Məhkəmə qərarları › İş №1(101)-568/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-568/2025

22.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-568/2025 22.09.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, X5 və X2 ibarət tərkibdə, X9 oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.3-cü maddəsi ilə, xx xxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xüsusilə külli miqdarda kultivasiya etmişdir. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs2 ilə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xüsusilə külli miqdarda kultivasiya etmə barədə razılığa gəlib cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşib aralarındakı razılaşmaya görə o, Təqsirləndirilən şəxs2 ilə birlikdə istintaqla müəyyən olunmamış vaxtda və mənbədən əldə etdikləri çətənə bitkisinin toxumlarından istifadə etməklə 2024-cü ilin aprel ayında yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində Təqsirləndirilən şəxs2la birlikdə qanunsuz olaraq xüsusilə külli miqdarda, yaş vəziyyətdə ümumi çəkisi 295,0 qram olan 2 (iki) ədəd bitki nümunəsi və 1198 (min yüz doxsan səkkiz) ədəd tərkibində narkotik maddələr olan narkotik təbiətli çətənə (kannabis) bitkilərini əkib aqrotexniki qaydada qulluq göstərərək yetişdirməklə kultivasiya etmiş, 09 may 2024-cü il tarixdə, saat 11:30 radələrində Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 3 ünvanında axtarış keçirilən həmin ünvanda yerləşən həyətində qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdikləri, əkilib-becərilməsi qadağan olunmuş, aqrotexniki qaydada qulluq göstərilmiş, yaş vəziyyətdə ümumi çəkisi 295,0 qram olan 2 (iki) ədəd çətənə bitki nümunələri şitil fazasında və 1198 (min yüz doxsan səkkiz) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri və şitilləri cücərti fazasında xüsusilə külli miqdarda aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xüsusilə külli miqdarda kultivasiya etmişdir. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs1 ilə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xüsusilə külli miqdarda kultivasiya etmə barədə razılığa gəlib cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşib aralarındakı razılaşmaya görə o, Təqsirləndirilən şəxs1 ilə birlikdə istintaqla müəyyən olunmamış vaxtda və mənbədən əldə etdikləri çətənə bitkisinin toxumlarından istifadə etməklə 2024-cü ilin aprel ayında Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində Təqsirləndirilən şəxs1la birlikdə qanunsuz olaraq, xüsusilə külli miqdarda, yaş vəziyyətdə ümumi çəkisi 295,0 qram olan 2 (iki) ədəd bitki nümunəsi və 1198 (min yüz doxsan səkkiz) ədəd tərkibində narkotik maddələr olan narkotik təbiətli çətənə (kannabis) bitkilərini əkib aqrotexniki qaydada qulluq göstərərək yetişdirməklə kultivasiya etmiş, 09 may 2024-cü il tarixdə, saat 11:30 radələrində Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 3 ünvanında axtarış keçirilən həmin ünvanda yerləşən həyətində qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdikləri, əkilib-becərilməsi qadağan olunmuş, aqrotexniki qaydada qulluq göstərilmiş, yaş vəziyyətdə ümumi çəkisi 295,0 qram olan 2 (iki) ədəd bitki nümunələri şitil fazasında və 1198 (min yüz doxsan səkkiz) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri və şitilləri cücərti fazasında xüsusilə külli miqdarda aşkar edilərək götürülmüşdür İşin halları: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.3-cü maddəsi ilə ittiham ona görə irəli sürülmüşdür ki, onlar qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xüsusilə külli miqdarda kultivasiya etmişlər. Cinayət işi üzrə məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən onlara Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.3-cü maddəsi ilə elan edilmiş ittiham mübahisələndirilərək, onlar tərəfindən həmin ittiham qəbul edilməmişdir. Məhkəmədə ittiham tərəfini təmsil edən dövlət ittihamçısı ittiham tərəfinin təqdim etdiyi sübutların qanuniliyini, həmçinin təqsirləndirilən şəxslərin cinayət əməlinin Cinayət Məcəlləsinin 237.3-cü maddəsi ilə tövsif edilməsini müdafiə etmişdir. Cinayət prosesi tərəflərinin dəlilləri, sübutların təsviri: İşdə iştirak edən şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün əhəmiyyətli olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiqinin aparılmasından və iş üzrə həqiqətin müəyyən edilməsindən ötrü, həmçinin məhkəmə araşdırması zamanı proses tərəflərinin birini digəri qarşısında zəif duruma salmayacaq şərtlər daxilində hər bir tərəfin (həm ittiham, həm müdafiə tərəfinin) sübutlarını və mövqeyini təqdim etməsi şəraitində keçirilmiş məhkəmə araşdırmasında cinayət prosesi tərəflərinin dəlilləri, sübutların təsviri aşağıdakılardan ibarət olmuşdur. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 08 may 2024-cü il tarixdə günortadan başlayaraq o, Şüvəlan qəsəbəsində toy mərasimində olmuşdur. Bununla bağlı video çəkilişlər və şahidlər də var. Saat təxminən onun yarısına qədər toyda olmuşdur. Toydan çıxıb taksiyə minib evə getmişdir. Evə çatan kimi darvazanın açıq olduğunu görmüşdür. O, nə baş verdiyini anlamamışdır. Bu zaman 3-4 nəfər ona yaxınlaşıb həmin evin ona məxsus olub-olmadığını soruşan zaman o, həmin evin ona məxsus olduğunu təsdiq etmişdir. Onlardan kim olduqlarını soruşan zaman həmin şəxslər Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Onu Polis şöbəsinə aparmışlar. Polis şöbəsində ona bildirmişlər ki, onun yaşadığı evin həyətində marixuana əkilmişdir. O isə bundan xəbəri olmadığını bildirib, bunu kimin əkdiyini soruşmuş, bu zaman onu Təqsirləndirilən şəxs2la birgə kameraya salmışlar. Onu növbəti gün, yəni 09 mayda video çəkiliş keçirtmək üçün yaşadığı evin həyətinə aparmışlar. Evə çatan zaman polis əməkdaşları ona çətənə kollarını göstərib bildirmişlər ki, həmin çətənə kolları onun həyətində əkilmişdir. Bu səbəbdən də onların hər ikisi həbs olunmalıdır. Ona psixoloji təzyiqlər olmuş, evin həyətinə baxış zamanı vəkil iştirak etməmişdir. İş materiallarında yazılmışdır ki, qara yeşikdə çətənə kolları aşkarlanmışdır. Lakin o, həyətdə heç bir qara yeşik görməmişdir. O, tutulmamışdan bir il əvvəl Təqsirləndirilən şəxs2la tanış olmuşdur, ondan əvvəl isə səthi tanışlıqları olmuşdur. 2021-ci ildə yeddi ay ərzində valideynlərinin hər ikisi rəhmətə getmiş və yaşadığı evin həyəti baxımsız qalmışdır. O isə musiqiçi olduğundan həyətlə məşğul olmağa vaxtı olmamışdır. O, qardaşı ilə məsləhətləşmişdir ki, həyətə baxıb əkinlə məşğul olması üçün bağban tapsınlar. Daha sonra o, bağban axtarmağa başlamışdır. Bir gün o, Təqsirləndirilən şəxs2la kafedə çay içərkən aralarında söhbət zamanı Təqsirləndirilən şəxs2 bağbanlığı bacardığını və bostanı əkib-becərəcəyini bildirmişdir. 2023-cü ildə onlar bu barədə danışmışlar və Təqsirləndirilən şəxs2 gəlib həmin həyətə baxmışdır. Həmin il onlar birlikdə tərəvəz əkmişlər, Təqsirləndirilən şəxs2 isə tərəvəzləri satırmış. Sonradan belə bir hadisə olmuşdur, yəni onun evinin həyətində əkilmiş çətənə kolları aşkar edilsə də, həmin çətənə kollarından onun xəbəri olmamışdır. Evinin həyətində tərəvəzi Təqsirləndirilən şəxs2 əkmişdir. Polis əməkdaşları onu Polis şöbəsinə gətirənə qədər nə baş verdiyini bilməmiş, yalnız şöbədə bilmişdir ki, həyətində çətənə kolları əkilmişdir. Daha sonra onun yaşadığı evin həyətinə video çəkilişlə baxış keçirilmişdir. Baxış zamanı o, 2 (iki) ədəd bitkiləri görmüş, yəqin ki, həmin bitkiləri Təqsirləndirilən şəxs2 əkmişdir. İttiham aktında qeyd edilmişdir ki, onun həyətində güya 1200 ədəd kol aşkar edilmişdir, bu, yalandır. Aqronom da orada iştirak etmiş və bildirmişdir ki, həmin kollar marixuanaya bənzəyir. Kollara baxış zamanı orada sayılmamışdır. Orada başqa balaca bitkilər də aşkarlanmışdır, həmin bitkilərdən onun xəbəri olmamışdır. Təqsirləndirilən şəxs2 sonradan ona bildirmişdir ki, həmin torpaq sahəsinə bir ovuc çətənə toxumunu elə-belə səpmişdir. Lakin bunu o, sonradan bilmişdir. Polis əməkdaşları tərəfindən onunla kobud davranışlar olsa da, ona fiziki təzyiqlər olmamışdır. Ona qarşı psixoloji təzyiqlər olmuşdur. Ona video çəkilişdən əvvəl bildirmişlər ki, çəkiliş zamanı polislərin dediklərini desin. İbtidai istintaq zamanı verdiyi ifadələrini oxuması üçün ona şərait yaradılmamışdır. İş materiallarında göstərilmişdir ki, güya o, həyətində çətənə kolları əkdiyini bildirmişdir, bu, absurddur. İnsan belə bir şeyi deməz. Təqsirləndirilən şəxs1 daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun həyətində tərəvəz əkən zaman o, gedib bostana baxırmış. Lakin həmin tərəvəzlərin satışında o, iştirak etmirmiş. O, hərdən yığım zamanı vaxtı olanda iştirak etmişdir. Onu Polis şöbəsinə aparan zaman o, nə baş verdiyini bilməmiş, şöbədə bilmişdir ki, onu niyə saxlamışlar. Bu zaman Təqsirləndirilən şəxs2 ona həyətdə bir az çətənə kolu əkdiyini bildirmişdir. Bunu Təqsirləndirilən şəxs2 ona Polis şöbəsində kamerada olan zaman bildirmişdir. Ceyhun ona bildirmişdir ki, 5-6 dənə toxum səpmişdir. O, digər 2 (iki) ədəd kolları səhəri günü çəkiliş zamanı görmüşdür. Çıxan kolların sayını bilmir, hesab edir ki, onların sayı 1200 ədəd ola bilməz. Onun vaxtı olmadığına görə sadəcə səhər tezdən su verib gedirmiş. O, özü çox nadir hallarda narkotik vasitə “nəşə” çəkmişdir. O, 08 mayda Şüvəlanda musiqiçi dostunun oğlunun toyunda olmuş, toydan gecə saat 10-a işləmiş çıxmışdır. O, özünü ona görə qismən təqsirli bilir ki, səhlənkarlıq etmiş və həyətinə qarşı diqqətli olmamışdır. Onun həyətindən aşkar edilmiş narkotik tərkibli kolların sayı az olmuş, həmin kolları o, əkməmişdir. Təqsirləndirilən şəxs2 özü bildirmişdir ki, həmin kolları özü əkmişdir. Onun həmin narkotik tərkibli kollardan xəbəri olmamışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu izahatı və ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində verdiyi izahatı, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı 09 may 2024-cü il tarixli izahatında, 10 may 2024-cü il tarixdə şübhəli şəxs və təqsirləndirilən şəxs qismində ifadə verərkən müdafiəçisinin iştirakı ilə verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində məhkəmə iclasındakı ifadəsindən fərqli olaraq ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, bir müddət olar ki, narkotik vasitə qurudulmuş marixuananı siqaretə doldurma vasitəsi ilə çəkməklə istifadə edir. Ceyhun adlı şəxsi tanıyır, aralarında yoldaşlıq münasibəti vardır. Ceyhunla arabir bir yerdə olub narkotik vasitə olan qurudulmuş marixuananı çəkmişlər, narkotik maddə qurudulmuş marixuananı əldə etməkdə çətinlik çəkdiklərindən Ceyhun ilə qərara gəlmişlər ki, narkotik vasitə qurudulmuş marixuana əldə etmək üçün çətənə toxumunu əksinlər, çətənə bitkisini qulluq edib böyüdərək gələcəkdə yarpaqlarını qurutmaqla istifadə etsinlər. Ceyhun ilə razılaşmışlar ki, çətənə toxumlarını onun yaşadığı ünvan 4 ünvanında yerləşən yaşayış evinin həyətyanı sahəsində əkib becərsinlər. Bu məqsədlə 2024-cü ilin aprel ayında Maştağa qəsəbəsində tanımadıqları şəxsdən əldə etdikləri toxumları yaşadığı ünvan 4 ünvanında yerləşən yaşayış evinin həyətyanı sahəsində təmizlənmiş, alaq edilmiş torpaq sahəsində əkmişlər. Əkdikləri toxumların çıxmasını görüb toxumların yaxşı becərməsi üçün su verməklə qulluq etməyə başlamışlar. O, Ceyhun ilə birlikdə həmin bitkilərə qulluq etməyə davam etməklə həmin bitkilər də daha yaxşı inkişaf etməyə başlamışdır. 08 may 2024-cü il tarixdə, saat 21 radələrində Ceyhun ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Xanlar küçəsində olarkən onlara mülki geyimdə şəxslər yaxınlaşaraq polis əməkdaşı olduqlarını bildirmişlər. Polis əməkdaşları onlardan şəxsiyyətlərini təsdiq edən sənəd istəyib onların hərəkətlərindən şübhələnərək onları Sabunçu RPİ-nin 14-cü PŞ-nə dəvət etmişlər. Polis şöbəsində ondan izahat alınarkən o, narkotik vasitə qurudulmuş marixuananı istifadə etməyini etiraf etmiş və əlavə olaraq bildirmişdir ki, yaşadığı evin həyətində tanışı Ceyhun ilə birlikdə şəxsi istifadələri üçün narkotik vasitə çətənə bitkisini əkib becərirlər. Bundan sonra Polis şöbəsinin təhqiqatçısı tərəfindən şübhəli şəxs qismində tutulmağının səbəbləri və şübhəli şəxs kimi hüquq və vəzifələri izah edilmiş, ona hüquqlarının müdafiəsi üçün vəkil təqdim edilmiş, Sabunçu RPİ-nin 14-cü PŞ-də polis əməkdaşları ona bildirmişlər ki, onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirməlidirlər, belə ki, onun həyətyanı sahəsində narkotik tərkibli bitkiləri əkib-becərməyi barədə məlumatları olmuşdur. Polis şöbəsində olarkən ona hüquqlarının müdafiəsi üçün vəkil təqdim edilmiş və ona vəkilin iştirakı ilə və razılığı əsasında yaşadığı evin həyətyanı sahəsinə iştirakı ilə axtarış keçiriləcəyi barədə izah edildikdə həmin vaxt yaşadığı evin həyətyanı sahəsində çətənə bitkisi becərdiyindən yaşadığı evin həyətyanı sahəsinə axtarış aparılmazdan əvvəl vəkilin iştirak etməsindən imtina etmişdir ki, vəkil yaşadığı evin həyətyanı sahəsində onun Ceyhun ilə birlikdə çətənə bitkilərini becərməyini özü gözü ilə görməsin ki, gələcəkdə onu ürəkdən müdafiə edə bilsin. Bununla bağlı olaraq vəkilin iştirakı olmadan yaşadığı evin həyətyanı sahəsinə axtarış aparılmasına etiraz etməməyi ilə bağlı ərizə vermişdir. Polis əməkdaşlarına öz şəxsi istifadəsi üçün yaşadığı evin həyətyanı sahəsində narkotik vasitə çətənə bitkilərini becərməyini etiraf etmiş, Ceyhun və polis əməkdaşları ilə birlikdə yaşadığı evin həyətinə gəlib həyətdə yerləşən yeşiklərdə və açıq torpaq sahəsində becərdiyi çətənə bitkilərini göstərmiş, polis əməkdaşları həmin çətənə bitkilərini dəvət olunmuş aqronomun iştirakı ilə videoçəkiliş aparılmaqla torpaqdan çıxartmışlar. Həmin çətənə bitkiləri onun iştirakı ilə qablaşdırılaraq, möhürlənməklə polis əməkdaşları tərəfindən götürülmüşdür. Polis əməkdaşları tərəfindən dəvət olunmuş aqronomun iştirakı ilə yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi və oradan becərilmiş çətənə bitkilərinin aşkar olunub götürülməsinə dair protokol tərtib olunmuşdur. Polis əməkdaşları tərəfindən tərtib olunmuş protokola etiraz etmədən və ona polis əməkdaşları tərəfindən hər hansı bir formada təzyiq göstərilmədən imza etmişdir (iş vərəqə: cild İ, səh.8, 81-83, 100-105). Təqsirləndirilən şəxs1 yalnız ibtidai istintaqın sonunda təqsirləndirilən şəxs qismində olan 15 avqust 2024-cü il tarixli ifadəsini imza etməkdən imtina etmişdir (iş vərəqə: cild İ, səh.233-235). Məhkəmə baxışı zamanı elan olunan ifadələrində müəyyən olunan fərqli və ziddiyyətli hallara münasibət bildirməsi Təqsirləndirilən şəxs1 təklif edilərkən o, bildirmişdir ki, cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı ifadələrinin altındakı imzalar ona məxsusdur. O, ibtidai istintaq zamanı elan edilmiş ifadəsində qeyd edilən formada ifadə verməmişdir. O, 8 may tarixində saxlanılmış və 9 may tarixində onun həyətinə baxış keçirilmişdir. O, ibtidai istintaq zamanı verdiyi həmin ifadələrini təsdiq etmir. Həmin ifadələrini oxuması üçün ona şərait yaradılmamışdır və ona ifadəsi oxunmamışdır. İfadəsində ona nə demişlərsə, onu demişdir. Ona psixoloji təzyiqlər olmuşdur. Özünü ona görə qismən təqsirli bilir ki, səhlənkarlıq etmiş və həyətində narkotik tərkibli bitkilər əkilmiş, ancaq onun xəbəri olmamışdır. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, polis əməkdaşları onu saxlayıb 14-cü Polis şöbəsinə aparmışlar. Daha sonra Təqsirləndirilən şəxs1 həyətinə getmişlər. Orada polis əməkdaşları çətənə kollarının kimə məxsus olduğunu soruşmuşlar, o isə həmin çətənə kollarının özünə məxsus olduğunu demişdir. Lakin həmin həyətdəki yeşikdə aşkar edilmiş kollardan onun xəbəri olmamışdır. O, yalnız həyətdə çətənə kolları əkmişdir. O, təxminən 15-20 ədəd toxum əkmişdir, ona görə də orada 1200 ədəd çətənə kolu ola bilməz. Polis əməkdaşları ona bildirmişlər ki, əgər bütün çətənə kollarının onun tərəfindən əkildiyini qəbul etməsə, bir kiloqram “nəşə” ilə sənədləşdirəcəklər, o isə daha da ağır ittihamla üzləşməmək üçün polis əməkdaşlarının dedikləri ilə razılaşmışdır. Ona polis əməkdaşları tərəfindən fiziki təzyiqlər olmamışdır, yalnız psixoloji təzyiqlər olmuşdur. Təqsirləndirilən şəxs2 daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, onun yeşikdə əkilmiş çətənə kollarından xəbəri olmamışdır. Təqsirləndirilən şəxs1 ümumiyyətlə bu məsələdən xəbəri olmamışdır. Təqsirləndirilən şəxs1la o, bağbanlıqla bağlı söhbət edib razılaşmışlar. O, Təqsirləndirilən şəxs1 həyətində müxtəlif tərəvəzlər əkmişdir. Həmin həyətin sahəsi təxminən 10 sot olmuşdur, onlar tərəvəzdən əldə etdikləri qazancları Təqsirləndirilən şəxs1la bərabər bölürmüşlər. Həmin həyətin yerləşdiyi ünvanda Təqsirləndirilən şəxs1 tək yaşamışdır. O, həmin həyətdə çətənə toxumları əkməyi barədə Təqsirləndirilən şəxs1 heç nə deməmişdir. O, çətənə kollarını tərəvəzlərin içərisində əkmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu izahatı və ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində verdiyi izahatı, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı 09 may 2024-cü il tarixli izahatında, 10 may 2024-cü il tarixdə şübhəli şəxs qismində, 10 may 2024-cü il və 16 avqust 2024-cü il tarixlərdə təqsirləndirilən şəxs qismində ifadə verərkən müdafiəçisinin iştirakı ilə verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində məhkəmə iclasındakı ifadəsindən fərqli olaraq ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, uzun müddət olar ki, narkotik vasitə qurudulmuş marixuananı siqaretə doldurma vasitəsi ilə çəkməklə istifadə edir. Hüseynağa adlı şəxsi tanıyır, aralarında yoldaşlıq münasibəti vardır. Hüseynağa ilə arabir bir yerdə olub narkotik vasitə olan qurudulmuş marixuana çəkmişlər. Narkotik maddə qurudulmuş marixuananı əldə etməkdə çətinlik çəkdikləri üçün Hüseynağa ilə qərara gəlmişlər ki, narkotik vasitə qurudulmuş marixuana əldə etmək üçün çətənə toxumunu əksinlər, çətənə bitkisini qulluq edib böyüdərək gələcəkdə yarpaqlarını qurutmaqla istifadə etsinlər. Hüseynağa ilə razılaşmışlar ki, çətənə toxumlarını Hüseynağanın yaşadığı ünvan 4 ünvanında yerləşən yaşayış evinin həyətyanı sahəsində əkib-becərsinlər. Bu məqsədlə 2024-cü ilin aprel ayında Maştağa qəsəbəsində tanımadıqları şəxsdən əldə etdikləri toxumları Hüseynağanın yaşadığı ünvan 4 ünvanında yerləşən yaşayış evinin həyətyanı sahəsində təmizlənmiş, alaq edilmiş torpaq sahəsində əkmişlər. Əkdikləri toxumların çıxmasını görüb onların yaxşı becərməsi üçün onlara su verməklə qulluq etməyə başlamışlar. O, Hüseynağa ilə birlikdə həmin bitkilərə qulluq etməyə davam etməklə həmin bitkilər də daha yaxşı inkişaf etməyə başlamışdır. 08 may 2024-cü il tarixdə, saat 21 radələrində Hüseynağa ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Xanlar küçəsində olarkən onlara bir neçə şəxs mülki geyimdə yaxınlaşaraq polis əməkdaşı olduqlarını bildirmişlər. Polis əməkdaşları onlardan şəxsiyyətlərini təsdiq edən sənəd istəyib onların hərəkətlərindən şübhələnərək Sabunçu RPİ-nin 14-cü Polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində ondan izahat alınarkən o, narkotik vasitə qurudulmuş marixuananı istifadə etməyini etiraf etmiş və əlavə olaraq bildirmişdir ki, tanışı Hüseynağanın yaşadığı evin həyətində Hüseynağa ilə birlikdə şəxsi istifadələri üçün narkotik vasitə çətənə bitkisini əkib-becərirlər. Bundan sonra Polis şöbəsinin təhqiqatçısı tərəfindən ona şübhəli şəxs qismində tutulmağının səbəbləri və şübhəli şəxs kimi hüquq və vəzifələri izah edilmiş, ona hüquqlarının müdafiəsi üçün vəkil təqdim edilmiş, Sabunçu RPİ-nin 14-cü Polis şöbəsində polis əməkdaşları ona bildirmişlər ki, onun tanışı Hüseynağanın yaşadığı evin həyətyanı sahəsinə onun iştirakı ilə baxış keçirməlidirlər. Belə ki, Hüseynağanın həyətyanı sahəsində narkotik tərkibli bitkiləri əkib-becərməyi barədə məlumatları olmuşdur. Polis şöbəsində olarkən ona hüquqlarının müdafiəsi üçün vəkil təqdim edilmiş və ona vəkilin iştirakı ilə razılığı əsasında tanışı Hüseynağanın yaşadığı evin həyətyanı sahəsinə onun da iştirakı ilə axtarış keçiriləcəyi barədə izah edildikdə həmin vaxt tanışı Hüseynağanın yaşadığı evin həyətyanı sahəsində Hüseynağa ilə birlikdə çətənə bitkisi becərdiyindən Hüseynağanın yaşadığı evin həyətyanı sahəsinə axtarış aparılmazdan əvvəl vəkilin iştirak etməsindən imtina etmişdir ki, vəkil Hüseynağanın yaşadığı evin həyətyanı sahəsində onun Hüseynağa ilə birlikdə çətənə bitkilərini becərmələrini özü gözü ilə görməsin ki, gələcəkdə onu ürəkdən müdafiə edə bilsin. Bununla bağlı olaraq vəkilin iştirakı olmadan Hüseynağanın yaşadığı evin həyətyanı sahəsinə axtarış aparılmasına etiraz etməməyi ilə bağlı ərizə vermişdir. Polis əməkdaşlarına öz şəxsi istifadəsi üçün Hüseynağanın yaşadığı evin həyətyanı sahəsində narkotik vasitə çətənə bitkilərini becərməyini etiraf etmişdir. Hüseynağa və polis əməkdaşları ilə birlikdə Hüseynağanın yaşadığı evin həyətinə gəlib həyətdə yerləşən yeşiklərdə və açıq torpaq sahəsində becərdiyi çətənə bitkilərini göstərmişdir. Polis əməkdaşları həmin çətənə bitkilərini dəvət olunmuş aqronomun iştirakı ilə videoçəkiliş aparılmaqla torpaqdan çıxarmışlar. Həmin çətənə bitkiləri onun iştirakı ilə qablaşdırılaraq möhürlənməklə polis əməkdaşları tərəfindən götürülmüşdür. Polis əməkdaşları tərəfindən dəvət olunmuş aqronomun iştirakı ilə Hüseynağanın yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi və oradan becərilmiş çətənə bitkilərinin aşkar olunub götürülməsinə dair protokol tərtib olunmuşdur. Polis əməkdaşları tərəfindən tərtib olunmuş protokola etiraz etmədən və ona polis əməkdaşları tərəfindən hər hansı bir formada təzyiq göstərilmədən imza etmişdir (iş vərəqə: cild İ, səh.6, 88-90, 120-125, cild İİ, 16-18). Məhkəmə baxışı zamanı elan olunan ifadələrində müəyyən olunan fərqli və ziddiyyətli hallara münasibət bildirməsi Təqsirləndirilən şəxs2 təklif edilərkən o, bildirmişdir ki, həmin ifadələrində polis əməkdaşları nə demişlərsə onu demişdir, ona psixoloji təzyiqlər olmuş və o, həmin ifadələrini təsdiq etmir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin istifadəsində şübhəli bilindiklərindən 14-cü Polis şöbəsinə dəvət edilmişlər. Polis şöbəsində onlarla müəyyən söhbətlər aparıldıqdan sonra onların bildirdiklərinə əsasən Təqsirləndirilən şəxs1 həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı aqronom da dəvət olunmuşdur. Baxış zamanı narkotik tərkibli bitkilərin əkilməsi faktı öz təsdiqini tapdığından həmin bitkilər qablaşdırılıb, sənədləşdirilib götürülmüşdür. Həmin vaxt baxışda iştirak edən aqronom da aşkar edilmiş kolların narkotik tərkibli çətənə kolları olduğunu təsdiqləmişdir. Baxış istintaq hərəkəti video çəkilişlə həyata keçirilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin kolları özləri əkdiklərini bildirmişlər. Şahid1 daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, həmin həyətə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərinin iştirakları ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özləri Polis şöbəsində həyətdə çətənə bitkiləri əkdiklərini bildirmişlər. Baxış zamanı aqronom da dəvət olunmuşdur. Tərəflərindən baxış keçirilən həmin evin həyəti Təqsirləndirilən şəxs1 məxsus olmuşdur. Aşkar edilmiş narkotik tərkibli həmin bitkilər torpağa əkilmiş və xüsusi qulluq olunmuşdur. Həyətə baxış keçirilən zaman da Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin kolları özləri əkdiklərini etiraf etmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı tərəflərindən heç bir qanunsuz təsir və ya təzyiqlər olmamışdır. İbtidai istintaq zamanı daha da təfərrüatlı verdiyi ifadəsini təsdiq edir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 08 may 2024-cü il tarixdə iş yoldaşı Şahid1la birlikdə xidmətdə olarkən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şübhəli bilindiklərindən 14-cü Polis şöbəsinə dəvət edilmişlər. Polis şöbəsində söhbət zamanı həmin şəxslər etiraf etmişlər ki, Təqsirləndirilən şəxs1 həyətində narkotik tərkibli bitkilər əkmişlər. Bundan sonra təhqiqatçının iştirakı ilə həmin əraziyə baxış keçirilmişdir. Baxış zamanı həyətdə, həmçinin ayrıca yeşikdə əkilmiş narkotik tərkibli kollar aşkarlanmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bildirmişlər ki, həmin narkotik tərkibli kolları özlərinin şəxsi istifadələri üçün əkmişlər. Həmin kolların sayı xatırladığı qədər 1000-dən çox olmuşdur. Baxış istintaq hərəkəti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə keçirilmiş və həmin vaxt bildirmişlər ki, onlar dostdurlar və həmin kolları birlikdə əkmişlər. Baxış istintaq hərəkəti video çəkilişlə həyata keçirilmişdir. Şahid2 daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini şübhəli apardıqlarına görə Polis şöbəsinə dəvət olunmuşlar. Narkotik tərkibli kolların aşkar olunduğu ərazi Təqsirləndirilən şəxs1 məxsus olmuşdur. Həmin həyətə baxış keçirilən zaman həmin şəxslərin heç bir etirazları olmamış və baxış zamanı da onlar öz əməllərini etiraf etmişlər. Şahid2 məhkəməyədək icraat zamanı daha da təfərrüatlı və ətraflı verdiyi ifadəsi məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, Şahid2 məhkəməyədək icraat zamanı 14 iyun 2023-cü il tarixdə verdiyi ifadəsində göstərmişdir ki, Sabunçu RPİ-nin CAŞ-nin kiçik inspektoru vəzifəsində çalışır. 08 may 2024-cü il tarixdə ərazidə baş vermiş oğurluq hadisələri və narkotik vasitələrin istifadəsi ilə əlaqədar olaraq şəxsiyyətlərinin müəyyən edilməsi məqsədilə şübhəli kimi saxlanılaraq Sabunçu RPİ-nin 14-cü Polis şöbəsinə dəvət edilmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 14-cü Polis şöbəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati qaydada tutularaq izahatları alınan zaman Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən fərdi yaşayış evində tərkibində narkotik vasitələr olan çətənə bitkisini əkib-becərmələrini bildirmələri ilə əlaqədar olaraq 09 may 2024-cü il tarixdə o, Sabunçu RPİ-ni CAŞ-nin əməliyyat müvəkkili Şahid1, təhqiqatçı X6, aqronom-mütəxəssis X3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə getmişlər, videoçəkilişdən istifadə edilməklə evin həyətinə daxil olduqda həyətyanı sahədə hasarın kənarında torpaqda, həmçinin həyətin içərisində olan qara rəngli plasmas yeşiklərdə təxminən 1200 ədəd bitki kolları olması aşkar edilmişdir. Daha sonra aqronom-mütəxəssis tərəfindən baxış keçirilərək həmin bitki kollarının narkotik tərkibli çətənə bitkiləri olduğunu, bitkilərə aqrotexniki qulluq edilməsi bildirilmişdir. Sonra qeyd olunan bitki kolları qablaşdırılaraq bütün iştirakçılar tərəfindən imzalanıb möhürlənmiş, daha sonra bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır (iş vərəqə: cild İ, səh.43-45). Şahid2 məhkəmə iclasında elan olunmuş ifadəsi ilə bağlı göstərmişdir ki, o, həmin ifadəsini təsdiq edir. Onu da bildirir ki, tərəflərindən təqsirləndirilən şəxslərə qarşı heç bir qanunsuz təsir və ya təzyiqlər olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan: _09 may 2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 inzibati qaydada tutularaq İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə şübhəli bilindiyindən onlar 14-cü Polis şöbəsinə gətirilib izahatları alınarkən hər ikisi narkotik vasitə marixuana qəbul etdiklərini və Təqsirləndirilən şəxs1 məxsus ünvan 3 ünvanının həyətyanı sahəsində çətənə bitkilərini əkib-becərməklə məşğul olduqlarını bildirmişlər (iş vərəqə: cild İ, səh.5). _09 may 2024-cü il tarixli “baxış və götürmə aparılması haqqında protokol”dan, 15 avqust 2024-cü il tarixli və 16 avqust 2024-cü il tarixli “diskə baxış keçirilməsi haqqında protokol”lardan görünür ki, 09 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 5 ünvanına baxış keçirilən zaman həyətdəki hasarın yaxınlığında olan torpaqdan və yeşiklərdən ümumilikdə təxminən 1200 ədəd çətənə bitkisinə bənzər bitki kolları aşkar edilmişdir. Həmin kollar sayıldıqdan sonra təhqiqatçı çətənə bitkisinə bənzər kolların sayıldığını və təxminən 1200 ədəd olmasını bildirərək, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 kolların sayını soruşduqda hər ikisi təxminən 1200 ədəd bitki kolu sayılaraq yığıldığını təsdiq edirlər, sonra baxışda iştirak edən aqronom-mütəxəssis də təxminən 1200 ədəd çətənə bitkilərinin aşkar edilərək yığıldığını bildirir (iş vərəqə: cild İ, səh.59-61, 242-243, cild İİ, səh.19-20). _Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 may 2024-cü il tarixli, 3-16-16/2-7/719 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli Təqsirləndirilən şəxs1 imza.” yazıları olan bir ədəd sellofan bağlamada təqdim edilmiş yaş vəziyyətdə ümumi çəkisi 295,0 qram olan 2 (iki) ədəd bitki nümunələri və 1198 (min yüz doxsan səkkiz) ədəd bitki şitilləri, əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri və şitilləridir. Təqdim olunmuş aqronomun rəyinə əsasən həmin çətənə (kannabis) bitkilərinə və çətənə (kannabis) şitillərinə aqrotexniki qaydada qulluq göstərilmişdir (iş vərəqə: cild İ, səh. 68-71). _Aqronom-mütəxəssis X1 09 may 2024-cü il tarixli rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində baxış keçirilməsində iştirak edən zaman əvvəlcədən hazırlanmış torpaq ləklərində və taxta yeşiklərdə əkini qanunla qadağan olunmuş narkotik tərkibli çətənə bitkilərinin əkilməsi müşahidə edilmişdir. Çətənə bitkiləri məqsədli əkilmiş, qidalı torpaqdan istifadə olunmuş, suvarılmış və ilkin aqrotexniki kultivasiya işləri yerinə yetirilmişdir. Həmin bitkilər çıxarıldıqdan sonra orta hesabla 1200 ədəd olduğu müəyyən edilmiş və qablaşdırılmışdır (iş vərəqə: cild İ, səh.63). _20 may 2024-cü il tarixli “maddi sübut hesab edilməsi haqqında qərar”dan görünür ki, ümumilikdə yaş vəziyyətdə 295,0 qram çəkidə olan 02 ədəd bitki nümunələrindən, həmçinin 1198 ədəd bitki şitillərindən ibarət çətənə bitkilərinin ekspertiza tədqiqatından sonra qalıq 293,25 qram çəkidə olan hissələri maddi sübut kimi tanınaraq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanca təhvil verilmişdir (iş vərəqə: cild İ, səh. 143). _Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 15 iyul 2024-cü il tarixli, 2044 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs2 idrak prosesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs2 ona istinad olunan əməli törətdiyi dövrdə hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs2 həmin dövrdə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. O, törətdiyi əməl dövründə öz hərəkətlərini ölçüb-biçmək qabiliyyətində olmuşdur. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir, törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də , Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Ona istinad olunan əməli törədən zaman fizioloji affekt vəziyyətində olmamış, şüuruna və fəaliyyətinə təsir göstərə bilən emosional vəziyyətdə olmamışdır (iş vərəqə: cild İİ, səh.25-28). _Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 15 iyul 2024-cü il tarixli, 2045 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs1 idrak prosesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. O, iş üçün əhəmyyət kəsb edən halları düzgün qavramaq, təsvir etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 ona istinad olunan əməli törətdiyi dövrdə hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmamışdır. O, törətdiyi əməl dövründə öz hərəkəötlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir.Onda hal-hazırda psixi (ruhi) xəstəlik qeyd olunmur. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 ona istinad olunan əməli törədən zaman fizioloji affekt vəziyyətində olmamış, şüuruna və fəaliyyətinə təsir göstərə bilən emosional vəziyyətdə olmamışdır (iş vərəqə: cild İİ, səh.29-32). _Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X7 məhkəmə-narkoloji ekspertizasının 08 iyul 2024-cü il tarixli, 4663 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 kannaboidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh.195- 196). _Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X7 məhkəmə-narkoloji ekspertizasının 08 iyul 2024-cü il tarixli, 4664 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 kannaboidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh.197-198). _09 may 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs1 azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 08 may 2024-cü il tarixdən şübhəli şəxs qismində tutulmuş hesab edilmişdir (iş vərəqə: cild İ, səh.20). _09 may 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs2 azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 08 may 2024-cü il tarixdən şübhəli şəxs qismində tutulmuş hesab edilmişdir (iş vərəqə: cild İ, səh.38). _Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 may 2024-cü il tarixli qərarlarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində əvvəli 08 may 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir, həmin qərarlardan həmçinin görünür ki, göstərilən xüsusatlarla bağlı ibtidai istintaqı həyata keçirmiş müstəntiq barəsində ayrıca xüsusi qərar çıxarılmışdır (iş vərəqə: cild İ, səh.131- 136, 137-142). _Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 24 iyun 2024-cü il tarixli tələbnamələrindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur (iş vərəqə: cild İ, səh.173, 174). _Doğum haqqında şəhadətnamənin və pasportların surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqları var (iş vərəqə: cild İ, səh.236-238). _Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağı var (iş vərəqə: cild İİ, səh.39) _Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində ərizə və şikayət daxil olmamışdır (iş vərəqə: cild İİ, səh.35). _Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Maştağa qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində şikayət daxil olmamışdır (iş vərəqə: cild İİ, səh.37). Hüquqi məsələlər. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə hazırki cinayət işi üzrə təqdim edilmiş sübutların qəbuledilən olubolmamasını, onların çəkisini və kifayət qədərliyini tənzimləyən qayda və prinsiplərə istinad etməklə, işin faktiki hallarını yalnız həqiqiliyinə və əldə edilməsi hallarına heç bir şübhələr olmayan sübutları əsas götürmək yolu ilə müəyyən etməklə, tam, hərtərəfli və obyektiv araşdırmaya əsaslanan yekun qərarın qəbul edilməsi və məhkəmənin ittiham olunan şəxsin təqsirli və ya təqsirsizliyinə dair hökmünü formalaşdırmaq üçün yalnız qanunun istifadə etməyə icazə verdiyi hüquqi vasitələrə əsaslanmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının: 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 127-ci maddəsinin İV hissəsinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi çoxsaylı qərarlarında sərgilədiyi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında müəyyən edilmiş ədalətli məhkəmə araşdırması hüququnun təmin edilib-edilməməsi ilk öncə məhkəmə prosesləri zamanı çəkişmə prinsipinə riayət edilibedilməməsi, tərəflərin bərabərliyi prinsipinin təmin edilib-edilməməsi ilə, məhkəmə iclasında şəxsən iştirak etmək hüququnun, sübutların bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməsi ilə birbaşa əlaqədardır. Avropa Məhkəməsi çəkişmə prinsipinə riayət edilib-edilmədiyini müəyyənləşdirmək üçün adətən daxili məhkəmələrdəki araşdırmaların keyfiyyətini təhlil edərək müdafiə tərəfinin istər birinci instansiyada, istərsə də apellyasiya instansiyasında ərizəçiyə qarşı sübut qismində istifadə edilən materialları təkzib etmək imkanına malik olub-olmadığını (Rouv və Devisin işi), habelə daxili məhkəmələrin qərar çıxararkən müvafiq maraqları nə dərəcədə balanslaşdırdıqlarını müəyyənləşdirir. Tərəflərin bərabərliyi prinsipi tərəflərin hər birinə onu digər tərəfin qarşısında əlverişsiz vəziyyətə salmayan şərtlərlə öz mövqeyini əsaslandırması üçün ağlabatan imkanların yaradılmasını nəzərdə tutur (Brandştetter Avstriyaya qarşı). Açıq məhkəmə prosesində şəxsən iştirak etmək isə cinayət törətməkdə ittiham olunan şəxsin bu cür məhkəmə iclasında özünün xüsusi hüquqlarını şəxsən icra etmə imkanının tanınmasını nəzərdə tutur. Beləliklə də, məhkəmə, şərh edilən prinsiplər və əlamətlərlə səciyyələndirilən ədalətli məhkəmə araşdırması hüququnun hazırki cinayət işi üzrə məhkəmə araşdırması zamanı təmin edilməsi baxımından qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxslər iş üzrə keçirilmiş açıq məhkəmə iclaslarında özlərini şəxsən və vəkilləri vasitəsilə müdafiə etmiş, şahidlərin dindirilməsində, onların əleyhinə olan sübutların tədqiqində şəxsən iştirak etmiş, onlara qarşı təqdim edilmiş sübutlarla bağlı öz dəlillərini bildirmişlər. Məhkəmə xüsusilə qeyd edir ki, cinayət işinin araşdırılması və məhkəmədə baxılıb həll edilməsinə münasibətdə istinad edilən əməlin törədilməsi, həmin əməldə cinayət tərkibinin və onu cinayət kimi xarakterizə edən bütün əlamətlərin olub-olmaması sübutların köməyilə müəyyən edilir. Cinayət işi və bununla bağlı materiallar üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üçün kifayət edən sübutların cəmi sübutetmə həddini xarakterizə edir. Beləliklə, təqdim edilmiş obyektiv sübutların məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, həqiqətən də cinayət hadisəsi baş vermiş və təqsirləndirilən şəxslərlə əlaqəsi, onların əməlində cinayətin əlamətlərinin olması kifayət qədər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə kollegiyası tərəfindən məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında araşdırılıb tədqiq edilmiş, sübutlar toplusuna məcmu halında qiymət verilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xüsusilə külli miqdarda kultivasiya etmişlər. Məhkəmə həyata keçirilən mühakimə fəaliyyəti nəticəsində heç bir şübhəyə yer verməyən mütləq həqiqətin aşkarlanmasından ötrü ittiham tərəfinin təqdim etdiyi sübutları, təqsirləndirilən şəxslərin özlərinin müdafiəsi ilə bağlı göstərdikləri dəlilləri cinayət işinin materialları ilə qarşılıqlı şəkildə araşdırmış və hesab edir ki, məhkəmə araşdırmasının nəticələrinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları Cinayət Məcəlləsinin 237.3-cü maddəsinə münasibətdə onların əməlinə hüquqi qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıya”nın konkret müddəalarını, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahı»ya əsasən tərkibində narkotik maddələr olan bitkilərlə bağlı İİİ siyahı ilə müəyyən edilir ki, çətənə növlü bitkilər 3-15 ədəd xeyli miqdar, 16-800 ədəd külli miqdar, 801 ədəd (aşağı həddi daxil olmaqla) olduqda isə xüsusilə külli miqdar hesab edilir. Məhkəmə baxışı zamanı isə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 yaşadığı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində əkdikləri və aşkar edilib götürülmüş kultivasiya edilmiş çətənə növlü bitkilərin sayı xüsusilə külli miqdar həddindən artıq olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.6-cı maddəsinə əsasən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi və ya yetişdirilməsidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 21-ci bəndində göstərilmişdir ki, “CM-in 237-ci maddəsində işlədilən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının izahı Qanunun 1.0.6-cı maddəsində verilmişdir. CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayətin predmeti xeyli miqdarda əkilməsi və yetişdirilməsi qadağan edilən, tərkibində narkotik maddələr olan bitkilər və ya onların hissələridir. Belə bitkilərin siyahısı, xeyli, külli və ya xüsusilə külli miqdarı (habelə hissələrinin xeyli, külli və ya xüsusilə külli miqdarı) 961-İİQ nömrəli Qanun ilə (İİİ siyahı) müəyyən edilmişdir. Əkmə dedikdə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Tərkibində narkotik maddələr olan bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur”. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 25 fevral 2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Elmi mənasına görə “kultivasiya” anlayışı tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz olaraq əkilməsi, yetişdirilməsi, eləcə də, bu bitkilərin toxumlarının seleksiyası, müxtəlif bitki sortlarının calaq edilməsi də daxil olmaqla texnologiyasının təkmilləşdirilməsi, bəzən isə bu bitkilərin əkilməsi və yetişdirilməsini özündə əks etdirən əkinçilik, yeni növlərin alınması, onların məhsuldarlığının artırılması, əlverişli olmayan hava şəraitinə dözümlülüyünün artırılması deməkdir. Əkmə, tərkibində narkotik maddələr olan bitkilərin toxumlarının, şitillərinin istənilən formada torpağa əkilməsini nəzərdə tutur. Yetişdirmə, özündə bu bitkilərin əkilməsini və yetişdirilən bitkilərin onu əkən (və ya bunları əkməyən) şəxslər tərəfindən yetişmə səviyyəsinə çatdırılması üçün qulluq göstərilməsini (suvarma, alaq etmə, kübrə vermə və sair) ehtiva edir”. Cinayət işi üzrə məhkəmə araşdırması zamanı təqdim edilmiş obyektiv və mötəbər sübutların tədqiq edilməsi və həmin sübutlara əsaslanan cinayət işinin faktiki halları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 08 may 2024-cü il tarixdə inzibati qaydada tutularaq 14-cü Polis şöbəsinə gətirilib izahatları alınarkən onlar narkotik vasitə marixuana istifadə etdiklərini və Təqsirləndirilən şəxs1 yaşadığı fərdi yaşayış evinin həyətində narkotik tərkibli çətənə bitkilərini əkdiklərini bildirmişlər, daha sonra onların və aqronomun iştirakı ilə video çəkilişdən istifadə edilməklə həmin əraziyə baxış keçirilərkən 2 (iki) ədəd çətənə bitki nümunələri şitil fazasında və 1198 (min yüz doxsan səkkiz) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri və şitilləri cücərti fazasında həmin ərazidən aşkar edilərək götürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin narkotik tərkibli bitkiləri özlərinin istifadə etmələri üçün birlikdə əkdiklərini bildirmişlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ifadə verərkən polis əməkdaşlarının əvvəlcədən onun yaşadığı evin həyətinə daxil olmaları, həyətində yeşikdə və digər yerlərdə əkilmiş çətənə kollarından məlumatının olmaması, onun həyətində aşkar edilmiş həmin bitkilərin sayının 1198 ədəd olmasının həqiqəti əks etdirmədiyi, ona qarşı psixoloji təzyiqlər olması barədə ifadə vermiş, həmçinin Təqsirləndirilən şəxs2 da məhkəmə istintaqı zamanı həqiqətən də çətənə kollarını əkdiyini etiraf etsə də, həmin həyətdəki yeşikdə aşkar edilmiş kollardan onun xəbəri olmadığını, yalnız həyətdə çətənə kolları əkdiyini, təxminən 15-20 ədəd toxum əkdiyindən orada 1198 ədəd çətənə kolunun olmasının mümkün olmadığını, polis əməkdaşlarının ona əgər bütün çətənə kollarının onun tərəfindən əkildiyini qəbul etməsə, daha da ağır ittihamla üzləşəcəyini, ona görə də polis əməkdaşlarının dedikləri ilə razılaşdığını, ona polis əməkdaşları tərəfindən psixoloji təzyiqlər olmasını bildirmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində göstərilmişdir ki, “Hökmün təsviriəsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir.” Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə ifadələrində həmin göstərdikləri xüsusatları cinayət işinin materialları ilə qarşılıqlı şəkildə tədqiq edərək müəyyən etmişdir ki, onların özlərini müdafiə üçün gətirdiyi həmin dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onların təqsirliliyini təsdiq edir. Belə ki, cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində cinayət işi üzrə ibtidai araşdırma başlandığı ilkin mərhələdən başlayaraq, Təqsirləndirilən şəxs1 həyətinə video çəkilişlə baxış istintaq hərəkəti keçirilərkən sorğu-sual zamanı, sonra verdikləri izahatlarında, həmçinin şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdikləri ifadələrində özlərini tam təqsirli bildiklərini, birlikdə narkotik vasitə qurudulmuş marixuana əldə etmək üçün çətənə toxumu əkmək qərarına gələrək evin həyətyanı sahəsində çətənə toxumlarını əkdiklərini etiraf etmişlər və polis əməkdaşları tərəfindən onlara hər hansı şəkildə təzyiq göstərilmədiyini bildirmişlər. Təqsirləndirilən şəxs1 yalnız ibtidai istintaqın sonunda təqsirləndirilən şəxs qismində olan 15 avqust 2024-cü il tarixli ifadəsini imza etməkdən imtina etsə də, göründüyü kimi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin etirafedici ifadələrini özlərinin tam iradə sərbəstliyi əsasında, heç bir təsir, təzyiq olmadan vermiş, onlara hər hansı qanunsuz təzyiqlərin göstərilmədiyini onlar məhkəməyədək icraat zamanı bütün ifadələrində bildirmişlər. Təqsirləndirilən şəxslərin həmin etirafedici ifadələri cinayət işi üzrə hər hansı mötəbər sübutlarla təkzib edilmədiyindən və işin faktiki halları ilə təsdiq edildiyindən onların həmin etirafedici ifadələri mötəbər sübut növü kimi qəbul olunur. Həmin çətənə kollarının aşkar edildiyi həyətyanı sahəyə keçirilmiş baxış istintaq hərəkətinin videoçəkilişi məhkəmə araşdırması zamanı nümayiş etdirilərkən həqiqətən də oradan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamda göstərilən narkotik tərkibli çətənə bitkilərinin aşkar edildiyi, həmin vaxt onlara qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilmədiyi, həmçinin həmin bitkiləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərinin əvvəlcədən razılaşaraq birlikdə əkdiklərini etiraf etdikləri müəyyən olunmuşdur. Məhkəmə araşdırması zamanı cinayət işi üzrə təqsirləndirilən şəxslərin ittiham olunduqları cinayət əməlini törətmələrini təsdiq edən yuxarıda sadalanan mötəbər sübutların qanuniliyini şübhə altına alacaq hər hansı hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xüsusilə külli miqdarda kultivasiya etmələrinə dair verdikləri ifadələri cinayət işi üzrə hər hansı mötəbər sübutlarla təkzib edilmədiyindən, məhkəməyədək icraat zamanı ifadələrində həmin cinayət əməlini hansı qaydada törətmələri ilə bağlı təfərrüatlı şəkildə göstərdikləri cinayət işinin yuxarıda göstərilən faktiki halları ilə və iş üzrə mötəbər sübutların məcmusu ilə təsdiq edildiyindən, həmin mötəbər sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxslərin məhkəməyədək icraat zamanı göstərilən etirafedici ifadələrinin ittihamın əsasını təşkil edən sübut növləri kimi qəbul edilməsini tam, hərtərəfli və obyektiv məhkəmə tədqiqatına əsaslanmış araşdırma zəruri etmişdir. Beləliklə də, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə ifadələrində göstərdikləri inkaredici hallar təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri etirafedici ifadələri ilə yanaşı, həmçinin Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi qismən etirafedici ifadəsi, “baxış və götürmə haqqında” istintaq hərəkətinin protokolu, həmin istintaq hərəkətinin video görüntülərinin əks olunduğu disk, həmin diskə baxış protokolları, maddi sübutlar, ekspert rəyləri, şahid ifadələri, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təkzib edildiyindən və heç bir faktla təsdiq olunmadığından inandırıcı hesab olunmamaqla məhkəmə tərəfindən sübut növü kimi qəbul edilmir və məhkəmə onların məhkəmədə ifadələrinin inkaredici hissələrini həqiqi olmayan məlumatlar olmaqla, cinayət törətməyə görə daha ağır cinayət məsuliyyətindən və cəzadan yayına bilmək məqsədilə verilmiş, onlar tərəfindən seçilmiş müdafiə üsulu (taktikası) və onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi kimi qiymətləndirir. Odur ki, cinayət işinin məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri-digərini əlaqəli şəkildə tamamlamaqla mötəbər sayılmağa və yekun nəticəyə gəlməyə imkan verir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xüsusilə külli miqdarda kultivasiya etməklə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətmələri məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onların cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 237.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 himayəsində iki nəfər, Təqsirləndirilən şəxs2 isə himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olması onların cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onların törətdikləri cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin təqsirləndirilən şəxslərin qəsdən ağır cinayət törətmələrini nəzərə alınaraq, həm sosial ədalətin bərpası, həm də onların islah olunmaları, təqsirləndirilən şəxslərin özləri və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 237.3-cü maddəsinin sanksiyası daxilində, barələrində olan cəzalarını yüngülləşdirən hal, həmçinin cəzalarını ağırlaşdıran halların olmaması nəzərə alınmaqla, onların şəxsiyyətinə uyğun, ədalətli müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məqsədə uyğun hesab edir. Bundan başqa, məhkəmə təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkmələrinin başlanğıcı onların azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 08 may 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 08 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutularaq, Bakı Şəhəri Sabunçu rayon Məhkəməsinin 11 may 2024-cü il tarixli qərarı ilə barələrində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışlar. Ona görə də, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkmələrinin başlanğıcı 08 may 2024-cü il tarixdən hesablanmalı, həbsdə saxlanıldıqları bütün müddət isə məhkəmə tərəfindən onlara təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxslərə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onların barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizalarının 08 iyul 2024-cü il tarixli, 4663 nömrəli və 08 iyul 2024-cü il tarixli, 4664 nömrəli rəyləri əsas götürülməli, Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır, Təqsirləndirilən şəxs1 isə məcburi müalicəyə ehtiyacı olmadığından ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində tanınmış və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanca verilmiş 02 ədəd bitki nümunələrindən, həmçinin 1198 ədəd bitki şitillərindən ibarət çətənə bitkilərinin ekspertiza tədqiqatından sonra qalıq 293,25 qram çəkidə olan hissələri məhv edilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 70 (yetmiş) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ hökm qanuni qüvvəyə mindikdən sonra məhkəmə məsrəfləri olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı 08 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı 08 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanca verilmiş 02 ədəd bitki nümunələrindən, həmçinin 1198 ədəd bitki şitillərindən ibarət çətənə bitkilərinin ekspertiza tədqiqatından sonra qalıq 293,25 qram çəkidə olan hissələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri – 70 (yetmiş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxslərə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Elnur Nuriyev Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar