Məhkəmə qərarları › İş №1(101)-57/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-57/2025

28.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-57/2025 28.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri - X4 və X9, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Kredo” Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1 və Vəkillər Kollegiyasının “Leqal” Vəkil Bürosunun vəkili Müdafiəçi3, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 iştirakı ilə 7 avqust 1965-ci il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, “X10” İctimai Birliyinin sədri vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi, ev 1A, mənzil 91-də qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, ev 5B, 2 nömrəli Peşə Liseyində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 29,178.2.1, 29,178.2.2, 29,178.2.3, 29,178.2.4 və 32.4,312.2-ci maddələri ilə, 1 iyun 1979-cu il tarixdə Laçın rayonu, Ağduşlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Laçın rayonu, Ağduşlu kəndində qeydiyyatda olmaqla faktiki olaraq Sabirabad rayonu, H.Əliyev prospekti, 135 nömrəli Texniki peşə məktəbinin yataqxanasında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 29,178.2.1, 29,178.2.2, 29,178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs1 öz qulluq mövqeyindən istifadə edərək qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək təkrarən dələduzluq etmiş, öz qulluq mövqeyindən istifadə edərək qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan suiistifadə etmə yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Belə ki, o, xx.xx.2007-ci il tarixli, 1107-Q19-2444 nömrə ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində Hüquqi Şəxsin Dövlət Qeydiyyatından keçməklə “X10” İctimai Birliyini təsis edərək həmin birliyin sədri vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı cinayətkar niyyətə uyğun olaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Laçın və ya Ağcabədi rayon Polis şöbələrindən birinə polis nəfəri kimi xidmətə qəbul edilməsində köməklik göstərilməsi ilə bağlı 2021-ci ilin iyul ayında qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 müraciət etmiş Zərərçəkmiş şəxs3 özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özlərinə olan inam və etibardan sui-istifadə edərək güya özünün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətlərinin olmasını, həmin şəxsin vasitəsilə Zərərçəkmiş şəxs3 işə düzəlməsini təmin etmək imkanına malik olduğunu, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs3 xeyrinə edəcəyi hərəkətə, yəni onu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Laçın və ya Ağcabədi rayon Polis şöbələrindən birinə polis nəfəri kimi vəzifəyə təyin etməsi üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan 10.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını 2021-ci ilin iyul ayında Təqsirləndirilən şəxs2la birlikdə Ağcabədi rayonu, Taxta Körpü qəsəbəsində görüşləri zamanı aldatmaqla bildirərək, Zərərçəkmiş şəxs3 razılığını almaqla sövdələşib, həmin adla xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Daş bazarı” deyilən yerdə kafedə aldığı 10.000 manat məbləğində pul vəsaitini 2021-ci ilin iyul ayında Bakı şəhərində Təqsirləndirilən şəxs2la aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, qulluq mövqeyindən istifadə etməklə Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs3 məxsus cəmi 10.000 (on min) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, qeyd edilən vəzifədə işləyərkən, təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayətkar əlaqəyə girərək, “X12 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialına işə bərpa olunmasında köməklik göstərilməsi ilə bağlı 2022-ci ilin yanvar ayının əvvəllərində qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 müraciət etmiş Zərərçəkmiş şəxs2 Şahvələd oğluna Təqsirləndirilən şəxs2la aralarındakı cinayətkar niyyətə uyğun olaraq özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özlərinə olan inam və etibardan sui-istifadə edərək güya özlərinin yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətlərinin olmasını, həmin şəxsin vasitəsilə Zərərçəkmiş şəxs2 işə bərpa olunmasını təmin etmək imkanına malik olduqlarını, həmin məsələnin müsbət həll olunması üçün tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs2 xeyrinə edəcəyi hərəkətə, yəni onun “X12 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialına işə bərpa olunması üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan 4.000 (dörd min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin və işlərin başlanması üçün ilkin olaraq 1.500 (min beş yüz) manat məbləğində pul verilməsinin zəruri olduğunu qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2la birlikdə 2022-ci ilin fevral ayında Sabirabad rayonu Azadkənd kəndində görüşləri zamanı aldatmaqla bildirib, Zərərçəkmiş şəxs2 razılığını almaqla sövdələşib həmin adla xx.xx.2022-ci il tarixdə Şirvan şəhərində qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 vasitəsi ilə Zərərçəkmiş şəxs2 1.500 (min beş yüz) manat məbləğində pul vəsaitini alıb, aralarındakı bölgü barədə razılaşmaya əsasən həmin pulun 200 (iki yüz) manatı Təqsirləndirilən şəxs2 qalmaqla, sonuncu xx.xx.2022-ci il tarixdə Sabirabad şəhəri, H.Əliyev prospektində yerləşən “Sərfəli” marketdə quraşdırılmış “eManat” ödəmə terminalından özünün adına olan "xxxx" ASC-yə məxsus 676867******9674 saylı bank kartına qalan 1.300 (min üç yüz) manat məbləğində pul vəsaitini göndərdikdən sonra, həmin tarixdə həmin pul vəsaitini Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi və Bakı şəhəri Nəsimi rayonu, Tbilisi prospekti, Alatava 2, FHN-nin yanında yerləşən Araz Marketdə olan "xxxx" ASC-yə məxsus bankomatlardan nağdlaşdırmaqla əldə edib, öz şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə edərək Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus cəmi 1.500 (min beş yüz) manat məbləğində pul vəsaitini ələ keçirib təkrarən dələduzluq etmiş, Zərərçəkmiş şəxs2 şübhələnib qalan pul vəsaitini onlara verməkdən imtina etdiyinə görə ondan həmin pul vəsaitini ala bilməyərək, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib, öz qulluq mövqeyindən istifadə edərək Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus 4.000 (dörd min) manat məbləğində pul vəsaitini təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bundan başqa, o, qeyd edilən vəzifədə işləyərkən, təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayətkar əlaqəyə girərək, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sabirabad rayon Yanğından mühafizə hissəsinə yanğınsöndürən vəzifəsinə işə düzəlməsində köməklik göstərilməsi ilə əlaqədar 2022-ci ilin fevral ayının sonlarında qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 müraciət etmiş Zərərçəkmiş şəxs1 aralarındakı cinayətkar niyyətə uyğun olaraq özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özlərinə olan inam və etibardan sui-istifadə edərək güya Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətlərinin olmasını, həmin şəxsin vasitəsilə Zərərçəkmiş şəxs1 işə düzəlməsini təmin etmək imkanına malik olduqlarını, tanışları olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs1 xeyrinə edəcəyi hərəkətə, yəni onun Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X13 Xidmətinin Sabirabad rayon Yanğından mühafizə xidmətinə yanğınsöndürən vəzifəsinə təyin edilməsi üçün zəruri olan tədbirləri görməsinə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını və işlərin başlanması üçün ilkin olaraq 1.000 (bir min) manat məbləğində pul verməli olmasını qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2la birlikdə mart ayının əvvəllərində Sabirabad rayonu, Kürkənd kəndində görüşləri zamanı aldatmaqla bildirərək, Zərərçəkmiş şəxs1 razılığını almaqla sövdələşib, həmin adla xx.xx.2022-ci il tarixdə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 tərəfindən Zərərçəkmiş şəxs1 Sabirabad rayonu, Kürkənd kəndində yaşadığı evdə 1.000 (min) manat məbləğində pul vəsaitini alıb, aralarındakı bölgü barədə razılaşmaya əsasən həmin pulun 100 (yüz) manatı Təqsirləndirilən şəxs2 qalmaqla, sonuncu həmin tarixdə Sabirabad şəhəri, H.Əliyev prospektində yerləşən “Sərfəli” marketdə quraşdırılmış “eManat” ödəmə terminalından özünün adına olan "xxxx" ASC-yə məxsus 676867******9674 saylı bank kartına qalan 900 (doqquz yüz) manat məbləğində pul vəsaitini göndərdikdən sonra, həmin pul vəsaitini həmin tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən "xxxx" ASC-yə məxsus bankomatdan nağdlaşdırmaqla əldə edib, şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə edərək Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus cəmi 1.000 (min) manat məbləğində pul vəsaitini ələ keçirib təkrarən dələduzluq etmiş, Zərərçəkmiş şəxs1 şübhələnib qalan pul vəsaitini verməkdən imtina etdiyinə görə ondan həmin pul vəsaitini ala bilməyərək, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib, öz qulluq mövqeyindən istifadə edərək Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitini ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bundan başqa, o, qeyd edilən vəzifədə işləyərkən, təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayətkar əlaqəyə girib mərhum oğlu X2 “şəhid” statusunun verilməsində köməklik göstərilməsi ilə bağlı 2022-ci ilin aprel ayının əvvəllərində Təqsirləndirilən şəxs2 müraciət etmiş Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs2la aralarındakı cinayətkar niyyətə uyğun olaraq özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxslər kimi təqdim edib yaratdıqları inam və etibardan sui-istifadə edərək güya yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətlərinin olmasını, həmin şəxsin vasitəsilə Ülvi İbrəhimova “şəhid” statusunun verilməsini təmin etmək imkanına malik olduqlarını, həmin məsələnin müsbət həlli üçün tanışı olan vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs4 xeyrinə edəcəyi hərəkətə, yəni Ülvi İbrəhimova “şəhid” statusunun verilməsi üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan 650 (altı yüz əlli) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirərək, Zərərçəkmiş şəxs4 razılığını almaqla sövdələşib, həmin adla Zərərçəkmiş şəxs4 xx.xx.2022-ci il tarixdə Sabirabad rayonu ərazisində yerləşən “eManat” ödəmə terminalı vasitəsi ilə adına olan "xxxx" ASC-yə məxsus 676867******9674 saylı bank kartına göndərdiyi 500 (beş yüz) manat məbləğində pul vəsaitini həmin tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən bankomatdan nağdlaşdırmaqla, həmçinin, eyni niyyətlə, bir neçə gün sonra Xanəhməd İbrahimovdan Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 57 ünvanında fəaliyyət göstərən “X10” İctimai Birliyinin ofisində qalan 150 (yüz əlli) manat pul vəsaitini şəxsən alıb qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2la aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə etməklə Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu vahid niyyətlə Xanəhməd İbrahimova məxsus 650 (altı yüz əlli) manat məbləğində pul vəsaitini ələ keçirib təkrarən dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Belə ki, o, Təqsirləndirilən şəxs2 aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı “X10” İctimai Birliyinin sədri vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı cinayətkar niyyətə uyğun olaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Laçın və ya Ağcabədi rayon Polis şöbələrindən birinə polis nəfəri kimi xidmətə qəbul edilməsində köməklik göstərilməsi ilə bağlı 2021-ci ilin iyul ayında özünə müraciət etmiş Zərərçəkmiş şəxs3 qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 ilə birlikdə özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özlərinə olan inam və etibardan sui-istifadə edərək güya Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətlərinin olmasını, onun vasitəsilə Zərərçəkmiş şəxs3 işə düzəlməsini təmin etmək imkanına malik olduğunu, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs3 xeyrinə edəcəyi hərəkətə, yəni onu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Laçın və ya Ağcabədi rayon Polis şöbələrindən birinə polis nəfəri kimi vəzifəyə təyin etməsi üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan 10.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını 2021-ci ilin iyul ayında Təqsirləndirilən şəxs1 ilə birlikdə Ağcabədi rayonu, Taxta Körpü qəsəbəsində görüşləri zamanı aldatmaqla bildirərək, Zərərçəkmiş şəxs3 razılığını almaqla sövdələşib, həmin adla xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Daş bazarı” deyilən yerdə kafedə şəxsən aldığı 10.000 manat məbləğində pul vəsaitini həmin müddətdə Bakı şəhərində Təqsirləndirilən şəxs1 ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs3 məxsus cəmi 10.000 (on min) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayətkar əlaqəyə girərək, “X12 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialına işə bərpa olunmasında köməklik göstərilməsi ilə bağlı 2022-ci ilin yanvar ayının əvvəllərində özünə müraciət etmiş Zərərçəkmiş şəxs2 Şahvələd oğluna Təqsirləndirilən şəxs1 ilə aralarındakı cinayətkar niyyətə uyğun olaraq özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özlərinə olan inam və etibardan suiistifadə edərək güya özlərinin yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətlərinin olmasını, həmin şəxsin vasitəsilə Zərərçəkmiş şəxs2 işə bərpa olunmasını təmin etmək imkanına malik olduqlarını, həmin məsələnin müsbət həll olunması üçün tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs2 xeyrinə edəcəyi hərəkətə, yəni onun “X12 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialına işə bərpa olunması üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan 4.000 (dörd min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin və işlərin başlanması üçün ilkin olaraq 1.500 (min beş yüz) manat məbləğində pul verilməsinin zəruri olduğunu 2022-ci ilin fevral ayında Sabirabad rayonu Azadkənd kəndində görüşləri zamanı aldatmaqla bildirib, Zərərçəkmiş şəxs2 razılığını almaqla sövdələşib həmin adla xx.xx.2022-ci il tarixdə Şirvan şəhərində görüşüb sonuncudan 1.500 (min beş yüz) manat məbləğində pul vəsaitini alıb, aralarındakı bölgü barədə razılaşmaya əsasən həmin pulun 200 (iki yüz) manatını özünə götürüb, qalan 1.300 (bir min üç yüz) manat məbləğində pul vəsaitini xx.xx.2022-ci il tarixdə Sabirabad şəhəri, H.Əliyev prospektində yerləşən “Sərfəli” marketdə quraşdırılmış “eManat” ödəmə terminalından Təqsirləndirilən şəxs1 adına olan "xxxx" ASC-yə məxsus 676867******9674 saylı bank kartına göndərdikdən sonra, sonuncu tərəfindən həmin tarixdə həmin pul vəsaiti Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi və Bakı şəhəri Nəsimi rayonu, Tbilisi prospekti, Alatava 2 FHN-nin yanında yerləşən “Araz Market”də olan “Kapital Bank" ASC-yə məxsus bankomatlardan nağdlaşdırılmaqla əldə edilib, şəxsi ehtiyaclarına sərf edilməklə, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus cəmi 1.500 (min beş yüz) manat məbləğində pul vəsaitini ələ keçirib təkrarən dələduzluq etmiş, Zərərçəkmiş şəxs2 şübhələnib qalan pul vəsaitini onlara verməkdən imtina etdiyinə görə ondan həmin pul vəsaitini ala bilməyərək, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus 4.000 (dörd min) manat məbləğində pul vəsaitini təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayətkar əlaqəyə girərək, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sabirabad rayon Yanğından mühafizə hissəsinə yanğınsöndürən vəzifəsinə işə düzəlməsində köməklik göstərilməsi ilə əlaqədar 2022-ci ilin fevral ayının sonlarında özünə müraciət etmiş Zərərçəkmiş şəxs1 aralarındakı cinayətkar niyyətə uyğun olaraq özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özlərinə olan inam və etibardan sui-istifadə edərək güya Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətlərinin olmasını, həmin şəxsin vasitəsilə Zərərçəkmiş şəxs1 işə düzəlməsini təmin etmək imkanına malik olduqlarını, tanışları olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs1 xeyrinə edəcəyi hərəkətə, yəni onun Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X13 Xidmətinin Sabirabad rayon Yanğından mühafizə xidmətinə yanğınsöndürən vəzifəsinə təyin edilməsi üçün zəruri olan tədbirləri görməsinə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını və işlərin başlanması üçün ilkin olaraq 1.000 (min) manat məbləğində pul verməli olmasını 2022-ci ilin mart ayının əvvəllərində Sabirabad rayonu, Kürkənd kəndində görüşləri zamanı aldatmaqla bildirərək, Zərərçəkmiş şəxs1 razılığını almaqla sövdələşib, həmin adla xx.xx.2022-ci il tarixdə ondan Sabirabad rayonu, Kürkənd kəndində yaşadığı evdə 1.000 (min) manat məbləğində pul vəsaitini alıb, Təqsirləndirilən şəxs1 ilə aralarındakı bölgü barədə razılaşmaya əsasən həmin pulun 100 (yüz) manatını özündə saxlamaqla 900 (doqquz yüz) manat məbləğində pul vəsaitini həmin tarixdə Sabirabad şəhəri, H.Əliyev prospektində yerləşən “Sərfəli” marketdə quraşdırılmış “eManat” ödəmə terminalından Təqsirləndirilən şəxs1 adına olan "xxxx" ASC-yə məxsus 676867******9674 saylı bank kartına göndərdikdən sonra, sonuncu tərəfindən həmin pul vəsaiti həmin tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən "xxxx" ASC-yə məxsus bankomatdan nağdlaşdırılmaqla əldə edilib, şəxsi ehtiyaclarına sərf edilməklə, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu iiə Zərərçəkmiş şəxs1 məxsus cəmi 1.000 (min) manat məbləğində pul vəsaitini ələ keçirib təkrarən dələduzluq etmiş, Zərərçəkmiş şəxs1 şübhələnib qalan pul vəsaitini verməkdən imtina etdiyinə görə ondan həmin pul vəsaitini ala bilməyərək, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitini ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayətkar əlaqəyə girib mərhum oğlu X2 “şəhid” statusunun verilməsində köməklik göstərilməsi ilə bağlı 2022-ci ilin aprel ayının əvvəllərində özünə müraciət etmiş Zərərçəkmiş şəxs4 aralarındakı cinayətkar niyyətə uyğun olaraq özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxslər kimi təqdim edib yaratdıqları inam və etibardan sui-istifadə edərək güya yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətlərinin olmasını, həmin şəxsin vasitəsilə Ülvi İbrəhimova “şəhid” statusunun verilməsini təmin etmək imkanına malik olduqlarını, həmin məsələnin müsbət həlli üçün tanışı olan vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs4 xeyrinə edəcəyi hərəkətə, yəni Ülvi İbrəhimova “şəhid” statusunun verilməsi üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan 650 (altı yüz əlli) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirərək, Zərərçəkmiş şəxs4 razılığını almaqla sövdələşib, həmin adla Zərərçəkmiş şəxs4 xx.xx.2022-ci il tarixdə Sabirabad rayonu ərazisində yerləşən “eManat” ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs1 adına olan "xxxx" ASC-yə məxsus 676867******9674 saylı bank kartına göndərdiyi 500 (beş yüz) manat məbləğində pul vəsaitini sonuncu vasitəsilə həmin tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən bankomatdan nağdlaşdırmaqla, həmçinin, eyni niyyətlə, Təqsirləndirilən şəxs1 vasitəsilə bir neçə gün sonra Xanəhməd İbrahimovdan Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 57 ünvanında fəaliyyət göstərən “X10” İctimai Birliyinin ofisində qalan 150 (yüz əlli) manat pul vəsaitini alıb, sonuncu ilə aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməklə, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu vahid niyyətlə Xanəhməd İbrahimova məxsus 650 (altı yüz əlli) manat məbləğində pul vəsaitini ələ keçirib təkrarən dələduzluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 29,178.2.1, 29,178.2.2, 29,178.2.3, 29,178.2.4 və 32.4,312.2-ci maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1-ci Qarabağ müharibəsinin iştirakçısıdır. 2007-ci ildə “X10” İctimai Birliyini təsis etmişdir. Hazırkı vaxtadək həmin birliyin sədri vəzifəsində işləyir. İşlədiyi müddətdə 1-ci Qarabağ müharibəsi iştirakçılarına və məcburi köçkünlərə mənəvi dəstək göstərmişdir. Tez-tez rayonlara səfərlər edib onlarla görüşməklə əlində olan imkanlar daxilində köməklik göstərməyə çalışmışdır. İctimai birliyi öz vəsaiti hesabına maliyyələşdirmişdir. Təqsirləndirilən şəxs2 ilə 2021-ci ilin oktyabr ayının əvvəllərində tanış olmuş, onunla çox yaxşı dostluq münasibəti olmuşdur. Təxminən 2021-ci ilin noyabr ayının sonlarında Təqsirləndirilən şəxs2 Sabirabad rayonunda yaşayan tanışı Şahid1 2-ci Qarabağ müharibəsinin iştirakçısı olduğunu, lakin, ona veteran statusu verilmədiyini, həmin statusun verilməsində köməklik istədiyi üçün yardım etməyini xahiş etmişdir. O da İctimai Birliyin maliyyə vəsaiti və gəlir yeri olmadığından, maddi sıxıntı çəkdiyi üçün düşünmüşdür ki, əgər müharibədə iştirak edibsə ona öz imkanları daxilində asanlıqla veteran statusu ala bilər və bu səbəbdən də, Zakirə hüquqşünaslar və vəkillər vasitəsi ilə çalışıb köməklik göstərəcəyini və onun işi ilə bağlı 500 manat borc məqsədilə pul alıb ona çatdırmağını bildirmişdir. O, Varizlə heç vaxt görüşməmişdir. Bir neçə gün sonra Zakir ona zəng edərək Varizdən 500 manat pul aldığını bildirmişdir. Sonra Zakir ofisə gələrək Varizdən aldığı pulun 200 manatını borc olaraq özünə götürmüş və 300 manat pulu ona vermişdir. Varizdən aldığı pulu tam olaraq geri qaytarmışdır. Təxminən 2021-ci ilin sonlarında Təqsirləndirilən şəxs2 ondan qohumu Zərərçəkmiş şəxs3 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində işə düzəlməsinə köməklik göstərməyini xahiş etmişdir. O, Zakiri tanımamışdan qabaq Zakir həmin şəxsdən hansı miqdarda pul aldığını bilməmişdir. Zərərçəkmiş şəxs3 DİN-ə işə qəbul olunma qaydalarını adını xatırlamadığı polis əməkdaşından maraqlandığı vaxt, DİN-ə işə qəbul edilən şəxslərin 28 yaşınadək, boyu ən azı 180 santimetr olmalı olduğunu, xidmətə qəbul olunan şəxsin isə yaşadığı və qeydiyyatda olduğu rayon və ya qonşu rayonlara xidmətə qəbul olunma ehtimalının olduğunu öyrənmişdir. 2022-ci ilin fevral ayında Təqsirləndirilən şəxs2 2.000 manat pul vəsaitini taksi vasitəsi ilə, bir neçə gün sonra 1.000 manat məbləğində pul vəsaitini ona çatdırmışdır. Özü də bir neçə dəfə Nicatla telefonla danışmışdır. O, Nicatla bağlı DİN-ə rəsmi olaraq müraciət göndərmiş, hətta onun müraciəti əsasında bir dəfə Nicatı düzülüşə dəvət etmişlər. O, Zakirdən 3.000 manat pulu borc olaraq almışdır. Lakin, Nicat xidmətə qəbul edilmədiyi üçün işinin alınmadığını görüb aldığı pulu geri qaytarmaq istədiyi zaman, Zakir ondan pulun üstündə artıq pul qaytarmalı olduğunu yəni, 8.600 manat pul qaytarmağını, əks halda barəsində şikayət edəcəyini bildirdiyi üçün Zakirə aldığı 3.000 manatı deyil, ümumilikdə 4.400 manat pul vəsaitini geri qaytarmışdır. Təxminən 2022-ci ilin fevral ayının əvvəlində Təqsirləndirilən şəxs2 tanışı Sabirabad rayon sakini, Zərərçəkmiş şəxs2 Şahvələd oğlunun əvvəllər "xxxx" şirkətində işlədiyini daha sonra isə həmin şirkətdən çıxarıldığı üçün təkrar işə bərpa olunmasında köməklik etməsini xahiş etmişdir. O da pula ehtiyacı olduğu üçün maddi vəsait əldə etmək üçün şəxsi tanışları vasitəsi ilə işə bərpa etdirəcəyinə dair vəd verərək bu işin müqabilində təxminən Xəyalın 1.500 manat pul verməli olduğunu bildirmişdir. Bir neçə gün sonra Zakir Xəyaldan 1.500 manat aldığını bildirmiş, o, Zərərçəkmiş şəxs2 Şahvələd oğlunun işə bərpa olunması ilə bağlı əvvəlcə telefon əlaqəsi yaratmış və işə bərpa olunmasında köməklik göstərəcəyinə dair sonuncuya vəd vermişdir. Belə ki, 8 fevral 2022-ci il tarixdə öz adından “SOCAR”-ın prezidentinə Zərərçəkmiş şəxs2 işə bərpa olunması ilə bağlı xahiş məktubu ünvanlamışdır. Məktub ünvanladığını Zakirə dedikdən sonra sonuncu Xəyaldan aldığı həmin məbləğin 200 manatını ehtiyacı olduğu üçün özünə borc olaraq götürmüş, 25 fevral 2022-ci il tarixdə saat 18 radələrində isə 1.300 manatını istifadəsində olan sonu 9674-lə bitən "xxxx" ASC-yə məxsus plastik kart hesabına göndərmişdir. Zakirin həmin məbləğdən özünə 200 manat pulu borc olaraq götürmüşdür. Zakirin ehtiyacı və xəstəsi olduğundan ona bir söz deməmişdir. Daha sonra Xəyalın əvvəllər "xxxx" şirkətində işlədiyini, daha sonra iş yerini başqa şirkətə dəyişdiyini, lakin, həmin şirkətin pandemiya dövründə bağlandığını öyrənmişdir. Həmin şirkət artıq fəaliyyət göstərmədiyi üçün onun işə bərpa olunmayacağını dəqiqləşdirdiyindən Xəyalın işi ilə bağlı alınmış 1.300 manat pul vəsaitini təxminən iyul ayında Zakirə qaytarmışdır ki, həmin məbləğin üstünü, özünə götürdüyü 200 manat pulu qoyub, düzəldib Xəyala qaytarsın. Zakir təxminən 2022-ci ilin sentyabr ayında pulun üstünü düzəldib qaytardığını bilmişdir. O, həmin məbləği Zakirdən borc məqsədilə götürüb geri qaytarmışdır. Təqsirləndirilən şəxs2 2022-ci ilin mart ayının əvvəlində, uşağının həkimi Sona xanımın oğlu Zərərçəkmiş şəxs1 2020-ci ildə 2-ci Qarabağ müharibəsində iştirak etməklə Kəlbəcər, Xocavənd, Füzuli, Cəbrayıl və Şuşada gedən döyüşlərdə iştirak etdiyini, Kəlbəcər, Xocavənd, Füzuli, Cəbrayıl rayon və Şuşanın azad olunması ilə bağlı medallarla, həmçinin hərbi xidmətdə fərqlənməyə görə fəxri fərmanlar aldığını bildirmiş, onun Fövqəladə Hallar Nazirliyinin Sabirabad rayon X13 Hissəsinə işə qəbul olunmasında köməklik göstərməyini xahiş etmişdir. Həmin ərəfələr əli aşağı olduğundan və maddi sıxıntı keçirdiyi üçün onlardan 1.000 manat pulu borc qismində götürmüşdür. Kazımın işə düzəlməsi üçün həmin nazirliyə məktub ünvanlayacağını bildirmişdir. Lakin Kazıma dövlət orqanlarında işə qəbul olunmasının ləngiyəcəyini qabaqcadan demişdir. 2022-ci ilin iyun ayına kimi FHN-nə işə qəbulun dayandırıldığını bildirən zaman Kazım pul vəsaitinin geri qaytarılmasını tələb etmişdir. Zakirə ilkin olaraq 1.000 manat pulu işlərin başlanmasına, ora-bura gedib gəlməsi üçün xərclərin qarşılanmasına görə verilməsini bildirdiyi üçün Zakir Kazımdan həmin məbləği alaraq 100 manatını özünə borc olaraq götürməklə kartına 900 manat pul göndərməsinə baxmayaraq sonradan Kazımın gələcəkdə şikayət etməməsi üçün Zakirin sözünə inanıb Kazıma çatdırılması adı ilə ona 1.500 manat pul qaytarmışdır. Təxminən 2022-ci ilin aprel ayının əvvəlində Təqsirləndirilən şəxs2 Saatlı rayonunda yaşayan Xanəhməd İbrahimovun müharibə iştirakçısı olmaqla xidmət zamanı vəfat edən oğluna “şəhid” statusu almaq istədiyini bildirmişdir. O, köməklik göstərəcəyini bildirdiyi üçün Zakir, Xanəhməd və Seyid adlı şəxslə birlikdə onun Yasamal rayonu Tbilisi prospektində yerləşən ofisinə gələrək tanış olmuşlar. Xanəhmədin problemini dinlədikdən sonra oğluna “şəhid” statusu verilməsində köməklik göstərəcəyini və bununla bağlı müəyyən instansiyalara müraciət edəcəyinə dair vəd vermişdir. Xanəhməd və Seyid ofisi tərk etdikdən sonra Zakir ona bu işin müqabilində Xanəhmədin hörmət etmək istədiyini bildirmişdir. O da etiraz etmədiyi üçün təxminən 11 aprel 2022-ci il tarixdə Zakir ona zəng edərək bank hesab kartının nömrəsini göndərməyi və Xanəhmədin karta pul göndərəcəyini bildirmişdir. O da “WhatsApp” mobil tətbiqi ilə bank kartının nömrəsini Zakirə göndərmişdir. Həmin tarixdə kartına təxminən 500 manat pul köçürülmüşdür. Bir neçə gün sonra Zakir təkrar ofisə gələrək Xanəhmədin oğluna aid sənədləri gətirmişdir. O, işlərin yerinə yetirilməsi üçün əlavə olaraq 150 manat pul tələb olunduğunu bildirdiyi üçün Xanəhməddən həmin məbləği ofisində almış və narahat olmamağını, məsələni nəzarətdə saxladığını və həll etməyə çalışacağını bildirərək onları yola salmışdır. Bir müddət keçdikdən sonra Xanəhmədin oğluna “şəhid” statusu verilməsi ilə bağlı maraqlanmış, lakin “şəhid” statusunun alınmasının çətin məsələ olduğunu görərək köməklik etməkdə çətinlik çəkəcəyini anlamışdır. Aldatmamaq üçün qarşı tərəfdən ümumilikdə aldığı 650 manat məbləği düzəldib özünə qaytarmışdır. Təqsirləndirilən şəxs1 məhkəmədə ona verilən suallara cavab olaraq bildirmişdir ki, zərərçəkmiş şəxslərdən götürdüyü pulları şəxsi ehtiyaclarına sərf etmiş, həmin pulların bir hissəsi Təqsirləndirilən şəxs2 olmuşdur. Problemlərin həlli ilə bağlı vəzifəli şəxslərə müraciət etməmiş, heç bir vəzifəli şəxslə görüşməmişdir. Buna baxmayaraq onların problemlərini həll etməyə çalışmış, köməklik göstərməli olduğu şəxslərlə bağlı onların adından dövlət orqanlarına müraciət ünvanlamışdır. Belə ki, Zərərçəkmiş şəxs3 ilə bağlı DİN-ə rəsmi olaraq müraciət göndərmişdir. İbtidai istintaq zamanı yazılan həmin ifadəyə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, Azərbaycan Respublikası “X10” İctimai Birliyini 2007-ci ildə təsis etmişdir. Hazırki vaxtadək həmin birliyin sədri vəzifəsində işləyir. İşlədiyi müddətdə 1-ci Qarabağ müharibəsi iştirakçılarına və məcburi köçkünlərə mənəvi dəstək göstərmişdir. Onlarla teztez rayonlara səfərlər edib görüşməklə əlində olan imkanlar daxilində köməklik göstərməyə çalışmışdır. Birliyin fəalları ilə ölkə daxilində və xaricində milli vətənpərvərlik ruhunda tədbirlər təşkil etmişdir. “X10” İctimai Birliyi ünvan 2 ünvanında qeydiyyatda olsa da, 2019-cu ilin mart ayından, xx.xx.2022-ci il tarixədək Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 57 ünvanında fəaliyyət göstərmişdir. Həmin ünvan söküntü ərazisinə düşdüyü üçün ofisin inzibati binası sökülmüşdür. Təqsirləndirilən şəxs2 ilə 2021-ci ilin oktyabr ayının əvvəllərində tanış olmuş və sonuncu 2021-ci ilin noyabr ayından təşkilatın üzvü olmuşdur. Onunla çox yaxşı dost münasibətlərində olmuşlar. Təxminən 2021-ci ilin noyabr ayının sonlarında Təqsirləndirilən şəxs2 Sabirabad rayonunda yaşayan tanışı Şahid1 2-ci Qarabağ müharibəsinin iştirakçısı olduğunu, lakin, ona veteran statusu verilmədiyini, həmin statusun verilməsində köməklik istədiyi üçün yardım əlini uzatmağı ondan xahiş etmişdir. O da İctimai Birliyin maliyyə vəsaiti və gəlir yeri olmadığından, maddi sıxıntı çəkdiyi üçün düşünmüşdür ki, əgər müharibədə iştirak edibsə ona öz imkanları daxilində asanlıqla veteran statusu ala bilər və bu səbəbdən də, Zakirə Müdafiə Nazirliyində işləyən məsul şəxs vasitəsi ilə çalışıb köməklik göstərəcəyini və onun işi ilə bağlı 500 manat pul alıb ona çatdırmağını bildirmişdir. Zakir onun fikrini Varizə çatdıracağını və sonuncu razılıq verdiyi təqdirdə ona xəbər edəcəyini bildirmişdir. Bir neçə gün sonra Zakir ona zəng edərək Varizdən 500 manat pul aldığını bildirdiyi üçün, inandırmaq və əmin etmək üçün sonuncunun şəxsiyyət vəsiqəsi ilə hərbi biletinin şəkillərini “WhatsApp” mobil tətbiqi ilə göndərməsini tapşırmışdır. Həmin sənədləri ona göndərdikdən sonra Zakir ofisə gələrək Varizdən aldığı pulun 200 manatını borc olaraq özünə götürdüyünü bildirmiş və 300 manat pulu ona vermişdir. Zakir ehtiyacı olduğundan həmin məbləği özünə götürdüyü bildirmişdir. O, Zakirin uşağı və yoldaşının xəstə olduqlarını bildiyi üçün həmin məbləği tələb etməmişdir. Varizlə ilk dəfə 2022-ci ilin mart ayının 31-də Sabirabad rayonunda keçirilən tədbirdə Zakir vasitəsi ilə tanış olub görüşmüşdür. Sonradan Varizin xidmət etdiyi hərbi hissənin döyüşdə iştirak etmədiyi üçün sonuncuya veteran statusu verilməsinin mümkün olmadığını anladığı üçün öz imkanları daxilində köməklik edə bilməmişdir. Bir müddət keçdikdən sonra Zakir ona Varizin veteran məsələsinin həll olunması prosesi uzandığı üçün pulu geri istədiyini bildirsə də, pulu qaytarmağa imkanı olmadığından bir qədər vaxt alması üçün işin bir qədər uzanacağını bildirsə də, Zakirlə Variz ondan hüquq-mühafizə orqanlarına şikayət etmişlər. Sonradan Varizdən aldığı pulu tam olaraq geri qaytarmışdır. Bundan başqa, təxminən 2021-ci ilin sonlarında Təqsirləndirilən şəxs2 ondan qohumu Zərərçəkmiş şəxs3 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində işə düzəltməsinə köməklik göstərməyini xahiş etmişdir. Həmin vaxt pula ehtiyacı olduğu və maddi sıxıntı keçirdiyi üçün həmin şəxsi təxminən 8.000 manat pul müqabilində işə düzəltməyə çalışacağını bildirmişdir. Zərərçəkmiş şəxs3 DİN-ə işə qəbul olunma qaydalarını adını xatırlamadığı polis əməkdaşından maraqlandığı vaxt, DİN-ə işə qəbul edilən şəxslərin 28 yaşınadək, boyu ən azı 180 sm olmalı olduğunu, xidmətə qəbul olunan şəxsin isə yaşadığı və qeydiyyatda olduğu rayon və ya qonşu rayonlara xidmətə qəbul olunma ehtimalının olduğunu öyrənmişdir. Bu məlumatları öyrənən kimi Təqsirləndirilən şəxs2 həmin məlumatları verərək tələb olunan sənədlərin yəni, hərbi biletin, şəxsiyyət vəsiqəsinin surəti, yaşayış yerindən arayış və anket vərəqəsinin doldurulub ona çatdırmasını tapşıraraq güya tanışı vasitəsi ilə Nicatın Laçın və ya Ağcabədi RPŞ-nin birinə işə düzəlməsinə köməklik göstərə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs2 Nicata məxsus dediyi sənədləri toplayaraq 2022-ci ilin təxminən fevral ayının əvvəlində ona göndərmiş, daha sonra elə həmin ay 2.000 manat pul vəsaitini taksi vasitəsi ilə, bir neçə gün sonra 1.000 manat məbləğində pul vəsaitini ona çatdırmışdır. Özü də bir neçə dəfə Nicatla telefonla danışmışdır. O, Nicatla bağlı DİN-ə rəsmi olaraq müraciət göndərmiş, hətta onun müraciəti əsasında bir dəfə Nicatı düzülüşə dəvət etmişlər. Lakin, Nicat xidmətə qəbul edilmədiyi üçün işinin alınmadığını görüb aldığı pulu geri qaytarmaq istədiyi zaman, Zakir ondan pulun üstündə artıq pul qaytarmalı olduğunu yəni, 8.600 manat pul qaytarmasını, əks halda barəsində şikayət edəcəyini bildirmişdir. Odur ki, Zakirə aldığı 3.000 manatı deyil, ümumilikdə 4.400 manat pul vəsaitini geri qaytarmışdır. Belə ki, həmin məbləğin 2.300 manatını tanışı Çingiz vasitəsi ilə onun iştirakı ilə Nərimanov parkında Təqsirləndirilən şəxs2, təxminən 3 dəfəyə ümumilikdə 2.100 manat pulu isə Zərərçəkmiş şəxs3 şəxsən qaytarmışdır. Nicata Zakirdən ümumilikdə işi üçün 3.000 manat pul aldığını bildirmişdir. Hazırda Nicatın işə düzəlməsi müqabilində Zakir vasitəsi ilə aldığı 3.000 manat pulun əvəzinə artıqlaması ilə yəni, 4.400 manat qaytarmışdır. O, Nicatdan öyrənmişdir ki, Təqsirləndirilən şəxs2 ondan ümumilikdə 10.000 manat pul almış, yalandan 600 manatı özündə saxlamaqla güya 9.400 manat pulu ona verməsini demişdir. Lakin, o, Nicata işi ilə bağlı Zakirdən hansı məbləğdə pulu aldığını və həqiqəti danışmış, alınmış artıq məbləğin onda olmadığını demişdir. Nicat ona həmin məbləğin Zakirdə olduğunu bildiyini və ona qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Bundan başqa, təxminən 2022-ci ilin fevral ayının əvvəlində Təqsirləndirilən şəxs2 tanışı Sabirabad rayon sakini, Zərərçəkmiş şəxs2 Şahvələd oğlunun əvvəllər "xxxx" şirkətində işlədiyini daha sonra isə həmin şirkətdən çıxarıldığı üçün təkrar işə bərpa olunmasında köməklik etməsini xahiş etmişdir. O da, pula ehtiyacı olduğu üçün maddi vəsait əldə etmək üçün şəxsi tanışları vasitəsi ilə işə bərpa etdirəcəyinə dair vəd verərək bu işin müqabilində təxminən Xəyalın 1.500 manat pul verməli olduğunu bildirmişdir. Bir neçə gün sonra Zakir Xəyaldan 1.500 manat aldığını bildirmiş, o, Zərərçəkmiş şəxs2 Şahvələd oğlunun işə bərpa olunması ilə bağlı əvvəlcə telefon əlaqəsi yaratmış və işə bərpa olunmasında köməklik göstərəcəyinə dair sonuncuya vəd vermişdir. Belə ki, 8 fevral 2022-ci il tarixdə öz adından “SOCAR”-ın prezidentinə Zərərçəkmiş şəxs2 işə bərpa olunması ilə bağlı xahiş məktubu ünvanlamışdır. Məktubu ünvanladığını Zakirə dedikdən sonra sonuncu Xəyaldan aldığı həmin məbləğin 200 manatını ehtiyacı olduğu üçün özünə borc olaraq götürmüş, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində isə 1.300 manatını istifadəsində olan sonu 9674-lə bitən "xxxx" ASC-yə məxsus plastik kart hesabına göndərmişdir. Zakirin həmin məbləğdən özünə 200 manat pulu borc olaraq götürdüyü üçün ehtiyacı və xəstəsi olduğundan bir söz deməmişdir. Daha sonra, Xəyalın əvvəllər "xxxx" şirkətində işlədiyini, daha sonra iş yerini başqa şirkətə dəyişdiyini, lakin, həmin şirkətin pandemiya dövründə bağlandığını öyrənmişdir. Həmin şirkət artıq fəaliyyət göstərmədiyi üçün onun işə bərpa olunmayacağını özü üçün dəqiqləşdirdiyindən Xəyalın işi ilə bağlı alınmış 1.300 manat pul vəsaitini təxminən iyul ayında Zakirə qaytarmışdır ki, həmin məbləğin üstünü özünə götürdüyü 200 manat pulu üstünə qoyub düzəldib Xəyala qaytarsın. Zakir təxminən 2022-ci ilin sentyabr ayında pulun üstünü düzəldib qaytardığını eşitmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 2022-ci ilin mart ayının əvvəlində, uşağının həkimi Sona xanımın oğlu Zərərçəkmiş şəxs1 2020-ci ildə 2-ci Qarabağ müharibəsində iştirak etməklə Kəlbəcər, Xocavənd, Füzuli, Cəbrayıl rayon və Şuşa şəhərində gedən döyüşlərdə iştirak etdiyini, Kəlbəcər, Xocavənd, Füzuli, Cəbrayıl rayon və Şuşanın azad olunması ilə bağlı medallarla, həmçinin 4 hərbi xidmətdə fərqlənməyə görə fəxri fərmanlar aldığını bildirmiş, onun Fövqəladə Hallar Nazirliyinin Sabirabad rayon X13 Hissəsinə işə qəbul olunmasında köməklik göstərməyini xahiş edərək əllərində 5.000 manat pulu olduğunu demişdir. Həmin ərəfələr əli aşağı oluduğundan və maddi sıxıntı keçirdiyi üçün razılıq verərək Kazımın işə düzəlməsi üçün həmin nazirlikdə işləyən tanışından xahiş edəcəyini deyib inandırmış, razılıqları olduğu təqdirdə heç olmasa 1.000 manat pulu alıb ona göndərməyi tapşırmışdır. Səhəri gün Zakir ona zəng edərək Kazımın razı olduğunu və istədiyi məbləği aldığını ona deyərək həmin puldan 100 manatını borc olaraq götürdüyünü və 900 manat pulu 3 mart 2022-ci il tarixdə saat 18 radələrində istifadəsində olan sonu 9674-lə bitən "xxxx"a məxsus plastik kart hesabına göndərmişdir. Bir neçə gün sonra Kazımın müharibə iştirakçısı və medallarla təltif olunmasını nəzərə alaraq 31 mart 2022-ci il tarixdə Sabirabad rayonunda Mart Soyqırımı qurbanlarının xatirəsi olaraq tədbir keçirilməsi və elə həmin tədbirdə Kazımı rayon ictimaiyətinə təqdim etmək üçün öz adından Sabirabad rayon icra hakimiyyəti başçısına 10 mart 2022-ci il tarixdə məktub ünvanlamışdır. Rayon rəhbərliyi həmin tədbirin keçirilməsi üçün şərait yaratmışdır. O, birliyin fəalları ilə 31 mart 2022-ci il tarixdə Sabirabad rayonunda H.Əliyev adına mərkəzdə rayon rəhbərliyinin iştirakı ilə tədbir keçirmiş, elə tədbirin sonunda Kazımı rayon ictimaiyyətinə təqdim edərək doğum günü münasibəti ilə təbrik etməklə yanaşı ona qiymətli hədiyyə verilmişdir. O, Kazımı orada ilk dəfə görmüşdür. Görüşə qədər telefonla danışmışdır. Tədbirdən sonra da, Kazım onu, Zakiri və Birliyin bir neçə üzvünü öz evlərinə qonaq dəvət etmişdir. Evlərində olduğu zaman FHN-də 1 iyul 2022-ci il tarixədək xidmətə qəbulun dayandırıldığını, səbrli olmasını, əlindən gələni edib Kazımı işə qəbul etdirəcəyini bildirmişdir. 2-ci Qarabağ müharibəsində iştirak etməklə Kəlbəcər, Xocavənd, Füzuli, Cəbrayıl rayon və Şuşa şəhərində gedən döyüşlərdə iştirak etmiş, müharibə iştirakçısı, Kəlbəcər, Xocavənd, Füzuli, Cəbrayıl rayon və Şuşanın azad olunması ilə bağlı medallarla və həmçinin hərbi xidmətdə fərqlənməyə görə 4 dəfə fəxri fərmanlar almış bir gənci istənilən orqana xidmətə qəbul etdirəcəyinə əmin olduğu üçün Kazıma bu cür vəd vermişdir. Daha sonra bir-iki tanışından Kazımın zabit vəzifəsinə yaxşı bir xidmətə qəbul olunması ilə bağlı maraqlandıqda Ali təhsil diplomu və ya həmin qurumun Akademiyasını oxuyub Ali təhsil alması tələb olunduğunu öyrəndiyi üçün Kazıma bu barədə məlumat vermiş, lakin o, razılaşmadığı üçün düşünmüşdür ki, sonuncunun pulunu qaytarsın. Həmin ərəfədə pulu olmadığından və həmin pulu toplamağına vaxt qazanması üçün Kazımı işə qəbul etdirəcəyinə dair vədlər verməyə başlamışdır. Lakin, bir qədər keçdikdən sonra Zakir ona güya Kazımın və anasının narazı olduğunu bildirərək pulun geri qaytarılmasını tələb etdiyini və alınmış məbləğin üstündə əlavə 500 manat pul qaytarmağı məsləhət görmüşdür ki, gələcəkdə narazı olmasınlar və şikayət etməsinlər. O da adını və nüfuzunu qorumaq məqsədi ilə 1.500 manat pulu təxminən 25 iyul 2022-ci il tarixdə saat 16 radələrində “20 Yanvar” metrostansiyası yaxınlığında Sabirabada gedən İlham adlı taksi sürücüsü vasitəsi ilə Təqsirləndirilən şəxs2 göndərmiş, Zakir də həmin məbləği Kazıma qaytarmışdır. Sonradan Kazımdan öyrənmişdir ki, Zakir cəmi 1.000 manat pul qaytarmışdır. O, Kazımın işə düzəlməsi müqabilində 8.000 manat pul istəməmiş, Zakirə ilkin olaraq 1.000 manat pulu işlərin başlanmasına, ora-bura gedib gəlməsi üçün xərclərin qarşılanmasına görə verilməsini bildirdiyi üçün Zakir Kazımdan həmin məbləği alaraq 100 manatını özünə borc olaraq götürməklə kartına 900 manat pul göndərməsinə baxmayaraq o, sonradan Kazımın gələcəkdə şikayət etməməsi üçün Zakirin sözünə inanıb Kazıma çatdırılması adı ilə ona 1.500 manat pul qaytarmışdır. Bundan başqa, təxminən 2022-ci ilin aprel ayının əvvəlində Təqsirləndirilən şəxs2 Saatlı rayonunda yaşayan Xanəhməd İbrahimovun müharibə iştirakçısı olmaqla xidmət zamanı vəfat edən oğluna “şəhid” statusu almaq istədiyini bildirmişdir. O, köməklik göstərəcəyini bildirdiyi üçün Zakir, Xanəhməd və Seyid adlı bir nəfər tanışları ilə onun Yasamal rayonu Tbilisi prospektində yerləşən ofisinə gələrək tanış olmuşlar. Xanəhmədin problemini dinlədikdən sonra oğluna “şəhid” statusu verilməsində köməklik göstərəcəyini və bununla bağlı müəyyən instansiyalara müraciət edəcəyinə dair vəd vermişdir. Xanəhməd və Seyid ofisi tərk etdikdən sonra Zakir ona bu işin müqabilində Xanəhmədin hörmət etmək istədiyini bildirmişdir. O da etiraz etmədiyi üçün təxminən 11 aprel 2022-ci il tarixdə Zakir ona zəng edərək bank hesab kartının nömrəsini göndərməyi və Xanəhmədin karta pul göndərəcəyini bildirmişdir. O da dəqiq məbləğ deməsə də, “WhatsApp” mobil tətbiqi ilə bank kartının nömrəsini Zakirə göndərmişdir. Həmin tarixdə kartına təxminən 500 manat pul köçürülmüşdür. Bir neçə gün sonra Zakir təkrar ofisə gələrək Xanəhmədin oğluna aid sənədləri gətirmişdir. O, işlərin yerinə yetirilməsi üçün əlavə olaraq 150 manat pul tələb olunduğunu bildirdiyi üçün Xanəhməddən həmin məbləği ofisində almış və narahat olmamağını, məsələni nəzarətdə saxladığını və həll etməyə çalışacağını bildirib onları yola salmışdır. Bir müddət keçdikdən sonra Xanəhmədin oğluna “şəhid” statusu verilməsi ilə bağlı maraqlanmış, lakin “şəhid” statusunun alınmasının çətin məsələ olduğunu görərək köməklik etməkdə çətinlik çəkmişdir. Aldatmamaq üçün qarşı tərəfdən ümumilikdə aldığı 650 manat məbləği düzəldib qaytaracağını bildirmiş və 2022-ci ilin iyul ayının əvvəlində həmin məbləği görüşə çağıraraq özünə qaytarmışdır. Bundan sonra, təxminən aprel ayının əvvəlində Təqsirləndirilən şəxs2 Sabirabad rayonunda yaşayan və Seyid olan Əhməd adlı tanışının nevroloji xəstəlik və iflicdən əziyyət çəkməsi ilə bağlı İİ qrup əlilliyə görə 10 ilə yaxın pensiya aldığını, lakin, 2021-ci ilin noyabr ayında əlillik dərəcəsi ləğv olunduğu üçün pensiya təminatının dayandırıldığını bildirərək 300-500 manat pul müqabilində ona köməklik göstərməyini xahiş etmişdir. O da əlindən gələn köməkliyi edəcəyinə və seyid olduğu üçün lazım olsa öz adından müxtəlif instansiyalara müraciət edəcəyini bildirmişdir. Bir neçə gün sonra Zakir Əhməd adlı seyidlə ofisə gəlmişlər.O, onları qəbul edib Əhmədlə orada tanış olmuşdur. Əhməd ona Zakirin ona verdiyi məlumatları verərək ondan pensiyasının bərpa olunmasında köməklik etməyini xahiş etmişdir. O da Əhmədə yuxarı instansiyalarda işləyən tanışlarının vasitəsi ilə köməklik göstərməyə çalışacağını, lakin bu işə görə müəyyən xərclərin qarşılanması üçün yüngül xərci çıxacağını bildirərək xəstəliyi ilə bağlı sənədləri ona çatdırmağı tapşırmışdır. O, Əhmədlə pulun məbləği barədə söhbət aparmamışdır. Həmin vaxt otaqda onlardan başqa heç kim olmamışdır. Təxminən 14 may 2022-ci il tarixdə saat 11 radələrində Əhməd tək özü ofisinə gəlmiş, o, Əhmədi qəbul etdiyi zaman Əhməd ona sənədləri təqdim edərək əlilliyinin bərpası üçün onun köməyi müqabilində 200 manat vermiş və pensiya verilişi bərpa edildiyi təqdirdə aldığı pensiya məbləğində əlavə 300 manat pulu hörmət edəcəyini bildirərək, ona tam olaraq 500 manat vermək istədiyini lakin, imkanı olmadığını bildirdiyi üçün Əhmədin təklifi ilə razılaşıb kömək edəcəyinə vəd vermişdir. Lakin, həmin ərəfələrdə ölkədə əlilliklə bağlı kütləvi şəkildə pensiya təyinatlarının dayandırıldığını eşitmiş, onun da xəstəliyi ilə bağlı ona pensiyasının bərpa olunmasının çətin olmasını və bunun üçün Əhməd müəyyən vaxtlarda xəstəxanalarda stasionarda yatmalı olduğunu öyrəndiyi üçün onun pensiyasını bərpa edilməsində köməklik edə bilmədiyi üçün Əhməd pulunu geri istəmişdir. O da təxminən 2022-ci ilin iyul və ya avqust ayının ortalarında oğlu Mirəlinin bank kart hesabına 200 manat pulu göndərmişdir. Əhmədə pulu qaytardığı üçün ondan şikayətçi olmamışdır (cild 2, iş vərəqə 197-204). Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı ifadəsinin məzmunundan görünür ki, o, törətdiyi cinayət əməlini etiraf etmiş və işin faktiki hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini mötəbər hesab edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 29,178.2.1, 29,178.2.2, 29,178.2.4 və 32.4,312.2-ci maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən 2021-ci ilin iyun ayında qohumu vasitəsi ilə “X10” İctimai Birliyinin sədri Təqsirləndirilən şəxs1 ilə tanış olmuşdur. İşsiz olduğu üçün həmin qohumu onu Şamillə tanış etmiş, Tbilisi prospektində yerləşən ofisində görüşdüyü zaman Şamil ona sürücü kimi yanında işləməyi təklif etmişdir. Sonra Şamillə birlikdə müxtəlif rayonlara gedərək tədbirlərdə iştirak etməyə başlamışdır. Təxminən 2021-ci ilin iyul ayının sonunda Laçın rayonundan qaçqın olduğundan və Sabirabad rayonunda 135 nömrəli Texniki peşə məktəbinin yataqxanasında yaşadığı üçün daha geniş ev ayrılması səbəbindən Qaçqınların və X11 Üzrə Dövlət Komitəsinə müraciət etməyinə köməklik etməsini Şamildən xahiş etmişdir. Şamil ona 5.000 manat pulun müqabilində Bakı şəhərində Ramana və ya Qobu qəsəbələrində qaçqınlara və məcburi köçkünlərə inşa edilmiş binalardan 4 otaqlı mənzil ayrılmasına köməklik göstərəcəyini, özünə və ailə üzvlərinə aid sənədləri toplamağı tapşırmışdır. O da nigah və uşaqların doğum haqqında şəhadətnamələri ilə xəstəlikləri barədə sənədləri və qaçqın vəsiqəsinin surətini Şamilə vermişdir. Daha sonra Şamil ona Qaçqınların və X11 Üzrə Dövlət Komitəsinə müraciət ərizəsi yazıb Komitəyə göndərməyi tapşırmışdır. Təxminən 2021-ci ilin avqust ayından hissə-hissə olmaqla Şamilə ev ayrılmasına köməklik göstərməsi üçün 2.800 manat pulu şəxsən ofisində təklikdə vermişdir. Daha sonra ilin sonunda o, etdiyi müraciət əsasında Qaçqınların və X11 Üzrə Dövlət Komitəsinə çağırılmışdır. Orada sədrin qəbulunda olmuş, Sabirabadda yaşadığı üçün Bakı şəhərində ona ev düşmədiyini, öncə müharibə iştirakçılarına, qazilərə və şəhid ailələrinə evlərin ayrılacağını, bu səbəbdən də gözləməli olduğu bildirilmişdir. O da Bakı şəhərindən ev ayrılmasını istədiyini bildirdiyi üçün rayondan ev ayrılmasını istəməmişdir. Bundan sonra Şamilə keçirilən qəbul ilə bağlı məlumat vermiş, həmin görüşə əhəmiyyət verməməyini bildirərək narahat olmamağını və pulu tam şəkildə çatdırmağını tapşırmışdır. Evlə bağlı Şamilin ona göndərdiyi kart hesabına 25 fevral 2022-ci il tarixdə 1.300 manat və 3 mart 2022-ci il tarixdə 900 manat göndərməklə ümumilikdə ona 5.000 manat pulu ev ayrılması müqabilində vermişdir. Şamil ilə aralarında dostluq münasibəti yarandığı üçün qohumu Zərərçəkmiş şəxs3 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə işə düzəlməsində köməklik göstərməsini xahiş etmişdir. Bir müddət sonra Şamil ona Nicatı işə düzəldəcəyinə söz verərək bu işin müqabilində 10.000 manat pul alacağını, həmin məbləğin 8.000 manatını işin müqabilində kiməsə verəcəyini, 2.000 manat məbləğini isə özünə götürəcəyini bildirmişdir. O da bu barədə Nicata məlumat vermişdir. Nicat razılaşaraq 2021-ci ilin avqust ayının 1-də həmin məbləği Bakı şəhərində Biləcəri qəsəbəsində yerləşən Daş bazarı deyilən ərazidə kafedə görüş zamanı qohumu Faiqlə ona vermişdir. O, Bakı şəhəri, Yasamal rayonunda yerləşən Qaçqın və X11 üzrə Komitənin yaxınlığında fəaliyyət göstərən “X10” İctimai Birliyinin ofisində Təqsirləndirilən şəxs1 ilə görüşərək Nicatdan tələb olunan sənədləri, hərbi biletin surəti, yaşayış yerindən arayış, şəxsiyyət vəsiqəsinin surətlərini verməklə təxminən 2021ci ilin avqust ayından etibarən hissə-hissə olmaqla Şamilə 6.600 manat pul vermişdir. Təxminən 2022-ci ilin fevral ayında Nicat DİN-ə işə qəbul olunması ilə bağlı müraciəti əsasında komissiyadan keçməyə çağırıldığı zaman o, Şamilin həqiqətən işə düzəldəcəyinə əmin olub sonuncuya taksi sürücüsü vasitəsi ilə 2.000 manat pulu göndərmişdir. Bununla da Nicatın DİN-ə işə düzəlməsi müqabilində Şamilə ümumilikdə 8.600 manat pul vermişdir. Həmin məbləğdən Şamil dostu Çingiz vasitəsi ilə ona 2.300 manat, Nicatın özünə isə 2.100 manat qaytarmışdır. O, Çingizdən aldığı pulu Nicata qaytarmamışdır. Buna da səbəb Şamildən pulu alıb tam şəkildə qaytarmaq niyyəti olmuşdur. Nicatdan aldığı 10.000 manat puldan ümumilikdə hissə-hissə olmaqla Şamilə 8.600 manat pul vermiş, 1.400 manat pulu isə özündə saxlamışdır ki, Nicatın əmri çıxıb işə qəbul olunduqdan sonra Şamilə versin. Sabirabad rayonu, Azadkənd kəndində yaşayan Şahid1 adlı tanışı ölkədə qismən səfərbərlik elan edilməsi ilə bağlı hərbi xidmətə çağırılaraq 2-ci Qarabağ müharibəsi iştirakçısı olmuş, lakin, ona müharibə iştirakçısı statusu verilmədiyini, müharibə iştirakçısı veteranı statusu verilməsində köməklik edə biləcək adam axtardığını, müharibə iştirakçılarına 80-90 manata yaxın təqaüd verildiyini və işsiz olduğundan həmin məbləğə ehtiyacı olduğunu bildirmişdir. O, Varizə Bakı şəhərində “X10” İctimai Birliyinin sədri Təqsirləndirilən şəxs1 yanında sürücü işlədiyini, əlaqələrinin geniş olduğunu və sonuncunun vasitəsi ilə köməklik edib-etməməsini soruşub xəbər edəcəyini bildirmişdir. Bundan sonra o, Şamilə Variz adlı tanışının müharibə iştirakçısı olduğu halda veteran statusunun verilmədiyini və veteran statusu alınmasında köməklik etməsini xahiş etmişdir. Şamil də ona razılıq verərək problem olmadığını, Müdafiə Nazirliyində adını çəkmədiyi tanışı vasitəsi ilə köməklik edəcəyini bildirərək bu məsələ ilə bağlı müəyyən qapıların açılması üçün 500 manat pul verməli olduqlarını ona bildirmişdir. O da Şamilin dediklərini Varizə çatdırmışdır. Variz razılaşaraq hərbi biletinin və şəxsiyyət vəsiqəsinin şəkillərini Şamilin telefonuna göndərmişdir. Daha sonra Variz ona 500 manat verdiyi üçün, həmin məbləği Bakı şəhərinə getdiyi zaman Şamilin ofisində təklikdə sonuncuya vermişdir. Sonradan iş uzandığı üçün Variz ona pulu geri qaytarmağı tələb etmişdir. O da həmin məbləğin Şamildə olduğunu bildirərək sonuncuya bu barədə məlumat vermişdir. Daha sonralar Variz Şamil tərəfindən aldadıldığını hiss etdiyi üçün barəsində hüquq mühafizə orqanlarına şikayət etmişdir. Şamildən şikayətçi olduğu üçün Şamil Varizin 500 manat pulunu geri qaytarmışdır. 2022-ci ilin yanvar ayının əvvəllərində axşam saat 21-22 radələrində Sabirabad rayonu, Azadkənd kəndində yaşayan dostunun bacanağı olan tanışı Zərərçəkmiş şəxs2la görüşdüyü zaman, sonuncu işsiz olduğunu, əvvəllər “Şirvan-Oil” şirkətində işlədiyini və ora tanışları vasitəsi ilə işə bərpa olunmağına köməklik etməyini xahiş etmişdir. O da Xəyala Təqsirləndirilən şəxs1 adlı Bakı şəhərində yaşayan və “X10” İctimai Birliyinin sədri işləyən tanışının olduğunu və onun vasitəsi ilə Xəyalı “Şirvan-Oil” şirkətinə işə bərpa olunmağına köməklik göstərəcəyini bildirmişdir. O, Xəyalın işə bərpa olunmasını Şamilə demiş və Şamil adını xatırlamadığı deputat vasitəsi ilə Xəyalı 5.000 manat pul müqabilində “Şirvan-Oil” şirkətinə işə bərpa etməkdə köməklik edəcəyini bildirmişdir. O, bu barədə Xəyala məlumat verdikdə Xəyal maddi imkanı zəif olduğu üçün mal-qarasını satıb 4.000 manat əldə edərək verə biləcəyini bildirmişdir. Bu barədə o, Şamilə dedikdə o işlərin başlanması və digər xərclər üçün heç olmasa 1.500 manat pulu göndərmələrini tapşırmışdır. O, Xəyala ilkin olaraq 1.500 manat pulu və özünə aid xatırlamadığı sənədləri ona göndərməyini demişdir. Xəyal onunla razılaşaraq yerdə qalan məbləği işə bərpa olunduqdan sonra verəcəyini bildirmişdir. Daha sonra 7 fevral 2022-ci il tarixdə Xəyal ilə Şirvan şəhərində görüşüb həmin məbləği və sənədləri alıb Təqsirləndirilən şəxs1 çatdırmışdır. Bir müddət sonra Xəyalı “Şirvan-Oil” şirkətinə bərpa etməsinə görə 1.500 manat pul almasına baxmayaraq Təqsirləndirilən şəxs1 vədinə əməl etməmiş, daha sonra Xəyal ara-sıra ona və Şamilə zəng edərək narazılığını bildirərək pulunu geri istəməyə başlamışdır. Buna baxmayaraq aylar keçsə də, bir nəticə olmadığından Şamilə Xəyalın pulunun qaytarılmasını bildirdiyi üçün Şamil təxminən 2022ci ilin iyul ayında 1.300 manat pulu ona göndərmişdir və sonuncuya olan borcundan 200 manatını üstünə qoyub Xəyala qaytarmağını tapşırmışdır. O da imkanı zəif olduğundan bir müddət sonra 200 manat pulu düzəldib Xəyalın 1.500 manat pulunu qaytarmışdır. Ailə həkiminin oğlu Kazım ona 2020-ci ildə 2-ci Qarabağ müharibəsində iştirak etməklə Kəlbəcər, Xocavənd, Füzuli, Cəbrayıl rayon və Şuşanın azad olunması ilə bağlı medallar, həmçinin 4 hərbi xidmətdə fərqlənməyə görə fəxri fərmanlar aldığını, lakin özünə iş tapa bilmədiyini, Sabirabad rayon X13 Hissəsinə işə düzəlmək istədiyini və 5.000 manat pulu da hörmət kimi verə biləcəyini bildirmişdir. O da yanında sürücü kimi işlədiyi “X10” İctimai Birliyinin sədri Təqsirləndirilən şəxs1 əlaqələrinin geniş olduğunu və sonuncudan bu barədə xahiş edəcəyini bildirmişdir. Bununla bağlı o, Şamillə danışmış, Şamil 8.000 manat pul müqabilində Kazımın Sabirabad rayon X13 Hissəsinə işə düzəlməyinə köməklik göstərə biləcəyini bildirmişdir. O da bu barədə Kazıma məlumat vermiş, Kazım razı olduğunu bildirmişdir. O, Şamilə Kazımın razı olduğunu bildirdiyi zaman Şamil heç olmasa işin başlanması üçün ilkin olaraq 1.000 manat pulu alıb çatdırmağı ona tapşırdığı üçün Kazımdan pulu evində götürmüş və həmin məbləği Şamilə çatdırmışdır. Daha sonra Şamil Kazımın sənədlərinə baxmış və bu barədə icra hakimiyyətinə məktub yazacağını bildirmişdir. Şamil məktub yazdıqdan sonra Sabirabad rayonunda tədbir təşkil olunmuş və Kazım orada ictimaiyyətə təqdim olunmuş, qiymətli hədiyyələrlə təltif olunmuşdur. Daha sonra Kazım onları evlərinə qonaq çağırmışdır. Qonaqlıqda olduqları zaman, Şamil Kazıma darıxmamasını və FHN-də işə qəbulun iyul ayına kimi dayandırıldığını, lakin buna baxmayaraq işə düzəldəcəyinə söz vermişdir. Bir qədər keçdikdən sonra Kazım Şamilə etdiyi zənglərdən və görüşlərdən Şamilin yalan vədlər verdiyini hiss etdiyi üçün aldanıldığını düşünüb ondan aldığı pulu geri qaytarmasını və Şamilin yalan vədlər verdiyini bildirmişdir. O, Şamilə Kazımın pulunu geri qaytarmasını bildirmiş, həmçinin özünə də pul lazım olduğundan maliyyə sıxıntısı çəkdiyi üçün əlavə 500 manat göndərməyini xahiş etmişdir. Şamil də 2022-ci ilin iyul ayının əvvəlində ümumilikdə 1.500 manat pulu taksi sürücüsü vasitəsi ilə ona göndərmiş, o da həmin məbləğin 1.000 manatını Kazıma vermiş, 500 manatı isə özünə götürərək xərcləmişdir. Bundan başqa, Saatlı rayonunda yaşayan Zərərçəkmiş şəxs4 oğluna Şuşa istiqamətində gedən döyüşlərdə vəfat etməsinə baxmayaraq “şəhid” statusu verilmədiyini deyib, ona köməklik göstərməyini xahiş etmişdir. O da bu işdə Təqsirləndirilən şəxs1 adlı tanışının köməklik edə biləcəyini bildirmişdir. Şamil ona razılıq verdiyi üçün birlikdə Bakı şəhərində Qaçqın və X11 üzrə Dövlət Komitəsinin inzibati binasının yanında yerləşən ofisinə getmişlər və orada onları görüşdürmüşdür. Təxminən 2022-ci ilin aprel ayının əvvəllərində Təqsirləndirilən şəxs1 onları qəbul etmiş, Xanəhməd oğluna əsassız olaraq şəhid statusu verilmədiyini deyib köməklik etməsini xahiş etmişdir. Şamil demişdir ki, Müdafiə Nazirliyində tanışı var, çalışacaq bu işi həll etsin və bildirmişdir ki, bu işə görə müəyyən qədər pul lazım olacaq, konkret pul məbləği barədə heç nə deməmişdir. Ancaq Şamil söz vermişdir ki, oğlunun şəhidlik məsələsini həll edəcək. Bir müddət sonra Şamil Xanəhməddən 500 manat pul almağı tapşırmış, o da Xanəhmədə müəyyən xərclərin qarşılanması üçün Şamilin 500 manat pul istədiyini və həmin məbləği Şamilin bank kart hesabına göndərməsi üçün Şamilin kart nömrəsini Xanəhmədə vermişdir. Xanəhməd də Şamilin kartına 500 manat pul göndərmişdir. Bir neçə gün sonra Xanəhməd Şamilin ofisinə getmiş və ona əlavə 150 manat da pul vermişdir. Bir müddət sonra Xanəhməd pulunu tələb etdiyi üçün Şamilə bu barədə məlumat verərək Xanəhmədin pulunu qaytarmasını bildirmiş, bundan sonra Şamil Xanəhməddən aldığı pulu geri qaytarmışdır. Təqsirləndirilən şəxs2 məhkəmədə ona verilən suallara cavab olaraq bildirmişdir ki, qohumu Zərərçəkmiş şəxs3 pulu 1 avqust 2021-ci ildə almış, alınan puldan 1.400 manatı özünə götürmüşdür. Kazımın anası onun yoldaşının həkimidir. Təqsirləndirilən şəxs1 Kazımın işə düzələ bilmədiyini, onu işə düzəldən şəxsə pul verə biləcəyini demişdir. Kazımın işə düzəlməyi ilə bağlı götürdüyü puldan Təqsirləndirilən şəxs1 ona 300 manat pul vermiş, lakin həmin pulu onun dərman almağına kömək etmək məqsədilə vermişdir. Zərərçəkmiş şəxs4 oğluna “şəhid” statusunun verilməsi ilə bağlı Təqsirləndirilən şəxs1 ilə görüşdürüb vasitəçilik etmişdir. Ümumilikdə bütün epizodlar üzrə 13.000 manat puldan cəmi 300 manatı ona çatmışdır. Təqsirləndirilən şəxs1 2021-ci ilin iyun ayında tanımışdır. Təqsirləndirilən şəxs1 pulları aldıqdan sonra işlərin hazır olduğunu və yaxın zamanda həll olunacağını, lazımı şəxslərlə danışdığını və bütün məsələləri həll edəcəyini bildirmiş, lakin işləri kimin vasitəsi ilə həll edəcəyini deməmişdir. Nicatdan pul alan zaman onu videoya çəkməsini və sonuncunu DİN-ə işə düzəldəcəklərini bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, oğlu X5 müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu 2021ci ilin yayında Şuşa yaxınlığında hərbi xidmətdə olarkən həlak olsa da, şəhidlik statusu ona verilməmişdir. Bununla bağlı aidiyyəti dövlət orqanlarına çoxsaylı şikayətlər etsə də, nəticəsi olmamışdır. Təqsirləndirilən şəxs2 qaynının yeznəsi Rasəddinin vasitəsi ilə tanımış, Rasəddin 2022-ci ilin aprelində ona bildirmişdir ki, Zakir ona oğlunun şəhidlik statusu məsələsinin həllində məsləhət verə biləcəyini və tanışlarının olduğunu bildirmişdir. Daha sonra Zakirlə görüşəndə o “X10” İctimai Birliyinin sədri olan Təqsirləndirilən şəxs1 kömək edə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs2 onu Təqsirləndirilən şəxs1 ilə görüşdürmüşdür. Təqsirləndirilən şəxs1 onun əvvəldən tanıdığı şəxsdir. Təqsirləndirilən şəxs1 həmin gündən sonra həmişə ona kömək etmişdir. Təqsirləndirilən şəxs1 onun xidməti vəzifələrini həyata keçirərkən həlak olan oğluna şəhidlik statusu verilməsi üçün onunla birgə mübarizə aparmışdır. Bu yaxınlarda mərhum oğlu X2 şəhidlik statusu verilmişdir. O, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 pul verməmişdir. İbtidai istintaq zamanı müstəntiqə ifadə verməmişdir. Təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti yoxdur. Təqsirləndirilən şəxs1 ona hər zaman yol göstərmiş, oğluna şəhidlik statusu verilməsi ilə bağlı kömək etmişdir. Təqsirləndirilən şəxs1 ondan pul almamış və oğluna şəhidlik statusu verilməsi ilə bağlı hər hansı şəxsə pul verəcəyini bildirməmişdir. Təqsirləndirilən şəxs2 mərhum oğlu X2 şəhidlik statusu verilməsi ilə məsələni həll edəcək tanışı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 pul verməmişdir. Təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. İbtidai istintaq zamanı yazılan həmin ifadəyə oxumadan imza etmişdir. Məhkəmə Zərərçəkmiş şəxs4 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, təqsirləndirilən şəxsləri müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, oğlu X5 müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuş, 2021-ci ilin yayında Şuşa yaxınlığında hərbi xidmətdə olarkən həlak olsa da, şəhidlik statusu verilməmişdir. Bununla bağlı aidiyyəti dövlət orqanlarına çoxsaylı şikayətlər etsə də, nəticəsi olmamışdır. Təqsirləndirilən şəxs2 qaynının yeznəsi Rasəddinin vasitəsi ilə tanımış, Rasəddin 2022-ci ilin aprelində ona bildirmişdir ki, Zakir ona oğlunun şəhidlik statusu məsələsinin həllində məsləhət verə bilər, tanış adamları, əlaqələri çoxdur. O, Zakirlə görüşmüş, oğlunun şəhidlik məsələsini dedikdə Zakir ona “X10” İctimai Birliyinin sədri olan Təqsirləndirilən şəxs1 kömək edə biləcəyini bildirmiş, buna görə də onu 2022-ci ilin aprel ayının əvvəllərində Bakı şəhərində Qaçqın və X11 üzrə Dövlət Komitəsinin inzibati binasının yaxınlığında yerləşən Təqsirləndirilən şəxs1 ofisinə aparmışdır. Şamil Əkbərli onları qəbul etmiş, həmin vaxtadək o, Şamil Əkbərlini görməmiş, tanımamışdır. O, Təqsirləndirilən şəxs1 oğluna əsassız olaraq şəhid statusu verilmədiyini demiş və xahiş etmişdir ki, bu işdə köməklik etsin. Şamil demişdir ki, Müdafiə Nazirliyində tanışı var, çalışacaq bu işi həll etsin və bildirmişdir ki, bu işə görə müəyyən qədər pul lazım olacaq, lakin ona konkret pul məbləği barədə heç nə deməmişdir. Bir müddət sonra Zakir ona bu işə görə Şamilə 500 manat pul vermək lazım olduğunu bildirib, Şamilə məxsus plastik bank kartının fotosunu ona göstərmiş və o, 11 aprel 2022-ci il tarixdə Şamilin həmin kart hesabına 500 manat pul göndərmişdir. Bir neçə gün sonra Zakir və qaynının yeznəsi Seyid deyə müraciət etdiyi Rasəddinlə Şamilin ofisinə getmiş, oğlunun şəhidlik məsələsini müzakirə etmişlər. Həmin vaxt Şamil bu işə görə 150 manat da əlavə ondan pul istəmişdir. O da Seyidin və Zakirin yanında Şamilə 150 manat nağd əlbəəl pul vermişdir. Bir müddət sonra görmüşdür ki, Şamil oğluna şəhidlik statusunun verilməsinə nail ola bilmir. Şamil ona ofisində demişdir ki, oğluna şəhidlik verilməsi məsələsi alınmır və ondan aldığı 650 manat pulu qaytaracaq. 2022-ci ilin iyul ayında Şamil onu ofisinə çağırmış və ondan almış olduğu 650 manat pulu ona ikilikdə qaytarmışdır. Şamil artıq onun pulunu qaytarmışdır, buna görə də Şamildən heç bir şikayəti və tələbi yoxdur (cild 2, iş vərəqə 85-87). Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadəsini mötəbər hesab edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2020-ci ilin iyul ayında yas məclisində iştirak edən atasının xalası oğlu Təqsirləndirilən şəxs2la görüşmüşdür. Zakir ondan nə işlə məşğul olduğunu soruşduqda, elə həmin il orta ixtisas təhsilini başa vuracağını və daha sonra hüquqmühafizə orqanlarına xidmətə qəbul olunmaq istədiyini bildirərək təhsil aldığı fakültənin “nəqliyyatda daşınmaların təşkili” olduğunu bildirmişdir. Bu zaman Zakir onu DİN-ə xidmətə qəbul etdirməkdə köməklik göstərəcəyini bildirmişdir. 2021-ci ilin iyul ayının əvvəlində Zakirlə danışaraq polis orqanına xidmətə düzəlmək istədiyini bildirmişdir. Zakir onu 10.000 manat pul müqabilində Daxili İşlər Nazirliyinin Laçın və ya Ağcabədi RPŞ-nə polis nəfəri kimi işə qəbul etdirməyə söz vermişdir. O, razılaşaraq həmin məbləği verəcəyini bildirmişdir. Zakir kimin vasitəsi ilə onu xidmətə qəbul etdirəcəyini bildirməmişdir. Zakir hərbi biletinin, diplomun və şəxsiyyət vəsiqəsinin surətini və 10.000 manat pulu çatdırmağı ona tapşırmışdır. O, inanaraq, kredit məbləği götürüb, bu işdə böyük kimi iştirak etməsi üçün atasının əmisi oğlu Şahid2 xahiş etmişdir. Faiqə Zakir tərəfindən işə qəbul olunmağı üçün 10.000 manat pul tələb olunduğunu və onunla Bakı şəhərinə gedərək Zakirlə görüşdə iştirak etməsini xahiş etmişdir. Faiq də Zakirin əvvəllər Laçın RPŞ-də işlədiyini bilirmişdir. Bundan sonra, 29 iyul 2021-ci il tarixdə Faiqlə birlikdə Bakı şəhərinə gedərək Zakirlə zəngləşib Bakı şəhəri, Biləcəri qəsəbəsinə yaxın Daş bazarı deyilən yerdə adını xatırlamadığı kafedə görüşmüşlər. Söhbət zamanı Zakir tanışları vasitəsi ilə onu DİN-ə xidmətə qəbul etdirəcəyini bildirmiş, lakin bu işin təxminən 2021-ci ilin dekabr ayına qədər həll edəcəyini bildirdiyi üçün o, Zakirə inanmış və dediyi məbləği və tələb etdiyi sənədlərin surətlərini Zakirə Faiqin iştirakı ilə təqdim etmişdir. Zakir sənədləri və pulu qəbul etdikdən sonra o, Faiqlə geri rayona qayıtmışdır. Zakirlə görüşlərindən sonra təxminən 2021-ci ilin dekabr ayının sonlarında sonuncu onu Bakı şəhərinə çağırmışdır. O, dekabr ayında Bakı şəhərinə gələrkən Qaçqın və X11 üzrə Dövlət Komitəsinin Tbilisi prospektində yerləşən inzibati binasının yaxınlığında Zakirlə zəngləşib görüşmüşdür. Zakir onu Komitənin yanında yerləşən “X10” İctimai Birliyinin ofisinə dəvət etmiş, orada Zakir onu İctimai Birliyin sədri Təqsirləndirilən şəxs1 ilə tanış edərək həmin şəxsin köməkliyi ilə onu DİN-ə xidmətə qəbul etdirəcəyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 onun boyunun uyğun gəldiyini bildirib DİN-ə xidmətə qəbul ilə bağlı müvafiq ərizənin yazılmasını bildirdiyi üçün o, ərizəni yazıb sonuncuya təqdim etmişdir. Şamil həmin ərizəni poçt vasitəsi ilə DİN-ə göndərəcəyini, narahat olmamasını bildirərək 2022-ci ilin fevral ayında işinin həll olunacağını vəd vermişdir. Daha sonra o, rayona getmişdir. Təxminən 2022-ci ilin fevral ayının ortalarında ona mobil nömrə ilə zəng olunaraq, müraciəti əsasında Xətai RPİ-nə keçiriləcək komissiyada iştirak etməyi üçün dəvət etmişlər. Qeyd olunan komissiyadan keçdiyi zaman bir qədər çəkidə zəif olduğu üçün onu komissiyadan keçirməmişlər. Lakin, çəkisini bir qədər artıraraq növbəti dəfə mart ayının sonunda keçiriləcək komissiyaya dəvət olunmuş, həmin vaxtdan da Şamil və Zakir onun Bakı şəhərində müvəqqəti olaraq qalıb idmanla məşğul olub, yeməyimə fikir verməyini təklif etmişlər. O, təklifi qəbul edərək təxminən komissiya keçirilənədək Bakı şəhərində Qaraçuxur qəsəbəsində kirayə evdə qalmışdır. Kirayədə qaldığı müddətdə Zakir və Şamil ona kirayə puluna və xərcliyinə köməklik göstərmişlər. Bununla bağlı Zakirə verdiyi pulun geri qaytarılmasını tələb etmişdir. Elə Bakı şəhərində qaldığı müddətdə könüllü olaraq Daxili Qoşunların Baş İdarəsinə xidmətə qəbul olunmağı ilə bağlı müraciət etdiyi üçün həmin ilin sentyabr ayında komissiyadan keçmiş və həmin müddətdən də Bərdə rayonu ərazisində yerləşən DQ-nin hərbi hissəsində xidmət edir. Zakirə verdiyi pulu geri istədiyi vaxt, sonuncu həmin məbləğin 600 manatını özündə saxlamaqla 9.400 manatını Təqsirləndirilən şəxs1 verdiyini bildirmişdir. Lakin o, komissiyadan keçmədiyi üçün Təqsirləndirilən şəxs1 ona Bakı şəhərində olduğu müddətdə ümumilikdə 2.100 manat pulu qaytarmış, daha sonra 2.300 manat pulu dostu Çingiz adlı şəxsin vasitəsi ilə Təqsirləndirilən şəxs2 qaytardığını bildirərək, onun işə düzəlməyi müqabilində ümumilikdə Zakirdən 3.000 manat pul aldığını demişdir. O, Zakirə qaytarılmış 2.300 manatın ona verilmədiyini bildirdikdə sonuncu Şamilin tanışından aldığı 2.300 manat pulun ona qaytaracağına dair söz versə də, həmin məbləği qaytarmamışdır. Daha sonra həmin məbləğin qaytarılmasını tələb etdikdə Zakir guya Şamil tərəfindən pul veriləcəyini və pulu bütöv şəkildə qaytaracağına dair vədlər versə də, hazırki vaxtadək pulu qaytarmamışdır. Təqsirləndirilən şəxs1 Zakirin ondan işə qəbul olunması müqabilində 10.000 manat pulu almasını təxminən 2022-ci ilin may ayında aralarında aparılan danışıq zamanı öyrənmişdir. Zərərçəkmiş şəxs3 məhkəmədə sualları cavablandıraraq göstərmişdir ki, Təqsirləndirilən şəxs2 10.000 manat pul vermiş, həmin puldan 2.100 manat Təqsirləndirilən şəxs1 tərəfindən, 400 manat isə Təqsirləndirilən şəxs2 tərəfindən ona geri qaytarılmış, hal-hazırda ona 7.500 manat qaytarılmalıdır. Təqsirləndirilən şəxs1 2.300 manat pulu dostu Çingiz adlı şəxsin vasitəsi ilə Təqsirləndirilən şəxs2 qaytardığını bildirsə də, Təqsirləndirilən şəxs2 həmin məbləği mənə qaytarmamışdır. Təqsirləndirilən şəxs2 ondan aldığı 10.000 manatı öz şəxsi ehtiyaclarına sərf etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 onu işə düzəldəcəyini bildirsə də, ona pul verəndə həmin pulu kimə verəcəyini bildirməmişdir. Zakir ona verdiyi 10.000 manatı kiməsə rüşvət verəcəyini deməmiş, həmin pulu Şamil adlı şəxsə verəcəyini bildirməmişdir. 2022-ci ilin may ayına kimi Şamil, Zakir və o, görüşərkən heç vaxt Təqsirləndirilən şəxs2 10.000 manat pul verməyi ilə bağlı söhbət açılmamışdır. Təqsirləndirilən şəxs1 Xətai RPİ-nin inzibati binasında keçirilən sıra baxışında iştirak edərkən inzibati binanın yaxınlığında çantasını saxlayaraq ona kömək etmişdir. Ona Təqsirləndirilən şəxs2 tərəfindən 7.500 manatı ödənilməlidir, lakin Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2020-ci ildə 2-ci Qarabağ müharibəsində iştirak etməklə Kəlbəcər, Xocavənd, Füzuli, Cəbrayıl rayon və Şuşa şəhərində gedən döyüşlərdə iştirak etmişdir. Müharibə iştirakçısı olduğu üçün Kəlbəcər, Xocavənd, Füzuli, Cəbrayıl rayon və Şuşanın azad olunması ilə bağlı medallarla, həmçinin 4 hərbi xidmətdə fərqlənməyə görə fəxri fərmanlar almışdır. Təxminən 2022-ci ilin əvvəlində anası Sona Tağıyeva tanışı Təqsirləndirilən şəxs2 əvvəllər Laçın RPŞ-də işlədiyi üçün sonuncudan onu işə düzəlməkdə köməklik göstərməsini xahiş etmişdir. Zakir isə onlara sürücü kimi yanında işlədiyi "X10" İctimai Birliyinin sədri Təqsirləndirilən şəxs1 əlaqələrinin geniş olduğunu və bu barədə xahiş edəcəyini bildirmişdir. Daha sonra Zakir, Təqsirləndirilən şəxs1 məlumat vermişdir. 31 mart 2022-ci tarixdə Təqsirləndirilən şəxs1 Sabirabad rayonunda Xocalı soyqırımı ilə bağlı keçirilən tədbirdə iştirak edən zaman Təqsirləndirilən şəxs2 onu həmin şəxslə tanış etmişdir. Həmin gün onun doğum günü olduğundan tədbirdən sonra onları evlərinə qonaq dəvət etmiş və Şamil evdə olan zaman onu Sabirabad rayon X13 Hissəsinə işə düzəlməyinə köməklik göstərə biləcəyini, lakin ilkin olaraq 1.000 manat pul verilməli olduğunu, qalan vəsaiti isə işə düzəldikdən sonra veriləcəyini bildirmişdir. Həmin vaxt o, 1.000 manat pul vəsaitini Təqsirləndirilən şəxs2 vermiş və sonuncu da həmin məbləği Şamilə vermişdir. Bir müddət sonra işi ilə bağlı Şamillə zəngləşərək maraqlandıqda, sonuncu onu arxayın edərək narahat olmamağını qısa bir müddətdə işinin düzələcəyini əminliklə bildirmişdir. Lakin, bir qədər keçdikdən sonra etdiyi zənglər zamanı Şamilin ona yalan vədlər verdiyini hiss etmiş, aldanıldığını başa düşdüyündən verdiyi pul vəsaitini qaytarmasını tələb etdikdə Şamil təxminən 2022-ci ilin iyul ayında ondən aldığı pul vəsaitini tam olaraq Təqsirləndirilən şəxs2 vasitəsilə ona qaytarmışdır. Ona dəymiş ziyan tam olaraq ödəndiyi üçün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbi yoxdur. Ondan işə düzəlməyilə ilə bağlı 8.000 manat heç kim istəməmiş, o, 1.000 manatı xərclərlə bağlı ona vermişdir. İşə düzəlməyilə ilə bağlı özü Zakirə müraciət etmişdir. İbtidai istintaq zamanı yazılan həmin ifadəyə oxumadan imza etmişdir. Məhkəmə Zərərçəkmiş şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, təqsirləndirilən şəxsləri müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, 2020-ci ildə 2-ci Qarabağ müharibəsində iştirak etməklə Kəlbəcər, Xocavənd, Füzuli, Cəbrayıl rayon və Şuşa şəhərində gedən döyüşlərdə iştirak etmişdir. Müharibə iştirakçısı olduğu üçün Kəlbəcər, Xocavənd, Füzuli, Cəbrayıl rayon və Şuşanın azad olunması ilə bağlı medallarla, həmçinin 4 hərbi xidmətdə fərqlənməyə görə fəxri fərmanlar almışdır. Müharibə iştirakçısı olsa da, özünə iş tapa bilməmişdir. Təxminən 2022-ci ilin əvvəlində anası Sona Tağıyeva tanışları Təqsirləndirilən şəxs2 əvvəllər Laçın RPŞ-də işlədiyi üçün sonuncudan onu işə düzəlməkdə köməklik göstərməsini xahiş etmişdir. Zakir isə onlara sürücü kimi yanında işlədiyi "X10" İctimai Birliyinin sədri Təqsirləndirilən şəxs1 əlaqələrinin geniş olduğunu və bu barədə xahiş edəcəyini bildirmişdir. Daha sonra Zakir, Təqsirləndirilən şəxs1 məlumat vermiş və sonuncu da Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işləyən tanışı vasitəsi ilə 8.000 manat müqabilində Sabirabad rayon X13 Hissəsinə işə düzəlməyinə köməklik göstərə biləcəyini bildirmişdir. O, razılıq verdiyi üçün xx.xx.2022-ci tarixdə Təqsirləndirilən şəxs1 Sabirabad rayonunda Xocalı soyqırımı ilə bağlı keçirilən tədbirdə iştirak edən zaman Təqsirləndirilən şəxs2 onu həmin şəxslə tanış etmişdir. Həmin gün onun doğum günü olduğundan o, tədbirdən sonra onları evlərinə qonaq dəvət etmiş və Şamil evdə olan zaman Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işləyən tanışı vasitəsi ilə onu 8.000 manat məbləğində pul müqabilində Sabirabad rayon X13 Hissəsinə işə düzəlməyinə köməklik göstərə biləcəyini, lakin ilkin olaraq 1.000 manat pul verilməli olduğunu, qalan vəsaiti isə işə düzəldikdən sonra veriləcəyini bildirmişdir. Həmin vaxt o, 1.000 manat pul vəsaitini Təqsirləndirilən şəxs2 vermiş və sonuncu da həmin məbləği Şamilə vermişdir. O, bu işin alınacağına inanmış, buna da səbəb Şamilin keçirilən tədbirdə nüfuzlu şəxs olduğunu görməsi olmuşdur. Bir müddət sonra işi ilə bağlı Şamillə zəngləşərək maraqlandıqda, sonuncu onu arxayın edərək narahat olmamağını qısa bir müddətdə işinin düzələcəyini əminliklə ona bildirmişdir. Lakin, bir qədər keçdikdən sonra etdiyi zənglər zamanı Şamilin ona yalan vədlər verdiyini hiss etmiş, aldanıldığını başa düşdüyündən verdiyi pul vəsaitini qaytarmasını tələb etdikdə Şamil təxminən 2022-ci ilin iyul ayında ondan aldığı pul vəsaitini tam olaraq Təqsirləndirilən şəxs2 vasitəsilə ona qaytarmışdır. Ona dəymiş ziyan tam olaraq ödəndiyi üçün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayəti və tələbi yoxdur (cild 2, iş vərəqə 72-74). Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadəsini mötəbər hesab edir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Zərərçəkmiş şəxs2 Şahvələd oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, 2022-ci ilin yanvar ayının əvvəllərində tanışı Təqsirləndirilən şəxs2la yaşadığı Sabirabad rayonu Azadkənd kəndində ikilikdə görüşdüyü zamanı işsiz olduğunu, əvvəllər “Şirvan-Oil” şirkətində işlədiyini və ora işə bərpa olunmağına kömək etməsini xahiş etmişdir. Zakir tanışı “X10” İctimai Birliyinin sədri Təqsirləndirilən şəxs1 ona “Şirvan-Oil” şirkətinə işə bərpa olunmağına kömək edə biləcəyini demişdir. İki gün sonra Zakirlə yenidən axşam saatlarında yaşadığı kənddə ikilikdə görüşmüş, Zakir bildirmişdir ki, Təqsirləndirilən şəxs1 ilə danışıb və sonuncu 5.000 manat müqabilində onu “Şirvan-Oil” şirkətinə işə bərpa edə bilər. O, Zakirə 5.000 manat pul verməyə maddi imkanı olmadığını, lakin mal-qarasını satıb 4.000 manat əldə edərək verə biləcəyini, əlavə olaraq həmin pulu işə bərpa olunduqdan sonra verə biləcəyini bildirmişdir. Zakir təkliflə razılaşmışdır. O, həmin vaxtadək Təqsirləndirilən şəxs1 tanımamış, heç vaxt görüşməmiş, yalnız telefonla danışmışdır. 01 yaxud 02 fevral 2022-ci il tarixində Təqsirləndirilən şəxs1 ***-***-**-** saylı nömrədən onun istifadəsində olan ***-***-**-** saylı nömrəyə telefon zəngi edib bildirmişdir ki, Təqsirləndirilən şəxs2 onun “Şirvan-Oil” şirkətinə işə bərpa olunması məsələsi barədə deyib, buna görə də ona kömək edəcək. Bu məqsədlə Zakir ona tapşırmışdır ki, ailə tərkibi haqqında arayış, şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə, hərbi biletin sürətini göndərsin. O da həmin sənədlərin əvvəlcə fotolarını çəkib Whatshapp vasitəsilə Təqsirləndirilən şəxs1 göndərmişdir. 2022-ci ilin fevral ayının əvvəllərində isə Təqsirləndirilən şəxs1 ona telefon zəngi edərək həmin sənədlərin əsllərini də göndərməsini bildirmişdir. Həmin günlərdə Təqsirləndirilən şəxs2 ona telefon zəngi edib bildirmişdir ki, Təqsirləndirilən şəxs1 onun işilə maraqlanır, lakin bu işə razılaşdıqları 4.000 manat puldan heç olmasa yarısını göndərməlidir ki, işini həll edə bilsin və əlavə olaraq bildirmişdir ki, sabah Bakıya gedir, yol üstü Şirvan şəhərində görüşüb həm pulu, həm də Şamil müəllimin tapşırdığı sənədləri ondan götürməlidir. O, üç baş danasını satıb 1.500 manat pul düzəltmiş, səhəri gün, yəni 2022-ci ilin fevral ayının 07-si, yaxud 8-i tarixində saat 10-11 radələrində Təqsirləndirilən şəxs2la Şirvan şəhərində ikilikdə görüşmüş, Şamilin dediyi sənədləri və 1.500 manat pulu vermişdir. Təqsirləndirilən şəxs2 bildirmişdir ki, 1.500 manat pulu Təqsirləndirilən şəxs1 verəcək. Lakin Təqsirləndirilən şəxs1 vədinə əməl etməmiş, onu işə bərpa edə bilməmişdir. Ara-sıra işlə bağlı Zakirlə telefon əlaqəsi saxlayıb maraqlandıqda hər dəfə Zakir ona işə bərpa olunmasıyla bağlı Şamiİ Ələkbərlinin lazımı işləri gördüyünü, bir az səbrli oiub gözləməyi bildirmişdir. Buna baxmayaraq aylar keçsə də, bir nəticə olmamışdır. Zakirə pul verdikdən iki-üç ay sonra o, Zakirə verdiyi 1.500 manat pulu geri istəmiş, 2022-ci ilin sentyabr ayının ortalarında Təqsirləndirilən şəxs2 yaşadığı kəndə gəlib ondan aldığı 1.500 manat pulu ona geri qaytarmışdır. Pulu ona geri qaytarıldığı üçün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 heç bir şikayət və tələbi yoxdur (cild 2, iş vərəqə 97-100). Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2018-ci ildən bəri “X10” X14 sədrinin üzvi seçilmiş və işləyir. Təqsirləndirilən şəxs2 ilə 2021-ci ilin təxminən iyun aylarında tədbirlərin birində tanış olmuşdur. Zakir daha sonra ofisə gəlib getməyə başlamışdır. Təxminən 2021-ci ilin noyabr ayında isə Birliyin üzvü seçilmişdir. Zakir öz istifadəsində olan avtomobillə Şamili tədbirlərə aparıb gətirmişdir. Hər ikisi ilə münasibətləri yaxşı olmuşdur. Zakirlə Şamil yaxın münasibətdə olmuş, Zakirin Şamilə hörmətlə yanaşdığının şahidi olmuş, lakin onların arasında mübahisə və müzakirələrin aparılmasının şahidi olmamışdır. Şamilin ev verilməsi qarşılığında Zakirdən pul aldığını eşitməmişdir. Hesab edir ki, Zakir yalan danışır, çünki Şamil kiməsə ev verdirə bilsəydi, özü Nərimanov rayonunda 2 nömrəli Peşə Liseyində yaşamazdı. Şamil Zakirdən ev verilməsi qarşılığında pul alsaydı ofisdə işləyən kollektiv üzvləri də xəbərdar olardılar. Şamil 2022-ci ilin oktyabr ayının əvvəlində Zakirin etdiyi xahişlərə əsasən müxtəlif şəxslərin işlərinin həll edilməsinə köməklik etməyə söz verdiyini, işləri alınmadığı üçün Zakir vasitəsi ilə aldığı pulları geri qaytarsa da, Zakirin onu şantaj etdiyini, güya ev ayrılması adı ilə ondan aldığı pulu qaytarmağı tələb etdiyini, bununla bağlı hüquqmühafizə orqanlarına şikayət etdiyini demişdir. Zakir müəllimlə Şamil 2021-ci ildə tanış olmuşdur. 2022-ci aprel-may aylarında Zərərçəkmiş şəxs3 Zakirə 10 000 manat pul verdiyini dedikdə onların arasında olan məsələdən xəbərdar olmuşdur. Təqsirləndirilən şəxs2 hansısa şəxsdən pul aldığını görməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 Şahid5 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətdə ölkədə qismən səfərbərlik elan edilməsi ilə əlaqədar olaraq hərbi xidmətə çağırılaraq 2-ci Qarabağ müharibəsi iştirakçısı olmuşdur. Lakin, ona müharibə iştirakçısı statusu verilməmişdir. O, müharibə iştirakçısı statusu verilməsində ona köməklik edə biləcək adam axtarmağa başlamışdır. Təxminən 2021-ci ilin noyabr ayının ortalarında əvvəllər müharibə iştirakçısı olmuş və polis orqanlarından təqaüdə çıxmış tanışı Təqsirləndirilən şəxs2la görüşdüyü zaman müharibə vaxtı qismən səfərbərliklə hərbi xidmətə çağırıldığını, lakin, veteran statusu ala bilmədiyini və bu işdə ona yol göstərən və ya köməklik edə biləcək adam axtardığını bildirmişdir. Müharibə iştirakçılarına 80-90 manata yaxın təqaüd verilir deyə işsiz olduğundan həmin məbləğə ehtiyacı olmuşdur. Zakirlə söhbət zamanı “X10” İctimai Birliyinin sədri Təqsirləndirilən şəxs1 sürücüsü işlədiyini, sonuncunun əlaqələrinin geniş olduğunu və Şamildən köməklik edib-etməməsini soruşub ona xəbər edəcəyini bildirmişdir. O da razılıq verərək köməklik etməsini xahiş etmişdir. Təxminən 2021-ci ilin noyabr ayının axırlarında Zakirlə rayon ərazisində görüşmüş, Zakir ona “X10” İctimai Birliyinin sədri Təqsirləndirilən şəxs1 ilə danışdığını, ona 2-ci Qarabağ müharibəsi iştirakçısı olduğu üçün Müdafiə Nazirliyində adını demədiyi tanışı vasitəsi ilə köməklik edəcəyini bildirərək bu məsələ ilə bağlı müəyyən qapıların açılması üçün 500 manat pul verməli olduğunu bildirmişdir. O da statusun verilməsi üçün razılıq verərək həmin məbləği Şamilə çatdırması üçün Zakirə vermişdir. Zakirlə söhbətləşdikləri zaman sonuncu telefonla onun razılıq verməyi barədə Şamilə məlumat vermiş və daha sonra şəxsiyyət vəsiqəsinin və hərbi biletinin fotoşəkillərini “WhatsApp" mobil tətbiqi vasitəsi ilə Zakir Şamilə göndərmişdir. Bir müddət keçdikdən sonra işi ilə bağlı o, Təqsirləndirilən şəxs1 maraqlandıqda, həmin şəxs narahat olmamasını bildirmiş, qısa zamanda işinin düzələcəyi barədə ona yalan vədlər verməyə başlamışdır. Lakin sonradan aldanıldığını başa düşdüyündən verdiyi pul vəsaitini qaytarmasını tələb etsə də, verdiyi 500 manat pul vəsaiti qaytarılmadığı üçün Şamilin qanunazidd əməlləri barədə qanunamüvafiq tədbirlər görülməsi ilə bağlı şikayət etmişdir. Həmin ərəfədə də Zakirdən xəbər tutmuşdur ki, Şamil Zakirdən qaçqınlara tikilmiş binalardan ev verdirəcəyi adı ilə 5.000 manat pul almış, daha sonra bir neçə həmyerlilərindən də, Zakir vasitəsi ilə müxtəlif işlərin həlli ilə bağlı müxtəlif məbləğlərdə pul vəsaitini ələ keçirmişdir. Şikayətdən sonra, Şamil onun i pulunu qaytarmışdır. Eşitmişdir ki, digər bir neçə şəxsdən də Zakir vasitəsi ilə aldığı pulları geri qaytarmışdır. Bundan başqa, onun müharibə iştirakçısı statusu alması müqabilində nə Zakir, nə də ki, Şamil tərəfindən 1.500 manat pul istənilməmiş, həmçinin o, Şamillə Yasamal rayonunda yerləşən ofisdə görüşməmişdir. Belə ki, o, Şamil ilə “WhatsApp” mobil tətbiqi vasitəsi ilə bir neçə dəfə danışmış, sonuncu ilə ilk dəfə 2022-ci ilin mart ayında rayonda keçirilən tədbirdə görüşmüş, orada Şamil ona statusun alınmasında köməklik edəcəyinə dair vəd vermişdir. 1.500 manat isə i onun yeznəsi Zərərçəkmiş şəxs2 əvvəllər işlədiyi "xxxx" şirkətinə işə bərpa olunması adı ilə Zakir vasitəsi ilə alınmışdır. Lakin işi düzəlmədiyindən alınmış məbləğ geri qaytarılmışdır (cild 2, iş vərəqi 9-13). Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, 2016-cı ildən “X10” İctimai Birliyinin sədr müavini işləyir. Təqsirləndirilən şəxs1 ilə vətənin müdafiəsi üçün könüllü yaradılmış batalyona qoşulmaqla müharibədə iştirak etmişlər. Elə həmin vaxtdan da Şamillə yaxın münasibətləri yaranmışdır. Təqaüdə çıxdıqdan sonra da, onun dəvəti ilə “X10” İctimai Birliyinin sədr müavini seçilərək işləyir. Təqsirləndirilən şəxs2 2021-ci ilin təxminən may-iyun aylarında tədbirlərin birində tanımışdır. Zakir daha sonra Yasamal rayonu ərazisində yerləşən Birliyin ofisinə gəlib getməyə başlamışdır. Təxminən 2021-ci ilin noyabr ayında isə Birliyin üzvü seçilmişdir. Zakir öz istifadəsində olan avtomobillə Şamili tədbirlərə aparıb gətirmiş, təxminən 2022-ci ilin avqust ayının əvvəlində Zakir ona yaxınlaşaraq qohum və tanışlarının işə düzəlməsi və digər işlərdə köməklik göstərməsi adı ilə Şamilin ondan pul aldığını, lakin verdiyi vədləri yerinə yetirmədiyi üçün ümumilikdə alınmış pulların vaxtı-vaxtında qaytarmamasından gileylənərək bir böyük kimi Şamil ilə bu barədə danışmağı xahiş etmişdir. O, bu barədə Şamillə söhbət apardığı zaman sonuncunun müxtəlif şəxslərdən Zakirin vasitəsi ilə pul aldığını lakin, aralarında olan məbləğlərlə bağlı narazılıq olduğunu hiss etmişdir. O, 2022-ci ilin avqust ayının əvvəlində Zakirin xahişi ilə Şamil ilə birlikdə saat 7-8 arası Nərimanov parkında görüş təşkil etmişdir. Həmin görüşdə Zakir Şamilə qohumunu polisə işə düzəltməsi, tanışına pensiya düzəltməsi və işə bərpa etməsi və.s adlarla ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul aldığını, ona təxminən 10.000 manata yaxın pul verməli olduğunu, həmin məbləğdən 5.000 manat hissəsini ona qaçqınlar üçün ayrılmış evin verilməsi adı ilə aldığını bildirmişdir. Şamil isə Zakirlə razılaşmayaraq ondan ev ayrılması üçün 5.000 manat məbləğində pul almadığını bildirmişdir. Elə həmin görüş zamanı, Şamil Zakirə onun vasitəsilə 2.300 manat pul verərək sonuncuya qohumunu polisə işə düzəlməsi qarşılığında aldığı pulu qaytarması üçün təqdim etməyi xahiş etmiş, aralarında qalan məbləği sentyabr ayı ərzində qaytaracağına dair söz vermişdir. O, həmin məbləğin dəqiq nə qədər olmasını bilməmişdir. Artıq sentyabr ayından sonra Zakir ona Şamil tərəfindən pulun qaytarılmadığını bildirərək bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət etdiyini demişdir. Bu barədə Şamillə danışdığı zaman sonuncu ona Zakirdən aldığı pul vəsaitlərini qaytardığını bildirərək, Zakirin onun adından özü üçün şəxslərdən aldığı artıq məbləğləri özü qaytarmalı olduğunu, həmçinin ondan güya qaçqınlara tikilmiş evlərdən ayrılması adı ilə 5.000 manat pul almadığını bildirmişdir (cild 1, iş vərəqi 221-225). Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə yaşayır. 2018-ci ildən hazırki vaxtadək Laçın rayon suvarma sistemləri idarəsidə mühəndis mexanik vəzifəsində işləyir.Laçın rayonu Vacazin kəndində qeydiyyatda olan və onunla eyni qəsəbədə yaşayan, hazırda DQ-da MAXE kimi hərbi xidmətdə olan, atasının əmisi nəvəsi olan Zərərçəkmiş şəxs3 2021-ci ilin təxminən iyul ayının əvvəlində Nicat onunla görüşərək qohumları, yəni, atasının xalası oğlu Təqsirləndirilən şəxs2 onu 10.000 manat müqabilində Daxili İşlər Nazirliyinin Laçın və ya Ağcabədi RPŞ-nə polis nəfə kimi işə qəbul etdirməyə söz verdiyini bildirərək ona həmin məbləği verməyi və özünün də bir yaxın kimi onunla görüşdə iştirak etməyi xahiş etmişdir. Nicatın atası 2020-ci ilin iyun ayında Zərdab rayonu ərazisində əkin sahəsində suvarma işləri apararkən şimşək vurması nəticəsində vəfat etmişdir. Bu səbəbdən də, onunla razılaşmış və Zakirin də onun qohumu olduğunu və əvvəllər Laçın RPŞ-də işlədiyi üçün onun Nicata etdiyi təklifə inanmışdır. Belə ki, xx.xx.2021-ci il tarixdə Nicat pulu düzəltdiyini və onunla Bakı şəhərinə gedərək Zakirlə görüşməyi təklif etmişdir. O da Nicatla razılaşaraq yol maşını ilə Bakı şəhərinə gələrək, Biləcəri qəsəbəsinə yaxın Daş bazarı deyilən yerdə kafedə Zakirlə zəngləşib görüşmüşlər. Onunla söhbət zamanı Zakir Nicatı tanışları vasitəsi ilə DİN-ə xidmətə qəbul etdirəcəyini bildirmiş, lakin Nicatın işinin təxminən dekabr ayına qədər həll edəcəyini bildirdiyi üçün Nicat da o da ona inanmış və Nicat Zakirin istədiyi 10.000 manat məbləği sayıb Zakirə vermişdir. Sonuncu da pulu qəbul etdikdən sonra Nicatla geriyə rayona qayıtmışlar. Zakirlə aralarında baş tutan görüşdən sonra təxminən dekabr ayında Nicatın Bakı şəhərinə çağırıldığını eşitmiş, daha sonra təxminən fevral ayında komissiyadan keçmədiyini eşitdiyi üçün Zakirə zəng edərək işin nə yerdə olduğunu maraqlanmışdır. O, Nicatın fevral ayının axırın və ya mart ayının sonunadək həllini tapacağını bildirmişdir. Komissiyadan keçməməyinin də səbəbi onun çəkisinin az olması olduğu üçün mart ayının sonunadək bir qədər Bakı şəhərində kirayədə qalaraq yeməyinə fikir verməyini bir qədər kökəlməsi tələb olunduğunu və kökəldikdən sonra komissiyadan keçəcəyini bildirmişdir. Bundan bir qədər sonra Nicatın bir müddət Bakıda qaldığını lakin, kökəlmədiyi üçün təkrar komissiyadan keçmədiyini eşitdiyi üçün o, Zakirə verdiyi pulun geri qaytarılmasını tələb etmişdir. Daha sonra Nicat özü könüllü olaraq Daxili Qoşunların Baş idarəsinə rəsmi müraciət etdiyi üçün onu qanunamüvafiq qaydada xidmətə qəbul etmişlər, hazırda da, MAXE kimi Bərdə rayonu ərazisində hərbi xidmətdədir. O, Zakir tərəfindən Nicatın işi düzəlmədiyi üçün ondan kimin vasitəsi ilə işə qəbul ediləcəyini soruşduqda, Nicat ona Zakirin onu Yasamal rayonu ərazisində yerləşən “X10” X18 Ələkbərli adlı sədri ilə dekabr ayında tanış etdiyini və həmin Şəxsin köməkliyi ilə DİN-ə qəbul olunacağını bildirmişdir. Lakin iş alınmadığı üçün hazırda Nicatla birlikdə Zakirə verdikləri 10.000 manat məbləğində pulun təxminən 2.000 manatının Şamil tərəfindən Nicata qaytarıldığını sonuncudan eşitmişdir. X19 deməsinə görə Zakirdən onun işə qəbul olunması müqabilində aldığı pulun tam olaraq geri qaytarıldığını deməsini eşitmişdir. Yəni, Şamil tərəfindən 2.300 manat pulun Zakirə qaytarıldığını da sonuncudan eşitmişdir. O, yalnız Zakirlə görüşüb Nicatın işi ilə bağlı məlumat almışdır. Zakir, Şamilin tanışından aldığı 2.300 manat pulu onlara qaytaracağına dair söz versə də həmin məbləği onun tərəfindən qaytarılmamışdır. Hazırki vaxtadək Zakirə verilmiş puldan cəmi 2.000 manat pulu Şamil adlı şəxs özü Nicata qaytarmışdır.Zakir tərəfindən hazırkı vaxtadək hər hansı bir məbləğ qaytarılmamışdır (cild 1, iş vərəqi 188-191). Cinayət işinin materiallarında olan 19 dekabr 2022-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 inandığı üçün tanışlarına müxtəlif köməklik göstərilməsi müqabilində sonuncunun tələb etdiyi məbləğdə pul vəsaitlərini tam şəkildə alıb Təqsirləndirilən şəxs1 çatdırdığını bildirsə də, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 tanışlarından aldığı pullardan özünə də götürdüyünü sonuncunun üzünə demişdir (cild 2, iş vərəqə 55-65). Cinayət işinin materiallarında olan “baxış keçirilməsi haqqında” 10 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, 1 ədəd diskdə 46 ədəd audiosəs yazısı olan AUD- 20220925-WA0010, AUD-20220925-WA0011, AUD-20220925-WA0012, AUD- 20220925- WA0013, AUD-20220925-WA0014, AUD-20220925-WA0015, AUD- 20220925-WA0016, AUD-20220925-WA0017, AUD-20220925-WA0018, AUD- 20220925-WA0019 adlı eyni nömrəli təkrarlanmış şəkildə olan fayllarda Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 göndərdiyi səs yazıları, AUD-20220925- WA0020, AUD-20220925-WA0021, AUD- 20220925-WA0022, AUD-20220925- WA0023, AUD-20220925-WA0024, AUD-20220925- WA0025, AUD-20220925- WA0026, AUD-20220925-WA0027, AUD-20220925-WA0028, AUD-20220925- WA0029, AUD-20220925-WA0030, AUD-20220925-WA0031 adlı eyni nömrəli təkrarlanmış şəkildə olan fayllarda Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 göndərdiyi səs yazıları mövcuddur.1.AUD-2O22O925-WA0010, AUD-20220925-WA0011, AUD-20220925- WA0012, AUD-20220925-WA0013, AUD-20220925-WA0014, AUD- 20220925- WA0015, AUD-20220925-WA0016, AUD-20220925-WA0017, AUD-20220925- WA0018, AUD-20220925-WA0019 adlı eyni nömrəli təkrarlanmış şəkildə olan fayllara daxil olduqda Təqsirləndirilən şəxs1 Kazım adlı şəxsə səs göndərməsi müəyyən edilmişdir. Həmin fayllarda Təqsirləndirilən şəxs1 Kazım adlı şəxsə Prezident aparatında və FHN-də işləyən adını çəkmədiyi tanışlarından onun işə qəbul olunması ilə bağlı xahişlər etdiyini deyərək onun Fövqəladə Hallar Nazirliyinin Yanğından mühafizə xidmətinin Sabirabad rayon şöbəsinə xidmətə qəbul etdirəcəyinə, eləcə də Kazım adlı şəxsin Ali təhsil alması zərurəti yarandığından onun FHN-nin Akademiyasına və ya İdman akademiyasına topladığı bala uyğun olaraq qəbul edilməsinə köməklik edəcəyinə dair vədlər verməsi, daha sonra bir neçə gün vaxt verməyini xahiş edərək təxminən iyun-iyul ayları ərzində işə qəbul etdirəcəyini, əks halda ondan aldığı məbləği geri qaytaracağına dair söz verməsi müəyyən olunur. 2.AUD-20220925-WA0020, AUD-20220925-WA0021, AUD-20220925- WA0022, AUD-20220925-WA0023, AUD-20220925-WA0024, AUD- 20220925- WA0025, AUD-20220925-WA0026, AUD-20220925-WA0027, AUD-20220925- WA0028, AUD-20220925-WA0029, AUD-20220925-WA0030, AUD-20220925- WA0031 adlı eyni nömrəli təkrarlanmış şəkildə olan fayllara daxil olduqda Təqsirləndirilən şəxs1 Zakir adlı şəxsə səs göndərməsi müəyyən edilmişdir. AUD- 20220925-WA0020 adlı fayldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 Zakir adlı şəxsə Xəyal adlı şəxsin işə bərpa olunması ilə bağlı adını çəkmədiyi vəzifəli şəxsdən xahiş etməsi, onunla görüşə gedəcəyini bildirdiyi üçün deyilmiş məbləğin yarısını heç olmasa ona çatdırması, işə düzələnin anasının və yoldaşının xəstə olması, Sabirabad rayonunda yaşaması ilə bağlı yaşayış yerindən arayış almasını deyərək, günahsız yerə işdən kənarlaşdırıldığı üçün çalışıb onu mütəxəssis vəzifəsinə bərpa etdirəcəyinə dair vədlər verir. AUD-20220925- WA0021 adlı faylda Təqsirləndirilən şəxs1 Zakir adlı şəxsə əsas hədəfdə Nicatın işidir vəssalam sözünü deyir, AUD-20220925-WA0022 adlı faylda Təqsirləndirilən şəxs1 Zakir qardaş o adam haqqında mənə məlumat ver sözlərini dedikdən sonra İlqarla nəsə şərikli eviniz var deyə bir neçə gün İlqarı yanında saxlamağı ondan xahiş edir, AUD- 20220925- WA0023 adlı faylda Zakir qardaş danışmışam, xahiş eləmişəm, məsələ həll olunur, işin həlli üçün heç olmasa bir 1.500 manat al ki, hərəmizə bir 100 manat çörək pulu qalsın, məndə heç olmasa bir 1.000 manat aparam verim ki, iş həllini tapsın, AUD-20220925- WA0024 adlı faylda narahat olma Aydura deyəcəm Zakir mənə 900 manat verib, üstünə də özümnən 100 manat qoyub verməliyəm kiməsə ki, iş hazır olsun, inşallah iş həll olunsun biz ordan xeyir götürəciyik, 5.000 manat da yaxşıdı, AUD-20220925-WA0025 adlı faylda Zakir müəllim götürdüm, hələ üstünə də özümnən 100 manat qoyacam ki, orda olan adam bizim xeyrimizə işi həll edib adını siyahıya salsın, Varizin işini də həll edəcəm, rayona gəlib hərbi komissarlıqdan arayış alınmalıdı, özüm gəlib alacam, AUD-20220925- WA0026 adlı faylda sənnən xahiş edirəm əlavə heçnə yazma, səsini burda saxlayacağam biləcək ki, sən mənə 1.300 manat göndərmisən, həmin puldan bir 50 manatını Aynurəyə verəcəm, o sənlik deyil mənim payımnandı, qalanıda bir 300 manatı aparıb komissiyaya verəcəm razılaşdırılmışdır, AUD-20220925-WA0027 adlı faylda Nicat Bakıda qalmalıdı, martın 25-26-sı nazir onu qəbul edəcəkdir, bir 90% razılaşdırılıb şükür, Allaha yalvaracam ki, bu işdə sıxılmayım, sınmayım, çətin işdir amma düzələcəkdir, amma heç olmasa bir 8 kq artmalıdır, fiziki cəhəddən sağlamlığına fikir verməlidi, Nicat Bakıda qalmaq istiyir, dedim qardaş biz Bakı danışmamışdıq, amma çox xahiş edirəm Zakir bu söhbət aramızda qalsın, dedim amma sorasına baxarıq, bir iki il rayonda xidmət eliyərsən sonra Bakıya gətizdirərəm, çünki özün bilirsənki Bakının qiyməti başqadı, özüm onun yeməyinə kimi nəzarət edəcəm, aramızda qalsın İlqarın olduğu evi onunla danışdım ondan aldım, sənnən çox kəskin narazıdı Aynurə, dedim o, söhbəti bağla aramızda xətir hörmət olub, arada bir qonaq kimi gəlib gedəcək, qadın şəri çox pis olur, AUD-20220925-WA0028 adlı faylda yaxşı birazdan kartı göndərəcəm, AUD-20220925-WA0029 adlı faylda Zakir müəllim gəlib getmək lazım deyil, həmin adam barədə ətraflı məlumat vermək lazımdır, anket forması tam doldurulmalıdı, orda mən tanış var onnan xahiş etmişəm o, köməklik göstərəcək sənədləri qaydasına salacaq, rayondan gəlməyə ehtiyac olmayacaq, AUD-20220925- WA0030 adlı faylda bir də səndən xahiş edirəm gələcəksən da şəhərə onu bir gün apar saxla bir yerdə, onu mənnən uzaqlaşdır, bütün günü bunun yanında oluram, əziyyət çekirəm, işliyə bilmirəm, AUD-20220925-WA0030 adlı faylda hərdən fikirləşirəm ki, mən bunu zərbə altında qoydum, mənimdə səhvim var, saf adamdı, amma bədbəxt adamdı, indi əl çəkmir mənnən də, ona deyə bilmirəm axı belə deyil belədi məzmununda danışıqların aparılması müəyyən olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs2 təqdim etdiyi "eManat” terminalına məxsus iki ədəd qəbzlərin fotoşəkilləri A4 formatda olan vərəqin üzərinə həkk olunmuşdur, hər iki qəbzin üzərində Modenis MMC VÖEN№ ********** yazıları qeyd edilmiş, 1-ci qəbzin nömrəsi 21410, Terminal nömrəsi 824, Terminal ünvanı-Sabirabad, H.Əliyev pr. Sərfəli market, tarix xx.xx.2022 18:17:42, Kapitalbank ASC hesaba mədaxil, daxil edildi 900 AZN, ödənildi 900 AZN, Müştərinin adı soyadı A*****S*****S***** hesabı valyuta AZN, Hesab nömrəsi ********************, Kapital Bankla ********************, Kart nömrəsi 676867******9674, əməliyyat nömrəsi **********, Xahiş edirik məbləğ hesaba köçürülənədək qəbzi özünüzdə saxlayın, eManat müştəri xidmətləri Tel:012404-48-88, Email Elektron ünvan , Terminal ünvanı Bakı, Nərimanov rn,Albert Aqarunov küç.7A. 2-ci qəbzin nömrəsi 20844, Terminal nömrəsi 824, Terminal ünvanı- Sabirabad, H.Əliyev pr. Sərfəli market, tarix xx.xx.2022 18:07:48, Kapitalbank ASC hesaba mədaxil, daxil edildi 1300AZN, ödənildi 1300AZN, Müştərinin adı soyadı A*****S*****S*****hesabı valyuta AZN, Hesab nömrəsi ********************, Kapitalbankla ********************, Kart nömrəsi 676867******9674, əməliyyat nömrəsi **********, Xahiş edirik məbləğ hesaba köçürülənədək qəbzi özünüzdə saxlayın, eManat müştəri xidmətləri Tel;012404-48-88, Email Elektron ünvan , Terminal ünvanı Bakı, Nərimanov rn, Albert Aqarunov küç.7A. sözləri yazılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs2 təqdim etdiyi qəbzlərdən müəyyən olunmuşdur ki, sonuncu ümumilikdə 2.200 manat pul vəsaitini “eManat” terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs1 "xxxx" ASC-yə məxsus bank kartına köçürmüşdür (cild 1, iş vərəqi 15-17 və 161-163). Cinayət işinin materiallarında olan “CD diskə baxış keçirilməsi haqqında” 18 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, 676867******9674 nömrəli hesab kartından xx.xx.2022-ci il tarixdə saat 20:48:38 və 20:49:24-də 900 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 tərəfindən məxaric olunmuşdur. Bundan başqa “Kapital Bank" ASCdən daxil olmuş və Təqsirləndirilən şəxs1 tərəfindən təqdim olunmuş 676867******9674 nömrəli hesab kartından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 adma olan həmin hesab kartına xx.xx.2022-ci il tarixdə saat 18:09-da 1.300 manat və xx.xx.2022-ci il tarixdə 500 manat pul vəsaiti köçürülmüş və həmin tarixdə də məxaric edilmişdir (cild 2, iş vərəqə 2-8, cild 1, iş vərəqi 15-17 və 233-248). Cinayət işinin materiallarında olan “kompakt diskə baxış keçirilməsi haqqında” 21 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadə etdiyi ***-***- **-** mobil nömrə ilə, Təqsirləndirilən şəxs2 istifadə etdiyi ***-***-**-**, Zərərçəkmiş şəxs3 istifadə etdiyi ***-***-**-**, Zərərçəkmiş şəxs1 istifadəsində etdiyi ***-***-**-**, X6 istifadə etdiyi ***-***-**-**, X1 istifadə etdiyi ***-***-**-**, X7 istifadə etdiyi ***-***-**-** mobil nömrələr arasında 2021-ci ilin aprel-dekabr ayları, 2022-ci ilin yanvar-aprel ayları ərzində çoxsaylı telefon danışıqları qeydə alınmışdır (cild 1, iş vərəqi 127). Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs1 oğlunun təqdim etdiyi xx.xx.2022-ci il tarixli 22/22 nömrəli “Socar”-ın Prezidentinə ünvanladığı məktubdan görünür ki, əvvəllər "xxxx" MMC-də işləmiş Zərərçəkmiş şəxs2 işə bərpa edilməsində köməklik göstərilməsi ilə bağlı müraciət ünvanlanmışdır (cild 2, iş vərəqi 39). Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs1 təqdim etdiyi Azərbaycan Respublikası “X10" İctimai Birliyinin xx.xx.2022-ci il tarixli 38/22 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs1 Dövlət başçısı tərəfindən müxtəlif medallarla təltif edilməsi, xx.xx.2022-ci il tarixdə 20 yaşının tamam olması, həmin tarixdə Dünya Azərbaycanlılarının Soyqırımı günü olduğu üçün, həmin tarixdə Sabirabad rayon İcra Hakimiyyəti və “X10” İctimai Birliyinin birgə təşkilatçılığı ilə anma mərasiminin keçirilməsi və tədbirin sonunda İİ Vətən müharibəsi qəhrəmanlarından olan Zərərçəkmiş şəxs1 mükafatlandırılması ilə bağlı Sabirabad rayon İcra Hakimiyyətinə müraciət ünvanlanmışdır (cild 2, iş vərəqi 40). Cinayət işinin materiallarında olan “X12 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialından daxil olmuş xx.xx.2022-ci il tarixli 666/11№-li məktubdan və ona əlavələrdən görünür ki, Zərərçəkmiş şəxs2 Şahvələd oğlu xx.xx.2009-cu ildən xx.xx.2019-cu il tarixədək “X12 LTD” Şirkətində qazmaçı köməkçisi vəzifəsində işləmiş və öz xahişi ilə işdən azad edilmişdir (cild 1, iş vərəqə 199-218). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsindən daxil olmuş məlumatdan görünür ki, Sabirabad rayon sakini Şahid1 Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli sərəncamına əsasən elan edilmiş qismən səfərbərliklə bağlı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hərbi xidmət keçmişdir (cild 1, iş vərəqə 220). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 05/8080-11 №-li məktubundan və ona əlavə olunmuş xx.xx.2007-ci il tarixli “Şəhadətnamə”-dən görünür ki, “X10” İctimai Birliyi 1107-Q19-2444 nömrə ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində Hüquqi Şəxsin Dövlət Qeydiyyatından keçmiş, xx.xx.2021-ci il tarixli 05/8876-14№-li Azərbaycan Respublikasının Ədliyyə Nazirliyin Qeyri- Kommersiya Qurumlarının dövlət reyestrindən çıxarışından görünür ki, “X10” İctimai Birliyin qanuni təmsilçisi olmaqla yanaşı Birliyin sədri Təqsirləndirilən şəxs1dur, hüquqi ünvanı ünvan 10 iş vərəqə 265-274). Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 21 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 araşdırmaya təqdim etdiyi Təqsirləndirilən şəxs1 “WhatsApp” tətbiqi vasitəsi ilə ona göndərdiyi səsli mesajlar olan 1 ədəd CD disk və Təqsirləndirilən şəxs1 bank kartına “eManat” terminalı vasitəsi ilə pul göndərməsi barədə 2 ədəd qəbz, “Kapital Bank" ASC- dən daxil olmuş və Təqsirləndirilən şəxs1 tərəfindən təqdim olunmuş 676867******9674 nömrəli hesab kartından edilmiş çıxarışlar və aparılmış məxaric əməliyyatları üzrə bankomat görüntüləri olan 1 ədəd CD disk, "xxxx" MMC-dən göndərilmiş 1 ədəd CD disk, Təqsirləndirilən şəxs1 təqdim etdiyi xx.xx.2022-ci il tarixli 22/22 nömrəli “Socar”-ın Prezidentinə ünvanladığı əvvəllər "xxxx" MMC-də işləmiş Zərərçəkmiş şəxs2 işə bərpa edilməsində köməklik göstərilməsi ilə bağlı və Təqsirləndirilən şəxs1 təqdim etdiyi Azərbaycan Respublikası “X10” İctimai Birliyinin xx.xx.2022-ci il tarixli 38/22 nömrəli Zərərçəkmiş şəxs1 Dövlət başçısı tərəfindən müxtəlif medallarla təltif edilməsi, xx.xx.2022-ci il tarixdə 20 yaşının tamam olması, həmin tarixdə Dünya Azərbaycanlılarının Soyqırımı günü olduğu üçün, həmin tarixdə Sabirabad rayon İcra Hakimiyyəti və “X10” İctimai Birliyinin birgə təşkilatçılığı ilə anma mərasiminin keçirilməsi və tədbirin sonunda İİ Vətən müharibəsi qəhrəmanlarından olan Zərərçəkmiş şəxs1 mükafatlandırılması ilə bağlı Sabirabad rayon İcra Hakimiyyətinə məktub maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 2, iş vərəqi 126-172). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 140). Cinayət işinin materiallarında olan 21 dekabr 2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (cild 2, iş vərəqi 125). Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs3 təqdim etdiyi ərizədən görünür ki, hazırda Təqsirləndirilən şəxs2 ilə barışmış, ona dəymiş zərər tam şəkildə ödənilmişdir (cild 3). Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayəti və tələbi yoxdur (cild 2, iş vərəqi 76). Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs2 Şahvələd oğlunun təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayəti və tələbi yoxdur (cild 2, iş vərəqi 103). Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs4 xx.xx.2022-ci il tarixli teleqramından görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənildiyindən ona qarşı heç bir şikayəti və tələbi yoxdur (cild 1, iş vərəqi 230). Cinayət işinin materiallarında olan Şahid1 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, onun Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayəti və tələbi yoxdur (cild 2, iş vərəqi 15). Cinayət işinin materiallarında olan 22 dekabr 2022-ci il tarixli “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 2, iş vərəqi 205- 206). Cinayət işinin materiallarında olan 22 dekabr 2022-ci il tarixli “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 2, iş vərəqi 245- 246). Cinayət işinin materiallarında olan “AZEMIS” Elektron Məhkəmə İnformasiya Sistemindən götürülmüş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2020-ci il təvəllüdlü Yusif Məmmədzadə adlı bir azyaşlı uşağı vardır (cild 3). Məhkəmə çıxışları zaman dövlət ittihamçısı Kəngərli X8 cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının (4 iyun 2023-cü il tarixli dəyişiklik nəzərə alınmaqla) 36cı bəndinə istinad edərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə verilmiş ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina edərək həmin maddələr üzrə cinayət təqibinə xitam verilməsini, o cümlədən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.1, 29,178.2.2, 29,178.2.3 və 29,178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə əhatə edildiyindən tövsifedici əlamətin rəqəm ifadəsi olan 29,178.2.1, 29,178.2.2, 29,178.2.3 və 29,178.2.4cü maddələrinin Təqsirləndirilən şəxs1, 29,178.2.1, 29,178.2.2 və 29,178.2.4-cü maddələrinin isə Təqsirləndirilən şəxs2 ittihamından xaric edilməsini xahiş etmişdir. Məhkəmə, dövlət ittihamçısının çıxışını müzakirə edib nəticəyə gəlir ki, onun çıxışı əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının (4 iyun 2023-cü il tarixli dəyişiklik nəzərə alınmaqla) 36-cı bəndində göstərilmişdir ki, dələduzluq cinayətlərinə dair işlərə baxarkən məhkəmələrin diqqəti bu əməllərin vəzifəli şəxslər, habelə rüşvətxorluqda vasitəçilik etmə adı ilə dələduzluq etmiş (“rüşvətxorluqda yalançı vasitəçi” - “psevdorüşvətçi”) şəxslər tərəfindən törədilməsi ilə bağlı olan aşağıdakı məsələlərə cəlb edilsin. Dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərərçəkmiş şəxs bir qayda olaraq qısa və ya uzun müddətdən sonra əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən buna nail ola bilmir. Rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər onları vermiş şəxsin subyektiv qiymətləndirilməsində artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasına yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətlərin (hərəkətsizliyin) edilməsini gözləyir. Özgənin əmlakını ələ keçirmək məqsədi ilə vəzifəli şəxs öz qulluq mövqeyinə görə onun səlahiyyətlərinə aid olmayan hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsini vəd edib aldadaraq və ya etibardan sui-istifadə edərək pul, qiymətli kağızlar və ya sair maddi nemətlər aldıqda təqsirkarın əməli dələduzluq kimi qiymətləndirilməlidir. Şəxs heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq, yəni aldatmaqla və ya etibardan sui-istifadə etməklə ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Vəzifəli şəxsə rüşvət vermək barədə təşəbbüsü bu yolla özgə əmlakını ələ keçirmək məqsədini həyata keçirən şəxsin özü irəli sürdükdə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 2023-cü il 17 aprel tarixli Qərardadında (bu Qərar və Qərardad birlikdə götürülməklə, onların təsviri-əsaslandırıcı hissələrində) ifadə olunmuş hüquqi mövqelərə əsasən təqsirkarın əməli Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin dispozisiyası ilə əhatə olunduğundan və burada rüşvət verməyə təhrik etmə cinayətinin (Cinayət Məcəlləsinin 32.4, 312-ci maddələri) tərkibinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlər mövcud olmadığından əməl qeyd edilən cinayətlərin ideal məcmusu kimi deyil, yalnız Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə dələduzluq cinayəti kimi tövsif olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 iyul tarixli Qərarının təsviri əsaslandırıcı hissəsində isə qeyd olunmuşdur ki, psevdorüşvətçiyə “rüşvət” şəklində pul və sair nemətlər verilməsi halında rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vəsitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib”. Konstitusiya Məhkəməsinin Palatası da məhz bu yanaşmadan çıxış edərək və bununla da həmin yanaşmanı müdafiə etdiyini bir daha nümayiş etdirərək 2023-cü il 17 aprel tarixli Qərardadında qeyd etmişdir ki, “yalançı vasitəçilik zamanı şəxs öz vasitəçilik xidmətini vəd edib rüşvət verəndən guya vəzifəli şəxsə ötürmək üçün rüşvət şəklində pul və sair maddi nemətlər alır, lakin faktiki olaraq alınanları mənimsəyərək dələduzluq əməlini törətmiş olur. Müvafiq olaraq bu halda rüşvət vermə cinayət əməlinin obyekti olan dövlət qulluğunun mənafeyi və s. ilə bağlı ictimai münasibətlər deyil, mülkiyyət hüquq münasibətləri təhlükə altına alınır”. Şərh edilmiş bütün bu hallarda təqsirkara rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməli rüşvət verməyə cəhd kimi Cinayət Məcəlləsinin 29,312-ci maddələri ilə tövsif edilir, Cinayət Məcəlləsinin 312-ci maddəsinin Qeydində nəzərdə tutulmuş hallar müəyyən edilmədikdə həmin şəxslərin də cinayət məsuliyyətinə cəlb edilmələri məsələsi qanuna müvafiq qaydada həll edilir. Bu xarakterli işlər üzrə zərərçəkmiş şəxs qismində tanınma, cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi və yaxud ələ keçirilmiş əmlakın xüsusi müsadirəsi kimi məsələlər həll olunarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarı rəhbər tutulmalıdır. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarına əsasən “Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipi baxımından rüşvət verən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-ci maddəsinin Qeyd hissəsinə uyğun olaraq rüşvət vermə haqqında müvafiq dövlət orqanına könüllü məlumat verdiyinə görə cinayət məsuliyyətindən azad edildiyindən barəsində törədilmiş dələduzluq cinayət işi üzrə onun zərərçəkmiş qismində tanınması mümkün hesab edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu barəsində dələduzluq cinayəti törədilmiş şəxs cinayət prosesində zərərçəkmiş şəxs qismində tanındığı halda, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsini mümkün saydığından və bunu həmin maddədə göstərilən hallarla, o cümlədən dəymiş ziyanın tamamilə ödənilməsi ilə şərtləndirdiyindən ziyanın zərərçəkmiş şəxsə ödənilməsi ilə əlaqədar artıq dələduzluq əməli nəticəsində ələ keçirilmiş əmlak və yaxud onun dəyərinə barəbər təqsirləndirilən şəxsə məxsus digər əmlak xüsusi müsadirə edilə bilməz. Hər hansı xidmət göstərmək, güzəşt etmək və müstəsna olaraq yalnız vəzifəli şəxslərə aid olan digər səlahiyyətləri həyata keçirmək hüququ olmayan şəxs tərəfindən zərərçəkmiş şəxsə onun xeyrinə hər hansı hərəkətin edilməsində köməklik göstərəcəyini vəd edərək vəzifəli şəxsə vermək adı ilə deyil, özü üçün hər hansı əmlakın və ya əmlaka olan hüququn verilməsini istəyib aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə həmin əmlakın (əmlaka olan hüququn) ələ keçirilməsi də yalnız dələduzluq kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısı qanunun tələblərini və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanan öz daxili inamını rəhbər tutur. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsə elan edilmiş ittiham məhkəmə baxışı zamanı təsdiq edilmədikdə, o, həmin ittihamdan imtina etməyə haqlıdır. Məhkəmə baxışı zamanı dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən imtina etdikləri halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə bu Məcəllənin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 318.1-ci madəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxslərə verilmiş ittihamlardan görünür ki, onların Zərərçəkmiş şəxs3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Laçın və ya Ağcabədi rayon Polis şöbələrindən birinə polis nəfəri kimi xidmətə qəbul edilməsində köməklik göstərilməsi ilə bağlı, Şahid1 2-ci Qarabağ müharibəsində iştirak etdiyi üçün “Müharibə veteranı” adının verilməsində köməklik göstərilməsi ilə əlaqədar, Zərərçəkmiş şəxs2 Şahvələd oğluna “X12 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialına işə bərpa olunmasında köməklik göstərilməsi ilə bağlı, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sabirabad rayon Yanğından mühafizə hissəsinə yanğınsöndürən vəzifəsinə işə düzəlməsində köməklik göstərilməsi ilə əlaqədar və zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs4 mərhum oğlu X3 «şəhid» statusunun verilməsində köməklik göstərilməsi ilə bağlı heç bir səlahiyyətləri olmamış, təqsirləndirilən şəxslər qeyd edilən formada zərərçəkmiş şəxslərə və şahidə yalan vədlər verib aldatmaqla və etibardan sui-istifadə etməklə onların pullarını ələ keçirmişlər. Belə olan halda təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxslərə qarşı törətdikləri əməllər yalnız dələduzluq kimi qiymətləndirilməli, qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi hərəkətlərə görə birbaşa yolla özləri vasitəsilə maddi nemətin rüşvət qismində verilməsinə qeyrilərini təkrarən təhrik etmə cinayətini nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilməlidir. Məhkəmə, dövlət ittihamçısının çıxışının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.1, 29,178.2.2, 29,178.2.3 və 29,178.2.4-cü maddələrinin Təqsirləndirilən şəxs1, 29,178.2.1, 29,178.2.2 və 29,178.2.4-cü maddələrinin isə Təqsirləndirilən şəxs2 ittihamından xaric edilməsi hissəsi ilə əlaqədar aşağıdakı məsələləri qeyd etməyi zəruri hesab edir. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 iyun 2015-ci il tarixli qərarın 33-cü bəndinə əsasən şəxsin niyyəti xeyli və ya külli miqdarda əmlakın ələ keçirilməsinə yönəldikdə, lakin iradəsindən asılı olmayaraq o, həmin miqdarda əmlakı əldə edə bilmədikdə onun əməli ələ keçirilmiş əmlakın dəyərindən asılı olmayaraq işin hallarına görə xeyli və ya külli miqdarda ziyan vurmaqla dələduzluğa cəhd etmə kimi qiymətləndirilir. Bununla belə xeyli və ya külli miqdarda əmlakı ələ keçirmək niyyətində olan şəxs istədiyi miqdarda yox, bundan az, lakin yenə də xeyli və ya külli miqdar təşkil edən əmlakı ələ keçirdikdə təqsirkarın əməli başa çatmış cinayət kimi Cinayət Məcəlləsinin 178.2.4-cü və ya 178.3.2-ci maddəsi ilə tövsif edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 38-ci bəndində də təsbit edilmişdir ki, irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Məhkəmə qeyd edilənləri məcmu halda müzakirə edərək nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.1, 29,178.2.2, 29,178.2.3 və 29,178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə əhatə edildiyindən tövsifedici əlamətin rəqəm ifadəsi olan 29,178.2.1, 29,178.2.2, 29,178.2.3 və 29,178.2.4-cü maddələri Təqsirləndirilən şəxs1, 29,178.2.1, 29,178.2.2 və 29,178.2.4-cü maddələri isə Təqsirləndirilən şəxs2 ittihamından xaric edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilməlidir. Onlar həmin cinayət əməlini törətməkdə təqsirlidir, onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin maddələrlə təqsirli bilinərək onlara qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumların islah edilməsi və təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, himayəsində bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edib, nəticəyə gəlir ki, onlara təqsirləndirildikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlığın məhdudlaşdırılması cəzaları təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirləri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri ilə əvəz edilməli, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdikləri dövrdə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidirlər. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxslərə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Təqsirləndirilən şəxs2 araşdırmaya təqdim etdiyi Təqsirləndirilən şəxs1 “Whatsapp” tətbiqi vasitəsi ilə ona göndərdiyi səsli mesajlar olan 1 ədəd CD disk və Təqsirləndirilən şəxs1 bank kartına “eManat” terminalı vasitəsi ilə pul göndərməsi barədə 2 ədəd qəbz, "xxxx" ASC-dən daxil olmuş və Təqsirləndirilən şəxs1 tərəfindən təqdim olunmuş 676867******9674 nömrəli hesab kartından edilmiş çıxarışlar və aparılmış məxaric əməliyyatları üzrə bankomat görüntüləri olan 1 ədəd CD disk, "xxxx" MMC-dən göndərilmiş 1 ədəd CD disk, Təqsirləndirilən şəxs1 təqdim etdiyi xx.xx.2022-ci il tarixli 22/22 nömrəli “Socar”-ın Prezidentinə ünvanladığı əvvəllər "xxxx" MMC-də işləmiş Zərərçəkmiş şəxs2 işə bərpa edilməsində köməklik göstərilməsi ilə bağlı və Təqsirləndirilən şəxs1 təqdim etdiyi Azərbaycan Respublikası “X10” İctimai Birliyinin xx.xx.2022-ci il tarixli 38/22 nömrəli Zərərçəkmiş şəxs1 Dövlət başçısı tərəfindən müxtəlif medallarla təltif edilməsi, xx.xx.2022-ci il tarixdə 20 yaşının tamam olması, həmin tarixdə Dünya Azərbaycanlılarının Soyqırımı günü olduğu üçün, həmin tarixdə Sabirabad rayon İcra Hakimiyyəti və “X10” İctimai Birliyinin birgə təşkilatçılığı ilə anma mərasiminin keçirilməsi və tədbirin sonunda İİ Vətən müharibəsi qəhrəmanlarından olan Zərərçəkmiş şəxs1 mükafatlandırılması ilə bağlı Sabirabad rayon İcra Hakimiyyətinə məktub cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə irəli sürülmüş ittihamla bağlı dövlət ittihamçısı ittihamdan imtina etdiyindən həmin maddə üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı ünvanı gecə saat 23:00-dan səhər saat 6:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə irəli sürülmüş ittihamla bağlı dövlət ittihamçısı ittihamdan imtina etdiyindən həmin maddə üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı ünvanı gecə saat 23:00-dan səhər saat 6:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Sabirabad rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: -Təqsirləndirilən şəxs2 araşdırmaya təqdim etdiyi Təqsirləndirilən şəxs1 “Whatsapp” tətbiqi vasitəsi ilə ona göndərdiyi səsli mesajlar olan 1 ədəd CD disk və Təqsirləndirilən şəxs1 bank kartına “eManat” terminalı vasitəsi ilə pul göndərməsi barədə 2 ədəd qəbz, “Kapital Bank" ASC-dən daxil olmuş və Təqsirləndirilən şəxs1 tərəfindən təqdim olunmuş 676867******9674 nömrəli hesab kartından edilmiş çıxarışlar və aparılmış məxaric əməliyyatları üzrə bankomat görüntüləri olan 1 ədəd CD disk, "xxxx" MMC-dən göndərilmiş 1 ədəd CD disk, Təqsirləndirilən şəxs1 təqdim etdiyi xx.xx.2022-ci il tarixli 22/22 nömrəli “Socar”-ın Prezidentinə ünvanladığı əvvəllər "xxxx" MMC-də işləmiş Zərərçəkmiş şəxs2 işə bərpa edilməsində köməklik göstərilməsi ilə bağlı və Təqsirləndirilən şəxs1 təqdim etdiyi Azərbaycan Respublikası “X10” İctimai Birliyinin xx.xx.2022-ci il tarixli 38/22 nömrəli Zərərçəkmiş şəxs1 Dövlət başçısı tərəfindən müxtəlif medallarla təltif edilməsi, xx.xx.2022-ci il tarixdə 20 yaşının tamam olması, həmin tarixdə Dünya Azərbaycanlılarının Soyqırımı günü olduğu üçün, həmin tarixdə Sabirabad rayon İcra Hakimiyyəti və “X10” İctimai Birliyinin birgə təşkilatçılığı ilə anma mərasiminin keçirilməsi və tədbirin sonunda İİ Vətən müharibəsi qəhrəmanlarından olan Zərərçəkmiş şəxs1 mükafatlandırılması ilə bağlı Sabirabad rayon İcra Hakimiyyətinə məktub cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Səbuhi Hüseynov

Hakimlər: Cavid Hüseynov

Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar