Məhkəmə qərarları › İş №1(101)-569/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-569/2022

28.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-569/2022 28.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru X6 və həmin şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi - Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2, müdafiəçi – Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, xx xxxxxx 1962-ci il tarixdə İmişli rayonunun Kürdmahmudlu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 10 dekabr 2003cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 194.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmiş, Bakı şəhəri, ünvan 1 ünvanda qeydiyyatda olan və faktiki həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e tdi: Təqsirləndirilən şəxs etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgənin xüsusilə külli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2018-ci ilin avqust ayından 2019-cu ilin may ayına qədər olan müddət ərzində Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən “Dərnəgül dəmir bazarı”nda tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib sonuncuya məxsus ümumi dəyəri 1.044.000 (bir milyon qırx dörd min) manat olan 11600 metr uzunluğunda müxtəlif diametrli dəmir boruları satıb pulunu ona ödəyəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə həmin boruları ələ keçirməklə Zərərçəkmiş şəxs xüsusilə külli miqdarda ziyan vurub dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, uzun müddət “Dərnəgül dəmir bazarı” deyilən yerdə metal və metal məmulatlarının alqı-satqısı ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxs ilə təxminən 2003-cü ildə tanış olmuş və həmin vaxtdan etibarən aralarında yaxın işgüzar münasibətlər yaranmış, hətta dostluq etmişlər. Əbdülhəsən də müxtəlif biznes sahələri ilə məşğul olmuş, o cümlədən metal alveri də etmişdir. O cümlədən 2010-cu ildə Əbdülhəsənin işləri bir az zəifləmiş, ona görə də Əbdülhəsən həmin vaxt “Dərnəgül dəmir bazarı”nda arabir onunla birlikdə dəmir və metal alış-verişi ilə məşğul olmuşdur. Daha sonra qaynı Akif Abbasovdan borc alıb Rusiyadan satmaq üçün borular gətirmək qərarına gəlmiş, Əbdülhəsənin sənəd işlərindən yaxşı başı çıxdığına görə onu da özü ilə Rusiyaya aparmışdır. Qazancın 67 faizinin qaynı Akif Abbasova çatması, qalan 33 faizini isə Əbdülhəsənlə aralarında bölüşdürməyi qərarlaşdırmışlar. İkinci dəfə isə yenə pul götürüb qaynı Akif Abbasov üçün 612 ton qarğıdalı da idxal edib gətirmişlər. Bütün gediş-gəliş məsrəflərini və digər cari xərcləri özü ödəmişdir. Münasibətləri daha da yaxınlaşdığından bundan sonra xeyli müddət onlar birlikdə işləmiş, Əbdülhəsən ondan boruları alıb müxtəlif yerlərə verdiyinə görə ona 40000 manata qədər borcu yaranmışdır. Amma bir müddət sonra Əbdülhəsən daha onunla şərikli işləməkdən yayınmış və “Dərnəgül dəmir bazarı”nın girişində özünə ayrıca obyekt açmışdır. Əbdülhəsən təxminən 2-3 il həmin yerdə özü sərbəst işlədikdən sonra həmin obyekti bağlamışdır. Bu müddətdə şərikli işləməsələr də münasibətləri davam etmiş, hətta Əbdülhəsənə müxtəlif vaxtlarda borc da vermişdir. Bir müddət sonra şəxsən onun özünə "xxxx" Açıq Səhmdar Cəmiyyətindən iş təklifi gəlmiş, kifayət qədər böyük həcmli olan həmin işi Əbdülhəsənlə birlikdə şərikli görmək qərarına gəlmişdir. Bu iş təklifi barədə Əbdülhəsənə bildirmiş, birlikdə müzakirə etmişlər və razılaşaraq işləməyə başlamışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən onlara 30 hektar ərazidə istixanaların quraşdırılması tapşırılmış, oranın rəhbəri – ola bilsin ki direktoru olan Asəf müəllimlə hər hektarı 30000 manata razılaşmışlar. Əbdülhəsənlə isə öz aralarında belə razılaşma əldə olunmuşdur ki, hər hektara görə alacaqları 30000 manatın 15000 manatını işçilərə versinlər, qalan hissəsini isə öz aralarında bölüşdürsünlər. Bu işə başlayandan etibarən onun üzərinə düşən vəzifələr kimi təczihatla məşğul olmuş, lazımi avadanlıqları yığmış, işçilər yığıb briqada kimi formalaşdırıb "xxxx" Açıq Səhmdar Cəmiyyətinə göndərmişdir. Həmçinin Əbdülhəsən də öz qaynı və qohumlarından ibarət briqada yığıb düzəltmiş, birlikdə işə başlamışlar. "xxxx" Açıq Səhmdar Cəmiyyətində 2018-ci ilin iyul ayının ortalarından 2018-ci ilin dekabr ayına qədər işləmişlər. 3 ay ərzində onlar birlikdə 13,5 hektar istixana quraşdırmışlar. Şəxsən özü müntəzəm şəkildə iş yerinə gedib baş çəkmiş, işlərin gedişinə nəzarət etmişdir. Daha sonra "xxxx" Açıq Səhmdar Cəmiyyətindən ona işlənmiş yeraltı boruların çıxarılması ilə bağlı təklif gəlmişdir. Yəni, "xxxx"Açıq Səhmdar Cəmiyyəti xətləri yeniləmək istədiyi üçün köhnələri ərazidən çıxardıb yığışdırmaq fikrində olmuşdur. O bu təklifi dəyərləndirmiş, sərfəli olduğu üçün qəbul etmiş və bu işi də Əbdülhəsənlə birlikdə görmək barədə razılaşmışlar. Həmin boruların uzunluğu təxminən 7000 metrə yaxın olmuş, qiyməti də təxminən 238500 manat təşkil etmişdir. O cümlədən boruların 4200 metri 426 mm diametrli, 2500 metri 273 mm diametrli, 1000 metrə yaxını isə 377 mm diametrli olmuş, onlar boruların qiymətini "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə hər metrinə görə 25 manata razılaşmışlar. Həmin çıxardıqları boruların 1800 metrini hər metrəsi təxminən 30-32 manata razılaşdırılmaqla Əbdülhəsənin iştirakı ilə sexə vermişlər, bir hissəsini də hər metrini 40-42 manata satıb camaatın borcunu ödəmişdir. Bu qaydada işin xeyli hissəsini artıq icra etmişlər. Amma müəyyən müddətdən sonra Əbdülhəsən işi ələ alıb yiyələnərək "xxxx" Açıq Səhmdar Cəmiyyətinin rəhbəri Şahid5 da ələ almış və son nəticədə onu işdən uzaqlaşdırmağa başlamışdır. Daha sonra "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ərazisində hərəsi 1 manat 50 qəpik olmaqla 250000 ədəd ağac əkmişlər. Həmin işdə də aralarında razılaşma belə olmuşdur ki, 1 manat 50 qəpiyin yarısını, yəni 75 qəpiyi ağacı əkdirdikləri fəhlələrə ödəyəcəklər, qalan 75 qəpiyi isə ikisi öz aralarında bölüşdürəcəklər. Amma Əbdülhəsən razılaşmaları pozmağa başlamış və bütün bu işlərə görə əldə etdiyi qazancdan ona bir manat da belə pul verməmişdir. O, Əbdülhəsəni "xxxx" Açıq Səhmdar Cəmiyyətində görülən işlərin üstünə bir icraçı rəhbər kimi təyin etmiş, əsas rəhbər isə özü olmuşdur. Əbdülhəsən bilavasitə yerində fəhlələrin üstündə durmuş, gündəlik görülən işlərə nəzarət etmiş, işçilərin problemlərini bilavasitə yerində həll etmişdir. Özü isə şəxsən ən azı həftədə bir dəfə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə getmiş, hər dəfə mütləq əraziyə daxil olaraq bütün işlərə yerində baxıb nəzarət etmiş, işlərin qaydasında olduğunu gördükdən sonra qayıdıb Bakıya gəlmişdir. 2019-cu ildə Əbdülhəsənlə birlikdə iş fəaliyyətinə son qoymuş, onunla daha şərikli iş görməmişdir. Sonralar Əbdülhəsənin koronavirusa yoluxub uzun müddət yatdığını, həyat yoldaşının isə həmin xəstəlikdən vəfat etdiyini bilmiş, hətta bir dəfə yas yerinə də getmişdir. Zərərçəkmiş şəxs onun guya ******* manat pul verməli olduğu barədə iddialar tam əsassızdır. Onun Əbdülhəsənə heç bir borcu yoxdur, aldatmamışdır, dələduzluq etməmişdir. Əksinə, Əbdülhəsənin hazırda ona təxminən 155000 manat borcu vardır və dəfələrlə müraciət etsə də o, həmin pulu qaytarmır. Ona görə də bütün bu halların nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Verilən sualları cavablandırarkən Təqsirləndirilən şəxs göstərdi ki, onun əleyhinə ifadə vermiş şahidlərə ifadələrini dəyişmələri üçün bilavasitə özü və ya başqa şəxs vasitəsilə təsir-təzyiq etməmiş, bu məqsədlə heç kimə hər hansı təklif verməmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətindən qaz boruları alması ilə bağlı sənədləri əldə edib ibtidai istintaq orqanına təqdim etmək üçün heç kiminlə sövdələşməmişdir. Sonradan Zərərçəkmiş şəxsla telefonla danışarkən pulları qaytarmayacağı, sonuncunun hara istəyirsə bununla bağlı şikayət edə biləcəyi ilə bağlı fikirləri ola bilsin ki, hirsləndiyi üçün acıqla bildirdiyini qeyd etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, o, 2003-cü ildə “Anşaq Petrol” neft şirkətində tikinti quraşdırma işlərini görərkən Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Orucəli də “Dərnəgül dəmir bazarı” deyilən yerdə qaynı Akifə məxsus obyektdə adi bir satıcı kimi işləmişdir. O, “Anşaq Petrol” neft şirkətindən aldığı müxtəlif metal məmulatları sonradan satmaq üçün bazarın ərazisində yerləşən “BMW qarajı” deyilən yerə gətirib yığmışdır. Bazara gələn alıcılar həm də onun metal məmulatlarını yığdığı həmin “BMW qarajı”na gəlib baxmış, satışı oradan həyata keçirmiş, heç bir halda nisyə mal verməmiş, malı yalnız nağd pul müqabilində müştərilərə vermişdir. Orucəlini də Afyəddin adlı tanışı məhz həmin vaxtlarda onun yanına müştəri kimi gətirib tanış etmişdir. X5 bir az da fərqli təqdim edərək demişdir ki, bu şəxsin maddi ehtiyacları böyükdür, hansısa cinayətə görə cəza çəkib və cəzaçəkmə müəssisəsindən təzəlikcə azad edilib. Onun ailə vəziyyəti, digər çətinlikləri barədə danışmaqla Afyəddin ondan xahiş etmişdir ki, imkandırsa kömək məqsədilə Orucəliyə malları nisyə versin, Orucəli də ondan nisyə götürəcəyi metalları sonradan satdıqca gətirib pulunu ödəsin. Afyəddinin təminatı və xahişini nəzərə alıb ağır maddi vəziyyətdə olan Orucəliyə kömək etmək qərarına gəlmiş və ona ümumilikdə təxminən 30-35 min manatlıq dəmir materiallarını nisyə vermişdir. İlk vaxtlar özünü düzgün adam kimi göstərməyə çalışan Orucəliyə inanmış, ona görə də sonrakı müddətdə Neftçaladan “Anşaq Petrol” neft şirkətindən aldığı materialları “BMW qarajı”ndakı anbara göndərib yığdırmamış, dəmir material və məmulatları birbaşa Orucəlinin sifarişi əsasında “Dərnəgül dəmir bazarı”na göndərmişdir. Orada Orucəli maşınların çatdırılma haqqını ödəmiş, malları satmış, o da satılmış malların pullarını gəlib Orucəlidən almışdır. Yəni, razılaşmaya görə o malları Orucəliyə müəyyən konkret qiymətə vermiş, Orucəli də öz qazancı kimi hər malın razılaşdıqları qiymətinin üzərinə müəyyən məbləği öz qazancı kimi əlavə edərək satmışdır. Bu qaydada təxminən 6 ay ərzində Orucəli ilə aralarında alver olmuş, Orucəli onun mallarının pulunu vaxtlı-vaxtında vermiş, özü də kifayət qədər yaxşı qazanc əldə etmişdir. Bundan sonra Orucəlinin böyük qaynı Akiflə birlikdə Rusiyanın Samara şəhərindən satmaq üçün təxminən 1000 tona qədər dəmir materiallarını idxal edib ölkəyə gətirmişlər. Sonra həmin malları da Orucəli satmış, qabaqcadan razılaşdıqları ona çatası məbləği də vermişdir. Şəxsən onun özünün bir çox iş görən dairələrlə geniş əlaqələri olmuş, çoxsaylı biznes adamları ilə işgüzar münasibələri olmuş, böyük həcmli podrat işlərini yerinə yetirmiş, kifayət qədər geniş maddi imkanlara malik olmuşdur. Bütün bu əlaqələri, imkanları barədə kifayət qədər məlumatlanan Orucəli öz aralarındakı alver münasibətlərin gedişində onun kifayət qədər etibarını qazanmışdır. Qaynı Akifə görə də aralarında artıq dostluq münasibətləri yaranmışdır. Onun özü də düzgün partnyorla işləmək istədiyindən Orucəlini də belə bir insan kimi qəbul edib gələcək layihələrdə də kömək üçün onu cəlb etmək barədə düşünmüşdür. Metal alveri ilə bağlı onun işləri artdığından və bu sahə ilə əlaqədar ona edilən təkliflər davamlı olduğundan “Dərnəgül dəmir bazarı”nda yer götürərək özünün satış obyektini açmışdır. Həmin dövrdə özünün tanışları vasitəsilə "xxxx" Açıq Səhmdar Cəmiyyətində istismarda olmuş dəmir su borularının çıxarılaraq satılmasının planlaşdırıldığı barədə eşitmişdir. Bu məsələni yerində dəqiqləşdirmək üçün "xxxx" Açıq Səhmdar Cəmiyyətinə getmək qərarına gəlmiş və gedərkən Orucəliyə də bu barədə deyərək onu da özü ilə oraya aparmışdır. Qəbulunda olarkən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin direktoru ilə söhbət zamanı məlum olmuşdur ki, borular həqiqətən var və onlar hansı vaxtda satılacaqdır. Amma onları sadəcə satışa çıxartmaq fikirləri yoxdur. Belə ki, mövcud müasir tələblərə görə, sanitariya-gigiyena tələbləri və hansısa standartların tələbləri baxımındın quşçuluqda artıq plastik borulara keçidlə bağlı tələb qoyulduğuna görə onlar həmin boruları qısa zamanda plastmast borularla dəyişdirməyi, həmin çıxarılacaq metal boruları da müvafiq işləri görəcək podratçıya zəhmət haqqı müqabilində razılaşıb ödəməyi planlaşdırdıqlarını bildirmişdir. Həmin söhbət zamanı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin direktoruna özünün iş adamı kimi fəaliyyəti ilə bağlı məlumat vermiş, podratçı kimi gördüyü işlər və təcrübəsi barədə məlumatlandırmışdır. Bununla da söhbətləri yekunlaşmışdır. Həmin söhbət zamanı boruların alınması, yaxud barteri ilə bağlı heç bir razılaşmaları və müzakirələri olmamışdır. Bundan bir müddət sonra, yəni 2018-ci ilin təxminən may ayında özü tək yenidən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə getmiş, direktor Asəflə görüşmüş, boruların dəyişdirilməsi və digər mümkün işlərin görülməsi ilə bağlı podratçı kimi xidmətini təklif etmişdir. Asəflə onun arasında ikilikdə geniş müzakirələri olmuş, sonra direktor onu həmin yerdə görülməli olan işlərlə tanış etmişdir. Orada təxminən 40 hektar sahədə istixanalar salınması, 250 hektar ərazidə ağac əkilməsi planlaşdırıldığı deyilərək həmin ərazilər ona göstərilmişdir. Bundan başqa təxminən 60-70 min kvadrat metr ölçüdə inzibati binaların dam örtüklərinin dəyişilməsi, yeni boksların tikilməsi, həmin saxlanc yerlərinin təmir-tikinti və təchizat materialları ilə təmin edilməsi zərurətinin olması bildirilmişdir. Həmin böyük həcmli işlərin görülməsi üçün çox böyük miqdarda künclük dəmir konstruksiyalar, profil qoşa tavrlarlar, metal məmulatları, hətta buğda məmulatları ilə təchiz olunmalı olması vurğulanmışdır. Asəf bütün bu işləri görəcəyi təqdirdə onu daha yuxarı rəhbərliyi ilə görüşdürə biləcəyini demişdir. Bütün bu işləri görməyə razılıq vermiş, bunun üçün lazımi bütün ehtiyatlarının, işçi qüvvəsinin, texnikalarının və təbii ki iş təcrübəsinin olduğunu bildirmişdir. İlkin razılıqdan bir ay sonra həmin müəssisənin rəhbəri Cavid Abbasovla görüşmüş, bütün detalları müzakirə etmişlər, razılıq əldə olunmuşdur. Bütün bu söhbətlərin heç birinə Orucəlinin heç bir aidiyyəti olmamış, ümumiyyətlə bu şəxs onun apardığı danışıqlardan məlumatsız olmuşdur. Cavidlə görüşdən bir həftə sonra onu Asəf dəvət etmiş, görüləcək işləri təhvil vermişlər. O, əvvəlcə təxminən 12 ha sahədə olan 4 ədəd istixananın tikintisi işini qəbul etmiş və işlərə başlamışdır. Ondan əvvəlki sifarişçi üç ay ərzində bir istixananı tikib təhvil verə bilmədiyi halda o cəmi bir ay ərzində demək olar ki, 12 ha sahədə olan üç istixananın və əvvəlki yarımçıq qalmış bir istixananın tikintisini başa çatdırmışdır. Bu işlərdə həm materialları özü təmin etmiş, həm də işçi qüvvəsini özü aparmış, təxminən 30-40 min kv/m dam örtüyünü dəyişmişdir. O, gördüyü işlərin müqabilində 1 milyon 44 min manatlıq dəyərində, 11600 metr uzunluqda, 426 mm, 377 mm, 273 mm, 219 mm və 235 mm diametrliyində olan, 7-8 mm qalınlıqda olan su borularını və digər lom şəkildə olan dəmir məmulatlarını götürmüşdür. Orada təchizat tərəfindən ona həmin borular ölçülərək təhvil verilmişdir. Həmin qaydada metal məmulatlar tərəzidə çəkilmiş, boruların yer səthindən qazılaraq çıxarılması, kəsilməsi, maşınlara yüklənməsi və müxtəlif ünvanlara çatdırılması haqları onun vəsaiti hesabına başa gəlmişdir. Bundan başqa o, “Dərnəgül dəmir bazarı”nda alverini genişləndirmiş, demək olar ki, bazarda əksər müştərilər və hətta alverçilər dəmir məmulatlarını pərakəndə ondan almışlar. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ərazisində yerdən çıxarılan su borularını ilkin olaraq həmin cəmiyyətin ərazisində onun üçün ayrılmış yerə çeşidləyib yığmışdır. 2018-ci ilin təxminən avqust ayında artıq onun gördüyü iş barədə məlumatlı olan, eşidən Orucəli həmin boruları ondan almaq üçün müraciət etmiş, onunla danışmış, o da prinsip etibarilə boruları ona satmağa razı olduğundan etiraz etməmiş və Orucəli gəlib dəmir su borularına yerində baxmış, qiymətini ondan dəqiqləşdirmişdir. O da aralarındakı tanışlıqları, münasibəti, Orucəliyə olan inamını, etibarını nəzərə alaraq son qiyməti müəyyənləşdirib Orucəliyə bildirmişdir. Orucəli dərhal qiymətlə də razılaşmış və boruların hamısını özünün alacağını bildirmiş, bununla da aralarında razılaşma əldə olunmuşdur. Təxminən 2018-ci ilin avqust ayından 2019-cu ilin fevral ayına qədər olan müddət ərzində razılaşmalarına əsasən həmin boruları "xxxx" Açıq Səhmdar Cəmiyyətindən Orucəlinin satışla məşğul olduğu “Dərnəgül dəmir bazarı”na göndərməyə başlamışdır. Onun inamını qazanmış Orucəli hər vəchlə and-aman edərək boruların pulunu hamısını bir yerdə satıb qurtarandan sonra ödəyəcəyini vəd etmişdir. Etibar etdiyi bu şəxsin onu aldada biləcəyini, özü də bu həcmdə bir məsələdə aldada biləcəyini ağlına belə gətirməmişdir. Həm də podrat işlərini görmək üçün artıq xərcə-borca girib işləri yekunlaşdırmaq üzrə olduğundan Orucəlinin pulun ödənişi qaydası ilə bağlı təklifinə razılıq vermişdir. Bir məsələni də sonradan dəfələrlə düşənərək analiz etmişdir ki, Orucəli ondan malları alan zaman heç vaxt malların keyfiyyəti, ölçüləri və çəkiləri ilə maraqlanmamışdır. Məsələn, bazarda bir metrinin qiyməti 70 manat olan borunu ondan qəbul edən zaman belə xatırlayır ki, Orucəli malın xüsusiyyətləri ilə maraqlanmamış, “narahat olma, satacam” deyib malların tez bir zamanda onun sərəncamına keçməsinə çalışmışdır. Əslində isə bazar qanunlarına görə malı alan şəxs ən azından malın keyfiyyəti ilə maraqlanmalı, hər dəfə qiymətini soruşub dəqiqləşdirməli idi. Orucəli üçün isə bu xüsusatlar ümumiyyətlə maraqlı olmamış, yalınz hər şeyin qaydasında olacağını deyib boruların tez bir şəkildə ona çatdırılmasını istəmişdir. Amma borular daşınıb qurtardıqdan sonra Orucəli pulu ödəməkdən yayınmağa başlamışdır. Hər dəfə müxtəlif bəhanələr gətirmiş, hətta hissə-hissə ödəniş barədə söhbətlərdən də qaçmışdır. Amma bununla belə metalın böyük hissəsini artıq satmış Orucəlinin yenə onu aldatdığına sona qədər inana bilməmiş, hüquq-mühafizə orqanlarına müraciət etməyi də özünə hələlik yaraşdıra bilməmiş, ortada xeyli ümumi tanışların, dostların olduğu bir halda yaxşı vəziyyət yarana bilməyəcəyini düşünmüşdür. Həm də artıq ətrafdakı çoxsaylı insanlar onların arasındakı bu məsələdən xəbər tutmağa başlamış, Orucəlinin onun bir milyon manatdan artıq dəyərdə borularını sataraq pulunu ödəməkdən yayındığını bilmişlər. Amma çoxsaylı müraciətlərinin heç bir faydası olmamış, ona məxsus olan bazar qiyməti 1 milyon 44 min manat dəyərində 11600 metr uzunluqda, müxtəlif diametrli dəmir boruları və metallom metal məmulatlarını Orucəli götürüb sataraq pulunu ödəyəcəyinə dair yalandan vəd verib onları ələ keçirdiyini başa düşməyə başlamışdır. O, 2020-ci ilin yay aylarında Covid-19 xəstəliyinə tutulmuş, həmçinin həyat yoldaşı da bu xəstəlikdən vəfat etmişir. Uzun müddət ağır vəziyyətdə yatdığından hətta həyat yoldaşının dəfnində iştirak edə bilməmişdir. Başı özünün xəstəliyinə qarışmış, ölümlə üz-üzə qalmışdır. Onun həyatında yaranmış bu ağır vəziyyətdən sui-istifadə edən Orucəli onun xəstəlikdən yaxında vəfat edəcəyini düşünərək 10 gün ərzində müxtəlif şəxslərə, müxtəlif ünvanlarda, hətta həmin malları mövcud bazar qiymətindən də ucuz qiymətə sataraq pulları ələ keçirmişdir. Orucəlinin ona məxsus malları kimə satmasını, neçəyə satmasını, hansı avtomobillər ilə daşınmasını təsdiq edə biləcək məlumatları da ibtidai istinrtaq orqanına təqim etmişdir. O, xəstəxanaya gedənə qədər "xxxx" Açıq Səhmdar Cəmiyyətindən aldığı dəmir məmulatlarını Orucəli satılması üçün “Ekologiya Postu” deyilən yerə yığmışdır. Xəstəlikdən təxminən 3 ay sonra aktiv həyata qayıtdıqda Orucəli ilə əlaqə saxlayaraq pulunu istəmiş, sonuncu ona “narahat olma, sənin pulun məndədir” demişdir. O, Orucəlinin metalları satdığı yerə getmiş, malların tamamilə satıldığını görüb Orucəli ilə yenidən əlaqə saxlayıb pulunu istədikdə Orucəli ona gah əsassız bəhanələr getirmiş, gah da “sənin malını satıb əldə etdiyim pulu digər mala vermişəm, narahat olma, pulunu bir həftəyə verəcəm” demişdir. O da çarəsiz bir vəziyyətdə Orucəliyə inanıb gözləmişdir. Amma deyilən vaxt tamam olanda Orucəlinin ona qarşı yenə qeyrisəmimi olduğunu hiss etmiş və Orucəlinin qaynı Akifin yanına gedərək şikayət etmişdir. Akif də demişdir ki, o, 2020-ci ilin avqust ayında Orucəligildə olanda sonuncunun birdən-birə kəskin hiss olunacaq vəziyyətdə varlandığını hiss etmiş, Orucəlinin bahalı xarici markalı avtomobil almasını, xərclədiyi pulların məbləğlərinin artmasını görüb şübhələnərək bu gəliri haradan əldə etməsini soruşmuşdur. Akif Orucəlidən alqı-satqıya dair hesabat verməsini istəmiş, Orucəli də ona demişdir ki, “sənə aidiyyəti yoxdur, Əbdülhəsənin məndə olan metal məmulatlarını satmışam, pullar məndədir, mənə çatacaq faizlərdən özümə xərcləyirəm. Əbdülhəsən xəstəxanadan çıxar. Özümüz həll edərik”. Bundan sonra Orucəli ilə yenə dəfələrlə əlaqə saxlayaraq pulunu tələb etsə də, Orucəli ona kobud cavablar vermişdir. Sonda isə ona demişdir ki, “get nə bacarırsan et, mənə heç nə verməmisən, mən sənə pul verməli deyiləm”. Orucəli ona ümumilikdə 1 milyon 44 min manat dəyərində ziyan vurmaqla dələduzluq etmişdir. İbtidai istintaq vaxtı da Orucəli hər cür dələduzluq əməllərinə əl atmış, məsuliyyətdən yayınmaq üçün müxtəlif vasitələrdən istifadə etmişdir. Həbsə alındıqdan qısa müddət sonra azadlığa çıxmış, bu hal iki dəfə təkrarlanmışdır. Onun pulunu qaytarmaq əvəzinə qanunsuz yolla ələ keçirdiyi pullarını başqa yerlərə xərcləməyə başlamış, o cümlədən azadlığa buraxıldıqdan sonra hansısa yollarla guya "xxxx" Açıq Səhmdar Cəmiyyətindən yararsız qaz boruları alması barədə həqiqətə uyğun olmayan sənədlər əldə edib təqdim etmişdir. Onun israrı ilə bu məsələ aydınlaşdırılmış və həqiqətən də onların saxta olması müəyyənləşdirilmiş, "xxxx" Açıq Səhmdar Cəmiyyətindən heç vaxt qaz boruları çıxarılıb satılmadığı dəqiqləşdirilmişdir. Bu məsələlərə də Orucəli əslində ona qaytarmalı olduğu pulu xərcləmişdir. İbtidai istintaq vaxtı və sonradan məhkəmə araşdırması zamanı da Orucəli iş üzrə onun xeyrinə ifadə verməyən şahidlərə qanunsuz təsirlər etməyə, hədə-qorxular gəlməyə başlamış, ifadələrini dəyişməyi tələb etmiş, ifadəsini dəyişəcək şəxslərə pul ödəməyi də öhdəsinə götürmüşdür. Amma həmin şahidlərin heç biri mövqeyini dəyişməmiş, bu qanunsuz təsirlər barədə ibtidai istintaq orqanını da məlumatdırmışlar. Ona görə də vurulmuş ziyanın tam şəkildə ödənilməsini tələb edir, əks halda məhkəmədən təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, 2016-cı ilin dekabr ayında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin təchizatçı vəzifəsinə işə daxil olmuşdur. 2017-ci ilin iyun ayından dekabr ayına qədər olan müddət ərzində cəmiyyətin bütün su borularını dəyişmək qərarına gəlmişdir. Onun vəzifəsi həmin ərəfədə su borularının qazılıb çıxarılmasına nəzarət etməkdən ibarət olmuşdur. Borular əvvəlcə qazılmış, kəsilib çıxarılmış, daha sonra ölçülmüş, həm uzunluğu, növü təyin olunmuş, həm də tərəzidə ağırlığı çəkilmişdir. Bundan sonra yüklənib digər təyinatı üzrə aparılmışdır. Zərərçəkmiş şəxs 2017-ci ildən tanımış, sonuncu öz briqadası ilə cəmiyyətdə çoxlu tikinti işləri görmüşdür. Əbdülhəsən bütün cəmiyyətin tavanlarını yeniləmiş, təxminən 30000 kv/m ərazini suvaqlanmağını, yenidən hörülməyini, təzə bokslar tikilməsini təmin etmiş, 13 ha sahədə cəmiyyət üçün müxtəlif bağçılıq və meyvəçilik istixanalarını tikmişdir. Əbdülhəsənlə cəmiyyətin rəhbərliyi arasında Əbdülhəsənin gördüyü işlərin müqabilində sonucuya cəmiyyətin dəyişdirdiyi dəmir boruların verilməsi barədə saziş olmuşdur. O, boruları ölçmüş, çəkmiş, malın verilməsinə dair qaiməyə möhür vurmuş, Əbdülhəsən isə qol çəkib təhvil almışdır. Sənədin bir nüsxəsi Əbdülhəsənə, biri cəmiyyətin mühasibatlığına çatdırılması üçün ona, digəri isə qapıdan maşınların çıxa bilməsi üçün mühafizəçiyə verilmişdir. Çıxarılan borular tam yeni və işlək vəziyətdə olmuş, amma cücə saxlama yerlərində yoxlama və standartlara uyğun bütün su borularının dəmirdən plastmast borularla əvəz olunması tələb olunmuşdur. Ona görə dəmir borular plastmast borularla dəyişilmiş, Əbdülhəsən də təxminən 10-11 min metr uzunluqda su boruları çıxarmışdır. Razılaşmaya görə metr-metr yarım dərinlikdə basdırılmış boruların qazılması cəmiyyətin hesabına, həmin dərinlikdən boruların kəsilib səliqəli çıxarılması xərcləri Əbdülhəsənin öhdəsində olmuşdur. Təqsirləndirilən şəxs adında şəxsi tanımır, bu adda şəxsin "xxxx" Açıq Səhmdar Cəmiyyətində görülmüş işlərə heç bir aidiyyəti olmamışdır. Onun bildiyinə görə bütün müqavilələr Zərərçəkmiş şəxs ilə olmuş, bütün işçiləri və texnikanı oraya məhz Zərərçəkmiş şəxs gətirmiş, bilavasitə özü rəhbərlik edib işi yekunlaşdırmışdır. Təqsirləndirilən şəxs adında şəxsin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə gəlib-getməsini görməmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ərazisinə giriş yalnız xüsusi buraxılışladır və hansısa başqa girişdən kənar insanın oraya girməsi mümkünsüzdür. "xxxx" Açıq Səhmdar Cəmiyyətindən qaz boruları çıxarılıb satılmamış və ya harayasa göndərilməmişdir. Zərərçəkmiş şəxs çıxarıb apardığı işlənmiş su borularının sonradan haraya, kimə verilməsini bilmir. Ümumi şəkildə ona məlum olan odur ki, Zərərçəkmiş şəxs həmin boruları gördüyü işin müqabilində aldığı üçün satmaq üçün aparmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, o, təxminən 2016-cı ilin sonlarından 2019cu ilin sonlarında qədər "xxxx" Açıq Səhmdar Cəmiyyətində mühafizə rəisi vəzifəsində işləmişdir. Onun vəzifəsi şirkətin əmlakını və digər mülkiyyətini qorumaq, cəmiyyətə giriş-çıxışa nəzarət etmək olmuşdur. Zərərçəkmiş şəxs isə 2017-ci ildən tanımış, sonuncu öz briqadası ilə cəmiyyətdə çoxlu tikinti işləri görmüşdür. Əbdülhəsən bütün cəmiyyətin tavanlarını yeniləmiş, çoxlu ağac əkmiş, təxminən 30000 kv/m ərazinin suvaqlanmasını, yenidən hörülməsini, təzə bokslar tikilməsini təmin etmişdir. 13 ha sahədə cəmiyyət üçün müxtəlif bağçılıq və meyvəçilik istixanalarını tikmişdir. Əbdülhəsənlə cəmiyyətin rəhbərliyi arasında Əbdülhəsənin gördüyü işlərin müqabilində sonuncuya cəmiyyətin dəyişdirdiyi dəmir boruların verilməsi barədə saziş olmuşdur. O, borular şirkətdən çıxarılarkən qaimələrinə baxmış, təchizatçının imzası və möhürü olan qaimələri qapıdan buraxmışdır. Sənədin bir nüsxəsi Əbdülhəsənə, biri ona, biri də cəmiyyətin mühasibatlığına çatdırılması üçün təchizatçıya verilmişdir. Bundan sonra o, metal və dəmir borular ilə yüklənmiş maşınların çıxmalarına imkan yaratmışdır. Cəmiyyət bütün rəsmi müqavilələri Zərərçəkmiş şəxs ilə bağlamışdır, bütün işçiləri və texnikanı oraya məhz Zərərçəkmiş şəxs gətirmiş, bilavasitə özü rəhbərlik edib işi görüb qurtarmışdır. Təqsirləndirilən şəxs adında şəxsin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə gəlib-getməsini görməmişdir. Ümumiyyətlə belə şəxsi tanımır. Bu adda şəxsin Əbdülhəsənlə şərikli işləməsi barədə heç vaxt eşitməmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ərazisinə giriş yalnız xüsusi buraxılışladır və hansısa başqa girişdən kənar şəxsin, o cümlədən Orucəlinin oraya girməsi mümkünsüzdür. İşlədiyi müddət ərzində "xxxx" Açıq Səhmdar Cəmiyyətindən heç bir halda qaz boruları çıxarılmamış və ərazidən kənara daşınmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, o, Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır. Belə ki, 2004-2006-cı illərdə “Anşaq” neft şirkətində usta işləmiş, Əbdülhəsən isə tikinti quraşdırma hissəsində direktor vəzifəsində işləmişdir. O, həmin müəssisədə istehsaldan çıxan dəmir listləri, üçkünc materialları və işlənmiş boruları tanışı Təqsirləndirilən şəxs göndərmişdir. Həmin vaxtlarda Orucəliyə 40-50 maşın, təxminən 500 tona yaxın material göndərmişdir. Həmin müddətdə də material satılaraq pulu Əbdülhəsənə verilmişdir. Bu hal bir il müddətinə davam etmişdir. Bundan sonra eşitmişdir ki, Əbdülhəsən "xxxx" Açıq Səhmdar Cəmiyyətində böyük təmir-tikinti işləri aparır. O, Əbdülhəsəndən xahiş etmişdir ki, iki oğlunu yanına işə qəbul etsin. Əbdülhəsən də onun xahişini nəzərə alaraq oğullarını işə qəbul etmişdir. 2019cu ilin may ayının ortalarında bilmişdir ki, Əbdülhəsən "xxxx" Açıq Səhmdar Cəmiyyətində gördüyü işin müqabilində aldığı işlənmiş su borularını satmaq üçün Orucəlinin “Dərnəgül dəmir bazarı”nda yerləşən satış məntəqəsinə yığmışdır. O özü də həmin borular üçün müştəri tapsa da Əbdülhəsən artıq boruların hamısının satışı ilə bağlı Orucəli ilə sövdələşdiyini demiş, ona görə də həmin borulardan ona verilməmişdir. Dəmir bazarın sol girəcək hissəsində təxminən 426 mm-lik və başqa diametrli cəmi təxminən 7000 metr borular yığılmışdır. Həmin yerdən təxminən 100 metr aralı satış köşkü olmuş və üzərində Təqsirləndirilən şəxs aid telefon nömrəsi qeyd edilmişdir. Həmin yerdə təxminən 5000 metr 273 mm-lik dəmir işlənmiş su boruları olmuşdur. Bütün borulara Təqsirləndirilən şəxs öz bildiyi kimi sərəncam verib satışı ilə məşğul olmuşdur. Sonuncu dəfə 2020-ci ilin iyun ayının əvvəllərində boruların həmin yerdə olduğunu şəxsən özü görmüşdür. 2020-ci ilin iyul ayında Əbdülhəsən və arvadı “Covid-19” virusuna yoluxaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişlər. Həmin ərəfədə də bilmişdir ki, Orucəli Əbdülhəsənin mallarını satmaqda davam etsə də pulunu hələ də ödəməmişdir. 2020-ci ilin iyul ayının 19-da Əbdülhəsənin arvadı həmin xəstəlikdən vəfat etmişdir. Şəxsən o özü qadının dəfn mərasimində iştirak etmiş və həmin vaxt Orucəlini də yas mərasimində görmüşdür. Əbdülhəsən isə çox ağır vəziyyətdə olduğundan dəfndə də iştirak edə bilməmişdir. Əbdülhəsən xəstəxanada çox ağır vəziyyətdə olanda onunla telefonda danışmış və vəsiyyət formasında demişdir ki, “yaxın münasibətimiz var, neçə ilin dostuyuq, mənim Orucəli ilə olan işlərimdən ətraflı məlumatın var. Əgər mənə nəsə olsa Orucəlidə mənə məxsus bir milyon manatlıq mallarım var. Bundan əlavə “CİP Pikap” markalı avtomobilim var, həmin avtomobil də Orucəlidədir. Onun da qiyməti 30000 manat təşkil edir”. Əbdülhəsənin arvadının qırx mərasimində də iştirak etmiş, amma Orucəlini orada görməmiş, sonuncunun həmin yas mərasiminə gəlmədiyi məlum olmuşdur. Sonra məlum olmuşdur ki, Orucəli Əbdülhəsənin ona verdiyi həmin malları xəbərsiz, dəyər-dəyməzinə sataraq bu barədə Əbdülhəsənə heç nə deməmiş, ümumiyyətlə pulunu verməmiş və sonradan da pulu ödəməkdən tam imtina etmişdir. Təqsirləndirilən şəxs adında şəxsin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə gəlib-getməsini görməmişdir. Bu adda şəxsin Əbdülhəsənlə həmin işlədikləri işdə şərik olması barədə heç vaxt eşitməmişdir. Orada işlədiyi müddət ərzində "xxxx" Açıq Səhmdar Cəmiyyətindən heç bir halda qaz boruları çıxarılmamışdır. İbtidai istintaq vaxtı o da polisə çağırılmış və ondan ifadə alınmışdır. O, soruşulanlar barədə obyektiv ifadə vermişdir. İş üzrə nə bilirsə olduğu kimi danışmışdır. Bir müddət sonra Orucəli həbs olunmuş, amma qısa müddət sonra həbsdən çıxmışdır. Orucəli həbsdən çıxandan bir müddət sonra, 2021-ci ilin oktyabr ayının təxminən 8-9-da onun mobil telefon nömrəsinə gizli nömrədən zəng gəlmişdir. Telefona cavab verən kimi tanımadığı şəxs dərhal ona “salam, sən Orucəliyə qarşı Binəqədi polisində ifadə vermisən, danışmısan, get təkrar de ki məni Əbdülhəsən məcbur edib”. Həmin şəxs danışığına davam edərək özünün cinayətkar aləmin üzvü olduğu, sözünə baxmadığı halda onun başına hər cür oyun aça biləcəklərini demiş, sərt şəkildə hədə-qorxu gəlməyə başlamış, ağır söyüşlər söymüş, özünə və ailə üzvlərinə qarşı lazımi hərəkət edə biləcəklərini demişdir. Tanımadığı şəxsin telefondakı bu təklifinə cavab olaraq dərhal da yalan danışa bilməyəcəyini, verdiyi ifadənin həqiqət olduğunu, polisə gedib ifadəsini dəyişməyəcəyini bildirmiş, bununla da danışığı sonlandırmışdır. Amma edilən hədə-qorxulardan çox narahat olmuş, Əbdülhəsəni tapıb ona bu barədə danışmışdır. Əbdülhəsən də ona bu barədə işi araşdıran müstəntiqə bildirməsini məsləhət görmüşdür. O da müstəntiq Kamran Əliyevə müraciət etmiş, müstəntiq də ondan hədə-qorxu gəlinməsi ilə bağlı ərizə alaraq elə həmin gün bu haqda dindirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, özü müxtəlif dəmir, metal tərkibli konstruksiyaları kəsici alətlə kəsməklə məşğul olmuşdur. "xxxx" Açıq Səhmdar Cəmiyyətində 2017-ci ilin yay ayından 2018-ci ilin fevral ayına qədər kəsici işləmişdir. O, Əbdülhəsənlə danışığına əsasən orada fəhlə kimi işləmiş və Əbdülhəsənin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ərazisində fəhlələr üçün hazırladığı yataqxana tipli yerdə yaşamışdır. Əbdülhəsən "xxxx" Açıq Səhmdar Cəmiyyətində uzun müddət ərzində böyük həcmli müxtəlif işlər görmüş, tikinti işləri aparmış, həmin görülmüş işlər müqabilində də cəmiyyət dəyişdiyi su borularını Əbdülhəsənə vermişdir. Əbdülhəsənin sifarişi ilə qazılaraq çıxarılmış boruları kəsmiş, borular təmizlənmiş, çəkisi çəkilmiş və maşınlara yüklənmişdir. Bütün bunlara nəzarəti cəmiyyətin təhcizatçısı və mühafizəçiləri həyata keçirmişdir. Həmin maşınlar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ərazisindən möhürlənmiş vəziyyətdə yola salınmışdır. O, 8 ay ərzində təxminən 50 maşın boru və 15 maşın metallom göndərmişdir. Təqsirləndirilən şəxs adında şəxsin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə gəlib-getməsini görməmişdir. Bu adda şəxsin Əbdülhəsənlə həmin işlədikləri işdə şərik olması barədə heç vaxt eşitməmişdir. Orada işlədiyi müddət ərzində "xxxx" Açıq Səhmdar Cəmiyyətindən heç bir halda qaz boruları çıxarılmamışdır. İbtidai istintaq vaxtı o da polisə çağırılmış və iş üzrə nə bilibsə olduğu kimi danışmışdır. Bir müddət sonra Orucəli həbs olunmuş, amma qısa müddət sonra həbsdən çıxmışdır. Orucəli həbsdən çıxandan bir müddət sonra, 2021-ci ilin oktyabr ayının təxminən 7-də onun mobil telefon nömrəsinə gizli nömrədən zəng gəlmiş, özünü Orucəlinin qohumu kimi təqdim edən şəxs istintaqa verdiyi ifadəsini dəyişməsini təklif etmiş, boruların Orucəliyə məxsus olması barədə ifadə verəcəyi halda ona 500 manat pul da verəcəklərini bildirmişdir. O, qəti şəkildə bu təklifdən imtina etmiş, yalan danışa bilməyəcəyini demişdir. Belə olan halda həmin şəxs telefonda onu hədələməyə başlamış, onu qorxudaraq hər cür imkanları olduğunu, onun özünə və ailə üzvlərinə qarşı hər cür pis hərəkət etməyə hazır olduqlarını bildirmiş, ağır söyüşlər söyməyə başlamışdır. Bu şəxsin sözlərini daha eşitmək istmədiyindən danışığı kəsmişdir. Bundan bir neçə gün sonra, yəni 2021-ci ilin oktyabr ayının təxminən 8-10-u aralığında metronun “Koroğlu” stansiyasının çıxışında ona qəflətən biri balacaboy, dolu bədənli və qara saçlı, digəri isə nisbətən uca boylu, dolu bədənli olmaqla iki nəfər tanımadığı kişi yaxınlaşmış və salamlaşıb dərhal gedib müstəntiq Kamrana verdiyi ifadəsini Orucəlinin xeyrinə dəyişməsini təklif etmişlər. Söhbət əvvəlcə sakit tərzdə başlamış və kim olduqlarını soruşduqda həmin şəxslər Orucəlinin adamları olduğunu demiş və müstəntiqin yanına gedib ifadəsini dəyişəcəkləri halda ona 500 manat pul da verəcəklərini bildirmişlər. Bu şəxslərin bir neçə gün əvvəl olmuş telefon zəngindəki söhbətlə bağlı gəldiklərini baş düşmüşdür. O, bu təklifdən qəti imtina edərək yalan danışa, yalan ifadə verə bilməyəcəyini demişdir. Həmin şəxslər razılaşmadığını görüb danışıqlarını sərtləşdirmiş, onsuz da vəkil Yusif müəllimin bu işi “sındırdığını”, Əbdülhəsənin özünün həbs olunacağını, Əbdülhəsənlə bərabər onun özünün də tutulacağını bildirmiş, əgər bu da baş tutmasa onun başına oyun açacaqlarını, yaşadığı yeri də dəqiq bildiklərini, hər şeydən məlumatlı olduqlarını demiş, kəskin hədəqorxulara başlamış, onu sərt şəkildə təhdid etmişlər. Amma o yenə də razılaşmımış və bu şəxslərdən ayrılıb getmişdir. Sonradan bu şəxslərin kim olmalarını əlamətlərinə görə araşdırmağa başlamış və belə təxmin etmişdir ki, onlardan boyu balaca olanı Orucəlinin qaynı Hilal adlı şəxsdir. Bu məsələdən sonra xeyli narahatlığı yaranmış və Əbdülhəsəni tapıb başına gələnləri danışmışdır. Əbdülhəsən də ona mütləq bu barədə istintaq orqanına məlumat verməsini məsləhət görmüşdür. Müstəntiqin yanına gedib bu barədə danışmış, müstəntiq də ondan hədə-qorxu gəlinməsi ilə bağlı ərizə alaraq elə həmin gün də bu hallarla bağlı dindirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 göstərdi ki, 2017-ci ilin oktyabr ayından 2019-cu ilə kimi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin direktoru, 2019-cu ildən isə Cəmiyyətin direktor müavini vəzifəsində işləmişdir. Amma 2021-ci il noyabr ayında öz ərizəsi ilə işdən çıxmışdır. İşlədiyi dövr ərzində Cəmiyyətdə görüləcək işlərlə bağlı tender keçirilmiş və tenderdə qalib gələn şəxslərə işlər verilmişdir. İş üzrə podrat və subpodratçılar üzərilərinə götürdükləri öhdəliklər üzrə işləri vaxtında təhvil verdikləri halda digər işləri də həmin şəxslərə həvalə etmişdir. Belə şəxslərdən biri də Zərərçəkmiş şəxs olmuşdur. Zərərçəkmiş şəxs 2018-ci ilin iyun ayından 2019-cu ilin yay aylarına qədər olan müddət ərzində "xxxx" Açıq Səhmdar Cəmiyyətində yaşıllaşdırma, damların dəyişdirilməsi, istixanaların tikilməsi, kommunikasiya xətlərinin dəyişdirilməsi, sexlərin tikilməsi, yığılması, anbarların tikilişi, suvaqlanması, damların qoyulması, ağaclara su çəkilişi və topoqrafıya kimi işlər görmüşdür. O da bu işlərin müqabilində dəyişdirilən dəmir boru və digər metal məmulatları Əbdülhəsənə təhvil vermişdir. Orucəlini də bir, ya da iki dəfə ilk vaxtlarda Əbdülhəsənin yanında görmüşdür. Təqsirləndirilən şəxs Əbdülhəsənlə həmin işdə şərik olması barədə heç vaxt eşitməmişdir. Orada işlədiyi müddət ərzində "xxxx" Açıq Səhmdar Cəmiyyətindən heç bir halda qaz boruları çıxarılmamış, heç kimə qaz borusu satılmamış və bu barədə heç bir hüquqi, yaxud fiziki şəxslə müqavilə bağlanmamışdır. Bütün danışıqlar Əbdülhəsənlə aparılmış və bütün işlər də Əbdüləsən tərəfindən görülmüşdür. Məhkəmədə şahid qismində dindirilməzdən bir neçə gün əvvəl Təqsirləndirilən şəxs onu tanışı vasitəsilə axşam saatlarında 9-cu mikrorayonda yerləşən restoranlardan birinə dəvət etmiş, həmin şəxsin orada olduğunu bilmədiyi üçün oraya getmişdir. Belə ki, dostu zəng edəndə yenicə duş qəbul etdiyindən heç evdən çıxmaq istəməmiş, amma dostunun təkidindən sonra razılıq vermişdir. Restoranda olarkən Orucəli ona təqdim edilmiş və ümumi söhbətdən belə başa düşmüşdür ki, onu Orucəli ilə danışmaq üçün məxsusi şəkildə təşkil edib çağırmışlar. Söhbət əsnasında Orucəli, habelə Orucəlinin yanında olan bir neçə nəfər şəxs ona məhkəməyə çağırılacağı halda "xxxx" Açıq Səhmdar Cəmiyyətindən Əbdülhəsənə verilmiş bir milyon manatdan artıq dəyərdə boruların Orucəliyə məxsus olmasını bildirməsini, Əbdülhəsənin isə guya Orucəlinin işçisi olması barədə ifadə verməsini təklif etmişlər. Hətta Orucəlinin yanında olan şəxslərdən birinin Ukraynada yaşadığı və geniş əlaqəli, böyük təsir imkanlarına malik bir insan olduğu bildirilmişdir. O, qətiyyətlə bu təklifdən imtina etmiş, haqqı dana bilməyəcəyini, Orucəlinin həmin borulara aidiyyəti olmadığını, borularla bağlı bütün məsələlərin Əbdülhəsənlə bağlı olduğunu, bütün işləri Əbdülhəsənin gördüyünü, boruların da zəhmət haqqı kimi Əbdülhəsənə verildiyini bildirmişdir. Ona ifadəsini dəyişməyə görə şirnikləndirici təkliflər edilmiş, bu keçmədikdə isə sərt tonda danışılmış, hədə-qorxu gəlinmişdir. Amma bütün bunlara baxmayaraq o, fikrini dəyişmədiyini, yalan danışa bilməyəcəyini bildirib restorandan çıxaraq evinə getmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 göstərdi ki, 2018-ci ilin təxminən yanvar ayından 2019cu ilin may ayına qədər "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Təchizat şöbəsinin rəhbəri vəzifəsində çalışmışdır. Cəmiyyətin bütün su borularını dəyişmək barədə qərar qəbul edilmiş, onun işçiləri su borularının qazılıb çıxarılmasına nəzarət etmişdir. Belə ki, borular əvvəlcə qazılıb kəsilib çıxarılır, bundan sonra borular ölçülür, həm uzunluğu, növü təyin olunur, həm tərəzidə ağırlığı çəkilir, daha sonra yüklənib digər təyinatı üzrə aparılırdı. Zərərçəkmiş şəxs 2018-ci ildən tanımış, sonuncu öz briqadası ilə cəmiyyətdə çoxlu tikinti işləri görmüşdür. Belə ki, Əbdülhəsən bütün cəmiyyətin tavanlarını yeniləmiş, təxminən 30000 kv/m ərazinin suvaqlanmağını, yenidən hörülməyini, təzə bokslar tikilməsini təmin etmiş, 13 ha sahədə müxtəlif bağçılıq və meyvəçilik istixanalarını tikmişdir. Əbdülhəsənlə cəmiyyətin rəhbərliyi arasında Əbdülhəsənin gördüyü işlərin müqabilində sonucuya cəmiyyətin dəyişdirdiyi dəmir boruların verilməsi barədə saziş olmuşdur. O, boruları ölçmüş, çəkmiş, malın verilməsinə dair qaiməyə möhür vurmuş, Əbdülhəsən imza edib təhvil almış, sənədin bir nüsxəsi Əbdülhəsənə, biri mühasibatlığa çatdırılması onun işçisi Şahid1, digəri isə qapıdan maşınların çıxa bilməsi üçün mühafizəçiyə verilmişdir. Əbdülhəsənə külli miqdarda dəmir boru, metallar verilmişdir. Həmin çıxarılan boruların tam əksər hissəsi yeni və işlək vəziyyətdə olmuşdur. Amma cücə saxlama yerlərində yoxlama və standartlara uyğun tələb olunmuşdur ki, bütün su boruları dəmirdən plastmast borularla əvəz olunmalıdır, bu səbəbdən də onlar dəmir boruları plastmast borulara dəyişmişlər. Əbdülhəsən təxminən 10-11 min metr uzunluğunda su boruları çıxarmışdır. Razılaşmaya görə bir metr, bir metr yarım dərinlikdə basdırılmış boruların qazılması cəmiyyətin hesabına, həmin dərinlikdən boruların kəsilib səliqəli çıxarılması xərcləri isə Əbdülhəsənin hesabına olmuşdur. Təqsirləndirilən şəxs adında şəxsin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə gəlib-getməsini görməmişdir. Bu adda şəxsin Əbdülhəsənlə həmin işlədikləri işdə şərik olması barədə heç vaxt eşitməmişdir. Orada işlədiyi müddət ərzində "xxxx" Açıq Səhmdar Cəmiyyətindən heç bir halda qaz boruları çıxarılmamışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspertiza rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişdir (cild 1, iş vərəqə 147-153). Baxış keçirilməsi haqqında 05 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti, “Dərnəgül Dəmir Bazarı” deyilən ərazidə müxtəlif ölçülü və diametrli dəmir boruların yığılması aşkar edilmiş və həmin istintaq hərəkəti zamanı mü v afiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 203-215). Könüllü olaraq təqdim etmə və götürmə haqqında 05 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs qaimə - fakturaları, fotoşəkilləri, əlyazmaları təqdim etmiş və həmin sənədlər protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 216-254). Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 22 oktyabr 2021-ci il tarixli 9/7287 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən və nümunələri təqdim edilmiş dəmir boruların orta istismar parametrlərinə uyğun olaraq 2019-cu ilin yanvar-may aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 852.348,00 manat müəyyən edilir (cild 2, iş vərəqə 65-68). Məhkəmə-xətşünaslıq ekspertizasının 11 noyabr 2021-ci il tarixli 4/1455 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 10.5 sm X 14.5 sm, 13.0 sm X 23.0 sm və 12.5 sm X 14.5 sm karton kağız parçalarının üz və arxa tərəfində olan rəqəmlər və yazılar - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Həmin əlyazmanın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs əlyazma ilə Zərərçəkmiş şəxs məxsus dəmir boruları qəbul etməsini təsdiqləmişdir (cild 2, iş vərəqə 160-172). Məhkəmə-fonoskopik ekspertizasının 22 noyabr 2021-ci il tarixli 4/1456-4/1467 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “Kodak” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı tədqiqatı tələb olunan danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərdə “K2” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs məxsusdur. Həmin səs yazısından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 11600 metr uzunluğunda müxtəlif diametrli dəmir boruları ələ keçirməsini etiraf etmiş, “get nə bacarırsan et” demişdir (cild 2, iş vərəqə 173-177). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsi tərəfindən verilmiş məlumatdan və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 10 dekabr 2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 194.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (cild 2, iş vərəqə 188-224). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir. Təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4-cü maddəsində nəzərdə tutulan əməl xüsusilə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 5-ci bəndində göstərilmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərərçəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Həmin qərarın 31-ci bəndində göstərilir ki, vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 27 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı Apelyasiya Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş və o, məhkəmə iclas zalından azad edilmişdir. 23 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozduğuna görə ibtidai istintaq orqanı tərəfindən tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli qərarı ilə həmin qərar ləğv edilmiş, 06 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinın 28 fevral 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə olduğu 15 (on beş) gün ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı, cəzanın çəkilməsi müddətinin başlanğıcı 28 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus qaimə-fakturalar, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə Zərərçəkmiş şəxs tərəfindən mədaxil edilən malların siyahısı, üz və arxa tərəfində rəqəmlər və yazılar olan 10.5 sm x 14.5 sm, 13.0 sm x 23.0 və 12.5 sm x 14.5 sm ölçüdəki karton kağız parçaları, habelə içərisində səs yazıları olan bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 476 (dörd yüz yetmiş altı) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 2, iş vərəqə 66,126,174). Məhkəmə mülki iddia ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxs cinayət əməli nəticəsində ona vurulmuş ziyanla bağlı cinayət mühakimə icraatı zamanı mülki iddia vermədiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinin tələbinə əsasən ona mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah edilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24.12.2021-ci il tarixli 15 saylı, “Dələduzluq cinayətlərinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 11.06.2015-ci il tarixli 7 saylı, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə olduğu 15 (on beş) gün təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılaraq onun üzərində 10 (on) il 11 (on bir) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 28 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar - "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus qaimə-fakturalar, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə Zərərçəkmiş şəxs tərəfindən mədaxil edilən malların siyahısı, üz və arxa tərəfində rəqəmlər və yazılar olan 10.5 sm x 14.5 sm, 13.0 sm x 23.0 və 12.5 sm x 14.5 sm ölçüdəki karton kağız parçaları, habelə içərisində səs yazıları olan bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 476 (dörd yüz yetmiş altı) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Cinayət mühakimə icraatı zamanı mülki iddia verməmiş iş üzrə zərərçəkmiş şəxsə mülki mühakimə icraatı qaydasında mülki iddia verməklə ona vurulmuş ziyanı tələb etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar