Məhkəmə qərarları › İş №1(101)-568/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-568/2024

23.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-568/2024 23.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X3 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, x.xx.1984-cü il tarixdə İmişli rayonu, Yalavac kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, ailəli, məhkumluğu olan, Bakı Şəhəri Xətai Rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(011)-424/2022 saylı qərarı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(005)-355/2019 saylı hökmü ilə təyin edilmiş 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 5 ay 18 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(055)-6/2024 saylı hökmü ilə təqsirli bilindiyi CM-in 177.2.3-cü maddəsi ilə təyin edilmiş 03 il müddətə azadlıqdan məhrum etmə cəzası CM-in 66.5-ci maddəsinə əsasən ona Sumqayıt Şəhər Məhkəməsinin 23 avqust 2023-cü il tarixli 1(060)709/2023 saylı hökmü ilə təyin edilmiş 03 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, işləməmiş, İmişli rayonu, Yalavac kəndində qeydiyyatda olmaqla, Sabirabad şəhəri, H.Əliyev prospekti, 1 nömrəli yataqxana, mənzil 1-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (hökmün təsviri əsaslandırıcı hissəsində– CM) 177.2.2, 177.2.3, 185.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 10 dekabr 2022-ci il tarixdə, saat 15 radələrində özgənin əmlakını ələ keçirmək məqsədilə Saatlı rayonu, Novruzlu kəndində Araz çayının kənarında yanları açıq vəziyyətdə olan boş otlaq sahəsindən Zərərçəkmiş şəxs4 məxsus 180 manat dəyərində 1 il 6 aylıq, diri çəkisi 35 kiloqram olan bir baş erkək qoyunu gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, 10 dekabr 2022-ci il tarixdə, saat 15:05 radələrində özgənin əmlakını ələ keçirmək məqsədilə Saatlı rayonu, Novruzlu kəndində yanları açıq vəziyyətdə olan otlaq sahəsindən Zərərçəkmiş şəxs5 məxsus 170 manat dəyərində 4 aylıq, diri çəkisi 35 kiloqram olan bir baş dişi qoyunu gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Bundan başqa o, 11 yanvar 2023-cü il tarixdə, saat 16 radələrində özgənin əmlakını ələ keçirmək məqsədilə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Daş Karxanası adlanan ərazidə yerləşən "Oba" marketə müştəri qismində daxil olaraq, marketin içərisində yerləşən inzibatçı otağında hər hansı bir şəxsin olmamasından istifadə edib müştərilərin daxil olmasına icazə verilməyən inzibatçının otağının qapısını açmaqla, həmin otağa qanunsuz daxil olaraq, marketdə inzibatçı işləyən Zərərçəkmiş şəxs3 əl çantasından 750 manat pulu çıxarmaqla, həmçinin saxlanc yeri hesab edilən dəmir seyfdən sonuncuya məxsus 80 manat pulu götürməklə vahid niyyətlə əhatə olunan qəsdlə 830 manat pulu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs3 ümumilikdə 830 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, 06 may 2023-cü il tarixdə saat 18 radələrində özgənin əmlakını ələ keçirmək məqsədilə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 136 ünvanda yerləşən "Ask Arena" stadionunun paltar dəyişmə otağına qanunsuz daxil olub, saxlanc yeri olan paltar dolabının içərisindən Zərərçəkmiş şəxs7 məxsus şalvarının cibindəki pul kisəsindən 80 manat və digər paltar dolabının içərisindən Zərərçəkmiş şəxs8 məxsus şalvarının cibindəki pul kisəsindən 986 manat pulu ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 1066 manat pulu gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Bundan başqa o, 08 may 2023-cü il tarixdə, saat 09 radələrində talama məqsədi olmadan qohumu Zərərçəkmiş şəxs6 yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində qonaq olarkən, sonuncuya məxsus "Chevrolet Cruse" markalı, **-BG-*** qeydiyyat nişanlı avtomobilin açarlarını həmin evdən götürüb ünvan 2 ünvanın qarşısında küçədə dayanıqlı vəziyyətdə olan qeyd olunan avtomobilin mühərrikini açarla işə salıb qanunsuz ələ keçirməklə qaçırmışdır. Bundan başqa o, 21 may 2023-cü il tarixdə, saat 01:46 radələrində özgənin əmlakını ələ keçirmək məqsədilə ünvan 3 ünvanda yerləşən “Spar Market” mağazasına müştəri qismində daxil olaraq, satıcının fikrinin yayınmasından istifadə etməklə vitrindən 01 ədəd “Chivas Regal 18” markalı spirtli içkini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 180 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, 23 may 2023-cü il tarixdə, saat 01:30 radələrində özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 4 ünvanında yerləşən 14 nömrəli fərdi yaşayış evinə nəfəslikdən keçməklə qanunsuz daxil olaraq, evdə divanın üzərində olan pul kisəsindən sonuncuya məxsus 800 manat pulu gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 2,260 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edib üzərində saxlamaqla daşımış, ünvan 5 ünvanının qarşısında özünü şübhəli apardığı üçün Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsinin 18ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq, ünvan 7 ünvanında yerləşən Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin inzibati binasına gətirilib 25 may 2023-cü il tarixdə saat 02.00-də xidməti otaqda üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 2,260 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 177.2.2, 177.2.3, 185.1 və 234.1-1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, ona elan olunan ittihamdakı cinayət əməllərini törətmişdir, lakin oğurluq epizodlarında Zərərçəkmiş şəxs3 münasibətdə 830 manat deyil, yalnız 80 manat oğurluq etmiş, Zərərçəkmiş şəxs2 münasibətdə evə girsə də oğurluq etməmişdir. Eyni zamanda ona elan olunan CM-in 234.1-1 maddəsi ilə deyil, 234.1-ci maddəsi ilə təqsirli bilir. O, suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2022-ci tarixdə Zərərçəkmiş şəxs4 məxsus 180 AZN məbləğində olan heyvanı oğurlayıb satmışdır. xx.xx.2022-ci tarixdə Zərərçəkmiş şəxs5 məxsus 170 AZN dəyərində olan heyvanı oğurlayıb satmışdır. Həmin ərazilərdə avtomobili ilə keçən zaman oğurlamışdır. Hər iki oğurluğu Saatlı rayonu, Novruzəli kəndində həyata keçirtmişdir. Heyvanlarını oğurladığı zərər çəkmiş şəxslərin heç birisinə dəymiş zərəri ödəməmişdir. O, heyvanları sahibsiz gördüyü üçün oğurlamış və ehtiyacı olan qədər oğurluq edirdi. Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən “Oba” marketdə baş verən oğurluqla bağlı 830 AZN məbləğində pulu zərər çəkmiş şəxsə ödəmiş, lakin 800 manatı o, oğurlamamışdır. Oğurluq etdiyi Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən “Ask Arena” stadionuna sənədsiz daxil olarkən ona yaxınlaşan olmamışdır. Əvvəlcədən “Ask Arena” stadionunda geyinmə otağında hansı məbləğdə pul oğurlayacağını bilməmişdir. “Ask arena” stadionuna xalası oğlu Zərərçəkmiş şəxs6 məxsus olan avtomobil ilə getmişdir. Xalası oğluna “Ask Arena” stadionunda bir nəfərdən pul alacağını demişdir. Həmin puldan 20-30 AZN benzin pulu vermişdir. Xalası oğlunun onun həmin pulu oğurladığından xəbəri olmamışdır. “Ask Arena” stadionunun geyinmə otağından pul oğurlamışdır. Dəymiş ziyanı ödəməyə imkanı yoxdur. Əvvəllər “Ask Arena” stadionunda olmamışdır. Oğurluq etdiyi pulları epilepsiya xəstəsi olan övladının dərmanına və aparatına xərcləmişdir. ünvan 3 ünvanda yerləşən “Spar Market” mağazasında dəyəri 180 AZN olan “Chivas Regal 18” markalı spirtli içkini oğurlamış və şəxsən özü içmişdir. Dəymiş ziyanı ödəməyə imkanı yoxdur. O, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən Zərərçəkmiş şəxs2 evindən 800 AZN oğurlamamış, evə pul qarət etmək məqsədi ilə girsə də heç nə götürməmiş, evə daxil olan zaman nəinki oğurluq etmək, heç axtarış etməyə belə vaxtı olmamışdır. O, Zərərçəkmiş şəxs2 evinə daxil olarkən gecə saat 12-ni keçmiş və o, içəri daxil olarkən xanım evdə olmamışdır. O, evə yuxarıdan, nəfəslikdən daxil olmuş və o, evə daxil olarkən Zərərçəkmiş şəxs2 ilə üzüzə gəlməmişdir. Onu polis bölməsinə gətirilən zaman dərhal onun üzərinə baxış keçirilmişdir. Polis bölməsində onun üzərinə baxış keçirilən zaman video çəkiliş olmuşdur. Üzərinə baxış keçirilən zaman üzərində aşkar olunan narkotik vasitənin miqdarı ölçülməmişdir. Onun üzərindən aşkar olunan kimi dərhal narkotik vasitəni zərfə qoymuş, bağlamış və ona imzalatmışlar. Məhkəmə kimyəvi ekspertizada tədqiq olunan narkotik vasitə ilə onun üzərində aşkar olunan narkotik vasitə eyni olmamışdır. Onun üzərindən çıxan narkotik vasitə dəyəri 35 AZN olan metamfetamin olmuşdur. Onun polis bölməsində tədqiqatçı tərəfindən cibinə narkotik vasitə qoyulmuşdur. Ona polis bölməsində bildirmişlər ki, o, CMin 234.1-ci maddəsi ilə ittiham olunacaq və ona qol çəkdirmişlər, lakin sonradan CM-in 234.1-ci maddəsi ilə deyil, CM-nın 234.1-1-ci maddəsi ilə ittiham olunduğunu öyrənmişdir. O, polis bölməsində dindirilərkən, video çəkiliş ilə üzərinə baxış aparılarkən ona qarşı fiziki və psixi təyziq olmamışdır. Şəxsi axtarış zamanı onun üzərindən çıxan narkotik vasitəni özləri götürmüş və əvəzinə başqa narkotik vasitə qoymuşlar. Onun üzərindən aşkar edilən narkotik vasitənin sellofanı ilə digər narkotik vasitənin sellofanı eyni olduğu üçün fərqləndirə bilməmiş və özününkü olduğunu düşünmüşdür. Saxlanılan zaman və Nərimanov RPİ-nin 18-ci PŞ-də heç bir təzyiqə məruz qalmamışdır. Onu Nərimanov RPİnin 18-ci PŞ-nin əməkdaşları tutmuşdur. Nərimanov rayonu, Təbriz küçəsində Saatlı rayonundan tanıdığı şəxsin evində hamamda olan zaman onu tutmuşlar. O, tutulan zaman evdən rayondan gələndə özü ilə gətirdiyi 0.5 qram narkotik vasitə aşkarlanmışdır. Təxminən 3 aydır ara-sıra narkotik vasitədən istifadə edir. Rayondan gələndə istifadə üçün aldığı narkotik vasitədən istifadə etməmişdir. Öz üzərində olan narkotik vasitəni 18-ci PŞdə götürüb, cibinə Məmməd adlı polis əməkdaşı ona məxsus olmayan narkotik vasitəni cibinə qoymuşdur. Şahid2 PŞ-də video çəkiliş zamanı iştirak etmişdir. Özünü CM-in 234.1- 1-ci maddəsi ilə təqsirli bilmir. Həmin məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bilir. Narkotik maddəyə görə saxlanılma tarixi ya 24 may, ya da 25 may 2023-cü il tarix, gecə saatları idi. Aşkarlanan narkotik maddə 2,260 qram olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni imzalamağına səbəb orada polis əməkdaşının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirildiyini bildirməsi olmuşdur. O, xalası oğlunun maşınının açarını saç ustasına vermiş və xalası oğlunun yaxınlaşıb açarı götürəcəyini bildirmişdir. Onun avtomaşını götürməyindən xalası oğlunun xəbəri olmuşdur. O, xalası oğlu ilə birgə yataqxanada olmuşdur, o, avtomaşını götürüb getmiş, sonra yenidən yataqxanaya qayıdarkən yataqxana işçilərindən xalası oğlu barədə məlumat alarkən bilmişdir ki, xalası oğlu polis əməkdaşları tərəfindən aparılmışdır. Maşını qanunsuz ələ keçirdiyi üçün özünü təqsirli bilir. Öz şəxsi maşını olsa da xalası oğlunun sürücülük hüququ müvəqqəti məhdudlaşdırıldığına görə o, idarə edirdi. Xalasıoğlu Zərərçəkmiş şəxs6la barışdığına görə CM-in 185.1-ci maddəsi ilə bəraət verici əsaslar olmadan xitam verilməsini xahiş edir. Himayəsində 2 onkoloji xəstə övladının olmasının nəzərə alınaraq məhkəmədən köməklik edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmə qanunun sadalanan bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də iş üzrə sübut növləri kimi qəbul edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 2022-ci ilin sonlarında heç bir yerdə işləmədiyi üçün özünə məxsus "Khazar" markalı **-PS-*** qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. 10 dekabr 2022-ci il tarixdə yaşadığı Sabirabad rayon ərazisində taksi fəaliyyəti ilə məşğul olan zaman tanımadığı bir nəfər şəxsin yaxınlaşıb Saatlı rayonu Novruzlu kəndinə getmək istədiyini bildirdikdə onunla razılaşmış və həmin günü təxminən saat 14:45 radələrində həmin şəxsi Novruzlu kəndində düşürüb tək yaşadığı Sabirabad rayonuna qayıdarkən Araz çayının üzərindəki körpünü keçdikdən sonra yolun kənarında 7-8 baş xırdabuynuzlu heyvanlar olmasını görmüşdür. Həmin zaman yaxınlıqda heç kəs olmadığından və pula ehtiyacı olduğu üçün həmin heyvanlardan bir baş qoyunu oğurlamaq qərarına gəlmişdir. Avtomobili həmin heyvanların yaxınlığında saxlamış, saat 15 radələrində avtomobildən düşüb yaxınlıqda heç kəs olmadığı üçün bir baş qırmızımtıl rəngli erkək qoyunu götürüb avtomobilinin yedəyinə qoymuşdur. Bundan sonra avtomobilini idarə edib yaşadığı Sabirabad rayonu istiqamətinə hərəkət etməyə başlamışdır. Bir neçə metr yol getdikdən sonra Novruzlu kəndində yanları açıq vəziyyətdə olan boş sahəlikdə bir neçə xırdabuynuzlu heyvanlar olmasını və yaxınlıqda heç kəs olmamasını görmüş, bundan sonra yenə də həmin heyvanlardan bir baş qoyunu oğurlamaq qərarına gəlmiş və avtomobilini heyvanların yaxınlığında saxlayıb avtomobildən düşmüşdür. Saat təxminən 15:05 radələrində həmin heyvanlardan bir baş qırmızı-sarımtıl rəngli dişi qoyunu götürüb avtomobilin yedəyinə qoymuş və avtomobilinə əyləşib oradan uzaqlaşmışdır. Sonra Sabirabad rayonu Qalağayın kəndində yerləşən Qlobus olan dairənin yaxınlığına getmiş, həmin yerdə gözləyib oğurladığı qoyunları bir nəfər şəxsə satmaq istəmişdir. Həmin günü saat 17 radələrində içərisində heyvanlar olan nömrəsinə fikir vermədiyi və sürücüsünü tanımadığı Qazel markalı avtomobilin orada dayandığını görmüş, bundan sonra Qazel markalı avtomobilin sürücüsünə yaxınlaşıb ona özümə məxsus iki baş qoyunları satmaq istədiyini bildirmişdir. Həmin şəxs ondan heyvanları neçəyə satdığını soruşduqda ona erkək qoyunu 110 manata, dişi qoyunu isə 100 manata satdığını bildirmişdir. Daha sonra sürücü heyvanlara baxmaq istədiyini demiş, ona görə də onu avtomobilinin yanına aparıb yedəkdə olan qoyunları həmin şəxsə göstərmişdir. Həmin şəxs də qoyunlara baxdıqdan sonra 210 manata onunla razılaşmış, həmin şəxs ona 210 manat pul verdikdən sonra qoyunları onun Qazel markalı avtomobilinə qoymuş və oradan çıxıb getmişdir. Oğurluqdan əldə etdiyi pulun bir hissəsinə yaşadığı evə ərzaq almış, bir hissəsinə avtomobilinin benzininə və s. digər şəxsi ehtiyaclarına xərcləmişdir. Lakin, qeyd olunan oğurluqlar barədə heç kəsə heç bir söz deməmişdir. Bundan başqa 11 yanvar 2023-cü il tarixdə xalası oğlu İbrəhimin icarə əsasında idarə etdiyi "Chevrolet Cruze" markalı qeydiyyat nişanını bilmədiyi avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Daş Karxanası adlanan ərazidə hərəkət olan zaman siqaretləri qurtardığı üçün orada "Oba" marketin yanından keçərkən İbrəhimə avtomobili saxlamasını və marketdən siqaret alıb gələcəyini bildirmişdir. İbrəhim marketin yaxınlığında avtomobili saxladıqdan sonra, həmin zaman saat 16 radələri olardı, avtomobildən düşmüş və "Oba" marketə daxil olmuşdur. Marketdə vitrinlərə baxdıqdan sonra hər hansı bir şəxsi görməmiş və oğurluq etmək qərarına gəlmişdir. Həmçinin marketin içərisində gəzib pul oğurlamaq üçün yer axtarmışdır. Bundan sonra müştərilərə aidiyyəti olmayan bir yerə keçmiş, həmin yerlə biraz getdikdən sonra bir otaq görmüşdür. Həmin otağın qapısını açıb içəri daxil olduqda otaqda oturacağın üzərində qadın əl çantası olduğunu görmüş, həmin əl çantasından pul axtarmağa başlamış, lakin tapa bilməmişdir. Sonra orada yerdə seyf olmasını görmüş, seyfin içərisindən 76 manat pul götürüb oradan çıxmışdır. İbrəhimin avtomobilinə oturduqda ona oğurluq etməyi barədə heç nə deməmişdir. Sonradan həmin pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixdə, təxminən saat 18 radələrində xalası oğlu Zərərçəkmiş şəxs6 məhəlləsinə getmiş, orada İbrəhimi görüb ona “Chevrolet Cruse” markalı, ** BG *** markalı avtomobili ilə “Ulduz” metrostansiyası tərəfə aparmasını, orada işi olmasını demişdir. İbrəhim də onunla razılaşmış və birlikdə həmin istiqamətdə avtomobillə gedərkən “Heydər Əliyev” prospektində yerləşən “Ask Arena” stadionunun yerləşdiyi ərazidə “Al market’in qarşısına çatanda ona avtomobili saxlamağını demişdir. İbrəhim avtomobili saxlamış və düşüb “Ask Arena” stadionu tərəfə gedib orada bir nəfərlə görüşəcəyini və 15-20 dəqiqəyə qayıdacağını demişdir. Bundan sonra “Ask Arena” futbol stadionuna daxil olub, oradakı paltar dəyişmə otağına girmiş, məqsədim paltar dolablarından bir iki nəfər şəxsə məxsus pul kisələrindən və ya paltarlarının ciblərindən pul oğurlamaq olmuşdur. Otaqda gəzişərək paltarlar qoyulan dolablardan ikisini açıb, paltarın cibindən pul kisəsini götürüb, bir şalvardan götürdüyü pul kisəsindən 986 manat və digər şalvardan götürdüyü pul kisəsindən isə 80 manat məbləğində pulları oğurlayıb şalvarının sağ cibinə qoyub çıxıb getmişdir. Həmin vaxt əynində qisaqol köynək, qara şalvar, başında kepka, bir qolunda uzunqol gödəkcə olmuşdur. İti yerişlə “Ask Arena” dan çıxıb İbrəhimi axtarsa da onu görməmiş və bir qədər irəli gedib məhəlləyə tərəf dönərkən İbrəhimin avtomobillə onun arxası ilə gəlməsini görmüşdür. Dərhal avtomobilə əyləşmiş və ona bir nəfərlə dava etdiyini, həmin şəxsin onu döymək istəməsinə görə qaçdığını demişdir. Geri qayıdarkən İbrəhimə yolda onu “28 May” metrostansiyasının yanında düşürməyini istəmişdir. Beləliklə həmin yerə çatdıqdan sonra orada düşüb getmişdir. Ask Arenadan oğurluq etdiyini əvvəlcədən və oğurluq etdikdən sonra İbrəhimə deməmişdir. Həmin gün öz işlərilə məşğul olmuş və oğurladığı pulları siqaretə, su, taksi, yemək və s. üçün xərcləməyə başlamışdır. Səhəri gün, yəni xx.xx.2023-cü il tarixdə, təxminən saat 17 radələrində yenə şəhərdə olduğundan İbrəhimin məhəlləsində onunla qarşılaşmış və söhbət edən zaman siqaret almaq üçün mağazaya girib geri qayıdarkən əlindəki 50 və 20 manatlıq pul əskinaslarını cibinə qoyarkən İbrəhim görüb ondan pulu haradan almağını soruşan zaman ona “Ask Arena” stadionuna daxil olarkən oradan 260 manat pul oğurladığını demişdir. İbrəhim bunu eşidən kimi iradla ona bildirmişdir ki, niyə ona xəbər vermədən onun avtomobili ilə oğurluq etməyə getmişdir, hər tərəf kameradır və o da avtomobilini kameraların altında saxlamışdır, buna görə onun da problemləri olacaqdır, nə üçün onu özünün qanunsuz əməllərinə qoşur və s. bu kimi hətta nalayiq ifadələr işlədərək ona çox səhv hərəkət etdiyini və onun yanından getməyini istəmişdir. İbrəhimə 260 manat puldan ötrü kimsəni tutmadıqlarını deyib çıxıb getmişdir. Bundan başqa 08 may 2023-cü il tarixdə, səhər saat 06 radələrində Bakı şəhərində olmuş və səhərə yaxın yuxusu gəldiyindən və çimmək istədiyindən İbrəhimin evinin qapısını döymüş, qapını İbrəhim açarkən ondan nə üçün səhər tezdən onlara gəlməyini soruşan zaman ona Sabirabad rayonuna getmək istədiyini və çimmək üçün gəldiyini demişdir. İbrəhim onu evə buraxıb özü də gedib yatmışdır. İbrəhimin yaşadığı evdə çimmək üçün hamama getmiş, çimdikdən sonra saat 09 radələrində stolun üzərində İbrəhimin avtomobilinin açarlarını görüb şəhərdə gəzmək məqsədilə İbrəhimə demədən avtomobilin açarını götürərək çölə çıxmış və İbrəhimin “Chevrolet Cruse” markalı, ** BG *** markalı avtomobilini açarı ilə işə salıb idarə edərək şəhərdə gəzməyə başlamışdır. Günorta saatlarında İbrəhim ona zəng edərək avtomobilini gətirməyini, əks halda ondan polisə şikayət edəcəyini demiş, özü isə bir qədər işinin olmasını və 1-2 saata avtomobilini gətirəcəyini demişdir. İbrəhim ona 1-2 saat sonra “Şərq Bazarı”nın arxasında olacağını və avtomobilini oraya gətirməyini dedikdə onunla razılaşmış və yenə öz işlərilə məşğul olaraq 1-2 saat sonra İbrəhimin artıq ondan şikayət etmiş olma ehtimalına görə onun avtomobilini yaşadığı evdən 2-3 km uzaqlıqda, ünvan 9 ünvanında ara məhəllədə saxlayıb çıxıb getmişdir. Daha sonra başqa yerlərdə öz işlərilə məşğul olmuş, İbrəhimin avtomobilini qaçırmaqda məqsədi yalnız şəhərdə biraz gəzmək olmuşdur, talama və ya başqa heç bir məqsədi olmamışdır. Bundan başqa 21 may 2023-cü il tarixdə, saat 01:30 radələrində oğurluq etmək üçün müştəri qismində ünvan 10 ünvanda yerləşən "Spar" adlı marketə girmiş, məqsədi satıcının başını qatıb nəsə qiymətli bir spirtli içki oğurlamaq olmuşdur. Bu məqsədlə özü üçün “Bizon” adlı energetik içkisi almış, daha sonra satıcıya yaxınlaşıb onunla söhbət etməyə başlamışdır. Bu vaxt başqa bir müştəri satıcıya yaxınlaşıb aldığı məhsulları hesablatdırmağa başlamış, həmin ərəfədə satıcının başının qarışdığından istifadə edib kassanın yanında yerləşən spirtli içkilərin düzüldüyü vitrindən 01 ədəd Chivas Regal 18 markalı viskini oğurlamışdır. Satıcının diqqətini cəlb etməmək üçün marketdən çıxıb oğurladığı viskini sağ tərəfdə zibil qutusunun arxasına qoymuş, daha sonra yenidən marketə daxil olub 1-2 dəqiqə satıcının gözünə görsəndikdən sonra marketdən çıxmış, zibil qutusunun arxasına qoyduğu viskini də götürüb oradan uzaqlaşmışdır. Daha sonra Təbriz küçəsində markasını və qeydiyyat nişanını bilmədiyi, həmçinin sürücüsünü tanımadığı bir taksi avtomobil saxlatmış, yolda sürücü əlində viskini görüb hara apardığını soruşduqda sürücüyə özü üçün aldığını, yaşadığı evə apardığını bildirmişdir. Sürücü ondan viskini ona satmağını istədikdə həmin sürücüyə viskini 70 manata satmış, əldə etdiyi pulu isə öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa 23 may 2023-cü il tarixdə, saat 01 radələrində Nərimanov rayonunda yerləşən “Yaşıl Bazar”ın yaxınlığındakı həyət evləri olan məhləyə girib satmaq üçün dəmir axtaran zaman məhlənin sonunda sağ tərəfə olan evin işıqlarının sönülü, giriş qapısının isə kilidli olduğunu görmüş və başa düşmüşdür ki, evdə heç kim yoxdur. Həmin evin giriş qapısından yuxarıda açıq vəziyyətdə olan kiçik ölçülü nəfəslik açıq olsa da həşəratların daxil olmaması üçün nəzərdə tutulan setka ilə örtülü olduğunu görmüş və həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə qapının yan tərəfində olan pəncərənin dəmir barmaqlığından istifadə edib yuxarı qalxmaqla qapıdan yuxarıda yerləşən nəfəsliyin setkasını cırmış və həmin nəfəslikdən içəri daxil olmuşdur. Elə evə təzəcə girmişdir ki, ev sahibin gəldiyini görmüş, tez girişdə sağ tərəfədə gizlənmişdir. Ev sahibi olan qadın qapını açaraq içəri daxil olub sol tərəfə dönüb əlində olan əşyaları qoymuşdur. Həmin anda ev sahibinin arxasının ona tərəf olduğunu, eləcə də giriş qapısının açıq olduğunu görüb tez qapıdan çıxıb qaçmışdır. Həmin evə oğurluq etmək məqsədi ilə daxil olsa da, ev sahibi tez gəldiyindən heç nə oğurlaya bilməmişdir. Sabahı gün uşaqlarına baş çəkmək üçün ailəsinin yaşadığı Sabirabad rayonuna getmişdir. Bundan başqa 24 may 2023-cü il tarixdə dəqiq saat yadında deyil, axşam radələrində bədənində olan ağrıları sakitləşdirmək üçün Sabirabad rayonu “Köhnə Dəyirman” adlanan ərazidə olarkən üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən öz şəxsi istifadəsi üçün 35 manat pul müqabilində bir büküm “kakos” adı ilə tanınan narkotik vasitə olan heroin almışdır. Daha sonra elə həmin gün özünə iş tapmaq məqsədi ilə Bakı şəhərinə gəlmişdir. xx.xx.2023-cü il tarixə keçən gecə saat 00:30 radələrində Nərimanov rayonu, Ə.Ağaoğlu küçəsində olarkən 2 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis şöbəsinin əməkdaşları olduqlarını bildirmiş və ondan özünü təqdim etməyini xahiş etmişlər. Üzərində narkotik maddə olan heroin olduğundan həyəcanlanmış və oradan uzaqlaşmaq istəmişdir. Lakin polis əməkdaşları ondan şübhələnib onu saxlayaraq Nərimanov Rayon Polis İdarəsinin 18ci Polis şöbəsinə aparmışlar. Polis şöbəsində olarkən polis əməkdaşları ona üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, bu məqsədlə təhqiqatçı tərəfindən onun hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin edilmiş, dəvət edilmiş müdafiəçi ona təqdim olunduqdan sonra şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra təhqiqatçı tərəfindən ona şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Daha sonra polis əməkdaşlarının və dövlət hesabına təyin edilmiş vəkilinin iştirakı ilə üzərinə video çəkiliş vasitəsilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməmişdən əvvəl təhqiqatçı ondan üzərində olan əşyaları masanın üzərinə qoymağını təklif etmişdir. Həmin vaxt əynində olan qara rəngli idman şalvarının sol yan cibindən şəffaf sellofana bükülmüş 01 ədəd bükümü çıxarıb təqdim etmişdir. Sorğu zamanı həmin bükümdə olan maddənin “kakos” adı ilə tanınan narkotik vasitə heroin olduğunu, həmin heroini öz şəxsi istifadəsi üçün xx.xx.2023cü il tarixdə Sabirabad rayonunda tanımadığı şəxsdən 35 manata aldığını bildirmişdir. Həmçinin sorğu zamanı xx.xx.2023-cü il tarixdə Spar marketdən “viski” oğurladığını və xx.xx.2023-cü il tarixdə Nərimanov rayonu ərazisində oğurluq etmək üçün evə girdiyimi, lakin ev sahibi gəldiyi üçün heç nə oğurlamadan evdən çıxıb getdiyini demişdir. Daha sonra onun təqdim etdiyi içərisində narkotik maddə olan büküm ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, həmin zərfin üzəri özü və şəxsi axtarışda iştirak etmiş şəxslər tərəfindən imzalanmış, zərfin üzəri möhürlənmişdir. Üzərinə şəxsi axtarışla əlaqədar təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol özü və axtarışda iştirak etmiş digər şəxslər tərəfindən imzalanmışdır. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərdi ki, hadisə baş verən gün tam yadında deyil, lakin sahibkar olduğu “Spar” marketdə oğurluq hadisəsinin 02:00 radələrində baş verdiyini bilir. Rayondan qayıdan zaman “Spar” marketdə gec satılan spirtli içkinin vitrində olmadığını görmüşdür. Həmin zaman işçidən içkinin satılması barədə soruşarkən sonuncu spirtli içkinin satılması barədə məlumatı olmadığını bildirmişdir. Marketin müşahidə kamerasına baxdıqda bir nəfər şəxsin işçinin başını 20-25 dəqiqə qataraq spirtli içkini götürərək çöldə zibil qutusunun arxasında gizlətdiyini görmüşdür. Sonra həmin şəxs spirtli içkini zibil qutusunun arxasından götürüb hadisə yerindən uzaqlaşmışdır. O, suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs spirtli içkini tək oğurlamışdır. Təqsirləndirilən şəxs spirli içkini kassada müştəri olan zaman oğurlamışdır. Müştəri getdikdən sonra işçi ilə söhbət edərək başını qatır. Ona hadisə zamanı 179.99 manat ziyan dəymişdir. Təqsirləndirilən şəxs işçinin başını çöldə 5 dəqiqə, marketin içərisində 20 dəqiqə qatmışdır. Təqsirləndirilən şəxs həmin işçiylə heç bir tanışlıq əlaqəsi yoxdur. Ona dəymiş ziyan ödənilməyib. Rayondan qayıtdıqdan sonra baş verən hadisə ilə bağlı DİN-nin 102 xidmətinə məlumat vermişdir. Ona dəymiş ziyan hələ də ödənilməyib. Şikayəti var, zərər ödənildiyi təqdirdə şikayətçi olmaya bilər. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 Yasın qızı göstərdi ki, hadisə baş verən günü Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda yerləşən Oba marketdə işləmişdir. Həmin günü marketdə o və 1 nəfər işçi var idi. Özü kassaya nəzarət edirdi. Kassada xırda pul bitdiyi üçün müdiriyyətin otağına gedib ordakı seyfdən xırda pul götürmüşdür. Seyfdən pul götürəndən sonra açarı yadından çıxıb seyfin üzərində qalmışdır. Təqsirləndirilən şəxs satıcının və onun müştəriyə başları qarışan vaxt müdiriyyətin otağına girib seyfdən 80 manat və onun çantasından 750 manat pul oğurlayıb hadisə yerindən uzaqlaşmışdır. O, suallara cavab olaraq bildirmişdir ki, cəmi 830 manat pul oğurlamışdır. Ona məxsus çantadan 750 manat, seyfdən isə 80 manat pul oğurlamışdır. Çantada olan pul özünə məxsus idi, seyfdəki pul isə marketin pulu idi. Həmin günü marketdə məsul şəxs o olduğundan seyfdən oğurlanan 80 manat pul onun maaşından çıxılmışdır. Ona dəymiş ziyan tam ödənilmişdir. Dəymiş ziyanın kim tərəfindən ödənildiyini bilmir. Ona dəymiş ziyan Sabuçu RPİ-də müstəntiqin yanında ödənilmişdir. Ona dəymiş ziyan ödənildiyi üçün heç bir şikayət və tələbi yoxdur. Heç bir pul tələbi yoxdur. Məhkəmədən təqsirləndirilən şəxsin tutulmasını xahiş edir. Ona dəymiş ziyanla bağlı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 göstərdi ki, ona məxsus avtomobili Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs gec gəldiyi üçün baş verə biləcək hər hansısa hadisəyə görə qabaqcadan polis orqanına məlumat vermişdir. Lakin sonra Təqsirləndirilən şəxs avtomobilinə heç bir ziyan dəymədən maşını, ona dediyi yerə aparıb qoymuşdur. O da avtomobilini qoyulan yerdən gedib götürmüşdür. İbtidai istintaq zamanı da müstəntiqə avtomobilinin götürülməsi ilə bağlı heç bir şikayətinin olmadığını bildirmiş və verdiyi məlumatın məhkəməyə göndərilməməsini xahiş etmişdir. O, suallara cavab olaraq bildirmişdir ki, avtomobili öz icazəsi ilə Təqsirləndirilən şəxs 5 dəqiqəlik 28 May ərazisinə getmək üçün vermişdir. Təqsirləndirilən şəxslə birlikdə hadisədən qabaq çox yerə getmişdir. Təqsirləndirilən şəxslə “ASK ARENA” adlanan yerə getməmişdir. Təqsirləndirilən şəxs avtomobilini “ASK ARENA”-da baş verən hadisədən sonra götürmüşdür. Təqsirləndirilən şəxs tutulandan sonra anasından “ASK ARENA”-da oğurluq etdiyini bilmişdir. Təqsirləndirilən şəxs avtomaşını dediyi vaxtdan sonra gətirib qaytarmadığına görə aralarında narazılıq olar deyə avtomobilini saxlayıb açarını bərbərxanaya qoymuşdur. Təqsirləndirilən şəxs avtomobilini gətirənə qədər dəfələrlə sonuncu ilə əlaqə saxlamış və avtomobilini gətirəcəyini bildirmişdir. Avtomobilini Təqsirləndirilən şəxs saxladığı yerdən götürməyə tək getmişdir. Avtomobilini öz istəyi ilə Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi var. Əvvəllərdə dəfələrlə avtomobilini idarə etmək üçün Təqsirləndirilən şəxs vermişdir. Sürücülük hüququ məhdudlaşdırıldığına görə avtomobilini tez-tez M.Mirbayevə idarə etməyə verirdi. Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsini bilməmişdir. M.Mirbayevin törətdiyi əməllərdən xəbəri yox idi. Təqsirləndirilən şəxs avtomobili ilə cinayət törədəcəyindən ehtiyat etdiyinə görə DİN-nin 102 xidmətinə məlumat vermişdir. O, ifadəsi elan edildikdən sonra verilən suallara cavab olaraq bildirmişdir ki, O, “ASK ARENA”-ya Təqsirləndirilən şəxslə birlikdə getsəydi cinayət məsuliyyətinə cəlb olunardı. Təqsirləndirilən şəxs avtomobilinin açarını götürəndə evdə oyaq idi və qapını Təqsirləndirilən şəxs özü açmışdır. Təqsirləndirilən şəxs onun evində çimib avtomobilinin açarını götürüb getmişdir. Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Nərimanov rayonunda yerləşən evdə yaşayır. Təqsirləndirilən şəxs Sabirabad rayonunda da şəxsi evi var. Təqsirləndirilən şəxs ailəsinə məxsus Nərimanov rayonundakı evdə anası və qardaşı öz ailəsi ilə qaldığından çimməyə onun yaşadığı evə gəlmişdir. Avtomobilinin açarını Təqsirləndirilən şəxs şəxsən özü vermişdir. Nərimanov rayonu, Şərq bazarının yanında polislər ona yaxınlaşıb avtomobili ilə cinayət törədildiyini bildirmişlər və o da avtomobili ilə cinayət törədilər deyə, polisə məlumat vermişdir. Hal-hazırda Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur, barışmış, avtomobilinə heç bir ziyan dəyməmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 göstərdi ki, xx.xx.2023-cü il tarixdə tanıdığı uşaqlarla Nizami rayonunda yerləşən “ASK Arena” stadionunda futbol oynamışlar. Futboldan sonra soyunma otağına daxil olanda onun cibindən 80 manat pulun oğurlandığını bilmişdir. Daha sonra uşaqlardan bir neçəsində pulunun oğurlandığı məlum olmuşdur. Onlar dərhal baş verən hadisə ilə bağlı DİN-nin 102-yə məlumat vermişlər. Müşahidə kameralarına baxdıqda bir nəfər şəxsin geyinmə otağına daxil olub aşkar şəkildə oğurluq etdiyini görmüşlər. O, suallara cavab olaraq bildirmişdir ki, 80 manat pulu oğurlanmışdır. 4 yoldaşından, ümumilikdə 1100 manata yaxın pul oğurlanmışdır. Ona dəymiş ziyandan heç nə qaytarılmamışdır. Dostlarının və onun pullarının kim tərəfindən oğurlanmasını polis əməkdaşı onlara məlumat vermişdir. Hadisə baş verən günü üzərində cəmi 80 manat var idi. Soyunma otağı 12 nəfər şəxsin istifadəsi üçün nəzərdə tutulub. Soyunma otağının cəmi 1 açarı olur. “Ask Arena” stadionunun 2 soyunma otağının 1 ümumi hamam otağı var. Sonradan “Ask Arena”-nın soyunma otağında olan kameralara baxdıqda 1 nəfər şəxsin hamam otağından keçərək pullarını oğurlanmağını görmüşlər. Təqsirləndirilən şəxsi etdiyi əmələ görə bağışlamaq istəmir. Ona dəymiş ziyan ödənilməmişdir. Dəymiş ziyan ödənilmədiyi təqdirdə şikayətçidir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 göstərdi ki, hər həftə tanıdığı uşaqlarla özünün təşkilatçılığı ilə Nizami rayonunda yerləşən “ASK Arena” stadionunda futbol oynayırlar. Futboldan çıxanda uşaqlardan bir-ikisi pullarının olmadıqlarını bildirmişlər. Sonra uşaqlarla əyləşib çay içdikdən sonra o da öz pul qabına baxanda 986 manat pulunun olmadığını görmüşdür. Onlar dərhal “Ask Arena” stadionunun müdriyyətinə baş verən hadisə ilə bağlı məlumat vermişlər. Müşahidə kameralarına baxdıqda bir nəfər şəxsin geyinmə otağına daxil olub aşkar şəkildə oğurluq etdiyini görmüşlər. O, suallara cavab olaraq bildirmişdir ki, “Ask Arena” stadionunun 2 soyunma otağının 1 ümumi hamam otağı var. Soyunma otağının bağlı olmasına həmişə özü nəzarət edir. Sadəcə həmin gün Təqsirləndirilən şəxs uşaqların başını şampun almaq adı ilə qataraq soyunma otağına daxil olmuşdur. Təqsirləndirilən şəxs əvvəllər “Ask Arena” stadionunda görməmişdir. Ona dəymiş ziyan ödənilməmiş, dəymiş ziyan ödənilmədiyi təqdirdə şikayətçidir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, o, Nərimanov RPİ-nin 18-ci PŞ-nin polis sahə inspektoru Şahid2 ilə birlikdə xx.xx.2023-cü il tarixdə, saat 22:00 radələrində inzibati ərazidə hərəkətdə olduqları zaman bir nəfər şəxsin hərəkətlərində, yerişində şübhə olduğunu görüb ona yaxınlaşmışlar. Şübhəli şəxsə yaxınlaşıb özlərini Nərimanov RPİ-nin polis əməkdaşları olduqlarını bildirmişlər. Şəxsə özünü təqdim eləməyi bildirsələr də şəxs həmin yerdən uzaqlaşmağa cəhd göstərirdi. Onlar da sonuncunun narkotik vasitə təsiri altında olduğunu hiss etdiklərindən PŞ-yə dəvət etmişlər. Polis Şöbəsində şəxsə axtarış aparan zaman üzərində narkotik maddəyə bənzər maddə aşkar olunmuşdur. O, suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərinə axtarış aparılan zaman sonuncunun üzərindən heroin adlı narkotik maddə aşkar olunmuşdur. Müddət çox keçdiyinə görə aşkar olunan narkotik vasitənin çəkisi dəqiq yadında deyil. Təqsirləndirilən şəxs saxlanılan, şöbəyə aparılan və üzərinə axtarış aparılan zaman heç bir fiziki təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs oğurluq etdiyi mənzil Nərimanov RPİ-nin inzibati ərazisində olduğu üçün məlumatı var. Həmin zaman 18ci PŞ-də işlədiyinə görə istintaqda olan faktlarla bağlı məlumatı yoxdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, o, Nərimanov RPİ-nin 18-ci PŞ-nin baş əməliyyat müvəkkili Şahid1 ilə birlikdə ərazidə xidmətdə olduqları zaman yerişindən və hərəkətlərindən şübhələndikləri şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Lakin şübhəli şəxs özünü təqdim etməkdən imtina etmişdir. Onlar da həmin şəxsi 18-ci PŞ-yə dəvət etmişlər. PŞ-də şübhəli bildikləri şəxs Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Məlumatlarını yoxladıqdan sonra Təqsirləndirilən şəxs Sabunçu RPİ-də axtarışda olduğu və bir neçə dəfə məhkumluğu olduğu məlum olmuşdur. 18-ci PŞ-də vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman sonuncunun üzərində narkotik maddəyə bənzər maddə aşkar olunmuşdur. O, suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərində aşkar etdikləri narkotik vasitənin adı və çəkisi yadında deyil. PŞ-də narkotik vasitənin növü barədə heç bir müzakirə olmamışdır. Təqsirləndirilən şəxs PŞ-yə dəvət olunan zaman heç bir fiziki təzyiq tətbiq olunmamışdır. Qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməsi, təqsirləndirilən şəxslə barışması, şikayəti olmamasına dair məhkəməyə müraciət ünvanlamış məhkəməyədək icraat zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, təxminən 20 ildir ki, Bakı şəhəri,Nərimanov rayonu, Xətai prospektində yerləşən “Yaşıl Bazar”da topdan göyərti satışı ilə məşğul olur. Hər gün axşam saat 23 radələrində bazara mal gəldiyi üçün bazara gedib göyərti alıb dəstələyir, daha sonra evə qayıdıb səhər tezdən saat 05 radələrində yenidən işə gəlir. Saat 10 radələrinə kimi əlində olan göyərti məhsullarını topdan satıb evə qayıdır. xx.xx.2023-cü il tarixdə, gecə saat 23 radələrində həmişəki kimi “Yaşıl Bazar”a göyərti almağa getmiş, təxminən saat 01:30 radələrində evə qayıtmışdır. Yaşadığı ev 1 mərtəbəli fərdi yaşayış evidir. Lakin həyət ümumidir, yəni bir həyətdə bir neçə ev yerləşir. İşdən evə qayıdanda evinin qapısını açarla açıb evə daxil olduqda əlində olan əşyaları girişdə sol tərəfdə olan şkafın üstünə qoymuş, həyətin işıqları və evin işıqları sönülü olduğundan hər tərəf qaranlıq idi. Əlində olan telefonun ekranını yandırmışdır ki, evin işığını yandırsın. Bu vaxt evin içərisindən onun sağ tərəfindən kiminsə qaçaraq çölə çıxdığını görmüş, qorxudan “Ay Allah” deyə qışqıraraq həmin şəxsin arxasınca baxdıqda arıq bədən quruluşlu şəxs olmasını görmüşdür. Qışqırıq səsinə qonşular gəldikdə biraz toparlandıqdan sonra ətrafa göz gəzdirmiş, həmin vaxt ona məlum olmuşdur ki, həmin şəxs evinin giriş qapısından yuxarıda yerləşən nəfəslikdən evə daxil olub divanın üzərində olan pul kisəsinin içərisindən 800 manat pulunu oğurlamışdır. Bundan sonra həmin gecə evdə qalmaqdan qorxduğundan yenidən bazara qayıtmış, səhəri gün isə DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməsi, ona dəymiş ziyanın ödənilməməsi və şikayətçi olmasına dair məhkəməyə müraciət ünvanlamış məhkəməyədək icraat zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş və müəyyən edilmişdir ki, atası X6 ilə birlikdə təsərrüfatlarında özlərinə məxsus 40 baş xırdabuynuzlu heyvanları vardır. Həmin heyvanları boş vaxtlarında yaşadıqları kəndin ərazisində və Araz çayının kənarında otarır. Məktəbdə olduğu müddət ərzində isə heyvanları yaşadığı evin həyətyanı sahəsində qalır. 10 dekabr 2022-ci il tarixdə məktəbdən yaşadığı evə gələrək xırdabuynuzlu heyvanlarını kənddə Araz çaynın kənarındakı boş örüş sahəsinə aparmışdır. Təxminən 14:45 radələrində heyvanları çayın kənarında qoyub yaşadığı evə gedib çay içib geri qayıtmaq istəmişdir. Bundan sonra heyvanları otardığı yerdən təxminən 300 metr kənarda olan yaşadığı evə getmiş, yaşadığı evdə çay içib bir neçə dəqiqə sonra heyvanları otardığı yerə gəlmişdir. Heyvanların yanına gəldikdən sonra bir baş xırdabuynuzlu heyvanın olmadığını aşkar etmiş və axtarmağa başlamışdır. Əvvəlcə həmin heyvanın itdiyini düşündüyündən bu barədə RPŞ-nə müraciət etməmiş, sonradan həmin heyvanın oğurlandığını düşündüyü üçün Saatlı RPŞ-nə bu barədə ərizə ilə müraciət etmişdir. Daha sonra heyvanını oğurlayan şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Oğurlanmış bir baş xırdabuynuzlu heyvanının diri çəkisi 35 kq olmaqla 1 il 6 aylıq erkək cinsindən olmuşdur. Oğurluq nəticəsində 180 manat dəyərində maddi ziyan dəymişdir. Qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməsi, ona dəymiş ziyanın ödənilməməsi və şikayətçi olmasına dair məhkəməyə müraciət ünvanlamış məhkəməyədək icraat zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş və müəyyən edilmişdir ki, özünə məxsus təsərrüfatında 8 baş xırdabuynulu heyvanları vardır. Həmin heyvanlarını hər gün qonşuluqda yaşayan Oqtay adlı şəxsin həyətində və kəndin ərazisində otarır. 10 dekabr 2022-ci il tarixdə, saat 13 radələrində özünə məxsus xırdabuynluz heyvanlarını Oqtaya məxsus həyətyanı sahəyə salıb otarmışdır. Daha sonra işi olduğu üçün heyvanları həmin sahədə qoyub onunla eyni kənddə yaşayan atası Səxavətin yaşadığı evə getmişdir. Axşam saat 19 radələrinədək atası Səxavətin evində oturub söhbət etmişdir. Saat 19 radələrində atasının evindən çıxıb xırdabuynuzlu heyvanlarını otardığı Oqtayın həyətinə getmişdir. Heyvanlarını saydıqda bir baş xırdabuynuzlu heyvanın olmadığını görüb axtarmış, lakin heyvanını tapa bilmədiyi üçün bu barədə RPŞ-nə müraciət etmişdir. Sonradan ona məxsus bir baş xırdabuynuzlu heyvanını oğurlayan şəxsin Təqsirləndirilən şəxs olmasını bilmişdir. Oğurlanmış xırdabuynuzlu heyvanı bir baş qırmızı-sarımtıl rəngli, diri çəkisi 35 kq olan 4 aylıq dişi heyvan olmuşdur. Oğurluq nəticəsində ona 170 manat ziyan dəymişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdən etibarən ünvan 3 ünvanında yerləşən “Spar” marketin müdiri işləyir. Market 24 saat fəaliyyət göstərir. xx.xx.2023-cü il tarixdə qohumunun rəhmətə getməsi səbəbindən Cəlilabad rayonuna getmiş, xx.xx.2023-cü il tarixdə, axşam 19 radələrində Bakı şəhərinə gəlmiş və marketdə vitrinlərə nəzər yetirdikdə içki vitrinində hansısa içkinin əksik olmasından şübhələnmişdir. Bundan sonra işçisi Elçindən nəisə spirtli içki satıb-satmadığını soruşduqda həmin gün heç bir spirtli içki satılmadığını demişdir. Daha sonra marketin nəzarət kameralarına baxdıqda xx.xx.2023-cü il tarixdə, saat 01:46 radələrində bir nəfər başında kepka olan orta yaşlı kişinin marketdə satıcının başının qarışdığından istifadə edərək marketin girişində olan spirtli içkilərin yerləşdiyi vitrindən 180 manat dəyərində 01 ədəd “Chivas Regal 18” markalı viskini oğurladığını görmüş, oğurluq hadisəsini aşkar etdikdə gecə saatları olduğu üçün həmin vaxt polisə şikayət etməmişdir. Səhəri gün təxminən saat 12 radələrində DİN-nin 102 xidməti zəng mərkəzinə müraciət edərək hadisə barədə məlumat vermişdir. Daha sonra isə Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə gedib hadisə barədə ərizə və izahat yazmışdır. Həmin şəxsin marketdən oğurladığı “Chivas Regal 18” markalı içkinin oğurlanması nəticəsində ona 180 manat ziyan dəymişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 Yasın qızı ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, təxminən 5 ildir ki, Sabunçu rayonu, Ramana Qəsəbəsi, Daş Karxanası adlanan ərazidə "Oba" marketdə inzibatçı işləyir. Həmin marketdə iş saatları hər gün saat 07 radələrindən axşam saat 22 radələrinədək müəyyən olunmuşdur. Aylıq əmək haqqısı isə 550 manatdır. 10 yanvar 2023-cü il tarixdə əmək haqqısını almış, bayram olduğu üçün əmək haqqısı biraz çox verilmişdirr. Aldığı 750 manat pulu çantasına qoymuş, 80 manat pulu isə marketdə inzibatçı otağında seyfə qoymuşdur. xx.xx.2023-cü il tarixdə qeyd olunan marketdə işdə olan zaman çantasını inzibatçı otağına qoymuşmuş, 80 manat pul olan seyfin qapısı isə açıq olmuşdur. Həmin günü saat 16 radələrində mağazaya və inzibatçı otağına müştəri daxil olmasına fikir verməmiş, sonradan otağa daxil olub çantasına və seyfə baxanda görmüşdür ki, pulları yoxdur. Bundan sonra pullarının oğurlanmasını bilib marketdə olan görüntü kameralarına baxan zaman məlum olmuşdur ki, bir nəfər şəxs marketə girmiş, sonra xidməti otağına daxil olaraq, otaqda çantasının içərisindən 750 manat pulu və seyfdən 80 manat pulu oğurlayıb çıxıb getmişdir. Qeyd olunan hadisə nəticəsində ona ümumilikdə 830 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs8 kimi sonradan adlarını bildiyi şəxslərin “Ask Arena” stadionundan onlara məxsus 986 və 80 manat məbləğində pullarının oğurlanması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə verdikləri məlumat və Nizami RPİ-nin 23-cü Polis Bölməsinə vermiş olduqları şikayət ərizələri ilə tanış olmuşdur. Belə ki, kredit yolu ilə aldığı və hələ də kreditini ödədiyi “Chevrolet Cruse” markalı, ** BG *** markalı avtomobili etibarnamə əsasında idarə edir. xx.xx.2023-cü il tarixdə təxminən saat 18 radələrində xalası oğlu Təqsirləndirilən şəxs onun yaşadığı məhəlləyə gəlmiş və ondan “Ulduz” metrostansiyası tərəfdə işi olduğundan onu həmin yerə aparmasını xahiş etmişdir. Təxminən 10-15 dəqiqədən sonra Mirsalehlə evdən çıxıb birlikdə avtomobili ilə “Heydər Əliyev” prospektində yerləşən “Ask Arena” stadionunun yerləşdiyi ərazidə “Al market’in qarşısına çatanda Mirsaleh avtomobili saxlamağını demiş və avtomobildən düşüb “Ask Arena” stadionu tərəfə gedərkən orada bir nəfərlə görüşəcəyini və 15-20 dəqiqəyə qayıdacağını demişdir. Təxminən 20 dəqiqədən sonra Mirsalehin gecikdiyi görüb avtomobildən enib Mirsalehin getdiyi istiqamətə getmiş, bu zaman Mirsalehin “Ask Arena”dan çıxıb avtomobilinə tərəf qaçdığını və onu görmədiyindən avtomobilinin qapısını açmaq istəsə də, bağlı olduğu üçün irəli qaçıb qarşıdan sağ tərəfə döndüyünü görmüşdür. Həmin zaman Mirsalehi çağırsa da sonuncu onu eşitməmiş və nədənsə qorxduğundan dediyi kimi qaçıb uzaqlaşmışdır. Avtomobilinə çatıb mühərriki işə salaraq avtomobillə Mirsalehin getdiyi istiqamətə getmiş, irəlidə Mirsalehin ara yerdə dayanmasını görmüş və avtomobili onun yanında saxlayanda sonuncu cəld avtomobilə əyləşmiş və tez sürüb oradan getməyi demişdir. Mirsalehdən nə baş verməsini soruşarkən o, “Ask Arena”da bir nəfər şəxslə mübahisə etdiyini və həmin şəxsin də onu döymək istəməsinə görə qaçmasını bildirmişdir. Bundan sonra Mirsalehlə evə qayıdarkən sonuncu yolda onu “28 May” metrostansiyasının yanında düşürməyini istədiyi üçün onu “28 May” metrostansiyasının 2-ci çıxışının yaxınlığında düşürüb evinə getmişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 17 radələrində məhəllədə Mirsaleh onunla rastlaşarkən söhbət etməyə başlamış, bu zaman Mirsalehin siqaret almaq üçün mağazaya girib geri qayıdarkən əlindəki 50 və 20 manatlıq pul əskinasları cibinə qoymasını görüb ondan pulu haradan almasını soruşan zaman Mirsaleh “Ask Arena” stadionuna daxil olarkən oradan 260 manat pul oğurladığını demişdir. Bunu eşidən kimi ona iradla bildirmiş, hətta nalayiq ifadələr işlədərək Mirsalehə çox səhv hərəkət etdiyini və onun yanında olmamasını demişdir. Mirsaleh isə 260 manat puldan ötrü kiminsə tutulmadığı bildirib getmişdir. 08 may 2023-cü il tarixdə, səhər saat 06 radələrində qapı döyülmüş, qapını açarkən Mirsalehi görüb nə üçün səhər tezdən gəlməsini soruşan zaman sonuncu Sabirabad rayonuna getməsini və çimmək üçün gəldiyini demişdir. Məcbur qalıb onu evə buraxıb gedib yatmışdır. Mirsaleh isə çimmək üçün hamama getmişdir. Həmin günü saat 14 radələrində yuxudan oyandıqda evdə avtomobilinin açarını axtarmış və tapmamışdır. Əvvəlcədən avtomobilini evinin qarşısındakı yolun kənarında saxlamış və həyətə çıxarkən avtomobilinin yerində olmadığını görmüşdür. Mirsalehin avtomobilini qaçırmasını fikriləşmiş və ona zəng vurduqda əvvəlcə telefonu açmasa da, başqa məhəllə yoldaşlarının telefonu ilə yenidən Mirsalehə zəng edərkən o telefonu açmış və avtomobilini qaçırmasını etiraf etmişdir. Mirsalehə avtomobilini gətirməsini, əks halda ondan şikayət edəcəyini demiş, o isə bir qədər işinin olmasını və 1-2 saata avtomobilini gətirəcəyini demişdir. Mirsalehə 1-2 saat sonra “Şərq Bazarı”nın arxasında olacağını və avtomobilini oraya gətirməsini demiş, sonuncu əvvəlcə onunla razılaşmış, saat təxminən 15:30 radələrində “Şərq Bazarı”nın arxası tərəfdə Mirsalehi gözləyərkən polis əməkdaşları ona yaxınlaşıb oğurluq hadisəsində şübhəli olmağını demişlər. Polis əməkdaşlarına hadisəni danışmış və polis əməkdaşları ilə avtomobilini axtararkən onu yaşadığı evdən 2-3 km uzaqlıqda, ünvan 9 ünvanında ara məhəllədə tapmışdır. Mirsaleh onu aldatmış və çimmək adı ilə evinə gələrək ondan xəbərsiz, yatakən stolun üzərinə qoyduğu avtomobilinin açarını götürmüş və qaçırmışdır. Həmçinin onu da aldadaraq guya avtomobilini özünə qaytaracağını desə də, Mirsalehə bildirmədən polis əməkdaşlarının yanında onunla danışmaq istəsə də artıq onun telefonuna zəng çatmamışdır. Polis əməkdaşları onu tapmasalar oradan polisə Mirsalehin avtomobilini qaçırmağı barədə şikayət edəcəkdi. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, təxminən 18:30 radələrində H.Əliyev prospektindəki Ask Arena adlı stadionda futbol oynamağa girmiş, saat təxminən 20 radələrində geri qayıdıb dolabın içində olan şalvarının cibinə baxanda orada pul kisəsinin içərisində olan 80 manat pulunun oğurlanmağını aşkar etmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, təxminən 18:30 radələrində H.Əliyev prospektindəki Ask Arena adlı stadionda futbol oynamağa girmişdir. Həmin günü saat təxminən 20 radələrində geri qayıdıb dolabın içində olan şalvarının cibinə baxanda orada pul kisəsinin içində 986 manat pulunun oğurlanmağını aşkar etmişdir. Oğurluq hadisəsi nəticəsində ona 986 manat maddi ziyan dəymişdir. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, hazırda Nərimanov Rayon Polis İdarəsinin 18-ci PŞ-in baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023cü il tarixdə, saat 00:30 radələrində Nərimanov RPİ-nin 18-ci PŞ-in sahə inspektoru, polis baş leytenantı Şahid2 ilə birlikdə ünvan 11 ünvanın qarşısında bir nəfər şəxsin hərəkətlərindən, bədən və gözlərinin quruluşundan narkotik vasitə istifadəsində şübhəli olduğunu görüb ona yaxınlaşıb özlərini təqdim edib Nərimanov Rayon Polis İdarəsinin 18-ci PŞ-in əməkdaşları olduqlarını bildirmişlər və həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim etmək istəməyərək oradan uzaqlaşmağa çalışmışdır. Həmin şəxsin rabitəsiz danışığından narkotik vasitənin təsiri altında olmasından və üzərində narkotik vasitə saxlamasından şübhələnib onu saxlayaraq Nərimanov RPİ-nin 18ci PŞ-in inzibati binasına gətirdiklərində məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs Nərimanov RPİ-nin 18-ci PŞ-yə gətirilməsi barədə tərəflərindən raportla rəhbərliyə məruzə edilmiş və raportun icrası təhqiqatçı, polis polkovnik-leytenantı Təyyar Rzaquliyevə həvalə olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zərurəti yarandığından onun hüquqlarının müdafiə edilməsindən ötrü dövlət hesabına müdafiəçi təyin edilmişdir. Dəvət edilmiş müdafiəçi ona təqdim edildikdən sonra şübhəli şəxs qismində tutularaq şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə video cəkiliş vasitəsilə şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış keçirilməmişdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olub-olmadığı soruşulmuş, əgər vardırsa həmin əşyaları könüllü təqdim etmək təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sol yan cibindən içərisində qəhvəyi rəngli, toz halında maddə olan bir ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümdə olan maddə “kakos” adı ilə tanınan narkotik vasitə heroindir, həmin heroini öz şəxsi istifadəsi üçün xx.xx.2023-cü il tarixdə Sabirabad rayonunda tanımadığı şəxsdən 35 manata almışdır. Həmçinin Təqsirləndirilən şəxs sorğu zamanı xx.xx.2023-cü il tarixdə Spar marketdən viski oğurladığını və xx.xx.2023-cü il tarixdə Nərimanov rayonu ərazisində oğurluq etmək üçün evə girdiyini, lakin ev sahibi gəldiyi üçün heç nə oğurlamadan evdən çıxıb getdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs üzərindən başqa iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Aşkar edilmiş içərisində narkotik vasitə olan büküm təhqiqatçı tərəfindən bir ədəd zərfə qablaşdırılaraq götürülmüş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda şəxsi axtarışla əlaqədar təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol özü və axtarışda iştirak etmiş digər şəxslər tərəfindən imzalanmışdır. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadələrindən görünür ki, digər Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadələri təkrarlayaraq, ibtidai istintaq zamanı eyni məzmunda ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (İ cild, i.v. 1) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə üzərində qanunsuz olaraq narkotik vasitə saxlamasında şübhəli şəxs qismində tutulmuşdur. (İ cild, i.v. 16-17) xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması haqqında” protokoldan, xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində olan hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etməsi təklif olundu, Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sol yan cibindən şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli maddə olan 01 ədəd bükümü çıxarıb təqdim edir. Həmin şəxs 4 aydır narkotik vasitələrdən istifadə etdiyini, üzərindən aşkar edilmiş 01 ədəd bükümün içərisində olan qəhvəyi rəngli maddəni bir gün əvvəl Sabirabad rayonundan 35 manata aldığını, bundan başqa xx.xx.2023-cü il tarixdə “Spar” marketdən viski oğurladığını, xx.xx.2023-cü il tarixdə isə oğurluq etmək üçün mənzilə daxil olduğunu, lakin ev sahibinin gəlməsi səbəbi ilə heç nə oğurlayala bilmədiyini və evdən çıxıb qaçdığını bildirir. (İ cild, i.v. 31-33, 114) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/3015 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs (imza)...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,260 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (İ cild, i.v. 38-42) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, HK-1/1526 və HK-1/1528 saylı materiallar CM-in 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilmişdir. (İ cild, i.v. 49-50) xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 21 may 2023-cü il tarixdə saat 01:46 radələrində olan oğurluq hadisəsi ünvan 3 ünvanında yerləşən ““Spar Market” mağazasında baş vermişdir. (İ cild, i.v. 54-55) xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 23 may 2023-cü il tarixdə, saat 01:30 radələrində olan oğurluq hadisəsi ünvan 4 ünvanında yerləşən 14 nömrəli fərdi yaşayış evində baş vermişdir. (İ cild, i.v. 66-68) xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli protokollardan və əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 01:46 radələrində "Spar" mağazasında müştəri qismində satıcı ilə biraz söhbət etdikdən sonra mağazaya müştəri qismində bir nəfər qadın daxil olur, satıcı ilə qadının arxaları ona tərəf və başlarının qarışıq olmasından istifadə edib gizli olaraq vitrində olan bir ədəd viskini götürüb mağazadan çıxır. (İ cild, i.v. 91, İİİ cild, i.v. 14) xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl CM-in 234.1-ci maddəsindən həmin Məcəllənin 177.2.2, 177.2.3, 234.1-1-ci maddələrinə tövsif olunmuş və Təqsirləndirilən şəxs CM-nin 177.2.2, 177.2.3, 234.1-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild, i.v. 100-103) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(005)- 801/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (İ cild, i.v. 130-134) xx.xx.2023-cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı ünvan 3 ünvanında yerləşən ““Spar Market” mağazasında və ünvan 4 ünvanında yerləşən 14 nömrəli fərdi yaşayış evində törədilmiş hadisələrin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir (İ cild,i.v. 135- 138) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmdən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(060)-709/2023 saylı hökmündən, Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(055)-6/2024 saylı hökmündən və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(106)-353/2024 saylı qərarından, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 7 saylı Cəzaçəkmə Müəssisəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə CM-in 177.1, 234.1 maddələri ilə təqsirli bilinib CM-in 66.3-cü maddəsinə əsasən 2 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2013-cü il tarixli “Amnistiya” Qərarının 1.1-ci bəndinə əsasən cəzadan azad edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə CM-in 177.2.2-ci maddəsi ilə təqsirli bilinib 4 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə 07 ay 01 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2017-ci il tarixdə təyin edilmiş sınaq müddəti başa çatmışdır, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinib CM-in 67.1-ci maddəsinə əsasən 7 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-in 177.2.2-ci maddəsi ilə təqsirli bilinib 1 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(005)-355/2019 saylı hökmü ilə CM-in 177.2.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib CM-in 66.2, 67.1-ci maddələrinə əsasən 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Xətai Rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(011)-424/2022 saylı qərarı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(005)-355/2019 saylı hökmü ilə təyin edilmiş 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 5 ay 18 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(060)-709/2023 saylı hökmü CMin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Saatlı Rayon Məhkəməsinin hökmü ilə CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 03 il müddətə azadlıqdan məhrum etmə cızasına məhkum edilmişdir, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(055)-6/2024 saylı hökmü ilə təqsirli bilindiyi CM-in 177.2.3-cü maddəsi ilə təyin edilmiş 03 il müddətə azadlıqdan məhrum etmə cəzası CM-in 66.5-ci maddəsinə əsasən ona Sumqayıt Şəhər Məhkəməsinin 23 avqust 2023-cü il tarixli 1(060)709/2023 saylı hökmü ilə təyin edilmiş 03 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. (İ cild, i.v. 157-159, 222-236) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, CM-in 177.2.3-cü maddəsi ilə olan ********* saylı cinayət işi CM-in 177.2.2, 177.2.3 və 234.1-1-ci maddələri ilə istintaqı aparılan ********* saylı cinayət işinə birləşdirilmişdir. (İ cild, i.v. 160-162) xx.xx.2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 11 yanvar 2023-cü il tarixdə, saat 16 radələrində olan oğurluq hadisəsi Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Daş Karxanası adlanan ərazidə yerləşən "Oba" marketdə baş vermişdir. (İ cild, i.v. 166-170) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 22:30-da CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (İ cild, i.v. 191) Zərərçəkmiş şəxs3 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, ona vurulan 830 manat maddi ziyan tam şəkildə ödənildiyindən heç bir şikayət və tələbi yoxdur. (İ cild, i.v. 199) Şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018-ci il təvəllüdlü X1, xx.xx.2011-ci il təvəllüdlü X4 oğlu adlı azyaşlı uşaqları vardır. (İ cild, i.v. 200-201) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild, i.v. 202-203) xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş, polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və saxlandığı Sabunçu RPİnin MSY-dən azad edilmişdir. (İ cild, i.v. 212-215) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi CM-in 177.2.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işinə birləşdirilmişdir. (İ cild, i.v. 239) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, CM-nin 177.2.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (İİ cild, i.v. 242) xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, 10 dekabr 2022-ci il tarixdə saat 15:05 radələrində olan oğurluq hadisəsi Saatlı rayonu, Novruzlu kəndində yanları açıq vəziyyətdə olan otlaq sahəsində baş vermişdir. (İ cild, i.v. 247-249) xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, 10 dekabr 2022-ci il tarixdə saat 15 radələrində olan oğurluq hadisəsi Saatlı rayonu, Novruzlu kəndində Araz çayının kənarında yanları açıq vəziyyətdə olan boş otlaq sahəsində baş vermişdir. (İİ cild, i.v. 41-44) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İİ cild, i.v. 60-61) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (İİ cild, i.v. 79-80) xx.xx.2023-cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Saatlı rayonu, Novruzlu kəndində Araz çayının kənarında yanları açıq vəziyyətdə olan boş otlaq sahəsində və Saatlı rayonu, Novruzlu kəndində yanları açıq vəziyyətdə olan otlaq sahəsində törədilmiş hadisələrin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir (İİ cild,i.v. 83-87) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, CM-nin 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (İİ cild, i.v. 107) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İİ cild, i.v. 108) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X11 Ambulator X2 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 3297 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ethiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İİ cild, i.v. 138-139) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 ambulator məhkəmə psixiatrik ekspertizasının 1481 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədən zaman onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və s. psixi xəstəlik qeyd olunmayıb. Təqsirləndirilən şəxs hal-hazırda hər-hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək qabiliyyətində olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. (İİ cild, i.v. 146-147) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, CM-nin 177.2.3, 185.1-ci maddələri ilə olan ********* saylı cinayət işi CM-in 177.2.2, 177.2.3, 234.1-1-ci maddələri istintaqı aparılan ********* saylı cinayət işinə birləşdirilmişdir. (İİ cild, i.v. 148-150) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, CM-nin 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (İİ cild, i.v. 151) xx.xx.2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 06 may 2023-cü il tarixdə, saat 18 radələrində olan oğurluq hadisəsi Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 136 ünvanda yerləşən "Ask Arena" stadionunun paltar dəyişmə otağında baş vermişdir. (İİ cild, i.v. 162- 166) xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli protokollardan və əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs "Ask Arena" stadionunun paltar dəyişmə otağına daxil olub biraz gəzişdikdən sonra giriş qapısından sağ tərəfdə yerləşən üçüncü və giriş qapısı ilə üzbə-üz olan ikinci dolablardan qara rəngli pul kisələrini götürüb içərisindəki pulları götürdükdən sonra pul kisələrini aldığı dolaba geri qoyur, eyni zamanda götürdüyü pulları şalvarının sağ yan cibinə qoyub otaqdan çıxır. (İİ cild, i.v. 167, İİİ cild, i.v. 13) xx.xx.2023-cü il tarixli “hadisə yerinə baxış keçirilmə və götürmə haqqında” protokollardan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 08 may 2023-cü il tarixdə saat 09 radələrində olan hadisə ünvan 2 ünvanında baş vermişdir. (İİ cild, i.v. 183-190) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin ibtidai istintaqı CM-in 177.2.3, 185.1-ci maddələri ilə davam etdirilmişdir. (İİ cild, i.v. 226) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3 və 185.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. (İİ cild, i.v. 234-235) xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs "Oba" marketə müştəri qismində daxil olub vitrinlərdəki məhsullara baxdıqdan sonra ətrafda heç kəsin olmamasını görüb marketdə yerləşən inzibatçı otağının qapısını açmaqla otağa daxil olub, həmin otaqda əyilib oturacağın üzərində olan əl çantasının içərisini axtarır, daha sonra oturacağın yanında yerdə olan seyfi axtarır, daha sonra ayağa qalxdıqda əlində pullar olması görünür və həmin pulları cibinə qoyub otaqdan çıxır. (İİİ cild, i.v. 12) Zərərçəkmiş şəxs6 ərizəsindən görünür ki, onun avtomobilinə hər hansı bir maddi ziyan dəymədiyindən Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. (İİİ cild, i.v. 16) xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 2,260 qram narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və tədqiqata sərf edildikdən sonra qalıq qalmış təmiz çəkisi 2,210 qram narkotik vasitə olan heroin saxlanılması üçün Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. (İİİ cild, i.v. 19-39) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2, 177.2.3, 185.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. (İİİ cild, i.v. 46-48) Zərərçəkmiş şəxs5 xx.xx.2024-cü il tarixli müraciətindən və xx.xx.2024-cü il tarixli teleqramdan görünür ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir, ona dəymiş ziyan ödənilməyib, hal-hazırda şikayətçidir, barışıq yoxdur və təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs4 xx.xx.2024-cü il tarixli müraciətindən görünür ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir, ona dəymiş ziyan ödənilməyib, hal-hazırda şikayətçidir, barışıq yoxdur. Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, heç bir şikayət və tələbi yoxdur. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxsə hansı cəzanın təyin edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, CM-in 185.1-ci maddəsi ilə təqsirləndirildiyi hissədə zərərçəkmiş şəxslə barışmış, bəraətverici əsaslar olmadan həmin hissədə cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 1(101)-568/2024 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs CM-in 185.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə CM-in 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə xitam verilməsi qərara alınmışdır. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri, məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadələri, zərərçəkmiş şəxslərin ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Məhkəmə, Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsi, onun üzərində olan narkotik vasitəni polis əməkdaşları götürüb, cibinə ona məxsus olmayan narkotik vasitəni qoymaları, oğurluq epizodlarında Zərərçəkmiş şəxs3 münasibətdə 830 manat deyil, yalnız 80 manat oğurluq etməsi, Zərərçəkmiş şəxs2 münasibətdə evə girsə də oğurluq etməməsi və s. ilə bağlı verdiyi ifadələri iş üzrə toplanmış sübutlar, o cümlədən “şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması haqqında” protokol, “hadisə yerinə baxış keçirilməsi barədə” protokollar, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadələrini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri ilə bağlı, yəni yaşayış sahəsinə və başqa saxlanc yerlərinə qanunsuz daxil olaraq, təkrarən özgənin əmlakını gizli olaraq talayıb oğurluq etməsi, talama məqsədi olmadan avtomobili qanunsuz ələ keçirərək qaçırması, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması və daşımasına dair ibtidai istintaq zamanı dindirilərkən dəfələrlə verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etirafedici ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri daha obyektiv və iş materialları ilə uyğunluq təşkil edən sübut kimi qəbul edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli Plenum qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin qərarın 2-ci bəndində qeyd edilmişdir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin qərarın 7-ci bəndində qeyd olunur ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək) oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Həmin qərarın 19-cı bəndində qeyd olunur ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Məhkəmə yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.2, 177.2.3, 185.1 və 234.1-1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs CMin 177.2.2, 177.2.3 və 234.1-1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində (CM-in 177.2.2, 177.2.3 və 234.1-1-ci maddələrində) nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.2, 177.2.3-cü maddələrində nəzərdə tutulan əməllər az ağır, CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan əməl isə ağır cinayət hesab olunur. CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 Yasın qızı şikayət və tələbinin olmamasını, barışmasını, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini yüngülləşdirən hallar kimi qiymətləndirir. İş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmişdir. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və qanunvericilikdə nəzərdə tutulan müddət keçmədən yenidən qəsdən cinayət törətmişdir. CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.2, 177.2.3 və 234.1-1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə ittiham olunduğu maddələrin (CM-in 177.2.2, 177.2.3 və 234.1-1-ci maddələri) sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 66.5-ci maddəsinin tələbləri rəhbər tutularaq Bakı şəhəri Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(055)-6/2024 nömrəli hökmü (Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(106)-353/2024 saylı qərarı) ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası, hazırkı hökmlə ona təyin ediləcək cəza ilə qismən toplanılmaqla üzərində qəti cəza saxlanılmalıdır. CM-in 76.6.3-cü madəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirə bilər. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai rayon məhkəməsinin 29 iyun 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində olan azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 5 ay 18 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli, çəkilməmiş həmin cəza yeni təyin olunmuş hökmlə qismən birləşdirilməli və ona hazırkı iş üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, təqsirləndirilən şəxsin müdafiəçisi telefonundan çıxarış təqdim etmiş, məhkəmə nəzarəti qaydasında araşdırma aparılaraq həbsetmənin əvvəli xx.xx.2023-cü il tarix, saat 24:00-dək olması müəyyən edilmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməli, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 81 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş tədqiqata sərf edildikdən sonra qalıq qalmış təmiz çəkisi 2,210 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 120 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 120 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 120 saat hüquqi yardıma görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 720 manat məbləğində pul köçürülməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə 03 (üç) il 06 (altı) ay müddətinə, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Bakı şəhəri Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(055)-6/2024 nömrəli hökmü (Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(106)-353/2024 saylı qərarı) ilə Təqsirləndirilən şəxs təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, hazırkı hökmlə ona təyin edilmiş cəza ilə qismən toplanılmaqla barəsində 06 (altı) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Xətai rayon məhkəməsinin 29 iyun 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində olan azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 5 (beş) ay 18 (on səkkiz) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən çəkilməmiş həmin cəza hazırkı hökmlə qismən birləşdirilərək ona qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində 06 (altı) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş tədqiqata sərf edildikdən sonra qalıq qalmış təmiz çəkisi 2,210 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 81 (səksən bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 120 saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 720 (yeddi yüz iyirmi) manat məbləğində pul köçürülsün. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar