Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-570/2020 17.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, zərərçəkmiş hüquqi şəxs “X15” MMC-nin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Allahmanov Şöhrət Nəbi oğlunun iştirakları ilə, xx xxxxxx 1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 14 mənzil 16-da qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 310, 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs, «X15» MMC-nin direktorunun xx.xx.2018-ci il tarixli, HR/A/01 saylı əmri ilə Təchizat və Logistika üzrə menecer müavini vəzifəsinə təyin edilsə də, xx.xx.2019-cu il tarixli, HR/T/01 saylı əmrlə 0176/HR/C/2011 saylı əmək müqaviləsinə xitam verilməsinə baxmayaraq aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs1 özbaşına özünü «X15» MMC-nin Təchizat və Logistika üzrə menecer müavini kimi təqdim edib vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməklə Zərərçəkmiş şəxs1 bilə-bilə yalan məlumat verib «X15» MMCnin Azərbaycan Respublikası ərazisində işlər gördüyünü və xidmətlər göstərdiyini, yəni həmin şirkətin dövriyyə vəsaitlərinin artırılması adı ilə işlərə yatırılmış vəsaitdən gəlir verəcəyini yalandan vəd edib aldadaraq, Zərərçəkmiş şəxs1 özünə inam yaradıb əmlakını ələ keçirmək məqsədilə 2019-cu ilin aprel ayının istintaqla müəyyən edilməyən günündə və şəraitdə 9300 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 15810 manat) pul vəsaitini sonuncunun yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi, 20 saylı binanın yaxınlığında alaraq bir neçə gün sonra qazanc adı ilə 1120 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 1904 manat) pulu “xxxxxxxxx” ASC-in Bakı şəhəri, Nobel prospekti, 25 saylı ünvanda yerləşən “Ağ şəhər” filialının qarşısında verib özünə qəti inam yaratdıqdan sonra, aralarında olan inamı artırmaq, bu yolla Zərərçəkmiş şəxs1 məxsus daha çox əmlakı vahid niyyətlə ələ keçirmək məqsədilə özü tərəfindən istintaqla müəyyən edilməyən şəraitdə və gündə qanunsuz yolla saxtalaşdırmaqla hazırladığı əvvəllər işlədiyi X15 MMC tərəfindən guya “X2” MMC-nin hesabına xx.xx.2019-cu il tarixdə 368.542.60 manat məbləğində pulun köçürülməsi görüntüsünü yaradan saxta imza və müxtəlif kompüter proqramlarından və qurğulardan istifadə etməklə surəti köçürülmüş möhürlə təsdiq edilmiş rəsmi sənəd, ödəniş tapşırığının surətini çıxararaq həmin kserosurətdən istifadə edib Zərərçəkmiş şəxs1 təqdim edib özünə qarşı inamı formalaşdırmış, bundan sonra öz cinayətkar niyyətini davam etdirməklə, yəni özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq vahid niyyətlə aldatma və etibardan sui-istifadə etmək yolu ilə öz mülkiyyətinə keçirmək məqsədilə 2019-cu ilin may ayı ərzində istintaqla müəyyən edilməyən günlərdə və şəraitdə 9400 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 15980 manat), 14200 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 24140 manat), 25000 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 42500 manat), 18800 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 31960 manat), 5000 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 8500 manat), ümumilikdə 72400 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 123080 manat) pulu yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi, 20 saylı binanın yaxınlığında alaraq hər dəfə pulu verdikdən sonra arasında təxminən bir həftə fasilə ilə qazanc adı ilə 1500 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 2550 manat), 2300 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 3910 manat), 4000 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 6800 manat), 2200 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 3740 manat), 1000 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 1700 manat), ümumilikdə 11000 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 18700 manat) pulu “xxxxxxxxx”ASC-nin Bakı şəhəri, Nobel prospekti, 25 saylı ünvanda yerləşən “Ağ şəhər” filialının qarşısında verməklə, xx.xx.2019-cu il tarixdə eyni niyyətlə və cinayətkar əməlinin davamı olaraq 18000 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 30600 manat) pulu Zərərçəkmiş şəxs1 sonuncunun yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi, 20 saylı binanın yaxınlığında alaraq xx.xx.2019-cu il tarixdə qazanc adı ilə 3000 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 5100 manat) pulu “xxxxxxxxx”ASC-nin Bakı şəhəri, Nobel prospekti, 25 saylı ünvanda yerləşən “Ağ şəhər” filialının qarşısında verməklə, xx.xx.2019-cu il tarixdə eyni niyyətlə 15000 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 25500 manat) pulu Zərərçəkmiş şəxs1 sonuncunun yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi, 20 saylı binanın yaxınlığında alaraq xx.xx.2019-cu il tarixdə qazanc adı ilə 2000 ABŞ dolları(həmin dövrün məzənnəsi ilə 3400 manat) pulu “xxxxxxxxx”ASC-nin Bakı şəhəri, Nobel prospekti, 25 saylı ünvanda yerləşən “Ağ şəhər” filialının qarşısında verməklə, xx.xx.2019-cu il tarixdə eyni niyyətlə 4800 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 8160 manat) pulu Zərərçəkmiş şəxs1 sonuncunun yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi, 20 saylı binanın yaxınlığında alaraq xx.xx.2019-cu il tarixdə qazanc adı ilə 1000 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 1700 manat) pulu “xxxxxxxxx” ASC-nin Bakı şəhəri, Nobel prospekti, 25 saylı ünvanda yerləşən “Ağ şəhər” filialının qarşısında verməklə, xx.xx.2019-cu il tarixdə eyni niyyətlə 21000 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 35700 manat) pulu Zərərçəkmiş şəxs1 sonuncunun yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi, 20 saylı binanın yaxınlığında alaraq xx.xx.2019-cu il tarixdə qazanc adı ilə 4500 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 7650 manat) pulu “xxxxxxxxx”ASC-nin Bakı şəhəri, Nobel prospekti, 25 saylı ünvanda yerləşən “Ağ şəhər” filialının qarşısında verməklə, xx.xx.2019-cu il tarixdə eyni niyyətlə 18000 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 30600 manat) pulu Zərərçəkmiş şəxs1 sonuncunun yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi, 20 saylı binanın yaxınlığında alaraq xx.xx.2019-cu il tarixdə qazanc adı ilə 4800 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 8160 manat) pulu “xxxxxxxxx”ASC-nin Bakı şəhəri, Nobel prospekti, 25 saylı ünvanda yerləşən “Ağ şəhər” filialının qarşısında verməklə, xx.xx.2019-cu il tarixdə eyni niyyətlə 5800 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 9860 manat) pulu Zərərçəkmiş şəxs1 sonuncunun yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi, 20 saylı binanın yaxınlığında alaraq xx.xx.2019-cu il tarixdə qazanc adı ilə 1200 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 2040 manat) pulu “xxxxxxxxx” ASC-nin Bakı şəhəri, Nobel prospekti, 25 saylı ünvanda yerləşən “Ağ şəhər” filialının qarşısında verməklə, xx.xx.2019-cu il tarixdə eyni niyyətlə 14000 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 23800 manat) pulu Zərərçəkmiş şəxs1 sonuncunun yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi, 20 saylı binanın yaxınlığında alaraq xx.xx.2019-cu il tarixdə qazanc adı ilə 2800 ABŞ dolları(həmin dövrün məzənnəsi ilə 4760 manat) pulu “xxxxxxxxx” ASC-nin Bakı şəhəri, Nobel prospekti, 25 saylı ünvanda yerləşən “Ağ şəhər” filialının qarşısında verməklə, sonuncu dəfə xx.xx.2019-cu il tarixdə eyni niyyətlə 10000 ABŞ dolları(həmin dövrün məzənnəsi ilə 17000 manat) pulu Zərərçəkmiş şəxs1 sonuncunun yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi, 20 saylı binanın yaxınlığında alaraq xx.xx.2019-cu il tarixdə qazanc adı ilə 1800 ABŞ dolları(həmin dövrün məzənnəsi ilə 3060 manat) pulu “xxxxxxxxx”ASC-nin Bakı şəhəri, Nobel prospekti, 25 saylı ünvanda yerləşən “Ağ şəhər” filialının qarşısında verərək ümumilikdə 2019-cu ilin aprel ayının istintaqla müəyyən edilməyən günündən 2019-cu ilin iyun ayının 25-i də daxil olmaqla həmin müddət ərzində 188.300 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 320.110 manat) məbləğində Zərərçəkmiş şəxs1 məxsus pul vəsaitini ələ keçirərək şəxsi ehtiyaclarına sərf etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə sonuncuya külli miqdarda ziyan vurmaqla əmlakını dələduzluq yolu ilə ələ keçirmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək tamah məqsədilə Zərərçəkmiş şəxs1 əmlak hüquqlarının və “X15” MMC-in qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, hüquq verən saxta rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırmaqla qanunsuz olaraq hazırlamışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, xx xxxxxx 2011ci il tarixdən X15 MMC-də müxtəlif vəzifələrdə, 2015-ci ildə həmin şirkətin Təchizat və logistika üzrə menecer vəzifəsində işləmiş, xx xxxxx 2019-cu il tarixdə işində yol verdiyi nöqsanlara görə işdən azad olunmuşdur. İşləmiş olduğu şirkətin əsas fəaliyyəti neft və qaz borularının üzərinə anti karroziya və beton örtükləmənin həyata keçirilməsindən ibarət olmuşdur. Şirkət 2003-cü ildən fəaliyyət göstərir, şirkətin əsas müştəriləri SOCAR və BP-dir. İşlədiyi dövrdə son vəzifəsi şirkətə layihənin tələblərinə uyğun olan avadanlıq və materiallarla digər təchizat şirkətləri vasitəsi ilə danışıqlar aparıb təmin etməkdən ibarət olmuşdur. Şirkətə hər hansı bir avadanlıq və ya material ehtiyac yaranardısa o bir sıra təchizat şirkətlərinə bu barədə elektron sorğular göndərmiş, həmin şirkətlər də qeyd olunan avadanlıq və ya material olardısa bu barədə qiymət təkliflərini göndərmişlər. 2019-cu ilin aprel ayından işdən azad olunduğu üçün maddi cəhətdən çətinlik çəkmiş, bu səbəbdən bir sıra şəxslərə o cümlədən işlə bağlı tanış olduğu Şahid4 borcu yaranmışdır. Belə ki, o, Şahid4 2018-ci ilin yay aylarında avtomaşın almaq üçün 19000 ABŞ dolları məbləğində borc pul almış, pulu almamışdan qabaq borcu 2-3 aya qaytaracağını vəd versə də sözünün üstündə durmamışdır. O Səfəri təxminən 6 ildir ki, tanıyır, aralarında yaxşı münasibət olmuş, sonuncu neft sektoruna müxtəlif növ mal-materialın təchiz edilməsi ilə bağlı fəaliyyət göstərən «FEM FEST» adlı şirkətin rəhbəridir. Şahid4 oğlu Fəridi atasının hesabına təxminən 1 il olar ki, tanımış, sonuncu ilə də aralarında normal münasibət olmuşdur. Fəridlə ilk dəfə 2019-cu ilin aprel ayının əvvəllərində görüşmüş, ona mesaj yazıb Əhmədli qəsəbəsində görüş təyin etmiş, Fərid onunla atasına olan borcuna görə görüşmüş və görüş zamanı borcunun nə vaxt qaytaracağı ilə maraqlanmış, o da cavabında çalışıb tez bir zaman ərzində borcunu qaytaracağını bildirmişdir. xx xxxxx 2019-cu il tarixdə işdən çıxandan sonra yenə də Fəridlə həmin ayda müxtəlif kafelərdə görüşüb yemək yemiş, işdən çıxandan sonra Fərid hardansa onun işdən çıxmasını eşitmişdir. Həmin ayda 3-4 mehriban görüşdən sonra elə həmin ayın axırlarında görüşlərin birində söhbət əsnasında onu Elbrus adlı şəxslə tanış edəcəyini, Elbrusun yaxşı maddi imkanı olan iş adamı olduğunu bildirərək ondan guya neft şirkətinə mal-material təchiz etmək adı ilə pul alıb sair məqsədlər üçün xərcləməyi təklif etmişdir. 2019-cu ilin aprel ayının sonlarında Elbrusla üçlükdə görüş zamanı onun işdən çıxdığını bilə-bilə Fərid onu guya "X15» MMC-nin Təchizat şöbəsinin meneceri kimi təqdim edərək müəyyən işlərin həlli üçün ona verəcəyi pulu dövriyyəyə buraxıb tez bir zaman ərzində əlavə gəlirlə ona qaytara biləcəyini inandırmış, Elbrus da onunla həmin mövzuda söhbət zamanı onun həqiqətən də təchizat işindən məlumatlı olduğuna əmin olmuşdur. Elbrusdan elə ilk dəfə pulu, yəni, 9300 ABŞ dolları pulu 2019-cu ilin aprel ayında almış, Elbrusdan pulu alarkən həmin vaxt Fərid də orada olub şahidlik etmişdir. 9300 ABŞ dolları pulu aldıqdan sonra danışdıqları kimi həmin puldan 5000 ABŞ dolları pulu Fəridə atasına olan borcuna görə vermiş, əslində 4300 ABŞ dollar ona qalmalı olduğu halda Fəridin xahişinə əsasən qalıq qalan puldan 2000 ABŞ dollarını sonuncuya vermiş, yerdə qalan 2300 ABŞ dolları pulu isə öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Onların əvvəldən planı belə olmuşdur ki, Elbrusdan cəmi 9300 ABŞ dolları guya iş görmək adı ilə pul alsınlar, lakin sonradan belə qərara gəlmişdilər ki, Elbrusdan aldığı 9300 ABŞ dolları pulu qaytarmaq üçün sonuncudan yenə də iş görmək adı ilə pul alsınlar, sonra isə inam yaratmaq üçün hər dəfə pul aldıqca müəyyən hissəsini ona gəlir adı ilə versinlər. Bu minvalla 2019-cu ilin aprel ayında müxtəlif tarixlərdə bir neçə dəfə 2019-cu ilin iyun ayına kimi Elbrusdan ümumilikdə 188300 ABŞ dollar pul almış, alınan pullardan 84920 ABŞ dolları pul qaytarılmış, hazırda Elbrusa 103380 ABŞ dollar verəcəyi qalmışdır. Həmin puldan 68000 ABŞ dolları Fəridə vermişdir. İlk dəfə alınan pul istisna olmaqla sonrakı günlərdə Elbrusla təklikdə görüşüb şirkətin fəaliyyəti ilə bağlı dövriyyə vəsaitlərini artırma adı ilə pul almışdır. Elbrusdan aldığı pulun həmişə 30 faizi ona qalmış, qalan hissəsini isə Fəridə vermişdir. Fərid ondan aldığı pulu sərmayə kimi harasa yatırdığını bildirib, tezliklə yaxşı gəlir əldə edəcəyini, bununla da həm Elbrusun, həm atasının pulunu verib qurtaracağını demişdir. Pulları həmişə Elbrusdan Bakı şəhəri, Nərimanov rayonu, Şuşa restoranı tərəfdə, sonuncunun yaşadığı binanın yaxınlığında almış, Elbrusa guya qazanc adı ilə pulları isə «xxxxxxxxx» ASC-nin Bakı şəhəri, Nobel prospekti, 25 saylı ünvanda yerləşən «Ağ şəhər» filialının qarşısında vermişdir. Elbrusdan aldığı pulun 70 faizini hissə-hissə Fəridə adətən təklikdə vermiş, sonuncu ilə söhbətlərinin əksəriyyətində Fəridin dostu Toğrul da iştirak etmiş və birlikdə olarkən sonuncu Fəridin məsləhəti ilə Elbrusdan pul almağı barədə Fəridlə onun arasında olan söhbətləri də eşitmişdir. İki dəfə Fəridə Elbrusdan aldığı puldan bir hissəsini sonuncuya verəndə Fəridin qız dostu Rəminə də iştirak etmiş, belə ki, 2019-cu ilin may-iyun aylarında bir dəfə 6000 ABŞ dolları pulu Bakı şəhəri, Heydər Əliyev prospekti, Əliyar Əliyev küçəsində yerləşən Rəssamlıq Akademiyasının yanında yerləşən Əncir çay evində həmin qızın iştirakı ilə Fəridə vermiş, bir dəfə də həmin gündən bir neçə gün sonra Bakı şəhəri, Xətai rayonu, «Ukrayna» dairəsinin yaxınlığında Fəridin idarə etdiyi Mersedes Benz markalı dövlət nömrə nişanını xatırlamadığı avtomaşında həmin qızın iştirakı ilə Fəridə Elbrusdan iş görmək adı ilə aldığı puldan bir hissəsini, yəni 10000 ABŞ dolları vermişdir. Təqsirləndirilən şəxs həmçinin qeyd etmişdir ki, şirkətdə işlədiyi müddətdə çox yaxşı əmək haqqı almış, yaxşı dolanışığı olmuş, sadəcə öz səhvi ucbatından bu bəlalara düşmüş, belə ki, qumara qurşanmış, qazandığı pulların hamısını Gürcüstanda yerləşən kazinolarda uduzmuş, özünü də, ailəsini də bu hərəkətlərinə görə pis vəziyyətə qoymuşdur. Təqsirləndirilən şəxs bundan əlavə qeyd etmişdir ki, Elbrusda əminlik yaratmaq üçün özü ona verdiyi pulların tarixi, məbləği və əlavə gəlir kimi ona verməli olduğu pullar barədə cədvəl hazırlayıb vermiş, həmin cədvələ əsasən Elbrusa 146100 ABŞ dolları məbləğində pul verəcəyi olmuş, lakin Elbrusa o qədər verəcəyi yoxdur. Belə ki, Elbrusda inam yaratmaq məqsədilə həmin cədvəli hazırlayıb öz email adresi vasitəsilə Elbrusun e-mailinə göndərmişdir. Bundan başqa Təqsirləndirilən şəxs bildirmişdir ki, xx.xx.2019-cu il tarixdə işdən azad olunmasına baxmayaraq Elbrusa özünü həmin şirkətin Təchizat və Menecer müavini kimi təqdim edərək həmin şirkətin fəaliyyəti ilə bağlı dövriyyə vəsaitlərinin artırılması adı ilə 2019-cu ilin aprel ayından iyul ayına kimi hissə-hissə olmaqla cəmi 188300 ABŞ dolları məbləğində pul vəsaitini qəbul edib sonuncuya qanunsuz olaraq əvvəllər işlədiyi şirkətin adından ödəniş tapşırıqlarını və şirkətin fəaliyyətinə dair digər sənədləri surətlərini təqdim etmiş, qeyd olunan sənədlər «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin adından «X15» MMC-yə göndərilmiş qiymət təklifləridir, eyni zamanda «X15» MMC tərəfindən bank vasitəsi ilə «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin bank hesabına edilən ödənişlərlə bağlı ödəniş tapşırıqlarıdır. Həmin sənədlərin hamısı saxtadır, özü tərəfindən saxtalaşdırılmışdır, imzaları sənəddə adları yazılan şəxslərin yerinə özü imza etmiş, möhür olan sənədlərdə isə möhürü skayner ilə özü düzəltmişdir. Həmin sənədlərin əslini özü məhv etmiş, surətlərini Elbrusa təqdim etmişdir. Elbrusa həmin şirkətin əməkdaşı olduğunu inandırmaq, eyni zamanda dövriyyəni göstərmək üçün sənədləri saxtalaşdırmışdır. Təqsirləndirilən şəxs eyni zamanda xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixdə yazılmış əlyazmaların ilkin əlyazmada Zərərçəkmiş şəxs1 iş görmək məqsədi ilə aldığı 172000 ABŞ dolları puldan 20000 ABŞ dollar pulu xx.xx.2019-cu il tarixdə və qalan 152000 ABŞ dolları pulu isə xx.xx.2019-cu il tarixdə qaytarmağı öhdəsinə götürməsi barədə, ikinci əlyazmada isə Zərərçəkmiş şəxs1 iş görmək məqsədi ilə aldığı 195000 ABŞ dolları pulu xx.xx.2019-cu il tarixdə qaytarmağı öhdəsinə götürməyi barədə ərizənin özü tərəfindən yazıldığını etiraf etsə də qeyd olunmuş rəqəmlərin şişirdilmiş olduğunu, Elbrusun sözlə təzyiqlərindən bezib onu rahat buraxması üçün məcburiyyət qarşısında qalıb yazdığını bildirmişdir. O, Elbrusa iki dəfə borcla bağlı əlyazma yazmasına baxmayaraq edilənlər Elbrusu qane etməmiş, onu razı salmaq üçün xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 6 saylı Notariat kantoru tərəfindən təsdiq edilmiş özünə məxsus Bakı şəhəri, Xətai rayonu, General Şıxlınski küçəsi, ev 13, 30 saylı mənzili idarə etməyi, satmağı, sərəncam verməyi və digər hüquqları həyata keçirməyi barədə Zərərçəkmiş şəxs1 etibarnamə vermişdir. Bütün bunlarla kifayətlənməyib Zərərçəkmiş şəxs1 onun borcunu sübut kimi saxlamaq üçün istifadəsində olan telefon vasitəsi ilə videoya çəkmiş və çəkiliş zamanı o da sonuncuya borclu olduğunu etiraf etmişdir. Bildirmişdir ki,hal-hazırda əməlindən səmimi peşmandır, ziyanı ödəmək fikrindədir. Həmçinin, uzun illər ordu sıralarında xidmət etməsinin, valideynlərinin təqaüdçu olmasının nəzərə alınmasını və ona aşağı həddə cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, iş adamı X7 ona qarşı külli miqdarda dələduzluq yolu ilə əmlakını ələ keçirməsi faktı ilə bağlı onun və digər zərərçəkmişlərin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində şikayətləri əsasında başlanmış cinayət işi üzrə 2014-cü ildə zərərçəkmiş şəxs qismində tanınmış və nəticədə Arzuman barəsində cinayət işi yekunlaşaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilmiş və məhkəmənin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Lakin təxminən 2 il sonra Bakı Apellyasiya məhkəməsinin hökmü ilə onun və onun kimi bir neçə zərərçəkmiş şəxslərin barışıq ərizələri nəzərə alaraq Arzumana birinci instansiya məhkəməsi tərəfindən verilmiş cəza azaldılmaqla məhkəmə zalından azadlığa buraxılmışdır. Arzuman ona olan borcunun bir qismini ödəmək məqsədilə 2018-ci ilin yay aylarında 110.000 (yüz on min) manat dəyərində olan Bakı şəhəri, Nizami Rayon İcra Hakimiyyətinin arxasında yerləşən “xxxxxxxxx” MTK tərəfindən inşa edilmiş hündür mərtəbəli yaşayış binasından 3 otaqlı, 138 kv.m sahəsi olan mənzili vermişdir. Sözügedən mənzil onun oğlu Hikmətin adına müqavilə ilə rəsmiləşdirilmiş və borcun olmamasına dair maliyyə arayışı verilmişdir. 2018-ci ilin noyabr ayında Hikmətə toy etmək üçün pula ehtiyacı olduğundan həmin mənzili satmaq qərarına gəlmişdir. Elə həmin ayda Hikmət ona bildirmişdir ki, əvvəllər tanımadığı tələbə yoldaşı və dostu olan Fərid adlı şəxsə həmin mənzili satmaq istəyir. Həmin vaxta kimi Fəridi tanımamış, lakin sonradan oğlundan öyrənmişdir ki, sən demə həmin günə qədər sözü gedən binada yerləşən ona məxsus olan digər evini də Hikmət məhz Fəridə satmışdır, lakin onun xəbəri olmamışdır. Növbəti dəfə Fəridə evi satmaq istəyərkən oğlu bildirmişdir ki, evin dəyəri 110000 manat olmasına baxmayaraq Fəridlə evin satış qiymətini 98000 manata razılaşmışdır. Fərid evin pulunun hamısını ödəməyə pulu çatmadığını bildirdikdə təklif etmişdi ki, əvvəlcədən 10000-15000 manat pul versin, qalıq pulu isə sonra verər. Fərid həmin təkliflə razılaşaraq ilkin olaraq 5000 manat verəcəyini, bundan sonra evi atasının adına rəsmiləşdirildikdən sonra qalan pulu hissə-hissə verəcəkdir, o da Fəridin sözü ilə razılaşmışdır. Danışdıqları kimi qeyd olunan mənzil Fəridin atası Səfər adlı şəxsin adına rəsmiləşdirilsə də evin pulunu hələ də tam verib qurtarmamış, borcunu hissə-hissə ödəmişdir. Fəridə həmin evlə yanaşı müxtəlif tarixlərdə oğlu özünə məxsus “X20” markalı avtomaşını, Xaçmaz rayonunda yerləşən ona məxsus olan Xaçmaz rayonu, Padar kəndində yerləşən 1,3 ha ölçüdə torpaq sahəsini və Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən mənzilini də Fəridə satsalar da sonuncu pulu verə bilməmiş, Fəridin ona ümumilikdə 52000 manat borcu qalmışdır. Fəridin deməsinə görə, o, atası ilə problemlər yaşadığını əsas gətirərək, borcunu tam ödəyə bilməmişdir. Cari ilin aprel ayında Fərid ona yaxşılıq etmək istədiyini bildirərək onu bir şirkətin vəzifəli şəxsi ilə tanış edəcəyini və onların birgə iş birliklərini təşkil edəcəyini təklif etmişdir. Beləliklə, 2019-cu ilin aprel ayında Fərid onu “X15” MMC-nin Təchizat və logistika üzrə menecer müavini vəzifəsində işləyən Təqsirləndirilən şəxs Xanəli oğlu ilə tanış edərək, həmin şəxsin SOCAR neft şirkətini mal-materialla təchiz etdiyini, müəyyən pul müqabilində ona maddi fayda verə biləcəyini təklif etmişlər. O, Elçinin təklifinə razılıq verərək sonrakı dövrlərdə ödəniş qrafakinə əsasən 2019-cu ilin aprel ayından etibarən xx.xx.2019-cu il tarixə kimi sonuncuya 188300 ABŞ dolları pul vermiş, həmin puldan qazanc olaraq 33220 ABŞ dolları pul qaytarılmışdır. Bundan əlavə aralarında olan razılığa əsasən dediyi vaxtlarda qazanc pulu verə bilmədiyinə görə əlavə gəlir kimi Elçin 9500 ABŞ dolları da verməyi öhdəsinə götürmüş, lakin həmin pulu da verə bilməmişdir. Elçinə hər dəfə pul verəndə o, bir neçə gün sonra gəlir adı ilə verdiyi pulun müəyyən faizini ona qaytarmışdır. Hər dəfə də, Elçin ona başqa bir ofisdə sifariş olunmuş mal-materialın sənədlərini göstərmiş və həmin sənədlərin əsillərini özündə saxlamaqla surətlərini ona vermişdir. Artıq cari ilin iyun ayında Elçin ona olan borcunu qaytarmadan daha çox pul lazım olduğunu bildirmiş və külli miqdarda mal sifariş olunduğunu demişdir. O ümumilikdə 110 000 ABŞ dolları məbləğində pul toplayıb hissə-hissə Elçinə vermişdir. Elçin yenə də onu inandırmaq üçün mal-materialın sənədlərini göstərmiş və surətlərini təqdim edərək, malların pulunun ödənilməsini gözlədiyini demişdir. Pulları həmişə Elçinə yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi, 20 saylı binanın yaxınlığında vermiş, sonuncudan qazanc adı ilə isə pulları «xxxxxxxxx» ASC-nin Bakı şəhəri, Nobel prospekti, 25 saylı ünvanda yerləşən «Ağ şəhər» filialının qarşısında almış, xx.xx.2019cu il tarixdən sonra Elçin verdiyi pullardan qazanc vermədiyini görüb pulun verilməsini dayandırmış, getdikcə onun düzgün insan olmadığımı başa düşüb, onun qeyri-səmimi olduğunu, pullarını ələ keçirdəcəyini hiss edib artıq onunla iş birliyinə son qoymaq istədiyini, bunun üçün də pullarını geri qaytarmasını tələb etməyə başlamışdır. Elçin artıq öz hərəkətləri ilə ona qarşı olan şübhələrini doğrultmuş, tədricən Elçinin pulları ondan iş görmək məqsədi ilə yox, digər məqsədləri üçün aldığını başa düşməyə başlamışdır. Onun təzyiqlərindən sonra, belə ki, pulu qaytarmayacağı təqdirdə onun barəsində hüquq mühafizə orqanları şikayət edəcəyi barədə xəbərdarlığından sonra, yəni, 2019-cu ilin iyul-avqust aylarında Elçin ona əsas puldan hissə-hissə 51700 ABŞ dolları pul vermiş, gəlir kimi verdiyi 33220 ABŞ dollardan sonra verdiyi pullar gəlir kimi yox artıq verdiyi əsas məbləğdən geri aldığı pullar olmuşdur. Elçin xx.xx.2019-cu il tarixdə öz xətti ilə əlyazma yazaraq, ona xeyirlə birlikdə ümumilikdə 172.000 ABŞ dolları məbləğində pul ödəməli olduğuna dair əlyazma təqdim etmişdir. Bundan başqa, xx.xx.2019-cu il tarixdə eyni ilə Elçin öz xətti ilə artıq maldan olan xeyir məbləğini artıraraq 195.000 ABŞ dolları ödəməli olduğuna dair əlyazma vermişdir. Elçin vaxtı uzatmaq və onunla xoş münasibətdə qalmaq üçün kürəkəni Şahid2 guya işlədiyi şirkətə pulsuz, heç bir təmənnasız işə düzəltmək üçün sənədlərini qəbul etsə də onu işə düzəldə bilməmişdir. Cari ilin sentyabr ayında Elçin barəsində şikayət etməmək üçün özünə məxsus 5 otaqlı evinin onun adına keçirilməsi üçün etibarnamə vermiş, lakin sonradan müəyyən olmuşdur ki, həmin mənzilin 92 min manat kredit borcuna görə ipoteka ilə yüklüdür. 2019-cu ilin oktyabr ayının əvvəllərində Elçin etiraf etmişdir ki, bu qurmanı Fərid düşünmüşdür ki, onu guya iş görmək adı ilə təklif edib, pulunu ələ keçirsinlər və həmin pulun bir qismi Fəridə, bir qismi isə Elçinin özünə çatsın. Hətta onu da bildirmişdir ki, Elçinlə tanışlığına kimi sonuncu “X15” MMC-nin Təchizat və logistika üzrə menecer müavini vəzifəsindən artıq azad olunmuş, o yalandan olaraq onu inandırmaq üçün özünü “X15” MMC-nin Təchizat və logistika üzrə menecer müavini kimi təqdim etmişdir. Eyni zamanda 2-3 dəfə Elçin dostu Rəhmanla (***-***-**-**) birlikdə onunla görüşərək üzrxahlıq edərək bu işdə əsas günahkarın Fərid olduğunu, məhz Fəridin təşkilatçılığı ilə bütün bu işlərin görüldüyünü bildirmişdir. Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, izahat verərkən Təqsirləndirilən şəxs tərəfindən ələ keçirilmiş pulların bir hissəsinin dostu Rüfətə məxsus olduğunu bildirsə də reallıqda Rüfətə heç bir ziyan dəymədiyini, Elçin tərəfindən ələ keçirilmiş pulların hamısının ona məxsus olmuşdur. Rüfət hüquq sahəsində həm savadlı, həm də təcrübəli olduğu üçün onun istintaq prosesində iştirakını təmin etməkdən ötrü belə qərara gəlmişlər ki, onun da zərərçəkmiş kimi tanınması üçün izahatlarında guya Elçin tərəfindən ona da maddi ziyan vurulduğunu qeyd etsinlər. Hətta Rüfət onun yerinə onun telefonu vasitəsi ilə Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin «Qaynar xətt-161» əlaqə mərkəzinə də zəng edib Təqsirləndirilən şəxs barədə şikayət vermişdir. Sonradan belə nəticəyə gəlmişdilər ki, istintaq hər bir halda öz işini görür, obyektiv istintaq aparılır, hüquqları hər bir halda qoruncaq, istintaq dövründə baş verənləri analiz etmək və yaxud hüquqlarını tələb etmək üçün hüquqi savad və yaxud təcrübə tələb olunmur, ona görə də ən doğru olan obyektif ifadə verməkdir. İstintaqla əməkdaşlıq etmək əvəzinə yalan məlumat verməklə sonda özlərinə qanun baxımından problem yaratmış olarlar. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmasını bildirərək, onun barəsində qanunla nəzərdə tutulmuş qaydada ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 və Şahid2 Zərərçəkmiş şəxs1 ilə eyni məzmunlu ifadələr verərək, onun qeyd etdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Azərbaycan İqtisad Universitetini bitirmiş, hazırda heç yerdə rəsmi olaraq işləmir. Zərərçəkmiş şəxs1 oğlu Şahid1la eyni ali məktəbdə təhsil almış, tələbəlik illərindən münasibətləri yaranmışdır. Hikmət 2018-ci ilin oktyabr ayında ona müraciət edərək yaxın günlərdə ailə quracağını və bununla bağlı toy xərclərinin olduğunu deyərək Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “xxxxxxxxx” yaşayış kompleksində iki mənzilinin olduğunu və onların satılmasında köməklik etməyini xahiş etmişdir. O, mənzilin birini 92.000 manata nəğd qaydada Hikmətdən almış, sonradan həmin ilin noyabr ayında ikinci mənzili də alaraq, dəyərini hissə-hissə Hikmətə və atası Elbrusa ödəmişdir. Bundan sonra Elbrusun təklifi ilə Abşeron rayonu, Masazır qəsəbəsində hazırda ünvanını xatırlamadığı bir otaqlı mənzili 23.000 manata pulunu sonradan ödəmək şərti ilə alaraq atasının adına rəsmiləşdirmişdir. Bir müddətdən sonra isə yenə də Elbrusun təklifi ilə Xaçmaz rayonu, Padar kəndində yerləşən 1,3 ha ölçüdə torpaq sahəsini almışdır. Bütün bu mülkləri pulunu hissə-hissə ödəmək şərti ilə Elbrusdan almışdır. Sonuncu olaraq ötən ilin dekabr ayında Hikmətdən 75.000 ABŞ dollarına “Range Rover” markalı avtomaşın almış, həmin maşının dəyərindən hal-hazırda Hikmətə 14.800 manat borcu vardır. Aldığı torpaq və Masazır qəsəbəsindəki mənzildən isə Elbrusa bu günə 25.000 manat borcu qalıbdır. Hazırda pulu verə bilməməyinin yeganə səbəbi pulunun olmamasıdır. Xaçmaz rayonunda yerləşən torpaq sahəsini və Masazır qəsəbəsindəki mənzili geri qaytaracağını, qeyd olunan əmlakları Elbrus və onun oğlu Hikmətdən almaqda məqsədi onlara maddi cəhətdən köməklik etmək olmuşdur. Təqsirləndirilən şəxs təxminən bir il olardı ki tanıyır, onu atasına görə tanımış, Elçinin atası Səfərə 19.000 ABŞ dolları borcu olmuşdur. Atası əsəbi və səbirsiz olduğu üçün borc ilə bağlı 2019-cu ilin aprel ayından etibarən Elçinlə özü danışmış və görüşmüşdür. Elçinlə ilk görüşü 2019-cu ilin aprel ayının əvvəllərində olmuş, Elçin ilk görüşdən ona normal insan kimi təsir bağışlamış, onunla ara-sıra müxtəlif kafe və restoranlarda görüşmüşdür. Onun atasına olan borcuna görə çalışmışdır ki onunla əlaqəni itirməsin, onunla münasibəti qorumaqla atasının borcunu qısa müddət ərzində geri qaytarsın. O, Elçinlə Elbrusu təsadüfən tanış etmiş, hər hansı bir iş görmək üçün bunu etməmiş, Elçinlə kafedə bir yerdə oturduğu zaman Elbrus satdığı evə görə qalıq borcundan bir hissəsini almaq üçün onunla görüşə gəlmiş, həmin vaxtı Elbrusla Elçin tanış olmuşlar. Onlar arasında sonradan yaranmış iş birliyi barədə geniş məlumatı olmamış, onların işinə müdaxilə etməmişdir. Elbrusla Elçinin arasında olan pul məsələlərinin mahiyyəti barədə heç nə bilməmişdir. Atası Səfər dəfələrlə borcunu verə bilmədiyi üçün telefonda Elçini təhqir etmiş, Elçin isə heç nə deyə bilməmiş, cavabda qaytarmamışdır. O, Elçindən heç vaxt pul almamış, əksinə Elçinin ona və atası Səfərə 66400 ABŞ dollar borcu vardır. Əgər Elçin həqiqətən də ona pul vermiş olsaydı nə səbəbə atasının təhqiramiz sözlərini qəbul etmiş, ən azı bir dəfə də olsa atasına pulları ona verməsi barədə heç nə deməmişdir. Zərərçəkmiş şəxs1 yalnız bir dəfə onun yanında Elçinə pul vermiş, lakin pulun miqdarı barədə məlumatı olmamış, bununla heç maraqlanmamış, onun həmin prosesdə iştirakı təsadüfi olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Şahid3 onun oğludur, X12 tanış etməyi sırf təsadüfən olmuşdur. Fərid hər hansı bir iş görmək üçün bunu etməmiş və Elçinin də sonradan Elbrusla hansı münasibətdə olduğunu, aralarında olan pul məsələlərinin mahiyyətini bilməmişdir. X17 arasında olan işlə bağlı söhbətlərdə iştirak olmamış, onlar arasında olan işlərə müdaxilə etməmiş və ümumiyyətlə onların işinə qarışmamışdır. Elbrusun Elçinə nə qədər pul verməyindən Fəridin xəbəri olmamış, onun marağı olmadığı üçün o işlərlə maraqlanmamışdır. Təqsirləndirilən şəxs normal insan olaraq tanımış, onun qanunsuz əməllərindən heç vaxt xəbəri olmamışdır. Elçini təxminən 6-7 ildir ki, tanıyır, belə ki, onu tanıyanda “X15” MMC-də işləmişdir. Onun sonuncu iş yeri həmin şirkətin Təchizat və logistika üzrə menecer müavini vəzifəsi olmuşdur. Onun işlədiyi şirkətə bir neçə dəfə inşaat materialları satmış, onun nə vaxt işdən azad edildiyini bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs dostu Fərid vasitəsi ilə tanımış, onu ilk dəfə 2019-cu ilin yay aylarında görmüşdür. Fəridlə Bakı şəhəri, Xətai rayonunda yerləşən «Miraj» çay evində oturub çay içərkən Elçin Fəridə zəng edib onunla görüşmək istədiyini bildirmişdir. Fərid də onu olduqları yerə dəvət etmiş, Elçinlə ilk görüşü məhz həmin vaxt olmuşdur. Elçini cəmi 2-3 dəfə elə görmüş, Elçin ona çox sakit təbiətli, qanacaqlı, hörmətcil insan kimi təsir bağışlamışdır. Onun iştirak etdiyi söhbətlərdə Fəridlə Elçin arasında pulla bağlı və yaxud biznes haqqında söhbət olmamışdır. Elbrus adlı şəxs barəsində onun yanında onların heç bir söhbəti olmamışdır. Onların arasında yalnız məişət xarakterli söhbətlər olmuş, işlə bağlı onların arasında söhbətlər olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, 2012-ci ilin aprel ayının 23-dən «X15» MMC-nin direktorunun 1-ci müavini vəzifəsində işləyir. Nümayəndəsi olduğu şirkətin əsas fəaliyyəti neft və qaz borularının üzərinə anti karroziya və beton örtükləmənin həyata keçirilməsindən ibarətdir. Şirkət 2003-cü ildən fəaliyyət göstərir, şirkətin əsas müştəriləri SOCAR və BP-dir. Təqsirləndirilən şəxs Xanəli oğlu 2011-ci ilin dekabr ayında şirkətin təchizat şöbəsində anbar təsərrüfatı və material üzrə kardinatoru vəzifəsinə təyin edilmişdir. Sonuncu dəfə, yəni, 2018-ci ildə şirkətin Təchizat və Logistika üzrə menecer vəzifəsinə təyin olunmuş, 2019-cu ilin aprel ayında işə səhlənkar yanaşması səbəbindən, eyni zamanda işdə yol verdiyi nöqsanlara görə işdən azad edilmişdir. Elçin son vəzifəsində əsas işi şirkətə layihənin tələblərinə uyğun olan avadanlıq və materiallarla digər təchizat şirkətləri vasitəsi ilə danışıqlar aparıb təmin etməkdən ibarət olmuşdur. Şirkətə hər hansı bir avadanlıq və ya material ehtiyac yaranardısa Elçin bir sıra təchizat şirkətlərinə bu barədə elektron sorğular göndərmiş, həmin şirkətlər də qeyd olunan avadanlıq və ya material olardısa bu barədə qiymət təkliflərini göndərmişlər. Şirkətin kifayət qədər maliyyə dəstəyi olduğu üçün, şirkətə kənardan maliyyə dəstəyinə ehtiyac yoxdur. Şirkət hal-hazırda iki böyük beynəlxalq neft qaz layihəsində iştirak edir və bu layihədə kifayət qədər maliyyə vəsaiti vardır. Elçinin şirkətin dövriyyəsini artırmaq üçün kimdənsə pul alması ağlabatan deyil, çünki Elçinin belə bir səlahiyyəti olmamışdır. Ümumiyyətlə şirkət üçün kənardan qeyri rəsmi olaraq pulun alınması, belə bir fiziki şəxslərlə biznes məqsədi ilə pulların alınması qəti qadağandır və yolverilməzdir. Şirkətdə pul köçürmələrin hamısı rəsmidir, şirkətdə nağd əməliyyatlar yoxdur, mal və materiallar rəsmi qaydada qəbul olunur, yəni elektron qaimə əsasında qəbul olunmuş və sistemə daxil olunmuşdur. Təqdim olunmuş sənədlərin arasında olan «Delivery note» adlı sənəd mühasibatlıq üçün əhəmiyyətli sənəd hesab olunmur, sadəcə olaraq yol vərəqəsi funksiyasını daşıyır. Lakin «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-dən ümumiyyətlə «Delivery note» adlı sənədlər daxil olmamış, həmin şirkətdən gələn materiallar yalnız elektron qaimə vasitəsi ilə daxil olmuşdur. Tapşırıqlardakı qeyd edilən məbləğlər hamısı uydurmadır, o qədər məbləğdə pullar «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin hesabına köçürülməyibdir. Digər sənədlər isə qiymət təklifləri funksiyasını daşıyır, yəni rəsmi sənəd hesab olunmur. Həmin sənədlər sadəcə olaraq şirkətin adına yazılmış elektron qiymət təklifidir, həmin qiymət təkliflərinin heç biri şirkətə göndərilməyibdir. Elçin Elbrus adlı şəxsi aldadaraq cinayətkar niyyətini həyata keçirtməkdən ötrü şirkətin adından və saxta sənədlərdən istifadə etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9, Şahid7 ifadəsinə uyğun ifadə verərək göstərdi ki, 2011-ci ilin fevral ayından 2018-ci ilin may ayının 18-nə kimi «X15» MMC-də anbardar işləmişdir, ona təqdim olunmuş sənədlərdəki adının qarşısındakı imzalar ona məxsus deyil, həmin imzaların kimə məxsus olduğunu da bilmir. Məhkəmədə ifadəsi elan edilmiş şahid «X15» MMC-nin anbar təsərrüfatı və material üzrə kordinatoru vəzifəsində işləyən Şahid8 ibtidai istintaq zamanı Şahid7 ifadəsinə uyğun məzmunda ifadə verməklə əlavə olaraq bildirmişdir ki, onlara təqdim olunmuş sənədlərdəki adlarının qarşısındakı imzalar ona məxsus deyil, həmin imzaların kimə məxsus olduğunu bilmir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 2016-cı ildə hazırda rəhbəri olduğu «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-ni təsis etmiş, həmin vaxtdan etibarən də təsis etdiyi şirkətin direktorudur. Rəhbərlik etdiyi şirkətin əsas işi neft və tikinti sektoruna aid avadanlıqların, inşaat materiallarının alınması və satılması, eyni zamanda xüsusi texnikaların (kran, avtokar və s.) subarendaya verilməsindən ibarətdir. Elçini təxminən 2 ildir ki, tanıyır, onunla əvvəllər normal münasibəti olmuşdur. O, Elçini tanıyanda sonuncu «X15» şirkətində Təchizat və Menecer müavini vəzifəsində işləmiş, onunla tanışlığı da elə işlə bağlı yaranmışdır. Belə ki, Elçinin işlədiyi şirkətdə əsas işi şirkət üçün tələb olunan avadanlıqların təmin edilməsindən ibarət olmuşdur. Yəni, şirkət üçün material və ya avadanlıq ehtiyac yarananda rəhbərlik etdiyi şirkət də daxil olmaqla bir neçə şirkətə material almaq üçün müraciət məktubu göndərmişdir. Şirkətlər də hər biri öz qiymət təkliflərini rəsmi qaydada Elçinə göndərmiş, materialların qiymətləri və keyfiyyətləri qane etdiyi halda rəsmi müqavilə əsasında alqı-satqını həyata keçirirmişlər. Bu münvalla Elçinin vasitəçiliyi ilə bir neçə dəfə razılaşdırılmış avadanlıqlarla sonuncunun işlədiyi şirkəti təmin etmişdir. 2019-cu ilin aprel ayında Elçinin yol verdiyi nöqsanlara görə işdən kənarlaşdırıldığını eşitmişdir. İstintaq zamanı ona təqdim edilmiş «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin adından «X15» MMC-yə göndərilmiş qiymət təkliflərinin hamısı saxtadır. Qeyd olunan sənədlərdəki onun adının qarşısındakı imzaların heç biri ona məxsus deyil, onun tərəfindən icra olunmamış, qiymət təkliflərindəki digər imzaların kimə məxsus olduğunu da bilmir. Qeyd olunan qiymət təkliflərinin heç biri onun adından və yaxud şirkətin adından «X15» MMC-yə göndərilməmişdir. Bundan əlavə «X15» MMC-nin adından tərtib olunmuş ödəniş tapşırıqlarının heç biri sənəddə göstərilən tarixdə və həmin məbləğdə rəhbərlik etdiyi şirkətin bank hesabına daxil olmayıbdır. Məhkəmədə ifadəsi elan edilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2018-ci ilin təxminən may ayından tanıyır, onunla Gürcüstana səfər edərkən yolda tanış olmuş və həmin vaxtdan etibarən aralarında dostluq münasibəti yaranmışdır. O Elçini tanıyanda o «X15» şirkətində Təchizat və Menecer müavini vəzifəsində işləmişdir. Elçin həddindən artıq qumar oynamağı sevən insan olmuş, sonradan bilmişdir ki, Elçinin Gürcüstana getməkdə məqsədi məhz Tibilisidə yerləşən kazinoların birində qumar oynamaq olmuşdur. Elçin hər dəfə özü də etiraf etmişdir ki, hər dəfə kazinoda qumar oynayanda çoxlu pul uduzmuşdur. Lakin buna baxmayaraq o pis vərdişini tərgidə bilməmişdir. Qumarda uduzmasına baxmayaraq tez-tez Tibilisiyə sırf qumar oynamaq məqsədi ilə səfər etmişdir. 2019-cu ilin aprel-may ayılarında Elçinin özündən eşitmiş ki, Elbrus adlı şəxsdən külli miqdarda iş görmək adı ilə pullar alıbdır, lakin qaytara bilmir. 2019-cu ilin aprel ayında Elçinindən eşitmiş ki, külli miqdarda borcu olduğuna görə işdən azad olunubdur. Elçinin hansı şərtlər daxilində Elbrusdan pul götürməsindən, Elbrusa hansı şərtlərlə pul qaytarmasından, aralarında olan razılaşmalardan dəqiq məlumatı olmamışdır. Təxminən 2-3 dəfə Elçinin özünün xahişi ilə Elbrusla görüşmüş, Elbrusu nisbətən yumşaltmaq, onu sakitləşdirmək, eyni zamanda yola gətirmək üçün danışıqlarda onun da iştirak etməyini xahiş etmiş, o da sonuncunun xahişinə görə Elbrusla görüşdə o da iştirak etmişdir. Hər dəfə söhbət zamanı Elbrus pulunu istəyəndə Elçinin pulunun olmadığını, bundan əlavə pulun hamısını şəxsən özü götürsə də sonradan pulun çox hissəsini Şahid3 adlı şəxsə verdiyini deyirdi. Məhkəmədə ifadəsi elan olunmuş Şahid10 ifadəsində göstərmişdir ki, Şahid3 onun sinif yoldaşı olmuş, məktəb illərindən dostluq edirdi. Təqsirləndirilən şəxs Fəridin vasitəsi ilə tanımış, onu ilk dəfə 2019-cu ilin yay aylarında görmüş, Fəridlə Bakı şəhərində kafelərin birində oturub yemək yeyərkən Elçin Fəridə zəng edib onunla görüşmək istədiyini bildirmiş, Fərid də olduqları yeri izah edib həmin yerə dəvət etmiş, Elçinlə ilk görüşü məhz həmin vaxt olmuşdur, Elçini cəmi 2-3 dəfə görmüş, hər dəfə Fəridlə hardasa oturub yemək yeyərkən sonradan Elçin onlara qoşulmuş, bir yerdə olduqları vaxt Fərid heç vaxt ona zəng edib harasa dəvət etməmiş, yalnız Elçin Fəridə zəng edib onunla görüşmək istədiyini bildirmiş, Fərid də onu dəvət etmiş, hər dəfə də Elçin uzağı 1 saat oturub çıxıb getmişdir. Şahid10 həmçinin bildirmişdir ki, Elçin heç vaxt onun yanında Fəridə pul verməyib, Elçinin Fəridə pul verdiyini görməmiş, nə də ki bu barədə eşitməmiş, ümumiyyətlə onların arasında pulla bağlı yaxud işlə bağlı söhbət olmayıbdır, onların arasında söhbətlər sırf məişət xarakterli olmuşdur. İş materiallarında olan «X15» MMC-dən daxil olmuş xx.xx.2019-cu il tarixli, 1/161 №-li məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2011-ci il tarixində «X15» MMC-nin Təchizat şöbəsində Anbar təsərrüfatı və material üzrə koordinatoru vəzifəsinə təyin edilmiş və müxtəlif vaxtlarda həmin şöbədə fərqli vəzifələrdə çalışmışdır. Təqsirləndirilən şəxs HR/T/01 saylı əmrlə xx xxxxx 2019-cu il tarixində 0176/HR/C/2011 nömrəli əmək müqaviləsinə xitam verilməklə işdən azad edilmişdir. (cild 1, iş vərəqə 85) İş materiallarında olan «X15» MMC-dən daxil olmuş xx.xx.2020-ci il tarixli, 1/009 №-li məktubdan görünür ki, «X15» MMC-nin icra etdiyi neft və qaz boru xətlərinin örtüklənməsi üzrə beynəlxalq layihələrinin texniki tələblərinə uyğun olaraq ötən il ərzində «X5» MMC-nin cəmi (ƏDV xaric) 134899.45 AZN (bir yüz otuz dörd min manat səkkiz yüz doxsan doqquz manat 45 qəpik) dəyərində qaldırıcı avadanlıqların və xüsusi təyinatlı boru daşıyan yük maşınlarının icarəsi xidmətləri, o cümlədən 1868.20 manat dəyərində ehtiyat hissələrinin təchizi üzrə xidmətlər göstərilmişdir. (cild 2, iş vərəqə 2) İş materiallarında olan elektron daşıyıcıya baxış keçirilməsi haqqında xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs dostu Şahid3 təklifi ilə əvvəllər tanımadığı Zərərçəkmiş şəxs1 iş görmək və qazanc əldə etmək adı ilə aldadıb külli miqdarda pul vəsaitini ələ keçirdiyini və həmin pul vəsaitinin əsas hissəsini Fəridə verdiyini, qalan hissəsini isə özü götürdüyünü bildirir, həqiqətdə isə heç bir iş görmədiyini, əvvəldən məqsədinin Zərərçəkmiş şəxs1 aldadıb pulunu ələ keçirmək olduğunu deyir (cild 01, iş vərəqə 94, 95) İş materiallarında olan «xxxxxxxxxxxxxxxx» MMC-dən xx.xx.2020-ci il tarixli, 2462 saylı məktubla daxil olmuş ***-***-**-** mobil telefon nömrəsinə xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixə kimi olan müddətdə daxil olan və çıxan zənglərin siyahısının, nömrələrin kimə məxsus olması barədə anket məlumatlarının və SMS mətnlərinin qeyd alındığı 01 ədəd CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ********** mobil nömrədən xx/xx/2019-cu il tarixdə saat 00:26-da Zərərçəkmiş şəxs1 istifadəsində olan ********** mobil nömrəyə « Axsamınız xeyir mene imkan varsa zeng edin», xx/xx/2019-cu il tarixdə saat 13:47-də Təqsirləndirilən şəxs həmin nömrəsindən Zərərçəkmiş şəxs1 eyni nömrəsinə «10 deq yığıram Sizi», xx/xx/2019-cu il tarixdə saat 14:57-də Təqsirləndirilən şəxs həmin nömrəsindən Zərərçəkmiş şəxs1 eyni nömrəsinə «Elbrus mellim olanlara göre Sizden birdaha uzr isteyirem. Bayaxdan dushunurem. Men var yox soyushu ushag andinin altindan nece çıxım. Bayax souush soyduz ondan gabagda men soydum. Ya udmaliyam yada olmeliyem. Men var yox soyushu altinda galan adam deyilem. Siz eger fikirleshirsiniz se men hele adam deyilem. Men toparlanim ne edeceyime gore baxax ne olur.», xx/xx/2019-cu il tarixdə saat 13:41-də Təqsirləndirilən şəxs həmin nömrəsindən Zərərçəkmiş şəxs1 eyni nömrəsinə «Elbrus mellim. Men Size neqeder deyirem amma Siz ele bildiyinizi deyirsiniz ve meni bacardiginiz geder alcaltmag isteyirsiz. Men Size dunende dedim indi de deyirem men siz fikirleştiyiniz kimi adam deyilem. Men sizinle ancag 1 ci gunu gorushe bilecem. Siz ne meslehet bilirsiz edin. Bu gederde olmaz axin adami diremek. Siz men etdiyimin indi artigin edirsiz. Sizce ne ise alinsa etmezdim? Demeli alinmir ki beledi. Siz ozunuz ne ise ede bilirsiz? Yox. Gordunuz ki o gun imkan olani etdim», xx/xx/2019-cu il tarixdə saat 09:24-də Təqsirləndirilən şəxs həmin nömrəsindən Zərərçəkmiş şəxs1 eyni nömrəsinə «10 deg yigiram Sizi», xx/xx/2019-cu il tarixdə, saat 15:43-də Təqsirləndirilən şəxs həmin nömrəsindən Zərərçəkmiş şəxs1 eyni nömrəsinə «Yigaram sizi gorushdeyem» məzmunlu mesajlar göndərilmişdir. xx/xx/2019-cu il tarixdə saat 12:23-də Təqsirləndirilən şəxs istifadəsində olan ********** mobil nömrədən Şahid4 istifadəsində olan ********** mobil nömrəsinə «Sefer bey salam. Men inshallah 1 saata elage saxlayib gorushecem Sizle», həmin günü saat 12:24-də Şahid4 həmin nömrəsinə Təqsirləndirilən şəxs eyni nömrəsinə «Pulu gatir», həmin mesaja cavab olaraq həmin günü saat 12:25-də Təqsirləndirilən şəxs həmin nömrəsindən Şahid4 eyni nömrəsinə «Getirecem», bundan əlavə yenə də həmin tarixdə saat 16:16-da Təqsirləndirilən şəxs həmin nömrəsindən Şahid4 eyni nömrəsinə « Sefer m. Size garshi hormetsilki etmemishem ve insanix her shey olur. 1 ci gunu sizin pul 11 de chatacag chatmasa nece bilseniz meslehet danisharsiz. Amma chatacag ve meseleni bitirerik Tam», xx/xx/2019-cu il tarixdə saat 14:08-də Təqsirləndirilən şəxs həmin nömrəsindən Şahid4 eyni nömrəsinə « Sefer bey salam. Men yalanci deyilem ve adam allatmiram. Men chox pis veziyyetde galmisham pullari sabax getirecekler. Bayaxdan gozleyirdim soz vermishdiler indi ozleri zeng edib uzurxaxlix etdiler. Seher ozum gedib goturecem. Abulfet mellimi de soz vermishdim yerine yetirmedim. Sabax getirib sizden aldigim 21000 usd pulu chatdiracam Men indi xestexanadayam chixib zeng edecem», xx/xx/2019-cu il tarixdə saat 14:39-da Təqsirləndirilən şəxs həmin nömrəsindən Şahid4 eyni nömrəsinə «Men Sizi 5 deg yigiram», xx/xx/2019-cu il tarixdə saat 11:27-də Təqsirləndirilən şəxs həmin nömrəsindən Şahid4 eyni nömrəsinə «Salam. Men size bayaxdan wats up yazmisham. Saat 12 chatdirmiram zehmet olmasa 2 geder gozleyin getirib pulu verecem», xx/xx/2019-cu il tarixdə saat 14:28-də Təqsirləndirilən şəxs həmin nömrəsindən Şahid4 eyni nömrəsinə «Sefer bey pul duzelmeyib helem 1 gunde lazimdi hell olunmasi uchun. Sabax verecekler men ishinizin garshisindayam. İstemirem mugaishe olsun aramizda. Seher 11 de geder goturecem. Gozleyin seheri baglayax sabax 5 ci gunde hefte sonudu . Eger bashga ne ise demek isteyirsizse burdayam gachmiram gizlenmirem. Menim sehfimdiki bele uzandi bugeder problem oldu bunu etiraf edirem.», xx/xx/2019-cu il tarixdə saat 14:19-də Təqsirləndirilən şəxs həmin nömrəsindən Şahid4 eyni nömrəsinə « Gelecem birazdan gozleyin gelirem Hel olunur her shey», xx/xx/2019-cu il tarixdə saat 11:08-də Təqsirləndirilən şəxs həmin nömrəsindən Şahid4 eyni nömrəsinə «Sebr edin biraz Sefer bey. Ne meslehet bilsez edin. Ya men pulu gaytarmaliyam yada olmeliyem. Bezmishem her sheyden inanin. Mene vaxt verin edib ishleri bele yoxsa alinmayacag», xx/xx/2019-cu il tarixdə saat 19:11-də Təqsirləndirilən şəxs həmin nömrəsindən Şahid4 eyni nömrəsinə «Sefer bey Feridle mende atamda danishmishix. 1 ci gune 7000 verilecek saat 3 geder. Galanin hell edib tezleshdiririk.», xx/xx/2019-cu il tarixdə saat 15:36-da Təqsirləndirilən şəxs həmin nömrəsindən Şahid4 eyni nömrəsinə «Men sizi ona gore yigmamishdim. Yigmag isteyirsizse yigin Size kim ne deye biler. Men nasoslara gore yigirdim 3 eded galib sorushacaydim ki lazimsa verim size. Belede ki sabax senedleshmede gutarar baglanar mesele. Menim ustume niye esebleshdiz anlamadim.», xx/xx/2019-cu il tarixdə saat 12:35-də Təqsirləndirilən şəxs həmin nömrəsindən Şahid4 eyni nömrəsinə « Seher 11 tamamda Sizin ofisde gorusherik. Ordan gederik notariusa. Ele bosh gelsem.Agsakkal adamsiz Size cavab gaytarmiram. Lakin hec kimin Siz garishig bele danishmaga haqqi yoxdu. Ozumu gucle sixiram gozume ailem gelir. Hemde size garshi haqdiz olmusham diye.», xx/xx/2019-cu il tarixdə saat 17:09-da Təqsirləndirilən şəxs həmin nömrəsindən Şahid4 eyni nömrəsinə « Bu herektle niye lazimdi. Men Size deyirem ki edirem. Demirem 5 gun 10 gun gozleyin. Deyirem gozleyin sabax meseleni bitirim. Feride de deyin sinra seher ustume gelmesin. Axshama kimi sabax hell olunacag. Olmasa gederik notarisusa tezden necede desez. Feride deyin gelmesin. Sabax axshama kimi bitirek hamisin. Soushlerin hamisin Saxlayin agsakkalsiz deye bele olmaz. Yashiviza ayibdi Men sizde vaxt istemirem Bu geder etmisiz axirin komek edin bitirek 1 gunumuz galib onsuzda Men tupurerem bu pulada evede aileyede her sheye. Amma men soz yeyen adam deyilem. Gelin bunu bitirek bu sohbetlerde bitsin Feride deyin gan dushmesin gelmesin sabax ozum axshama kimi hell edecem artix ishleri», həmin günü saat 17:25-də Şahid4 Xanalı oğlunun həmin nömrəsində Təqsirləndirilən şəxs Xanalı oğlunun eyni nömrəsinə « sen p.. yeyeceksen hel edeceksen.», xx/xx/2019-cu il tarixdə saat 17:56-da Təqsirləndirilən şəxs həmin nömrəsindən Şahid4 eyni nömrəsinə « Bunu niye gene gondermisiniz ustume bicag gonderir mene deyir dush ne edim gerek polis chagirib lazim deyil bele sheyler Siz dedim axin sabax hamisi bitecek Chagirin getsin burdan ayibdi axin gerek butun gonshular chixsin», xx/xx/2019-cu il tarixdə saat 13:12də Təqsirləndirilən şəxs həmin nömrəsindən Şahid4 eyni nömrəsinə «Sefer bey Siz bugunedek boyukluk etmisiz ve nece insan oldugunu gostermisiz. Chox Xahish edirem 1 ci gun saat 2 geder gozleyin men subut edim Sizede ozumede neye gadir oldugumu. Xahish edirem sebr edin bugeder kecib artix 1 ci gunu bitirim hamisin. Lazimsa butun odenishleri senedler nomreleri verim bilesiz hardan pul gelir. Chox xahish edirem. Siz soz adamisiz bilirem», xx/xx/2019-cu il tarixdə saat 14:06-da Təqsirləndirilən şəxs həmin nömrəsindən Şahid4 eyni nömrəsinə «1 saata gelirem», xx/xx/2019-cu il tarixdə saat 15:53-də Şahid4 həmin nömrəsindən Təqsirləndirilən şəxs eyni nömrəsinə «cindir duwovka telefonu qaldir», xx/xx/2019-cu il tarixdə saat 16:10-da Təqsirləndirilən şəxs həmin nömrəsindən Şahid4 eyni nömrəsinə « Pul alinmadi. Seher 10 da notariusda olacam deyersiz gelsin Ferid senedleshdirek. Bayaxdan meshgulam uzanir. Seher 10 da olsun orda. Kimesede yigmag lazim deyil» məzmunlu mesaj göndərilmişdir. «**********05.txt» faylına baxış zamanı ***-***-**- ** nömrəsi ilə Zərərçəkmiş şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil nömrə arasında xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək cəmi 1725 dəfə qarşılıqlı danışıqların aparıldığı müəyyən edilmişdir. (cild 02, i.v.103-106) İş materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən yazılaraq imza edilmiş xx.xx.2019-cu il tarixli əlyazmadan görünür ki, «X15» şirkətində Təchizat müdiri vəzifəsində çalışan Təqsirləndirilən şəxs (vəsiqə nömrə AZE 18677356) Zərərçəkmiş şəxs1 (vəsiqə AZE ********) iş görmək məqsədi ilə aldığı 172000 yüz yetmiş iki min ABŞ dollarının 20000 min (iyirmi min) ABŞ dollarını xx.xx.2019-cu il tarixində və qalan 152000 (yüz əlli iki min) ABŞ dollarını xx.xx.2019-cu il tarixində qaytarmağını öhdəsinə götürmüşdür. (cild 01, i.v.23) İş materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən yazılaraq imza edilmiş xx.xx.2019-cu il tarixli əlyazmadan görünür ki, Təqsirləndirilən şəxs iş görmək məqsədi ilə Zərərçəkmiş şəxs1 aldığı 195000 ABŞ dollarını xx.xx.2019-cu il tarixinədək qaytarmağı vəd etmişdir. Qaytarmadığı halda barəsində açılacaq cinayətdən yayınmayacağını bildirmişdir. (cild 01, i.v.24) Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-8202/2019 saylı qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ilə Zeynalova (Əliyeva) Senem Vahidovna arasındakı xx xxxxx 2014-cü il tarixdə bağlanmış və 687 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, tərəflərin birgə nikahından olan xx.xx.2015-ci il təvəllüdlü X1 Senem Vahidovnanın himayəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs xx.xx.2015-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 400 manat sabit pul məbləğində alimentin X6 ödənilməsi qət edilmişdir. (cild 02, i.v.195-197) İş materiallarında olan Zərərçəkmiş şəxs1 tərəfindən ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, Şahid3 tərəfindən Xaçmaz rayonunda yerləşən bağ sahəsi və Masazırda yerləşən bir otaqlı mənzil ona rəsmi olaraq qaytarılmışdır. (cild 02, i.v.204) İş materiallarında olan Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş ödəniş qrafikindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 2019-cu ilin aprel ayının istintaqla müəyyən edilməyən günündən 2019-cu ilin iyun ayının 25-i də daxil olmaqla həmin müddət ərzində 188.300 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 320.110 manat) məbləğində pulu aldığı, həmin puldan gəlir adı ilə qeyd olunan müddət ərzində 33220 ABŞ dollar (həmin dövrün məzənnəsi ilə 56744 manat) məbləğində qaytardığı, 2019-cu ilin iyul-avqust aylarında isə əsas məbləğdən 51700 ABŞ dollar (həmin dövrün məzənnəsi ilə 87890 manat) məbləğində pulu, ümumilikdə (33220 + 51700 = 84920) 84920 ABŞ dollar (həmin dövrün məzənnəsi ilə 144364 manat) qaytardığı müəyyən edilmişdir. (cild 01, i.v.123-129) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 154 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli «Ödəniş tapşırıqları»nın üzərlərində olan «AZƏRBAYCAN RESPUBLİKASİ MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ X15» məzmunlu möhürlərin kseroəksləri eyni məzmunlu eksperimental əks nümunələri ilə eynilik təşkil edir. Tədqiqata təqdim edilmiş xx.xx.2019-cu il tarixli, xx.xx.2019cu il tarixli və xx.xx.2019-cu il tarixli ödəniş tapşırığının üzərində «AZƏRBAYCAN RESPUBLİKASİ MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ X15» məzmunlu möhürlərin kseroəksləri vardır. (cild 2, i.v. 97-100) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə işdə toplanmış hüquqi sənədləri, məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin məhkəmədə verdikləri ifadələrini, eləcə də digər sənədləri tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 310, 320.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqlarını əldə edərkən, hər hansı öhdəliyini yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə, yaxud da əmlak hüquqları əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərərçəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 310, 320.1 maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 1, iş vərəqə 186) İş materiallarında olan, Salyan rayon İHB-nın Şorsulu kənd ərazi dairəsi üzrə nümayəndəsi tərəfində verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. (cild 2, iş vərəqə 106) İş materiallarında olan xx.xx.2015-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2015-ci il tarixdə anadan olmuşdur, ata qrafasında X11, ana qrafasında X9 qeyd edilmişdir. (cild 2, iş vərəqə 199) İş materiallarında olan “X16” MMC tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli N 1/386 nömrəli məktubdan görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs qarşı hər hansı mülki iddiaları və şikayətləri yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.14-cü maddələrinə əsaslanaraq, Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət əməli törətməsini, müsbət xarakterizə olunmasını, himayəsində bir azyaşlı uşağının olmasını və zərərçəkmiş hüquqi şəxs “X16” MMC-nin ona qarşı mülki iddia və şikayətinin olmamasını, Zərərçəkmiş şəxs1 vurulmuş ziyanı qismən ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından, ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyanla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində ona dəymiş ziyanla bağlı mülki iddia vermədiyindən ona Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüquqları izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1 maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2 maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1 maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.2 maddəsinə əsasən Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.3 maddəsinə əsasən mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutlar CPC/006/0019 №-li, xx.xx.2019-cu il tarixli (02 ədəd), CPC/003/0019 №-li, xx.xx.2019-cu il tarixli, CPC/011/0019 №-li, xx.xx.2019-cu il tarixli, CPC/083/0019 №-li, xx.xx.2019-cu il tarixli (02 ədəd), CPC/082/0019 №-li, xx.xx.2019-cu il tarixli, CPC/013/0019 №-li, CPC/029/0019 №-li, xx.xx.2019-cu il tarixli, CPC/007/0019 №-li, xx.xx.2019-cu il tarixli, CPC/023/0019 №-li, xx.xx.2019-cu il tarixli, CPC/0013/0019 №-li, xx.xx.2019-cu il tarixli, CPC/019/0019 №-li, xx.xx.2019-cu il tarixli, CPC/004/0019 №-li, xx.xx.2019-cu il tarixli (02 ədəd), CPC/042/0019 №-li, xx.xx.2019-cu il tarixli, CPC/021/0019 №-li, xx.xx.2019-cu il tarixli, CPC/049/0019 №-li, xx.xx.2019-cu il tarixli, CPC/050/0019 №-li, xx.xx.2019-cu il tarixli “Quotation” adlı, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli (02 ədəd), xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli (02 ədəd), xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli (02 ədəd), xx.xx.2019-cu il tarixli “Delivery note” adlı və xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarxli, xx.xx.2019-cu il tarixli ödəniş tapşırıqları, Zərərçəkmiş şəxs1 təqdim etdiyi 01 ədəd CD disk, «xxxxxxxxxxxxxxxx» MMC-dən xx.xx.2020-ci il tarixli, 2462 saylı məktubla daxil olmuş bir ədəd telefon məlumatlarına dair diskdə olan Təqsirləndirilən şəxs istifadəsində olan ********** mobil nömrə ilə Zərərçəkmiş şəxs1 istifadəsində olan ********** mobil nömrə arasında olan sms mətnlərinin, həmçinin Təqsirləndirilən şəxs istifadəsində olan ********** mobil nömrə ilə Şahid4 istifadəsində olan ********** mobil nömrə arasında olan sms mətnləri cinayət işin materiallarında saxlanılmalıdır.(cild 2, iş vərəqə 200-202) İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli cinayəti törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli həbs qətimkan tədbirinin seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və onun həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. (cild 02, iş vərəqə 178-182) Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İbtidai istintaqda zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X3 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx xxxxxx 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 23 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 11 saylı vəkil bürosunun hesabına 138 (yüz otuz səkkiz) manat miqdarında pul ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi Allahmanov Şöhrət Nəbi oğluna Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx xxxxxx 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 18 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına 108 (yüz səkkiz) manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-in 345, 346, 347, 351- 353, 356-cı maddələrini rəhbər tutub məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 310 və 320.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 07 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə 01 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 08 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyanla bağlı mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilsin. İş üzrə maddi sübutlar - CPC/006/0019 №-li, xx.xx.2019-cu il tarixli (02 ədəd), CPC/003/0019 №-li, xx.xx.2019-cu il tarixli, CPC/011/0019 №-li, xx.xx.2019-cu il tarixli, CPC/083/0019 №-li, xx.xx.2019-cu il tarixli (02 ədəd), CPC/082/0019 №-li, xx.xx.2019-cu il tarixli, CPC/013/0019 №-li, CPC/029/0019 №-li, xx.xx.2019-cu il tarixli, CPC/007/0019 №-li, xx.xx.2019-cu il tarixli, CPC/023/0019 №-li, xx.xx.2019-cu il tarixli, CPC/0013/0019 №-li, xx.xx.2019-cu il tarixli, CPC/019/0019 №-li, xx.xx.2019-cu il tarixli, CPC/004/0019 №-li, xx.xx.2019-cu il tarixli (02 ədəd), CPC/042/0019 №-li, xx.xx.2019-cu il tarixli, CPC/021/0019 №-li, xx.xx.2019-cu il tarixli, CPC/049/0019 №-li, xx.xx.2019-cu il tarixli, CPC/050/0019 №-li, xx.xx.2019-cu il tarixli “Quotation” adlı, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli (02 ədəd), xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli (02 ədəd), xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli (02 ədəd), xx.xx.2019-cu il tarixli “Delivery note” adlı və xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarxli, xx.xx.2019-cu il tarixli ödəniş tapşırıqları, Zərərçəkmiş şəxs1 təqdim etdiyi 01 ədəd CD disk, «xxxxxxxxxxxxxxxx» MMC-dən xx.xx.2020-ci il tarixli, 2462 saylı məktubla daxil olmuş bir ədəd telefon məlumatlarına dair diskdə olan Təqsirləndirilən şəxs istifadəsində olan ********** mobil nömrə ilə Zərərçəkmiş şəxs1 istifadəsində olan ********** mobil nömrə arasında olan sms mətnlərinin, həmçinin Təqsirləndirilən şəxs istifadəsində olan ********** mobil nömrə ilə Şahid4 istifadəsində olan ********** mobil nömrə arasında olan sms mətnləri cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaqda Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X3 təqsirləndirilən şəxsə göstərilmiş 23 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 11 saylı vəkil bürosunun hesabına 138 (yüz otuz səkkiz) manat miqdarında pul ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi Allahmanov Şöhrət Nəbi oğluna təqsirləndirilən şəxsə göstərilmiş 18 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına 108 (yüz səkkiz)manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-570/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-570/2020
17.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver