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs2 hazırda da hər hansı psixi xəstəliyin əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs2 öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 törətdiyi əməllər barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 Barəsində Tibbi xarəkterli məcburi müalicə tədbirləri təqdim edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs2 hərəkətlərində özünə və ətrafdakılara qarşı təhlükəsi yoxdur. Təqsirləndirilən şəxs2 hərəkətləri Azərbaycan Respublikasının CM-nın 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Məhkəmədə elan edilib araşdırılmış «sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsifi haqqında» 12.12.2021-ci il tarixli qərardan müəyyən olunur ki, tədqiqata sərf edildikdən sonra qalan qalığı- 11,990 qram çəkidə olan psixotrop maddə metafetamin, 9,024 qram narkotik vasitə tiryək, 48 ədəd metodon həbbi, mənzildən aşkar edilib götürülmüş və tədqiqata sərf edildikdən sonra qalan qalığı-35,909 qram psixotrop maddə metafetamin, 23,538 qram narkotik vasitə tiryək, 188 ədəd metadan həblərin, 01 ədəd elektron tərəzinin Bakı şəhəri Binəqədi RPİ-nə təhvil verilmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şəxsi axtarış və götürülmə aparılması, həmçinin mənzilə baxış keçirilməsi zamanı aparılmış videoçəkilişin yazıldığı 02 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış tələbnamə və hökmün surətindən müəyyən olunur ki, Lətifov X5 rayon Məhkəməsinin 29.06.2015-ci il tarixli hökmü ilə AR CM-nin 221.2.1 maddəsi ilə təqsirli bilinərək 11 ay 24 gün islah işləri 15 % cəzasına məhkum edilmiş, AR Milli Məclisin 20.05.2016-cı il tarixli Amnistiya qərarına əsasən cəzadan azad olunmuşdir. Bundan başqa Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 07.03.2019-cu il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, əvvəli 07.05.2018-ci ildən hesablanmaqla 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 07.05.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.4 və 18.4.3-cü maddələrinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmiş hesab edilməlidir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsi tərəfındən verilmiş tələbnamədən və hökmün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 08.12.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.1 və 228.4-cü maddələri ilə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum eildmiş, Şirvan Apellyasiya Məhkəməsinin 07.04.2011-ci il tarixli qərarı ilə cəzası 09 ilə qədər artırılmış, Ali Məhkəmənin 24.08.2011-ci il tarixli qərarı ilə cəzası 08 ilə endirilmiş, 11.06.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş sayılır. Belə olan halda Təqsirləndirilən şəxs2 məhkumlluğu ödənilməmiş, yenidən qəsdən ağır cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən cinayətin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Eyni zamanda məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə barəsində ciddi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilir. Belə olan halda Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə ilə bağlı olan cəza təyin edildikdə Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələbləri tətbiq edilməklə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində, Təqsirləndirilən şəxs1 isə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 kannabiodlər və psixotrop maddə olan metamfetamin birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu narkomaniya xəstəliyi, Təqsirləndirilən şəxs2 opioidlərin və kannabiodlərin birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacları vardır. belə olan halda onlara tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri qismən olaraq özlərinin və şahidlərin ifadələri, istintaq protokolları, videogörüntülər, məhkəmə ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməlləri məhkəmə baxışı zamanı şahidlər- Şahid1, Şahid2 və Şahid3 ifadələri, üzərlərində və yaşadıqları mənzildə aşkar edilmiş narkotik vasitə tiryək, metadon həbləri, psixotrop maddə metafetamin və bir ədəd elektron tərəzinin aşkar edilməsinə dair baxış protokolları və həmin baxışlar zamanı keçirilmiş video çəkilişə dair CD disklərə baxış protokolları, məhkəmə-kimyəvi ekspertizaları və məhkəmə-narkoloji ekspertizalarının rəyləri və cinayət işinin digər materilları ilə tam təsdiqini tapmışdır. Məhkəmə tərkibi hesab edir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif etmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxslərin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqələri və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxslərin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Belə ki, təqsirlərdirilən şəxslərin onlarda aşkar edilmiş narkotik vasitənin və psixotrop maddələrin onlara məxsus olmamasına, onlara psixoloji və fiziki təziqlərin olmasına dair ifadələri təqsirləndirilən şəxsləri ibtidai araşdırma zamanı müdafiəçilərinin iştirakları ilə verdikləri izahatlarla, ibtidai araşdırma və məhkəmə baxışı zamanı və şahidlərin verdikləri ifadələri, əməliyyat tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə protokollarla, məhkəmə ekspertizaları və cinayət işinin digər materilları ilə tam sübuta yetirilmiş, bundan əlavə Təqsirləndirilən şəxs2 aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisinin 4,023 qram, “Methadone 40” göstəriciləri olan dərman konvolyutlarında ümumi sayınin 30 ədəd (hər konvolyutda 10 ədəd həb olmaqla) “F/M 40” göstəricili dərman həblərinin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 1,2 qram olması, Təqsirləndirilən şəxs1 aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi 8,067 qram, “Methadone 40” göstəriciləri olan dərman konvolyutlarında ümumi sayı 20 ədəd (hər konvolyutda 10 ədəd həb olmaqla) açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həblərinin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,8 qram, narkotik vasitə tiryəkin təmiz çəkisi 9,124 qram olması, mənzildə aşkar edilmiş psixotrop maddənin metamfetaminin ümumi təmiz çəkisi 36,009 qram, narkotik vasitə tiryəkin təmiz çəkisi 23,638 qram, “Methadone 40” göstəriciləri olan dərman konvolyutlarında ümumi sayı 190 ədəd (hər konvolyutda 10 ədəd həb olmaqla) ”açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həblərinin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 7,6 qram olması onu göstərir ki, məqsədləri narkotik vasitələri satmaq olmuşdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxlərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir, onun cəzasını ağırlaşdıran halları aşkar etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası CM-nin 61.1.1ci maddəsinə əsasən cinayətin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi qiytəmləndirir, onun cəzasını yüngülləşdirən halları müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəli onların tutulduqları andan 24 iyul 2021-ci tarixdən hesablamalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda iş üzrə maddi sübutlar - Bakı şəhəri Binəqədi RPİ-nə təhvil verilmiş, tədqiqata sərf edildikdən sonra qalan qalığı- 11,990 qram çəkidə olan psixotrop maddə metafetamin, 9,024 qram narkotik vasitə tiryək, 48 ədəd metodon həbbi, mənzildən aşkar edilib götürülmüş və tədqiqata sərf edildikdən sonra qalan qalığı-35,909 qram psixotrop maddə metafetamin, 23,538 qram narkotik vasitə tiryək, 188 ədəd metadan həblərin, 01 ədəd elektron tərəzinin məhv edilməli, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şəxsi axtarış və götürülmə aparılması, həmçinin mənzilə baxış keçirilməsi zamanı aparılmış videoçəkilişin yazıldığı 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201- 01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs2 hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən “KREDO» Vəkil Bürosunun vəkili Müdafiəçi1 müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 üçün 270 AZN (iki yüz yetmiş manat) pul “KREDO” Vəkil Bürosunun nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 24 iyul 2021-ci tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 24 iyul 2021-ci tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər kimi barələrində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsınlar. İş üzrə maddi sübut olan və Bakı şəhəri Binəqədi RPİ-nə təhvil verilmiş, tədqiqata sərf edildikdən sonra qalan qalığı- 11,990 qram çəkidə olan psixotrop maddə metafetamin, 9,024 qram narkotik vasitə tiryək, 48 ədəd metodon həbbi, mənzildən aşkar edilib götürülmüş və tədqiqata sərf edildikdən sonra qalan qalığı-35,909 qram psixotrop maddə metafetamin, 23,538 qram narkotik vasitə tiryək, 188 ədəd metadan həblərin, 01 ədəd elektron tərəzinin məhv edilsin, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şəxsi axtarış və götürülmə aparılması, həmçinin mənzilə baxış keçirilməsi zamanı aparılmış videoçəkilişin yazıldığı 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci olan 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi1 üçün 270 AZN (iki yüz yetmiş manat) pul «KREDO» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.